Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-151/2023 04.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X8, X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1990-cı ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə saat 19 radələrində “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialına məxsus, texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobildə “X17” Azərbaycan Respublikası Qanununun 57-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalı olduğu halda qanunun qeyd edilən tələblərinə riayət etməyərək istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıyaraq nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub Şəmkir şəhəri, Şuşa küçəsi ilə şəhərin mərkəz hissəsi istiqamətində hərəkətdə olarkən “X17” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən öz hərəkəti ilə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda qanunun qeyd edilən tələblərini pozması nəticəsində idarə etdiyi “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin istiqamətdə ondan öndə hərəkətdə olan X2 idarə etdiyi “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialına məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsinə dəymiş, “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma nəticəsində yolun sağ hissəsinə yuvarlanmış, nəticədə ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü X4 başın tüklü hissəsində alın-təpə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin tüksüz hissəsinin sıyrığı, hər iki gözətrafı yumşaq toxumaların və sol almacıq nahiyəsinin hematoması, kəllə qapağı, burun sümük və qığırdaqlarının, almacıq, əng, damaq və alt çənə sünüklərinin, kəllə əsasının sınıqları, baş beyinin yumşaq qişasına qansızma, sol baldırın yuxarı və aşağı üçdə birinin, sağ baldırın aşağı üçdə birinin ön səthinin sıyrıqları və onun ölümünə səbəb olan avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilib dağılması ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, eyni zamanda ehtiyatsızlıqdan “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X13 başın tüklü hissəsində alın nahiyəsinin sol yarısının əzilmiş yarası, sol gözətrafı yumşaq toxumaların və sol almacıq nahiyəsinin hematoması, alın sümüyünün, burun sümük və qığırdaqlarının, sol almacıq sümüyünün, kəllə əsasının sınıqları, baş beyinin yumşaq qişasına qansızma, sağ diz oynağının, sol baldırın orta üçdə birinin ön səthinin sıyrıqları və onun ölümünə səbəb olan avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan iki nəfər şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətməsi tam təsdiq edilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 21 aprel 2022-ci il tarixdə “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialına (“Bayburt Grup AŞ”-yə) 21 aprel 2022-ci il tarixdə sürücü vəzifəsinə müqavilə ilə qəbul olunub elə həmin gündən də işə başlamışdır. O, “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialına (“Bayburt Grup AŞ”-yə) məxsus olan “Ford Kargo” markalı, **-JT-*** qeydiyyat nömrə nişanlı yük avtomobilini idarə etmiş, həmin müddətdən də hər gün həmin avtomobil ilə Sərxan kəndində yerləşən karyerdən avtomobili yükləyib Əliyaqublu kəndinin girəcəyinə aparıb boşaltmışdır. O, idarə etdiyi yük maşınına hər dəfəsində 50-60 ton arası torpaq və daş yükləmişdir. 04 may 2022-ci il tarixdə səhər saatlarında o, yenə də hər gün olduğu kimi yük maşınlarının saxlandığı dayanacağa getmiş, həmin avtomobilllərin olduğu parkdan özünün idarə etdiyi **-JT-*** qeydiyyat nişanlı yük maşınını götürüb maşını doldurmaq üçün karyerə getmişdir. Orada avtomobil yükləndikdən sonra Əliyaqublu kəndinə gəlmiş, yükü orada boşaltmaq üçün avtomobili arxaya hərəkət etdirmişdir. Yük maşınını əyləc ilə saxlamaq istəyən zaman əyləcin və yük maşınının əl tutacağının işləmədiyini görmüş, bu zaman pəncərəni açaraq ona orada istiqamət verən şirkət işçisinə əyləcin və əl tutacağının işləmədiyini, yük maşınının hava sistemində problem olduğunu deyib maşının təkərinin arxasına daş qoymasını istəmişdir. O, bu barədə dərhal sürücülərə nəzarət edən adını xatırlamadığı işçini yığmış, baş vermiş nasazlıq barədə məlumat vermişdir. Həmin işçi isə yük maşınının mühərrikini keçirib yandırmağını, qaz verməyini, hava yığıldığı halda yükü boşaldıb servisə getməyini, yükü boşalda bilmədiyi halda oraya usta göndərəcəyini demişdir. O isə yük maşınının kompressoruna hava yığılsın deyə sərt şəkildə qaz verib yoxlamağa başlamışdır. Təxminən 10 dəqiqə sonra kompressorun havasının 7 atmosferi keçdiyini görmüş, bu zaman dərhal enşel aralanmış, yük avtomobildən boşaldılmışdır. O, oradan çıxdıqdan sonra kompressorun atmosferi normalda 11 olmalı olduğuna baxmayaraq, 5-ci atmosferdən yuxarı olmadığını görsə də ehtiyatla servisə həmin dərəcəli atmosferlə getmiş, avtomobili servisə apardıqdan sonra o, yük maşnını adını xatırlamadığı ustaya göstərmişdir. Həmin usta 04 may 2022-ci il tarixdə saat 13:30 radələrində yük maşınına baxıb təmir etməyə başlamışdır. Onlar əli ilə yük maşınının kabinəsini qaldırmış, həmin usta yük maşınının komressorunun üst qapağını praklatka ilə birlikdə təzəsini anbardan götürüb oraya gətirmişdir. Yük maşınına təzə kompressorun üst qapağını bağlamışdır. Usta həmin qapağı xarab etdiyi üçün praklatkanı yerində saxlayıb köhnə qapağı yerinə bağlamış, bir də orada balaca bir rezin borunu və kompressorun 4 filtirindən birini dəyişmişdir. Sonradan avtomobili işə salmış, hər şeyin qaydasında olduğunu ona göstərmiş, o isə özünün də yük maşınından anlayışı olduğu üçün, kompressorun üst qapağının yük avtomobilinin atmosferi üçün əhəmiyyətli olduğunu bildiyindən ustadan təzə qapaq qoymasını istəsə də, usta ona yük maşınının üstündə olan qapağın işlək olduğunu, heç bir problem olmayacağını demişdir. O da avtomobilə əyləşib hər şeyin qaydasında olduğunu gördükdən sonra Sərxan kəndində yerləşən daş karxanasına getmiş, oraya saat 16 radələrində çatmış, buna baxmayaraq orada onlara Şəmkir rayonunda qonaq olduğu üçün müvəqqəti olaraq işin dayandırılması barədə məlumat verilmişdir. Saat 17:25-də yük maşınları yüklənməyə başlanmışdır. Əvvəlcə ondan qabaqda olan yük avtomobilləri daş və torpaqla yüklənib oradan çıxmış, saat 18:15-də idarə etdiyi yük avtomobilinə daş və torpaq yüklənmişdir. O, bundan təxminən 10 dəqiqə sonra Şəmkir rayonu, Kraz yolu ilə Əliyaqublu kəndinə getmək üçün hərəkətə başlamışdır. O, normal şəkildə Kraz yolu ilə hərəkət etmiş, bu zaman avtomobilin atmosferi normal vəziyyətdə olsa da o, həmin yolda olan yoxuşu qalxdıqdan sonra avtomobil aşağı tərəfə hərəkətə başlayan zaman maşın yüklü olduğu üçün surət yığmasının qarşısını almaq məqsədi ilə əyləci sıxmışdır. Bu zaman kompressorun atmosferinin 3-4 atmosferə düşdüyünü, əyləc siteminin, surətlər qutusunun və əl əyləcinin işləmədiyini görmüşdür. O, təxminən 1-1.5 kilometr aralıda şirkətə məxsus digər yük maşınının hərəkətdə olduğunu görüb yük maşınını saxlamağa çalışmış, lakin maşının heç bir sistemi işləmədiyi üçün bunu edə bilməmişdir. O, qarşıdan əks istiqamətdə gələn avtomobilləri buraxıb Elsevərin idarə etdiyi “Ford kargo” markalı, **- JT-*** qeydiyyat nişanlı yük maşınını ötüb qəzanın qarşısını almaq istəsə də, idarə etdiyi maşın normadan artıq yüklü olduğundan, təxminən 55 ton yük olduğu üçün ötmə əməliyyatı edə bilməmiş, maşınının sağ qabaq küncü Elsevərin idarə etdiyi maşının sol arxa küncünə dəymişdir. Elsevərin avtomobili toqquşmadan təxminən 25 metr sonra yolun kənarına, onun yük maşını isə toqquşmadan təxminən 200 metr sonra yolun kənarına aşmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, X15 onun əri olmuşdur. Asif Əliyev təxminən üç il əvvəl “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialında (“Bayburt Grup AŞ”-də) işləməyə başlamışdır. Asif həftə içi Şəmkir rayonunda qalmış, həftə sonları isə birlikdə yaşadıqları Yevlax şəhərinə gəlmişdir. 04 may 2022-ci il tarixdə axşam saatlarında ona Asifin işlədiyi şirkətdən zəng gəlmiş, ilkin olaraq onlara Asifin ağır yol-nəqliyyat hadisəsi keçirdiyi, xəsarət aldığı, Şəmkir rayon Mərkəzi xəstəxanasında olduğu barədə deyilmişdir. Bundan təxminən 1 saat sonra onlara Asifinin ölməsi barədə məlumat verilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, X6 onun əri olmuşdur. Elsevər Muxdarov təxminən dörd il əvvəl “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialında (“Bayburt Grup AŞ”-də) sürücü vəzifəsində işləməyə başlamışdır. Şirkətdə “Ford Kargo” markalı avtomobil idarə etmişdir. Elsevər həftə içi Şəmkir rayonunda qalmış, həftə sonları isə yaşadıqları Goranboy rayonuna gəlmişdir. 04 may 2022-ci il tarixdə axşam saatlarında ona zəng gəlmiş, Elsevərin yol-nəqliyyat hadisəsi keçirdiyi, yol-nəqliyyat hadisəsi zamanı öldüyü barədə ona məlumat verilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon polis Şöbəsinin DYPB-nin polis nəfəri vəzifəsində işləyir. 04 may 2022-ci il tarixdə saat 18:45-də Şəmkir rayonu, Kraz yaşayış massivində yolnəqliyyat hadisəsi baş verməsi və xəsarət alanların olması barədə Şəmkir rayon polis Şöbəsinin məsul növbətçisindən məlumat aldıqdan sonra dərhal hadisə yerinə getmişdir. Həmin vaxt hadisə yerində “Ford Kargo”, **-JT-*** qeydiyyat nömrə nişanlı yük maşınının və “Ford Kargo” markalı, **-JT-*** qeydiyyat nömrə nişanlı yük maşınının yolun kənarına aşdığını, yük maşınlarından xəsarət alanların olduğu ona məlum olmuşdur. Hadisə yerinin muhafizəsi təmin edilmiş, müstəntiqin, onun və hadisəni görən bir nəfər şəxsin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Daha sonra onun və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialında (“Bayburt Grup AŞ”-də) baş maşinist vəzifəsində işləyir. 04 may 2022-ci il tarixdə onun işlədiyi şirkətin işçisi Təqsirləndirilən şəxs əlaqə saxlayaraq avtomobilinin nasaz olduğu barədə məlumat vermişdir. Ona bu barədə deyildikdən sonra o, Turalın yükü boşaldıb gələ bildiyi halda yükü boşaldıb ustaların yanına gəlməsini, əks halda olduğu yerə usta göndəriləcəyini demişdir. Bundan bir müddət sonra Tural şirkətin qarajına gəlmişdir. Orada olan ustalar avtomobilə baxaraq avtomobili saz vəziyyətə gətirmişdir. Saz vəziyyətdə də avtomobili Turala təhvil vermişdir. Tural qarajdan çıxan zaman və həmin gün avtomobil saz vəziyyətdə olmuşdur. Tural qarajdan çıxdıqdan sonra avtomobildə olan hər hansı nasazlıq ilə bağlı şirkətə heç bir məlumat verməmişdir. Qarajda da avtomobil Turala işlək vəziyyətdə verilmişdir. Ümumiyyətlə “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialında (“Bayburt Grup AŞ”-də) gündəlik olaraq hər səhər bütün avtomobillərin sazlığı yoxlanılır, avtomobillərdə hər hansı nasazlıq olduğu halda avtomobil dərhal təmir edilir, heç bir nasazlıq aşkar edilmədiyi halda isə avtomobil istismara buraxılır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3r Novruz oğlu ifadəsində göstərmişdir ki, o, onun işlədiyi şirkətdə gündəlik olaraq şirkətin avtomobillərinə baxış keçirir, avtomobillərdə hər hansı nasazlıqlar olduğu halda həmin nasazlıqları aradan qaldırır. O, Turalı sürücü kimi qaraja gedib-gələn zaman görmüş, sonuncu dəfə 04 may 2022-ci il tarixdə o, qarajda olan zaman günorta saatlarında Tural idarə etdiyi **-JT-*** qeydiyyat nişanlı yük maşınını qaraja gətirmiş, maşının hava sistemində problem olduğunu ona demiş, o da avtomobili müayinə etmişdir. Müayinədən sonra avtomobilin kompressorunun hava yığmadığını gördüyü üçün kompressoru təmir etməyə başlamışdır. O, kompressorun üst qapağını dəyişib yenisini qoymuşdur. Kompressoru dəyişdikdən sonra avtomobili işə salmış, bu zaman avtomobilin hava yığdığını görmüşdür. Turalın özü də avtomobilin hava yığdığını gördüyü üçün yük maşınını işə salıb oradan çıxıb getmişdir. Həmin günün axşamı o, Turalın yol-nəqliyyat hadisəsi törətdiyini eşitmişdir. Şahid Teymur Kərimov ifadəsində həmçinin göstərmişdir ki, “Ford Kargo” markalı avtomobillərdə hava sistemi olmadığı, avtomobillərin əyləc və surətlər qutusu işləmədiyi halda həmin avtomobillərdə dərhal tormozlaşma gedir. Avtomobil nasaz olsaydı belə, həmin avtomobildə tormozlaşma gedəcəkdi. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X6 onun oğlu olmuşdur. Elsevər Muxdarov təxminən 4 il əvvəl “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialında (“Bayburt Grup AŞ”-də) sürücü vəzifəsində işləməyə başlamışdır. “Ford Kargo” markalı avtomobil idarə etmişdir. Elsevər həftə içi Şəmkir rayonunda qalmış, həftə sonları isə Goranboy rayonunda yerləşən evinə gəlirdi. 04 may 2022-ci il tarixdə axşam saatlarında oğlu Elsevərin Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi zamanı öldüyünü ona bildirmişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 may 2022-ci il tarixli “hadisə yerinə baxış keçiriləsi barədə” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Şəmkir şəhəri, Kraz yaşayış massivində baş vermişdir. Hadisə yerinin fotocədvəli və sxemi tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 8-25). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 24 nömrəli rəyindən görünür ki: 1.X1 meyitində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində alın-təpə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin tüksüz hissəsinin sıyrığı, hər iki gözətrafı yumşaq toxumalarının və sol almacıq nahiyəsinin hematoması, kəllə qapağı, burun sümük və qığırdaqlarının, almacıq, əng, damaq və alt çənə sümüklərinin, kəllə əsasının sınıqları, baş beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilib dağılması, sol baldırın yuxarı və aşağı üçdə birinin, sağ baldırın aşağı üçdə birinin ön səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 04 may 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. 2.X1 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilib dağılması olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X2 ölümü meyiti müayinəyə başlamazdan 1-2 saat əvvəl baş vermişdir. 3.X2 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik vasitə aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 49-52). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 25 nömrəli rəyindən görünür ki: 1.X5 meyitində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində alın-təpə nahiyəsinin sol yarısının əzilmiş yarası, sol gözətrafı yumşaq toxumalarının və sol almacıq nahiyəsinin hematoması, alın sümüyünün, burun və sümük qığırdaqlarının, sol almacıq sümüyünün, kəllə əsasının sınıqları, baş beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sağ diz oynağının və sol baldırın orta üçdə birinin ön səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 04 may 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. 2.X5 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X11 ölümü meyitin müayinəyə başlamazdan 2-4 saat əvvəl baş vermişdir.
3. X11 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 53-56). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 20 may 2022-ci il tarixli, 1644/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenitiazın, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisiatlar və kannabionidlər (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 75-78). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-texniki vəziyyətin təyini ekspertizasının 17 avqust 2022-ci il tarixli, 8/1652 nömrəli rəyindən görünür ki, təqdim olunmuş “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hadisə nəticəsində kabinası, mühərrik olan sahəsi, qabaq asqı olan sahəsi, sürətlər qutusu, qabaq sağ təkər olan sahəsi və s. deformasiya olunduğundan onun işçi tormoz sistemində və sürətlər qutusunda hadisədən əvvəl nasazlığın yaranıb-yaranmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin qabaqdan ikinci körpünün sol təkərinin və üçüncü körpünün sol və sağ təkərlərinin energoakkumlyatorlu tormoz kameraları işlək, yəni texniki cəhətdən saz vəziyyətdədir. Qabaqdan ikinci körpünün sağ təkərinin energoakkumlyatorlu tormoz kamerası hadisə zamanı həmin sahəyə təsir edən güclü xarici dinamiki qüvvə nəticəsində deformasiya olunaraq yararsız vəziyyətə düşmüşdür (iş vərəqə: cild İ, səh.84-88). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 17 avqust 2022-ci il tarixli, 8/1879 nömrəli rəyindən görünür ki: -İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Ford Cargo” markalı, **-JT- *** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobildə istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıdığından onun hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford Cargo” markalı, **-JT- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir (iş vərəqə: cild İ, səh. 89-93). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 917 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ əlin arxa və ovuc səthinin, sağ diz oynağının ön səthinin əzilmiş yaraları küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 04 may 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 94-95). Cinayət işinin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 25 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur (iş vərəqə: cild İ, səh. 96). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsinin 470110 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialına məxsus olan “Ford Cargo” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə icazə verilmiş maksimal kütlə 32000 kq-dır (iş vərəqə: cild İ, səh. 248). Cinayət işinin materillarına əlavə edilmiş 21 noyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialına məxsus olan “Ford Cargo markalı, **-JT- *** qeydiyyat nömrə nişanlı və “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər maddi sübut hesab edilmiş və Şəmkir rayon Polis Şöbəsinin DYPB-nin duracağında saxlanılmışdır (iş vərəqə: cild 2, səh. 5-16). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.120-121). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.171-177). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 101). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının X16 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh. 226). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının X16 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqları var (iş vərəqə: cild İ, səh. 227). Cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X8 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X3 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan iki nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı törətdiyi yol-nəqliyyat hadisəsinin onun idarə etdiyi nəqliyyat vasitəsinin kompressorunun atmosferinin 3-4 atmosferə düşməsi, əyləc siteminin, surətlər qutusunun və əl əyləcinin işləmədiyindən digər yük maşınının hərəkətdə olduğunu görüb idarə etdiyi yük maşınını saxlamağa çalışsa da, maşının heç bir sisteminin işləməməsinə görə bunu edə bilməməsi ilə bağlı ifadəsində göstərdiklərinə dair qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi həmin hallar cinayət işi üzrə məhkəmə-texniki vəziyyətin təyini ekspertizasının 17 avqust 2022-ci il tarixli, 8/1652 nömrəli rəyi, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 17 avqust 2022-ci il tarixli, 8/1879 nömrəli rəyi, digər ekspertiza rəyləri, bundan başqa Şahid2 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sonuncu dəfə ustalar tərəfindən avtomobilə baxılaraq avtomobilin saz vəziyyətə gətirilməsi və avtomobilin Təqsirləndirilən şəxs saz vəziyyətdə təhvil verilməsi, Təqsirləndirilən şəxs qarajdan çıxan zaman həmin gün avtomobilin saz vəziyyətdə olmasına dair ifadəsi, bundan başqa Şahid3r Novruz oğlunun gündəlik olaraq şirkətin avtomobillərinə baxış keçirilməsi, avtomobillərdə hər hansı nasazlıqlar olduğu halda həmin nasazlıqların dərhal aradan qaldırılması, sonuncu dəfə də Təqsirləndirilən şəxs sürücü kimi qaraja gələrkən avtomobilin müayinə edildiyinə, müayinədən sonra avtomobilin kompressorunun təmir edilməsi və Təqsirləndirilən şəxs özünün həmin avtomobili sonuncu dəfə saz vəziyyətdə idarə edib getməsinə dair ifadəsi, iş üzrə digər şahidlərin ifadələri və cinayət işinin bütün materialları ilə tamamilə təkzib edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş və mötəbərliyi heç bir mübahisə doğurmayan iş üzrə yuxarıda göstərilmiş sübutların məcmusu ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobildə “X17” Azərbaycan Respublikası Qanununun 57-cı maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıyaraq nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub, “X17” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən öz hərəkəti ilə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda qanunun qeyd edilən tələblərini pozaraq, iki şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Belə ki, “X17” Azərbaycan Respublikası Qanununun 57-cı maddəsinin 1-ci hissəsinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Məhkəmə iş üzrə qeyd edilən digər sübutlarla yanaşı, keçirilmiş məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının 17 avqust 2022-ci il tarixli, 8/1879 nömrəli rəyini mötəbər sübut kimi qiymətləndirərək qeyd edir ki, həmin ekspertiza rəyinə əsasən “Ford Cargo” markalı, **-JT-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobildə istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıdığından onun hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs “X17” Azərbaycan Respublikası Qanununun 57-cı maddəsinin 1-ci hissəsinə tələblərinə əsasən idarə etdiyi nəqliyyat vasitəsinin növü üçün daşınan yükün istehsalçı müəssisənin müəyyən etdiyi kəmiyyətlərdən artıq yük daşımamalı olduğu halda, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi, həmin avtomobildə icazə verilmiş maksimal kütlənin 32000 kq olmasına baxmayaraq, Təqsirləndirilən şəxs qanunun həmin tələblərini pozaraq, təxminən 55 ton yük daşımış, bununla da “X17” Azərbaycan Respublikası Qanununun qeyd edilən tələbi ilə yanaşı, həmçinin həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməmiş və qeyd edilən ekspertiza rəylərinə əsasən də hadisənin baş verməsinin səbəbləri qanunun həmin tələblərinə riayət edilməməsi olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə edilməsini, həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlinin təqsirin ehtiyatsızlıq formasına aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları nəzərə almaqla yanaşı, həmçinin törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 08 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq ev dustaqlığında saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 08 sentyabr 2022-ci il tarixdən hesablanmalı, tutulduğu və ev dustaqlığında saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Şəmkir rayon Polis Şöbəsinin DYPB-nin duracağında saxlanılan iş üzrə maddi sübut “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialına məxsus olan “Ford Cargo markalı, **-JT- *** qeydiyyat nömrə nişanlı və “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər sahibi “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialına qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 328 (üç yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Şəmkir rayon Polis Şöbəsinin DYPB-nin duracağında saxlanılan və “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialına məxsus olan “Ford Cargo markalı, **-JT- *** qeydiyyat nömrə nişanlı və “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər sahibi “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialına qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri – 328 (üç yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə