Məhkəmə qərarları › İş №1(100)-144/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-144/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-144/2022 17.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Nəzərova Hicran Məstəcəb qızının, onun nümayəndəsi vəkil X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Müdafiəçi3 və Müdafiəçi1 Fərhad oğlunun iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Gəncə istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1988-ci il tarixdə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, işləməyən, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Gəncə istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 28 avqust 2021-ci il tarixdə, saat 17 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə Bərdə rayonu, Saatlı kəndi ərazisində yerləşən kafedə spirtli içki qəbul edərək orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə düşüb iribuynuzlu heyvanlarını otarmaq üçün sonuncu ilə birlikdə yaşadığı Bərdə rayonu, Hacallı kəndi ərazisində yerləşən subartezian quyusunun yanına getdikdən sonra, arvadı X15 ilə cinsi əlaqədə olduğundan ailəsinin dağılmasına və aralarında düşmənçilik münasibətlərinin yaranmasına səbəb olmuş qardaşı X2 19 radələrində həmin yerə gələrək onun və Təqsirləndirilən şəxs2 ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söydüyündən sonuncunun əlində olan 157 sm uzunluğunda, soyuq silah hesab edilməyən bel sapı ilə Səxavət Nəzərovun baş nahiyyəsindən bir dəfə vurduğunu görüb, o da öz qisasını almaq üçün Səxavət Nəzərova yumruq və təpiklə bir neçə dəfə vurarkən, Təqsirləndirilən şəxs2 “Səxavəti toka verib öldürəcəm” deməsini eşitdiyindən öz namusunu təmizləmək və Səxavət Nəzərovu təkbaşına öldürməyi reallaşdıra bilməyəcəyini düşündüyü üçün Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında birləşərək Səxavət Nəzərovu yerdə sürüyəsürüyə subartezian quyusunun yanında quraşdırılmış yüksək gərginlikli 10 kv-lıq transformatorun mühafizə zolağının giriş qapısının yanına gətirmiş, Səxavət Nəzərov qəsdən öldürüləcəyini anlayıb çabalamaqla onlarn əllərindən qurtulmaq istəyən zaman Təqsirləndirilən şəxs2 əlində olan ağacla, özü isə yumruq və təpiklə qəsdən bir dəfə baş nahiyyəsindən vurub aktiv müqavimətini qıraraq Səxavət Nəzərova alın nahiyəsinin əzilmiş yarası, sol gözətrafı nahiyənin hemotoması xəsarətlərini yetirmiş, daha sonra öz niyyətlərini davam etdirib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək Səxavət Nəzərovu qəsdən öldürmək niyyətilə mühafizə zolağının içərisindəki transformatora yaxınlaşdırıb qapağını açaraq transformatorun aşağı hissəsinə, diri-diri baş nahiyyəsindən itələmələrinə baxmayaraq, həmin yerdən elektrik cərəyanının gəlmədiyini görüb niyyətlərini başa çatdırmaqdan ötrü birlikdə güc tətbiq etməklə sonuncunun bədən nahiyəsindən tutub bütövlükdə transformatorun yüksək gərginlikli elektrik cərəyanı ötürən yuxarı hissəsinə itələməklə Səxavət Məmmədova sol təpə-gicgah nahiyyəsində sümüklərin yanması ilə sol təpə-gicgah, sol said, sağ bazu, sağ qalça, qasıq nahiyyəsində isə yumşaq toxuma yanması ilə bağırsaqların xaricə çıxması ilə qasıq, sol diz qapağı, sağ ayaqaltı, sol ayaqaltı, sağ qulaq, sol qulaq, üz, sağ bud, sağ dirsək oynağı, ənsə nahiyələrinin elektrik nişanələri- elektrik yanığına bənzər yanıqlarından ibarət sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirib elektrik cərəyanı təsiri nəticəsində əmələ gəlmiş ürək boşluqlarında və iri damarlarda vemoz doluqanlılıq, ağ ciyərlərin plevrası altına və epikard altına kiçik nöqtəşəkilli qansızmalar, baş beyin maddəsinin və beyinin yumşaq qişasının ödemindən hadisə yerində ölümünə səbəb olmaqla, bir qrup şəxs qismində xüsusi amansızlıqla Səxavət Nəzərovu qəsdən öldürmüş, yəni bir nəfər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, mərhum Səxavət Nəzərov onun qardaşıdır, sonuncu 2021-ci ilin fevral ayında yaşadığı evdə yəni, Bərdə rayonu, Hacallı kəndində arvadı İlahə ilə cinsi əlaqədə olmuş, həmin halı o, öz gözü ilə görmüşdür. Həmin vaxtdan sonra onlar arasında problemlər yaranmağa başlamış, qardaşı Səxavətlə aralarında bir neçə dəfə dava-dalaş olmuş, hətta Səxavəti döyərək ona xəsarət yetirdiyi üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il müdətində islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Səxavət Bərdə rayonu, Hacallı kəndi ərazisində onu ağacla döyərək xəsarət yetirmişdir. xx.xx.2021-ci il tarixdə o, həmkəndisi Şəhriyar və digər tanımadığı şəxslərlə birlikdə Bərdə rayonu, Saatlı kəndi ərazisində kafedə yemək yemiş və araq içmişlər. Yeyib içdikdən sonra saat təxminən 18 radələrində Şəhriyarla birlikdə yaşadıqları kəndə gəlmiş, mal-qaranı otarmaq üçün kənd ərazisində yerləşən subartezian quyusunun yanına getmişdir. Onlar sahəyə çatanda Səxavətin artezian quyusunun yanında olduğunu görmüşlər. Sonuncu onu görüb niyə Səxavəltə bağlı polisə şikayət etdiyini deyərək, telefonla çəkiliş edərək onun ünvanına nalayiq söyüşlər söyə-söyə onun yanına gəlmişdir. Bundan sonra ona arvadını gözünün qabağında yoldan çıxarıb cinsi əlaqədə olduğunu, bu hərəkətləri qızlarına da edəcəyini demişdir. Bundan sonra onlar arasında mübahisə yaranmış və hər ikisi biri birini vurmağa başlamışlar. O, bel sapı ilə Səxavətin baş nahiyəsindən vurmuşdur. Səxavət aldığı zərbədən yerə yıxılmışdır. Daha sonra o, Səxavəti sürüyərək transformatorun qarşısına gətirmiş, o, əlində olan ağac parçası ilə Səxavəti vuraraq onun müqavimətini qırmış və öz intiqamını almaqdan ötrü yerdə sürüdüyü və çöməlmiş olan Səxavəti arxadan transofrmatora itələmişdir. Səxavət transformatora dəyən kimi onu tok vuraraq öldürmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, Səxavət ona söyən zaman və onların arasında mübahisə və dava-dalaş olan zaman Şəhriyar, qardaşı Cəsarətin uşaqları Şahid1, Şahid2 və onun oğlu Şahid3 mal-qara başqa şəxslərin sahəsinə girdiyi üçün mal qaytarmağa getmişlər və hadisəni görməmişlər. O Səxavəti tək öldürmüş, Səxavət huşsuz vəziyyətdə olduğu üçün onun əlindən tutaraq transfarmatora tərəf aparmışdır. Bundan sonra onun arxasından transfarmatora itələmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “xx.xx.2021-ci il tarixdə o, həmkəndisi Şəhriyarla birlikdə yaşadıqları kəndə gəlmiş, mal-qaranı otarmaq üçün kənd ərazisində yerləşən subartezian quyusunun yanına getmişdir. Onlar sahəyə çatanda Səxavətin artezian quyusunun yanında olduğunu görmüşlər. Sonuncu onu görüb mal-qarasını hansı səbəbdən onun yerinə saldığını deyərək nalayiq söyüşlər söyməyə başlamış, halbuki onun mal-qarasını otardığı yer Səxavətə məxsus olmamışdır. Bundan sonra ona arvadını gözünün qabağında yoldan çıxarıb cinsi əlaqədə olduğunu, bu hərəkətləri qızlarıma edəcəyini demişdir. Səxavət bu sözləri deyən zaman yanında Şəhriyarda olmuşdur. Sonuncunun əynində göy rəngli cins şalvar, sarı qəhvəyi rəngli hərbi geyim forması olan kofta əlində isə uzun bel sapı olmuşdur. O, həmin taxta parçasından mal-qaranı otlaq sahəsindən qaytarmaq üçün istifadə etmişdir. Səxavət ona “arvadını sikirlər, qızını sikirlər nə deyib yaşayırsan” deyəndə anidən Şəhriyarı göstərərək “bu da sənin kimi” deyərək Şəhriyarında arvadına söymüşdür. Səxavət kənd sakinləri arasında şərəfsiz, qeyrətsiz kimi tanındığından, eləcə də, qardaşı ola-ola arvadı ilə cinsi əlaqədə olduğundan hamı ondan uzaq durmuşdur. Şəhriyar da onun kimi sərxoş olduğundan Səxavətin bu sözü ona çox pis təsir etmiş, artıq cana yığıldığı üçün əlində olan bel sapını sonuncunun baş nahiyəsindən vurmuşdur. Səxavət aldığı zərbədən yerə yıxılanda Şəhriyar onun üstünə çıxmış və yumruqla vurmağa başlamışdır. O, Şəhriyarı yana çəkərək “Şəhriyar dəymə, eləmə burax getsin arvadını sikdiyim” desə də, Şəhriyarın gözü qızdığı üçü ona məhəl qoymamışdır. Sonuncu ona kənara çəkilməyini, transformatoru göstərərək “bu dəqiqə onu toka soxa vurajam” demişdir. O, Səxavəti aralamağa çalışsa da, sonuncu yerdə ola-ola arvadının və qızının ünvanına söyüşlər söymüş və əli ilə onu vurmuşdur. O, cana yığıldığı üçün Şəhriyara qoşularaq Səxavəti vurmağa başlamışdır. Daha sonra Şəhriyarla birlikdə Səxavəti sürüyərək transformatorun qarşısına gətirmiş, Səxavət onu toka verəcəklərini görüb çabalamağa, əllərindən qaçmağa çalışmışdır. Şəhriyar əlində olan ağac parçası ilə Səxavəti vuraraq onun müqavimətini qırmışdır. Transformatorun mühafizə zolağı olan qapağı açıq olmuş və içəriyə daxil olmuşlar. Transformatorun yanına çatanda Şəhriyar transformatorun qapağını açmış, öz intiqamını almaqdan ötrü yerdə sürüdüyü və çöməlmiş olan Səxavəti arxadan transofrmatora itələmişdir. Səxavət transformatora dəyən kimi onu tok vuraraq öldürmüşdür. Səxavətin ilk olaraq baş nahiyyəsi transformatora girmiş və onu elektrik cərəyanı vurmuşdur. Həmin vaxt Səxavətin elektrik cərəyanı vurması nəticəsində yerindəcə öldüyünü görüb buna əmin olmuşdur. Şəhriyar onun Səxavəti toka verdiyini görüb qaçaraq tez mühafizə zolağından çıxıb onun mal qarasının arxasıynan getmişdir. O, mühafizə zolağından çıxıb təxminən 10-15 metr məsafə aralandıqda qardaşı Cəsarətin arvadı ona tərəf gəlmiş, transformatordan aralandıqda əynində olan qara koftanı çıxarıb yerə atmışdır. Cəsarətin arvadı ona çay vermiş, daha sonra hadisə yerinə gələn polis əməkdaşlarına təslim olmuşdur”. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, X16 və Təqsirləndirilən şəxs1 onun həmkəndliləridir. Səxavət Nəzərov Təqsirləndirilən şəxs1 arvadı ilə cinsi əlaqədə olduğu üçün onların aralarında dava-dalaş yaranmışdır. Hətta bir neçə dəfə onlar bir-biriləri ilə dalaşmış, barələrində rayon polis şöbəsində araşdırma getmişdir. Səxavət Nəzərov kənd ərazisində ləyaqətsiz insan kimi tanınır, ona qarşı heç kimin yaxşı münasibəti olmamışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 17 radələrində İnayətlə birlikdə Bərdə rayonu, Saatlı kəndi ərazisində kafedə yemək yemiş və araq içmişlər. Bundan sonra saat təxminən 19 radələrində İnayətlə birlikdə yaşadıqları kəndə gəlmiş, İnayət öz evinə çatanda onun oğlu İlkin çobanlarının mal-qaraya su vermədiyini, bu səbəbdən kənddə olan subartezian quyusunun yanına gedərək mal-qaraya su verməli olduğunu demişdir. Daha sonra o, İnayət və oğlu İlkin subartezian quyusunun yanına gəlmişlər. Həmin vaxt aralıdan İnayətin qardaşı Səxavət at belində əlində ağacla üzü onlara tərəf gəlmişdir. Sonuncu İnayətin arvadı və qızının ünvanına nalayiq söyüşlər söymüş və yerdən götürdüyü torpaq parçasını İnayətin üzünə doğru atmışdır. Bundan sonra Səxavət onun ünvanına da nalayiq ifadələr işlətmiş və o İnayət oğlu İlkinin əlində olan ağac parçasını götürüb Səxavətin çiyin nahiyyəsindən vurmuşdur. Səxavətlə İnayət dalaşmağa başlayan zaman onları ayırmağa çalışmışdır. Lakin mal-qaranı qaytarmağa kömək lazım olduğu üçün o, Səxavətlə İnayəti orada qoyaraq həmin yerdən 50-60 metr məsafə uzağa, yəni İnayətin mal-qarası qaytarmağa getmişdir. O, İnayətin mal-qarasını kənd sakinlərinin pay torpağından qaytarmaqla məşğul olduğu üçün İnayətin Səxavəti transfarmtora aparıb toka verdiyini görməmişdir. X17 dalaşan zaman ondan 100-200 metr məsafə aralıda Əlizamini görmüş, qışqıraraq onu Səxavətlə İnayəti ayırması üçün çağırmışdır. Əlizamin üzü transformatora doğru qaçmağa başlamış, İnayətdə onun yanına tərəf qaçmışdır. İnayət ilk öncə onun yanına çataraq “peysəri öldürdüm” demişdir. Təxminən 10 dəqiqə sonra Əlizamin onlara çatmış, İnayət ona da, “peysəri mən ödürdüm” demişdir. Daha sonra onlar öz yaşadıqları evə getmişdir. O, İnayətlə Səxavəti aralayan zaman əynindəki kofta cırıldığı üçün əynindən çıxarıb sahəyə atmışdır. Əynindən çıxarıb sahəyə atdığı kofta sarı-qəhvəyi rəngli olan hərbi geyim forması olmuşdur. Evə çatanda əynində olan açıq göy rəngli cins şalvarı qapıdan çölə, məhləsinin kənarına atmışdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verilən suallara cavab olaraq Ülvi və Şahid1 orada olmadığını, onun Səxavət Nəzərovun öldürülməsində heç bir iştirakının olmadığını, mal-qaranı qaytarmaq üçün hadisə yerindən getdiyini, həmin yerə qayıtdıqda isə artıq İnayətin Səxavəti öldürdüyünü gördüyünü bildirdi. Fərqi yaz Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Nəzərova Hicran Müstəcəb qızı ifadəsində bildirdi ki, X16 onun əridir, Səxavət, İnayət, Cəsarət və Əlizamin 4 qardaş olsalar da, onlar arasında həmişə ədavət olmuşdur. Belə ki, Səxavətlə 2014-cü il tarixdə evlənməmişdən öncədə qapıbir qonşu olduqları üçün onların aralarında düşmənçilik münasibətlərinin olduğunu bilmişdir. X25 üzərinə şər ataraq guya onun arvadı ilə cinsi əlaqədə olduqlarını demişdir. Bu məsələ ilə bağlı Səxavəti kənd sakinləri arasında gözdən salmaq istəmişdir. Sonuncu İnayətin arvadı İlahə ilə aralarında heç bir şey olmadığını demişdir. Bundan başqa həmkəndliləri Şəhriyar Məmmədov əri Səxavətdən hadisədən təxminən 2 ay öncə yaşadıqları həyətdə 6100 manat borc, 1 baş yanıbalalı inək almışdır. Daha sonra Səxavət Şəhriyarın həmin borcu qaytamaq istəmədiyini, pulu guya bazarda ona qaytardığını demişdir. Həmin vaxtdan sonra Şəhriyarla Səxavətin arasında ədavət yaranmağa başlamışdır. Səxavətlə birgə nikahlarından 2016-cı il təvəllüdlü Ramal və xx.xx.2021-ci il tarixli Röyal adlı iki azyaşlı oğlan övladları vardır. xx.xx.2021-ci il tarixdə, saat təxminən 12 radələrində Bərdə RMX-nın doğum evindən çıxmış, Səxavət onu bacısı Günayın yaşadığı evə aparmışdır. O, hadisə baş verən gün bacısıgildə olmuş, həmin gün axşam saat təxminən 19 radələrində Səxavətin İnayət və Şəhriyarla dalaşdığını eşitmişdir. O, xx.xx.2021-ci il tarixdə səhər saatlarında atasıgilin yaşadığı evə gəldikdə İnayət və Şəhriyarın Səxavəti döyərək transformatora atıb öldürdüyünü eşitmişdir. xx.xx.2021-ci il tarixdə, axşam saatlarında Səxavətin telefonunu axtaranda ona İnayətin oğlu İlkinin Səxavətin telefonunu kolluğa atdığını demişlər. O, Səxavətin bacısı əri Qara ləqəbli şəxsə mobil telefonu tapıb gətirməyini demiş, sonuncu ona telefonu tapıb gətirmiş, Səxavətin telefonu qara rəngli Redmi markalı telefonu olmuşdur. O, telefonun Qalareya bölməsinə baxanda orda xx.xx.2021-ci il tarixdə, saat 18:57-də Səxavət tərəfindən çəkilən videonu görmüşdür. Həmin videoya baxanda Səxavətin ölümündən əvvəl Şəhriyar və İnayətə söydüyü, Şəhriyarın Səxavətin üzərinə hücum edərək onu vurduğu, həmin vaxt İnayətin “Şəhriyar vurma” deməyi çəkilişə düşmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində bildirdi ki, X16 və Təqsirləndirilən şəxs1 hər ikisi onun əmiləridir. 28 avqust 2021-ci il tarixdə axşam saat 8 radələrində Şahid2, Şahid3 və o, sahədə mal sulamağa getmişlər. Hadisə olan zaman o, qardaşı Ülvi, İlkin və Şəhriyar mal qaytarmışlar. Artıq onlar qayıdanda hadisə olmuş və Səxavət əmisinin meyidi transformatorun yanında yerdə olmuşdur. İnayət əmisi də transfarmatordan 2-3 metr aralıda olmuşdur. Bundan sonra hadisə yerinə camaat yığılmışdır. Şahid1 oğlu məhkəmə iclasında verilən suallara cavab olaraq həmin vaxt Şəhriyarın onlarla olduğunu, hadisə olan yerə Şəhriyarında onlarla birlikdə gəldiyini bildirdi. Şahid1 oğlu məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “X16 və Təqsirləndirilən şəxs1 onun əmiləridir. 28 avqust 2021-ci il tarixdə axşam saat 18-19 radələrində X21, Şahid3 və o iribuynuzlu heyvanlarını sahədə sulayan zaman əmisi İnayət və sonuncunun dostu Şəhriyar əmisi ilə birlikdə kəndlərində yerləşən artezian quyusunun yanında malları sulamağa aparmışdır. Digər əmisi Səxavət Nəzərov əlində olan telefonla videoçəkiliş apararaq söyüş söyə-söyə İnayət və Şəhriyar əmisinin üstünə gəlmiş, Səxavət Şəhriyara yaxınlaşanda sonuncu əsəbləşib əlində olan malları otaran ağac parçası ilə Səxavətin başından vurmaq istəyən zaman Səxavət qolları ilə başını tutduğu üçün onun qollarına dəymiş, Səxavətin əlində olan telefon yerə düşmüşdür. Daha sonra Səxavətlə Şəhriyar yumruqlaşmağa başlamışdır. İnayət onların arasına girərək davanı dayandırmağa çalısa da, Səxavət İnayəti də vurmağa başlamışdır. İnayət əsəbləşdiyi üçün Səxavəti vurmağa başlamış, Şəhriyarda onlara qoşulmuşdur. Səxavət beli üstə yerə yıxıldıqda yerdə sonuncunun üz və bədən nahiyyəsindən yenidən vurmuşlar. Daha sonra X9 köynəyinin arxa hissəsindən tutub sürüyərək 4-5 metr aralıda yerləşən transformatorun yanına aparmışlar. Orada Səxavəti üzü üstə yerə əyərək çiyinlərindən tutub ilk əvvəl başını transformatora soxmuş, Səxavəti tokun vurmadığını görüb transformatorun yuxarı hissəsində açıq tok yeri olan hissəsinə, yəni X10 hər iki ayaqlarının diz hissəsindən tutaraq transformatorun içinə əlləri ilə sonuncunu itələmişlər. Səxavətin toka keçərək öldüyünə əmin olduqdan sonra oradan uzaqlaşmışlar” Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, X16 və Təqsirləndirilən şəxs1 onun əmiləridir. 28 avqust 2021-ci il tarixdə axşam saat 08 radələrində Şahid1 oğlu, Şahid3 və o sahədə mal sulamağa getmişlər. Hadisə olan zaman o, qardaşı Nicat, İlkin və Şəhriyar mal qaytarırlarmış. Onlar hadisə yerinə qayıdanda artıq hadisə olmuş, Səxavət əmisinin meyidi transformatorun yanında yerdə olmuş, İnayət əmisi isə transfarmatordan 2-3 metr aralıda dayanmışdır. Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, Şəhriyar onları köməyə çağırdığı üçün onlar üçüdə Şəhriyarın yanına getmiş, sonra Şəhriyarla birlikdə mal-qaranı qapılarına aparmışdılar. Şahid2 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “X16 və Təqsirləndirilən şəxs1 əmiləridir. 28 avqust 2021-ci il tarixdə axşam saat 8 radələrində Şahid2, Şahid3 və özü sahədə malları sulayan zaman İnayət və Şəhriyar həmin yerə gəlmiş, daha sonra Səxavət əlində telefonla çəkiliş apara-apara onlara tərəf gəlmiş və söyüş söymüşdür. Şəhriyar əlində olan çomaqla Səxavətin başından vurmaq istəyən zaman Səxavət qolları ilə başını tutduğu üçün onun qollarına dəymiş, Səxavətin əlində olan telefon yerə düşmüşdür. Daha sonra Səxavətlə Şəhriyar dalaşan zaman İnayətin onların arasına girərək aralamaq istəyən zaman Səxavət onu da vurduğu üçün İnayət də Şəhriyarı vurmağa başlamışdır. Daha sonra X9 köynəyinin arxa hissəsindən tutub sürüyərək 4-5 metr aralıda yerləşən transformatorun yanına aparmış, Səxavəti üzü üstə yerə əyərək çiyinlərindən tutub ilk əvvəl başını transformatora soxmuş, Səxavəti tok vurmadığını görüb hər iki ayaqlarının diz hissəsində tutaraq transformatorun içinə əlləri ilə itələmişlər”. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 onun atasıdır, xx.xx.2021-ci il tarixdə, saat 19 radələrində atası Təqsirləndirilən şəxs1, həmkəndliləri və atasının dostu Şəhriyar, əmisi oğlanları Şahid2 və qardaşı Şahid1 malı otardıqdan sonra malı su içməyi üçün su artezianın yanına aparmışlar. Onlar malı suladıqları zaman X16 əlində telefonla video çəkərək onun atasına pis şöyüş söymüşdür. Bundan sonra onun atası İnayətlə Səxavət arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəhriyar atası İnayətin yanında olduğu üçün Səxavət Şəhriyarın da ünvanına söyüş söymüşdür. Lakin iribuynuzlu heyvanlar qonşunun sahəsinə girdiyi üçün onlar malı qaytaramağa getmişlər və Şəhriyar da onlara kömək üçün getmişdir. Şahid3 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “... Onlar malı suladıqları zaman X16 əlində telefonla video çəkərək əvvəlcə atasını, sonra Şəhriyarın arvadına 3-4 dəfə pis şöyüş söymüş, bu zaman Şəhriyar əsəbləşmiş və əlindəki “lopatka” sapı ilə Səxavətin başına vurmuş, İnayət bu zaman “lopatka” sapını Şəhriyarın əlindən aldığı zaman “lopatka” sapı Şəhriyarın əlindən yerə düşmüş, X18 dalaşan zaman araya girib onları ayırmaq istəsə də, Səxavət İnayətin üzünə yumruq vurmuş, bundan sonra İnayət Şəhriyarla birlikdə Səxavəti döyməyə başlamışdır. Daha sonra iribuynuzlu heyvanları qonşunun sahəsinə girdiyi üçün geri qaytarmış və evlərinə qayıtmışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Səxavət Nəzərov və Təqsirləndirilən şəxs1 onun qardaşları, Təqsirləndirilən şəxs2 isə onun həmkəndlisidir. İnayətlə Səxavətin arasında düşmənçilik münasibətləri olmuşdur. Belə ki, Səxavət İnayətin arvadı ilə cinsi əlaqədə olmuş, bu səbəbən onlar arasında boşanma prosesləri olmuşdur. Səxavət İnayətdən əlavə onun ünvanına nalayiq söyüşlər söymüş, aralarında dava-dalaş olmuşdur. Şəhriyarın Səxavətə borcu olmuşdur. xx.xx.2021-ci il tarixdə, axşam saat təxminən 19 radələrində kənd ərazisində yerləşən subartezian quyusundan təxminən 100-120 metr məsafə aralıda yerləşən evinin yanında olan torpaq sahəsində mal-qarasını otarmış, həmin vaxt hava qaralmamışdır. Subartezian quyusunun yanında Səxavət, İnayət və Şəhriyarın sözlə mübahisə etdiklərini, İnayətin oğlu İlkinin, Cəsarətin oğlu Ülvi və Nicatın kənarda durduqlarını görmüşdür. İnayətlə Səxavətin arasında həmişə dava-dalaş olduğundan mübahisəyə qarışmaq istəməmişdir. O, malqarasını qonşularının “ağılına” yığmışdır. Onun mal-qaranı “ağıla” yığmağı təxminən 5-10 dəqiqə çəkmişdir. O həmin yerə tərəf qaçanda təxminən 20-30 metr məsafə qalmış artıq Səxavətin transformata atılaraq yandığını görmüşdür. Həmin vaxt subartezian quyusunun yanında quraşdırılmış transformatorun ətrafında dəmir setkadan hörülmüş hasarın içində İnayət olmuşdur. Şəhriyar isə mal qaytarmışdır. Ora çatanda İnayət Səxavəti öldürdüyünü demişdir. Hadisə yerinə çatanda Cəsarətin oğlanları Ülvi və Nicatın, İnayətin oğlu İlkinin orada olduğunu görmüşdür. Şahid5 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “O İnayət və Şəhriyargilə tərəf qaçanda təxminən 20-30 metr məsafə qalmış artıq Səxavətin transformata atılaraq yandığını görmüşdür. Həmin vaxt subartezian quyusunun yanında quraşdırılmış transformatorun ətrafında dəmir setkadan hörülmüş hasarın içində Şəhriyar və İnayət olmuşdur. İnayət transformatora doğru qabaqda, Şəhriyar isə onun arxasında olmuşdur. Onlara çatanda ilk olaraq Şəhriyar “İnayət Səxavəti öldürdü” demiş və onlardan 20 metr məsafə aralıda duraraq heçnədən xəbəri yox imiş kimi durmuşdur. İnayət isə Səxavəti öldürdüyünü demişdir. Hadisə yerinə çatanda Cəsarətin oğlanları Ülvi və Nicatın, İnayətin oğlu İlkinin orada olduğunu görmüşdür. Ülvi və Nicat daha sonra İnayət və Şəhriyarın Səxavəti döyərək transformatora doğru gətirdiyin, daha sonra onu transformatora itələdiklərini demişlər. İstintaq zamanı Şahid5 verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Şəhriyar yalan danışır, O İnayətə məxsus heyvanların arxasıyla otlaq sahəsinə qaçmamış, qışqıraraq onu çağırmamışdır. O, hadisə baş verən yerə çatanda Şəhriyarla İnayətin transformatorun yanında birlikdə olduqlarını, Şəhriyarın transformatorun ətrafına quraşdırılmış mühafizə zolağından çıxaraq kənarda durduğunu, heçnədən xəbəri olmayan biri kimi özünü apardığını görmüşdür. X13 boy və çəki cəhətdən az olduğu üçün o Səxavəti tək döyərək huşsuz vəziyətə gətirə bilməz, onu sürüyərək transformatora sala bilməzdi” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Səxavət Nəzərov və Təqsirləndirilən şəxs1 onun qardaşlarıdır, Təqsirləndirilən şəxs2 isə həmkəndlisidir. İnayətlə Səxavətin arasında düşmənçilik münasibətləri var. Belə ki, Səxavət İnayətin arvadı ilə cinsi əlaqədə olmuş, bu səbəbən onlar arasında boşanma prosesləri olmuşdur. Səxavət İnayətdən əlavə onun da ünvanına nalayiq söyüşlər söymüş, aralarında dava dalaş olmuşdur. Təqsirləndirilən şəxs2 həmkəndlisidir, bundan başqa sonuncunun Səxavət Nəzərova borcu vardır. xx.xx.2021-ci il tarixdə, axşam saat təxminən 19 radələrində kənddə yerləşən subartezian quyusundan təxminən 1 km aralıda yerləşən torpaq sahəsini sulayan zaman qonşusu Zaur adlı şəxs ətrafda dava-dalaş səsinin gəldiyini demiş, o, dərhal səs gələn tərəfə doğru gəlmişdir. Həmin vaxt subartezian quyusunun yanında yerləşən transformatordan tüstü çıxdığını görmüşdür. Transformatora yaxınlaşdıqda İnayət transformatorun mühafizə zolağından aralıda olduğunu görmüşdür. İnayət ona Səxavəti öldürdüyünü demişdir. Şahid4 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, o, transformatora yaxınlaşdıqda İnayət və Şəhriyarın transformatorun mühafizə zolağından aralıda olduğunu görmüşdür. İnayət ona Səxavəti özünün öldürdüyünü demişdir. Ancaq övladları Ülvi və Nicat ona Şəhriyarla İnayətin birlikdə Səxavəti transformatora aparıb toka verdiyini demişdir. O, transformatora yaxınlaşdıqda Səxavətin transformatorun içərisində çömbəlmiş vəziyyətdə, sağ çiyninin və başının sağ tərəfinin transformatorun içərisinə yapışmış vəziyyətdə, üzü transformatora giriş qapısının əksi vəziyyətində olduğunu görmüşdür. O, tansformatora gələn elektrik enerjisinin verilişini dayandırmış, elektrik enerjisi dayanan zaman cərəyan Səxavəti buraxmışdır. O, hadisə yerinə gələndə İnayət, Şəhriyar, oğlu Ülvi və Nicat, İnayətin oğlu İlkin orada olduğunu görmüşdür”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Şahid4 arvadıdır. İnayət və Səxavət onun qayınlarıdır. Təqsirləndirilən şəxs2 isə həmkəndlisidir. xx.xx.2021-ci il tarixdə axşam saat təxminən 18-19 radələrində evdə olan zaman subartezian quyusunun yanında İnayətlə Səxavətin bir-birilərinə söydüklərini eşitmişdir. Biraz keçdikdən sonra səslər daha yüksəlmiş, İnayətin oğlu İlkin çöldə qışqıraraq “ay amandı yandı, əmim yandı” deyərək qışqırmışdır. O, səs gələn tərəfə qaçanda İnayət ona tərəf gəlmiş, sonuncunu görəndə o transforatrdan təxminən 20 metr məsafə aralıda olmuşdur. Şəhriyar isə arteziandan təxminən 40-50 metr məsafə aralıda örüş sahəsindən mal-qaranı qaytarmışdır. O, transformatorda Səxavətin yandığını görmüş, İnayətdən nə üçün belə etdiyini soruşanda ona “nə bilim olduda” demişdir. İnayət əynində olan qara koftanı çıxarıb yola atmış, o, transformatora çatana qədər Əlizamin, Cəsarət, uşaqları Ülvi və Nicat, İnayətin oğlu İlkin orada olmuşdur. Həmin vaxt Əlizaminin arvadı qapıdan çıxsa da, qorxudan içəri qayıtmışdır. Raminin arvadı isə daha sonra ora gəlmişdir. İnayət evin yanında daşın üzərində oturmuş və ona çay gətirməyini demişdir. O, İnayətə çay gətirəndə Şəhriyar daha sonra arvadı ora gəlmişdir. Daha sonra polis əməkdaşları İnayəti gəlib aparmışlar. Şəhriyarın əynində göy cins şalvar, hərbi geyim forması olan kofta olmuş, üzərində qan olub-olmadığına fikir verməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 28 avqust 2021-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri Bərdə rayonu, Hacallı kəndi ərazisində yerləşən subartezian quyusunun yanında quraşdırılan transfarmatorun yanıdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 28 avqust 2021-ci il tarixli 1114 və 1115nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 orta dərəcə sərxoşdurlar. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 29 avqust 2021-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14”nin 14 avqust 2021ci il tarixli, 717 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət sol bazunun yuxarı 1/3-nin ön-bayır səthinin səthi kəsilmiş yarası kəsici təsir göstərə bilən alət ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14”nin 07 sentyabr 2021-ci il tarixli, 757 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol said və başın təpə nahiyyələrinin qançırları, alt dodaq nahiyyəsinin selikli qişasının əzilmiş yarası, sağ əlin İİİ-İ barmağın, sağ baldırayaq oynağı nahiyyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14”nin 01 sentyabr 2021-ci il tarixli, 775 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ gözyuvasıüstü, sağ baldır nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrığı, xx.xx.2021-ci il tarixə uyğun gəldiyi üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14”nin 30 avqust 2021ci il tarixli, 771 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-döş qəfəsi, sol mil-bilək oynağı nahiyələrinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14”nin 20 sentyabr 2021-ci il tarixli, 33 nömrəli rəyindən görünür ki, X6 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər-sol-təpə-gicgah nahiyəsində sümüklərin yanması ilə sol təpə gicgah, sol said, sağ bazu, sağ qalça,qasıq nahiyəsində isə yumşaq toxuma yanması ilə bağırsaqlar xaricə çıxması ilə qasıq, sol diz qapağı, sağ ayaqaltı, sol ayaqaltı, sağ qulaq, sol qulaq, üz sağ bud, sağ dirsək oynağı, ənsə nahiyələrinin elektrik nişanələri-elektrik yanığına bənzər yanıqları, alın nahiyəsinin əzilmiş yarası, sol gözətrafı nahiyənin hemotoması vardır. Həmin xəsarətlər həyatidirlər- sol-təpə-gicgah nahiyəsində sümüklərin yanması ilə sol təpə gicgah, sol said, sağ bazu, sağ qalça,qasıq nahiyəsində isə yumşaq toxuma yanması ilə bağırsaqlar xaricə çıxması ilə qasıq, sol diz qapağı, sağ ayaqaltı, sol ayaqaltı, sağ qulaq, sol qulaq, üz sağ bud, sağ dirsək oynağı, ənsə nahiyələrinin elektrik nişanələri-elektrik yanığına bənzər yanıqları ölümdən az əvvəl elektrik ərəyanı təsiri nəticəsində törənmişdir, müddəti qərarda gösətilən tarixə-yəni xx.xx.2018-ci il tarixə uyğundur. dərəcəsinə görə ölümə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətərini daşıyırlar. Alın nahiyəsinin əzilmiş yarası, sol gözətrafı nahiyənin hemotoması ölümündən az əvvəl küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə xx.xx.2021-cii l tarixə uyğun gəlir, canlı şəxslərdə sağlamlığa zərər vurmanın əlamətlərini daşıyırlar. Səxavət Nəzərovun ölümünə səbəb elektrik cərəyanının təsiri olmuşdur. Bədən səthində olan elektrik nişanələri, ürək boşluqlarında və iri damarlarda vemoz doluqanlılıq, ağ ciyərlərin plevrası altına və epikarda altına kiçik nöqtəşəkilli qansızmalar, baş beyin maddəsinin və beynin yumşaq qişasının ödemi, yayılmış meyit ləkələrinin olmasını təsdiq edən əlamətlərdəndir. Səxavət Nəzərovun ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitin məhkəmətibbi müayinəsindən əvvələ doğru 4-6 saat olaraq baş vermişdir. Mərhum ölümündən əvvəl spirtli içki qəbul etməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 28 sentyabr 2021ci il tarixli 584/196 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə anlaşmaya çətin daxil olma. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional halda olmuşdur, onun keçirdiyi emosional halın yaranma səbəblərindən biridə zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədəkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini ttörədərkən öz hərəkətlərini ölçüb biçmək,hərəkətlərinə cavab vermək, onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 28 sentyabr 2021ci il tarixli 585/197 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması, və başqaları ilə anlaşmaya çətin daxil olma. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixi emosional halda olmuşdur. Cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb biçmək,hərəkətlərinə cavab vermək, onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14” Publik Hüquqi şəxsin 08 oktyabr 2021-ci il tarixli, 659/2021-MTBŞ nömrəli rəyindən görünür ki, X6 AB0 sistemi üzrə qan qrupu A(İİ). Məhkəmə tibbi biolji ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus şalvar, trusik, hadisə yerindən götürülmüş köynək, uzunluğu 32 sm olan taxta parçası, hadisə yerindən iki ədəd tənzif parçasına keçirilməklə götürülmüş ləkələrdə və 6 ədəd çınqıl daşında insan qanı aşkar olundu. Qan qrup mənsubiyəti AB0 sistemi üzrə təyin olunduqda yalnız”A” antigeni alındı. “A” antigeni tək halda A9İİ) qrupunu formaladırıb xarakteriziə etdiyindən onun alınması göstərilən qan ləkələrinin birmənalı olaraq AB0 sistemi üzrə həmin qruplu şəxsə məxsus olmasını göstərir.və bu halda qan ləkələri AB0 sistemi üzrə eyni qruplu X8 da məxsus ola bilər. Təqsirləndirilən şəxs1 məxsus köynəkdə, 157sm və 94 sm uzunluğunda olan taxta parçalarında qan aşkar olunmadı. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14” Publik Hüquqi şəxsin 04 oktyabr 2021-ci il tarixli, 531-MTKŞ/2021 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 şalvarının sağ yan tikişinin yuxarı hissəsində sökülmə zədəsi vardır. bu sökülmə küt qüvvə təsiri ilə köynəyin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Təqsirləndirilən şəxs1 məxsus köynəyin yuxarıdan saymaqla 3-cü düyməsinin öz yerində olmaması müəyyən olundu ki, bu da küt qüvvə tətbiq töməklə qopub düşmədə izah oluna bilər. Trusik və hadisə yerindən aşkar edilmiş koftada hər hansı zədə aşkar olunmamışdır. Təqdim olummuş ağac parçaları tam sınması müxtəlif şəraitdə əmələ gələ bilərdi, o cümlədən qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən şəraitdə əmələ gəlməsinin mümkünlüyünü də istisna etmək olmaz. Ekspertizaya təqdim edilmiş 03 ədəd ağac soyuq silah hesab edilmir. Bel sapı və 02 ədəd ağac parçası bir predmetin hissələri hesab edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 03 noyabr 2021-ci il tarixli 4/1460-4/1466 nömrəli rəyindən görünür ki, ekspertzaya təqdim edilmiş 1 ədəd REDMİ markalı mobil telefonda olan mübahisəli videofonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətndə “K4” (Ə, burax, dayan, dayan, dəymə toka vurduracam onu, toka gəlsin, sikim onun arvadın, qoy toka gəlsin, dayan, aralı dur a, sikdir, onu toka verəjəm, sikim onun arvadın) kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertzaya təqdim edilmiş 1 ədəd REDMİ markalı mobil telefonda olan mübahisəli videofonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətdən ibarətdir. ekspertzaya təqdim edilmiş 1 ədəd REDMİ markalı mobil telefonda olan mübahisəli videofonoqramda montaj əlamətləri müəyyən olunmadı. DVD diskdə qeydə alınmış səs və nitq tədqiqat nümunələrində fonoqramda montaj əlamətəri müəyən olunmadı. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış02 sentyabr 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” qərardan görünür ki, Şahid4 təqdim etdiyi 1 ədəd diskə baxış keçirilmiş, video 48 saniyə təşkil edir. Videonu qeydə alan”qızını sikirlər, arvadını sikirlər nə deyib yaşayırsan, buda onun kimi” sözlərini deyir. Baxış zamanı Səxavət Nəzərovun ”qızını sikirlər, arvadını sikirlər nə deyib yaşayırsan, buda onun kimi” deməyindən sonra Təqsirləndirilən şəxs2 əlində olan bel sapı ilə Səxavət Nəzərova bir neçə dəfə baş nahiyyəsindən vurması aydın görsənir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 29 avqust 2021-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan və cinayət işinə əlavə edilmiş diskdən görünür ki, Şahid1 oğlu Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Şahid1 ifadəsində göstədiyi xüsusatları yəni İnayətlə birlikdə birləşərək Səxavəti döyüklərini, daha sonra onu birlikdə transformatora aparıb toka verdiklərini onun üzünə qarşı demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 29 avqust 2021-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan və cinayət işinə əlavə edilmiş diskdən görünür ki, Şahid2 Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılan zaman Şahid2 Şəhriyarın üzünə İnayətə birlikdə Səxavəti döydüyünü, daha sonra transformatorun yanına gətirdiklərini, onun transformatorun qapağını açaraq kənarda durduğunu, İnayətin Səxavəti transformatora itələdiyni, onun daha sonra örüşə doğru qaçdığını demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 29 avqust 2021-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan və cinayət işinə əlavə edilmiş diskdən görünür ki, Şahid3 Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılan zaman Şahid3 Şəhriyarın üzünə atası İnayətə birlikdə Səxavəti döydüyünü, Şəhriyarın əlində olan bel sapı ilə onun başından vurduğunu demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli 1002 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri arvadı X15 (boşanıb), qızları X11 (2006), X12 (2007) və oğlu Şahid3 (2009) ilə birlikdə Bərdə rayonu, Hacalı kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli 1003 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri arvadı X4, qızı X7 (2011) və oğlu X5 (2014) ilə birlikdə Bərdə rayonu, Hacalı kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, 1 ədəd qara rəngli kofta, xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş uzunluğu 157 sm olan bel sapı, 1 ədəd 93 sm uzunluğunda olan ağac parçası, 1 ədəd 32 sm uzunluğunda ağac parçasının qırıq hissəsi, 6 ədəd çınqıl daşı, 2 ədəd tənzifə hopturulmuş qan nümunələri, Təqsirləndirilən şəxs1 məxsus göy rəngli cins şalvar, trusik, mərhum Sərxan Nəzərova məxsus qara rəngli Redmi markalı mobil telefon, Cəsərət Nəzərovun təqdim etdiyi 1 ədəd disk maddi sübut kimi tanınaraq Bərdə rayon Prokurorluğunda saxlanılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 29 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan və 30 avqust 2021-ci il tarixli Bərdə rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 29 avqust 2021-ci il tarixdə tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 29 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan və 30 avqust 2021-ci il tarixli Bərdə rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 29 avqust 2021-ci il tarixdə tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən və Bərdə rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20% dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri məzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 03 dekabr 2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərardan görünür ki, “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.112021-ci iltarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs1 cəzadan azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Səxavət Nəzərovu öldürməkdə özünü təqsirli bilsədə hadisəni tək başına, heç kimin köməyi olmadan törətməsinə, Səxavət Nəzərovun ona yaxınlaşaraq onun və ailəsinin ünvanına nalayiq ifadələr işlədərkən onun yanında heç kimin olmamasına, bel sapı ilə Səxavətin baş nahiyəsindən vurduqdan sonra Səxavəti sürüyərək transformatorun qarşısına gətirdiyinə və öz intiqamını almaqdan ötrü yerdə sürüdüyü və çöməlmiş olan Səxavəti arxadan transofrmatora itələdiyinə, həmin vaxt Təqsirləndirilən şəxs2, qardaşı Cəsarətin uşaqları Şahid1, Şahid2 və onun oğlu Şahid3 mal-qara başqalarının sahələrinə girdiyi üçün mal qaytarmağa getmələrinə dair ifadələri, digər Təqsirləndirilən şəxs2 isə Səxavət Nəzərov və Təqsirləndirilən şəxs1 dalaşmağa başlayan zaman onları ayırmağa çalışmasına, lakin mal-qaranı qaytarmağa kömək lazım olduğu üçün həmin yerdən 50-60 metr məsafə uzağa, yəni İnayətin mal-qarasını qaytarmaq üçün getməsinə, İnayətin Səxavəti transformatora aparıb toka verməsini görməməsinə dair ifadələri məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin obyektiv hallarına uyğun olmaması və həminçinin cinayət işinin materialları, hadisə zamanı çəkilmiş video görüntülərin tədqiqi zamanı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları ilə tam təkzib olunduğuna görə həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxslərin həmin ifadələrini xüsusilə ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş və özlərini müdafiə xarakteri daşıyan ifadələr kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həm ilkin ifadəsində, həm də hadisə olan günün sabahı yəni 29 avqust 2021-ci il tarixli ifadənin yerində yoxlanılması zamanı hadisələri baş vermə ardıcıllığı ilə göstərərək, ilkin olaraq Şəhriyarın Səxavəti bel sapı ilə vurmasını, daha sonra onunda Şəhriyara qoşularaq Səxavəti vuraraq onun müqavimətini qırmalarını, Şəhriyarla birlikdə Səxavəti sürüyərək transformatorun qarşısına gətirdiyini, Səxavət onu toka verəcəklərini görüb çabalamağa, əllərindən qaçmağa çalışdıqda Şəhriyarın əlində olan ağac parçası ilə Səxavəti vuraraq onun müqavimətini qırdığını, transformatorun yanına çatanda Şəhriyarın transformatorun qapağını açdığını, öz intiqamını almaqdan ötrü yerdə sürüdüyü və çöməlmiş olan Səxavəti arxadan transofrmatora itələdiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər xüsusilə ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir biri ilə zidiyyət təşkil edən yalan ifadələr vermişlər. Belə ki, Təqsirləndirilən şəxs2 Səxavət Nəzərovun at belində əlində ağacla üzü onlara tərəf gəldiyini, sonuncun İnayətin arvadı və qızının ünvanına nalayiq söyüşlər söydüyünü, bundan sonra Səxavətin onun ünvanına da nalayiq ifadələr işlətməsi səbəbində onun İnayətin oğlu İlkinin əlində olan ağac parçasını götürüb Səxavətin çiyin nahiyyəsindən vurduğunu, daha sonra Səxavətlə İnayət dalaşmağa başlayan zaman onları ayırmağa çalışdığını, lakin mal-qaranı qaytarmağa kömək lazım olduğu üçün o, Səxavətlə İnayəti orada qoyaraq həmin yerdən 50-60 metr məsafə uzağa, yəni İnayətin mal-qarasını qaytarmağa getdiyini bildirmiş, digər Təqsirləndirilən şəxs1 isə ifadəsində zərərçəkmiş Səxavət Nəzərov onun və ailəsinin ünvanına nalayiq ifadələr işlədərkən, həmçinin o əlində olan bel sapı ilə onun başına vurarkən onun yanında heç kimin olmadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndələrinin iştirakı ilə şahid qismində dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs1 qardaşı uşaqları Şahid1 oğlu, Şahid2, təqsirləndirilən şəxsin oğlu Şahid3, bundan başqa Təqsirləndirilən şəxs1 qardaşları Şahid5 və Şahid4 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrindən fərqli ifadələr verərək hadisəni Təqsirləndirilən şəxs1 tək başına törətdiklərini bildirsələr də məhkəmə, məhkəmə istintaqı zamanı müəyyən edilən cinayət işinin obyektiv hallarına əsasən onunların Təqsirləndirilən şəxs1la yaxın qohumluq münasibətlərində olmasını da nəzərə alaraq bu ifadələrini təqsirləndirilən şəxslərin müdafiəsi məqsədilə verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 oğlu, Şahid2 və Şahid3 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış 29 avqust 2021-ci il tarixli üzləşdirmə zamanı sonuncunun üzünə qarşı İnayətlə birlikdə Səxavəti döydüyünü, daha sonra transformatorun yanına gətirdiklərini, onun transformatorun qapağını açaraq kənarda durduğunu, İnayətin Səxavəti transformatora itələdiyini göstərmişlər. Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş, hadisə baş verən zaman qeydə alınmış video görüntülərə baxış zamanı X6 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söydüyü və ilkin olaraq Təqsirləndirilən şəxs2 əlində olan bel sapı ilə Səxavət Nəzərovun baş nahiyyəsindən bir dəfə vurduğu müəyyən edilir. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il qərarının 5-ci bəndində qeyd edilir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Həmin qərarın 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə plenum qərarınında göstərilən hüquqi mövqeyi hazırki cinayət işinin müəyyən edilən hallarına tətbiq edərək hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini törədərkən fizioloji (psixoloji) affekt və anlaqsızlıq halında olmadan Səxavət Nəzərovun başına ilkin olaraq bel sapı ilə vuraraq, bir qrup şəxs halında birləşərək onu yerdə sürüyə-sürüyə subartezian quyusunun yanında quraşdırılmış yüksək gərginlikli transformatorun mühafizə zolağının giriş qapısının yanına gətirmiş, Səxavət Nəzərov qəsdən öldürüləcəyini anlayıb çabalamaqla onların əllərindən qurtulmaq istəyən zaman Təqsirləndirilən şəxs2 əlində olan ağacla, Təqsirləndirilən şəxs1 isə yumruq və təpiklə qəsdən baş nahiyyəsindən vurub aktiv müqavimətini qıraraq Səxavət Nəzərovu transformatorun aşağı hissəsinə, diri-diri baş nahiyyəsindən itələmələrinə baxmayaraq, həmin yerdən elektrik cərəyanının gəlmədiyini görüb niyyətlərini başa çatdırmaqdan ötrü birlikdə güc tətbiq etməklə sonuncunun bədən nahiyəsindən tutub bütövlükdə transformatorun yüksək gərginlikli elektrik cərəyanı ötürən yuxarı hissəsinə itələməklə Səxavət Nəzərova əzab, işgəncə və xüsusi ağrılar verdiyini dərk edib bunları arzulayaraq, zərər çəkmiş şəxsi bir qrup şəxs qismində xüsusi amansızlıqla qəsdən öldürmüşlər. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CMnin 120.2.1 və 120.2.4-cü maddəlləri ilə tövsif edilməli və onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını və CM-nin 59.2-ci maddəsinə əsasən himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmaları cəmiyyətdən təcrid olunmaları yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl xüsusilə ağır cinayət hesab edildiyindən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin həbsdə olduqları müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasının başlanğıcı onların tutulduğu andan, yəni 29 avqust 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onların barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğda saxlanılan 1 ədəd qara rəngli kofta, xx.xx.2021-ci il tarixli hadisə yerinə baxiş keçirilməsi haqqında protokolla götürülmüş uzunluğu 157 sm olan bəl sapı, 1 ədəd 93 sm uzunluğunda olan ağac parçası, 1 ədəd 32 sm uzunluğunda ağac parçasının qırıq hissəsi ,6 ədəd çınqıl daşı, 2 ədəd tənzifə hopdurulmuş qan nümunələri, Təqsirləndirilən şəxs1 məxsus göy rəngli cins şalvar, trusik məhv edilməli, həmçinin maddi sübutlar mərhum Səxavət Nəzərova məxsus qara rəngli Redmi markalı mobil telefon onun yaxın qohumlarına təhvil verilməli və 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinə aid olan 200 manat (iki yüz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 18 (on səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 29 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 29 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bərdə rayon prokurorluğda saxlanılan 1 ədəd qara rengli kofta, bel sapı, 1 ədəd 93 sm uzunluğunda olan ağac parçası, 1 ədəd 32 sm uzunluğunda ağac parcasının qırıq hissəsi ,6 ədəd çınqıl daşı, 2 ədəd tənzifə hopdurulmuş qan nümunələri, Təqsirləndirilən şəxs1 məxsus göy rəngli cins şalvar, trusik məhv edilsin, həmçinin maddi sübutlar Səxavət Nəzərova məxsus qara rəngli Redmi markalı mobil telefon onun yaxın qohumuna təhvil verilsin və 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinə aid olan 200 (iki yüz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar