Məhkəmə qərarları › İş №1(100)-147/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-147/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-147/2022 17.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 3-da qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 3765,86 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib 3750 qramını Gəncə şəhər, Nizami rayonu, M.Hacıyev küçəsində yerləşən üç mərtəbəli yarımtikilidə, 15,86 qramını isə üzərində saxlamaqla daşımış, 28 avqust 2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Vaqif küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 1 ədəd “Freedom” markalı siqaret qutusunun içərisində olmaqla 15.86 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin 28 avqust 2021-ci il tarixdə Gəncə şəhər, Nizami rayonu, M.Hacıyev küçəsində yerləşən üç mərtəbəli yarımtikiliyə baxış keçirilərkən həmin yarımtikilinin birinci mərtəbəsində yerləşən otaqdan 1 ədəd sintetik kisədə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, 3750 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bir iki dəfə narkotik vasitə istifadə etmişdir. Buna görə də, iki dəfə məhkum olunmuşdur. 28 avqust 2021-ci il tarixdə günortadan sonra o, evdən çıxıb mağazaya gedərkən yolda mülki geyimdə iki nəfər yaxınlaşaraq qolunu burub onu avtomobilə otuzdurmuşlar. Həmin şəxslər özlərini təqdim etməyərək onu nalayiq ifadələrlə təhqir edərək onu Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişdir. O, orada bilmişdir ki, həmin şəxslər polis əməkdaşlarıdır. Onu Polis İdarəsinə nəyə gətirdiklərini soruşduqda onu nalayiq ifadələrlə təhqir edərək bir azdan görəcəyini bildirmişdir. Bundan sonra onu Xanlar Məmmədovun otağına aparmışlar. Orada ona işgəncə verərək içərisində narkotik olan kisəni göstərərək həmin kütlənin onun olduğunu demişlər. O, onun olmadığını dedikdə Xanlar və Şahin ona işgəncə verərək həmin kütlənin onun olduğunu, yoxsa onu kameraya çəkəcəklərini, yoxsa ona “dubinka” “butulka” soxacaqlarını demişlər. O, da məcbur qalıb həmin narkotik vasitənin onun olduğunu demişdir. Daha sonra onu təhqiqatçının otağına aparmışlar. Özləri bir siqaret qutusunu onun cibinə qoymuşlar ki, guya həmin kütlə də onun üstündən çıxıb. Özləri telefonla çəkiliş etmişlər. Sonra təxminən 10-15 nəfər birlikdə yarımtikiləyə getmişlər. Onlar əllərində gətirdikləri torbanı yarımtikiliyə qoymuşlar. Ona da, həmin kütləni onun Kür çayının qırağından yığdığını və orada qurudaraq saxladığını demişlər. Həmin içərisində nə olduğunu bilmədiyi kütləni çəkilişlə oradan götürmüşlər. O, təzyiq altında olduğu üçün şəxsi axtarış və götürmə, həmçinin axtarış və götürmə zamanı həmin narkotik vasitənin özünün olduğunu bildirmişdir. Onun gözlə görünən xəsarəti olmamış və ona görə də ekspertizadan keçməmişdir. Polis əməkdaşları tərəfindən edilmiş təsir və təzyiq nəticəsində məcbur olub, həmin narkotik vasitənin ona məxsus olmasını bildirmiş və etirafedici ifadələr vermişdir. O, ümumiyyətlə heç vaxt narkotik vasitə satmamış, heç kimə də verməmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs sözügedən ifadədə göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayırm. Bir iki dəfə narkotik vasitə istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri Vaqif küçəsində yaşadığı evin yaxınlığında olarkən mülki geyimdə 3 nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Sonra onlar ona Gəncə şəhər BPİ-nə gəlməyi üçün onu dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmişdir. İdarənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyim, əgər seçməkdə tərəddüd edirəsə bu gün növbətçi vəkilin yardımından istifadə edə biləcəyi bildirilmişdir. O, təqdim olunmuş vəkillərin siyahısından X8 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X14 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. O, da onlara üzərində olan 1 ədəd “freedom” siqaret qutusunun içərisində olan kütləni təqdim etmişdir. Həmin kütlənin içərisində narkotik vasitə olan marixuana müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 22,62 qram olmuşdur. Sorğu zamanı o, həmin kütlənin marixuana olduğunu və ona məxsus olduğunu, həmin kütlədən istifadə etdiyini, onu Tovuz rayonunda Kür çayı sahilindən topladığını, həmin narkotik vasitədən heç kimə satmadığını, həmin kütlədən qeyri-yaşayış binasında saxladığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, sonra zərfə qoyularaq 91 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra qeyd etdiyi Muxtar Hacıyev küçəsində qeyri-yaşayış binasında saxladığı narkotik vasitəni götürməyə getmişlər. Orada ona bildirmişlər ki, həmin kütləni təqdim etsin. O, da həmin binanın 1-ci mərtəbəsindəki otaqların birində saxladığı və gizləmək üçün üzərini dam örtükləri ilə örtdüyü kisədə olan marixuananı təqdim etmişdir. O, bir daha bildirmişdir ki, həmin kütləni Tovuz rayonunda Kür çayı sahilindən toplamış və yalnız öz istifadəsi məqsədilə onu saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını və həmin binada qurutduğunu bildirmişdir. Bundan sonra qeyri-yaşayış binasından aşkar edilmiş kisədə olan narkotik vasitə olan marixuana qablaşdırılmış və 91 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Həmin narkotik vasitələrin ona məxsus olduğunu, onları şəxsi istifadəsi üçün üzərində və həmin yarımtikilidə saxladığını, bir müddət əvvvəl həmin narkotik vasitəni Tovuz rayonundan yığıb şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. O, Gəncə şəhər BPİ-yə gətirilən zaman ona polis əməkdaşları tərəfindən heç təzyiq olmamışdır. O, ümumiyyətlə heç vaxt narkotik vasitə satmamış,heç kimə də verməmişdir. Onun istifadəsində uzun müddətdir ki, heç bir mobil nömrə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 2003cü ildən X9 xidmət edir, hazırda isə Gəncə şəhər BPİ-nin CAİ-nin rəis müavini vəzifəsində xidmətini davam etdirir. Ona, Gəncə şəhəri, Vaqif küçəsində yaşayan “İquş” ləqəbli İbrahim adlı şəxsin mütamadi olaraq narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və yaşadığı evdə saxlaması, istifadə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində həmin şəxsin ünvan 4 ünvanında yaşayan, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəinin 8-ci bəndini, həmin maddənin 4-cü və 5-ci hissələrini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CAİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və CAİ-nin kiçik inspektoru, polis serjantı Şahid4 ibarət olmuşdur. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar Baş İdarə rəhbərliyinə məruzə edilərək, Baş İdarə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 28 avqust 2021-ci il tarixdə saat 19 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitələrin qəbulunda, satmasında və üzərində gəzdirməkdə şübhəli olan Qocayev X1, yaşadığı evin yaxınlığında yeri müəyyən edilmişdir. Həmin vaxt onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Gəncə şəhər BPİ-nə gətirmişlər. İdarədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və X6 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl üzəində qanunla qadağan olunmuş narkotik vasitə və ya hər hansı digər cinayət xarakterli əşya və ya predmet olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmişdir. Axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Freedom” siqaret qutusunun içərisində olan kütləni çıxardaraq təqdim etmişdir. Həmin bükülünün narkotik vasitə olan marixuana olduğunu, bükülünün ona məxsus olduğunu, Tovuz rayonunda Kür çayının sahilindən özünün topladığını, istifadə etmək üçün üzərində gəzdirdiyini, həmin kütlədən istifadə etdiyini, həmin kütlədən heç kimə satmadığını və həmin kütlədən qeyri-yaşayış binasında əlavə olaraq saxladığını bildirmişdir. Sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, onun üzərində başqa heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Freedom” siqaret qutusunun içərisində olan kütlə iştirakçıların yanında açılmış, həmin qutunun içərisində ilk baxışdan narkotik vasitə olan “marixuana”ya oxşar kütlə olması müəyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 22,62 qram olmuşdur. Həmin kütlə onun, digər iştirakçıların və müdafiəçinin yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı video kamera ilə çəkilmişdir. Bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğu onun. iştirakçıların, müdafiəçinin və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananın bir hissəsini saxladığı qeyriyaşayış binasının olduğu ünvana yola düşülmüşdür. Daha sonra Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən “Metro” marketin arxasında yaşayış binasının yaxınlığında yaşayış olmayan qeyri-yaşayış binasına baxış keçirilməsinə başlanmışdır. Həmin binada yaşayış, qapı və pəncərə olmamışdır. Bina yalnız beton piltələrdən ibarətdir. Binaya daxil olub 4-5 ədəd pilləkən qalxdıqdan sonra sol tərəfdə boş otaqlar olmuşdur. Təqsirləndirilən şəxs həmin otağın mərkəzində narkotik vasitə olan marixuana saxladığını bildirmişdir. Onlar həm otağa daxil olmuşlar. Otağın yuxarı hissəsində dam örtüklərinin altında bir ədəd kisə olmuşdur. Təqsirləndirilən şəxs həmin kisəni təqdim etmişdir. Kisəyə baxış zamanı ilk baxışdan kəskin qoxulu, spesifik iyə malik, yaşılımtıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, üzərində aşkar edilən kütlə ilə eyni olduğunu, Tovuz rayonu Kür çayının sahilindən yığdığını bildirmişdir. Həmin narkotik vasitədən özü istifadə etdiyini, həmin kütlədən heç kimə satmadığını, həmin narkotik vasitəni qeyd olunan qeyri-yaşayış obyektində qurutduğunu, bundan başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılmış, elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 3 kiloqram 830 qram olmuşdur. Bundan sonra narkotik vasitə olan marixuanaya bənzər kütlə qabaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitlərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 Rəmiyyəddin oğlu və Şahid4 ifadəsində X2 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təstiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişidr ki, o, yuxarıda göstərilən ünvanda anası və qardaşı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Onun İbrahimlə normal münasibətləri var. Heç bir ədavət və düşmənçiliyi yoxdur. İbrahim ailəlidir, iki azyaşlı övladı var. Heç bir yerdə işləmir. Ailə üzvləri ilə birlikdə kirayədə qalır. O, İbrahimin əvvəllər narkotik vasitə istifadə etdiyini hiss etmişdir. Lakin onun heç vaxt narkotik vasitə istifadə etdiyini və satdığını görməmişdir. O, həyat yoldaşı Tahir də təxminən 14 il bundan qabaq narkotik vasitələrin alqı-satqısına görə həbs olunduğunu və hal-hazırda da həbsdə olduğunu qeyd etmişdir. Böyük oğlu Arzuman da keçən il külli miqdarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğu üçün həbs edilmiş və barəsində məhkəmə hökmü ilə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hal-hazırda cəzasını çəkir. 2021-ci il avqust ayında İbrahim ağrıları olduğu üçün müalicə götürürmuş və sistem qoydurmuşdur. 28 avqust 2021-ci il tarixdə İbrahim onlara gəlmişdir. Günortadan sonra axşama tərəf onlar sistem qoydurmaq üçün tibb bacısı çağırmışlar. Sistem qoyulan zaman İbrahim mağazaya sok almaq üçün getmək istədiyini bildirmiş və evdən çıxmışdır. O, nə qədər gözləsə də İbrahim geri qayıtmamışdır. O, narahat olub onunla maraqlanmağa başlamışdır. İbrahimin tanışlarından soruşsa da ondan xəbər çıxmamışdır. Bir də saat təxminən 20 radələrində polisdən ona xəbər verərək İbrahimin narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün tutulduğunu bildirmişlər. Bundan sonra onun İbrahimin harada olmağından məlumatı olmuşdur. O, İbrahimin narkotik vasitə istifadə etdiyini bilsə də onun narkotik vasitə satması barədə məlumatı olmamışdır. O, heç vaxt İbrahimin üzərində və ya yaşadıqları evdə narkotik vasitə görməmişdir. O, İbrahimin uzun müddətdir ki, mobil telefon işlətmədiyini və onun istifadəsində mobil nömrə olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci iil tarixli “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” qərardan görünür ki, həmin cinayət işi Təqsirləndirilən şəxs barəsində 29 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanılaraq icraatıma qəbul edilməklə istintaq aparılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 28 avqust 2021-ci il tarixdə19 radələrində Gəncə şəhər Vaqif küçəsində,yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nə gətirilmiş, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 3 kiloqram 765.86 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuanadan 15.86 qramı üzərində olan höy rəngli cins şalvarın sol yan cibində olan siqaret qutusunun içərisindən aşkar edilərək götürülməsi, Təqsirləndirilən şəxs göstərdiyi Gəncə şəhər M.Hacıyev küçəsində yerləşən,ona məxsus olmayan yarımtikiliyə baxış keçirilən zaman isə ağ rəngli torbadan ümumi çəkisi 3 kiloqram 750 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülməsi ilə bağlı toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəməbioloji ekspertizasının 29 avqust 2021-ci il tarixli 16/897 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd “Freedom” adlı siqaretin qutusunun içərisində, təmiz çəkisi 15,86 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs qeyri-yaşayış binasında aşkar edilmiş kütlə..” sözləri və imzalar olan sintetik kisədə, təmiz çəkisi 3750 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdə və 1(bir) ədəd sintetik kisədə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 avqust 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etməklə ittihamın elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin sabiq müstəntiqi, polis kapitanı Elşən Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(044)-145/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinə gətirildikdən sonra Gəncə şəhər BPİ-də üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin inzibati binasında video çəkiliş ilə üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X10, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı X5, CAİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CAİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, CAİ-nin kiçik inspektoru, polis serjantı Şahid4, həmçinin müdafiəçi X14 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Ona üzərində hər hansı narkotik tərkibli maddə olub-olmaması soruşulur, varsa təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Freedom” markalı siqaret qutusunu içərisində olan kütlə ilə birlikdə çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs həmin bükülünün narkotik vasitə olan marixuana olduğunu, bükülünün ona məxsus olduğunu, Tovuz rayonunda Kür çayının sahilindən özünün topladığını, istifadə etmək üçün üzərində gəzdirdiyini, həmin kütlədən istifadə etdiyini, həmin kütlədən heç kimə satmadığını və həmin kütlədən “Metro” marketin arxasında qeyri-yaşayış binasında əlavə olaraq saxladığını, təqdim edə biləcəyini bildirir. “Freedom” markalı siqaret qutusunun içərisinə baxdıqda içərisində yaşılımtıl rəngli, birki tərkibli kütlə olduğu görünür. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir şey aşkar olunmur. Bundan sonra həmin kütlə siqaret qutusu ilə birlikdə aptek tərəzisində çəkilir və qutu ilə birlikdə çəkisi 22,62 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan sonra təhqiqatçı Elçin Vəliyev sorğu zamanı Təqsirləndirilən şəxs qeyri-yaşayış binasında narkotik vasitə saxladığını bildirdiyini, həmin yerə baxış keçiriləcəyini bildirir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs narkotik vasitə saxladığını bildirdiyi Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində yerləşən yaşayış binaların yaxınlığında yerləşən qeyri-yaşayış binasına baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə saxladığını bildirdiyi Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində yerləşən yaşayış binaların yaxınlığında yerləşən qeyri-yaşayış binasında baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X10, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı X5, CAİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CAİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, CAİ-nin kiçik inspektoru, polis serjantı Şahid4, həmçinin müdafiəçi X14 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxladığını bildirdiyi qeyri-yaşayış binasına baxış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini saxladığı yeri göstərməsi təklif olunur və bundan sonra pilləkənlərlə qalxaraq qapısı, pəncərəsi olmayan, beton piltələrdən ibarət qeyri yaşayış binasına daxil olunur. Binaya daxil olduqdan sonra sol tərəfdə yerləşən otağa girilir. Təqsirləndirilən şəxs irəliləyərək otağın baş tərəfində küncündə olan dam örtüyünü qaldırır. Dam örtüyünün altında bir ədəd kisə olması görünür. Təqsirləndirilən şəxs kisəni təqdim edərək içərisində olan kütlənin narkotik vasitə olan marixuana olduğunu bildirir. Kisəyə baxış zamanı içərisində , yaşılımtıl rəngli, bitki tərkibli kütlə olduğu görünür. Təhqiqatçı həmin kütlənin ilkin baxışdan spesifik iyə malik olan narkotik tərkibli marixuana olduğunu bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni Tovuz rayonundan Kür çayının sahilindən yığdığını, öz istifadəsi üçün saxladığını, başqa yerdə narkotik vasitə saxlamadığını, orada narkotik vasitə saxlamağından heç kimin məlumatının olmadığını, üzərində aşkar olunan narkotik vasitə olan marixuana ilə eyni tərkibli olduğunu bildirir. Müdafiəçi X14 şübhəli şəxs Təqsirləndirilən şəxs söylədiklərinin həqiqət olub olmadığını, ona hər hansı fiziki və psixi təsir olub-olmaması soruşur. Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu, ona heç bir fiziki və psixi təsir edilmədiyini, heç bir narazılığının olmadığını bildirir. Həmin kütlə kisə ilə birlikdə elektron tərəzidə çəkilir və kisə ilə birlikdə çəkisi 3 kiloqram 835 qram müəyyən edilir. Həmin kütlə kisədə qablaşdırılaraq üzərinə ağ kağız yapışdırılır, kağızın kənarları DİN-in 91 saylı möhürü ilə möhürlənərək kağızın üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni baxış keçirilən qeyriyaşayış binasında qurutduğunu, həmin kütlədən başqa yerdə saxlamadığını bildirir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs üzərində və yaşayış olmayan qeyri-yaşayış binasında aşkar edilmiş narkotik vasitə olan marixuananı haradan, kimdən, nə vaxt əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşayış olmayan qeyri-yaşayış binasından aşkar olunmuş narkotik vasitə olan marixuananı satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs mobil telefon işlətmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarxili 1(044)-103/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən alınmış xx.xx.2021-ci il tarixli 5713 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər rayonlararası Narkoloji dispanserindən alınmış xx.xx.2021-ci il tarixli 1716 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZE 12844986 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Ayxan Qocayev Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZE 12844967 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Esmira Həsənova Təqsirləndirilən şəxs qızıdır.. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2021-ci il tarixli 1398 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər prokurorluğuna ərizələrlə müraciət edərək, həmçinin əlavə dindirmə zamanı Gəncə şəhər Baş Polis İdarəsinin polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsi, onun qanunsuz olaraq narkotik vasitəni üzərində gəzdirməsi və yarımtikilədə saxlamasını etiraf etməyə məcbur olunmasını, narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə və yarımtikiliyə qoyulmasını bildirmiş, həmin xüsusatla bağlı Gəncə şəhər prokurorunun köməkçisi, ədliyyə müşaviri X3 tərəfindən araşdırma aparılmış, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməklə işgəncələrə məruz qalması faktına görə toplanmış materialda cinayət hadisəsi müəyyən olunmadığından material üzrə 04 noyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə 05 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin UQSİQ-dan daxil olmuş məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (şəxsiyyət vəsiqəsi: AZE 0*******) adına X16 Sisteminin (VMAS) məlumat axtarış portalında hər hansı mobil operatorda qeydiyyatda olan mobil nömrə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə öz хüsusiyyətinə, əlаmətlərinə, üzərində hаdisənin izlərini sахlаdığınа görə cinаyət təqibi üzrə əhəmiyyət kəsb еdən hаllаrın müəyyən еdilməsinə kömək еtdiyindən Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən və qeyri-yaşayış binasından aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 15,81 qram və 3749,95 qram olmaqla, qalıq ümumi çəkiləri 3765,76 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin cinayət işinə əlavə edilmiş 28 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı, həmçinin qeyriyaşayış binasına baxış keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə və vaxtla bağlı yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığından Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə və vaxt naməlum kimi qiymətləndirilmiş, həmin faktla əlaqədar hazırkı cinayət işindən tərəfimdən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində polis əməkdaşları tərəfindən edilmiş təsir və təzyiq nəticəsində məcbur olub, həmin narkotik vasitənin ona məxsus olmasını bildirməsinə və etirafedici ifadələr verməsinə dair ifadəsində göstərdikləri həmin xüsusatlar iş materiallarında olan danılmaz sübutlarla( ibtidai araşdırma materialları, qərarlar, ifadələr və.s) tam təkzib olunur. Odur ki, məhkəmə sözügedən xüsusatlara tənqidi yanaşaraq həmin xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2021ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2021-ci il tarixli 1398 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən və qeyri-yaşayış binasından aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 15,81 qram və 3749,95 qram olmaqla, qalıq ümumi çəkiləri 3765,76 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin cinayət işinə əlavə edilmiş 28 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı, həmçinin qeyri-yaşayış binasına baxış keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və qeyri-yaşayış binasından aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 15,81 qram və 3749,95 qram olmaqla, qalıq ümumi çəkiləri 3765,76 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 28 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı, həmçinin qeyri-yaşayış binasına baxış keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 28 avqust 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və qeyri-yaşayış binasından aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 15,81 qram və 3749,95 qram olmaqla, qalıq ümumi çəkiləri 3765,76 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 28 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı, həmçinin qeyri-yaşayış binasına baxış keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar