Məhkəmə qərarları › İş №1(100)-149/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-149/2022

17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-149/2022 17.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2,689 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 0,417 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamış, 08 fevral 2021-ci il tarixdə, saat 15 radələrində Bərdə rayonu Zümürxan kəndində qanunsuz olaraq külli miqdarda, yəni 02 (iki) ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,306 qram və 1,383 qram olmaqla, ümumi təmiz çəkisi 2,689 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 90 manat nağd pul müqabilində və 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,417 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 10 manat nağd pul müqabilində tanışı, o cümlədən 08 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən narkotik vasitə və psixotrop maddələrin üzərində aşkar edilərək götürülməsi faktı üzrə məhkəmə məsuliyyətinə verilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Şahid9 satmışdır. Bundan başqa, o, təkrarən satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 3,033 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamış, 13 aprel 2021-ci il tarixdə, saat 13 radələrində Bərdə rayonu Zümürxan kəndində qanunsuz olaraq külli miqdarda, yəni 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,507 qram və 1,526 qram olmaqla, ümumi təmiz çəkisi 3,033 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini faktiki istifadəsində olan “VAZ 21011” markalı, “**- BC-***” dövlət qeydiyyat nişanlı avtomobilinin boyanması əvəzində verəcəyi 150 manat pul müqabilində tanışı, o cümlədən 13 aprel 2021-ci il tarixdə, saat 14 radələrində Bərdə RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən narkotik vasitənin üzərində aşkar edilərək götürülməsi faktı üzrə məhkəmə məsuliyyətinə verilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X1. Bundan başqa, o, təkrarən satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2,055 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə və təmiz çəkisi 0,418 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə qanunsuz olaraq əldə edərək üzərində saxlamış, 19 aprel 2021-ci il tarixdə, saat 16 radələrində Bərdə rayonu Zümürxan kəndində digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2,055 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,418 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini tanışı, o cümlədən 19 aprel 2021-ci il tarixdə, saat 18 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən narkotik vasitə və psixotrop maddələrin üzərindən aşkar edilərək götürülməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş ittiham aktı ilə birlikdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə məhkəmə məsuliyyətinə verilmiş Şahid1 100 (yüz) manat müqabilində təkrarən satmışdır. Bundan başqa, o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İİ və İ siyahılarına əsasən külli miqdarda, yəni təmiz çəkisi 3,219 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, külli miqdarda, yəni təmiz çəkisi 2,366 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 0,512 qram qurudulmamış marixuananı qanunsuz olaraq əldə edərək yaşadığı Bərdə rayonu Zümürxan kəndində yerləşən fərdi yaşayış evində saxlamış, 31 avqust 2021-ci il tarixdə, saat 05:50 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonu Zümürxan kəndində yerləşən fərdi yaşayış evindən həmin qeyd edilən 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 2,052 qram və 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,314 qram olmaqla, ümumi təmiz çəkisi 2,366 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 (bir) ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 3,219 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,512 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmamış marixuna aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 10 ildir ki, narkotik vasitələr istifadə edir və hal-hazırda mütamadi olaraq narkotik vasitə olan heroin, metamfetamin və marixuana istifadə edir. 31 avqust 2021-ci il tarixdə saat 05:50 radələrində yaşadığı evdə yatarkən polis əməkdaşları gələrək onun axtarışda olmağını və yaşadığı evə baxış keçirtməklərini bildirmişlər. Bundan sonra ona hüquq və vəzifələri izah edilmişdir. O, yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsini bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişlə yaşadığı evə baxış keçirilmişdir. O, könüllü olaraq polis əməkdaşlarına yaşadığı evin yataq otağında döşəyin altında olan özünə məxsus biq siqaret bükümündə olan marixuana saxlağını bildirmişdir. Sonra polis əməkdaşları evində axtarış aparmışlar, lakin heç bir hey aşkar olunmamışdır. Bundan sonra tanımadığı polis əməkdaşı kiməsə zəng edərək kokos və şüşü adlı narkotik vasitə gətirməyyini demişdir. Onu başqa ortağa salıb söhbət etmişlər. Ona demişlər ki, narkotik vasitə istifadəçisidir, evindən də bir siqaret falqasında marixuana aşkar olunub, buna görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə gəlb olunacaqdır. Evinə əlavə narkotik vasitə qoyulacaq və həmin maddə ilə ittiham olunacaqdır. Ona görə də polis əməkdaşlarının dedikləri ilə razı olmuşdur. Sonra polis əməkdaşları onunla birlikdə yaşadığı evin yataq otağına keçmiş və yataq otağında olan stolun üzərində olan narkotik vasitələri və psixotop maddələr “kakos” kimi deyilən 2,65 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd “şüşə” kimi deyilən 3,79 qram psixotrop maddə olan metamfetamin, bir ədəd bükümdə “kakos” kimi deyilən 0,40 qram çəkidə narkotik vasitə olan heroin və bir ədəd bükümdə 0,99 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr elektron tərəzidə çəkilib qablaşdırılaraq götürülmüşdür. O, polis əməkdaşlarını yalandan demişdir ki, narkotik vasitələri və psixotrop maddələri 2021-ci ilin mart aylarında Sumqayıt şəhərində olarkən tanımadığı şəxsdən almışdır. O, evindən aşkar edilmiş marixuana, heroin və metamfetamini şəxsi istifadən üçün əldə etmişdir. Aşkar edilmiş marixuana, heroin və metamfetamini heç kimə satmamışdır. X25 narkotik vasitə satmaqda təqsirləndirilir. Sonra Əlini məsuliyyətdən qurtarmaq üçün ibtidai istintaq zamanı yalandan ifadə vermişdir ki, narkotik vasitələri Vüsal, Anar və Malikə oğlu yox, o satmışdır. Lakin həmin şəxslərə heç vaxt narkotik vasitə satmamışdır. Həmin şəxslər də polisin tanışları olduğundan həm də qorxularından onun əleyhinə ifadə vermişlər. Əlinin də heç bir günahı yoxdur. Əli narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bütün bunlara baxmayaraq narkotik vasitə qəbul etməsinə və saxlamasına görə əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, DİO-da xidmət edir. 31 avqust 2021-ci il tarixdə Bərdə rayon Zümürxan kənd sakini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs X4 dövriyyəsi ilə məşğul olması, yaşadığı Bərdə rayonu Zümürxan kəndində yerləşən evdə narkotik vasitələri satış məqsədi ilə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs həmin gün saat 05:50 radələrində yaşadığı evdə saxlanılmışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələri saxlamasını bildirmişdir. Bundan sonra onun, Bərdə RPŞ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında olan jurnal masasının üzərində elektron tərəzi, falqa və 01 ədəd sarı rəngli və 01 ədəd şəffar politelin kəsiyi bükümlərdə ilk baxışdan narkotik vasitə olan heroinə bənzə kütlələr, 01 ədəd gümüşü rəngli falqa bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 01 ədəd rəngli şəffaf rəngli polietilen kəsiyi bükümdə ilk baxışdan narkotik vasitə olan nəm marixuanaya bənzər kütlə aşkar edilmişdir. Narkotik vasitələr götürüldükdən sonra elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin Taryelə məxsus olmasını və 10 il müddətdir ki, narkotik vasitələri və psixotrop maddələri istifadə etməsini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla saxlanılması və gəzdirilməsi qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dediklərinin həqiqətə uğyun olmadığını, ona polis əməkdaşları tərəfindən əlavə narkotik vasitənin ona məxsus olmasını boynuna götürməyini demədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 19 aprel 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Şahid1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də Şahid1 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə saat 18:00 radələrində Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Həmin gün saat 18:30 radələrində Şahid1 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında müdafiəçi də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Şahid1 hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Şahid1 isə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Sonra Şahid1 üzərində hər hansı qanunsuz əşya və ya predmetin olubolmaması barədə sual verilmiş və müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Şahid1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “gümüşü” rəngli kağız büküm çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilən zaman aşkarlanan iki ədəd sellofan torbacıqların birindən narkotik vasitə - heroinə bənzər tünd qəhvəyi rəngli kütlə, digərindən isə psixotrop maddə - metamfetaminə bənzər ağ rəngli kütlə aşkar edilmişdir.Sonra həmin bükümlər içərilərindəki kütlələr ilə birlikdə elektron tərəzidə çəkilməklə tünd qəhvəyi rəngli bükümün 2,78 qram, ağ rəngli bükümün 0,55 qram çəkiyə malik olması müəyyən olunmuşdur. Bundan sonra tərəfindən Şahid1 üzərində şəxsi axtarış aparılmış, ancaq başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şahid1 həmin kütlələri haradan əldə etməsi soruşulduqda, Şahid1 bükümlərin “şüşə” və “kokos” olduğunu bildirərək 100 manat pul müqabilində Bərdə rayonu Zümürxan kəndində yaşayan Əli adlı şəxsdən aldığını söyləmişdir. Bunun ardınca içərisində narkotik vasitə hesab edilən heroinə və psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlələr olan bükümlər götürülüb zərfə qoyularaq üzəri möhürlənmiş və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılar ilə birlikdə protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 Şahid10 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən iki il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Mütəmadi olaraq narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxs ilə arasında heç bir münasibət olmamışdır. 2021-ci ilin yanvar ayında o, balıq tutmaq üçün Bərdə rayonu Zümürxan kəndində yerləşən gölün kənarına getdikdə tanımadığı kənd sakinləri onunla söhbət etmiş və Taryel adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişlər. O, həmin şəxslərdən Taryelin istifadəsində olan ***-***-**-** mobil nömrəsini öyrənərək öz istifadəsində olan ***-***-**-**, anasının istifadəsində olan ***-***-**-** mobil nömrələri, o cümlədən xatırlamadığı şəxslərin istifadələrində olan müxtəlif mobil nömrələr vasitəsilə həmin şəxsə zəng edib əlaqə saxlamışdır. Taryel ilə əlaqə saxlayarkən heroinin bir qramının 25 manata satıldığını öyrənmişdir. Əvvəlcədən aralarında baş tutan danışığa uyğun olaraq o, Taryelin Bərdə rayonu Zümürxan kəndində yerləşən evinə getmiş, Taryelin oğlu Əli onu qapının qarşısında qarşılayaraq “qızılı” rəngli kağızda 0,5 qram narkotik vasitə hesab edilən heroin vermişdir. O, bunun qarşılığında Əliyə 15 manat pul verərək çıxıb getmiş və aldığı narkotik vasitəni elə həmin gün istifadə etmişdir. Bundan sonra o, yenidən narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetamin istifadə etmək üçün Taryelə zəng edərək 100 manat müqabilində heroin və metamfetamin satmasını istəmişdir. Taryel ona yenidən yaşadığı evə gəlməsini söyləmişdir. 19 aprel 2021-ci il tarixdə saat 16:00 radələrində o, Taryelin yaşadığı Bərdə rayonu Zümürxan kəndində yerləşən evin darvazası qarşısına çataraq Taryelin mobil nömrəsinə zəng etmişdir. Bu zaman Taryel ona oğlu Əlinin heroin və metamfetamini gətirəcəyini demiş, Əli də həmin yerə gəlib ona bir ədəd kağız paket verdikdən sonra ondan 100 manat pul alaraq çıxıb getmişdir. Bundan sonra o, Bərdə-Tərtər magistral yoluna çıxaraq tanımadığı taksi avtomobilinə əyləşib Bərdə şəhərinə doğru yola düşmüşdür. Avtomobildə olarkən paketin içərisinə baxmış, bu zaman bir ədəd sellofan bükümdə “kokos” kimi tanınan narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olmasından əmin olmuşdur. Sonra paketi əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Avtomobil dəmiryolu keçidini ötüb Bərdə şəhəri H.Aslanov küçəsinə doğru hərəkətdə olarkən sürücüdən avtomobili saxlamasını istəyərək yerə düşmüşdür. Bir neçə addım yol qət etdikdən sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, könüllü şəkildə Taryeldən aldığı narkotik vasitəni və psixotrop maddəni əynində olan gödəkçənin sağ yan cibindən çıxararaq təqdim etmişdir. Sonra sellofan bükümlərdəki narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetamin elektron tərəzidə çəkilmiş və çəkilərinin müvafiq olaraq 2,78 qram və 0,55 qram olması müəyyən edilmişdir. O, narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün 100 manat müqabilində Bərdə rayonu Zümürxan kəndində yaşayan Təqsirləndirilən şəxs əldə etdiyini, polis əməkdaşları ilə tanışlığının olmadığını və polis əməkdaşları ilə narkotik alacığı barədə əvvəlcədən razılaqmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onun Taryel ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Taryelin oğlu Əli X4 dövriyyəsi ilə əlaqədar olaraq tutulmuşdur. Bundan sonra Taryel Bərdə rayonu Zümürxan kəndində yerləşən evi tərk etmiş və o, sonradan Taryeli görməmişdir. Əli saxlanıldıqdan sonra anası və gəlini Gülsurə Bakı şəhərinə onun yanına köçmüşlər. 2021-ci ilin sentyabr ayının əvvələrində ona Bərdə rayonu Zümrxan kəndində olan xatırlamadığı qohumlarından Taryelin Bərdə rayonu Zümürxan kəndində yerləşən evdə saxlanılmasını və bu zaman evdən narkotik vasitələrin aşkar edilməsini öyrənmişdir. Onun Bərdə rayonu Zümürxan kəndində yerləşən evdən aşkar edilmiş narkotik vasitələr barədə hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olmasından xəbəri olmamışdır. Lakin Taryel narkotik vasitələrin istifadəçisi olmuşdur. O, narkotik vastələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olmamışdır. xx.xx.2021-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması, yaşadığı evə baxış və üzərinə şəxsi axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(021)-127/2021 saylı qərarından görünür ki, Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, həmin gün Bərdə rayonu Zümürxan kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinin yataq otağında bir ədəd şəffar rəngli sellofan bükümdə çəkisi 2,65 qram olan ilk baxışdan narkotik vasitəyə bənzər, bir ədəd gümüşü rəngli kağız bükümdə 3,79 qram ilk baxışdan narkotik vasitəyə bənzər, bir ədəd sellofan bükümdə 0,40 qram narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd şəffaf sellofan bükümdə 0,99 qram çəkidə ilk baxışdan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Narkotik vasitə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Zümürxan kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yataq otağında bir ədəd şəffar rəngli sellofan bükümdə çəkisi 2,65 qram olan ilk baxışdan narkotik vasitəyə bənzər, bir ədəd gümüşü rəngli kağız bükümdə 3,79 qram ilk baxışdan narkotik vasitəyə bənzər, bir ədəd sellofan bükümdə 0,40 qram narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd şəffaf sellofan bükümdə 0,99 qram çəkidə ilk baxışdan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı 10 il müddətdir narkotik vasitələrdən, o cümlədən “nəyşə” və metamfetamindən istifadə etməsini, yaşadığı evdə narkotik vasitələri saxlamasını bildirmişdir. Aşkar edilmiş ilk baxış narkotik vasitələrə bənzəyən kütlələr qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. Baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış, və sintetik kisələr istintaq hərəkəti çəkliş zamanı qeydə alınmışdır. Diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid9 istifadəsində olan +99451 *** ** ** saylı mobil nömrədən X12 məxsus +99451 *** ** ** saylı mobil nömrəyə zəng olunmuş və həmin nömrələr arasında 08 fevral 2021-ci il tarixdə saat 15:45-dən saat 16:23-dək olan müddət ərzində telefon danışıqları olmuşdur. Həmçinin Şahid9 istifadəsində olan +99451 *** ** ** saylı mobil nömrədən X12 məxsus +99451 *** ** ** saylı mobil nömrəyə zəng olunmuş və həmin nömrələr arasında 08 fevral 2021-ci il tarixdə saat 17:05-dən saat 17:30-dək olan müddət ərzində telefon danışıqları olmuşdur. Bundan başqa, X12 məxsus +99451 *** ** ** saylı mobil nömrədən Şahid9 istifadəsində olan +99451 *** ** ** saylı mobil nömrəyə zəng gəlmiş, həmin nömrələr arasında 08 fevral 2021-ci il tarixdə saat 16:39-da telefon danışıqları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrə ilə Şahid9 məxsus +99451 *** ** ** saylı mobil nömrə arasında “SMS” vasitəsilə danışıqlar olmuşdur. Beləliklə də, yuxarıda göstərilən telefon danışıqları Şahid9 ifadəsində göstərdiyi, yəni, 08 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlamasını və həmin danışıqlardan sonra Təqsirləndirilən şəxs ilə əvvəlcədən olan razılaşma əsasında narkotik vasitə və psixotrop maddə almışdır. Bundan başqa Şahid9 istifadəsində olan +99451 *** ** ** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrə 08 dekabr 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək olan müddət ərzində mobil telefon vasitəsilə danışıqlar olmuşdur. Bu xüsusat Təqsirləndirilən şəxs ilə Şahid9 arasında cinayətkar əlaqənin olmasına dəlalət verən amildir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Azercell MMC-dən daxil olmuş içərisində zənglərin siyahısı, “SMS” yazışmalı, əhatə dairəsi və abunəçilərə dair məlumatlar olan “CD” diskə baxış keçirildi. Baxış zamanı Şahid1 istifadəsində olan +**********19 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********51 saylı mobil nömrə ilə 2021-ci ilin fevral ayından zəng və SMS formasında danışıqlar olmuş, xüsusəndə Şahid1 ifadəsində göstərdiyi tarixdə, yəni 19 aprel 2021-ci il tarixdə saat 16 radələrində həmin mobil nömrələr arasında 45 saniyə müddətində telefon danışı olması, həmin vaxt X11 adına olan +**********51 saylı mobil nömrənin yerləşdirdiyi inzibati ərazinin Bərdə rayonu Zümürxan kəndi olması müəyyən edilmişdir. Həmçinin Şahid1 istifadəsində olan digər +**********42 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs və Əli Aslanovun istifadəsində olan +**********51 saylı mobil nömrə arasında danışıqların olması müəyyən edilmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş sorğuya cavab məktubuna və həmin məktuba əlavə edilmiş 1 ədəd diskdə qeyd olunmuş telefon danışıqlarının zəngləri siyahısına və mesajlara baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2021- ci il tarixdə gecə saat 00:52 dəqiqədə X13 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qardaş qurban olum ölürəm məni belə qoyma havalanmışam” mətinli mesajının yazılmış olduğu , xx.xx.2021-ci il tarixdə saat 01-20 dəqiqədə X13 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 050-466-86- 65 mobil nömrəyə “qaqa məni bu vəziyyətdən çıxar” mətinli mesajının yazılmış olduğu, xx.xx.2021-ci il tarixdə saat 01-42 dəqiqədə X13 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə “Ay qardaş belə eləmə pulunan istəyirəm, vəziyyətim çox pisdir balamın canı” mətinli mesaşının yazılmş olduğu, xx.xx.2021- ci il tarixdə saat 07- 17 dəqiqədə X13 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə “ qardaş qurban olum ölürəm məni belə qoyma havalanmışam” mətinli mesaşının yazılmş olduğu, xx.xx.2021- ci il tarixdə saat 01- 20 dəqiqədə X13 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə “ qara məni bu vəziyyətdən çıxart” mətinli mesaşının yazılmış olduğu, xx.xx.2021-ci il tarixdə saat 01- 42 dəqiqədə X13 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə “ ay qardaş belə eləmə puluynan istəyirəm vəziyyətim çox pisdir balamın canı” mətinli mesaşının yazılmış olduğu, xx.xx.2021-ci il tarixdə saat 09- 22 dəqiqədə X13 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə “Tarı niyə belə elədin ev bildi kakos çəkdiyimi pis gündəyəm abi meni çıxar bu vəziyətdən” mətinli mesaşının yazılmş olduğu, xx.xx.2021- ci il tarixdə saat 21-01 dəqiqədə X13 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə “abi 15 manatım var uşaqların birinə deyəsən qadan alaram” mətinli mesajının yazılmış olduğu, xx.xx.2021- ci il tarixdə saat 02-03 dəqiqədə X13 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə “Tarı sağ ol məni belə ağrılarda qoydun bunu yaddan çıxartmayacağam lomka ağrısını bilə-bilə məni belə qoydun sağ ol” mətinli mesajının yazılmış olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış və götürmə haqqında xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərindən hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Şahid1 və X11 ifadələri arasında ziddiyyət olduğundan 27 aprel 2021-ci il tarixdə onlar arasında üzləşdirmə keçirilmiş, Şahid1 üzləşdirmə zamanı 2021-ci ilin yanvar ayında Əli Aslanovun atası Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq aralarında baş tutan danışıqdan sonra sonuncunun Bərdə rayonu Zümürxan kəndində yerləşən evinə getdiyini, həmin vaxt Əli Aslanovun onu qapının qarşısında qarşılayıb “qızılı” rəngli kağızda 0,5 qram çəkidə narkotik vasitə hesab edilən heroini ona verdiyini, əvəzində isə 15 manat pulu qapıdan içəri tərəfə atdığını Əli Aslanovun üzünə qarşı deməklə sonuncunu ifşa etmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyət olduğundan 02 sentyabr 2021-ci il tarixdə onlar arasında üzləşdirmə keçirilmiş, Şahid1 üzləşdirmə zamanı 19 aprel 2021-ci il tarixdə Taryelin ona 100 manat müqabilində heroin və metamfetamin verməsini deməsini, Taryelin ona yenə yaşadığın evinə gəlməyini deməsini, əvvəlcədən Taryel ilə olan razılaşmağımıza əsasən ona narkotik vasitə və psixotrop maddəni Teryelin oğlu Əli verməli olmasını, saat 16 radələrində Zümürxan kəndində Taryelin yaşadığın evin darvazasının qarşısında çatdıqda Taryelə zəng etməsini, bu zaman Taryel oğlu Əlinin narkotik vasitə olan heorini və psixotrop maddə olan metamfetamini gətirməyini deməsini, Əlinin ona bir ədəd kağız paket verməsini, onun isə Əliyə 100 manat pul verməsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə sonuncunu ifşa etmişdir. Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının 02 oktaybr 2021-ci il tarixli xx/xx-5035 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ətrafın əməliyyat tədbirləri keçirilmiş, ilkin məlumatdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddəni Sumqayıt şəhərində adı müəyyən olunmayan tanışından almış və üzərində yaşadığı rayonu gətirmiş, evində saxlamışdır. Təqsirləndirilən şəxs X18 ilə aralarında cinayət əlaqələrinin olub-olmamağını müəyyən etmək məqsədi ilə tədbirlər davam etdirilir. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə X5 həmin narkotik vasitələr olan heroini Bərdə rayonunun Zümürxan kəndində yaşayan xx.xx.1979- cu il təvvəlüdlü Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə edib üzərində saxlamış olduğu müəyyən olunmuşdur. Ona görə də bu istiqamətində tərəflərindən müvafiq əməliyyat- axtarış tədbirləri davam etdirilir. İş üzrə istintaq marağı kəsb edən başqa məlumat əldə ediləcəyi təqdirdə bu barədə istintaqa əlavə məlumat veriləcəkdir. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yaşamış və həbsdə saxlanılan Şahid9 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni almasında vasitəçilik etmiş Nicat adlı narkotik vasitə istifadəçisi olan şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Bundan başqa Şahid9 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni aldığı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs Şahid9 narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini çatdıran şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Şahid9 üzərində narkotik vasitə saxlaması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Şahid9 əvvəllər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının satışı ilə məşğul olmuşdur. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə X5 həmin narkotik vasitəni Bərdə rayonunun Zümürxan kənd sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə edib saxlamış olduğu müəyyən olunmuşdur. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki,Bərdə şəhəri ünvan 2 ünvanında yaşayan Şahid1 narkotik vasitə və psixotrop maddə satmış Bərdə rayonu Zümürxan kənd sakini Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Həmçinin Şahid1 əvvəllər narkotik vasitə və ya onun prekursorlarının satışı ilə məşğul olmadığı əməliyyat yolu ilə müəyyən edilmişdir. Şahid1 Bərdə rayonu Zümürxan kəndində yerləşən gölün kənarında söhbət zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını deyən kənd sakinlərinin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, həmin şəxslərin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2021-ci ilin əvvəllərində X25 vasitəsilə Şahid1 narkotik vasitə satdığı müəyyən olunmuş, ancaq bu barədə məlumatlı olan şəxslərin dairəsini müəyyən etmək istiqamətində müsbət nəticə əldə edilməmişdir. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, tərəflərindən əməliyyat tapşırığına uyğun olaraq əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, X18 ilə X18 cinayətkar əlaqəya girərək Şahid1 narkotik vasitələri və psixotrop maddələri satmışlar. Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi məlumatı olmuş, lakin Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbə müəyyən edilməmişdir. X2 və Şahid9 narkotik vasitələri və psixotrop maddələri satmış olan şəxsin Təqsirləndirilən şəxs Əli oğlunun olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs kriminal mühitdə təxəllüsü “Tarı” olmuşdur. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 16/899 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Bərdə rayon Zümürxan kəndində yaşayan Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotikə bənzər kütlə” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümdə, təmiz çəkisi 0,314 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərind, “X10 evindən aşkar edilmiş narkotikə bənzər kütlə.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd rəngli şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,314 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. “Bərdə rayon Zümürxan kəndində yaşayan X10 evindən aşkar edilmiş narkotikə bənzər kütlə.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli falqa bükümündə təmiz çəkisi 3,219 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “X10 evindən aşkar edilmiş narkotikə bənzər kütlə.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd rəngli şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,512 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - yarı çürümüş nəm vəziyyətdə marixuanadır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə müxtəlifdirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İl bəndinə daxildir Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 1264 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyəndən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görünür. Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının 11.11. 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs asteno-nevrotik sindrom və nevrosteniya diaqnozları ilə müalicə almışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 avqust 2021-ci ildən hesablanmışdır. Bərdə rayon Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Zümürxan kəndində yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZE № 11674207 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2006cı il tarixdə anadan olmuşdur. Bərdə şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 688 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser dispanser qeydiyyatında yoxdur. Bərdə şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 694 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. «Sübutların qiymətləndirilməsi haqqında» 26.11 2021-ci il tarixli qərardan görünür ki, , Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,052 qram, ekspertiza tədqiqindən sonra qalıq 2,002 qram və ümumi təmiz çəkisi 0,314 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,264 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 3,219 qram, ekspertiza tədqiqindən sonra qalıq 3,119 qram kustra üsullar hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 0,512 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,492 qram qurudulmamış marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Eləcə də iki ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli biləməyərək narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmadığını, Şahid9, X9 və Şahid1 narkotik vasitə satmadığını, evində aşkar edilmiş narkotik vasitənin ona aid olmamadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, qızı Nərgiz xəstədir və müalicəsi üçün çoxlu pula ehtiyyacı olmuşdur. Həmin vaxtlar o, kənddə yolun kənarında narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini tapmışdır. O, həmin narkotik vasitəni və psixotrop maddəni satmaq qərarına gəlmişdir. Bu zaman ona 02 il müddətdir ki tanıdığı Şahid9 adlı tanışı zəng edərək narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istəmişdir. O, Anara Zümürxan kəndində gəlməsi və orada Anara narkotik vasitə və psixotrop maddələri satacağını demişdir. O, heroinin əvəzinə 90 manat, metamfetaminin əvəzinəndə isə 10 manat pul istəmişdir. 08 fevral 2021-ci il tarixdə saat 15 radələrində Anar onun yaşadığı kəndə gələrək ona zəng etmiş, o, isə Anara kəndin çayxanasının qarşısına gəlməsini demişdir. Bu zaman o, Anara 90 manat müqabilində 2 bükümdə heroin, 10 manat müqabilində isə 1 büküm metamfetamin vermişdir. Anar bundan sonra onun yanından getmişdir. Sonradan o, Anarın polis əməkdaşları tərəfindən saxlanılmasını öyrənmişdir. Bundan başqa, o, müvəqqəti olaraq idarə etdiyi “VAZ 21011” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Həmin avtomobili etibarnamə ilə oğlu Əliyə məxsus olmuşdur. Onun sürcülük vəsiqəsi yoxdur. “VAZ 21011” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili o, təmir etdirmək üçün tanışı Vüsal ustanın evindəki sexə qoymuşdur. 13 aprel 2021-ci il tarixdə Vüsal ona zəng edərək avtomobilə 150 manat dəyərində boyanın lazım olmasını demişdir. O, Vüsala boyanı onun özünün almasını, o, isə Vüsala 150 manat dəyərində narkotik vasitə verəcəyini demişdir. Həmin gün təxminən saat 13 radələrində Vüsal ona zəng etmiş və o, Vüsalı yaşadığı evə çağırmış, Vüsala oğlu Əlinin ona paket verməsini demişdir. Bir müddət sonra Vüsal onun yaşadığı evin qarşısında olarkən ona zəng etmişdir. O, isə oğlu Əli ilə əlaqə saxlayaraq əvvəlcədən verdiyi paketi Vüsala verməyini demişdir. Əlinin ona verdiyi paketin içərisində narkotik vasitə olan heroin olmuşdur. Əlinin narkotik vasitələrdən və psixotrop maddələrdən xəbəri olmamışdır. O, bir müddət sonra Vüsalın onun verdiyi narkotik vasitələr ilə Bərdə şəhərində polis əməkdaşları tərəfindən saxlanılmışdır. 19 aprel 2021-ci il tarixdə tanıdığı Malik adlı şəxs işlətdiyi 050 697 73 51 saylı mobil nömrəyə zəng edib onunla əlaqə saxlamış və ondan narkotik vasitə olan heorin və psixotrop maddə hesab edilən metamfetamini almaq istəmiş, o və Malik telefonda razılaşmışlar. 19 aprel 2021-ci il tarixdə saat 16 radələrində Malik Zümürxan kəndində yaşadığı evin darvazasının qarşısında çatdıqda ona zəng etmişdir. O, Malikə qapının ağzından içərisində bir ədəd sellofan bükümdə “kakos” kimi adlandırılan heroin və bir ədəd sellofan bükümdə “şüşə” kimi tanınan metamfetamin olan bir ədəd kağız paketi vermiş və Malik də ona 100 manat pul vermişdir. Bundan əlavə qeyd edir ki, cari ilin ilk aylarında Vüsal və Anar adlı tanışlarınada narkotik vasitələri pul qarşılığında satmış və vermişdir. Cari ilin aprel ayında oğlu X24 RPŞ-nin polis əməkdaşları tərəfindən tutulmuşdur. Cari ilin avqust ayının sonlarında Bərdə RPŞ-nin polis əməkdaşları onu X4 dövriyyəsində şübhəli olduğu üçün tutmuşlar. 31 avqust 2021-ci il tarixdə saat 05:50 radələrində yaşadığı evdə yatarkən polis əməkdaşları gələrək onun axtarışda olmağını və yaşadığı evə baxış keçirtməklərini bildirmişlər. Bundan sonra ona hüquq və vəzifələri izah edilmişdir. O, yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsini bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişlə yaşadığı evə baxış keçirilmişdir. O, könüllü olaraq polis əməkdaşlarına yaşadığı evin yataq otağında narkotik vasitələri və psixotrop maddələri saxlamağını bildirmişdir. Polis əməkdaşları onunla birlikdə yaşadığı evin yataq otağına keçmiş və yataq otağında olan stolun üzərində olan narkotik vasitələri və psixotop maddələri könüllü olaraq təqdim etmişdir. Stolun üzərində olan bir ədəd bükümdə “kakos” kimi dediyi 2,65 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd “şüşə” kimi dediyi 3,79 qram psixotrop maddə olan metamfetamin, bir ədəd bükümdə “kakos” kimi dediyi 0,40 qram çəkidə narkotik vasitə olan heroin və bir ədəd bükümdə 0,99 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr elektron tərəzidə çəkilib qablaşdırılaraq götürülmüşdür. O, narkotik vasitələri və psixotrop maddələri 2021-ci ilin mart aylarında Sumqayıt şəhərində olarkən tanımadığı şəxsdən almışdır. O, evindən aşkar edilmiş marixuana, heroin və metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. O, evindən aşkar edilmiş marixuana, heroin və metamfetamini heç kimə satmamışdır. O, narkotik vasitələri və psixotrop maddələri yalnız Vüsal, Anar və Malikə satmışdır. O, narkotik vasitələri və psixotrop maddələri 2021-ci ilin yanvar aylarında Bərdə rayonu Zümürxan kəndində olarkən tapmışdır. Yaşadığı evdə həyat yoldaşı, anası və qızı yaşayır. Evdə onun narkotik vasitə saxlamağından heç kimin xəbəri olmamışdır. X23 heç bir günahı yoxdur. Oğlu Əli narkotik vasitələrin satışı ilə məşğul olmayıbdır, oğlu Əlinin onun əməllərindən xəbəri olmayıbdır. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsinin tələblərinə əsasən Şahid9, X13, Şahid1 və X11 Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunmalarına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd edilən hökmləri cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qüuvvəsinə görə preyudisiyal qüvvəyə malik olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X7 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, marixuana-kannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, özünün asteno-nevrotik sindrom və nevrosteniya diaqnozundan əziyyət çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,052 qram, ekspertiza tədqiqindən sonra qalıq 2,002 qram və ümumi təmiz çəkisi 0,314 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,264 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 3,219 qram, ekspertiza tədqiqindən sonra qalıq 3,119 qram kustra üsullar hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 0,512 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,492 qram qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X7 üzrə Dövlət Komissiyasının Daimi X17 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 31 avqust 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,052 qram, ekspertiza tədqiqindən sonra qalıq 2,002 qram və ümumi təmiz çəkisi 0,314 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,264 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 3,219 qram, ekspertiza tədqiqindən sonra qalıq 3,119 qram kustra üsullar hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 0,512 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,492 qram qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X7 üzrə Dövlət Komissiyasının Daimi X17 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar