Məhkəmə qərarları › İş №1(100)-147/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-147/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-147/2024 01.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1983-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan, məlum olmayan tarixdə və mənbədən şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 3,062 qram, 3,034 qram, 3,101 qram, 3,289 qram, 3,212 qram, ümumi təmiz çəkisi 15,698 qram olan 5 (beş) ǝdəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edərək üzərində saxlamış, 15 mart 2023-cü il tarixdə saat təxminən 16:40 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Muğanlı kəndində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 5 (beş) ǝdəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 3,062 qram, 3,034 qram, 3,101 qram, 3,289 qram, 3,212 qram, ümumi təmiz çəkisi 15,698 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 mart 2023-cü il tarixdə günorta saat təxminən 4- 5 radələrində dostları ilə birlikdə dostunun həyət evində olan yas mərasiminə getmişdir. Həmin yas mərasimindən çıxdıqdan sonra polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onun üzərini yoxlamışlar, həmçinin onun telefonunu da istəmişlər. Onun üzərində aşura kitabçası, təsbeh, kart olmuş, lakin narkotik vasitə olmamışdır. Sonra onu Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsinə məcbur etmişlər. O, əvvəlcə narkotik vasitənin ona məxsus olduğunu etiraf etməmişdir. Polis şöbəsində beş bükümdə narkotik vasitə göstərərək ona bildirmişlər ki, həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməlidir. Lakin o, etiraf etməmişdir. Daha sonra ona fiziki təzyiq göstərmişlər. Polis əməkdaşları ona demişlər ki, əgər həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsə, yaşadığı evindən də narkotik vasitə çıxacaq. Ona görə də o, həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Onun narkotik vasitə ilə heç bir əlaqəsi yoxdur. O, heç bir cinayət əməli törətməmişdir. İfadəsində göstərdiklərinə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs həmçinin məhkəmənin sonrakı iclaslarında 2 saylı İstintaq Təcridxanasından götürülmüş onun tibbi kitabçasında “həbs olunmadan əvvəl alınmış zədələr barədə” olan qrafada göstərilmiş sol saidin bir ədəd köhnə çapıq toxumasını həbs olunmamışdan əvvəl aldığını və hazırki cinayət işi ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxil olmuş əməliyyat məlumatı əsasında 15 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə rayonu, Muğanlı kəndi ərazisində saxlayaraq polis şöbəsinə aparmışlar. Şöbədə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən “Winchester” markalı siqaret qutusunda beş ədəd bükümdə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı sonuncunun narkotik vasitə istifadəsi və satışı ilə bağlı olsa da, sonradan Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin satışı ilə bağlı hər hansı fakt müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlayarkən sonuncu tək olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs saxlamaq üçün Bərdə rayonu, Muğanlı kəndinə o, Şahid2 ilə birlikdə getmişlər. Başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilərkən sonuncu həmin maddəni tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən başqa telefon, bank kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təsir, təzyiq olmamış, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 16:40 radələrində onun və digər polis əməkdaşları tərəfindən Bərdə rayonu, Muğanlı kəndində saxlanılmış və Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Sonra müdafiəçisinin iştirakı ilə və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən siqaret qutusu çıxardaraq həmin siqaret qutusunun içərisində olan beş ədəd sellofan bükümlərin içərisində narkotik vasitə olmasını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən “Redmi” markalı mobil telefon, adı yadında qalmadığı dinlə bağlı kitabça, şəxsiyyət vəsiqəsi, bank kartı, vizit kartı, pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tərəzidə çəkilərkən çəkisinin xatırladığı qədər təxminən 17 qram olması müəyyən edilmişdir. Daha sonra həmin maddə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ifadəsinin davamında həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə verilmiş istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilməmişlər. Şahid2 ifadəsinin yekununda onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki, psixoloji və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Prosessual hərəkətlər təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə hər hansı qanunsuz təzyiqlərlə narkotik vasitənin qoyulması kimi sonuncunun ifadəsində bildirdikləri tamamilə əsassız və özündən uydurma fikirlər olmaqla heç bir həqiqəti əks etdirməməklə yalan məlumatlardır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs beş-altı il olar ki, məscidə gedərkən tanımışdır və yaxın münasibətləri var. Təqsirləndirilən şəxs tutulduğu gün onlar yas mərasiminə getmişlər. O, əvvəlcə Təqsirləndirilən şəxslə zəngləşmiş və birlikdə yas mərasiminə getmişlər. Yas mərasimində bir saat oturmuşlar. Yas mərasimindən çıxdıqdan sonra polis əməkdaşları gəlmişlər, Bəhruzu maşından düşürtmüşlər. Bəhruzun üzərini yoxlamışlar, həmin vaxt sonuncunun üzərindən pul, çərəkə, kitab çıxmışdır. Bəhruz telefonu ona vermişdir ki, atasına verər. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tutulduğu gün o, Bəhruz, Rəşad birlikdə yas mərasiminə getmişlər. Təxminən 30-40 dəqiqə yas mərasimində oturmuşlar. Yas mərasimi olan yerdən bir az uzaqlaşdıqdan sonra polis əməkdaşları gələrək Bəhruzu saxlamışlar. Bəhruzun üzərini yoxlamışlar, həmin vaxt sonuncunun üzərindən kart, təsbeh, kitab, pul çıxmışdır. Bəhruz telefonu vermişdir ki, atasına verər. Polis əməkdaşları tərəfindən heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan, həmçinin 25 mart 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Bərdə Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən üzərində “Winchester” yazısı olan siqaret qutusunun içərisində beş ǝdəd şəffaf polietilen kəsiyi bükümlərində maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə heroin olduğunu, həmin maddələri tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən həmçinin “Redmi” markalı mobil telefon, üzərində “Aşura ziyarətnaməsi” yazılmış kitabça, şəxsiyyət vəsiqəsi, bank kartı, vizik kartı, pul aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr qablaşdırılmış, möhürlənmiş və bu barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə: 28-30, 81-82). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 17 mart 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qəbul olunmuş 15 mart 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (iş vərəqə: cild İ, səh.97). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 16 mart 2023-cü il tarixli, 16/324 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr..» sözləri və imzalar olan zərfdəki 5 (beş) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 3,062 qram, 3,034 qram, 3,101 qram, 3,289 qram, 3,212 qram, ümumi təmiz çəkisi 15,698 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.38-41). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2023-cü il tarixli, 982 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.173). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, “Azercell”dən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarına dair məlumatlarla bağlı CD diskdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.166-168). Cinayət işinin materiallarına əlavə edilmiş “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 30 may 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X11 Poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatdadır (opioid qəbulu) (iş vərəqə: cild İ, səh.147). Cinayət işinin materiallarına əlavə edilmiş “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 Poliklinika şöbəsindən daxil olmuş 30 may 2023-cü il tarixli, 6198 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur (iş vərəqə: cild İ, səh.146). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 15,448 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmişdir, bundan başqa şəxsi axtarış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə və vaxt müəyyən edilmədiyindən narkotik vasitənin əldə edildiyi mənbə və vaxt naməlum mənbə və vaxt kimi qiymətləndirilmişdir (iş vərəqə: cild İ, səh.179-188). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 15 mart 2023cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 19- 20). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 17 mart 2023cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.89-95). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 iyun 2023-cü il tarixli tələbnaməsindən, həmçinin Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin tələbnamədən və iş materiallarına əlavə edilmiş 01 dekabr 2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir (iş vərəqə: cild İ, səh.148-149, 155-164, cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 may 2023-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh.136-138). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh.5). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2, ekspert-kriminalist Şahid3 ifadələrində Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin satışı ilə bağlı hər hansı fakt müəyyən edilmədiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik maddənin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik maddəni satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən narkotik maddə heroinin kütləsi 15,698 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən narkotik maddə heroinin kütləsinin 15,698 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik maddəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik maddənin çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarına dair “Azercell”dən daxil olmuş bir ədəd CD diskdə olan məlumatlarda da Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitəni əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.166-168). Lakin qeyd edilənlərə baxmayaraq, yəni Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən heç bir hallar mövcud olmasa da və ibtidai istintaqın sonrakı mərhələsində də bununla bağlı heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli heç bir əsas olmadan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs narkotik vasitənin əldə etməsi, saxlanması və satışında şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olduğu göstərilsə də (cild 1, iş vərəqə: 4), cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Yalnız cinayət işinə əlavə edilmiş raportda bir cümlə ilə ifadə edilmiş əməliyyat məlumatına istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə saxlaması qənaətinə gəlmək mümkün deyildir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 15,698 qram narkotik maddə heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin beş bükümdə olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik maddəni satış məqsədi ilə əldə edib saxlaması kimi qiymətləndirmişdir. Göründüyü kimi, ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik maddəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş heroini satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən real məlumatlar və faktlar, narkotik maddəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələri və ya psixotrop maddəni yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan külli miqdar həddində əldə edilməsi, saxlanması, daşınması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 15,698 qram narkotik maddə heroin külli miqdar təşkil etdiyindən, həmin narkotik maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə heroini külli miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni Bərdə Rayon Polis Şöbəsinin polis əməkdaşlarının narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsinə məcbur etmələrinə, ona fiziki təzyiq göstərmələrinə, polis əməkdaşlarının həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsə, yaşadığı evindən də narkotik vasitə çıxacağını bildirmələri kimi təzyiqlər etmələri, bunun nəticəsində həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsinə məcbur olmasına, onun heç bir cinayət əməli törətməməsinə dair ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi həmin hallar cinayət işinin materialları ilə və təqdim edilmiş sübutlarla qarşılıqlı şəkildə tədqiq edilərkən aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş (iş vərəqə: cild 1, səh.19-20), sonra həmin tarixdə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə onun üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir (iş vərəqə: cild 1, səh.28-30). Şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu video çəkiliş məhkəmə baxışı zamanı nümayiş etdirilərkən müəyyən olunur ki, Bərdə Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən üzərində “Winchester” yazısı olan siqaret qutusunun içərisində beş ǝdəd şəffaf polietilen kəsiyi bükümlərində narkotik maddə aşkar edilir, Təqsirləndirilən şəxs həmin maddələri tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs üzərindən həmçinin “Redmi” markalı mobil telefon, üzərində “Aşura ziyarətnaməsi” yazılmış kitabça, şəxsiyyət vəsiqəsi, bank kartı, vizik kartı, pul aşkar edilir. Aşkar edilmiş maddələr qablaşdırılır, möhürlənir və bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən, üzərində şəxsi axtarış aparılarkən hər hansı fiziki təzyiq və ya digər qanunsuz hərəkətlərə yol verilməmişdir, hər hansı etirazı və sualı yoxdur. Bundan sonra, 15 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə izahatı alınmış, Təqsirləndirilən şəxs müdafiəçisinin və şəxsən özünün imzası ilə təsdiq etdiyi həmin izahatında məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, Bərdə şəhəri, H.Aslanov küçəsi, ev 6 ünvanında yaşayır və rəsmi olaraq heç yerdə işləmir. O, hər hansı narkotik vasitədən istifadə etmir. Narkotik vasitənin hər hansı növünü heç kimə təklif etməmiş və satmamışdır. 15 mart 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Bərdə şəhəri, H.Aslanov küçəsində piyada hərəkət edərkən zibilliyin yaxınlığında yol kənarında ağ rəngli sellofon torbada bükülü olduğunu görmüşdür. Həmin torbanı yerdən götürmüş və içərisinə baxdıqda içərisində beş ədəd şəffaf rəngli bükümlərin olduğunu görmüşdür. Həmin bükümlərin narkotik vasitə olduğunu bilsə də, həmin vasitənin hansı növə aid olduğunu bilməmişdir. Daha sonra həmin narkotik vasitəni gələcəkdə istifadə etmək üçün üzərində olan "Winchester" markalı siqaret qutunun içərisinə qoymuş və üzərində saxlamışdır. Sonra həmin gün Bərdə rayonu, Muğanlı kəndində yas mərasiminə getmişdir. Həmin gün saat 16:40 radələrində yas mərasimindən çıxıb piyada kəndin mərkəzinə doğru hərəkət edərkən tanımadığı iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu və birlikdə Bərdə RPŞ-yə getməyini təklif etmişlər. Həmin vaxt etiraz etməyib birlikdə rayon polis şöbəsinə getmişlər. O, müdafiəçi ilə təmin edilmişdir. Şübhəli şəxs qismində tutulmuşdur. Sonra onun videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən üzərində «Winchester» yazısı olan göy rəngli siqaret qutusunu çıxardaraq, həmin siqaret qutusunun içərisində olan beş ədəd sellofan bükümlərin içərisində narkotik vasitə olması barədə məlumat vermişdir. Həmin beş ədəd şəfaff rəngli polietilen kəsiyində olan narkotik vasitə elektron tərəzidə çəkilərək sellofonla birlikdə ümumi çəkisinin 17.04 qram olması müəyyən olunmuşdur. Daha sonra isə üzərindən aşkar edilmiş beş ədəd şəfaff rəngli polietilen kəsiyində olan narkotik vasitə qablaşdırılıb möhürlənmiş və üzəri tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş beş ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı Bərdə şəhəri, H.Aslanov küçəsində zibilliyin yaxınlığında yol kənarında tapmışdır. Həmin maddədən heç kimə satmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor və ya fiziki qüvvə tətbiq edilməmişdir (iş vərəqə: cild 1, səh.31-32). Daha sonra, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində və 17 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi eyni məzmunlu ifadələrini imza etməkdən imtina etmişdir, imza etməkdən imtina etməsinə dair heç bir səbəb göstərməmiş, həmçinin ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi barədə həmin protokollarda hər hansı qeyd bildirməmişdir (iş vərəqə: cild 1, səh.52-54, 70-72). Bununla əlaqədar qeyd edilməlidir ki, cinayət işinin materialları və təqdim edilmiş sübutlarla göstərilən istintaq hərəkətlərinin və prosessual hərəkətlərin keçirilməsi zamanı hər hansı qanun pozuntularına yol verilməsi müəyyən edilməmiş, keçirilmiş istintaq hərəkəti videoçəkilişlə aparılmış, həmin videoçəkilişə məhkəmədə baxış zamanı da hər hansı pozuntulara yol verilməsi müəyyən edilməmiş, prosessual hərəkətlər də təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Həmçinin Bərdə Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı ilə Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş 15 mart 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qanunauyğun hesab edilmişdir (iş vərəqə: cild 1, səh.97). Bundan sonra, ibtidai istintaqın sonrakı gedişatı zamanı Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdə müdafiəçisinin və şəxsən özünün imzası ilə təsdiq etdiyi əlavə dindirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, “...15 mart 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Bərdə şəhəri, H.Aslanov küçəsində piyada hərəkət edərkən zibilliyin yaxınlığında yol kənarında ağ rəngli sellefon torbada bükülü olduğunu görmüşdür. Həmin torbanı yerdən götürmüş və içərisinə baxdıqda içərisində beş ədəd şəffaf rəngli ayrı-ayrılıqda bükümlərin olduğunu görmüşdür. Həmin bükümlərin narkotik vasitə olduğunu bilsə də, həmin vasitənin hansı növə aid olduğunu bilməmişdir. Daha sonra həmin narkotik vasitəni gələcəkdə istifadə etmək üçün üzərində olan "Winchester" markalı siqaret qutunun içərisinə qoymuş və üzərində saxlamışdır. Həmin gün Bərdə rayonu, Muğanlı kəndində keçirilən qohumunun yas mərasimində iştirak etmək üçün getmişdir. Həmin gün saat 16:40 radələrində yas mərasimindən çıxıb piyada kəndin mərkəzinə doğru hərəkət edərkən tanımadığı iki nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu və birlikdə Bərdə RPŞ-nə getməyini təklif etmişlər. Həmin vaxt etiraz etməyib birlikdə rayon polis şöbəsinə getmişlər. Polis şöbəsində olan zaman polis əməkdaşı tərəfindən şübhəli bildindiyinə görə hüquq və vəzifələri izah edilmiş və şübəhli şəxs qismində tutulmağı barədə tərtib edilmiş qərar ona elan edilmişdir. Bundan sonra ona könüllü olaraq müdafiəçi seçmək hüququnun olması izah edildikdən sonra ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra Bərdə rayon Vəkillər Bürosunun vəkili İslam Teymurov rayon polis şöbəsinə dəvət edilərək ona təqdim edilmişdir. Həmin vaxt üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə müdafiəçi və digər polis əməkdaşlarının iştirakı ilə üzərində olan əşyaların təqdim edilməsi təklifi edilmişdir. Həmin vaxt əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən üzərində «Winchester» yazısı olan göy rəngli siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuş və həmin siqaret qutusunun içərisində olan beş ədəd sellofan bükümlərin içərisində narkotik vasitə olması barədə məlumat vermişdir. Daha sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd «Redmi» markalı mobil telefonu, qara rəngli qolsuz gödəkçənin sol iç cibindən bir ədəd üzərində «Aşura Ziyarətmaməsi» olan dua kitabçasını və həmin kitabçanın arasında olan 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd «Leo Bank»a məxsus bank kartı və 1 ədəd vizit kartı təqdim edərək həmin əşyaların özünə məxsus olması barədə məlumat vermişdir. Daha sonra isə əynində olan qara rəngli tünd boz rəngli şalvarın sol cibindən özünə məxsus ümumilikdə 79 manat 40 qəpik məbləğində pulu çıxarıb təqdim etmişdir. Bundan sonra həmin beş ədəd şəfaff rəngli polietilen kəsiyində olan narkotik vasitə elektron tərəzidə çəkilərək sellofonla birlikdə ümumi çəkisinin 17.04 qram olması müəyyən olunmuşdur.... O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə gətirildikdən sonra ona qarşı hər hansı bir zorakılıq tətbiq edilməmişdir” (iş vərəqə: cild 1, səh.116-118). Həmçinin təqsirləndirilən şəxsə müdafiəçisinin iştirakı ilə ibtidai istintaqın qurtarması barədə məlumat verilərkən və bununla bağlı protokolla tanış olarkən təqsirləndirilən şəxs heç bir etiraz və vasətətinin olmadığını göstərmiş və həmin protokolu imzası ilə təsdiq etmişdir (iş vərəqə: cild 1, səh.194). Daha sonra ibtidai istintaq yekunlaşdıqdan sonra da Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olduqdan sonra heç bir etiraz və vasatətinin olmadığını bildirmiş və bununla bağlı tərtib edilmiş protokolu müdafiəçisi ilə birlikdə imza etmişdir (iş vərəqə: cild 1, səh.195). Beləliklə də, göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi inkaredici hallar iş üzrə yuxarıda göstərilən və mötəbərliyi heç bir mübahisə doğurmayan sübutlarla yanaşı, cinayət işinin obyektiv halları ilə də tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Bununla bağlı həmçinin qeyd edilməlidir ki, ilkin ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həmin istintaq hərəkətinin keçirilməsində onun saxlanılmasında iştirak edən polis əməkdaşları iştirak etsələr də, ibtidai araşdırmanın sonrakı mərhələsində təqsirləndirilən şəxs qismində müstəntiqə sərbəst şəkildə əlavə ifadə verərkən, həmçinin ibtidai istintaqın sonunda cinayət işinin materialları ilə tanış olarkən və bununla bağlı protokolu imza edərkən də təqsirləndirilən şəxs ona hər hansı təzyiq edilməsindən və hər hansı əməli etiraf etməsinə məcbur edilməsi ilə bağlı hər hansı narazılığını bildirməmişdir. Bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Bərdə Rayon Polis X3 Yerinə daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün X5 məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarətin olması müəyyən edilməmişdir (cinayət işinin materialları). Bununla yanaşı, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olubolmamasının müəyyən edilməsi üçün 2 saylı istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı xəsarət aşkar edilməmişdir, onda olmuş sol saidin bir ədəd köhnə çapıq toxuması isə həbs olunmadan əvvəl alınmışdır (cinayət işinin materialları). Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni Bərdə Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixoloji və ya digər təzyiqlər edilərək, yaxud digər qanunsuz hərəkətlərə yol verilərək ondan aşkar edilmiş narkotik maddə heroinin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair göstərdikləri ilə əlaqədar hər hansı araşdırmanın aparılmasına dair Bərdə rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Bərdə rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 186C-23 saylı materialla bağlı qəbul olunmuş qərar məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialla bağlı qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə və təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki, psixoloji və ya digər hər hansı təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Bərdə rayon Prokurorluğunda toplanmış həmin material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən 16 noyabr 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cinayət işinin materialları). Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlaması “şəxsi axtarış və götürmə haqqında” istintaq hərəkətinin protokolu, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş əlavə şahidlər X4 və X2 məhkəmə baхışında vеrdikləri ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Həmin şahidlərin ifadələrindən görünür ki, onlar təqsirləndirilən şəxsin həmkəndliləri olmaqla onunla yaxın münasibətdə olan şəxslərdir. Həmin şəxslər ifadələrində polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməməsini bildirsələr də, onların ifadələrində polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxs saxlanılarkən sonuncunun üzərinin yoxlanılmasına dair ifadələrində göstərdikləri cinayət işinin materialları, iş üzrə toplanmış digər sübutlar və cinayət işinin obyektiv halları ilə qarşılıqlı şəkildə müqayisə edilərkən onların məhkəmədə ifadələrində göstərdikləri həmin halların öz təsdiqini tapmadığı və heç bir faktla təsdiq olunmadığı müəyyən edilmişdir, odur ki, həmin şahidlərin məhkəmədə verdikləri ifadələri mötəbər sübut kimi qəbul edilmir, belə ki, həmin şəxslər Təqsirləndirilən şəxslə yaxın münasibətdə olmaqla cinayət işinin nəticəsində maraqlı olmalarını və məhkəmə baxışı zamanı da Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadələr verməsinin qeyd edilən hallarla əlaqədar olması müəyyən edildiyindən, həmçinin həmin şahidlərin ifadələrində göstərdikləri qeyd edilən həmin hallar cinayət işi üzrə digər sübutlarla və cinayət işinin faktiki halları ilə təsdiq edilmədiyindən və həqiqətə uyğun olmadığından məhkəmə onların həmin ifadələrini sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, sonra isə 01 dekabr 2021-ci il tarixdə “Amnistiya aktının tətbiq edilməsi barədə” qərarla Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu qanunvericiliyin tələblərinə əsasən üzərindən götürülmüşdür. Belə ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndində göstərilmişdir ki, “Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün”. Odur ki, həmin qərarla Təqsirləndirilən şəxs məhkumluğu üzərindən götürüldüyündən o, məhkumluğu olunmayan şəxs hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 15 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bərdə Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 15 mart 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 15,448 qram narkotik maddə olan heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 86,05 (səksən altı manat beş qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bərdə rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 15,448 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 86,05 (səksən altı manat beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar