Məhkəmə qərarları › İş №1(100)-144/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-144/2021

29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-144/2021 29.01.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X24 Məhkəməsinin hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X10, müdafiəçilər – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Qəhrəmanov Zabil Köçəri oğlu və X7, Bərdə rayon Vəkil Bürosunun vəkili X13, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, X8, onların qanuni nümayəndələri X1, X11 və X3 iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, Təqsirləndirilən şəxs1 Tərtər şəhər sakini Zərərçəkmiş şəxs 2020-ci il aprel ayının 17-də saat 17 radələrində Тərtər şəhəri, Ə.Paşayev küçəsində qolunu onun tanışı Təqsirləndirilən şəxs2 boynuna salmaqla zarafat etməsi ilə əlaqədar olaraq heç bir əsaslı səbəb olmadan 2020-ci il aprel ayının 17-də saat 20 radələrində Təqsirləndirilən şəxs1 dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşib Tərtər şəhəri M.Hüseynzadə küçəsində Zərərçəkmiş şəxs ilə mübahisə edərək dalaşmış, mübahisə zamanı Təqsirləndirilən şəxs1 əlində olan bıçaqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurmaqla sonuncuya döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthinin hemopnevmotoraksla müşayiət olunan daxilə keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, alın nahiyyəsinin 1 (bir) ədəd, sol qalça nahiyyəsinin 1 (bir) ədəd, sağ bud nahiyyəsinin 2 (iki) ədəd kəsilmiş və kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan ümumilkidə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs2 Tərtər şəhər sakini Zərərçəkmiş şəxs 2020-ci il aprel ayının 17-də, saat 17 radələrində Тərtər şəhəri, Ə.Paşayev küçəsində qolunu onun boynuna salmaqla zarafat etməsi ilə əlaqədar olaraq heç bir əsaslı səbəb olmadan 2020-ci il aprel ayının 17-də saat 20 radələrində Təqsirləndirilən şəxs2 dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib Tərtər şəhəri, M.Hüseynzadə küçəsində Zərərçəkmiş şəxs ilə mübahisə edərək dalaşmış, mübahisə zamanı Təqsirləndirilən şəxs1 əlində olan bıçaqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurmaqla sonuncuya döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthinin hemopnevmotoraksla müşayiət olunan daxilə keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, alın nahiyyəsinin 1 (bir) ədəd, sol qalça nahiyyəsinin 1 (bir) ədəd, sağ bud nahiyyəsinin 2 (iki) ədəd kəsilmiş və kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan ümumilkidə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs3 2020-ci il aprel ayının 17-də, saat 17 radələrində Тərtər şəhəri, Ə.Paşayev küçəsində qolunu onun tanışı Təqsirləndirilən şəxs2 boynuna salmaqla zarafat etməsi ilə əlaqədar olaraq heç bir əsaslı səbəb olmadan 2020-ci il aprel ayının 17də, saat 20 radələrində Təqsirləndirilən şəxs3 dostları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşib Tərtər şəhəri, M.Hüseynzadə küçəsində Zərərçəkmiş şəxs ilə mübahisə edərək dalaşmış, mübahisə zamanı Təqsirləndirilən şəxs3 əlində olan bıçaqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurmaqla sonuncuya döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthinin hemopnevmotoraksla müşayiət olunan daxilə keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, alın nahiyyəsinin 1 (bir) ədəd, sol qalça nahiyyəsinin 1 (bir) ədəd, sağ bud nahiyyəsinin 2 (iki) ədəd kəsilmiş və kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan ümumilkidə yetirldiyi anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran xəsarətləri yetirmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs3 hüquqlarını müdafiə edən müdafiəçi Zabil Qəhrəmanov məhkəməyə vəsatətlə müraciət edərək ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının pozulduğunu, təqsirləndirilən şəxslərə verilən ittihamın qeyri-müəyyən olduğunu, həmin ittihamla təqsirləndirilən şəxsin hərəkətinin nədən ibarət olması aydın göstərilmədiyini, işin faktiki halları ilə irəli sürülən ittiham arasında uyğunsuzluq olduğunu, belə ki, iş materiallarında təqsirləndirilən şəxsin təqsirliliyinə dair heç bir sübut olmadığı halda ona qarşı ittiham sürüldüyünü, bununla da təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu bildirib, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, ibtidai istintaqı aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı Müşfiq Rəhimov təqsirləndirilən şəxslərin məhkəməyə verilmələri və məhkəmə baxışının təyin edilməsi, eləcə də müdafiəçi tərəfindən verilmiş vəsatətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. X15 Zabil Qəhrəmanov tərəfindən verilmiş vəsatəti müdafiə edib, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. X20 dövlət ittihamçısının fikri ilə razı olduğunu, təqsirləndirilən şəxslərin məhkəməyə verilmələri və məhkəmə baxışının təyin edilməsi, eləcə də müdafiəçi tərəfindən verilmiş vəsatətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, cinayət işinin materiallarını nəzərdən keçirib, cinayət prosesi tərəflərinin fikirini dinləyərək hesab edir ki, müdafiəçi Zabil Qəhrəmanovun vəsatəti təmin olunmaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinin tələbləri pozulduğundan cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, toplanmış materiallar əsasında qəbul edilmiş hüquqi əsaslar təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın təsvirində ətraflı əks olunmamış və nəticədə təqsirləndirlən şəxslərin müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.3-cü maddəsinə əsasən müstəntiq ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutları göstərməli, eləcə də həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilməlidir. Cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın mahiyyəti aydın olmamaqla qeyrimüəyyəndir. Belə ki, təqsirləndirilən şəxslərin hər üçünə qarşı irəli sürülmüş ittihamda aşağıdakılar eyni qaydada qeyd edilmişdir; -Tərtər şəhər sakini Zərərçəkmiş şəxs 2020-ci il aprel ayının 17-də saat 17 radələrində Тərtər şəhəri, Ə.Paşayev küçəsində qolunu Təqsirləndirilən şəxs2 boynuna salmaqla zarafat etməsi ilə əlaqədar olaraq heç bir əsaslı səbəb olmadan 2020-ci il aprel ayının 17-də saat 20 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşib Tərtər şəhəri, M.Hüseynzadə küçəsində Zərərçəkmiş şəxs ilə mübahisə edərək dalaşmaqla, mübahisə zamanı hər üçü əllərində olan bıçaqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurmaqla sonuncuya döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthinin hemopnevmotoraksla müşayiət olunan daxilə keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, alın nahiyyəsinin 1 (bir) ədəd, sol qalça nahiyyəsinin 1 (bir) ədəd, sağ bud nahiyyəsinin 2 (iki) ədəd kəsilmiş və kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan ümumilkidə yetirldiyi anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran xəsarətlər yetirmişdirlər. Bundan başqa Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən verilən ittihamından ona istinad edilən əməlin onun tərəfindən törədilib- törədilməməsi qeyrimüəyyəndir. Qeyd olunanlardan görünür ki, verilmiş ittihamlarda cinayətin törədilmə üsulları, yəni təqsirləndirilən şəxslərdən hansının zərərçəkmiş Zərərçəkmiş şəxs nə kimi xəsarət yetirməsi və Təqsirləndirilən şəxs2 istinad edilən əməlin onun tərəfindən törədilibtörədilməməsi qeyri-müəyyən olmaqla ittiham aktında dəqiq göstərilməmişdir. Bunula da Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 289.3.1 və 289.3.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmin Məcəlləsinin 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin müstəsna hüquqlarından biridir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə ittiham elan edilərkən həmin ittiham elan olunan zaman kimin zərər çəkmiş şəxsə hansı xəsarəti yetirməsi müəyyən edilməməklə həmin ittiham da qeyri-müəyyən qalmışdır ki, təqsirləndirilən şəxslər də onlara elan olunmuş ittihamın mahiyyətini başa düşməmişlər. Yəni təqsirləndirilən şəxslərə ittihamın mahiyyətinin nədən ibarət olması aydın olmamış, onlara qarşı irəli sürülmüş ittihamın mahiyyəti dəqiq müəyyən edilməmiş, təqsirləndirilən şəxslər isə nəticədə nədə ittiham olunduqlarını və nədən müdafiə olunmalı olduqlarını bilməmişlər. Bununla da Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinin tələbinin kobud şəkildə pozulması ilə yanaşı həmin Məcəllənin 303.3.1-ci maddəsinin də tələbi, yəni təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 91.4-cü maddəsinə əsasən müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. İnsan Hüquqlarının və X12 X4 6-cı maddəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: (a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq; (b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; (c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək; (d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırması və dindirməsi hüququna malik olmaq; (e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. İnsan Hüquqları üzrə Avrova Məhkəməsi “X2rşı” iş üzrə xx xxxxxx 2009-cu il tarixli digər qərarında qeyd etmişdir ki, sübut etmə kifayət qədər etibarlı, dəqiq və ardıcıl fərziyyələrin və ya analoji rədd edilməmiş faktiki prezumpsiyaların məcmusu əsasında qurula bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında presedent qismində istinad etdiyi “X16rşı” xx xxxx 2013-cü il tarixli qərarına əsasən, Konvensiyanın 6-cı maddəsinin 3 “a” və “b” yarımbəndləri bir-biri ilə əlaqəlidir və ittihamların xarakteri və səbəbi barədə məlumatlı olmaq hüququ təqsirləndirilən şəxsin öz müdafiəsini hazırlamaq hüququ baxımından qiymətləndirilməlidir. “İnsan hüquqlarının və X12 haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin «a» alt bəndi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququnun olmasını ehtiva edir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 13cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas hesab olunduğundan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məqəsədəmüvafiqdir. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X8 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və dəyişdirilməsi üçün də əsaslar yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1.5., 303.1., 303.2., 303.3.1, 303.3.6-cı maddələrini rəhbər tutub məhkəmə, qərara aldı:

1. X5 cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətləri təmin olunsun.

2. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X8 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın.

4. Qərardan apelyasiya şikayəti və apelyasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar