Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-145/2025 16.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1988-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmuş və yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən bir ədəd şəffaf polietilen bükümün içərisində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan küllü miqdarda heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdə saat 12:20 radələrində yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsinin ərazisində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins materialından olan şalvarın sağ ön cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümünün içərisində kustar üsulla hazırlanmış, külli miqdarda ümumi təmiz çəkisi 6,525 qram miqdarında narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 6 ildir ki, Azərbaycan Respublikasında olmamışdır. Azərbaycan Respublikasına 1 ay olar ki, gəlmişdir. O dindardır ziyarətdə olmuşdur. Onun narktoikə zərrə qəbər belə heç bir aidiyyəti yoxdur. O səhər polis şöbəsinə çağırılmış və şöbəyə getmişdir. Daha sonra o polis şöbəsindən buraxılmış və sonra onu evdə tutmuşlar. Onu 4 nəfər tutmuşdur. O tutulan zaman onun əynində gödəkcəsi olmuş,tutulan zaman həmin gödəckə onun başına keçirilmiş və narkotik vasitə onun cibinə qoyulmuşdur. Daha sonra o rəisin yanına aparılmşdır. Rəis ona “neçə ildir narkotik vasitədən istifadə edirsən” demişdir. O isə narkotik vasitədən istifadə etmədiyni bildirmişdir. Bir qədər söhbət etdikdən sonra rəis ona “bu zakazdır getməlisən” demişdir. O isə öz cavabında “getmirəm” demişdir. O rəisə “narotik mənim deyildir, mənim olmayanı necə mənə yükləyə bilərsiz” demişdir. Rəis ona “əgər götürməsən evindən gedib kilolarla narkotik çıxaracam” demişdir. Həmin vaxt onun mənzilinin açarı onun üzərində olmuş və həmin açar polis əməkdaşları tərəfindən götürülmüşdür. O məcbur qalmış və təzyiq altında etiraf etmişdir. Onu ailə və uşaqları ilə təhdid etmişlər. Əlavə olaraq bildirimişdir ki, Oktyabr ayının 27-si günü ona evdən zəng gəlmiş və onun şöbəyə çağırılması barədə məlumat verilmişdir. Oktyabr ayının 28-si günü o səhər tezdən şöbəyə getmişdir. Onu yaxarı mərtəbəyə aparmışlar. Ondan neçə vaxtdır hardasan deyə soruşulmuş o isə 6 ildir ki, ölkədə olmamasını bildirmişdir. Həmin vaxt onun mobil nömrəsi götürülümş və o sərbəst buraxılmışdır. O şöbədən çıxdıqdan sonra əməliyyatçıların birinin onun arxası ilə gəlməsini görmüşdür. O həmin əməliyyatçını tanımışdır. Belə ki, o səhər şöbəyə gedən zaman şöbədə səhər düzülüşü olmuşdur o həmin əməliyyatçını orada görmüşdür. O mağazaya girmiş və həmin vaxt onun arxası ilə gələn əməliyyatçı onu görə bilməmiş və onu axtarmağa başlamışdır. O mağazadan çıxan zaman əməliyyatçı onu görmşüdür. Bundna sonra o avtomobillə evinə getmişdir. O evinə çatan zaman əməliyyatşılardan birinin onun evinin yanında olmasını görmüşdür. O həmin zaman bilmişdir ki,əməliyyatçılar onun arxası ilə gəlmişlər. O evə girmiş və daha sonra çıxıb küçədə əyləşmişdir. Təqribən 10-15 dəqiqə sonra qara rəngli «Mercedes Benz» markalı avtomobil gəlmiş və həmin avtomobildən 4 nəfər polis əməkdaşı düşmüşlər. Həmin vaxt ona “gəl otur maşına” o isə onlara “siz kimsiz tanımıram mən sizi” demişdir. Ona şöbəyə getmək lazım olduğu bildirilmişdir. O isə “məni indi buraxmısınız” demişdir. O heç bir müqavimət göstərmədən avtomobilə əyləşmişdir. Bundan sonra onlar şöbəyə getmişlər. O polis əməkdaşlarına “məni niyə aparırsız nədir mənim günhaım demişdir”. Ona şöbədə aydınlaşdırılacaq deyilmişdir. Bir nəfər polis əməkdaşı şöbəyə getmiş, digər 3 nəfər isə onunla birgə avtomobildə əyləşmişlər. Bundan sonra o avtomobildən düşmüş onun əynində olan gödəkcə onun başına keçirilmiş və həmin vaxt narkotik vasitə onun cibinə qoyulmuşdur. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək xx.xx.2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, «….o, əvvəllər narkotik vasitə və psixotrop maddə qəbul etməmiş, narkotik vasitə istifadəçisi olmamışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində Şəmkir çayının kənarında yol kənarı ilə piyada gedərkən yerdə 1 ədəd sellofanın içərisində qəhvəyi rəngli, toz halında bir şey görmüş, yaxınlaşaraq diqqətlə baxdıqda isə sellofanın içərisindəki narkotik vasitə onda maraq yaratdığı üçün götürərək üzərində saxlamış və gələcəkdə istifadə etmək məqsədilə cibinə qoymuşdur. Həmin narkotik vasitəni bir dəfə iyləyərək istifadə etmişdir. xx.xx.2023cü il tarixdə saat 12:20 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşadığı evin yaxınlığında küçədə olarkən Şəmkir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələrin saxlanmasında şübhəli bilindiyi üçün onu polis şöbəsinə aparacaqlarını bildirmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Şəmkir rayon polis şöbəsində üzərinə hüquqlarını müdafiə edən vəkil X2 iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə yox, psixotrop maddə olduğunu deyərək əynindəki qara rəngli cins şalvarın sağ ön cibindən bir ədəd sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin şəffaf sellofan bükünə baxıldıqda isə içərisində qəhvəyi rəngli toz halında narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. O, kütləni 1 gün əvvəl yol ilə gedərkən Şəmkir rayonu, Çinarlı qəsəbəsində Şəmkir çayının kənarı ilə gələrkən yolun kənarında tapdığını, 1 dəfə istifadə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Həmin kütlə kiçik həcmli «Kinlle» markalı tərəzidə çəkilmiş və sellofanla birlikdə 6.68 qram olması müəyyən edilmişdir. Sellofan büküm qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmiş və üzərinə imza çəkmişdir. Üzərində polis əməkdaşının iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən digər narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar olunmuş bir ədəd “Kingston” markalı siqaret qutusu və bir ədəd kibrit qutusu maddi sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Üzərindən aşkar olunmuş 1 ədəd “Samsung A51” markalı, içərisində ***-***-**-** saylı mobil nömrə olan mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. O, törətdiyi əməldən səmimi peşmandır, bununla yanaşı özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla təqsirli bilməyərək öz müdafiəsi üçün əsassız dəlillər gətirərərək ifadəsinə imza etməkdən imtina etmişdir». Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Vaqif oğlunun üzərində nakotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə dərhal raportla məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxsin yeri Şəmkir rayonu, Çinarlı qəsəbəsində müəyyən olunmuşdur. Sözügedən ərazidə təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, təqsirləndirilən şəxsi polis şöbəsinə dəvət etmişlər. Üzərinə şəxsi axtarış aparılan zaman şalvarının arxa cibindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitəni tapdığını və narkotik vasitədən istfadə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinə əməliyyat məlumat daxil olmuşdur. Vasifin üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra onlar Çinarlı kəndinə getmişlər. Onlar küçədə Vasifə yaxınlaşmış və özlərini Vasifə təqdim etmişlər. Bundan sonra Vasifi polis şöbəsinin təhqiqat bölməsinə dəvət etmişlər. Vəkilin iştirakı ilə Vasifin üzərinə videoçəklişlə baxış keçirilmiş və həmin vaxt Vasif üzərində narkotik vasitənin olmasını bildirmişdir. Vasifin üzərindən heroin aşkar olunmuş,heroinin təxmini çəkisi 6-7 qram olmuşdur. O Vasifin saxlanılmasında işitrak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o təhqiqatçının otağında olan zaman Vasifin üzərinə baxış keçirilmişdir. Həmin vaxt Vasifin şalvarının cibindən sellofana bükülmüş narkotik vasitə aşkar edilmişdir. Uzun müddət keçdiyindən narkotik vasitənin çəkisi yadında qalmamışdır. Təqsirləndirlən şəxsin üzərinə baxış keçirilərkən təhqiqatçı, müdafiəçi, çəkliş aparan şəxs və o olmuşdur. Baxışı o keçirmiş,aşkar olunan narkotik vasitənin rəngi yadında qalmamışdır.Təqsirləndirilən şəxs həmin vaxt narkotik vasitənin ona məxsus olmasını demişdir. Təqsirləndirilən şəxsə heç bir təzyiq və təsir göstərilməmişdir. Sellofanda olan büküm yadında qalmamış, hansı növ narkotik vasitə olmasını və çəkisinin nə qədər olmasını bilmir. Həmin vaxt həmçinin təqsirləndirilən şəxsin şalvarının cibində siqaret də olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisənin üstündən zaman keçməsi ilə bağlı dəqiq günü yadında deyildir. Lakin təqsirləndirilən şəxs saxlanılan gün polis şöbəsinə Təqsirləndirilən şəxs üzərində narkotik maddə olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, o da əməliyyat qrupunun tərkibində olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin saxlanılmasından xeyli vaxt keçmiş və bu səbəbdən də hadisənin təffərrüatları dəqiq yadında qalmamışdır. Təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar təqsirləndirilən şəxsə yaxınlaşmış və xidməti vəsiqələrini təqdim edərək təqsirləndirilən şəxsi polis şöbəsinə dəvət etmişlər. 28 oktyabr 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdə tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(076)-232/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 28 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2023-cü il tarixli, 16/1135 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 6.525 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 22 dekabr 2023-cü il tarixli, 2075 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroiindən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindəən əzab çəkmir. Narkomaniya xəstəliyindən məvburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi şəxsin 01 noyabr 2023-cü il tarixli, 698 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Şəmkir RMX PHŞ-dan verilmiş xx.xx.2023-cü il tarixli 411 saylı arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində onda az ifadəli emosianal davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, onda qavrama, yaddaş, təfəkkür və intellekt pozuntuları müəyyən olunmaması, aktiv surətdə müdafiə olunaraq narkotik vasitəni tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirməsi, narkotik vasitə saxladığı üçün peşiman olduğunu söyləməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəalliyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmədiyindən o, hadisə zamanı və hal hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 23 dekabr 2023-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2023-cü il tarixli, 16/1135 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 6,475 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-yə məsul saxlanca verilmişdir. 18 dekabr 2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini kimdən əldə etməsi və narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin şəxsiyyəti müəyyən edilməmişdir. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək narkotik vasitə olan heroinin ona məxsus olmaması, üzrərinə qoyulması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, istintaq zamanı onun özünün müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və çəkilmiş fotoşəkillərlə təkzib edildiyindən və ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi faktı təsdiqini tapmadığından, məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadələni özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heronin əldə edib daşıyaraq saxlamasına görə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama gəlincə isə məhəkəmə kollegiyası hesab edir ki, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heronin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş bilavasitə sübut kimi kimi qiymətləndirilən şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs narkotik maddə heroinin satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Eləcə də istintaq zamanı da təqsirləndirilən şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satış məqsədi ilə üzərində saxlaması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 6,475 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aldığı şəxsin şəxsiyyətini və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin külli miqdarda, yəni təmiz çəkisi 6,475 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik maddə heroinin satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadələrə, o cümlədən yuxarıda sadalanan ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan subutlar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan ittihamın verilməsi üçün nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs 6,475 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitə heroni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda yalnız narkotik maddənin çəkisinin çox olması ehtimalı ilə satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik maddə heroini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət Prosessual Qanunun tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddə heroini qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin Məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroin qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri,istintaq hərəkəti protokolları, videoçəkiliş və məhkəmədə araşdırılmış işin digər materialları ilə sübuta yetirilmişdir. Məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış va tədqiqata sərf edildikdan sonra qalıq çakisi 6,475 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlaması məhəkəmə istintqaında öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Yuxarıda qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini nəzərə alınmaqla ona təqsiri sübuta yetirildiyi Cinayət Məcəlləsinin 234.1-1 –ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmaldır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdaə sonra qalıq 6,475 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, heroinin məhv edilməsi Şəmkir Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Hamçinin cinayat işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 112 (yüz on iki) manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdaə sonra qalıq çəkisi 6,475 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Şəmkir Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Həmçinin cinayət işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 112 (yüz on iki) manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-145/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-145/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver