Məhkəmə qərarları › İş №1(100)-147/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-147/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-147/2021 13.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X43 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X13, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə qıznın, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonunun, Qurudərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Gədəbəy rayonunun Qurudərə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4, 29, 120.2.7 və 29, 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Gədəbəy rayonunun Qurudərə kəndi ərazisində qonşuluğunda yaşayan əmisi xx.xx.1957-ci il təvəllüdlü X17 xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində onun yaşadığı evin yanından keçən yolda sel sularının yaratdığı yarğana daş tökdürmək istəməsi ilə bağlı anası Şahid4 ilə əmisi və onun arvadı xx.xx.1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə və münaqişə zamanı anasının sonuncular tərəfindən döyülməsini bilib X45 və onun arvadı Səniybər İsgəndərvanı öldürməklə, eləcədə sonuncuların yaşadıqları evi yandıraraq əmlaklarını qəsdən məhv etməklə onlardan qisas almaq qərarına gələrək, xx xxxx 2020-ci il tarixdə, saat 17 radələrində bıçaqla silahlanıb özü ilə yanacaq məhlulu götürərək Oruc İsgəndərov və Zərərçəkmiş şəxs yaşadıqları Gədəbəy rayonu Qurudərə kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmiş, evin birinci mərtəbəsində yerləşən otağın giriş qapısının qarşısında özü ilə gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs üzərinə hücum edərək sonuncunu qəsdən öldürmək məqsədilə ardıcıl zərbələr endirməklə ona sağ saidin, sol bazunun, sağ süd vəzisinin, sağ sağrının deşilmiş-kəsilmiş yaraları, qarının daxilə keçməyən deşilmişkəsilmiş yaraları ilə nəticələnən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra cinayətkar niyyətini başa çatdırmaq üçün evin həyətindəki bağçada təsərrüfatla məşğul olan X40 yanına gedib sonuncunun da üzərinə hücum edərək qəsdən öldürmək məqsədilə əlindəki bıçaqla həyat və sağlamlığı üçün vacib olan nahiyələrinə ardıcıl zərbələr endirməklə ona döş qəfəsinin daxilə keçməyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları, sol dirsək oynağının, sol saidin deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığına yüngül, döş qəfəsinin daxilə keçən 2 ədəd deşilmiş-kəsilmiş yarası, sağ 3-cü qabırğanın kəsilməsi, sağ ağ ciyərin zədələnməsi ilə müşayiət olunan daxili qan axma ilə nəticələnən sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, sonra xüsusi amansızlıqla, yəni yaralı vəziyyətdə olan Oruc İsgəndərova qarşı rəhmsizlik nümayiş etdirib, sonuncuya xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq özü ilə gətirdiyi yanacaq məhlulunu Oruc İsgəndərovun üzərinə töküb yandırmaqla onun boyunun, döş qəfəsinin arxa səthinin 2-ci dərəcəli termiki yanığı ilə nəticələnən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş, daha sonra Oruc İsgəndərov və Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evini və evdəki əşyaları, yəni özgə əmlakını yandırmaqla qəsdən məhv etmək və eyni zamanda vurduğu bıçaq zərbələrindən sonra qaçıb evdə gizləndiyini zənn etdiyi Zərərçəkmiş şəxs ümumi təhlükəli üsulla, yəni yandırmaqla həyatdan məhrum etmək məqsədilə evin qarşısına gəlib, orada Zərərçəkmiş şəxs evdə olmasını yəqinliklə bilib özü ilə gətirdiyi yanacaq məhlulunu evin birinci, sonra isə ikinci mərtəbələrində yerləşən otaqlara səpərək odlayıb dəyəri 150 manat olan 32 dioqanal «Supermax» markalı televizoru, dəyəri 10 manat olan 2 kvadrat metrlik müşəmbəni, dəyəri 30 manat olan 1 ədəd çarpayını, çarpayı üzərindəki dəyəri 50 manat olan 1 ədəd yorğan və 1 ədəd döşəyi, dəyəri 20 manat olan 1 ədəd adyalı, dəyəri 10 manat olan 1 ədəd yastığı, dəyəri 20 manat olan 4 ədəd döşəkçəni, hər birinin ayrıayrılıqda dəyəri 25 manat, cəmi dəyəri 50 manat olan 1,5 x 2 metr ölçüdə olan 2 ədəd xalını, dəyəri 30 manat olan yorğan, yastıq və döşək üzü dəstini, dəyəri 20 manat olan 5 kvadrat metrlik pərdəni, hər biri 250 manat dəyərində - ümumi dəyəri 500 manat olan 5 x 4 metr ölçüdə 2 ədəd xalçanı, dəyəri 40 manat olan 16 kvadrat metrlik 1 ədəd pərdəni, dəyəri 15 manat olan 1 ədəd yorğanı, dəyəri 35 manat olan 1 ədəd döşəyi, dəyəri 20 manat olan 1 ədəd adyalı, dəyəri 10 manat olan 1 ədəd yastığı, dəyəri 24 manat olan 110x50 sm öçüdə olan pəncərə şüşələrini qəsdən məhv etməklə zərərçəkmiş şəxslərə cəmi 1034,00 manat, evin təmirinə görə isə 686,4 manat ziyan vurmuş, lakin qonşular tərəfindən vaxtında yanğının söndürülməsi səbəbindən özgənin əmlakını yandırmaqla qəsdən məhv etməyə yönəlmiş niyyətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib Oruc İsgəndərova və Zərərçəkmiş şəxs məxsus əşyalarla birlikdə cəmi dəyəri 25.308 manat olan evi, yəni xeyli miqdarda özgə əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmiş, bundan sonra evin arxa pəncərəsindən Zərərçəkmiş şəxs qaçıb getməsini görüb sonuncunu qəsdən öldürməkdən ibarət niyyətini başa çatdırmaq məqsədilə arxasınca qaçaraq Qurudərə kəndi ərazisində «Dərə» adlandırılan yerdəki yolda ona çatıb, yaralı halda olan Zərərçəkmiş şəxs qarşı xüsusi amansızlıqla, yəni rəhmsizlik nümayiş etdirib, sonuncuya xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq yerdən götürdüyü daşla qəsdən öldürmək məqsədi ilə onun həyat üçün vacib olan baş nahiyəsinə qəsdən ardıcıl zərbələr endirməklə ona başın əzilmiş yaraları ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burunun əzilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül, sağ yanağın əzilmiş yarası ilə müşayiət olunan sol almacıq qövsünün, sol almacıq sümüyünün alın çıxıntısının, sol almacıq sümüyünün bayır çıxıntısının sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirmiş, hadsə yerinə gəlmiş həmkəndlisi Şahid3 müdaxiləsi və Zərərçəkmiş şəxsın öldüyünü zənn etməsi səbəbindən, yenidən Oruc İsgəndərovun yanına qayıdaraq yerdən götürdüyü daşı hələ də diri olan sonuncunun başına qəsdən vurmaqla ona sol qulaq seyvanının əzilmiş yarası ilə nəticələnən sağlamlığına yüngül, açıq kəllə-beyin travması, kəllə qapağı sümüklərinin çox qəlpəli sınığı, baş beyinin əzilməsi ilə nəticələnən sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Oruc İsgəndərovu xüsusi amansızlıqla qəsdən öldürərək həyatdan məhrum etmiş, həmkəndlisi Şahid3 müdaxiləsi, habelə Gəncə şəhər 3 saylı Xəstəxanasına çatdırılaraq vaxtında tibbi yardım göstərilməsi nəticəsində Zərərçəkmiş şəxs həyatının xilas edilməsi ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərə görə iki şəxsi xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürməkdə ifadə olunan bilavasitə cinayət törətməyə yönəlmiş əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.2.4, 29, 120.2.4, 29, 120.2.7 və 29, 186.2.2-ci maddələri elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxx 1988-ci il tarixdə Gədəbəy rayonunun Qurudərə kəndində anadan olmuş. Atası X2 Federasiyasında yaşayır, anası Şahid4 isə Gədəbəy rayonunun Qurudərə kəndində yerləşən onlara məxsus fərdi yaşayış evində tək yaşayır, bacısı X14 evlidir və ailə üzvləri ilə birlikdə Şəmkir rayonunda yaşayır. Gədəbəy rayon polis şöbəsinin müvəqqəti saxlama yerinin mühafizə üzrə polis nəfəri vəzifəsində işləmiş, xx xxxx 2020-ci il tarixdə öz istəyi ilə daxili işlər orqanlarından xaric edilmişdir. X40 ailə üzvləri ilə birlikdə yaşadığı ev Qurudərə kəndində onun anası Şahid4 yaşadığı evin qonşuluğunda yerləşir. X45 və sonuncunun arvadı Zərərçəkmiş şəxs uzun müddətdir ailə üzvləri və onunla münaqişədə olmuşdur. Belə ki, əmisi ilə yaşadığı ata evi yan-yana yerləşdiyindən və əmisinin evinə gedən yol onun evinin qarşısından keçdiyindən əmisi həmin yerə daş töküb sel sularının istiqamətini dəyişdirmək istədikdə sonuncuya dəfərlərlə demiş ki, “bunu etmə gəl yola boru çəkək, mən də sənə köməklik edəcəm, yoxsa sel suları bizim evimizə dolacaq”. X19 razılaşmamışdır. xx xxxx 2020-ci il tarixdə X45 arvadı Sənubər İsgəndərova ilə birlikdə həmin yola daş tökmək istəyərkən anası Şahid4 ilə aralarında mübahisə yaranmış və anasını onlar döymüşlər. Anasının döyülməsi ona deyildikdə bundan bərk əsəbləşib Oruc İsgəndərovu və arvadı Zərərçəkmiş şəxs öldümək qərarına gəlmişdir. Bu məqsədlə idarə etdiyi “Nissan X-Trail” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili üçün ehtiyat 2 litrlik 2 ədəd plasmas butulkada benzini və həmişə üzərində gəzdirdiyi açılıb-qatlanan, tutacağı qəhvəyimtil rəngli bıçağını da götürüb xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində əmisinin yaşadığı fərdi yaşayış evinə taksi ilə getmiş, Oruc İsgəndərovun yaşadığı fərdi yaşayış evinin qarşısına gəldikdə birinci mərtəbənin sağ tərəfində yerləşən otağın qarşısında ilk öncə Zərərçəkmiş şəxs görüb ona yaxınlaşıb öldürmək məqsədi ilə üzərində olan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə 2-3 dəfə bıçaq zərbələri vurub xəsarət yetirdikdən sonra Oruc İsgəndərovu da öldürmək üçün həyətdə olan tövlənin qabağına getmişdir. Tövlənin yanında Oruc İsgəndərovu görüb öldürmək məqsədi ilə sonuncuya 2-3 dəfə bıçaqla xəsarətlər yetirmiş, əmsinin yerə yıxılıb öldüyünə əmin olduqdan sonra geri evin qarşısna gəlib özülə gətirdiyi benzini Zərərçəkmiş şəxs qarşısında xəsarət yetirdiyi otağın içərisinə töküb alışqanla yandırmışdır. Sonra geri tövlənin yanına gəldikdə görmüş ki, Zərərçəkmiş şəxs evin birinci mərtəbəsində yerləşən pəncərədən qaçıb getmiş, daha sonra əlindəki benzini Oruc İsgəndərovun üzərinə töküb alışqanla yandırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs qanının izi ilə qaçmış ki, sonuncunu tutub öldürsün. Oruc İsgəndərovun evindən təxminən 1 kilometr məsafədə dərə deyilən yerdə Sənubər İsgəndərovanı tutub yerdən daş götürüb onun başına 4-5 dəfə ardıcıl zərbələr endirmiş sonununcunun yerə yıxılıb huşsuz vəziyyətə olduğunu görüb ölməsinə əmin olduqdan sonra geri Oruc İsgəndərovun evinə getmişdir. Oruc İsgəndərova yaxınlaşıb yerdən daş götürüb onun başına 1 dəfə də zərbə vurmuş ki, sonuncu ölməyibsə ölsün. Sonra isə tanımadığı taksiyə əyləşib Gədəbəy rayon polis şöbəsinə getmişdir. Oruc İsgəndərovun yaşadığı fərdi yaşayış evinə getməkdə məqsədi sonuncunu və onun arvadı Zərərçəkmiş şəxs öldürmək və onların yaşadıqları evi yandırmaq olmuşdur. Həmin vaxt evdə X24 İsgəndərovadan başqa heç kim olmamış, sonuncuları öldürəcəyilə bağlı heç kimə məlumat verməmiş, eləcdə hadisəni törətməkdə ona heç kim köməklik etməmişdir. Hadisə vaxtı ona heç kim müqavimət göstərməmiş və hər hansı bir xəsarət almamış, hadisə vaxtı əynində ağ rəngli uzunqol köynək, tünd göy rəngli şalvar, qara rəngli uzunqol gödəkçə, ağ rəngli mayka olmuş və həmin paltarları zədələnməmişdir. Mərhum əmisi X28 xeyrə-şərə çox yaramayan, insanlarla az ünsiyət quran şəxs olmuşdur. Cəmiyyət içərisində çox çıxmamış, gedib-gəldiyi yer qızı Humayın evi olmuşdur, kənd sakinləri ilə çox ünsiyyətdə olmamışdır. Buna baxmayaraq, psixi cəhətdən heç bir pozuntusu olmamışdır, heç bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Yaşadığı müddət ərzində öz hərəkətlərini idarə etmiş, həyətində mal-qara saxlayıb bazara çıxarıb satmışdır. Zərərçəkmiş şəxs xaraktercə aqressiv, insanlarla münasibət qurmayan, qapalı şəxs olmuşdur. Kənd arasına çox çıxmamış, bütün günü demək olar ki, evində olmuş, ev işləri görmüşdür. Qonşularla və anası ilə yola getməmiş, onlara qarşı aqressiv hərəkətlər etmiş, mübahisə əsnasında ona, anasına və qonşulara kobud münasibət göstərmiş, onu, qonşuları və anasını nalayiq ifadələrlə təhqir etmişdir. Zərərçəkmiş şəxs davranışlarında kəskin pozuntu müşahidə etməmişdir. X45 və onun arvadı Zərərçəkmiş şəxs ilə ailə üzvləri arasında yersiz mübahisə və münaqişələr olmuş və bunlardan bezib Gədəbəy şəhərində kirayə ev tutub orada yaşamışdır. Arabir isə anasını ziyarət etmək üçün Qurudərə kəndinə gedib-gəlmişdir. Yağış suları Qurudərə kəndində yerləşən evinin yaxınlığından yarğan açmış və yağış yağdıqda həmin yarğanla axan su onların evinə ziyan vermişdir. Dəfələrlə əmisi Oruca həmin yerə boru qoydurmağı desə də, sonuncu buna icazə verməmiş və yarğana daş tökdürəcəyini bildirmişdir. xx xxxx 2020-ci il tarixdə eşitmiş ki, əmisi Oruc həmin yarğana daş tökdürmək istədikdə anası Gülxar ona icazə verməmiş, belə olduqda əmisi Oruc və arvadı Səniybərlə anası Gülxar arasında mübahisə baş vermiş və onlar onun anası Gülxarı döymüşlər. Bundan bərk əsəbləşib əmisi Orucla onun arvadı Səniybəri öldürmək qərarına gəlmiş, polis adına ləkə gətirməmək üçün Gədəbəy rayon polis şöbəsinin rəisinə ərizə ilə müraciət edib daxili işlər orqanlarından xaric edilməsini xahiş etmiş, ərizəsi nəzərə alınaraq o, xx xxxx 2020-ci il tarixdə daxili işlər orqanlarından xaric edilmişdir. O, həmişə maşınında plastik butulkada ehtiyat üçün benzin saxlamışdır. Həmin benzini isə Gədəbəy rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birindən almışdır. Hadisədən bir həftə əvvəl isə idarə etdiyi «Nissan X- Trail» markali, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yağını dəyişdirmək, eləcə də yağı dəyişdirən zaman mühərriki təmizlətmək istəmiş, bu məqsədlə Gədəbəy rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birindən 1 ədəd 2 litrlik plastik butulkada dizel yanacağı almışdır. Lakin işlərinin çox olması səbəbindən avtomobilin yağını dəyişdirə bilməmiş və yanacaq məhlulunun olduğu 2 ədəd 2 litrlik plastik butulka avtomobilin baqajında qalmışdır. Oruc İsgəndərov və Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi bıçağı isə təxminən 10-12 il bundan əvvəl cib bıçağı kimi istifadə etmək üçün Bakı şəhərində yerləşən, xatırlamadığı dükandan almışdır. xx xxxx 2020-ci il tarixdə nahar etdikdən sonra gunorta saat 14 və ya 15 radələrində «Nissan X-Trail» markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin baqajından içərisində benzin və dizel olan 2 ədəd 2 litrlik plastik butulkanı sellofan torbaya qoyub götürərək, qatlanan cib bçıağı da üzərində olmaqla Gədəbəy şəhərinin mərkəzində yerləşən «Saatın dairəsi» adlanan yerə gəlib orada bir qədər gözlədikdən sonra markasını, dövlət qeydiyyat nişanını və rəngini xatırlamadığı yoldan keçən üzərində taksi nişanı olan avtomobili saxladaraq əvvəllər hər hansı münasibəti olmayan sürücüsündən Gədəbəy rayonu, Qurudərə kəndi istiqamətinə gedibgetməməsini soruşmuş, sürücü onu həmin istiqamətə apara biləcəyini söyləmiş, onunla razılaşıb Qurudərə kəndi istiqamətində getmişdir. Əmisi və onun arvadını öldürmək məqsədi barədə taksi sürücüsünə deməmişdir. Hadisədən 2 ay əvvəl Gədəbəy rayonu, Qurudərə kəndində anası Şahid4 yaşadığı evə onu ziyarət etmək üçün getmişdir. Bu zaman X45 onu yaşadığı evin həyətinə çağıraraq evinə gedən yolu düzəltdirmək istədiyini söyləmişdir. O, əmisinin fikri ilə razılaşmış, yağış sularının açdığı yarğanın olduğu yerə boru düzəltdirməyə köməklik edəcəyini demişdir. Lakin əmisi onunla razılaşmamış və oraya daş tökdürəcəyini bildirmişdir. O, isə əmisi ilə mübahisə və münaqişə etmədən yanından ayrılıb anasının yaşadığı evə getmişdir. Anası Gülxar, əmisi Oruc və onun arvadı Səniybər arasında olan uzunmüddətli münaqişəni birdəfəlik həll etmək üçün sonuncuları öldürmək qərarına gəlmişdir. Evlərini də ona görə yandırmış ki, özləri kimi evləri də məhv olsun. Oruc İsgəndərov və Zərərçəkmiş şəxs yaşadıqları evi yandıraraq məhv etmək məqsədilə özü ilə gətirdiyi benzini və dizeli həm evin birinci mərtəbəsindəki otağa, həm də ikinci mərtəbəsindəki otaqlara tökmüşdür. Butulkalarda olan benzin və dizelin çox hissəsini evin birinci mərtəbəsinə səpələmiş, sonra ikinci mərtəbəyə qalxıb butulkalarda qalmış hissələri ikinci mərtəbənin zalının giriş qapısının qarşısına və aynabəndin ətrafına tökmüşdür. Sonra isə benzin və dizeli tökdüyü yerləri yandırmışdır. O, hadisə yerinə özü ilə 1 ədəd açılıb-qatlanan bıçaqla getmiş və həmin bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs, daha sonra isə X45a xəsarətlər yetirmişdir. Oruc İsgəndərov və Zərərçəkmiş şəxs özü ilə gətirdiyi açılıb-qatlanan bıçaqla xəsarətlər yertirmişdir. Üzərində başqa bıçaq olmamışdır. Hadisə vaxtı çox əsəbi olmuşdur. Həqiqətən də o, Zərərçəkmiş şəxs öldürmək üçün daşla vurub ona xəsarətlər yetirərkən kimsə onu tutub kənara dartmışdır. Lakin onu kənara çəkən adamın kim olduğunu bilməmişdir. Səniybər həmin vaxt halsız vəziyyətdə olmuşdur. O, Səniybərin ölməsinə əmin olduğu üçün oranı tərk edib əmisinə xəsarət yetirdiyi yerə gəlmiş və yerdən götürdüyü daşı onun başına vurduqdan sonra Gədəbəy rayon polis şöbəsinə gedib təslim olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X23 ifadəsində göstərmişdir ki, heç yerdə işləmir, evdar qadındır və ailəsi ilə birlikdə Gədəbəy rayonu, Gər-Gər kəndində yaşayır. X28 atası, Zərərçəkmiş şəxs isə anasıdır. Onlar Gədəbəy rayonu, Qurudərə kəndində yaşamış və fərdi qaydada həyətyanı sahələrində təsərrüfatla məşğul olmuşlar. X18 doğma əmsi, Şahid4 əmsinin arvadı, Arzu isə əmsi oğludur. İsmayılın evi atasının evi ilə qonşuluqda yerləşir. Təxminən 35 ildən artıq müddət ərzində valideynləri ilə əmisi İsmayıl və sonuncunun arvadı Gülxar arasında dəfələrlə əsassız səbəblərə görə mübahisə və münaqişələr baş vermişdir. Atası və anası hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, bununla əlaqədar hər hansı xəstəxana qeydiyyatda olmamış, sonuncuların danışdıqları sözü, etdikləri hərəkətlərin mahiyyətini tam dərk etmişlər. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olarkən əri Əzim onu çölə çağırıb atası Orucun evinin yandığını bildirdikdə o tez çölə çıxıb atasının evinin yandığını görmüşdür. Belə olduqda dərhal özü tək atası evinə getmiş və həyətyanı sahəyə baxarkən kartof ləkində atasının yerdə uzanıqlı halda olmasını, yanında isə bir nəfər tanımadığı polis əməkdaşının dayandığını, ətrafa isə qonşuların toplaşdıqlarını görmüşdür. Qonşulardan nə baş verdiyini soruşduqda bildirmişlər ki, Təqsirləndirilən şəxs onun atası Oruc İsgəndərovu yandıraraq öldürmüşdür. Bu vaxt Şahid4 oraya toplaşmış şəxslər arasından qəflətən ona tərəf gəlib yaxasından tutaraq «gəl sən də məni öldür» demişdir. O, evə baxdıqda anasını görməyib sonuncunun harada olması ilə maraqlandıqda bir nəfər kənd sakini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs da öldürdüyünü və təcili tibbi yardım avtomobilinin gəlib anasını xəstəxanaya apardığını bildirmişdir. Bir qədər sonra anasının ölmədiyini və Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya aparıldığını öyrənmişdir. Bu hadisədən 2 və ya 3 gün əvvəl atası Oruc İsgəndərov evinin yaxınlığında yerləşən yarğana daş töküb oranı düzəltdirmək istədikdə Şahid4 mane olmuş, bununla bağlı sonuncular arasında mübahisə və münaqişə baş verdiyini öyrənmişdir. Bu barədə bilən Təqsirləndirilən şəxs gəlib Oruc İsgəndərovu qəsdən öldürmüş, Zərərçəkmiş şəxs isə daş və bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməyə cəhd etmişdir. Əvvəllər Təqsirləndirilən şəxsla onun valideynləri arasında mübahisə və münaqişələr olmasını eşitmişdir. Həmin hadisədən təxminən 2 ay əvvəl atası Oruc İsgəndərov onunla söhbət edərkən Təqsirləndirilən şəxsla arasında mübahisə baş verdiyini və sonuncunun atasını öldürəcəyini söylədiyini demişdir. Lakin atası Oruc İsgəndərov Təqsirləndirilən şəxs onu nə səbəbə öldürmək istədiyini və aralarında baş vermiş mübahisə və münaqişənin səbəbini demədimişdir. Əvvəllər Təqsirləndirilən şəxs onun valideyinlərini qəsdən öldürməyə cəhd etməsi barədə eşitməmiş və bilavasitə belə bir halın şahidi olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X42 Abbas ilə 1979-cu ildə ailə həyata qurmuş və birgə evlilikdən Humay İsgəndərova adında bir qız övladı vardır. Mərhum əri ilə birlikdə Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. X22 yaşadığı fərdi yaşayış evi o qaldığı evin sol aşağı tərəfində yerləşir. Həmin evdə İsmayıl İsgəndərovun arvadı Şahid4 tək yaşayır. X32 Federasiyasında yaşayır. X12 İsgəndərov isə Gədəbəy şəhərində yaşamışdır. Onlar arasıra Gədəbəy rayonu Qurudərə kəndinə gəlib-getmişlər. Kəndin ümumi yolundan həm onun yaşadığı fərdi yaşayış evinə, həm də ki Şahid4 yaşadığı fərdi yaşayış evinə yol gedir. Həmin yolun başlanğıcında çuxur vardır. Oruc İsgəndərov həmin çuxuru daşla doldurmaq istədikdə Təqsirləndirilən şəxs və Şahid4 buna etiraz edib bildirmişilər ki, "həmin çuxura boru yerləşdirək, əgər daşla doldurulsanız bizim evə sel suları axacaq". xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində mərhum əri daş gətizdirib həmin çuxura tökdürmək istədikdə Şahid4 buna etiraz edərək imkan verməmiş və aralarında mübahisə yaranmış, bu səbəbdən daşları həmin çuxura tökə bilməmişlər. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində o, əri Oruc İsgəndərovla birlikdə yaşadıqları evin həyətində təsərrüfat işləri ilə məşğul olmuşdur. O evin birinci mərtəbəsinin sol tərəfində olan otağın qarşısnda duran zaman Təqsirləndirilən şəxs kənd yolundan onlara gələn yolla gəlib ona yaxınlaşıb əlindəki bıçaqla 8 dəfə onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu buraxıb evin arxa tərəfinə kemiş, əri Oruc İsgəndərov həmin vaxt tövlənin yanında olmuşdur. O bərk qışqıraraq köməyə adam çağırıb qarşısnda xəsarət aldığı otağa daxil olmuşdur. Həmin vaxt qan axmasından özünü itirmiş və heç nə eşitməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs onun daxil olduğu otağa gəlib otağı yandıran vaxt o isə həmin otağın arxa sağ tərəfindəki otaqda olmuşdur. Ev yanmağa başladıqda dərhal arxa pəncərədən bayıra çıxıb tövlənin sağ tərəfindən gedən cığırla qaçmağa başlamışdır. Yolla gedərkən Şahid1 qabağına çıxıb ona nəsə desə də həyacandan sözləri eşidə bilməyib qaçmaqda davam etmişdir. Gədəbəy rayonu, Quru dərə kəndinə gələn digər yolda Təqsirləndirilən şəxs onu gəlib tutmuş və əlindəki daşla başına dəfələrlə zərbələr endirdiyindən huşunu itirmiş və bir də xəstəxanada ayılmışdır. Təqsirləndirilən şəxs onu bıçaqla xəsarət yetirməsinin, başına daşla zərbələr vurmasının səbəbi onu öldürmək olmuşdur. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyindən Oruc İsgəndərova xəsarət yetirməsinin, üzərinə benzin tökərək yandırmasını, eləcə də sonuncunun başına daşla zərbə vurmasını görməmişdir. Hadisə vaxtı əynində tünd göy rəngli xələt, çəhrayı rəngli qısaqol gödəkçə, qara rəngli reytuz, qəhvəyi və qara rəngli uzunqol gödəkçə olmuşdur. Ona Təqsirləndirilən şəxs xəsarət yetirərkən sonuncunun anası Şahid4 evin sağ tərəfindəki yolda durub baxmışdır. Bundan başqa yoldan qaçıb gedərkən yolda Şahid1 görmüşdür. Təqsirləndirilən şəxs əvvəllər də onu və Oruc İsgəndərovu öldürməklə hədələmişdir. Təqsirləndirilən şəxs bıçaqla onun sağrı nahiyəsinə, hər iki qollarına, döşünə, qarın nahiyəsinə, sağ qulağına və sifətinə xəsarət yetirmiş, eləcədə dəfələrlə daşla başına zərbələr endirmişdir. Ona Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirdikdən sonra yaşadığı evin birinci mərtəbəsinin yataq otağına daxil olduqdan sonra sonuncu həmin otağa daxil olub içəriyə benzin töküb otağı yandırmışdır. Evin birinci mərtəbəsində yanğın və tüstü olduğunu görüb birinci mərtəbənin arxa otağına keçib pəncərədən qaçmış, qaçdıqdan sonra Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsindəki dəhlizin və aynabəndin içərisinə benzin tökərək yandırmağa çalışmışdır. Təqsirləndirilən şəxs onun yaşadığı evi yandırması nəticəsində evin birinci mərtəbəsində yerləşən təxminən 6-7 il bundan qabaq aldıqları 32 diaqanal, 120 manat məbləğində olan “SuperMax” markalı televizor, təxminən 6-7 il bundan qabaq aldığı 2 kvadrat metrlik 20 manat məbləğində stol örtüyü, təxminən 6- 7 il bundan qabaq aldığı 150 manat məbləğində çarpayını, çarpayının üzərində olan təxminən 3-4 il bundan qabaq özü hazırladığı təxminən 25 manat məbləğində olan 1 ədəd yorğan, təxminən 3-4 il bundan qabaq özü hazırladığı 75 manat məbləğində 1 ədəd döşək, təxminən 3-4 il bundan qabaq pul verib aldığı hazırda 25 manat dəyərində olan 1 ədəd adyal, təxminən 3-4 il bundan qabaq özü hazırladığı hazırda 25 manat dəyərində olan 1 ədəd yastıq, özü hazırladığı hazırda 40 manat dəyərində olan 4 ədəd döşəkçə, İran istehsalı olan 2018-ci il tarixdə aldığı 1,5x2 m ölçüdə olan hazırda ümumi qiyməti 50 manat olan 2 ədəd xalını, təxminən 3-4 il bundan qabaq pul verib aldığı hazırda 60 manat dəyərində olan yorğan üzü, yastıq üzü, döşək üzü dəsti, 2018-ci il tarixdə aldığı Türkiyədə istehsal edilmiş hazırda 75 manat dəyərində olan ümumi sahəsi 5 kvadrat metr pərdəni, evin ikinci mərtəbəsinin dəhlizində və aynabəndində yerləşən İran istehsalı olan 5x4 metr uzunluğunda təxminən 6-7 il bundan qabaq aldığı hazırda ümumi dəyəri 600 manat məbləğində olan 2 ədəd xalçanı, 2018-ci il tarixdə aldığı Türkiyə istehsalı olan hazırda 240 manat dəyərində olan ümumi sahəsi 16 kvadrat metr pərdəni, təxminən 3-4 il bundan qabaq özü hazırladığı təxmini 25 manat məbləğində 1 ədəd yorğan, təxminən 3-4 il bundan qabaq özü hazırladığı 75 manat məbləğində 1 ədəd döşək, təxminən 3-4 il bundan qabaq pul verib aldığı hazırda 25 manat dəyərində olan 1 ədəd adyal, təxminən 3- 4 il bundan qabaq özü hazırladığı hazırda 25 manat dəyərində olan 1 ədəd yastıq yanaraq istifadəyə yararsız vəziyyətə düşmüş, həmçinin evin 2-ci mərtəbəsinin aynabəndində yerləşən 03 ədəd Türkiyə istehsalı olan 110x50 sm ölçüdə ümumi məbləği 24 manat olan pəncərə şüşəsini sındıraraq istifadəyə yararsız hala salmışdır. Təxmini hesablarına görə yaşadığı evə Təqsirləndirilən şəxs tərəfindən 1674 manat məbləğində ziyan vurulmuşdur. O, İİ qrup əlildir və buna görə təqaüd alır. Heç vaxt başından travma almamış, bununla əlaqədar müalicədə olmamışdır. Amma sinir sistemində problem olduğuna görə Gədəbəy rayon mərkəzi xəstəxanasının polklinika şöbəsində qeydiyyatdadır. Danışılanların, ətrafında baş verənlərin mahiyyətini tam dərk edir. Nə vaxtsa ruhi-əsəb xəstəlikləri dispanerində, xəstəxanasında qeydiyyatda və müalicədə olmamışdır. Təxminən 30-35 il bundan əvvəl əri Orucla atası Abbas və qardaşı İsmayıl arasında yaşadıqları evin həyətində mübahisə və münaqişə baş vermiş və hadisə zamanı Abbas və İsmayıl küt alətlə Orucun başına vurub xəsarət yetirmişlər. Bununla bağlı Oruc təxminən 1 ay müddətində Gədəbəy rayon xəstəxanasında müalicə olunmuşdur. Əri Oruc ruhi-əsəb xəstəliklərindən heç vaxt əziyyət çəkməmiş, danışdığı sözlərin, etdiyi hərəkətlərin mahiyyətini tam dərk etmişdir. Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirərkən, sonuncudan aman diləməmiş, onu öldürməməsi üçün yalvarmamış, lakin Arzu Qurudərə kəndi ərazisindəki dərə adlandırılan yerdə onu tutub vuraraq yerə yıxıb başına daşla zərbə endirərkən Arzunun onu öldürmək niyyətində olduğunu başa düşüb, yalvarmış ki, onu öldürməsin. Lakin Arzu onun yalvarışlarına heç bir məhəl qoymayaraq öz əməlini davam etdirmişdir. Arzunun onun sifət nahiyəsinə vurduğu 3 və ya 4-cü zərbədən sonra huşunu itirmiş, ona nə müqavimət göstərmiş və nədəki danışa bilmişdir. Təqsirləndirilən şəxs yalvarıb onu vurmamasını söyləsə də, sonuncu ona qulaq asmamış və onu öldürmək üçün sifətinə ardıcıl olaraq zərbələr endirməkdə davam etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evin birinci mərtəbəsinin evlə üzbəüz dayandıqda sağ tərəfində yerləşən 1-ci mərtəbəsinin giriş qapısının qarşısında dayanan vaxt Təqsirləndirilən şəxs əlində olan bıçaqla qəflətən üzərinə hücum edib ardıcıl olaraq sağ və sol qoluna, qarın və sinə nahiyəsinə 8 dəfə zərbə endirmişdir. O, Arzunun əlindəki bıçağı görə bilməmişdir. Bundan sonra Arzu onu buraxıb evin arxa tərəfinə, yəni əri Oruc İsgəndərovun olduğu yerə tərəf getmişdir. Belə olduqda o, bərk qışqırıb qonşuları köməyə çağırmışdır. Daha sonra isə otağa daxil olmuşdur. Arzunun ona xəsarət yetirdiyi nahiyələrindən qan axmasını görüb özünü bir anlıq itirmiş və heç nə eşitməmişdir. Sonra isə həmin otaqdan sol tərəfdə yerləşən digər otağa daxil olmuşdur. Bir qədər sonra Arzu geri qayıdıb 1-ci mərtəbədəki içərisində çarpayı, televizor, masa və digər əşyalar olan otağa daxil olub benzin tökərək yandırmışdır. O, evin yandığını görüb olduğu otağın pəncərəsini aşaraq qaçmışdır. Hadisə yerinə əlavə baxış keçirilərkən aşkar olunaraq götürülmüş gödəkcə ona məxsusdur. Belə ki, Arzu ona xəsarət yetirərkən həmin gödəkcə əynində olmuşdur. Lakin o, həmin gödəkçəni nə vaxt çıxarb atdığını xatırlaya bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, 1987-ci ildə Gədəbəy rayonu, Qurudərə kənd sakini X18 ilə rəsmi nigaha daxil olmuş, birgə nikahlarından oğlu Arzu və qızı Aygün dünyaya gəlmişdir. Əri təxminən 1 il bundan əvvəl işləmək üçün Rusiya Federasiyasının Volqoqrad şəhərinə getmiş və hazırda həmin şəhərdə yaşayır, özü isə fərdi qaydada təsərrüfatla məşğul olur. Oğlu Təqsirləndirilən şəxs hərbi xidmətdən qayıtdıqdan sonra Gədəbəy rayon Polis Şöbəsinə polis nəfəri kimi işə düzəlib və xx xxxx 2020-ci il tarixə kimi orada çalışmışdır. Arzu çox tərbiyyəli, sakit insan olmaqla kiminləsə düşmənçiliyi, ədavəti olmamış, hər hansı bir travma almamış, ruhi-əsəb xəstəliyindən əziyyət çəkməmişdir. X28 qaynı, Zərərçəkmiş şəxs isə eltisidir. Sonuncuların Humay adlı bir qızı vardır. Oruc İsgəndərov və Zərərçəkmiş şəxsn onunla qonşuluqda yaşamışdır. Səniybər qaynı Orucla evləndikdən sonra o və əri İsmayılla ədavət aparmağa başlamış, aralarında mütəmadi olaraq mübahisə və münaqişələri olmuşdur. Evdə söhbət edilən zaman eşitmiş ki, Səniybər gəlin gəldiyi vaxt qaynanası X6 qabının içərisinə dərman töküb və buna görə sonuncu Səniybəri və Orucu evdən qovub, onlar bir müddət kirayədə yaşayaraq sonradan dolana bilmədikləri üçün geri gəlib onun qaynatasına yalvardıqdan sonra sonuncu Səniybər və Oruca yaşamaları üçün torpaq sahəsindən yer ayırmışdır. Bundan başqa o əri İsmayılla təzə evlənən vaxt Səniybər evdə dava salıb xəkəndazla Orucun başına xəsarət yetirmişdir. O əri İsmayılla evləndiyi vaxtdan Səniybərlə Orucun münaqişəsi və davası kəsməmiş, o cümlədən Səniybər həm onunla, həm də digər qonşuları ilə mübahisə və münaqişə etmişdir. Heç bir qonşu ilə Səniybər yola getməmiş, bugünkü gündə də o, hamı ilə küsülüdür. Səniybər və Orucla onun, eləcədə əri İsmayılın arasında baş verən mübahisə və münaqişələrdən bezən oğlu Arzu Qurudərə kəndindən çıxıb Gədəbəy şəhərində kirayə ev tutaraq orada yaşamışdır. Arabir isə ona baş çəkmək üçün gəlib-getmişdir. Oruc İsgəndərovla onların evinə gələn yol əvvəllər eyni olmuş, sonradan yolla bağlı aralarında mübahisə yarandığından həmin yolu Oruca verərək özülərinə ayrıca yol çəkdirmişlər. Leysan yağışlar yağanda sel suları Orucun evinə gələn yolda yarğan açmış və nə vaxt yağış yağsa sel suları onların həyətinə axdığına görə dəfələrlə Oruca demiş ki, “gəl turba alaq və sel suları həmin turbadan axmaqla mənim evimə ziyan vurmasın”. Lakin Oruc israrla demiş ki, “mənim evimə gələn yola turba salmağa imkan vermərəm”. Sonradan Oruc ona həmin yarğanı doldurub qapıya gələn yolu düzəldəcəyini dedikdə o etiraz edərək “gəl yola turba salaq problem birdəfəlik aradan qalxsın” bildirsə də Oruc onun fikir ilə razılaşmamışdır. xx xxxx 2020-ci il tarixdə səhər saat 11-12 radələrində yaşadığı evin həyətində quzuları otararkən içi daş dolu yük maşınının yarğanın yanında dayandığını görüb həmin avtomobilin sürücüsündən daşı nə üçün gətirdiklərini soruşduqda adını bilmədiyi bir cavan oğlan ona daşı Orucun sifarişi ilə gətirdiyini və yarğanı dolduracaqlarını bildirmişdir. Bu zaman onlara etiraz edib demiş ki, “aparın daşı tökün Orucun həyətinə biz bura turba qoymaq fikrindəyik əgər lazım olsa daşı ora töküb yarğanı doldurarıq”. Onun səsini eşidən Oruc və Səniybər çölə çıxıb onun olduğu yerə gəlib demişlər ki, “sən niyə daşı yarğana tökməyə qoymursan”. O da sonunculara demiş ki, “əgər sən yarğanı doldursan su mənim evimə dolub evi uçuracaq”. Bu zaman Səniybər qəflətən onun üzərinə hücum edib arxadan saçını tutaraq yolmağa başlamış, habelə əlləri ilə üzünü də cırmışdır. Bu zaman orada olan tanımadığı üç nəfər cavan oğlan onu Səniybərin əlindən alıb evə tərəf aparmaq istədikdə Oruc yerdən götürdüyü daşı ona atmış, həmin daş sağ ayağına, növbəti dəfə atdığı daş isə sol qabırğasına dəymişdir. Bundan sonra evə gedib 103 xidmətinə zəng edib təcili yardım çağırmış, bir qədər sonra həkim gəlib onun xəsarətinə baxaraq xəstəxanaya getməyi təklif etmiş, lakin yeriyə bilmədiyi və təcili tibbi yardım avtomobili evinin həyətinə çıxa bilmədiyi üçün xəstəxanaya getməkdən imtina etmişdir. Bir qədər sonra tanımadığı polis əməkdaşları gələrək avtomobildə təxminən yarım saat ərzində Orucla söhbət etdiklərini görüb, yağış yağdığı üçün başına pencək ataraq avtomobilin yanına gedib polis əməkdaşlarına hadisə barədə məlumat verib “üçümüzüdə polis şöbəsinə aparın” dedikdə polis əməkdaşı “günah səndədir niyə qoymamısan daşı tökməyə, Oruc ona “oğlun polis əməkdaşıdır sən oğluna güvənirsən” dedikdə o polis əməkdaşlarına oğlu Arzunu bu işə qatmamalarını demiş, polis əməkdaşları avtomobili sürüb oradan çıxıb getdikdən təxminən yarım saat sonra Orucla Səniybərin evdən çıxaraq yol ilə kəndin mərkəzinə tərəf getdiklərini görmüşdür. Təxminən bir saat sonra Arzu onun mobil telefonuna zəng edərək, “bunlar yenə polisə gəliblər, mübahisəniz nədir” dedikdə “onlar daş gətirmişdilər daşı tökməyə qoymadım buna görə mənimlə mübahisə etdilər” bildirmişdir. Təxminən iki saat keçdikdən sonra Arzu yenə zəng edib hadisə barədə soruşduqda Oruc və Səniybərin onu döymədiklərini bildirmişdir. Bundan sonrakı müddət ərzində aralarında heç bir mübahisə baş verməmişdir. xx xxxx 2020-ci il tarixdə, günorta təxminən saat 13-14 radələrində Arzu evin həyətinə gəlib sifət nahiyəsində cırmaq izlərini görüb nə baş verdiyini soruşduqda yenə də inkar edərək Səniybərin onu döymədiyini bildirmiş, bundan sonra Arzu maşını sürüb gedib Gər-Gər kəndindəki yanacaq doldurma məntəqəsində olarkən ona zəng edib evə buğda və kəpək almasını bildirmiş, Arzu onun sifariş verdiy məhsulları alıb gətirib evə boşaltmışdır. Sonra tövlədən quzunu çıxarıb qonşunun həyətində otarmağa aparmış, Arzu isə evdə qalmışdır. Təxminən 10-15 dəqiqə sonra qayını Orucun yaşadığı ev istiqamətindən qışqırıq səsləri gəldiyini eşidib geri nə baş verdiyini öyrənmək üçün geri qayıdarkən kiminsə qışqıraraq “Arzu vurdu” sözlərini dedikdə o “Anan ölsün, ay Arzu, həyatın puç oldu” deyib özündən getmişdir. Bir qədər sonra evin yuxarı hissəsinə keçən yolda həkimlərin ona tibbi yardım göstərdiklərini və həmkəndlilərinin oraya yığıldıqlarını görmüş, sonra polis əməkdaşları onu Gədəbəy rayon polis şöbəsinə aparmış, polis şöbəsində olarkən öyrənmiş ki, quzuları örüşə apardıqdan sonra Arzu Oruc və Səniybəri vuraraq xəsarət yetirmiş, Oruc aldığı xəsarətlərdən ölmüş, Səniybər isə xəstəxanaya aparılmışdır. Hadisə baş verən gün və əvvəlki tarixlərdə oğlu Təqsirləndirilən şəxs Oruc İsgəndərov və arvadı Səniybər İsgəndərovun arasında heç bir münaqişə və mübahisə olmamış, xx xxxx 2020-ci il tarixdə Oruc və Səniybərin onu döymələrini bilən Arzu Orucu qəsdən öldürmüş, Səniybərə isə xəsarətlər yetirmişdir. xx xxxx 2020-ci il tarixdə Arzu evin həyətinə gəldikdə sonuncunun əlində və üzərində bıçaq və ya hər hansı silah görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Oruc İsgəndərovu öldürəcəyi barədə ona əvvəlcədən heç bir söz deməmişdir. X49 və Səniybəri öldürəcəyini bilsəydi, heç vaxt buna imkan verməzdi. xx xxxx 2020-ci il tarixdə Oruc İsgəndərov və Zərərçəkmiş şəxs onu döyüb xəsarətlər yetirsələrdə Arzu bilməsin və narazılıq olmasın deyə rayon polis şöbəsinə bu barədə şikayət etməmiş, məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçməmişdir. Onun bu gün də Səniybər və Orucdan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və mərhum Oruc İsgəndərovu həmkəndlisi kimi tanıyır və uzun müddətdir qonşuluqda yaşamış, həmçinin mərhum Oruc İsgəndərov yeznəsi olmuşdur. Həmin şəxslərin hər ikisi ilə münasibəti normal olmuş və evləri arasındakı məsafə təxminən 500-600 metrdir. Arzunun atası İsmayıl İsgəndərov işləmək üçün Rusiya Federasiyasına getmiş, həmin vaxtdan X48 tək yaşayırdır. Belə ki, Arzunun işi ilə əlaqədar Gədəbəy şəhərində kirayədə yaşamış və müəyyən vaxtlarda ata evinə gedib-gəlmişdir. Arzunun evi ilə Orucun yaşadığı ev arxa-arxaya yerləşməklə evlərinin arasında olan məsafə təxminən 10-15 metrdir və Arzunun yaşadığı evə gedən yol Orucun evinin kənarından keçir. Təminən 25-30 il olar ki, Təqsirləndirilən şəxsla mərhum Oruc İsgəndərovun və onların ailə üzvlərinin arasında müxtəlif vaxtlarda məişət zəminində mübahisələr baş vermiş və hər iki ailə bir-birinə qarşı ədavətli olmuşdur. Son zamanlar Arzu ilə mərhum Orucun arasında sonuncunun evinin kənarından keçən yol üzərində mübahisə baş vermiş, mübahisəyə səbəb Arzunun yaşadığı evin həyətinə yağış suları yığıldığından Orucun evlərinə gedən yolu qazdırıb həmin yola suyun axıb getməsi üçün boru qoymaq istəməsi olmuş, lakin Oruc Arzunun yola boru qoydurmaq təklifi ilə razılaşmamış və yolun qazılmasına etiraz etmişdir. Həmin ərəfələrdə Oruc sözü gedən yola daş və qum tökdürmək istəsə də X48 buna etiraz etmişdir. Bu səbəbdən bir neçə müddətdir ki, Orucla Arzunun arasında olan mübahisə davam etmiş və hətta bəzən münaqişəyə çevrilmişdir. Arzu əmisi ilə danışaraq yolun qazılmasına görə bütün xərcləri özünün qarşılayacağını və əmisinin evinə heç bir zərər dəyməyəcəyini bildirsə də sonuncu onunla razılaşmamış və evinin kənarından keçməklə Arzunun yaşadığı evin həyətinə gedən eni təxminən 3-4 metr olan yolun qazılmasına qəti şəkildə etiraz etmişdir. Bu səbəbdən son zamanlar onların mübahisəsi ciddiləşmiş və hətta münaqişəyə çevrilmişdir. Belə ki, bacısı Səniybərdən eşitmiş ki, Arzu və anası Gülxar Orucla son vaxtlar tez-tez mübahisə edib qarşılıqlı olaraq bir-birilərini söyüb təhqir etmişdirlər. xx.xx.2020-ci il tarixdə təxminən saat 16-17 radələrində şəxsi təsərrüfatında saxladığı bir baş inəyi otarmaq üçün evindən çıxaraq bir qədər gəldikdə kimdənsə Orucun evinin yandığını eşitdikdə mərhumun evinə tərəf baxdıqda evdən tüstü çıxdığını görmüş və nə baş verdiyini öyrənmək üçün dərhal Orucun mobil telefonuna zəng etsə də sonuncu telefona cavab verməmişdir. Bundan sonra magistral yola çıxdıqda baldızı Şəlalə Allahverdiyeva mobil telefonuna zəng edərək “hardasan bacını dərədə qan apardı, tez özünü çatdır” demişdir. Bundan sonra dərhal mobil telefon ilə 103 xidmətinə zəng edərək bu barədə məlumat verib Şəlalənin dediyi yerə tərəf gedərək oraya çatdıqda bacısı Səniybərin yerdə uzanıqlı vəziyyətdə dərənin kənarında olduğunu görüb həyəcanlı halda yaxınlaşdıqda bacısının qol nahiyyəsinin yaralı olduğunu həmin hissədən və baş nahiyyəsindən qan axdığını görmüş, həmin vaxt oraya getdikdə həmkəndliləri Tamilə və baldızı Şəlalənin orada olduqlarını və Tamilənin Səniybərin baş nahiyyəsində olan qanı təmizlədiyini görmüşdür. Həmin vaxt təcili tibbi yardım əməkdaşları oraya çataraq onlarla birlikdə köməkləşib bacısını təcili tibbi yardım avtomobilinə qoyaraq Gədəbəy şəhərində yerləşən xəstəxanaya aparmış, xəstəxanada həkimlər bacısının vəziyyətinin ciddi olduğunu bildirərək onu təcili tibbi yardım avtomobili ilə Gəncə şəhərində yerləşən xəstəxanaya aparmışdır. Özünü pis hiss etdiyi üçün kəndə qayıtmış və həmkəndlilərindən Təqsirləndirilən şəxs Oruc İsgəndərovu və bacısını bıçaq və daşla vurmasını öyrənmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və mərhum Oruc İsgəndərovu həmkəndlisi kimi tanımış və onlarla uzun müddət qonşuluqda yaşamışdır. Hər ikisi ilə münasibəti normal olmuş və evləri arasındakı məsafə təxminən 400-500 metrdir. Təxminən 5-6 il olar ki, Arzunun atası işləmək üçün Rusiya Federasiyasına getmiş, həmin vaxtdan Arzu anası Gülxarla birlikdə özlərinə məxsus evdə yaşayırdı. Arzunun evi ilə Orucun yaşadığı evlər arxa-arxaya yerləşməklə evlərinin arasında olan məsafə təxminən 10-15 metr olmaqla Arzunun yaşadığı evə gedən yol Orucun evinin kənarından keçir. Əvvəllər dəfələrlə Təqsirləndirilən şəxsla mərhum Oruc İsgəndərovun və onların ailə üzvlərinin arasında müxtəlif vaxtlarda məişət zəminində mübahisələr baş vermiş və hər iki ailə bir-birinə qarşı ədavətli olmuşdur. Son zamanlar Arzu ilə mərhum Oruc arasında yol üzərində mübahisə baş vermiş, mübahisəyə səbəb Arzunun yaşadığı evin həyətinə yağış suları yığıldığından Orucun evlərinə gedən yolu qazdırıb həmin yola suyun axıb getməsi üçün boru qoymaq istəməsi olmuş, lakin Oruc Arzunun yola boru qoydurmaq təklifi ilə razılaşmamış və yolun qazılmasına etiraz etmişdir. Həmin səbəbdən bir neçə müddətdir Orucla Arzunun arasında olan mübahisə davam etmiş və hətta bəzən münaqişəyə çevrilmişdir. Arzu Orucla danışaraq yolun qazılmasına görə bütün xərcləri özünün qarşılayacağını və Orucun evinə heç bir zərər dəyməyəcəyini bildirsə də sonuncu onunla razılaşmamış və evinin kənarından keçən eni təxminən 3-4 metr olan yolun qazılmasına qəti etiraz etmişdir. Bu səbəbdən son zamanlar onların mübahisəsi ciddiləşmiş, o evinin həyətində və kənd ərazisində olarkən Arzunun ailə üzvlərinin Orucun ailə üzvləri ilə qarşılıqlı olaraq sözlə mübahisə etmələrini, bir-birlərinə nalayiq sözlər dediklərini eşitmişdir. xx.xx.2020-ci il tarixdə şəxsi işlərilə əlaqədar rayon mərkəzində olarkən yanğın söndürən avtomobilin yaşadığı kəndə doğru getdiyini görüb nə baş verdiyini bilmək üçün özünə məxsus avtomobillə yaşadığı evə gəlmiş, evə gələrkən yanğınsondürən avtomobilin Oruc İsgəndərovun yaşadığı evə tərəf qalxdığını və evin həyətinə çoxlu adamların toplaşdığını görüb avtomobilini evinin həyətində saxlayıb nə baş verdiyini öyrənmək üçün Orucun yaşadığı evə tərəf getdikdə yolda həmkəndlilərindən nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs Orucu və Səniybəri bıçaqladığını öyrənmişdir. Təqsirləndirilən şəxsla Oruc İsgəndərovun eləcə də onların ailə üzvlərinin aralarında tez-tez bir-biriləri ilə mübahisələri olmuş və bu barədə kənddə hamının məlumatı vardır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki,1996-2006-cı illərdə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının, Dəyirmandağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, 2006-cı ildə təqaüdə çıxmışdır. X5 həmkəndlisi kimi tanımış, sonuncunun yaşamış olduğu evlə onun evinin arasında məsafə təxminən 300-400 metrdir. Onun evinin həyətindən baxdıqda Oruc İsgəndərovun yaşamış olduğu evinin həyəti tam aydın görünür. Belə ki, onun evi Oruc İsgəndərovun yaşamış olduğu evinin yerləşdiyi təpə ilə üzbəüz digər təpənin ətəyində yerləşir. Oruc İsgəndərov təqaüdçü olmaqla fərdi qaydada öz həyətyanı sahəsində təsərrüfatla məşğul olmuşdur. X37 İsgəndərova ilə ailə həyatı qurmuş, onların birgə nigahından Humay adlı bir qız övladı vardır. Humay qonşu Gər-Gər kəndin sakini Əzim adlı şəxslə ailə həyatı qurmuşdur. X38 kəndində yerləşən evində arvadı Səniybər ilə birlikdə yaşamışdır. Oruc İsgəndərov sakit təbiətli bir insan olmuş, arvadı Zərərçəkmiş şəxs müsbət xarakterli insan olmadığı üçün qonşularla, o cümlədən öz qohumları ilə mübahisə etmişdir. Təqsirləndirilən şəxs da uşaq yaşlarından tanıyır, sonuncunun atası İsmayıl, anası isə Gülxardır. İsmayıl Orucun qardaşıdır. İsmayıl uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Gülxar isə heç yerdə işləmir, evdar qadındır, öz həyətində təsərrüfatla məşğul olur. İsmayıl öz qardaşı Orucla uzun müddət küsülü olmuş, dəfələrlə aralarında şəxsi münasibətlər zəminində dava-dalaş olmuşdur. İsmayıl Rusiya Federasiyasına getdikdən sonra isə sonuncunun arvadı Gülxarla qardaşı Oruc və sonuncunun arvadı Səniybər arasında mübahisə və münaqişələr davam etmişdir. Arzu Gədəbəy rayon polis şöbəsində polis nəfəri işləmişdir. Şahid4 Oruc İsgəndərov və sonuncunun arvadı Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq mübahisə və münaqişə etdikləri üçün Arzu bundan bezib Gədəbəy şəhərində kirayə ev tutub orada yaşamışdır. Arzunu sakit təbiətli bir insan kimi tanımış, kiminləsə dalaşdığını eşitməmiş və görməmişdir. O icra nümayəndəsi vəzifəsində çalışdığı dövrdə İsmayıl, Gülxar, Oruc və Səniybər dəfələrlə yanına gəlib birbirilərindən şikayətlər etmişlər. Belə ki, onların şikayətləri birbirinin həyətlərinə toyuqlarının keçib təsərrüfatlarına ziyan vurması, birbirlərini söyüb təhqir etməsi, hədələməsi və sair barədə olmuşdur. xx xxxx 2020-ci il tarixdə təxminən saat 15 və ya 16 radələrində evinin həyətində oturan vaxt qarşı təpədə, Orucun həyətindən qışqırıq səsləri eşitdikdə həmin istiqamətə baxarkən görmüş ki, Oruc İsgəndərov yaşamış olduğu evinin həyətindəki tövlə istiqamətində gəlir, arxasınca isə əlində yanan lopa olan Arzu irəliləyərək həmin lopanı qarşıda gedən Orucun belinə tutmuş və Orucun kürək nahiyəsi yanmağa başlamışdır. Oruc İsgəndərov səndələyə-səndələyə evin həyətindəki tövlənin qarşısından keçib kartof ləkinin arxasına yıxılmışdır. Həmin vaxt Orucun evinin üst sağ tərəfində adamların toplaşdığını görüb qışqırmış ki, «kömək eləyin qoymayın Oruc yansın». Bundan sonra Arzu əlində yanan lopa ilə geri Orucun evi istiqamətində getmiş, Arzunun orada nə etməsini görməmişdir. Bundan təxminən 2-3 dəqiqə keçmiş Səniybər cığırla qaçaraq onun evinin qarşısına gəldiyini görüb sonuncunun qolundan tutub saxlayıb nə baş verdiyini soruşduqda Səniybər həyəcanlı səslə «Arzu qırdı bizi» deyib yoluna davam etmişdir. Həmin vaxt Səniybərin sol qolundan qan axdığını və sonuncunun sağ əli ilə sol döşünün alt hissəsini tutub sıxdığını görmüşdür. Onlara getməsini Səniybərə nə qədər təkid etsə sonuncu getməyib yoluna davam edərək qaçıb getmişdir. Bundan təxminən 3 və ya 4 dəqiqə sonra Arzunun qaçaraq evinin qarşısından keçdiyini görüb qolundan tutub saxlayaraq sonuncuya yalandan “sən səhv istiqamətdəsən Səniybər aşağı yolla gedib” demiş, lakin həmin vaxt yerdə Səniybərin qanını görən Arzu ona inanmamış və «onsuzda sroka gedirəm» deyib əlindən dartılıb çıxaraq Səniybərin getdiyi istiqamətdə getmişdir. Lakin özü, onların arxasınca getməmiş, həmin vaxt həmkəndlisi Həsənov X34 gəldiyi istiqamətdən gəlib ona çatanda sonuncuya Arzu Səniybərin arxasınca getməsini demişdir. Bundan təxminən 5-6 dəqiqə sonra Arzu getdiyi istiqamətdən qayıdıb evinin qarşısından keçərək Orucun evi istiqamətində getdikdə Arzudan heç nə soruşmamışdır. Bir qədər sonra X26 yıxılıb qaldığı yerə çatdığını, çəpərin kənarından daş götürüb sonuncunun başına 1 dəfə vurduğunu, sonra isə çıxıb getdiyini görmüş, Arzunun haraya getməsini isə görməmişdir. Bu zaman geri Səniybərin getdiyi istiqamətə baxarkən uzaqdan görmüş ki, Qurudərə kəndi ərazisində dərə adlanan yerdə təcili yardım avtomobili dönüb gedir. Bundan sonra Şahid3 onun evinin yanından keçərkən nə baş verdiyini soruşduqda sonuncu cavab olaraq «gedəndə gördüm Arzu dizini qoyub Səniybərin sinəsinin üstünə daşla başına vurur. Mən Arzunu arxadan tutub Səniybərin sinəsinin üstündən qaldırdım və Arzu çıxıb getdi» demişdir. Sonra Orucun aldığı xəsarətlərdən ölməsini, arvadı Səniybər isə xəstəxanaya çatdırıldığı üçün sağ qalmasını, Arzunun isə polisə gedib təslim olmasını öyrənmişdir. Təqsirləndirilən şəxs X45u konkret olaraq hansı səbəbə görə öldürməsi, eləcədə sonuncunun arvadı Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onun evinin qarşısından keçərkən Arzunun əlində daş və ya bıçaq görməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 16 və ya 17 radələrində evinin həyətində olarkən qışqırıq və ağlaşma səsləri eşitmiş, baxarkən qışqırıq və ağlaşma səslərinin X17 həyətindən gəldiyini və sonuncunun evinin tüstülənməsini həmçinin Orucun evinin ətrafına çoxlu insanların toplaşdığını görmüşdür. Bundan təxminən 3 və ya 5 dəqiqə keçmiş Oruc İsgəndərovun arvadı Zərərçəkmiş şəxs qolundan qan axa-axa cığırla qaçaraq onların evinin qarşısından keçdiyini görmüşdür. Bu vaxt əri Şahid1 Səniybərə «dayan qolunu sarıyaq» desə də, Səniybər dayanmayıb «Dərə» adlanan yer istiqamətində qaçıb getmişdir. Bundan bir qədər sonra Arzu da qaçaraq onun evinin qarşısına gəldikdə əri İsgəndər Arzunu tutub saxlamaq istəsə də, sonuncu onun əlindən çıxıb Səniybərin getdiyi istiqamətə qaçmışdır. Bundan bir qədər sonra Orucun Arzu tərəfindən öldürüldüyünü eşitmişdir. Təxminən 5 və ya 6 dəqiqə sonra Arzunun onlarının evinin qarşısından keçib öz evi istiqamətində getdiyini görmüşdür. Bu zaman əri İsgəndər ona «get gör Arzu Səniybəri öldürüb, yoxsa Səniybər qızı giləmi gedib" demişdir. Belə olduqda o, piyada «Dərə» adlanan yerə getmiş və Səniybərin yolun ortasında yerdə uzanıqlı halda başından qan axmasını görmüşdür. O, dərhal Səniybərə çatıb onu oturtmuşdur. Səniybər ona üzünə su vurmasını söyləmiş, belə olduqda o, yolun qırağındakı yağış nəticəsində əmələ gəlmiş gölməçədən suyu əli ilə götürüb Səniybərin üzünü yumuşdur. Bu vaxt qonşular oraya toplaşmışlır, heç bir dəqiqə keçməmiş Səniybərin qardaşı Araz və təcili tibbi yardım maşını oraya gəlmiş və Səniybəri təcili yardım avtomobilinə mindirib xəstəxanaya aparmışlar. Səniybər həmin vaxt ona başqa hər hansı bir söz deməmişdir. Sonradan kənd camaatının sözlərindən eşidib bilmiş ki, Arzu Orucu öldürmüş, Səniybər vaxtında xəstəxanaya çatdırıldığı üçün sağ qalmış, Arzu isə polisə gedib təslim olmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, X28, Zərərçəkmiş şəxs və Orucun qardaşı İsmayılın oğlu Təqsirləndirilən şəxs həmkəndliləri kim tanıyır, habelə sonuncuların yaşadıqları evlə onun yaşadığı ev arasında məsafə təxminən 100 metrdir. Oruc İsgəndərov və qardaşı İsmayıl İsgəndərovun evləri qonşuluqda yerləşir. O, dəfələrlə Oruc, arvadı Səniybər, İsmayıl və sonuncun arvadı Gülxarın mübahisə və münaqişə etmələrinin şahidi olmuş, buna görə də hər iki ailə birbirini danışdırmamışdır. Onların mübahisələri çox hallarda birinin toyuğunun digərinin həyətinə keçib təsərrüfatına ziyan vurması, birbirilərinin həyətlərinə daş atmaları ilə bağlı olmuşdur. Məhz bu kimi cüzi səbəblərdən onların arasında dəfələrlə mübahisə və münaqişələr baş vermişdir. Təqsirləndirilən şəxs tərbiyəli, sakit təbiətli bir insan kimi tanımış, sonuncu heç vaxt əmisi ilə atası arasında baş verən mübahisələrə müdaxilə etməmişdir. Arzu polisdə işləmişdir. Arzu atası və əmisi arasında baş verən mübahisə və münaqişələrdən bezib Gədəbəy şəhərində ev tutub orada yaşamış, bəzi vaxtlarda valideynlərinə baş çəkmək üçün kəndə gəlib-getmişdir. Bir neçə dəfə Arzu anası Gülxara «gəl ev alıb buradan köçək» Gülxarın isə heç yerə getməyəcəyini deməsini eşitmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində evində olarkən səs-küy eşidib çölə çıxdıqda Səniybərin cığırla təpəyə Şahid1 evinə tərəf qaçdığını görmüşdür. Səniybər Şahid1 evinin qarşısına çatdıqdan təxminən 2 və ya 3 dəqiqə sonra Arzunun Səniybərin getdiyi istiqamətdə qaçdığını görmüş, bu zaman kənardan kimsə qışqıraraq «Qoymayın Arzunu saxlayın Səniybəri öldürəcək» deməsini eşitmişdir. Şahid1 Arzunu tutub saxlamaq istədikdə sonuncu İsgəndəri kənara itələyib qaçmışdır. Belə olduqda o qaçaraq İsgəndərin evinin qarşısına gəlmiş, sonunucu ona demiş ki, “get gör onlar haraya getdilər”. Bundan sonra o İsgəndərin evinin yanındakı yolla Qurudərə kəndi ərasizində yerləşməklə əhali tərəfindən «Dərə» adlandırılan yerə gəldikdə yolun orta hissəsində Arzunun dizini Səniybərin sinəsinə qoyub əlindəki daşla onun sifət nahiyəsinə zərbələr endirdiyini görüb dərhal yaxınlaşaraq Arzunu arxadan tutub kənara çəkmiş, lakin sonuncu sakitləşməyib əlindən dartılıb yerdə yaralı vəziyyətdə olan Səniybərin üstünə hücum edib vurmaq istəmiş və demiş ki, «məni burax Səniybəri öldürüm, bunlar mənim həyatımı puç ediblər». Lakin o Arzunu buraxmamış, belə olduqda sonuncu oradan çıxıb evləri istiqamətində getmişdir. Bundan sonra ətrafda olan qonşulardan kimsə təcili tibbi yardıma zəng etmiş və az sonra təcili tibbi yardım maşını gəlib Səniybəri xəstəxanaya aparmışdır. Sonradan öyrənmiş ki, Arzu Səniybərdən əvvəl əmisi Orucu öldürüb və yandırmış, həmçinin Arzu polis şöbəsinə gedib təslim olmuşdur. Hadisədən sonra kənddə sakinlərindən eşitmiş ki, hadisədən 2 gün əvvəl Oruc X48ın yaşadığı evin yanındakı yarğana daş doldurmaq istədikdə sonuncu ilə Oruc və Səniybər mübahisə edib Gülxarı döymüşdür. Bunu Arzu eşidib xx xxxx 2020-ci il tarixdə kəndə gəlib əmisi Orucu öldürüb, Səniybərə isə çoxsaylı xəsarətlər yetirmişdir. Səniybər İsgəndərovun getdiyi istiqamətdə Təqsirləndirilən şəxs qaçarkən sonuncunun əlində hər hansı əşyanın olmasına fikir verməmiş, «Dərə» adlanan yerə çatarkən ətrafda qadınların toplaşmasını görsədə həyəcanlı olduğu üçün ətrafda olan qadınların kimlər olmasına fikir verməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gədəbəy rayon prokurorluğuna ezam olunmuş Goranboy rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas Vasif Əhmədovun xx xxxx 2020-ci il tarixli təqririndən görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 17:30-da Gədəbəy rayon polis şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna Gədəbəy rayonunun Qurudərə kəndində yerləşən fərdi yaşayış evinin yandırılması, həmin evdə yaşayan X17 qəsdən öldürülməsi və Zərərçəkmiş şəxs isə xəsarət alması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gədəbəy rayonunun Qurudərə kəndində yerləşir. X21 məxsus ev iki mərtəbəli olmaqla mişar daşından tikilmişdir. Evin damı qırmızı rəngli şiferlə örtülmüşdür. Həmin evə gedən yolun sağ tərəfində Oruc İsgəndərovun qardaşı X10 məxsus fərdi yaşayış evi vardır. Yol ot və daşla örtülüdür və yağışın təsirindən torpaq islanmış vəziyyətdədir. İsmayıl İsgəndərova məxsus evin ətrafı dəmir torla çəpərlənmişdir. Oruc İsgəndərov və İsmayıl İsgəndərovun yaşadıqları ev istiqamətində gedən yolun kənarından başlamaqla İsmayıl İsgəndərovun həyətindən keçən yağış sularının təsirindən yaranmış yarğan vardır. Yolun kənarında yerləşən yarğanın başlanğıc hissəsinə yağış sularının axmasının qarşısının alınması məqsədilə dəmir lövhə qoyulmuşdur. Oruc İsgəndərova məxsus fərdi yaşayış evinin giriş qapısı və ikinci mərtəbənin həyətə baxan pəncərələri açıq vəziyyətdədir. Evin giriş qapısı dəmirdəndir və iki taylıdır. Həmin qapıdan evə daxil olduqda solda ikinci mərtəbəyə qalxan pilləkən vardır. Pilləkən taxta materialdandır. İkinci mərtəbənin birinci otağının giriş qapısı taxta materialdan olmaqla eni 1,1 metr, hündürlüyü 1,80 metrdir və iki taylıdır. Aynabənd kimi istifadə edilən bu otağın eni 2 metr, uzunluğu 2,2 metr, hündürlüyü isə 2,5 metrdir. Otağın divarları yanğının termiki təsirinə məruz qalmaqla döşəmənin üzərində, divarlarda otaqdakı çarpayının dəmirlərində his izləri aydın müşahidə edilir, bundan əlavə çarpayının altına toyuq lələkləri dağılmışdır. Otaqdakı pəncərələrin şüşələri açıq vəziyyətdədir. Birinci otaqdan ikinci otağa eni 1,10 metr, hündürlüyü 1,80 metr olan, iki taylı taxta qapıdan daxil olunur. İkinci otağın eni 3,80 metr, uzunluğu 9,10 metr, hündürlüyü isə 2,50 metrdir. Həmin otağın giriş qapısından daxil olduqda döşəmənin və üzərindəki xalçanın bir 25 sm-lik hissəsi, qapının qarşındakı pərdənin bir hissəsi qismən yanmış, otağın giriş qapısının çərçivəsi və divarları yanğının termiki təsirindən qaralmış, xalçanın üzərinə kül dağılmışdır. İkinci otağın başlanğıc tərəfindən iki taylı taxta qapıdan üçüncü otağa daxil olunur. Həmin otağın eni 3,10 metr, uzunluğu 4,25 metr, hündürlüyü isə 2,50 metrdir. Otağa eni 1,17 metr, hündürlüyü 1,83 metr olan iki taylı taxta qapıdan daxil olunur. Yanğın nəticəsində otağa hər hansı bir zədə dəyməmişdir. Üçüncü otağın sol tərəfində dördüncü otaq yerləşir. Həmin otağa eni 1,17 metr, hündürlüyü 1,83 metr olan iki taylı taxta qapıdan daxil olunur. Otağın eni 4,25 metr, uzunluğu 5,47 metr, hündürlüyü isə 2,50 metrdir. Yanğın nəticəsində həmin otağa hər hansı zədə dəyməmişdir. Evlə üzbəüz dayandıqda birinci mərtəbənin sağ tərəfində yerləşən otağın giriş qapısının qarşısında qanabənzər ləkələr vardır. Həmin otağın giriş qapısı taxta materialdan olmaqla 0,75 x 1,65 metr ölçüdədir. Otağın eni 3,20 metr, uzunluğu 4,90 metr, hündürlüyü 1,79 metrdir. Otaqda 1 ədəd masa, 3 ədəd stul, 1 ədəd çarpayı, 1 ədəd qaz sobası, 1 ədəd televizor və televizor altlığı, 1 ədəd elektrik sobası və elektrik sobası altlığı vardır. Otaq yanmaqla, divarları yanğının təsirindən hisə bulaşmışdır. Həmin otaqdan sol tərəfdə olan digər otağa 0,90 metr enində və 1,60 metr hündürlüyündə taxta qapıdan keçməklə daxil olunur. Həmin otağın qapısının çərçivəsində bir ədəd ümumi uzunluğu 37 sm, tiyəsinin uzunluğu 21 sm, taxta materialdan tutacağının uzunluğu 16 sm olmaqla, üzərində qanabənzər ləkələr olan bıçaq vardır. Qeyd olunan otağın eni 4,30 metr, uzunluğu 5,50 metr, hündürlüyü isə 1,89 metrdir. Həmin otağın sol tərəfdə yerləşən pəncərəsinin qarşısında masa vardır. Masanın üzəri, pəncərənin qarşısı və çərçivəsində qanabənzər ləkə vardır. Həmin otaqda yanğının əlamətləri, his izləri aşkar edilmədi. Evin birinci mərtəbəsindən çölə çıxıb sola döndükdə, səpələnmiş halda şüşə qırıqları, eləcə də yanmış və yunu səpələnmiş halda döşək aşkar olundu. Həmin hissəyə baxan evin pəncərələri açıq vəziyyətdədir. Sonra evin arxasına doğru 9 metr məsafədə irəlilədikdə ”Fonecam” markalı mobil telefon aşkar olundu. Həmin telefondan 7 metr məsafədə 1 ədəd armud ağacı vardır. Armud ağacından 5,5 metr məsafədə kartof bitkisinin əkildiyi sahədə X17 meyiti vardır. Meyitin baş tərəfinin yuxarısında qanabənzər ləkələrə bulaşmış daş, daşın ətrafında qan gölməçəsi vardır. Meyitin üzərindən benzin qoxusu gəlməklə, kürək nahiyəsi yanmış vəziyyətdədir. Evin arxa tərəfində tövlənin sağ tərəfindən yol keçir. Həmin yolla gedildikdə yolda qanabənzər ləkələr müşahidə edilir. Həmin yolla 1 km məsafə qət edildikdən sonra, Qurudərə kəndinə gələn əsas yoldan 600 metr məsafədə yerləşən «Dərə» adlandırılan yerdə qanabənzər ləkələr və iki ədəd qana bulaşmış daş parçası aşkar olundu. Həmin qanabənzər ləkənin diametri 0,80 metrdir. Baxışda iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Gədəbəy rayon Dövlət X15 rəisi, daxili xidmət polkovnik-leytenantı Qalib Qarayev bildirmişdir ki, Oruc İsgəndərova məxsus fərdi yaşayış evinin yanması ilə bağlı hadisə yerinə X15 əməkdaşları gələnədək yanğın söndürülmüşdür. Bundan sonra pambıq tampona hopdurulma yolu ilə Oruc İsgəndərovun meyitinin yaxınlığından, evin birinci mərtəbəsinin sağ tərəfində olan otağın giriş qapısının qarşısından, həmin otağın içərisindən keçilib ikinci otağın sol tərəfindəki pəncərəsinin qarşısından, evdən 1 km məsafədə yerləşən Dərə adlandırılan yerdəki qanabənzər ləkələrə bulaşmış torpaqdan nümunələr, evin birinci mərtəbəsində yerləşən 2-ci otağın qapısının çərçivəsindən aşkar olunmuş 1 ədəd bıçaq, Oruc İsgəndərovun meyitinin yanından aşkar olunmuş 1 ədəd daş, 1 ədəd mobil telefon, evdən 1 km məsafədə yerləşən Dərə adlandırılan ərazidə aşkar olunmuş üzərində qanabənzər ləkələr olan 2 ədəd daş götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və həmin protokla əlavə edilmiş fotoşəkillərdən görünür ki, müayinə olunan meyit kişi cinsi olub, düzgün bədən qurluşludur, uzunluğu 165 sm-dir. Əllə toxunduqda meyit soyuqdur. Meyit qacıması müayinə olunan əzələ qruplarında bir qədər zəif inkişaf etmişdir.Gövdənin arxa səthində zəif intensivli çəhrayımtıl rəngli meyit ləkələri vardır ki,barmaqla təzyiq etdikdə itir,2-3 dəqiqədən sonra əvəlki vəziyyətinə bərpa olunur. Başın tüklü hissəsində-sol alın-cigcah nahiyyəsində 2x0,7sm ölçüdə ətrafı qırmızımtıl qançırlı nahamar kənarlı yara vardır,yaradan əzilmiş baş beyin maddəsi xaricə çıxmışdır.Sol təpə-gicgah nahiyyəsində 4x0,8sm,1x0,4sm,sol gicgah nahiyyəsində 3x0,6sm ölçüdə nahamar kənarlı yara vardır.Başın ənsə və gicgah nahiyyələrinin tükləri ütülmüşdür.Sol qulaq seyvanın ön səthində 1x1sm ölçüdə nahamar kənarlı yara vardır. Göz qapaqları örtülüdür,bəbəklər dairəvi olub,0,7sm diametrindədir,ağlı qişaya qansızma yoxdur. Burun sümükləri əllədikdə tamdır.Ağzı yarı açıq vəziyyətdədir,dil ağız boşluğunda sərbəst yerləşir,üst sol 1-2-ci kəsici,sağ 1-ci kəsici.üst azı dişləri,alt kəsici dişlər,azı dişləri yerindədir,digər dişləri yerində yoxdur,diş yuvaları dolmuş və zədəsizdir.Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və qalınlıqdadır. Boyunun orta və aşağı üçdə birinin arxa səthində 10x7sm ölçüdə 2-ci dərəcəli yanıq sahəsi vardır. Döş qəfəsi silindirik olub, simmetrikdir.Döş qəfəsinin ön səthində-döş sümüyünün orta üçdə biri proyeksiyasında 2,4x0,5sm,1,6x0,5sm ölçüdə hamar kənarlı,daxilə keçməyən yara vardır.Sol 3-4cü qabırğa arası nahiyyədə 2,5x1 sm,sağ döş giləsindən 1,2sm sağa 1,4x0,6sm ölçüdə hamar kənarlı daxilə keçən yara vardır.Döş qəfəsinin arxa səthində-sol kürək nahiyyəsində 15x10sm,sağ 6-8-ci qabırğalar proyeksiyasında 12x4,6sm ölçüdə qırmızımtıl rəngli 2-ci dərəcəli yanıq sahəsi vardır. Qarnı qabırğa gövsü səviyyəsindədir, köpməmişdir.Xarici cinsiyyət üzvləri kişi tipli olub,düzgün inkişaf etmişdir.Arxa keçəcək dəliyi qapalıdır,ətraf dərisi təmiz və zədəsizdir. Yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, sümükləri əllədikdə tamdırlar.Sol dirsək oynağının ön səthində 1,2x0,5sm,sol saidin yuxarı üçdə birinin arxa səthində 3,5x1 sm ölçüdə hamar kənarlı yara vardır. Meyitin xarici müayinəsində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 285 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gədəbəy Rayon Dövlət X15 xx.xx.2020-ci il tarixli, 37/37-279 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2020-ci il tarixli yanğın haqqında ilkin aktdan görünür ki, Gədəbəy rayonu Dəyirmandağ kəndində yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində baş vermiş yanğın ilkin yanğınsöndürmə bölmələri çatana kimi qonşular tərəfindən söndürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs istintaqa könüllü olaraq cinayəti törədərkən istifadə etdiyi ümumi uzunluğu 25,5 sm, tiyəsinin uzunluğu 11 sm, dəstəyinin uzunluğu 14,5 sm ölçüdə 1 dəd açılıb-qatlanan bıçaq, hadisə zamanı əynində olmuş üzərində qanabənzər ləkələr olan 1 ədəd ağ rəngli köynək, üzərində qanabənzər ləkələr olan 1 ədəd tünd göy rəngli şalvar, tünd göy rəngli 1 ədəd uzunqol gödəkcə və üzərində qanabənzər ləkələr olan 1 ədəd ağ rəngli qolsuz mayka götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhər 3 saylı Təcili tibbi yardım xəstəxanasının cərrahiyyə şöbəsindən Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş üzərində qanabənzər ləkələr olan 1 ədəd tünd göy rəngli xələt, üzərində qanabənzər ləkələr olan çəhrayı rəngli 1 ədəd qısaqol gödəkcə və üzərində qanabənzər ləkələr olan 1 ədəd qara rəngli reytuz götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli Gədəbəy RPŞ-nin İTB-nin rəisi polis polkovnik-leytenantı Yaşar Hüseynov tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il saat 19:20 radələrində könüllü surətdə Gədəbəy rayon Polis Şöbəsinə gələrək yaşadıqları Qurudərə kəndində yol üstündə aralarında yaranmış mübahisə ilə bağlı əmisi X20 və onun həyat yoldaşı X9 qəsdən öldürdüyünü və özü könüllü polisə gəlib təslim olduğunu bildirdi. Təqsirləndirilən şəxs dərhal RPŞ-nin rəisi tərəfindən qəbul edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən xx xxxx 2020-ci il tarixdə X45 və sonuncunun arvadı Zərərçəkmiş şəxs onun anası Gülxarı döydüklərini, bu barədə eşidib xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində özü ilə iki ədəd 2 litrlik plastmas butulkada yanacaq məhlulu və cib bıçağını götürərək Oruc İsgəndərovun evinə getdiyini, evin birinci mərtəbəsinin sağ tərəfində olan otağın qarşısına gəldikdə əlindəki benzin butulkalarını yerə tullayaraq orada bıçaqla iki dəfə Zərərçəkmiş şəxs vurduğunu, sonra evin arxa tərəfində olan tövlənin yanındakı armud ağacının yanında bıçaqla 2-3 dəfə Oruc İsgəndərovu vurduğunu, zərbənin təsirindən sonuncunun yerə yıxıldığını, Zərərçəkmiş şəxs və Oruc İsgəndərova dəfələrlə bıçaqla vurduğunu, hirsli olduğundan zərbələrin sayıın dəqiq yadında qalmadığını, sonra gedib benzin olan butulkaları götürüb otağa çilədiyini və otağın içərisində olan stolun üzərindəki alışqanla oranı yandırdığını, otağa benzin tökərkən Zərərçəkmiş şəxs həmin otaqda və otağın qarşısında olmadığını, qalan benzini isə özü ilə gətirib Oruc İsgəndərovun üzərinə töküb həmin alışqanla yandırdığını, evin arxa pəncərəsinin açıq olmasını və Zərərçəkmiş şəxs oradan qaçmasını görüb dərhal onun arxası ilə tövlənin sağ kənar tərəfindəki yolla qaçdığını, ona çatıb yerdən daş götürərək Zərərçəkmiş şəxs qulağının dibinə vurduğunu, nəticədə sonuncunun yerə yıxıldığını, orada Zərərçəkmiş şəxs öldürmək məqsədilə sonuncunun başına 2-3 dəfə də daşla vurduğunu, sonra daşı yerə atıb gəldiyi yolla Oruc İsgəndərovun yanına getdiyini, həmin yerdən daş götürüb öldürmək məqsədilə bir dəfə də Oruc İsgəndərovun başına vurduğunu sonra həmin daşı Oruc İsgəndərovun yanına atıb çıxıb getdiyini bildirərək həmin yerləri əyani şəkildə göstərməklə ifadəsindəki xüsusatları dəqiqləşdirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, fərdi yaşayış evinin birinci mərtəbəsinin sol tərəfində yerləşən otağın giriş qapısından 3 metr məsafədən aşkar edilmiş üzərində qanabənzər ləkələr olan 1 ədəd qəhvəyi və qara rəngli gödəkçə, həmçinin evdən kül nümunəsi götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 4(042)-17/2020 saylı “Həbs qətimkan tədbiri seçilməsinə barədə “Gədəbəy rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, lifli materialların məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/1343 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, X17 və X7 geyim paltarlarının və hadisə yerindən götürülmüş geyim əşyasının üzərlərində kənar lif mikrohissəciləri vardır. Onların rəngi və təbiəti rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəcikərinin arasında, Təqsirləndirilən şəxs köynəyinin üzərindən tapılmış - tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Oruc İsgəndərovun gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər; - çəhrayi rəngli poliakril kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs jaketinin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmiş tünd boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Oruc İsgəndərovun şalvarının tərkib liflərinə uyğun gəlirlər. Sənubər İsgəndərovanın şalvarının üzərindən tapılmış göy rəngli poliester kimyəv liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Oruc İsgəndərovanın şalvarının üzərindən tapılmış göy rəngli polietster kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Hadisə yerində götürülmüş bir ədəd jaketin üzərində Təqsirləndirilən şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur, eləcə də Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində hadisə yerindən götürülmüş jaketinin tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/775;776 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, ümumi təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Təhqiqata təqdim edilmiş Oruc İsgəndərova məxsus gödəkçənin “a”, jaketin “a,b”, köynəyin “a,b”, Zərərçəkmiş şəxs məxsus donun, gödəkçənin və hadisə yerindən götürülmüş gödəkçənin üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Təqdim edilmiş Oruc İsgəndərova məxsus köynəyin üzərində olan “c, ç” zədələri fiziki qüvvənin təsiri nəticəsində yarana bilən cırılma zədəsidir. Təqdim edilmiş digər geyim əşyaları üzərində hər hansı bir zədə aşkar edilməmişdir. Təqdim edilmiş Oruc İsgəndərova məxsus gödəkçənin üzərindəki “b”, jaketin üzərindəki “c”, köynəyin üzərindəki “d”, mayka və alt şalvarının üzərində termik təsirdən yaranmağa xarakterik izlər vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli, 478 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, hadisə yerinə baxış keçirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi, Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən otağın divarları boya ilə boyanmış, tavanına DVP materialdan örtük vurulmuşdur. Otağın döşəməsi yanmış, divarları isə hisə bulaşmışdır. Otağın içərisində olan “Super Max” markalı televizor, taxta stolun üzərində olan masa 3x1,5 m ölçüdə olan masa örtüyü bir ədəd masa örtüyü, 1 ədəd çarpayı, çarpayının üzərində olan 1,5x2,20 m ölçüdə olan bir ədəd yorğan, 1,5x2,40 m ölçüdə olan bir ədəd döşək, 1,5x2,20 m ölçüdə olan adyal, 1 ədəd yastıq, 4 ədəd döşəkçə, 2 ədəd 1,5x1,2 m ölçüdə olan xalı, yorğab, yastıq və döşəküzü dəsti, ümumi sahəsi 5 m2 olan pərdə yanaraq istifadəyə yararsız hala düşmüşdür. Həmçinin otağın pəncərəsinin çərçivəsinə və divarlarına da yanğının termiki təsirindən zərər dəymişdir. İkinci mərətəbinin aynabənd otağının divarları boya ilə rənglənmiş, döşəmə və tavanına DVP materialdan örtük vurulmuşdur. Otağın divarları hisin təsirinə məruz qalmaqla 1,7x2,3 m ölçüdəki pəncərə şüşələri sınmış, çarpayının altında toyuq lələkləri yerə səpələnmiş, aynabəndin altında yerləşən birinci mərtəbənin giriş qapısının qarşısına yun səpələnmişdir. Dəhliz kimi istifadə edilən otağın döşəməsinin giriş qapısına yaxın hissəsinin, üzərindəki 5x4 m ölçüdə iki ədəd xalçanın müəyyən hissələri yanmış, xalçanın üzərinə kül qalıqları dağılmış, otağın pəncərə və qapısına asılmış, 16 m2 pərdə sökülmüş, otağın üzbəüz digər tərəfinin üzərində olan 1,5x2,20 m ölçüdə 1 ədəd yorğan, 1,5x2,40 m ölçüdə 1 ədəd döşək, 1,5x2,20 m ölçüdə yun materialdan 1 ədəd adyal, 1 ədəd yastıq dağılaraq istifadəyə yararsız hal düşmüşdür. Fərdi yaşayış evinin digər otaqlarına yanğın nəticəsində hər hansı ziyan dəyməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Gədəbəy RİHB-nın Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 364 nömrəli arayışdan görünür ki, Gədəbəy rayonu Qurudərə kənd sakini Təqsirləndirilən şəxs 1962-ci il təvəllüdlü X4ndan və 1965-ci il təvəllüdlü anası Şahid4 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Gədəbəy RİHB-nın Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, yanacaq və sürtkü materiallarının məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/1344 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, Oruc İsgəndərovun meyitinin əynindən götürülmüş paltarların və Sənubər İsgəndərovanın hadisə vaxtı əynində olmuş paltarların üzərlərində tezalışan neft məhsullarına (benzin, dizel və ya kerosinə) məxsus izlər vardır. Neft məhsulunun yüngül fraksiyaları buxarlanmaya və yüksək temperatura məruz qaldıqda tərkiblərində əsaslı dəyişikliklər baş verdiyindən həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 669/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta\H\(İİ).

2. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta\H\(İİ). 3. X17 ABO sistemi üzrə qrup göstəricisi: Abeta\H\(İİ). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus uzunqol köynək, şalvar, uzunqol gödəkçə və qolsuz mayka, Zərərçəkmiş şəxs məxsus uzunqol don, jilet və kalqotka, Oruc İsgəndərova məxsus şalvar, uzunqol kofta, qolsuz mayka, uzunqol jaket, alt şalvarı və uzunqol köynək, 03 ədəd daş parçası, qatlanan bıçaq, 03 ədəd gigiyenik çubuqlu pambıq tampon və torpaq hissələri üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri, Təqsirləndirilən şəxs qolsuz maykası, Zərərçəkmiş şəxs uzunqol donu və Oruc İsgəndərovun qolsuz maykası üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxs(lər)ə, o cümlədən Oruc İsgəndərova, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs (əgər son iki nəfərdə hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olmuşdursa) məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə yanğın-texniki ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 10/1668 nömrəli rəyindən görünür ki, Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin ikinci mərtəbəsinin birinci otağının daxilində olmuş, lakin inkişaf etməmişdir. Yanğının qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni mənbə zonasında olan yanar materialların üzərinə tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) tökülməsi və sonuncunun kənardan gətirilmiş alışdırıcı mənbənin (alışqanın və ya kibrit alovunun) təsirindən alışması nəticəsində baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tikinti-texniki obyektlərin ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 10/1667 nömrəli rəyindən görünür ki, Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən fərdi yaşayış evində yanğın zamanı yaranmış qusurların aradan qaldırılması üçün aparılmalı təmir tikinti işlərinin hazırda mövcud olan bazar qiymətilərinə uyğun dəyəri təqribən 686,4 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 11 nömrəli rəyindən görünür ki, X3 meytinin bədənində aşkar edilmiş xəsarətlər – başın əzilmiş yaraları ilə müşaiyyət olunan (4 ədəd) açıq kəllə - beyin travması, kəllə qapağı sümüklərinin çox qəlpəli sınığı, baş beyinin əzilməsi, sol qulaq seyvanın əzilmiş yarası KÜT əşyaların, döş qəfəsinin daxilə keçən (2 ədəd) deşilmiş-kəsilmiş yarası, sağ 3-cü qabırğanın kəsilməsi, sağ ağ ciyərin zədələnməsi ilə müşaiyət olunan daxili qan axma, döş qəfəsinin daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları (2 ədəd), sol dirsək oynağının, sol saidin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyaların təsirindən, boyunun, döş qəfəsinin arxa səthinin 2-ci dərəcəli termiki yanığı alovun təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər həyati olmaqla mərhumun ölümündən az əvvəl törənmişlər. Qeyd olunan xəsarətlərdən açıq kəllə-beyin travması, kəllə qapağı sümüklərinin çox qəlpəli sınığı, baş beyinin əzilməsi, döş qəfəsinin daxilə keçən (2 ədəd) deşilmiş-kəsilmiş yarası, sağ 3-cü qabırğanın kəsilməsi, sağ ağ ciyərin zədələnməsi ilə müşaiyət olunan daxili qan axma həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə, digər xəsarətlər isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda götürüldükdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdirlər. X3 ölümünə bilavasitə səbəb açıq kəllə byein travması, baş beyinin əzilməsi olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinə əsasən demək olar ki, meyitin müayinəsindən (meyitxanada) 4-6 saat əvvəl müddətə baş vermişdir. Mərhumun meytinin bədənində aşkar edilmiş xəsarətlərlə onun ölümü birbaşa səbəbli əlaqəlidir. X3 meytinin bədəni üzərində aşkar edilmiş xəsarətlərin qarşılıqlı mübarizə zamanı törənə bilmələri inkar edilmir. X3 meytindən götürülmüş qanının məhkəmə-kimya analizi nəticəsində etil spirti və ya hər hansı bir narkotk maddə aşkar edilməmişdir. X3 meytinin bədəni üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş yaraların ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də bu tip konstruksiyalı digər deşici-kəsici əşyaların təsirindən, mərhumun baş nahiyyəsində aşkar edilmiş xəsarətlərin isə ekspertizaya təqdim edilmiş daşla yetirilə bilmələri inkar edilmir. X3 bədənində aşkar edilmiş az sahəni əhatə edən 2-ci dərəcəli termiki yanıqlar ölməmişdən əvvəl törədilmiş və almış olduğu termiki yanıqların onun ölümü ilə səbəbli əlaqəsi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 651 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın əzilmiş yaraları ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ yanağın əzilmiş yarası ilə müşaiyət olunan sol almacıq qövsünün, sol almacıq sümüyünün alın çıxıntısının, sol almacıq sümüyünün bayır çıxıntısının sınığı və burunun əzilmiş yaraları küt əşyaların, sağ saidin, sol bazunun, sağ süd vəzisinin, sağ sağrının deşilmiş-kəsilmiş yaraları, qarının daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən başın əzilmiş yaraları ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, bunun əzilmiş yaraları, sağ sağrının deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ yanağın əzilmiş yarası ilə müşaiyət olunan sol almacıq qövsünün, sol almacıq sümüyünün alın çıxıntısının, sol almacıq sümüyünün bayır çıxıntısının sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddirlər, digər xəsarətlər isə birlikdə, istərsə də ayrı- ayrılıqda götürüldükdə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində – başında, sağ almacıq nahiyyəsində və burnunda aşkar edilmiş xəsarətlərin ekspertizaya təqdim edilmiş daşlarla, eləcə də bu tip küt əşyaların, sağ saidin, sol bazunun, sağ süd vəzisinin, sağ sağrının deşilmiş-kəsilmiş yaraları, qarının daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də bu tip konstruksiyalı digər deşici-kəsici əşyaların təsirində törənə bilmələri inkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “X16”-nın xx xxxxxxx 2020-ci il tarixli 1044 nömrəli məktubundan görünür ki, Gədəbəy rayonu Qurudərə kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X16nda qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Respublika Psixiatriya Xəstəxanası” X47 daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli 7014 nömrəli məktubdan görünür ki, Gədəbəy rayonu Qurudərə kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmayıbdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Gədəbəy rayon Mərkəzi Xəstəxanası”-nın xx xxxxxxx 2020-ci il tarixli 345 nömrəli məktubundan görünür ki, Gədəbəy rayonu Qurudərə kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji xəstəliklərin qeydiyyatında durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Gədəbəy rayon Mərkəzi Xəstəxanası”-nın xx xxxxxxx 2020-ci il tarixli 345 nömrəli məktubundan görünür ki, Gədəbəy rayonu Qurudərə kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliklər qeydiyyatında durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş kompleks məhkəmə-psixiatrik və ambulator məhkəmə psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 561/254 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicətədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlərlə münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 9/3992 nömrəli rəyindən görünür ki, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən, ekspertiza təyini haqqında qərarda qeyd edilən istifadədə olmuş 14 adda malların 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 944,00 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 158 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020ci il tarixli, 580 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd əməldən əvvəl, həmin əməl törədilərkən və hazırki ekspertiza zamanı “Mərkəzi sinir sisteminin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində ifadə olunmuş şəxsiyyət dəyişiklikliyi, mnestik pozuntularla xbt-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi” keçirmişdir və keçirir. Zərərçəkmiş şəxs “Mərkəzi sinir sisteminin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində ifadə olunmuş şəxsiyyət dəyişiklikliyi, mnestik pozuntularla xbt-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi” keçirməsinə baxmayaraq, ona qarşı törədilmiş qanunazidd əməlləri tam həcmdə başa düşməsə də, o, konkret olaraq həmin əməlləri düzgün qavrayaraq həmin hadisə barəsində düzgün ifadə verə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X28 barəsində təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 620 nömrəli rəyindən görünür ki, X1 “Baş beyin travması nəticəsində şəxsiyyətin ifadəli emosional davamsız tip pozuntusu xbt-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi” keçirmişdir. X1 “Baş beyin travması nəticəsində şəxsiyyətin ifadəli emosional davamsız tip pozuntusu xbt-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi” keçirməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə olduğundan o, hadisə zamanı ona qarşı edilən qanunsuz hərəkətlərin faktiki xarakterini qavramaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əlavə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020ci il tarixli, 399 nömrəli rəyindən görünür ki, mərhum X21 məxsus Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən fərdi yaşayış evinin içərisində olan əşyalarla birlikdə xx xxxx 2020-ci il tarixədək orta bazar qiyməti ilə ümumi təqribi dəyəri 25.308,00 manat məbləğində müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə yanğın-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 10/4186 nömrəli rəyindən görünür ki, Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin birinci mərtəbəsində sol tərəfdə və ikinci mərtəbəsində sayca birinci yerləşən otaqların daxilində olmuş, lakin hər iki otaqda yanğın inkişaf etməmişdir. Yanğının evin birinci və ikinci mərtəbəsində olmaqla olmaqla bir-birindən müstəqil əlaqəsiz zonalarda yaranmasını nəzərə alaraq, yanğın qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni mənbə zonalarında olan yanar materialların üzərinə tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) tökülməsi və sonuncunun kənardan gətirilmiş alışdırıcı mənbənin (alışqanın və ya kibrit alovunun) təsirindən alışması nəticəsində baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4, 29, 120.2.7 və 29, 186.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsinə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.9, 120.2.10, 134, 157, 221 və 228-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilməsinə və bu barədə cinayət işindən material ayrılaraq rayon prokurorluğunun arxivində saxlanılmasına, hadisə yerinə baxış keçirilərkən pambıq tampona hopdurulma yolu ilə götürülmüş nümunələr, Oruc İsgəndərovun meyitinin yanından aşkar olunaraq götürülmüş 1 ədəd daş, Dərə adlandırılan ərazidə aşkar olunaraq götürülmüş 2 ədəd daş, hadisə yerinə təkrar baxış keçirilərkən götürülmüş 1 ədəd qəhvəyi və qara rəngli gödəkçə, kül nümunəsi, şübhəli şəxs Təqsirləndirilən şəxs istintaqa könüllü olaraq təqdim etdiyi ümumi uzunluğu 25,5 sm, tiyəsinin uzunluğu 11 sm, dəstəyinin uzunluğu 14,5 sm ölçüdə olan 1 ədəd açılıb-qatlanan bıçaq, 1 ədəd ağ rəngli köynək, 1 ədəd tünd göy rəngli şalvar, tünd göy rəngli 1 ədəd uzunqol gödəkcə, 1 ədəd ağ rəngli qolsuz mayka, Gəncə şəhər 3 saylı Təcili tibbi yardım xəstəxanasının cərrahiyyə şöbəsindən götürülmüş Zərərçəkmiş şəxs məxsus 1 ədəd tünd göy rəngli xələt, çəhrayı rəngli 1 ədəd qısaqol gödəkcə, 1 ədəd qara rəngli reytuz, zərərçəkmiş şəxs X17 hadisə zamanı əynində olmuş 1 ədəd qəhvəyimtil rəngli şalvar, 1 ədəd tünd göy rəngli uzunqol jaket, 1 ədəd boz rəngli uzunqol gödəkcə, 1 ədəd ağ və göy zolaqları olan uzunqol köynək, 1 ədəd ağ rəngli mayka və 1 ədəd boz rəngli pijama iş üzrə maddi sübut kimi tanınmasına, cinayət işinin materiallarında X11-Zərərçəkmiş şəxs kimi tanınaraq oxunmasına dair qərar qəbul edilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4, 29, 120.2.7 və 29, 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4, 29, 120.2.7 və 29, 186.2.2-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına fəal köməklik etməsini Azərbaycan Respublikası CM-in 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bununla bərabər məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın ilk 01 (bir) ili həbsxanada, qalan hissəsi isə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkməklə sosial ədalətin bərpasına, cinayət məcəlləsinin ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə və Arzu İsmayılovun islah olunmasına nail olmaq olar. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx xxxx 2020-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Gədəbəy rayon Prokurorluğunda saxlanılan hadisə yerinə baxış keçirilərkən pambıq tampona hopdurulma yolu ilə götürülmüş nümunələr, Oruc İsgəndərovun meyitinin yanından aşkar olunaraq götürülmüş 1 ədəd daş, Dərə adlandırılan ərazidə aşkar olunaraq götürülmüş 2 ədəd daş, kül nümunəsi, şübhəli şəxs Təqsirləndirilən şəxs istintaqa könüllü olaraq təqdim etdiyi ümumi uzunluğu 25,5 sm, tiyəsinin uzunluğu 11 sm, dəstəyinin uzunluğu 14,5 sm ölçüdə olan 1 ədəd açılıb-qatlanan bıçaq məhv edilməli, 1 ədəd qəhvəyi və qara rəngli gödəkçə, 1 ədəd ağ rəngli köynək, 1 ədəd tünd göy rəngli şalvar, tünd göy rəngli 1 ədəd uzunqol gödəkcə, 1 ədəd ağ rəngli qolsuz mayka, Gəncə şəhər 3 saylı Təcili tibbi yardım xəstəxanasının cərrahiyyə şöbəsindən götürülmüş Zərərçəkmiş şəxs məxsus 1 ədəd tünd göy rəngli xələt, çəhrayı rəngli 1 ədəd qısaqol gödəkcə, 1 ədəd qara rəngli reytuz, zərərçəkmiş şəxs X17 hadisə zamanı əynində olmuş 1 ədəd qəhvəyimtil rəngli şalvar, 1 ədəd tünd göy rəngli uzunqol jaket, 1 ədəd boz rəngli uzunqol gödəkcə, 1 ədəd ağ və göy zolaqları olan uzunqol köynək, 1 ədəd ağ rəngli mayka və 1 ədəd boz rəngli pijama qanuni sahiblərinə qaytarılmalı, qəbul etməkdən imtina edildiyi halda məhv edilməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 1075,50 (bir min yetmiş beş manat əlli qəpik) məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPMnin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə x xxx 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4, 29, 120.2.7 və 29, 186.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4, 29, 120.2.7 maddələri ilə 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzanın ilk 01 (bir) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Gədəbəy rayon Prokurorluğunda saxlanılan hadisə yerinə baxış keçirilərkən pambıq tampona hopdurulma yolu ilə götürülmüş nümunələr, Oruc İsgəndərovun meyitinin yanından aşkar olunaraq götürülmüş 1 ədəd daş, Dərə adlandırılan ərazidə aşkar olunaraq götürülmüş 2 ədəd daş, kül nümunəsi, şübhəli şəxs Təqsirləndirilən şəxs istintaqa könüllü olaraq təqdim etdiyi ümumi uzunluğu 25,5 sm, tiyəsinin uzunluğu 11 sm, dəstəyinin uzunluğu 14,5 sm ölçüdə olan 1 ədəd açılıb-qatlanan bıçaq məhv edilsin, 1 ədəd qəhvəyi və qara rəngli gödəkçə, 1 ədəd ağ rəngli köynək, 1 ədəd tünd göy rəngli şalvar, tünd göy rəngli 1 ədəd uzunqol gödəkcə, 1 ədəd ağ rəngli qolsuz mayka, Gəncə şəhər 3 saylı Təcili tibbi yardım xəstəxanasının cərrahiyyə şöbəsindən götürülmüş Zərərçəkmiş şəxs məxsus 1 ədəd tünd göy rəngli xələt, çəhrayı rəngli 1 ədəd qısaqol gödəkcə, 1 ədəd qara rəngli reytuz, zərərçəkmiş şəxs X17 hadisə zamanı əynində olmuş 1 ədəd qəhvəyimtil rəngli şalvar, 1 ədəd tünd göy rəngli uzunqol jaket, 1 ədəd boz rəngli uzunqol gödəkcə, 1 ədəd ağ və göy zolaqları olan uzunqol köynək, 1 ədəd ağ rəngli mayka və 1 ədəd boz rəngli pijama qanuni sahiblərinə qaytarılsın, qəbul etməkdən imtina edildiyi halda məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 1075,50 (bir min yetmiş beş manat əlli qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Elmin Rüstəmov

2. Faiq Mahmudov

3. Xəqani Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar