Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-149/2023 27.07.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X7 və X5 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Hacımahmudlu kəndində qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxx 1993-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəsxin Təhlükəsizlik bölməsinin mühafizəçi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri C.Kərimov küçəsi ev 10-da qeydiyyatda olan və Yevlax rayonu Hacımahmudlu kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 20 avqust 2022-ci il tarixdə saat 17 radələrində Bərdə rayonu Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs ailə qurmaq məqsədi ilə yaşadığı evin qarışısından iradəsinə zidd olaraq sonuncuya sağ baldırın aşağı 1/3-nin və bayır topuq nahiyyəsinin, sağ ayağın baş barmaq və ayaq daraq nahiyyəsinin sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq edib Təqsirləndirilən şəxs2 etibarnamə ilə idarə etdiyi VAZ 21099 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaq hissəsinə əyləşdirərək faktiki olduğu yerdən qanunsuz olaraq Gəncə şəhərinə aparmaqla adam oğurluğu etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda ailə üzvləri ilə birlikdə Yevlax rayonu Hacımahmudlu kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Bərdə rayonu Hacallı kənd sakini əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə 2017-ci ildə Yevlax rayonunda yerləşən Mal fermasında tanış olmuş, həmin fermada sağıcı kimi işləmişdir. Həmin gündən Könül ilə aralarında sevgi münasibəti yaranmış, birbiri ilə telefon əlaqəsi yaratmış və aralarında sevgi münasibətləri olmuşdur. Könül ilə ancaq telefon vasitəsilə danışmış, bir də iş yerində olanda söhbət etmişlər. Könül ona ailəsinin elçi göndərməyini bildirsə də o, elçi göndərməmiş, yas mərasimi düşdüyü üçün ona gözləməsini demişdir. 29 iyun 2022-ci il tarixdə Könül Hüsənin istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək elçi gəldiyini bildirmiş, Könülə get xoşbəxt ol demiş, bundan sonra aralarında telefon danığı olmamışdır. 2022-ci ilin iyul ayının 29-da o, eşitmişdir ki, Könül Tural adlı şəxslə nişanlanmaq tstəyir. Onu sevdiyi üçün unuda bilməmiş, Könülə“instaqram” sosial şəbəkisi ilə yazışmışdır. Könül hələ də onu sevdiyini bilmiş, 20 avqust 2022-ci il tarixdə saat 17 radələrində qonşusu Kamalın idarə etdiyi VAZ- 21099 markalı avtomaşınla Könülün yaşadığı Bərdə rayonu Hacallı gəndinə onu görməyə getmiş, Könülün yolun kənarı ilə evə tərəf getdiyini görmüş, Könülü sevdiyi üçün onu qaçırmaq qərarına gəlmiş və bu barədə Kamala demişdir. Kamal Könül ilə aralarında olan sevgi münasibətlərini əvvəlcədən bilmişdir. Kamal idarə etdiyi avtomobili Könülün yaşadığı evin yaxınlığında saxlamış, Kamal avtomobili idarə etdiyi üçün sükan arxasında oturmuş, avtomaşından düşüb Könüllə söhbət etmiş, onunla hal-əhval tutduqdan sonra Könülə onunla getməyini demişdir. Könül ona artıq gec olduğunu, başqvsı ilə nişanlanmaq məsələsi olduğunu deyib çıxıb getməyini söyləmiş, lakin o getməyərək Könülü iki qollarından tutub zorla avtomaşına tərəf apararaq avtomaşının arxa oturacaq hissəsinə otuzdurmuşdur. Kamal avtomaşını idarə edərək Gəncə şəhər istiqamətinə sürmüşdür. Könülü zorla apardığı üçün Könül anasını köməyə çağırmış, anası Gülnar və tanımadığı şəxs onlara tərəf gəlmiş, maşınla oradan aralaşmışlar. Könülü Gəncə şəhərində yaşayan bibisi Rahiləgilə aparmış, orada bibisi Rahiləyə Könülü evlənmək məqsədilə qaçırdığını demişdir. Könül narahatçılıq etdiyi üçün bibisi Rahilə onu geri atası evinə aparmağını demişdir. Bu zaman polis əməkdaşları həmin ünvana gəlmiş, Könül polis əməkdaşına zorla qaçırıldığını demiş, Könül anası Gülnar ilə birlikdə qayıdıb getmişdir. O isə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldiyini bildirmişdir. Könülü qaçıran zaman Kamaldan başqa yanında heç kimin olmadığını, bu barədə heç kimə məlumat vermədiyini, bibisi Rahilənin hadisədən məlumatsız olduğunu, bibisi Rahilənin evinə getdikdən sonra Könülü qaçırdığını ona dediyini, bibisi Rahilə Könülü yaşadığı evə geri qaytarmaq istədiyini bildirmişdir. Tutulduqdan sonra zərərçəkmiş şəxslə barışdığını, onunla ailə qurmaq üçün nişanlandığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda ailə üzvləri ilə birlikdə Yevlax rayonu Hacımahmudlu kəndində yaşayır, Yevlax rayonu Tibbi İcbari sığortada mühafizəçi vəzifəsində işləmiş, etibarnamə ilə atası Fizuli Süleymanovun mülkiyyətində olan VAZ-21099 **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdirp. Təqsirləndirilən şəxs1 onun qonşusu həm də qohumudur. O, Hüsənin dostu olaraq Bərdə rayonu Hacallı kənd sakini Könül adlı qızı sevdiyini, onunla telefonla münasibət qurduğunu və danışdığını onların uzun müddət idi ki, bir-birilərini sevdiklərini bilmişdir. 20 avqust 2022-ci il tarixdə yaşadığı evdə olan zaman Hüsən istifadə etdiyi mobil nömrəyə zəng edərək Bərdə rayonu Hacallı kəndinə gedib Könülə söz deməyini demişdir. Sonra etibarnamə ilə idarə etdiyi VAZ-21099 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu yaşadığı evdən götürüb Bərdə rayonu Hacallı kəndinə getmişlər. Könül yol ilə yaşadığı evə tərəf getdiyini görmüş və avtomobili Könülün yaşadığı evin yaxınlığında saxlamışdır. Hüsən avtomaşından düşüb Könülə yaxınlaşmış, Könül ilə söhbət etdikdən sonra onu zorla maşına otuzdurmuşdur. Könül qışqıraraq anasını çağırmış, həmin vaxtı orada tanımadığı adamlar maşına tərəf qaçdığını görüb tez avtomaşını sürüb oradan aralaşmışlar. Hüsən ona Gəncə şəhərinə sürməyini bildirmişdir. Könülün narazı olduğunu, hətta başqa şəxslə nişanlanmaq istədiyini bilib Hüsənə qızı geri qaytar aparmasını demişdir. Hüsən onun sözlərinə əhəmiyyət verməyərək Könül əsəbidi gedək razı olacaq demişdir. Avtomaşını Gəncə şəhərinə Hüsənin bibisigilə sürmüş, Könül yenə nahatçılığını bildirdiyi üçün Hüsənin bibisi Rahilə qızı ata evinə aparmaq istədiyini demişdir. Sonra evdən çıxıb Gəncə şəhərində gəzmiş, sonradan polis əməkdaşları Könülü anası Gülnara təhvil verdiyini öyrənmişdir. Könülü qaçıran zaman Hüsəndən başqa yanında heç kimin olmadığını, bu barədə heç kimə məlumat vermədiyini, bildirmişdir. Tutulduqdan sonra zərərçəkmiş şəxslə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunda anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonu Hacallı kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. O, Yevlax rayonu Hacımahmudlu kənd sakini əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə 2017-ci ildə Yevlax rayonunda yerləşən Mal fermasında tanış olduğunu, həmin fermada kompyuter operator vəzifəsində işlədiyini, həmin vaxtdan Hüsən ilə aralarında sevgi münasibəti yarandığını, bir-biri ilə telefon əlaqəsi yaratdığnı, aralarında sevgi münasibətləri olduğunu, bir-birini 5 ildir ki, sevdiklərini, Hüsənə hər dəfə telefonda danışarkən ailəsinin elçi göndərməsini desə də, müxtəlif bəhanələrlə elçi göndərmədiyini, sonra ona elçilər gəldiyini, bu barədə yenə Hüsənə bildirdiyini, Hüsən yenə elçi göndərmədiyini, buna görə də o, Hüsənlə sevgi mübasibətlərinə son qoymağa qərar verdiyini, bu barədə Hüsənə artıq ayrılmalıyıq mən ailə quracam söylədiyini, bundan sonra mehriban şəkildə bir-biri ilə ayrıldıqlarını, 2022-ci ilin iyun ayında Turalın valideynləri onlara elçiliyə gəldiklərini və onu valideynləri Turalla ailə qurmağına razılıq verdiklərini, 2022-ci ilin iyul ayının 29-da o, sevdiyi Tural Həsənov ilə nişanlandığını, 20 avqust 2022-ci il tarixdə saat 17 radələrində kəndlərində yerləşən fərdi sahibkarlıqla məşğul olan özəl işlədiyi yerdən yaşadığı evə piyada gələn zaman evlərinin yaxınlığında tanımadığı maşın onun qarşı tərəfində dayandığını, həmin avtomaşının arxa oturacaq tərəfindən Hüsən düşüb ona tərəf gəldiyini, Hüsən onu zorla tək başına avtomaşına mindirmək istədiyini, ona qarşı müqavimət göstərsə də Hüsən onun qollarından tutaraq zorla avtomaşının arxa oturacaq tərəfinə əyləşdirdiyini, qışqırıb kömək çağırsa da heç kim səsini eşitmədiyini, avtomaşın arxa tərəfə gedəndə anası Gülnarı maşına tərəf gəldiyini gördüyünü, lakin maşın surətli getdiyi üçün ona çata bilmədiyini, yolda Hüsənə yalvararaq onu geri qaytarmasını, nişanlı olmasını və sevdiyi oğlanla ailə quracağını, Hüsənlə yolları ayrıldığını, artıq Hüsəni sevmədiyini dediyini, Hüsən onun bu sözlərinə əhəmiyyət vermədiyini, Kamal sükan arxasında maşını idarə edərək onu Gəncə şəhərində tanımadığı yerə Hüsənin bibisigilə gətirdiyini, yol gələrkən onlara onu geri qaytarın sizdən şikayət etmiyəcəm, lakin onlar sözünə əhəmiyyət vermədiklərini, sonradan adını bildiyi ev sahibi olan Rahiləyə, nişanlı olduğunu, evdə özünü sakit apardığını, Hüsəni istəmədiyi üçün ata evinə qaytıtmaq istədiyini dediyini, orada ona məxsus mobil telefon üzərində olduğu üçün anası Gülnara mesaj yazaraq onu geri qaytarmalarını, Gəncə şəhərində olduğunu bildirdiyini, Hüsənin atası İsbəndiyar Hüsənə zəng edib yerini öyrəndikdən sonra polis əməkdaşları ilə olduğu yerə gəldiklərini və o polis əməkdaşlarına zorla qaçırıldığını dediyini, o, anası Gülnarla birlikdə polis şöbəsinə dəvət edildiyini, orada ərizə ilə müraciət edərək Hüsən və Kamal tərəfindən zorla qaçırıldığını yazdığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, Bərdə rayonunda anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonu Hacallı kəndində yaşayır, Zərərçəkmiş şəxs Gəray qızı onun doğma qızıdır. 29 iyul 2022-ci il tarixdə qızı Könül Bərdə rayonunda yaşayan Tural adlı şəxslə nişanlanmışdır. 20 avqust 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı kənddə torpaq sahəsinə heyvanların örüş yerində olarkən arvadı Gülnar ona zəng edərək qızı Könülün qaçırıldığını bildirdiyini, tələsik evə gələrək həqiqətəndə Könülün qaçırıldığını, həmin vaxtı DİN-nin 102 xidmətinə zəng edib qızı Könülün qaçırıldığını bildirdiyini, araşdırdıqdan sonra qızı Könülü Yevlax rayonu Hacımahmudlu kəndində yaşayan İsbəndiyarın oğlu Hüsən və Fizulinin oğlu Kamal tərəfindən zorla avtomaşına mindirərək qaçırıldığını öyrəndiyini, polis əməkdaşları araşdırma apardıqdan sonra qızı Könülü taparaq arvadı Gülnara təhvil verildiyini bildirmişdir. Sonradan qızı ailə qurmaq məqsədi ilə Hüsənlə nişanlandığını, təqsirləndirilən şəxslərdən şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Hacallı kəndində yaşayır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə İdarəsinin 7 saylı regional bölməsində mühafizəçi vəzifəsində işləyir, Zərərçəkmiş şəxs tanıyır və onun qonşusudur. 20 avqust 2022-ci il tarixdə növbədən çıxıb evdə istirahət edən vaxtı saat 17 radələrində qonşuluğunda yaşayan Könülün qışqırıq səsini eşitmiş, bu zaman yaşadığı evdən küçəyə çıxaraq aralıda olan avtomaşına tanımadığı şəxsin Könülü mindirərək apardıqlarını görmüşdür.Həmin avtomaşını saxlamasını bildirsə də, avtomaşını idarə edən tanımadığı şəxs saxlamayaraq yüksək surətlə çıxıb getmişdir. Sonradan Könülü qaçıran şəxslər Yevlax rayonu Hacımahmudlu kənd sakini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını öyrəndiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 doğma oğludur. 20 avqust 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı evə gəlmiş və oğlu Hüsənin Bərdə rayonu Hacallı kənd sakini Zərərçəkmiş şəxs evlənmək məqsədilə qaçırdığını demişlər. Polis əməkdaşlarına bundan xəbəri olmadığını, öyrənib məlumat verəcəyini demişdir. Bu zaman Gəncə şəhərində yaşayan bacısı Rahilə ona zəng edərək oğlu Hüsənin həqiqətəndə qız qaçırdığını, onlarda olduğunu və qızın zorla qçırıldığını demişdir. Rahiləyə onları heç bir yerə getməsinə imkan vermədiyini deyib, polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə gələcəyini bildirmişdir. Bundan sonra o, polis əməkdaşları və Könülün anası Gülnar ilə birlikdə Gəncə şəhərinə bacısı Rahiləgilə getmiş, orada polis əməkdaşları Könülə öz istəyi ilə gəlib-gəlmədiyini soruşanda Könül zorla qaçırıldığını və onu geri qaytarmasını demişdir. Polis əməkdaşları Könülü anası Gülnara təhvil verdikdən sonra oğlu Hüsəni polis şöbəsinə dəvət etdiklərini bildirmişdir. Sonra Könüllə barışməşlar və övladı ailə qurmaq məqsədi ilə Könüllə nişanlanmışlar Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Hüsən qızı ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri A.Səhhət küçəsi ev 56/10, mənzil 1-də yaşayır, Təqsirləndirilən şəxs1 onun qardaşı oğludur. 20 avqust 2022-ci il tarixdə saat 20 radələrində Gəncə şəhərində yaşadığı evdə olan zaman qardaşı oğlu Hüsən onun yaşadığı evə gəlmiş və Bərdə rayonundan Könül adlı qızı qaçırdığını demişdir. Könülü əvvəllər tanmamış Hüsənin əvvəllər Könülü sevdiyi haqqında heç bir məlumatının olmamışdır. Hüsən Könülü dostu Kamalla birlikdə evə gətirmiş, Könülü qarşıladıqdan sonra Hüsənlə evlənməsinə razılığını olub-olmamasını soruşmuş Könül ona başqa şəxsə nişanlanmaq istədiyini, evlərinə geri qayıtmaq istədiyini demişdir. Dərhal Hüsənin valideynlərinə zəng edərək Hüsənin onun yaşadığı evdə olduğunu bildirmiş, Hüsənə Könülü dərhal onu öz yaşadığı evə qaytarmasını demişdir. Könül ona valideynlərinin artıq yolda olduğunu, Hüsən isə polis əməkdaşları qızın valideynləri ilə birlikdə bura gəldiyini demişdir. Polis əməkdaşlarının onun yaşadığı evə gəldiyi üçün heç kimə məlumat vermədiyini, Könül özünü sakit apardığını bildirmişdir. Polis əməkdaşları gələrək Könüldən könüllü olaraq gəlməsini soruşduqda Könül Hüsən tərəfindən zorla qaçırıldığını demişdir. Polis əməkdaşları Könülü valideynlərinə təhvil verib, Hüsəni polis şöbəsinə apardıqlarını bildirmişdir. Hüsənin Könülü qaçırmağından xəbəri olmadığını, onlar yaşadığı evə gəldikdən sonra məlumatı olduğunu, bu barədə Hüsənin valideynlərinə yəni qardaşı İsbəndiyara məlumat verdiyini, Könülü yaşadığı Bərdə rayonuna aparmaq istədiyini, lakin polis əməkdaşlarının onun yaşadığı evə gələcəyini bildikdən sonra gözlədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Bərdə RPŞnin NQMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 avqust 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsində əməliyyat istintaq qrupunun üzvü olan zaman Bərdə rayon Hacallı kəndində yaşayan X3 qızı Zərərçəkmiş şəxs qaçırılması barədə DİN-nin 102 xidmətindən məlumat daxil olmuşdur.Hadisə yeri olan Bərdə rayon Hacallı kəndinə getmişlər. Orada Zərərçəkmiş şəxs Yevlax rayonu Hacımahmudlu kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ailə qurmaq məqsədilə onun iradəsinə zidd qaçırıldığını öyrənmişlər. Zərərçəkmiş şəxs tapılaraq ailəsinə qaytarılması üçün Yevlax rayonu Hacımahmudlu kəndinə Hüsənin atası Şahid4 yaşadığı evə getmişlər. Şahid4 oğlu Təqsirləndirilən şəxs1 Bərdə rayon Hacallı kənd sakini Zərərçəkmiş şəxs elənmək məqsədilə qaçırdığını, Zərərçəkmiş şəxs könüllü qaçıb-qaçmamasını bilmək üçün Könülün getdiyi yeri öyrənməsini demişlər. İsbəndiyar oğlu Hüsənin Könül adlı qızı qaçırmasından xəbəri olmadığını və oğluna zəng edib yerlərini öyrənəcəyini demişdir. İsbəndiyar kənara çəkilib mobil telefonla kiməsə zəng edib danışdıqdan sonra oğlu Hüsən Gəncə şəhərində yaşayan bacısı Rahiləgildə olduğunu bildirmişdir. İsbəndiyar ilə birlikdə Gəncə şəhərinə getmişlər. Digər avtomaşınla Könülün anası Şahid2 da Gəncə şəhərinə getmişdir. Gəncə şəhərində deyilən ünvanda Könül ilə görüşmüşlər. Könül ona Hüsən və Kamal tərəfindən zorla qaçırıldığını və evə qayıtmasını demişdir. Könülü anası Gülnara təhvil verib Bərdə rayon polis şöbəsinə ərizə və izahatı alınması üçün göndərdiyini, sonra xidməti iş yerinə qayıtdığını bildirmişdir. xx.xx.2022-ci il tarixli Raportdan görünür ki, Bərdə rayonu Hacalı kəndində yaşayan X8 102 xidmətinə zəng edərək 28 yaşlı qızı Zərərçəkmiş şəxs evinin qarşısından (adını bilmədiyi şəxs tərəfindən) evlənmək məqsədilə qaçırılması barədə məlumat verdi. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadələri arasında ziddiyyətləri aradan qaldırmaq məqsədilə 23 avqust 2022-ci il tarixdə aralarında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı istintaqda vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı onu zorla qaçırdıqlarını demişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs1 zərərçəkən şəxs Zərərçəkmiş şəxs onun üzünə qarşı dediklərini təsdiq etmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadələri arasında ziddiyyətləri aradan qaldırmaq məqsədilə 23 avqust 2022-ci il tarixdə aralarında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı istintaqda vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı onu zorla qaçırdıqlarını demişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs2 zərərçəkən şəxs Zərərçəkmiş şəxs onun üzünə qarşı dediklərini təsdiq etmişdir. Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 20 avqust 2022-ci il tarixdə saat 17 radələrində Yevlax rayonu Hacımahmudlu kəndində yaşayan Təqsirləndirilən şəxs1 və qonşusu Yevlax rayonu Hacımahmudlu kəndində yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bərdə rayonu Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs Bərdə rayonu Hacallı kəndindən ailə qurmaq məqsədi ilə idarəsinə zidd olaraq zorla qaçırıb Gəncə şəhərinə aparılmış, həmin hadisə ilə ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş, Zərərçəkmiş şəxs qaçıran zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlavə digər şəxslər olmamış, hadisəni Zərərçəkmiş şəxs qonşusu Şahid3 və anası Şahid2 başqa digər şəxslərin görməsi müəyyən olunmamış, hadisədən əvvəlcə məlumatlı olan şəxslər müəyyən edilməmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 20 avqust 2022-ci il tarixdə saat 17 radələrində Bərdə rayonu Hacallı kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs zorla qaçırdığı yeri göstərməklə törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,Təqsirləndirilən şəxs2 20 avqust 2022-ci il tarixdə saat 17 radələrində Bərdə rayonu Hacallı kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs zorla qaçırdığı yeri göstərməklə törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 658 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ baldırın aşağı 1/3-nin və bayır topuq nahiyyəsinin , sağ ayağın baş barmaq və ayaq daraq nahiyyəsinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.Qeyd edilmiş xəsarətlərin lokalizasiyasına və digər xaraktrik xüsusiyyətlərinə görə demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, həmçinin fiziki güc tətbiq etməklə avtomaşına oturdulma zamanı yetirilə bilərdilər. Yevlax rayon Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayonu Hacımahmudlu kəndində yaşayır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Yevlax rayon Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayonu Hacımahmudlu kəndində yaşayır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Yevlax rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin Narkoloji kabinetinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Yevlax rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin Narkoloji kabinetinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Yevlax rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Yevlax rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.20222-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 avqust 2022-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 avqust 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 hazırda məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiklərindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, onunla ailə qurmaq məqsədi ilə nişanlanmasını, əməlindən səmimi peşiman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, zərəçəkmiş şəxsinin ailə qurmaq məqsədi ilə nişanlanmasını, əməlindən səmimi peşiman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59.1.12-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, zərərəçəkmiş şəxslə barışmalarını, zərərəçəkmiş şəxsin onlardan heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin ailə qurmaq məqsədi ilə nişanlanmasını, əməllərindən səmimi peşman olmalarını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilmələrini, cəzalarını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onların islah olunmasına, törətdikləri cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rollarını nəzərə alaraq hesab edir ki, onlara azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, cəzanı yüngülləşdirən halların məcmusu o cümlədən zərərçəkmiş şəxslə ailə qurmaq məqsədi ilə nişanlanması müstəsna hal kimi qiymətləndirilməli və onlara təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 avqust 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 avqust 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-149/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-149/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver