Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-145/2022 21.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid3 və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2005-ci ildə Ağstafa rayonu Poylu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən digər şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, yetkinlik yaşına çatmayan bacısı Şahid2 ilə Ağstafa rayonu Qarahəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs arasında olan sevgi münasibətlərinə sonuncu tərəfindən son qoyulması ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 15 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Ağstafa rayonu Xılxına kəndində Zərərçəkmiş şəxsla görüşüb həmin kənddə yerləşən Xılxına kənd K.Hüseynov adına tam orta məktəbinin bağ sahəsinə getdikdən sonra üzərində olan kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs kürəyinin sağ tərəfinə, sağ ayağına və sol qoluna üç dəfə zərbə vuraraq sonuncuya “döş qəfəsinin sağ arxa nahiyyəsinin kəsilib-deşilmiş döş qəfəsinə sirayət edən ağciyərin zədələnməsi ilə bıçaq yarası” ilə müşayiət edilən, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, “sağ budun və sol bazunun yuxarı 1/3-nin kəsilmişdeşilmiş yaraları” ilə müşayiət edilən, dərəcələrinə görə sağmalığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Poylu qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. O orta məktəbdə oxumayıb. Ağstafa rayonu Qarahəsənli kənd sakini Zərərçəkmiş şəxs 5-6 ay əvvəl xatırlamadığı yerdə kartof əkilmiş sahədə işləməyə gedən zaman tanımışdır. Belə ki, həmin vaxt o işləmək üçün oraya getmişdir. Lakin yaşı az olduğu üçün ona iş verməmişdirlər. Həmin vaxt Fərrux orada işləmişdir. Həmin vaxtdan sonra Fərruxu bir neçə dəfə Qazax şəhərində görmüşdür. Bundan sonra 2021-ci ilin təxminən mart-aprel aylarında o yaşadığı qəsəbədə eşitmişdir ki, Fərrux onun bacısı Şahid2 arxasınca gedib-gəlir. Bundan sonra o Fərruxun Ceyrançölündə işlədiyi sahəyə getmiş, həmin vaxt Fərrux orada işləmişdir. O Fərruxa yaxınlaşıb nə üçün bacısının arxasınca gedib-gəldiyini soruşmuşdur. Fərrux demişdir ki, bacısını sevir. Bundan sonra onlar tutaşmış, lakin sahədə adam çox olduğu üçün onları aralayıb dalaşmağa qoymamışdırlar. Həmin vaxt o Fərruxa demişdir ki, növbəti gün saat 14 radələrində Ağstafa rayonunda yerləşən Heydər parkına gəlsin. Bundan sonra o oradan ayrılmışdır. Növbəti gün saat 14 radələrində o Ağstafa rayonunda yerləşən Heydər parkına getmişdir. Bir neçə dəqiqə sonra Fərrux da oraya gəlmişdir. O Fərruxdan bacısına olan münasibətini soruşmuşdur. Fərrux isə fikrinin ciddi olduğunu, əsgərliyə getməmişdən əvvəl bacısına elçi göndərəcəyini demişdir. O isə Fərruxa demişdir ki, birdən bacısına başqa məqsədlə yaxınlaşar, Fərrux isə yenə demişdir ki, fikri ciddidir. Bundan sonra olar ayrılmışdırlar. Bundan sonra o bir neçə dəfə Fərruxu görmüş, hətta onunla oturub çay içmiş, lakin aralarında heç bir mübahisə olmamışdır. Təxminən 14.09.2021-ci il tarixdə səhər saatlarında o anası Esmira Məmmədovadan eşitmişdir ki, Fərrux Elmiradan ayrılıb, başqa qız istəyir. Bundan sonra təxminən saat 10 radələrində o atasının istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Fərruxun xatırlamadığı telefon nömrəsinə zəng eləmiş, lakin konturu olmadığı üçün zəngi söndürmüşdür. Bundan sonra Fərrux ona zəng vurmuşdur. O Fərruxdan başqa qızı sevib-sevmədiyini soruşmuş, məsələyə aydınlıq gətirməsini istəmişdir. Fərrux isə “sabah ikimiz üzbə-üz oturub söhbət edərik” demişdir. O isə Fərruxdan telefonda nə baş verdiyini deməsini istəmişdir. Fərrux isə “hər şeyi bacın elədi, mənimlə görüşmədi, amma başqa oğlanlarla zarafatlaşır, ondan ayrılmışam” demişdir. O isə nə üçün belə hərəkət etdiyini soruşmuş, Fərrux sabah oturub söhbət edəcəklərini demişdir. Bundan sonra o əmisi oğlu İlkinə demişdir ki, Fərruxla görüşəcək, onunla birlikdə getsin. İlkin də onunla getməyə razı olmuşdur. Bundan sonra 15.09.2021-ci il tarixdə saat təxminən 12 radələrində o atasının istifadəsində olan ***- ***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi “vatsap” proqramı ilə Fərruxun xatırlamadığı telefon nömrəsinə zəng vurmuş, Fərruxdan görüşüb-görüşməyəcəklərini dəqiqləşdirmiş, Fərrux isə Xılxına kəndində məktəbin yanındakı Məqsəd adlı şəxsin işlətdiyi mağazanın qabağında görüşəcəklərini demiş, o darazılaşıb artıq evdən çıxdığını demişdir. Bundan sonra saat 12 radələrində o evdən çıxmış, o İlkinin yaşadığı evə getmiş, İlkin xəstə olduğu üçün əvvəl onunla getmək istəməmiş, lakin sonradan getməyə razılaşmışdır. O İlkinlə Poylu qəsəbəsində yolun kənarında dayanmış, yoldan keçən taksiyə əl eləmişdir. Yoldan keçən markasını və nömrəsini xatırlamadığı taksi yanlarında dayanmışdır. Onlar İlkinlə birlikdə həmin taksiyə əyləşib Xılxına kəndinə gedən yolun başlanğıcında taksidən düşmüş, o sürücüyə 50 qəpik pul vermişdir. Bir neçə dəqiqə yolun başlanğıcında gözlədikdən sonra nömrəsini xatırlamadığı “Qazel” markalı yük avtomobil gəlmiş, onlar sürücüyə əl eləmiş, “Qazel” markalı avtomobil yanlarına dayanmışdır. Bundan sonra o sürücüyə Xılxına kəndinə getmək istədiklərini demiş, sürücü isə həmin kəndə tərəf getdiyini demiş və onları aparmağa razılaşmışdır. Bundan sonra onlar avtomobilin qabağında, tanımadıqları sürücünün yanında oturmuşdurlar. Onlar Xılxına kəndində məktəbin yanına çatdıqdan sonra avtomobildən düşmüşdürlər. Bundan sonra o özü ilə apardığı atasına məxsus telefonda olan ***-***-**-** saylı nömrə ilə Fərruxun xatırlamadığı telefon nömrəsinə zəng eləmiş, o bir-iki dəqiqəyə çatacağını demişdir. Onlar orada gözləmiş, bir neçə dəqiqə sonra Fərrux piyada yanlarına gəlmişdir. Onlar görüşdükdən sonra Fərrux təklif etmişdir ki, Xılxına kəndinin meşəsinə getsinlər. O isə meşəyə getmək istəmədiyini, məktəbin həyətinin boş olduğunu, orada söhbət edə biləcəklərini demişdir. Fərrux da razılaşmışdır. Onlar söhbət etməyə gedən vaxt İlkin də onlarla getmək istəmiş, lakin onlar İlkinə demişdirlər ki, onlarla getməsin, orada onları gözləsin. Bundan sonra onlar yolun kənarında yerləşən məktəbin metal çəpərinin açıq olan yerindən məktəbin bağına keçmişdirlər. Onlar Fərruxla yerə çöküb üz-üzə söhbət etməyə başlamışdırlar. O Fərruxdan niyə belə hərəkət etdiyini soruşmuş, Fərrux isə bacısının səhv etdiyini demişdir. O bacısının hansı səhv etdiyini soruşmuş, Fərrux isə bacısının başqa oğlanla zarafatlaşdığını, onunla görüşmədiyini demişdir. O Fərruxa bacısının başqa oğlanla zarafatlaşmadığını demiş, nə üçün onunla görüşməli olduğunu soruşmuş, ona etiraz etmişdir. Həmin vaxt Fərrux ayağa qalxıb belindən bıçaq çıxartmış, ona tərəf bıçaq zərbəsi atmışdır. O isə sağ əli ilə onun sifətinə tərəf yumruq zərbəsi atıb geriyə çəkilmiş, bıçaq onun sol qolunun iç tərəfinə dəyib qolunu cızmışdır. Onun yumruğu Fərruxun sifətinə dəydiyi üçün o bir qədər dayanmış, həmin vaxt o sol əli ilə Fərruxun bıçaq olan xatırlamadığı əlini tutmuş, sağ əli ilə bıçağın tiyəsindən tutub Fərruxun əlindən almağa çalışmışdır. Lakin Fərrux bıçağı vermək istəməmiş, o zorla bıçağı Fərruxun əlindən almış, bıçağı sağ əlində tutub özünü müdafiə etmək üçün bir neçə dəfə bıçaqla Fərruxa vurmuş, lakin bıçağın Fərruxun bədəninin hansı hissəsinə dəydiyini bilməmişdir. Həmin vaxt İlkin və daha sonra bir nəfər tanımadığı şəxs yanlarına gəlmiş, bundan sonra o özü Fərruxu buraxmış, daha ona heç nə eləməmişdir. Bundan sonra o bıçağı oraya atıb uzaqlaşmışdır. Piyada çaya tərəf gedib çayın içi ilə Qazax şəhərində yerləşən nənəsi Məxmərin evinə getmiş, lakin nənəsigildə heç kimə hadisə barədə danışmamışdır. 15.09.2021-ci il tarixdə axşam saatlarında atası, babası Fərman və polis əməkdaşları nənəsigilə gəlmişdirlər. Bundan sonra o onlarla birlikdə Ağstafa rayon polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o bıçağı Zərərçəkmiş şəxs əlindən aldıqdan sonra kənara ata bilərdi, lakin Fərrux əvvəl onu bıçaqla vurmaq istədiyi üçün yenidən Fərruxun bıçağı əlindən alıb onu vuracağından qorxub Fərruxu bir neçə dəfə bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs bacısının başqa şəxslə zarafatlaşdığını bildirib ondan ayrıldığını demişdir. O Fərruxun bacısını ciddi fikirlə sevmədiyini və başqa şəxslə zarafatlaşdığını yalandan bəhanə edib ondan ayrıldığını fikirləşib əsəbləşmişdir. Həm də Fərrux əvvəl ona bıçaq zərbəsi atmışdır. O Fərruxun hərəkətlərindən əsəbləşdiyinə görə və özünü müdafiə etmək üçün bıçağı onun əlindən alıb bıçaqla Fərruxa xəsarət yetirmişdir, lakin o bıçağı vuran vaxt bıçaq zərbələrinin onun bədənin hansı hissəsinə dəydiyini bilməmişdir. Onun Fərruxu öldürmək məqsədi olmamışdır. O Fərruxu bıçaqla vurduqdan sonra yanlarına İlkin və bir nəfər tanımadığı şəxs gəlmiş. Onlar gələn vaxt o özü Fərruxdan ayrılmış, onu vurmamış və daha vurmaq fikrim olmamış, onu Fərruxdan heç kim ayırmamışdır. O Fərruxu bıçaqla vuran zaman Fərruxun üzü ona tərəf olmuş, sonradan özündə olmadığından Fərruxun arxasını ona çeviribçevirmədiyini bilməmişdir. O məktəbin bağına gedən vaxt üstündə bıçaq olmamış, həmin bıçağı Fərrux belindən çıxardıb və ona bıçaq zərbəsi atmışdır. O həmin bıçağı Fərruxun əlindən alıb ona həmin bıçaqla xəsarət yetirmişdir. O Fərruxu bıçaqla vurduqdan sonra yanlarına İlkin və bir nəfər tanımadığı şəxs gəlmişdir. Onlar gələn vaxt artıq o özüm Fərruxdan ayrılmış, onu vurmamış və daha Fərruxu vurmaq fikri də olmamışdır. X7 və başqa şəxs ayırmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Qarahəsənli kəndində ailəs ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır. O həmin vaxt Qazax, Ağstafa, Tovuz rayonlarında ayrı-ayrı kənd təsərrüfatı sahələrində gündəlik işləmişdir. Təqsirləndirilən şəxs da həmin vaxt onlarla birlikdə işləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bacısı Elmira da onlarla birlikdə işləmişdir. Həmin vaxtdan sonra Elmiranın ona qarşı münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs bir müddət işləsə də, sonradan işə çıxmamışdır. Təxminən 1 il əvvəl Elmira ona demişdir ki, ondan xoşu gəlir. O Elmiranı yalnız işdə görəndə onunla danışmış, Elmira mobil telefon işlətməmişdir. 2021-ci ilin yay aylarında o Ceyrançöl ərazisində balqabaq əkilmiş sahədə işləyən zaman Elmira da həmin sahədə işləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sahəyə gəlib ondan bacısı ilə arasında olan münasibət barədə soruşmuşdur. O Alimə demişdir ki, bacısı onu sevir. Bundan sonra Alim onunla tutaşıb dalaşmaq istəmişdir, lakin yanlarında odan xarırlamadığı adamlar onları ayırıb dalaşmağa qoymamışdırlar. Onlar Alimlə danışıb razılaşmışdırlar ki, növbəti gün Ağstafa şəhərində görüşüb söhbət etsinlər. onlar növbəti gün Ağstafa şəhərinə Heydər Əliyev adına parkda görüşüb söhbət etmişdirlər. Alimlə söhbət zamanı o bacısına olan münasibətini soruşmuş, o isə Alimə demişdir ki, bacısı onu istəyir, bilmək olmaz gələcəkdə nə olacaq. Bundan sonra onlar ayrılmışdırlar. O 2021-ci ilin avqust ayının əvvələrində Qarahəsənli kəndində kafedə işlədiyi üçün sahədə işləməyə getməmişdir. 2021-ci ilin avqust ayının axırında o yenidən Qazax və Ağstafa rayonlarında kənd təsərrüfatı sahələrində işə çıxmışdır. O işə başlayan zaman Alimin bacısı Elmira da onlarla birlikdə işləmişdir. O Elmiranın bir neçə dəfə onlarla birlikdə işləyən, tanımadığı, adının Ceyhun olduğunu öyrəndiyi şəxslə zarafatlaşdığını görmüşdür. Bundan sonra o başqa briqada ilə işləməyə başlamışdır. O 2021-ci ilin sentyabr ayının əvvələrində Ağstafa rayonu Ceyrançöl ərazisində kənd təsərrüfatı sahəsində işləyən zaman Alimin əmisi oğlu İlkini görüb ona demişdir ki, Alimin bacısının başqa oğlanla zarafatlaşdığını görüb, Alimlə danışmaq istəyir, Alim onunla əlaqə saxlasın. Həmin gün o görmüşdür ki, Alim onun mobil telefonuna zəng vurub. O da Alimə zəng vurmuş, Alimə telefonda heç nə deməmişdir. Alim əmisi oğlu İlkinin onunla danışdığını demiş, harada görüşəcəklərini soruşmuşdur. O isə Alimə harada istəsə görüşə biləcəklərini demiş, hər ikisinə yaxın olduğu üçün o Xılxına kəndinin meşəsində görüşməyi təklif etmişdir. 15.09.2021-ci il tarixdə saat 11 radələrində Alim onun istifadəsində olan mobil telefona zəng vurub evdən çıxdığını demişdir. O da həmin vaxt evdən çıxıb piyada Xılxına kəndinə tərəf getmişdir. O Xılxına kəndinə çatan zaman Alim ona zəng vurub harada olduğunu soruşmuş, Xılxına kəndində məktəbin yanında olduğunu demişdir. O isə oraya çatmağa az məsafə qaldığını demişdir. O Xılxına kənd məktəbinin yanına çatan zaman Alimin və əmisi oğlu İlkinin orada olduqlarını görmüşdür. O onlarla görüşmüş, o məktəbin bağ sahəsinin metal torunun açıq olduğunu görüb Alimə təklif etmişdir ki, məktəbin bağ sahəsinə keçib orada söhbət etsinlər. Bundan sonra o Alimlə birlikdə məktəbin bağ sahəsinə tərəf getmişdir. Həmin vaxt Alimin əmisi oğlu İlkin də onlarla birlikdə gəlmək istəmişdir. Lakin onlar İlkinə demişdirlər ki, o qalsın. O Alimdən qabaqda gedib metal torun açıq olan yerindən həyətə keçmişdir. Alim də onun arxasınca gəlmişdir. Onlar bağ sahəsinə keçdikdən sonra qəfildən kürəyinin sağ tərəfində ağrı hiss etmişdir. Bundan sonra o arxaya dönmüş, Alimin əlində əlamətlərini xatırlamadığı bıçaq olduğunu görmüşdür. Həmin vaxt Alim yumruqla onu vurmuş, o arxasıüstə yerə yıxılmış, lakin yumruqla bədəninin hansı hissəsinə vurduğunu xatırlamamışdır. Bundan sonra o ayağa qalxıb Alimə yumruq atmaq istəmiş, lakin yumruq Alimə dəyməmiş, Alim həmin vaxt əlində olan bıçaqla onun sağ qoluna vurmuş, onun qolu kəsilmiş, bundan sonra o sağ yanı üstündə yerə yıxılmışdır. Alim də onun üstünə çökərək əlində olan bıçaqla sağ ayağına, sol qoluna zərbələr vurmuş, Alim əlində olan bıçaqla onu yenidən vurmaq istəyən zaman İlkin yanlarına gəlib Alim tutub ondan ayırmışdır. Bundan sonra tanımadığı bir nəfər şəxs də yanlarına gəlmiş, Alimin üstünə qışqırmışdır. Bundan sonra həmin şəxs polisə və təcili tibbi yardıma məlumat vermişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, o Xılxına kəndində Alimlə görüən vaxt Alimin əmisi oğlu İlkin yanlarında olmuş, onlar bağ sahəsinə keçdikdən sonra heç bir söhbət etməmişdirlər, həmin vaxt onun üzərində, əlində bıçaq olmamışdır. O bıçaq zərbəsi atmamış, ona bıçaqla xəsarət yetirməmişdir. Onlar bağ ondan keçdikdən sonra Alim qəfildən bıçaqla kürəyinin sağ tərəfinə zərbə vurmuşdur. Alimi məndən əmisi oğlu İlkin ayırmış, daha sonra tanımadığı, sonradan adının Məhəbbət olduğunu öyrəndiyi bir nəfər şəxs oraya gələrək qışqıraraq etdiyi hərəkətə görə Alimə etiraz etmişdir. Alim düzgün ifadə veməmişdir. O Elmira ilə birlikdə işləyən zaman ona heç vaxt evlənməyi təklif etməmiş, onun əlindən tutaraq kola yıxmamış, Elmiraya hər hansı əxlaqsız təklif etməmiş, ona qarşı belə hərəkət etməmişdir. Elmira düzgün ifadə verməmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, o Alimlə söhbət etmək üçün məkəbin bağ sahəsinə getdikdən sonra Alim qəfildən bıçaqla onun kürəyinin sağ tərəfinə vurmuş, daha sonra Alim yumruqla onu vurmuş, o arxasıüstə yerə yıxılmışdır. Bundan sonra o ayağa qalxıb Alimə yumruq atmaq istəmiş, lakin yumruq Alimə dəyməmiş, Alim həmin vaxt əlində olan bıçaqla onun sağ qoluna vurmuş, onun qolu kəsilmiş, bundan sonra o sağ yanı üstündə yerə yıxılmışdır. Mən sağ yanı üstündə yerdə yıxılı vəziyyətdə olan zaman Alim sol qoluna, sağ ayağının arxa tərəfinə bıçaq zərbələri vurmuşdur. O kürəyində olan bıçaq xəsarətinə görə ağrıdığı üçün həmin vaxt Alimə müqavimət göstərə bilməmişdir, həmin vaxt Alim bədəninin başqa yerlərinə də xəsarət yetirə bilərdi, lakin Alim onun bədəninin başqa yerlərinə bıçaq zərbələri vurmağa cəhd etməmişdir, Alim yalnız bıçaqla onun soluna, sağ ayağının arxa tərəfinə zərbələr vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Poylu qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Fərrux adlı şəxsi 1 ildir ki, tanıyır. Belə ki, təxminən 1 il əvvəl Tovuz rayonunda kartof əkilmiş sahədə işləmək üçün ailə üzvləri Poylu qəsəbə sakini Nazilə adlı qadın və Elvin adlı kişi ilə danışmışdırlar. Bundan sonra o təxminən 1 ay Tovuz rayonunda kartof əkilmiş sahədə kartof yığmış, ona gündəlik 12 manat pul vermişdirlər. Həmin vaxt orada işləyən Qarahəsənli kəndindən olan Fərruxla tanış olmuşdur. Onu tanıdıqdan sonra Fərrux ona demişdir ki, ondan xoşu gəlir. Bundan sonra onların münasibətləri yaranmış, onlar işdə olan zaman söhbət etmiş, Fərrux işə gəlməyən zaman o onunla birlikdə işləyən Aksana adlı qadının telefonu ilə Fərruxun xatırlamadığı telefon nömrəsinə zəng vurub danışmışdır. X8 qəsəbəsinə onun dalımca gəlmişdir. Təxminən 6 gün əvvəl xatırlamadığı gündə o Qazax rayonu Şıxlı kəndində kartof sahəsində işləyən zaman Fərrux da onlarla birlikdə işləmişdir. Həmin gün günorta saatlarında o kartof sahəsində ayaqyoluna getmək istəyən zaman Fərrux da onun arxasınca gəlmiş, Fərrux onun əlindən tutaraq kola yıxmış, onunla evlənmək istədiyini demiş, onunla qaçmağı təklif etmişdir. Lakin o Fərruxun əlindən dişləyərək əlindən qaçmış, qışqırıb onunla birlikdə işləyən bacısı Zeynabı və dayısı qızı Turanəni səsləmişdir. Fərrux isə qaçıb getmişdir. O Zeynaba və dayısı qızı Turanəyə Fərruxun etdiyi hərəkət bərədə danışmışdır. Onlar isə demişdirlər ki, qorxmasın, yanındadırlar, Fərrux ona heç nə edə bilməz. Həmin hadisədən təxminən 2 gün sonra Ağstafa rayonu Qırılı kəndi ərazisində pomidor sahəsində işləyən zaman Fərrux da onlarla birlikdə işləmişdir. Həmin gün saat 13 radələrində o sahədə pomidor yığan zaman tək olmuş, yanında heç kim olmamışdır. Başqa işçilər ondan bir az uzaqda olmuşdurlar. Həmin vaxt Fərrux onun yanına gəlib ona demişdir ki, “gülübdanışma, sən mənim həyat yoldaşım olacaqsan”. O isə Fərruxun həyat yoldaşı olmayacağını demişdir. Bundan sonra Fərrux ona demişdir ki, “gəl kolların arxasına gedək”, o isə getməyəcəyini demişdir. Fərrux isə ona demişdir ki, getməsə onu döyəcək. Lakin o yenə də getməmişdir. Bundan sonra həmin gün o qardaşı Alimə Fərruxun etdiyi hərəkətlər barədə danışmışdır. Alim isə ona heç nə deməmişdir. Bundan sonra təxminən 2-3 gün əvvəl dayısı qızı Turanə ona demişdir ki, Fərrux Saloğlu qəsəbəsindən olan qızı istəyir, onu istəmir. O da həmin gün bu barədə qardaşı Alimə demişdir. 15.09.2021-ci il tarixdə o eşitmişdir ki, qardaşı Alim Fərruxla dalaşıb. Fərrux ona qarşı əxlaqsız hərəkət etməmişdir, ifadəsində göstərdiyi kimi, bir dəfə onu itələyib kola yıxmış, o isə Fərruxun əlini dişləyib qaçmışdır. Bir neçə dəfə də ona əxlaqsız təklif edərək onunla kolun arxasına getməyi təklif etmişdir. Lakin o Fərruxla getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Ağstafa rayonu Poylu qəsəbəsində ailəmlə birlikdə yaşayır. Onun 10 övladı var. Təqsirləndirilən şəxs onun oğludur, Alim idmanın sərbəst güləş növü ilə məşğul olub. Onun azyaşlı qızı Şahid2 və Təqsirləndirilən şəxs hərdən ayrı-ayrı kənd təsərrüfatı sahələrində günəmuzd işləmişdirlər. Sonradan Təqsirləndirilən şəxs işləməmiş, lakin qızı Şahid2 işləmişdir. Qızı işləyən vaxt Ağstafa rayonu Qarahəsənli kənd sakini Zərərçəkmiş şəxs ona qarşı münasibətinin olmasını, sahədə işləyən vaxt qızına bir neçə dəfə söz atmasını öyrənmişdir. 15.09.2021-ci il tarixdə saat 12 radələrində o Poylu qəsəbəsində “İsa bulağı” adlanan yerdə işləyən zaman Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının qəsəbəyə gəldiyini görmüşdür. O öyrənmişdir ki, onlar oğlu Alimi axtarırlar, polis əməkdaşları oğlu Alimin kimisə bıçaqladığını demişdirlər. Bundan sonra o oğlu Alimi axtarmağa başlamış və onun Qazax rayonundan nənəsinin evində olduğunu öyrənmişdir. Bundan sonra o bu barədə polis əməkdaşlarına məlumat vermiş, Qazax rayonunda yerləşən qaynanası Məxmərin evinə getmiş, Alimin orada olduğunu görmüşdür. O Alimdən hadisə barədə soruşanda Fərruxun bacısı Elmiranın barəsində pis sözlər danışdığını, ona görə də Xılxına kəndində Fərruxla görüşüb söhbət edən zaman Fərruxun ona bıçaq çıxartdığını, bıçağı onun əlindən alıb özünü müdafiə etmək üçün Fərruxu vurduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları qaynanası Məxmərin evinə gəlmiş, o polis əməkdaşları ilə birlikdə Alimi Ağstafa rayon polis şöbəsinə aparmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Poylu qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Zərərçəkmiş şəxs 2-3 il əvvəl tanımışdır. Belə ki, o həmin vaxtdan Qazax, Ağstafa və Tovuz rayonlarında kənd təsərrüfatı sahələrində günəmuzd işləyib dolanışığını təmin etmişdir. Fərrux da həmin vaxt onlarla birlikdə işləmişdir. Onun həmin vaxtdan Fərruxla münasibəti yaranmış, münasibətləri yaxşı olmuşdur. Təxminən 1 il olar ki, o bilmişdir ki, Fərruxla Alimin bacısı Elmira bir-birini sevirlər. Bundan sonra 2021-ci ilin təxminən yay yalarında, xatırlamadığı tarixdə o eşitmişdir ki, Alim Ceyrançöl ərazisində çöl sahəsində Fərruxla dalaşmaq istəyib, lakin sahədə olan adamlar onları aralayıb. Həmin hadisə baş verdikdən sonra növbəti gün X5 şəhərində Heydər Əliyev adına parkda görüşüb söhbət etmişdirlər. O da həmin vaxt orada olmuşdur. Lakin o onlardan aralıda olmuşdur. Alim Fərruxla orada söhbət etmiş, daha sonra o da yanlarına getmiş, deyib-gülüb daha sonra ayrılmışdırlar. İş hərdən dayandığı üçün onlar işə getməmiş, o işə gedən zaman Fərrux işə çıxmamışdır. Bir müddət sonra Fərrux işə gəlmişdir. Bir neçə gün sonra Fərrux ona demişdir ki, Elmira sahədə işləyən oğlanlarla zarafat edir, buna görə ondan ayrılıb. O isə Fərruxa demişdir ki, bu işə qarışmır, qardaşı Alimə özü desin. O bu barədə Alimə heç nə deməmişdir. Bir neçə gün sonra Alim onların evinə gəlib demişdir ki, Fərrux bacısından ayrılıb, parkda ona söz verib ki, bacısından ayrılmayacaq, Fərruxla görüşmək istəyir. Alim ondan Fərruxun nömrəsini istəsə də, onun nömrəsini Alimə deməmişdir. Həmin gün axşam Alimi Poylu qəsəbəsində yolda görmüş, onunla söhbət etmişdir. Alim ona demişdir ki, Fərruxun nömrəsini tapıb. Bundan sonra Alim onun yanında Fərruxa zəng vurmuş, növbəti gün görüşmək istədiyini demişdir. Lakin Fərrux bir neçə gün sonra görüşə biləcəyini demişdir. 14.09.2021-ci il tarixdə Alim ona demişdir ki, 15.09.2021-ci il tarixdə Fərruxla görüşsünlər. O həmin vaxt xəstə olsa da, Alimlə razılaşmışdır. 15.09.2021-ci il tarixdə saat 10 radələrində Alim evinə gəlmiş, lakin o halsız olduğu üçün getmək istəməmişdir. Təxminən 1 saat sonra Alim yenə evinə gəlmiş, Fərruxla görüşməyə tək getmək istəmədiyini demişdir. Bundan sonra o Alimlə getməyə razılaşmışdır. Bundan sonra o Alimlə asvalt yola çıxmışdır. Tanımadığı taksi ilə biz Xılxına kəndinə gedən yolun başlanğıcına qədər gedib orada düşmüşdürlər. Bundan sonra onlar tanımadığı “Qazel” markalı avtomobilə əl edib saxlamış, həmin avtomobilə minib saat təxminən 12 radələrində Xılxına kəndinə gedib məktəbin yaxınlığında avtomobildən düşmüşdürlər. Alim Fərruxa zəng vurmuşdur. Bir neçə dəqiqə sonra Fərrux yanlarına gəlmişdir. Fərrux onlarla görüşmüş, haləhval tutmuşdur. Alim və Fərrux söhbət etmək üçün ondan ayrılmış, o da onların yanında getmək istəsə də, Alim onu onlarla getməyə qoymamışdır. O isə məktəbin yaxınlığındakı bərbərxananın qabağında oturub gözləmişdir. Alimlə Fərruxun hara getdiyini bilməmişdir. Təxminən 5 dəqiqə sonra səs-küy eşitmiş, diqqətlə qulaq asanda Alimlə Fərruxun səsi olduğunu bilmişdir. O səsin yaxınlıqdakı məktəbin bağından gəldiyini görüb asvalt yol ilə oraya tərəf qaçmışdır. O yolun kənarında olan məktəbin bağına keçən vaxt görmüşdür ki, Fərrux ona tərəf qaçır, həmin vaxt Fərrux yerə yıxılmışdır. Alim də Fərruxun üstünə getmişdir. Həmin vaxt Alimin sağ əlində bıçaq olmuşdur. O Alimi tutub Fərruxdan uzaqlaşdırmış və bağ sahəsindən çıxartmışdır. Həmin vaxt bir nəfər tanımadığı kişi də yanlarına gəlmişdir. Alim əlində olan bıçağı metal çəpərin içərisinə atıb oradan qaçmışdır. O isə orada qalıb Fərruxla maraqlanmaq istəmişdir. Həmin vaxt tanımadığı kişi telefonla təcili-tibbi yardıma və polisə məlumat vermişdir. Bundan sonra o da Alimin arxasınca getmiş, lakin Alimi tapa bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın kimə məxsus olduğunu bilməmişdir. Alim onunla birlikdə Xılxına gedən vaxt onun üzərində bıçaq olub-olmamasını, onarın dalaşacaqlarını bilməmişdir. O fikirləşmişdir ki, Alimlə Fərrux görüşüb söhbət edəcəklər. O Alimin Fərruxu hansı şəraitdə vurmasını görməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Xılxına kəndində ailəsi ilə birlikdə yaşayır. K.Hüseynov adına Xılxına kənd tam orta məktəbində gözətçi vəzifəsində işləyir. 15.09.2021-ci il tarixdə saat 12 radələrində o Ağstafa rayonu Xılxına kəndində K.Hüseynov adına Xılxına kənd tam orta məktəbindən çıxıb kəndarası asvalt yol ilə yaşadığı evə getmişdir. O məktəbin qabağından asvalt yol ilə evinə gedən asvalt yola tərəf dönmüş, təxminən 100 metr getdikdən sonra ondan sağda yerləşən məktəbin bağ sahəsinə baxan zaman görmüşdür ki, bir nəfər tanımadığı cavan oğlan arxasıüstə yerə yıxılıb, digər cavan oğlan isə onun üstünədir, onlar tutaşıb dalaşmışdırlar. Həmin vaxt o onlara qışqırmışdır ki, aralansınlar. Həmin vaxt üst tərəfdə olan tanımadığı oğlan ayağa qalxmış və yola tərəf gəlmişdir. Digər şəxs isə yıxıldığı yerdə qalmışdır. Həmin şəxs məktəbin bağ sahəsindən yola tərəf gələn zaman o görmüşdür ki, onun əlində bıçaq var. O bağ sahəsinin metal torunun açıq olan yerindən yola çıxdıqdan sonra əlində olan bıçağı metal tora tərəf atmış, bıçaq orada qalmışdır. Bundan sonra o piyada kəndin çıxacağına tərəf getmişdir. O isə yerdə yıxılı vəziyətdə olan şəxsin yanına getmiş, onu tanımadığı üçün kim olduğunu soruşmuşdur. O isə Qarahəsənli kəndindən olduğunu demişdir. Bundan sonra öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və təcili-tibbi yardım xidmətinə məlumat vermişdir. Bundan başqa, Şahid1 bildirmişdir ki, 15.09.2021-ci il tarixdə saat 12 radələrində K.Hüseynov adına Xılxına kənd tam orta məktəbin bağ sahəsində iki nəfər tanımadığı şəxsin dalaşdığını görən zaman onların yanında, ətrafda başqa şəxs olmamışdır. Əlində bıçaq olan tanımadığı şəxs bıçağı atıb getdikdən sonra həmkəndliləri oraya gəlmişdir. O Onları görən zaman yerdə tutaşmışdırlar, o qışqırıb ayrılmalarını dedikdən sonra üst tərəfdə olan şəxs ayağa qalxmış, bundan sonra onun əlində bıçaq olduğunu görmüşdür. O həmin şəxsin yerdə arxasıüstə yıxılmış vəziyyətdə olan şəxsə hansı şəraitdə bıçaqla xəsarət yetirməsini görməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.09.2021-ci il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, HK-1/1135 nömrəli material üzrə fakta görə Azərbaycan Respubliaksı CM-nin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata götürülmüşdür. Cinayət işinin başlanmasına səbəb və əsas 15 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Ağstafa rayonu Xılxına kəndində, K.Hüseynov adına Xılxına kənd tam orta məktəbinin bağ sahəsində Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ilə Ağstafa rayonu Qarahəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən zərbə vuraraq sonuncuya bədənin döyülmüş-kəsilmiş, sol aşağı ətrafın kəsilmiş yaraları, həmçinin döş qəfəsinin arxa nahiyyəsinin kəsilib-deşilmiş, döş qəfəsinə sirayət edən yarası xəsarətlərini yetirməsi barədə toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.09.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 Ağstafa-Xılxına avtomobil yolunun Xılxına kəndi isiqamətinə görə sol kənarında yerləşən K.Hüseynov adına Xılxına kənd tam orta məktəbinin bağ sahəsini göstərərək 15.09.2021-ci il tarixdə saat 12 radələrində yol ilə evinə gedən zaman bir nəfər tanımadığı cavan oğlanın məktəbin bağ sahəsində digər 1 nəfər tanımadığı cavan oğlanı bıçaqla vurmasının şahidi olduğunu bildirmişdir. Həmin bağ sahəsi avtomobil yolundan metal torla ayrılmışdır. Metal tordan olan çpərdən bağ sahəsinə daxil olduqdan sonra avtomobil yolunun sol kənarından 14 metr, bağ sahəsinin sağ tərəfində, avtomobil yolunun kənarında yerləşən məktəbin istifadə olunmayan tikilisindən 15 metr məsafədə yerləşən bağ sahəsinin ağac oduncaqları yığılmış hissəsində torpaq qatı üzərində qanabənzər ləkələr aşkar edilmişdir. Şahid1 həmin yerdə tanımadığı cavan oğlanın digər tanımadığı cavan oğlana bıçaqla xəsarət yetirməsinin şahidi olduğunu bildirmişdir. Bundan sonra Şahid1 avtomobil yolunun sol kənarında, metal torun yanında yerdə olan 1 ədəd bıçağı göstərib tanımadığı şəxsin həmin bıçaqla digər şəxsə xəsarə yetirdikdən sonra bıçağı oraya atdığını bildirmişdir. Bıçaq aşkar edilmiş yer hadisə yerindən 13 metr məsafədədir. Aşkar edilmiş bıçaq gümüşü rəngli metaldan hazırlanmışdır, bir tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Bıçağın tiyəsinin uzunluğu 15,5 santimetr, eni 2,8 santimetr dəstəyinin uzunluğu 11,8 satimetrdir. Baxış zamanı bıçağın aşkar edildiyi yerdən bıçağın qara rəngli plastik materialdan olan dəstəyinin qırılmış hissələri aşkar edilmişdir. Baxış zamanı aşkar edilmiş 1 ədəd bıçaq və bıçağın dəstəyinin qırılmış hissələri götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.09.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin bilavasitə törədilməsini şübhə etməyə kifayət qədər əsaslar olduğundan, o, 15 sentyabr 2021-ci il tarixdə saat 20:25-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.09.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 1 ədəd idman şalvarını və 1 ədəd qısaqol köynəyi təqdim edərək 15.09.2021-ci il tarixdə saat 12 radələrində Ağstafa rayonu Xılxına kəndində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən vaxt həmin platraların əynində olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd idman şalvarına baxış zamanı müəyyən edilmişdir ki, həmin idman şalvarı boz rəngli parça materialdan hazırlanmışdır, şalvarın iki yan cibi, bel hissəsində boz rəngli ip vardır. İdman şalvarının sol bud hissəsinin qabaq tərəfində “JUST DO İT.” Yazısı vardır. Baxış zamanı idman şalvarının üzərində hər hansı zədə, ləkə aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi və 1 ədəd qısaqol köynək qara rəngli parça materialdan hazırlanmışdır, sinə hissəsində 3 ədəd düymə ilgəyi, 2 ədəd düymə vardır, aşağı hissədə 1-ci düymə yerində yoxdur. Köynəyin hər iki qol hissəsinin kənarları və yaxa hissəsi tünd göy rəngli parça materialdan hazırlanmışdır. Köynəyin sol yaxa hissəsində sarı rəngli sapla tikilmiş “D&G”, sol sinə hissəsində “DG” hərf və digər işarələr vardır. Baxış zamanı qısaqol köynəyin üzərində hər hansı zədə, ləkə aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd idman şalvarı və 01 ədəd qısaqol köynək 1 ədəd polietilen torbada qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “zərflər üçün №88” mətninə malik möhürü ilə möhürlənmiş və cinayət işi üzrə maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış və götürmə aparılarkən “Samsung” markalı fotokameradan istifadə edilməklə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa RİH başçısının Poylu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.09.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “təqsirləndirilən şəxs qismində cəlb etməklə ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli 4(015)-36/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 15 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21.09.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 1 ədəd şalvarı və 1 ədəd yan hissəsi kəsilmiş vəziyyətdə olan qısaqol köynəyi təqdim edərək 15.09.2021-ci il tarixdə saat 12 radələrində Ağstafa rayonu Xılxına kəndində yerləşən məktəbin həyətində Ağstafa rayonu Poylu qəsəbə sakini Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən vaxt həmin paltraların oğlu Zərərçəkmiş şəxs əynində olduğunu bildirmişdir. Mirzə Qasımovun təqdim etdiyi 1 ədəd şalvara baxış zamanı müəyyən edilmişdir ki, həmin şalvar mavi rəngli cins parça materialdan hazırlanmışdır, şalvarın iki yan cibi, iki arxa arxa cibi, ön hissəsində zəncirbənd vardır. Şalvarın sol ayağının bud hissəsinin arxa tərəfində, bel hissəsinin başlanğıcından aşağıya doğru 27 santimetr məsafədə 2 santimetr uzunluğunda, 28 santimetr məsafə 2,3 santimetr uzunluğunda yan-yana iki ədəd zədə aşkar edilmişdir. Mirzə Qasımovun təqdim etdiyi 1 ədəd qısaqol köynək tünd qəhvəyi rəngli parça materialdan hazırlanmışdır, yaxa hissəsi dəyirmidir, köynək sağ yan hissədən kəsilərək ayrılmışdır. Baxış zamanı qısaqol köynəyin arxa sağ tərəfində, yuxarıdan aşağıya doğru 24 santimetr məsafədə 1 ədəd 2,5 santimetr uzunluğunda zədə, köynəyin sol arxa tərəfində yuxarıdan aşağıya doğru 20 santimetr məsafədə 3 ədəd kiçik ölçülü zədə aşkar edilmişdir. Baxış zamanı X2 təqdim etdiyi 01 ədəd cins şalvar və 01 ədəd qısaqol köynək 1 ədəd polietilen torbada qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “zərflər üçün №88” mətninə malik möhürü ilə möhürləndi və cinayət işi üzrə maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış və götürmə aparılarkən “Samsung” markalı fotokameradan istifadə edilməklə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02.10.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 15 sentyabr 2021-ci il tarixdə hadisə yerinə baxış zamanı hadisə yerindən aşkar edilərək götürülmüş plastik materialdan hazırlanmış dəstək hissəsi parçalanamış 1 ədəd bıçağa Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X2 iştirakları ilə baxış keçirilən zaman Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağın əlamətlərini xatırlamır, baxış keçirilən bıçağın Alimin ona xəsarət yetirdiyi bıçaq olubolmamasını bilmir. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin bıçaq ona və ailə üzvlərinə məxsus deyil, hadisə vaxtı həmin bıçaq onun üzərində olmamışdır. Bundan başqa, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Mirzə Qasımov bildirmişdir ki, həmin bıçağı birinci dəfədir ki, görür, əvvəllər oğlu Zərərçəkmiş şəxs əlində və yaşadığı evdə həmin bıçağı görməmişdir. Baxış keçirilərkən “Samsung” markalı fotokameradan istifadə edilməklə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 11 oktyabr 2021-ci il tarixli, 479/g nömrəli məktubundan görünür ki, 2005-ci il təvəllüdlü, Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatada olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Ağstafa rayon Mərkəzi Xəstəxanasının narkoloji və psixiatriya kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş 01.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın kimə məxsus olmasını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, 15.09.2021-ci il tarixdə saat 12 radələrində Ağstafa rayonu Xılxına kəndində, K.Hüseynov adına Xılxına kənd tam orta məktəbinin bağ sahəsində Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirən vaxt onların yanında heç kim olmamış, daha sonra Ağstafa rayonu Xılxına kənd sakini Şahid1 və Təqsirləndirilən şəxs əmisi oğlu, Ağstafa rayonu Poylu qəsəbə sakini Şahid4 oraya gəlmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 01 oktyabr 2021-ci il tarixli, 460 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- döş qəfəsinin sağ arxa nahiyyəsinin kəsilib-deşilmiş döş qəfəsinə sirayət edən ağciyərin zədələnməsi ilə bıçaq yarası, sağ budun və sol bazunun yuxarı 1/3-nin kəsilmiş-deşilmiş yaraları kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 15.09.2021-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və döşqəfəsinin sağ arxa nahiyyəsinin boşluğa sirayət edən 1 ədəd kəsilmiş-deşilmiş soyuq silah yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sağ budun və sol bazunun kəsilmiş-deşilmiş soyuq silah yaraları isə yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa RİH başçısının Poylu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.11.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ambulator kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 690/627 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs praktik olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixiemosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizalarının 22 noyabr 2021-ci il tarixli, 16/1213/1214 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklilər edilməmişdir. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində olan 02 ədəd zədə və qısaqol köynəyin səthində olan 02 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olan paltarların üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks etdirilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs məxsus olan paltarların üzərində mexaniki zədə aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə ekspertizasının 19 noyabr 2021-ci il tarixli, 16/1212 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəcilərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış boz rəngli matiraolunmuş kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01.12.2021-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq edib Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs isə ifadəsində göstərdiyi xüsusatları təsdiq edib Zərərçəkmiş şəxs üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 dekabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə maddi sübutlar 1 ədəd bıçaq və həmin bıçağın qara rəngli plastik materialdan olan dəstəyinin qırılmış hissələri, Zərərçəkmiş şəxs məxsus 1 ədəd qısaqol köynək və 1 ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qısaqol köynək və 1 ədəd idman şalvarı Ağstafa RPŞ-də məsul saxlanışa verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli 4(015)-41/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimlkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 21.01.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onlar barışıblar. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, dəymiş maddi ziyanın qismən ödənilməsini, əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla zərər çəkmiş şəxslə razılıq əldə edərək barışmasını, dəymiş maddi ziyanın qismən ödənilməsini, nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Bununla bağlı məhkəmə vurğulayır ki, 19 may 1998-ci il tarixli uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 4-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaqhüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 19 may 1998-ci il tarixli uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun uşaq mənafelərinin üstünlüyündən bəhs edən 5-ci maddəsində isə göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətikman tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 128 manat 80 qəpik dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq hesab edir ki, İş üzrə 128 manat 80 qəpik məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci dövlət hesabından tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutlar - 1 ədəd bıçaq və həmin bıçağın qara rəngli plastik materialdan olan dəstəyinin qırılmış hissələri, Zərərçəkmiş şəxs məxsus 1 ədəd qısaqol köynək və 1 ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qısaqol köynək və 1 ədəd idman şalvarı Ağstafa RPŞ-də məsul saxlanışa verilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Ağstafa RPŞ-də məsul saxlanışa verilmiş 1 ədəd bıçaq və həmin bıçağın qara rəngli plastik materialdan olan dəstəyinin qırılmış hissələri məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 1 ədəd qısaqol köynək və 1 ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qısaqol köynək və 1 ədəd idman şalvarı qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək bu iş üzrə cəmi 04 (dörd) ay 06 (altı) gün həbsdə və ev dustaqlığında saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Ağstafa rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətikman tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 128 manat 80 qəpik məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci dövlət hesabından tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Ağstafa RPŞ-də məsul saxlanışa verilmiş 1 ədəd bıçaq və həmin bıçağın qara rəngli plastik materialdan olan dəstəyinin qırılmış hissələri məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 1 ədəd qısaqol köynək və 1 ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qısaqol köynək və 1 ədəd idman şalvarı qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-145/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-145/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver