Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-149/2024 15.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibləri: X8, X4, X9 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşavi Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Şahid1 Fəhrad oğlu Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Ağdam rayonu, Şıxlar kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Ağdam rayonu Şıxlar kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Zümürxan kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Asif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Asif oğluna ittiham verilmişdir ondan ötrü ki, O satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İ siyahısına əsasən külli miqdarda, yəni 3 (üç) ǝdəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,679 qram, 1,139 qram, 3,061 qram, ümumi təmiz çəkisi 5,879 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, 29 mart 2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, İ.Qayıbov küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanda yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 3 (üç) ǝdəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,679 qram, 1,139 qram, 3,061 qram, ümumi təmiz çəkisi 5,879 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Asif oğlu özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonunda yaşayır. Saxlanıldığı gün, yəni xx.xx.2023-cü ildə də Ramazan ayı olduğu üçün məsciddə xidmət etmiş, təmizlik və ehsan işlərinə köməklik etmişdir. Məsciddən azyaşlı oğlu ilə çıxandan sonra ona mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq şöbəyə aparmış, təxminən yarım saat orada saxladıqdan sonra buraxmışlar. Niyə aparılması və saxlanılması barədə soruşsa da heç kim ona heçnə deməmiş və buraxmışlar. Sonra isə Şahid adlı polis əməkdaşı onu təkrar çağıraraq sifariş olduğu üçün tutulacağını demiş, siqaret çəkib çəkmədiyini soruşmuşdur. Əvvəllər çəksə də tərgitdiyini demiş, Şahid gəlib yanında oturaraq cibindən siqaret qutusunu çıxarıb 4 ədəd siqaret saxlamış və 3 ədəd içində nə olduğunu bilmədiyi bükümləri içərisinə qoyub ona vermişdir. Ona narahat olmamağı, sanksiyadan sonra buraxılacağını demiş, həmin vaxt günahsız olduğu üçün əgər hər hansı səhvi olubsa 1 (bir) ay içəridə saxlayıb sonra özlərinin buraxmalarını polislərə demişdir. Lakin polislər ona bükümləri yerdən tapdığını deməyi, əks təqdirdə şantaj edəcəklərini demiş, ailəsi ilə təhdid olunduğunu düşündüyü üçün onlarla razılaşmışdır. Təxminən 1 (bir) ay əvvəl Şəmsi adlı şəxsin başına da polislərin eyni oyunu açdığını, O etiraf etməsə də tutulduğunu bildiyi üçün polislər tərəfindən döyülüb söyülməsə də hər şeyi qəbul etməli olduğunu düşünüb polislərlə razılaşmış, vəkillə aparılmış videoçəkilişdə də bükümləri guya yerdə tapdığını demişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, üzərindən xx.xx.2023-cü ildə götürülmüş narkoik vasitə olan heroin ona məxsus olmamış, siqaret qutusunun içini boşaldıb narkotiki ora qoymuşlar. İstintaq zamanı 3 dəfə ifadə vermiş, bütün ifadələrində polisdən qorxduğu üçün guya narkotikin ona məxsus olmasını bildirmişdir. İstintaq dövründə ona qarşı edilmiş qanunsuzluqlar barədə heç yerə şikayət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili işləyir, Ağdam rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Zümürxan kəndində yaşayan, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması, istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, xx.xx.2023-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, keçirilmiş tədbirlər nəticəsində 29 mart 2023-ci il tarixdə saat 19:30 radələrində Səbuhi Bərdə şəhər İ.Qayıbov küçəsində saxlanılaraq saat 19:40 radələrində Bərdə RPŞ-yə gətirilmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Səbuhiyə hüquq və vəzifələri izah edilmiş, vəkil dəvət edilmiş, polis əmkdaşlarının və müdafiəçisinin iştirakı ilə Səbuhinin üzərində şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı üzərində qanunsuz əşya varsa təqdim etməsini bildirdikdən sonra Səbuhi masaya doğru yaxınlaşıb əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd “Magna”, 01 ədəd “Kent” olmaqla siqaret qutularını, 01 ədəd alışqanı, 01 ədəd “Nokia” markalı mobil telefonu və nağd pulları masanın üzərinə qoymuşdur. “Magna” markalı siqaret qutusunun içərisindən siqaretlərlə yanaşı 3 ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs heroinə bənzər həmin kütlələri Bərdə rayon Zümürxan kəndində yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzi vasitəsilə çəkilmiş, kağız zərfdə qablaşdırılmış, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək imzalarla təsdiq edilmiş bükümlər və telefon möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid1 göstərdi ki Səbuhinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona kifayət qədər əməliyyat məlumatı daxil olsa da, konkret olaraq kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1lə eyniməzmunlu ifadə verib onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmiş, Təqsirləndirilən şəxs qarşı polisdə hansısa zorakılıq edilmədiyini, könüllü olaraq siqaret qutusunu təqdim edib, içindəki narkotik vasitəni tapdığını dediyini bildirmişlər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş X3 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, xx.xx.2023-cü ildə Bərdə şəhərində məsciddən çıxdıqdan sonra atasına mülki geyimli şəxslərə yaxınlaşaraq onun aparmış o isə atasının dostları vasitəsilə yaşadığı evə gəlmişdir. Sonradan atasının guya narkotikə görə saxlanıldığını öyrənmiş atasının pis vərdişlərinin olduğunu görməmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raport və həmin tarixli təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Ağdam rayonu Şıxlar kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Zümürxan kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə Bərdə RPŞyə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli raport və həmin tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:30-da Bərdə şəhəri, İ.Qayıbov küçəsində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş və həmin gün saat 19:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 5(021)-81/2023 saylı qərarından görünür ki, Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarı qanunauyğun sayılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bərdə rayon məhkəməsinin 4(021)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokol və əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən çıxararaq təqdim etdiyi “Magna” markalı siqret qutusunun içərisindən 3 (üç) ǝdəd şəffaf polietilen kəsiyi bükümlərində kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilib götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan MEM-in X5 verilmiş məhkəmə-kimyəvi ekspertizanın 30 mart 2023-cü il tarixli 16/376 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddə..” yazı və imzalar olan kağız paketdəki, 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 1,679 qram, 1,139 qram, 3,061 qram, ümumi təmiz çəkisi 5,879 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, kimyəvi tərkiblərinə görə eynidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən verilmiş 31 may 2023-cü il tarixli 12342 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" MMC-də qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli, ********* saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasından məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamış, narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədilə üzərində saxlaması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserdən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2023-cü il tarixli 1126 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının 31 may 2023-cü il tarixli 5/605 nömrəli rəyindən görünür ki, təqdim edilmiş "Nokia 105" markalı "TA-1034" modelli "**********42989, **********42984" imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır Mobil telefonun texniki göstəriciləri "Whatsapp", "Whatsapp Plus", "WhatsappBusiness" proqram təminatlarında, "İnstagram", "Tiktok" və digər sosial şəbəkələrə girişi təmin edən proqramlarda məlumat mübadiləsinin aparılmasına imkan vermədiyindən qeyd olunan proqramlar mobil cihazın yaddaşında müəyyən olunmadı. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli mobil telefondakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, 31 may 2023-cü il tarixli 5/605 nömrəli rəyinə əlavə edilmiş 1 ədəd DVD-R diskə keçirilmiş baxış zamanı telefonun yaddaşından əldə olunmuş məlumatlarda 78 ədəd zəng tarixçəsi, 30 ədəd kontakda olan adlar, 5 ədəd SMS və digər kateqoriyalı faylların mövcud olduğu, həmin məlumatlarda narkotik vasitə və ya psixotrop maddəyə aid adlardan və parollardan istifadə olunmadığı, «SMS» mətnlərinə baxış keçirilərkən həmin bölmədə mobil operator və digər istifadəçilərdən gələn reklam xarakterli smslər olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Nokia” markalı mobil telefon təqsirləndirilən şəxsin arvadı X7 qaytarılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5,579 qram olan heroin maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılmış, şəxsi axtarış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk və telefonun yaddaş məlumatlarına dair 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəliyindən verilmiş xasiyyətnamə və arayışdan eləcə də müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş AA № 070214 saylı xx.xx.2003-cü il tarixli məcburi köçkün vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Şıxlar kəndindən məcburi köçkün kimi Bərdə rayonu “Pioner düşərgəsi”ndə məskunlaşmış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə edilmiş və müdafiə tərəfindən də məhkəməyə yenidən təqdim edilmiş və məhkəmədə tədqiq edilmiş fəxri fərmanların surətindən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində arxa cəhbədəki fəaliyyətlərinə görə Bərdə və Ağdam Rayon İcra Hakimiyyətləri,eləcə də ictimai birlikdən tərəfindən təltif edilmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılaraq tədqiq edilən AZE №11791096, AZE № 11427300, AZE №11735429 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsindəxx.xx.2012-ci il təvəllüdlü Hüseyn Nəcəfzadəxx.xx.2016-cı il təvəllüdlü Zeynəb Nəcəfzadə və xx.xx.2010-cu il təvəllüdlü Fatimə Nəcəfzadə adlı azyaşlı övladları var. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “cinayət işinin ayrılması və icraata götürülməsi haqqında” qərardan görünür ki, cinayət işindən narkotik vasitənin mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilən sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2021-ci il tarixli elektron arayışdan görünür ki, təqsirləndirilən şəxsin övladı xx.xx.2016-cı il təvəllüdlü Nəcəfzadə Zeynəb Səbuhi qızı serebral iflici qalıq əlaməti serebral hipertenziya, sağ tərəfli hemiperaz, qıcolmalar (ayda 5-6 dəfə təkrarlanmaqla) yüngül dərəcəli əqli gerilik, yaddaş və intellektin ləngiməsi diaqnozu qoyulmuş və xx.xx.2019-cu ildə ümumi xəstəliklə bağlı əlillik verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. İş materiallarında olan Bərdə RPŞ CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində isə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması, istifadə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilmişdir. İş üzrə ibtidai araşdırmanın aparıldığı bütün dövrdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində, eləcə də istintaq hərərkətlərinin aparıldığı videoçəkilişdə üzərindən aşkar edilən narkotik vasitə olan heroini yerdən tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, heçkimə satmadığını və vermədiyini göstərmişdir. Şahid qismində dindirilmiş Bərdə RPŞ-nin polis əməkdaşları da həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, əməliyyat məlumatları təqsirləndirilən şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə daxil olmuş keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədilə əldə etməsi və ya satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavabda isə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, satdığı şəxslərin dairəsini və heroini həqiqətən haradan əldə etməsinin müəyyən edilmədiyi göstərilmişdir. İstintaq orqanına verdiyi əməliyyat tapşırığına cavab olaraq yazılmış məktubda isə ziddiyyətli məlumatlar əks olunmuş, bir tərəfdən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi göstərilsə də, digər tərəfdən eyni məktubda heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyində isə Təqsirləndirilən şəxs heroindən epizodik istifadə etməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (Təqsirləndirilən şəxs istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi, sövdələşməsi, alıcı(lar) ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar, narkotik vasitə və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu sair hərəkətlər) hallara dair heçbir sübut əldə edə və satışla bağlı hissədə təqsirini sübuta yetirə bilməmişdir. Cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavabda isə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi və heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz əldə edib saxlaması və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq olması və hər hansı digər halla təsdiq olunmayan barəsindəki əməliyyat məlumatını əsas götürülmüşdür. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edən heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyil. Belə ki, cinayət işi materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Belə halda cinayət işində olan məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Təqsirləndirilən şəxs satışı təsdiq edən yeganə hal kimi göstərilən isə narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması və bir neçə bükümdə olmasıdır ki, buna münsibətdə məhkəmə qeyd edir ki, həmin bükümlərdən ikisi ümumiyyətlə külli miqdar hesab edilən çəkidə deyil, yalnız biri külli miqdarı az miqdar küçən çəkidə olmuşdur ki, buna da şəxsin narkotik vasitənin küllli miqdar satışı ilə məşğul olması kimi qiymət verilməsi məntiqi ədalətəli və aölabatan deyil və bu şəxsin narkotik vasitə satışını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə çəkisinin şəxsi istehlak miqdarından artıq, külli miqdarı keçən çəkidə olması, onun narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Yusif oğlundan aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibi əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi üzərindən aşkar edilmiş heroinin ona məxsus olmaması, məcdiddən çıxandan sonra polis əməkdaşları tərəfindən Bərdə Polis şöbəsinə aparılması orada Şahid adlı polis əməkdaşının siqaret qutusuna narkotik vasitə olan bükümləri qoyaraq götürməsini tələb edərək qanunsuz olaraq üzərinə qoyulmasını,götürülməsinin tələb edilməsi əks təqdirdə evindən çıxacağı ilə hədələnməsi edilmiş təzyiq nəticəsində əməli etiraf etməsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin hallar Təqsirləndirilən şəxs özünün ibtidai araşdırma zamanı ilkin olaraq verdiyi tam etirafedici ifadələri, şahid ifadələri, eləcə də cinayət işi materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol, həmin istintaq hərəkətinin qeydə alındığı videoçəkiliş, iş üzrə təyin edilmiş məhkəmə narkoloji və kimyəvi ekspertiza rəyləri və cinayət işinin digər faktiki halları ilə inkar edilmiş, öz ifadəsindən başqa digər hər hansı mötəbər sübutla təsdiqini tapmamışdır. Buna görə də məhkəmə həmin ifadələri Təqsirləndirilən şəxs özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından həqiqətəuyğun olmayan hesab edir, həmin hissədə sübut kimi qəbul etmir və gəldiyi nəticəni aşağıda qeyd edilən sübutların təhlili ilə əsaslandırır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, vəkil- müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuş, prosessual hərəkətlər isə videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkilişə məhkəmədə baxış zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində gözlə görünən hər hansı xəsarət, yaxud xəsarət izi, həmin vaxt edilən psixi və fiziki təzyiqə görə qeyri-adi psixi-emosional halda olduğunu göstərən, həmçinin digər adekvat olmayan hal(lar) müəyyən edilməmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroinin ona məxsus olmasını bildirmiş, videoçəkilişdə kifayət qədər imkana malik olmasına baxmayaraq, istintaq hərəkətlərinə və orada iştirak edən şəxslərə etirazını bildirməmiş, müdafiəçi tərəfindən ona qarşı hansısa zorakılıq olub-olmaması, təqdim etdiyi narkotik vasitəyə bənzər kütlənin ona məxsus olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə etiraz etməyib bükümün özünə məxsus olduğunu demişdir. Məhkəmədən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində isə göstərmişdir ki,...fərdi əməklə məşğul olur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bərdə rayon Zümürxan kəndində yolun qırağı ilə gələndə yerdə siqaret qutusu görmüş, həmin qutunu götürüb içinə baxan zaman içərisində 3 ədəd büküm olduğunu görüb cibinə qoymuş, xx.xx.2023-cü il tarixdə Bərdə şəhər İ.Qayıbov küçəsində dayandığı vaxt tanımadığı 2 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmiş, polis əməkdaşı olduqlarını, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onlar birlikdə Bərdə RPŞ-yə aparmışlar. Şübhəli şəxs qismində tutulmuş, vəkil siyahısı təqdim edilmiş, müdafiəçi seçdikdən sonra videoçəkilişlə üzərində aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd “Magna” markalı siqaret qutusunun içərisində 3 ədəd bükümdə olan "heroin" aşkar edilmiş, polis əməkdaşları tərəfindən onun iştirakı ilə həmin narkotik vasitəyə baxış keçirilmiş, bundan sonra aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmiş, qablaşdırılıb möhürlənmiş, imzalanaraq götürülmüş, protokol tərtib edilmiş, O və iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitə olan heroinə bənzər maddəni xx.xx.2023-cü il tarixdə Bərdə rayon Zümürxan kəndində yolun qırağından tapsa da heç kimə verməmiş, satmadığını, özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Beləliklə məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində O, xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində Bərdə şəhəri, İ.Qayıbov küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanda yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən çıxararaq təqdim etdiyi “Magna” markalı siqaret qutusunun içərisindən 3 (üç) ǝdəd şəffaf polietilen kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,679 qram, 1,139 qram, 3,061 qram olmaqla, ümumi təmiz çəkisi 5,879 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladı vardır. Məhkəmə həmin halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin, təqsirləndirilən şəxsin məcburi köçkün olmasını, Vətən müharibəsi dövründə göstərdiyi fədakarlığa görə təltif edilməsini, himayəsindəki azyaşlı övladlarından biri olan xx.xx.2016-cı il təvəllüdlü Nəcəfzadə Zeynəb Səbuhi qızının sağlamlıq imkanları məhdud uşaq olmaqla əlil olmasını və xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan külli miqdar narkotik vasitələri....qanunsuz olaraq əldə etmə, saxlama, daşıma 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2, 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, onun islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə təqsiri sübuta yetirilmiş maddənin sanksiyasında olan cəza müddəti daxilində mümkündür. İş materiallarına əsasən təqsirləndirilən şəxs müsbət xarakterizə edilmiş, cinayət hadisəsinə qədər hər hansı cinayət xarakterli əməl törətməmiş, Azərbaycan xalqının və dövlətinin tarixində dönüş nöqtəsi olan Vətən müharibəsi dövründə arxa cəbhədəki fədakarlığına görə təltif edilmişdir. Həmçinin onun himayəsində biri xəstə olmaqla üç azyaşlı övladı var. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki davaranışı və yuxarıda qeyd edilən hallar eləcə də aşkar edilmiş narkotik vasit olan heroinin miqdarı təqsirləndirilən şəxsə ittiham olunduğu və təqsirinin məhkəmə baxışında sübuta yetirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı hədd cəza təyin etməklə onun islah olunmasını nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinnə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsn təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5,579 qram olan heroin məhv edilməli, şəxsi axtarış istintaq hərəkətinin görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk və telefon məlumatlarına dair 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 130,40 (otuz iki manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış, ümumi təmiz çəkisi 5,579 qram olan heroin məhv edilsin, şəxsi axtarış istintaq hərəkətinin görüntüləri olan 01 ədəd “DVD” disk və telefon məlumatlarına dair 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 130,40 ( bir yüz otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-149/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-149/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver