Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-148/2023 06.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi Xandəmir qızının iştirakları ilə, xx xxx 1996-cı ildə Bərdə rayonu Mirasəfli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayon Mirasəfli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının əvvəllərində Bərdə rayonunun Mirasəfli kəndində özünə məxsus fərdi yaşayış evinin yarımtikilisinin yerləşdiyi torpaq sahəsində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun İ və İİİ siyahılarına əsasən külli miqdarda, yəni 18 (on səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq əkib yetişdirərək onların hissələrini toplamaqla kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərindən yığıb toplamaqla şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 18,96 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonunu Mirasəfli kəndində yerləşən fərdi yaşayış evinin toyuqlar üçün tikmiş olduğu tövləsində saxlamış, 21 avqust 2022-ci il tarixdə saat 12 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş külli miqdarda, yəni 18 (on səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri ona məxsus Bərdə rayonunun Mirasəfli kəndində yerləşən yarmtikilisinin yerləşdiyi torpaq sahəsindən və fərdi yaşayış evinin toyuqlar üçün tikilmiş tövləsindən plastik qutunun içərisində bir ədəd şəffaf polietilen torbada təmiz çəkisi 18,96 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özü fəhlə işləyir, Tərtər rayonununda bağda gündəlik 10-15 manata işləyib ailəsinə çörək pulu qazanmışdır. Təxminən 3 ilə yaxındır ki, narkotik vasitənin marixuana növündən çəkməklə istifadə edir. 2022-ci ilin may ayının əvvəllərində o, özündə olan marixuananın toxumlarından yaşadığı evə bitişik olan yarımtikilinin içərisində, heç nə olmayan, heç kəsin ağlına gəlməyən bir yerdə əkmiş, həmin bitkini gecə saatlarında su borusu ilə suvarmış, dibini boşaldıb tez yetişməsi üçün mal peyini vermiş, dibini alaq otlarından təmizləmişdir. Həmin bitkiləri becərib özü üçün çətənə hissəsindən istifadə etmək istəmişdir. O, həmin 18 ədəd çətənə bikisini yetişdirmiş, bir bitkinin baş hissəsi qırılmış, həmin hissəni və ətraf yerlərini əlində ovxalamış, qurudub sellofan bükülüyə qoyaraq yaşadığı evin toyuqlar olan tövlə hissəsində plastik qabın içərisinə qoyub saxlamışdır. 21 avqust 2022-ci il tarixdə saat 12 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları yaşadığları evə gəlmiş, ona demişlər ki, evə baxış keçirmək istəyirlər. O da buna etiraz etməmiş, ərizə vermiş, onun iştirakı və aqronomun iştirakı ilə əkib-becərdiyi çətənə bitkilərinə baxış keçirilmiş, cəmi 18 ədəd çətənə bitkisinin olması məlum olmuş, aqronom həmin bitkilərə qulluq edilməsini bildirmiş, o özü də bitkiləri əkib qulluq etməyini bildirmiş, həmin bitkilər torpaqdan çıxarılıb onun iştirakı ilə qablaşdırılmış, bundan əlavə evin toyuqlar olan tövləsinə baxış keçirilərkən əkib-becərdiyi bitkinin qırılan hissəsindən ovxalayıb quutduğu və sellofan bükülüdə plastik qabda gizlətdiyi marixuana aşkar edilərək onun iştirakı ilə götürülmüş, bu barədə protokol tərtib edilmiş, o da həmin protokolu oxuyub imzası ilə təsdiq etmişdir. Sellofan bükülüdə olan qurudulmuş marixuana onun iştirakı ilə elektron tərəzidə çəkilmişdir. 18 ədəd çətənə bitkisini əkib-becərməyini, eyni zamanda bir ədəd bitkinin qırıntısından marixuananı yığıb qurutduğunu, özünün istifadəsi üçün saxladığını bildirmişdir. O, həmin çətənə bitkilərini tək əkmiş, heç kim ona bu işdən köməklik etməmişdir.Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2004-cü ildən DİO-da, xidmət edir, polis mayoru xüsusi rütbəsindədir. 21 avqust 2022-ci il tarixdə Bərdə RPŞ-nə Bərdə roynunun Mirasəfli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib yetişdirməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən Bərdə rayon PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs fərdi yaşayış evinə getməmişdən əvvəl Şahid5 adlı aqronom-mütəxəssis də dəvət edilmişdir. Həmin gün saat 12 radələrində Bərdə rayonunun Mirasəfli kəndinə tərəflərindən gedilmiş, Bərdə rayon PŞ-nin TB-nin baş təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə və iştirakçılara etirazının olubolmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirməklə yaşayış evinin yarımtikili sahəsində 18 ədəd çətənə bitkisi əkməsini və toyuq tövləsində qurudulmuş marixuana saxladığını bildirib həmin yerə gedərək həmin bitkiləri göstərmiş, tərəflərindən baxış keçirmə video lentə alınmışdır. Baxış keçirmə zamanı evə bitişik yarımtikilidə 18 ədəd çətənə bitkilərinin əkilməsi, həmin bitkilərin yanında peyin və rezin su borusunun olması məlum olmuşdur. Baxış keçirmə zamanı aqronom-mütəxəssis həmin bitkilərə baxaraq bitkilərin dibinin boşaldılmasını, kübrə verilməsini və suvarılmasını bildirməklə bitkilərə aqrotexniki qaydada qulluq olunmasını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs özü də bitkilərə qulluq etməsini, suvarıb dibini boşaltmasını, peyin verməsini bildirmişdir. Bundan sonra həmin narkotik tərkili çətənə bitkiləri bir-bir sayılmaqla kökündən çıxarılaraq evin həyət hisəssinə gətirilib üzəri nömrələnməklə sərilmiş, ümumilikdə 18 ədəd çətənə bitkisinin olması məlum olmuş, həmin bitkilər iki ədəd sintetik kisələrə qoyularaq qablaşdırılmış, qablaşdırma üzərinə iştirakçılar tərəfindən imza edilmiş, DİN-nin 94 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs qurudulmuş marixuananı harada saxlaması soruşulmaqla təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs evin həyətində toyuqlar üçün tikilmiş tövləyə girərək tövlənin sol tərəfində divarın üzərində kapron vannanın içərisindəki sellofan bükümü götürüb həmin bükümdə narkotik vasitə olan marixuana olmasını, həmin bitkilərdən yığıb toplamasını, özünün istifadəsi üçün qurudub saxlamasını bildirmişdir. Həmin bükülü də qablaşdırılıb götürülmüş, bununla da fərdi yaşayış evinin həyətinə baxış keçirilməsi başa çatmış, video çəkiliş dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri ilə birlikdə Bərdə rayon PŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl proses iştirakçılarının iştirakı ilə müdafiəçinin yanında şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Şübhəli şəxsə qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış keçirilməsinə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 37 manat pulu, bir ədəd siqareti və bir ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuş, həmin əşyalara baxış keçirilmiş, onun üzərinə şəxsi axtarış keçirilərkən üzərində hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmiş, təqdim etdiyi 37 manat pul, bir ədəd siqaret və alışqan maddi sübut əhəmiyyəti kəsb etmədiyindən götürülməmiş, Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri özü əkib becərməsi barədə məlumat daxil olmuş, Eynara hər hansı bir şəxsin köməklik etməsi, kimlərəsə də narkotik vasitə satması, yaxud da kimdənsə də narkotik vasitə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs həmin bitkiləri özünün istifadəsi üçün əkib becərməsi, həmçinin həmin bitkilərin hissəsindən qurudub toplayaraq özünün isifadəsi üçün marixuananı saxladığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, oğlu Eynarla, Eynarın ailəsi ilə birlikdə ona məxsus evdə yaşayırlar. Onun həyat yoldaşı X3 2016-cı ilin fevral ayında rəhmətə getmişdir. O, əvvəl bir müddət Bakı şəhərində işləmiş, 2022-ci ilin iyul ayında səhhəti ilə bağlı işləyə bilməmiş, Bərdə rayonuna, Mirasəfli kəndinə gəlmişdir. Belə ki, o, özü də insult keçirmiş, insult xəstəsidir. Oğlu Eynar da Tərtər rayonununda bağda fəhlə kimi işləmiş, ailəsinə çörək pulu qazanmış, ailənin yeganə gəlir mənbəyi Eynar olmuşdur. Eynarın 2022-ci ilin oktyabr ayının 12-də əkiz uşaqları dünyaya gəlmişdir. 21 avqust 2022-ci il tarixdə sonradan məlum olmuşdur ki, Eynar evin arxasında 18 ədəd çətənə bitkiləri əkmiş, toyuq hinində də Eynar az miqdarda narkotik vasitə olan mariuxana saxlamışdır. Eynar bunu onlardan və hamıdan xəlvət əkmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsinə baxış, üzərinə isə şəxsi axtarış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Baxış keçirilməsi və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonunun Mirasəfli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış keçirmə zamanı Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir Bundan sonra fərdi yaşayış evinə bitişik yarımtikiliyə baxış keçirilərkən həmin yerdə çətənə bitkilərinə oxşar bitkilərin olması məlum olmuş, baxış zamanı həmin bitkilər torpaydaq ayrılaraq sayılmış, ayrı-ayrılıqda yerdə nömrələnib düzəlməklə sayının 18 ədəd olması məlum olmuşdur. Baxış zamanı baxış keçirmədə iştirak edən Təqsirləndirilən şəxs həmin btkiləri özü əkib-becərdiyini, suvardığını, dibini boşaltdığını və gübrə verdiyini bildirmiş, həmçinin baxışda iştirak edən aparıcı aqronom Şahid5. bildirmişdir ki, aşkar edilmiş 18 ədəd bitkilərin hər birinə ayrı-ayrılıqda qulluq olunmuşdur, dibləri becərilmiş, səpilib sulanmış və gübrə verilmişdir. Aşkar edilmiş həmin 18 ədəd çətənə bitkiləri ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülmüş, iştirakçılar tərəfindən üzəri imzalarla təsdiq edilmişdir. Bundan sonra fərdi yaşayış evinin həyətində yerləşən toyuqlar üçün tikilmiş tövləyə baxış keçirilərkən sellofan bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, həmin kütlə tərzidə çəkilmiş, çəkisinin 35 qram olması məlum olmuş, kütlə qablaşdırılaraq möührələnmiş, iştirakçılar zərfin üzərinə imza atmaqla təsdiq etmişlər, fərdi yaşyaış evinin digər hissələrinə baxış keçirilərkən hər hansı bir narkotik tərkibli bitkilər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs Bərdə rayon PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üəzrinə şəxsi axtarış keçirilərkən Bərdə rayon Vəkil bürosunun vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiyası (zərərsizləşdirmə) X9 Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Bərdə rayon Polis əməkdaşları və X17 Mühafizəsi və Fumiqasiyası (zərərsizləşdirmə) Mərkəzinin aparıcı aqronomu Şahid5 iştirakı ilə Bərdə rayonunun Mirasəfli kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evin yarmtikilisində baxış keçirilən zaman həmin tikili yerləşən torpaq sahəsində əkilmiş 18 ədəd narkotik xassəli bitkilərə aid olan çətənə kolu aşkar edilmişdir. Baxış keçirmə zamanı həmin 18 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq olunmuş və becərilmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki,şəxsi axtarış keçirilməmişdən əvvəl baş təhqiqatçı Vüsal Bayramov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs barədə, onun müdafiəçisi Bərdə rayon vəkil Bürosunun vəkili X8 barədə, eləcə də şəxsi axtarışda iştirak edən şəxslər barədə məlumat verilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah ediləməklə bu barədə Bildiriş təqdim olunmuşdur. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonunun Mirasəfli kəndində yerləşən fərdi yaşayış evindən 18 ədəd çətənə kollarının və qurudulmuş marixuananın aşkar edilməsi barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs həmin kolları 4 ay əvvəl həmin 18 ədəd bitkiləri özü əkib yetişdirməsini, qurudulmuş marixuananı da özünün istifadəsi üçün toplayıb saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya vardırsa da təqdim etməsi təklif olunmuş, Eynar Abbasv masaya yaxınlaşaraq cibindən, siqaret, alışqan və pul təqdim etmiş, həmin siqaretlərə baxış keçirilmiş, pullar sayılaraq 37 manat olması məlum olmuş, üzərində başqa bir əşya olmadığını bildirmiş, sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul əskinazları onun özünə qaytarılmış, daha sonra Təqsirləndirilən şəxs və iştirakçılara şəxsi axtarış keçirmə ilə bağlı etirazlarının olub-olmadığı soruşulmuş, iştirakçılar hər hansı bir etirazlarının olmadığını bildirmişlər, bununla da şəxsi axtarış keçirmənin başa çatması elan edilmişdir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışın video görüntüdə əks olunan görüntüyə uyğun şəkildə çəkildiyini bildirmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşamış olduğu Bərdə rayonunun Mirasəfli kəndində yerləşən fərdi yaşayış evinə baxış zamanı baş təhqiqatçı Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs narkotk vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetirdirməklə kultivasiya etməsi barədə Bərdə rayon PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin ünvana gəlmələrini, baxış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə və iştirakçılara hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, baxış keçirmədə iştirak edən şəxslər barədə, özü barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə və iştirakçılara hər hansı bir etirazının olmadığını bildirmiş, həmçinin evə bitişik yarımtikilidə 18 ədəd çətənə bitkisi əkib yetişdirdiyini, eyni zamanda evin həyətindəki toyuqlar üçün tikilmiş tikilidə marixuana qurudub saxladığını, özünün istifadə etməsi məqsədilə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olmuşlar, həyətdə evin giriş hisəssinə, oradan isə sağ tərəfdə yarımtikiliyə gəlmişlər, yarımtikilidə dəmir jest qoyulduğu, taxta ilə bərkidildiyi qapı açılmış, içəri daxil olduqda, orada çətənə bitkilərinin əkilməsi məlum olmuşdur. Həmin bitkilər sayılmış, 18 ədəd olması məlum olmuşdur, baxışda iştirak edən aqronom-mütəxəssis Şahid5 həmin bitkilərə qulluq olunub-olunmaması soruşulmuş, Şahid5 bitkilərin dibinə, kökünə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq olunması, suvarılmasını, dibinin boşaldımasını bildirmişdir. Həmin bitkilərə baxış keçirilərkən orada qara rəngli rezin borunun da olması məlum olmuş, Təqsirləndirilən şəxs həmin rezin boru ilə bitkiləri suvardığını bildirmişdir. Bitkilər bir-bir ucadan sayılmaqla kökündən çıxarılmış, kökündən çıxarılan zaman dibinə üzvü kübrə, yəni, peyin verilməsi də məlum olmuş, aqronom Şahid5 həmin halı təsdiqləmişdir. Kökündən çıxarılan 18 ədəd bitkilər evin həyətində düzülüb nömrələnmiş, yenidən sayılmış, iki ədəd sintetik kisələrə yığılmış, qablaşdırılmış, iştirakçılar imzaları ilə təslddiq olunmuş yazı ilə bağlanıb DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, sonra asma tərəzidə çəkilərkən birinci sintetik torbada olan bitkilərin ümumi çəkisinin 9 kioqram olması, ikinci sintetik torbada olan bitkilərin ümumi çəkisinin 6 kiloqram, 265 qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qudurulmuş marixuananı harada saxlaması soruşulmaqla göstərib təqdim etməsi təklif olunmuş, Eynar bbasov evin həyətində yerləşən toyuqlar üçün tikilmiş tikiliyə girərək tikilinin sol yuxarı tərəfindən vannada olan sellofan bükümü çıxarıb həmin bükülüdə narkotik vasitə olan marixuana olmasını, əkibyetirdiyi çətənə bitkilərinin hissələrindən toplayaraq qurudub saxladığını, özünün istifadə üçün saxlamasını bildirmişdir. Bundan sonra həmin sellofan bükülü qablaşdırılaraq iştirakçılar tərəfindən üzəri imzalanmaqla möhürlənmiş, aptek tərəzidə çəkilmiş, ümumi çəkisinin 35,02 qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs baxış keçirmə zamanı hər hansı bir qanun pozuntularına yol verilib-verilməməsi soruşulmuş, Təqsirləndirilən şəxs baxış keçirmə zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini bildirməklə özünü təqsirli hesab etmiş və bununla da video çəkilişin başa çatması elan edilmişdir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs baxışın video görüntüdə əks olunan görüntüyə uyğun şəkildə çəkildiyini bildirmişdir. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə rayonunun Mirasəfli kəndində yaşayan, hazırda həbs olunmuş Təqsirləndirilən şəxs yaşadığı evə bitişik yarımtikilidə aşkar edilmiş 18 ədəd çətənə bitkilərinin və evin həyətində olan toyuqlar üçün tikilmiş tövlədə aşkar edilmiş qurudulmuş marixuananın əldə olunma mənbəyi istiqamətində bir sıra tədbirlər keçirilmiş, qurudulmuş marixuananı Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə bitkilərinin hissələrindən yığıb toplayaraq qurutması, özünün istifadəsi üçün saxladığı müəyyən edilmiş, lakin çətənə bitkilərinin toxumlarının necə əldə olunması müəyyən edilə bilməmişdir. O cümlədən Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini əkib-becərməkdə heç kəsin köməkliyinin olmadığı, özü toxumları əldə edərək əkib-becərdiyi müəyyən edilmişdir, onun əvvəllər kimdənsə də narkotik vasitə alması, kimlərəsə də narkotik vasitə satması müəyyən edilməmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(021)-174/2022 saylı qərarından görünür ki, xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. Məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/995 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan yarımtikilidən aşkar edilmiş kütlə..” yazılar və imzalar olan 1 (bir) ədəd şəffaf plietilen torbada təmiz çəkisi 18,96 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətən(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulumuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bitkilər..” adlar və imzalar olan 1(bir) ədəd baş-başa keçirilmiş sintetik kisədəki, sayı 10 (on) ədəd, ümumi təmiz çəkisi 5100 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. -Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bitki kütləsi..” adlar və imzalar olan 1(bir) ədəd baş-başa keçirilmiş sintetik kisədəki, sayı 08 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 7500 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. -Tədqiqata təqdim olunmuş 1(bir) ədəd polietilen torbada olan marixuana ilə, 2(iki) ədəd baş-başa keçirilmiş sintetik kisələrdə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom (mütəxssis) Şahid5 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə bitkisinin ümumi çəkiləri -5100 qram, 7500 qram, tədqiqata sərf edilmişdir 0,36 qram (hər obyektə -0, 02 qram), qalıq-5099,8 və 7499,84 qram olmuşdur.Marixuananın təmiz çəkisi-18,96 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 18,91 qram olmuşdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1380 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinioidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 avqust 2022-ci ildən hesablanmışdır. Bərdə rayonu, Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonunun Mirasəfli kəndində atası Şahid6 və həyat yoldaşı Şahid7 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. AZ-İV № 805172 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Şahid7dır. AZ-İV № 805173 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Şahid7dır. Bərdə şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser dispanser qeydiyyatında yoxdur. Bərdə şəhər poliklinikasının xx.xx.2023-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi haqqında» 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə bitişik yarımtikili yerləşdiyi torpaq sahəsindən aşkar edilərək götürülmüş təmiz çəkisi 12600 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 12599,64 qram qalmış narkotik tərkibli 18 ədəd çətənə bitkiləri, eyni zamanda evin həyətində yerləşən toyuqlar üçün tikilmiş tövlədən aşkar edilərək götürülmüş təmiz çəkisi 18,96 qram narkotik vasitə olan qurudulmuş marixuananın 18,91 qram qalıq hissəsi iş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılır. Eləcə də şəxsi axtarış və baxış keçirilən zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materialların əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X6 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən marixuanakannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evə bitişik yarımtikili yerləşdiyi torpaq sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli 18 ədəd çətənə bitkiləri, eyni zamanda evin həyətində yerləşən toyuqlar üçün tikilmiş tövlədən aşkar edilərək götürülmüş təmiz çəkisi 18,96 qram narkotik vasitə olan qurudulmuş marixuananın 18,91 qram qalıq hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X6 üzrə Dövlət Komissiyasının Daimi X13 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də şəxsi axtarış və baxış keçirilən zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 21 avqust 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evə bitişik yarımtikili yerləşdiyi torpaq sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli 18 ədəd çətənə bitkiləri, eyni zamanda evin həyətində yerləşən toyuqlar üçün tikilmiş tövlədən aşkar edilərək götürülmüş təmiz çəkisi 18,96 qram narkotik vasitə olan qurudulmuş marixuananın 18,91 qram qalıq hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X6 üzrə Dövlət Komissiyasının Daimi X13 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də şəxsi axtarış və baxış keçirilən zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-148/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-148/2023
06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver