Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-148/2021 20.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, – xx xxxxxx 1987-ci il tarixdə Tərtər rayonu, Hacıqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 5 azyaşlı övladları olan, işləməyən, məhkumluğu olmayan, həbs olunanadək Tərtər rayonu, Hacıqərvənd kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, 2019-cu ilin fevral ayında Tərtər rayonu, Hacıqərvənd kəndi ərazisində yerləşən məişət tullantıları olan yerdən kağız bükümün arasında tapmış olduğu çətənə toxumlarını şəxsi istifadəsi üçün 2020-ci ilin aprel ayında Tərtər rayonu, Hacıqərvənd kəndində yerləşən cinayətdən xəbərsiz xalası Şahid7 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində dibçəkdə və torpaqda əkilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikasının Qanununu İİİ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda uzunluqları 130 sm, 161 sm, 170 sm, 178 sm, 78 sm, 180 sm, 180 sm, 260 sm, 133 sm, 250 sm, 260 sm, 150 sm, 160 sm, 100 sm, 187 sm, 262 sm, 266 sm, 218 sm, 160 sm, 85 sm olan 20 ədəd ümumi təmiz çəkisi 6950 qram əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada külli miqdarda narkotik tərkibli ÇƏTƏNƏ ( kannabis ) bitkilərini əkib-becərərək kultivasiya etmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Şahid7 yaşadığı Tərtər rayonu, Hacıqərvənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 (iyirmi) ədəd çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 237.2.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2004-cü ildən etibarən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 2019-cu ilin fervral ayında Tərtər rayonu, Hacıqərvənd kəndi ərazisində məişət tullantılarının yığıldığı yerdən kağız büküm tapmış, həmin kağız bükümü açaraq içərisində narkotik vasitə olan çətənə toxumları olduğunu görmüşdür. Həmin çətənə toxumlarını şəxsi istifadəsi üçün əkib becərmək məqsədilə bir müddət özündə saxlamışdır. 2020-ci ilin aprel ayında Tərtər rayonu, Hacıqərvənd kəndində yaşayan xalası Şahid7 fərdi yaşayış evinin həyətində çətənə toxumlarını 7 ədəd ayrıayrılıqda dibçəkdə və xalası Gülqızın həyətində torpaq sahəsində əkmişdir. Xalası evdə tək yaşadığı üçün heç kim onun narkotik vasitə əkdiyi barədə şübhələnməsin deyə o, narkotikləri xalasının evində əkmişdir. Sonra o, əkdiyi narkotik vasitəyə mütamadi olaraq qulluq etmiş, dibini bel ilə belləyib və peyin vermiş, vaxtı-vaxtında dibinə su töküb peyin verərək bitkilərin yetişməsi üçün qulluq etmişdir. O, 4-5 ay müddətində həmin çətənə bitkilərinə qulluq etmiş, ümumilikdə əkdiyi çətənə toxumlarından 20 ədədi bitmişdir. Həmin çətənə toxumlarının 7 ədədi dibçəkdə, qalan 13 ədədi isə torpaq sahəsində bitmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində o, Tərtər rayonu, Hacıqərvənd kəndində öz yaşadığı evdə olarkən xalası Gülqızın fərdi yaşayış evinin həyətinə baxış keçirilməsi üçün Tərtər rayon polis şöbəsinin əməkdaşlarının gəldiyini bilib sonuncunun evinə getmişdir. O, xalasıgilə çatanda polis əməkdaşlarının xalasının fərdi yaşayış evinin həyətyani sahəsinə baxış keçirdiklərini və onun əkdiyi narkotik vasitələri aşkar etdiklərini görmüşdür. Bundan sonra o, polis əməkdaşlarına həmin narkotik vasitəni xalası Gülqızın həyətyanı sahəsinə özü əkdiyini və qulluq etdiyini etiraf etmişdir. Hal şahidlərinin, mütəxəssisin və onun iştirakı ilə rayon polis şöbəsinin əməkdaşları tərəfindən becərilən 20 ədəd çətənə bitkiləri kisəyə qablaşdırılaraq kisənin ağzı bağlanmış, baxış zamanı tərtib edilmiş protokola digər iştirakçılar kimi o də imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Tərtər rayonu, Hacıqərvənd kəndində yaşayan Təqsirləndirilən şəxs həmin kənddə yaşayan qohumu Şahid7 fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə raportla rayon polis şöbəsinin rəisinə məruzə etmiş, sonra Şahid7 Tərtər rayonu Hacıqərvənd kəndində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün material RPŞ-nin TQ-nun təhqiqatçısı polis mayoru Səyyad Həsənova həvalə edilmişdir. Şahid7 Hacıqərvənd kəndində yerləşən evinin həyatyanı sahəsinə baxış keçirilməsi üçün o, təhqiqatçı Səyyad Həsənov, Şahid2 və Şahid3 ilə birlikdə Tərtər rayonu Hacıqərvənd kəndinə Şahid7 yaşadığı ünvana getmişlər. Həmin ünvanın giriş hissəsində olan zaman aqronom mütəxəssis Şahid6 da Şahid7 yaşadığı evin həyətinə gəlmişdir. Şahid7 ilə görüşüb ona məxsus fərdi yaşayış evinin həyətində qohumu Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə olan çətənə bitkilərinin əkib-becərməsində şübhəli olduğunu deyib onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmiş, Şahid7 da buna etiraz etmədiyini bildimişdir. Şahid7 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi zərurəti yarandığı üçün həmin kəndin İcra nümayəndəliyinin müavini Şahid4 və həmin kənddə yaşayan Şahid5 hal şahidi qismində dəvət edilmiş, Şahid7, adlarını qeyd etdiyi polis əməkdaşları, hal şahidləri və mütəxəssis aqronom Şahid6 iştirakı ilə birlikdə Gülqızın yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Gülqızın yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə kolları aşkar edilmiş, həmin vaxt Şahid7 qohumu Təqsirləndirilən şəxs gəlib həmin narkotik tərkibli bitkilərin ona məxsus olduğunu, onur tərəfindən kultivasiya edildiyini təkidlə bildirmişdir. Həmin narkotik vasitə olan çətənə kollarının sayı 20 ədəd olmuş, aşkar olunmuş çətənə kollarına aqronom Şahid6 da baxış keçirmişdir. Baxış zamanı aşkar edilmiş narkotik vasitə olan 20 ədəd çətənə kollarının 13 ədədi torpaqda, qalan 7 ədədi isə dibçəklərdə əkilmişdir. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılmış, aşkar olunmuş 20 ədəd çətənə kolları çıxarıldıqdan sonra mütəxəssis tərəfindən baxış keçirilib ölçülmüş, daha aşkar olunmuş 20 ədəd çətənə kolları müvafiq qaydada qablaşdırılaraq təhqiqatçı Səyyad Həsənov tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Baxış zamanı iştirak etmiş aqronom Şahid6 da aşkar olunmuş çətənə kollarına aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Baxış keçirilməsi başa çatdırılmış, baxışın sonunda aşkar olunmuş çətənə kolları barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolu isə o və digər iştirakçılar ilə birlikdə imza etmiş, sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə Tərtər rayon polis şöbəsinə dəvət edilmişdir. Tərtər rayon polis şöbəsinə gəldikdən sonra isə Ramal üzərində şəxsi axtarış aparılması zərurəti yarandığı üçün o, şübhəli şəxs qismində tutulmuş, sonra isə dəvət edilmiş vəkil və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və ya digər şübhəli predmet və ya əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilərək digər iştiakçılar kimi o da həmin protokola imza atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid1 göstərmiş olduğu xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12:30 radələrində Tərtər rayonu Hacıqərvənd kəndi ərazisində yerləşən iş yerinin inzibati binasında olan zaman polis əməkdaşları ona yaxınlaşıb Şahid7 yaşadığı evin həyətyanı sahəsində Təqsirləndirilən şəxs narkotik vasitə əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları bununla bağlı Şahid7 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi zərurətinin yarandığını bildirib onu hal şahidi qismində dəvət etmişlər. O da polis əməkdaşlarının təklifini qəbul etmişdir. Polis əməkdaşları Hacıqərvənd kəndində yaşayan Şahid5 də hal şahidi qismində dəvət etmişlər. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə Şahid7 yaşadığı ünvana getmiş, həmin vaxt Şahid6 da aqronom mütəxəssis qismində polis əməkdaşları tərəfindən dəvət edilmişdir. Polis əməkdaşları Şahid7 səsləyib çağırmış, Şahid7 yaşadığı evdən onların yanına gəlmiş, sonra polis əməkdaşları Şahid7 onun həyətyanı sahəsində qohumu Təqsirləndirilən şəxs narkotik vasitə əkib-becərməsində şübhəli olması ilə bağlı yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər, Şahid7 buna etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onların və Şahid7 iştirakı ilə sonuncunun yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar. Baxış zamanı Şahid7 yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə kolları aşkar edilmiş, Şahid7 həmin narkotik tərkibli çətənə kollarının əkilməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bu vaxt Gülqızın bacısı oğlu Təqsirləndirilən şəxs gəlmiş həmin narkotik tərkibli çətənə kollarını özünün əkərək kultivasiya etdiyini, həmin narkotik tərkibli kolların ona məxsus olduğunu bildirmişdir. Narkotik vasitə olan çətənə kollarının sayı 20 ədəd olduğu aşkar olunmuşdur. Aşkar olunmuş çətənə kollarına aqronom qismində dəvət edilmiş Şahid6 da baxış keçirmişdir. Çətənə kollarının 7 ədədi dibçəkdə, 13 ədədi isə torpaqda həyətyanı sahədə əkilmişdir. Aşkar olunmuş 20 ədəd çətənə kolları çıxarıldıqdan sonra mütəxəssis tərəfindən baxış keçirilib ölçülmüş, müvafiq qaydada polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Baxış zamanı aqronom Şahid6 aşkar olunmuş çətənə kollarına aqro-texniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra baxış keçirilməsi başa çatdırılmış, baxışın sonunda polis əməkdaşları tərəfindən aşkar olunmuş protokol tərtib edilmiş, tərtib edilmiş protokolu o və digər iştirakçılar imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Tərtər rayonu DAİM-də aqronom işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə Tərtər rayon polis şöbəsindən işlədiyi idarəyə aqronom ayrılması məqsədi ilə məktub ünvanlanmış, həmin işin icrası ona həvalə edildiyindən həmin tarixdə o, Tərtər rayon polis şöbəsinə getmişdir. Polis şöbəsinə getdikdən sonra ona Tərtər rayonu, Hacıqərvənd kəndində yaşayan Şahid7 fərdi yaşayış evinin həyətyanı sahəsinə narkotik vasitələrin əkib-becərilməsi ilə bağlı baxış keçiriləcəyi bildirilmişdir. O, polis əməkdaşları ilə birlikdə Tərtər rayonu, Hacıqərvənd kəndinə, Şahid7 yaşadığı evə getmiş, polis əməkdaşları Şahid7 evinin həyətyanı məhləsinə baxış keçirəcəklərini bildirmişlər, sonuncu da da heç bir etiraz etməmişdir. Polis əməkdaşları Şahid7 evinin həyətinə baxış keçirməsi üçün iki nəfər hal şahidi dəvət etmişdilər. Bundan sonra Şahid7 həyətyanı sahəsinə onun və iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirilən zaman oradan yaş halda narkotik vasitə olan çətənə kolları aşkar edilmişdir. Həmin çətənə kollarının bir neçəsi dibçəkdə, qalanı isə torpaqda əkilərək kultivasiya edilmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən Şahid7 həmin kultivasiya edilmiş narkotik vasitələrin kimin tərəfindən becərilməsi barədə sual ünvanlanmış, sonuncu həmin narkotik tərkibli çətənə kollarından məlumatı olmadığını, tez-tez qohumu Təqsirləndirilən şəxs həmin məhləyə gəlib-getdiyini bildirmişdir. Bu vaxt orada olan Təqsirləndirilən şəxs Şahid7 həyətindəki narkotik vasitələri özü əkərək kultivasiya etdiyini və bundan Şahid7 heç bir məlumatının olmadığını, həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Baxış zamanı aşkar olunmuş çətənə kolları yerindən çıxarıldıqdan sonra o, həmin çətənə kollarına aqrotexniki qaydada qulluq edildiyini müəyyən etmişdir. Həmçinin həmin çətənə kollarının ölçüsü onun tərəfindən müəyyənləşdirilmişdir. Daha sonra aşkar olunmuş çətənə kolları polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş, müvafiq qaydada qablaşdırılmışdır. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. O, həmin yerdən çıxdıqdan sonra aşkar edilmiş çətənə kollarına aqrotexniki qaydada qulluq edilməsi barədə rəy yazıb Tərtər rayon polis şöbəsinə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Tərtər rayonu Hacıqərvənd kəndində yaşamışdır. Təqsirləndirilən şəxs onun bacısı oğlu olmuşdur. Ramal uşaq vaxtlarından onun yanında böyümüşdür. 2020-ci ilin avqust ayının 13-də saat 12 radələrində o, evdə olan zaman onu səslədiklərini eşidib çölə çıxmış və polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları ona həyətində narkotik tərkibli bitkilərin əkib-becərilməsində şübhəli olduğunu bildirib, həyətinə baxış keçirəcəklərini bildirmişlər. O, isə polis əməkdaşlarına etiraz etməyib baxış keçirmələrinə icazə vermişdir. Polis əməkdaşlarının yanında üç nəfər mülki şəxs də olmuş, sonradan həmin şəxslərin hal şahidi və aqronom qismində dəvət edildiklərini öyrənmişdir. Polis əmkdaşları ona məxsus fərdi yaşayış evinin həyətinə hal şahidlərinin və aqronom mütəxəsisin iştirakı ilə baxış keçirən zaman həyətində narkotik təkibli çətənə kolları aşkar etmişlər. Polis əməkdaşları həmin narkotik vasitələrin kimə məxsus olması barədə ondan soruşanda sonuncunun bacısı oğlu Ramal polis əməkdaşlarına həmin narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik tərkibli çətənə kollarını özü əkib becərdiyini bildirmişdir. Onun Ramalın onun həyətyanı sahəsində əkib-becərdiyi narkotik tərkibli çətənə kolları barəsində heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tərtər rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertin xx xxxxxx 2020-ci il tarixli 16/568 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Tərtər rayonu Hacıqərvənd kənd sakini Şahid7 fərdi yaşayış evinin həyətyanı sahəsində dibçəkdə əkilmiş vəziyyətdə olan aşkar olunub götürülmüş sözləri yazılmış 7(yeddi) ədəd kisə bağlamadakı, 7(yeddi) ədəd dibçəkdə olan, ümümi sayı 7 (yeddi) ədəd, ümumi təmiz çəkisi-1450 qram olan bitki nümunələri əkilib- becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş hər birinin üzərində "Tərtər rayonu Hacıqərvənd kənd sakini Şahid7 fərdi yaşayış evinin həyətyanı sahəsində torpağa əkilmiş vəziyyətdə olan aşkar olunub götürülmüş sözləri yazılmış 13 (on üç) ədəd narkotik vasitə olan sözləri yazılmış 1(bir) ədəd bağlamadakı, ümumi sayı 13 (on üç) ədəd, ümümi təmiz çəkisi -550 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun ( mütəxəssisin ) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertin xx xxxxxx 2021-ci il tarixli 04 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdə epizodik istifadə etmə halları olub, narkomanlıq xəstəliyindən əzab çəkmir, narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertin xx xxxxxxx 2020-ci il tarixli 570/257 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kəllə-Beyin travmasının qalıq əlamətləri, psixotropabənzər davranışla XBT-10 (psixi və davranış pozuntularının beynəlxalaq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olduğundan o, hazırkı cinayət əməlini törədən zaman öz əməlinin mahiyyətini və xarakterini dərk etmiş, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyilillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şişirtməyə meyillilik və başqaları ilə müqviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xalası Şahid7 Tərtər rayonu Hacıqərvənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində aşkar olunaraq götürülmüş ayrı-ayrılıqda uzunluqları 130 sm, 161 sm, 170 sm, 178 sm, 78 sm, 180 sm, 180 sm, 260 sm, 133 sm, 250 sm, 260 sm, 150 sm, 160 sm, 100 sm, 187 sm, 262 sm, 266 sm, 218 sm, 160 sm, 85 sm olan 20 ədəd (ümumi təmiz çəkisi-6950 qram, tədqiqata istifadə olundu cəmi-4 qram (hər ob 0,2 qr) qalıq 6946 qram) təmiz çəkisi 6946 qram olan 20 ədəd çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Tərtər RPŞ-nin saxlanc anbarına verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tərtər rayon Kənd Təsərrüfatın İdarəsinin bitkiçilik sektorunun aqronomu Şahid6 xx xxxxxx 2020-ci il tarixli 009 nömrəli rəyindən görünür ki, Tərtər rayonu, Hacıqərvənd kənd sakini Təqsirləndirilən şəxs xalası Şahid7 fərdi yaşayış evinin həyəyanı sahəsində kultivasiya etdiyi ayrı-ayrılıqda uzunluqları 130 sm, 161 sm, 170 sm, 178 sm, 78 sm, 180 sm, 180 sm, 260 sm, 133 sm, 250 sm, 260 sm, 150 sm, 160 sm, 100 sm, 187 sm, 262 sm, 266 sm, 218 sm, 160 sm, 85 sm olan 20 ədəd ümumi təmiz çəkisi 6950 qram olan 20 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə Tərtər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, xx.xx.2008-ci il tarixdə Tərtər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128 və 132-ci maddələri ilə 01 il 01 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Tərtər rayon İHB-nın Hacıqərvənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 323 nömrəli arayışandan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu Hacıqərvənd kəndində yaşayır və müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Tərtər rayon İHB-nın Hacıqərvənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu Hacıqərvənd kəndində həyat yoldaşı və 5 (beş) azyaşlı övladı ilə birlikdə yaşayır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərədə tutulan cinayətin tərkibi vadır. Təqsirləndirilən şəxs xalası Şahid7 fərdi yaşayış evinin həyəyanı sahəsində narkotik tərkibli çətənə kollarının qanunsuz olaraq əkib-becərməklə kultivasiya etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərəkən yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005ci il tarixli Qanununun tələblərini qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti, qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində beş azyaşlı övladının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə Tərtər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub məhkumluğu ödənilmiş, xx.xx.2008-ci il tarixdə Tərtər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 132-ci maddələri ilə 01 il 01 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub məhkumluğu ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbi qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduqu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs əvvəllər epizodik olaraq narkotik vasitələrdən istifadə etdiyindən o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Tərtər rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs Tərtər rayonu Hacıqərvənd kəndində yerləşən xalası Şahid7 fərdi yaşayış evinin həyətyanı sahəsində kultivasiya etdiyi ayrı-ayrılıqda uzunluqları uzunluqları 130 sm, 161 sm, 170 sm, 178 sm, 78 sm, 180 sm, 180 sm, 260 sm, 133 sm, 250 sm, 260 sm, 150 sm, 160 sm, 100 sm, 187 sm, 262 sm, 266 sm, 218 sm, 160 sm, 85 sm olan 20 ədəd ümumi təmiz çəkisi 6950 qram əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada külli miqdarda narkotik tərkibli çətənə ( kannabis ) bitkilərini əkib-becərərək kultivasiya etmiş 20 (iyirmi) ədəd narkotik tərkibli çətənə ( kannabis ) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Tərtər rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. Təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi ) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia , xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Tərtər rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs Tərtər rayonu Hacıqərvənd kəndində yerləşən xalası Şahid7 fərdi yaşayış evinin həyətyanı sahəsində kultivasiya etdiyi ayrı-ayrılıqda uzunluqları uzunluqları 130 sm, 161 sm, 170 sm, 178 sm, 78 sm, 180 sm, 180 sm, 260 sm, 133 sm, 250 sm, 260 sm, 150 sm, 160 sm, 100 sm, 187 sm, 262 sm, 266 sm, 218 sm, 160 sm, 85 sm olan 20 ədəd ümumi təmiz çəkisi 6950 qram əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada külli miqdarda narkotik tərkibli ÇƏTƏNƏ ( kannabis ) bitkilərini əkib-becərərək kultivasiya etmiş 20 (iyirmi) ədəd narkotik tərkibli çətənə ( kannabis ) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Tərtər rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə 30 (otuz) manat 40 (qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-148/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-148/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver