Məhkəmə qərarları › İş №1(100)-147/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-147/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-147/2025 16.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə İclasının katibi: X7 Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1980-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Şəmkir rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla yaşamış, “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının əvvəli məlum olmayan tarixdə Şəmkir rayonu, Tatarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş qanunsuz olaraq tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkilərinin toxumlarını torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 01 iyul 2023-cü ildə saat 19 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən oradan külli miqdarda, yəni 70 (yetmiş) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, aşkar edilən bütün narkotik tərkibli çətənə bitkilərini o əkməmişdir. Belə ki, torpaq sahəsində yabanı halda həmin bitkilər daimi olaraq bitir. Onun ailəsi ilə münasibəti pozulduğu üçün uzun müddət yaşadığı evə getməmiş, Tovuz rayonunda digər qadınla münasibəti olmuşdur. Onun digər qadınla münasibəti olduğunu öyrənən arvadı isə DİN 102 xidmətinə və polisə müraciət edərək onun guya narkotik tərkibli bitkilər əkməsi barədə məlumat vermiş, həmin məlumat əsasında da polis əməkdaşları həyətə gəlib yabanı bitən kolları aşkar etmiş, bu barədə ona bacısı telefonda bildirmişdir. O uzun müddət Azərbaycanın şimal rayonlarında Quba-Qusar ərazisində karxana və tikintilərdə işləmiş və yaşadığı evə demək olar ki, getməmiş, uşaqları ilə də arvadı ilə küskün olduğu üçün məhlənin ayağında görüşmüşdür. İstintaq dövründə bu barədə məlumat versə də, onunla razılaşmamış və barəsindəki işi məhkəməyə göndərmişlər. Azyaşlı uşaqları olmasının nəzərə alınıb ədalətli qərar verilməsini xahiş edir. Məhkəmədən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ... 2003-cü ildən narkotik vasitə olan marixuanadan mütamadi olaraq istifadə etmiş, 2023-cü ilin fevral ayında yaşadığı evin yaxınlığından keçən su arxının yanında yabanı halda bitmiş çətənə kollarını görüb üzərində qurumuş halda olan toxumlarını yığıb özündə saxlamış, həmin il mart ayı yaşadığı Şəmkir rayonu, Tatarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində özündə saxladığı toxumları əkmiş və su vermişdir. 2023-cü il iyun ayında Quba rayonuna getmiş və bacısı ona zəng edib evinin həyətində polislərin olduğunu və çətənə kolları aşkar edildiyini bildirmişdir. O, xx.xx.2023-cü ildə Qubadan Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayan qayınanası Solmazgilə gəlmiş, paltarını dəyişib küçəyə çıxanda polis əməkdaşları onu saxlayıb Şəmkir rayon Polis şöbəsinə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şəmkir RPŞ Zəyəm PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 göstərdi ki, 01 iyul 2023-cü ildə ona Şəmkir rayonu, Tatarlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkməsi barədə məlumat daxil olmuş, raportla rəhbərliyə məruzə etdikdən sonra təxminən 19 radələrində onun, Zəyəm PB-nin polis sahə rəisi Şahid1, Zəyəm PB-nin polis nəfəri, polis serjantı Şahid2, Zəyəm PB-nin polis nəfəri, polis serjant Şahid3, Şəmkir rayon polis şöbəsinin KTQ-nun inspektoru, polis leytenantı X3 və Şəmkir rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Emil Əliyevin iştirakları ilə Şəmkir rayonu, Tatarlı kəndinə - Təqsirləndirilən şəxs yaşadığı getmiş təqsirləndirilən şəxsin arvadı Günay Abdullayevaya ərinin həyətdə narkotik tərkibli çətənə kollarını əkməsi barədə məlumat daxil olduğunu bildirəndə Günay Abdullayeva mütəxəssis-aqronomun iştirakı ilə evin həyətyanı sahəsində videoçəkilişlə keçirilmiş baxışda narkotik vasitələrin əkildiyi yerləri göstərmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkilən narkotik vasitələrə qulluq edildiyini mütəxəssis qismində dəvət edilmiş aqronom Guman Namazov da təsdiq etmiş, fərdi yaşayış evində qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, təqsirləndirilən şəxsə qarşı özü və qeyri şəxslər tərəfindən hansısa zorakılıq, psixi və fiziki təzyiq olmamış, baxış keçirilərkən özü evdə olmasa da, bir neçə gün sonra saxlanılmış və könüllü olaraq törətdiyi əməli etiraf etmişdir. Ona narkotik vasitələrin əkilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxsin arvadının sonuncu ilə aralarındakı münaqişəyə görə ondan intiqam almaq məqsədilə polis məlumat verməsi barədə heç bir məıumatı yoxdur. Məhkəmədə dindirilmiş digər şahidlər Şahid1, Şahid2 və Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadələr verib göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X4 göstərmişdir ki, əri ilə birgə nikahından dörd övladı olmuşdur. Əri ilə son dövrlər münasibətləri soyuq olmuş və sonuncu uzun müddət evə gəlməmişdir. Ailə münasibətləri qırılmaq səviyyəsində olmuş və 2023-cü il mart ayından sonra əri Tovuz rayonunda başqa qadınla münasibət yaşamağa başlamışdır. Bu barədə sonradan məlumatı olmuş, son dəfə də onun guya həmin qadından uşağı olduğunu eşitdikdən sonra “102” xidmətinə məlumat verərək ərinin həyətdə narkotika əkməsini demişdir. Bundan sonra yaşadığı evə polis əməkdaşları gəlmiş və onun iştirakı ilə həyətdə yabanı halda bitən kolları aşkar edib götürmüşlər. Həmin vaxt da ərindən acıqlı və sonuncudan qisas almaq üçün kolları ərinin əkməsi barədə məlumat vermişdir. Əri tutulduqdan sonra isə onunla barışmışdır. Əri barəsində məlumat verdiyi üçün xəcalət çəkmiş və təkrar dəfələrlə həm Şəmkir RPŞ, həm Şəmkir rayon prokurorluğuna gedib şifahi məlumat versə də, onu dinləməmiş, hər şeyin yaxşı olacağını deyib yola vermiş, sonda əri Təqsirləndirilən şəxs narkotiklə məhkəməyə vermişlər. Onlar ailə münasibətlərini bərpa etmiş, əri etdiyi xəyanətdən peşmançılığını dilinə gətirmiş və səmimi olaraq ondan üzr istəmiş, sonuncu ilə barışmışdır, məhkəmədən ərinə köməklik göstərilərək ona aşağı cəza verilməsini xahiş edir. Məhkəmədə dindirilmiş şahid X2 göstərmişdir ki, ailə üzviləri ilə birlikdə Tovuz rayonu, Eyyublu kəndində yaşayır. Hamı Tünzalə kimi tanısa da, əsl adı Kəmalədir. Təqsirləndirilən şəxs qardaşıdır, onunla münasibətləri mehriban olmuşdur. 01 iyul 2023-cü il tarixdə evdə olarkən digər qardaşı Yaşar ona zəng edib onlara gəlməsini bildirmiş, gedəndə isə Süleymanın evinin həyətyanı sahəsində polislərin olduğunu və çətənə kolları tapdıqlarını demişdir. O, Süleymanın mobil nömrəsinə zəng etsə də, əvvəl zəng çatmamış, Süleymana həmin nörmrəsinin “Watsapp“ına “gəl, sənin həyətyanı məhləndən narkotika tapllıb” sözlərini göndərmişdir. Bir neçə gün sonra Süleyman ona zəng edib Şəmkir rayonu, Sabir kənddə qayınanasıgildə olduğunu demiş, qısa müddət sonra isə Süleymanın polis əməkdaşları tərəfindən tutulduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 göstərdi ki, Şəmkir RPŞ əməkdaşları ilə xx.xx.2023-cü ildə Tatarlı kəndində baxış keçirilməsində iştirak etmiş, baxış zamanı həyətyanı sahədə bitmiş çətənə kollarına aqro-texniki qaydada qulluq edildiyini, dibinə su verildiyini və suvarılmış olduğunu aşkar etmişdir. Kollar çıxarılmış, ölçülmüş, kisəyə qoyulub tərəzi ilə çəkilmiş və qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ***-***-**-** saylı mobil nömrə ilə DİN “102” xidmətinə məlumat verən Şəmkir rayonu Tatarlı kənd sakini X4 əri Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotika əkməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəmkir RPŞ Zəyəm PB-yə Tatarlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən qanunsuz olaraq narkotik tərkibli çətənə kolları kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və mütəxəssis dəvət edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol əlavəsi olan fotocədvəl və DVD diskdən görünür ki, polis əməkdaşları mütəxəssis aqronom və ev sahibəsi Günay Abdullayevanın iştirakı ilə keçirilmiş baxış zamanı evin həyətyanı sahəsində müxtəlif yerlərdən ümumilikdə 70 (yetmiş) ədəd əkilib becərilməsi qadağan edilən narkotik tərkibli çətənə kolları aşkar edilib götürülmüşdür. Məhkəmədə tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 02 iyul 2023-cü il tarixli 16/691 nömrəli rəyindən görünür ki, “Şəmkir rayonu, Tatarlı kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində aşkar edilmiş 70 (yetmiş) ədəd çətənə kolları qablaşdırılmış vəziyyətdə “ yazı və imzaları olan 1 (bir) ədəd sintetik kisə bağlamadakı, ümumi sayı 70 (yetmiş) ədəd, ümumi təmiz çəkisi 2550 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: Çətənə bitkisi 70 ədəd, ümumi çəkisi 2550 qram, tədqiqata sərf edildi 1,4 qram qalıq çəki 2548,6 qram. Cinayət işində olan və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 17 noyabr 2023-cü il tarixli 1936 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş və məhkəmədə araşdırılan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 721 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir RPŞ dən əməliyyat tapşırığıan cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 23-313-110/4-38600/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarından yabanı halda əldə edərək yaşadığı evin həyətində əkmiş, lakin narkotik vasitələrin alqı-satqısı ilə məğul olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə xx.xx.2023-cü ildə saat 20:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Şəmkir rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahədə təxirəsalınmaz qaydada baxış keçirilməsi qaydasında əməliyyat axtarış tədbirlərinin aparılması haqqında xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(076)-171/2023 saylı qərarından görünür ki, əməliyyat axtarış tədbirləri həyata keçirilməsi haqqında qərar əməliyyat axtarış tədbiri keçirilmədiyi üçün məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şəxsi axtarış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokol əlavəsi olan fotocədvəl və DVD diskdən görünür ki, keçirilmiş şəxsi axtarış zamanı üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4 (076)-141/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Şəmkir RİHB-nin Tatarlı kənd İƏD üzrə nümayəndəliyindən verilən xx.xx.2023-cü il tarixli 379 və 380 №li arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə qeydiyyatda olmaqla arvadı və xx.xx.2014-cü il təvəllüdlü Nuray Abdullayeva, xx.xx.2016-cı il təvəllüdlü Rəvan Abdullayev, xx.xx.2017-ci il təvəllüdlü oğlu Nicat Abdullayevlə birlikdə yaşamış yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan AZ İİİ №036259 saylı xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən, AZE12847198, AZE12847198 və AA4323489 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Hüseyn Hüseynov, Nuray Abdullayeva, Rəvan Abdullayev və Nicat Abdullayev adlı azyaşlı övladları var. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx.xx.2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 70 (yetmiş) ədəd, ümumi təmiz çəkisi 2548,84 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut qismində tanınaraq Şəmkir RPŞ maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkiləri kultivasiya etmə cinayətini törətməsi özünün həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı tam etirafedici ifadələri, şahid ifadələri və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını və onlara əlavələri, maddi sübutları, eləcə də məhkəmə ekspertiza rəylərini mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını, maddi sübutları və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİİ siyahısında Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarı 16 ədəd göstərilmişdir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Buna görə də, təqsirləndirilən şəxsin əməli həmin maddə ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olması, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədini təmin edə bilmir. Hazırki iş üzrə aşkar edilmiş narkotik tərkibli bitkilərin sayı əməlin ictimai təhlükəliliyini artıran haldır, nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasınının ən aşağı həddə verilməsini, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 (daha yüngül cəza verilməsini) və 70-ci maddəsinin (veriləcək cəzanın şərti olaraq) tətbiqini istisna edir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini və törətdiyi əməlin ictimai təhlükəliliyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməklə islah olunmasının mümkün olacağı qənaətinə gəlir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş, böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın cəza təyin edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və barəsində “həbs” qətimkan tədbiri seçilməklə həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 05 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nın 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Şəmkir RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki istixanadan aşkar edilmiş 70 (yetmiş) ədəd ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 2548,6 qram olan narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, 2 ədəd “DVD” disk və 1 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 60,80 (altmış manat, səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Şəmkir RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki istixanadan aşakr edilmiş 70 (yetmiş) ədəd ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 2548,6 qram olan narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, 2 ədəd “DVD” disk və 1 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat, səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar