Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-146/2025 27.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə, saat 08 radələrində özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək niyyəti ilə bir neçə gün əvvəl, istintaqa dəqiq məlum olmayan tarixdə yazdığı və Şəmkir rayon Mərkəzi Xəstəxanasının direktoru Zərərçəkmiş şəxs 16 000 (on altı min) manat məbləğində pul tələbini özündə ehtiva edən məktubu, 2 il əvvəl, istintaqla müəyyən edilməyən tarixdə, Şəmkir rayonu, “Zavod yolu” adlanan ərazidəki zibillikdən tapıb, qanunsuz əldə edərək üzərində daşımaqla, yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxladığı 01 ədəd, atəş üçün yararlı, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 7,62x39 mm kalibrli, Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronu skoçla yapışdırıb zərfə qoyaraq, Şəmkir rayon Mərkəzi Xəstəxanasının giriş qapısında xidmətdə olan mühafizəçi Şahid1 vermiş və həmin xəstəxananın baş həkimi Zərərçəkmiş şəxs təqdim edilməsini bildirmişdir. Sonuncu həmin zərfi aldıqda, içərisində Təqsirləndirilən şəxs tərəfindən ona ünvanlanmış şəxsiyyəti üzərində zor göstərəcəyinə dair, yəni onun tərəfindən məktubda göstərilmiş öz adına olan "xxxx" ASC-nin **********526493 nömrəli kart hesabına xeyli miqdarda, yəni 16000 (on altı min) manat pul köçürməyəcəyi təqdirdə öldürülməsi ilə təhdid etməklə zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə onun xeyli miqdarda əmlakını əldə etmək məqsədi daşıyan hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq döyüş sursatlarını əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə, içərisində 01 ədəd yazılı məktub və 01 ədəd boş güllə olan zərfi Şəmkir rayon Mərkəzi Xəstəxanasının mühafizəçisinə verərək, sözügedən zərfi Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkiminə verməsini bildirmişdir. Mühafizəçi də, məktubu çatdıracağını demişdir. Bundan sonra həmin gün axşam saatlarında Şəmkir RPŞ-nin əməliyyat müvvəkilləri onun yaşadığı evə gələrək onu Şəmkir RPŞ-yə aparmışlar. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmiş ki, məktubda Zərərçəkmiş şəxs 16.000 (on altı min) manat pul verməsini tələb etmiş, pul verməyəcəyi təqdirdə xatırladığı qədəri ilə onu cəzalandıracağını və yaxud öldürəcəyini qeyd etmişdir. Əvvəllər Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zərərçəkmiş şəxs tanımamışdır. Şəmkir rayon Mərkəzi Xəstəxanasının əvvəlki baş həkimini tanımış və o sözügedən hərəkətləri ona qarşı etmək istəmişdir. Onun qardaşının xəstəliyi ilə əlaqədar sənədləri olsa da, qardaşına pensiya təyin etməmişlər. Bununla bağlı 02 (iki) il müddətində müraciət etsələr də, pensiya təyin edilməmişdir. O, qardaşına pensiya təyin edilmədiyi üçün həmin 02 (iki) il müddətində təyin edilməyən pensiyanın məbləğini təxmini hesablamış və buna görə də onu baş həkimdən tələb etmişdir. Sözügedən məktubu yazıb, Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkiminə göndərən zaman içkili olmuş, özündə olmamışdır. Onun zərfin içərisində göndərdiyi güllə “Kalaşnikov” avtomatının istifadə olunmayan gülləsi olmuşdur. Həmin güllənin “fulya”sı isə düşük vəziyyətdə olsa da, sözügedən güllə partlamamış vəziyyətdə olmuşdur. Eyni zamanda o, həmin gülləni tapmış və tapan zaman içərisində barıt olmamışdır. Əvvəldən həmin güllənin baş hissəsinə ip taxaraq özündə saxlamışdır. İbtidai istintaq zamanı ona qarşı fiziki və ya psixi təzyiq olmamış, istintaq orqanına ifadə verən zaman ifadənin doğruluğunu təsdiq edən imza onun imzasıdır. O, Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkiminə yazdığı məktubu 3-4 gün əvvəl yazmamış, spirtli içki qəbul etdikdən sonra yazmış və mühafizəçiyə vermişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 228.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf etmiş və öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs şifahi olaraq tanıyır. Onunla aralarında düşmənçilik və ədavətləri yoxdur. Barəsində edilən şikayətlə bağlı bildirmişdir ki, hadisədən təxminən 3-4 gün əvvəl yaşadığı ünvanda olarkən fikirləşmiş ki, Elçin həkimə məktub yazsın və onu öldürəcəyini bildirirək ondan pul tələb etsin. O, məktubu yazıb yaşadığı evdə çarpayının altına qoyub saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində yazdığı məktubu zərfə qoyaraq xəstəxanada olan mühafiəzəçiyə aparıb vermiş və zərfi Elçin həkimə çatdırılmasını xahiş etmişdir. Mühafizəçi zərfi alaraq, onu həkimə çatdıracağını bildirmişdir. O da, bundan sonra həmin ünvanı tərk edib yaşadığı ünvana getmişdir. xx.xx.2023-cü il tarixdə isə, etdiyi əmələ görə Şəmkir RPŞnin əməkdaşları tərəfindən RPŞ-nə gətirilmiş və o, etdiyi əməli etiraf etmişdir. Şəmkir rayon Mərkəzi Xəstəxanasının mühafizəçisini tanımır. Onunla heç bir münasibəti və yoldaşlığı olmayıb. Onun Zərərçəkmiş şəxslə arasında 2 il olar ki, ədavəti var. Ədavətin yaranmasına səbəb isə, qardaşı X1 pensiyasını düzəltmədiyinə görə yaranmışdır. Ona Zərərçəkmiş şəxs məktub yazmağı heç kəs vadar etməyib, həmin məktubu o, özü öz xətti ilə yazmışdır. Məktubu yaşadığı ünvanda yazmış, yazan vaxtı yanında heç kəs olmamışdır. O, Şəmkir rayonu, “Zavod yolu” adlanan zibillikdən təxminən 1-2 il əvvəl patron tapmış, həmin patronun içərisi boş olmuşdur. Məktubu xəstəxanaya aparan zamanı onun yanında heç kim olmamışdır. Məktubda göstərilən nömrəli plastik kart ona məxsusdur. O, Zərərçəkmiş şəxs məktub yazacağı barədə ailə üzvlərinə heç bir məlumat verməmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, O, Şəmkir rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində işləyir. Təqsirləndirilən şəxslə tanışlıqları Elçinin qardaşının xəstəliyi səbəbindən olmuşdur. Təqsirləndirilən şəxs qardaşının psixoloji problemləri olduğu üçün çox sayda iynə udması ilə bağlı müraciəti olmuş, lakin onlar qarın boşluğunda çox sayda iynə olduğu üçün əməliyyat edə bilmədiklərini bildirib, onu Bakı şəhərində yerləşən xəstəxanaya göndərmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qardaşı müalicə olunub qayıtmış və səhhəti ilə bağlı Elçinin anası onun yanına gedib-gəlmiş, o da, Elçinin qardaşının səhhəti ilə bağlı daim tövsiyyələrini vermiş və münasibətləri də yaxşı olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs qardaşının əlillik dərəcəsi alması üçün psixiatriya xəstəxanasında müalicə almalı olduğunu bildirmiş, Elçinin ailəsi də bununla razılaşmış və ona təşəkkürlərini bildirmişlər. Bundan sonra hadisə baş verən gün işə gəlmiş, xidməti otağın qarşısına çatanda katibə ona bir ədəd zərf vermişdir. O da, zərfi götürmüş, vətəndaşlar olduğu üçün açmamışdır. Zərfdə qabarıqlıq olduğunu görmüş, lakin içərisində elektron imza olduğunu ehtimal etmişdir. Daha sonra zərfin üzərindəki yazıya diqqət edən zaman onun üzərində “Baş həkim” sözlərinin yazıldığını görmüş və bunun rəsmi yazı olmadığını dərk etmişdir. O, daha sonra sözügedən məsələ ilə bağlı polis orqanına müraciət etmişdir. Bundan sonra zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, zərfi açdıqda onun içərisində bir ədəd məktub və bir ədəd patron olmuşdur. Məktubun içərisində xatırlamadığı banka məxsus kart hesabı yazılmış və 1 ay müddətində həmin hesaba 16.000 manat məbləğində pul ödəməyəcəyi təqdirdə, onu ağır cəzanın gözlədiyi qeyd edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən zərfdə göndərilmiş patronun dolu yaxud boş olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edilərkən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Şahid2 ifadə verməkdən imtina etdiyi üçün, onun ibtidai istintaq orqanına verdiyi xx.xx.2023-cü il tarixli ifadəsi cinayət prosesi tərəflərinin iştirakları ilə elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun övladıdır. Onun barəsində istintaqı aparılan cinayət işi ilə tanışdır. Bununla bağlı onu bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə o, evdə olarkən polis əməkdaşları yaşadığı ünvana gələrək oğlu Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nə aparmışlar. Sonradan ona məlum olmuş ki, Təqsirləndirilən şəxs Şəmkir RMX-nın baş həkimi lEçin Əliyevə məktub yararaq onu ölümlə hədələyərək 16 000 (on altı min) manat pul isdəyib. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məktub yazaraq onu ölümlə hədələməsi barədə onun məlumatı olmayıb. Təqsirləndirilən şəxs məktub yazmasını görməmişdir. Təxminən 2- 3 il bundan əvvəl Şahid3 iynə udduğuna görə ona pensiya düzəltmək isdəmiş, ancaq alınmadığı üçün onun arxasınca getməmişlər. Zərərçəkmiş şəxs pensiyanın düzəlməməsi ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə baxışı iclasında Şahid3 ifadə verməkdən imtina etdiyi üçün, onun ibtidai istintaq orqanına verdiyi xx.xx.2023-cü il tarixli ifadəsi cinayət prosesi tərəflərinin iştirakları ilə elan edilmiş, Şahid3 ifadəsində, şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun dediklərini təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Şəmkir RMX-da tabe olan katiblik bölməsinin müdiri vəzifəsində, yəni sözügedən xəstəxananın baş həkimi Zərərçəkmiş şəxs katibəsi işləyir. Xatırlamadığı tarixdə Şəmkir RMX-nın mühafizəçisi Şahid1 saat 09 radələrində onun yanına gələrək, Elçin həkimə zərf gətirdiyini bildirmişdir. Mühafizəçinin gətirdiyi zərfin üzərində “Elçin həkimə” sözlərinin yazıldığını görmüşdür. Bundan sonra o, mühafizəçiyə öz iradını bildirərək, həmin zərfi götürməli olmadığını yaxud götürəcəyi təqdirdə zərfi gətirən şəxsdən yazılı kağız almalı olduğunu və özündə qeydiyyat aparmalı olduğunu bildirmişdir. Mühafizəçi isə özündə heç bir qeydiyyat aparmadığını bildirmişdir. Bundan sonra mühafizəçi dərhal zərfi verən şəxsi müəyyən etmək üçün onun arxasınca getmiş, lakin artıq zərfi verən şəxsin oradan kənarlaşdığını bildirmişdir. Elçin həkim işə gələn zaman sözügedən zərfi ona vermiş və zərfin içərisində nə olması barədə məlumatı olmamışdır. Şahid4 verilən suallara cavab olaraq göstərmişdir ki, hadisədən sonra onu Şəmkir rayon prokurorluğuna çağıran zaman zərf barədə məlumatı olmuş və Elçin həkim də, ona bu barədə heç bir məlumat verməmişdir. Məktubun üzərində yazılan yazıların rəsmi olmadığını görmüşdür. O, zərfin üzərinə “Elçin həkimə” sözlərinin yazıldığını görmüşdür. Eyni zamanda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini də bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəmkir RMX-da mühafizəçi işləyir. O, Şəmkir RMX-da işdə olarkən tanımadığı bir vətəndaş ona yaxınlaşaraq zərf vermiş, sözügedən zərfin Elçin həkimə çatacağını bildirmişdir. O da, həmin zərfi götürərək Elçin həkimə verməsi üçün Şahid4 vermişdir. Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, ona verilən zərfi açıb baxmamış, Elçin həkim ona sonradan zərfin içərisində 01 ədəd məktub və 01 ədəd güllə olduğunu bildirmişdir. Zərfi ona verən şəxs həmin zərfin “Elçin doktora” çatacağını bildirmişdir. Eyni zamanda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini də bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhəli olduğundan, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 sentyabr 2023-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 15 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd məktub və onun üzərində olan 01 ədəd 7.62 mm-lik patronu baxış keçirilərək protokolla götürülmüş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilməklə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 17 sentyabr 2023-cü il tarixli, 4(076)-205/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 15 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 sentyabr 2023-cü il tarixli “axtarış aparılması haqqında” protokoldan görünür ki, 17 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-də yerləşən fərdi yaşayış evinə axtarış keçirilmiş, axtarış zamanı 01 ədəd "xxxx" ASC-yə məxsus olan plastik kart, çarpayının altından yazı nümunələri aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 sentyabr 2023-cü il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 2 nömrə ilə tanımaya təqdim olunmuş Təqsirləndirilən şəxs Şahid1 tərəfindən tanınmaqla içərisindəki 1 ədəd patron və məktub olduğu zərfin onun tərəfindən təqdim olunduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 sentyabr 2013-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, İfadəsini yerində yoxlanılan zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək zərfin üzərində olan patronu 01 ədəd patronu təxminən 1-2 il bundan əvvəl Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində yerləşən köhnə zavod adlanan ərazidə yerləşən zibilikdən tapdığını bildirmişdir. Bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 sentyabr 2013-cü il tarixli “tədqiqat üçün nümunələrin götürülməsi haqqında” görünür ki, Təqsirləndirilən şəxs məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsi üçün yazı nümunələri götürülmüş və bu barədə protokol tərtib olunmaqla iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixiatrik ekspertizasının 19 sentyabr 2023-cü il tarixli, 599 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı ruhi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-xətşünaslıq ekspertizasının 03 noyabr 2023-cü il tarixli, 3-16/2-4/1737 nömrəli rəyindən görünür ki, ekspertizaya təyin edilmiş üzərində “ Bu sözlər gizli adam tərəfindən sizə ünvanlanıb..” sözləri ilə başlayıb, “ ..bir böyük səf eliyib ona şikayyət eliyərsən “sözləri ilə bitən 2 məktubdakı yazılar- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-13-11/2-13689/2023 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş 01 ədəd patron, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62 x 39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 dekabr 2023-cü il tarixli, 2023/111/14449 nömrəli "xxxx" ASC-dən daxil olmuş məktubdan görünür ki, 4169-7388-1252-6493 nömrəli Kapital Banka aid plastik kart Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının İƏDÜ nümayəndəliyinin 06 dekabr 2023-cü il tarixli, 5-76-1/2-02D-482 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, İsayev X2 şəhəri Aşıq Alı küçəsi, döngə 1, ev 20 ( yeni ünvana əsasən Emin Alməmmədov ev 20) ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Poliklinikasının 14 oktyabr 2023-cü il tarixli, 373 nömrəli arayışından görünür ki, İsayev X2 rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsinə və bu barədə material ayrılaraq Gəncə şəhər prokurorluğuna göndərilməsinə; Şahid2 və Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 307-ci maddələrinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilməsinə və bu barədə material ayrılaraq Gəncə şəhər prokurorluğuna göndərilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs ərzisəindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıb ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edilərkən azadlıqdanməhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində Zərərçəkmiş şəxs əvvəl tanımadığını, O, Şəmkir rayon Mərkəzi Xəstəxanasının əvvəlki baş həkimini tanıdığını və buna görə də sözügedən hərəkətləri etdiyini, məktubu həmin gün spirtli içkinin təsiri altında olduğu üçün yazdığını və eyni zamanda onun Şəmkir RMXnin baş həkiminə zərfin içərisində göndərdiyi patronun yararsız olduğunu bildirməsinə dair göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs göstərdiyi sözügedən xüsusatlar iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, sənədlər və maddi sübutlar) təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlara tənqidi yanaşır və vurğulayır ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-13-11/2-13689/2023 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş 01 ədəd patron, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62 x 39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasnı yüngülləşdirən hal hesab edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmaması isə nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə ona müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulmuş iki fərqli cinayət əməli törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Digər tərəfdən məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhəli olduğundan, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 17 sentyabr 2023-cü il tarixli, 4(076)-205/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 15 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və çəzaçəkmənin əvvəli 15 sentyabr 2023-cü i tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs də törətdiyi cinayət ağır olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 125 (yüz iyirmi beş) manat xərci vardır və həmin xərclər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi məhkumdan tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd 7.62 mm-lik patron və "xxxx"a məxsus **********526493 nömrəli plastik kart saxlanılması üçün Şəmkir RPŞ-nin saxlanc anbarına təhvil verilmiş və 02 ədəd məktub iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilərək Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış 01 ədəd 7.62 mm-lik patron məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, "xxxx"a məxsus **********526493 nömrəli plastik kart təqsirləndirilən şəxsin yaxınlarına qaytarılmalı və 02 ədəd məktub isə iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs vəkil Təqsirləndirilən şəxs 50 (əlli) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 228.1ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə isə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 228.1-ci maddələri ilə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış 01 ədəd 7.62 mm-lik patron məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, "xxxx" ASC-yə məxsus **********526493 nömrəli plastik kart təqsirləndirilən şəxsin yaxınlarına qaytarılsın və 02 ədəd məktub iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 125 (yüz iyirmi beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 50 (əlli) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-146/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-146/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver