Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-150/2024 19.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər X1 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X2, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bərdə rayonunun Mollalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni 4(dörd) ǝdəd qara rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,850 qram, 2,954 qram, 1,605 qram, 1,639 qram olmaqla, ümumi təmiz çəkisi 8,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, 29 mart 2023-cü il tarixdə saat təxminən 19:50 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonunun Mollalı kəndində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanda yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan boz rəngli şalvarının sol yan cibindən 4(dörd) ǝdəd qara rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,850 qram, 2,954 qram, 1,605 qram, 1,639 qram olmaqla, ümumi təmiz çəkisi 8,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, hər hansı narkotik vasitədən istifade etmir. Narkotik vasitənin hər hansı növünü heç kimə təklif etməmiş və ya satmamışdır. O, 29 mart 2023-cü il tarixdə səhər saatlarında Bərdə şəhəri H.Əliyev prospektində yerləşən bərbərxanaya getmiş, saat 11-12 radələrində işdən çıxıb "təzə bazar"adlanan ticarət mərkəzinə getmiş, məqsədi orada özünə məxsus mobil telefonu təmir etdirmək olmuşdure. “Köhnə bazar” adlanan ticarət mərkəzində telefon ustası olan tanışı ilə görüşmüş, lakin usta telefonu düzəldə bilməmişdir. Bundan sonra yaxınlıqda yerləşən paltar mağazasından özünə geyim almışdır. Paltar mağazasənda alış-veriş etdikdən sonra özünə məxsus VAZ 2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobililə Bərdə rayonunun Mollalı kəndinə atası evinə getmiş, valideynləri ilə görüşdükdən sonra Bərdə rayonunun Ağalı kəndinə bacısı Şövqiyyə gilə getmişdir. Bacısı gildə olan zaman saat 13-14 radələrində əvvəldən tanıdığı Bərdə rayon polis şöbəsinin Ramin adlı əməkdaşı ona məxsus ***-***-**- ** saylı mobil nömrəyə zəng etmiş və harda olduğunu soruşmuş, o, da cavabında Raminə kənddə olduğunu bildirmişdir. Ramin telefonla danışıq zamanı onu polis şöbəsinə dəvət etmiş, polisin rəhbərliyinin onunla işi olduğunu bildirmişdir. Danışıq zamanı o Raminə bildirmişdir ki, hazırda işi var polisə gələ bilmir. Təxminən yarım saat sonra Ramin yenidən ona zeng etmiş və demişdir ki"gəlmişəm kənddəyəm". O, Raminlə Ağalı kəndində bacısıgilin evinin qarşısında görüşmüşdür. Ramin ona demişdir ki "səni şöbəyə aparmalıyam, Şahid müəllim səninlə söhbət edib buraxacaq". Buna qədər bir neçə dəfə onu polis şöbəsinə gətirib onunla məscidin axundu ilə problemi olması, məscidə getməməyi barədə dini-profilaktiki söhbətlər aparmışlar. O məcbur qalıb polislərin gəldiyi avtomobilə əyləşmiş və həmin vaxt avtomobildə tanımadığı bir nəfər şəxs də olmuşdur. Onlar birlikdə Bərdə rayon polis şöbəsinə getmişlər və şöbədə onu inzibati otaqlardan birinə aparmışlar. Təxminən 2 saat orda saxladıqdan sonra onu digər otağa aparmışlar. Orda Şahid adlı polis əməkdaşı, PPX-nin komandiri Ruslan və tanımadığı bir neçə nəfər polis əməkdaşı olmuşdur. Həmin otaqda Şahid adlı polis əməkdaşı əlində 4 ədəd bükümü ona göstərib narkotik olduğunu bildirmiş və demişdir ki "bunları götürməlisən, yoxsa səni Bakıya göndərəcəyik orda səni döyüb bunu sənə yükləyəcəklər". O, əvvəlcə bunu qəbul etməmiş, sonra isə Şahid adlı polis ona yaxınlaşmış və bildirmişlər ki, "dubinka gətirib sənə soxarıq". Ona digər üzərindən narkotik aşkar edilən şəxslərin etiraf videolarını göstərmişlər və demişlər ki, bununla razılaşmalısan. Şahid adlı polis əməkdaşı onun başına bir dəfə şillə vurmuş və ona nalayiq ifadələr işlətmişlər. O, da məcbur qalıb onlarla razılaşmışdır. Polislər ona bildirmişlər ki, “6 ay sonra səni buraxacaqlar”. Həmin vaxt Şahid adlı polis əməkdaşı 4 ədəd bükümdə olan narkotik vasitəni onun sol cibinə qoymuş, telefonunu isə sağ cibinə qoymuşlar. Daha sonra isə ona demişlər ki, narkotik vasitəni Bərdə şəhərində yerləşən "Sarayın kruqu" adlı yerin qarşısından tapdığını deməlidir. Bundan sonra təhqiqatçı onu qəbul etmişdir. Şübhəli şəxs qismində onu tutmuşlar. Sonra isə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və ona təqdim edilmişdir. Həmin vaxt videoçəkilişlə onun üzərinə vəkili və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı cibindən Şahid adlı polisin ona verdiyi 4 ədəd bükümdə olan narkotik vasitə aşkar edilmişdir. Sonra isə barəsində cinayət işi başlanılmışdır. O, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona ittiham elan edilmişdir. bundan sonra isə Bərdə rayon Məhkəməsinə aparılmış, hakimin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədən əməlinə düzgün hüquqi qiymət verilməsini, 44 günlük Vətən müharibəsi iştirakçısı olması, “Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildiyini nəzərə almağı xahiş etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin hər hansı növünü heç kimə təklif etməmiş və satmamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bərdə şəhəri Sarayın kruqu adlı yerin yaxınlığında piyada gəzərkən səkinin kənarında yerdə sellefon kəsiyində bükülü olduğunu görmüş, həmin bükülünü yerdən götürmüş və içərisinə baxdıqda içərisində 04 ədəd qara rəngli bükümlərin olduğunu görmüşdür, həmin bükümlərin narkotik vasitə olduğunu bilsə də onun hansı növə aid olduğunu bilməmişdir. Daha sonra həmin narkotik vasitəni gələcəkdə istifadə etmək üçün özü ilə birlikdə götürmüş, lakin həmin narkotik vasitədən istifadə etməmişdir. Həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 19-20 radələrində Bərdə rayonunun Mollalı kəndi ərazisində olarkən tanımadığı 2 nəfər mülki geyimli şəxs oan yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər, polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğumu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmişlər və onlar birlikdə Bərdə RPŞ-yə gəlmişlər, o, şübhəli şəxs qismində tutulmuş, polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmilər, buna görə də ona müdafiəçi siyahısı təqdim edilmiş, o, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş, bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində saxladığı 01 ədəd şəfaff rəngli polietilen kəsiyində olan 04 ədəd qara rəngli polietilen kəsiyinndə olan narkotik vasitəni təqdim etmiş, həmin 04 ədəd şəfaff rəngli polietilen kəsiyində olan narkotik vasitə elektron tərəzidə çəkilərək selelefonla birlikdə ümumi çəkisinin 9,36 qram olduğu müəyyən olunmuş, daha sonra isə üzərindən aşkar edilmiş 04 ədəd qara rəngli polietilen kəsiyində olan narkotik vasitə 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri tərəflərindən imzalanmış və götürülmüş, bundan başqa üzərindən götürülən 1 ədəd mobil telefon 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri imzalanmış və götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o həmin protokola imza etmişdir.Təqsirləndirilən şəxs həmçinin ifadəsində üzərindən aşkar edilərək götürülmüş 04 ədəd qara rəngli polietilen kəsiyində olan kütlələri xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bərdə şəhəri Sarayın kruqu adlı yerdə səkinin kənarından tapdığını, Bərdə şəhəri Sarayın kruqu adlı yerdə səkinin kənarından tapdığı 04 ədəd qara rəngli polietilen kəsiyində narkotik vasitə olan heroinə bənzər kütləni tapdıqdan hər hansı şəxsə heroin tapmağı barədə məlumat vermədiyini və ya hər hansı şəxsə satmadığını, saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki quvvə tətbiq olunmadığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zəngilan şəhəri, S.Vurğun küçəsi ev 4-də qeydiyyatda olub ünvan 3 ünvanda yaşayır, Bərdə RPŞ-nin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir.Ona ünvan 5 ünvanında yaşayan xx.xx.1995-cı il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonunun Mollalı kəndində olan zaman tərəflərindən saxlanılmış və Bərdə RPŞ-yə gətirilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmış, təhqiqatçı X12 Qurbanova hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən işlək vəziyyətdə olmayan “Redmi” markalı mobil telefonu, boz rəngli şalvarın sol yan cibindən isə şəffaf rəngli sellofan kəsiyində içərisində 04 ədəd qara rəngli sellofan bükümlər olan bükülünü masanın üzərinə qoymuş, daha sonra həmin qara rəngli sellofan bükümlərin narkotik vasitə olduğunu bildirmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri tutulduğu vaxtdan 3 gün qabaq Bərdə şəhərində, “Sarayın kruqu” deyilən ərazidə piyada gəzən zaman səkinini qırağından tapdığını bildirmişdir.Tutularkən və daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı psixi və ya fiziki təzyiq göstərilməmiş, əksinə Rüfətə qarşı olduqca nəzəkətli davranılmışdır. Hesab edir ki, Rüfət məsuliyyətdən yaxa qurtarmaq üçün qeyd olunan məzmunda ifadələr uydurub, məhkəmə heyətində yanlış fikir yaratmağa çalışır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3, şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdirlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 29.03 2023-cü il tarixdə Bərdə rayonunun Mollalı kəndində olan zaman Bərdə RPŞ-nin cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ona zəng edərək Təqsirləndirilən şəxs adlı şəxsi tanıyıb-tanımamasını soruşmuş, o Təqsirləndirilən şəxs tanıdığını bildirdikdən sonra Şahid1 Təqsirləndirilən şəxs yerini öyrənməsini ondan xahiş etmişdir. O, Təqsirləndirilən şəxs bacısıgildə yəni Bərdə rayonunun Ağalı kəndində olduğunu öyrənərək Şahid1 bildirmişdir. Daha sonra kənddən çıxan zaman polis əməkdaşlarının həmin ünvana getdiklərini görmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, Əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətləri olmuş, lakin sıx münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə o aparmamış, o həmin vaxt kənddə olmuş sadəcə Təqsirləndirilən şəxs tutulması zamanı və ya baxış zamanı orada olmamışdır. O, kəndə özünə məxsus 90-CU-44 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil ilə getmişdir. Təqsirləndirilən şəxs və Şahid1 zəng etmiş sadəcə neçə dəfə zəng etdiyini və Rüfətin qardaşının ona zəng etməsini dəqiq xatırlamır. Əməliyyat tədbirlərinin məzmunu barədə isə məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs bacısının əridir və Təqsirləndirilən şəxs tutulan gün Ramin Əzimov adlı polis əməkdaşı ona zəng edərək Rüfətin onlarda olub-olmadığını soruşmuş o, Təqsirləndirilən şəxs onlarda olmadığını bildirmiş, bir müddət keçdikdən sonra Ramin gəlmiş və onlar söhbət edən zaman Təqsirləndirilən şəxs da oraya gəlmişdir. X14 polis şöbəsinə getməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs ona işi olduğunu, 1 saat sonra özünün polis şöbəsinə gedəcəyini bildirsə də, Ramin Əzimov bununla razılaşmayaraq onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirib Təqsirləndirilən şəxs öz avtomobillərinə əyləşdirərək polis şöbəsinə aparmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, X15 RPŞ-nin CAB-nin əməkdaşı kimi tanımışdır. Ramin Əzimov 2 nəfər polis əməkdaşı ilə birlikdə gəlmiş və Təqsirləndirilən şəxs Ramin Əzimova məxsus avtomobillə aparmışdırlar. Rüfət Quranov polis şöbəsinə aparılarkən ona qarşı heç bir təzyiq olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 mart 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 4(021)-69/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən, yəni əynində olan boz rəngli şalvarının sol yan cibindən 4(dörd) ǝdəd qara rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,850 qram, 2,954 qram, 1,605 qram, 1,639 qram olmaqla, ümumi təmiz çəkisi 8,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilmiş, həmin kütlələr təhqiqatçı Misir Misirli tərəfindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 aprel 2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə “20230217_235623.mp4” adında fayl görsənir. Həmin fayla daxil olan zaman “MP4” formatlı 01 (bir) ədəd videofayl aşkar edildi. Həmin “20230329_215427.mp4” adlı videofaylı açıb içərisinə baxış keçirən zaman videofaylın 17 dəqiqə 04 saniyə müddətində davam etdiyi müəyyən edildi. Baxış zamanı aşağıdakılar müəyyən edildi: - Təqsirləndirilən şəxs müdafiəçisi X4 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti polis kapitanı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Misirli Misir tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli klassik şalvarın sağ yan cibindən “Redmi Note 9A” markalı mobil telefon, boz rəngli klassik şalvarın sol yan cibindən isə şəffaf rəngli sellofan kəsiyində içərisində 04 ədəd qara rəngli sellofan bükümlər olan bükülünü masanın üzərinə qoyub, daha sonra həmin qara rəngli sellofan bükümlərin narkotik vasitə olduğunu bildirdi. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 3 gün əvvəl Bərdə şəhəri Saray kruqu adlı yerdən piyada gəzərkən səkinin qıragından tapdığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd qara rəngli polietilen kəsiyində olan kütlələr elektron tərəzidə çəkildi və ümumi çəkisi 9,36 qram olması bildirildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd şəffaf rəngli polietilen kəsiyində olan kütlələr 01 ədəd ağ rəngli zərfə qoyuldu, DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndərəcəyi qeyd olundu. Zərfin üzəri imzalarla təsdiqləndi. Daha sonra X5 məxsus “Redmi Note 9A” markalı mobil telefon 01 ədəd ağ rəngli zərfə qoyuldu, DİN-in 94 saylı möhürü ilə möhürlənib tərəfimizdən gotürüldü. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya və predmet olub olmaması soruşuldu. Təqsirləndirilən şəxs üzərində başqa əşya və predmet olmadığını bildirdi. Daha sonra tərəfimizdən şəxsi axtarış aparıldı və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya va predmet aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 iyun 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqında” protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Bərdə rayon polis şöbəsinə 21 iyun 2023-cü il tarixdə 09 iyun 2023-cü il tarixli 1295 nömrəli məktubla daxil olmuş 01 ədəd CD-R diskə “HP” markalı xidməti kompüterdə baxış keçirilmiş, baxış zamanı həmin diskin içərisində “9735xx.xx.2023” adlı “zip” uzantılı 1 (bir) ədəd fayl olduğu aşkar edilmişdir. Belə ki, baxış zamanı həmin disk “HP” markalı xidməti kompüterə yerləşdirildi. Disk açılan zaman içərisində aşağıdakı faylların olduğu müəyyən edildi: 9735-ant 22.xlsx 9735-ant 23.xlsx 9735-imei istifadə.xlsx 9735-imei k.m..xlsx 9735-imei siyahı.xlsx 9735-Q.R.F..xlsx 9735-zəng k.m..xlsx 504220246_SMS.txt 504248327_SMS.txt **********46.txt **********27.txt Ardınca diskin içərisində yerləşən adları yazılan fayllara növbə ilə daxil olub baxış keçirdikdə Təqsirləndirilən şəxs adına qeydə alınmış və istifadəsində olmuş nömrələrə daxil olmuş və həmin nömrədən göndərilmiş zənglərə və SMS-lərə aid məlumatların (göndərən və hədəf nömrələrin İMEİ, İMSİ kodları, abonentlərin adları və s.) olduğu müəyyən edildi. Bundan əlavə qeyd olunan fayla baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən narkotik vasitələrin alqı-satqısına dəlalət edən məzmunlu SMS-lər aşkar edilmədi. Lakin xx.xx.2023cü il tarixdə son zəng yerlərinə uyğun olaraq aşağıdakı anten dairələri müəyyən edildi: Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli 16/375 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 4 ədəd qara rənfli sellofan bükümlərdə narkotik vasitə bənzər kütlələr..” sözləri və imzalar olan kağız paketdəki, 4 (dörd) ədəd qara rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,850 qram, 2,954 qram, 1,605 qram, 1,639 qram, ümumi təmiz çəkisi 8,048 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd kağız paketdə olan herroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2023-cü il tarixli 1125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 may 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır, lakin ünvan 1-də yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli, 23030070 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yaşamış, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasından məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədilə üzərində saxlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İ- 64347 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4(dörd) ǝdəd qara rəngli polietilen kəsiyi bükümlərində ümumi təmiz çəkisi 8,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz 7,848 qram olan heroin olan 1 ədəd möhürlənmiş zərf, eləcə də, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk disk cinayət işinin materiallarına əlavə edilmişdir Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı ona polis əməkdaşlarının təzyiq göstərməsi, ondan aşkar olunan narkotik vasitənin polislər tərəfindən qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, iş üzrə şahid qismində dindirlmiş polis əməkdşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Bununla bağlı həmçinin vurğulanmalıdır ki, məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi elan edilmiş, sözügedən ifadədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin hər hansı növünü heç kimə təklif etməmiş və satmamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bərdə şəhəri Sarayın kruqu adlı yerin yaxınlığında piyada kəzərkən səkinin kənarında yerdə sellefon kəsiyində bükülü olduğunu görmüş, həmin bükülünü yerdən götürmüş və içərisinə baxdıqda içərisində 04 ədəd qara rəngli bükümlərin olduğunu görmüşdür, həmin bükümlərin narkotik vasitə olduğunu bilsə də onun hansı növə aid olduğunu bilməmişdir. Daha sonra həmin narkotik vasitəni gələcəkdə istifadə etmək üçün özü ilə birlikdə götürmüş, lakin həmin narkotik vasitədən istifadə etməmişdir. Həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 19-20 radələrində Bərdə rayonu Mollalı kəndi ərazisində olarkən tanımadığı 2 nəfər mülki şəxs oan yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər, polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğumu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmişlər və onlar birlikdə Bərdə RPŞ-yə gəlmişlər, o, şübhəli şəxs qismində tutulmuş, polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmilər, buna görə də ona müdafiəçi siyahısı təqdim edilmiş, o, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş, bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində saxladığı 01 ədəd şəfaff rəngli polietilen kəsiyində olan 04 ədəd qara rəngli polietilen kəsiyinndə olan narkotik vasitəni təqdim etmiş, həmin 04 ədəd şəfaff rəngli polietilen kəsiyində olan narkotik vasitə elektron tərəzidə çəkilərək selelefonla birlikdə ümumi çəkisinin 9,36 qram olduğu müəyyən olunmuş, daha sonra isə üzərindən aşkar edilmiş 04 ədəd qara rəngli polietilen kəsiyində olan narkotik vasitə 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri tərəflərindən imzalanmış və götürülmüş, bundan başqa üzərindən götürülən 1 ədəd mobil telefon 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri imzalanmış və götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o həmin protokola imza etmişdir.Təqsirləndirilən şəxs həmçinin ifadəsində üzərindən aşkar edilərək götürülmüş 04 ədəd qara rəngli polietilen kəsiyində olan kütlələri xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bərdə şəhəri Sarayın kruqu adlı yerdə səkinin kənarından tapdığını, Bərdə şəhəri Sarayın kruqu adlı yerdə səkinin kənarından tapdığı 04 ədəd qara rəngli polietilen kəsiyində narkotik vasitə olan heroinə bənzər kütləni tapdıqdan hər hansı şəxsə heroin tapmağı barədə məlumat vermədiyini və ya hər hansı şəxsə satmadığını, saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki quvvə tətbiq olunmadığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını bildirmişlər. Məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2023-cü il tarixli 1125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspert rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədə müvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 7,848 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan marixuananı satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli, 23030070 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yaşamış, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasından məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədilə üzərində saxlamışdır. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Lakin, hazırkı iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitənin maddənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmələrin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha burğulayır ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, həmçinin həmin qanuna əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ilədən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını həmçinin Vətən müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2023-cü il tarixli 1125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 mart 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 4(021)-69/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4(dörd) ǝdəd qara rəngli polietilen kəsiyi bükümlərində ümumi təmiz çəkisi 8,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz 7,848 qram olan heroin olan 1 ədəd möhürlənmiş zərf, eləcə də, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk disk cinayət işinin materiallarına əlavə edilmişdir Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4(dörd) ǝdəd qara rəngli polietilen kəsiyi bükümlərində ümumi təmiz çəkisi 8,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz 7,848 qram olan heroin məhv edilməli, 1 ədəd möhürlənmiş zərf, eləcə də, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin müəyyən edilmişdir ki, cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmiş və həmin işə 36 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Beləliklə göstərilən hüquqi yardıma görə Müdafiəçi 216 manat ödənilməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4(dörd) ǝdəd qara rəngli polietilen kəsiyi bükümlərində ümumi təmiz çəkisi 8,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz 7,848 qram olan heroin məhv edilsin, 1 ədəd möhürlənmiş zərf, eləcə də, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı 36 iş saatına görə dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 216 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən Təqsirləndirilən şəxs 32 manat 40 qəpik manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-150/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-150/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver