Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-148/2022 27.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Alyans Vəkil bürosunun vəkili Nümayəndə Əfşər oğlunun, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında 27 avqust 1993-cü ildə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmişdir. Belə ki, o, 2021-ci ilin sentyabr ayının əvvəllərində Goranboy şəhər sakini Zərərçəkmiş şəxs yaxınlaşaraq cinayət törətdiyinə görə həbs olunmuş və himayəsində 4 azyaşlı uşağı olan tanışının azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş etdikdən sonra 08 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən çayxanada açıq havada tək oturub çay içməsini görüb sonuncuya yaxınlaşaraq həmin məsələ ilə bağlı təkrar müraciət etmək istəmiş, bu zaman Zərərçəkmiş şəxs telefonla danışması səbəbindən ona kənarlaşmasını bildirmiş, lakin o getməməkdə israr etdiyi üçün Zərərçəkmiş şəxs ona “dur aralaş burdan, telefonla danışıram” sözlərini dedikdən sonra, daha əvvəl özünün məhkumluq həyatı yaşaması ilə bağlı həmin sözləri özünə təhqir kimi qəbul edib bəhanə edərək, özünün şəxsiyyətini zərərçəkənin şəxsiyyətinin fövqündə qoymaqla, heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürüb həyatdan məhrum etmək qərarına gələrək bir qədər aralaşıb öz niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən ümumi uzunluğu 20 sm, tiyəsinin uzunluğu isə 8 sm təşkil edən qatlanan cib bıçağı ilə həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi bədən nahiyələrinə ardıcıl 8 zərbə endirməklə ona dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən qarının ön divarında sağda daxilə keçən mədənin və nazik bağırsağın açıq yaraları, sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin ön və arxa səthinin, sağ və sol qoltuqaltı nahiyənin, hər iki yuxarı ətrafın, sağ əlin arxa səthinin çoxsaylı yaraları xarakterli xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs stolun üzərindəki çayniki əlinə alıb ona tərəf atması, qolları ilə onun zərbələrini dəf etməsi və növbəti zərbələri endirməmək üçün bıçağı əlindən alaraq onu zərərsizləşdirməyə cəhd etməsi nəticəsində, eyni zamanda zərərçəkmişin fiziki cəhətdən özündən daha güclü olmasını dərk edib Zərərçəkmiş şəxs bıçağı əlindən alaraq onun özünə xəsarət yetirməsindən ehtiyyatlanaraq hadisə yerindən qaçıb uzaqlaşmaq məcburiyyətində qaldığı, həmçinin Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya aparılaraq ixtisaslaşdırılmış tibbi yardım göstərilməklə həyatı xilas edildiyi üçün öz iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Goranboy şəhər sakini Zərərçəkmiş şəxs hadisə gününə qədər qiyabi olaraq tanımışdır, onunla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Onun atası X19 Əkbərovun tabeliyində İ Qarabağ müharibəsində iştirak etmişdir. Zərərçəkmiş şəxs Goranboy özünümüdafiə batalyonunun komandiri olmuşdur, rayon ərazisində tanınan və nüfuza malik olan şəxsdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə o, Goranboy şəhəri ərazisində Zərərçəkmiş şəxs yaxınlaşaraq Fizuli Məmmədovun oğlu olduğunu, psixi xəstəliyi ilə əlaqədar müalicə olunmaq üçün maddi köməklik göstərməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ona demişdir ki: “Axşam tərəfi yaxınlaşarsan köməklik edəcəm sənə”. Həmin gün axşam saatlarında o, Zərərçəkmiş şəxs Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən evinin qabağına getmiş, lakin sonuncu ilə görüşə bilməmişdir. Bundan sonra, 08 sentyabr 2021-ci il tarixdə o, Goranboy şəhərində dairənin yanından yaşadığı ev tərəfə gedirmiş. Bu zaman görmüşdür ki, Zərərçəkmiş şəxs dairənin yaxınlığında çaycanada açıq havada tək oturub çay içir. O, Zərərçəkmiş şəxs yaxınlaşmış və salam verib əyləşmişdir. Zərərçəkmiş şəxs həmin vaxt telefonla danışırmış. Zərərçəkmiş şəxs ona demişdir ki: “Get burdan telefonla danışıram”. O isə ona demişdir ki: “Komandir, bir söz demişdim Sizə”. Zərərçəkmiş şəxs ona demişdir ki: “Dur aralan, rədd ol burdan”. Zərərçəkmiş şəxs həmçinin ona nalayiq ifadə işlətmişdir. Bu səbəbdən o, həmişə üzərində gəzdirdiyi qatlanan cib bıçağını çıxarmış və həmin bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən 2 dəfə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs ayağa durmuş və masanın üzərindən çayniki götürərək ona tərəf atmış və onun üstünə gəlmişdir. Çaynikin ona dəyib-dəyməməsini xatırlamır. Zərərçəkmiş şəxs bıçağı onun əlindən alaraq onun özünə xəsarət yetirməsindən ehtiyatlanaraq o, Zərərçəkmiş şəxs daha bir neçə dəfə bıçaqla qarın və qollarından zərbə endirmişdir. Zərərçəkmiş şəxs onun üstünə gəldikcə o, bıçaqla Zərərçəkmiş şəxs vururmuş ki, üstünə gəlməsin, ümumilikdə nə qədər bıçaq zərbəsi vurduğunu bilmir, Zərərçəkmiş şəxs onun üstünə gəldikcə o, Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs bədənindən qan axdığını görüb o, hadisə yerindən qaçaraq uzaqlaşmış və Goranboy rayon polis şöbəsinə gedərək törətdiyi əməl barədə məlumat verdim. Törətdiyi əməldən peşmandır. O, Zərərçəkmiş şəxs öldürmək istəməmişdir. Zərərçəkmiş şəxs ona söyüş söydüyü üçün o, əsəbiləşib Zərərçəkmiş şəxs 2 bıçaq zərbəsi endirmiş, lakin sonuncu onun üstünə gələrək bıçağı əlindən almağa çalışdığı üçün yenə də Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur ki, ondan əl çəksin. Bütün hadisə 1 dəqiqə içində cərəyan etmişdir, o, Zərərçəkmiş şəxs ilk dəfə qarın nahiyəsindən vurduqdan sonra hadisə yerindən getmək istəsə də, Zərərçəkmiş şəxs onun üzərinə gəlmiş və onu tutmaq istəmişdir, bu səbəbdən o, Zərərçəkmiş şəxs yenə bıçaqla vurmuşdur ki, ondan əl çəksin. Hadisə zamanı istifadə etdiyi bıçağı bir neçə ildir ki xatırlamadığı yerdən almışdır və həmişə üzərində gəzdirmişdir. O, Zərərçəkmiş şəxs hər hansı hicablı qadına yaxınlaşaraq avtomobilinə oturmasını təklif etdiyini görməmişdir. Hadisə zamanı yaxınlıqda, yəni hadisəni müşahidə edə biləcək məsafədə heç kim olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, heç bir psixi və sair ağır xəstəlik keçirməmişdir, özünü tam sağlam hiss edir. 2021-ci ilin sentyabr ayının təxminən 4 və ya 5-də yaşadığı evin qarşısında sürücüsü Zirəddinlə dayandığı zaman əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs onlara yaxınlaşıb, salam verdikdən sonra ona himayəsidə dörd uşağı olan tanışı olduğunu, həmin şəxsin hal-hazırda cəzaçəkmə müəssisəsində olduğunu deyib, həmin şəxsin azadlığa buraxılmasına köməklik etməsini xahiş etmişdir. O, əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs kim olduğunu soruşduqda sonuncu ona Goranboy şəhər sakini Fizuli Məmmədovun oğlu olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs atasının onun əsgəri olduğunu bildirib, sabah sürücü Zirəddinə yaxınlaşıb cəzaçəkmə müəssisəsində olan tanışının ad və soyadını sonuncuya bildirməsini, onun həmin şəxsin harada cəza çəkdiyini və nə kimi köməklik etməyi maraqlanacağını demişdir və Təqsirləndirilən şəxs onların yanından uzaqlaşıb getmişdir. Növbəti gün Təqsirləndirilən şəxs Zirəddinə yaxınlaşıb tanışının ad və soyadını bildirmədiyi üçün o da Təqsirləndirilən şəxs tanışı barədə etdiyi xahişi ilə bağlı heç bir hərəkət etməmişdir. 08 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində o, yaşadığı evin yaxınlığında-yəni Goranboy şəhəri H.Əliyev prospektində yerləşən çayxanada həmişə çay içdiyi stolda əyləşib çay içərkən, sürücüsü Zirəddinə mağazaya gedib evə çörək almasını bildirdiyinə görə Zirəddin mağazaya çörək almağa getdiyi üçün o da istifadəsində olan mobil telefonla danışarkən Təqsirləndirilən şəxs onun oturduğu stola yaxınlaşıb, qarşısında dayanaraq onunla işi olduğunu bildirdikdə, o Təqsirləndirilən şəxs telefonla danışdığını, şəxsi söhbətinin olduğunu bildirmişdir, Təqsirləndirilən şəxs yenidən ona işi olduğunu dedikdə o, “dur burdan aralan telefonla danışıram” demişdir. O, Təqsirləndirilən şəxs stoldan durub getdiyini görmüş və telefonla danışığını davam etdirmişdir. Həmin vaxt o, kiminsə arxadan qolunu boynuna salıb, ona bıçaq zərbələri vurduğunu gördükdə bıçaq zərbələrinin ürəyinə dəyməməsi üçün sağ əlini dərhal ürək nahiyəsinin üzərinə qoymuş və sol əli ilə stolun üzərində olan eyni zamanda içərisindən qaynar çay olan çayniki götürüb həmin şəxs tərəf atmışdır. Lakin, o, çaynikin həmin şəxsə dəyib dəyməməsini hiss etməmişdir. Həmin vaxt onu bıçaqlayan şəxs yerə yıxılmış və o da üstünə yıxılmışdır. Bundan sonra həmin şəxs ayağa durub onun qarşısında qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi vurmuş, o, üzərinə gedib bıçağı əlindən almaq istəyərkən həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. O, həmin vaxt onu bıçqlayanın bir neçə gün əvvəl onunla yaşadığı evin qarşısında söhbət edən Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Həmin vaxt ətrafda olan şəxslər onun yanına gəlmiş və onu dərhal avtomobillə Goranboy rayon mərkəzi xəstəxanasına aparmışlar. Goranboy rayon mərkəzi xəstəxanasında ona ilkin tibbi yardım edildikdən sonra onu Gəncə şəhərində yerləşən “Beynəlxalq” xəstəxanaya aparmışlar və orada dərhal əməliyyat olunmuşdur. Əməliyyat zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ona ümumilikdə səkkiz ədəd bıçaq zərbəsi vurmuşdur. 08 sentyabr 2021-ci i tarixdə saat 19 radələrində Goranboy şəhəri H.Əliyev prospektində yerləşən çayxanada Təqsirləndirilən şəxs ona bıçaq zərbələri vurub xəsarət yetirdiyi zaman onun ətrafında heç kim olmamış, o, ağacın altında tək oturmuşdur, həmin hadisə təxminən 3-4 dəqiqə davam etmişdir və Təqsirləndirilən şəxs onun yanından uzaqlaşdıqdan sonra hadisə yerinə adamlar toplaşmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə onun heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının təxminən 4 və ya 5-də yaşadığı evin qarşısında Zirəddinlə dayandığı zaman onlara yaxınlaşıb, ona himayəsidə dörd uşağı olan tanışı olduğunu, həmin şəxsin hal-hazırda cəzaçəkmə müəssisəsində olduğunu deyib həmin şəxsin azadlığa buraxılmasına köməklik etməsini xahiş etmişdir və o Təqsirləndirilən şəxs həmin vaxt tanımışdır. Onun məlumatına görə Təqsirləndirilən şəxs onun rayon ərazisində nüfuza malik olduğuna və rayon sakinlərinin ona hörmət etmələrinə görə onu öldürməklə özünün rayonda nüfuz sahibinə çevrilməsi üçün onu öldürmək niyyətində olmasını eşitmişdir. Onun heç kimlə ədavət və düşmənçiliyi olmamışdır. O, keçmiş döyüşçü olmuş, Goranboy rayon sakinləri ona hörmətlə yanaşırlar. O, Təqsirləndirilən şəxs həmin cinayət hadisəsini kimlərin sifarişi, təhriki və sairə törətməsi barədə də konkret olaraq heç kimdən şübhələnmir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, sonuncunun rəhbərliyi altında hərbi xidmətdə olmuş, İ Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarında iştirak etmişdir. Halhazırda da Zərərçəkmiş şəxsla yaxın dostluq münasibəti vardır, sonuncuya sürücülük edir. O, Goranboy şəhər sakini Fizuli Məmmədovu da tanıyır, sonuncu onunla birlikdə Zərərçəkmiş şəxs batalyonunda İ Qarabağ müharibəsində iştirak etmişdir. Təqsirləndirilən şəxs hadisə gününə qədər tanımamışdır, heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxsla birlikdə sonuncunun evinin qarşısında dayanıb söhbət etmişlər. Bu zaman onlara bir cavan oğlan yaxınlaşmış və Zərərçəkmiş şəxs cinayət törətdiyinə görə həbs olunmuş tanışının azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş etmişdir. Həmin oğlandan kim olduğunu soruşduqda X3 olduğunu demişdir. Lakin, Təqsirləndirilən şəxs söhbət zamanı tanışının ad və soyadını, hansı maddə ilə həbs olunduğunu və harada saxlanıldığını deməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tanışı barədə bütün məlumatları ona bildirməsini demişdir. Təqsirləndirilən şəxs “yaxşı, əmi” deyib getmişdir. Hadisə günü, yəni 08 sentyabr 2021-ci il tarixdə axşam saat 19 radələrində o, Zərərçəkmiş şəxsla birlikdə sonuncunun yaşadığı evdən çıxıb yaxınlığında açıq havada yerləşən çayxanaya getmişlər. Onlar açıq havada ikisi oturub çay sifariş etmişlər. Bir qədər sonra Zərərçəkmiş şəxs ona gedib dükandan ev üçün çörək almasını bildirmişdir. O, çörək almaq üçün dükana getmiş və çayxanaya qayıtdıqda görmüşdür ki, Zərərçəkmiş şəxs ətrafına xeyli adam yığılmış, o nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs bıçaqlandığını demişlər. O, ətrafa toplanan insanların köməyi ilə Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Həmin gün bilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqlayaraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tanımamışdır. 2021-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ilk dəfə Zərərçəkmiş şəxs yaxınlaşıb tanışına kömək etməsini xahiş edib getdikdən sonra Zərərçəkmiş şəxs ondan Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını soruşmuşdur. O da Təqsirləndirilən şəxs həmin vaxta qədər tanımamışdır, lakin sonuncunun atasını yaxşı tanıyır, bir sinifdə oxumuş, birlikdə də İ Qarabağ müharibəsində döyüşmüşlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Goranboy şəhəri Heydər Əliyev prospektində bulaq kompleksinin arxasında yerləşən çayxananı işlədir. Zərərçəkmiş şəxs Goranboy şəhər sakini kimi tanıyır, sonuncu ilə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs tanımır, heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Hadisə günü, yəni 08 sentyabr 2021-ci il tarixdə axşam saat 19 radələrində o, çayxanada olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs sürücüsü Zirəddinlə birlikdə çayxanaya gəlmiş və açıq havada olan masada əyləşmişdir. Zərərçəkmiş şəxs çay sifariş vermişdir. Bir neçə dəqiqə sonra Zirəddin durub Zərərçəkmiş şəxs yanından getmişdir. Hava küləkli olduğu üçün açıq havada heç kim oturmamışdır. Çayxanada içəridə 2 masada müştəri əyləşmişdir, Zərərçəkmiş şəxs əyləşdiyi masa isə çöldə, binadan bir xeyli aralı olmuşdur. Qəfildən səs-küy qopmuş, o, çölə çıxdıqda görmüşdür ki, Zərərçəkmiş şəxs ətrafına adamlar toplaşmışdır. Zirəddində həmin vaxt gəlmişdir. Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır, ətrafda olan insanlardan məlumat almışdır ki, Zərərçəkmiş şəxs Goranboy şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmışdır. O, hadisənin necə baş verməsini görməmişdir, həmin vaxt çayxanın içərisində olmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs yaxın əyləşən və hadisənin bilavasitə şahidi ola biləcək heç kim olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işi başlanması və icraata qəbul haqqında” qərardan görünür ki, həmin cinayət işi 09 sentyabr 2021-ci il tarixdə Goranboy rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanaraq istintaq aparılmış, həmin tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi rayon polis şöbəsinin müstəntiqi, polis kapitanı X4 tapşırılmışdır. Cinayət işinin başlanmasına səbəb 09 sentyabr 2021-ci il tarixdə Goranboy şəhəri, Heydər Əliyev prospekti, 37 ünvanında yaşayan, xx.xx.1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yaşayan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarətləndirilməsi ilə bağlı daxil olmuş məlumat, əsas isə həmin məlumat əsasında toplanmış ilkin materiallar olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “könüllü gəlmə barədə” protokoldan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra könüllü təslim olmaq məqsədi ilə Goranboy RPŞ-nə gəlmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyi yer Goranboy şəhəri, Heydər Əliyev prospektində “məişət evi” kimi tanınan binanın yaxınlığında, bulaq kompleksinin yanında açıq havada olan çayxanadır. Goranboy şəhəri, Heydər Əliyev prospektindən “məişət evi” adlanan ictimai iaşə obyektləri yerləşən binanın yanında bulağa tərəf keçdikdə girişdə sol tərəfdə masa, masanın yanında isə 4 oturacaq vardır. Oturacaqlardan 2-si masanın ətrafında, 2-si isə 1.5 metr aralıdadır. Masanın yanında divar tərəfdə olan oturacaq və kənardaki oturacaqlardan biri yıxılmışdır. Masanın üzərində içərisində qənd olan qırmızı rəngli qəndqabı, yarım içilmiş çay olan armudu stəkan, nəlbəki, külqabı vardır. Masanın üzərinə salınmış polietilen örtüyün üzərində qırmızı qanabənzər ləkələr vardır. Masadan 1.3 metr aralıda torpaq üzərində qanabənzər ləkələr və 1 tay yay ayaqqabısı qalmışdır. Masanın yaxınlığında olan divar üzərində qanabənzər ləkələr aşkar edildi. Masanın yaxınlığında 1 ədəd dəm çaydanı aşkar edildi. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd şüşə dəm çaydanı və 1 tay yay ayaqqabısı götürüldü. Hadisə yerində fotoşəkillər çəkilərək protokola əlavə edildi. Hadisə yerinə baxış süni işıq şəraitində keçirildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçağı könüllü surətdə verməsi təklif edildi. O bildirdi ki, hadisə zamanı istifadə etdiyi bir ədəd bıçağı verməyə heç bir etirazı yoxdur. Ona görə də Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçağı təqdim etdi və bıçağa baxış zamanı müəyyən olundu ki, bıçağın ümumi uzunluğu 20 sm-dir. Bıçağın tiyəsi kəsici-deşici xassəyə malikdir və uzunluğu 08 sm-dir. Bıçaq gümüşü rənglidir. Bıçağın tutacaq hissəsinin uzunluğu 11 sm-dir. Bıçağın tiyəsinin üzərində içərsində “WİNCHESTER” sözü yazılmışdır. Bıçağın tutacağı üzərində kəmərə taxmaq üçün üzərində “M” yazılmış metal körpücük vardır. Həmçinin bıçağın tiyəsinin üzərində qana bənzər ləkələr vardır. Odur ki, tiyəsinin üzərində qana bənzər ləkələr olan bıçaq götürülərək müvafiq qaydada qablaşdırıldı və möhürləndi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, “Goranboy rayon Mərkəzi Xəstəxanası” X25 Qəbul şöbəsinin tibb bacısı X5 Zərərçəkmiş şəxs xəstəxanaya daxil olan zaman əynində olmuş paltarları könüllü surətdə verməsi təklif edildi. O bildirdi ki, paltarları könüllü surətdə verməyə heç bir etirazı yoxdur. Ona görə də, X1 Rasim Ağa oğlunun xəstəxanaya daxil olan zaman əynində olmuş üzərində zədə və qana bənzər ləkələr olan və ilkin tibbi yardım zamanı həkim tərəfindən qayçı ilə kəsilmiş bir ədəd boz rəngli qolsuz gödəkcə, üzərində zədə və qana bənzər ləkələr olan bir ədəd boz rəngli, cizgili qısaqol kofta və üzərində zədə və qana bənzər ləkələr olan bir ədəd qara rəngli mayka götürülərək müvafiq qaydada qablaşdırıldı və möhürləndi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Goranboy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(045)-67/2021 nömrəli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlamanın əvvəli 08 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan təqsirləndirilən şəxs Məmmədov X9 şəhəri, H.Əliyev prospektində yerləşən çayxanada stolu göstərib bildirmişdir ki, 2021-ci ilin sentyabr ayının əvvəlində Zərərçəkmiş şəxs öz yaşadığı evin qarşısında sürücüsü ilə dayandığını görüb, sonuncuya yaxınlaşıb səhəti ilə əlaqədar olaraq ona müalicə edilməsinə kömək etməsini xahiş etmiş, həmin vaxt Zərərçəkmiş şəxs ona fikirləşib kömək edəcəyini qeyd etdiyi üçün o, öz yaşadığı evə getmişdir. O, xx.xx.2021-ci il tarixdə saat təxminən 19 radələrində küçə ilə gedərkən Zərərçəkmiş şəxs ağacın altında həmin stolda tək oturub çay içdiyini və mobil telefonla danışdığını görüb, Zərərçəkmiş şəxs onun səhəti ilə əlaqədar müalicəsinə kömək edibetməməsini öyrənmək üçün həmin stola yaxınlaşıb, salam verdikdən sonra orada olan stulda əyləşmiş, Zərərçəkmiş şəxs həmin vaxt mobil telefonla danışdığı üçün ona telefonla danışdığını və oradan kənarlaşmağını tələb etdikdə, Zərərçəkmiş şəxs sözü olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs yenidən ona “dur burdan aralan, telefonla danışıram, şəxsi söhbətim var” dediyi və onu təhqir etdiyi üçün əsəbləşib, ayağa durub üzərində gəzdirdiyi qatlanan cib bıçağını çıxardıb ağzını açdıqdan sonra bir neçə dəfə Zərərçəkmiş şəxs sinə, qarın və kürək nahiyyəsinə bıçaq zərbələri vurduğunu, Zərərçəkmiş şəxs stolun üzərində olan çayniki götürüb ona doğru atdığını, lakin çaynikin ona dəyib-dəyməməsini hiss etmədiyini qeyd etmişdir. O, Zərərçəkmiş şəxs stuldan durub onun üzərinə gəldiyini görüb, onu vuracağını fikirləşib, onu vurmaması üçün yenidən Zərərçəkmiş şəxs bir-iki dəfə bıçaq zərbəsi vurduğunu və Zərərçəkmiş şəxs ondan güclü olduğunu və onu döyəcəyindən qorxaraq eyni zamanda adamların toplaşacağını fikirləşib dərhal Zərərçəkmiş şəxs yanından qaçıb, Goranboy rayon polis şöbəsinə getdiyini və Zərərçəkmiş şəxs vurduğu bıçağı növbətçi hissəyə təqdim edib, həmin bıçaqla, Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Goranboy RMX PHŞ-in xx.xx.2021-ci il tarixli 2266 nömrəli məktubundan görünür ki, 1993cü il təvəllüdlü Məmmədov X9 RMX-nın poliklinikasının ruhi-əsəb kabinetində “Psixogen depressiya nəticəsində tez-tez təkrarlanan psixotik hallarla” diaqnozu ilə dispanser qeydiyyatında dayanır. Məmmədov X9 RMX-nın poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Goranboy Şəhər İnzibati ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 2030 nömrəli arayışından görünür ki, Məmmədov X9 şəhəri, Vaqif küçəsi, ev 46 ünvanında qeydiyyatdadır və atası X7, anası X8, qardaşı X13 və qardaşı X2 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Goranboy Şəhər İnzibati ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Məmmədov X9 şəhəri, Vaqif küçəsi, ev 46 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Məhkəmə-tibbi Ekspertizası və X10” X25 Goranboy rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 590 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertizası və X10” X25 Goranboy rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 574 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər a) qarının ön divarında sağda daxilə keçən mədənin və nazik bağırsağın açıq yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya; b) döş qəfəsinin ön və arxa səthinin, sağ və sol qoltuq altı nahiyənin, hər iki yuxarı ətrafın, sağ əlin arxa səthinin(8 ədəd) çoxsaylı deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Qeyd olunan bu xəsarətlər qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, kəsici-deşici alətin(lərin), o cümlədən xx.xx.2021-ci il tarixdə ekspertizaya təqdim olunmuş bıçaqla kənar şəxs tərəfindən yetirilmə zamanı əmələ gələ bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ciil tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Goranboy rayon polis şöbəsinin xx.xx.2021-ci il tarixli raportundan görünür ki, keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri zamanı Zərərçəkmiş şəxs Goranboy şəhəri, H.Əliyev prospektində hicablı qadına idarə etdiyi avtomobilə əyləşməyi təklif etməsi müəyyən olunmamış, Təqsirləndirilən şəxs həmyaşıdları arasında nüfuza malik olması, eyni zamanda cinayət törətməyə meyilli olmasına baxmayaraq, onun hər hansı bir cinayətkar qrupun üzvü olması müəyyən olunmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs Goranboy şəhəri, H.Əliyev prospektində yerləşən çayxanada oturduğunu görüb, ona səhhəti ilə əlaqədar maddi yardım edib-etməyəcəyini müəyyən etmək üçün, Zərərçəkmiş şəxs cavabından əsəbiləşib, ona bıçaq zərbələri vurduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirilmə zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq edərək Zərərçəkmiş şəxs üzünə qarşı demişdir ki, 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında sonuncu ilə görüşüb, səhhəti ilə əlaqədar olaraq ona maddi kömək etməsini xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona baxacağını bildirmiş və o, oradan uzaqlaşmışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 19 radələrində o, Goranboy şəhəri, H.Əliyev prospektində yerləşən bulaq kompleksinin qarşısından keçdiyi zaman Zərərçəkmiş şəxs bulağın arxasında yerləşən çayxanada açıq havada ağacın altında tək oturub çay içməsini və mobil telefonla danışmasını görmüşdür. O, maddi kömək edib-etməməsini öyrənmək üçün Zərərçəkmiş şəxs əyləşdiyi stola yaxınlaşıb, salam verdikdən sonra orada olan stulda əyləşdikdə sonuncu həmin vaxt mobil telefonla danışdığı üçün ona telefonla danışdığını və oradan kənarlaşmasını tələb etmiş, o isə Zərərçəkmiş şəxs sözü olduğunu bildirmiş, sonuncu yenidən ona “dur burdan aralan, telefonla danışıram, şəxsi söhbətim var” dediyi üçün o, bu cavabdan əsəbləşib Zərərçəkmiş şəxs arxa tərəfini keçmiş və üzərində gəzdirdiyi qatlanan cib bıçağını çıxardıb ağzını açdıqdan sonra bir neçə dəfə Zərərçəkmiş şəxs sinə, qarın və kürək nahiyyəsinə bıçaq zərbələri vurmuşdur, sonuncu isə stolun üzərində olan çayniki götürüb ona doğru atmışdır, o Zərərçəkmiş şəxs vurduğu bıçaq zərbələrinin təsirindən qanaxma olduğunu görmüş və dərhal oradan uzaqlaşıb, Goranboy rayon polis şöbəsinə gəlib, Zərərçəkmiş şəxs vurduğu bıçağı növbətçi hissəyə təqdim edərək, sonuncunu bıçaqla vurduğunu bildirmişdir. Həmin vaxt özünün yerə yıxılmasını və Zərərçəkmiş şəxs onun üzərinə yıxılmasını xatırlamır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini tam olaraq təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı yalan danışdığını, 2021-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona yaxınlaşdığı zaman səhətti ilə bağlı maddi kömək göstərilməsinə dair heç bir söz demədiyini, yalnız cəzaçəkmə müəssisəsində cəza çəkən tanışının azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs ona ümumilikdə 8 bıçaq zərbəsi vurduğunu, onun rayonda nüfuz sahibi olmasının Təqsirləndirilən şəxs rayonda və həmyaşıdları arasında daha çox tanınmasına mane olduğunu fikirləşib onu öldürmək niyyətində olduğunu, çünki Təqsirləndirilən şəxs kriminal aləmə meyilli olduğunu qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Stasionar məhkəmə psixiatrik ekpertizasının xx.xx.2021-ci il tarixli, 137 nömrəli rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs ittiham elan olunan ictimai təhlükəli əməli törətdiyi zaman yüngül dərəcəli depressiv pozuntudan əziyyət çəkmişdir. Lakin Təqsirləndirilən şəxs aşkarlanan depressiv pozuntu öz ifadə dərəcəsinə görə yüngül olduğundan onu cinayət əməli dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. 2. Təqsirləndirilən şəxs qərarın təsvuru hissəsində şərh olunan və ona ittiham elan edilən cinayət əməlini törədərkən depressiv pozuntudan əziyyət ç\kməsinə baxmayaraq qeyd edilən pozuntu yüngül dərəcədə ifadə olunduğundan həmin şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilmişdir. 3. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini dərk edir və onun iştirakı ilə istintaq hərəkətləri aparılan zaman həmin istintaq hərəkətlərinin mahiyyətini anlamaq qabliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. 4. Təqsirləndirilən şəxs hal-hazırda “yüngül depressiv pozuntu” olduğundan onun məhz həmin pozuntuya görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. 5. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. X.Məmmdov hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X26 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 759/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ)(şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş gödəkçə, kofta, mayka və 01 ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X26 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 626/2021-MTKŞ nömrəli ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: 1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sağ-orta nahiyyəsində bir ədəd; gödəkçənin, köynəyin və maykanın arxa hissəsində sol qoltuqaltı nahiyyəsində bir ədəd; köynəyin sol qolunun arxa nahiyyəsində bir ədəd; köynəyin sağ qolunun ön-aşağı nahiyyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədələr müxtəlif qarşılıqlı duruş vəziyyətlərində (təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə qarşı-qarşıya dayanıqlı, zərərçəkmiş şəxsə arxadan yaxınlaşmaqla və s.) yetirilə bilərdi. 3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sağ-orta nahiyyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarının ön divarında sağda olan; gödəkçənin, köynəyin və maykanın arxa hissəsinin sol qoltuqaltı nahiyyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol qoltuqaltı nahiyyəsində olan; köynəyin sol qolunun arxa nahiyyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol yuxarı ətrafında olan; köynəyin sağ qolunun ön-aşağı nahiyyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ yuxarı ətrafında olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. - Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər – döş qəfəsinin ön və arxa səthinin , sağ qoltuq altı nahiyyənin, sağ əlin arxa səthinin deşilmiş-kəsilmiş yaraları ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Bu xəsarətlərdən sağ əlin arxa səthinin deşilmiş-kəsilmiş yarası bədənin açıq nahiyyəsində yerləşdiyinə görə, digər xəsarətlər isə paltarların yerdəyişməsi nəticəsində paltarlarda öz əksini tapmamışdır. İİ.1. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “əməlin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, 22 noyabr 2021-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 29,120.1ci maddəsinə tövsif edilmiş və istintaqın davam etdirilməsi üçün cinayət işi istintaq aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, İş üzrə maddi sübutlar - hadisə yerinə baxış zamanı götürülmüş maddi sübut olan bir ədəd çaynik və bir cüt çəkələy, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli qolsuz gödəkçə, bir ədəd boz rəngli qısaqol kofta və bir ədəd qara rəngli mayka Goranboy rayon prokurorluğunun arxivində saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, 04 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda dəyişikliklər və əlavələr edilərək ona Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 245 nömrəli Gəncə şəhər Psixonevroloji dispanserinin ambulator psixoloji ekspertizasının rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır (keçirməmişdir). 2. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixolofi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. 3. Təqsirləndirilən şəxs ona istinad edilən eməli törədərkən əsəbi emosianal vəziyyətdə olmuşdur və bu vəziyyətin yaranma səbəbi zərərçəkmişin ona edilən müraciətinin kobudluq kimi qəbul etməsi ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 1(100)-148/2022 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs valideynləri və qohumlarının dəfələrlə qapısına gəlib barışıq əldə elməyə çalışmalarını, Təqsirləndirilən şəxs peşmançılığını nəzərə alıb, cəmiyyətdə olan nüfuzuna və həyatına qarşı yönələn cinayət hadisəsi ilə əlaqədar hər hansı bir şikayət və tələbinin olmamasını bildirir. Göslərilənlərə əsasən iş üzrə CM-nn 60.1-ci maddəsi nəzərə alınmaqla qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə onun Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətinin olmaması və hadisənin törədilmə motivi ilə bağlı xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ekpert rəylərii və işin faktiki halları ilə tam təkzib edilmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırkı iş üzrə müəyyən edilmiş faktiki hallardan göründüyü kimi, təqsirləndirlən şəxslə zərərçəkmiş şəxs arasında arasında hadisədən əvvəl hər hansı ədavət, münaqişə və ya mübahisə yaşanmamış təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə zərərçəkmişin həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi bədən nahiyələrinə ardıcıl 8 zərbə endirməklə xəsarətlər yetirmiş, zərərçəkmişin fəal müqaviməti nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən qəsdən adam öldürmə əməlini başa çatdıra bilməmişdir. Göründüyü kimi, cinayətin məqsədi, motivi, törədilmə üsulu, zərərçəkmişin bədəni üzərində olan xəsarətlərin yeri və lokalizasiyası, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı onun əməlində qəsdən adam öldürməyə yönəlmiş hüquqa zidd əməlin əlamətlərinin olmasını özündə ehtiva edir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Lakin həmin cəza başa çatmış cinayətlər üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs isə nəzərdə tutulan həmin cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamış, yəni qeyd olunan cinayət əməlini törətməyə cəhd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən isə cinayəti etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 20 ildir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti də 20 ilin dörddə üçündən, yəni 15 ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikası CM-in 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinin tələbinə görə qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusi ilə təhlükəli sayılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ciil tarixdə cəzasını çəkib qurtarmışdır. Məhkəmə vurğulayır ki, qeyd olunan xüsusat Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin yaranmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinin tələbinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinin tələbinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarına əsasən, başa çatmayan cinayətlərə dair işlərdə cinayətlərin residivi (residivin hər hansı növü) cəzanı ağırlaşdıran hal qismində müəyyən edildikdə, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə müvafiq olaraq residivə görə cəzanın yolverilən aşağı həddi başa çatmayan cinayət üzrə müəyyən edilmiş cəzanın yuxarı həddinə görə hesablanmalıdır. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 08 sentyabr 2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübutlar – Goranboy rayon prokurorluğunun arxivində saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş maddi sübut olan bir ədəd çaynik və bir cüt çəkələy, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli qolsuz gödəkçə, bir ədəd boz rəngli qısaqol kofta və bir ədəd qara rəngli mayka qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçaq məhv edilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 27 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 162 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 08 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Goranboy rayon prokurorluğunun arxivində saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş maddi sübut olan bir ədəd çaynik və bir cüt çəkələy, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli qolsuz gödəkçə, bir ədəd boz rəngli qısaqol kofta və bir ədəd qara rəngli mayka qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 27 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 162 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-148/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-148/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver