Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-148/2024 01.10.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X7 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X16 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin hüquqi varisi X2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1960-cı il tarixdə Goranboy rayonu, Xoylu kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Xoylu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və xx.xx.2024cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Volqoqrad şəhərində yaşadığı müddətdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Rusiya Federasiyasının vətəndaşı X3 spirtli içki qəbul etmək üçün rəfiqəsi Şahid Volqoqrad şəhəri, Stasov küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə getdiyini öyrəndikdən sonra xx.xx.2013-cü il tarixdə gecə saat 02 radələrində həmin ünvana gedərək qapını döymüş, heç kimin qapını açmadığını görüb evin həyətinə daxil olaraq pəncərələrdən birinə yaxınlaşıb baxan zaman X12 Federasiyasının vətəndaşı X13 yataqda olduqlarını görüb sonuncunu qısqanclıq zəminində öldürmək qərarına gələrək pəncərəni açıb otağa daxil olmuş, Yana Polyakova və Ravil Abdulovun sərxoş olduqlarını görüb sonuncuları oyatdıqdan sonra Ravil Abdulovla aralarında baş vermiş mübahisə zamanı həmin vaxt üzərində olan istintaqa məlum olmayan bıçaqla öldürmək məqsədilə ardıcıl bir neçə zərbə endirərək Ravil Abdulova yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən 4-cü və 5-ci qabırğaların, qabırğaarası əzələnin, yuxarı boş venanın və sağ ağ ciyərin yuxarı payının zədəsi ilə müşayiət olunmaqla kəskin qanitirmə ilə ağırlaşıb ölümünə səbəb olan, sağ plevral boşluğa daxil olan döş qəfəsinin iki deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid sağ əlin 3-cü və 4-cü barmaqlarının kənar falanqalarının ovuc səthinin 2 ədəd kəsilmiş yarası, habelə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən qabırğa qövsünün kənarı ilə döş qəfəsinin sol səthində xətt şəkilli sıyrıqlar, sol çiynin orta üçdə bir hissəsinin arxa səthində xətt şəkilli sıyrıq, soldan alın nahiyəsində sıyrıqlar, burnun üstündə və burnun sol qanadında sıyrıqlar, sol diz oynağının ön səthində qansızma xarakterli xəsarətlər yetirərək X17 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12.1,120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1981-ci ilədək Goranboy rayonu, Xoylu kəndində yaşamış, 1981-ci ilin sonlarında işləmək üçün Rusiya Federasiyasının Həştərxan şəhərinə getmiş və 1986-cı ilə qədər orada yaşamışdır. 1986-cı ildə Goranboy rayonu, Xoylu kəndinə qayıtmış, elə həmin il qız qaçırmada iştirakçı kimi cinayət məsuliyyətinə cəlb olunaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, cəzasını çəkmək üçün Rusiya Federasiyasının Volqoqrad şəhərində cəzaçəkmə müəssisəsinə göndərilmiş, ümumi olaraq təxminən 01 il müddətinə cəza çəkdikdən sonra şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. O, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Goranboy rayonuna qayıtmamış, Volqoqrad şəhərində qalıb işləyərək inşaat və tikinti materiallarının satışı ilə məşğul olmuşdur. 1989-cu ildə qeyri rəsmi X11 ilə ailə həyatı qurmuş və birgə nikahdan 1989-cu il təvəllüdlü oğlu Roman Xorençkov dünyaya gəlmişdir. 1995-ci ildə Olqa ilə rəsmi nikaha daxil olmuş, 2005-ci ildə isə daha bir oğlu Artem Kazımov dünyaya gəlmişdir. 2002-ci ildə tanımadığı bir qrup şəxs onu küçədə tutub döydüyü üçün sol gözü həmin vaxtdan görmə qabiliyyətini itirmişdir. Təxminən 2005- 2006-cı illərdə X9 ilə tanış olmuş, sonuncu bazarda satıcı işləmiş, o da həmin bazarda meyvə-tərəvəz yeri götürüb Yananı satıcı qoymuşdur. Bundan sonra onların qeyri-rəsmi sevgi münasibətləri yaranmışdır. Bir müddətdən sonra o, meyvə satışını dayandırmış, lakin Yana Polyakova ilə münasibətləri davam etmişdir. X20 bu münasibətdən xəbər tutduqdan sonra səhv etmirsə 2008-ci ildə ondan boşanmışdır. Lakin o, Olqa ilə yaşamağa davam etmiş, yəni onlar sadəcə sənəd üstündə boşanmışlar. Həmin vaxt artıq o, müflis olmuş və bütün işləri bağlanmışdır. O, bir müddət metal alqı-satqısı ilə məşğul olmuş, daha sonra isə mərhum bacısı oğlundan ona qalan sarı rəngli “Qazel” markalı mikroavtobusla sərnişin daşıma ilə məşğul olmuşdur. Yana Polyakova, anası Nadya və əlil olan qardaşı Aleksey ilə birlikdə yaşamışdır. 2009 yaxud 2010-cu ildə X18 adında oğlu dünyaya gəlmiş, Yananın deməsinə görə həmin uşaq ondan doğulmuş, lakin uzun müddət sonra o, eşitmiş ki, uşaq doğulmamışdan qabaq Yananın başqa kişi ilə münasibəti olmuş, bu səbəbdən Danilin onun oğlu olmasına şübhə etməyə başlamışdır. Bundan sonra Yana ilə münasibətləri bir qədər soyumuş, lakin onlar tam ayrılmamışlar. Hadisə günü, yəni 31 mart 2013-cü il tarixdə Nadya ona zəng edərək qızı Yananın 2 nəfər qadınla birlikdə sərxoş halda gələrək Danili götürüb getdiklərini bildirmişdir. Nadya ona Yananın Stasova küçəsində tanışının evində qaldığını bildirmişdir. O, həmin vaxt əsəbiləşib Volqoqrad şəhərinin Stasova küçəsinə getmiş, qar təzə yağmış, yerdə də yalnız 1 evə gedən ayaq izləri olmuşdur. O, həmin ayaq izləri ilə gedərək tanımadığı bir evə gəlmişdir. O, qapını döymüş, lakin açan olmamış, pəncərəyə yaxınlaşıb cibində olan alışqanı yandıraraq pəncərəyə tutanda Yana Polyakovanın başqa kişi ilə birlikdə yatdığını görmüşdür. O, əsəbiləş yumruqla plastik pəncərəyə vurmuş, pəncərə açılmış və o, pəncərədən otağa daxil olmuşdur. Yana da, tanımadığı kişi də lüt vəziyyətdə yatılı olmuşlar. Sonradan həmin kişinin X1 öyrənmişdir. O, oyanması üçün Yananın sifətinə sillə ilə vurmuşdur. Sonuncu oyanıb onu gördükdə qorxmuş və çarpayıdan qalxıb evin başqa otağına keçmişdir. O, Yananın ardınca həmin otağa keçmiş və orada daha 3 nəfər qadının, 1 nəfər qız uşağının və Danilin yatdığını görmüşdür. Həmin qadınların adlarını xatırlamamış, ev yiyəsi olan qadını hadisədən əvvəl 2-3 dəfə Yananın yanında görmüş, digərlərini tanımamışdır. O, Yananın üstünə qışqıranda yatan qadınlar və uşaqlar səs-küyə oyanmışlar. Bundan sonra o, Ravil Abdulovun yatdığı otağa keçmiş, sonuncu oyanmış və çarpayıdan durmuşdur. Ravilin onu vuracağından qorxaraq sonuncunu tutub yerə yıxmış və dirsəyi ilə boğazından sıxmışdır. Bu zaman Yana Polyakova əynində xələt, əlində alma və bıçaq həmin otağa gəlmişdir. Yana rus dilində Ravilə “Axı mən sənə demişdim mənim kişim var” söyləmişdir. O, Ravilin onu vuracağından qorxaraq qorxutmaq və zərərsizləşdirmək məqsədi ilə Yananın əlində olan bıçağı alıb Ravilin sağ tərəfindən qabırğalar olan nahiyədən bir dəfə vurmuş və bıçağı yerə ataraq Yanaya yaxınlaşmışdır. Yana da onun üstünə gəldiyini gördükdə qaçmışdır. O, Yananın dalınca qaçmış və sonuncunu tutaraq sifətindən bir dəfə sillə ilə vurmuşdur. Bundan sonra o, həmin evdən çıxıb getmiş, idarə etdiyi “Qazel” markalı mikroavtobusu bibisi oğlu Abuzərin yaşadığı evin qarşısında qoymuş, lakin sonuncuya baş vermiş hadisə barədə heç nə deməmişdir. Bundan sonra o, öz evinə getmiş və oradan sənədlərini götürüb avtobusla Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxtdan doğma Goranboy rayonu, Xoylu kəndində tək yaşamışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid hadisə baş verən evin sahibi olmuş və onun sonuncu ilə heç bir münasibəti olmamış, sadəcə hadisə gününə qədər Yana Polyakovanın yanında 2-3 dəfə görmüşdür. X10 isə hadisə günü həmin evdə olan qadınlardan biri olmuş, o, Rimanı hadisə gününə qədər görməmiş və heç bir münasibətləri olmamışdır. Şahid, X10 və X5 ifadələrində göstərdikləri tamamilə yalan, şər və böhtan olmuş, o, həmin evə öz bıçağı ilə getməmiş, həmin vaxt onun üzərində bıçaq olmamışdır. O, bıçağı Yana Polyakovanın əlindən almışdır. O, Ravil Abdulovu 1 dəfə bıçaqla vurduqdan sonra həmin evdən çıxıb getmiş, Ravil Abdulovun yaralarını təmizləməmiş, sonuncunun paltarlarını geyindirməmiş, meyiti aparıb harasa atmamış, bunların heç birindən xəbəri olmamışdır. Hətta o, Ravil Abdulovun ölüb-ölməməsi barədə də xəbərsiz olmuşdur. O, sonuncunu vurduqdan sonra həmin evdən çıxıb getmiş və bir daha ora qayıtmamışdır. O, Ravil Abdulovu cəmi bir dəfə zərərsizləşdirmək məqsədi ilə vurmuşdur. O, Şahid evindən getdikdə Ravil Abdulov sağ olmuş, ekspertiza rəyində qeyd edilən 2-ci deşici-kəsici xəsarəti Ravil Abdulovun hansı şəraitdə alması barədə heç bir məlumatı olmamış, digər xəsarətlər isə onunla qarşılıqlı mübarizə zamanı əmələ gələ bilərdi. Ravil Abdulovu vurduğu bıçaq mətbəx bıçağı olmuş, dəstəyi sarı rəngdə, taxtadan yoxsa plastmasdan olmasını xatırlamamış, tiyəsinin uzunluğu təxminən 10 sm olmuşdur. O, Ravil Abdulovu vurduqdan sonra həmin bıçağı yerə atmışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Ravil Abdulova ehtiyyatsızlıqdan 1 bıçaq zərbəsi yetirmiş, sonuncu bir neçə dəqiqə ərzində ölmüş, bundan sonra Yana Polyakova və Şahid evində olan tanımadığı şəxslərlə birlikdə Ravil Abdulovun meyitini “Qazel” markalı avtomobilinə aparmış, daha sonra Yana Polyakova və Şahid evində olan yaşlı qadınla birlikdə Ravil Abdulovun meyitini aparıb xəndəyə atmış, hadisə baş vermiş evə öz bıçağı ilə getməmiş, həmin bıçağı Yana Polyakovanın əlindən almış, Ravil Abdulovun 2-ci deşici-kəsici xəsarəti hansı şəraitdə aldığını bilməmiş, Yana Polyakovaya bıçaq xəsarəti yetirməmiş, sonuncunu təpik və yumruqla vurmuş, Yana Polyakovaya, Şahid və sonuncunun evində olan digər şəxslərə bıçaq göstərərək Ravil Abdulovun meyitini gizlətməyə məcbur etməmiş, eyni məqsədlə heç kimə pul verib ələ almamış, Yana Polyakova, Şahid və sonuncunun evində olan digər şəxslər sərxoş olduqları üçün könüllü şəkildə Ravil Abdulovun meyitini gizlətməyə ona kömək etmişlər. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, onlar milliyyətcə tatar olmuş, X21 05 iyun 1973-cü ildə Rusiya Federasiyası, Astarxan vilayəti, Çernoyarski rayonu, Kamennıy Yar kəndində anadan olmuşdur. Ravil Abdulov tikintidə dizayner işləmiş və çoxlu sifarişləri olmuş, həm dövlət, həm də fərdi sifarişləri yerinə yetirmişdir. Ravil, Rita adlı qadınla evli olmuş və iki övladı dünyaya gəlmiş, oğlunun 25, qızının isə 14 yaşı olmuşdur. Ravilin uşaqlığı həm doğma kəndlərində, həm də Volqoqrad şəhərində keçmişdir. Evləndikdən sonra Ravil daimi olaraq Volqoqrad şəhərində Zelenoqradskaya yaxud Qremyaçenskaya küçəsində yaşamıdır. 2013-cü ilin mart ayının 31-dən aprelin 1-nə keçən gecə mərhum qardaşı Ravil Abdulov mərhum Yana Alekseyevna ilə birlikdə olmuş, Təqsirləndirilən şəxs isə Yana Alekseyevnanın birgə yaşadığı şəxs olmuşdur. Təqsirləndirilən şəxs Yananın ona xəyanət etdiyini bilib həmin evə gəlmiş, bıçaqla pəncərəni açıb evə daxil olmuş, bundan sonra lüt və silahsız vəziyyətdə olan qardaşı Ravil Abdulova hücum etmişdir. Hadisə baş verən vaxta qədər Şahid, X6, Təqsirləndirilən şəxs və Krivonojkin Viktor adında adamı tanımamışdır. Hadisə barədə ilk arvadı ona zəng edib məlumat vermiş, daha sonra polis əməkdaşları ona zəng etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi cinayət törətmiş şəxsin layiq olduğu cəzasını almasını istəmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mənfi tərəfdən xəsis, əsəbi, aqressiv, səbəbsiz münaqişə, savaş və dava törətməyə meyilli bir insan olmuş, spirtli içkidən də hərdən istifadə etmişdir. Sonuncunun alkoqol sərxoşluğu vəziyyətində davranışı tamamilə dəyişmiş, son dərəcədə aqressiv və qeyri-adekvat olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər alkoqol sərxoşluğu vəziyyətində onu bir neçə dəfə döymüşdür. xx.xx.2013-cü il tarixdə günorta yeməyindən sonra o, oğlu və Şahid tam anket məlumatlarını bilmədiyi Konstantin və Viktorun yaşadıqları Volqoqrad şəhəri, Moiseyenko küçəsi, ev 32 ünvanına getmişlər, eləcə də orada Viktorun həyat yoldaşı İrina və Rimma yaşamışdır. Rimma orada müvəqqəti yaşamış və təsərrüfatda kömək etmişdir. Onlar bilavasitə Rimmanın yanına getmişlər, çünki sonuncu ilə spirtli içki içməli olmuşlar. Onlar yuxarıda qeyd olunan ünvana gələndə orada İrina öz həyat yoldaşı Viktor və sonuncunun qardaşı Konstantin olmuşdur. Eləcə də yuxarıda qeyd olunan ünvanda əvvəllər tanımadığı Sergey, R.A.Abdulov və Rimma olmuşlar. Bütün qeyd olunan şəxslər arasında spirtli içkilərdən yalnız o, Şahid, Rimma, Abdulov Ravil və Sergey istifadə etmişlər. Digərləri spirtli içkilərdən ümumiyyətlə istifadə etməmiş, lakin spirtli içkilər içildiyində bütün yuxarıda sadalanan şəxslər bir yerdə mətbəx otağında yerləşən masanın arxasında olmuşlar. Bütün spirtli içkiləri, yəni 2,5 litr həcmində bir plastik butulka «Jiqulyovskoye» markalı alkoqol pivəsini, hər biri 0,5 litr həcmində markasını xatırlamadığı iki butulka arağı Abdulov Ravil almışdır. Həmin spirtli içkilər bitdiyində kimsə 0,5 litr həcmində bir butulka araq almışdır. Abdulov Ravili əvvəllər tanımamış, birinci dəfə yuxarıda qeyd olunan ünvanda görmüşdür. 31 mart 2013-cü il tarixdən beş-altı gün əvvəl X23 Mamontovanın vasitəsilə tanımış, tanışlıq zamanı sonuncu sakit, şən, adekvat insan kimi görünmüşdür. Abdulov Ravil əvvəl alkoqollu pivə istifadə etmiş, sonra isə araq içmiş, orta alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Bu ona Ravil Abdulovun pozulmuş nitqindən aydın olmuş, lakin Ravilin hərəkət koordinasiyaları pozulmamışdır. Abdulov Ravilin harada yaşadığı ona məlum olmamışdır. Eləcə də Ravilin tanışlıq dairəsi, qohumlarının olub-olmaması da ona məlum olmamışdır. Bir müddət oturduqdan sonra o, Şahid, sonuncunun oğlu, eləcə də Abdulov Ravil və Rimma Volqoqrad şəhəri, Stasov küçəsi, ev 5 ünvanına yerləşən Şahid evinə getmişlər. X14 İrinanın evinə getməyi o təklif etmiş, ona görə ki Ravil onun xoşuna gəlmişdir. Şahid evinə gəldikdə artıq hava qaralmışdır. Şahid evində sonuncunun 8 yaşlı qızı Mamontova Tatyana da olmuşdur. Şahid evinin mətbəxində o, Ravil, İrina və Rimma spirtli içkilər içməyə davam etmişlər. Onlar Ravilin yolda aldığı arağı içmişlər. İki stopkadan çox olmayan miqdarda araq içdikdən sonra Rimma Volqoqrad şəhəri, Moiseyenko küçəsi, ev 32 ünvanına yatmağa getmişdir. Beş dəqiqədən sonra Rimma geri gəlmiş, onlara iki qutu siqaret verib yenidən getmişdir. Şahid bir müddət oturduqdan sonra uşaqları uzandırmaq və yatızdırmaq üçün yataq otağına getmiş, o isə Abdulov Ravil ilə mətbəx otağında spirtli içkilər içməyə davam etmişdir. Spirtli içkilər içərkən onun və Abdulov Ravilin arasında simpatiya yaranmış və onlar öpüşməyə başlamışdır. xx.xx.2013-cü il tarixdə təxminən saat 02:00-da o və Ravil mətbəx otağından sonra yerləşən yataq otağına getmiş və tam soyunaraq yatağa uzanıb cinsi əlaqədə olmuşlar. Cinsi akt bitdiyində o, çarpayıda kürəyi üstə uzanıqlı vəziyyətdə olmuş, başı pəncərəyə, ayaqları qapıya tərəf uzanmışdır. Abdulov Ravil qarnı üstə onun üzərində uzanıqlı vəziyyətdə olmuşdur. O və Ravil söhbət etmişlər. Bir anda o, pəncərənin açıldığını və Təqsirləndirilən şəxs içəri sıçradığını görmüşdür. Təqsirləndirilən şəxs o, yalnız siluetindən və səsindən tanımış, ona görə ki həmin anda o, bu sözləri eşitmişdir: «Ay səni..QSİ» (qadın cinsindən olan köpək). Onların olduğu otaq qaranlıq olmuşdur. Bu anda, yəni o, Təqsirləndirilən şəxs gördüyündə sağ qoltuqaltı çökək nahiyəsində kəskin ağrı hiss etmişdir. O, ona zərbə yetirilən əşyadan tutmuşdur. Əşyanın əlamətlərindən bıçaq olduğunu anlamışdır. Bu anda Ravil Abdulov yataqdan qalxmış və qapı tərəfə qaçmış, həmin vaxt qapı bağlı olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs döşəmədən durmuş və ona xəsarət yetirdiyi bıçaqla Ravilin arxasınca qaçmışdır. Təqsirləndirilən şəxs ona xəsarəti təsadüfən yetirmiş, ona görə ki, Ravili nişan almış və bu səbəbdən sonuncunun arxasınca bıçaqla qaçmışdır. Pəncərə açılmamışdan və Təqsirləndirilən şəxs oradan sıçramamışdan əvvəl pəncərə arxasından hər hansı bir xışıltı və taqqıltı eşitməmişdir. O, Təqsirləndirilən şəxs nə etdiyini soruşmuş, sonuncu ona heç bir cavab verməyərək Ravil Abdulovun arxasınca qaçmışdır. O, üstünə mələfə və ya örtük atmış, hazırkı zamanda dəqiq yadında deyil və dəhlizə qaçmışdır. Dəhlizə daxil olanda o, döşəmədə kürəyi üstə hərəkətsiz uzanan və xırıldayan Abdulov Ravili görmüşdür. Sonuncunun sinəsinin sağ tərəfində xətt şəkilli iki deşici-kəsici yara görmüşdür. Təqsirləndirilən şəxs Ravil Abdulovun başının üstündə sağ əlində qanlı bıçaqla durmuşdur. O, dəhlizə daxil olanda orada Təqsirləndirilən şəxs və Ravil Abdulovdan başqa heç kim olmamış, yataq otağına və zala aparan qapılar bağlı olmuşdur. Bu zaman Şahid uşaqlarla birlikdə zal otağında yatmış, Ravilə zərbə yetirilən anı o, görməmişdir. Təqsirləndirilən şəxs onun dəhlizə daxil olduğunu görüb ona yaxınlaşaraq hər iki əli ilə onun saçlarından tutmuşdur. Həmin vaxt Ravil Abdulova zərbə yetirdiyi bıçağın harada olduğunu bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu döşəməyə yıxmış, təpiklə və yumruqla baş və bədən nahiyəsinə zərbələr endirməyə başlamışdır. Bu zərbələrdən o, güclü ağrı hiss etmiş və qışqırmağa başlamışdır. Bundan sonra sağ əlinin çöl tərəfində kəsiklər olduğunu aşkar etmiş, istisna etmir ki, həmin kəsikləri ona Təqsirləndirilən şəxs döydüyü zaman bıçaqla yetirmişdir. Onun qışqırıqlarına dəhlizə Şahid çıxmış və Təqsirləndirilən şəxs onu döyməməsini xahiş etmişdir. Şahid yatdığı otaqdan onun oğlu gəlmiş və ağlamağa başlamışdır. Təqsirləndirilən şəxs onu döyməyi dayandırdıqdan sonra o, döşəmədən qalxmış və mətbəx otağına keçərək masa arxasında kürəyi qapı yerinə tərəf taburetə oturmuşdur. Bu səbəbdən o, arxada sonra nə baş verdiyini görməmişdir. O, Təqsirləndirilən şəxs Şahid «Sən ona bax, o oturub və onun vecinə deyil» deməsini eşitmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mətbəx otağından onun Ravillə cinsi əlaqəyə girdiyi yataq otağına keçmiş, sonuncunun əşyalarını götürüb dəhlizə geri qayıtmışdır. Onun yanından keçəndə Təqsirləndirilən şəxs nə qədərki onu kəsməyib Ravilə yaxınlaşmasını və paltarlarını geyindirməsini bildirmişdir. Nazimin dediyi hədələr altında o, durmuş və dəhlizə gəlmiş, Ravil dəhlizdə həyat əlamətləri olmadan döşəmədə uzanıqlı vəziyyətdə olmuşdur. Ravilin bədənindəki yaralar yapışqan «skotç» lenti ilə yapışdırılmış və yara nahiyələrinə «zelyonka» tibbi preparat yaxılmışdır. Nazim Ravilin ayaqlarını ağ rəngli dəsmalla silmişdir. Nazim Ravilin ayaqlarını qandan sildikdən sonra ona sonuncunun ayaqlarına cins şalvarı geyindirməsini əmr etmişdir. O, həmin şalvarı götürərək Ravilə geyindirmişdir. Bir ayağını geyindirdikdən sonra o, Nazimə demiş ki, bunu etməyəcəkdir. Bundan sonra o, mətbəx otağına getmiş və masa arxasında kürəyi dəhlizə aparan qapı yerinə tərəf taburetə oturmuşdur. Abdulov Ravil göy cins və narıncı pulover geyinmişdir. Ağ dəsmaldan başqa İrina Nazimə, yenə hansısa bir əski gətirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Ravil Abdulovun meyitinə sonuncunun pulover və cinsini geyindirmiş, sonra Təqsirləndirilən şəxs Rabil Abdulovun meyitini onun Ravil ilə əvvəl yatdıqları yataq otağına sürümüş və meyiti yatağın yanında qoyaraq qapını bağlamışdır. Sonradan o, dəhlizdə döşəmədə yaşıl rəngli maddənin ləkəsini görmüş və yadına salmış ki, o, mətbəxə çıxanda Nazim İrinadan «zelyonka» xahiş etmiş, «zelyonka» Nazimə nə üçün lazım olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs onu öldürməsindən qorxduğu üçün baş vermiş hadisə barədə polisə məlumat verməmişdir. Təqsirləndirilən şəxs yatarkən o, bütün gecəni yanında uzanmışdır. Səhər açılanda saat təxminən 07 radələrində Təqsirləndirilən şəxs oyanmış və Abdulovun cəsədi olan otağa getmişdir. O, bu zaman mətbəxə getmiş və Nazimin yataq otağında nə etdiyini bilməmiş, yəqin ki, meyiti sarımaq üçün nə isə axtarırmışdır. Təxminən 40 dəqiqə sonra, yəni xx.xx.2013-cü il saat 08:00-da evə Rimma gəlmişdir. Rimmanın belə erkən vaxtda nə üçün gəldiyi ona məlum olmamışdır. O, bu haqda Rimmadan soruşmamışdır. Dəhlizə daxil olan kimi Nazim Rimmaya yaxınlaşmış və Abdulov Ravilin meyitini aparmağa kömək etməsini xahiş etmişdir. X25 kömək etməkdən imtina etmiş, lakin X24 öldürdüyü bıçağı göstərib hamısını kəsəcəyi ilə hədələdiyi üçün Rimma öz həyatı üçün qorxaraq razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs getmiş və təxminən 5 dəqiqədən sonra evin yanına marşrut taksisi kimi işlətdiyi özünə məxsus sarı rəngli «Qazel» avtomobilini sürüb gətirmişdir. Sonuncu avtomobili Volqoqrad şəhəri, İzmaylovskaya küçəsi, ev 68 ünvanında yerləşən Alikin evinin yanında saxlamışdır. Ümumiyyətlə Nazim əvvəllər avtomobili həmişə orada saxlamışdır. Avtomobili evin yanına sürüb gətirdikdən sonra Təqsirləndirilən şəxs Abdulov Ravilin meyitini hansısa bir qırmızı şəkilli ağ örtüyə bükmüş və avtomobilə sürümüşdür. Təqsirləndirilən şəxs Ravil Abdulovun meyitini salona yan çəkilən qapıdan qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs evə girmiş, onun və Rimmanın avtomobilə oturmalarını bildirmişdir. O və Rimma avtomobilə ön oturacağa oturmuşlar, Nazim sükan arxasına oturmuşdur. Sonra onlar Volqoqrad vilayətinin Svetloyarsk rayonunun Svetlıy Yar yaşayış məntəqəsi tərəfə yollanmışlar. Volqoqraddan çıxaraq asfalt yolu ilə sola dönmüş və düz istiqamətdə kifayət qədər çox getmişlər, təxminən 20 dəqiqə, bundan sonra Nazim sola torpaq yoluna dönmüşdür. Əvvəllər o, həmin yol ilə heç bir zaman getməmişdir. O, diqqət etmişdir ki, yaxınlıqda, yəni onlardan solda boru kəməri keçir. Təqsirləndirilən şəxs torpaq yoluna döndüyü yerdə hər-hansı bir bina və tikinti, eləcə yol işarələri olmamışdır. Ətrafda boşluq olmuşdur. Torpaq yolu ilə onlar təxminən 10 dəqiqə getmişlər, bəlkə də az. Bundan sonra Təqsirləndirilən şəxs boru kəmərindən yaxınlıqda avtomobili saxlamış və xəndəyə yaxınlaşaraq Abdulov Ravilin meyitini qeyd olunan xəndəyə atmışdır. O və Rimma avtomobildən çıxmamışlar. Geri dönən yolda Təqsirləndirilən şəxs Rimmadan susmaq üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. Rimmanın məhz hansı miqdar deməsi onun yadında deyil. Bundan sonra Təqsirləndirilən şəxs Rimmanın susmadığı təqdirdə sonuncunu öldürəcəyini demişdir. Təqsirləndirilən şəxs X1 meyitini gizlətməkdə köməyə görə 400 və ya 500 rubl ötürmüşdür. Rimma hər-hansı bir aktiv kömək göstərməmiş, sonuncu yalnız onlarla cəsədi xəndəyə aparmağa getmişdir. xx.xx.2013-cü il tarixində o, baş verənlər haqqında Volqoqrad şəhəri, Moiseyenko küçəsi, ev 50 ünvanında yaşayan Həsən adlı kişiyə danışmışdır. Təqsirləndirilən şəxs baş verənlər haqqında polisə məlumat verəcəyi təqdirdə onu taparaq öldürəcəyini bildirdiyi üçün o, polisə məlumat verməmişdir. Təqsirləndirilən şəxs avtomobili Rimmanın evinə sürərək sonuncunu düşürtmüşdür. Bu zaman Nazim yenə Rimmaya heç kimə heç nə danışmamasını bildirmiş, lakin hədə-qorxu məzmunlu heç bir söz deməmişdir. Sonra Nazim onu Şahid evinin yaxınlığında düşürtmüşdür. Təqsirləndirilən şəxs ona artıq heç nə danışmamasını, əks halda Ravil Abdulovun başına gələnlərin onun da başına gələcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs naməlum istiqamətdə getmiş və o, sonuncunu bir daha görməmişdir. Onun Şahid evində olmasını Təqsirləndirilən şəxs kimdən öyrənməsini bilməmiş, hadisədən əvvəl 1 il o, Şahid ilə danışmamış və bundan Təqsirləndirilən şəxs məlumatı olmuşdur. Nazimin üzərində açıq rəngli xətlər ilə boz klassik şalvar və ağ sviter, ayağında dəriəvəzedicisindən qara tuflilər olmuş, üzərində gödəkçə olmamışdır. Sağ əlində uzunluğu təxminən 30 sm, tiyəsinin uzunluğu 20 sm, sapının uzunluğu isə 10 sm olan bıçaq olmuşdur. Sapı ucunda ağ haşiyə ilə qara rəngli metaldan işlənilmişdir. Ülgüc bir tərəfdən itilənmişdir. Ülgücdə və sapda hər hansı bir kələ-kötürlük, oyma, şəkil, eləcə də ad olmamışdır. Bıçaq bütöv idi, açılan deyildi. Qeyd olunan bıçağı Təqsirləndirilən şəxs 2010-cu ildə Moskva şəhərində onunla birlikdə iş üçün getdiklərində bazarda əldə etmişdir. Şahid sözlərindən ona məlum olmuş ki, təxminən xx.xx.2013-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid Azərbaycan nömrəsindən zəng etmişdir. Bundan sonra İrina onun yanına gəlmiş və təxminən 10 dəqiqə sonra növbəti dəfə Təqsirləndirilən şəxs Azərbaycan nömrəsindən zəng etmiş, söhbət zamanı Təqsirləndirilən şəxs ondan uşaqlarının harada olduğunu soruşmuş və o, buna cavab olaraq öz ünvanını demiş, yəni Volqoqrad şəhəri, Moiseyenko küçəsi, ev 50. O, Təqsirləndirilən şəxs hüquq mühafizə orqanlarına təslim olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona kobud şəkildə rədd cavabı vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid X9 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə kimi o, Yana Polyakova və Şahid ilə birlikdə hər gün spirtli içkilərdən istifadə etmişlər. xx.xx.2013-cü il tarixdə ümumi tanışlarının evində spirtli içkilər içərkən o, Şahid və Yana Polyakova əvvəl tanış olmayan Ravil adlı kişi ilə tanış olmuşlar. Ravil və Yana Polyakovanın arasında simpatiya yaranmış, sonuncular bir-birinə diqqət göstərməyə və hər kəsin gözü önündə öpüşməyə başlamışlar. Evində qonaq olduqları tanışlarının həyat yoldaşının hamilə olması ilə bağlı onlar Şahid evinə getməyə və orada spirtli içkilər içməyə davam etməyi qərara almışlar. Bundan sonra o, Yana Polyakova, Şahid və Ravil Volqoqrad şəhəri, Stasov küçəsi, ev 5 ünvanına yollanmışlar. Onların yanında Ravilin öz pul vəsaiti ilə əldə etdiyi araq və siqaret olmuşdur. Onlar Şahid evinə gələndə mətbəx otağına keçmiş və orada spirtli içkilər içməyə davam etmişlər. O, həmin evdə az müddət olmuş, sonra öz tanışlarının evinə yatmağa getmişdir. İrina, Yana və Ravil spirtli içkiləri içməyə davam etmişlər. O, Şahid evindən çıxanda özü ilə iki qutu siqaret aparmışdır. O, siqaret çəkmədiyi üçün Şahid evinə geri dönmüş və bu iki qutu siqareti Yana Polyakovaya və Ravilə verərək çıxıb getmişdir. Sonrakı gün, yəni xx.xx.2013-cü il tarixdə təxminən saat 08-də o, İrinanın Volqoqrad şəhəri, Stasova küçəsi, ev 5 ünvandakı evinə gəlmiş, mətbəx otağına keçərək oturmuş, Şahid ona demiş ki, evində meyit var. Bundan sonra İrina onu yataq otaqlarının birinə gətirmiş və Ravilə işarə edərək öldüyünü demişdir. İrina ona danışmış ki, Yana ilə birlikdə yaşayan Nazim Ravili öldürmüşdür. O, diqqətlə baxdıqda mətbəx otağında əl-üz-yuyanın yanında divarda qan ləkələri olmuşdur. Bir qədər sonra Nazim yataq otağına gəlmiş, onlarla oturmuş və sonra çıxıb getmişdir. Nazimin onlarla olmadığı zaman evə Volqoqrad şəhəri, Stasov küçəsi, ev 10 ünvanında yaşayan qonşu Marentsev Aleksandr gəlmişdir. Aleksandr gəldiyində mətbəx otağına keçmiş və bu zaman Nazim gəlmişdir. Bundan sonra Nazim Ravilin meyitini göstərmiş və Aleksandr dərhal qaçmışdır. Nazim “Qazel” markalı avtomobillə gəlmişdir. Nazim Ravilin meyitini qeyd olunan avtomobilə özü qoymuşdur. Bundan sonra Nazim ona və Yanaya birlikdə avtomobilə oturmalarını demişdir. Onlar getməyəcəklərini demişlər. Lakin Nazim onları öldürməklə hədələyərək özü ilə birlikdə avtomobilə oturmağa məcbur etmişdir. Nazim Ravilin meyitini avtomobilin salonuna sərnişin oturacaqlarının arasına qoymuş, o isə Yana və Nazim ilə birlikdə ön oturacaqlara oturmuşdur. Nazim avtomobili idarə etmiş, o, ön sərnişin qapısının yanında, Yana isə onların arasında oturmuşdur. Bundan sonra onlar Volqoqrad şəhəri Svetloyarsk rayonu tərəfə yollanmışlar. Asfalt avtoyolu ilə hərəkət edərək, Nazim körpünün önündən torpaq yola dönmüş, bundan sonra dəmir trubalara kimi sürmüş, qamışlığa və xəndəyə yaxınlaşaraq yuxarıda qeyd olunan avtomobili saxlamışdır. Nazim avtomobildən çıxmış, Ravilin meyitini götürmüş və yuxarıda qeyd olunan xəndəyə atmışdır. Bundan sonra Nazim avtoyola çıxmış və onu Volqoqrad şəhəri Krasnoarmeysk rayonu, Stasov küçəsində düşürtmüşdür. O, avtomobildən çıxanda Nazim ona 400 rubl verərək bu pulu onun susması üçün verdiyini, eləcə də Nazim demiş ki, hazırkı zamanda bundan artıq yoxdur və sonra ona yenə pul gətirəcəkdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2013cü il tarixli, 606 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, R.A.Abdulovun ölümü yuxarı kəskin qanitirmə ilə ağırlaşan boş venanın və sağ ağ ciyərin yuxarı payının zədəsi ilə sağ plevral boşluğa daxil olan döş qəfəsinin iki deşici-kəsici yaralarının nəticəsində baş verib. R.A.Abdulovun ölümü təxminən xx.xx.2013 tarixində baş verib, bu ölümdən sonra dəyişikliklərin ifadə dərəcəsinə zidd deyil. R.A.Abdulovun məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı bədən xəsarətləri aşkar olunub: 4-5 qabırğaların, qabırğaarası əzələnin, yuxarı boş venanın və sağ ağ ciyərin yuxarı payının zədəsi ilə sağ plevral boşluğa daxil olan döş qəfəsinin iki deşici-kəsici yarası. Yuxarıda sadalanan xəsarətləri həyat üçün təhlükə əlaməti üzrə sağlamlığa ağır dərəcəli xəsarət yetirmək kimi dəyərləndirmək lazımdır, bu halda onlar ölüm səbəbi oldular. Sağ əlin 3 və 4 barmaqlarının kənar falanqalarının ovuc səthinin kəsik yaraları (2). Yuxarıda sadalanan xəsarətləri sağlamlığın qısa 21 gün müddətli pozulması əlaməti ilə sağlamlığa yüngül zərər verən kimi dəyərləndirmək lazımdır. Qabırğa qövsünün kənarı ilə döş qəfəsinin sol səthində xəttşəkilli sıyrıntılar (2), sol çiynin orta üçdə bir hissəsinin arxa səthində xəttşəkilli sıyrıntı, soldan alın nahiyəsində sıyrıntılar (3), burnun üstündə (2) və burnun sol qanadında (1) sıyrıntılar, sol diz oynağının ön səthində qansızma. Yuxarıda sadalanan xəsarətləri sağlamlığa zərər yetirməyən kimi dəyərləndirmək lazımdır. R.A.Abdulovun ölümünə səbəb olan xəsarətlərin törədilməsi anında zərərçəkmiş xəsarət yetirən əşyaya qarşı bədəninin ön tərəfi ilə yerləşirdi. Xəsarətlərin nisbətən qısa müddət vaxt ərzində törədilməsini nəzərə alaraq onların yetirilmə ardıcıllığı barədə fikir söyləmək mümkün deyil. Xəsarət silahının individual xüsusiyyətləri haqqında suala cavab vermək üçün tibbi-kriminalistik ekspertizası təyin etmək məqsədə uyğundur. 1 №-li yara kanalının öndən-arxaya soldan-sağa, bir qədər aşağıdan-yuxarıya istiqaməti var, dərinliyi təxminən 10 sm; 2 №-li yara kanalının öndənarxaya soldan-sağa və bir qədər aşağıdan-yuxarıya istiqaməti var, dərinliyi təxminən 10 sm. Alınan xəsarətlər ilə zərərçəkmiş qısa vaxt müddət yaşadı, bir neçə dəqiqədən bir neçə onluq dəqiqəyə kimi, bu vaxt ərzində sərbəst aktiv hərəkətlərin edilməsi mümkün deyil. Sağ əlinin 3 və 4 barmaqlarının kənar falanqalarının ovuc səthinin kəsik yaraları və sol çiynin orta üçdə bir hissəsinin arxa səthinin xəttşəkilli sıyrıntıları şəklində xəsarətlər mümkün mübarizə və özünümüdafiyədə alınan xəsarətlər kimi qiymətləndirmək olar. R. A.Abdulov ölümün baş vermə anında ağır dərəcəli alkoqol sərxoşluğunda idi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2013-cü il tarixli, 334 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, 1985-ci il təvəllüdlü vət. Y.A.Polyakovanın məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı bədən xəsarətləri aşkar olunub: sağ və sol çiyinlərində, qarında, sağ və sol budlarda qansızmalar (16); sol çiyində (4), əmgək nahiyəsində əlp bağlamaları; döş qəfəsinin, sağ çiynin yaraları. Bu bədən xəsarətləri məhdud və üstünlük təşkil edən kontakt səthli, möhkəm-elastik və yuxarı-davamlı xasiyyətləri və ifadə olunan tili olan, şiş sərt və küt əşyanın təsiri nəticəsində əmələ gələ bilərdilər, bu yumruq şəklində sıxılan əllər, ayaqqabı geyinmiş, eləcə də ayaqqabı geyinməmiş ayaqlar, əl barmaqlarının dırnaq lövhələri, zərərçəkmişin bədənini sürüdükdə alt səth, bıçağın ülgüc hissəsi və s. ola bilər. Xəsarət yetirən əşyanın hər-hansı bir konstruktiv xüsusiyyəti xəsarətlərdə əks olunmayıb. Bu xəsarətlərin yaranması zərərçəkmiş şəxsin sözlərində qeyd olunan müddətdə və hallarda mümkündür. Yuxarıda qeyd olunan bədən xəsarətlərinin köhnəliyi müayinə aparılan andan 3 sutkadan 6 sutkaya kimi təşkil edir. Bu bədən xəsarətlərinin cəmi sağlamlığın 21 gündən az müddət qısamüddətli pozulması əlaməti ilə sağlamlığa yüngül dərəcəli zərər yetirmək kimi dəyərləndirilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2013-cü il tarixli, 242 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, iş üzrə keçən şəxslərin antigen xüsusiyyətləri: R.A.Abdulov – Oaβ, Y.A.Polyakova – Ba, R.V.Makarenko – Ba, Şahid – Ba. Hadisə yerinin xx.xx.2013 tarixli baxışı zamanı müsadirə olunan ağ rəngdə mələfədə, qırmızı rəngdə mələfədə, bir cüt tuflidə, mətbəx otağının otaqlararası qapı yerinin yanında döşəmədən qonur rəngli maddənin yuyulmasında, divar kağızı fraqmentində, «örtüyün» üzərində olan ləkələrin bir hissəsində, Stasov küçəsi 5 №-li evdə aparılan hadisə yerinin baxışı zamanı müsadirə olunan R.A.Abdulova məxsus gödəkçədə, futbolkada, şalvarda, corabların bir tayında, yapışqan lentdə R.A.Abdulovdan əmələ gələ biləcək OaB qrupdan olan insan qanının izləri var. Bu izlərin digər antigen xüsusiyyəti göstərən Y.A.Polyakovadan, R.V.Makarenkodan və Şahid əmələ gəlməsi istisna olunur. Stasov küçəsi 5 №-li evdə hadisə yerinin baxışı zamanı müsadirə olunan «örtükdəki» digər qan ləkələri insan qanının Ba qrupu ilə yaradılıb, yəni ehtimal ola bilsin ki, necəki Y.A.Polyakovanın qanı ilə, eləcə də R.V.Makarenkonun və Şahid qanı ilə yaradılsın. Aşkar olunan ləkələr barəsində AVO sistemi ilə eyni qrupa aid olduqları və yuxarıda qeyd olunan şəxslərin həmcins olmaları ilə bağlı daha dəqiq fikir söyləmək mümkün deyil. Hadisə yerinin xx.xx.2013 tarixli baxışı zamanı müsadirə olunan bıçağın tiyəsində, mətbəx masasından müsadirə olunan bıçağın tiyəsində və qulpunda, divardan müsadirə olunan bıçağın tiyəsində və qulpunda, Stasov küç., 5 №-li evdə aparılan hadisə yerinin baxışı zamanı müsadirə olunan 1 №-li otağın döşəmədən yuyulmada, əlüzyuyanın yanındakı divardan yuyulmada, bıçağın tiyəsindən qonur rəngli maddənin yuyulmasında, parça fraqmentində, dəsmalda, R.A.Abdulovun corabının ikinci tayında, R.V.Makarenkonun koftasında və Şahid xələtində qan aşkar olunmayıb. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2022-ci il tarixli, 391/KEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs hal-hazırda “Xroniki bronxit. Postravmatik sağ gözün görmə qabiliyyətinin itməsi” kimi xəstəliklərinin olduğu müəyyən edildi. Qeyd olunan xəstəliklər uzun sürən xroniki prosesin nəticəsidir. Lakin Təqsirləndirilən şəxs almış olduğu qapalı kəllə beyin travması fonunda və yanaşı olan xroniki proseslərin kəskinləşməsi onun cinayət prosesinin iştirakına maneçilik törədə bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 23/KEŞ nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Milli Onkologiya Mərkəzində Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixdə aparılmış müayinələr zamanı onda “Sol aşağı pay bronxunun karsinoması” və “Ağciyər törəməsi”nin olduğu müəyyən edilmiş, qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərdir. Təqsirləndirilən şəxs hazırki sağlamlıq vəziyyəti ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması məqsədə müvafiq hesab edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2022-ci il tarixli, 413 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə cinayət əməlini törədərkən hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmiş, o, hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir, onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən, yəni xx.xx.2013-cü il tarixdə öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12.1, 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablamaqla 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2013-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, baxış obyekti Volqoqrad şəhəri, Krasnoarmeysk rayonu, Stasov küçəsində yerləşən birmərtəbəli 5 №-li yaşayış evidir. Yuxarıda qeyd olunan Volqoqrad şəhəri, Krasnoarmeysk rayonu, Stasov küçəsi, 5 №-li evə giriş qırmızı rəngdə metal qapı ilə təchiz olunan qapı yerindən yerinə yetirilir. Metal giriş qapı baxış anında açılı vəziyyətdədir və keçirmə rigel qıfılı şəklində bağlama qurğusu ilə təchiz olunub. Baxış anında giriş metal qapıda, kəməndlərdə və keçirmə rigel qıfılında gözlə görünən mexaniki zədələr aşkar olunmayıb. Qeyd olunan evə giriş beton boz rəngdə işlənmiş astana ilə təchiz edilmiş qapı yerindən həyata keçirilir. Astanada qonur rəngli maddənin axmaları aşkar olunub, onların fotoları çəkilir, bundan sonra qonur rəngli maddə marli tamponuna yuyulur, bu tampon kağız müvafiq qaydada qablaşdırılmaqla götürülür. Qeyd olunan qapı yerindən istintaq hərəkətinin iştirakçıları dəhlizə keçirlər. Qapı yerindən solda qapı yerindən 5 sm və döşəmədən 1,5 sm məsafədə divar kağızında qonur rəngli maddənin damcıları aşkar olunub. Bundan sonra divar kağızının bu sahəsinin şəkli çəkilir və qayçının köməyi ilə qonur rəngli maddənin izləri olan divar kağızının fraqmenti kəsilir və müvafiq qaydada qablaşdırılmaqla götürülür. Otağın baxışı zamanı SL-450 işıq mənbəyinin köməyi ilə dəhliz baxılır. Bu baxışın gedişində döşəmədə «yuyulmuş» qan izləri aşkar olunub. Bu ləkələrin ölçülərinin kiçik olmaları ilə əlaqədar yuyulma mümkün deyil. Döşəmədə qapı yerindən 34 sm və sol yaxın küncdən 59 sm məsafədə yaşıl rəngli qeyri düzgün formalı ləkə aşkar olunub. Hadisə yerinin baxışında iştirak edən İ. P. Mamontova izah etdi ki, bu ləkə N. M. Kazımov tərəfindən R. A. Abdulovun yaralarını təmizlərkən «zelyonka» tibbi vasitədən əmələ gəlib. Yaşıl rəngli ləkənin yanında döşəmədə ağ rəngli trikotaj parça fraqmenti yerləşir. Hadisə yerinin baxışında iştirak edən İ. P. Mamontova izah etdi ki, bu dəsmal fraqmenti ilə Təqsirləndirilən şəxs qan izlərini yuyurdu. Ağ rəngli trikotaj parça fraqmenti müsadirə olunur, müvafiq qaydada qablaşdırılmaqla götürülür. Giriş metal qapı ilə təchiz olunmuş qapı yerindən solda yerləşən divarda plastik qapı ilə təchiz olunmuş qapı yeri var. Baxış anında qapı açıq vəziyyətdədir və onda hər hansı bir mexaniki zədə aşkar olunmamışdır. Yuxarıda qeyd olunan qapı yerindən istintaq hərəkətinin iştirakçıları hamam otağına daxil olurlar. Hamam otağının baxışı zamanı vannada, qapı yerindən sol uzaq küncdə parçaya qonur rəngli maddə hopan açıq-çəhrayı dəsmal yerləşir, onun parçası qonur rəngli maddə ilə islanmış. Dəsmal müvafiq qaydada qablaşdırılmaqla götürülür. Bundan sonra istintaq hərəkətinin iştirakçıları dəhlizə keçirlər. Giriş metal qapı ilə təchiz olunmuş qapı yerindən üzdə-üz yerləşən divarda iki qapı yeri yerləşir. Birinci qapı yeri dəhlizin sol uzaq küncünün yanında yerləşir, ikinci qapı yeri isə giriş qapısı ilə təchiz olunmayıb və mətbəx otağına aparır. İkinci qapı yerinin SL-450 işıq mənbəyinin köməyi ilə baxışı zamanı astanada «yuyulan» qan izləri aşkar olunub. Bundan sonra astanadakı yuyulan qanın marli tamponuna yuyulması icra olunur, bu tampon qapağı müvafiq qaydada qablaşdırılmaqla götürülür. Mətbəx otağında divar üzrə soldan kran ilə metallik əlüzyuyan, onun üstündə asma şkaf, boz rəngdə soyuducu, üstündə ağ mikrodalğa sobası yerləşən siyirtmə dolablar ilə şkaf, asma şkaf, şkaf «penal» yerləşir. Divarda solda qapı yeri ilə yanaşı əlüzyuyandan yuxarı qonur maddənin damcıları aşkar olunub. Bundan sonra, marli tamponuna qonur maddənin yuyulması icra olunur, bu tampon qapağı müvafiq qaydada qablaşdırılmaqla götürülür. Əlüzyuyandan yuxarıda eləcə də, qablar üçün taxta quruducu yerləşir. Bu quruducu və divar arasında qara dəstəkli mətbəx bıçağı var. Bıçağın ümumi uzunluğu 33 sm., tiyəsinin uzunluğu 20 sm., dəstəyinin uzunluğu isə 13 santimetrdir. Bu bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülür. Mətbəx otağının sağ uzaq küncündə göy rəngdə qızdırıcı qazan yerləşir. Sağ yaxın küncdə ağ rəngdə mətbəx sobası yerləşir. Qapı yerinin sağından 30 sm məsafədə divar üzrə üzərində qab-qacaq olan mətbəx masası yerləşir. Masada, eləcə də içərisində üç bıçaq olan bıçaqlar üçün taxta altlıq var. Birinci bıçaq 31 sm uzunluğunda, 12 sm uzunluqlu taxta qəhvəyi dəstəyi və 19 sm uzunluqlu tiyə ilə. Bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülür. İkinci bıçaq 20 sm uzunluğunda, taxtadan işlənmiş və qəhvəyi rəngdə boya ilə boyanmış 10 sm uzunluqlu dəstəyi və 10 sm uzunluqda tiyəsi ilə. Bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülür. Üçüncü bıçaq 20 sm uzunluğunda, taxtaban işlənmiş və qəhvəyi rəngdə boya ilə boyanmış 10 sm uzunluqlu dəstəyi və 10 sm uzunluqda dilik-dilik tiyəsi ilə. Bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülür. Mətbəx otağına aparan qapı yeri ilə üzbəüz 1 №-li yataq otağına aparan qapı yeri var, həmin yerdən sağa 7 sm məsafədə və döşəmədən 120 sm kafeldə qonur rəngli maddənin damcıları aşkar olunub. Bundan sonra qonur rəngli maddənin marli tamponuna yuyulması icra olunur və müvafiq qaydada qablaşdırılmaqla götürülür. 1 №-li yataq otağına aparan qapı yeri bağlama qurğusu olmayan taxta qapı ilə təchiz olunub. Taxta qapının baxışı zamanı onun daxili tərəfində qonur maddədən olan əl barmağının izi aşkar olunub. Bundan sonra daktiloskopik tozun və «skotç» yapışqan lentin köməyi ilə əl barmağının izi müvafiq qaydada qablaşdırılmaqla götürülür. Yuxarıda qeyd olunan qapı yerindən istintaq hərəkətinin iştirakçıları 1 №-li yataq otağına daxil olurlar, orada soldan sağa qəhvəyi rəngdə şkaf, sağ uzaq küncdə tumba, sağ yaxın küncdə divar üzrə sağdan yataq yerləşir. Yataqdan yuxarıda, qapı yerindən sağda yerləşən divarda plastik pəncərə çərçivəsi və şüşə ilə təchiz olunmuş pəncərə yeri var. 1 №-li yataq otağının SL-450 işıq mənbəyinin köməyi ilə baxışı zamanı yatağın yanında döşəmədə yuyulmuş qonur rəngli maddənin ləkəsi var. Bundan sonra qonur rəngli maddənin yuyulması müvafiq qaydada qablaşdırılmaqla götürülür. Yataqda parçaya hopmuş qonur rəngli maddənin izləri ilə ağ rəngli örtük aşkar olunub. Bu örtük müvafiq qaydada qablaşdırılmaqla götürülür. Baxış zamanı müvafiq qaydada qablaşdırılmaqla götürülmüş əşyalar: qonur rəngli maddənin 5 yuyulması, qonur rəngli maddənin kontrol yuyulması, divar kağızlarının kəsiyi, ağ rəngdə dəsmal, çəhrayı rəngdə dəsmal, 4 mətbəx bıçağı, ağ örtük. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2013-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, baxış obyekti sarı rəngdə, dövlət qeydiyyat nömrəsi C 026 AP 34 rəngli «QAZEL» sərnişin avtomobilidir. Həmin avtomobil Volqoqrad ş., Moiseyenko küç., ev 32 ünvanının bilavasitə yaxınlığında dayanmışdır. Ön hissəsi ilə avtomobil evə tərəfdir, sürücü, ön sərnişin və yan sərnişin qapıları açıq vəziyyətdədir. Avtomobilin baxış zamanı sərnişin salonunda qapı yerindən sağda birinci yerləşən oturacaqda daktiloskopik plyonkaya müsadirə olunur. «SL-450» işıq mənbəyinin köməyi ilə aparılan avtomobilin baxışının gedişində qonur rəngli maddənin izləri aşkar olunmayıb. Avtomobilin baxışının gedişində istintaq üçün maraq kəsb edən digər hər hansı bir obyekt və əşya aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2013-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, baxış obyekti Həştərxan-Volqoqrad yolundan (M16) 800 m məsafədə "xxxx" MMC zavodunun rayonunda yerləşən ərazi sahəsidir. Üzərində qurumuş ot olan torpaqdan ibarət ərazi sahəsi bilavasitə baxış obyektidir. Hadisə yerinin baxışında iştirak edən R.V.Makarenko izah etdi ki, Təqsirləndirilən şəxs R.A.Abdulovun cəsədini məhz bu ərazi sahəsinə gətirmişdi. Bundan sonra R.V.Makarenko istintaq hərəkətinin iştirakçılarını səngərə apardı və ora işarə edərək izah etdi ki, Təqsirləndirilən şəxs R.A.Abdulovun cəsədini məhz bu səngərə atmışdır. Səngərin dibində naməlum kişi cəsədi aşkar olunub. Hadisə yerinin baxışında iştirak edən M.V.Başlıkov izah etdi ki, bu cəsəd R.A.Abdulova məxsusdur və onlar uşaqlıqdan tanış idilər. R.A.Abdulovun cəsədi qəhvəyi rəngli torpaqda kürək üstə uzanmış vəziyyətdə idi, baş və döş qəfəsinin yuxarı hissəsi sintetik materialdan ağ rəngli gödəkçə ilə örtülmüşdür. Sağ qol bədəndən düz bucaq üzrə ayrılıb və dirsək oynağından düz bucaq üzrə bükülüb və yuxarı aparılıb. Sol qol kənara aparılıb və dirsək oynağından yüngül bükülüb. Ayaqları diz oynaqlardan düz bucaq üzrə bükülüb və dəmir borudan aşırılıb. Cəsədin üzərində narıncı rəngdə sintetik materialdan uzun qollu futbolka, ön tərəfində tünd-qəhvəyi torpaq izləri ilə göy rəngli cins materialından şalvar var. Şalvarda qara rəngli dəri əvəzedicidən bel qayışı, pambıq materialından qara corab var. Narıncı futbolkanı çıxardıqda döş qəfəsinin ön hissəsində sinəsində enli skotç ilə bərkidilmiş, qırmızı və yaşıl maddə izləri ilə pambıq-marli sarğısı var. Meyitin bədənində olan narıncı futbolka, belindəki kəmər ilə cins şalvar, pambıq materialdan qara rəngli corab, üzünü və döş qəfəsinin ön nahiyəsinin üçdə bir hissəsini örtən ağ rəngdə gödəkçə, R.A.Abdulovun cəsədinin döş qəfəsindən alınan qırmızı və yaşıl rəngli maddənin izləri ilə «skotç» yapışqan lent, cəsədin yanında göy rəngli gül təsvirli ağ mələfə, həmin mələfənin altında olan qırmızı və narıncı rəngli mələfə, cəsədin sol əlindən 15 sm məsafədə olan qara rəngli kişi ayaqqabıları müvafiq qaydada qablaşdırılmaqla götürülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Rusiya Federasiyasının İstintaq komitəsi tərəfindən göndərilmiş Şahid evinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 04 ədəd bıçaq Təqsirləndirilən şəxs tanınma üçün təqdim edilmiş, lakin sonuncu mərhum X17 vurduğu bıçağın tanınmaya təqdim edilmiş bıçaqların arasında olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “videokonfrans əlaqə sistemindən istifadə etməklə üzləşdirmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserində qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Goranboy Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinikasının ruhi-əsəb, narkoloji, onkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır və heç bir xəstəlik və ya xəsarətlə bağlı Goranboy RMX-na müraciət etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RİH başçısının Xoylu kənd İƏDÜN-nin xx.xx.2022-ci il tarixli arayış və xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Kazımov X4 rayonu, Xoylu kəndində yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 01 ədəd örtük, 01 ədəd parça fraqmenti, 01 ədəd dəsmal, 01 ədəd ağ rəngli çarşaf, 01 ədəd qırmızı rəngli çarşaf, 01 cüt ayaqqabı, 04 ədəd bıçaq, 01 ədəd divar kağızı fraqmenti, “skotç” tipli yapışqan lent, hadisə baş vermiş evdən 4 fərqli yerdən pambıq vasitəsi ilə qanabənzər ləkələrdən götürülmüş nümunələr, Şahid, Y.A.Polyakovanın və R.V.Makarenkonun qan nümunələri maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ 423427 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs “dəqiqləşdirilmiş lokalizasiyaların ikincili bədxassəli yenitörəməsi” xəstəliyi səbəbindən xx.xx.2024-cü il tarixdə ölmüşdür. Mərhum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində özünü Azərbaycan Respublikası CM-in 12.1, 120.1-ci maddəsi ilə təqsirli bilmədiyini, X17 qəsdən öldürmədiyini, Ravil Abdulovu yerə yıxaraq üzərində oturduğunu, daha sonra hadisə vaxtı istifadə etdiyi bıçağı Yana Polyakovanın əlindən aldığını, Ravil Abdulov onun altından qalxmaq istəyən zaman bıçağın ehtiyyatsızlıqdan sonuncunun qoltuqaltı nahiyəsinə girdiyini, ona görə də sonuncunun qoltuqaltı nahiyəsindən bıçaqla 1 dəfə vurduğunu, daha sonra hadisə yerini tərk etdiyini, bu zaman Ravil Abdulovun sağ olduğunu, sonuncunun 2ci deşilmiş-kəsilmiş xəsarəti hansı şəraitdə aldığını bilmədiyini, Ravil Abdulovu öldürmək niyyətinin də olmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsriləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 ifadəsində Təqsirləndirilən şəxs cinayətin aləti olan bıçağı 2010-cu ildə Moskva şəhərində onunla birlikdə iş üçün getdiklərində bazardan əldə etdiyini, sonuncunun hadisə günü qəfildən pəncərədən evə daxil olduğunu, həmin vaxtıTəqsirləndirilən şəxs əlində bıçaq olduğunu, sonuncunun həmin bıçaqla Ravil Abdulova xəsarət yetirdiyini, Ravil Abdulovun sinəsinin sağ tərəfində xətt şəkilli iki deşici-kəsici yara gördüyünü, Təqsirləndirilən şəxs Ravil Abdulovun başının üstündə sağ əlində qanlı bıçaqla durduğunu, həmin vaxtı evin dəhlizində Təqsirləndirilən şəxs və Ravil Abdulovdan başqa heç kimin olmadığını, yataq otağına və zala aparan qapıların bağlı olduğunu, evdə olan şəxslərdən Şahid Təqsirləndirilən şəxs hansısa bir əski gətirdiyini və Ravil Abdulovun meyitinə puloverlə cins geyindirdiyini, daha sonra Təqsirləndirilən şəxs Ravil Abdulovun meyitini onunla Ravil Abdulovun bir qədər əvvəl yatdıqları yataq otağına sürüdüyünü və yataq otağının qapısını bağladığını, növbəti gün səhər tezdən isə Təqsirləndirilən şəxs onun və Rimma Makarenkonun köməkliyi ilə Ravil Abdulovun meyitini özünə məxsus yük avtomobilinə qoyaraq şəhər kənarında bir yerə sürüb oradakı xəndəyə atdığını göstərmişdir. Qeyd edilən xüsusatları ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid və X10 da ifadələrində təsdiq etmişlər. Həmçinin iş materiallarında olan xx.xx.2013-cü il tarixli, 606 nömrəli məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, məhkəmə-tibbi müayinəsi zamanı Ravil Abdulovun meyitinin bədəni üzərində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin iki deşici-kəsici yarası aşkar edilmiş, Ravil Abdulovun ölümü də yuxarı kəskin qanitirmə ilə ağırlaşan boş venanın və sağ ağ ciyərin yuxarı payının zədəsi ilə sağ plevral boşluğa daxil olan döş qəfəsinin iki deşici-kəsici yaralarının nəticəsində baş vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Şahid evinə gedərkən üzərində bıçaq götürməsi, Ravil Abdulova yetirdiyi bıçaq xəsarətlərinin sayı, həmin xəsarətlərin lokalizasiyası, yəni həyat üçün mühüm orqanların yerləşdiyi döş qəfəsinə iki ədəd daxilə keçən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş xəsarətlərinin yetirilməsi, eləcə də Təqsirləndirilən şəxs hadisədən sonra Ravil Abdulovun meyitini bir gün yataq otağında saxlaması, növbəti gün isə aparıb xəndəyə atması, yəni onun hadisədən əvvəl və hadisədən sonraki hərəkətləri Ravil Abdulovu məhz öldürmək niyyətində olmasını təsdiq edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda X17 qəsdən öldürməsi, yəni sonuncunu qəsdən həyatdan məhrum etməsi tam olaraq sübuta yetirilmişdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 42-ci bəndində göstərilmişdir ki, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və CPM-in 39.1.5-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona CPM-in 39.1.3-cü maddəsinə və yaxud 39.1.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin öldüyünə görə ona cəza təyin edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən təyinat əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Goranboy rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Rusiya Federasiyasının İstintaq Komitəsinin 27 iyul 2022-ci il tarixli, 220/1-817-22 nömrəli məktubu ilə rayon prokurorluğuna göndərilmiş 01 ədəd örtük, 01 ədəd parça fraqmenti, 01 ədəd dəsmal, 01 ədəd ağ rəngli çarşaf, 01 ədəd qırmızı rəngli çarşaf, 01 cüt ayaqqabı, 04 ədəd bıçaq, 01 ədəd divar kağızı fraqmenti, “skotç” tipli yapışqan lent, hadisə baş vermiş evdən 4 fərqli yerdən pambıq vasitəsi ilə qanabənzər ləkələrdən götürülmüş nümunələr, Şahid, Y.A.Polyakovanın və R.V.Makarenkonun qan nümunələri məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən, qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən öldüyünə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Rusiya Federasiyasının İstintaq Komitəsinin 27 iyul 2022-ci il tarixli, 220/1-817-22 nömrəli məktubu ilə rayon prokurorluğuna göndərilmiş 01 ədəd örtük, 01 ədəd parça fraqmenti, 01 ədəd dəsmal, 01 ədəd ağ rəngli çarşaf, 01 ədəd qırmızı rəngli çarşaf, 01 cüt ayaqqabı, 04 ədəd bıçaq, 01 ədəd divar kağızı fraqmenti, “skotç” tipli yapışqan lent, hadisə baş vermiş evdən 4 fərqli yerdən pambıq vasitəsi ilə qanabənzər ləkələrdən götürülmüş nümunələr, Şahid, Y.A.Polyakovanın və R.V.Makarenkonun qan nümunələri məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-148/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-148/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver