Məhkəmə qərarları › İş №1(100)-144/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-144/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-144/2023 10.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, 01 aprel 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən vahid niyyətlə satış məqsədi ilə tərkibinə görə eyni olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 6.28 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib 28 iyun 2022-ci il tarixdə həmin narkotik vasitə heroindən 0.206 qramını üzərində saxlamaqla daşımış, 28 iyun 2022-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən 32 saylı tam orta məktəbin yaxınlığında saxlanılıb Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əyinində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,206 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra o, həmin narkotik vasitə heroinin qalan 6.074 qramını qanunsuz olaraq üzərində saxlamaqla daşımış, 23 iyul 2022-ci il tarixdə saat 11:00 radələrində BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, ünvan 2 ünvanının yaxınlığında saxlanılmış və BNMİ-nin QBRŞ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zamanı əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,801 qram, 1,390 qram, 1,010 qram, 1.116 qram, 0,942 qram, 0,815 qram olan ümumi təmiz çəkisi 6,074 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 5-6 aydırki narkotik vasitə olan heroindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri 32 saylı tam orta məktəbin yaxınlığında olarkən mülki geyimdə 2 nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onu Gəncə şəhər BPİ-nə aparmışlar. Üzərini axtarmışlar, lakin heç bir şey çıxmamışdır. Ona narkotik vasitə istifadəçisi olduğunu deyərək üzərinə az miqdarda narkotik vasitə qoyulacığını demişlər. O da qorxub razılaşmışdır. Sonra narkotik vasitəni cibinə qoymuşdur. Bundan sonra müdafiəçi dəvət olunmuş və üzərinə baxış keçirilmişdir. Üzərində olan bir bükümdə narkotik vasitə heroini təqdim etmiş, elektron tərəzidə çəkmiş, ümumi çəkisinin 0,34 qram olması müəyyən edilmişdir. Sonra həmin narotik vasitə qablaşdırılmış, protokol tərtib edilmişdir. 23 iyul 2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən BNMİ-nin QBRŞnin yaxınlığından keçərkən Seymur adlı polis əməkdaşı onu saxlayıb şöbəyə aparmışdır. Sonra onun üzərini axtarsalarda heç bir şey aşkar olunmamışdır. Bundan sonra üzərinə narkotik vasitə qoyacaqlarını, razı olmasıa evinə küllü miqdarda narkotik vasitə qoyulacağı deyilmiş, o da məcbur olub razılaşmışdır. Sonra üzərinə narkotik vasitə qoyulmuşdur. Bundan sonra müdəfiəçi dəvət olunmuş və üzərinə baxış keçirilmiş, əynində olan şalvarının sol yan cibindən 6 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bükümlər elektron tərəzi ilə çəkilmiş təxminən 7 qram olmuşdur. Sorğu zamanı o, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olduğunu, ona deyildiyi kimi təqdim etdiyi narkotık vasitə heroini təxminən 1 həftə bundan öncə Bərdə rayonu ərazisində Faiq adlı şəxsdən öz istifadəsi üçün 120 manata əldə etdiyini bildirmişdir.Bunlar barədə heç kimə şikayət etməmiş və vəkilinə də deməmişdir. O, mobil telefon istifadə etmiş və onun istifadəsində ***-***-**-** saylı və ***-******* saylı mobil nömrələr olmuşdur. O, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Telefonlarında aşkar olunmuş mesajlar barədə onu göstərmişdir ki, özü tanışları ilə danışıb istifadə etmək üçün narkotik vasitə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 23 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkoik vasitə əldə edib üstündə saxlaması, üstündə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra idarənin kiçik inspektoru polis nəfəri polis baş serljantı Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 23 iyul 2022-ci il tarixdə, saat 11:00 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşmış xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Baş Narkotiklərlə Mübarizə idarəsinin QBRŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edib Təqsirləndirilən şəxs təqdim etmiş və ona təqdim olunmuş müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Samsung”, 1 ədəd “ Xinova-T210” telefonlarını, sol yan cibindən isə 6 ədəd sellofan bükümü, 1 ədəd üzərində **********837652 rəqəmləri əks olunmuş “Kapital Bank”-a məxsus plastik bank kartını, 1 ədəd üzərində **********186763 rəqəmləri əks olunmuş və 1 ədəd üzərində **********926607 rəqəmləri əks olunmuş Leo Bank” a məxsus plastik kartlarını təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd sellofan bükümə baxış keçirilmişdir. Baxış zaman həmin bükümlərin içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin bükümlərdə olan maddələrin çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. Sellofan bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 7,37 qram, olması müəyyən edilmiş. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin Zərflər üçün 7 saylı" möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri öz istifadəsi üçün Bərdə rayon ərazisində yaşayan “Faiq“ adlı şəxsdən 1 həftə öncə 120 manata əldə etdiyini, 6 aya yaxındır ki, narkoti tərkibli maddələrin istifadəçisi olmasını, başqa yerdə saxlamadığını, indiyə qədər narkotik maddələrin satışı ilə məşğul olmadığını, bu əməlindən heç kimin məlumatının olmamasını və Faiq adlı şəxsin yaşadığı ünvanı göstərə biləcəyini bildirmişdir. Bu barədə məlumatları var, hal-hazırda narkotik vasitələri satdığı şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə edilməsinə baxmayaraq, satdığı şəxslərin dairəsinin müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə dedikləri düzgün deyildir. Ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, hədə-qorxu gəlinməmiş və üzərinə narkotik vasitə qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Kamaləddin oğlu Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Teymur Hacıyev küçəsi qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq X3 dövriyyəsi ilə bağlı məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə etmiş, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin gün saat təxminən 16:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, 32 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ- nə dəvət edilmişdir. Gəncə şəhər BPİ-də ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş müdafiəçi ilə təmin edilmişdr. Sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş büküm aşkarlanmışdır. Həmin bükümün içərisinə baxış zamanı oradan narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, yaşadığı evin yaxınlığında tapdığını bildirmiş, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0.34 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan heroin müvafiq qaydada zərfdə qablaşdırılmış möhürlənmiş və doğruluğunu imzalarımızla təsdiq etmişdirlər. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Onun məhkəmədə dedikləri düz deyildir. Ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, hədə-qorxu gəlinməmiş və üzərinə narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə edilməsinə baxmayaraq, satdığı şəxslərin dairəsinin müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi və gəzdirməsi barədə əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş tünd rəngli kütləni təqdim etmişdir.Həmin kütlə tərəzidə çəkildi, ümumi çəkisi 0,34 qram oldu. Həmin kütlə kağız zərfdə qablaşdırıldı iştirakçılar tərəfindən imzalanmışdır. «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Samsung”, 1 ədəd “Xinova-T210” markalı telefonlarını, sol yan cibindən isə 6 ədəd sellofan bükümü, 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd üzərində **********837652 rəqəmləri əks olunmuş “Kapital Bank”-a məxsus plastik bank kartını, 1 ədəd üzərində **********186763 rəqəmləri əks olunmuş və 1 ədəd üzərində **********926607 rəqəmləri əks olunmuş “Leo Banka”-a məxsus plastik bank kartlarını təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd bükümlərə baxış keçirilən zaman həmin bükümlərin içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilir və çəkisinin 7.37 qram olması müəyyən edilmişdir. Həmin kütlə kağız zərfdə qablaşdırıldı və ağzı Azərbaycan Respublikası DİN-nin 7 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus mobil telefonlar, şəxsiyyət vəsiqəsi və plastik kartlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. «Video görüntüyə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilən zamanı video çəkilişin qeydə aldığı bir ədəd DVD materiala əlavə edilmiş, həmin video görüntüyə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən edilmişdir ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin Təhqiqat qurupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevin, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin x.m.i.ü baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin polis nəfəri polis baş serjantı Şahid2 Kamələddin oğlunun, iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanılır. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Samsung”, 1 ədəd “Xinova-T210” markalı telefonlarını, sol yan cibindən isə 6 ədəd sellofan bükümü, 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd üzərində **********837652 rəqəmləri əks olunmuş “Kapital Bank”-a məxsus plastik bank kartını, 1 ədəd üzərində **********186763 rəqəmləri əks olunmuş və 1 ədəd üzərində **********926607 rəqəmləri əks olunmuş “Leo Banka”-a məxsus plastik bank kartlarını təqdim edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd bükümlərə baxış keçirilən zaman həmin bükümlərin içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilir və çəkisinin 7.37 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin özünə məxsus olduğunu, 1 həfdə əvvəl öz şəxsi istifadəsi üçün Bərdə şəhərində yaşayan Faiq adlı şəxsdən 120 manata əldə etdiyini 6 aya yaxındır ki, narkotik tərkibli maddələrin istifadəçisi olmasını, başqa yerdə saxlamadığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd bükümdə olan bükümlər müvafiq qaydada zərfdə qablaşdırılıb, DİN-nin zərflər üçün 7 saylı möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Bununla da, şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşır. «Video görüntüyə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilən zaman müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı X13 şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Gəncə şəhər BPİ-nin NMB-nin kiçik inspektoru, polis serjantı Şahid4 və müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanılır. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş kütləni təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkinin “kokos” olduğunu, özünə məxsus olduğunu, yaşadığı evin yaxınlığında, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilir və çəkisinin 0.34 qram olması müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində hansı qanunla qadağan edilmiş əşya olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə olan heroin müvafiq qaydada zərfdə qablaşdırılıb, DİN-nin 91 saylı möhürü ilə möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Bununla da, şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşır. «Əşyaya baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür kiTəqsirləndirilən şəxs məxsus üzərində şəxsi axtarış zamanı götürülmüş 1 ədəd “X-nova T210” markalı mobil telefona baxış keçirilmiş, telefona baxış zamanı müəyyən edildiki telefonun zəng bölməsində və müxtələf vaxtlarda edilmiş zənglər vardır. Telefonun mesajlar bölməsində mesajların olması müəyyən edilmədi. Baxış keçirilən telefonda foto şəkil və videogörüntü bölməsi olmadığı üçün telefonda heç bir fotoşəkil və videogörüntü yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs məxsus “X-nova T210” markalı telefonun zənglər və mesajlar bölməsində iş üzrə əhəmiyyət kəsb edən heç bir zəng və mesaj aşkar edilmədi. «Əşyaya baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X6 məxsus üzərində şəxsi axtarış zamanı götürülmüş Samsung markalı mobil telefona baxış keçirilmiş. baxış zamanı müəyyən edildiki telefonun zəng bölməsində və mesajlar bölməsində müxtələf vaxtlarda edilmiş zənglər və mesajlar vardır.. Telefonun qaleriya bölməsində Təqsirləndirilən şəxs məxsus şəkillər və videogörüntülər var. Bundan başqa Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı telefonun zənglər, mesajlar və qaleriya bölməsində iş üzrə əhəmiyyət kəsb edən heç bir zəng, mesaj, şəkil və videogörüntü aşkar edilmədi. “Dsikə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış telefon danışqları, anten məlumatlarının götürülməsi barədə təqdim olunan 01 ədəd DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ********* saylı mobil nömrədən “Mektbu gordunse 20 20 olsun ax qara ki rehde imkan daxlind evnenem qonax gedirem” , ***-***-**-** saylı mobil nömrədən “Eliş sen ma tüşmüyən şeyi elədi indiyənə kimi məni lomkasa soyudun”, “oymaram ele fikirləşməki 50 manatı aldın ma 04 mal verdin ama var-y” məzmununda, ***- ***-**-** saylı mobil nömrədən “Elis menem emin burda vagzaldayam berk agriyram senol ma 10 cola ve” məzmununda, ***-***-**-** saylı mobil nömrədən “Qaqa Visova 50 X24 X17 Ver Senin 50 X18 X11 De Gelim 50 X19 X22 Lazimdi” məzmununda, V saylı mobil nömrədən “QAGA BAWİNA DONUM BİR CAVAB VERDA AYQA SAHAT YARİMDİ GOZDUYUREM QAGA AGRİ ELİW COX PİS TENTİDİB QAGA” məzmununda smsləri yazılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə müxtəlif nömrələrdən çox saylı zənglər daxil olmuş eləcədə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən müxtəlif nömrələrə çoxsaylı zənglər edilmişdir. Yazılmış bütün bu smslər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Diskə baxış zamanı həmin smslər çap edilərək protokola əlavə edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış telefon danışqları, anten məlumatlarının götürülməsi barədə təqdim olunan 01 ədəd DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Qaqa onlar goturubler tema nolar qaqa ma bidene 10luq bidenede 5lik ag ver sen ol varyoxaunu sikim sabah axsam terefi isden gelim verecem 15 manat bu gun”, “hecne elememiwem ollem senol agridan qaqa” , “Qaqa bir cacab verda sen ol varyoxsunu sikim sabah axsam isden cixan kimi yigib getirib verecem sen ananin cani senol agridan ollem bu gun hecne elememiw”, “em birdene 10luk birde 5lik ver sabah varyoxsun sikim verecem isden cixan kimi”,” m men heckimnnen kavrovudan sabah qaqa kamalenin yasidi pul para veren olacaq sabah yigacam onuda verdirecem birdeki sen canin nolar ma 5lik ag saxla sab” ,” aha 15lik 20likde qaralti birden kutarib eliyer axrinci qalasi olsa meni yadan cixarma sen can qaqa saxla mene sabah yigacam buna gorede sagol qaqa allah”, “Neter eliyey ay dayi seni gozduyurem 60 azn putundu 2 dene yari ama getmelitem birez telesdir onu qadanalim”, “Qaqa 10 mamat borcumnnan verirem onnan elavede 15 manat verirem 5lik ag 10luq qara bir cavab verda” məzmununda , 055-548-4141 saylı mobil nömrədən “Qaqa kola var yari kanalidan deymek olar” məzmununda, ***-***-**-** saylı mobil nömrədən ” E pul usdumdedi 2 dene yari nagarim yig meni”, “Eliw 2dene yarim imkan v” məzmununda, ***-***-**-** saylı mobil nömrədən « İmkanın varsa axşama kimi ma 10nux agarti vererdin” məzmununda, , ***-***-**-** saylı mobil nömrədən “Qaqa patı goturə bilərsən 1 qram” məzmununda, ***-***-**-** saylı mobilnömrədən Qaqam.senin.qadanalm.ay.qardasm.uzum.qelmedi.ki.zenq.vuruf.deyem.hemde.kimnense. pul.alam.qaqam.menim.ozumum.22.manatm.var.qaqam.eqer.emele.qelir.sede.5.d”,“ik.aqa rti.bir.de.yarm.kola.ver.balamin.cani.13.manati.yalan.deyenin.varyoxunu.sikim.sabax.saat. 4.de.kimi.catajaq.yalan.deyenin.herseyini.sikim.qaqam.vers” məzmununda, ***-***-**-** saylı mobil nömrədən “X20 X23 X21 25.M X26 Ayqa” məzmununda, ********* saylı mobil nömrədən “Salamun eləyk nətərsən Eliş Elnura 1dənə koka kola bütün verə bils ən mən sabah sənnən görüşüb 70m verərdim indi başqa yerdəyəm imkan indi başqa yerdəyəm imkan deyil” məzmununda, ********* saylı mobil nömrədən “Qaqa farizdi vagzal yari lazimdi pulda usdumdadi” məzmununda, ********* saylı mobil nömrədən “QAQA YARİ TEMA LAZİMDİ P USDUDA” məzmununda, ********* saylı mobil nömrədən “X25 X15 Pulu Vurum” məzmununda, ********* saylı mobil nömrədən “Qaqa farizdi tema lazimdi” məzmununda, ********* saylı mobil nömrədən “elis nolar berg agriyiram varsada de goturum ollem is elis noluv e derem gi agriram gor gote qeybelere verirsen agriyiram ekis bidene yarim ver gotur elis ac dana ollem e” məzmununda smsləri yazılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə müxtəlif nömrələrdən çox saylı zənglər daxil olmuş eləcədə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən müxtəlif nömrələrə çoxsaylı zənglər edilmişdir. Yazılmış bütün bu smslər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən daxil olan və xaric olan smslərdə cinayət işi üzrə əhəmiyyət kəsb edəcək məlumatlar aşkar edilməmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinə tabe olan Qərb bölgəsində regional şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq onun həmin narkotik vasitələri əldə etdiyi şəxs və şəxsləri müəyyən etmək mümkün olmamışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinə tabe olan Qərb bölgəsində regional şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olsa da narkotik vasitəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni, narkotik vasitəni başqa yerdə gizlədib-gizlətməməsini, narkotik vasitəni əldə etməsində ona köməklik edən şəxsin olub olmamasını və rayon ərazisində baş vermiş cinayətlər iştirak edib etməməsini və Faiq adlı şəxsi müəyyən etmək mümkün olmamışdır Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/732 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə 0.34 qram ” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə 0.206 qram maddə, küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/868 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ” sözləri və imzalar olan kağız paketi açdıqda içərisində, 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0.801 qram, 1,390 qram, 1,010 qram, 1,116 qram, 0,942 qram, 0,815 qram, ümumi təmiz çəkisi 6,074 qram maddələr, küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1034 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 2 (iki) ədəd kağız paketlərdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1649 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və müvvəqəti saxlama yerindən azad olunması barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 iyul 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki,Tula Vil məhkəməsinin 25.102001-ci il tarixli qərarı ilə Rusiya Fedarasiyasının CM-nin 228 M 4HİS. RF maddələri ilə 08( səkkiz) il, Moskva şəhər Çertanov rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Rusya Federasiyasının CM-nin 30M. 3 HİS; 228.1MAD.2HİS. B b məndi,70; maddələri ilə 08( səkkiz) il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 31/80 nömrəli məktubundan görünür ki, Moskva şəhər Çertanov rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünün Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsinə dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra 1 ədəd zərfdə 6 bükümdə qalıq təmiz çəkisi 5.654 qram və 1 ədəd zərfdə bir bükümdə qalıq təmiz çəkisi 0.136 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. Əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş video çəkilişi özündə əks etdirən 2 ədəd DVD disk, Azərfon MMC-dən daxil olmuş 1 ədəd CD disk və ”Bakcell“ MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış həcmi kiçik olduğundan cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrıca istintaqı aparılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilmədiyini, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında yerdən bir ədəd gümüşü rəngli kağıza bükülmüş kütlə aşkar etmişdir. Həmin kütləni götürüb içərisinə baxarkən onun narkotik vasitə heroin olduğunu aşkar eləmişdir. Həmin kütləni yerdən götürüb üzərində gəzdirmişdir. Həmin narkotik vasitəni istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri 32 saylı tam orta məktəbin yaxınlığında olarkən mülki geyimdə 2 nəfər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini polis əməkdaşı kimi təqdim etmişdirlər. Sonra polis əməkdaşları onu Gəncə şəhər BPİ-nə dəvət etmiş, oda heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onu xidməti avtomobilləri ilə Gəncə şəhər BPİ-nin inzibati binasına gətirmişdirlər. İdarənin xidməti iş otağında hüquqlarımın müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilərmiş, əgər seçməkdə tərəddüd edirsə bu günki növbətçi vəkilin yardımından istifadə edə bilərmiş. Ona təqdim olunmuş vəkillərin siyahısından X4 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirtmişdirlər. Şəxsi axtarış zamanı ona təklif etdilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitə varsa təqdim etsin. O, da polis əməkdaşlarına üzərində olan 1 ədəd gümüşü rəngli kağıza bükülmüş kütləni təqdim etmişdir. Sonra kütləyə baxış keçirilmiş, onu elektron tərəzidə çəkmiş, ümumi çəkisinin 0,34 qram olması müəyyən edilmişdir. 23 iyul 2022-ci il tarixdə saat təxminən 11:00 radələrində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişdirlər. Onun üzərində qanunsuz olaraq narkotik vasıtə saxlamağında şübhəli olduğunu bildirmişdirlər. Barəsində əməliyyat axtarış tədbırlərinin keçirilməsi haqqında qərarla tanış etdilmiş sonra onu BNMİnin QBRŞ-nə dəvət etmişdirlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və onu hüquq və vəzifələrim izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o əynində olan şalvarının sol yan cibindən 6 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Bundan sonra həmin sellofan bükümlərə baxış keçirilmişdir. Baxış zamanı bükümlərin ıçərisindən qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqdim etdiyi bükümlər elektron tərəzi ilə çəkilməklə - 7.37 qram olması müəyyən edildikdən sonra içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Sorğu zamanı o, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olduğunu, təqdim etdiyi narkotık vasitə heroini təxminən 1 həftə bundan öncə Bərdə rayonu ərazisində Faiq adlı şəxsdən öz istifadəsi üçün 120 manata əldə etdiyini bildirmişdir. Ona polis idarəsində olan zaman heç bir zor tətbiq edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X7 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satnmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamaları bükülməsi və işin halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddətşt sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra 1 ədəd zərfdə 6 bükümdə qalıq təmiz çəkisi 5.654 qram və 1 ədəd zərfdə bir bükümdə qalıq təmiz çəkisi 0.136 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X7 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də iki ədəd DVD disk və iki ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 97 (doxsan yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinin tələblərinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 23 iyul 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra 1 ədəd zərfdə 6 bükümdə qalıq təmiz çəkisi 5.654 qram və 1 ədəd zərfdə bir bükümdə qalıq təmiz çəkisi 0.136 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X7 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də iki ədəd DVD disk və iki ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 97 (doxsan yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar