Məhkəmə qərarları › İş №1(100)-148/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-148/2020

16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-148/2020 16.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X24 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə X24 Məhkəməsinin inzibati binasında, xx.xx.1993-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2-da daimi qeydiyyatda olan və həbs olunana qədər həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 144.2.3 və 149.1-ci maddələri, xx.xx.1992-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində 3 azyaşlı övladı olan), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Xanqərvənd kəndində qeydiyyatda olan və həbs olunana qədər həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu Orta- Salahlı kəndində qeydiyyatda olan, həbs olunana qədər Goranboy şəhəri, bina 13-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Əliyev Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Goranboy şəhəri H.Əliyev prospektində yerləşən “Dan Ulduzu” adlı çTəqsirləndirilən şəxs3da tanışı Təqsirləndirilən şəxs2 ilə görüşüb evlənmək məqsədi ilə rayonun Qızılhacılı qəsəbəsində yaşayan xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs oğurlanmasında ona kömək etməsi təklifini edib razılaşaraq, digər tanışı Əliyev Təqsirləndirilən şəxs3 ilə də bu işdə avtomobili idarə edilməsinə dair mobil telefon vasitəsi ilə məlumat verib üçü birlikdə Zərərçəkmiş şəxs oğurlanması məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs kimi razılaşdıqdan sonra, xx xxxxxxxx 2019-cu il tarixdə saat 06:30 radələrində Təqsirləndirilən şəxs2la birlikdə atası Şahid5 istifadəsində olan “Vaz 2105” markalı “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomaşınla Təqsirləndirilən şəxs3 Əliyevi də şəhərin Heydər Əliyev prospektində yerləşən “Goranboy ticarət mərkəzinin” qarşısından götürüb, Zərərçəkmiş şəxs Naftalan şəhərinə işə getməsini əvvəlcədən bildiyi üçün rayonun Qızılhacılı qəsəbəsində yerləşən “Oba” marketin qarşısında avtomaşını saxlayıb, əvvəlcədən aralarındakı razılığa uyğun olaraq Təqsirləndirilən şəxs2 qabaq sərnişin üçün nəzərdə tutulmuş oturacaqda, Təqsirləndirilən şəxs3 Əliyev avtomaşının sükanı arxasında, özü isə avtomaşının arxa oturacağında oturub Təqsirləndirilən şəxs3 Əliyevə avtomaşını 10-15 metr irəliyə doğru hərəkət etdirib həmin küçədə yerləşən aptekin qarşısında saxladaraq Zərərçəkmiş şəxs evdən çıxmasını gözləmiş, saat 08 radələrində Zərərçəkmiş şəxs dayandıqları istiqamətə doğru gəlməsini görüb, Təqsirləndirilən şəxs3 Əliyevə avtomaşını idarə edib Zərərçəkmiş şəxs yanında saxlamasını tapşırmış, daha sonra Təqsirləndirilən şəxs2la avtomaşından düşərək əvvəlcə özü Zərərçəkmiş şəxs yaxınlaşıb fiziki güc tətbiq etməklə hər iki qolundan tutub hərəkətini məhdudlaşdırıb iradəsinə zidd olaraq onu avtomobilin arxa oturacağına mindirmək üçün avtomaşına tərəf sürükləmiş, lakin Zərərçəkmiş şəxs fəal müqavimət göstərərək oturub arxası üstə yerə uzanması səbəbindən Təqsirləndirilən şəxs2 da cəld şəkildə onun köməyinə gəlib hər ikisi birlikdə fiziki üstünlükərindən istifadə edib, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs hər iki ayağından, o, isə arxadan hər iki əli ilə bel nahiyyəsindən qucaqlayaraq qaldırıb qışqırıb köməyə adam çağırmasına və müqavimət göstərməsinə əhəmiyyət vermədən avtomaşının arxa sağ qapısından arxa oturacağına həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə mindirib, özü Zərərçəkmiş şəxs yanında, Təqsirləndirilən şəxs2 isə onların arxasınca arxa sağ qapını bağlayaraq qabaq sərnişin üçün nəzərdə tutulmuş oturacaqda əyləşdikdən sonra, Təqsirləndirilən şəxs3 Əliyev avtomaşını idarə edib hərəkətə gətirmiş, yolda Zərərçəkmiş şəxs ona müqavimət göstərib qışqırıb getmək istəməməsini bildirib, azad edilməsini tələb edib avtomaşından düşməyə cəhd etsə də, Zərərçəkmiş şəxs tutub buna imkan verməmiş, əli ilə ağzını yumaraq qışıqırmasının qarşısını almış və hər üçü Zərərçəkmiş şəxs yalvarışlarına məhəl qoymayaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində oğurlayıb, onu qonşuları Şahid7 yaşadığı Goranboy şəhəri E.Süleymanov küçəsi 05 saylı evin darvazasının qarşısına gətirib zorla düşürdükdən sonra Pərvanənin müqavimət göstərib küçədə haray salmasını və evə aparılmaması üçün dizlərini yerə qoyub, oturmasını görüb əvvəlcə arxa tərəfdən qollarının altından tutaraq yerdən qaldırmağa çalışmış, Zərərçəkmiş şəxs yerdən qalxmadığını gördükdə zorla qucağına alaraq küçə qapısından həyətə apardıqdan sonra Təqsirləndirilən şəxs3 Əliyevlə Təqsirləndirilən şəxs2 çıxıb getmiş, o, isə Zərərçəkmiş şəxs iradəsi əleyhinə evin 2-ci mərtəbəsinə qaldırıb qolundan dartaraq sürükləyib arxa yataq otağına aparmış, bundan sonra cinayət əməllərini davam etdirərək Zərərçəkmiş şəxs onunla evlənməsinə razı olmayacağını görüb, sonuncu ilə cinsi əlaqədə olduğu təqdirdə çıxılmaz vəziyyətdə qalıb razılaşacağını düşünərək, Zərərçəkmiş şəxs onunla könüllü sürətdə cinsi əlaqəyə girməyəcəyini başa düşüb zorla cinsi əlaqəyə girmək qərarına gəlib Zərərçəkmiş şəxs oğurlanması ilə bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Əliyevlə qabaqcadan razılığa gəldiyi ümumi niyyətdən kənara çıxaraq, Zərərçəkmiş şəxs gətirdiyi otaqdan qolundan tutub dartaraq zorla həmin evin digər yataq otağına aparıb orada sonuncunu qucaqlayıb iradəsi ziddinə zorla döşəyin üstünə yıxaraq bədəninin ağırılğı ilə ona təzyiq edib əvvəlcə şalvarını, ardınca isə trusikini aşağıya doğru dartıb əynindən çıxarmış, daha sonra o, öz paltrarlarını çıxararaq Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq niyyəti ilə onun üzərinə uzanıb özünə tərəf dartmış, sonuncu onu itələyərək cinsi əlaqədə olmasına imkan verməmiş, Zərərçəkmiş şəxs gücünün tükənməsini görüb vaxt udub qaçmaq məqəsdi ilə təcili olaraq tualetə getmək istədiyini bildirmiş, o, öz müşahidəsi altında Zərərçəkmiş şəxs tualet otağına aparmış, sonuncu tualetin qapısını bağlayıb köməyə çağırsada o, fiziki güc tətbiq edib qapını açmış, Zərərçəkmiş şəxs yenidən yataq otağına dartaraq aparıb, müqavimət göstərməsinə baxmayaraq əynində olan şalvarını çıxardıqdan sonra, trusikini aşağı istiqamətdə dartıb çıxarmaq istəyərkən sonuncu isə əli ilə trusikini tutub əks istiqamətdə dartıb buna imkan vermədiyindən Zərərçəkmiş şəxs əynində olan tursikin yan bel nahiyyəsində fiziki qüvvənin təsiri nəticəsində 1 ədəd 90 mm uzunluqda mexaniki dartılıb sökülmə zədəsi əmələ gəlmiş, Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməsi nəticəsində sağ və sol saidin 3/1 nin arxa səthinin, sol budunun aşağı 3/1-nin iç səthinin qançırlarından ibarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, trusikini çıxardıqdan sonra zor tətbiq edib ayaqlarını aralayıb üzərinə uzanıb bel nahiyyəsindən tutub özünə tərəf dartaraq cinsi orqanını Zərərçəkmiş şəxs usaqlıq yoluna daxil etməklə qızılıq pərdəsinin tamlığını pozaraq zorla cinsi əlaqədə olub onu zorlamışdır. Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Goranboy şəhəri, H. Əliyev prospektində yerləşən “Dan Ulduzu” adlı çTəqsirləndirilən şəxs3da tanışı Təqsirləndirilən şəxs1 ilə görüşüb xx xxxxxxxx 2019-cu il tarixdə sonuncunun evlənmək məqsədi ilə rayonun Qızılhacılı qəsəbəsində yaşayan xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs oğurlanmasında ona kömək etməsi təklifini qəbul edib razılaşaraq, Təqsirləndirilən şəxs1 digər tanışı Əliyev Təqsirləndirilən şəxs3 ilə də avtomobili idarə edilməsinə dair mobil telefon vasitəsi ilə məlumat verib üçü birlikdə Zərərçəkmiş şəxs oğurlanması məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs kimi razılaşdıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdə saat 06:30 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi və atası Şahid5 istifadəsində olan “Vaz-2105” markalı “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomaşınla Təqsirləndirilən şəxs3 Əliyevi də şəhərin H.Əliyev prospektində yerləşən “Goranboy ticarət mərkəzinin”qarşısından götürüb, Zərərçəkmiş şəxs Naftalan şəhərinə işə getməsini əvvəlcədən bildikləri üçün rayonun Qızılhacılı qəsəbəsində yerləşən “Oba” marketin qarşısında avtomaşını saxlayıb, əvvəlcədən Təqsirləndirilən şəxs1la aralarındakı razılığa uyğun olaraq o, qabaq sərnişin üçün nəzərdə tutulmuş oturacaqda, Təqsirləndirilən şəxs3 Əliyev avtomaşının sükanı arxasında, Təqsirləndirilən şəxs1 isə avtomaşının arxa oturacağında oturub, sonuncunun tapşırığı ilə Təqsirləndirilən şəxs3 Əliyev avtomaşını 10-15 metr irəliyə doğru hərəkət etdirib həmin küçədə yerləşən aptekin qarşısında saxlayaraq Zərərçəkmiş şəxs evdən çıxmasını gözləmiş, saat 08 radələrində Zərərçəkmiş şəxs dayandıqları istiqamətə doğru gəlməsini görüb, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 Əliyevə avtomaşını idarə edib, Zərərçəkmiş şəxs yanında saxlamasını tapşırmış, daha sonra Təqsirləndirilən şəxs1la o, avtomaşından düşmüş, əvvəlcə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşaraq fiziki güc tətbiq etməklə onun hər iki qolundan tutub hərəkətini məhdudlaşdırıb iradəsinə zidd olaraq avtomobillin arxa oturacağına mindirmək üçün avtomaşına tərəf sürükləmiş, lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 fəal müqavimət göstərərək oturub arxası üstə yerə uzanması səbəbindən o, cəld şəkildə Təqsirləndirilən şəxs1 köməyinə gələrək hər ikisi birlikdə fiziki üstünlükərindən istifadə edib, o, Zərərçəkmiş şəxs hər iki ayağından, Təqsirləndirilən şəxs1 isə arxadan hər iki əli ilə bel nahiyyəsindən qucaqlayaraq yerdən qaldırıb qışqırıb köməyə adam çağırmasına və müqavimət göstərməsinə əhəmiyyət vermədən müqavimətini sındırıb, avtomaşının arxa sağ qapısından arxa oturacağına həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə mindirib Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yanında, o, isə onların arxasınca arxa sağ qapını bağlayaraq qabaq sərnişin üçün nəzərdə tutulmuş oturacaqda əyləşdikdən sonra Təqsirləndirilən şəxs3 Əliyev avtomaşını idarə edib hərəkətə gətirmiş, yolda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 müqavimət göstərib qışqırıb getmək istəməməsini bildirib, azad edilməsini tələb edib avtomaşından düşməyə cəhd etsə də, sonuncu Zərərçəkmiş şəxs tutaraq buna imkan verməmiş, əli ilə isə ağzını yumub qışıqırmasının qarşısını almış, hər üçü Zərərçəkmiş şəxs yalvarışlarına məhəl qoymayaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində oğurlayıb, Təqsirləndirilən şəxs1 qonşuları Şahid7 yaşadığı Goranboy şəhəri, E.Süleymanov küçəsi 05 saylı evin darvazasının qarşısına gətirib zorla düşürdükdən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs müqavimət göstərib küçədə haray salmasını və evə aparılmaması üçün dizlərini yerə qoyub, oturmasını görüb əvvəlcə onun arxa tərəfdən qollarının altından tutaraq yerdən qaldırmağa çalışmış, Zərərçəkmiş şəxs yerdən qalxmadığını gördükdə zorla qucağına alaraq küçə qapısından həyətə apardıqdan sonra o, Təqsirləndirilən şəxs3 Əliyevlə çıxıb getmiş, Təqsirləndirilən şəxs1 isə sonuncularla qabaqcadan razılığa gəldikləri ümumi niyyətdən kənara çıxaraq cinayət əməllərini davam etdirib, Zərərçəkmiş şəxs fiziki güc tətbiq etməklə iradəsinin ziddinə olaraq zorla cinsi əlaqədə olub onu zorlamışdır Əliyev Təqsirləndirilən şəxs3 xx xxxxxxxx 2019-cu il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ertəsi gün rayonun Qızılhacılı qəsəbəsində yaşayan xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə oğurlanmasında avtomobili idarə edilməsinə dair mobil telefon vasitəsi ilə etdiyi təklifi qəbul edib razılaşaraq, Təqsirləndirilən şəxs1 əvvəlcədən bu barədə sövdələşdiyi digər tanışı Təqsirləndirilən şəxs2 da məlumat verib, üçü birlikdə Zərərçəkmiş şəxs oğurlanması məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs kimi razılaşdıqdan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə atası Şahid5 istifadəsində olan “Vaz-2105” markalı “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomaşınla onu şəhərin H.Əliyev prospektində yerləşən “Goranboy ticarət mərkəzinin” qarşısından götürüb, Zərərçəkmiş şəxs Naftalan şəhərinə işə getməsini əvvəlcədən bildikləri üçün rayonun Qızılhacılı qəsəbəsində yerləşən “Oba” marketin qarşısında avtomaşını saxlayıb, əvvəlcədən aralarındakı razılığa uyğun olaraq o, avtomaşının sükanı arxasında, Təqsirləndirilən şəxs2 qabaq sərnişin üçün nəzərdə tutulmuş oturacaqda, Təqsirləndirilən şəxs1 isə avtomaşının arxa oturacağında oturub, o, sonuncunun tapşırığı ilə avtomaşını 10-15 metr irəliyə doğru hərəkət etdirib həmin küçədə yerləşən aptekin qarşısında saxlayaraq Zərərçəkmiş şəxs evdən çıxmasını gözləmiş, saat 08 radələrində Zərərçəkmiş şəxs dayandıqları istiqamətə doğru gəlməsini görüb, Təqsirləndirilən şəxs1 ona avtomaşını idarə edib Zərərçəkmiş şəxs yanında saxlamasını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 avtomaşından düşərək əvvəlcə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşaraq fiziki güc tətbiq etməklə hər iki qolundan tutub hərəkətini məhdudlaşdırıb iradəsinə zidd olaraq avtomobillin arxa oturacağına mindirmək üçün avtomaşına tərəfə sürükləmiş, lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 fəal müqavimət göstərərək oturub arxası üstə yerə uzanması səbəbindən Təqsirləndirilən şəxs2 cəld şəkildə Təqsirləndirilən şəxs1 köməyinə gələrək hər ikisi birlikdə fiziki üstünlükərindən istifadə edib, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs hər iki ayağından, Təqsirləndirilən şəxs1 isə arxadan hər iki əli ilə bel nahiyyəsindən qucaqlayaraq yerdən qaldırıb qışqırıb köməyə adam çağırmasına əhəmiyyət vermədən müqavimətini sındırıb, avtomaşının arxa sağ qapısından arxa oturacağına həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə mindirib, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yanında, Təqsirləndirilən şəxs2 isə onların arxasınca arxa sağ qapını bağlayıb qabaq sərnişin üçün nəzərdə tutulmuş oturacaqda əyləşdikdən sonra, o, avtomaşını idarə edib hərəkətə gətirmiş, yolda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 müqavimət göstərib qışqırıb getmək istəməməsini bildirib, azad edilməsini tələb edərək avtomaşından düşməyə cəhd etsə də, sonuncu Zərərçəkmiş şəxs tutub buna imkan verməmiş, əli ilə isə ağzını yumub qışıqırmasının qarşısını almış və hər üçü Zərərçəkmiş şəxs yalvarışlarına məhəl qoymayaraq Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində oğurlayıb, Təqsirləndirilən şəxs1 qonşuları Şahid7 yaşadığı Goranboy şəhəri, E.Süleymanov küçəsi 05 saylı evin darvazasının qarşısına gətirib zorla düşürdükdən sonra Təqsirləndirilən şəxs1 Pərvanənin müqavimət göstərib küçədə haray salmasını və evə aparılmaması üçün dizlərini yerə qoyub, oturmasını görüb əvvəlcə arxa tərəfdən qollarının altından tutaraq yerdən qaldırmağa çalışmış, Zərərçəkmiş şəxs yerdən qalxmadığını gördükdə zorla qucağına alaraq küçə qapısından həyətə apardıqdan sonra, o və Təqsirləndirilən şəxs2 çıxıb getmiş, Təqsirləndirilən şəxs1 isə sonuncularla qabaqcadan razılığa gəldikləri ümumi niyyətdən kənara çıxaraq cinayət əməllərini davam etdirib, Zərərçəkmiş şəxs fiziki güc tətbiq etməklə iradəsinin ziddinə olaraq zorla cinsi əlaqədə olub onu zorlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 144.2.3 və 149.1-ci maddələri ilə elan edilmiş ittihamlarla qismən, yalnız Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsilə özünü təqsirli bildiyini, CM-nin 149.1-ci maddəsilə isə təqsirli bilmədiyini qeyd edərək, ifadəsində göstərmişdir ki, anası Şahid4 ona hadisədən təxminən 2-3 ay əvvəl evlənmək üçün qız tapdığını demişdir. Bir qədər sonra, təxminən avqust ayının ortalarında anası Şahid4 ilə birlikdə Goranboy rayonu Qızılhacılı qədəbəsində yerləşən dayanacağa getmiş orada anası Şahid4 Zərərçəkmiş şəxs ona göstərərək həmin qızı ona alacağını bildirmişdir. Zərərçəkmiş şəxs xoşu gəlmiş, lakin Zərərçəkmiş şəxs onu görməmişdir. Anasıgil bir neçə dəfə Pərvanəgilə elçi getsələr də qızı ona verməmişlər. Bundan sonra Pərvanədən çox xoşu gəldiyindən xx xxxxxxxx 2019-cu il tarixdə saat 19 radələrində fərdi yaşayış evlərində olarkən atası və anasına Pərvanəni qaçırdacağını bildirmişdir. Valideyinləri də belə iş görməməyini demişlər. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saat 06:30 radələrində həmin gün onlarda qalmış dostu Sərxanla yaşadığı evdən çıxaraq atası Şahid5 məxsus bənövşəyi rəngli “Vaz 2105” markalı “**-BG-***” nömrə nişanlı avtomaşına oturaraq Təqsirləndirilən şəxs3 zəng edib harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs3 da cavab olaraq, Goranboy şəhərində yerləşən yeni avtovağzalla üzbəüz olan ticarət mərkəzinin qarşısından onu götürməyini bildirmişdir. Sərxanla idarə etdiyi maşınla Təqsirləndirilən şəxs3ı ticarət mərkəzinin qarşısından götürərək Qızılhacılı qəsəbəsi istiqamətində getmişlər. O, Zərərçəkmiş şəxs qaçırmaq barədə Sərxana və Təqsirləndirilən şəxs3 heç nə deməmişdir. Pərvanənin hər gün səhər saat 08 radələrində evlərindən çıxaraq Naftalan şəhərinə işə getdiyini bildiyindən idarə etdiyi avtomobili onların küçəsində yerləşən aptekin yaxınlığında olan “Oba” marketin qarşısında saxlamış, Təqsirləndirilən şəxs3 avtomobilin sükanı arxasında oturmasını bildirmiş, Təqsirləndirilən şəxs3 maşını 10-15 metr qabağa aptek olan tərəfə sürüb, aptekin qarşısında gözləməsini bildirmişdir. Bir az gözlədikdən sonra Zərərçəkmiş şəxs onlar tərəfə gəldiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs3 avtomobili sürüb, Pərvanənin qarşısında saxlamasını bildirmiş, Təqsirləndirilən şəxs3 avtomobil ilə onun yan tərəfindən dönərək Pərvanənin qarşısında avtomobilin arxası onun tərəfə olmaqla saxlamışdır. O, avtomobilin arxa sağ qapısından düşüb Pərvanənin hər iki qolundan tutaraq maşına oturtmaq istəmiş, lakin Pərvanə həmin vaxt qışqıraraq əlindən çıxmağa çalışaraq yerə oturmuşdur. O, Pərvanəni sürüyərək avtomobilə mindirmiş, özü də onun yanında oturmuşdur. Həmin vaxt ön oturacaqda oturan Sərxan pəncərədən əli ilə arxa qapını örtmüşdür. Avtomobili Təqsirləndirilən şəxs3 idarə edərək yaşadığı ünvan 2 ünvanında qonşuları Fatmagilin evlərinin qapısının önünüdə saxlamışdır. Onlar Fatmagilin evinin küçə qapısının qarşısına çatıb maşını saxladıqdan sonra avtomobildən düşərək Pərvanəni də avtomobildən düşürmüşlər. Pərvanə həmin vaxt ağlamış və onu evlərinə aparmağını xahiş etmişdir. Pərvanəni qucağına götürərək Fatmagilin həyətinə daxil olmuş, pilləkənlə Fatmagilin evinin ikinci mərtəbəsinə qalxıb zala daxil olmuşdur. Təqsirləndirilən şəxs3 və Sərxan isə oradan uzaqlaşıb harasa getmişlər. Pərvanəni pilləkənlə yuxarı qaldıranda pilləkənin baş hissəsində Fatmanı, daha sonra isə anası Şahid4 görmüşdür. O, anasına Pərvanə ilə danışıb, yalvarıb razı salacağını bildirmişdir. O, Pərvanənin qolundan tutub dartaraq boş bir otağa aparmış, orada Pərvanə onu niyə qaçırdığını soruşub, onu azad etməsini istəmişdir. Anası Şahid4 Pərvanəyə könüllü gəlməyi barədə razılıq ərizəsi yazmasını desə də Pərvanə anası ilə razılaşmamışdır. Daha sonra anası Pərvanəni bacısı Nuranə ilə telefonla danışdırmış, 5-10 dəqiqə sonra səs-küy gəldiyini eşidib polislərin, Pərvanənin bacısı Nuranə və əri Teymurun gəldiyini görmüşdür. Daha sonra polis əməkdaşları onu və Pərvanəni şöbəyə aparmışlar. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Əliyevin onun Pərvanəni qaçırmaq istəyindən məlumatları olmadığını, bu barədə onlarla razılaşmadığını, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmadığını, Pərvanəni ondan almamaları üçün əvvəllər onunla cinsi əlaqədə olduğunu göstərdiyini bildirmişdir. Bundan başqa törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dostudur. xx xxxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Zaurla rayonun Kəpənəkçi kəndi ərazisində görüşüb və onun idarə etdiyi “Vaz 2105” markalı avtomobillə rayonun mərkəzi hisəsində yerləşən “Dan ulduzu” adlı çTəqsirləndirilən şəxs3ya gəlib, çay içib söhbət edərkən Zaur ona qız istədiyini, həmin qızı qaçırmaq üçün ona kömək etməsini xahiş etmişdir. O, Zaura əvvəlcə bu işin təhlükəli olduğunu deyib, qızın onu istəyib-istəmədiyini soruşmuş, Zaur isə ona qızın qaçmağa razı olduğunu, lakin anasının qızı vermək istəmədiyini, 3 dəfə onlara elçi getdiklərini bildirərək narahat olmamağını demişdir. O, qızın neçə yaşı olduğunu soruşduqdan sonra Zaurla razılaşmışdır. Daha sonra onlar çTəqsirləndirilən şəxs3dan birlikdə durub Zaurun valideyinləri ilə yaşadığı evlərinə getmiş, ora getməkdə məqsədi Zaurla xx xxxxxxxx 2019-cu il tarixdə birlikdə qız qaçırmaq üçün Qızılhacılı qəsəbəsinə getmək olmuşdur. Zaurun yaşadığı evə gəldikdən sonra Zaur ona Təqsirləndirilən şəxs3 adlı dostunun da kömək edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs3ı əvvəllər 1 dəfə rayon ərazisində görmüş, onunla heç bir münasibəti olmamışdır. Gecə Zaurgildə yatıb səhər oyandıqdan sonra Zaurun idarə etdiyi maşınla Təqsirləndirilən şəxs3ı ticarət mərkəzinin qarşısından götürüb və Qızılhacılı qəsəbəsi istiqamətində hərəkət etmişlər. Zaur onlara bildirmişdir ki, qız hər gün səhər saat 08 radələrində evlərindən çıxaraq Naftalan şəhərinə işə gedir. Zaur avtomobili idarə edərkən o, qabaq oturacaqda oturmuş, arxada isə Təqsirləndirilən şəxs3 oturmuşdur. Təxminən 15 dəqiqə sonra onlar Qızılhacılı qəsəbəsində yerləşən “Oba” marketin qarşısında dayanmışlar. Həmin vaxt Zaurla Təqsirləndirilən şəxs3 yerlərini dəyişmiş, yəni Təqsirləndirilən şəxs3 sükana keçmiş, Zaur isə arxa oturacaqda oturmuşdur. Daha sonra Təqsirləndirilən şəxs3 avtomaşını 10-15 metr idarə edərək yaxınlıqdakı aptekin qarşısında saxlamışdır. Bir müddət sonra Zaur istədiyi qızın gəldiyini görüb və onlara da məlumat vermişdir. Həmin vaxt qızın adının Pərvanə olduğunu bilmişdir. Pərvanənin arxası ilə başqa bir qız da gəlmişdir. Sonradan onun Pərvanənin bacısı olduğunu öyrənmişdir. Zaur Təqsirləndirilən şəxs3 avtomobili sürüb Pərvanənin qarşısında saxlamasını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs3 avtomobil ilə onların yan tərəfindən dönərək Pərvanənin qarşısında avtomobilin arxası onlara tərəfə saxlamış, Zaur avtomobildən arxa sağ qapısından düşərək Pərvanənin hər iki qolundan tutaraq maşına oturtmaq istəmiş, lakin Pərvanə həmin vaxt qışqıraraq maşına oturmaq istəməmiş, həmin vaxt ona məlum olmuşdur ki, qız könüllü olaraq getmək istəmir. Buna görə maşından düşərək Zaura kömək etmək istəmiş, elə bu vaxt Zaur Pərvanəni zorla maşının arxa qapısından içəriyə doğru itələyib özü isə onun yanında oturmuşdur. O, da dərhal maşına oturub və qapını örtərək Zaurgilin qonşusu olan adını bilmədiyi qadının evinin qarşısına gəlmişlər. Yol boyu Pərvanə Zaura atasının onu öldürəcəyini bildirərək ağlamışdır. Onlar Zaurgilin evi ilə üzbəüz olan qonşularının evinin qarşısında Zaurla Pərvanəni düşürmüşlər. Pərvanə həmin vaxt ağlayaraq onu evlərinə aparmalarını xahiş etmişdir. Həmin vaxt Zaur Pərvanəni qucağına götürərək qonşularının həyətinə girmiş, bundan sonra o, Təqsirləndirilən şəxs3la birlikdə oradan uzaqlaşmışlar. İfadəsinə əlavə olaraq törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Əliyev Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 4 ildir tanıyır. xx xxxxxxxx 2019-cu il tarixdə axşam saat 23 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək Qızılhacılı qəsəbəsində yaşayan, adının sonradan Pərvanə olduğunu öyrəndiyi qızı sevdiyini, bir neçə dəfə elçi göndərsə də Pərvanənin valideyinlərinin razı olmadığını, lakin Pərvanənin də onu sevdiyini, xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında işə gedərkən öz razılığı əsasında Pərvanəni qaçıracağını bildirib, onun da sürücü kimi onunla getməyini xahiş etdiyindən o, razılaşmışdır. Razılığa əsasən o, Təqsirləndirilən şəxs1 bənövşəyi rəngli, VAZ 2105 markalı, **-BG-*** markalı avtomobilini sürməli imiş. xx xxxxxxxx 2019-cu il tarixdə saat 07:20 radələrində o, Təqsirləndirilən şəxs1la zəngləşib və sonuncu onu gəlib götürəcəyini bildirmişdir. 1-2 dəqiqə sonra Zaur gəlib onu ticarət mərkəzinin qarşısından götürmüşdür. Avtomobilə əyləşdikdə Təqsirləndirilən şəxs2 da orada olduğunu görmüşdür. Zaur avtomobili Qızılhacılı qəsəbəsinə sürmüş, qəsəbədə Naftalan şəhərinə gedən dairədən fırlanıb geri qayıdıb və Goranboy şəhərinə gedən yolda olan dairəyə çatmamış “Oba” marketin yanından sağa dönüb saxlamışdır. Orada o, sükan arxasına keçmiş, Zaur isə onun yerinə arxa oturacağa əyləşmişdir. Təqsirləndirilən şəxs2 ön sərnişin oturacağında əyləşmişdir. Bir neçə dəqiqədən sonra Zaur avtomobili bir qədər qabağa sürüb fırlanmağını bildirmiş, o birinci dayandıqları yerdən təxminən 10-15 metr qabağa sürüb avtomobili aptekin qarşısında yenə saxlamışdır. Zaur bir neçə dəqiqə sonra Pərvanənin buradan keçəcəyini demiş, saat 07:40 radələrində Zaur Pərvanənin yaxınlaşdığını bildirmişdir. Bu vaxt Pərvanə gəlib onların yanından keçdiyi vaxt Zaur bir az qabağa sürüb, qız arxada qaldığı vaxt avtomobili saxlamasını bildirmişdir. O, Zaurun dediyi kiomi də etmişdir. Zaur və Sərxan avtomobildən düşüb Pərvanəyə yaxınlaşmışlar. O, isə avtomobildə qalaraq yola baxmış, Zaur qızı avtomobilə, arxa oturacağa otuzdurub özü də onun yanında oturmuşdur. Sərxan isə ön oturacağa əyləşib avtomobilin arxa qapısını bağlamışdır. Pərvanə avtomobildə bir müddət qışqırmış, sonra sakitləşmişdir. O, avtomobili Goranboy şəhəri istiqamətində idarə etmiş, Şəhərə çatanda Pərvanə yenə qışqırmağa başlamış, o, Zaurun yaşadığı küçəyə sürüb evlərinin önündə avtomobili saxlamışdır. Onlar Zaurgilin evi ilə üzbəüz olan qonşularının evinin qarşısında Zaurla Pərvanəni düşürtmüşlər. Həmin vaxt Zaur Pərvanəni götürərək qonşularının həyətinə girmiş, bundan sonra həmin avtomaşını 15-20 metr darvazadan kənara sürüb saxlayıb, açarı avtomaşının üzərində qoyaraq Təqsirləndirilən şəxs2la piyada yeriyərək nəqliyyat vasitələri olan küçəyə çıxıb getmişdir. İfadəsinə əlavə olaraq törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayından Naftalan şəhərində yerləşən “X4” qeydiyyatçı işləyir. Hər gün işə getmək üçün evdən 7:30 da çıxır və yoldan keçən avtobusla işə gedir. Təqsirləndirilən şəxs1 tanımamışdır. Zaurun anası Vəfa onunla bir neçə dəfə avtobusla işə getdikdən sonra marşrutda ona yaxınlaşaraq “səni oğluma almaq istəyirəm” demiş, ona cavab olaraq belə bir fikri olmadığını bildirmişdir. Bundan sonra onlar təxminən 3 dəfə onlara elçiliyə gəlsələr də müsbət cavab verməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 07:30-da bir gün əvvəl onlara qonaq gəlmiş bacısı Şahid1 ilə işə getmək məqsədi ilə evdən çıxmışdır. Bacısı Şahid1 da həmin vaxt işə, yəni Naftalan şəhərində yerləşən Şəfa sanatoriyasına gedirmiş. O, avtobusa tez çatıb onu saxlatmaqdan ötrü bacısı Nuranədən 1-2 dəqiqə evdən tez çıxmış, Nuranədən qabaqda dayancağa tərəf getmiş, Qızılhacılı qəsəbəsində poçtun olduğu küçədə olarkən qarşı tərəfdə tünd qara rəngə oxşar olan sovet istehsalı olan qeydiyyat nömrəsinin əvvəli 22 olan sonrasını isə görmədiyi bir maşının onun yan tərəfindən gəlib qarşı tərəfində arxası onun tərəfə olmaqla saxladığını görmüşdür. Bu zaman bacısı Şahid1 ondan təxminən 30- 40 metr arxada gəlmişdir. Həmin avtomobilin ön oturacağından adını sonradan bildiyi Sərxan adlı şəxs, arxa oturacağından isə adını sonradan bildiyi Zaur adlı şəxs düşərək ilk növbədə balaca boy olan Zaur adlı şəxs sağ qolundan tutub onu dartıb avtomobilin arxa oturacağına oturtmaq istəmiş, elə bu vaxt qışqırıb dartınaraq yerə oturub və arxası üstə yerə yıxılmışdır ki, Zaur onu avtomaşına mindirə bilməsin. Həmin vaxt Sərxan adlı şəxs də cəld onun yanına gəlmiş, Zaura kömək edərək onu yerdən qaldırmışdır. Daha sonra Sərxan əlləri ilə onun ayaqlarından Zaur isə hər iki əli ilə arxa tərəfdən belindən qucaqlayaraq onlara müqavimət göstərməyinə və qışqırıb köməyə çağırmağına baxmayaraq məcburi olaraq avtomobilin arxa sağ qapısından içəri mindirmişlər. Zaur yandakı oturacağa itələyərək özü onun yanında oturmuş, Sərxan isə avtomaşının arxa sağ qapısını əli ilə itələyib örtdükdən sonra qabaq sərnişin oturacağında oturmuşdur. Həmin vaxt avtomobili adını sonradan bildiyi Təqsirləndirilən şəxs3 adlı şəxs idarə etmişdir. Zaur və Sərxan onu məcbur maşına mindirərkən bacısı Şahid1 qışqırıb kömək çağırdığını eşitmişdir. Həmin vaxt Zaura müqavimət göstərib qışqıraraq getmək istəmədiyini bildirmiş və azad edilməyini tələb etmişdir. Hətta avtomaşın hərəkətdə olarkən düşməyə cəhd etsə də, Zaur onun əl-ayağını tutub, ona imkan verməmişdir. Zaur və digərlərindən onu buraxmalarını nə qədər tələb etsə də, yalvarsa da Zaur əli ilə onun ağzını tutub qışqırmağa qoymamış, digərləri isə danışmayaraq onun dediklərinə məhəl qoymamışlar. Zaur, Sərxan, Təqsirləndirilən şəxs3 onu birlikdə Goranboy şəhərində yerləşən ünvanını dəqiq bimədiyi Zaurgilin qonşusu olan bir qadının evinin qarşısına gətirmişlər. Onların evinin qapısının qarşısında maşını saxlamışlar və daha sonra Zaur onu maşından zorla dartıb düşürtmüş, bu zaman o, maşından düşən kimi dizini yerə ataraq qışqırıb və dizlərini yerə qoymuşdur. Zaur onu qucağına zorla alaraq küçə qapısından həyətə, oradan isə evin dəhlizinə girib və pilləkənlə birbaşa evin 2-ci mərtəbəsinə qaldırıb qonaq otağına daxil olduqdan sonra onu qucağından yerə qoymuşdur. Zaur onu pilləkənlə yuxarı qaldıranda ev yiyəsi olan tanımadığı bir sarı saçlı dolu qadının dayandığını, sonra isə Zaurun anası Vəfanı görmüşdür. Həmin vaxt qışqırıb ağlayaraq kömək istəmiş, Vəfa isə onu sakitləşdirməyə çalışıb narahat olmamağını, xoşbəxt olacağını bildirmiş, o, isə sakitləşməyərək qışqırmağa davam edib kömək çağırmışdır. Zaur onu otaqda təxminən 10-15 dəqiqə qarşısında zorla saxladıqdan sonra qolundan tutub dartaraq zorla onun getmək istəməməyinə baxmayaraq qonaq otağınının həmin otaqla eyni sırada, lakin sonuncu olan başqa boş bir otağa aparmışdır. Otaqda yerdə döşəmənin üzərində döşək olduğunu, döşəyin üzərinə ağ örtük salındığını görmüş, Zaur onu qucaqlayıb zorla döşəyin üstünə yıxmış və ona müqavimət göstərməyinə baxmayaraq qara rəngli cins şalvarı aşağıya doğru dartmağa başlamışdır. Zauru əlləri ilə hər iki çiynindən tutaraq paltarından dartaraq ona müqavimət göstərmiş, lakin hadisələrin təsirindən möhkəm stress və psixoloji sarsıntı keçirdiyindən artıq gücü belə qalmamış, buna baxmayaraq müqavimət göstərmişdir. Zaura bunu etməməyi üçün yalvarmış, lakin Zaur onun yalvarmalarına əhəmiyyət verməmiş, üzərinə uzandığından çəkisinin onu basması və ondan fiziki cəhətdən güclü olması səbəbindən həm də yuxarıda qeyd etdiyi səbəblərdən müqavimətini sındırıb şalvarını sonra isə qırmızı rəngli tursikini zorla çıxarmağa nail olmuşdur. Bundan sonra Zaur əynində olan paltarlardan ilk növbədə qara şalvarını, öndən düymələri olan qara köynəyini, ağ rəngli maykasını, alt paltarını çıxarmış, yenə ona toxunmaması üçün yalvarmışdır. Həmin vaxt əynində olan qara rəngli uzunqol köynəyi və busqalteri əynində qalmışdır. Zaur cinsi əlaqədə olmaq üçün onun üstündə uzanıqlı vəziyyətdə özünə tərəf dartmış, o, isə Zauru itələyib və buna imkan verməmiş, lakin gücünün tükənməsini görüb vaxt udmaq və imkan tapıb qaçmaq niyyətilə yalandan Zaura təcili ayaqyoluna getmək istədiyini bildirmişdir. Zaur da onunla razılaşmış, o, yenidən tursiki ilə cins şalvarını geyinmiş, Zaurun müşaiyəti ilə qonaq otağının o biri başında olan tualetə getmişdr. Tualetə gedərkən qonaq otağında Vəfa ilə həmin ev yiyəsi Fatma adlı qadını görmüş, onlar hər ikisi pilləkənin baş hissəsində dayanmışlar. Tualetə girdikdən sonratəxminən 2-3 dəqiqə sonra Zaur qapını möhkəm dartmağa başlamış, qapı açılmadığını gördükdə isə onu daha möhkəm silkələyib dartışdırmağa başlamış, bunun təsirindən qapı açılmışdır. Zaur dərhal onu qolundan və bel nahiyəsindən tutub dartıb sürükləyərək təkrar döşəməsində döşək olan otağa aparmışdır. Zaur yenə onu döşəyin üzərinə yıxıb və ağlamağına yalvarmağına müqavimət göstərməyinə baxmayaraq cins şalvarını çıxartmış, artıq müqavimət göstərməyə belə taqəti qalmamışdır. Zaur tursikini də cıxardıqdan sonra, özü də paltarlarını cəld halda çıxardıb və üstünə uzanıb çəkisi ilə onun üzərindən basıb onun müqavimət göstərməyinə baxmayaraq zorla onun ayaqlarını aralayıb və bel nahiyyəsindən tutub özünə tərəf dartdıqdan sonra özü də qabağa doğru hərəkət edib cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etmişdir. Zaurun onunla cinsi əlaqədə olmasını istəmədiyinə, həm də bu zaman ağrılar hiss etdiyinə görə qışqırmışdır. Əlləri ilə Zaurun sifətindən itələmiş, Zaur 3-4 dəfə arxaya-qabağa hərəkət edərkən bunu istəməyib var gücü ilə əl və ayaqları ilə müqavimət göstərmiş, qışqırdığından və Zauru əlləri ilə özündən kənarlaşdırdığından Zaur cinsiyyət orqanını çıxardıb ondan aralaşmışdır. Zaurun boşalıb-boşalmamasını hiss etməmişdir. Zaur onunla cinsi əlaqədə olduqdan sonra qışqıraraq çölə çıxmasını istəmişdir. Zaur da paltarlarını geyinib çölə çıxmışdır. Bundan sonra Vəfa yanına gələrək ona demişdir ki, kağız yazıb versin ki, guya o, özü könüllü onun oğlu Zaurla qoşulub gəlmişdir. O, Vəfaya heç bir razılıq ərizəsi verməyəcəyini bildirmişdir. Bir qədər sonra Vəfa onu telefonla bacısı Nuranə ilə danışdırmış, telefonla bacısı Nuranəyə onu gəlib aparmalarını demişdir. Bir qədər keçmiş bacısı Nuranə əri Teymur və çoxlu polis əməkdaşları onun olduğu fərdi yaşayış evinə daxil olmuşlar. Daha sonra bacısı Şahid1 onunla söhbət edərək ona Zaurla evlənmək istəyibistəməməyini soruşmuş, o isə bacısına onu burdan aparmalarını, yoxsa özünü öldürəcəyini demişdir. Daha sonra onu və Zauru polis şöbəsinə aparmışlar. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Əliyevlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs1 qarşı isə şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. X4 qeydiyyatçı vəzifəsində çalışır. Hər gün saat 07:30-da evdən çıxır, saat 17 radələrində isə evə gəlir. 2019-cu ilin avqust ayında dəqiq gününü xatırlamadığı vaxt axşam saatlarında Zaur anası Vəfa və digər qohumları ilə onlara elçiliyə gəmişlər. Onlar oğlanları Zaura onun qızı Pərvanəni almaq istəmişlər, lakin arvadı və qızı evdə olmadığından onlara bir söz deyə bilməmişdir. Təxminən sentyabr ayında onlar yenə elçiliyə gəldikdə qızlarının onların oğlunu istəmədiyini və o, səbəbdən də Pərvanəni ona verməyəcəklərini bildirmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə saat 7:20də həmişə olduğu kimi evdən işə getmiş, ondan təxminən 5-10 dəqiqə sonra qızı Pərvanə və həmin gün onlarda olan Şahid1 Naftalan şəhərinə işə getmək məqsədi ilə evdən birlikdə çıxmışlar. Qızılhacılı qəsəbəsində poçtun yaxınlığındakı aptekin yanına çatanda adını sonradan bildiyi Təqsirləndirilən şəxs3, Sərxan və Zaur qızı Pərvanəni iradəsi əleyhinə oğurlayaraq avtomaşınla Zaurgilin qoşuluğundakı Fatma adlı qadının evinə gətirmişlər. Daha sonra Zaur onun qızı Pərvanəyə zor tətbiq etməklə onunla cinsi əlaqədə olmuş, onu zorlamışdır. Qızı Nuranə dərhal 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Daha sonra o həmin hadisədən xəbər tutan kimi evə gəlib və qızı Nuranəni arvadı Rənanı da götürüb Zaurgilin evini tapıb onlara getmiş, ora çatanda həmin yerdə Goranboy rayon polis şöbəsinin əməkdaşlarının olduğunu görmüşdür. Orada Zaurun atası Etibara onun qızını geri verməsini bildirmiş, Etibar isə ona qızının və Zaurun harda olduqlarını bilmədiyini demişdir. Arvadı Rənanı götürüb evə getmiş, lakin qızı Nuranə orada polislərlə qalmış, evə çatanda arvadı Şahid3 Şahid1 zəng vurub qızları Pərvanənin tapılıb- tapılmadığını soruşmuş, Şahid1 da Pərvanənin tapıldığını, Zaurgilin qonşusu Fatmagilin evdə olduğunu bildirmişdir. Daha sonra polislər Pərvanəni şöbəyə aparıb izahatını almışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qızını qaçırdıqdan sonra zorla onunla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Naftalan şəhərində yerləşən “Ağ Otel”də xadimə işləyir. Hər gün saat 07:20-də evdən çıxır, axşam isə saat 17-18 radələrində işdən çıxıb evə qayıdır. Hadisədən təxminən 2 ay qabaq həmin marşrutda bir qız görərək ondan xoşu gəlmişdir. Onun adının sonradan Zərərçəkmiş şəxs olduğunu və Naftalan şəhərində yerləşən “X4” işlədiyini öyrənmişdir. Bu barədə oğlu Təqsirləndirilən şəxs1 demiş, bir- iki dəfə Pərvanəni Zaura göstərmək məqsədi ilə avtomobillə səhər gedərək Pərvanəni görmüşlər. Zaur qızı bəyəndiyindən elçi getməyini bildirmişdir. Pərvanə ilə marşrutda növbəti dəfə qarşılaşarkən onun yanında oturub söhbət açmış, fikrinin ciddi olduğunu bildirib onun sevdiyi hər hansı şəxsin olub-olmaması ilə maraqlanmış, Pərvanə heç kimi sevmədiyini və hələlik də heç kimlə evlənmək fikri olmadığını demişdir. Təxminən bir həftə sonra Pərvanəni marşrutda gördükdə ondan elçi gəlmək istədiyini bildirib bu barədə fikrini soruşmuş, Pərvanə də evlənmək istəmədiyini bildirmişdir. Qayınanası Tamaranı və baldızı Sevdanı götürüb Pərvanəgilə bir neçə dəfə elçi getsələr də qızı verməkdən imtina etmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə evdə Zaur ona və atası Şahid5 Pərvanə işə gedərkən onu qaçırdacağını bildirmiş, onlar isə Zaura belə bir hərəkət etməməsini demişlər. Həmin gün axşam qonşuları olan Fatmagilə qonaq getdikləri vaxt Zaur Fatmaya evlənmək məqsədi ilə qız qaçırıb onun evinə gətirmək istədiyini bildirmiş, Fatma isə Zaurun Pərvanəni onun evinə gətirməsinə razı olmamışdır. Səhəri gün Zaurun tezdən oyanıb atasının avtomaşını ilə getdiyini görüb onun Pərvanəni qaçıracağını düşünüb, tez Fatmagilə getmiş, həmin vaxt Zaurun Pərvanəni qucağında ikinci mərtəbəyə qaldırdığını görmüşdür. Orada olarkən Zaurun Təqsirləndirilən şəxs3 və Sərxan adlı dostları ilə birgə Pərvanəni qaçırdığını öyrənmişdir. Həmin vaxt Pərvanə evlərinə getmək istədiyini demiş, o isə Pərvanəyə narahat olmamasını, xoşbəxt olacağını, onlara toy edəcəyini demişdir. Zaur Pərvanə ilə danışıb razı salacağını, onunla öz istəyi ilə cinsi əlaqədə olacağını və öz evlərindən döşək gətirməyini və digər yataq otağına aparmağını bildirmiş, o isə Zaura qız cinsi əlaqədə olmağa razı olmasa ona heç nə etməməsini bildirmiş, Zaur da razı olmayacağı halda ona toxunmayacağını bildirmişdir. O, da öz evlərindən gedib döşək, mələfə və dəsmal gətirib, evin digər otağına apararaq onu yerdən sərib, döşəyin üzərini ağ rəngli mələfə ilə örtmüşdür. Zaur həmin otaqdan çıxaraq Pərvanənin qolundan tutub dartaraq döşək olan otağa aparıb, qapını örtmüşdür. Təxminən 10 dəqiqə sonra Fatma evə gələrək evi tərk etmələrini bildirmiş, həmin vaxt Zaurun Pərvanəni tualet olan istiqamətə gətirdiyini görmüşdür. 10-15 dəqiqə sonra Zaurun ikinci mərtəbədən pəncərədən baxdığını və siqaret çəkdiyini görərək ikinci mərtəbəyə qalxmış, Pərvanə olan otağa girdikdə Pərvanə ağlayaraq ona otaqdan çıxmağını bildirdiyindən o, həmin otaqdan çıxıb qonaq otağına gəlmişdir. Pərvanəyə Zaurla könüllü olaraq gəlməsi haqqında kağız yazıb verməsini, toy edəcəyini, onu oğluna alacağını, lakin Zaurdan şikayət etməməsini xahiş etmiş, Pərvanə isə onun sözü ilə razı olmamışdır. Bir qədər sonra Etibar zəng edərək Pərvanənin bacısı Nuranənin onunla danışmaq istədiyini bildirmiş, o telefonu Pərvanəyə vermiş və Pərvanə bacısı ilə nəsə danışaraq ağlamışdır. O, polislərin, Pərvanənin bacısı Nuranənin və onun əri Teymurun evin qarşısında olduğunu öyrənmiş, təxminən 5-10 dəqiqə sonra polislər və Pərvanənin qohumları evə gəlmişlər. Pərvanin bacısı Nuranə onunla söhbət etmək üçün yanına getmiş, həmin vaxt otaqda olmadığı üçün Pəravanənin bacısı ilə nə danışdığını eşitməmişdir. Bundan sonra isə oğlu Zaur polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 doğma oğludur. Arvadı Vəfa ona Naftalan şəhərinə işə gedərəkən Pərvanə adlı bir qızı görərək onu bəyəndiyini bildirərək Zaurla evləndirmək üçün onlara elçi getmək istədiyini demiş, Vəfanın təklifi ilə razılaşmış və 2019-cu ilin avqust və sentyabr aylarında Qızılhacılı qəsəbəsinə Vəliyəddin kişinin evinə arvadı Vəfa və qohumlarını elçi göndərsə də Pərvanəni oğluna verməmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Zaur Pərvanəni qaçırmaq istədiyini ona və anası Vəfaya demişdir, lakin o, və Vəfa Zaura belə bir iş görməməsini deyiblər. xx xxxxxxxx 2019-cu il tarixdə Zaur dostu Sərxanla yaşadıqları evə gəlmişdir. Həmin vaxt arvadı Vəfa yatmış, özü isə digər otaqda olmuşdur. Sərxan Zaurun dostu olduğu üçün Zaurdan Sərxanın niyə gecə qalması barədə heç bir söz soruşmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə yuxudan oyandıqda Sərxan və Zaurun evdə olmadığını görmüş, həmin vaxt etibarnamə əsasında idarə etdiyi avtomaşın da evdə olmamışdır. Onlar Zaurun qız qaçırmaq üçün getdiyini düşündüklərindən Vəfa qonşuları Fatmanın evinə getmişdir. Saat 10 radələrində polis əməkdaşları onların yaşadığı evə gəlib, Zaurun və Pərvanənin harada olmalarını soruşsalar da xəbərinin olmadığını bildirmişdir. Daha sonra Pərvanənin atası Vəliyəddin qızı Nuranə və arvadı Rəna da onların evlərinə gəlmiş, Vəliyəddin ona qızını geri vermələrini bildirsə də Vəliyəddinə də Pərvanənin harada olmasından xəbəri olmadığını bildirmişdir. Pərvanəni Zaurla evləndirəcəyini və toy edəcəyini bildirsə də Vəliyəddin onun təklifi ilə razı olmamışdır. Daha sonra Nuranənin təkidilə arvadı Vəfaya zəng vuraraq Pərvanəni Nuranə ilə telefonla danışdırmışdır. Bundan sonra Nuranə polislərə Pərvanənin Fatamanın evində olduğunu bildirmiş, polis əməkdaşları Zaur və Pərvanəni şöbəyə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 Elburus oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun baldızıdır. Naftalan şəhrində yerləşən “X4” qeydiyyatçı işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə arvadı Şahid1 qayınatası Şahid2 evinə qonaq getmiş, orada gecələdikdən sonra səhər saat 7:30 radələrində Pərvanə ilə birlikdə Naftalan şəhərinə getmək üçün evdən çıxmışlar. Zərərçəkmiş şəxs avtobusa çatıb onu saxlatmaqdan ötrü Nuranədən bir qədər tez çıxıb küçə ilə gedərkən əsas yola təxminən 100 metr qalmış bənövşəyi rəngli “Vaz 2105” markalı avtomobil qəfildən Pərvanənin qabağında saxlayıb Pərvanəni zorla maşına mindirərək oradan uzaqlaşmışdır. Arvadı Şahid1 hadisə barədə 102 xidmətinə məlumat verdikdən sonra onunla da mobil telefon vaxitəsi ilə əlaqə saxlayaraq Pərvanənin qaçırıldığını bildirmişdir. O, həmin vaxt Naftalan şəhərində Çinar otelinin qarşısında olmuş, bu barədə eşitdikdən sonra dərhal Nuranənin olduğu yerə taksi ilə gələrək Nuranəni də götürərək Goranboy rayon polis şöbəsinə getmişlər. Polis şöbəsinin iki əməkdaşı ilə qayınatası Şahid2 evinə gəlmiş, Şahid2 evində olarakən polislər onlara Vəfa adlı qadının evini tapdığını bildirmişlər. Qayınatası Şahid2 qayınanası Şahid3 və arvadı Şahid1 ilə birlikdə Vəfagilin evinə gəlmişlər. Orada polis əməkdaşları və adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 atası Etibar, nənəsi Tamar, digər qohumları və qonşuları olmuşlar. Onlara Pərvanəni geri vermələrini bildirmiş, onlar isə toy edəcəklərini bildirmişlər. Nuranə ilə birlikdə Etibarla söhbət edib Pərvanənin yerini öyrənməyə çalışmışlar, bundan sonra Etibar arvadı Vəfaya mobil telefonla zəng vurub Nuranə ilə Pərvanəni bir-biri ilə telefon vasitəsi ilə danışdırmış, Nuranə Pərvanə ilə danışdıqdan sonra Etibar onlara Pərvanənin üzbəüz qonşularının evində olduğunu bildirmişdir. Onlar dərhal polis əməkdaşları ilə Etibargilin qonşularının evinə daxil olmuşlar. Evə daxil olduqdan sonra pilləkənlə ikinci mərtəbəyə qalxmışlar və evdə 2 nəfər qadının, yəni Vəfa və ev yiyəsi olan qadının olduğunu görmüşlər. Həmin vaxt Pərvanə digər otaqdan olmuşdur. Arvadı Şahid1 Pərvanədən Zaurla evləmək istəyinin olub-olmamasını soruşmuş, Pərvanə isə cavab olaraq burada qalmaq istəmədiyini bildirmiş, daha sonra Pərvanə çölə çıxaraq ağlamağa başlamışdır. Onlar Goranboy rayon polis şöbəsinə getmişlər. Zaur, onun tanışları Təqsirləndirilən şəxs3 və Sərxan haqqında şikayət etmişlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 onunla zorla cinsi əlaqədə olmasını arvadı Şahid1 demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya birliyinin Goranboy şöbəsinin rəisi vəzifəsində işləyir. Məhkəmə-tibb eksperti kimi 1997-ci ildən çalışır. Həqiqətən də zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs müayinə etmiş və xx.xx.2019-cu il tarixdə canlı şəxsin ekpertizasına dair 658 saylı rəyi vermişdir. Zərərçəkmiş şəxs ekspertizası komisyon qaydada keçirilmiş, digər ekspert Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya birliyinin Mingəçevir şəhər şöbəsinin rəisi X11 olmuşdur. Rəy verərkən aralarında fikir ayrılığı olmamışdır. Xatırladığı qədərilə zərərçəkmiş Zərərçəkmiş şəxs hadisədən bir gün sonra onlara təqdim etmişlər. Zərərçəkmişi əl ilə müayinə edib rəydə qeyd etdikləri nəticəyə gəlmişlər. Zərərçəkmiş şəxs qızlıq pərdəsi cinsi əlaqədə olma nəticəsində pozulmuş, pozulma müddəti qərarda göstərilən şərait və tarixdə, yəni xx.xx.2019-cu il tarixdə gərginləşmiş kişi cinsiyyət orqanının təsirindən əmələ gəlmişdir.Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər zorlamaya xarakterik xəsarətlər olmuş, verdiyi rəyi təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində Zaurun qonşusu olduğunu, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qaçırmasını sonradan bildiyini, bildiyi qədərilə Zaurgilin bir neçə dəfə Pərvanə üçün elçi getdiklərini, lakin qızı ona verməkdən imtina etdiklərini göstərmişdir. Zaur qızı qaçırandan sonra qızın ailəsi və polis gəlib qızı evlərinə aparmış, o bu barədə sonradan bilmişdir. Qızgilə evlənmələri üçün barışığa gedəndə Pərvanənin anası və bacısı Pərvanınin bakirə olduğunu bildirmişdir. Qızın ailəsi Pərvanəni yenidən yoxlanılmasını istəmiş, onun bakirəliyinin pozulmadığını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, bacısı oğlu Təqsirləndirilən şəxs1 ailə qurmaq məqsədilə Zərərçəkmiş şəxs qaçırmış, qızı qaçırandan sonra çox keçmədən polislər və qızın valideynləri gəlib onu aparmışlar. Ertəsi gün qızın qapısına barışığa gedəndə onlar bu evliliyin baş tutmayacağını demişlər. Qızın ailəsi səhər onlar gedəndə Pərvanənin bakirə olduğunu bildirmişlər. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Goranboy rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair xx.xx.2019-cu il tarixli 658 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti qərarda göstərilən şərait və tarixdə, yəni xx.xx.2019-cu il tarixdə gərginləşmiş kişi cinsiyyət orqanının təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs Vəliyyədin qızının anal dəliyi vasitəsilə cinsi əlaqədə olmanın əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər:- sağ və sol saidin 1/3-nin arxa səthinin, sol budunun aşağı 1/3-nin iç səthinin qançırları küt əşyanın təsirindən, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə fiziki zor tətbiq etməklə cinsi əlaqədə olma zamanı əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Goranboy rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair xx.xx.2019-cu il tarixli 663 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Goranboy rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair xx.xx.2019-cu il tarixli 664 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. Təqsirləndirilən şəxs1 cinsi əlaqəyə girmək qabiliyyəti inkar olunmur. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Goranboy rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair xx.xx.2019-cu il tarixli 665 №-li rəyindən görünür ki, Əliyev Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli 533 saylı “materialların məhkəmə ekspertizası”na dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın üzərində tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd şalvar üzərində tapılmış qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli 534 saylı məhkəmə trasoloji ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus tumanın üzərində olan bir ədəd zədə və Təqsirləndirilən şəxs1 məxsus uzunqol köynəyin üzərində olan üç ədəd zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb sökülmə zədələridir. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus şalvarın, uzunqol köynəyin, maykanın, busqalterin, bezin və Təqsirləndirilən şəxs1 məxsus şalvarın üzərində trasoloji zədə aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən təqdim edilmiş maddi sübutların məhkəmə ekspertizasına dair xx xxxxxxx 2019-cu il tarixli 32 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa-betadır. Təqdim olunmuş 1 ədəd əski parçası və 6 ədəd əski hissələri üzərində insana məxsus qan ləkələri aşkar edildi. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi ikinci qrup şəxsə aid olub A (İİ) betadır. Ona görə də təqdim olunmuş maddi sübutlarda aşkar olunmuş qan Zərərçəkmiş şəxs aid ola bilməz. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən təqdim edilmiş maddi sübutların ekspertizasına dair xx xxxxxxx 2019-cu il tarixli 38 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) betadır. Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır. Təqdim olunmuş Təqsirləndirilən şəxs1 məxsus bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli köynək üzərində qana oxşar ləkə aşkar olunmadığından müayinə edilmədi. Təqdim olunmuş zərərçəkmiş şəxs X1 məxsus paltarlar bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli kofta, bir ədəd mayka, bir ədəd busqalter, bir ədəd narıncı rəngli trusik üzərində qana oxşar ləkə aşkar olunmadığından müayinə edilmədi. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd qadın bezi üzərində insana məxsus qan ləkələri aşkar edildi. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa–beta olduğundan onun özünə məxsus ola bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 593/240 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən, yəni xx.xx.2019-cu il tarixdə öz əməlinin faktiki xaraketerini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2019cu il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 592/239 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən, yəni xx.xx.2019-cu il tarixdə öz əməlinin faktiki xaraketerini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs1 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs1 xx.xx.2019cu il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 594/241 saylı rəyindən görünür ki, Əliyev Təqsirləndirilən şəxs3 cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Əliyev Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törədərkən, yəni xx.xx.2019-cu il tarixdə öz əməlinin faktiki xaraketerini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Əliyev Təqsirləndirilən şəxs3 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda da məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Əliyev Təqsirləndirilən şəxs3 səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Əliyev Təqsirləndirilən şəxs3 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Əliyev Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Əliyev Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Əliyev Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. Əliyev Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş “şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 144.2.3 və 149.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Əliyev Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi haqqında” qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Əliyev Təqsirləndirilən şəxs3 barələrində həbsetmənin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Goranboy rayonu icra hakimiyyəti başçısının Xanqərvənd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Goranboy rayonu icra hakimiyyəti başçısının Goranboy şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Qazax rayonu icra hakimiyyəti başçısının Orta Salahlı İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Əliyev Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Goranboy rayonu icra hakimiyyəti başçısının Xanqərvənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 648 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həbs olunana qədər atası X17, anası X12, arvadı X15, qızları X7, X8 və oğlu X16 ilə birlikdə Goranboy rayonunun Xanqərvənd kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş Goranboy rayonu icra hakimiyyəti başçısının Goranboy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2296 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həbs olunana qədər atası Şahid5 oğlu və anası Şahid4 ilə birlikdə ünvan 4 ünvanında yaşamışdır. İş materiallarına əlavə edilmiş Qazax rayonu icra hakimiyyəti başçısının Orta Salahlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışlarından görünür ki, Əliyev Təqsirləndirilən şəxs3 həbs olunana qədər atası X18, anası X13 və qardaşı X19 ilə birlikdə Qazax rayonu, Orta Salahlı kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 775, 776 və 777 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəylərdən görünür ki, Təqsirləndirilən şəxs1, Əliyev Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmirlər, narkomaniya xəstəliyindən əzab çəkmirlər və narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Əliyev Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs2 və Əliyev Təqsirləndirilən şəxs3 heç bir şikayəti yoxdur, lakin Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 verilmiş ittihamlarla özünü qismən, yalnız CM-in 144.2.3-cü maddəsilə təqsirli bilərək, CM-in 149.1-ci maddəsilə verilmiş ittahamla isə özünü təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmadığını, onu zorlamadığını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Əliyevin onun Zərərçəkmiş şəxs qaçırmaq istəyi barədə əvvəldən məlumatlarının olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi həmin ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul edir. Məhkəmə onun təqsirinin məhkəməyədək icraat zamanı özünü təqsirli bilməklə verdiyi ifadəsi, digər təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapdığını hesab edir. Belə ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, anası Şahid4 ona 2-3 ay bundan əvvəl evlənmək üçün qız tapdığını demişdir. Bundan 1 ay əvvəl təxminən avqust ayının ortalarında anası Şahid4 ilə birlikdə Goranboy rayonu Qızılhacılı qədəbəsində yerləşən dayanacağa getmiş orda anası Şahid4 Zərərçəkmiş şəxs ona göstərmişdir ki, “bu qızı sənə alacam”. Zərərçəkmiş şəxs xoşu gəlmiş, lakin Zərərçəkmiş şəxs onu görməmişdir. Anası Şahid4, nənəsi Tamara Eyvazova və bibisi Sevda təxminən 1 ay əvvəl onlara elçi getmişlər, həmin vaxt Zərərçəkmiş şəxs atası evdə tək olmuş və anasıgilə demişdir ki, “Biz sizi tanımırıq, siz bizimlə maraqlanmısınız, bizdə sizinlə maraqlanaq sonra bir cavab verərik”. Bundan sonra təxminən 20 gün əvvəl yenə eyni qaydada anası Şahid4 nənəsi Tamara Pərvanəgilə bir daha elçi getmişlər, lakin həmin vaxtı Pərvanənin anası Rəna cavab verib ki, “Mən qızımı danışdırım, əgər istəsə məndə razılıq verərəm”. 2019-cu ilin sentyabr ayının əvvəllərində yenə anası Şahid4 nənəsi Tamara və bibisi Sevda ilə Pərvanəgilə elçi gediblər ki, bir xəbər bilsinlər. Həmin vaxtı Zərərçəkmiş şəxs valideyinləri cavab veriblər ki, “qızımız evlənmək istəmir və hələ biz onu oxutmaq istəyirik”. Bundan sonra Pərvanədən çox xoşu gəldiyindən xx xxxxxxxx 2019-cu il tarixdə saat 19 radələrində fərdi yaşayış evlərində olarkən atası və anasına Pərvanəni qaçırdacağını bildirib. Valideyinləri də belə iş görməməyini deyiblər. Həmin gün yəni, xx xxxxxxxx 2019cu il tarixdə saat 20 radələrində o, və anası qonşuları Fatmanın evinə qonaq getmişlər. Fatmanın yaşadığı evlə onların fərdi yaşayış evləri üzbəüzdür. Onunla qonşu kimi münasibətləri yaxşı olmuş bir birinin evinə sərbəst gedib gəlmişlər. Anası ilə Fatmanın evində olarkən Fatamaya demişdir ki, evlənmək məqsədi ilə qız qaçırdıb onlara gətirəcək. Fatma ona qorxduğunu bildirib və razı olmayıb, o, isə qorxulu heçnə olmadığını deyib. Evə gəldikdən sonra anası Vəfa ona “bala belə iş görmə zibilə düşərik” deyib. O, isə qəti qərara gəlmişdir deyə anasına fikir verməyib və evdən çıxıb gedib. Həmin gün axşam vaxtı saat təxminən 21 radələrində rayonun mərkəzində yerləşən “Dan Ulduzu” adlı çTəqsirləndirilən şəxs3da dostu Təqsirləndirilən şəxs2la oturarkən ona sabah, yəni xx xxxxxxxx 2019-cu il tarixdə istədiyi qız olan Zərərçəkmiş şəxs qaçırtmaq istədiyini bununla bağlı ona kömək edib etməyəcəyini soruşub. Sərxanda öz növbəsində bu işin təhlükəli olduğunu deyibi və Pərvanənin onu istəyib istəmədiyini və neçə yaşı olduğunu soruşub. O, Sərxana qızın 22 yaşı var və qorxma qız razıdı deyib. Sərxan isə “problem yoxdur gedərik”. deyib. O, çTəqsirləndirilən şəxs3da Təqsirləndirilən şəxs2la təxminən 2 saat oturub söhbət etdikdən sonra onu da götürərək evlərinə gəlib. Həmin gün saat təxminən 23 radələrində dostu Təqsirləndirilən şəxs3 Əliyevə mobil telefonla zəng edərək ona “səhər istəyirəm gedim qız qaçırmağa mənim maşınımı sürə bilərsən”? deyib. İlk növbədə Təqsirləndirilən şəxs3 ona “qorxuram” deyib, lakin ona qorxmamasını qorxulu bir şey olmadığını sadecə maşın sürəcəyini və sabah saat 6:30 -da onu gəlib götürəcəyini bildirib. Sərxan həmin gecə onların evində qalıb. Həmin vaxt anası Şahid4 yatmış, atası Şahid5 isə digər otaqda olub. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saat 06:30 radələrində Sərxanla yaşadığı evdən çıxaraq atası Şahid5 məxsus bənövşəyi rəngli “Vaz 2105” markalı “**-BG-***” nömrə nişanlı avtomaşına oturaraq Təqsirləndirilən şəxs3 zəng edib harada olduğunu soruşub. Təqsirləndirilən şəxs3 da cavab olaraq, onu Goranboy şəhərində yerləşən yeni avtovağzalla üzbəüz olan ticarət mərkəzinin qarşısından götürməyini bildirib. Sərxanla idarə etdiyi maşınla Təqsirləndirilən şəxs3ı ticarət mərkəzinin qarşısından götürərək Qızılhacılı qəsəbəsi istiqamətinə gediblər. O, bilirmiş ki, Zərərçəkmiş şəxs hər gün səhər saat 08 radələrində evlərindən çıxaraq Naftalan şəhərinə işə gedir. O, idarə etdiyi avtomobili onların küçəsində yerləşən aptekin yaxınlığında olan “Oba” marketin qarşısında saxlayıb və Təqsirləndirilən şəxs3 deyib ki, “gəl sən sükan arxasında otur mən də arxa oturacaqda oturum”. Daha sonra Təqsirləndirilən şəxs3 maşını 10-15 metr qabağa aptek olan tərəfə sürüb və aptekin qarşısında gözləməsini bildirib. Bir az gözləyib və Zərərçəkmiş şəxs onlar tərəfə gəldiyini görüblər. Həmin vaxt Təqsirləndirilən şəxs3 avtomobili sürüb, Pərvanənin qarşısında saxlamasını bildirib, Təqsirləndirilən şəxs3 avtomobil ilə onun yan tərəfindən dönərək Pərvanənin qarşısında avtomobilin arxası onun tərəfə saxlayıb. O, avtomobilin arxa sağ qapısından düşüb Pərvanənin hər iki qolundan tutaraq maşına oturtmaq istəyib, lakin Pərvanə həmin vaxt qışqıraraq əlindən çıxmağa çalışaraq yerə oturub. O, Pərvanəni sürüyərək avtomobilə mindirib özü də onun yanında oturub. Həmin vaxt ön oturacaqda oturan Sərxan pəncərədən əli ilə arxa qapını örtüb. Avtomobili Təqsirləndirilən şəxs3 idarə edərək yaşadığı ünvan 6 ünvanında qonşuları soyadını bilmədiyi Fatmagilin evlərinin qapsının önünüdə saxlayıb. Onlar Fatmagilin evinin küçə qapısının qarşısına çatıb maşını saxladıqdan sonra avtomobildən düşüb və Pərvanənidə avtomobildən düşürüb. Pərvanə həmin vaxt ağlayırdı və onu evlərinə aparmağını xahiş edirdi. Pərvanəni qucağıma götürərək Fatmagilin həyətinə daxil olub və pilləkənlə Fatmagilin evinin ikinci mərtəbəsinə qaxıb zala daxil olub. Təqsirləndirilən şəxs3 və Sərxan isə oradan uzaqlaşıb harasa gediblər. Pərvanəni pilləkənlə yuxarı qaldıranda pilləkənin baş hissəsində Fatmanı daha sonra isə anası Vəfan Eyvazovanı görüb. Həmin vaxt Pərvanə ağlayırdı və evlərinə getmək istədiyini deyirdi. Anası Vəfa isə Pərvanəyə “qızım narahat olma razı ol xoşbəxt olacaqsan, sənə Zaura toy edəcəm” deyib. Fatma anasına “bu qızı niyə gətirmisiz”? deyib. Anası isə Fartmaya onun qız qaçırdığını səbr etməsini və öz evlərinə gedəcəklərini bildirib. Fatma evdən çıxıb getmələrini deyib. Özü isə harasa gedib. O, anasına Pərvanə ilə danışıb, yalvarıb razı salacağını, onunla öz istəyi ilə cinsi əlaqədə olacağını və öz evlərindən döşək gətirməyini və digər yataq otağına aparmağını bildirib. Anası Şahid4 ona deyib ki, birdən qız cinsi əlaqədə olmağa razı olmasa lazım deyil. O, da anasına söz verib ki, razı olmasa ona toxunmayacaq. O, Pərvanənin qolundan tutub dartaraq boş bir otağa aparıb. Orada Pərvanə onu niyə qaçırdığını bildirib və onu azad etməyini, onu istəmədiyini və bu barədə heç kimə bir söz deməyəcəyini bildirib. O, isə Pərvanəyə daha gec olduğunu və onu buraxmayacağını bildirib. Pərvanə otaqdan çıxmaq istəyərkən onun qarşısını kəsib. Həmin otağda təxminən 10-15 dəqiqə onu zorla saxladığdan sonra yenidən qolundan tutub dartaraq zorla başqa boş bir otağa aparıb. Həmin otağda yerdə döşəmənin üzərində döşək olub. Döşəyin üzərinə ağ örtük salınmışdır. Pərvanəni itələyərək döşəyə uzadıb və onun əynində olan qara rəngli cins şalvarını və qırımızı rəngli alt paltarını dartıb çıxarıb. Daha sonra o, əynində olan qara rəngli cins şalvarını, önündə 3 ədəd düyməsi olan qara köynəyini, ağ rəngli maykasını və qara -boz rəngli alt paltarını çıxarıb. Həmin vaxt Pərvanə ona yalvarıb ki, “mənə yaxın durma xəstəyəm”. O, Pərvanənin köynəyini çıxarmadan üzərinə uzanıb. Pərvanə həmin vaxtı onu itələyib və təcili olaraq ayaqyoluna getmək istədiyini bildirib. Yenidən geyinərək onu tualetə aparıb. Pərvanəni tualetə aparakən Fatma və anası Vəfanı qonağ otağında görüb. Pərvanə tualetə girdikdən sonra orada qışqırıb ağlayayırdı. Anası Şahid4 onun yanına gələrək bir daha Pərvanə ilə zorla cinsi əlaqədə olmamağını və razılıq vermədiyi təqdirdə ona heç bir şey etməməyini bildirib. O, da anası Şahid4 cavab olaraq bir daha Pərvanənin razılıq verməyəcəyi təqdirdə ona toxunmayacağını bildirib və qapını möhkəm şəkildə dartıb açıb. O, Pərvanənin yenidən qolundan tutaraq döşəməsində döşək olan otağa qayıdıb. Anasının isə pilləkənlə aşağı düşdüyünü görüb. Pərvanəni yenidən həmin otaqa gətirdikdən sonra eyni qaydada o, Pərvanəni döşəyə uzadıb və onun şalvarını və qırmızı alt paltarını çıxardıb, daha sonra o, bütün paltarlarını çıxaraq Pərvanənin üzrərinə uzanıb. Öz cinsiyyət orqanını Pərvanənin cinsiyyət orqanına daxil edib, təxminən 2 dəqiqə cinsi əlaqədə olub və boşalmadan Pərvanə müqavimət göstərdiyinə görə cinsi əlaqəni yarımçıq qoyub. Həmin vaxt yarımçıq olduğuna görə Pərvanədən qan gəldiyini görməyib. Daha sonra paltarlarını geyinərək çölə çıxıb və pəncərədən çölə baxaraq siqaret çəkib. Həmin vaxt anası Şahid4 onu görüb yanına gəlib. Anası Şahid4 Pərvanə olan otağa gedib, lakin Pərvanə ona otağdan çıxmasını bildirib. Həmin vaxt qonaq otağında olub. Pərvanə özü isə 5-10 dəqiqə sonra qonaq otağına gəlib. Qonaq otağından digər yataq otağına keçib. Anası Şahid4 yenidən Pərvanə ilə söhbət etməyə çalışıb ki, şikayət etməsin və könüllü gəlməyi barədə razılıq ərizəsi yazsın. Pərvanə isə anası ilə razılşamaq istəməyib. Daha sonra anası Pərvanəni bacısı Nuranə ilə telefonla danışdırıb. Lakin onların hansı mövzuda danışdıqlarını eşitməyib. Elə bu vaxt Fatma onların yanına gəlib. 5-10 dəqiqə sonra səsküy gəldiyini eşitdib polislərin, Pərvanənin bacısı Nuranə və əri Teymur gəldiyini görüb. Nuranə Pərvanə olan otaqa gedib. Həmin vaxt onların yanında olmadığı üçün hansı mövzüda söhbət etdiklərini eşitməyib. Daha sonra rayon polis şöbəsinin əməkdaşları onu və Pərvanəni şöbəyə aparıblar. Pərvanəni evlənmək məqsədi ilə qaçırmış, dostları Sərxan və Təqsirləndirilən şəxs3 ona kömək etmək üçün getmişlər. Bildirir ki, Sərxan avtomobildən düşməmişdir, Pərvanəni avtomobilə oturtduqdan və onun yanına oturduqdan sonra Sərxan ön oturacağın pəncərəsindən əlini uzadaraq arxa sağ qapını örtmüşdür. Sərxan və Təqsirləndirilən şəxs3 Pərvanə ilə onu düşürtdükdən sonra çıxıb getmişlər. Bildirir ki, Pərvanəni həmin otaqa aparmaqda məqsədi onunla danışıb evlənməsinə razı salmaq olmuşdur. Orada Zərərçəkmiş şəxs evlənməsinə razı olmayacağını görüb, onunla cinsi əlaqədə olduğu təqdirdə çıxılmaz vəziyyətdə qalıb razılaşacağını düşünərək, Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqəyə girmək qərarına gəlib. Hadisə vaxtı əynimdə olmuş alt paltarı, maykası, şalvarı və köynəyi hal-hazırda evdədir. Həmin paltarlarda heç bir zədə yoxdur. Pərvanəni qaçırarkən onun qollarından tutmuş Pərvanə, müqavimət göstərə bilməyib. Cinsi əlaqə zamanı isə ona bir dəfə əl qol atıb, lakin Pərvanənin qolundan tutub və ona bir daha əl qol atamamsını bildirib, bədənin üzərində heç bir xəsarəti yoxdur. Onun sürücülük hüququm yoxdur. Həmçinin hadisə vaxtı “Vaz 2105” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə olmadan idarə etmişdir. Bildirir ki, həmin avtomaşını atası Şahid5 təxminən 2011-ci il tarixdə X9 alqı-satqı əsasında almış və avtomaşının tam dəyrini ödəmişdir. Lakin rəsmi qaydada sənədləşmə etməmiş, həmin avtmaşını etibarnamə əsasında idarə etmişdir. Bildirir ki, Şahid1 ona utanıb utanmadığını soruşduqda Nuranəyə utanımram deyib. Çünki onun məqsədi Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmaq olmuşdur. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ekspertizası komisyon qaydada keçirilmiş, digər ekspert Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya birliyinin Mingəçevir şəhər şöbəsinin rəisi X11 olmuş, rəy verərkən aralarında fikir ayrılığı olmamış, zərərçəkmişi əl ilə müayinə edib rəydə qeyd etdikləri nəticəyə gəlmişlər. Zərərçəkmiş şəxs qızlıq pərdəsi cinsi əlaqədə olma nəticəsində pozulmuş, pozulma müddəti qərarda göstərilən şərait və tarixdə, yəni xx.xx.2019-cu il tarixdə gərginləşmiş kişi cinsiyyət orqanının təsirindən əmələ gəlmişdir.Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər zorlamaya xarakterik xəsarətlər olmuş, verdiyi rəyi təsdiq etmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsindən də müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 onunla zorla cinsi əlaqədə olmuşdur. Bundan başqa məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X3 və X6 ifadələrində Zərərçəkmiş şəxs qaçırılmasından sonra Pərvanənin ailə üzvlərindən onun bakirə olduğunu eşitmişlər. Məhkəmə qeyd olunan ifadələrlə də bağlı hesab edir ki, həmin ifadələr işin faktiki hallarına uyğun olmayan, təqsirləndirlən şəxsin məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadələrdir. Həmin ifadələr iş üzrə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi, məhkəmə-tibb ekspertinin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə təkzib olunur. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Əliyev Təqsirləndirilən şəxs3 törətdikləri əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 144.2.3 və 149.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Əliyev Təqsirləndirilən şəxs3 əməlləri isə Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Əliyev Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Əliyev Təqsirləndirilən şəxs3 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri nəzərə alınaraq barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə tərkibi məhkəmə baxışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Əliyev Təqsirləndirilən şəxs3 ilə bağlı müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, həmçinin əməllərində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin məqsədi və motivini, onların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onların davranışını cinayətin və onların özlərinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Əliyev Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edib, cinayət işinin materialları və məhkəmə istintaqı zamanı müəyyən olunmuş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu və əməllərində cəzanı ağırlaşdıran halların olmamasını müstəsna hallar kimi qəbul olunaraq onların barələrində CM-in 62-ci maddəsinin tətbiq olunmaqla təqsirli bilindikləri həmin məcəllənin müvafiq maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini məqsədəuyğun sayır. Belə ki, CM-in 62-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən tərədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Əliyev Təqsirləndirilən şəxs3 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy rayon, prokurorluğunun arxivində saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs1 əynində olmuş 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd öndən 3 ədəd düyməsi olan qara rəngli köynək yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli sinəsində ürək şəkli olan “start a new day” və ağ hərflərlə “Hello” sözü yazılmış qara rəngli uzunqol köynəyi, 1 ədəd qara rəngli maykası, 1 ədəd açıq sarı rəngə oxşayan lifçiyi, 1 ədəd qırmızı rəngli tursiki, 1 ədəd qadın bezi özünə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 96 (doxsan altı) manat 30 (otuz) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 32 (otuz iki) manat 10 (on) qəpik olmaqla tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Əliyev Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Əliyev Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Əliyev Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy rayon, prokurorluğunun arxivində saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs1 əynində olmuş 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd öndən 3 ədəd düyməsi olan qara rəngli köynək yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli sinəsində ürək şəkli olan “start a new day” və ağ hərflərlə “Hello” sözü yazılmış qara rəngli uzunqol köynək, 1 ədəd qara rəngli mayka, 1 ədəd açıq sarı rəngə oxşayan lifçik, 1 ədəd qırmızı rəngli tursiki, 1 ədəd qadın bezi özünə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 96 (doxsan altı) manat 30 (otuz) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 32 (otuz iki) manat 10 (on) qəpik olmaqla tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3Əliyev isə hökmün surətini aldıqları andan) X24 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar