Məhkəmə qərarları › İş №1(100)-147/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-147/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-147/2023 08.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, X9 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X12 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, M.S.ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına daxil edilən, təsiredici maddəsinin ümumi miqdarı 30,9 qram təşkil edən 103 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin kapsullarını və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 34,2 qram təşkil edən 152 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol həblərini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib təsiredici maddəsinin miqdarı 1,5 qram təşkil edən 05 ədəd preqabalin kapsulunu və təsiredici maddəsinin miqdarı 0,45 qram təşkil edən 02 ədəd tramadol həbini istintaqa məlum olmayan vaxtda və yerdə 20 manat pul müqabilində tanışı Şahid5 satıb, qalan təsiredici maddəsinin ümumi miqdarı 29,4 qram təşkil edən 98 ədəd preqabalin kapsulunu və təsiredici maddəsinin ümumi miqdarı 33,75 qram təşkil edən 150 ədəd tramadol həblərini satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:50-də yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, M.S.Ordubadi küçəsi, ev 46 ünvanının qarşısında saxlanılaraq ünvan 2şən DİN-in BNMİ-nin QBRŞ-nə aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 29,4 qram təşkil edən 98 ədəd preqabalin kapsulu ümumilikdə 10 ədəd tamlığı pozulmamış konvalyutda və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 33,75 qram təşkil edən 150 ədəd tramadol həbi 15 ədəd tamlığı pozulmamış konvalyutda olmaqla əlində saxladığı bir ədəd polietilen torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Şahid5 07 sentyabr 2022-ci il tarixdə saat 09:30-da Gəncə şəhəri, Kəpəz rayonu, M.S.Ordubadi küçəsində saxlanılaraq ünvan 2şən DİN-in BNMİ-nin QBRŞ-nə aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman onun Təqsirləndirilən şəxs əldə etdiyi təsiredici maddəsinin miqdarı 1,5 qram təşkil edən 05 ədəd preqabalin kapsulu 03 ədəd kəsilmiş konvalyutda və təsiredici maddəsinin miqdarı 0,45 qram təşkil edən 02 ədəd tramadol həbi 01 ədəd kəsilmiş konvalyutda olmaqla qara rəngli şalvarının sağ və sol yan ciblərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində olan ağrılara görə təxminən 01 ildir tramadol və preqabalin dərmanlarından istifadə etmişdir. O, həmin maddələri ilk vaxtlarda Gəncə şəhərindən tanımadığı şəxslərdən almışdır. Bir müddət əvvəl o, Bərdə şəhərində təsadüfən Əhməd adında şəxslə tanış olmuş və onunla söhbət zamanı həmin şəxsdən tramadol və preqabalin dərmanları almağa başlamışdır. O, Əhməddən preqabalinin bir listini 4 manata, tramadolun bir listini isə 3 manata almışdır. O, heç kimə dərman həbi satmamışdır. 06 sentyabr 2022-ci il tarixdə o, yaşadığı evdən çıxıb gedən zaman saat 18:50 radələrində bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, sonuncu özünü təqdim etdikdən sonra həmin şəxslər də özlərini təqdim edərək DİN-in BNMİ-nin əməkdaşları olduqlarını bildirib onun güclü təsir edən maddələrin satışı ilə məşğul olması barədə məlumat olduğunu deyərək BNMİ-nin QBRŞnə dəvət etmişlər. O, onlara etiraz etməmiş və birlikdə polis şöbəsinə getmişdir. Orada o, xidməti iş otaqlarının birinə aparılmış, orada vəkil Rövşən Mehdiyevin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, təhqiqatçı ondan üzərində olan əşyalarını təqdim etməsini xahiş etmişdir. O, masaya yaxınlaşaraq sağ əlində saxladığı sellofan torbanı təqdim edərək orada güclü təsir edən dərman vasitələrinin olduğunu, başqa qanunsuz əşya olmadığını demiş və üzərində olan cib dəsmallarını və mobil telefonunu təqdim etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış aparılmış, lakin qanunsuz əşya aşkar edilməmişdir. Onun təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman oradan tramadol və preqabalin dərman vasitələri aşkar olunaraq götürülmüş, cib dəsmalları özünə qaytarılmış, mobil telefonu götürülmüş, həmçinin dərman preparatları da qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı həmin maddələri Bərdə rayon sakini Əhməd adlı şəxsdən Mingəçevir şəhərində aldığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuş, düzgün yazıldığı üçün şəxsi axtarışda iştirak edən hər bir şəxs protokolu imza etmişdir. Himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda güclü təsiredici xassəyə malik maddələri satış məqsədilə əldə edərək Gəncə şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid2, Şahid3 və Şahid1 daxil olmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs müəyyən etmək üçün sonuncunun yaşadığı Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 46 ünvanının qarşısına getmişlər. Həmin tarixdə saat 18:50-də qeyd olunan ünvanın qarşısında özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsin olması müşahidə edilmiş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını demişlər və ondan özünün təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış etdikdən sonra ona qanunsuz olaraq güclü təsir edən dərman vasitələrinin dövriyyəsilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasına gəlməsini xahiş etmişlər. Həmin şəxs etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. X16 Məcidovaya təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim edilmiş, sonuncu siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini dedikdən sonra təhqiqatçı tərəfindən vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmaqla həmin vəkilə etirazının olub-olmaması soruşulmuş, sonuncu vəkilə etiraz etmədiyini bildirdikdən sonra ona hüquq və vəzifələri izah edilib üzərinə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməmiş, ona sonuncunun qadın olmasını nəzərə alaraq onun üzərinə şəxsi axtarış aparılmasında iştirak etməsi üçün DİN-in BNMİnin QBRŞ-in texniki işçisi olan X6 təhqiqatçı tərəfindən şəxsi axtarışda iştirak etməsi üçün dəvət edilmişdir. Bundan sonra şəxsi axtarış başlanılmış və təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üstünə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində saxladığı sellofan torbanı təqdim edərək onun içərisində güclü təsir edən dərman vasitələrinin olduğunu, narkotik vasitə və ya psixotrop maddə olmadığını qeyd etmişdir. Onun üzərindən cib dəsmalları, mobil telefon aşkar olunmuş, digər qanunsuz əşya aşkar olunmamışdır. Mobil telefon götürülsə də, digər əşyalar onun özünə geri qaytarılmışdır. Sellofan torbanın içərisinə baxış keçirilən zaman konvalyutlarda həblər aşkar olunmuş, həmin həblər qablaşdırılaraq götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar olunan dərman preparatlarını Mingəçevir şəhərində görüşdüyü Bərdə rayon sakini Əhməd adlı şəxsdən satış məqsədilə aldığını, həmin dərman vasitələrinin Gəncə şəhər sakinləri Elməddin və Nail adlı şəxslərə satdığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, bu barədə protokol tərtib olunmuş, protokol düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı X20 Məcidovanın izahatında qeyd etdiyi Elməddin və Nail adlı şəxslərin şəxsiyyətlərinin və olduqları yerin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə Baş İdarə rəisinə raportla məruzə etmiş, sözü gedən şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat-axtarş tədbirləri keçirilməyə başlanılmışdır. 07 sentyabr 2022-ci il tarixdə saat 09:30-da Gəncə şəhəri, M.S.Ordubadi küçəsində yolun kənarında piyada özünü şübhəli aparan xarici görünüşünə görə Şahid5 oxşar şəxsin olması müşahidə edilmiş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını demişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Şahid5 olduğunu bildirmişdir. Həmin şəxsi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış etmişlər və qanunsuz olaraq güclü təsir edən dərman vasitələrinin istifadəsində şübhəli olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasına gəlməsini xahiş etmişlər. Həmin şəxs etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə gəlmiş, X14 X8 təhqiqatçısı, Rafiq Əhmədovun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Şahid5 hüquq və vəzifələrini izah edib Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkillərinin adları olan siyahını təqdim etmiş. Sonuncu siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini dedikdən sonra təhqiqatçı tərəfindən vəkil dəvət olunaraq Şahid5 təqdim olunaraq həmin vəkilə etirazının olub-olmamasını soruşmuş, sonuncu vəkilə etiraz etmədiyini bildirdikdən sonra ona hüquq və vəzifələrini izah edilib üzərinə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağı izah olunmuşdur. Şahid5 etiraz etməmiş, bundan sonra şəxsi axtarış başlanılmış və təhqiqatçı sonuncuya üzərində olan əşyaları çıxarıb stolun üstünə qoyması təklif etmişdir. Bundan sonra Şahid5 əynində olan qara rəngli şalvarın hər iki ciblərindən həbləri çıxarıb masanın üzərinə qoymaqla təqdim edərək həmin həblərin güclü təsir edən dərman vasitələri olduğunu qeyd etmiş, üzərinə şəxsi axtarış aparılan zaman qanunsuz əşya aşkar olunmasa da, bir ədəd mobil telefon aşkar olunduğundan götürülmüşdür. Sorğu zamanı Şahid5 aşkar olunan dərman preparatlarını Gəncə şəhəri, M.S.Ordubadi küçəsində yaşayan Məleykə adlı qadından şəxsi istfadəsi məqsədilə aldığını bildirmiş, bundan sonra həmin dərman həbləri qablaşdırılaraq götürülmüşdür, sonra videoçəkiliş dayandırılıb protokol tərtib olunmuş və protokol düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin əməliyyat müvəkkilləri Şahid2 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 06 aydır ki, güclü təsir edən dərman preparatları olan tramadol və preqabalindən istifadə edir, həmin maddələri Gəncə şəhər sakini olan Məleykədən almışdır. O, həmin şəxslə təsadüfən tanış olmuşdur. Həmin dərman preparatları lazım olanda Məleykənin yaşadığı evə gedib oradan almış, hər bir dərman proparatının dənəsini sonuncudan 4 manata alımışdır. 07 sentyabr 2022-ci il tarixdə səhər saatlarında yenidən həmin dərman vasitələrini almaq üçün Məleykənin yaşadığı evə getmiş, orada olan zaman saat 09:30 radələrində bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim etdikdən sonra həmin şəxslər də özlərini təqdim edib DİN-in BNMİ-nin əməkdaşları olduqlarını deyərək onun güclü təsir edən maddələrin istifadəsi üçün əldə etməsi barədə onlarda məlumat olduğunu deyərək onu BNMİ-in QBRŞ-nə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsinə çatanda onu xidməti iş otaqlarının birinə aparmışlar və orada təhqiqatçı tutulmağının səbəbini izah edərək sənədləşmə işlərinin aparılacağını bildirmiş və hüquqlarının müdafiə edilməsi üçün vəkillərin siyahısı ona təqdim etmişdir. Siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini demiş və vəkil Rasim Allahverdiyev dəvət edilmişdir. Vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını demiş, və ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Buna etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı təhqiqatçı üzərində olan əşyaları təqdim etməyi xahiş etmişdir. Masaya yaxınlaşaraq əynində olan qara rəngli şalvarının sağ və sol yan ciblərindən dərman preparatlarını və mobil telefonunu təqdim etmişdir. Sorğu zamanı aşkar olunmuş dərman həblərini şəxsi istifadəsi üçün Məleykə adlı qadından aldığını, həmin həblərin bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həblər qablaşdırılaraq götürülmüş, həmçinin mobil telefonu da götürülmüş, daha sonra videoçəkiliş dayandırılmış, bu barədə protokol tərtib olunmaqla ucadan oxunmuş və iştirakçilar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 4(005)-976/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 07 sentyabr 2022-ci il tarixli 16/1074 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Məcidova Məleykə Rakif qızının əlində saxladığı bir ədəd sellofan torbadan aşkar olunmuş on beş ədəd konvalyutda 150 ədəd güclü təsiredən tramadol və 10 ədəd konvalyutda 98 ədəd preqabalin dərman preparatlarına bənzər həblər..” yazılar və imzalar olan kağız paketdəki (bir) ədəd sarı rəngli polietilen torbada; üzərində “Prelica” (Pregabalin-300mq)...09.22 göstəriciləri olan 6 (altı) ədəd tamlığı pozulmamış konvalyutlarda hər birində 7 (yeddi) ədəd olmaqla ümumi sayı 42 (qırx iki) ədəd kapsulalar zavod üsulu ilə hazırlanmış Preqabalin dərman preparatıdır. (beynəlxalq adına görə Preqabalin) Təqdim olunmuş ümumi sayi 42 (qırx iki) ədəd Preqabalin kapsullarının təsir maddəsinin miqdari 12,6 qram təşkil edir. üzərində “Paden” (Pregabalin- 300mq) ...17.08.20 göstəriciləri olan 4 (dörd) ədəd tamlığı pozulmamış konvalyutlarda hər birində 14 (on dörd) ədəd olmaqla ümumi sayı 56 (əlli altı) ədəd kapsulalar zavod üsulu ilə hazırlanmış Preqabalin dərman preparatıdır. (beynəlxalq adına görə Preqabalin) Təqdim olunmuş ümumi sayi 56 (əlli altı) ədəd Preqabalin kapsullarının təsir maddəsinin miqdarı 16,8 qram təşkil edir. üzərində “X3 225 mg...17.E6.20” göstəriciləri olan 15 (on beş) ədəd tamlığı pozulmamış konvalyutlarda hər birində 10 (on) ədəd olmaqla ümumi sayı 150 (yüz əlli) ədəd olan həblər zavod üsulu ilə hazırlanmış tramadol dərman preparatıdır. (beynəlxalq adina görə Tramadol hidroxlorid) Təqdim olunmuş ümumi sayı 150 (yüz əlli) ədəd olan tramadol həblərinin təsir maddəsinin miqdarı 33,75 qram təşkil edir. Tramadol və Preqabalin Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına (əlavə 1) daxildir. Qeyd: tramadolun ümumi sayı – 150 ədəd, tədqiqata sərf edildi – 5 ədəd, qalıq – 145 ədəd. preqabalinin ümumi sayı – 98 ədəd, tədqiqata sərf edildi – 3 ədəd, qalıq – 95 ədəd. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 07 sentyabr 2022-ci il tarixli 16/1075 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Musayev Elməddin Musa oğlunun üzərindən aşkar olunmuş 5 ədəd preqabalin 300 mq, üzərində tramadol 225 mq həblərinə bənzər həblər..” yazılar və imzalar olan kağız paketdəki; üzərində “Prelica” (Pregabalin-300mq) ...09.22 göstəriciləri olan 3 (üç) ədəd kəsilmiş konvalyutlarda ümumi sayi 5 (beş) ədəd kapsulalar zavod üsulu ilə hazırlanmış Preqabalin dərman preparatıdır. (beynəlxalq adina görə Preqabalin) Təqdim olunmuş ümumi sayı 5(beş) ədəd Preqabalin kapsulalarının təsir maddəsinin miqdarı 1,5 qram təşkil edir. üzərində “X3 225 mg...17.E6.20” göstəriciləri olan 1 (bir) ədəd kəsilmiş konvalyutda sayı 2 (iki) ədəd olan həblər zavod üsulu ilə hazırlanmış tramadol dərman preparatıdır. (beynəlxalq adına görə Tramadol hidroxlorid) Təqdim olunmuş sayı 2 (iki) ədəd olan tramadol həblərinin təsir maddəsinin miqdarı 0,45 qram təşkil edir. Tədqiqata təqdim edilmiş, 2 (iki) ədəd təqdim olunduğu kağız paketlərdə olan tramadol həbləri xarici əlamətlərinə (rəngi, dərman forması, üzərindəki göstəricilərə və s.) və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 2 (iki) ədəd təqdim olunduğu kağız paketlərdə olan preqabalin kapsulaları xarici əlamətlərinə (rəngi, dərman forması, üzərindəki göstəricilərə və s.) və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tramadol və Preqabalin Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına (əlavə 1) daxildir. Qeyd: tramadolun ümumi sayı – 147 ədəd, tədqiqata sərf edildi – 3 ədəd, qalıq – 144 ədəd. preqabalinin ümumi sayı – 100 ədəd, tədqiqata sərf edildi – 2 ədəd, qalıq – 98 ədəddir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6680 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan tramadol və preqabalin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksakasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, 1 ildir ki, güclü təsir edən dərman preparatı olan tramadol və preqabalin həblərindən onu daxilə qəbul etməklə istifadə edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman tərtib edilmiş 03 vərəqdən ibarət “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əlində saxladığı sellofan torbanın içərisindən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 07 sentyabr 2022-ci il tarixdə Şahid5 üzərinə şəxsi axtarış aparılan zaman tərtib edilmiş 03 vərəqdən ibarət “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Şahid5 üzərinə şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda güclü təsir edən dərman preparatlarını qanunsuz olaraq əldə edilməsində və satılmasında digər şəxslərlə əlbir olub-olmamasını barədə müsbət nəticə əldə edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 noyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid5 üzərilərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra 144 ədəd qalmış tramadol dərman preparatı və 98 ədəd qalmış preqabalin dərman preparatı iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin Şahid5 əməlində Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsinin tərkib əlaməti olduğundan barəsində inzibati-təsir tədbirlərinin görülməsi üçün cinayət işin materialla ayırılaraq Gəncə şəhəri Baş Polis İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(125)-184/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 200 saylı sərəncamından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X13 qəyyum təyin edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi üzərində aşkar edilmiş narkotik vasitə hesab edilməyən güclü təsirə malik dərman preparatlarını heç kimə satmaması, öz istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ifadəsini işin faktiki hallarına uyğun olmadığından həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onun məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X7 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının CM-nin 79.1-ci maddəsində göstərilmişdir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin Məcəllənin 79.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş qadınlar, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını təyin etməyi və himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X10 on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə salınması məqsədə uyğundur. Azərbaycan Respublikasının CM-nin 79.2-ci maddəsinə əsasən cəzanın çəkilməsi təxirə salındığı müddət ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi himayəsində olan azyaşlı uşağı ciddi məhrumiyyətlərə düçar edə bilər və məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Ona təyin edilən cəzanın uşağın on dörd yaşına çatanadək təxirə salınması cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaldır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazırlıyinin BMCMİ-də saxlanılan, Təqsirləndirilən şəxs və Şahid5 üzərilərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra 144 ədəd qalmış tramadol dərman preparatı və 98 ədəd qalmış preqabalin dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X7 üzrə Dövlət Komissiyasının Daimi X18 Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64.80 manat (altmış dörd manat səksən qəpik) məbləğində pul Təqsirləndirilən şəxsdan alınaraq Azərbaycan Respublikasının Ekspertiza Mərkəzinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən 06 sentyabr 2022-ci il tarixdən onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 05 (beş) ay 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla,üzərində qəti olaraq 4 (dörd) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə yeri kimi ümumi rejimli cəzaçəkmə müəsisəsi təyin edilsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 79-cu maddəsi tətbiq olunmaqla, təyin olunmuş cəzanın çəkilməsi himayəsində olan xx.xx.2013-cü il tarixdə anadan olmuş uşağı X10 14 yaşına çatanadək və ona təyin edilmiş cəzanı çəkib qurtaranadək, yəni 2027-ci ilin sentyabrın 19-dək təxirə salınsın. Təqsirləndirilən şəxs üzərinə uşağının qayğısını çəkmək, onun tərbiyəsi və təhsili ilə məşğul olmaq vəzifəsi qoyulsun. Onun davranışına nəzarət yaşayış yeri üzrə Gəncə şəhəri X19 tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək DİN-in BMCMİ-də saxlanılan, Təqsirləndirilən şəxs və Şahid5 üzərilərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra 144 ədəd qalmış tramadol dərman preparatı və 98 ədəd qalmış preqabalin dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X7 üzrə Dövlət Komissiyasının Daimi X18 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64.80 manat (altmış dörd manat səksən qəpik) məbləğində pul Təqsirləndirilən şəxsdan alınaraq Azərbaycan Respublikasının Ekspertiza Mərkəzinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar