Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-143/2024 30.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X2, Müdafiəçi1, zərər çəkmiş şəxs X7, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Göygöl rayonunun Hacıməlik qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan-Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə xx.xx.1982-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Daşkəsən rayonunun Xoşbulaq kəndində qeydiyyatda olan və Göygöl rayonunun Bəhrəmbəy kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan-Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında tanışı Təqsirləndirilən şəxs2 ilə spirtli içki məclisi qurub yeyib içərkən hər ikisi pullarının olmadığını, asan yolla pul qazanmalı olduqları barədə söhbət edərkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tanışı X7 pulunu əynində olan tumanının cibində saxladığını, ünvan 2 ünvanın giriş qapısının açarının üzərində olduğunu, bu yolla evə girə biləcəklərini, Zabit Namazovun tək yaşadığına görə asanlıqla zərərsizləşdirə biləcəklərini, lakin Zabit Namazovun onu tanıdığı üçün ifşa olunmamaqdan ötrü səsini çıxara bilməyəcəyini dedikdə Təqsirləndirilən şəxs2 həmin təkliflə razılaşaraq pulu Zabit Namazovda özünün tələb edib götürə biləcəyini deməsi ilə qabaqcadan Təqsirləndirilən şəxs2lə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığıüçün təhlükəli zorakılıqla və bu cür zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın törədib tamah niyyətilə Zabit Namazovun üzərində olan pulu, yəni özgənin əmlakını ələ keçirmək məqsədilə quldurluq etmək qərarına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs1 Zabit Namazovun yaşadığı evin açarını, Təqsirləndirilən şəxs2 isə istintaq zamanı müəyyən edilməsi mümkün olmayana bıçağı götürüb onun istiqamətləndirməsi ilə hər ikisi Gəncə şəhəri, 20 Yanvar küçəsi ev 58 ünvanının yaxınlığına gəlib evin kənarda xx.xx.2023-cü il saat 02 radələrinədək müşahidə aparıb küçənin sakinlərdən tam boşalmasını gözlədikdən sonra Təqsirləndirilən şəxs1 əynində olan köynəyin papığı ilə, Təqsirləndirilən şəxs2 isə paltarla üzünü bağlayıb maskalandıqdan sonra hər ikisi evə yaxınlaşmış, üzərində olan açarla evin kilidini açdıqdan sonra hər ikisi qanunsuz olaraq evin həyətinə, oradan da yataq otağına daxil olmuşlar, əvvəlcə Təqsirləndirilən şəxs2 masanın üzərində olan Zabit Namazova məxsus 1 ədəd 250 manat dəyərində «İphone 6S» markalı və 1 ədəd 130 manat dəyərində «X17İİ» markalı mobil telefonu götürmüş, bundan sonra aralarındakı razılaşmanın davamı olaraq Təqsirləndirilən şəxs1, Zabit Namazovun onları görməsini çətinləşdirmək məqsədilə oradakı əl fənərini götürüb işığını yatmış vəziyyətdə olan Zabit Namazovun üzünə tutub əlini sonuncunun sinəsinə qoyub Zabit Namazovu yuxudan oyandırdıqda sonuncu dərhal yerindən qalxıb çarpayıda oturmuş vəziyyətdə dayanmış, Təqsirləndirilən şəxs1 əli ilə Zabit Namazovun sinə nahiyəsinə zərbələr endirib sonuncuya fiziki ağrı yetir-yetirə Təqsirləndirilən şəxs2 isə əlindəki istintaq zamanı müəyyən edilməsi mümkün olmayana bıçağı silah qismində istifadə edib tiyəsini sonuncunun qarın nahiyəsinə dirəyərək “ölmək istəmirsənsə pulu ver...” deyib həyat və sağlamlıq üçün təklükəli zorakılıq tətbiq edəcəkləri barədə hədə-qorxu gələrək gəlmiş, bu zaman Təqsirləndirilən şəxs1 əli ilə Zabit Namazovun sinəsindən itələyib çarpayıya uzandıraraq müqavimətini sındırdıqda Təqsirləndirilən şəxs2 Zabit Namazovun tumanının cibində olan 1130 manat pulunu, 340 manatekvivalentində 200 ABŞ dollarını götürüb hər ikisi qaçaraq evdən çıxıb uzaqlaşmaqla sonuncunun cəmi 1850 manat dəyərində pul və əmlaklarını ələ keçirməklə quldurluq etmişdirlər. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdirlər. Belə ki, təqsirləndirilənlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxs Zabit Namazovun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, habelə şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələr, maddi sübutlar və digər iş materialları ilə aşağıdakı şərh edilən qaydada tam sübuta yetirilmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1, ona Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhəri, B.Əliyev küçəsində yerləşən «avtomobil yuma sexində» yuyucu işləyir. Təqsirləndirilən şəxs2 onun bacanağı hesab olunur. Belə ki, onun arvadı ilə Abbasın arvadı xala qızıdırlar. 07 mart 2023-cü il tarixdə saat təxminən 20 radələrində Rövşən ona zəng vuraraq harada olması ilə maraqlınmış, o da cavabında Rövşənə işdən çıxdığını bildirmişdir. Bundan sonra Rövşən onu evlərinə dəvət etmişdir. Həmin vaxt Rövşənlə Gəncə şəhəri ərazisində görüşmək barədə razılaşmış və Gəncə şəhəri Bağman adlanan yerdə «Daş körpü»yə yaxın yerdə yerləşən yanacaqdoldurma məntəqəsinin yanında görüşmüş, sonra isə bir yerdə Rövşənin yaşadığı Göygöl rayonunun Bəhrəmbəy kəndinə getmişlər. Onlar evə çatan vaxt saat təxminən 21 radələri olarmış. Həmin vaxt Rövşən ondan araq almaq üçün pul istəmiş, o da Rövşənə pulunun olmadığını demiş, sonra Rövşən tanışı Xan kimi təqdim etdiyi şəxslə danışmış və o Rövşənə iki ədəd 0,5 litrlik araq alaraq Rövşənin evinə gəlmişdir. Onlar Rövşənin evində oturub həmin arağı içmiş, sonra 07 mart 2023-cü il tarixdə saat təxminən 23 radələrində Rövşənin tanışı Xan idarə etdiyi qara rəngli VAZ- 2106 markalı avtomobillə Gəncə şəhəri Nəriman Nərimanov küçəsində yerləşən «Panda» marketin qabağına gətirmiş, sonra Rövşənlə o, onun ünvan 1-də kirayədə yaşadığı evə gəlmişlər. Onlar evdə olan vaxt Rövşən pula ehtiyacı olduğunu bildirmiş, həmin vaxt o da Rövşənə əvvəllər kirayədə yaşadığı evdə bir nəfər yaşlı kişinin tək yaşadığını və pulu olduğunu bildirərək həmin pulu götürməyi təklif etmiş, lakin o Rövşənə həmin pulu tək götürməyə qorxduğunu bildirmişdir. Həmin vaxt Rövşən «mən götürərəm gedək» demiş, o da Rövşənə hələ tez olduğunu axşam olduqdan sonra getməyi bildirmişdir. Həmin vaxt o, Rövşənə Zabitin pulu alt paltarına tikmiş olduğu cibdə saxladığını və pulu ordan götürmək lazım olduğunu demişdir. Həmçinin o, Rövşənə evdə olan vaxt səsini tanıdığı üçün danışmayacağını, hər şeyi Rövşənin deməli olduğunu bildirmişdir. Onlar 08 mart 2023-cü il tarixdə saat təxminən 01 radələrində evdən çıxmış, həmin vaxt Rövşən evdə olan stolu silmək üçün istifadə etdikləri arvadı Ülviyəyə məxsus olan qara rəngli köynək cırığının bir hissəsini üzünü bağlamaq üçün cırıb götürmüş, sonra onlar evdən çıxaraq H.Z.Tağıyev küçəsi ilə Puşkin küçəsinə çıxmış və Puşkin küçəsi ilə 20 Yanvar küçəsinə çıxıb Zabit Namazovun evinin qabağına gəlmişlər. Həmin vaxt evin yaxınlığında 2-3 nəfər adam ocağın yanında dayanmışlar. Belə ki, həmin gün çərşənbə bayramı olduğu üçün bütün küçələrdə od yandırmışlar, onlar həmin şəxlərin yanından düz keçib getmiş, sonra dörd yol ayrıcını keçib hasarın dibində gözləmişlər. Həmin vaxt yaxınlıqda yerləşən hazırlıq kursunun kameraları olduğu üçün o divarın dibindən çıxmamış, lakin Rövşən tez-tez çıxıb Zabitin evinə tərəf baxmış, təxminən 40-45 dəqiqə gözlədikdən sonra küçə tamamilə boşalmış, sonra həmin küçə ilə yaxınlıqda yerləşən klinika istiqamətində hərəkət etməyə başlamışlar. Klinikanın qabağında olan kamera küçəni tutduğu üçün onlar hasarın dibi ilə Zabitin evinin qabağına gəlmiş, Zabitin evinin qarşısına çatan vaxt o özüylə gətirmiş olduğu Zabitin evinin həyət darvazasının qapısının açarı ilə qapını açmış, o qapını açdıqdan sonra onlar həyətə daxil olmuş, o həyətə girəndən sonra evə girmək üçün qapıya yaxınlaşmış, Rövşən isə kənarda dayanmış, o qapıya yaxınlaşmış cibində olan qapının açarını çıxardaraq qapını açmaq istəmiş, lakin həmin vaxt qapının kilidinin bağlı olmadığını görmüş, sonra o qapıdan içəri girib Rövşəni də çağırmışdır. Rövşən də qapıdan içəri girmiş və onlar bir yerdə evin dəhlizinə və yataq otağına baxmış, evdə kənar adam olmadığından əmin olduqdan sonra Zabitin yataq otağına keçmişlər. Həmin vaxt Zabit çarpayıda yatırmış. O, stolun üstündə olan qırmızı rəngli fanarı götürüb yandıraraq Zabitin sifətinə tutmuş, sonra isə onu əliylə vurub yuxudan oyatmışdır. Zabit yuxudan oyanıb çarpayıda oturmuş, o da əlində fanarı onun sifətinə tuturmuş ki, onu görməsin. Həmin vaxt Rövşən ona «ölmək istəmirsənsə pulları ver» demiş, kişi də pulları vermək istəmədiyi üçün müqavimət göstərmişdir. Buna görə o, Zabitin sinəsindən itələmişdir ki, çarpayıya yıxılsın. Həmin vaxt Rövşən də onun alt paltarında olan pulları götürüb çıxarmış, sonra Rövşən qabaqda o isə Rövşənin arxası ilə otaqdan çıxıb küçəyə qaçmışlar. Sonra da küçədə qapıdan sağ tərəfə doğru getmişlər. Bir qədər getdikdən sonra ara küçəyə girmişlər. Küçədə Rövşən üzünü açıb qara rəngli əskini yerə atmış, sonra onlar «Panda» marketin yanı ilə çıxıb evlərinə getmişlər. Evə çatan kimi Rövşən cibindən pulu çıxarıb ona vermiş, o, Rövşənin verdiyi pulu sayanda 800 manat və 200 ABŞ dolları olduğunu görmüş, o həmin pulun 400 manat və 100 ABŞ dollarını Rövşənə vermiş, qalan hissəsini isə özünə götürmüşdür. Həmin vaxt Rövşən cibindən bir ədəd «Samsung» markalı mobil telefon çıxarmış, o Rövşənə həmin telefonu niyə götürməsini dedikdə Rövşən ona satacağını bildirmiş, sonra Rövşən ondan araq içmək istədiyini demiş, o da Rövşənə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən «Şeşqoşa» çay evinə getməyi bildirmiş, sonra onlar bir yerdə «Şeş qoşa» çay evinə getmişlər. Çay evində olan vaxt o, pivə sifariş verib içmiş, Rövşən isə pivə seti, qəlyan və digər xatırlamadığı sifarişlər vermiş, onlar duran vaxt təxminən 140 manat hesab ödəmiş, sonra isə onlar evə gəlmiş, həmin vaxt Rövşən sərxoş olduğu üçün yatmışdır. O isə bir qədər sonra Bakı şəhərinə yola düşmək üçün avtovağzala getmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, bıçaq Rövşənin əlində olmuş və Zabitin alt paltarından pulu dartıb götürmüş, o əvvəlcədən Rövşənə Zabitin pulu harada saxladığını demiş, o ancaq Zabitin sifətinə fanarla işıq salmış, pulu isə Zabitdən Rövşən götürmüş, Zabitin üstündən pulu Rövşən götürmüş, ancaq onlar evlərinə gəldikdən sonra isə Rövşən cibindən pulu çıxardıb hamısını ona vermiş, o da həmin pulu saymış və 800 manat , 200 ABŞ dolları olduğunu görmüş, o həmin pulun yarısını yəni 400 manatını və 100 ABŞ dollarını Rövşənə vermiş, Rövşən də pulu götürüb cibinə qoymuş, həmçinin Rövşən evdən bir ədəd də «Samsung» markalı mobil telefon götürmüş, Zabitin evində kirayədə qalmışlar və arvadı da Zabitə baxmış, evin açarları da həmin vaxtdan onlarda qalmışdır. Bundan başq o, məhkəmədən zərərçəkmiş şəxs Zabit Namazova vurulmuş zərərin tam ödənilməsini, himayəsində az yaşlı uşaqlarının olmasını və əməlindən səmimi peşman olmasını nəzərə alaraq yüngül cəza təyin etməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 181.2.1,181.2.3 və 181.2.5-ci maddələri elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, Şəmkir rayonunda «Kran yolu» deyilən yerdə yerləşən zibillikdən kardon yığıb satır, Şəmkir rayonunda bir həftə qalır və həftə ərzində bir dəfə evlərinə gəlir, Təqsirləndirilən şəxs1 onun bacanağı hesab olunur, belə ki, onun arvadı ilə Abbasın arvadı xala qızıdırlar. 07 mart 2023-cü il tarixdə o bayram olduğu üçün evlərinə gəlmiş, o evə gələn vaxt Abbasla yolda mobil telefonla danışmış, həmin vaxt Abbasla Gəncə şəhəri ərazisində görüşmək barədə razılaşmış və Gəncə şəhəri Bağman adlanan yerdə mal bazarına gedən yolda olan yanacaq doldurma məntəqəsinin yanında Abbasla görüşmüşlər. Bundan sonra isə bir yerdə onun yaşadığı Göygöl rayonunun Bəhrəmbəy kəndinə getmişlər. Onlar evlərinə çatan vaxt saat təxminən 19 radələri olmuşdur. Onlar evlərində Abbasla iki nəfərə 0.5 litr spirtli içki olan araq içmiş, sonra 07 mart 2023-cü il tarixdə saat təxminən 21 radələrində o qonşusu Xandan xahiş etmişdir ki, onları avtomobili ilə Gəncə şəhərinə gətirsin. Xan da onun xahişi ilə idarə etmiş olduğu qara rəngli VAZ- 2106 markalı avtomobillə onları Gəncə şəhərinə, Bağmanlar adlanan yerə gətirmişdir. Onlar bundan sonra Abbasın Gəncə şəhəri, H.Z.Tağıyev küçəsində kilsənin yaxınlığında kirayədə yaşadığı evə gəlmiş, onlar Abbasın evində olan vaxt Abbas əvvəllər kirayədə yaşadığı evdə bir nəfər yaşlı kişinin tək yaşadığını və onun pulu olduğunu bildirərək həmin pulu götürməyi təklif etmişdir. Onun da pula ehtiyacı olduğu üçün Abbasla razılaşmış, sonra 08 mart 2023-cü il tarixdə saat təxminən 01 radələrində Abbasın dediyi kişinin evində getmək üçün Abbasgilin evindən çıxmışlar. Bildirmişdir ki, onlar Abbasgilin evində olan vaxt üzlərini örtmək üçün Abbasın qara rəngli köynəyini cırıb özləri ilə götürmüşlər, bundan başqa Abbas bir ədəd fanar da götürmüş, sonra onlar piyada həmin evin qabağına gəlmişlər. Həmin vaxt Abbas həyət qapısının açarını cibindən çıxararaq evin giriş qapısını açmış, sonra isə həyətə daxil olmuşlar. Onlar həyətdə olduqdan sonra Abbas qapıdan girən kimi sol tərəfə getmiş, o da Abbasın arxası ilə getmişdir. Sonra Abbas evə giriş qapısına çatıb qapını açmış, qapını açdıqdan sonra o da evə girmişdir. Abbas qabaqda o isə arxası ilə otağa daxil olmuşdur. Onlar otağa daxil olanda çarpayıda bir nəfər adını sonradan bildiyi Zabit adlı kişinin yatdığını görmüşdür. Həmin vaxt Abbas özü ilə gətirmiş olduğu bıçağı cibindən çıxarmış və Zabitin qarın nahiyyəsinə tutmuş və bir əlində də fanarla onun gözünə işıq salmışdır. Həmin vaxt Abbas ona pul verməyi tələb etmiş, sonra Abbas həmin Zabit adlı kişidən pulu götürüb ona evdən çıxmağı bildirmiş, sonra o qabaqda Abbas isə arxasınca evdən çıxmışlar, onlar həyət darvazasından küçəyə çıxan kimi sağ tərəfə gedib ara küçəyə girmişlər. Həmin vaxt Abbas üzünə bağladığı əskini çıxarmış, ondan bir qədər sonra isə o üzünə bağladığı əskini çıxardaraq yerə atmışdır. Sonra onlar bir yerdə Abbasın kirayə qaldığı evə getmişlər. Evdə olan vaxt Abbas cibindən 600 manat pul çıxararaq həmin pulu Zabitdən götürdüyünü deyib 200 manatını ona vermiş, sonra onlar bir yerdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən «Şeşqoşa» çay evinə getmişlər. Onlar çay evində otaqların birində oturub pivə sifariş vermişlər, həmin vaxt yanlarına çay evində işləyən qadınlar tez-tez gəlib gedirmişlər və onlarla otururmuşlar. Onlar oturan vaxt qızlar əlavə sifarişlər verirmişlər. Onlar təxminən saat 06 radələrinə qədər çay evində oturmuşlar. Çıxanda isə 196 manat hesabı o vermiş, sonra isə onlar Abbasın evinə gəlmiş və hər ikisi yatmışlar. O, səhər bilmişdir ki, Abbas Bakı şəhərinə getmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, hadisə vaxtı onun əlində bıçaq olmamış, Zabitdən pulu Abbas götürmüş, bıçaq da Abbasda olmuş və onu Zabitin üzərinə Abbas tutmuş, Abbas ona cəmi 200 manat pul vermiş, telefonları evdən Abbas götürmüşdür. Bundan başqa o, məhkəmədən ona cəza təyin edərkən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını,vurulmuş zərərərin ödənilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq ona yüngül cəza təyin etməsini xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X9 bildirmişdir ki, 07 mart 2023-cü il tarixdə çərşənbə axşamı olduğu üçün saat təxminən 19 radələrində yaşadığı evin qabağında od yandırmış, həmçinin ondan başqa da küçədə bir qədər aralıda qonşusu Bəstinin az yaşlı nəvələri də od yandırmışlar, o, yandırdığı od sönənə kimi küçədə dayanmış, sonra saat təxminən 21 radələrinə qədər küçədə dayanıb ocağın sönməsini gözləmiş, yandırdığı ocaq söndükdən sonra isə evinə getmişdir. O yaşadığı evə gedən vaxt evə giriş üçün olan qapıların hər ikisini yoxlamış, belə ki, onun yaşadığı evin iki giriş qapısı olmuş, həmin giriş qapılarından biri həmişə bağlı olmuş, digər giriş isə mətbəxdən keçmiş, o həmişə otaqlara mətbəxdən keçən qapıdan istifadə edərək getmiş, həmin gün də yenə mətbəxə keçmiş və mətbəxdən də yataq otağına getmişdir. Yataq otağına gedən vaxt evin digər qapısını da yoxlamış və həmin qapının da bağlı olduğunu görmüş, sonra o yataq otağına keçib yatmışdır. 08 mart 2023-cü il tarixdə gecə saat təxminən 02 radələrində çarpayıda yatan vaxt bir nəfər tanımadığı şəxsin onu silkələyərək oyatdığını görmüş, o yuxudan oyandıqda bir nəfər sifətini görmədiyi şəxs onun gözlərinə işıq salmış, həmin vaxt yanında da bir nəfər də təxminən 170 sm boylarında arıq bədən quruluşlu adamın dayandığını görmüş, həmin şəxs sifətini qara maska ilə örtdüyü üçün sifəti görsənməmiş, onun üzünə fanar salan şəxs isə təxminən 160-165 sm boylarında orta bədən quruluşlu şəxs olmuşdur. O, həmin şəxsin sifətini görə bilməmiş, həmin şəxslərdən biri onun gözünə fanar tutmuş, digəri, yəni arıq bədən quruluşlu olan isə qabağında dayanıb əlində olan bıçağı qarın nahiyyəsinə dirəyib, digər əli tumanını axtarmış, həmin vaxt onlardan biri ona: «əgər ölmək istəmirsənsə pulları ver» demiş, o isə onlara pulunun olmadığını bildirmişdir. Əlində fanar olan şəxs onun sinəsindən vuraraq onu arxaya tərəf itələmiş, qarnına bıçaq tutan şəxs isə alt paltarında saxladığı pulu tapıb digər əlində olan bıçaqla tumanına tikmiş olduğu cibi kəsib pulları götürmüşdür. Həmin şəxslər onun pulunu götürdükdən sonra artıq öldürsələr də qışqırmaq qərarına gəlmiş və bundan sonra «Əli kömək elə» deyərək qışqırmağa başlamışdır.Həmin şəxslər o qışqırmağa başlayanda qaçıb getmişlər, onlar onun evindən qaçıb getdikdən sonra bir qədər yatağında oturmuş, sonra işıqları yandırıb əyninə şalvar geyinmiş, sonra mobil telefonlarını götürüb zəng vurmaq istədikdə telefonlarının yerində olmadığını görmüş, onların çıxdıqları tərəfdən yəni həmişə bağlı olan qapının açıq olduğunu görüb həmin qapıdan da əvvəl həyətə, ordan da küçəyə çıxmış, o küçəyə çıxanda şalvarının ciblərinə baxdıqda şalvarının cibində olan 130 manatın da yerində olmadığını görmüş, o küçəyə çıxan vaxt küçədə heç kim olmamış, o, bundan sonra qonşusu Əlinin evinə gedib onu çağırmış və Əliyə hadisə barədə məlumat vermiş, Əli də bundan sonra bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmişdir.Bir qədər sonra polis əməkdaşları yaşadığı ünvana gəlmişlər. X13 ifadəsində göstərmişdir ki, onun evinə girən şəxslərdən biri sifətinə saldığı fanarın arxasında dayandığı üçün həmin şəxsin üzünü görməmiş, ancaq həmin şəxsin təxminən 160-165 sm boylarında, orta bədən quruluşlu olmasını görmüş, digər şəxs isə təxminən 170 sm boylarında, arıq bədən quruluşlu olmuş, həmin şəxsin isə üzündə qara rəngli maska olduğu üçün üzünü görə bilməmiş, onun qarın nahiyyəsinə bıçağı arıq bədən quruluşlu olan şəxs, yəni onun üstündə pul axtaran şəxs tutmuş, həmin bıçaq təxminən 20-25 sm uzunluğunda olmuş, o həmin bıçağın tutacaq hissəsini görməmişdir. Həmin hadisə vaxtı əlində fanar olan şəxs onun sinəsindən itələyərək çarpayıya yıxmış, digər əlində bıçaq olub üzərini axtaran şəxs isə bıçağı qarın nahiyyəsinə tutaraq «ölmək istəmirsənsə pulları ver» deyə onu qorxutmuş, o da həmin şəxsin əlində bıçaq olmasına görə əvvəlcə sakit dayanmış, lakin sonradan artıq pullarını götürdükləri üçün bıçaqla vurub öldürsə belə qışqırmağa qərar vermişdir. O qışqırdıqdan sonra isə həmin şəxslər qaçıb getmiş, həmin şəxslər onun alt paltarında saxladığı 1000 manat, 10 ədəd 100 manatlıq pul əskinaslarını və 200 ABŞ dolları yəni 2 ədəd 100 ABŞ dolları pul əskinasını, onun həmişə geyinmiş olduğu, həmin vaxt isə soyunub stolun başına qoyduğu şalvarının cibindən isə 130 manat yəni cəmi 1130 manat pulunu, bir ədəd 200-250 manat dəyərində «İphone 6S» markalı və bir ədəd 100-130 manat dəyərində «X17İİ» markalı mobil telefonlarını götürüb aparmışlar, «X17 İİ» markalı mobil telefonun üzərində olan üzlüyün qiyməti isə təxminən 5-6 manat olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, ona dəymiş maddi ziyan tam ödənilmiş, O, Təqsirləndirilən şəxs2lə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur, lakin digər Təqsirləndirilən şəxs1 isə şikayətçidir və ona ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Göygöl rayonunun Bəhrəmbəy kəndində yaşayır və Təqsirləndirilən şəxs2lə qonşudurlar. Hadisə baş verən günü o, Bəhrəmbəy kəndində yerləşən “İlhamın mağazası” adlanan yerin qarşısında dayanan zaman Təqsirləndirilən şəxs2lə tanımadığı adını sonradan bildiyi Abbas adlı şəxs ona yaxınlaşmışlar Rövşən ona onları evə aparmasını xahiş etmiş, O Abbası və Rövşəni sonuncunun yaşadığı evə aparmışdır. Evə çatan zaman Rövşən ona evə gedib onlarla birlikdə çay içməsini bildirmiş, Rövşənlə Abbas isə oturub yeyib-içmişlər. Daha sonra Rövşən *2244 taksi xidmətinə zəng edib taksi çağıracağını daha sonra isə taksiyə verdiyi 5 manat pulu ona verəcəyini bildirərək Rövşən onları Gəncə şəhər 3 saylı xəstəxananın yanına aparmasını xahiş etmiş, o da onları göstərdikləri yerdə yəni 3 saylı xəstəxananın yaxınlığında olan Notariat kontorunun qabağında avtomobilindən düşürdərək yenidən yaşadığı kəndə qayıtmışdır. Həmçinin Şahid1 ifadəsində göstərmişdir ki, Rövşən evdən çıxan vaxt ona Şəmkir rayonuna iş yerinə gedəcəyini bildirmişdir. Bundan sonra isə yolda ona 5 manat yanacaq pulu verəcəklərini deyərək onları 3 saylı xəstəxananın yanına aparmağı xahiş etmişdir. O Rövşənlə Abbasın əlində heçnə görməmişdir . Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları Şahid2 Bahadır qızının ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2011-ci ildə X8 ilə ailə həyatı qurmuş, həmin nigahdan onların 6 və 11 yaşlı iki övladları vardır. Rövşən Şəmkir rayonunda işləyir, 07 mart 2023-cü il tarixdə saat təxminən 19-20 radələrində Rövşən, Təqsirləndirilən şəxs1 və Xan ilə bir yerdə onların evlərinə gəlmiş və həmin vaxt onların əllərində iki ədəd spirtli içki olan araq şüşələri olmuşdur. Həmçinin bildirmişdir ki, həmin vaxt Rövşən sərxoş vəziyyətdə olmuşdur. Onlar gətirdəkləri arağın birin şüşəsini tam içmişlər, ikinci şüşənin isə yarısını içmişlər. Onlar evdə oturub spirtli içki olan araq içən vaxt Rövşənin telefonuna zəng gəlmiş, həmin vaxt Rövşən telefonla danışmış və sonra ona Şəmkir rayonuna işə getməli olduğunu bildirmiş, sonra onların hər üçü evdən çıxmışlar. Evdən çıxan vaxt Rövşən Xana onu idarə etdiyi avtomobillə Gəncəşəhərində yerləşən “Daşkörpü” deyilən yerə qədər aparmasını xahiş etmiş, sonra onlar evdən çıxıb getmişlər. Səhəri günü yəni 08 mart 2023-cü il tarixdə saat təxminən 11-12 radələrində Rövşən ona zəng vuraraq danışmış və işdə olduğunu hər şeyin qaydasında olduğunu bildirmişdir. Həmçinin Şahid2 ifadəsində göstərmişdir ki, Rövşən evə Abbas və Xan ilə bir yerdə gəlmiş, onlar otaqda oturub araq içirmişlər və söhbət etmişlər, o həmin otaqda olmadığıüçün konkret olaraq nə barədə danışmalarını bilməmiş, Rövşəndə heç vaxt bıçaq olmamış, həmin gün də o evdən çıxan vaxt üzərində bıçaq olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu 08 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 mart 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu 08 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-126/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-233/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-127/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-234/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 mart 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X9 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zabit Namazov istintaq vaxtı vermiş olduğu ifadəsini bir daha təsdiq edərək əlində bıçaq olan və onun pulunu alt paltarından götürən şəxsin Rövşən olduğunu üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 mart 2023-cü il tarixli “şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış vəTəqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 mart 2023-cü il tarixli “şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirən vaxt onun yaşadığı evdə hadisədən sonra Rövşənin yatdığı çarpayıda yastığın altından bir ədəd «İphone 6S» markalı və bir ədəd «X17İİ» markalı mobil telefonlar aşkar olunaraq götürüldü. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 mart 2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, İfadənin yerində yoxlanılması istintaq hərəkətləri zamanı aşkar olunmuş bir ədəd «İphone 6S» markalı mobil telefona baxış keçrilən vaxt «Qaleriya» bölməsində həmin mobil telefonda zərərçəkmiş şəxs X7 fotoşəkillərinin olduğu müəyyən edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 mart 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 bir daha istintaq vaxtı vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı bıçağın onun əlində olduğunu və pulu Zabit Namazovun alt paltarından onun götürdüyünü, həmin puldan 400 manat və 100 ABŞ dollarını ona çatdığını, bir ədəd «Samsung» markalı mobil telefonu onun götürdüyünü üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertinin 09 mart 2023-cü il tarixli 322 nömrəli rəyindən görünür ki, X7 bədəni üzərində heç bir xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertinin 13 aprel 2023-cü il tarixli 9/2025 nömrəli rəyindən görünür ki, analoji malların texniki göstərcilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların satışıüçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü il mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: -Bir ədəd “İphone 6S” markalı mobil telefon – 130,0 manat; Bir ədəd “X17 İİ” markalı mobil telefon – 50, 0 manattəşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə psixatrik-psixoloji ekspertizasın 16 may 2023-cü il tarixli 283 saylı rəyi görünür ki, Təqsirləndirilən şəxs1 əqli inkişafında hər-hansı bir gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs1 qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hərhansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 hadisə zamanı və halhazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni, cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizasıüzrə yekun hissə də göstərilmişdir ki, X4 göstərilən cinayət hadisəsini törədərkən adi psixi-emosionol halda olmuşdur. O, cinayət hadisəsi törədərkən güclü ruhi həyacan vəziyyətində (affekt) olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,kompleks məhkəmə psixatrik-psixoloji ekspertizasın 16 may 2023-cü il tarixli 282 saylı rəyindən görünür ki, məhkəmə psixatrik ekspertizasıüzrə yekun hissə də göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 əqli inkişafında hər-hansı bir gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs2 qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hər-hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni, cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizasıüzrə yekun hissə də göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 göstərilən cinayət hadisəini törədərkən adi psixi-emosional halda olmuşdu. O, cinayət hadisəsi törədərkən güclü ruhi həyacan vəziyyətində (affekt) olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,Gəncə şəhər 1-ci PŞ-dən alınmış əməliyyat tapşırığına cavabdan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs2 əlində olmuş bir ədəd bıçağın tapılması mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X7 yaşadığı ünvan 3 ünvanında yerləşən evdən götürülmüş əl barmaq izlərindən 01 ədədi Təqsirləndirilən şəxs1 sol əlinin ovucu (yataq otaında qapıdan götürülmüş) ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X7 yaşadığı ünvan 3 ünvanında yerləşən evdən götürülmüş bir ədəd fənər üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs1 məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ABŞ dollarının 08 mart 2023-cü il tarixdə məzənnəsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının elektron saytından çıxarışdan görünür ki, 1 ABŞ dolları 1.70 manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncəşəhər Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə AR-nin CM-nin 73.2 maddəsinəəsasən cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, X8GəncəHərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 333.3, 66.3 və 70-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə və 06 ay şərti sınaq müddətinə buraxılmışdır. xx.xx.2016-ci ildəşərti sınaq müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxs X7 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zabit Namazov, Təqsirləndirilən şəxs2 ilə barışdığını, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbinin olmadığını məhkəməyə bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı kənd İƏD-üzrə nümayəndəliyindən verilmiş 31 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 arvadı-Şahid2 Bahadır qızı, oğlu-xx.xx.2012-ci il təvəllüdlü X12, qızı-xx.xx.2014-cü il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs2 ifadəsində hadisə vaxtı bıçağın onun əlində olmadığını, mobil telefonları onun götürmədiyini və Abbasın ona cəmi 200 manat pul verdiyini göstərməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi həmin xüsusatlar həqiqətə uyğun deyil və işdə olan danılmaz sübutlarla tamamilə təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında ibtidai istintaq dövründə keçirilmiş üzləşdirmədə dindirmə zamanı Təqsirləndirilən şəxs1 bir daha istintaq vaxtı vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı bıçağın Rövşənin əlində olduğunu və pulu Zabit Namazovun alt paltarından Rövşənin götürdüyünü, əldə edilmiş puldan 400 manat və 100 ABŞ dollarının Rövşənə çatdığını, bir ədəd «Samsung» markalı mobil telefonu Rövşənin götürdüyünü sonuncunun üzünə qarşı demişdir. Həmçinin zərərçəkmiş şəxs X9 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zabit Namazov da əlində bıçaq olan və onun pulunu alt paltarından götürən şəxsin Rövşən olduğunu Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Həmin xüsusatları Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadələrin də qeyd etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikas Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və X8 cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış zərər çəkmiş şəxsə silah qismində istifadə edilən əşyanı tətbiq edərək, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib, zərərçəkən şəxsə ziyan vurmaqla quldurluq etmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X5 əməli Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və X5 əməlində Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi vardır. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və X5 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər ittiham olunduqları Azərbaycan Respublikası CMin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiklərindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Barələrində ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun törətdikləri cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində vurulmuş zərərin tam ödənilməsini və CM-in 59.2-ci maddəsinə əsasən himayəsində az yaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində vurulmuş zərərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. İş üzrə zərərçəkmiş şəxs X7 baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın ödənildiyini və onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və ya tələbinin olmaması barədə məkməyə ünvanladığı ərizəni nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan xüsusat cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpası baxımından mühüm əhəmiyyətə malikdir. Bununla bağlı məhkəmə aşağıdakıları vurğulayır: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.8, 59.1.10 və 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 181.2-ci maddəsinin sanksiyasının son həddi 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasıdır. Qanunun qeyd olunan tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın maksimum həddi ittiham olunduqları Azərbaycan Respublikası CM-in 181.2-ci maddəsinin sanksiyasının yuxarı həddinin, yəni 12 (on iki) ilin dörddə üçündən, yəni doqquz ildən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər onlara təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CM-in qeyd olunan tələbləri baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Bu səbəbdən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəza müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxil edilməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən yəni 08 mart 2023-cü il tarixdən hesablanmalıdır. X6 təyin ediləcək cəza müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxil edilməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən yəni 08 mart 2023-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd fənər məhkəmə həllinədək saxlanılması üçün Gəncə şəhər BPİ-nin anbarına məsul saxlanca verilmiş, 01 ədəd “İphone 6s” markalı və 01 ədəd “Samsung Note İİ” markalı mobil telefonlar saxlanılması üçün sahiblərinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Odur ki, məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerində saxlanılan 01 ədəd fənər məhv edilməli, bundan başqa 01 ədəd “İphone 6s” markalı və 01 ədəd “Samsung Note İİ” markalı mobil telefonların sahiblərinə təhvil verilməsi və 01 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və X3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəinə keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi1 30 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona həmin maddələr ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 08 mart 2023-cü il tarixdən hesablansın. Haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. X8 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona həmin maddələr ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcı 08 mart 2023-cü il tarixdən hesablansın. Haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerində saxlanılan 01 ədəd fənər məhv edilsin, bundan başqa 01 ədəd “İphone 6s” markalı və 01 ədəd “Samsung Note İİ” markalı mobil telefonların sahiblərinə təhvil verilməsi və 01 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və X3 müştərək qaydada alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdənelan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.