Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-146/2023 18.01.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər X12 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X14 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2 müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Ermənistan, Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi təsərrüfatla məşğul olan, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10 radələrində özünə məxsus Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında gəlini X7 mütəmadi olaraq anasının yaşadığı İmişli rayonu, Aranlı kəndində yerləşən evə gedərək anası və bacısı ilə birlikdə bir müddət yaşamasını, sonuncuya anasına məxsus evə getməsini irad bildirdiyi üçün aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Nəzakət Həsənovanın onu təhqir edərək söyüş söyməsindən əsəbləşərək masanın üzərindən götürdüyü bir ədəd soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə əvvəlcə sonuncunun boğazını kəsməyə cəhd edib Nəzakət Həsənovaya sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmayan boyunun səthi yarası və alt çənənin qançırı xəsarətini yetirmiş, bıçağın sonuncunun boğazını kəsmədiyini gördükdən sonra onu qəsdən öldürmək niyyətini başa çatdırmaq üçün həmin vaxt sonuncunun qışqırıq səslərinə otağa daxil olmuş yetkinlik yaşına çatmayan nəvəsi Şahid4 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla 10 ədəd bıçaq zərbəsi vuraraq ona sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin, sol bazunun və sağ saidin yaraları, dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid, boyunun, döş qəfəsinin, bel və kürəyaltı nahiyyələrinin, traxeyanın, qara ciyərin və mədəaltı vəzin hər biri həyati olan, daxilə keçən və traxeyanın, qara ciyərin və mədaltı vəzin yaralanması ilə müşayət olunan, daxili və xarici qanaxma ilə nəticələnərək ölümünə səbəb olan xəsarətlər yetirib onu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona ittiham elan edilmiş Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə deyil, 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, gəlini Nəzakətin bacısı Təhminə və anası Gülnar mütəmadi olaraq müxtəlif bəhanələrlə Nəzakəti evlərinə apardıqları üçün həmişə aralarında narazılıq olmuşdur. Onlar Nəzakəti evlərinə apararaq, ona özlərinin baxacaqlarını demişlər, dəfələrlə Nəzakəti aparıb öz evlərində saxlamışlar. Onlar Nəzakətin yaşadığı Daşkəsən rayonu, Bayan kəndində yerləşən evin şəraitinin pis olduğunu səbəb gətirərək Nəzakətlə Samirin Bakı şəhərində yaşamalarını istəmişlər. X23 bir neçə ay Bakı şəhərində kirayədə qalmışlar, sonra Nəzakətin kirayədə qalmasına razı olmayıb onu yenidən öz evlərinə aparmışlar. Nəzakətin bacısı Təhminə bir neçə dəfə evlənib boşanmışdır. Son zamanlarda isə tanımadığı hərbi qulluqçu ilə qeyri-rəsmi birlikdə yaşayır. O da bu səbəbdən Nəzakətin tez-tez ailəsininin yanına getməyindən, Nəzakətin onun ailəsinin adına ləkə gətirəcək hərəkət etməsindən narahat olmuşdur. Sonuncu dəfə Təhminə Samirə zəng edərək anasının xəstə olduğunu, Nəzakətin gəlməsini demişdir. Həmin vaxt o, Təhminə ilə telefon vasitəsilə danışaraq onun yalan danışdığını anlamış, lakin Təhminə onunla kobud danışaraq Nəzakəti göndərmələrini demişdir. Bundan sonra Samir Nəzakəti anasıgilin yaşadığı evə aparmışdır. Növbəti gün o, Samirlə danışan zaman Samir ona Nəzakətin anasının sağlam olduğunu, Təhminənin yalan danışdığını demişdir. O, Samirə Nəzakəti gətirməyini demiş, lakin Nəzakətin anası və bacısı razı olmamışlar. Daha sonra Samir Bakı şəhərində kirayədə yaşadıqları evə getmiş, Nəzakət isə anası və bacısı ilə birlikdə İmişli rayonunda qalmışdır. Nəzakət təxminən iki ay anası və bacısı ilə birlikdə yaşadıqdan sonra yenidən Bakı şəhərinə Samirin yanına getmişdir. 2022-ci ilin avqust ayının 19-da X16 rayonu, Bayan kəndinə gəlmişlər. 22 avqust 2022-ci il tarixdə səhər saatlarında Nəzakəti evin həyətyanı sahəsindən evə çağırmış, Nəzakət evə daxil olandan sonra o, Nəzakətə “sonuncu dəfə də ananla bacın bizi aldadaraq səni evlərinə apardı, ya bir dəfəlik boşan, ya da ananın evinə getməyinə son qoy” demiş, bundan sonra aralarında yaranmış mübahisə zamanı Nəzakət ona söyüş söymüş o da bundan əsəbləşərək mətbəx bıçağı götürmüş və Nəzakətə zərbələr endirmişdir. O, vurduğu birinci zərbəni xatırladığını, sonra özünü itirdiyindən vurduğu digər zərbələri xatırlamadığını bildirmişdir. Hadisədən sonra DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək gəlinini öldürdüyünü demiş, bu zaman nəvəsi Amin onun danışığını eşitmişdir. Bundan başqa o, ifadəsində Nəzakəti vurarkən evdə heç kimin olmadığını, hadisəni heç kimin görmədiyini, nəvələrinin digər oğlu Raminin evində olduqlarını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməs özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Samirlə ailə həyatı qurduqdan sonra qızı Nəzakətlə çətinliklə əlaqə saxlamış, Nəzakətin mobil telefonu olmamış, onunla ancaq Samirin və ya övladlarının mobil telefonu vasitəsilə əlaqə saxlamışdır. Onlar telefonla danışan zaman həmişə Samirin ailə üzvləri Nəzakətin yanında olmuşlar. Yaşadıqları evin şəraiti yaxşı olmadığı üçün Nəzakət Samirlə birlikdə ayrı evdə yaşamaq istəmiş, Lakin Samirin atası buna razı olmamışıdır. Bu səbəbdən də Nəzakət mütəmadi olaraq Samir və Məhəmmədəli tərəfindən döyülmüşdür. 2022-ci ilin mart ayının əvvəllərində mobil telefonla danışan zaman Nəzakət ona Məhəmmədəlinin onu möhkəm döydüyünü, nəticədə huşunu itirdiyini demişdir. Bundan sonra Təhminə onun istəyi ilə Nəzakətə zəng edərək yalandan anasının xəstə olduğunu demiş və Nəzakətin onlara gəlməsini istəmişdir. Samir Nəzakəti yaşadıqları evə gətirdikdən sonra o, Samirə Nəzakətin ya onların evində qalacağını, ya da birlikdə ayrı evdə yaşamalarını demişdir. Samir də Nəzakətlə birlikdə Bakı şəhərində kirayədə yaşayacaqlarını demiş və ona söz vermişdir. Nəzakət təxminən 15 gün yaşadıqları evdə qaldıqdan sonra Samir yenidən onların evinə gələrək Nəzakəti Bakı şəhərinə kirayədə qaldığı evə aparmışdır. Onlar 2022-ci ilin avqust ayının 19-da övladlarının sənədlərinin düzəlməsi üçün Bayan kəndinə getmişlər. 22 avqust 2022-ci il tarixdə günorta saatlarında o, bacısıgildə olarkən bibisi oğlu Adəm ona zəng edərək Nəzakətin öldüyünü demişdir. Bundan başqa o, Məhəmmədəlidən şikayətçi olduğunu, onun barəsində ədalətli hökm çıxarılmasını istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, baldızı Təhminə və qaynanası Gülnar arvadı Nəzakəti tez-tez müxtəlif bəhanələrlə İmişli rayonu, Aranlı kəndində yerləşən evlərinə apardıqları üçün aralarında narazılıqlar olmuşdur. Baldızı Təhminə yüngül həyat tərzi keçirdiyindən o, Nəzakətin onunla ünsiyyətdə olmasını istəməmişdir. Sonuncu dəfə Təhminə onlara zəng edərək anası Gülnarın xəstə olduğunu, ölüm ayağında olduğunu, Nəzakəti görmək istədiyini demişdir. Lakin atası Təhminə ilə danışmış və Təhminəyə yalan dediyini, onların ailəsindən uzaq durmasını demişdir. Bundan sonra Təhminə ilə atası arasında telefonda mübahisə olmuşdur. Bundan sonra o, Nəzakəti anasının yaşadığı evə aparmış, Nəzakətin anasının yaxşı olduğunu, ciddi xəstəliyinin olmadığını görmüşdür. Nəzakət ona Təhminənin yalan dediyini, Nəzakəti gətizdirmək üçün oyun oynadıqlarını demişdir. O da bu barədə atasına demişdir. Nəzakət təxminən 15 gün anasına məxsus evdə yaşadıqdan sonra Xırdalan şəhərinə onun yanın gəlmişdir. 2022-ci ilin avqust ayının 19-da övladlarının sənədlərini məktəbə təqdim etmək üçün Daşkəsən rayonu, Bayan kəndinə qayıtmışlar. Hadisə baş verən gün o, evdə olmamış, atasının Nəzakəti öldürdüyünü kəndə qayıdanda bilmişdir. O, sonradan qardaşı oğlu Amindən hadisə barədə soruşanda Amin ona hadisə vaxtı evin həyətində olduğunu, Nəzakətin qışqırdığını eşitdiyini, daha sonra onlara məxsus yataq otağına girəndə atasının Nəzakətə bıçaq zərbələri vurduğunu gördüyünü, bundan sonra ev sakinlərini çağırmaq üçün evdən çıxdığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında qoyunları otarmaq üçün evdən çıxmış, qoyunları çayın yaxınlığına aparıb oradan evə qayıtmışdır. O, əlini yumaq üçün əmisi Samirin yaşadığı evin yaxınlığında olan su krantına getmiş, əllərini yuyarkən Samirin yaşadığı evin yataq otağından səs-küy gəldiyini eşitmişdir. O, bundan sonra həmin yataq otağına getmiş və qapını açanda babasının üstünün qan olduğunu, Nəzakətin isə dizi üstə yerdə durduğunu, onların dalaşdığını, babasının Nəzakəti vurduğunu, görmüş, lakin babasının onu görüb-görmədiyini bilməmişdir. Bundan sonra o, qorxub oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında əmisi Samrin uşaqları ilə birlikdə yemək yeyən zaman təxminən saat 11 radələrində qardaşı Amin evə qayıtmış və əlini yumaq üçün əmisi Samirin yaşadığı evin yaxınlığında olan su krantının yanına getmişdir. Amin bir neçə dəqiqə sonra onların yanına gələrək Samirin evindən səs-küy gəldiyini demiş, bundan sonra o anası ilə birlikdə Samirin evinə gedərkən evin giriş qapısında babası ilə rastlaşmışlar. Babasının paltarlarında qan ləkələri olmuş və əlində bıçaq tutmuşdur. Anası Xalidə babasını gördükdə qorxub qaçmış, o isə bıçağı babasının əlindən alıb evin mətbəxində olan şkafın arxasına atmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları özülərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, gəlini Nəzakətin anası Gülnar və bacısı X15 münasibətlərinin yaxşı olmasına icazə verməmiş, Nəzakətə Samirlə birlikdə Bakı şəhərinə köçüb yaşamalarını demişlər. Onlar dəflələrlə müxtəlif bəhanələrlə Nəzakəti yaşadıqları evə aparmışlar. Bununla bağlı ailələrində mübahisələr olmuş, Məhəmmədəli Nəzakətə anası və bacısının yaşadıqları evə getməsini irad bildirmiş, həmin mübahisələr vaxtı Nəzakət Məhəmmədəliyə cavab qaytarmış və Məhəmmədəli ilə mübahisə etmişdir. Sonuncu dəfə 2022-ci ilin mart ayında Təhminə onlara zəng edərək anası Gülnarın xəstə olduğunu, ölüm ayağında olduğunu, Nəzakəti görmək istədiyini demiş, lakin Məhəmmədəli Təhminə ilə danışıb onun yalan danışdığını anlayıb onların ailəsindən uzaq durmasını demişdir. Nəzakət Məhəmmədəli ilə mübahisə edərək gedəcəyini demiş, bundan sonra Samir Nəzakəti anasının yaşadığı evə aparmışdır. Həmin gün Samir Məhəmmədəliyə zəng edərək Gülnarın xəstə olmadığını, Nəzakəti gətizdirmək üçün yalan danışdıqlarını demişdir. 2022-ci ilin avqust ayının 19-da Samirlə Nəzakət uşaqlarının sənədlərini məktəbə təqdim etmək üçün Daşkəsən rayonu, Bayan kəndində gəlmişlər. O, hadisə baş evdə olmamış, evə qayıdanda Məhəmmədəlinin paltarları üzərində qan olduğunu görüb dərhal evə girmiş və Nəzakətin yerdə uzandığını, bədəni üzərində bıçaq xəsarətləri olduğunu görmüşdür. Daha sonra Məhəmmədəli DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan başqa o, ifadəsində gəlini Nəzakətin oğlu Samirə xəyanət etmədiyini, onun çox namuslu qadın olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 Məhəmmədəli oğlu ifadəsində göstərmişdir ki, Nəzakətin anası Gülnar və bacısı Təhminə müəmadi olaraq müxtəlif bəhanələrlə Nəzakəti yaşadıqları evə apardıqları üçün qardaşı Samirin ailəsində mübahisələr olmuşdur. X18 Bakı şəhərində yaşamaları istəmişlər, lakin atası buna razı olmamışdır. Sonuncu dəfə 2022-ci ilin mart ayında axşam Təhminə onlara zəng edərək anası Gülnarın xəstə olduğunu, ölüm ayağında olduğunu, Nəzakəti görmək istədiyini demişdir. Samir Nəzakəti onların yaşadıqları evə aparanda Gülnarın xəstə olmadığını görüb onların yalan danışdıqlarını anlamış və bu barədə atası Məhəmmədəliyə demişdir. Nəzakət həmin vaxt təxminən 1 ay anasına məxsus evdə qaldıqdan sonra Bakı şəhərinə Samirin yanına qayıtmışdır. O, hadisə baş verən vaxt Bakı şəhərində olmuş, atası ona zəng edərək Nəzakəti öldürdüyünü demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, səhər saat 10 radələrində Samir yaşadıqları evə gələrək birlikdə ot gətirməyə getmələrini demiş və onlar otu Samirin əmisi qızı Təhminənin əri İlqarın yük maşnı ilə gətirmək üçün onun yaşadığı evə yola düşmüşlər. Onlar İlqarın yaşadığı evə gedəndə İlqarı evdə tapa bilməyib onun yaşadığı evdə bir qədər oturub gəlməsini gözləmişlər. Lakin ilqarın gəlmədiyini görüb Daşkəsən rayonu, Bayan kəndinə qayıtmışlar. Bundan başqa o, Məhəmmədəlinin Nəzakəti döydüyünü görmədiyini, sonradan kənd sakinlərindən ailə münasibətləri zəmnində aralarında yaranmış mühabisə zamanı Məhəmmədəlinin Nəzakəti öldürdüyünü eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 Mutuzəli qızı Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dinriilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, hadisənin baş verdiyi gün küçədən səs-küy gəldiyini eşidib evin pəncərəsindən baxanda Məhəmmədəlinin yaşadığıevin qarşısında polis əməkdaşlarının olduğunu görmüşdür. O, küçəyə çıxanda artıq polis əməkdaşları Məhəmmədəlini aparmışlar. Orada olan şəxslərdən nə baş verdiyini soruşanda ona ailə münasibətləri zəmnində aralarında yaranmış mühabisə zamanı Məhəmmədəlinin gəlini Nəzakəti öldürdüyünü demişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dinriilmiş Şahid14 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında kənd ərazisində yerləşən bulaqdan su doldurarkən Samir və qonşusu Turalın avtomobillə getdiklərini görmüşdür. O, Turaldan haraya getdiklərini soruşduqda Tural ona Samirlə birlikdə Mollahəsənli kəndinə ot gətirməyə getdiklərini demiş və onlara kömək edib-edə bilməyəcəyini soruşmuş, o, da kömək edə bilməyəcəyini demişdir. Bundan sonra sonra Samirlə Tural onun yanından getmişlər. O, Məhəmmədəlinin gəlini Nəzakəti öldürdüyünü sonradan kənd sakinlərindən eşitmişdir. Məhkəmədə tədqiq edilən baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Daşkəsən rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında baş vermişdir, həmin evin mətbxinə baxış zamanı giriş qapısından sol tərəfdə yerləşən şkafın arxasında, giriş qapısından 2,3 metr məsafədə üzərində qanabənzər ləkələr olan mətbəx bıçağı aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 17 nömrəli rəyindən görünür ki, X1 məhkəmə tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edildi: Boyun və döş qəfəsinin, bel və sol kürəkaltı nahiyyələrin daxilə keçən beş ədəd yaraları, döş qəfəsinin daxilə keçməyən iki ədəd yarası, boyunun səthi yarası, sol bazunun bir ədəd, sol saidin iki ədəd yaraları, traxeyanın, qara ciyərin, mədəaltı vəzin yaralanması, alt çənənin, sol diz oynağının, sol və sağ baldırların qançırları, daxili və xarici qanaxma. Hemorragik şok. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – boyunun, döş qəfəsinin, bel və kürəyaltı nahiyyələrinin daxilə keçən yaraları, traxeyanın, qara ciyərin və mədəaltı vəzin yaraları dərəcələrinə görə həyat üçün təhlükəli olduğundan sağlamlıəğa AĞİR zərər vurmaya aid edilirlər; Döş qəfəsinin, sol bazunun və sağ saidin yaraları dərəcələrinə görə sağlamlığın qısamüddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Yuxarıda qeyd olunan xəsarətlərin hər biri həyati olub, ölümündən az əvvəl KƏSİCİ- DEŞİCİ alətin (alətlərin) təsiri nəticəsində törəniblər. Boyunun səthi yarası KƏSİCİ alətin təsirindən törənib, həyati olub və sağlamlığa zərər vurmayan xəsarət olduğundən dərəcəsi təyin olunmur. Alt çənənin qançırı bərk KÜT əşyanın təsirindən törənib, ölümündən az əvvəl yetirilməyə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. Sol diz oynağının ön hissəsinin, sol və sağ baldırın ön hissəsinin qançırları bərk KÜT əşya (əşyalar) təsirindən törəniblər, törənmə müddəti müayinədən 3-5 gün əvvələ uyğun gəlirlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. X1 ölümünə səbəb traxeyanın, qara ciyərin və mədəaltı vəzin yaralanması nəticəsində daxili və xarici qanaxma olmuşdur. Meyitdə gedən meyit əlamətlərini, ətraf mühiti, hava şəraitini nəzərə alaraq belə hesab edirəm ki, onun ölümü müayinədən 2-4 saat əvvəl baş vermişdir. Meyitin müayinəsi xx.xx.2022-ci il tarixdə saat 14:25-də aparılmışdır. X1 qızının meyitindən götürülmüş qanda kimya təhqiqatı nəticəsində etil spirti, narkotik və zəhərli maddələr aşkar edilməyib. X1 təbii və qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri aşkar edilməyib. xx.xx.2022-ci il tarixli məhkəmə-tibbi bioloji təhqiqi zamanı mərhumun uşaqlıq yolu və arxa keçəcəkdən götürülmüş tamponlarda spermatozoidlər aşkar olunmadı. X1 meyitinin müayinəsi zamanı onun ağız boşluğu boş olub. X1 boyun, döşq qəfəsi, bel, sol kürəkaltı, sol bazu, sağ said nahiyyələrinin yaraları ekspertizaya təqdim olunan bıçaqla yetirilməsi mümkündür. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/1217; 3/1218 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş mərhum X9 məxsus qısaqol köynəyin və büsqalterin üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Belə predmete tiyəsi həmin həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə görə təqdim olunmuş X9 məxsus qısaqol köynəyin və büsqalterin səthində olan zədələrin bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. X3 məxsus qısaqol köynəyin və büsqalterin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim olunmuş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyil. X9 məxsus qısaqol köynəyin və büsqalterin səthində olan zədələrdə zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş, X9 məxsus ətəyin, alt tumanının, bir cüt corabın, Təqsirləndirilən şəxs məxsus köynəyin və şalvarın səthində trasoloji zədə yoxdur. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/4777 nömrəli rəyindən və ona əlavə edilmiş cədvəllərdən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X9 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş X9 məxsus ətəyin səthi üzərindən aşkar olunmuş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın səthi üzərində aşkar edilmiş qara rəngli hamar kimyəvi liflər rənginə və təbiətinə görə X9 məxsus köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs sağ və sol əl barmaqlarının dırnaqlarından kəsilərək götürüldüyü qeyd olunan dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin birbirilərinə məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın üzərində kənar lif mikrohissəcikləri və həmçinin Təqsirləndirilən şəxs və X9 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Məhkəmədə tədqiq edilən Məhkəmə-tibbi Ekspertizasının maddi sübutların ekspertizasına dair xx.xx.2022-ci il tarixli 554/2022-MTBŞ saylı rəyindən görünür ki, X7 ABO sistemi üzrə qan qrupu Balfa(H)/İİİ/-dür. Ekspertizaya təqdim olunmuş 08 ədəd çubuqlu pambıq tampon, 01 ədəd mətbəx bıçağı, X9 məxsus kofta, trusik, 01 cüt corab, büsqalter, yubka, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda “B” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən X9 məxsus ola bilər. Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus əl-barmaq dırnaq kəsintiləri üzərində qan aşkar olunmadı. Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus əl-barmaq dırnaq kəsintiləri yatağında dəri toxumasına şübhəli hissəciklər aşkar olunmadı. Məhkəmədə tədqiq edilən təqdim olunmuş götürmə və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foroşəkillərdən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş əynində olmuş, üzərində qanabənzər ləkələr olan göy rəngli cins materiallı şalvar və boz rəngli uzunqol köynək baxış keçirilərək götürülmüş. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərərək, hadisənin baş verdiyi Daşkəsən rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evinin yataq otağını və mərhum X10 bıçaqla öldürdüyü şəraiti göstərmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022 tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 arasında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı Şahid4 babası Təqsirləndirilən şəxs Nəzakət Həsənovaya bıçaq zərbələri vurduğunu gördüyünü, lakin Təqsirləndirilən şəxs onu görüb-görmədiyini bilmədiyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmədə tədqiq edilən İmişli RPŞ-nin xx.xx.2022-ci il tarixli, 16812535 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, X7 anası X4 və bacısı Şahid9 yüngül həyat tərzi yaşayırlar, Şahid9 iki dəfə evlənib boşanıb, yaşadıqları kənddə mənfi xarakterizə olunurlar. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Daşkəsən rayonu Bayan kənd sakini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək gəlini Nəzakəti öldürməsini bildirmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməsində şübhə yarandıqda şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(030)-07/2022 saylı qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Bayan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Daşkəsən rayonu Bayan kəndində yaşayır, ailədə narahat olmaqla həmişə sözü ötgün olmuş, daim evdə qalmaqallı yaşamış, hətta ailədə yaratdığı narazılıqlara görə 1 il həbs cəzası almış, kənd sakinlərinin dediyinə görə psixoloji durumunda problemləri olmuşdur, ümumiyyətlə höcət olmaqla öz dediyiniu hamının fikrindən üstün bilməklə kifayətlənmişdir. Son üç ildə ərazi nümayəndəliyinə onun barəsində hər hansı şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 105-ci maddəsi təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhrum edilmişdir. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 596/215 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli törətməmişdən əvvəl emosional halından asılı olaraq öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onu idarə idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur və bu vəziyyətin yaranma səbəbi gəlininin oğluna xəyanət etməsi düşüncəsi olan bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs özündən uydurmağa meyilli deyildir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerindən götürülmüş 08 ədəd pambıq tampon olan kosmetik çubuqr, mərhum Nəzakət Həsənovaya məxsus bir ədəd ətək, bir ədəd qısa qol köynək, bir ədəd büsqalter, bir ədəd tursik, bir cüt corab, təqsirləndirilən Məhəmədəli Mustafayevə məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd köynək və cinayətin əlati olan bir ədəd bir ədəd bıçaq maddi sübut qismində tanınaraq Daşkəsən rayon prokurorluğunun maddi sübutlat otağında saxlanılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla razılaşsa da, ona elan edilmiş CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, gəlini Nəzakət Həsənovanın mütəmadi olaraq anasına məxsus yaşayış evinə getməsini bəhanə edərək sonuncunun əxlaqsızlıq edərək oğlu Şahid2 xəyanət etməsindən şübhələndiyini və Nəzakət Həsənovaya əsassız olaraq anası və bacısı ilə əlaqələrini kəsməsini bildirmiş, sonuncunun ailə işlərinə qarışmaması barədə haqlı iradından sonra ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz şəxsiyyətini Nəzakət Həsənovanın şəxsiyyətinin fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə mətbəx bıçağı ilə əvvəlcə sonuncunun boğazını kəsməyə cəhd edib Nəzakət Həsənovaya sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmayan boyunun səthi yarası və alt çənənin qançırı xəsarətini yetirmiş, bıçağın sonuncunun boğazını kəsmədiyini gördükdən sonra onu qəsdən öldürmək niyyətini başa çatdırmaq üçün həmin vaxt sonuncunun qışqırıq səslərinə otağa daxil olmuş Nəzakət Həsənovanın yaxını, yetkinlik yaşına çatmayan Şahid4 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla 10 ədəd bıçaq zərbələri vuraraq ölümünə səbəb olan xəsarətlər yetirib onu xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə kimi qiymətləndirərkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə eyni zamanda işin faktiki hallarına qiymət verib hesab edir ki, təqsirləndirilən şəxsin əməli ictimai qaydanın pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsinə yönəlməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Belə ki, həmin qərarda deyilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxslə gəlini X7 mütəmadi olaraq anasının yaşadığı gedərək anası və bacısı ilə birlikdə bir müddət yaşamasını, sonuncuya anasına məxsus evə getməsini irad bildirdiyi üçün aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Nəzakət Həsənovanın onu təhqir edərək söyüş söyməsindən əsəbləşərək masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə sonuncunun ölümünə səbəb olan 10 ədəd bıçaq zərbəsi vuraraq onu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Göründüyü kimi məhkəmə istintaqı zamanı tam sübut olundu ki, təqsirləndirilən şəxsin əməli ictimai qaydanın pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsinə yönəlməmiş, onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən edilməmiş, hadisə yaşayış evinin yataq otağında şəxsi münasibətlər zəmnində başlamış mübahisə zamanı baş vermişdir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 120.2.2-ci maddəsi ona verilən ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, gəlini Nəzakətə yüngül həyat tərzi keçirən anası və bacısının yaşadıqları evə getməsini irad bildirdiyini, bundan sonra aralarında yaranan mübahisə zamanı Nəzakətin onu təhqir edərək söyüş söydüyünü bundan əsəbləşib masının üzərindən götürdüyü bıçaqla ona zərbələr endirdiyini, vurduğu ilk zərbəni xatırladığını, sonrakı zərbələri isə özünü itirdiyindən xatırlamadığını, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu həmin xüsusatlara tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etməklə xüsusilə ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı dindirilmiş Şahid4 ifadəsi, ibtidai istintaq zamanı onlar arasında keçirilmiş üzləşdirmə protokolu və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Belə ki, Şahid4 həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, o əmisi Samirin evindən səs-küy gəldiyini görüb içəri girən zaman babası Məhəmmədəlinin ayaq üstə durduğunu, onun üzərinin qan olduğunu, əmisi Samirin arvadı Nəzakətin isə dizi üstə yerdə durduğunu, onların dalaşdığını və babası Məhəmmədəlinin Nəzakəti vurduğunu görmüş, lakin babası Məhəmmədəlinin onu görübgörmədiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid2, Şahid1 və Şahid11 Məhəmmədəli oğlu ifadələrində Təqsirləndirilən şəxslə gəlini Nəzakət Həsənova arasında sonuncunun mütəmadi olaraq müxtəlif bəhanələrlə anasının yaşadığı evə getməsinə görə mübahisələr olduğunu bildirmişlər. Məhkəmə hesab edir ki, cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə oğlu Samirə məxsus fərdi yaşayış evinin yataq otağında gəlini Nəzakət Həsənovanın mütəmadi olaraq müxtəlif bəhanələrlə anasının yaşadığı evə getməsinə görə aralarında şəxsi münasibətlər zəmində yaranmış mübahisə zamanı masanın üzərində götüdüyü mətbəx bıçağı ilə sonuncuya yetkinlik yaşına çatmayan nəvəsi Şahid4 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla 10 ədəd bıçaq zərbələri vuraraq ölümünə səbəb olan xəsarətlər yetirib onu xüsusi amansızlıqla qəsdən öldürdüyünə görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıram halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olması Cinayət Məcəllənin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətini və onun barəsində olan cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(030)-07/2022 saylı qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut qismində tanınaraq Daşkəsən rayon pokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 08 ədəd pambıq tampon olan kosmetik çubuq, mərhum Nəzakət Həsənovaya məxsus bir ədəd ətək, bir ədəd qısa qol köynək, bir ədəd büsqalter, bir ədəd tursik, bir cüt corab onun yaxın qohumlarına qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməli, təqsirləndirilən Məhəmədəli Mustafayevə məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd köynək onun yaxın qohumlarına qaytarılmalı qəbul etməkdən imtina etdikdə məhv edilməli, cinayətin əlati olan bir ədəd bir ədəd bıçaq istifadəyə yarasız olduğundan məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 manat, məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni ibtidai istintaq zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə vəkil tərəfindən 20 iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Odur ki, həmin hesabla ibtidai istinatq zamanı təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 22 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınaraq Daşkəsən rayon pokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 08 ədəd pambıq tampon olan kosmetik çubuq, mərhum Nəzakət Həsənovaya məxsus bir ədəd ətək, bir ədəd qısa qol köynək, bir ədəd büsqalter, bir ədəd tursik, bir cüt corab onun yaxın qohumlarına qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin, təqsirləndirilən Məhəmədəli Mustafayevə məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd köynək onun yaxın qohumlarına qaytarılsın qəbul etməkdən imtina etdikdə məhv edilsin, cinayətin əlati olan bir ədəd bir ədəd bıçaq istifadəyə yarasız olduğundan məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-146/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-146/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver