Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-145/2024 09.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X5 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X12 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1980-cı il tarixdə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Kəngərli kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri, B.Hacıyev küçəsi, Təzə məhəllələrdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 7,762 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan matamfetamini və həmin Qanunun İ-ci siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 20,5 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan bitki mənşəli qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və yaşadığı Bərdə şəhəri, B.Hacıyev küçəsi, Təzə Məhəllələr yaşayış massivində yerləşən evində saxlamış, 14 mart 2023-ci il tarixdə saat 10 radələrində qanunsuz olaraq üzərində saxladığı 7,762 qram çəkidə psixotrop maddə olan metamfetaminin kimyəvi tərkibinə görə eyni olan 3,191 qram hissəsini Bərdə rayonu, Güloğlular kəndində yerləşən Təzə bazar ərazisində tanışı X4 istifadəsi üçün hər hansı bir mənfəət əldə etmədən pay şəklində qanunsuz olaraq vermiş, 14 mart 2023-cü il tarixdə saat 13:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X17 rayonu, 866 saylı qəsəbə ərazisində saxlanılıb Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli qolsuz gödəkçənin sol iç cibindən 2 (iki) ədəd qara rəngli, 8 (səkkiz) ədəd şəffaf rəngli və 1 (bir) ədəd gümüşü rəngli kağız bükümlərdə, ümumilikdə 11 (on bir) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,891 qram, 0,311 qram, 0,301 qram, 0,298 qram, 0,105 qram, 0,328 qram, 0,201 qram, 0,252 qram, 0,223 qram, 0,222 qram və 0,059 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,191 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, həmin gün saat 17:11 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, B.Hacıyev küçəsi, Təzə məhəllələr yaşayış massivində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılıb yaşadığı evə baxış keçirilərkən, evin yataq otağında olan dolabın içərisindən 1 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 4,571 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,97 qram və 1 (bir) ədəd mavi rəngli sellofan paketdə təmiz çəkisi 18,53 qram olmaqla, ümumillikdə təmiz çəkisi 20,5 qram çəkidə orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynilik təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan bitki mənşəli qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tam təqsirli bilməklə göstərmişdir ki, o, bir ilə yaxındır narkotik maddə olan marixuana istifadə etmişdir. Təxminən 20 gün əvvəl şəxsi işləri ilə əlaqədar Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən “Təzə bazar” adlanan yerə getmişdir. Bazar ərazisində istifadəsiz obyektlərin yanından piyada keçərkən yolun kənarında rəngli sellofan bükümün daşın arasına yerləşdirildiyini görmüşdür. Həmin sellofan büküm diqqətini çəkdiyi üçün yaxınlaşıb daşın arasından götürərək içərisinə baxanda marixuana ilə metamfetaminə bənzər çox sayda bükümlər olduğunu görmüşdür. O, narkotik maddə istifadə etdiyi üçün həmin bükümlərin marixuana və metamfetamin olduğunu bilmişdir. Həmin bükümləri cibinə qoyaraq taksiyə əyləşib kirayədə yaşadığı Bərdə şəhəri, B.Hacıyev küçəsi, Təzə məhəllələr adlanan ərazidə yerləşən evinə gəlmişdir. Tapmış olduğu narkotik vasitələrdən marixuanadan istifadə etmişdir. O, narkotik vasitə və psixotrop maddə olması barədə hər hansı bir şəxsə məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə uzun illərdi tanıdığı X6 hazırda xatırlamadığı mobil nömrədən onun istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Aralarında keçən telefon danışığı zamanı o, Vüqar İsmayılova narkotik vasitə və psixotrop maddə tapdığını, istəyərsə də narkotik maddələr verə biləcəyini demişdir. Vüqar İsmayılov isə narkotik istifadəçisi olduğu üçün onun təklifinə etiraz etməmiş və onlar Bərdə rayonu, Cəyirli kəndi yaxınlığında yolun kənarında saat 18 radələrində görüşməyə razılaşmışlar. O, tapmış olduğu psixotrop maddə metamfetamindən təqribən 4-5 qram götürərək razılaşdıqları yerdə Vüqar İsmayılova verib yenidən yaşadığı evə geri qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində siqaret çəkmək üçün yaşadığı Bərdə şəhəri, B.Hacıyev küçəsi, Təzə məhəllələr adlanan ərazidə yerləşən fərdi yaşayış evindən küçəyə çıxmışdır. Bu zaman 3 nəfər mülki geyimli və 1 nəfər polis formasında olan şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun qanunsuz olaraq narkotik vasitələri üzərində və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu bildirərək, yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirmək istədiklərini demişlər. O da baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları videoçəkiliş vasitəsilə yaşadığı fərdi yaşayış evinə baxış keçirmişlər. Baxış zamanı o, yaşadığı evin yataq otağındaki dolabın içərisində saxladığı bükümləri təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd bükümdə olan marixuana və 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmişdir. 01 ədəd sellofan kəsiyi bükümündə 4,89 qram metamfetamin, 01 ədəd şəffaf sellofan bükümündə 2,14 qram, eləcə də 01 ədəd göy və ağ rəngli sellofan torbada 21,16 qram marixuanaya bənzər kütlə olması müəyyən edilərək müvafiq qaydada qablaşıdırılıb götürülmüşdür. Evə baxış başa çatdıqdan sonra o, polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-ya getmiş və orada müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən mobil telefonla puldan başqa hər hansı qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Üzərindən aşkar olunan “Samsung” markalı mobil telefon və 193,90 qəpik pul gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı o, X4 narkotik vasitəni pulla satmadığını, psixotrop maddə istifadəçisi olduğundan sonuncuya 01 ədəd bükümdə həmin maddədən pulsuz verdiyini, ona görə Vüqar İsmayılovun ondan pul qarşılığında psixotrop maddə almadığını, sonuncunun 1-2 dəfə onunla bərabər narkotik vasitə istifadə etdiyini, Vüqar İsmayılov xəstə olduğu üçün sonuncuya siqaret və yemək alıb verdiyini, Vüqar İsmayılovun üzərində heç vaxt pul olmadığını və ailə üzlərinin də ona pul vermədiklərini, hətta özünün Vüqara siqaret alıb verdiyini, üzərindən aşkar edilmiş 190 manat pulun özünə məxsus olduğunu, həmin pulu onun məskunlaşdığı Bərdə rayonu 588 saylı qəsəbədə qonşu binada yaşayan Şahid7 adlı şəxsdən aldığını, əvvəllər də sonuncudan bir neçə dəfə borca pul alıb sonra qaytardığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmiş, həmin ifadələri doğru olmuş, X6 tanışı olmuş və onlar eyni binada yaşamış, Vüqar İsmayılov narkotik vasitə istifadəçisi olmuş, o, sonuncuya ağrıları olduğu üçün pulsuz narkotik vasitə vermiş, ona polis şöbəsində yaxud evində polis əməkdaşları tərəfindən heç bir fiziki, psixoloji təzyiq-təsir göstərilməmiş, evindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə ona məxsus olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPMin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X13 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə Vüqar İsmayılov onlar tərəfindən saxlanılmışdır. Vüqar İsmayılov üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını dediyi üçün əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs Bərdə şəhəri, B.Hacıyev küçəsində, Təzə məhəllələr ərazisində yaşadığı evin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs evinə baxış zamanı evdən 3 büküm narkotik vasitə aşkar edilmişdir. Sonuncu bükümləri özü könüllü təqdim etmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün saxladığını demişdir. X18 üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şöbəyə gətirmişlər və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. İfadəsinin davamı olaraq Şahid4yev bildirmişdir ki, Təqsirləndirilən şəxs evindən səhv etmirsə 4 qramdan artıq metamfetamin və marixuana aşkar edilmişdir. O, Vüqar İsmayılovun üzərində şəxsi axtarış aparılmasında iştirak etməmiş, lakin bildiyi qədəri ilə sonuncunun üzərindən bir neçə bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni Vüqar İsmayılova satmadığını, pulsuz olaraq verdiyini demişdir. Hadisənin üzərindən uzun müddət keçdiyindən şöbədə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən mobil telefon və pul aşkar edilib-edilməməsini xatırlamamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün aşkar edilmiş bükümlərin çəkilərini dəqiq xatırlamamış, lakin bükümlərdən birində metamfetamin, digər ikisində isə marixuana olmuşdur. Evə baxış zamanı Təqsirləndirilən şəxs özü bükümləri evin yataq otağındakı dolabın alt gözündən çıxarıb təqdim etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili Şahid5 və Bərdə RPŞ-nin KTQ-nin baş inspektoru Şahid3 X13 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 14 mart 2023-cü il tarixdə X1 rayonu 866 saylı qəsəbədə saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Vüqar İsmayılovun üzərinə şəxsi axtarış aparılmış və ümumilikdə 11 büküm psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı Vüqar İsmayılov aşkar edilmiş psixotrop maddəni Bərdə rayonu ərazisində yerləşən “Təzə Bazar” adlı yerdə Bəxtiyar adlı şəxsdən pul qarşılığında aldığını bildirmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Vüqar İsmayılovun üzərindən ümumilikdə 11 büküm psixotrop maddə olan metamfetamin aşkar edilmiş, sonuncu həmin bükümləri Təqsirləndirilən şəxs pul qarşılığında aldığını demiş, o, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, sonuncunu başqa əməliyyat qrupu saxlamış, şifahi sorğusual zamanı Vüqar İsmayılov üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış üçün yox, şəxsi istifadəsi üçün aldığını demiş, lakin sonradan keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Vüqar İsmayılovun narkotik vasitənin satışı ilə məşğul olmasını müəyyən edə bilməmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nin tağım komandiri Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bazardan tanımış, sonuncu bazarda soba, soba boruları və digər dəmir əşyaların satışı ilə məşğul olmuşdur. X19 anadan gəlmə serebral iflic xəstəliyindən əziyyət çəkmişdir. Vüqar Bəxtiyarın itinə maraq göstərdiyi üçün tez-tez sonuncunun yanına getmişdir. O da həmişə Təqsirləndirilən şəxs Vüqardan muğayat olmasını demişdir. Amma Təqsirləndirilən şəxs oğlu Vüqara narkotik vasitə verəcəyini düşünməmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini görməmişdir. İfadəsinin davamı olaraq Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni qəsəbədə yaşamış, saxlanılanadək nə oğlu Vüqarın, nə də ki Təqsirləndirilən şəxs narkotik istifadə etdiklərini bilməmiş, Vüqar nə ondan pul almış, nə də o, oğluna pul vermiş, çünki Vüqarın bütün maddi ehtiyaclarını özü qarşılamış, ümumiyyətlə Vüqar ondan pul istəməmişdir. Buna görə də oğlunun Təqsirləndirilən şəxs pul verməsi halı mümkünsüz olmuşdur. Təqsirləndirilən şəxs ona oğlu Vüqara “nə isə bir şey” verməsi əvəzində Vüqarın ona pul verməli olması ilə bağlı heç bir şey deməmişdir. Şahid6 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid6 həmin ifadəsində göstərmişdir ki, Vüqar İsmayılov oğlu olmuş, sonuncu uşaqlıq dövründən serebal iflic xəstəliyi keçirmiş və subay olduğundan xəstəliyi ilə bağlı onun yanında qalmışdır. Vüqarın atası Niyazi 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Vüqar təxminən bir ilə yaxındır narkotik vasitədən istifadə etməyə başlamış, lakin onun oğlunun narkotik vasitədən necə istifadə etməsi barədə məlumatı olmamışdır. Vüqar xəstə olduğu üçün evin bazarlığını o, etmiş və bu səbəbdən oğluna pul verməmiş, yalnız siqaret pulu vermişdir. Vüqar siqareti də son vaxtlar çəkməmiş, o, oğlunun yerdən siqaret kötüklərinin qalıqlarını yığdığını görüb məcbur qalaraq Vüqara gündəlik siqaret pulu vermişdir. Vüqarın qəsəbədə elə bir yaxınlıq etdiyi yoldaşı olmamış, oğlu əvvəllər Bəxtiyarın yanına dəmir mağazasına getmiş, sonuncu yaxın qəsəbədə dəmir əşyaları yəni, soba, soba boruları və digər əşyalar satmışdır. O, həmişə Bəxtiyara Vüqardan muğayat olmasını demişdir. O, Bəxtiyarın narkotik vasitələrdən istifadə etdiyini bilməmişdir. 14 mart 2023-cü il tarixdə oğlu Vüqarın Bərdə polisində narkotiklə tutulduğunu eşidib polisə gedəndə ona məlum olmuş ki, Vüqar psixotrop maddə ilə tutulmuşdur. Vüqarın özünü görməmiş, lakin oğlunun psixotrop maddəni Bəxtiyardan pulla almasını eşitmişdir. O, Vüqarın pulla almağa imkanının olmadığını demiş, amma Bəxtiyarın Vüqarı çox istədiyini bildiyindən sonuncunun oğluna istifadə etmək üçün vermiş olduğunu bildirmişdir. Xəstəliyi ilə bağlı ev dustaqlığına çıxardıqdan sonra oğlu üzərində aşkar edilmiş psixotrop maddəni həqiqətən də Bəxtiyarın ona verdiyini, lakin sonuncuya pul vermədiyini bildirmişdir. Buna baxmayaraq polis şöbəsində Vüqar narkotiki qorxusundan pulla almasını demişdir. Amma o, Vüqarda hər hansı bir narkotik vasitə və ya psixotrop maddə görməmiş, oğlunun istifadə etməsini bilməmiş, lakin oğlunda müəyyən dəyişiklik olmasını hiss etmişdir. O, heç vaxt Vüqara bazarlıq və digər əşya alması üçün pul verməmiş, oğlunun cibində ancaq gündəlik siqaret pulu olmuş, hətta qəsəbədə tanışları da Vüqara siqaret almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs yerdən tapdığı narkotik vasitədən ona da verdiyini demişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanımış, əvvəllər narkotik istifadə etməmiş, Təqsirləndirilən şəxs aldığı və üzərindən aşkarlanan ağ rəngdə şüşə kimi bir şey olmuş, o, həmin maddədən istifadə etməmiş, Təqsirləndirilən şəxs həmin maddəni ona dadına baxması üçün vermiş, sonuncu verdiyi maddəyə görə də ondan pul istəməmiş, ibtidai istintaq zamanı qorxduğu üçün üzərindən aşkar edilən ağ rəngli şüşə kimi olan şeyi Bəxtiyardan pul ilə aldığını demiş, lakin o, Təqsirləndirilən şəxs narkotik vasitə alan zaman sonuncuya pul verməmiş, Bəxtiyar sadəcə istifadə etməsi üçün ona narkotik vasitə vermiş, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə götürməmiş, çünki əvvəllər narkotik vasitə istifadə etməmiş, Təqsirləndirilən şəxs ona yerdən narkotik vasitə tapdığını demiş, o da sonuncudan ona da verməsini xahiş etdiyi üçün Bəxtiyar ona narkotik vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə 588 saylı qəsəbə ev 8, mənzil 13 də yaşamışdır. Təqsirləndirilən şəxs uzun müddətdir tanımış, sonuncu həmkəndlisi olmuş, həmçinin yaşadığı qəsəbədə qonşu binada məskunlaşmışdır. Bəxtiyar ilə münasibəti həmişə yaxşı olmuşdur. Aralarında heç bir ədavət və düçmənçilik olmamışdır. Bəxtiyar 2023-cü ilin mart ayında ondan borca 200 manat pul istəmiş və yaxın vaxtlarda qaytaracağını bildirmişdir. O, özündə olan pulundan 200 manat Bəxtiyara borc vermişdir. Bəxtiyar əvvəllər də bir neçə dəfə ondan borca pul alıb sonradan qaytarmışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında da bayram ərəfəsində ondan 200 manat borc pul almışdır. O, Bəxtiyara 2 ədəd 100 manatlıq pul əsginaslarını vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/319 nömrəli məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim olunmuş, üzərində “X3 üzərindən aşkar edilərək götürülmüş metamfetaminə bənzər 11 kütlə..” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd qara rəngli sellofan bükümlərdə, 8 (səkkiz) ədəd şəffaf sellofan bükümlərdə və 1 (bir) ədəd gümüşü kağız bükümdə, ümumilikdə 11 (on bir) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,891 qram, 0,311 qram, 0,301 qram, 0,298 qram, 0,105 qram, 0,328 qram, 0,201 qram, 0,252 qram, 0,223 qram, 0,222 qram və 0,059 qram olmaqla, ümumi təmiz çəkisi 3,191 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindirlər, kimyəvi tərkiblərinə görə eynidirlər; 2) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 4,571 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; 3) Tədqiqata təqdim olunmuş üzərində “X3 üzərindən aşkar edilərək götürülmüş metamfetaminə bənzər 11 kütlə” yazılar olan kağız paketdəki 11 (on bir) ədəd bükümlərdə olan metamfetaminlər ilə üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə” yazılar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə olan metamfetaminə kimyəvi tərkiblərinə görə eynidirlər; 3) Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir; 4) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır; 5) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd mavi rəngli sellofan paketdə təmiz çəkisi 18,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır; 6) Tədqiqata təqdim olunmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın ümumi təmiz çəkisi - 20,5 qr., tədqiqata sərf edildi - 0,04 qr., qalıq - 20,46 qram. Metamfetamininin ümumi təmiz çəkisi - 7,762 qr., tədqiqata sərf edildi - 0,24 qr., qalıq - 7,522 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 945 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, X6 həmin gün saat 14:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 13:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 17:11-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 mart 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə X3 üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki göy rəngli qolsuz gödəkçənin sol iç cibindən bir ədəd ağ rəngli “Winston” markalı siqaret qutusunu masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olduğunu bildirmişdir. Siqaret qutusunun içərisinə baxış keçirilən zaman oradan 8 ədəd şəffaf sellofan kəsiyində, 2 ədəd qara rəngli sellofan kəsiyində və 1 ədəd gümüşü rəngli kağız parçasında, ümumilikdə 11 ədəd bükümdə ilk görünüşdən psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Daha sonra şəxsi axtarış davam etdirilərək Vüqar İsmayılovun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Vüqar İsmayılovun üzərindən aşkar edilmiş 11 ədəd bükümdəki psixotrop maddə olan metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 4,30 qram olması müəyyən edilmişdir. Həmin kütlələr bir ədəd ağ rəngli kağız zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Şifahi sorğu-sual zamanı Vüqar İsmayılov üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamini 14 mart 2023-cü il tarixdə saat 10 radələrində Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən “Təzə bazar” adlanan yerdə əvvəlcədən tanıdığı Bəxtiyar adlı şəxsdən 150 manat pul verərək aldığını, istifadə etmək üçün cibinə qoyduğunu, üzərində narkotik vasitə olması barədə heç bir şəxsə məlumat vermədiyini və heç kimə satmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, yaşadığı Bərdə şəhəri, B.Hacıyev küçəsi, Təzə məhəllələr yaşayış massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı Bərdə şəhəri, B.Hacıyev küçəsi, Təzə məhəllələr yaşayış massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evin yataq otağındaki dolabın alt gözündə 3 ədəd sellofan bükümdə kütlələr olduğunu bildirib həmin torbaları təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə olan marixuanaya bənzər kütlə və 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkildikdə 01 ədəd sellofan kəsiyi bükümündə 4,89 qram metamfetamin, 01 ədəd şəffaf sellofan bükümündə 2,14 qram, eləcə də 01 ədəd göy və ağ rəngli sellofan torbada 21,16 qram marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Qeyd edilən bükümlər müvafiq qaydada qablaşıdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbiri haqqında qərarın qanuniliyinin yoxlanılması barədə” qərarından görünür ki, Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X13 tərəfindən qəbul edilmiş 14 mart 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 03 ədəd siqareti, şalvarın sağ yan çibindən 193 manatlıq pul əsginasını və 01 ədəd “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış davam etdirilərək Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 193 manat pul və 01 ədəd “Samsung” markalı mobil telefon gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı X2 götürülmüş 01 ədəd “Samsung A22” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefonda nasazlıq olduğundan baxış keçirmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “informasiya daşıyıcısı olan diksə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcı olan diskdən görünür ki, X3 istifadəsində olmuş +99***- ***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “informasiya daşıyıcısı olan diksə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcı olan diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CABın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı X3 Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CABın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və üzərində saxlamasında şübhəli bilinən X6 xx.xx.2023-cü saat 13:30-da Bərdə şəhəri 866 saylı qəsəbədə saxlanılaraq Bərdə RPŞ-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CABın əməliyyat müvəkkili X8 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarından görünür ki, külli miqdarda narkotik vasitələri əldə etməsində, istifadə etməsində, satışında, üzərində və yaşadığı evində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CABın əməliyyat müvəkkili X8 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri, B.Hacıyev küçəsi, Təzə məhəllələr yaşayış massivində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq Bərdə RPŞ-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə şəhəri 866 saylı qəsəbədə yaşayan X3 üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin və Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində, təzə məhəllələr adlanan yerdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə olan marixuananın və psixotrop maddə olan metamfetaminin əldə edildiyi mənbəni müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs təmiz çəkisi 3,191 qram psixotrop maddə olan metamfetamini tanışı Vüqar İsmayılova istifadə etməsi üçün pay vermiş, əməliyyat tədbirləri zamanı Vüqar İsmayılovun və Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satması və satmaq istəmələri barədə hər hansı məlumat müəyyən edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 200 manat pulu tanışı və həmkəndlisi Şahid7 borca alması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X7, övladları Günel Məmmədzadə, Turanə Məmmədzadə və Anar Məmmədzadə ilə birlikdə məcburi köçkün kimi Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 588 yerlik məcburi köçkün qəsəbəsində bina 7, mənzil 32 müvəqqəti məskunlaşmış, yaşadığı yer üzrə də müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 20,46 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın, həmçinin Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən və X3 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,522 qram çəkidə psixotrop maddə olan metamfetaminin maddi sübut kimi tanınması və Bərdə RPŞ-nin maddi sübutların saxlanılması otağına verilməsi, X3 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd diskin, o cümlədən Təqsirləndirilən şəxs Rami oğlunun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə, eyni zamanda yaşadığı evə baxış keçirilməsi istintaq hərəkətinə dair 02 (iki) ədəd diskin, eləcə də telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 (bir) ədəd diskin iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə hesab olunan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlaması tam olaraq sübuta yetirir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 4cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı Qanunun 1.0.10-cu maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən marixuana narkotik vasitə, İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur; metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır; qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 500 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/319 nömrəli məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs X4 verdiyi psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi 3,191 qram olmaqla külli miqdar təşkil edir, eləcə də Vüqar İsmayılova verdiyi metamfetaminlə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş bir bükümdə olan metamfetaminin ümumi təmiz çəkisi 4,571 qram olmaqla külli miqdar təşkil edir, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş narkotik vasitə olan bitki mənşəli qurudulmuş marixuananın ümumi təmiz çəkisi isə 20,5 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 20,46 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən və X3 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,522 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməli, X3 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, o cümlədən Təqsirləndirilən şəxs Rami oğlunun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə, eyni zamanda yaşadığı evə baxış keçirilməsi istintaq hərəkətinə dair 02 (iki) ədəd disk, eləcə də telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 945 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 mart 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 20,46 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən və X3 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,522 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. X3 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, o cümlədən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə, eyni zamanda yaşadığı evə baxış keçirilməsi istintaq hərəkətinə dair 02 (iki) ədəd disk, eləcə də telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-145/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-145/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver