Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-146/2022 29.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X21, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X17, Zərərçəkmiş şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı ildə Qazax rayonu, Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 29,120.2.2, 29,120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs, 12 sentyabr 2021-ci il tarixdə, saat 23:50 radələrində Ağstafa rayonu, Köçəsgər kəndində yerləşən “Ələkbəroğlu” kafesinin bağ sahəsində həmkəndliləri xx.xx.1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və 10.09.1981-ci il təvvəllüdlü X23 qardaşları ilə yemək yeyib spirtli içki qəbul edərkən X25 rayonu Köçəsgər kənd sakini Şahid4 ünvanına nalayiq ifadələr işlətməsinə iradını bildirdikdə sonuncunun ona “Sən kimsən”, “Sənə aidiyyatı yoxdur” deməsini özünə qarşı təhqir hesab edib şəxsiyyətini digərlərinin fövqündə qoyaraq əsaslı səbəb olmadan, şəxsiyyətinə qarşı təhqir kimi qiymətləndirdiyi cüzi səbəbi bəhanə edərək xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək məqsədi ilə X36 gözü qarşısında, sonuncuya əzab verdiyini dərk edərək və bunu arzulayaraq üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə- gövdənin sol yan və arxa səthinin qarın və döş boşluğuna keçən 2 ədəd kəsilmiş-deşilmiş iti alət yaraları, pnevmotoraks, göndələn çənbər bağırsağın və mədəaltı vəzinin zədələnməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmiş, lakin sonuncunun X36 ictimai borcunu yerinə yetirərək ona cinayətkar niyyətini başa çatdırmağa mane olmaq üçün taxta materialdan olan stulu götürüb üzərinə getməsindən hiddətlənərək bu hərəkətinə görə qəsdən öldürüb ondan qisas almaq məqsədilə cinayətkar hərəkətini sonuncuya yönəldib yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs gözü qarşısında, sonuncuya qardaşını öldürməklə əzab verdiyini dərk edərək və bunu arzulayaraq bıçaqla Yaşar Yusifova sol döş qəfəsinin 01 ədəd boşluğa keçən, ürək kisəsini, sol mədəciyin zirvəsini zədələyən, kəskin qanaxma ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol saidin 01 ədəd, sol ordun 01 ədəd səthi kəsilmiş yaraları, sol almacıq və sol qaşın tiş səthində sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətlərini yetirib onu ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs isə vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslaşdırılmış tibbi yardım tədbirləri nəticəsində həyatı xilas edildiyindən vahid qəsdlə əhatə olunan iki şəxsi öldürməkdən ibarət cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək iki şəxsi öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlləri zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri maddi sübut və digər iş materialları ilə, aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.3, 120.2.4, 29,120.2.2, 29,120.2.4 və 29, 120.2.7-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 12 sentyabr axşam saat 19-20 radələrində o yaşadığı kənddə yerləşən Elməddinin çayxanasına getmişdir. Həmin vaxt orada həmkəndliləri Hicran, Misirov Təhmin, Atakişiyev Etibar və başqaları olmuşdur. 12 sentyabr saat 23:00 radələrində çayxanadan çıxıb evə qayıdan vaxt yolun digər tərəfindən bir nəfər şəxs yolun onun olduğu tərəfinə keçərək qabağını kəsmişdir. O əvvləcə həmin şəxsin kim olduğunu bilməmişdir. Həmin şəxs ona “Sən kimsən”, “Nə gəzirsən” kimi sözlər demişdir. O da həmin şəxsə “Sən kimsən”, “Sənə nə lazımdır” demişdir. Həmin şəxs bir az da ona tərəf gəlmiş, həmin şəxsin həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu görmüşdür. O həmin şəxsə “Muşvik sənsənmi” “Mənəm Sabirdir” deyəndə Muşvik onu tanımışdır. Bu zaman Muşvikin qardaşı Yaşar və həmkəndlisi Roman da arxadan gəlib ona çatmışdır. Həmin vaxt həm Yaşarla Muşvik, həm də Roman sərxoş vəziyyətdə olmuşdur. Muşvik gedib bir az kafedə oturub pivə içməyi təklif etmişdir. Roman həmin vaxt səhər işə gedəcəyini deyib sağollaşıb onlardan ayrılıb çıxıb getmişdir. Yaşar da Romanla getmək istəmişdir. X45 getməməsini, o, Muşvik və Yaşarın gedib bir yerdə oturub pivə içməyini demişdir. O evə getmək istəmiş, sabah birlikdə oturmağı təklif etsə də, Muşviklə Yaşar hər ikisi israrla həmin vaxt gedib oturmalarını istəmişdir. Onlar “Ələkbəroğlu” kafesinə çatdıqda artıq həmin kafedə işləyən xanım kafeni bağlamışdır. O kafedə işləyən xanımdan 5-10 dəqiqə oturub gedəcəklərini bildirmiş və kafeni bağlamamağını xahiş etmişdir. Həmin xanım Muşviklə Yaşarı içəri buraxmaq istəməmişdir. Həmin xanım Yaşarla Muşvikin davakar olduğunu bilmiş və onları tanımışdır. Ona görə də kafenə bağladığını demişdir. O həmin xanıma “Xala bir bakal pivə içib gedəcik. Narahat olma, onlar mənimlə birlikdə gəliblər” demişdir. Bundan sonra gecə saat 23 radələrində o, X23 və Zərərçəkmiş şəxs ilə birlikdə Ağstafa rayonu Köçəskər kəndində yerləşən “Ələkbəroğlu” kafesində oturub pivə içmişdir. Həmin vaxt sifariş verdikdən sonra Yaşar marketə getmişdir. Bu zaman Muşviklə o kafedə qalmışdır. Həmin vaxt Muşviklə aralarında elə bir söz-söhbət olmamışdır. Bir az sonra Yaşar marketdən qril və araq alıb qayıtmışdır. O,X23 və Zərərçəkmiş şəxs bir litr araq və adama bir bakal pivə içmişdir. X23 və Zərərçəkmiş şəxs ilə birlikdə söhbət edən zaman Muşvik Gəncəyə gedəcəyini demişdir. O Muşvikdən nə ilə bağlı Gəncəyə gedəcəyini soruşmuş və Gəncəyə gedəndə yoldaş kimi onunla birlikdə getməyini təkif etmişdir. Muşvik Gəncəyə məhkəməyə gedəcəyini dedikdə o da dostu və həmkəndlisi Şahid4 da bu yaxınlarda məhkəmədə işinin yekunlaşmasını demişdir. Yaşar Şahid4 adını eşidən kimi onun barəsində nalayiq ifadələr işlətməyə başlamışdır. Yaşar Qalibi söyərək Qalibin Yaşara toyda butulka atdığını və aralarında dava olduğunu demişdir. Bundan sonra o Yaşarı qucaqlayıb öpmüş və Qalib barəsində söyüş söyməməsini, Qalibin də Yaşarın da onun qardaşı olduğunu demişdir. Bundan sonra Muşvik Ağsafa rayonu Köçəskər kənd sakini Şahid4 Əli oğluna və Yaşara Qalibi söyməməsini dediyi üçün ona qarşı da nalayiq ifadələr işlətmişdir. O Muşvikə “Sən məndən böyüksən, qardaşsan, indi piyansan, eybi yoxdur” demiş və həm Muşvikə həm də özünə araq süzmüşdür. Muşvik uca səslə danışmışdır. Bu zaman səs-küy eşidən kafedə işləyən xanım onlara yaxınlaşmış və artıq kafeni bağladığını, durmalarını demişdir. Muşvik həmin xanımın da ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O xanıma indi duracaqlarını demişdir. Muşvikə isə xanımın onun qohumu olduğunu və xanımın ünvanına nalayiq ifadələr işlətməməsini demişdir. Muşvik ondan həmin xanımın onun doğma xalası olub-olmamağını soruşmuşdur. O doğma xalası olmadığını, lakin o xanımın elə doğma xalası kimi münasibəti olduğunu demişdir. Bu zaman yenə həmin xanımın ünvanına nalayiq ifadələr işlətmişdir. O yenə Muşvikə belə deməməsini bildirmişdir. Bundan sonra Muşvik özündən çıxaraq stolun üstündəki butulkanı götürüb ayağa durub qardaşının üzünə baxıb onunla bağlı “Nə danışır ə bu” daha sonra ona “Sən kimsən” deyərək ona nalayiq ifadələr işlədib butulka ilə onu vurmaq istəyərkən o stolun arxasında oturduğu vəziyyətdə cibindən üzərində gəzdirdiyi bıçaqla Muşvikin sol yan tərəfindən bir dəfə bıçaqla vurmuşdur. Muşvik bundan sonra sakit stola oturmuşdur və heç nə deməmişdir. Bu zaman Yaşar onun Muşviki bıçaqla vurduğunu görüb stolun üzərində olan şüşə bakalı ona tərəf atmışdır. Lakin o çəkildiyi üçün həmin bakal ona dəyməmişdir. O Yaşarın onu vurmaması üçün Yaşarın yaxasından tutmuşdur. Yaşar bakalın ona dəymədiyini görmüş, bundan sonra taxtadan olan oturacaq stulunu götürüb onu vurmaq istəmişdir. O stulda əyləşmiş, heç bir yerə tərpənə bilməmiş, buna görə Yaşar onu vurmasın deyə bıçaqla Yaşarı da vurmuşdur. Lakin bıçaqla vuran zaman bıçağın Yaşarın mədəsinə ya sinəsinə dəydiyini görməmişdir. Ona fiziki baxımdan gücü çatmadığına, sağ ayağı əməliyyat olunduğuna və sol qolunda problem olduğuna görə fiziki gücünün çatmayacağını bilmiş, buna görə də özünü bıçaqla müdafiə eləməyə çalışmışdır. Yaşarı vurmaqda məqsədi özünü müdafiə olmuşdur. Çünki Yaşar stolu əlinə götürüb ona tərəf gələndə o da özünü müdafiə üçün Yaşarın sinə nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. Yaşarı bıçaqla vurandan sonra həmin bıçaq qırılmışdır. Buna görə də o bıçağı özü ilə götürməmişdir. Bıçaq sapı qara rəngli olmuş, yapışqanlı lentlə bıçağın qulpunu bağlamışdır. O bıçağı evdən götürmüşdür. Üstündə daimi olaraq bıçaq gəzdirmişdir. O Yaşarla Muşvikin hər ikisini bıçaqla vuran zaman yanlarında başqa heç kim olmamışdır. Onlar kafenin həyətində oturmuşdur. İçəridəki işçilərdən o kafeni işlədən bir nəfər xanım olduğunu bilmişdir. O hadisəni törədən zaman yəni həm Muşviqi, həm də Yaşarı bıçaqlayan zaman yanında heç kim olmamışdır. O Yaşarı bıçaqla vurduqdan sonra çıxıb yaşadığı evə getmişdir. Həmin evdə yalnız o, xəstə xalası Aybəniz qalmışdır. Bəzən nənəsi Lətifə də gəlib onlarla qalmışdır. Həmin gün nənəsi orada olmamış, o babasıgildə yaşamışdır. O piyan vəziyyətdə olmuşdur. 13 sentyabr 2021-ci il tarixdə səhər saat 8 radələrində yaşadığı evdə yatdığı yerdə polis əməkdaşları içəri daxil olaraq ona polisə getməli olduğunu bildirmişlər. Bundan sonra onu Ağstafa RPŞ-ya gətirmişlər. Ona verilən ittihamla Yaşarla Muşviki əvvəlcədən öldürmək niyyətinin olmamasına görə razılaşmamışdır. Ona görə də özünü təqsirli bilmədiyini göstərmişdir. O, Muşvik və Yaşarı uşaqlıqdan bəri tanımışdır. Onların heç biri ilə əvvəllər aralarında heç bir mübahisə olmamışdır. İlk dəfə onlarla mübahisəsi olmuşdur. O həmin bıçağı evdən götürmüşdür. O tez-tez araq içən olduğu, araqla birlikdə meyvə yediyi üçün meyvəni soymağa görə üstündə bıçaq gəzdirdiyini bildirmişdir. Hadisəni törətdikdən sonra bıçağı bərkdən stola vurmuş buna görə də bıçağın tiyəsi qırılmışdır. Hadisə zamanı başqa şəxslər olmamışdır. Orada ancaq o, Yaşar və Muşvik olmuşdur. O hadisəni törətdikdən sonra oranı tərk etdiyi üçün sonradan oraya kimin gəlibgəlməməsi haqqında məlumatı olmamışdır. Hadisə zamanı əynində qara rəngli cins şalvar, ayağında qara rəngli ayaqqabı, qara rəngli gödəkçə, qısaqol qara rəngli köynək olmuşdur. Hadisənin törədilməsində istifadə etmiş olduğu bıçaq təxminən 15-20 sm uzunluğunda, sapı qara rəngli olan qatlanmayan bıçaq olmuş, hadisə yerində olan vaxt qırıldığı üçün bıçağı kafenin həyətində tullamış və hadisə yerini tərk etmiş, xəstə olan xalası Aybəniz Abbasovanın yaşadığı evə gedərək polis əməkdaşları tərəfindən saxlanılana qədər orada olmuşdur. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 12 sentyabr 2021-ci il tarixdə o və həmkəndlisi Rüstəmlə Ağstafa rayon Avtovağzalının Tatlı kəndi stansiyasında görüşmüşdür. Rüstəmlə gedib bir az oturub adama bir-iki bakal pivə içməyi qərara almışdır. Onlar Ağstafa rayonu Köçəsgər kəndində yerləşən “Ələkbəroğlu” adlanan kafeyə getmişlər. Onlar kafeyə çatanda təxminən axşam saat 7-8 radələri olmuşdur. Rüstəmlə kafeyə əvvəl getmişdir. “Ələkbəroğlu” adlanan kafedə olan vaxt Yaşar və Roman zəng vurub Ocaq adlanan kafedə olduqlarını, Rüstəmlə onun da həmin Ocaq adlanan kafeyə gəlmələrini demişdir. Onlar Yaşar və Romana “Ələkbəroğlu” adlanan kafeyə gəlmələrini desə də Yaşar və Roman gəlmədiyi üçün Rüstəmlə həmin Ocaq adlanan kafeyə getmişdir. Yaşar və Roman zəng edəndə axşam saat 20 radələri olmuşdur. Rüstəmlə Ocaq adlanan kafeyə çatanda artıq axşam saat 09 olmuşdur. Rüstəmlə Ocaq adlanan kafedə olduğu ilkin vaxt Təqsirləndirilən şəxs həmin kafedə olmamışdır. Təqsirləndirilən şəxs çox güman ki, sonradan gəlmişdir. O Təqsirləndirilən şəxs Ocaq adlanan kafeyə gəldiyini xatırlamışdır. Sabir Ocaq adlanan kafeyə gələn vaxt artıq saat 22 radələri olmuşdur. Sabir gələn vaxtı həmin kafedə o, qardaşı Yaşar, Rüstəm və Roman olmuşdur. Onlar orada oturub yeyibiçməyə başlamışdır. O bundan sonra nə baş verdiyini, həmin kafedən nə vaxt çıxdıqlarını və hara getdiklərini hal-hazırda xatırlamadığını bildirmişdir. Həmin vaxt o sərxoş olmuşdur. Rüstəmlə həmin gün adama 6-7 bakal pivə içmişdir. X40 sonradan gördükləri üçün onların nə qədər içki içmələrini bilməmişdir. Təqsirləndirilən şəxs yalan danışmış, heç kimin ünvanına nalayiq ifadələr işlətməmiş və heç kimi təhqir etməmişdir. Oturduqları masada araq olmamış, butulka ilə Təqsirləndirilən şəxs üzərinə hücum çəkməsini və Təqsirləndirilən şəxs onu bıçaqla vurduğunu xatırlamamış, O ayılıb özünə gələndə xəstəxanada olduğunu görmüşdür. Şahid4 tanıdığını bildirmişdir. Qalib onun qohumu olmuşdur. Qaliblə əvvəllər aralarında mübahisə olmuşdur. Belə ki, 6-7 il bundan əvvəl o Qaliblə məclisdə içkili vəziyyətdə mübahisə etmiş, Qalib isə ona bir-iki dəfə yumruqla vurmuşdur. Həmin vaxt o da Qalibə bir-iki dəfə yumruqla vurmuşdur. Lakin sonradan Qaliblə barışmış, münasibətləri normallaşmış, Qalibin ünvanına nalayiq ifadələr işlətməmişdir. 12.09.2021-ci ildə qardaşı Yaşar, həmkəndliləri Roman və Rüstəm “Ocaq” adlanan kafedə oturub yeyib içmişdir. Onlar bir az oturduqdan sonra Rüstəmlə Roman durub getmişdir. Bundan qısa müddət sonra o və qardaşı Yaşar həmin “Ocaq” adlanan kafedən çıxıb evə qayıtmışdır. Bu zaman yolda Təqsirləndirilən şəxsla qarşılaşmışdır. Sabir onunla görüşmüşdür. Bundan sonra Sabir gedib oturub pivə içməyi demişdir. Bundan sonra o və Sabir “Ələkbəroğlu” adlanan kafeyə getmişdir. Yaşar isə onlara 10 dəqiqəyə marketə gedib onların yanına qayıdacağını bildirmişdir. Orada olarkən Sabirin və ya hər hansı başqa şəxsin ünvanına nalayiq ifadə və ya söyüş işlətməmişdir. Onlar həmin gün ancaq deyib-gülmüşdür. Sabirlə aralarında heç bir mübahisə olmamışdır. O və Sabir kafedə olan vaxt ayaqyoluna tərəf getmişdir. Bu zaman hələ Yaşar gəlməmişdir. Ayaqyoluna çatan vaxt kürək hissəsinə nə isə sancıldığını hiss etmişdir. Sabir əlində bıçaqla onun kürək nahiyəsindən vurduqdan sonra özündə olmamış və nə baş verdiyini xatırlamamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Təqsirləndirilən şəxs, o və Yaşar oturub yeyib içərkən o Sabirdən sağ tərəfdə oturması, bu zaman onun kafeni işlədən xanımın və Sabirin dostu Şahid4 ünvanına nalayiq ifadələr işlətməsi, Sabirin ona həmin şəxsləri təhqir etməməsini deməsi, bundan sonra onun stolun üstündə şüşədən olan araq butulkası ilə Sabiri vurmaq istəyəndə Təqsirləndirilən şəxs cibindən bıçaq çıxarıb bıçaqla onu vurması ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan danışmışdır. O heç kimin ünvanına nalayiq ifadə işlətməmişdir. Hadisə onlar oturub yeyib içən vaxt deyil, o qeyd etdiyi kimi ayaq yoluna getdiyi vaxt Sabirin gəlib onun kürəyindən bıçaqla vurması ilə olmuşdur. O Sabirin həmin vaxt dalınca gəldiyini hiss etməmiş və bilməmişdir. Sabir onu bıçaqla ayaqyolu tərəfdə vurmuşdur. Hazırda şikayətci olduğunu və Sabirə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, mərhum qardaşı Yaşar Yusifovla münasibəti yaxşı olmuşdur. Yaşar anasıyla və onunla birlikdə yaşamışdır. X36 heç kimlə düşmənçiliyi, ədavəti olmamış, istər qonşularla, istərsə də qohumlarla münasibəti yaxşı olmuşdur. Yaşarla Təqsirləndirilən şəxs və ailə üzvləri arasında əvvəllər hansısa mübahisə, ədavət olmamışdır. 13 sentyabr səhər saat 5 radələrində X36 ölüm xəbərini eşitmişdir. Təqsirləndirilən şəxs adlı şəxsin qardaşı Yaşar Yusifovu nə səbəbə öldürməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmasını xahiş və tələb etmişdir. Hazırda şikayətci olduğunu və Sabirə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi və zərərçəkmişləri kənd sakini kimi tanımışdır. Onlarla arasında qohumluq, düşmənçilik ədavət olmamışdır. Təxminən 3 ay əvvəl ərinin qardaşı X7 Köçəsgər kəndində yerləşən “Ələkbəroğlu” kafesini işlətməyə başlamışdır. Bu müddətdə hər iki tərəf həm Sabir, həm də Yaşarla qardaşı Muşvik kafeyə gəlib getmiş, oturub yeyib içmişlər. 12 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxsla Muşvik adlı şəxslər işlətdiyi kafeyə gəlmişlər, təxminən beş dəqiqə sonra Muşvikin qardaşı Yaşar da əlində toyuq qrili kafeyə gəlmişdir. Həmin vaxt kafedə 6-7 nəfər taksi sürücüləri X26, Şahid5 və tanımadığı digər şəxslər olmuşdur. Təqsirləndirilən şəxs, Muşvik və Yaşar qardaşları üçü də bir stolda oturmuşdur, kafenin ofisiantı Ramil onlara yaxınlaşıb sifarışi qəbul etmişdir. Yaşar 3 bakal pivə, yarım litr araq, bir salat və bir çörək sifarış etmişdir. O Təqsirləndirilən şəxs, Muşvik və Yaşarın sifarişini təmin etmişdir. Taksi sürücüləri saat 23 radələrində çay içib çıxıb getmişdir. Sabirgil kafenin bağında besetkada qoyulmuş stolda əyləşmişlər. Təxminən bir saat sonra saat 23-20-də kafenin bağlanması barədə əri onlara xəbərdarlıq etmişdir. Saat 23:30-da Yaşar gəlib hesabı bağlamış, onunla oturub bir stəkan çay içib çıxmış və bağda oturan qardaşını da götürüb gedəcəyini bildirmişdir. Təxminən 3 dəqiqə sonra bağdan uca səslə söyüş səsləri eşitmişdir, Muşvik uca səslə Sabirə nəlayiq söyüşlər söymüş, həmin vaxt ofisiant Ramil bağa tərəf getmiş və qayıdıb Sabirlə Muşvikin əlbəyaxa olmasını, dalaşdıqlarını bildirmişdir. O tez bağa tərəf yollanmış, gələndə Yaşarın əlində stul Sabirə doğru getdiyini, qardaşı Muşvikin isə bağdakı bisetkanın küncündə yerdə oturduğunu görmüşdür. Sabirin əlində nəsə olmuş, qaranlıq olduğundan Sabirin əlində nə olmasını bilməmişdir. Yaşar Sabirə doğru gələndə Sabir Yaşarın sol yan tərəfinə əlindəki ilə iki dəfə vurmuş, üçüncünü vurmaq istəyəndə o yaxınlaşıb Sabiri arxa tərəfindən qucaqlayıb aralamış və kafedən çölə çıxartmışdır, həmin vaxt Sabirin əlində bıçağın sapının olduğunu görmüş və Sabir bıçağın sapını yerə atıb onun ərinə “Dayan, mənə bıçaq ver, bu dəqiqə öldürəcəm bunların ikisini də” demişdir. Həmin bıçağın sapı kafedən 10 metr aralıda darvaza tərəfdə olmuşdur. Yoldaşı Sabiri aralayıb aparanda Yaşar əlindəki stulu yerə qoyub stula söykənmişdir. Sabir çöldə qışqırıb səs küy salmış, sonra çıxıb getmiş, o isə Yaşargili də kafedən çıxarıb yola salmaq üçün bağa qayıtmışdır. Əri qayıdıb Muşviqi oturduğu yerdən kömək edib ayağa qaldırmış, həmin vaxt Muşviqin yaralı olduğunu bilməmiş, Muşviqi gətirib kafenin qapısının yanına qoymuş, Yaşarı gətirmək üçün qayıdanda Yaşarın kafenin bağında olan fındıqlıq deyilən ərazidə yaralı vəziyyətdə yerə yıxıldığını görmüşdür. Həmin vaxt əri tez təcili yardima zəng edib məlumat vermişdir. Təxminən on beş dəqiqə sonra təkrar zəng etmiş, polis şöbəsinin nömrəsini bilmədiyindən həmin vaxt küçədən keçən tanımadığı bir nəfər şəxsdən polis şöbəsinə zəng edib məlumat verməsini xahiş etmişdir. Həmin şəxs zəng edib polis şöbəsinə məlumat vermişdir. Təcili yardım gəlmiş, gələn tanımadıqları həkim Yaşarın vəfat etdiyini bildirmiş, Muşviqi isə təcili yardım maşınına qoyub xəstəxanaya aparmışlar. Həmin vaxt polis əməkdaşları hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxs yerə atdığı bıçaq mətbəx bıçağı olmaqla qara rəngdə təxminən 10-12 sm uzunluğunda olmuşdur. O Sabirin həmin bıçağın sapını əsəbi halda yerə ataraq Yaşar və Muşviki öldürəcəyi barədə deməsini eşitmişdir. Təqsirləndirilən şəxsla Yaşar Yusifov və Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı o, əri Şahid2 və ofisiant Ramil Məhərrəm oğlu orada olmuş, kafe bağlı olduğundan ətrafda başqa şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Ağstafa rayonu Köçəsgər kəndində ailə üzvləri ilə birlikdə yaşamışdır. Özü isə hadisədən təxminən 3 həftə əvvəl Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən “Ələkbəroğlu” adlı kafeyə gedərək oranı işlədən Rəşid adlı şəxsə kömək etmişdir. “Ələkbəroğlu” kafeni Şahid2 arvadı ilə birlikdə işlətmiş, onlarla münasibəti yaxşı olduğu üçün hərdən onlara kömək etmişdir. Ağstafa rayonunun Köçəsgər kənd sakinləri Yusifov Yaşar və Zərərçəkmiş şəxs isə həmkəndli kimi tanımışdır. Aralarındakı münasibət yalnız salam-sağoldan ibarət olmuşdur. Yaşar təbiətçə bir qədər davakar, Muşvik isə sakit olmuşdur. Yaşarın kiminləsə konkret olaraq dalaşdığını görməmişdir. Təqsirləndirilən şəxs da həmkəndli kimi tanımışdır. Aralarında heç bir münasibət olmamışdır. Lakin kənd sakinlərindən eşitdiyi qədəriylə dava-dalaşa meyilli biri olmuşdur. Baş vermiş hadisə ilə bağlı onu bildirmişdir ki, 12.09.2021-ci il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs onların olduğu kafeyə gəlmiş, bağda olan orta stolda oturmuş, Sabir 3 bakal pivə və pendir, yaxud da noxud sifariş vermiş, Yaşarın da gələcəyini bildirmişdir. Onlar gələndən təxminən 5-10 dəqiqə sonra Yaşar əlində bir ədəd qril gələrək əlavə 1 salat, çörək və 0,5 lt araq sifariş vermiş və dediklərini aparıb vermişdir. Onlar 3 birlikdə hərəsinə 1 bakal pivə və həmin arağı içmişlər. Sabirgil gələndə ətraf stolda taksi fəaliyyəti ilə məşğul olan Fərəcov Kazım, Şahid5 və digərləri oturub çay içmişdir. Lakin onlar çay içib tez də getmişlər. Onlar getdikdən sonra Sabir, Yaşar və Muşvik birlikdə qalmışdır. Ətrafda heç kim olmamışdır. Təxminən saat 23:30 radələrində Yaşar gəlib hesabı istəmişdir. Hesab 12 manat etdiyindən o, pulu ödəyəib, təxminən 10-15 dəqiqə oturub çay içmişdir. Sonra isə “gedim Muşviki götürüm gedim, birdən Sabirlə dalaşar” deyib getmişdir. Yaşar gedəndən təxminən 5 dəqiqə sonra bağda səs-küy eşidib oraya getmişdir. Bağa gedəndə Sabirlə Muşvikin oturaq halda sözlə mübahisə etdiklərini görmüşdür. Muşvik Qabil adlı həmkəndlilərinin pis oğlan olduğunu, oğraş olduğunu demiş, Sabir isə Qabilin yaxşı biri, dostu olduğunu, Qabil üçün ölümə gedəcəyini bildirmişdir. Yaşar isə sakit oturmuşdur. O tez qayıdıb Rəşidə bu barədə məlumat vermişdir. Rəşıd, o və Şəlalə birlikdə bağa keçəndə artıq Muşvikin yerdə uzanıqlı vəziyyətdə xırıldadığını, üz-gözünün qan olduğunu, Yaşarın isə əlinə stolu götürüb Sabirin üstünə getdiyini görmüşdür. Həmin vaxt onunla Şəlalə Sabiri, Rəşid isə Yaşarı tutub saxlamışdır. Sabirin əlində bıçaq olmuş, qarışıqlıq olduğundan əlamətlərini tam görə bilməmişdir. Həmin vaxt artıq Sabir Yaşarı da bıçaqla vurmuşdur. Qarışıqlıq olduğundan necə vurduğunu bilməmişdir. Şəlalə ilə o Sabirin qolundan tutaraq kafenin qarşı tərəfinə çıxartmışdır. Həmin vaxt Sabir əlindəki tiyəsi qırılmış bıçağın dəstəyini yerə ataraq yeni bıçaq istəmiş, Muşviklə Yaşarın hər ikisini öldürəcəyini demişdir. Onlar isə Sabiri kafenin həyətindən yola çıxarıb geri qayıdaraq təcili yardıma zəng etmişlər. Bağa qayıdanda isə Yaşarla Muşvikin yerdə hərəkətsiz vəziyyətdə qaldığını görmüşdür. Bir qədər sonra təcili tibbi yardım, polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlmişdir. Həkimlər Yaşarın öldüyünü, Muşvikin isə ağır yaralı olduğunu bildirmişdir. X42 əleyhinə danışaraq Sabirlə mübahisəyə başlamış, Muşvikə Qabilin əleyhinə danışmamağı demişdir. O Rəşid xəbər verib qayıdanda artıq Sabir bıçaqla Muşviki vurduğu üçün sonuncu yerdə uzanıqlı vəziyyətdə xırıldamış, üzü qan olmuşdur. Yaşarla dalaşanda isə qarışıqlıq olduğu üçün necə vurduğunu görməmişdir. Lakin Sabirin əlində bıçaq olmuşdur. Yəqin ki, Yaşarla əlbəyaxa olanda Yaşarı vurmuş, bıçağın tiyəsi qırılıb orada qalmışdır. Tiyəsi gümüşü rəngli bıçaq olmuş, dəstəyinə isə qara lent bağlanmışdır. Mübahisə zamanı o, Şahid2 və sonuncunun arvadı Şahid1 orada olmuş, başqa heç kim olmamışdır. Muşvik Qabil adlı şəxsin ünvanına nalayiq sözlər işlətmişdir. Qabil adlı şəxsi tanımamış, kafedə Şahid1 başqa xanım olmamışdır. Həmin vaxt o Muşvikin Şəlalənin ünvanına söyməsini eşitməmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs araq butulkası ilə vurmaq istəməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Ağstafa rayonu Köçəsgər kəndində doğulub orada böyümüş, təqsirləndirilən və zərərçəkmiş şəxsləri kənd sakini kimi tanımış, arasında qohumluq, düşmənçilik ədavət olmamışdır. Təqsirləndirilən şəxsla münasibəti yaxşı, Zərərçəkmiş şəxsla münasibəti normal olmuşdur. Yaşar Yusifovla aralarında küskünlük olmuşdur. 13 sentyabr 2021-ci ildə Ağstafa Rayonu Köçəsgər kənd tibb məntəqəsində olan vaxt orada icra nümayəndəsi və başqaları söhbət edən zaman Təqsirləndirilən şəxs Muşviklə qardaşı Yaşarı bıçaqla vurduğunu eşitmişdir. O maraqlandıqda X28 söyüş söyməsinə görə onları bıçaqla vurduğunu bilmişdir. O ilkin olaraq Muşviklə Yaşarın onun barəsində nalayiq sözlər deməsini Sabirin də buna görə onların hər ikisini bıçaqla vurduğunu eşitmişdir. Bu barədə ona həm də “Ələkbəroğlu” kafesində işləyən Şəlalə adlı qadın demişdir. Həmin hadisədən sonra o Muşviki görməmişdir. Lakin Sabirlə telefonla əlaqə saxlamışdır. Sabir ona telefonda, “Ələkbəroğlu” kafesində olan vaxt onun ünvanına nalayiq ifadələr və söyüşlər işlədildiyini demişdir. Lakin Sabir ona desə də, hal-hazırda onun ünvanına Muşvikin, yoxsa Yaşarın söyüş söyməsini dediyini xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Ağstafa rayonu Köçəsgər kəndində yaşayır. Təqsirləndirilən şəxsi və zərərçəkmişləri kənd sakini kimi tanımış, onlarla arasında qohumluq, düşmənçilik ədavət olmamışdır. 12 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində o, Şahid5 oğlu və digərləri ilə Ağstafa rayonu Köçəskər kəndi ərazisində yerləşən “Ələkbəroğlu” adlanan kafeyə getmişdir. Onlar kafedə oturub çay içmişdir. Bir müddət sonra, saat 22 radələrində Təqsirləndirilən şəxsla Muşvik adlı şəxs həmin kafeyə gəlmişdir. Həmin vaxt onlar orada olmuşdur. Onlardan başqa kafedə işləyən xanım, xanımın yoldaşı və ofisiant olmuşdur. Sabirlə Muşvik onlarla salamlaşıb kafenin həyətinə keçmişdir. Onlar isə kafenin girişində yerləşən çardaqda oturub çay içmişdir. Muşviklə Sabir gəldikdən 5-10 dəqiqə sonra onlar kafedən çıxıb getmişdir. Onlar oradan çıxıb gedənə kimi Yaşar kafeyə gəlməmiş, sonradan eşitmişdir ki, onlar çıxıb getdikdən sonra Muşvikin qardaşı Yaşar da həmin kafeyə gəlmişdir və kafedə olduqları vaxt Sabir, Muşvik və Yaşar arasında mübahisə baş vermişdir. Həmin mübahisə zamanı Sabir həm Muşviki, həm də Yaşarı bıçaqla vurmuş, nəticədə Yaşar ölmüş, Muşvik isə xəsarət almışdır. Onlar orada olan vaxt onlar arasında mübahisə olmamışdır. Hadisə onlar kafeni tərk etdikdən sonra baş vermişdir. Onlar kafenin ərazisini tərk etdikdən sonra kafedə Muşviklə Sabir, kafedə işləyən xanım, onun yoldaşı və ofisiantdan başqa heç kim qalmamışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13.09.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağstafa ayonu Köçəsgər kəndində Ağstafa-Köçəsgər yolunun sol tərəfində yerləşən “Ələkbroğlu” kafesidir. Hadisə yerinə baxış zamanı qanabənzər ləkələr,bıçağın tiyəsi,şüşə bakal, araq şüşəsi, alışqan və bıçağın dəstəyi iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü “Meyitə baxış keçirilməsi haqqında” 13.09.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum X9 döş qəfəsinin sol tərəfində 5-6-cı qabırğa arası sahədə 1,2x0,3 sm boşluğa keçən, sol saidin orta 1/3-nin tış səthində 1,3x0,4 sm, sol ordunda 1,2x0,02 sm ölçülərdə səthi kəsilmiş yaralar, sol alamacığın yuxarı səthində 2x0,4 sm, sol qaşın tış səthində 0,4x0,3 sm ölçülərdə sıyrıqlar vardır.Myitin bədən səthində digər xəsarət və xəsarət izləri aşkar edilmədi. X3 məxsus 01 ədəd tünd göy rəngli şalvar, 01 cüt qara rəngli ayaqqabı, 01 cüt corab, 01 ədəd boz rəngli, qarşı tərəfi zəncirbəndli uzunqol jaket, üzərində qanabənzər ləkələri olan 01 ədəd ağ rəngli köynək və 01 ədəd qısa dimdikli papaq, iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü. “Götürmə aparılması haqqında” 13.09.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 cüt ayaqqabı, 01 cüt corab, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli köynək və 01 ədəd qara rəngli üzərində açıq qəhvəyi rəngli naxışları olan gödəkçə, iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü. “Götürmə aparılması haqqında” 14.09.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 cüt parça materialdan qara rəngli, içi palıdı rəng olan yay başmağı, 03 ədəd qara rəngli corab, 01 ədəd parça materialdan boz rəngli bel hissəsində arxa sol cibində künc tərəfdə tikişdən 2 sm sökülmüş üzərində “jeans” etiketi olan şalvar, iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 14.09.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilən 4 ədəd bıçağı nəzərdən keçirib bildi ki, sağdan ikinci yerdə “3” nömrəsi altında qeyd edilmiş bıçaq onların öz evlərində işlətdiyi və hadisə vaxtı əlində olmaqla mərhum X5 döş qəfəsi nahiyyəsinə, Zərərçəkmiş şəxs isə sol kürək nahiyəsinə batmış mətbəxt bıçağıdır və hazırda həmin bıçağı dəstəyinin rənginə, ölçüsünə və materialına görə tanıyır. Məhkəmə-tibb ekspertizasının 13.09.2021-ci il tarixli 14 saylı rəyindən görünür ki, X9 meyiti üzərində sol döş qəfəsinin 01 ədəd boşluğa keçən, ürək kisəsini, sol mədəciyin zirvəsini zədələyən, sol saidin 01 ədəd, sol ordun 01 ədəd səthi kəsilmiş yaraları, sol almacıq və sol qaşın tiş səthində sıyrıqlar xəsarəti müəyyən edilmiş, yaralar kəsici, sıyrıqlar isə küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər canlı şəxslərdə dərəcəsinə görə sol döş qəfəsinin 01 ədəd boşluğa keçən, ürək kisəsini, sol mədəciyin zirvəsini zədələyən bıçaq yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sol saidin 01 ədəd, sol ordun 01 ədəd səthi kəsilmiş yaraları, sol almacıq və sol qaşın tiş səthində sıyrıqlar sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X20 ölüm səbəbi kəskin qanaxma olmuşdur. X2 yüngül dərəcəli sərxoş olmuşdur. Məhkəmə-tibb ekspertizasının 13.09.2021-ci il tarixli 435 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının 26.10.2021-ci il tarixli 491 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənindəki xəsarətlər - gövdənin sol yan və arxa səthinin qarın və döş boşluğuna keçən iki ədəd kəsilmiş deşilmiş iti alət yaraları pnevmotoroks, köndələn cənbər bağırsağın və mədəaltı vəzinin zədələnməsi kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 12.09.2021-ci il tarixdə bıçaqla vurma nəticəsinhdə əmələ gələ bilərdi və 2 ədəd kəsilmiş deşilmiş soyuq silah yaraları dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə daktiloskopik-ballistik-trasoloji ekspertizanın 20.10.2021-ci il tarixli 3/1603, 3/1604, 3/1605 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçağın tiyə və dəstək hissələrinin səthində papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır.Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçağın tiyə və dəstək hissələrinin səthində papilyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan təqdim edilmiş 01 (bir) ədəd daktiloxəritəyə köçürülmüş eksperimental əlbarmaq və ovuc izlərinin tədqiqatı aparılmamışdır. Tədqiqata təqdim edilmiş 02 (iki)ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, deşici, kəsici xassəyə malik mətbəx bıçağının tiyə və dəstəyidir, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində “Təqsirləndirilən şəxs məxsus” qeydləri edilmiş bir ədəd gödəkçənin ön tərəfində zədələr vardır, həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb sökülmə zədələridir.Tədqiqata təqdim edilmiş bağlamalarının üzərində “Təqsirləndirilən şəxs məxsus” qeydləri edilmiş bir ədəd köynək, bir ədəd şalvar, bir cüt corab və ayaqqabının səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş bağlamalarının üzərində “... Mərhum Y.Ə.Yusifovdan götürülmüş” qeydləri edilmiş bir köynəyin, bir ədəd gödəkçənin ön və sol qol hissələrində zədələr vardır, həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik bıçaq (bıçaq tiyələri) də aiddir. Ümumi əlamətlərinə əsasən bir ədəd köynəyin və bir ədəd gödəkçənin səthində olan zədələrin təqdim edilmiş bıçaq tiyəsinin də təsirindən yaranması mümkündür.Təqdim edilmiş bir ədəd köynəyin və bir ədəd gödəkçənin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərər çəkmişə nisbətdə sağ tərəfdə olmaqla yetirilmişdir. Təqdim edilmiş bağlamalarının üzərində “Mərhum Y.Ə.Yusifovdan götürülmüş...” qeydləri edilmiş bir ədəd şalvarın, bir cüt corab və ayaqqabının səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş bağlamalarının üzərində “Zərərçəkmiş şəxs götürülmüş...” qeydləri edilmiş bir ədəd şalvarın,üç ədəd corab və bir cüt ayaqqabının səthində zədə yoxdur. Materialların məhkəmə ekspertizasının 22.10.2021-ci il tarixli 6/4228 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X19, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs sağ və sol əlinin əl barmaqlarından götürüldüyü qeyd edilən dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin X19, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur.Tədqiqata təqdim edilmiş X19 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər.Tədqiqata təqdim edilmiş X19 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Maddi sübutların ekspertizasının 24.09.2021-ci il tarixli 2894/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Maddi sübutların ekspertizasının 04.11.2021-ci il tarixli 711/2021-MTBŞ saylı rəyindən görünür ki, X9 ABO sistemi üzrə qan qrupu Abeta (H)/İİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu Abeta (H)/İİ/,Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu A/İİ/- göstərilmişdir.Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq tiyəsi 02 ədəd çubuqlu pambıq tampon , 01 ədəd qurumuş yarpaq, Y.Yusifova məxsus mayka tili kofta, şalvar, jaket, 01 cüt ayaqqabı, günlüklü papaq və Zərərçəkmiş şəxs məxsus şalvar üzərində insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri, Y.Yusifova məxsus kofta üzərindəki ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən X10, Zərərçəkmiş şəxs/ əgər sonuncunun qanında müşayiətçi “H” antingeni varsa/ və ya Təqsirləndirilən şəxs, əgər hadisə zamanı onda qanaxma ilə müşayiət olunan xəsarət varsa məxsus ola bilər.Tədqiqata təqdim olunan 01 ədəd bıçaq dəstəyi, Y.Yusifova məxsus 01 cüt corab, Zərərçəkmiş şəxs məxsus 03 ədəd corab, 01 cüt yay başmağı, Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək, şalvar, 01 cüt corab və 01 cüt ayaqqabı üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Ambulator məhkəmə- psixiatrik və psixoloji ekspertizasının 26.10.2021-ci il tarixli 647/210 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Onun keçirdiyi həmin emosional halın yaranma səbəblərində biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. 13.09.2021-ci il tarixli 212 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Ağstafa Rayon Poliklinikasının 28.09.2021-ci il tarixli 430 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji, psixonevroloji, onkoloji və vərəm kabinetlərində qeydiyyatda dayanmır. Qazax rayon Psixiatriya Xəstəxanasının 30.09.2021-ci il tarixli 1463 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya Xəstəxanasında qeydiyyatda yoxdur. Ağstafa rayon Köçəsgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.09.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Köçəsgər kəndində atası X11, anası X24, bacısı X12, qardaşları X13, X14 və X15 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. № 75058 saylı, vəsiqənin surətindən görünür ki, X1 Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında işitirak etmişdir “Şübhəli şəxsin tutulması haqqında” 13.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağstafa Rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” 30.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 və 228.4-cü maddələrin tərkib əlamətləri olmadığından barəsində cinayət başlanmsı rədd edilmişdir. Cinayət işi üzrə maddi sübutlar ümumi uzunluğu 21,5 sm, qara rəngli dəmir materialdan olan, ayrı-ayrılıqda dəstəyi 10,5 sm, iti uclu dəmir tiyəsi isə 11 sm uzunluğunda olan, dəstəyinə qara izalent bağlanmış və tiyəsinin üzərində qanabənzər ləkələri olan 01 ədəd bıçaq, alışqan, X19 məxsus 01 ədəd tünd göy rəngli şalvar, 01 cüt qara rəngli ayaqqabı, 01 cüt corab, 01 ədəd boz rəngli, qarşı tərəfi zəncirbəndli uzunqol jaket, üzərində qanabənzər ləkələri olan 01 ədəd ağ rəngli köynək və 01 ədəd qısa dimdikli papaq, Zərərçəkmiş şəxs məxsus 01 cüt parça materialdan qara rəngli, içi palıdı rəng olan yay başmağı, 03 ədəd qara rəngli corab, 01 ədəd parça materialdan boz rəngli bel hissəsində arxa sol cibində künc tərəfdə tikişdən 2 sm sökülmüş üzərində “jeans” etiketi olan şalvar, Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı, 01 cüt corab, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli köynək və 01 ədəd qara rəngli üzərində açıq qəhvəyi rəngli naxışları olan gödəkçə, Təqsirləndirilən şəxs eksperimenta əl izlərinin köçürüldüyü daktilokarta, 02 ədəd çubuqlu pambıq tampon, üzərində qan ləkələri olan 01 ədəd qurumuş yarpaq, Təqsirləndirilən şəxs məxsus qurudulmuş qan nümunəsi, Təqsirləndirilən şəxs əl barmaq dırnaq kəsintiləri, Yaşar Yusifova məxsus qurudulmuş qan nümunəsi maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Ağstafa rayon prokurorluğuna təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikas Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi var. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Yaşar Yusifovu öldürmək niyyətinin olmadığını, mübahisə zamanı özünü müdafiə məqsədilə Yaşar Yusifovu və Zərərçəkmiş şəxs bir dəfə bıçaqla vurduğunu, sonuncunun onu butulka ilə vurmağa çalışdığını, Yaşar Zeynalovun onu stulla vurduğunu bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquq varisinin ifadəsini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları, və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 29,120.2.2, 29,120.2.4 və 29, 120.2.7-ci maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 29,120.2.2, 29,120.2.4 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qardaşının müharibə iştirakçısı olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsində qəsdən törədilmiş xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Ağstafa rayon prokurorluğunda saxlanılan X3 məxsus 01 ədəd tünd göy rəngli şalvar, 01 cüt qara rəngli ayaqqabı, 01 cüt corab, 01 ədəd boz rəngli, qarşı tərəfi zəncirbəndli uzunqol jaket, üzərində qanabənzər ləkələri olan 01 ədəd ağ rəngli köynək və 01 ədəd qısa dimdikli papaq, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 cüt parça materialdan qara rəngli, içi palıdı rəng olan yay başmağı, 03 ədəd qara rəngli corab, 01 ədəd parça materialdan boz rəngli bel hissəsində arxa sol cibində künc tərəfdə tikişdən 2 sm sökülmüş üzərində “jeans” etiketi olan şalvar, zərərçəkmiş şəxsin özünə qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı, 01 cüt corab, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli köynək və 01 ədəd qara rəngli üzərində açıq qəhvəyi rəngli naxışları olan gödəkçə, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, hadisə yerinə baxış zamanı götürülmüş ümumi uzunluğu 21,5 sm, qara rəngli dəmir materialdan olan, ayrı-ayrılıqda dəstəyi 10,5 sm, iti uclu dəmir tiyəsi isə 11 sm uzunluğunda olan, dəstəyinə qara izalent bağlanmış və tiyəsinin üzərində qanabənzər ləkələri olan 01 ədəd bıçaq, bir ədəd alışqan, Təqsirləndirilən şəxs eksperimenta əl izlərinin köçürüldüyü daktilokarta, 02 ədəd çubuqlu pambıq tampon, üzərində qan ləkələri olan 01 ədəd qurumuş yarpaq, Təqsirləndirilən şəxs məxsus qurudulmuş qan nümunəsi, Təqsirləndirilən şəxs əl barmaq dırnaq kəsintiləri, Yaşar Yusifova məxsus qurudulmuş qan nümunəsi istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 394 ( üç yüz doxsan dörd) manat, 16 (on altı) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.3, 120.2.4, 29, 120.2.2, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinsin və ona 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 13 sentyabr 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Ağstafa rayon prokurorluğunda saxlanılan X3 məxsus 01 ədəd tünd göy rəngli şalvar, 01 cüt qara rəngli ayaqqabı, 01 cüt corab, 01 ədəd boz rəngli, qarşı tərəfi zəncirbəndli uzunqol jaket, üzərində qanabənzər ləkələri olan 01 ədəd ağ rəngli köynək və 01 ədəd qısa dimdikli papaq, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 01 cüt parça materialdan qara rəngli, içi palıdı rəng olan yay başmağı, 03 ədəd qara rəngli corab, 01 ədəd parça materialdan boz rəngli bel hissəsində arxa sol cibində künc tərəfdə tikişdən 2 sm sökülmüş üzərində “jeans” etiketi olan şalvar, zərərçəkmiş şəxsin özünə qaytarılsın qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı, 01 cüt corab, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli köynək və 01 ədəd qara rəngli üzərində açıq qəhvəyi rəngli naxışları olan gödəkçə, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerinə baxış zamanı götürülmüş ümumi uzunluğu 21,5 sm, qara rəngli dəmir materialdan olan, ayrı-ayrılıqda dəstəyi 10,5 sm, iti uclu dəmir tiyəsi isə 11 sm uzunluğunda olan, dəstəyinə qara izalent bağlanmış və tiyəsinin üzərində qanabənzər ləkələri olan 01 ədəd bıçaq, bir ədəd alışqan, Təqsirləndirilən şəxs eksperimenta əl izlərinin köçürüldüyü daktilokarta, 02 ədəd çubuqlu pambıq tampon, üzərində qan ləkələri olan 01 ədəd qurumuş yarpaq, Təqsirləndirilən şəxs məxsus qurudulmuş qan nümunəsi, Təqsirləndirilən şəxs əl barmaq dırnaq kəsintiləri, Yaşar Yusifova məxsus qurudulmuş qan nümunəsi istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 394 ( üç yüz doxsan dörd) manat, 16 (on altı) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-146/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-146/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver