Məhkəmə qərarları › İş №1(100)-150/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-150/2020

19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-150/2020 19.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X17 Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X11, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Atatürk prospekti, ev 107A-da qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməməli olduğu halda, həmin maddənin tələblərini pozaraq sürücülük hüququ olmadan xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində idarə etdiyi Vaz 21074 minik markalı, ** CE *** dövlət nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi ilə Gəncə şəhəri, Atatürk prospekti istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka ziyan vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobili idarə olunmasından ayırmamalı olduğu halda, həmin tələblərə əməl etməyərək idarə etdiyi avtomobil ilə 60 km/saat sürətlə hərəkətdə olarkən avtomobilinin ön tərəfi ilə həmin yolda əks istiqamətdə sağ tərəfdə piyada hərəkətdə olan X10 və azyaşlı Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq, X2 döş boşluğunda 1200 ml tünd-qırmızı rəngdə mayenin olması, döş qəfəsinin sağ tərəfində İİ-Vİİ qabırğaların döşyanı xətt üzrə, Vİİİ qabırğanın isə onurğayanı xətt üzrə sınması, sağ ağciyərin cırılması, baş beyinin yumşaq toxumalarına sağ təpə nahiyəsində və baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə qansızma, sağ diz qapağının, sağ baldır, sağ çanaq sümüklərinin açıq sınıqları, sağ baldır, sağ bud nahiyələrinin və sağ əlin İİİ barmağın yaraları, sağ əlin sıyrıqları, döş qəfəsinin arxa səthinin hematoması ilə müşayiət olunan, birlikdə həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid, döş qəfəsinin qapalı küt travması nəticəsində qabırğaların sağ tərəfdə çoxsaylı sınması, sağ ağciyərin cırılmasından əmələ gələn ağır travmatik və hemorragik şok nəticəsində aldığı xəsarətlərdən ehtiyatsızlıqdan hadisə yerində ölümünə, Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinin yarası ilə müşayiət olunan, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına yüngül zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkimiş şəxsin hüquqi varisinin, zərərçəkimiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM- nin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası Təmahisin adına olan VAZ 21074 markalı ** CE *** dövlət nömrə nişanlı avtomaşınla taksi fəaliyyəti göstərib ailəsini dolandırmışdır. Avtomobili idarə etmək üçün sürücülük hüququ olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində idarə etdiyi avtomolillə satda təxminən 60 km sürətlə Ə.Rəfibəyli küçəsi ilə üzü Atatürk prospekti istiqamətində hərəkət edən zaman Atatürk prospektinə təxminən 50-60 metr qalmış onun hərəkət istiqamətimdə onunla üzbəüz yaşlı bir qadının və təxminən 5-6 yaşlarında bir oğlan uşağının gəldiyini görmüş, onun həmin qadın və uşağa çatmağına təxminən 5 metr qalmış avtomobilin sükanı əlində oynamış və avtomaşını sağ istiqamətə yönəlmiş, avtomaşınla həmin qadın və uşağı vurmuş, bu vaxt avtomaşın tormozun təsirindən çevirilib əks istiqamətdə dayanmışdır. Dərhal avtomaşından düşüb qadını yerdən qaldırmış və kömək etmək üçün yoldan keçən tanımadığı avtomaşınlardan birinə əyləşdirib 3 nömrəli X21 Xəstəxanasına aparmış, orada vurduğu qadına kömək etmələri üçün həkim çağırmış, bu vaxt həkimlərdən biri bayıra çıxıb xəstənin nəbzini yoxlamış və həmin qadının öldüyünü demişdir. Bundan sonra o, polis əməkdaşlarına məlumat vermişdir. Sonra polis əməkdaşları onu hadisə yerinə aparmış və hadisə yerini müayinə etmişlər. Hadisədən əvvəl avtomaşınını təxminən saatda 60 kilometr sürətlə idarə etmiş, riyadaların Ə.Rəfibəyli küçəsi ilə üzü H.Əliyev prospekti istiqamətində hərəkət etdiklərini təxminən 30-40 metr məsafədən görmüş, həmin vaxt qadınla uşaq yolun asfalt hissəsinin kənarı ilə getmişlər. Həmin vaxt özünü itirdiyi üçün avtomaşını kənara çəkə bilməmiş və qadınla uşağı vurmuşdur. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, X10 onun anasıdır. Zərərçəkmiş şəxs isə onun oğludur. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində arvadı Qanuni nümayəndə zəng edib anası Hicranı və oğlu Fizulini avtomobil vurduğunu və anasının öldüyünü bildirmişdir. Bunadan sonra Gəncə şəhər 3 saylı X21 Xəstəxanasına getmiş, anasının öldüyünü və oğlu Fizulinin 2 saylı uşaq xəstəxanasında olduğunu bilmişdir. Orada uşağının səhhəti ilə maraqlanmış, oğlunun səhhətinin yaxşı olduğunu öyrəndikdən sonra o, hadisə barədə maraqlandıqda Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2107 markalı avtomaşınla Ə.Rəfibəyli küçəsi ilə üzü Atatürk prospekti istiqamətində hərəkətdə olarkən yolun kənarı ilə hərəkət edən anası Hicranı və oğlum Fizulini vurduğunu və hadisə yerində anasının öldüyünü öyrənmişdir. O, Təqsirləndirilən şəxs tanımamış, onun və anasının Mehmanla hər hansı düşmənçilik və ədavətləri olmaşdır. Təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X10 onun nənəsidir. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində o, nənəsi Hicranla birlikdə müəllimə yanına hazırlığa getmişdir. Onlar Ə.Rəfibəyli küçəsində üzü H.Əliyev prospekti istiqamətində yolun sol kənarı ilə piyada hərəkətdə olarkən onlarla üzbəüz hərəkətdə olan ağ rəngli avtomobil qəflətən onların üzərimizə doğru gəlmi, nənəmi və onu vurub yolun kənarına atmışdır. Bundan sonra ətrafda olan tanımadığı şəxslər onlara kömək etmiş, nənəsini və onu ayrı avtomaşınlarda xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, X10 onun qaynanası, Zərərçəkmiş şəxs isə onun oğludur. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində ona zəng edib qaynanası Hicranın və oğlu Fizulinin qəza keçirdiklərini, qaynanası Hicranın öldüyünü bildirmişlər. O, bundan sonra Gəncə şəhər 3 saylı X21 Xəstəxanasına getmişdir. Orada qaynanası Hicranın öldüyünü və oğlu Fizulinin 2 saylı uşaq xəstəxanasında olduğunu bilmişdir. Qaynanası öldüyü üçün o, 2 saylı uşaq xəstəxanasına getmişdir və orada uşağının səhhəti ilə maraqlanmışdır. Oğlunun səhhətinin yaxşı olduğunu öyrəndikdən sonra hadisə barədə maraqlandıqda Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2107 markalı avtomaşınla Ə.Rəfibəyli küçəsi ilə üzü Atatürk prospekti istiqamətində hərəkətdə olarkən yolun kənarı ilə hərəkət edən qaynanası Hicran və oğlu Fizulini vurduğunu və hadisə yerində qaynanasının öldüyünü öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, halhazırda Gəncə şəhər Baş Polis İdarəsinin, DYPŞ-nin YPX-nin inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs, X7 və Zərərçəkmiş şəxs tanımamışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində Gəncə şəhəri ərazisində Növbətçi hissədən zəng edərək X5 və Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı xəsarət alması və xəstəxanaya aparılması barədə məlumat vermişlər. Məlumatla bağlı soraqlaşdıqda həmin hadisənin Gəncə şəhəri Ə.Rəfibəyli küçəsində baş verdiyini öyrənmiş və hadisə yerinə getmiş, hadisə yerinə çatdıqda xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2107 markalı, ** CE *** dövlət nömrə nişanlı avtomaşınla Gəncə şəhəri Ə.Rəfibəyli küçəsi ilə Atatürk prospekti istiqamətində hərəkətdə olarkən həmin yolun üzü Atatürk prospekti istiqamətində sağ kənarı ilə hərəkət edən X7 və Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurduğunu bilmiş, hadisədən sonra Təqsirləndirilən şəxs piyadaları xəstəxanaya tibbi yardım göstərilməsi üçün aparmışdır. Sürücü hadisədən sonra tərəfindən tibbi müayinədən keçirilmiş və onun hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı avtomaşın Gəncə şəhəri Ə.Rəfibəyli küçəsində, Atatürk prospekti istiqamətində hərəkətdə olmuşdur.Hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, asfalt hissəsinin eni 12 metrdir. Ehtiyat hissəsi yoxdur. Hadisə eyrində tormoz izləri yoxdur. Hadisə yerində yolun hərəkət hissəsi düz olub asfalt üzəri quru və hamardır. Hadisə zamanı Vaz 21074 markalı, ** CE *** dövlət nömrə nişanlı avtomobildə yük və sərnişin olmamışdır. Vaz 21074 markalı, ** CE *** dövlət nömrə nişanlı avtomobil ön tərəfi ilə X7 vurmuş, yolun sağ tərəfində olan evin hasarına çırpılaraq dayanmışdır. Hadisə yerində maksimal sürət həddi 60 km-dir. Hadisə zamanı Vaz 21074 markalı, ** CE *** dövlət nömrə nişanlı avtomobilin sürət həddi 60 km olmuşdur. Hadisə zamanı avtomaşın Gəncə şəhəri Ə.Rəfibəyli küçəsində, Atatürk prospekti istiqamətində hərəkətdə olmuşdur. Baxış zamanı iş üzrə mühüm əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet götürülməmişdir. “Avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Vaz 21074 markalı, ** CE *** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomaşının ön sol tərəfinin yəni avtomaşının ön sol yarısının, ön sol qanadının, buferin sol hissəsinin, mühərikxananın kapotun zədələndiyini, müəyyən olundu.Baxış zamanı avtomaşının ön sağ hissəsində sağ qanadda əzik vardır. Baxış zamanı iş üzrə mühüm əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilmədi. Baxış aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, baş vermiş yol nəqliyyat hadisənin qeydə alındığı 1 ədəd diskdə olan görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixi saat 14:42-ni göstərərkən ağ rəngli avtomaşın Ə.Rəfibəyli küçəsi ilə H.Əliyev prospekti istiqamətində 2 nəfər piyada yolun sol kənarı ilə hərəkət edir. Həmin vaxt piyadalara əks istiqamətdə üzü Gəncə şəhəri Atatürk prospekti istiqamətində Vaz 2107 markalı ağ rəngli avtomaşın hərəkət edir. Həmin vaxt piyadalara təxminən 5-6 metr qalmış, Vaz 2107 markalı avtomaşının sürücüsü idarəetməni itirib öz hərəkət istiqamətində sağ tərəfə hərəkət edib həmin 2 nəfər piyadanı vurur. Gəncə şəhəri Nizami rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı VAZ 21074 markalı **-CE-*** dövlət nömrə nişanlı avtombil ilə hərəkət edən Niva markalı avtomobilin dövlət nömrə nişanını və həmin avtomobilin kimə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Həmin Niva markalı avtomobilin baş vermiş yol-nəqliyyat hadisəsində hər hansı iştirakı olmamışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 03 saylı rəyindən görünür ki, X1 sağ döş boşluğunda 1200 ml tünd-qırmızı rəngdə mayenin olması, döş qəfəsinin sağ tərəfində İİ-Vİİ qabırğaların döşyanı xətt üzrə, Vİİİ qabırğa isə onurğayanı xətt üzrə sınması, sağ ağciyərin cırılması, baş beyinin yumşaq toxumalarına sağ təpə nahiyəsində və baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə qansızma, sağ diz qapağının, sağ baldır, sağ çanaq sümüklərinin açıq sınıqları, sağ baldır, sağ bud nahiyələrinin və sağ əlin İİİ barmağın yaralanması, sağ əlin sıyrıqları, döş qəfəsinin arxa səthinin hematoması.Bu xəsarətlər həyatidir, bərk KÜT əşyanın /əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir.X1 ölümünə səbəb döş qəfəsinin qapalı küt travması nəticəsində qabırğaların sağ tərəfdə çoxsaylı sınması, sağ ağciyərin cırılmasından əmələ gələn ağır travmatik və hemorragik şok olmuşdur.X1 üzərində müəyyən edilmiş xəsarətlərin hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilər.X1 meyitindən götürülmüş qanın məhkəmə- kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 531 saylı rəyindən görünür ki,2013-cü il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və təqdim olunan tibbi sənədlərə əsasən nəticəyə gəlirəm: Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət- sağ qaş nahiyəsinin yarası- bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli 8/69 saylı rəyindən görünür ki, istintaq tərəfindən tədqim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2020-ci il tarixli 87/2020 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. AD N 410238 nömrəli Vaz 21074 markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin şəhadətnaməsinin sürətindən görünür ki, Vaz 21074 markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. ƏN İV N 653847 nömrəli etibarnamənin sürətindən görünür ki, xx.xx.2019-cu il tarixli etibarnamə ilə X3 21074 markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs adına xx.xx.2019-cu il tarixdə verilmiş reyestr nömrəsi ƏN İV N 653847 olan etibarnamə vardır. Etibarnamə xx.xx.2020-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X18 xx.xx.2020-ci il tarixli 313-1598- 1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə qərarın qanuniliyinin və əsaslığının yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşının faktiki sahibinin özü olması və avtomobilin yararsız hala düşməsi nəticəsində mddi ziyanın onun özünə vurulması nəzərə alınmış, Vaz 21074 markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşının Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin cərimə duracağına yerləşdirilmiş, hadisənin qeydə alındığı 1 ədəd disk iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı əlavə cəza olan nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-in 45-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin cərimə duracağına yerləşdirilmiş Vaz 21074 markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmalı, yol nəqliyyat hadisəsinin görüntülərinin əks olunduğu bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı xx xxxxxx 2020ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin cərimə duracağına yerləşdirilmiş Vaz 21074 markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılsın, yol nəqliyyat hadisəsinin görüntülərinin əks olunduğu bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X17 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar