Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-15/2024 01.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakimlər; Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən), X14 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X17, X6 və Quliyev Cahandar Elmar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X12 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 İnqilab oğlunun və Müdafiəçi3 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.1,126.2.2, 126.2.4, 221.3 və 66.3-cü maddələri ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, ünvan 2aycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 3 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilimələrinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 09 yanvar 2018-ci il tarixdə təxminən saat 22 radələrində yaxın tanışı olan Təqsirləndirilən şəxs2 və digər şəxslərlə birlikdə, Gəncə şəhəri və ətraf rayonların yaşayış məntəqələrinin əvvəllər cinayət törətmiş və məhkumluq həyatı yaşamış şəxslər arasında özlərinin qəbul etdikləri tərzdə nüfuz sahibi olan şəxslər arasında bölüşdürülməsi məsələsini həll etmək məqsədilə, qarşı tərəfindən olan Zərərçəkmiş şəxs və digər şəxslərlə əvvəlcədən razılaşaraq, onlarla Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində görüşüb söhbət edərkən, heç bir əsaslı səbəb olmadan qarşı tərəfdən gəlmiş şəxslərlə mübahisə edərək ictimai qaydanı kobud surətdə pozub, onlara qarşı kobud nalayiq ifadələr işlətməklə söyüşlər söyərək öz hərəkətlərini tərəfdar olduğu qrup üzvləri ilə uzlaşdırıb üstün nüfuz sahibləri olduqlarını nümayiş etdirmək üçün qrup üzvü Şahid6 qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi patron yatağının uzunluğu 70 mm olan, lülələri və qundağı kəsilməklə konstruktiv dəyişikliklərə məruz qalmış, zavod üsulu ilə istehsal edilmiş 1 (bir) ədəd 16 kalibrli “C 00797” №-li “İJ 27” modelli hamar-yivsiz odlu silahla, eləcə də onların toplaşdığı yerə gələn X5 istintaq zamanı əldə edilməsi mümkün olmayan qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi odlu silahdan havaya bir neçə dəfə atəşlər açaraq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə bir qrup şəxs halında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının pozulmasında ifadə olunan, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəktləri etmiş, başladığı qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, qrupun digər üzvləri tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan Təqsirləndirilən şəxs2 və digər şəxslə cinayətdə iştirakşılığın bir qrup şəxs formasında birləşib, qarşı tərəfi qorxutmaq, onlara özlərinin üstünlüklərini göstərmək məqsədilə, ictimai yerdə, ictimai asayış qaydalarına açıq-aşkar etinasızlıq göstərərək, heç bir əsaslı səbəb olmadığı halda xuliqanlıq niyyəti ilə Təqsirləndirilən şəxs2 və digər şəxslə birlikdə qəflətən qarşı tərəfi təmsil edən Zərərçəkmiş şəxs üzərinə hücüm edib, qrup üzvləri ilə müqavimətinin qırılmasına yönələn uzlaşdırılmış birgə hərəkətlə ona əl-ayaq zərbələri endirmiş, sonra üzərində gəzdirdiyi, istintaq zamanı əldə edilməsi mümkün olmayan silah qismində istifadə olunan bıçaqla Zərərçəkmiş şəxs qarın və bel nahiyələrinə qəsdən vuraraq ona qarının sağ tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yaralanması, nazik bağırsaq ilgəklərinin eventerasiyası, nazik bağırsağın, yoğun bağırsağın, böyük piyliyin, qaraciyərin, yaralanması və sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yaralanması, hemorragik, travmatik şok ilə nəticələnən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs2 09 yanvar 2018-ci il tarixdə təxminən saat 22 radələrində yaxın tanışları olan digər şəxslərlə birlikdə, Gəncə şəhəri və ətraf rayonların yaşayış məntəqələrinin əvvəllər cinayət törətmiş və məhkumluq həyatı yaşamış şəxslər arasında özlərinin qəbul etdikləri tərzdə nüfuz sahibi olan şəxslər arasında bölüşdürülməsi məsələsini həll etmək məqsədilə, qarşı tərəfdən olan Zərərçəkmiş şəxs və digər şəxslərlə əvvəlcədən razılaşaraq, onlarla Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində görüşüb söhbət edərkən, heç bir əsaslı səbəb olmadan qarşı tərəfdən gəlmiş şəxslərlə mübahisə edərək ictimai qaydanı kobud surətdə pozub, onlara qarşı kobud nalayiq ifadələr işlətməklə söyüşlər söyərək öz hərəkətlərini tərəfdar olduğu qrup üzvləri ilə uzlaşdırıb üstün nüfuz sahibləri olduqlarını nümayiş etdirmək üçün qrup üzvü Şahid6 qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi patron yatağının uzunluğu 70 mm olan, lülələri və qundağı kəsilməklə konstruktiv dəyişikliklərə məruz qalmış, zavod üsulu ilə istehsal edilmiş 1 (bir) ədəd 16 kalibrli “C 00797” №-li “İJ 27” modelli hamar-yivsiz odlu silahla, eləcə də onların toplaşdığı yerə gələn X5 istintaq zamanı əldə edilməsi mümkün olmayan qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi odlu silahdan havaya bir neçə dəfə atəşlər açaraq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə bir qrup şəxs halında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının pozulmasında ifadə olunan, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəktləri etmiş, başladığı qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, qrupun digər üzvləri tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan Təqsirləndirilən şəxs1 və digər şəxslə cinayətdə iştirakçılığın bir qrup şəxs formasında birləşib, qarşı tərəfi qorxutmaq, onlara özlərinin üstünlüklərini göstərmək məqsədilə, ictimai yerdə, ictimai asayış qaydalarına açıq-aşkar etinasızlıq göstərərək, heç bir əsaslı səbəb olmadığı halda xuliqanlıq niyyəti ilə Təqsirləndirilən şəxs1 və digər şəxslə birlikdə qəflətən həmin tərəfi təmsil edən Zərərçəkmiş şəxs üzərinə hücüm edib, qrup üzvləri ilə müqavimətinin qırılmasına yönələn uzlaşdırılmış birgə hərəkətlə ona əl-ayaq zərbələri endirmiş, sonra üzərində gəzdirdiyi, istintaq zamanı əldə edilməsi mümkün olmayan silah qismində istifadə olunan bıçaqla Zərərçəkmiş şəxs qarın və bel nahiyələrinə qəsdən vuraraq ona qarının sağ tərəfinin daxilə keçən kəsilmişdeşilmiş yaralanması, nazik bağırsaq ilgəklərinin eventerasiyası, nazik bağırsağın, yoğun bağırsağın, böyük piyliyin, qaraciyərin, yaralanması və sol sağrı nahiyəsinin kəsilmişdeşilmiş yaralanması, hemorragik, travmatik şok ilə nəticələnən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 yanvar 2018-ci il tarixdə saat 22 radələrində Göygöl rayonu, Qızlca kəndi ərazisində baş vermiş hadisədə iştirak etməmişdir. Hadisə baş verən günü evdə olmuş, heç bir toplantının olmasından məlumatı olmamışdır. Qızılcada baş verən hadisə barədə sonradan bilmişdir. Qızılcada baş verən hadisə barədə ümumi olaraq yaşadığı şəhərdə gəzən söhbətlərdən eşitmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımış, onunla münasibəti yaxşı olmuşdur. Belə ki, Ruslan qardaşı ilə dost olmuşdur. Ruslanla əvvəllər aralarında mübahisə dava-dalaş olmamamışdır. Rasifi də əvvəllər tanımış, onunla da aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Qızılcada davanın nə üstündə olduğunu bilmir. Hadisə günü anasını xalasıgildən evə gətirmiş və bütün günü yaşadığı evdə olmuşdur. Anasını gətirəndən sonra qonşusu ilə rastlaşmış və biraz onunla qapıda söhbət etmişdir. Sonradan axtarıldığını bildiyi üçün hadisə günü harada olduğu və nə etdiyini xatırlamır. Onun hər hansı kriminal qruplaşma ilə əlaqəsi olmamışdır. Hadisə günü xəsarət alan Zərərçəkmiş şəxs o vurmamış, Rusalanın da hansı xəsarət alması ilə bağlı hər hansı əlaqəsi olmamışdır. Odur ki, məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 yanvar 2018-ci il tarixdə Gəncə şəhərində olduğu zaman tanışı “Ququ” ləqəbli Qurbanın məclislərin birində onu faizə pul verən şəxs kimi adlandırdığını eşitmiş, bu söhbəti eşitdikdən sonra “Ququ” ləqəbli Qurbanla hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və görüşmək istədiyini demiş, “Ququ” ləqəbli Qurban isə görüşə gəlməmiş, sonradan o, Qurbanla yenə əlaqə saxlamış və faiz məsələsi üstündə görüşməli olduqlarını və onun barəsində faizə pul verən şəxs sözünü deyib-demədiyini aydınlaşdımaq istədiyini bildirmiş, o, həmin vaxt Qurbanı Gəncə şəhərində yerləşən “Tağıyev Mall”un qarşısına çağırmışdır. “Qurban isə onunla görüşməyə gəlməmiş, bundan təxminən 1 saat sonra o, qardaşı Sərxanla görüşmüş və onlar birlikdə “Qələbə” parkı adlanan əraziyə doğru getmişlər. Həmin yerə o, öz idarə etdiyi VAZ 2107 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmiş, ora getməkdə məqsədi qohumu Məmmədlə aralarında olan şəxsi söhbət olmuşdur. Qeyd olunan yerə gedəndə tanışları Nəzəri, Rasifi, Farizi görmüş və onlarla salamlaşmış, həmçinin, onların yanında tanımadığı şəxslər də olmuşdur. Həmin vaxt onlar Qurbanla aralarındakı söhbətin nə olduğunu soruşmuş, o isə söhbəti özü həll edəcəyini, boş bir məsələ olduğunu bildirmiş, bundan sonra o, oradan çıxıb birbaşa “Tağıyev Mall” ın arxasındakı çayxanaya getmişdir.Orada olduğu zaman tanışı Məmməd ona zəng edərək “Qələbə” parkında yerləşən çayxanadakı uşaqların oradan durub harasa getdiklərini bildirmiş, ondan sonra o, orada olan şəxslərdən maraqlanmış və tanışlarının Göygöl rayonunun Qızılca kəndinə getdiklərini öyrənmiş, bundan sonra o, öz idarə etdiyi avtomobillə birbaşa Göygöl rayonunun Qızılca kəndinə doğru hərəkət etməyə başlamışdır. Həmin kənd yolunda gedərkən irəlidə çoxlu sayda avtomobillərin və insanların olduğunu görmüş, onlar isə həmin vaxt ora-bura qaçmış, bundan sonra o, avtomobildən düşüb nə baş verdiyi barədə maraqlanmış, orada isə adamlar ona hadisə vaxtı silahdan istifadə olunduğu və havaya atəş açıldığını demişlər. Sonra o da avtomobilə əyləşib yenidən Gəncə şəhərinə qayıtmışdır. Sonradan həmin vaxt orada olan şəxslərin onun və “Ququ” ləqəbli Qurbanın söhbətinə getdiklərini öyrənmiş, lakin, “Ququ” ləqəbli Qurban ora gəlmədiyinə görə söhbətin məcrası dəyişmiş, həmin vaxt isə orada bir nəfər şəxsin bıçaqlandığını eşitmişdir. Bundan sonra isə o, orada olan şəxsləri polis idarəsinə çağırılmasını eşitmiş və ona görə də Gəncə şəhərindən çıxaraq Bakı şəhərinə getmişdir. Sonra barəsində axtarış verilməsini öyrənmiş, 07 noyabr 2019-cu il tarixdə isə Gəncə şəhəri, Türklər qəsəbəsində polis əməkdaşları onu tutmuş və polis idarəsinə gətirmişlər. Şahid7 onu “Qələbə” parkında görmüş, lakin, həmin vaxt o, orada Nəzəri, Farizi görmüşdür. Göygöl rayonu, Qızılca kəndinə gedərkən orada heç kimlə mübahisə etməmiş, əlbəyəxa olmamış və “Hanı Ququ, özü niyə gəlmiyib? Bu söhbəti bu vəziyyətə gətirən odur” sözlərini işlətməmiş, həmçinin, orada Vüsalla və Arzu ilə görüşməmiş, Rasifin hansı səbəbdən o cür ifadə verməsini başa düşə bilməmiş, Şahid12 adlı şəxsi tanımamış və onun hansı səbəbdən bu məzmunda ifadə verməsini bilməmişdir. “Qadam” ləqəbli X18 zəng etməmiş və söhbətinə çağırmamış, Göygöl rayonunun, Qızılca kəndinə gedərkən üzərində hər hansı bir silah və ya silah qismində istifadə oluna bilən əşya götürməmiş, orada olduğu zaman Zərərçəkmiş şəxs adlı şəxsin kim tərəfindən vurulmasının şahidi olmamış və ümumiyyətlə Ruslanın kim tərəfindən vurulması barədə hər hansı bir məlumatı olmamış, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti və ya ədavəti olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Maarif oğlu ifadəsində göstərdi ki, 09 yanvar 2018-ci il tarixdə təxminən saat 19 radələrində Gəncə şəhərində “Posyolka” adlanan ərazidə yerləşən tez-tez getdiyi parka getmişdir. Orada tanımadığı şəxslərin “Posyolka” uşaqları ilə dava-dalaş etmək istədiyini görmüşdür. Sonradan dava etməyə toplaşmış şəxslər dağılışmışlar, həmin vaxt onların davanı davam etməyə Göygöl rayonunun Qızılca kəndinə getdiyini eşitmişdir. Tanımadığı bir taksiyə minərək ora getmişdir. Qızılca kəndinə çatdıqda orada təxminən 10-12 maşının və xeyli sayda şəxsin yığıldığını, görmüşdür. Həmin şəxslərə yaxınlaşaraq onlara Gəncənin balaca şəhər olduğunu, hamının səhəri gün üz-üzə çıxacaqlarını bildirmişdir. Bu zaman da orada olan şəxslər mübahisə etmişlər, bir-biriləri ilə mübahisə etməyə və əlbəyaxa olmağa başlamışlar. O, onlara iradlarını bildirmişdir. Həmin anda tanımadığı şəxslərdən biri bıçaqla onun qarın nahiyyəsinə vurmuş, və o, yerə yıxılmışdır. Xatırlamadığı uşaqlardan biri öz maşınında onu Gəncəyə xəstəxanaya gətirmişdir. Onu bıçaqla vuran şəxsi tanımır. Şamil, Maqsud, Oruc və s. adlı şəxsləri tanıyır. Mübahisə zamanı nəsə alış-veriş söhbəti olmuş, mübahisə bir saata yaxın davam etmişdir. Elə bir səs küy olmamışdır. Sonra axşam saat 10 radələrində Qızılca qəsəbəsinə getmişdir ki, dava-dalaş olmasın. Qızılcaya tək, taksi ilə getmişdir. Qızılcada araya girmişdir ki, mübahisə edənləri aralasın. Qaranlıq olduğu üçün onu vuran şəxsi görməmişdir. Təqsirləndirilən şəxs1 şəhər sakini kimi tanıyır. Ona xəsarət yetirən şəxsi görməmişdir. Onu vurandan sonra yerə yıxılmışdır. Hadisə yerində Vüsalı görməmişdir, Vüsal orada olmamışdır. Farizi tanımır, orada olub olmamasını isə xatırlamır. Onu vuran şəxs nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2dur. Vüsalı çoxdan tanıyır, qardaşını da tanıyır, atası İlqarı da tanımışdır. Bədəninin iki yerindən xəsarət almışdır. Onu vuran adam ona yançağından xəsarət yetirmişdir. Onu kimin və ya kimlərinsə vurduğunu görməmişdir. Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2la isintaq vaxtı üzləşməmişdir. Sonradan bilmişdir ki, sələm söhbəti olmuşdur. O, “ququ” ləqəbli şəxsi tanımır. Hadisə yerinə getməyinin səbəbi mübahisə edən tərəfləri aralamaq olubdur. Təqsirləndirilən şəxs1 hadisə yerində olsaydı onu tanıyardı. Təqsirləndirilən şəxs1la aralarında hər hansı narazılıq olmayıbdır. O, Firdovsi adlı şəxs tərəfindən gəlməmiş, Vüsal ilə də bu barədə hər hansı söhbəti olmamışdır. Onu vuran şəxs zərbə vurmuş və hadisə yerindən qaçmışdır. Arxa hissəsindən zərbə vurulmasını vurulduğu anda hiss etməmişdir. Hadisə yerində olanarın çoxu papaqlı və saqqallı olmuşdur. Rasif adlı şəxsi isə tanımır. Hər iki təqsirləndirilən şəxsdən şikayəti yoxdur, onu nə Vüsal, nə də Fariz vurmayıb. Onu bıçaqla vuran şəxsi əvvəllər tanımamış, onun kim olmasını dəqiq bilməmiş, həmin şəxsin orta boylu, dolu bədənli olmuşdur. Ona görə də təqsirləndirilən şəxslərə qarşı hər-hansı şikayət və ya tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmədən bunları nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 09 yanvar 2018-ci il tarixdə axşam saat təxminən 20 radələrində yaşadığı 38-ci hərbi şəhərcikdə tanışları Sahil və Alimlə birlikdə söhbət etdiyi zaman Sahil ondan xahiş edərək bildirmişdir ki, “maşınına benzin alım məni 44 nömrəli orta məktəbin yanına apar”. O, da razılaşmışdır. Sahil, Amil və o, idarə etdiyi Mercedes ML markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək 44 nömrəli məktəbin qarşısına gəlmişlər. Sonra oradan Sahil və Alimin xahişi ilə Daşkəsən rayonun istiqamətində hərəkət etmişdir. Göygöl rayonu Qızılca kəndi ərazisində olan vaxt yolun sağ və sol tərəflərində çoxlu sayda maşının toplaşdığını görmüşdür. Həmin vaxt orada təxminən 40-50 nəfər olmuşdur. O, maşınını yolun sağ tərəfində saxlamışdır, onunla gələn Sahil və Alim maşından düşmüşlər, o, isə sükan arxasında qalmışdır. Qəflətən atəş səsi eşitmiş, oraya toplaşmış şəxslər bundan sonra dağılışmağa başlamışlar. Nüsrət, Sahil və Alim onun maşınına əyləşmişlər və oradan tez getmək lazım olduğunu demişlər. Sonradan yaşadığı evə getmişdir. “Miko” və ya “Eka” adlı bir şəxs tanımır, heç kəsin xəsarət aldığını bilmir, kiminsə kimisə bıçaqlamasını eşitməmişdir.Qızılcada kiminsə kimisə vurmasını, dalaşmasını görməmişdir.İbtidai istintaq zamanı ifadəsini oxumadan imza etmişdir. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Maarif oğlunu əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamış, 09 yanvar 2018-ci il tarixdə axşam saat təxminən 20 radələrində yaşadığı 38-ci hərbi şəhərcikdə tanışları Sahil Xaliq oğlu və Alimlə birlikdə söhbət etdiyi zaman Sahilə bir nəfər “Püsük” ləqəbli şəxs zəng edib davası düşdüyünə görə 44 nömrəli orta məktəbin yanına çağırmış, Sahil, Amil və o onun idarə etdiyi Mercedes ML markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək 44 nömrəli məktəbin qarşısına gəlmiş, ora çatdıqda təxminən 40-50 nəfər adamın toplaşdığını orada görmüş, o maşından düşdükdən sonra orada olan Nüsrət və Şamil adlı şəxslərlə yaxınlaşaraq nə baş verdiyini soruşmuş, onlar lotu Qulunun şəhərin idarə olunmasını “Püsük” ləqəbli şəxsə tapşırmasını demiş, o bu zaman “Püsüyün” kim olmasını soruşmuş və Nüsrət bunun Təqsirləndirilən şəxs1 olmasını demiş, bu zaman orada olan şəxslər polislərin gəldiyini qışqırmış, orada toplaşmış şəxslər hərə bir yerə qaçmış, Nüsrət və Sahil onun maşınına əyləşmiş, o da maşınını xanımının dükanının yanına sürmüş, dükanın yanında Sahilə zəng gəlmiş Bağmanlarda yerləşən “Vüsal” şadlıq sarayının yanına gəlmək lazım olduğunu bildirilmiş, onlar da həmin yerə gəlmiş, orada yerləşən yanacaq doldurma məntəqəsində benzin vurmuş, şəhidlər xiyabanının yanında maşını saxlamış, sonradan davaya toplaşmış şəxslərin Daşkəsən rayonu istiqamətində hərəkət etdiklərini görmüş, ona görə maşınını arxalarınca sürmüş, bu zaman təxminən 3-4 maşın dal-qabaq getmiş, Göygöl rayonu Qızılca kəndi ərazisində olan vaxt yolun sağ və sol tərəflərində çoxlu sayda maşının toplaşdığını görmüş, o maşınını yolun sağ tərəfində saxlamış, onunla gələn adamlar maşından düşmüş, o isə sükan arxasında qalmış, həmin vaxt orada təxminən 40-50 nəfər olmuş və onlar əlbəyaxa olmuş, qəflətən 2 atəş səsi eşidilmiş, oraya toplaşmış şəxslər bundan sonra dağılışmağa başlamış, Nüsrət, Sahil və Alim onun maşınına əyləşmiş və oradan tez getmək lazım olduğunu demiş, o maşında getdikləri zaman Nüsrətgilin söhbətindən “Təqsirləndirilən şəxs1gilin gəlib havaya atəş açıb aranı qızışdırmaqlarından eşitmiş, sonradan yaşadıqları evlərə getmiş, səhəri gün Salehdən “Püsük” ləqəbli Vüsalın və sonradan adını polisdə bildiyi Zərərçəkmiş şəxs Maarif oğlunun bıçaqla vurulmasını öyrənmiş, “Püsüyü” “Miko” ləqəbli şəxs, Ruslanı isə kim tərəfindən bıçaqla vurulduğunu bilinmədiyini qeyd etmişdir. “Miko” və ya “Eka” adlı bir şəxs tanımır, davada X7 tərəfindən iştirak etmiş, mübahisəyə getməsinin məqsədi Gəncə şəhərinin idarə olunması “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 tapşırılması ilə əlaqədar Firdovsi Mustafayevın etiraz etməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, xx.xx.2018-ci il tarixdə saat təxmin 18 radələrində Gəncə şəhəri Mərkəzi Univermağının yanında olan vaxt dostu Rasif ona zəng edərək Farizlə pul haqq-hesabı olduğunu demiş və maşını olduğu üçün onu çağırmışdır. O, idarə etdiyi “VAZ-21014” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Maslojir” deyilən yerə getmişdir. Rasif, Fariz, Ramellan orada olmuşdur. Oradan yəni çayxanadan, hər üçü, Rasiflə onun deməsinə əsasən Göygöl rayonunun, Qızılca kəndi ərazisinə getmişdir. Rasif onun maşınını idarə etmişdir. Qızılcada adamlar yığılmış və demişlər ki, “məsələni həll etməyi özümüz bilərik”. O, da həmin vaxt maşınının açarı Rasifdə olduğundan maşınını orada qoymuş və digər avtomobil ilə Gəncə şəhəri Dəmir yolu vağzalının yanına gəlmişdir. Sonra Dəmir yolu vağzalının yanında olan vaxt Rasif onun avtomobilini idarə edib gətirərək ona verəndə maşında silah atıldığını görmüşdür. Demişlər ki, silahı Ramellan atıb, lakin o, həmin vaxt orada olmamışdır. Bundan sonra o, çıxıb Bakıya getmişdir. Farizlə bir nəfərin pul-haqq hesabı olmuşdur. Orada Fariz kiminləsə mübahisə etmiş, lakin həmin adamı tanımır. O, Farizi Qızılcada görmüş, lakin Vüsalı və Qurbanı görməmişdir. Ruslanın vurulduğunu tutulanda bilmişdir. Qızılcada davadalaş görməmişdir. Ramellanın üzərində silah görməmişdir. Maşında o, arxada oturmuş, Rasif maşını sürmüş, Ramellan da qabaqda oturmuşdur. O, silahdan atəş açılmasını görməmişdir. Təqsirləndirilən şəxs1 kiminləsə dalaşmasını görməmişdir. O, Vüsalı yaxşı tanıyır, onu Qızılcada görməmişdir. Onun yanımda heç bir söhbət olmayıb. O, Rasif və Ramellan birlikdə Qızılcaya getmişlər, Qızılcada gördüyü şəxsləri isə tanımır. Bildiyi qədər ya Farizin Ququya pul borcu olmuş, ya da əksinə. Ququnu görməmişdir. O, Ruslanı tanımır, Qızılcada Ruslanı görməmişdir. Qızılcada Firdovsi barədə heç nə eşitməmişdir. O, silah atıldığını maşını ona veriləndə bilmişdir. Sərxan Səmədov öz 07 markalı avtomaşını ilə gəlmişdir. Mirağa demişdir ki, “Ququ hanı?”. Qızılcada kiminsə kimisə vurmasını, dalaşmasını görməmişdir. İbtidai istintaq zamanı ifadəsini müstəntiq yazmış o da oxumadan imza etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Zərərçəkmiş şəxs Maarif oğlunu əvvəllər tanımırmış, aralarında heç bir düşmənçilik və ədavəti olmamış, xx.xx.2018-ci il tarixdə saat təxminən 18 radələrində Gəncə şəhəri Mərkəzi Univermağının yanında olan vaxtı dostu Rasim özünə məxsus mobil nömrə ilə istifadəsində olan nömrəyə zəng etmiş, Fariz adlı şəxsin pul mübahisəsi olmasını bildirmiş və onu X58 çağırmış, bir müddət keçdikdən sonra o, özünün idarə etdiyi VAZ-21014 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəmir yolu vağzalının yanına gəlmiş, bu zaman Ramoş ləqəbli Romellan qabaq tərəfdə, Rasif isə arxa oturacaqda əyləşmiş, onlar Qələbə parkının yanına getmiş, maşından düşərkən xeyli sayda adamların oraya toplaşdığını görmüş, orada onun tanıdığı şəxslərdən “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1, Vüsalın əmisi oğlu X19, Nəzər adlı şəxs, X20, qardaşı Təqsirləndirilən şəxs2, X27, qardaşı X21, “qadam” ləqəbli Kərimov İlham və digər adlarını bilmədiyi şəxslər toplaşmış, o, maşından düşən zaman Sərxan Səmədovun idarə etdiyi VAZ-2107 markalı qabaq seriyası 20-076 olan qara rəngli maşını görmüş, daha sonra isə orada toplaşmış şəxslərlə söhbətləşmiş, bu zaman onunla birlikdə gələn dostu Rasif “Püsük” ləqəbli şəxsdən nə olduğunu, toplaşmaq məqsədlərini soruşmuş, buna cavab olaraq isə “Püsük” ləqəbli şəxs “Ququ” ləqəbli Qurbanla Təqsirləndirilən şəxs2 arasında pul mübahisəsi olduğunu, o məsələnin həll olması üçün çağırıldığını demiş, daha sonra “Püsük” ləqəbli şəxsə zəng gəlmiş, tekstilniyə gəlməkləri deyilmiş və bu məlumatı Vüsal da təsdiqləmiş, X22 “ququ” ləqəbli Qurbanı ora söhbət etməyə çağırdığını demiş, Rasif, Romellan və Təqsirləndirilən şəxs2 ilə birlikdə ona məxsus maşınla deyilən ünvana getmişlər. Daha sonra onlara zəng gəldiyini, zəngdə 44 nömrəli məktəbin yanında polislərin püsükgili tutmaq istədiklərini, lakin hərənin bir yerə dağıldığını, eyni zamanda onların Göygöl rayonu, Qızılca kəndi ərazisinə getdiklərini və onlarında həmin əraziyə gəlmələrini deyilmiş, onlar deyilən yerə getmiş, lakin bir müddət gözləyib heç kimin gəlmədiyini gördükdən sonra Gəncə şəhəri istiqamətində qayıdarkən Qızılca yazısının yazıldığı yerdə qarşılarına təxminən 10-15 nəfər adam çıxmış, məcbur olub dayanmış, həmin vaxt maşından çoxlu adamlar düşmüş, bu şəxslərin arasından Şamil və Mirağanı tanımış və daha sonra hamı maşından düşmüş, Təqsirləndirilən şəxs2 Mirağadan ququnun harada olduğunu soruşmuş və daha sonra ququsuz niyə gədiklərini, söhbətin bu yerə ququnun gətirdiyini demiş, bu zaman qarşı tərəfdə adını sonradan polis şöbəsində bildiyi ağ saçlı Zərərçəkmiş şəxs Maarif oğlunun isə bir az yorğun və əzgin vəziyyətə Püsüyün harada olduğunu soruşmuş, qısa müddət keçdikdən sonra “Püsük” ləqəbli Vüsal Arzu ilə onların yanına gəlmiş, bu zaman həmin ağ saçlı Ruslan ucadan səs-küy salaraq nalayiq sözlər ilə Firdovsinin adını çəkmiş və Firdovsinin sözünü hamiya yedirdəcəyini demiş, buna görə isə Arzu ilə “Püsük” Ruslana Firdovsinin onların qardaşı olduğunu demiş, lakin Ruslan nalayiq sözlərini deməkdə davam etmiş, nəticədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la əlbəyaxa olmuş, bu zaman havaya 2 dəfə atəş açılmış, lakin o, atəşin kimin tərəfindən açıldığını görməmiş, həmin vaxt Ramoş ləqəbli Romellan da havaya 1 dəfə atəş açmış və daha sonra hər kəs dağılmağa başlamış, oraya toplaşmış şəxslər hamının getməsini istəmiş, o, özünü itirdiyində görə öz maşını ilə deyil, başqa bir maşınla Gəncə şəhəri Dəmir yolu vağzalınının yanına gəlmiş, bu zaman o, davanın səbəbinin Farizlə ququ ləqəbli Qurban arasındakı pul söhbəti deyil, Gəncə şəhərinin avtoritetlər arasında nüfuz dairəsinə bölünməsi olduğunu bilmiş, Rasif ona məxsus maşınla və içərində olan Romellan yanına gələrək maşını ona vermiş, Rasif ona Romellanın onun maşınındakı silahla atəş açdığını və maşının üst hissəsinin deşildiyini demiş, Romellan ondan üzr istəmiş, maşının xərclərini ödəyəcəyini demiş, bir neçə gün keçdikdən sonra Gəncə şəhəri, “Pasyolka” və “Dəmir yolunda” yerləşən çayxanalarda danışılan söhbətlərdən ona 10 yanvar 2018-ci il tarixdə Göygöl rayonu, Qızılca kəndi ərazisində baş vermiş dava-dalaş zamanı “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 və Səmədov X16 Gəncəli tərəfindən gələn, adı sonradan məlum olmuş ağ saçlı X23 ilə mübahisə edib, dalaşaraq onu bıçaqla xəsarət yetirmələri məlum olmuş, o davaya “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən getmiş və dava zamanı heç kimi vurub xəsarət yetirməmiş, yalnız dalaşanları ayırmağa çalışdığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx.xx.2018-ci il tarixdə dostu Turalla çayxanada oturub çay içən vaxt zəng gəlmiş, dostu Təqsirləndirilən şəxs2 “Ququ” ləqəbli şəxslə sələmə pul verilməsinə görə mübahisəsi olduğunu və buna görə Göygöl rayonunun Qızılca kəndinə getməli olduqlarını bildirilmişdir. O, Turaldan ayrılıb evinə getmişdir. Dava-dalaş olacağını, onlara gücləri çata bilməyəcəyini və aralamaq məqsədi ilə X4 məxsus evin həyətində yerləşən və nisbətən hazır olmayan evin damında polietilen kisəyə gizlədib qoyduğu atasıından yadigar qalmış, təxminən 3 il əvvəl luləsini kəsib gödəltdiyi qoşa lüləni götürüb əynində olan uzun paltonun içərisində gizlədərək evdən çıxmışdır. Taksiyə minmək üçün “Xan arxı” deyilən əraziyə getmiş, tanımadığı bir taksi avtomobilini saxlatmışdır. Həmin taksiyə onu Göygöl rayonunun, Qızılca kəndi ərazisinə aparmasını bildirmişdir. Göygöl rayonunun, Qızılca kəndi ərazisinə çatdıqda orada çoxlu sayda maşının dayanmasını görmüşdür. Həmin an orada təxminən hava qaranlıq olmasına baxmayaraq 15-20 nəfər adam olmuşdur. Həmin şəxslərin bir qismi birbiriləri ilə əlbəyaxa olmuş, digər qismi isə aralaşdirmışlar. Bunu gördükdə o, öz qoşa lüləsindən iki dəfə göyə atəş açmışdır. Bundan sonra orada toplaşan şəxslər hərə bir tərəfə qaçmışdır. O, da bir qədər piyada şəhər istiqamətinə gəlmiş, sonradan qəbirstanlığın yanında dayanmış tanımadığı bir taksi maşınına minib Gəncəyə qayıtmışdır. O, maşından düşəndən sonra hasardan silahı tullamış, evə keçib orada heç kimin olmadığına əmin olduqda silahı dayısı yaşadığı evin yataq otağında paltarların altına qoymuşdur. 2-3 gün sonra o, Bakıya toy şənliyinə getmişdir. Sonra onu Gəncə şəhərində mərkəzi univermağın yanında polis əməkdaşları saxlamışlar. Onu müstəntiq aldatmış və ifadəsini oxumadan imza etdirmişdir. O, Qızılca qəsəbəsinə tək getmiş, silahı götürməkdə məqsədi qorxutmaq olmuşdur. O, hadisə yerinə taksi ilə getmişdir. Havaya atəş açdığı qoşa lülə silahı isə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində qanunsuz tiryək saxladığına görə onun barəsində istintaq edilən cinayət işi ilə əlaqədar evində baxış keçirildiyi zaman polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 onun dostudur. Farizin əlində bıçaq görməmişdir. Ruslanın qaçdığını görməmişdir.Ruslanın vurulmasını görməmiş, lakin Ruslanla Farizin yaxalaşdıqlarını görmüşdür. O, heç kimin əlində bıçaq görməmişdir. Təqsirləndirilən şəxs1la tanışlıq münasibəti olubdur. Vüsalın mobil telefon nömrəsini bilməmişdir. Hadisə yerinə o, taksi ilə getmiş, onu evdən heç kim Mersedes markalı avtomaşın ilə götürməmiışdir. Hadisə günü Nəzər onun yanında olmamışdır. Mübahisə yerində təxminən 20 nəfər adam olmuş, həmin şəxslərin əlində silah və yaxud bıçaq olmamışdır. Hadisə yerində Fariz demişdir ki, “ququ hanı”, Ruslan da demişdir ki, “ququ gəlməyibdir”, Fariz isə “ququ gəlməyibsə siz nəyə gəlibsiz” demişdir. Ruslan Farizə cavabında bildirmişdir ki, “ququ ya mən fərqi yoxdur, nə sözün var de”. Bu söhbətdən sonra hamı bir-birinə girmiş, sonra o, atəş açmış və hamı qaçmışdır. Təqsirləndirilən şəxs1 və Nəzər hadisə yerində olmamış, əgər Vüsal və Nəzər hadisə yerində olsaydılar o, onları görərdi. “Eka” ləqəbli şəxsi tanımır. Sonradan ona məlum olmuşdur ki, Ruslan həmin vaxt xəsarət alıbdır. Təqsirləndirilən şəxs1 xəsarət aldığını eşitməmişdir. O, Turalı yola salmış sonra evdən silahı götürmüş və tanımadığı taksiyə minib Qızılca qəsəbəsinə getmişdir. Mübahisə Fariz ilə “ququ” arasında olan sələm söhbətinə görə olmuşdur. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Maarif oğlunu əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamış, xx.xx.2018-ci il tarixə saat təxminən 20 radələrində yaşadığı evdə olduğu zaman ona dostu “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 əvvəli 055- 222 olan, davamını isə xatırlamadığı nömrədən istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək onun harada olduğunu soruşmuş, Vüsalın problemi düşdüyünü və buna görə Göygöl rayonu Qızılca kəndinə getdiklərini bildirmiş, uşaqların onu evindən götürəcəyini bildirmiş, o dava-dalaşın böyüyə biləcəyini və onların gücü çata bilməyəcəyini hesab edərək X4 məxsus evin həyətində yerləşən və nisbətən hazır olmayan evin damında polietilen kisəyə gizlədib qoyduğu atası X3 yadigar qalmış, təxminən 3 il əvvəl luləsini kəsib gödəltdiyi qoşa lüləni götürüb həyətin darvazasının arxasına qoymuş, onun dalınca gələcək adamları gözləmiş, az sonra qara rəngli “Panorama” Mercedes markalı maşının evlərinin qarşısında dayandığını görmüş, maşında onun tanışı Nəzər və başqa tanımadığı 3 nəfər orta bədən quruluşlu şəxs olmuş, o qundağı və patronlarla birlikdə lüləsi kəsik qoşa lüləli silahı götürmüş və maşının sərnişin tərəfindən arxa qapısını açıb əyləşmiş, maşında əyləşən şəxslər ondan silahın nə üçün lazım olduğunu soruşmuş, o da onlara lazım gəldikdə göyə atəş atacağını bildirmiş, yolda getdikdə Nəzər “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 ilə danışıb toplaşdıqları yeri soruşmuş, onlar Göygöl rayonu, Qızılca kəndi ərazisinə çatdıqda orada çoxlu sayda maşının dayanmasını görmüş, həmin an orada təxminən hava qaranlıq olmasına baxmayaraq əksəriyyətinin əllərində bıçaq olmaları aydın görsənən 35-40 nəfər adam olmuş və onlar bir-biriləri ilə əlbəyaxada olmuş, bu zaman adı sonradan ona polisdən məlum olan Zərərçəkmiş şəxs Maarif oğlu uca səslə nalayiq söyüşlər söymüş və buna görə dava-dalaş qızışmış, bunu gördükdə o, öz qoşa lüləsindən iki dəfə göyə atəş açmış, bundan sonra orada toplaşan şəxslər hərə bir tərəfə qaçmış, o Zərərçəkmiş şəxs Maarif oğlunun Gəncə istiqamətində qaçdığını görmüş, sonradan onlar maşına minib Gəncəyə qayıtmış, o maşından düşəndən sonra hasardan silahı tullamış, evə keçib orada heç kimin olmadığına əmin olduqda silahı dayısı yaşadığı evin yataq otağında paltarların altına qoymuş, 2-3 gün sonra o, Bakıya toy şənliyinə getmiş, səhəri gün də Gəncə şəhərində Bağman adlanan ərazidə yerləşən çayxanadakı söz-söhbətdən hadisə günü dostu “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 ayaq nahiyyəsinə bıçaqla adını bilmədiyi “Eka” ləqəbli şəxsin vurmasını eşitmiş, hadisə zamanı Zərərçəkmiş şəxs Maarif oğlunu bıçaqla kim tərəfindən vurulmasını görməmiş, bu şəxsin kim olduğu barədə xəbəri olmamış, dava-dalaş zamanı ona yaxın olan şəxslərin Fariz və onun dostu Nəzər adlı şəxslər olduğunu bildirmişdir. “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 ona kimlə dalaşdığını deməmiş, mübahisə kiminsə sələmə pul götürməyinə görə düşmüş, patronların gilizlərini hadisə yerindən Gəncəyə qayıdan vaxt tanımadığı ərazinin yolunda atmış, havaya atəş açdığı qoşa lülə silahı isə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində qanunsuz tiryək saxladığına görə onun barəsində istintaq edilən cinayət işi ilə əlaqədar evində baxış keçirildiyi zaman polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, İbtidi istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, hadisə yerində Təqsirləndirilən şəxs1 görməmişdir. X52 arasında sələm pul söhbəti ilə əlaqədar olub.Ona Fariz zəng vurmuş və olduğu yerə çağırmışdır. O da, hadisə yerində Tural, Romeş və Farizlə getmişdir. Vüsal isə orda olmamışdır. Hadisə yerinə, yəni Qızılcaya gedəndə kimsə Püsüy hardadı deyəndə “Fariz Püsüy yoxdu mən burdayam” demiş və məsələni sülh yolu ilə aydınlaşdırmağa çalışmışdır. Fariz ona zəng edib Turalı da götürüb gəlməsini xahiş etmişdir. O, da öz növbəsində Tural və Romeş birlikdə hadisə yerinə gedib. X37 arasında mübahisə yaranmış və onlar bir-birilərinin üzərinəd tərəf getmiş, bu vaxt anidən atəş açılmışdır. Atəşin açılması səbəbi ilə də hamı dağlışmışdır. O atəş açan şəxsi görməsə də sonradan eşitmişdir ki, atəşi Sərxan adlı şəxs açıb. Farizlə Ruslan mübahisə edən vaxt Farizin qardaşı onları aralamış, mübahisəyə son qoyulmasına çalışmışdır. O dava dalaşa qarışmamış, kənarda durmuşdur. Ruslanın hər hansı bir xəsarət almasını görməmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 da hadisə yerində görməmişdir. O qızılcaya Tural və Romeşlə birlikdə getmiş, Fariz isə onlardan əvvəl getmişdir. Qızılcaya çatanda Mirağanı da orada görmüşdür. Sonra orada kiminsə Püsüy hanı ? deməsini eşitmiş, Fariz isə Püsüy yoxdur mən burdayam deyə cavab vermişdir. Ruslan sələm alana və verənə söyüş söydüyü üçün mübahisə başlamış və dava düşmüşdür. O yalnız polis idarəsinə gələndə bilmişdir ki, dava vaxtı Qızılcada bıcaqlaşma olub. Hadisəndən təxminən 10 gün sonra həbs edilmişdir. Farizlə Ruslanın mübahisə etdiyini görsə də, həmin davada təxmini 40- 50 nəfər bəlkə də daha artıq adam iştirak etdiyi üçün kimin hərəkətinin nədən ibarət olmasını görməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Maarif oğlunu əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ya ədavət olmamış, xx.xx.2018-ci il tarixdə saat təxminən 18 radələrində tanışı “Ramoş” ləqəbli Romellan Ələddin oğlu ilə birlikdə Gəncə şəhəri, X53 dayanıb söhbət etdiyi zaman X15 onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə onun tanımadığı nömrədən zəng edib Fariz olduğunu bildirmiş, “Püsüyün” mübahisəsi olduğunu qeyd etmiş, Qələbə parkına gələ bildiyini soruşmuş, o, gələ biləcəyini söyləmiş, sonradan “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 zəng edib nə baş verdiyini soruşmuş, “Püsük” ona mübahisəsinin olduğunu demiş və Qələbə parkında Nəzərin çayxanasına çağırmış, öz maşını olmadığı üçün tanışı Tural Məcnun oğluna zəng edərək ona X58 gəlib onları aparmağa çağırmış, bir müddət sonra Tural VAZ-21014 markalı **-ND-*** dövlət qeydiyyat nışanlı avtomobillə gəlmiş, “Ramoş” ləqəbli Romellan qabaq, o isə arxa tərəfdə əyləşmiş, Qələbə parkına çatanda orada xeyli sayda adamların toplaşdığını görmüş, o, həmin şəxslərdən “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1, Vüsalın əmisi oğlu X9, Nəzər adlı şəxsi, Nazim adlı şəxsi, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 qardaşı X10, Feyzi-zadə Fariz Mübariz oğlunu, Fariz Feyzi-zadənin qardaşı Feyzi-zadə Ariz Mübariz oğlunu, “Qadam” ləqəbli Kərimov İlhamı tanımış, digər 5-6 nəfərin kim olduğunu isə bilməmiş, orada həmçinin Sərxan Səmədovun idarə etdiyi VAZ-2107 markalı qabaq seriyası 20 olan qara rəngli maşını görmüş, hamıynan salamlaşdıqdan sonra “Püsük” ləqəbli Vüsaldan nə məsələ olduğunu soruşmuş, Vüsal “Ququ” ləqəbli Qurbanla Təqsirləndirilən şəxs2 arasında pul mübahisəsi olduğunu və bu məsələni həll etmək üçün yığışdıqlarını bildirmiş, sonradan “Püsük” ləqəbli Vüsala zəng gələrək onlardan tekstilniyə gəlməklərini istəmiş, X1 “Ququ” ləqəbli Qurbanı ora söhbət etməyə gətirdiyini bildirmiş, ora getməli olduqlarını demiş, onlar ora getsələr də, ora gələn olmamış, “Püsüyə” sonradan zəng gəlib 44 nömrəli məktəbin yanında polislər onları tutmaq istədiyinə görə söhbəti Göygöl rayonu Qızılca kəndi ərazisinə keçirməkləri deyilmiş, onlar Qızılca kəndinə gəlib bir müddət gözləmiş, lakin gələn olmadığına görə onlar geri dönmüş, Gəncə istiqamətində qayıdarkən Qızılca yazısı yazılan yerdə qarşılarına təxminən 10-15 ədəd maşın çıxdığına görə məcbur olub dayanmış, həmin maşınlardan çoxlu adamlar düşmüş, onların arasında o Şamil və Mirağa adlı şəxsləri tanımış, Təqsirləndirilən şəxs2 Mirağa Ağayevdən “Ququ”nun harada olduğunu və niyə gəlmədiyini soruşmuş, həmin zaman qarşı tərəfdən adı sonradan ona polis şöbəsində məlum olmuş ağ saçlı Zərərçəkmiş şəxs Maarif oğlu yorğun və əzgin vəziyyətdə “Püsüyün” harada və kim olmasını soruşmuş, “”Püsük” ləqəbli Vüsal Arzu ilə birlikdə 2-3 dəqiqədən sonra yanlarına gəlmiş, ağ saçlı Ruslan ucadan səs-küy salaraq nalayiq küçə sözləri ilə Firdovsinin adını çəkib Firdovsinin sözünü hamıya yedirdəcəyini demiş, buna görə də Arzu ilə “Püsük” Ruslana Firdovsinin onların da qardaşı olduğunu demiş, lakin Ruslan dayanmadan nalayiq sözlər işlətdiyi üçün Təqsirləndirilən şəxs2, Arzu Süleymanov və Təqsirləndirilən şəxs1 əlbəyaxa olmuş və həmin vaxt Vüsal əlindəki bıçaqla Ruslanın arxa sol nahiyyəsinə bir dəfə vurmuş, sonradan o Ruslanı hava qaranlıq olduğu üçün görməmiş, “Püsük” sonradan Mirağanın üstünə gedib onu bu qədər camaatın orada toplaşmasında, bu hadisələrin baş verməsində ittiham etmiş, sonradan havaya 2 dəfə odlu silahdan atəş açılmış və hamıdan dağılmağı istəmiş, həmin vaxt Romellan da üstündə gəzdirdiyi tapança ilə bir dəfə havaya, bir dəfə də maşının içərisində olan vaxt atəş açmış, həmin atəş Turalın maşınının patolokundan çıxmış, bu zaman Turalın maşınını o özü sürmüş, Təqsirləndirilən şəxs2 onun yanında qabaqda, Romellanla bir nəfər tanımadığı şəxs arxada oturmuş və onlar Gəncə şəhəri istiqamətində gəlmiş, həmin dava-dalaş zamanı davanın əsl səbəbi Farizlə “Ququ” ləqəbli Qurbanın arasında olan pul söhbəti yox, Gəncə şəhərinin avtoritetlər arasında nüfuz dairəsinə bölünməsi onlara məlum olmuş, o oradan maşını X58 sürmüş, Romellanla tanımadığı şəxsi Romellangilin küçəsində düşürtmüş, Turala maşını verib evə getmiş, 2-3 gün sonra “Püsük” ona ***-***-**-** mobil nömrəsi ilə “Whatsapp”-la zəng edərək Ruslanın payını aldığını və özünün də ayağından yüngül zərər aldığını bildirmiş, lakin kimin tərəfindən deməmiş, o dava-dalaş zamanı “Püsüyün” tərəfində getmiş, heç kimi vurub xəsarət yetirməmiş, yalnız dalaşanları aralamağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun oğludur, oğlu Təqsirləndirilən şəxs2 2018-ci ilin yanvar ayının 9da Göygöl rayonu, Qızılca kəndində baş vermiş bıçaqlanma hadisəsi zamanı orada olmuş, həmin hadisə ilə əlaqədar orada iştirak etmiş şəxslərin bir hissəsi cinayət məsuliyyətinə cəlb olunmuş, həmin vaxtlarda oğlu Təqsirləndirilən şəxs2 həmin hadisə ilə bağlı tutulacağını bilib evdən çıxıb getmiş, o, sonradan 2018-ci ilin aprel ayında oğlu Təqsirləndirilən şəxs2 barəsində axtarış verildiyini öyrənmiş, oğlunun hazırda harada olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 göstərdi ki, Zərərçəkmiş şəxs Maarif oğlu onun uşaqlıq dostudur, dost kimi münasibətləri yaxşı olmuş, 09 yanvar 2018-ci il tarixdə saat təxminən 21 radələrində o, dostu Orucla birlikdə şəhərdə olan zaman Ruslan ona zəng edib Göygölün Qızılca qəsəbəsində bıçaqla xəsarət yetirildiyi, onlardan ora tez gedib xəstəxanaya aparılmasını istəmiş, o da həmin zaman idarə etdiyi Nissan Teana markalı ** MR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Orucla birlikdə Göygöl rayonu Qızılca qəsəbəsinə gedib telefonla Ruslandan onun yerini öyrənmiş, onun yanına gəldikdə onlar Ruslanın xəsarət aldığını görmüş, Ruslan bu xəsarəti bıçaqla yetirildiyini bildirmiş, o, Ruslanı idarə etdiyi avtomobillə Gəncə şəhər X13 gətirmişdir. 09 yanvar 2018-ci il tarixdə Göygöl rayonu Qızılca qəsəbəsində baş vermiş cinayət hadisəsində iştirak etməmiş, həmin hadisədə marağı olmamış, onun barəsində Ruslan zəng etdikdən sonra bilmiş, Ruslanın yaralı olduğunu zəng eləyib dediyi üçün Qızılca qəsəbəsinə gedib Ruslanı Gəncə şəhərinə xəstəxanaya gətirmişdir. Ruslana kimlər tərəfindən xəsarət yetirliməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 öz ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Maarif oğlunu əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamış, o, xx.xx.2018-ci il tarixdə dostu Nüsrətlə birlikdə 44 nömrəli məktəbin qarşısında bir yerdə olduqları vaxt çay içmək üçün dostu Sahilə zəng edib yanlarına çağırmış, çayxanada olduqları vaxtda Füzuli parkına təxminən 40-50 nəfəron toplaşmasını görərək onlara yaxınlaşmış, bu zaman tanımadıqları şəxslərdən kiminsə borc üstündə narazılığının olmasını eşitmişdir. Sonradan orada davanın Göygöl rayonu Qızılca kəndində davam edəcəyini eşitmiş, buna görə tanımadığı taksidə ora getmişdir. Qızılca kəndinə çatanda hava qaralmış, saat təxminən 21-22 radələri imiş, orada bir-birilə mübahisə edib söyüş söyən çoxlu sayda tanımadıqları şəxslər olmuş, bu zaman havaya bir neçə dəfə atəş açılmış, tanımadığı şəxslər hamının dağılmasını, söhbətin bitdiyini demiş, sonra isə Gəncə şəhərinə qayıtmışdır. Səhəri gün dünənki dava-dalaşda bir neçə şəxsin bıçaqla ağır yaralanmasını eşitmiş, o heç kimlə dalaşmamış və heç kimi vurub xəsarət yetirməmişdir. xx.xx.2018-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi” haqqında qərardan görünür ki, həmin cinayət işi Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4, 182.2.1, 182.2.2, 182.2.4 və 221.2.1-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin istintaq sənədlərindən 09 yanvar 2018-ci il tarixdə Göygöl rayonu Qızılca kəndində Zərərçəkmiş şəxs Maarif oğlunun bıçaqla ağır xəsarət alması və insanların kütləvi şəkildə əlbəyaxa olmaqla bir-birlərinə müxtəlif xəsarət yetirmələri, eləcə də, odlu silahlardan havaya atəş açmaqla bir-birlərinə hədə-qorxu gəlmələri ilə nəticələnmiş cinayət hadisəsinə görə Şahid12, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid6, X33, X5, X19, Şahid10 Lənkərən oğlu, X34, Şahid4, X24, X41, Şahid9, Şahid8, X28, Şahid11, X35 və digər şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 126.2.1, 221.2.1 və 221.3-cü maddələri ilə 14 oktyabr 2018-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin sabiq baş müstəntiqi, polis mayoru X29 tərəfindən ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 yanvar 2018-ci il tarixli “hadisə yerinin baxışının aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri Göygöl rayonu, Qızılca kəndi ərazisində Daşkəsən rayonu istiqamətindəki yolun kənar hissəsidir. Baxış iştirakçısı X11 bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə təxminən saat 22 radələrində təxminən 6-7 avtomobil sağ və sol tərəfdə dayanmış,həmin avtomobillərdən təxminən 30-40 nəfər şəxs düşərək uca səslə nalayiq ifadələr işlədib mübahisə etmişlər. Odur ki, həmin yerə gəlinmiş və həmin yerin Qızılca kəndi ərazisi olduğu, Gəncə-Daşkəsən avtomobil yolunun 9-cu kilomterliyində yerləşdiyi məlum olmuşdur. Hadisə yerinə baxış zamanı Daşkəsən rayonu istiqamətində yolun sağ tərəfində asfalt örtükdə və çınqıllı daşlardan ibarət ehtiyat hissədə qana bənzər ləkələr aşkar olunmuşdur.Həmçinin yolun sağ hərəkət ehtiyat hissəsindən sol ehtiyat hissəsinə tərəf 4 metr məsafədə qaz borusunun keçdiyi, həmin borunun üstündə və yaxınlığında olan yaşıllıq sahədə də qanabənzər ləkələr olduğu müşahidə edilmişdir.Hadisə yerində ərazinin müfəssəl müşahidəsi aparılmışdır. Yolun sağ və sol tərəflərində düzənlik, kiçik təpələrin olduğu görünmüşdür. Həmin yerdən təxminən 200-300 metr məsafədə yaşayış evləri olduğu müşahidə edilir. 10 yanvar 2018-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqdim edilmiş maykaya, köynəyə və qəhvəyi rəngli qış gödəkçəsinə baxış zamanı həmin paltarların sağ yan tərəfində 10 sm ölçüdə kəsici-deşici alətlə yetirilmiş cırıq olduğu, bundan başqa göy rəngli cins şalvarın və göy rəngli tumanın arxa sol tərəfində 2 sm ölçüdə cırıq olduğu, həmçinin qara rəngli maykada, köynəkdə, göy rəngli tumanda, göy rəngli cins şalvarda qan ləkələri olduğu müşahidə edilir. 02 fevral 2018-ci il tarixli avtomobilə baxış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, VAZ 21015 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə Gəncə şəhər Kəpəz rayon polis idarəsinin həyətində baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, avtomobil ağ rəngli olmaqla VAZ 21015 markalıdır, avtomobilin yan güzgüləri qara rəngdədir, arxası nisbətən kəsik formalıdır və avtomobilin qabaq, arxa, yan tərəfində heç bir əzik, batıq aşkar edilmədi. Yalnız avtomobilin arxa sərnişin yerinin üst hissəsində güllə izi vardır, həmin iz güllənin avtomobilin salonundan atılmasını göstərir, belə ki, güllə izi avtomobildən havaya tərəf qabarıq formadadır. Bundan baqşa avtomobildən heç bir güllə izi aşkar edilmədi. Baxış keçirilmiş avtomobil dörd qapılıdır ibarətdir, avtomobilin sükanı sol tərəfdə yerləşir. Avtomobildə qabaq tərəfdə sürücüdən başqa bir nəfər sürücü üçün yer vardır, avtomobilin arxa oturacağı isə üç nəfər sərnişin əyləşməsi üçün nəzərdə tutulmuşdur. Avtomobilin qabaq hissəsində motorxana, arxa hissəsində is əl yüklərinin saxlanılması üçün baqaj vardır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2018-ci il tarixli 42 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Maarif oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-qarının sağ tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yaralarnması, nazik bağırsaq ilgəklərinin eventeraziyası, nazik bağırsağın, yoğun bağırsağın, böyük piyliyin, qara ciyərin yaralanması, daxili və xarici qanaxma, sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yaralanması, hemmorragik, travmatik şok-kəsici-deşici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın yuxarıda göstərmiş olduğu müddətə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olub sağlamlığıa ağır zərər vurmaya aid edilir. Məhkəmə-tibbi bioloji eksertizasının xx.xx.2018-ci il tarixli 38/2018- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Maarif oğlunun ABO sistemi üzrə qan qrupu B/İİİ/ dir. Zərərçəkmiş şəxs Maarif oğluna məxsus şalvar, köynək, mayka, trusik, gödəkçə, daş üzərində olan ləkələrdə və hadisə yerindən 08 ədəd pambıq çöplər üzərinə hopdurulub götürülmüş maddə ləklərində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni və əksər ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B/İİİ/qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs Maarif oğluna məxsus ola bilər. Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2018-ci il tarixli 32/2018 MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Maarif oğluna məxsus maykanın ön sağ səthində bir ədəd, sviterin ön sağ səthində bir ədəd, gödəkçənin ön sağ yaxalığında bir ədəd, tumanın arxa sol səthində bir ədəd və şalvarın arxa sağ səthində bir ədəd dəlibkeçən zədə aşkar olundu. Bu zədə, deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan, yastı tiyə tipli deşiçi-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs Maarif oğluna məxsus gödəkçənin sağ qoltuqaltı tikişi üzərində bir ədəd və boyun nahiyəsində olan etiketin sağ tikişi üzərində bir ədəd sökülmə zədələri aşkar olundu. Bu sökülmələr, gödəkçənin müvafiq nahiyəsinin küt qüvvəyə tətbiq etməklə gərilib-dartılma nəticəsində əmələ gəlmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli 493 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol said nahiyəsinin və qarın nahiyəsinin sağ yan səthinin kəsilmiş yaraları-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və hər biri ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol göz altı nahiyənin və sağ qulaq seyvanının ön səthinin qançırları isə-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilir. Məhkəmə - psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 473 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, ona şamil edilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçübbiçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs1 əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, hazırkı eskpertiza zamanı aktiv surətdə müdafiə olunaraq hər hansı bir cinayət əməlini törətmədiyini, onun barəsində böhtan atıldığını söyləməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun az ifadəli olması əsas verir. Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 195a saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 ona şamil edilən cinayət əməlini törədərkən adi psixiemosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 ona şamil olunan cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Məhkəmə - psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 643 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. S Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs2 əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, hazırkı eskpertiza zamanı aktiv surətdə müdafiə olunaraq hər hansı bir cinayət əməlini törətmədiyini bildirməsi, sadəcə davada iştirak etdiyini söyləməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun az ifadəli olması əsas verir. Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 253 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayət əməlini törədərkən adi psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 ona şamil olunan cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). xx.xx.2019-cu il tarixli 120-20057-1219 saylı əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 09 yanvar 2018-ci il tarixdə Göygöl rayonu Qızılca kəndi ərazisində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirilməsi faktında cinayətin əsas iştirakçıları olmuş və əllərində olan bıçaqla zərərçəkmiş şəxsə xəsarətlər yetirmişlər. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1 maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 9 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.1,126.2.2, 126.2.4, 221.3 maddələri ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 126.2.1,126.2.2, 126.2.4, 221.3 maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1 maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 21 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarilxi qərardan görünür ki, 18 aprel 2019-cu il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin sabiq baş müstəntiqi, polis mayoru X29 tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. xx.xx.2018-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi barədə” Göygöl Rayon Məhkəməsinin 4(066)-22/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli tutulduğu vaxtdan hesab edilmişdir. xx.xx.2018-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi barədə” Göygöl Rayon Məhkəməsinin 4(066)-21/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli tutulduğu vaxtdan hesab edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilərək tutulmuş və xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Nizami RPŞ-nə gətirilərək, həmin tarixdə saat 22- 00 radələrində Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli qərarlardan görünür ki, 05 avqust 2019-cu il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsindən həmin məcəllənin 29,120.2.1-ci maddəsinə tövsif edilmiş və həmin tarixdə aidiyyəti üzrə Gəncə şəhər prokurorluğuna göndərilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri ərazisində saxlanılaraq Gəncə şəhəri Nizami RPŞ-nə gətirilmiş və həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 4(014)-82/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri qərarı ləğv edilmişdir. xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2019-cu il tarixli 222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. Gəncə şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2019-cu il tarixli 221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi ev 71 ünvanında yaşamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan məlum olur ki, X30 müddətsiz olaraq 2-ci qrup əlildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanında yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020 ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015ci il təvəllüdlü X50 Səmədovun qızıdır. Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ Kardioloji Xəstəxanası tərəfindən verilmişh xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs2 «Anadangəlmə ürək qüsuru; Ağ ciyər arteryasının stenozu transmurtal reyurqitasiyası 2-ci dərəcə» diaqnozu ilə müalicədə olmuşdur. xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2 və 221.3-cü madddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara yenidən ittiham elan edilmişdir. Cinayət işi üzrə aparılmış istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsinin tərkib əlamətlərinin olmadığı müəyyən edilmiş və barələrində aparılmış cinayət işi üzrə icraata xitam verilmişdir. İş üzrə maddi sübutlar: Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd tuman, bir ədəd sviter, bir ədəd şalvar və bir ədəd gödəkçə Gəncə şəhər prokurorluğunun inzibati binasında maddi sübutlar otağında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, cinayət iş üzrə şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi və notarial qaydad təsdiq edilmiş ərizsəindən görünür ki, onun Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq tərəfindən verilmiş Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2 və 221.3-cü madddələri ilə verilən ittihamlar, həmin maddələrdən Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4 və 221.3 maddələrinə tövsif edilərək barələrində ittiham hökmü çıxarılmışdir. Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ləğv edilərək yenidən araşdırılması üçün məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə zamanı zərərçəkmiş şəxsə xəsarət yetirmədiklərini, o cümlədən məhkəmədə şahid qismində dindirilmiş şahidlərin hadisə zamanı təqsirləndirilən şəxsləri orda görmədiklərini bildirsələr də, məhkəmə onların bu ifadələrini ibtidai istintaq zamanı verdikləri ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamla razılaşsa da, onlara verilən CM-nin 29,120.2.1 və 29,120.2.2-cü madddələrində nəzərdə tutulmuş ittihamlarla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ki, onlar zərər çəkmişə xəsarət yetirmiş, ona tibbi yardım göstərilməklə həyatı xilas edildiyi üçün bir qrup şəxslə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə yönəldilmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əmələrini qəsdən adam öldürməyə cəhd etmə qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən adam öldürməyə cəhd etməsi nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. İstintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə törətdiyi əməlinin başa çatdırmamasının səbəblərini kifayət qədər araşdırmamışdır. Belə ki, ibtidai istintaq orqanı yuxarıda adları qeyd edilən şəxslərin qəsdən, xuliqanlıq niyyətilə, cinayətdə iştirakçılığın bir qrup şəxs formasında birləşib zərərçəkmiş Zərərçəkmiş şəxs öldürülməsindən ibarət nəticənin əldə edilməsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digər şəxsin biri biri ilə kriminal əməlin törədilməsinə yönələn fəaliyyət birliyinin nədə təzahür olunduğunu, onların vahid psixoloji birliyə malik olan iştirakçılar qismində birləşdiyini, hər birinin mənafelərinin üst-üstə düşdüyünü, hər bir iştirakçının hərəkətinin başqasının hərəkəti üçün şərt olduğunu və bir-birini tamamladığını, kriminal əməlin, yaxud da ictimai təhlükəli nəticənin bütün iştirakçılar üçün ümumi olmasını, habelə hər bir iştirakçının əməli ilə kriminal nəticə (Zərərçəkmiş şəxs qəsdən öldürülməsi) arasında səbəbli əlaqənin mövcud olmasını sübuta yetirə bilməmişdir. İstintaqın gəldiyi nəticədən məlum olur ki, təqsirləndirilən şəxslər zərər çəkmişə xəsarət yetirmiş, ona tibbi yardım göstərilməklə həyatı xilas edildiyi üçün qəsdən adam öldürməyə yönəldilmiş əməllərini öz iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişlər. Cinayət işinin materiallarından məlum olur ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaq zərbəsi vurduqdan sonra o yerdə yıxılmış vəziyyətdə olmuş və onu vuran şəxslər hadisə yerindən qaçıb getmişdir. Lakin ibtidai istintaq zərərçəkmiş şəxsə xəsarət yetirdikdən sonra təqsirləndirilən şəxslərin nə üçün yerdə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs yenə də başqa zərbələr vurmamasının səbəbini aydınlaşdırmamış, ona xəsarət yetirdikdən sonra təqsirləndirilən şəxslərin qaçıb getməsini iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməmək kimi qiymətləndirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs vurduqdan sonra o yerdə yıxılmış vəziyyətdə olmuş, həmin vaxt təqsirləndirilən şəxslər əllərində olan bıçaqla yerə yıxılmış vəziyyətdə olan zərərçəkmiş şəxsi öldürmək imkanları olmuş, onlara başqa şəxslər maneə olmamışdır. Təqsirləndirilən şəxslər bundan sonra yerdə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs əlavə zərbələr vurmaq imkanına və buna görə ona heç kimin maneə olmamasına baxmayaraq ona əlavə zərbələr vurmamış hadisə yerindən qaçıb getmişlər. Bütün bunlar bir daha təsdiq edir ki, təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamışdır. Zərbə vurduqdan sonra hadisə yerindən qaçıb getmək şəxsin törətdiyi əməli öz iradəsindən asılı olmayan səsəb kimi başa çatdıra bilməməsi kimi qiymətləndirmək tamamilə yanlışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəbələrə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəht hesab olunur. «Qəsdən Adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm bir başa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyin) içtimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti,ona vaxtında tibbi yardımın göstərilməsi) baş vermir. Qəsdən adam öldürmə cinayətini oxşar cinayətlərdən fərqləndirmək üçün təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları,o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsaətlərinin sayı, xarakteri, lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həsçinin təqsirkarın və zərərçəkmişin hadisədən əvvəlki qarşılıqlı münasibətləri təqsirkarın sonrakı hərəkətləri nəzərə alınmalıdır. Belə ki sözügedən qərarın 5-ci bəndində Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenumu qeyd etmişdir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 29, 120.2.2, maddələri ilə ittiham irəli sürülsə də, məhkəmə istintaqında bu ittihamların təsdiq edilməsinə dair əsaslı sübutlar müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin müəyyən etdiyi hallara uyğun olaraq yol verilən hüquqa zidd əməllər 40-50 nəfərdən ibarət iki qrupun biri biri ilə qarşılıqlı dava-dalaş etməsi şəraitində baş vermişdir. Qeyd olunanların fonunda gözə görünən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağırlaşdırıcı hallarda xuliqanlıq etməsindən, hər iki şəxsin cinayətdə iştirakçılığın bir qrup şəxs formasında birləşib zərərçəkmişə öz üstünlüklərini nümayiş etdirmək məqsədilə yançağından və qarnından bıçaq zərbəsi vurulmasından ibarət kriminal nəticənin baş verməsidir. Məhkəmə qeyd edir ki, bu halın baş verməsi özlüyündə V.Sülüymanovun və Təqsirləndirilən şəxs2 zərər çəkmiş Zərərçəkmiş şəxs qəsdən öldürmək istəməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı iclasında tədqiq edilmiş Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsinə nəzər salsaq, şahidin hadisədən 2-3 gün sonra “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 onunla ***-***-**-** mobil nömrəsi ilə “Whatsapp”-la tətbiqi vasitəsilə danışaraq Ruslanın payını aldığını və özünün də ayağından yüngül zədələndiyini bildirməsinə dair xüsusat diqqət çəkir. Buradan aydın olur ki, Təqsirləndirilən şəxs1 telefonla danışığında öz məqsədinə çatdığının, yəni Ruslanın payının verildiyini vurğulayır, bununla da öz üstünlüyünü nümayiş etdirir. Baş vermiş hüquqazidd əməllərin törədilmə üsullarını, şəraiti, təqsirləndirilən şəxslərin hadisədən əvvəlki və sonrakı hərəkətlərini qarşılıqlı şəkildə müqayisə etdikdə tam aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən yolverilən hüquqazidd əməllər zərərçəkmiş Zərərçəkmiş şəxs öldürülməsi ilə qətiyyən əlaqəli olmamışdır. V.Süyeymanovun, həmçinin Fariz Səmədoivun ən ümdə məqsədi öz üstünlüklərinin nümayişi və bunun fonunda Zərərçəkmiş şəxs gözdağı verilməklə “cəzalandırılması” (məxsusi olaraq yançağından vurulması) olmuşdur. Məhkəmə bir daha qeyd ki, göstərilən hərəkətlərin baş verməsi qətiyyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qəsdən öldürmək istəməsi kimi qiymətləndirilə bilməz. Baş vermiş hüquqazidd hərəkətlər iki qrupun qarşılıqlı davası şəraitində baş vermişdir. Belə şəraitdə ibtidai istintaq orqanı daha mötəbər və tutarlı sübut təqdim edə bilməmiş, mülahizələrə əsasən təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası CM-nin 29, 120.2.1 və 29,120.2.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə həm ibtidai istintaq, həm də məhkəmə istinaqı zamanı toplanmış va araşdırılmış sübutlara, ekspertiza rəylərinə məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarına, təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxsə yetirilən xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına hüquqi qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxslərin niyyəti zərərçəkmişi öldürməyə yönəlməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri bilir ki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, sübutetmə predmeti iş üzrə müəyyən edilməli olan halların elə məcmusundan ibarətdir ki, belə məcmu olmadan əsaslandırılmış və qanuni hökmün çıxarılmasına nail olmaq mümkün deyildir. Buna görə də cinayət mühakimə icraatında obyektiv həqiqətin müəyyən edilməsi zamanı hər bir konkret cinayət işi üzrə sübutetmə predmetinin düzgün müəyyən edilməsinin mühüm təcrübi əhəmiyyəti vardır. Eyni zamanda da cinayət-prosessual qanunvericilik təhqiqat, ibtidai araşdırma aparılarkən cinayət işinə məhkəmədə baxılarkən bir sıra halların mütləq mənada sübuta yetirilməsini tələb edir. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş Azərbaycan Respublikası CM-nin 29, 120.2.1 və 29,120.2.2-ci maddələrində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur( Konstitusiyanın 12ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri).Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququn məhdudlaşdırılması içtimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiplərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağılabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1-və 29.120.2.2-ci maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri qəsdən adam öldürməyə cəhd etmə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində qəsdən adam öldürməyə cəhd etmə cinayətinin əlamətləri olmadığından onların əməli Cinayət Məcəlləsinin 29,120.2.1-ci və 29.120.2.2-ci maddəsindən həmin Məcəllənin 126.2.1-ci və 126.2.4-cü maddəsinə tövsif edilməlidir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, məhkəmə tibb ekspertizasının rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də təqsirləndirilən şəxs şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri nəzərdə nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə onların yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunmaları və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərər çəkmiş şəxsin ona qarşı hər-hansı şikayət və ya tələbinin olmamasını, onunla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində azyaşlı uşağının olmasını və «Anadangəlmə ürək qüsuru; Ağ ciyər arteryasının stenozu transmurtal reyurqitasiyası 2-ci dərəcə» diaqnozu ilə xəstə olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-cu maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərər çəkmiş şəxsin ona qarşı hər-hansı şikayət və ya tələbinin olmamasını, onunla barışmasını və anasının 2-ci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.4, 221.3 maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 126.2.1,126.2.2, 126.2.4, 221.3 maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinin tələbinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli hesab edilir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin müvafiq maddələri ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilərək tutulmuş və xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Nizami RPŞ-nə gətirilərək, həmin tarixdə saat 22-00 radələrində Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri ərazisində saxlanılaraq Gəncə şəhəri Nizami RPŞ-nə gətirilmiş və həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 4(014)-82/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri qərarı ləğv edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq tərəfindən verilmiş Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2 və 221.3-cü madddələri ilə verilən ittihamlar, həmin maddələrdən Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4 və 221.3 maddələrinə tövsif edilərək barələrində ittiham hökmü çıxarılmaqla Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığından və həbsdə saxlandığı müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək bu iş üzrə cəmi 07 gün həbsdə saxlandığı müddət ona təyin olunan cəza müddətinə hesablanmaqla, cəzasəkmənin əvvəli isə barəsində həbs qətimkan tədbiri seçildiyi 26 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər prokurorluğunun maddi subutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd tuman, bir ədəd sviter, bir ədəd şalvar və bir ədəd gödəkçə qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli olan əmlak və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.4-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 07 (yeddi) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu 16 aprel 2019cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.4-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək bu iş üzrə cəmi 07 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 06 (altı) il 02 (iki) ay 23 (iyirimi üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 26 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər prokurorluğunun maddi subutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd tuman, bir ədəd sviter, bir ədəd şalvar və bir ədəd gödəkçə qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-15/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-15/2024
01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver