Məhkəmə qərarları › İş №1(100)-150/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-150/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-150/2022 16.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X13 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Elpərəst Hüseynov küçəsi, döngə 3-də pasport qeydiyyatında olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin yazında Şəmkir rayonu Dəllər Cırdaxan kəndi ərazisində kolluq sahədə qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda 12 (on iki) ədəd, narkotik tərkibli çətənə (kannabis) bitkilərini torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya edərək həmin bitkilərdən 3498.177 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində daşıyaraq işlədiyi Şəmkir rayonu Dəllər Cırdaxan kəndində yerləşən fermada yatdığı çarpayının altında saxlamış, 23 fevral 2021-ci il tarixdə həmin narkotik vasitdən 8.177 qramını tanışı Şəmkir şəhər sakini Şahid7 hədiyyə olaraq vermiş, 25 fevral 2021-ci il tarixdə saat 17 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən Şahid7 yaşadığı Şəmkir şəhəri, M.B.Qasımov küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə dəvət olunub üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki cins şalvarın sol yan cibindən 14 ədəd dəftər vərəqi kəsikləri bükümündə və 2 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 8,177 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat axtarış tədbirləri nəticəsində 25 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq Şəmkir rayon polis şöbəsinə dəvət olunub üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 3.441 qram, 01 ədəd kağız bükümdə təmiz çəkisi 2.036 qram, 01 ədəd “Parlament” markalı siqaret qutusunda təmiz çəkisi 5.981 qram narkotik vasitə olan qurudulmuş marixiana aşkar edilərək götürülmüş, 26 fevral 2020-ci il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs işlədiyi fermaya baxış keçirilərkən onun yatdığı çarpayının altından sellofan torbada olan Şahid7 hədiyyə olaraq verdiyi narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni xassəli və eyni tərkibli 3490 qram çəkidə Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixatrop maddələrin miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixatrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş narkotik vasitə olan qurudulmuş marixuana, eyni zamanda həmin fermanın yaxınlığnda olan kolluq sahəyə baxış keçirilərkən Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 12 (on iki) ədəd çətənə(kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 25 fevral 2021-ci il tarixdə Şəmkir şəhərində Şahid7 evinə narkotik vasitə almaq üçün getmiş və Rahildən narkotik vasitə olan marixuana aldığı vaxt elə onun evində də polis əməkdaşları tərəfindən tutulmuşdur. O, tutulduqdan sonra polis şöbəsinə gətirilmiş və şöbədə ona Rahilə onun narkotik vasitəni satmasını bildirdiyi təqdirdə işinin yüngül olacağı deyilmişdir. O, buna inanaraq polis əməkdaşlarının dediyi kimi Rahilə narkotik vasitəni onun hədiyyə verdiyini bildirmişdir. Sonra polis əməkdaşları ona təyziq edib əlavə olaraq 3490 qram çəkidə narkotik vasitə gətirib onu da boynuna götürməsini bildirmişlər. O, işinə köməklik olacağını fikirləşib polis əməkdaşları ilə razılaşmış və polis əməkdaşları, müdafiəçi və o, onun işlədiyi fermaya getmişlər. Polis əməkdaşları özləri həmin 3490 qram narkotik vasitəni fermada yaşayış üçün olan otağa qoymuş, sonra isə ona həmin narkotik vasitəni göstərib ona məxsus olmasını bildirməsini demişlər. O, polis əməkdaşlarının dediyi kimi etmiş və fermadan aşkarlanan narkotik vasitə olan marixuananın da ona məxsus olmasını bildirmişdir. Onun üzərinə 4 kiloya yaxın narkotik vasitə qoyulduqdan sonra polis əməkdaşları ona hardasa yabanı halda bitən marixuana yeri bilirsə işinin yüngül olması üçün narkotik vasitəni ordan yığdığını göstərməsini bildirmişlər. O da polis əməkdaşlarına bibisi oğlu Elsevərin tutulmamışdan əvvəl əkin yerində marixuana əkildiyi yerin olduğunu bildirmiş və polis əməkdaşlarına guya fermada tapılan marixunanı həmin kollardan yığdığını göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs onun fermasına polis əməkdaşları tərəfindən qoyulmuş 3490 qram narkotik vasitənin onunla birlikdə 2 saylı İstintaq Təcridxanasında saxlanılan X4 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində olan maddi sübut olduğunu, polis əməkdaşlarının onu tutarkan Gəncə şəhər Baş Polis İdarəsinə zəng vuraraq həmin narkotik vasitəni tələb etdiyini və daha sonra onu aparıb fermaya qoyduqlarını, hər iki iş üzrə yalnız bir maddi sübutun mövcud olduğunu bildirdi. Məhkəmə iclasından fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. X14 rayonu Dəllər-Cırdaxan kəndi ərazsində yerləşən fermasında fəhlə kimi işləmişdir. Təxminən iki il olar ki, narkotik vasitə qəbul edir. Narkotik vasitəni əsasən siqaretə dolduraraq istifadə etmişdir. Bir dəfə narkotik vasitə istifadə etdiyi zaman onun içərisindən çıxan toxumları toplayaraq özündə saxlamışdır. 2020-ci ilin yazında həmin narkotik vasitənin toxumlarını fermanın yaxınlığında olan kolluq sahənin içərisində əkmişdir. Onun əkdiyi toxumlardan 12 ədədi bitərək böyümüşdür. O, həmin bitkilərə böyüməsi üçün qulluq edib, diblərini yumşaldaraq, suvarmışdır. 2020-ci ilin oktyabr ayında həmin bitkilərin yararlı hissələrini toplayaraq həmin yerdə günün altına sərərək qurutmuş və özü istifadə etmək üçün bir ədəd sellofan torbaya dolduraraq fermanın içərisində yatdığı çarpayının altında saxlamışdır. O, həmin narkotik vasitədən hərdən bir qədər götürərək istifadə etmişdir. Çox vaxtı tanışı olan Rahillə bir yerdə çəkmişdir. Bir dəfə Rahil ondan özü qəbul etmək üçün narkotik vasitə istədiyindən 23 fevral 2021-ci il tarixdə o kağıza bükülmüş formada narkotik vasitəni Rahilə vermişdir. Rahilin həmin narkotik vasitəni neylədiyini bilməmişdir. Rahilə həmin narkotik vasitəni hədiyyə olaraq vermiş və bunun müqabilində Rahildən heç nə istəməmişdir. 25 fevral 2021-ci il tarixdə o Rahilgilin küçədə Rahil və Rahilin qohumu İqballa birlikdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq onları polis şöbəsinə dəvət etmişlər. Onlar heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində fasiləsiz videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmasına başlanmış və ona müdafiəçilərin siyahısı təqdim olunmuş, o müdafiəçi tutmaq imkanının olmadığını bildirdikdə müdafiəçi Xalidə İsayeva ona dövlət hesabına müdafiəçi təyin edilmiş və ona üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunduqda o üzərində olan bir kibrit qutusunda, bir ədəd bükümdə və bir ədəd siqaret qutusunda özü qəbul etmək üçün saxladığı narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə tərəzidə çəkildikdə 6.6 qram, 5.7 qram və 1 qram olmuşdur. Bu barədə protokol tərtib olunmuş, o da protokolla tanış olduqdan sonra imza etmişdir. Bundan sonra o Rahilə verdiyi narkotik vasitədən bir qədərini Rahilin kiməsə satdığını, eyni zamanda Rahilin üzərindən də onun verdiyi narkotik vasitə aşkar olunduğunu bilmişdir. Ondan əlavə narkotik vasitə olub olmaması soruşulduqda o, fermada narkotik vasitə saxladığını və həmin narkotik vasitəni də əkdiyi bitkilərdən əldə etdiyini bildirmişdir. Bundan sonra 25 fevral 2021-ci il tarixdə polis əməkdaşları və müdafiəçisi ilə birlikdə fermaya baxış keçirilərkən orada onun yatdığı çarpayının altından saxladığı sellofan torbada olan narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə tərəzidə çəkildikdə 3545 qram olmuşdur. Bundan sonra o, 26 fevral 2021-ci il tarixdə narkotik tərkibli bitkini də əkdiyi yeri göstərmişdir. Həmin yerə də baxış keçirilərkən onun əkdiyi bitkidən qalmış 12 ədəd kök hissələri aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, əvvəllər heç bir kəsə narkotik vasitə satmamış, əldə etdiyi narkotik vasitəni özü qəbul etmək üçün toplayaraq saxlamışdır. Onun narkotik vasitə əkib becərməsi və saxlaması barədə kimsənin məlumatı olmamışdır.” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o tutulmamışdan bir müddət əvvəl narkotik vasitə olan marixuana çəkmişdir. Narkotik vasitəni siqaretə doldurmaq yolu ilə qəbul etmişdir. O, sonuncu dəfə qoyun otaran zaman narkotik vasitə olan marixuana tapmışdır. Həbs olunmamışdan qabaq demək olar ki, hər gün Namazla bir yerdə narkotik vasitə qəbul etmişlər. 25 fevral 2021-ci il tarixdə onlar evdə olarkən tapdığı və üzərində saxladığı narkotik vasitə qurudulmuş marixunadan çıxardaraq Namaza vermiş və onlar birlikdə yəni Namaz, o və İqbal narkotikdən istifadə etməyə başlamışlar. İqbal onun qohumudur. Həmin vaxt polis əməkdaşları evə daxil olmuş və onların hər üçünü bir yerdə tutmuşlar. Şahid7 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, ona polis idarəsində təzyiq göstərildiyinə görə ibtidai istintaqda narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən ona hədiyyə verilməsini demiş, o, özünün tapdığı narkotik vasitəni bir siqaretlik Eldəniz adlı tanışı ondan istədiyinə görə ona vermişdir. Şahid7 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, “təxminən bir neçə ay olar ki, narkotik vasitə olan marixuana çəkmişdir. Narkotik vasitəni siqaretə dolduraraq qəbul etmişdir. O narkotik vasitəni dostu Namazla birlikdə qəbul etmişdir. 23 fevral 2021-c il tarixdə o Namazdan özü qəbul etmək üçün narkotik vasitə istəmişdir. Namazda ona heç bir etiraz etmədən cibindən kağıza bükülmüş vəziyyətdə bir qədər narkotik vasitə çıxardaraq vermişdir. O, Namazdan narkotik vasitəni götürdükdən sonra həmin narkotik vasitəni hərəsi bir siqaretlik olmaqla 17 hissəyə bölərək bükümlərə büküb cibində saxlamışdır. Həmin gün axşam saatlarında Eldəniz adlı tanışı onun yaşadığı evə gələrək ondan özü qəbul etmək üçün narkotik vasitə istəmişdir. O, Eldənizə heç bir etiraz etmədən üzərində olan narkotik vasitədən bir siqaretlik Eldənizə vermişdir. Eldənizdə ona cbindən çıxardaraq 10 manat pul vermiş və narkotik vasitənin haqqı olduğunu bildirmişdir. Həmin vaxtı Eldəniz oradan getmiş və həmin vaxtdan sonra Eldənizdən heç bir xəbəri olmamışdır. 25 fevral 2021-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı evin yaxınlığında Namaz və qohumu İqballa birlikdə olduğu zaman onlara polis əməkdaşları yaxınlaşaraq onları polis şöbəsinə dəvət etmişlər. Onlar heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Şəmkir rayon polis şöbəsinə getmişlər. Polis şöbəsində fasiləsiz videoçəkiliş vasitəsi ilə şəxs axtarış aparılmasına başlanmış və ona müdafiəçilərin siyahısı təqdim olunmuş, o müdafiəçi tutmaq imkanının olmadığını bildirdikdə müdafiəçi Rüstəmə Ağayeva ona dövlət hesabına müdafiəçi təyin edilmiş və ona üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunduqda o, üzərində olan 16 ədəd bükümdəki narkotik vasitə olan quyrudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən ayrı ayrılıqda elekron tərəzidə çəkildikdə ən böyüyü 1.3 qram, ən kiçiyi isə 0.5 qram olmuşdur. Həmin bükümlər polis əməkdaları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Ondan həmin narkotik vasitəni haradan əldə etməyi soruşulduqda o narkotik vasitəni dostu Namazın ona hədiyyə olaraq verdiyini bildirmişdir. Onun üzərindən başqa heç nə aşkar olunmamışdır. Bu barədə tərtib olunmuş protokolla tanış olduqdan sonra imza ilə təsdiq etmişdir.” Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 24 fevral 2021-ci il tarixdə saat 01:15 radələrində xidmətdə olduğu zaman Şəmkir şəhəri Cəfər Cabbarlı küçəsində “Priora” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin işlək vəziyyətdə olmasını görüb həmin avtomobilə yaxınlaşdır. Onun avtomobilə yaxınlaşdığını görən iki nəfər şəxsin nəsə gizlətmələrini görmüş və onlardan nə etməsini soruşmuşdur. Həmin şəxslər isə ona narkotik vasitə qəbul etdiklərini bildirmişlər. O hər iki şəxsi Şəmkir rayon polis şöbəsinə gətirmiş və polis şöbəsində müəyyən olunmuşdur ki, həmin şəxslər Şəmkir şəhər sakinləri X8 və X10r. O bu barədə şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə birinci Eldəniz Şöhləyevin üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Eldəniz Şöhləyevin əynində olan gödəkçənin sol cibindən yarı çəkilmiş vəziyyətdə bir ədəd siqaret aşkar olunmuşdur. Eldəniz Şöhləyev həmin siqaretin içərisində özləri qəbul etdikləri narkotik vasitə olduğunu bildirmişdir. Həmin siqaret elektron tərəzidə çəkildikdə 0,5 qram olmuş və qablaşdırılaraq götürülmüşdür. Şifahi soğu zamanı Eldəniz Şöhləyev həmin narkotik vasitəni Şəmkir şəhəri sakini olan Rahil adlı şəxsdən 10 manata, dostu Cəlillə birlikdə qəbul etmək üçün aldığını bildirmişdir. Bundan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə Cəlil Musayevin üzərində şəxsi axtarış aparılmış, lakin Cəlil Musayevin üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. 25 fevral 2021-ci tarixdə saat 18 radərində keçirilmiş tədbirlər nəticəsində Eldəniz Şöhləyevə narkotik vasitə satmaqda şübhəli bilinən Şəmkir şəhəri sakini Şahid7 yaşadığı evin qarşısında olduğu zaman yanında olan şəxslər Təqsirləndirilən şəxs və Şahid6 ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə Şahid7 üzərində şəxsi axtarış aparılan zaman Şahid7 üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Şahid7 əynində olan şalvarın sol yan cibindən bir ədəd polietilen torba çıxararaq təqdim etmişdir. Həmin torba açılan zaman içərisində 16 ədəd kağıza bükülmüş bükümün olması müəyyən edilmişdir. Həmin bükümlərin hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər quru bitki hissəcikləri olmuşdur. Bükümlər hər biri ayrı ayrılıqda elektron tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim edilməsi üçün qablaşdırlaraq möhürlənib götürülmüşdür. Şahid7 üzərindən aşkar olunmuş narkotik vasitəni ona tanışı Təqsirləndirilən şəxs hədiyyə olaraq verdiyini bildirmişdir. Bundan sonra onlar dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşya və predmetləri təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd kibrit qutusu, bir ədəd siqaret qutusu və bir ədəd kağız büküm təqdim edərək həmin qutuların və bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Qutular və büküm açıldıqda içərisində kəskin iyli yaşıl rəngli quru bitki hissəciklərinin olması müəyyən olunmuş və hər biri ayrı ayrılıqda elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Kür çayının kənarında əkdiyi çətənə bitkilərdən topladığını və özü qəbul etmək üçün üzərində saxladığını, eyni zamanda qurudulmuş marixuananın bir hissəsini işlədiyi fermada saxladığını bildirmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmuş Şahid6 üzərində dəvət olunmuş müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman onun üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Daha sonra müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs işlədiyi fermaya baxış keçirilmişdir. Fermada Təqsirləndirilən şəxs yatdığı olacağa baxış keçirilərkən Təqsirləndirilən şəxs yatdığı çarpayının altında bir ədəd sintetik torba təqdim edərək həmin torbanın içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin torba tərəzi vasitəsi ilə çəkildikdə 3545 qram olmuş və qablaşdırlaraq möhürlənib götürülmüşdür. 26 fevral 2021-ci il tarixdə dəvət olunmuş aqronom mütəxəssisin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi əraziyə baxış keçirmək üçün getmişlər. Orada mütəxəssisə hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs göstərdiyi əraziyə baxış keçirilmiş və baxış zamanı həmin ərazidə əkilmiş 12 ədəd bitkinin kök hissələri müəyyən olunaraq hər biri kökündən çıxarılaraq və qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və işlədiyi fermadan aşkar olunan narkotik vasitəni əkdiyi həmin bitkilərdən topladığını və özü qəbul etmək üçün saxladığını bildirmişdir. Baxışda iştirak edən aqronom aşkar olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu, diblərinin yumşaldığını bildirmişdir. Bundan sonra baxış və nəticələri barədə protokol tərtib olunduqdan sonra protokolun doğruluğunu imzalarla təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid3 və Şahid5 şahid X5 ifadəsinə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiklərini özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, “əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təxminən bir neçə ildir ki, narkotik vasitə qəbul edir. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Şəmkir şəhəri, E.Hüseynov küçəsində yaşayan qohumu Şahid7 yaşadığı evə getmişdir. O, Rahilgilin evin qarşısına çatdığı zaman Rahillə qonşusu olan Namazın orada olduğunu görmüşdür. O, Rahillə Namazın narkotik vasitə qəbul etdiyini görmüş və onlarla birlikdə o da narkotik vasitə qəbul etmişdir. Onlar narkotik vasitəni qəbul etdikdən bir qədər sonra polis əməkdaşları həmin yerə gələrək onları polis şöbəsinə dəvət etmişlər. Onlarda polis əməkdaşları ilə birlkidə polis şöbəsinə getmişlər. Polis şöbəsində ona müdafiəçilərin siyahısı təqdim olunaraq müdafiəçi tutmaq hüququnun olması izah edilmişdir. O, müdafiəçi tutmaq imkanının olmadığını bildirmişdir. Bundan sonra dövlət hesabına dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və həmin vaxt o, üzərimdəki 4 manat pul, kibrit qutusunu, 20 qəpik pulu təqdim etmişdir. Bundan başqa üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Sonradan o, eşitmişdir ki, polis şöbəsində Rahillə Namazın üzərində şəxsi axtarış aparılan zaman onların üzərindən narkotik vasitə aşkar olunmuşdur. O, Rahillə Namazın narkotik vasitəni haradan əldə etmələrini bilməmişdir”. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 24 fevral 2021-ci il tarixli “şəxsi axtarış aparılması barədə” protokoldan, diskdən və fotoşəkillərdən görünür ki, X6 üzərinə şəxsi axtarış aparılan zaman şalvarın arxa yan cibindən 1 ədəd içərisində nəyşə olduğunu bildirdiyi siqaret dənəsi aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 25 fevral 2021-ci il tarixli “şəxsi axtarış aparılması barədə” protokoldan, diskdən və fotoşəkillərdən görünür ki, Şahid7 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 14 ədəd dəftər vərəqi kəsikləri bükümlərində və 2 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,502 qram, 0,504 qram, 0,470 qram, 0,420 qram, 0,639 qram, 0,599 qram, 0,422 qram, 0,518 qram, 0,533 qram, 0,512 qram, 0,473 qram, 0,408 qram, 0,702 qram, 0,447 qram, 0,459 qram və 0,413 qram olan, ümumi təmiz çəkisi 8,021 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 25 fevral 2021-ci il tarixli “şəxsi axtarış aparılması barədə” protokoldan, diskdən və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunda, bir ədəd kağız bükümdə və bir ədəd parlament markalı siqaret qutusunda ayrı-ayırılıqda təmiz çəkiləri 6,6 qram, 1 qram, 5,7 qram olan narkotik vasitə qurudulmuş marixuana ya oxşaq kütlələr aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 25 fevral 2021-ci tarixli “baxış keçirilməsi haqqında” protokoldan, diskdən və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində yerləşən fermanın həyətinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs fermanın yaxınlığında, Kür çayının sahilində narkotik vasitə əkməsini, əkdiyi narkotik vasitəni toplayıb fevramada saxlamasını bildirərək olacaqda olan çarpayının altındakı ağ rəngli polietilen torbanı təqdim etmiş, torbanın içərisində yaşıl rəngli, kəskin iyili narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmiş və aşkar edilmiş kütlə torba ilə birlikdə çəkilərək, çəkisi 3,545 kq müəyyən edildikdən sonra qablaşdırırlaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 26 fevral 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən ərazi Təqsirləndirilən şəxs çobanlıq etdiyi fermadan təxminən 800 metr aralıda yerləşir. Baxış keçirilən ərazi axar suyun kənarıdır və müxtəlif ağac və kollarla örtülmüşdür. Təqsirləndirilən şəxs məhz həmin ərazidə 2020-ci ilin yaz aylarında çətənə tərkibli bitki kolları kənardan nəzərə çarpmasın və diqqət cəlb etməsin deyə həmin ərazidə digər ağac və kolların arasında əkib qulluq edərək becərdiyini bildirmişdir. Şətənə tərkibli bitki kolları yetişdikdən sonra isə dib hissəsindən kəsərək çobanlıq etdiyi fermanın yataq otağında saxladığını qeyd etmişdir. Baxış zamanı ərazidən 12 ədəd çətənə kolunun kökləri aşkar edilmişdir. Həmin çətənə kolları torpaqdan çıxarılıb ölçüldükdə boyları 22-60 sm hündürlüyündədir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 26 fevral 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs Keçili kəndi ərazisində əkib becərdiyi çətənə kollarına baxış keçirilmiş, baxış zamanı boyları 25-60 sm aralığında 12 ədəd çətənə bitikisinin başı kəsilmiş formada olan kollar aşkar edilmiş, həmin kollar suvarılmış və dibi yumşaldılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X17 Bölməsinin 26 fevral 2021-ci il tarixli 16/187 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid7 üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlələ 16 bükümdə...” sözləri və imzaları olan kağız paketdəki, 14 (on dörd) ədəd dəftər vərəq kəsikləri bükümlərində və 2 (iki) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0.502 qram, 0.504 qram, 0.470 qram, 0.420 qram, 0639 qram, 0599 qram, 0.422, 0.518 qram, 0.533 qram, 0.512 qram, 0.473 qram, 0.408 qram, 0.702 qram, 0.447 qram, 0.459 qram, 0.413 qram, ümumi təmiz çəkisi 8.021 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şkar olunmuş kütlələr...” sözləri və imzalar olan kağız paketdəki; 1 (bir) ədəd kibrit qutusunda, 1 (bir) ədəd “Azəriqaz bildiriş ödəmə qəbzi” kağızı bükümündə və 1 (bir) ədəd “Parliament” adlı siqaret qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3.441 qram, 2.036 qram, 0.504 qram, ümumi təmiz çəkisi 5.981 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 1 (bir) ədəd “Vatson Brovn” adlı kağız qutuda 11 (on bir) ədəd açıq-qəhvəyi rəngli kağızların üzərində narkotik vasitənin qalıqları aşkar edilmədi. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs işlədiyi fermanın yaşadığı otaqdan selofan(polietilen) torbada təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə...” sözləri və imzalar olan sintetik bazar torbasında təmiz çəkisi 3490 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs əkib-becərdiyi yerdən aşkar olunmuş 12 (on iki) ədəd narkotik vasitəyə bənzər kollara məxsus köklər.” sözləri yazılmış sintetik bazar torbasında, 12 (on iki) ədəd bitki nümunəsinin hissələri, narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Həmin çətənə (kannabis) bitkisinin hissələrinin üzərində yarpaqlar olmadığı üçün tədqiqata təqdim olunan marixuanalar ilə müqayisəli təhqiqat aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş üç ədəd kağız paketlərdə və bir ədəd sintetik bazar torbasında olan marixuanalar tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitki hissələrinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 30 aprel 2021-ci il tarixli, 484 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionidlərdən və heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari-Tibbi Sığorta üzrə X18 Ərazi Bölmələrini İdarəetmə X19 Rayon Xəstəxanasının “X23” X3 11 mart 2021-ci il tarixli 572 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 01 noyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış bir ədəd zəfdə qablaşdırılmış 5.831 qram və bir ədəd sintetik bazar torbasında qablaşdırılmış 3489.95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd sintetik kisədə qablaşdırılmış 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kök hissələri iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk, Təqsirləndirilən şəxs işlədiyi fermada qaldığı olacağa baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk və Təqsirləndirilən şəxs əlavə dindirilməsi zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyət başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 18 mart 2021-ci il tarixli 02-D/73 arayışından və xasiyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Şəmkir rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Şahid7 Təqsirləndirilən şəxs ona hədiyyə olaraq verdiyi 8.177 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib 17 ədəd xırda bükümlərə bölməklə, onlardan bir bükümdə olan 0.156 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı X1 təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış şübhəli şəxsin tutulması haqqında 25 fevral 2021-ci il tarixli protokoldan və Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 10 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3.441 qram, 01 ədəd kağız bükümdə təmiz çəkisi 2.036 qram, 1 ədəd “Parlament” markalı siqaret qutusunda təmiz çəkisi 5.981 qram narkotik vasitə olan qurudulmuş marixuananın dostu Şahid7 tərəfindən istifadə etmək məqsədilə ona verilməsinə, işlədiyi fermaya baxış keçirilərkən onun yatdığı çarpayının altından sellofan torbada aşkar edilmiş 3490 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın isə ümumiyyətlə ona məxsus olmamasına, polis əməkdaşları ona hardasa yabanı halda bitən marixuana yeri bilirsə işinin yüngül olması üçün narkotik vasitəni ordan yığdığını göstərməsini bildirməsinə, o da polis əməkdaşlarına bibisi oğlu Elsevərin tutulmamışdan əvvəl əkin yerində marixuana əkdiyi yerin olduğunu bildirməsinə və polis əməkdaşlarına guya fermada tapılan marixunanı həmin kollardan yığdığını göstərməsinə dair ifadələri özünün ibtidai istintaq zamanı, həmçinin hazırki cinayət əməlləri üzrə cinayət işi Azərbaycan Respublikası CM-nin 318.1-ci maddə ilə yenidən ibtidai istintaqa qaytarılmamışdan öncə Şəmkir rayon Məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi tam etirafedici ifadələri, Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi, digər şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və işlədiyi fermaya baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən “DVD” diskə baxış zamanı, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən (Şahid7 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi Təqsirləndirilən şəxs münasibətdə) özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır, heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və odur ki, məhkəmə onun ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs işlədiyi fermadan aşkar edilmiş 3490 qram olan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmaması, həmin narkotik vasitənin onunla birlikdə 2 saylı İstintaq Təcridxanasında saxlanılan X4 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində olan maddi sübut olduğuna, polis əməkdaşlarının onu tutarkan Gəncə şəhər Baş Polis İdarəsinə zəng vuraraq həmin narkotik vasitəni tələb etdiyinə və daha sonra onu aparıb fermaya qoyduqlarına, hər iki iş üzrə yalnız bir maddi sübutun mövcud olduğuna dair ifadələr versə də məhkəmə istintaqı zamanı həm hazırki cinayət işi, həm də X4 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitələr qablaşdırıldıqları formada məhkəmə iclasına gətirilərək tədqiq edilmiş, hər iki maddi sübutun mövcudluğu və fərqli olması müəyyən edilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı videoçəkilişlə aparılan şəxsi axtarış zamanı vermiş olduğu ifadəsi ilə ziddiyyət təşkil edən məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşır. Belə ki, Şahid7 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən Təqsirləndirilən şəxs verildiyini göstərsə də hazırki iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X17 Bölməsinin 26 fevral 2021ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərin aşkar edilmiş üç ədəd kağız paketlərdə və işlədiyi fermadan aşkar edilmiş bir ədəd sintetik bazar torbasında olan marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə həmin nəticəyə gələrkən həmçinin Şahid7 üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə Şəmkir rayon məhkəməsinin onun barəsində 2 iyun 2022-c il tarixli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi üzrə təqsirli bilinməsinə dair hökmünün mövcud olmasını da nəzərə alır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmədə Təqsirləndirilən şəxs Şahid7 verdiyi narkotik vasitəni hədiyyə şəklində verilməsi müəyyən edilsə də məhkəmə hazırki cinayət işinə, həmçinin Şahid7 təqsirləndirilməsinə dair Şəmkir rayon Məhkəməsinin 2 iyun 2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş cinayət işinin hallarına, hər iki şəxs arasındakı şəxsi münasibətlərə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs Şahid7 verdiyi həmin narkotik vasitələri narkotik vasitələrin qanunsuz dövriyyəsinə yönəldilmiş hərəkət kimi qiymətləndirir. Yuxarıda qeyd edilən plenum qərarına əsasən əvəzsiz yəni digər şəxsdən hər hansı qarşılıqlı maraq və ya qazanc gözləmədən hədiyyə şəxlində narkotik vasitənin verilməsi satış hesab edilmir. Bununla belə məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs fermada saxladığı narkotik vasitəni şəxsi istehlak məqsədilə saxlamayaraq hədiyyə şəklində olsa belə yaxın münasibətdə olduğu digər bir şəxsə verməklə həmin narkotik vasitənin qanunsuz yayılmasını həyata keçirmiş, nəticədə hədiyyə verdiyi narkotik vasitədən Şəmkir rayon məhkəməsinin hökmü Şahid7 başqa bir şəxsə satması müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, ittiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə olan şahid ifadələri, özünün ibtidai istintaq zamanı vermiş olduğu tam etirafedici ifadələri, istintaq hərəkəti protokolları, maddi sübutlar və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram göstərilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİİ siyahısında qanunusuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin)xeyli miqdarı çətənə növlü bitkilər üçünü 3-15 ədəd (6-30 hissə) göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan narkotik tərkibli (kannabis) bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə dərək daşımaqla saxlamışdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 25 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Şəmkir RPŞ-də saxlanılan tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış bir ədəd zəfdə qablaşdırılmış 5.831 qram və bir ədəd sintetik bazar torbasında qablaşdırılmış 3489.95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd sintetik kisədə qablaşdırılmış 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kök hissələri məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk və Təqsirləndirilən şəxs işlədiyi fermada qaldığı otağa baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 64.80 (altmış dörd manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 25 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olaraq Şəmkir RPŞ-də saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış bir ədəd zəfdə qablaşdırılmış 5.831 qram və bir ədəd sintetik bazar torbasında qablaşdırılmış 3489.95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd sintetik kisədə qablaşdırılmış 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kök hissələri məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin, 2 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64.80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar