Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-151/2021 09.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X2 və X3 iştirakları ilə X9 Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclasını keçirərək məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışı X9 Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamlardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2020-ci il tarixdə saat 03 rədələrində Göygöl rayonu Qızılqaya qəsəbəsinə gəlib, 10000 (on min) manat məbləğində özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, əvvəlcədən hazırladıqları maska, əldə etdikləri tapançaya oxşar alışqan, həmçinin əl-qol bağlamaq üçün plastik xamut və bıçaq götürüb həmin qəsəbə sakini Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadığı fərdi yaşayış evinin ətrafını nəzərdən keçirtdikdən sonra Təqsirləndirilən şəxs2lə birlikdə evin həyətyanı sahəsinə hasardan aşıb qanunsuz girdikdən sonra oradan giriş qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə daxil olaraq evin böyük otağında masanın üzərində olan ev sahibi Zərərçəkmiş şəxs1 məxsus 80(səksən) manat dəyərində 01 ədəd “Samsung A3” markalı mobil telefonla onun içərisində olan 15(on beş) manat dəyərində “bakcell” nömrəsini, həmçinin pul kisəsinin içərisindən 470(dörd yüz yetmiş) manat məbləğində nağd pul və 03 ədəd plastik bankomat kartını ələ keçirərkən, səsə yuxudan oyanan ev sahibi, hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 əlində olan odlu, soyuq və ya qaz silahı hesab edilməyən tapança formasında alışqanla həyat üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə əlində olan və istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçağı silah qismində istifadə edib həmin bıçaqla Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirərək sonuncuya boyunun sol yan səthində, döş qəfəsinin sol yarısnın ön, arxa-bayır səthlərində, qarının ön divarında, sol əl pəncəsinin ovuc, sağ əl pəncəsinin arxa səthlərində çoxsaylı (12 ədəd) kəsilmiş yaraları, eləcədə İİ barmaqda bükmə hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər yetirmiş, o, isə evin içərisindən hadisə zamanı sınmış şüşə qabın bir parçasını əlinə götürüb silah qismində istifadə edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edib bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirərək ona döş qəfəsinin sol yarısnının ön səthində, qarının ön divarında, sol bazunun orta 1/3-nin iç, sol əlin üçüncü, dördüncü barmaqlarının iç falanqalarının ovuc, sağ bazu oynağının ön və sağ saidin üçdə birinin ön səthlərində kəsilmiş yaralar, sol bazunun 1/3-nin arxa bayır və aşağı 1/3-nin arxa səthlərində əzilmiş yarlarla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa qəsdən yüngül zərər vurmaqla zərərçəkmiş şəxsin ümumilikdə 565 (beş yüz altmış beş) manat dəyərində əmlakını ələ keçirməklə quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2020-ci il tarixdə saat 03 rədələrində Göygöl rayonu Qızılqaya qəsəbəsinə gəlib, 10000 (on min) manat məbləğində özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, əvvəlcədən hazırladıqları maska, əldə etdikləri tapançaya oxşar alışqan, həmçinin əl-qol bağlamaq üçün plastik xamut və bıçaq götürüb həmin qəsəbə sakini Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadığı fərdi yaşayış evinin ətrafını nəzərdən keçirtdikdən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə evin həyətyanı sahəsinə hasardan aşıb qanunsuz girdikdən sonra oradan giriş qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə daxil olduqdan sonra qrupun digər üzvü Təqsirləndirilən şəxs1 evin böyük otağında masanın üzərində olan ev sahibi Zərərçəkmiş şəxs1 məxsus 80(səksən) manat dəyərində 1 ədəd “Samsung A3” markalı mobil telefonla onun içərisində olan 15(on beş) manat dəyərində “bakcell” nömrəsini, həmçinin pul kisəsinin içərisindən 470(dörd yüz yetmiş) manat məbləğində nağd pul və 3 ədəd plastik bankomat kartını ələ keçirərkən, səsə yuxudan oyanan ev sahibi, hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 əlində olan odlu, soyuq və ya qaz silahı hesab edilməyən tapança formasında alışqanla həyat üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələmiş, o isə əlində olan və istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçağı silah qismində istifadə edib həmin bıçaqla Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirərək sonuncuya boyunun sol yan səthində, döş qəfəsinin sol yarısnın ön, arxa-bayır səthlərində, qarının ön divarında, sol əl pəncəsinin ovuc, sağ əl pəncəsinin arxa səthlərində çoxsaylı(12 ədəd) kəsilmiş yaraları, eləcədə İİ barmaqda bükmə hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər yetirmiş, Təqsirləndirilən şəxs1 isə evin içərisindən hadisə zamanı sınmış şüşə qabın bir parçasını əlinə götürüb silah qismində istifadə edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edib bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirərək ona döş qəfəsinin sol yarısnının ön səthində, qarının ön divarında, sol bazunun orta 1/3-nin iç, sol əlin üçüncü, dördüncü barmaqlarının iç falanqalarının ovuc, sağ bazu oynağının ön və sağ saidin üçdə birinin ön səthlərində kəsilmiş yaralar, sol bazunun 1/3-nin arxa bayır və aşağı 1/3-nin arxa səthlərində əzilmiş yarlarla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa qəsdən yüngül zərər vurmaqla zərərçəkmiş şəxsin ümumilikdə 565 (beş yüz altmış beş) manat dəyərində əmlakını ələ keçirməklə quldurluq etmişdir. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulması və CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin Məcəllənin 286-cı maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokoldan görünür ki, müstəntiq həmin tarixdə saat 14.20-dən saat 15.20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şahlar Tağıyevi cinayət işinin materialları ilə tanış etmişdir. Protokolun tərtib olunduğu yer olaraq Gəncə şəhəri, Göygöl rayon polis şöbəsinin inzibati binası göstərilsə də, Təqsirləndirilən şəxs1 həmin tarixdə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanıldığını və müstəntiqin həmin vaxt orada ona sənədlərə imza etdirdiyini bildirmiş, 2 saylı İstintaq Təcridxanasından götürülmüş şəxsi iş, o cümlədən həmin müəssisədən alınmış məktub məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, müstəntiq və müdafiəçi xx xxxxxx 2021-ci il tarixdə saat 14.20-dən saat 15.15-dək Təqsirləndirilən şəxs1la istintaq hərəkəti aparmışdır. Göründüyü kimi cinayət işinin materialları ilə tanış etməyə dair protokolda tanış etmənin yeri Gəncə şəhəri, Göygöl rayon polis şöbəsinin inzibati binası göstərilsə də həmin istintaq hərəkəti ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında keçirilmiş, istintaq hərəkətinin başa çatması saat 15.20-də göstərilsə də tədqiq edilmiş “çağırış üçün tələbnamə”də istintaq hərəkətinin başa çatma vaxtı kimi saat 15.15 dəqiqə göstərilmişdir. Bundan başqa iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokoldan görünür ki, müstəntiq həmin tarixdə saat 11.20-dən saat 12.20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Tofiq Nuriyevi cinayət işinin materialları ilə tanış etmişdir. Protokolun tərtib olunduğu yer olaraq Gəncə şəhəri, Göygöl rayon polis şöbəsinin inzibati binası göstərilsə də, Təqsirləndirilən şəxs2 həmin tarixdə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanıldığını və müstəntiqin həmin vaxt orada təxminən 10 dəqiqə ərzində ona sənədlərə imza etdirdiyini bildirmiş, 2 saylı İstintaq Təcridxanasından götürülmüş şəxsi iş, o cümlədən həmin müəssisədən alınmış məktub məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, müstəntiq və müdafiəçi xx xxxxxx 2021-ci il tarixdə saat 10.30-dan saat 11.30-dək həmin müəssisədə olmuşlar. Həmçinin həmin protokolda cinayət işinin materiallarının tanış olmaq üçün müdafiəçi X4 iştirakı ilə təqdim edildiyi göstərilsə də Təqsirləndirilən şəxs2 müdafiəçisi kimi Tofiq Nuriyev həmin istintaq hərəkətində iştirak etmişdir. Göründüyü kimi cinayət işinin materialları ilə tanış etməyə dair protokolda tanış etmənin yeri Gəncə şəhəri, Göygöl rayon polis şöbəsinin inzibati binası göstərilsə də həmin istintaq hərəkəti ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında keçirilmiş, istintaq hərəkətinin başlanması vaxtı kimi saat 11.20 göstərilmiş, başa çatma vaxtı isə tədqiq edilmiş “çağırış üçün tələbnamə”də saat 11.30 göstərilmişdir ki, bu da Təqsirləndirilən şəxs2 10 dəqiqə ərzində cinayət işinin materialları ilə tanış edildiyini təsdiq etmişdir. CPM-in 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə hazırlıq iclasında ibtidai istintaq dövründə istintaqın gedişindən narazılığını bildirdiyini, bu barədə bir neçə dəfə ərizələr yazaraq müstəntiqə müraciət etdiyini, lakin onun dediklərinin nəzərə alınmadığını göstərmişdir. Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş “Nəzarət-müşahidə işi” məhkəmə hazırlıq iclasında tədqiq edilərkən onun tərəfindən xx.xx.2020-ci il tarixli 5121 nömrəli, xx.xx.2020-ci il tarixli 5271 nömrəli məktublarla müstəntiq Orxan Bağırova, xx.xx.2020-ci il tarixli 5535 nömrəli məktubla isə Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etdiyi müəyyən olunmuşdur. Lakin iş materiallarına həmin ərizələr əlavə edilməmiş, bununla bağlı xüsusat araşdırılmamış, təqsirləndirilən şəxsin vəsatətlərinin nədən ibarət olduğu müəyyən edilməmişdir. Bundan başqa məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə maddi sübutlarla ibtidai istintaq zamanı tanış edilmədiklərini bildirərək həmin maddi sübutlarla tanış olmalarının onlar üçün əhəmiyyət kəsb etdiyini bildirərək maddi sübutlarla tanış olmaqdan imtina etmədiklərini göstərmişlər. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqları haqqında Avropa Konvensiyasının” 6-cı maddənin 1-ci bəndinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılmaq hüququna, habelə onun əleyhinə ifadə vermiş şahidləri dindirmək hüququna malikdir. X8 Məhkəməsinin Salduz Türkiyəyə qarşı işi üzrə qərarının 50-ci bəndində göstərilmişdir ki, Məhkəmə təkrarlayır ki, cinayət prosesinə gəlincə Konvensiyanın 6-cı maddəsinin əsas məqsədi hər hansı ittihamların müəyyən edilməsi üçün səlahiyyətli olan “tribunalın” ədalətliliyinin təmin olunmasıdır, lakin bu o demək deyil ki, 6-cı maddə ibtidai istintaqa münasibətdə şamil edilmir. Bununla 6-cı maddədə və xüsusən həmin maddənin 3-cü bəndi işin məhkəməyə göndərilməsindən əvvəl həyata keçirilən proseduralarla əlaqədar tətbiq edilir, belə ki, əvvəlki mərhələlərin Konvensiyanın müddəalarına uyğun olmaması məhkəmə prosesinin ədalətliliyinə ciddi xələl yetirir. Məhkəmə əvvəlki işlərdə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndində təsbit olunmuş hüquq həmin maddənin 1-ci bəndində qeyd olunan “cinayət işlər üzrə ədalətli məhkəmə hüququ” konsepsiyanın elementlərindən biri hesab olunur. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx xxxxxxx 2020-ci il tarixdə Göygöl rayon məhkəməsinin qərarına əsasən 4 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs1 barəsində xx xxxxxxx 2020-ci il tarixdə Göygöl rayon məhkəməsinin qərarına əsasən 4 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” növündə qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxslərə, zərər çəkmiş şəxslərə, müdafiəçilərə və dövlət ittihamçısına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-151/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-151/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver