Məhkəmə qərarları › İş №1(100)-15/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-15/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-15/2021 03.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X22 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X10 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Mirhəşimov Pərviz Böyükağa oğlunun və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, X9 və onun qanuni nümayəndəsi X5, müdafiəçilər-Şəmkir rayonu Vəkil Burosunun vəkili Müdafiəçi1, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1992-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, Gədəbəy rayonu, Samanlıq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və 126.2.4-cü maddələri ilə xx.xx.1992-ci ildə Gədəbəy rayonu, Qoşabulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə X22 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X15 xx xxxx 2019-cu il tarixdə saat 15 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Şahid4 ilə özünün idarə etdiyi VAZ-2121 markalı **-EL-*** qeydiyyat nişanlı avtomobili ilə Gədəbəy rayonu, Qoşabulaq kəndi ərazisində yerləşən “Şahzadə” bulağına gedib orada yemək yeyib spirtli içki qəbul etdikdən sonra yenidən spirtli içki qəbul etmək məqsədi ilə həmin şəxslərlə birlikdə saat 21 radələrində idarə etdiyi avtomobillə Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən “Qaya” kafesinə gələrək zalda pivə içib orta dərəcədə sərxoş vəziyyətə düşmüş və həmin vaxtı təsadüfən onlardan sonra avtobus gözləməkdən ötrü Rusiya Federasiyasına gedən Zərərçəkmiş şəxs1 yola salmaqdan ötrü Şahid1 ilə kafeyə gəlmiş keçmiş iş yoldaşı X19 Şirkətində çilingər işləyən Zərərçəkmiş şəxs2 görüb oturduğu masaya dəvət etmiş, sonra da 2015-ci ildə aralarında yaranmış şəxsi münasibətlər zəminində olan mübahisəni yada salıb bəhanə edərək kafedə olan xeyli sayda insanlara münasibətdə eqoizm və laqeydlik nümayiş etdirib əxlaq normalarını, ictimai qaydanı kobud surətdə pozub onlara etinasızlıq göstərməklə və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə əsassız olaraq Zərərçəkmiş şəxs2 ünvanına nalayiq sözlər işlətdikdən sonra Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs təşkil edərək kafenin həyətinə çıxmış, həmin vaxt avtobusun gəlməsini bilmək üçün kafenin həyətinə gələrək orada sakit dayanmış Rusiya Federasiyasına gedən Zərərçəkmiş şəxs1 və onu yola salan Şahid1 Rasim oğlunu görüb Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 yumruqla vurarkən sonuncu da özünü müdafiə etmək üçün Təqsirləndirilən şəxs2 yumruqla vurmasından hiddətlənib kafenin həyətində saxladığı VAZ-2121 markalı ** EL *** qeydiyyat nişanlı avtomobilindən özü ilə gəzdirdiyi bir ədəd kustar üsul ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs1 vurmaq istəmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 onu tutaraq bu hərəkətlərinin qarşısını almaqla sakitlik yaratmaq istədiyini görüb daha da azğınlaşıb özünü cəmiyyətin fövqündə qoymaqla 15-20 dəqiqə ərzində ictimai qaydanın kobud surətdə pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına, təhlükə və həyəcanının yaranmasına səbəb olan hərəkətlər etmiş, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu nümayiş etdirmək məqsədilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş birgə yaşayış və davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, ictimai qaydanın pozulması hərəkətlərinin qarşısını alan Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə müqavimət göstərərək əlindən çıxıb Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edərək xuliqanlıq niyyətilə silah qismində istifadə etdiyi bıçaqla qəsdən vuraraq ona burun kökünün deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ gözün kanyuktivasinın, şüşəyə bənzər cismin, güzehli qişanın zədələnməsi-dağılması ilə müşayət olunan deşilmiş-kəsilmiş yarası (sağ gözdə tam korluq), ümumi əmək qabilyyətinin üçdə bir hissəsindən az olmamaqla (100%) daimi itirilməsinə səbəb olan insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə saat 15 radələrində tanışları X19 Şirkətində sürücü işləmiş X15 və Şahid4 ilə X9 idarə etdiyi VAZ-2121 markalı **-EL-*** qeydiyyat nişanlı avtomobili ilə Gədəbəy rayonu, Qoşabulaq kəndi ərazisində yerləşən “Şahzadə” bulağına gedib burada yemək yeyib spirtli içki qəbul etdikdən sonra yenidən spirtli içki içmək məqsədi ilə X9 idarə etdiyi avtomobili ilə həmin şəxslərlə birlikdə saat 21 radələrində Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən ictimai yer hesab olunan “Qaya” kafesinə gələrək zalda həmin şəxslərlə birlikdə pivə içmiş, bu zaman onlardan sonra kafeyə gəlmiş Zərərçəkmiş şəxs1, X19 Şirkətinin sürücüləri Şahid1, Şahid2, Şahid3 oğlunu və Zərərçəkmiş şəxs2 X2 iş yoldaşları kimi oturduğu masaya dəvət etmiş, burada orta dərəcə sərxoş vəziyyətdə olan X4 Mehman Xaliq oğlu ilə 2015-ci ildə aralarında yaranmış şəxsi münasibətlər zəminində olan mübahisəni, yəni onun telefonundan Zərərçəkmiş şəxs2 tanışı olan qıza məxsus olan mobil telefon nömrəsini götürməsini iddia edərək bunu ona irad tutan vaxtı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 bu hərəkətinin ”kişiyə yaraşan hərəkət deyil ki, başqasının telefonundan nömrə götürsün” dedikdə Zərərçəkmiş şəxs2 ona “sənlik deyil” haqlı iradından əsəbiləşib orta dərəcə sərxoş vəziyyətdə özündən çıxaraq heç bir səbəb olmadan stolun üstündə olan içərsində pivə olan pivə bokalını Zərərçəkmiş şəxs2 doğru itələmiş, daha sonra X15 ilə xuliqanlıqda bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs2 ilə münasibətlərə kafenin həyətində aydınlıq gətirmək məqsədi ilə kafenin həyətinə çıxmış, burada da ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanının yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş birgə yaşayış davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, kafenin iş fəaliyyətinin pozulmasına və ətrafda olan oraya istirahətə gəlmiş insanların 15-20 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək xuliqanlıq niyyəti ilə, yəni, orada olan qeyri-müəyyən sayda ətrafdakılara eqoizm və laqeydlik nümayiş etdirib əxlaq normalarını pozub bunlara etinasızlıq göstərməklə heç bir əsaslı səbəb olmadan həyətdə sakit dayanmış Zərərçəkmiş şəxs1 yumruqla sinəsindən vurub ona fiziki ağrı yetirərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş X15 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 2 ildir tanıyır. xx xxxx 2019-cu il tarixdə təxminən saat 14 radələrində özünə məxsus olan Niva markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qoşabulaq kəndində yaşayan bibisi oğlu Elşəngilə getmiş və oradan tez çıxmışdır. Qayıdan zaman Qoşabulaq kəndində Çingizin kafesində çöldə qoyulmuş stolda oturmuş, bir bakal pivə sifariş vermişdir. Bu vaxt Rəman da oraya gəlmiş, onu görüb stolunda oturmuş, ona da pivə sifariş vermiş və onlar hərəyə iki bakal pivə içmişlər İkinci bakalı içən zaman tanıdığı Qoşabulaq kəndində yaşayan Şahid4 Rəmana zəng edərək, onları Şahzadə bulağına dəvət etmişdir. Onlar həmin yerə getmişlər. O, 1 kq ət almış, Elsevər isə gedib evdən 1 litrlik araq gətirmiş və onlar orada əti kabab çəkdirərək üçünə bir litrlik araqı içmişlər. Daha sonra saat 20 radələrində onlar onun maşını ilə Zəhmət kəndinin yaxınlığında yerləşən «Qaya» kafesinə gəlmişlər. Hər üçü zalda, qapıdan girəndə sağdakı stolda əyləşmiş və hərəsinə bir bakal pivə sifariş vermişlər. Pivələrini təzə içməyə başlayanda vaxtilə Gədəbəy Qızıl şirkətində işləyəndə tanıdığı Mehman, Rusif, Coşqun, Münasib və sonradan adını Zamiq kimi bildiyi beş nəfər içəri girmişlər. Onlar içəri girəndə onu tanımışlar və yaxınlaşıb onunla görüşmüşlər. Bu vaxt o, etika xatirinə onları stollarına dəvət etmiş, onlar dərhal çatmayan stulu da qonşu stoldan götürüb onların stolunda oturmuşlar. Bir az söhbət etdikdən sonra Rəman zaldan kupeyə keçmiş, Münasiblə Zamiq isə bayıra çıxmışlar. Onun üç il əvvəl şirkətdə işləyəndə Mehmanla kirayədə qalan vaxt Mehmanın onun telefonunu stolun üstündən götürüb tanışı qızın nömrəsini gizlin götürməsi və qıza zəng etməsi yadına düşmüş və o, Mehmana o vaxt telefonundan qızın nömrəsini götürməkdə səhv etdiyini demiş, Mehman isə onun telefonundan nömrə götürmədiyini demiş və aralarında sözlə mübahisə yaranmışdır. Bu vaxt Rəman kupedən qayıtmış və Mehmanla Coşqunun onunla mübahisə etdiklərini görmüş, Rəman da onun tərəfindən mübahisəyə qoşulmuş və Mehmana «sən kişiyə yaraşan hərəkət eləmirsən» deyə irad bildirmişdir. Bu sözləri deyərək Rəman bakalı Mehmana tərəf itələmiş, bakal yıxılsa da sınmamış, lakin pivənin kimin üzərinə dağılmasını görməmişdir. Bu vaxt Rusif Mehmanın qolundan tutub burmuş və arxaya itələyib qolunu buraxaraq durun çölə çıxaq demişdir. Hər tərəfdən üç nəfər olmaqla durub bayıra çıxmışlar, Münasib və Zamiq isə bayırda olmuşlar. Bayıra çıxan kimi Münasiblə Zamiq də yaxınlaşmış, eləcə də mübahisə edə-edə bayıra çıxan kimi dərhal Rusif yumruqla onun sol gözünün böyründən vurmuşdur. Bundan sonra Rəman irəli duranda Mehman, Rusif və Coşqun Rəmanı vurmağa başlamışlar. O, onların beş nəfər olduqlarını, onlara gücləri çatmayacağını görüb onları qorxutmaq və Rəmanı buraxmaları üçün maşına tərəf gedib kartof dərmanlayarkən cığala kəsdiyi bıçağı maşından götürmüşdür. O, bıçağı qoltuqaltından götürüb onlara yaxınlaşmış, bu vaxt Zamiq də onun qarşısına gələn zaman o, Zamiqi qorxutmaq üçün bıçağı necə gəldi hərləmiş, lakin bıçaq Zamiqin harasından dəydiyini bilməmişdir. Bu vaxt Rusif Rəmanı buraxaraq onun üstünə gəlmiş və qaçıb maşına minmişdir. O, maşına tərəf qaçan vaxt Zamiqin gözüm getdi, qoymayın deye qışqırığını eşitmişdir. O, maşına minəndə Elsevər də maşında arxaya minmiş, Rusif ona çatıb pəncərə aşağı olduğuna görə açıq pəncərədən sükanın arxasında bir neçə dəfə yumruqla başından vurmuş, həmin vaxt telefon onun əlində olduğundan əlindən maşına düşmüşdür. Bu vaxt Rəman gəlib sağ tərəfdən maşına oturmaq istəyəndə Coşqun onun arxasınca çatıb çiynindən tutub arxaya çəkmiş və maşına minməyə qoymamış və onu yerə yıxmışdır. O, onların qəzəbləndiklərini və birləşib onları öldürəcəklərindən qorxub maşının mühərrikini işə salıb sürüb qaçmışdır. Rəman isə onların əlində qalmışdır. Onlar oradan Xar-Xar kəndi istiqamətinə getmişlər. Bir qədər gedəndən sonra o, Rəmanla maraqlanmaq üçün Elsevəri maşından düşürmüşdür. Özü isə maşını sürüb evlərinə getmiş və həmin günün axşamı polislər onu polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. X11 2 ildir tanıyır, onunla yaxşı münasibəti var. O, xx xxxx 2019-cu il tarixdə saat təxminən 15 radələrində Qoşabulaq kəndində Çingizin kafesinin yanına gələn zaman Əlinin Çingizin kafesində təkcə pivə içdiyini görmüş və Əli onu stoluna dəvət edərək, ona da pivə sifariş vermişdir. Orada hərəsinə təxminən 4 bakal pivə içmişlər. Sonra həmkəndlisi və dostu Elsevər ona zəng edərək, onu Şahzadə bulağı adlanan istirahət yerinə dəvət etmişdir. O, Əlini də özü ilə aparmış və onlar Əlinin Niva markalı maşınına əyləşib Elsevərin yanına gəlmiş, orada hərəyə bir bakal pivə içmişlər, sonra orada tanışları Elmarın işlətdiyi guşəyə gəlmişlər və yenə hərəyə 2-3 bakal pivə içmiş, sonra ət-araq alıb Elmarın yanında kabab edib bir şüşə araq içmişlər. Daha sonra Zəhmət kəndi ilə Xar-Xar kəndinin aralığında yerləşən «Qaya» kafesində yaxşı pivə verdikləri üçün pivə içməyə görə ora getmək qərarına gəlmişlər. Saat təxminən 20 radələrində Əlinin maşını ilə Zəhmət kəndinin yaxınlığında yerləşən «Qaya» kafesinə gəlmiş, kafeyə girməmiş Əli çöldə iki nəfər cavan oğlanla görüşmüş və vaxtilə onlarla qızıl şirkətində işlədiyini deyib, sonra içəri keçmişlər. Onlar hər üçü zalda, qapıdan girəndə sağdakı stolda əyləşmiş və hərəsinə bir bakal pivə sifariş vermişlər. Pivələrini içməyə başlayanda bir qədər əvvəl bayırda Əlinin görüşdüyü iki nəfər cavan oğlan və yanında daha üç nəfər cavan oğlan içəri girmişlər, sonradan onların adının Mehman, Coşqun, Münasib, Rusif və Rusifin qardaşı Zamiq olduğunu bildirmişdir. Onlar içəri girəndə Əli bayırda görüşdüyü Mehman adlı oğlanı da stola dəvət etmişdir. Lakin onları dəvət edən kimi Mehman və yoldaşları beşi də stolda oturmuşlar. Az sonra o, kupedə oturan həmkəndlilərinin yanına keçmiş, orada qısa müddətdə hal-əhval tutmuş və geri zala qayıdanda beş nəfərdən ikisinin Zamiqlə Münasibin olmadığını, Rusif, Coşqun və Mehmanın orada olduğunu, Əli ilə Mehmanın isə mübahisə etdiklərini görmüşdür. O, Əlidən nə olduğunu soruşanda, Mehmanın onun telefonundan nömrə götürdüyünü öyrənmiş və ona bu hərəkətin kişi işi olmadığını demişdir. Mübahisə davam etdikdə o, əsəbiləşib pivə bakalını əlinin arxası ilə qarşısından geri itələmiş, bakal aşmış, içindəki pivə stola tökülmüş, ancaq heç kimin üstünə tökülməmişdir. Bu vaxt Əli çıxaq çöldə söhbət edək demiş və onlar bayıra çıxmışlar. Bayırda yenə Mehmanın Əlinin telefonundan nömrə götürməsini aydınlaşdırmaq üçün mübahisə edən vaxt Zamiqlə Münasib onlara yaxınlaşmış, Zamiq irəli girib nə olmasını soruşmuş, o, Zamiqə sənlik deyil, sən bu işə qarışma demişdir. Bu vaxt Zamiq yumruqla onun ağzından vurmuş və onun dodağı partlamışdır. O, da Zamiqin sinəsindən yumruqla vurmuş, belə də Zamiqin yanında olan digər yoldaşları hamısı onun üstünə gəlmişlər və onu vurmağa başlamışlar. O, kimin onun hansı nahiyyəsindən vurduğunu bilməmişdir, bu zaman Əlinin maşını işə saldığını eşitmiş, o, da maşına tərəf gəlmiş və bu vaxt onun arxasından tutub çəkmişlər. Sonradan Elsevərin də maşının arxa oturacağında olduğunu bilmiş, Əli maşını sürüb uzaqlaşmış, o, hadisə yerində qalmış və onu döymüşlər. Daha sonra özünü itirmiş və həmin vaxt onu özünə gələndə başının üstündə Rusif, Coşqun və Elsevəri görmüş, Elsevərin onlara bunu vurmayın bəsdir dediyini eşitmişdir. X3-sürüyə yolun kənarına gətirmişlər və bir az keçmiş polislər gələrək onu polis şöbəsinə gətirmişlər. O, sonradan bilmişdir ki, Əli maşını sürüb qaçmamışdan əvvəl Zamiqin gözünə bıçaqla vurub xəsarət yetirmişdir. Lakin o, bu hadisəni görməmiş, nə də orada Əli Zamiqin gözündən vuranda Zamiqin qoymayın gözüm çıxdı deyə qışqırıq səsini də eşitməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy şəhəri, Qumlu yaşayış massivində yaşayır. O, xx xxxx 2019-cu il tarixdə təxminən saat 18:30 radələrində ailəsini dolandırmaq məqsədilə Rusiya Federasiyasına getmək üçün evdən əl çantasını götürüb ailə üzvləri ilə xüdafisləşib qardaşı Rusiflə birlikdə evdən çıxmışdır. Rusiflə birlikdə Gədəbəy şəhərində olan avtovağzala gəlmiş, avtobusun çıxmasına təxminən 2 saat vaxt qaldığı üçün əl çantasını avtobusa qoyub sürücüyə Zəhmət kəndindən minəcəyini demişdir. Avtovağzalda qardaşı Rusifin iş yoldaşları Şahid2, Şahid3, Zərərçəkmiş şəxs2 ilə rastlaşıb görüşmüşlər. Onlar söhbət əsnasında Rusiya Federasiyasına gedəcəyini bildikdə avtobus yola düşənə kimi gedib Gədəbəy rayonu, Zəhmət kəndində köhnə adı “Karyer”, təzə adı isə “Qaya” adlanan kafedə çay içmək və buradan da avtobusa minmək barədə razılığa gəlmişlər. Rusif, Coşqun, Münasib, Mehman birlikdə Rusifin avtomobilinə minib “Qaya” adlanan kafeyə gəlmişlər. Zala daxil olduqda sağ tərəfdə sonradan tanıyıb bildiyi X9, Təqsirləndirilən şəxs2 və Şahid4 bir masa ətrafında əyləşib pivə içməsini görmüşdür. Kafeyə daxil olanda Əli Sadıqov masadan duraraq onlarla səmimi görüşüb onları öz masasına dəvət etdiyindən onlarda keçib əyləşmişlər. X15 və onun yanında olan iki nəfər sərxoş vəziyyətdə kafedə işləyən xanıma pivə sifariş verdikdə onlar razılaşmamış, çay sifariş vermişlər. Təxminən bir neçə dəqiqə əyləşəndən sonra o, Münasiblə birlikdə kafedən çölə çıxıb avtobusu gözləmiş, kafenin həyətində Münasiblə söhbət edərkən kafedən qardaşı Rusif, Əli, Mehman və Rəmanın mübahisə edə-edə çölə çıxdıqlarını görmüşdür. Onlara yaxınlaşıb nə baş verməsi ilə maraqlanıb aralığa keçərək sakitləşdirməyə çalışdıqda adını sonradan bildiyi Rəman adlı şəxs heç bir səbəb olmadan yumruqla onun sinəsindən vurmuş və o, zərbədən ağrımışdır. Həmin vaxtı narazlıq böyüsə də onlar heç kimi vurmamış, əksinə, Əli Sadıqov yaxınlıqda olan dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə yaxınlaşıb əlinə bıçaq götürüb onlar tərəfə gələndə Rusiflə Mehman ona yaxınlaşaraq bıçağı almaq istərkən Əli Sadıqov onların əllərindən çıxıb bıçağı fırlayıb sağ gözünün üstündən vuraraq ona xəsarət yetirmişdir. Nəticədə onun gözündən qan axmağa başlamış və o, əlləri ilə gözünü tutaraq “qoymayın gözüm çıxdı” deyə qışqırmışdır. Əli bıçaqla sağ gözündən bir dəfə vuran kimi qaçıb avtomobilinə oturub onunla gəlmiş Rəmanı və Elsevəri tez gəlib avtomobilə minməyə çağırmışdır. Sadıqov Əlinin və Rəmanın qanunsuz hərəkləri təxminən 10-15 dəqiqə davam etmişdir. Bundan sonra onun səhhəti pisləşmiş və nə baş verməsini bilməmişdir. Sonra Münasib ilə Mehman onu qardaşı Rusifin avtomobilinə mindirmiş, Mehman avtomobili idarə edərək, onu Gədəbəy mərkəzi rayon xəstəxanasına aparmışdır. Xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra onu Gəncə beynəlxalq xəstəxanasına aparmışlar və burada həkimlər gözünü cərrahi əməliyyat etmişlər. Əli Sadıqov tərəfindən edilmiş cinayət nəticəsində müalicəsi üçün, eyni zamanda müalicənin Gəncə və Bakı şəhərlərində davam etdirilməsi ilə əlaqədar əlavə xərcləri çıxmış, bunu hesabladıqda xx xxxxxxxx 2019-cu il tarixə kimi olan müddətlərdə ona cəmi 15.000 manat məbləğində maddi ziyan dəymişdir. Aldığı dərmanlar bahalı olmuş, eyni zamanda hər dəfə Gəncə və Bakı şəhərlərinə anası ilə gedəndə taksidən istifadə etmiş, bundan əlavə, müalicəsi üçün həkim məsləhətinə qalmaqdan ötrü Bakı şəhərində hər dəfə bir həftə qalmışdır ki, bu da onda əlavə xərclərin olmasına, heç bir səbəb olmadan maddi ziyana düşməsinə səbəb olmuşdur. O, həmin pulu X8 tələb edir və hər iki təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayon Kəsəmən kəndində yaşayır. 12 iyun 2019-cu il tarixdə saat 19 radələrində Zamiq, Rusif, Coşqun, Münasib ilə birlikdə çay içmək üçün Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən ”Qaya” kafesinə gəlmişlər. Kafeyə daxil olanda X11, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs2 və Şahid4 görmüşdür. Onlar kafenin içərisində sağ tərəfdə masa ətrafında oturmuş, qabaqlarında isə içi dolu pivə bakalları olmuşdur. Əli onları görəndə ayağa qalxıb görüşərək hal-əhval tutduqdan sonra onları oturduqları masaya dəvət etmişdir. Zamiq onların sərxoş olduqlarını gördüyünə görə oturmayıb Münasiblə birlikdə bayıra çıxmışlar. Rusif, o və Coşqun Əlinin yanında əyləşmişlər. Bu zaman onunla Əli arasında qız üstündə mübahisə baş vermişdir. Belə ki, Əli “sən niyə təxminən 3-4 il əvvəl mənim telefonumdan nömrə götürüb tanışım qıza zəng etmisən?”dedikdə “bu köhnə söhbəti niyə xatırlayırsan?” cavabını vermişdir. Bu söhbət 2015-ci ildə olmuşdur. Həmin vaxtı Əli onunla birlikdə Gədəbəy dağ Mədən Şirkətində sürücü işləmişdir. Bu vaxtlar o Günay adlı qızla tanış olmuş və aralarında münasibət soyuqlaşmışdır. Həmin vaxt axşam evdə Əli ilə yeyib içmişlər. Bu zaman Əlinin mobil telefonuna zənglər gəlmiş, həmin vaxtı Əli telefona cavab verməmişdir. Lakin həmin nömrədən zənglərin davamlı gəlməsini görüb Əli ondan telefonla Günayla danışması və ona zəng vurmamasını Günaya deməsini xahiş etmişdir. Özü Günayın nömrəsini yığıb onunla danışmış və o, Əlinin sözlərini ona çatdırmışdır. Bundan bir neçə gün sonra Əli onunla mübahisə edərək həmin vaxt sərxoş və əsəbi olduğunu, buna görə də Əli desə də onun zəng vurmamalı olduğunu demişdir. Bununla bağlı aralarında mübahisə olsa da, küsməmiş və münasibətləri davam etmişdir. O vaxt baş vermiş bu səbəbə görə aralarında kafedə mübahisə yaranmış və hər ikisi bir-birini söymüşlər. Həmin vaxt Rəman sonradan gələrək söhbətə müdaxilə edib mübahisənin nəyin üstə baş verməsini bilib ” kişiyə yaraşan hərəkət deyil ki, başqasının telefonundan nömrə götürsün” demişdir. Ona sən niyə bu söhbətə qarışırsan dedikdə onun bu sözləri Rəmanın xoşuna gəlmədiyindən stolun üstündə olan pivə dolu bakalı əli ilə ona tərəf itələmiş, bakalın içərisində olan pivə Rusifin üstünə tökülsə də bakal sınmamışdır. Həmin vaxtı kafenin zalında tanımadığı başqa şəxslər də olmuşdur. Onlar yemək yeyib pivə içmişlər. Bundan sonra mübahisə daha da qızışmış, Rusif ”bayıra çıxaq, burada məsələyə aydınlıq gətirib sonra dava-dalaşsız hərə öz evinə getsin” demişdir. Əli də “bayıra çıxaq” demişdir. Bayıra çıxan zaman Rəman heç bir səbəb olmadan kənarda sakit halda dayanmış olan Zamiqin üzərinə hücum edib onun sinəsindən itələmiş, onu itələdiyinə görə Zamiq də Rəmanı yumruqla vurmuşdur. Rusiflə Münasib onu Zamiqdən aralamışdır. X27 tərəfindən vurulmasını görüb avtomobilinə tərəf qaçıb bıçağı götürüb Zamiqin üzərinə gəldikdə Rusif ilə Əliyə mane olmaq istəmişlər. Əlini tutub saxlayaraq ona bıçağı bizə ver, sakit ol, yaxşı deyil, başqa şəxslər var, sakit ol deyərək intizama dəvət etsələr də, Rəman Zamiqin üzərinə gedəndə Rusif qardaşı tərəfə qaçıb Rəmanı Zamiqə yaxınlaşmağa qoymamış və onu kənara aparan zaman Əli müqavimət göstərib ona güc tətbiq edib sol qolunu əlindən çıxardıb sonra da onu itələyib çıxaraq sol əlində bıçaqla Zamiqin üstünə gedərək onun sifət nahiyyəsinə vurmuşdur. Zamiq iki əli ilə gözünü tutub yerə çökərək “qoymuyun gözüm getdi” deyə qışqırmışdır. Bundan qorxuya düşən Əli qaçıb avtomobilə əyləşəndə Rusif onu saxlamaq istəsədə bacarmamış, Əli avtomobili surətlə idarə edərək kafenin həyətindən uzaqlaşıb getmişdir. Bu hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Rusif Gədəbəy rayon Polis Şöbəsinə mobil telefon vasitəsi ilə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra onunla Münasib yaralanmış Zamiqi qardaşı Rusifin avtomobili ilə Gədəbəy Mərkəzi rayon Xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qumlu kəndində yaşayır. Zərərçəkmiş şəxs1 doğma qardaşıdır. Təqsirləndirilən şəxs X11 təxminən 1 il olar ki, işlədiyi şirkətdən tanımışdır. xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində qardaşı Zamiq, iş yoldaşları Münasib, Coşqun, Mehman ilə birlikdə çay içmək üçün Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən ”Qaya” adlanan kafeyə gəlmişlər. Kafeyə daxil olanda X11, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs2 və Dəmirov Elsevər Aydın oğlunu görmüşdür. Onlar kafenin içərisində sağ tərəfdə masa ətrafında oturmuş və qabaqlarında isə içi dolu pivə bakalları olmuşdur. Əli Sadıqov onu görəndə ayağa qalxıb görüşərək hal-əhval tutduqdan sonra oturduqları masaya dəvət etmişdir. Qardaşı Zamiq onların sərxoş olduqlarını gördüyünə görə oturmayıb Münasiblə birlikdə bayıra çıxmışdır. O, isə Mehman və Coşğunla onların yanında əyləşmişdir. Bu zaman Mehmanla Əli arasında qız üstündə mübahisə baş vermişdir. Belə ki, Əli “sən niyə təxminən 3-4 il əvvəl mənim telefonumdan nömrə götürüb tanışım qıza zəng etmisən?”dedikdə Mehman da ona “bu köhnə söhbəti niyə xatırlayırsan?” cavabını vermişdir. Bu səbəbə görə onların aralarında mübahisə yaranmış və hər ikisi birbirini söymüşlər. Həmin vaxtı Rəman sonradan gəlmiş, söhbətə müdaxilə edib mübahisənin nəyin üstə baş verməsini bilib “kişiyə yaraşan hərəkət deyil ki, başqasının telefonundan nömrə götürsün” demişdir. Mehman ona bu söhbətə qarışmamasını dedikdə onun bu sözləri Rəmanın xoşuna gəlmədiyindən stolun üstündə olan pivə dolu bakalı əli ilə Mehmana tərəf itələmiş, bakalın içərisində olan pivə üstünə tökülsədə bakal sınmamışdır. Həmin vaxt onları sakitləşdirməyə çalışmış, Rəmanla Əlinin əlindən tutub sakit olmaqlarını xahiş etmişdir. Bu zaman Əli söhbətlərini davam etdirmək üçün kafedən bayıra çıxmağı təklif etmişdır. Bayıra çıxanda Rəman kənarda dayanan qardaşı Zamiqin üzərinə hücüm edib heç bir səbəb olmadan yumruqla onu vurduğuna görə Zamiq də onu yumruqla vurmuşdur. Onu qardaşından araladıqda Əli avtomobilə tərəf qaçaraq bıçağı götürəndə ona mane olmaq istədikdə Rəmanın qardaşı Zamiqin üzərinə getdiyini görmüşdür. Əlidən aralaşıb yenidən qardaşının yanına qaçıb Rəmanı qardaşına yaxınlaşmağa qoymamış və onu kənara aparan zaman qəfildən qardaşının səsinə çevrilmiş və qardaşının iki əli ilə sağ gözünü tutub yerə çöküb qışqıraraq “qoymuyun gözüm getdi” dediyini görmüşdür. Əli qaçıb avtomobilə əyləşəndə onu saxlamaq istəsədə bacarmamış və Əli avtomobili surətlə idarə edərək kafenin həyətindən uzaqlaşıb getmişdir. O, mobil telefon vasitəsi ilə Gədəbəy rayon Polis Şöbəsinin müstəntiqi X6 zəng vurub baş vermiş hadisə barədə ona məlumat vermişdir. Bundan sonra Münasib və Mehman qardaşı Zamiqi onun avtomobili ilə Gədəbəy Mərkəzi rayon Xəstəxanasına gətirmişlər. O, isə Rəmanı hadisə yerində saxlayıb polis əməkdaşlarını gözləmişdir. Polis əməkdaşları gəlib Rəmanı Gədəbəy rayon Polis Şöbəsinə gətirmişlər. O, həkimlərin göndərişi əsasında avtomobili ilə Zamiqi Gəncə şəhərində yerləşən Beynəlxalq Xəsətxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. X7 və Təqsirləndirilən şəxs2 ilə münasibətləri yaxşıdır. xx xxxx 2019-cu il tarixdə təxminən saat 14:30 radələrində Gədəbəy rayonu, Qoşabulaq kəndinin mərkəzinə gəlib özünə məxsus mobil telefon vasitəsi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 zəng vurmuş, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs2 dostu Əli Sadıqovun idarə etdiyi avtomobil ilə kəndin mərkəzinə onun yanına gəlmişlər. Bundan sonra ət, araq, meyvə alıb üçüdə birlikdə Əlinin idarə etdiyi VAZ-21021 markalı avtomobillə yeyib-içmək üçün Qoşabulaq kəndinin ərazisində yerləşən “Şahzadə” bulağına gəlmişlər. Burada kabab bişirdib yemək yeyib araq içmişlər. Bundan sonra üçüdə Əlinin idarə etdiyi avtomobil ilə saat 21 radələrində Gədəbəy rayonu, Zəhmət kəndi ərazisində yerləşən “Qaya” kafesinə pivə içməyə gəlmişlər. Kafedə bir masada əyləşib pivə içmişlər. Həmin vaxtı kafedə başqa tanımadığı müştərilərdə olmuşdur. Bu zaman kafeyə əvvəllər tanımadığı 5 nəfər cavan oğlan gəlmiş və həmin şəxslər Əlinin dəvəti əsasında onların masası ətrafında əyləşmişlər. Həmin şəxslər adlarını sonradan bildiyi Zamiq, qardaşı Rusif, Mehman, Münasib və Coşqun adlı şəxslər olmuşlar. Həmin vaxta kimi onları tanımamış və heç bir zamanda görməmişdir. Əli Mehmanı, Coşqunu və Münasibi tanıdığından, həmin şəxsləri masaya dəvət etmişdir. Zamiq və Münasibdən başqa hamısı oturmuş, onlar isə kafenin həyətinə çıxmışlar. O, isə oturmayıb yerindən qalxaraq yer vermişdir. Bu zaman Mehmanla Əli arasında qız üstündə mübahisə baş vermiş, belə ki, Əli ona “sən niyə təxminən 3-4 il əvvəl mənim telefonumdan nömrə götürüb tanışım qıza zəng etmisən?” demişdir. Mehman da ona “bu köhnə söhbəti niyə xatırlayırsan?” cavabını qaytarmışdır. Bu səbəbə görə onların aralarında mübahisə yaranmış və hər ikisi bir-birini söymüşlər. Mübahisə başlayan zamanı orada olmayan Rəman isə sonradan gələrək, söhbətə müdaxilə edib onların mübahisə etmələrinin səbəbini soruşduqda mübahisənin nəyin üstə baş verməsini bilib “kişiyə yaraşan hərəkət deyil ki, başqasının telefonundan nömrə götürsün” deyərək Əlini müdafiə etmişdir. Mehman ona bu söhbətə qarışmamasını demişdir. Həmin vaxt Rusif onları sakitləşdirməyə çalışmışdır. O, Rəmanla Əlinin çox içməsini, dalaşma ola biləcəyini hiss edib qaçıb uzaqlaşmaq istəmişdir. Onlardan başqa kafenin içərində tanımadığı 5-6 nəfər müştərilər olmuşdur. Əli ilə Rəmanın əsəbi səslərindən onların diqqəti masaya yönəlmişdir. Vəziyyəti belə görən Əli çöldə söhbəti davam etdirməyi demişdir. Əli ilə Rəman Mehmanla mübahisə edə-edə kafenin həyətinə çıxmışlar. Bu zaman Münasiblə Zamiq onlara yaxınlaşaraq nə baş verməsi ilə maraqlandıqda Rəman Zamiqin üzərinə gedib sinəsindən itələmiş və Zamiqdə onu 1 dəfə yumruqla vurmuşdur. Bundan sonra ara qarışmış, Zamiqin yanında olan qardaşı Rusif Rəmanı sillə və təpiklə döyməyə başlayanda Əli avtomobilinə tərəf gedərək sürücü tərəfdən qapını açıb bıçaq götürmüşdür. Əli döyülə biləcəyini fikirləşib maşınına doğru qaçıb sürücü tərəfdən qapını açıb bıçaq götürmüşdür. Vəziyyətin çox ciddi olmasını görüb daha ağır hadisə baş verməməsi üçün Əliyə bıçağı yerə at deyə qışqırsada Əli onu eşitməmişdir. Həmin vaxtı Mehman, Münasib və Rusif Əlinin üstünə gələrək bıçağı onun əlindən almaq istəmişlər. Bu vaxt Rəmanın hirslə Zamiqin üstünə getməsini görən Rusif qardaşı tərəfə getmişdir. Zamiq Əlinin üzərinə gələndə Əli bıçağı Zamiqin sifətinə tərəf fırlatdıqda nəticədə bıçaq onun sifət nahiyyəsinə sağ tərəfdən dəymişdir. Bu vaxt Zamiq “qoymayın gözüm çıxdı “qışqıraraq dizləri üstə yerə oturmuşdur. Bundan sonra Əli elə bil ayılmışdır. Əli qorxub avtomobilinə doğru qaçıb minəndə o, da qorxaraq qaçıb Əlinin avtomobilinə minmişdir. Rəman avtomobilə oturmaq istəyəndə isə sonradan adını bildiyi Coşqun adlı şəxs onun qolundan çəkib avtomobildən yerə salmışdır. Onlar maşına minib qaçana kimi Rəmanin sifətində və başında hər hansı bir xəsarət görməmişdir. Aralarında olan mübahisə təxminən 20-30 dəqiqə davam etmişdir. Mehman və Münasib adlı şəxslər onunla birlikdə yalnız sakitlik yaratmağa çalışmışlar. Baş vermiş bu hadisə kafenində işinə təsir etmiş, belə ki, müştərilər kafedə dayanmağın və istirahət etməyin mümkün olmamasını görüb oranı tərk edərək çıxıb getmişlər. Əli avtomobili idarə edərək kafenin həyətindən 50-100 metr uzaqlaşandan sonra, o, Əliyə avtomobili dayandırmağı təklif etmişdir. Bu zaman Əli avtomobili dayandırmış və o, avtomobildən düşüb kafeyə qayıtmış, Əli isə maşınını sürüb getmişdir. O, geri qayıdanda X20 sürüyərək asfalt yola tərəf çəkmələrini görmüşdür. O, Rusiflə Coşqunu sakitləşdirmək istəmiş və bu vaxt ətrafda heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 12 iyun 2019-cu il tarixdə saat 19 radələrində Zamiq, Mehman, Rusif, Münasib və o birlikdə çay içmək üçün Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən ”Qaya” kafesinə gəlmişlər. Kafeyə daxil olanda X11, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs2 və Şahid4 görmüşlər. Onlar kafenin içərisində sağ tərəfdə masa ətrafında otururub pivə içirmişlər. Əli onları görən zaman ayağa qalxaraq görüşmüş və hal-əhval tutduqdan sonra onları oturduqları masaya dəvət etmişdir. Zamiq onların sərxoş olduqlarına görə oturmayıb Münasiblə birlikdə bayıra çıxmışdır. Rusif, o və Mehman Əlinin yanında əyləşmişlər. Bu zaman Mehman Əli arasında qız üstündə mübahisə başlamış belə ki, Əli “sən niyə təxminən 3-4 il əvvəl mənim telefonumdan nömrə götürüb tanışım qıza zəng etmisən?” dedikdə Mehman ona “bu köhnə söhbəti niyə xatırlayırsan?” cavabını vermişdir. Bu zaman Əli ilə Mehmanın arasında mübahisə yaranmış və hər ikisi bir-birilərinə söymüşlər. Mübahisə zamanı Zamiqlə Münasib orada olmamışlar. Onların arasında mübahisə gedən zaman Rəman sonradan gələrək, söhbətə müdaxilə edib mübahisənin nəyin üstə baş verməsini bilib-bilmədən “kişiyə yaraşan hərəkət deyil ki, başqasının telefonundan nömrə götürsün” demişdir. Mehman ona sən niyə bu söhbətə qarışırsan dedikdə onun bu sözləri Rəmanın xoşuna gəlmədiyindən stolun üstündə olan pivə dolu bakalı əli ilə Mehmana tərəf itələmiş və bakalın içində olan pivə stolun üzərinə dağılmışdır. Həmin vaxtı kafenin zalında onlardan başqa tanımadıqları başqa şəxslər də olmuşdur. Bundan sonra mübahisə daha da qızışmış və bu vaxt Əli bayıra çıxmağı təklif etmiş Rusif də ”bayıra çıxaq, orada məsələyə aydınlıq gətirib sonra dava-dalaşsız hərə öz evinə getsin” demişdir. Bayıra çıxan zaman Rəman heç bir səbəb olmadan kənarda sakit halda dayanmış olan Zamiqin üzərinə hücum edib yumruqla qəfildən heç kimin gözləmədiyi halda Zamiqin sinəsindən vurmuş, onu vurduğuna görə də Zamiq də Rəmanı yumruqla vurmuşdur. Rusiflə Münasib onu Zamiqdən aralamışlar. X27 tərəfindən vurulmasını görüb VAZ-2121 markalı avtomobilinə tərəf qaçıb bıçağı götürüb Zamiqin üzərinə gəldikdə Rusiflə o, Əliyə mane olmaq istəyib tutub saxlayaraq “sakit ol və bıçağı bizə ver yaxşı deyil, burda başqa şəxslər var” demişlər. X26 üzərinə gedəndə Rusif qardaşı tərəfə qaçıb Rəmanı Zamiqə yaxınlaşmağa qoymayaraq onu kənara aparan zaman Əli müqavimət göstərək ona güc tətbiq edib sol qolunu əlindən çıxardıb sonra da Mehmanı itələyib çıxaraq sol əlində bıçaqla Zamiq tərəfə getmişdir. O, sonradan Zamiqin iki əli ilə gözünü tutub yerə çökərək “qoymuyun gözüm getdi” deyərək qışqırdığını görmüşdür. Bundan qorxuya düşən Əli qaçıb avtomobilə əyləşəndə Rusif onu saxlamaq istəsədə bacarmamışdır. Əli avtomobili surətlə idarə edərək, kafenin həyətindən uzaqlaşıb getmişdir. Lakin onlar Rəmanı polisə təslim etmək üçün tutub saxlamışlar. Bundan sonra Rusif Gədəbəy rayon Polis Şöbəsinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra onunla Münasib yaralanmış Zamiqi qardaşı Rusifin avtomobili ilə Gədəbəy Mərkəzi rayon Xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, “Qaya” kafesini üç aydır ki, işlədir. Həmişə olduğu kimi o, xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində kafe işləməyə başlamışdır. Kafedə ondan başqa Svet adlı qadın işləmişdir. Svet burada həm aşbaz, həm də ofisant kimi fəaliyyət göstərmişdir. O, Təqsirləndirilən şəxs2 və X11 əvvəllər tanımamışdır. xx xxxx 2019-cu il tarixdə saat təxminən 16 radələrində evlərinə qonaq gəldiyi üçün Svetə bu barədə bildirib evinə getmişdir. Qonağı yola salandan sonra saat təxminən 21 radələrində kafeyə gəlmiş, kafeyə gəldikdə kafenin həyətində tanımadığı 3-4 nəfərin söhbət etdiklərini görmüşdür. Svet ona o, burada olmayanda kafedə iki stol oğlanlar oturduqlarını, bir stolun çay, digərinin isə pivə sifariş etdiklərini,sonradan iki stol arasında mübahisə baş verdiyini, daha sonra həmin mübahisənin kafenin bayır tərəfində yəni, həyətində davam edərək dava-dalaşa çevrildiyini bildirmişdir. Həmin vaxtı o, Svetdən kafeyə ziyan dəyib-dəymədiyini soruşduqda heç bir ziyanlıq dəymədiyi barədə ona cavab verilmişdir. Svet ona mübahisə edənlərin kimliyi və adları barədə heç nə deməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2019-cu il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Gədəbəy rayonu, Zəhmət kəndi yaxınlığında yerləşən «Qaya» restoranının həyətində baş vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin” xx xxxx 2019-cu il tarixdə saat 21:14 dəqiqədə tərtib edilmiş 238 №li protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx xxxx 2019-cu il tarixli, 343 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 oğlunun bədən səthində aşkar edilmiş xəsarətlər: sağ gözün kanyuktivasinın, şüşəyə bənzər cismin,güzehli qişanın zədələnməsi-dağılması ilə müşayət olunan deşilmiş-kəsilmiş yarası (sağ gözdə tam korluq), burun kökünün deşilmiş-kəsilmiş yarası deşici kəsici əşyaların təsirindən törənmiş,törənmə müddətləri xx xxxx 2019-cu il tarixə uyğun gəlir.Qeyd edilən xəsarətlərdən gözün kanyuktivasının, şüşəyə bənzər cismin, güzehli qişanın zədələnməsi-dağılması ilə müşayət olunan deşilmiş-kəsilmiş yarası (sağ gözdə tam korluq), ümumi əmək qabilyyətinin üçdə bir hissəsindən az olmamaqla (100%) daimi (dayanıqlı) itirilməsinə səbəb olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, burun kökünün deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X14 Bölməsinin xx xxxx 2019-cu il tarixli, 349 nömrəli məhkəmə ballistik eksperizası rəyindən görünür ki, təqdiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlamış məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx xxxx 2019-cu il tarixli, 324 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər-başın, sol göz altının, sol almacıq nahiyyəsinin, boyunun, sol çiyinin, döş qəfəsinin ön səthinin, sağ kürək nahiyyəsinin qançırları, üst dodağın əzilmiş səthi yarası, döş qəfəsinin arxa səthinin, bel nahiyyəsinin, sağ dirsək oynağının, sağ və sol saidin, sol diz oynağının, sağ baldırın və sol ayağın sıyrıqları KÜT əşyaların təsirindən törənmiş, törənmə müddətləri xx xxxx 2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy rayonu Mərkəzi rayon Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 318 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 narkoloji xəstəliklərin qeydiyyatında durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy rayonu Mərkəzi rayon Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 504 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ruhi-əsəb xəstəliklər qeydiyyatında durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gədəbəy RİHBnın Qoşabulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2019-cu il tarixli, 198 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 atası, anası və bacısı ilə birlikdə Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır, həmin ünvanda qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Gədəbəy RPŞ-nin məsul saxlancında saxlanılan bir ədəd soyuq silah hesab edilməyən bıçaq iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs2 notariat qaydada təsdiq olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər X15 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, onlara qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs1 xx xxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər X15 və Təqsirləndirilən şəxs2 şikayətçidir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 alınmış xx xxxxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxxxx 2019-cu il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. X22 Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş X12 münasibətdə iş üzrə icraat dayandırılmış, barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə dair ifadəsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin obyektiv halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 verdiyi ifadələr özünümüdafiə xarakteri daşıyan və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. Məhkəmə, göstərilən sübut növlərinə əsasən hesab edir ki, ittiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə olan şahid və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, habelə məhkəmə ekspertiza rəyləri ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə, CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 ondan heç bir şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi qeyrimümkündür. Belə ki, Təqsirləndirilən şəxs2 sadəcə olaraq Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsi, ona dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi cinayət işi üzrə digər zərərçəkmiş şəxsin hüquqlarının pozulması ilə nəticələnəcək. Ona görə də, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin müddəasının tətbiq edilməsi qeyri-mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni törətdiyi cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid edilməsini, şəxsiyyətini, cinayətin törədilməsində iştirak dərəcəsini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, məhkəmə istintaqı zamanı islah olunmaq yönündəki davranışlarını nəzərə alaraq təqsirləndirildiyi maddənin sanskiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli hesab edib bununla da cəzanın məqsədlərinə cavab veriləcəyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs2 Gədəbəy rayonu ərazisində olmasını, ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, ona gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini, Gədəbəy rayon hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi ziyan, məhkəmə məsrəfi, Təqsirləndirilən şəxs2 qarşı mülki iddia yoxdur. Bundan əlavə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə Müdafiəçi2 Gülamlı qızı 40 (qırx) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Gümalı qızı həyata keçirdiyindən 240 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cimaddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini, Gədəbəy rayon hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın çəkilməsi müddətinin başlanğıcı məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirdiyindən 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətdə X22 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Apelyasiya şikayəti və (və ya) protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar