Məhkəmə qərarları › İş №1(100)-150/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-150/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-150/2021 21.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X4 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 02 avqust 1986-cı ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 avqust 2020-ci il tarixdə saat 14 radələrində orta dərəcəli sərxoş vəziyyətində əvvəlcədən tanıdığı, aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs yaşadığı Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi ev 32-də yerləşən 7 nömrəli mənzilin pəncərəsinin qarşısına gələrək, sonuncu ilə bir qədər danışıb valideynlərinin evdə olmadığını bildikdən sonra, onunla zorla cinsi əlaqədə olmaq qərarına gəlmiş, bu niyyətlə ona pul verərək meyvə arağı almaq adı ilə sonuncudan dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən həmin mənzilin bağlı vəziyyətdə olan giriş qapısının açarını pəncərədən alaraq qapını açıb mənzilə daxil olmuş, əvvəlcə Zərərçəkmiş şəxs bir stəkan su istəmiş, lakin ona verilən suyu içməyərək yerə töküb stəkanı əlində sındırıb sağ əlin 3-4-cü barmaqlarının və sol əlin 1-ci barmağının səthi yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almış, daha sonra Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib onu mənzilin hamam otağına apararaq orada saçından tutub sifət nahiyəsinə sillə ilə vurub müqavimətini qırmış, zorakılıq hərəkətlərini davam etdirərək onun əynində olan qara rəngli şalvarı və ağ rəngli alt paltarını (tumanı) çıxartmış, daha sonra öz əynində olan göy rəngli şalvarı və göy rəngli alt paltarını (tumanı) topuğadək aşağı çəkmiş, bundan sonra Zərərçəkmiş şəxs iradəsi əleyhinə onunla zorla cinsi əlaqədə olmaq üçün davamlı olaraq cinsiyyət orqanını öncə onun sifət və ağız nahiyəsinə, daha sonra cinsiyyət orqanına və ətrafına sürtüb gərginləşdirdikdən sonra onu zorla arxası üstə yerə uzadıb, bu hərəkətləri ilə ona dərəcələri təyin edilməyən sol çiynin, sağ sağrı, sağ bud nahiyələrinin qançırları xəsarətləri yetirib müqavimətini qıraraq cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etmək istəyən zaman, gərginləşmiş cinsiyyət orqanı ilə Zərərçəkmiş şəxs cinsiyyət orqanına təzyiq göstərərkən onun qızlıq pərdəsində qansızma yaratmış, həmin vaxt evdə olan Zərərçəkmiş şəxs bacısı Şahid6 köməyə çağırdığı qonşuları Şahid1 və Şahid2 evin hamam otağına daxil olub Zərərçəkmiş şəxs yarıçılpaq vəziyyətdə kürəyi üstə yerdə uzandığını, Təqsirləndirilən şəxs də yarıçılpaq vəziyyətdə onun üzərində uzandığını görüb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərindən qalxmasını, hərəkətlərini dayandırmasını tələb etsələr də, sonuncunun onların bu tələbinə əhəmiyyət verməyib öz cinayətkar əməlini davam etmək istədiyinə əmin olduqdan sonra Şahid1 Təqsirləndirilən şəxs kürək nahiyəsindən tutub yuxarı qaldırmaq istəmiş, lakin gücü çatmadığından Təqsirləndirilən şəxs cinayət əməlinin qarşısını almaq üçün sonuncunun bədəninin müxtəlif nahiyələrinə sillə və yumruq, eyni zamanda sol gözünün alt nahiyəsinə yumruq zərbəsi vuraraq Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol göz ətrafının qançırı, döş qəfəsinin hematoması və qançırı, sağ və sol baldırın sıyrıqları xəsarətləri yetirmiş, bununla da hərəkətlərinin qarşısı alınmaqla hadisə yerindən uzaqlaşdırıldığından Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs ona qarşı zor tətbiq etməklə zorlamaqda ifadə olunan cinayət əməlini başa çatdıra bilməyib, onu zorlamağa, yəni onunla zorla cinsi əlaqədə olmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 28 avqust 2020-ci il tarixdə, səhər saat 10 radələrində tanışı, soyadını bilmədiyi Turan adlı şəxslə Daşkəsən şəhərində yerləşən adsız yeməkxanalardan birində yarım litrlik araq içmiş, sonra ikisi İsa adlı tanışlarını da götürüb birlikdə dağ tərəfdə çöllükdə 3 nəfərə yarım litrlik araq içmişlər. Sonra onlar şəhərə doğru hərəkət edərkən o, Aygüngilin evində çəkilmə araq və çaxır olduğunu eşitdiyi üçün, saat 13 radələrində İsa ilə Turandan ayrılmış, təklikdə Bakıda olan iş yoldaşına araq almaq məqsədilə əvvəldən yerini bildiyi Aygünün evinə getmişdir. O, həmin ünvana çatanda pəncərədə azyaşlı uşaqları görmüş, onlarda evlərində satılıq çəkilmə araq olubolmamasını soruşdur. Pəncərə qarşısında olan uşaqlar ona evlərində çəkilmə arağın olduğunu bildirmişlər. O da bloka girmiş birinci mərtəbədə sol qapını əli ilə döymüş, qapını Aygünün qızı Nərmin açmış, nə lazım olduğunu soruşduqda, o, Nərminə çəkilmə araq almaq istədiyini demişdir. Nərmin çəkmə araq olduğunu, atasının gətirdiyini deyib içəri otağa keçmişdir. O, içəri keçib dəhlizdə Nərmini 2-3 dəqiqə gözləmiş və təbii ehtiyacını ödəmək üçün ayaqyoluna girmişdir. Ayaqyolundan çıxanda qonşuluqda yaşayan, əvvəldən tanıdığı Cəmilə adlı qadın açıq olan qapıdan içəri keçib ona evdə nə etdiyini soruşmuş, o da cavabında Aygüngilin evində çəkilmə araq olduğunu, ona görə də almaq üçün gəldiyini demişdir. Cəmilə də ona onsuz da içkili olduğunu, yenidən niyə araq almaq istədiyi soruşmuşdur. O da Cəmiləyə arağı başqa adama almaq istədiyini izah etmək istəməyib evdən çıxıb getmişdir. On dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərdi ki, 28 avqust 2020-ci il tarixdə yaşadığı evin pəncərəsinin qarşısında olan zaman məhəllə sakini Təqsirləndirilən şəxs həmin pəncərənin qarşısında dayanaraq ona baxdığını görmüş, Samir ona evin qapısını açmasını demişdir. O, Samirə valideynlərinin evdə olmadığını, buna görə də evin qapısını açmayacağını deyib, həmin yerdən çıxıb getməsini tələb etmişdir. Lakin, bu zaman Samir cibindən 1 manat pul çıxararaq, həmin pulu ona uzadaraq meyvə arağı alacağını qapını açmasını demişdir. Bundan sonra o evin dəhlizində olan kartof yeşiyinin altındakı açarı götürərək pəncərədən Samirə vermiş, Samir həmin açarla qapını açaraq mənzilə girmişdir. O, açarı Samirə verən zaman bacısı Yaqut ona açarı Samirə verməməsini demiş, lakin o, bacısına qulaq asmamışdır. Samir yaşadığı mənzilə daxil olarkən azyaşlı qardaşı Abbas, azyaşlı bacıları Aytac və Yaqut onun yanında olmuş, Samir onun qardaş və bacılarını digər otağa saldıqdan sonra ondan bir stəkan su istəmiş, o, mətbəxdən Samirə bir stəkan su gətirmiş, lakin Samir həmin suyu içməyərək stəkanı əlində sındıraraq yerə atmış və onu zorla əlindən tutaraq hamam otağına aparmışdır. Onlar hamam otağına girdikdən sonra Samir onu yerə yıxmağa çalışmış, lakin o, Samirə müqavimət göstərərək əlindən çıxıb, hamamdan çölə qaçmaq istəmiş, Samir sərxoş vəziyyətdə onun saçından tutaraq onu hamamın ortasına gətirmişdir. Daha sonra onun əynində olan qara rəngli şalvarı və şalvarın altındakı alt paltarını (tumanı) çıxartmışdır. Həmin şalvarın və alt paltarının sağ tayı ayağında qalmış, sol tayı isə ayağından çıxmışdır. Bundan sonra Samirin özü də şalvarının qabağını açaraq alt paltarı ilə birlikdə topuğadək aşağı çəkmiş, bu zaman o Samirin cinsiyyət orqanını görmüşdür. Həmin vaxt Samirə onu buraxmasını yalvararaq hamamda ürəyinin sıxıldığını demişdir. Lakin, Samir onu buraxmayaraq hərəkətlərinə davam etmiş və əli ilə onun saçından tutub başını aşağı edərək cinsiyyət orqanını köynəyin üzərindən sinə nahiyəsinə, boğazına və ağzına sürtməyə başlamışdır. O geri durmaq istəsə də, Samir əli ilə saçını tutduğu üçün başında ağrı hiss etmiş və geriyə çəkilə bilməmişdir. Ağrıdan qışqırdıqda isə Samir əli ilə ağzını tutaraq qışqırmamasını tələb etmişdir. Samir cinsiyyət orqanını dəfələrlə ağzına sürtmüş, o ağzını möhkəm sıxdığı, eləcə də başını sağa-sola hərəkət etdirdiyi üçün Samir cinsiyyət orqanını onun ağız boşluğuna yeridə bilməmişdir. Bundan sonra Samir sağ əlinin ovuc hissəsini tüpürcəyi ilə islatdıqdan sonra həmin əlini aşağı nahiyəyə aparıb cinsiyyət orqanını oxalamış, yuxarı aşağı hərəkət etdirmiş, təxminən 1 dəqiqəyə yaxın cinsiyyət orqanını əli ilə yuxarı aşağı hərəkət etdirdikdən sonra onu saçından tutaraq kürəyi üstə uzanmağa məcbur etmişdir. O, həmin vaxtı qorxudan əsərək qışqırmış, Samirdən onu buraxması üçün yalvarmış, lakin Samir hərəkətlərini davam etdirərək sağ əli ilə ağzını tutub, onu qışqırmağa qoymamışdır. O, hamamda kürəyi üstə yerdə uzanan zaman Samir təkrarən cinsiyyət orqanını əynində olan köynəyin üzərindən sinə nahiyəsinə, daha sonra isə ağız nahiyəsinə sürtməyə, eləcə də sol əli ilə cinsiyyət orqanının dodaqlarını sığallamağa başlamışdır. Samir təxminən iki dəfə cinsiyyət orqanını onun ağız boşluğuna salmağa cəhd etsə də, o, buna imkan verməmiş, bundan sonra Samir onun sinəsinin üzərindən aşağı sürüşmüş və əli ilə cinsiyyət orqanını onun cinsiyyət orqanına zaman Samir sillə ilə onun sifətindən vuraraq səsini kəsməsini tələb etmişdir. O, ağlayaraq qışqırıb ətrafdan kömək istəmiş, bu zaman Samir onu zorlamaq üçün güclə irəli hərəkət edərək sərtləşmiş cinsiyyət orqanını onun cinsiyyət orqanına yerləşdirməyə çalışmışdır. Həmin vaxtı o, cinsiyyət orqanında yaranmış şiddətli ağrıya dözə bilməmiş, azyaşlı bacısı Yaqutun isə evin dəhlizində ağladığını, hamamın qapısını açmağa çalışdığını görmüşdür. Lakin, Samir qapını möhkəm örtdüyü üçün Yaqut qapını aça bilməmişdir. Samir hamamda təxminən, 10-15 dəqiqə ərzində onunla cinsi əlaqədə olmağa çalışarkən, qəflətən hamamın qapısının açıldığını, qonşuluqda yaşayan Şahid2 və Şahid1 hamama daxil olduqlarını görmüşdür. O, yalvararaq həmin şəxslərdən kömək etmələrini, onu Samirin əlindən almalarını istəmiş, bundan sonra Şahid1 Samirin kürək nahiyəsindən tutaraq sonuncunu özünə dartmışdır. Şahid1 və Şahid2 Samirin ünvanına kobud söyüşlər söyərək onun sifətinə tüpürmüş, eyni zamanda Şahid1 onu xilas etmək üçün sillə və yumruqla Samirin sifət və təpə nahiyəsinə zərbələr endirmişdir. Bu zaman o ayağa duraraq Şahid1 arxasına keçib, ondan kömək etməsini istəmiş, həmin vaxtı Samir isə bir qədər əvvəl soyunduğu qara rəngli şalvarı geyinərək evdən çölə qaçmışdır. Şahid2 və Şahid1 isə Samirin arxası ilə gedərək onu tutmağa çalışan zaman Dürrə “qoymayın ay camaat, uşaq zorlayanı tutun” deyə qışqırmışdır. Təxminən 3-4 dəqiqə sonra o, evin dəhlizində yarıçılpaq vəziyyətdə ayaqüstə dayanan zaman, ikinci mərtəbədə yaşayan qonşusu Əminə Cəfərova mənzilə daxil olmuş və onu həmin vəziyyətdə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş (azyaşlı) Şahid6 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə vermiş olduğu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzdən tanıyır. 28 avqust 2020-ci il tarixdə həmişəki kimi anası və atası evdə olmadıqları üçün evin giriş qapısı arxadan kilidli olmuşdur. Həmin gün o, qardaşı Abbas və bacısı Aytacla yataq otağında olanda digər bacısı Nərmin isə evin mətbəx otağının pəncərəsinin qarşısında dayanaraq çölə baxmış, həmin vaxtı Nərminin Samirlə söhbət etdiyini eşitmişdir. Onlara qulaq asarkən bacısı Nərminin Samirə valideynlərinin evdə olmadıqlarını və getməsini dediyini eşitmişdir. Lakin, 5 dəqiqə sonra Nərminin pəncərənin qarşısından çəkildiyini və mənzilin giriş qapısının yanındakı kartof yeşiyinin altından ikinci açarı götürdüyünü görmüşdür. O, Nərminin mənzilə məxsus giriş qapısının açarını Samirə verəcəyini düşünürək açarı Samirə verməməsini demiş, lakin, Nərmin ona qulaq asmayaraq həmin açarı mətbəxin pəncərəsindən Samirə vermiş, təxminən 1-2 dəqiqə sonra Samir Nərminin ona verdiyi açarla mənzilin giriş qapısını açaraq evə daxil olmuşdur. Samir yaşadıqları mənzilə daxil olan zaman o, bacısı Nərmin, Aytac və qardaşı Abbas onu görmüşlər. Samir onları digər otağa salmış onlarda həmin otaqda qalmışlar. Samirin hərəkətlərindən sərxoş olduğu hiss olunmuş və onun hərəkətlərindən çox qorxmuşdur. Bundan sonra o, bacısı Aytac və qardaşı Abbasla birlikdə yataq otağına keçmişlər. Otağa keçəndən təxminən 5 dəqiqə sonra mənzilin hamam otağından bacısı Nərminin qışqırtı səslərinin gəldiyini eşitmiş, dərhal yataq otağından çıxaraq həmin səs gələn hamam otağına tərəf getmiş, həmin vaxt Nərmin qışqıraraq və ağlayaraq Samirdən onu buraxması üçün yalvarmışdır. O, hamamın qapısını açaraq içəri daxil olmaq istəsə də, qapını aça bilməmiş, bacısı Nərmin hamam otağında qışqırıq və ağlayış səslərinə dözə bilməyib ağlamış və qapını var gücü ilə itələyərək açmağa çalışmış, ancaq qapını açmağa gücü çatmamışdır. Həmin vaxtı qorxduğu və həyacanlı olduğu üçün nə edəcəyini bilməmiş, bu zaman mənzilin mətbəx otağında olan pəncərə tərəfə qaçaraq qonşulardan kömək istəmiş, pəncərədən çölə baxan zaman qonşuluqda yaşayan azyaşlı Zeynəb və Fatimənin çöldə oynadıqlarını görüb ağlayaraq onlara bacısı Nərminin hamam otağında Samir tərəfindən döyüldüyünü və kömək etmələrini istəmişdir. Zeynəb və Fatimənin oradan qaçdıqlarını görüb təkrar hamam otağının qarşısına qaçaraq qapını açmağa çalışmış, lakin qapını açmağa gücü çatmamışdır. Nərmin isə ağlayaraq “kömək edin” deyə qışqırmışdır. Təxminən, 7-8 dəqiqə sonra yaşadıqları mənzilə qonşuluqda yaşayan Şahid1 və Şahid2 daxil olmuşlar. Şahid1 hamam otağının qapısını itələyərək açmış, o, həmin vaxtı geridə dayanaraq nə olduğunu görməyə çalışmış, həmin vaxtı Nərminin yarıçılpaq halda kürəyi üstə yerdə, Təqsirləndirilən şəxs də yarıçılpaq halda bacısının üzərində uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bu zaman Şahid1 Samirin kürək nahiyəsindən tutaraq onu ayağa qaldırmış, bundan sonra bacısı Nərmin də çətinliklə ayağa durmuşdur. Həmin vaxtı Nərminin üzündə qızartılar, bədənində isə sıyrıqlar olmuş, ayaq üstdə zorla dayanmışdır. Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs üzünə söyüşlər söyərək sonuncunun sifətinə tüpürmüşlər. Eyni zamanda Şahid1 Nərmini xilas etmək üçün sillə ilə Samirin sifət və təpə nahiyəsindən vurmuşdur. Bu zaman Samir Şahid2 və Şahid1 “sağol ay xala, allah canını sağ eləsin” demiş, Şahid1 isə Samirəyə “boyunu yerə soxum, axmağın biri axmaq, adam da azyaşlı körpəyə belə edərmi” demişdir. Samir bundan sonra topuğadək olan alt paltarı və şalvarını yuxarı çəkib hamam otağından çıxıb evdən qaçmış, Şahid2 və Şahid1 isə onun arxası ilə qaçmışlar. Eyni zamanda Şahid2 “qoymayın ay camaat, uşaq zorlayan qaçır” deyə qışqırmış, lakin Samir arxasına baxmadan qaçmışdır. O, bacısına yaxınlaşaraq onu sakitləşdirməyə çalışmış, bir neçə dəqiqə sonra üst mərtəbədə yaşayan qonşuları Şahid3 da yaşadıqları mənzilə daxil olmuş, nə baş verdiyini soruşduqda, olanlar barədə ona danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs tanıyır. Təxminən iki il olar ki, onun anası Qanuni nümayəndə qonşuluqda yaşayan Şahid2 qardaşı Ayazın evində kirayədə yaşamağa başlamışdır. Belə ki, 28 avqust 2020-ci il tarixdə yaşadığı binanın qarşısında kürədə çörək bişirən zaman, qonşusu Dürrə də onun yanında olmuş və söhbət etmişlər. Təxminən saat 14:15 dəqiqədə qonşuluqda yaşayan Zülfiyyənin qızı Zeynəb və nəvəsi Fatimə qaçaraq yanlarına gəlib, Qanuni nümayəndə yaşadığı evin pəncərəsindən sonuncunun azyaşlı qızı Yaqutun ağlayaraq bacısı Nərminin hamamda döyüldüyünü söyləmişlər. O, Dürrəyə baxaraq həmin mənzilıin qardaşı Azərə məxsus olduğunu, həmin evdə xoşagəlməz hadisə olsa qardaşı Ayazın narahat olacağını söyləyib, dərhal Aygünün yaşadığı mənzilə gedərək nə baş verdiyini öyrənməsini istəmiş, lakin, Dürrə tək getməkdən qorxduğu üçün həmin mənzilə birlikdə getmələrini təklif etmişdir. Bundan sonra o, Dürrə ilə birlikdə Aygünün yaşadığı mənzilə yollanmış, Qanuni nümayəndə yaşadığı mənzilinin giriş qapısına yaxınlaşan zaman içəridən azyaşlı qızın qışqırtısını eşitmişlər. Həmin vaxtı mənzilin giriş qapısı aralı vəziyyətdə olmuş, o, Dürrə ilə birlikdə həmin mənzilə daxil olmuşdur. Səsi dinləyən zaman həmin səsin hamamdan gəldiyini müəyyən etmiş, bundan sonra hamamın qapısını açmaq istəmiş, lakin hamamın qapısı möhkəm örtüldüyü üçün açılmamışdır. İçəridən isə Nərminin “qoymayın, kömək edin” deyə qışqırtı və ağlayış səsləri gəlmiş, bu zaman o, həmin səsə dözə bilməyib var gücü ilə həmin qapını itələmiş, bundan sonra hamamın qapısı açılmışdır. Bu zaman o, Aygünün azyaşlı qızı Zərərçəkmiş şəxs yarıçılpaq vəziyyətdə kürəyi üstə yerdə uzandığını, Daşkəsən şəhər sakini, Mirhəmidin oğlu Samirin də yarıçılpaq vəziyyətdə Nərminin üzərində uzandığını görmüşdür. Həmin vaxtı Samirin Nərmin ilə cinsi əlaqədə olmağa çalışdığını, yəni həmin vaxt Samirin cinsiyyət orqanının Nərminin cinsiyyət üzvündə olduğunu görmüşdür. O, dərhal Samirin kürək nahiyəsindən tutaraq onu özünə tərəf çəkib Nərminin üstündən aralamaq istəmiş, Samirin qalxmadığını görüb Nərmini xilas etmək üçün sonuncunun ünvanına söyüşlər söyərək, sifət nahiyəsinə tüpürmüş, Samirin bədəninin müxtəlif, o cümlədən sifət və təpə nahiyəsindən sillə və yumruq zərbələri ilə vurmağa başlamışdır. Bu zaman Samir Dürrəyə və ona “sağol ay xala, allah canını sağ eləsin” deyə sözlər demiş və topuğadək olan alt paltarını (tumanı) və şalvarını cəld yuxarı çəkərək əynini geyinmiş, daha sonra isə hamamdan çıxaraq evdən uzaqlaşmağa başlamışdır. O, və Dürrə Samirin arxası ilə qaçaraq onu tutmağa çalışmışlar. Nərmin də çətinliklə ayağa qalxmışdır. Həmin vaxtı Nərmin ayaq üstə zorla dayanmış, qorxudan bütün bədəni əsmişdir. Eyni zamanda onun sifətində qızartı, bədənində isə sıyrıqlar olmuşdur. Samirin isə hərəkətlərindən ağır dərəcəli sərxoş olduğunu müəyyən etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəsini özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 28 avqust 2020-ci il tarixdə təxminən saat 14:20 dəqiqədə yaşadığı evdə olan zaman Qanuni nümayəndə evindən Şahid2 “ay camaat qoymayın, uşaq zorlayan qaçır” deyə qışqırtısını eşidib dərhal evdən çıxaraq pilləkənlərlə Aygünün evinə yollanmış, pilləkənlərdə olan zaman məhəllə sakini Samirin həmin evdən təlaşlı şəkildə qaçdığını və şalvarının qarşısını bağladığını görmüşdür. Onun arxasınca isə Samirin arxasınca məhəllə sakinləri Dürrə və Cəmilənin qaçdığını görmüşdür. Daha sonra isə ona Samirin azyaşlı Nərmini zorlamağa cəhd etdiyi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 28 avqust 2020-ci il tarixdə gündəlik dislokasiya üzrə xidmətini Daşkəsən şəhəri İcra Hakimiyyətinin qarşısında xidmət yoldaşı Samirlə birlikdə həyata keçirərkən, təxminən saat 14:45 radələrində şəhər sakini kimi əvvəldən tanıdığı Şahid2 çox təlaşlı halda yaxınlaşıb ona qonşuluqda yaşayan Qanuni nümayəndə azyaşlı qızı Zərərçəkmiş şəxs yaşadığı evdə şəhər sakini Mirhəmidin oğlu Samir tərəfindən zorlandığını, Nərmini Samirin əlindən Şahid1 ilə birlikdə aldığını demişdir. Bundan sonra o və Samir dərhal piyada həmin ev istiqamətdə hərəkət edib yolda olan zaman Daşkəsən rayon polis şöbəsinin növbətçi hissəsinə bu barədə məlumat vermişlər. Azyaşlı Zərərçəkmiş şəxs yaşadığı mənzilin qarşısına çatan zaman mənzilin giriş qapısının açıq olduğunu görüb mənzilə daxil olduqda isə həmin vaxtı orada Nərminin özü, azyaşlı bacısı və 2 azyaşlı qardaşları da olmuşdur. Nərmin ayaqüstə dayanmış, ağlamaqdan gözlərinin içərisi qıp-qırmızı olmuşdur. O, Nərmindən nə baş verdiyini soruşduqda, Nərmin ona saat 14 radələrində yaşadığı evdə olan zaman sonradan tanıdığı Samir adlı şəxsin onu aldadaraq evə daxil olduğunu, daha sonra onu zorla hamam otağına apardığını, orada onunla zorla cinsi əlaqədə olmağa çalışdığını söyləmişdir. Bir qədər keçdirkdən sonra həmin yerə polis əməkdaşları gəlmiş və Nərmini izahat verməsindən ötrü rayon polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək onun ifadəsini özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, o, hadisə olan vaxt evdə olmamışdır. Hərbçi olan əri də işdə olmuşdur. Mart ayının 17-si balaca oğlu yanıq xəsarətləri aldığından hadisə olan gün o, uşaqlarını evdə qoyub qapını çöldən açarla bağlayaraq aptekdən dərman almağa getmişdir. Bir müddət keçdikdən sonra ona polis əməkdaşları zəng edib Samirin onların evlərinə girdiyi barədə məlumat vermişlər. O da bu barədə eşidən kimi dərhal evə qayıtmış və evə çatdıqda artıq Samirin onların evlərində olmadığını və qızı Nərminin də polislər tərəfindən şöbəyə aparıldığını görmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 28 avqust 2020-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri iş üzrə Zərərçəkmiş şəxs kirayədə yaşadığı Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, ev 32-də yerləşən 7 nömrəli mənzilin hamam otağıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 28 avqust 2020-ci il tarixli 117 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcə sərxoşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Ərazi Bölmələrini İdarəetmə Birliyi Daşkəsən rayon Mərkəzi Xəstəxanasının 28 avqust 2020-ci il tarixli, 984 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2020-ci il tarixdə müayinə, müalicə və müşahidə də olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi Publik hüquqi şəxsin 28 avqust 2020-ci il tarixli, 243 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulmadığı müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, müayinə zamanı Zərərçəkmiş şəxs qızlıq pərdəsində qansızma aşkar olunmuşdur, həmin qansızma bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, eyni zamanda həmin qansızma cinsi əlaqəyə cəhd zamanı gərginləşmiş kişi xarici cinsiyyət üzvünün təsirindən əmələ gələ bilər və əmələ gəlmə müddəti 28.08.2020-ci il tarixə uyğundur. Zərərçəkmiş şəxs üzərində aşkar edilən xəsarətlər, yəni sol çiynin, sağ sağrı, sağ bud nahiyələrinin qançırları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 1-2 gündür və sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 oktyabr 2020-ci il tarixli, 3/1090 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus idman şalvarının üzərində olan zədənin(izin) hər hansı bərk predmetin üzərində sürtünməsi, sürünməsi və Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində olan zədənin isə fiziki qüvvənin təsirindən yaranması mümkündür. Lakin bu cür zədələrin yaranma xarakterini nəzərə almaqla, onların yaranma mexanizmini kriminalistik tədqiqatla müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş digər paltarların üzərində hər hansı bir mexaniki zədə aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2020-ci il tarixli, 6/1874 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən idman şalvarının və alt tumanının üzərindən tapılmış mavi rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs cins şalvarının tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olması qeyd olunan paltarlar üzərində Zərərçəkmiş şəxs məxsus olması qeyd edilən paltarların tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus olması qeyd olunan dırnaq nümunələri üzərində lif mikrohissəcikləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi Publik hüquqi şəxsin 26 oktybar 2020-ci il tarixli, 1655 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsiyyət üzvündə cinsi əlaqəyə mane ola biləcək hər hansı bir səbəb (patologiya, deformasiya, çapıq toxuması) aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi Publik hüquqi şəxsin 22 oktyabr 2020-ci il tarixli, 45 saylı ekspert rəyindən görünür ki, hadisə yerindən götürülməklə ekspertizaya təqdim olunmuş stəkan qırıntıları üzərində olan qan ləkələri O (İ) alfa-beta olduğundan Təqsirləndirilən şəxs məxsus ola bilər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 22 oktyabr 2020-ci il tarixli, 586/265 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərəkən emosional halından asılı olaraq əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə ümqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuş və cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi Publik hüquqi şəxsin 13 noyabr 2020-ci il tarixli, 558 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxsb arxa keçəcəyində qeyritəbii yolla cinsi əlaqəni göstərən əlamətlər aşkar edildi. Arxa keçəcək nahiyyəsində xəsarət və ya xəsarət izi aşkar edilmirsə müddət haqqında fikir söyləmək olmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 22 oktyabr 2020-ci il tarixli, 586/265 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərəkən emosional halından asılı olaraq əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə ümqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuş və cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi Publik hüquqi şəxsin 20.09.2020-ci il tarixli, 250 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş sol göz ətrafının qançırı, döş qəfəsinin hematoması və qançırı, sağ əlin 3-4-cü barmaqlarının, sol əlin 1-ci barmağının səthi yaraları, sağ və sol baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 28.08.2020ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Həmin xəsarətlərin yumruq zərbəsi nəticəsində yaranması mümkündür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Tibbi ərazi bölmələrini idarəetmə birliyi “Daşkəsən rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 12 noyabr 2020-ci il tarixli 233 nömrəli məktubundan görünür ki, İsayev X3 şəhər poliklinikasında narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının 31 avqust 2020-ci il tarixli 17/39-3994 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2020-ci il tarixdə 2 saylı İstintaq təcridxanasına etap olunmuş, ona tibbi baxış keçirilən zaman onun sol gözünün altında bir ədəd tünd göy qançır izi, sol saidin içəri səthində çox saylı, hər iki baldırın ön səthində çox saylı, sağ əlin üstündə çox saylı sıyrılmış, qərtmək bağlamış bağlamış yaralar, sol qoltuqaltı nahiyyədə bir ədəd göy bənövşəyi qançır izləri aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daşkəsən rayon İcra Hakimiyyəti Daşkəsən şəhər Kommunal-Müəssisələri kombinatının 21 oktyabr 2020-ci il tarixli 1790 nömrəli arayışından və 257 nömrəli xasiyyətnaməsindən görünür ki, İsayev X3 şəhəri, İ.Qayıbov küçəsi, bina 30, mənzil 18 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 29 avqust 2020-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan və Daşkəsən rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 15 sentyabr 2020-ci il tarixli tələbnamədən və Daşkəsən rayon Məhkəməsinin 08 fevral 2016-ci il tarixli və 17 may 2017-ci il tarixli hökmlərindən görünür ki, İsayev X3 rayon Məhkəməsinin 08 fevral 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, 17 may 2017-ci il hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi əsasında təyin edilmiş 3500 manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası CM-nin 44.4-cü maddəsinə əsasən aylıq qazancının 20 faizi dövlət nəfhinə tutulmaqla 1 il müddətinə islah isləri ilə əvəz edilmiş, 10 yanvar 2019cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya yəni aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edildiyindən ona residivə görə cəza təyin edilə bilməz. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Daşkəsən Rayon İcra və Probasiya şöbəsinin 22 oktyabr 2020-ci il tarixli, 172006/2020 nömrəli məktubundan görünür ki, 24.01.2018-ci il tarixli 05 saylı əmrlə məhkum İsayev X3 şəhər Kommunal-X2 təmizli sahəsində fəhlə kimi işə qəbul edilmiş və ona təyin edilmiş qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasını 10.01.2019-cu il tarixdə çəkib qurtarmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edərək yəni onunla zorla cinsi əlaqədə olmağa cəhd etmə cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və şahid ifadələri, hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan çoxsaylı ekspertiza rəyləri və cinayət işinin yuxarıda şərh edilən dəlilləri ilə tam olaraq sübut olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsinə münasibətdə özünü təqsirli bilməyərək zərərçəkmiş şəxslə nəinki zorla, ümumiyyətlə cinsi əlaqədə olmağa cəhd etməməsinə dair ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətinin protokoları, çoxsaylı ekspertiza rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Beləliklə, məhkəmə, işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayaraq hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd olunan cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Qüvvədə olan qanunun mənasına görə Azərbaycan Respublikası CM-nin 29-cu maddəsində nəzərdə tutulmuş cinayət etməyə cəhd o zaman mövcud olur ki, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl, şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmır, şəxsin məhz arzu etdiyi nəticə meydana gəlmir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,149.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarından görünür ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.3.3-cü maddəsinin sanksiyanın yuxarı həddi 15 ildir və Təqsirləndirilən şəxs cinayət etməyə cəhdə görə təqsirləndirildiyindən Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin və Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə görə ona bu maddə ilə 15 ilin dörddə üç hissəsi olan 11 il 3 ayın dörddə üçü olan 8 il 5 ay 7 gündən artıq azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2. və 158.6-cı maddəsində də birbaşa göstərilir ki, «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin yuxarıda şərh edilən tələblərini rəhbər tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı məhkəməyədək icraat zamanı tutulub həbsə alındığı gündən yəni 29 avqust 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 218,46 (iki yüz on səkkiz manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Daşkəsən rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs əynində olan bir ədəd sağ və sol yan tərəfində cibləri, sağ yanında əlavə cib və arxa tərəfində iki ədəd cibləri olan, göy rəngli, “Gucci” markalı kişi cins şalvarı, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli, üzərində qara və sarı rəngli buta təsviri olan azyaşlı qız tumanı, bir ədəd qara rəngli, hər iki yanında cibləri olan, azyaşlı qadın idman şalvarı və stəkan qırıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.3.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 8 (səkkiz) il 5 (beş) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 avqust 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Daşkəsən rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs əynində olan bir ədəd sağ və sol yan tərəfində cibləri, sağ yanında əlavə cib və arxa tərəfində iki ədəd cibləri olan, göy rəngli, “Gucci” markalı kişi cins şalvarı, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli, üzərində qara və sarı rəngli buta təsviri olan azyaşlı qız tumanı, bir ədəd qara rəngli, hər iki yanında cibləri olan, azyaşlı qadın idman şalvarı və stəkan qırıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 218,46 (iki yüz on səkkiz manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar