Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-145/2021 09.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1973-cü ildə keçmiş Xanlar rayonunun Qovlarsarı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Samux rayonunun Qovlarsarı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qızı Şahid3 əri Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəminində yaranmış narazılığa görə qızının küsüb 2020-ci ilin sentyabr ayının 6-dan onun yaşadığı Samux rayonunun Qovlarsarı kəndində yerləşən evinə gəlməsindən 13 gün sonra, yəni xx xxxxxxxx 2020-ci il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə arvadı Şahid3 ilə barışmaq və onu evinə aparmaq məqsədi ilə Fəridənin atası ilə birlikdə yaşadığı Samux rayonunun Qovlarsarı kəndindəki evinə gələrək evin həyətində ona gəlişinin məqsədini açıqlayanda Zərərçəkmiş şəxs sərxoş olmasını görüb qızı Fəridəni aparıb yenidən incidəcəyindən ehtiyatlanaraq Vüqara artıq gec və sərxoş olmasını deyərək ona yaşadığı evdə rahatlanıb yatmasını təklif edəndə Vüqar onun təklifinə narazılıq edərək əsəbiləşmiş və bu zəmində, yəni şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı evin həyətində, yaxınlıqda olan qaz sobasının üstündən götürdüyü kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı, soyuq silah hesab edilməyən, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmiş mətbəx bıçağı ilə qızını incitdiyinə görə ondan qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs qəsdən bel nahiyəsindən bir dəfə vurub, ona deşici-kəsici alətin təsirindən əmələ gələn, bel nahiyyəsinin qarın boşluğuna keçən bel nahiyyəsinin sol yarısında çəp istiqamətlə 4x1 sm. ölçülü kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qızı Şahid3 əridir. Onlar 2015-ci ilin oktyabr ayının 8-də ailə həyatı qurmuş, birgə nigahlarından 2016-cı il təvəllüdlü və 2019-cu il təvəllüdlü iki azyaşlı qızları olmuşdur. Bir müddət normal ailə formasında yaşadıqdan sonra münasibətlərində ziddiyyətlər başlamışdır. Həmçinin Vüqar ailəsinə qarşı laqeydlik eləməyə başlamışdır. Aralarında olan mübahisə o, qədər böyümüşdür ki, hətta Vüqar qızını tək qoyaraq günlərlə evə gəlməmişdir. Bir neçə dəfə qızı Fəridə küsərək ata evinə gəlmiş, lakin sonradan ailəsi dağılmasın deyə məcburən yenidən Vüqar ilə yaşamağa başlamışdır. Sonuncu dəfə Vüqarın başqa bir qadınla şəxsi münasibət qurması ailədə gərginlik yaratdığı üçün hadisədən təxminən 15-16 gün qabaq qızı Fəridəni azyaşlı uşaqları ilə birlikdə yaşadığı evə gətirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 01 radələrində yaşadığı evin birinci mərtəbəsində olduğu zaman qızı Fəridənin ikinci mərtəbədə telefonda danışdığını, danışığından əri Vüqar ilə danışdığını, Vüqara yalvararaq evinə qayıtmasını və səhəri gün uşaqları götürüb evə qayıdacağını dediyini eşitmişdir. Təxminən 10 dəqiqə sonra qızı Fəridənin evin ikinci mərtəbəsindən düşdüyünü görmüşdür. Həmin vaxt Fəridə ona qorxduğunu və əri Vüqarın gəldiyini demişdir. Həmin vaxt Fəridənin arxasınca çıxmışdır. Fəridə həyətin darvazasını açdıqdan sonra Vüqarın qapının küçə tərəfində dayandığını və əlində pivə butulkası olduğunu görmüşdür. Bu zaman Vüqar əlindəki boş butulkanın başını hasara vurub sındırmış və həyətə daxil olmuşdur. Həmin vaxt Vüqar Fəridəyə hazırlşaraq uşaqları da götürüb getməklərini demiş, lakin Vüqar səxoş olduğu üçün Fəridənin səhəri gün gedəcəyini bildirəndə Vüqar onun indi getməsinin lazım olduğunu, uşaqları aparacağını bildirib Fəridəyə nəlayiq sözlər demiş, dediklərinə qulaq asmamış və israrala onları evinə aparacağını bildirmişdir. Bundan sonra Vüqarın yanına yaxınlaşaraq əlindəki butulkanı alıb kənara tullamış və ona xoş niyyətlə sərxoş olduğunu bildirib evə daxil olaraq çıxıb yuxarı otaqda yatmasını, səhəri gün ailəsi ilə birlikdə yaşadığı evə getmələrini xahiş və yalvarışla deyib onu evin giriş qapısı istiqamətiə yönləndirmişdir. Bu zaman Vüqar onu kənara itələyən zaman büdrəyərək diziüstə yerə yıxılmış və dizi yerə dəymişdir. Buna baxmayaraq israrla Vüqarın yenə də qolundan tutub yalvara-yalvara evə daxil olmasını və yatıb səhəri gün sərxoşluqdan ayılmış vəziyyətdə getməsini demişdir. Həmin vaxt yaxınlıqda olan qaz sobasının üstündə toyuqların kəsilməsi üçün istifadə edilən bıçağı Vüqarın sərxoş vəziyyətdə götürüb hər hansı bir xəsarət yetirəcəyindən ehtiyat edib kənara tullamaq istədiyi zaman Vüqar onun bu hərəkətindən hiddətlənmiş və onu söyməyə başlamışdır. Vüqarın bu hərəkəti onun heysiyyatına toxunduğu üçün əlindəki bıçaqla Vüqarın sol bel nahiyəsindən bir dəfə vurub xəsarət yetirmişdir. Bu zaman səsküyə yaşadıqları həyətə qonşu və qardaşı gəlmiş, onlar onun təkidi ilə yaşadığı evdə tibbi ləvazimatlar olmadığı üçün ona ilkin tibbi yardım göstərmək üçün qardaşı Əfqanın həyətinə aparılmasını demişdir. Həmin vaxt onların arxasıyca getmiş və təcili olaraq polisə və təcili tibbi yardıma məlumat verilməsini qohumları Orxan və Elnurdan xahiş etmişdir. Təşəbbüsü və digərlərinin köməkliyi ilə təcili tibbi yardım məlumat verilmiş və təcili tibbi yardım gələrək Vüqarı xəstəxanaya aparmışdır. Bir qədər sonra ora gələn bacanağı oğlu Orxana polisə məlumat verməsini demiş və Orxan 102-xidmətinə hadisə barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gəlib müvafiq sənədləşmə işlərini aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs arvadı Şahid3 atasıdır. 2015-ci ildə Fəridə ilə ailə həyatı qurmuşdur. Birgə nigahlarından 2016-cı il və 2019-cu il təvəllüdlü iki azyaşlı övladları olmuşdur. Bir müddət normal yaşasalar da, sonradan aralarında yersiz yerə problemlər yaranmışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində işləmək üçün Bakı şəhərinə getmişdir. Həmin vaxt Fəridə və iki azyaşlı uşaqları ilə birlikdə Gəncə şəhərində yaşadığı evdə qalmışlar. Həmçinin yaxınlıqda yaşayan anası da arabir onun ailəsinə baş çəkmişdir. Təxminən 2020-ci ilin sentyabr ayının 16-da məlum olmuşdur ki, Fəridə ilə anası arasında narazılıq yaranmış və sonuncu iki azyaşlı övladını da götürərək atasının yaşadığı Samux rayonunun Qovlarsarı kəndinə getmişdir. Həmin vaxt Fəridənin istifadə etdiyi simkart yandığı üçün onunla əlaqə saxlaya bilməmişdir. Təxminən iki-üç gün sonra müxtəlif vasitələr ilə Fəridənin anasının nömrəsini tapmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhərində işlərini qurtardıqdan sonra Gəncə şəhərinə gəlməyi və ailə problemini həll etməyi planlaşdırmışdır. Bu məqsədlə Biləcəri dairəsində yoldan keçən taksiyə minib yola düşmüşdür. Həmin vaxt taksidə ondan başqa adamlar da olmuşdur. Gəncəyə gələn zaman taksidə yolda iki ədəd pivə alıb içmişdir. Gəncə şəhərinə çatan zaman taksi sürücüsündən “köhnə yevlax avtovağzalına” gedəcəyini bildirmişdir. Lakin taksi sürücüsü dəmiryol vağzalına dəydikdən sonra gedəcəyi yerə apara biləcəyini demişdir. Dəmiryol vağzalının yanında olan vaxt taksidən düşmüşdür. Taksidən düşdükdən sonra həmin yerə yaxın yaşayan Fəridənin xalası oğluna zəng edib onunla görüşmüş və ailəsini geri qaytarmaq üçün köməklik etməsini xahiş etmişdir. Həmçinin onun telefonu ilə anası ilə danışıb bu barədə ondan da xahiş etmişdir. Lakin həmin vaxt saat 23 radələri olduğu üçün Fəridənin xalası gec olduğunu və səhəri gün gedib söhbət etmək lazım olduğunu demişdir. Lakin buna baxmayaraq uşaqları üçün darıxdığından Fəridənin xalası oğlundan ayrılıb əlavə olaraq bir şüşə pivə də alıb yoldan keçən taksi ilə Samux rayonunun Qovlarsarı kəndində gəlmişdir. Yolda Fəridənin anasına məxsus nömrəyə zəng etmiş və telefona Fəridə cavab vermişdir. Telefonda danışa-danışa Samux rayonuna gedənə qədər Fəridədən uşaqları hazırlamağı və gəlib onları götürəcəyini demişdir. Həmin vaxt Fəridə yalvararaq ona evə qayıtmasını və səhəri gün gələrək birlikdə evə qayıdacaqlarını demişdir. Lakin uşaqları üçün darıxdığından Fəridəyə qulaq asmamışdır. Darvazanın yanında olan vaxt Fəridə qapını açmış və ondan hazırlaşmalarını və birlikdə yaşadıqları evə qayıdacaqlarını bildirmişdir. Həmin vaxt Fəridə bir qədər etiraz etsədə, təkidlərindən sonra onunla razılaşmış və uşaqaları götürmək üçün evin içinə getmişdir. Həmin vaxt əlindəki pivə şüşəsini uşaqları görməsin deyə kənara tullamış və barıya dəyərək şüşə sınmışdır. Bu vaxt Fəridənin atası Rəfail əsəbi şəkildə evdən çıxıb ona tərəf gəlmişdir. Həmin vaxt uşaqlarını götürməyə gəldiyini demiş, lakin qaynatası Rəfail əsəbi olduğu və istifadə etdiyi sözlərə görə aralarında sözlə mübahisə başlamışdır. Bu vaxt evin həyətinə girmiş və əlbəyaxa olan vaxt evin içindən Fəridə ilə qardaşı Əli birlikdə çıxmışlar. Bu zaman Rəfail ilə aralarında bir neçə dəfə itələşmələr olmuşdur. Ama Rəfailin onu sakitləşdirmək və yaxud nəsə xəsarət yetirəcəyindən xəbəri olmamışdır. Bu zaman Fəridə ilə Əlinin birlikdə “öldü, nə etdin sən” sözlərini eşidən zaman Fəridəyə tərəf dönmüş və nə baş verdiyini ilkin olaraq başa düşməmişdir. Çünki həmin vaxt Rəfailinin onu vurduğunu da hiss etməmişdir. Bir neçə saniyə sonra sol tərəfində ağrı hiss etdiyi üçün və əlini həmin yerə vuran zaman qan gördüyü üçün başa düşmüşdür ki, Fəridə ilə Əli nə üçün o, sözləri işlətmişdir. Elə bu zamanda özünü itirib yerə yıxılmışdır. Sonra Fəridənin köməkliyi ilə əmisinin yaxınlıqda yaşayan evinin həyətinə getmiş, həmin vaxt Fəridəyə uşaqları gətirməyini və onları görmək istədiyini bildirmişdir. Sonra özünə gələn zaman xəstəxanada olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı Şahid3 həyat yoldaşıdır. Onlar 2016-cı ildə ailə həyatı qurmuş, bacısı ailə qurduqdan sonra Vüqar ilə mehriban yaşasalarda, sonradan münasibətləri pozulmağa başlamışdır. Buna səbəb Vüqarın əsassız olaraq bacısını incitməsi və özünün içkiyə meyilli olması olmuşdur. Bir müddət əvvəl valideynləri bacısı Fəridəni uşaqları ilə birlikdə ər evindən çıxarıb yaşadıqları evə gətirmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə olduğu zaman evin həyətindən səs-küy gəldiyini eşitmişdir. Həyətə çıxan zaman bacısı Fəridənin, anasının, atasının və bacısının həyat yoldaşı Vüqarın orda olduğunu görmüşdür. Həmin vaxt Vüqar əlində sınmış butulkanın baş hissəsi və özünündə sərxoş olduğunu görmüşdür. Vüqar israrla bacısını və uşaqlarını aparmaq istədiyini, atasının isə Vüqarı sakitləşdirib evə salmaq istədiyini, Vüqar isə atasına müqavimət göstərərək evə girmək istəmədiyini görmüşdür. Həmin vaxt Vüqar atasını itələmiş və atası yerə yıxılmışdır. Atası yerdən ayağa qalxaraq qazın üstündə olan bıçağı götürmüş və kənara tullamaq istəyən zaman Vüqar atasının bıçaq olan əlini tutmuşdur. Bu zaman atası əlini Vüqarının əlindən kənara çəkməyə və bıçağı tullamağa cəhd etmiş, lakin Vüqar atasının əlini necə tutmuşdursa, atası əlini Vüqarın əlindən çəkə bilməmişdir. Bu itələşmə zamanı bıçaq atasının qarın hissəsini də cızmış, bu zaman araya girmiş və onları aralamaq istədiyi zaman bıçaq onun sağ ayağının iç tərəfindən dəymişdir. Həmin vaxt yerə yıxılmış və yerə yıxılmağı və mübahisə atasında artıq əsəb yaratmış və əlini Vüqarın əlinin içindən çəkib əlindəki bıçaq ilə Vüqarın sol bel nahiyəsindən bir dəfə vurmüş və Vüqar yerə yıxılmışdır. Bundan sonra əlindəki bıçağı kənara tullamışdır. Səs-küyə gələn qonşu və əmisinin köməkliyi ilə Vüqarı olduğu yerdən qaldırıb qonşuluqda yaşayan əmisinin həyətinə aparmışlar və oradan təcili tibbi yardıma və Azərbaycan Respublikası DİN-nin “102-xidməti” zəng mərkəzinə məlumat vermişlər. Kimin təcili tibbi yardıma, kimin 102 xidmətinə zəng eləməyini isə həyəcandan xatırlamadığını bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşı olmuşdur. Onunla 2015-ci ilin oktyabr ayının 8-də ailə həyatı qurmuş, birgə nigahlarından 2016-cı təvəllüdlü və 2019-cu il təvəllüdlü iki qız uşağı olmuşdur. Ailə qurduqdan sonra normal yaşamağa başlamış, ama bir müddət sonra Vüqarın ailəyə qarşı laqeyd və mənsuliyyətsizliyi aralarında münasibətlərin pozulmasına və tez-tez söz söhbətlərinin baş verməsinə səbəb olmuşdur. Valideynləri Vüqarın ona qarşı olan laqeydliyini görüb ər evindən çıxardıb öz evlərinə gətirmişlər. Həmin gündən sonra istifadə etdiyi mobil telefonunun sim kartını çıxararaq Vüqarla əlaqə saxlamamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində atasına məxsus Samux rayonu Qovlarsarı kəndində yerləşən evində olduğu zaman anasının mobil telefonuna zəng gəlmişdir. Anası yatdığı üçün telefonuna baxan zaman zəng edənin əri Vüqar olduğunu görmüş və telefona cavab vermişdir. Telefona cavab verən zaman Vüqar heç bir səsəb olmadan onun və ailə üzvlərinin ünvanına nəlayiq söyüşlər və ifadələr işlətməyə başlamışdır. Lakin telefonda Vüqarın spirtli içki təsiri altına olduğunu hiss edib ona yalvararaq yaşadığı evə qayıtmağını və səhəri gün uşaqlarla birlikdə gələcəyini demişdir. Buna baxmayaraq Vüqar telefonda onu və atasını öldürəcəyini təkrarlamışdır. Bu zaman telefonu söndürüb Vüqarın atasına zəng edib bu barədə məlumat vermiş və ola biləcək bədbəxt hadisənin qarşısını almağını xahiş etmişdir. Vüqarın atası telefonda narahat olmamağı və Vüqar ilə telefon əlaqəsi yaradacağını bildirmişdir. Lakin Vüqarın atası təkrarən onunla əlaqə yaratmamışdır. Həmin vaxt Vüqar yenidən zəng etmiş və evdən çıxıb onunla getməyini, ya da ki, azyaşlı uşaqlarını ona verməyini bildirmişdir. Həmin vaxt telefonda Vüqara balaca uşağın südəmər olduğunu, böyük uşağı isə gəlib aparmağını demişdir. Lakin Vüqar dediklərinə əhəmiyyət verməmişdir. Bir qədər keçdikdən sonra evin həyətinə girən qapının döyüldüyünü eşitmiş və evdən çıxıb qapıya yaxınlaşıb açarını açmışdır. Həmin vaxt Vüqarın sərxoş olduğunu və əlində pivə butulkası olduğunu görmüşdür. Bu zaman Vüqar əlindəki butulkanı hasara vuraraq sındırmış və üst tərəfini əlində saxlamışdır. Həyətə girəndən sonra isə əlindəki sınıq şüşəni sağa-sola doğru hərəkət etdirirək, təcili uşaqları götürüb birlikdə getməyini tələb etmişdir. Lakin yenə də Vüqara yalvarmışdır ki, “içkilisən keç yuxarı otaqda yat, sabah rahat əşyalarımızda yığıb” gedərik. Vüqar sözlərinə əhəmiyyət verməmiş ya gedəcəklərini ya da uşaqları aparacağını demişdir. Bu zaman atası Rəfail evin içindən çıxıb onların yanına yaxınlaşmış və Vüqarın qoluna girərək onu sakitləşdirməyə və evin içinə keçərək yatıb istirahət etməyini bildirmişdir. Lakin Vüqar atasını kənara itələmiş və atası yerə yıxılmışdır. Bu zaman evin həyətindən çıxıb qonşuluqda yaşayan nənəsinə xəbər verməkdən onun evinə getmişdir. Atasının həyətinə qayıdan zaman Vüqarın yerə uzandığını və sol bel nahiyəsindən qan gəldiyini görmüşdür. Həmin vaxt məlum olmuşdur ki, atası Vüqarı bıçaqla vurmuşdur. Səs-küyə yaxınlaşan əmisi uşaqları və qonşularının köməkliyi ilə Vüqarı yerdən qaldırıb qonşuluqda yaşayan əmisinin həyətinə aparmışlar. Ordan isə təcili tibbi yardıma və Azərbaycan Respublikası DİN-nin “102-xidməti” zəng mərkəzinə məlumat vermişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qızı Fəridənin həyat yoldaşı, Təqsirləndirilən şəxs isə həyat yoldaşı olmuşdur. X7 ilə ailə həyatı qurduqdan sonra iki uşağı dünyaya gəlmiş, sonradan onların münasibətləri ailədaxili problemlərə çevrilməyə başlamışdır. Sonuncu dəfə 2020-ci ilin sentyabr ayının əvvəllərində qızı Fəridə ər evində problemlər yarandığı üçün azyaşlı uşaqları ilə birlikdə onun ailəsi ilə birlikdə yaşadığı Samux rayonu Qovlarsarı kəndindəki evinə gəlmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində yaşadığı evin ikinci mərtəbəsində yatdığı zaman qızı Fəridənin səsini eşidib yuxudan ayılmışdır. Yuxudan ayılan zaman oğlu Əlinində həyənacnlı danışdığını görmüşdür. Nə baş verdiyi öyrənmək üçün evin həyətinə düşmüş və həmin vaxt qızı Fəridənin öz həyat yoldaşı Vüqarın qoluna girdiyini, Vüqarın isə əri Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurduğunu bilmişdir. Həmin vaxt qızı Fəridənin olduğu tərəfə yaxınlaşıb birlikdə köməkləşərək Vüqarı öz maşını ilə xəstəxanaya aparmaqdan ötrü yaxınlıqda yaşayan qaynının evi istiqamətində aparmışlar. Həmin vaxt Rəfail də onların arxasıyca gəlmişdir. Bir qədər sonra təcili tibbi yardım avtomobili gələrək Vüqarı xəstəxanaya aparmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 (bir) ədəd bıçaq xx xxxxxxxx 2020-ci il tarixdə hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş, ilkin baxışdan ucu kəsici-keşici, dəstəyi plastmas olan mətbəx bıçağına oxşar, üzərində qanabənzər ləkələr müşahidə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxxx 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxxx 2020-ci il tarixli X1 tərəfindən Samux RPŞ-nə verilmiş ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə Samux rayonu Qovlarsarı kəndi ərazisində qaynatası Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncu onu bir dəfə bıçaqla vurub xəsarət yetirməsi ilə əlaqədar olaraq sonuncu ilə barışdığını və Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Samux RİHB-nın Qovlarsarı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 304 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Samux rayonu Qovlarsarı kəndində yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Samux RİHB-nın Qovlarsarı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 11 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxxx 2020-ci il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1440 saylı rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Şahid1 bədəni üzərində sağ bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası, deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxx 2020-ci il tarixli 435 saylı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Samux şəhər Mərkəzi Xəstəxanası” X6 tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Samux RMX PHŞ-in ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1439 saylı rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində qarın nahiyəsinin səthi kəsilmiş yarası, sol diz nahiyəsinin sıyrıqları kəsici və küt əşyaların təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən Samux RPŞ-nə verilmiş ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə özünə məxsus Samux rayonu Qovlarsarı kəndi ərazisində yerləşən evinin həyətində kürəkəni Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ehtiyatsızlıqdan bədən xəsarəti alması ilə heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxx 2020-ci il tarixli Şahid1 tərəfindən Samux RPŞ-nə verilmiş ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə yaşadığı Samux rayonu Qovlarsarı kəndi ərazisində yerləşən evinin həyətində atası Təqsirləndirilən şəxs ilə yeznəsi Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı ehtiyatsızlıqdan yüngül dərəcəli bədən xəsarəti alması ilə heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1742 saylı rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində bel nahiyəsinin qarın boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 16/765 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə dəyişikliklər edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə yenidən ittiham elan olunmasına, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 29, 120.1 və 126.2.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilməsinə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-in 221ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsinə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 126.2.3 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilməsinə, Təqsirləndirilən şəxs oğlu Şahid1 ehtiyatsızlıqdan yüngül bədən xəsarəti yetirməsi, həmçinin iş üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan dərəcəsi təyin edilməyən xəsarət yetirməsi faktı üzrə əməllərində cinayət tərkib əlamətləri mövcüd olmadığından təqsirləndirilən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanması rədd edilməsinə, iş üzrə hadisə yerinə baxış zamanı götürülmüş hadisənin predmeti olan bir ədəd bıçağın sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq Samux RPŞnin maddi sübutların saxlanc yerinə təhvil verilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur onlar barışıblar. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə ciddi ailə bağlarının olmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.8-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi,) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla zərər çəkmiş şəxslə razılıq əldə edərək barışmasını, zərər çəkmiş şəxslə ciddi ailə bağlarının olmasını nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxxx 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxxx 2020-ci il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, bu iş üzrə iki gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 31.50 (otuz bir manat əlli qəpik) dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan bir ədəd bıçaq Samux RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Samux RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək bu iş üzrə cəmi 2 (iki) gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 31.50 (otuz bir manat əlli qəpik) məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Samux rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində X3 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elmin Rüstəmov (sədrlik edən) Faiq Mahmudov Xəqani Səmədov
Məhkəmə qərarları › İş №1(100)-145/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-145/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver