Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-151/2024 06.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X3 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 29 mart 2023-cü il tarixdə bir ədəd şəffaf polietilen kəsiyi bükümündə külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, İsmət Qayıbov küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümündə, kustar üsulla hazırlanmış, külli miqdarda 7,881 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə o, işə getməmiş və yaşadığı evində olarkən polis əməkdaşları onu saxlamışlar və ona narkotik vasitə göstərərək həmin narkotik vasitənin onun üzərindən aşkar edildiyini etiraf etməsinə məcbur edərək bildirmişlər ki, əgər həmin narkotik vasitənin onun üzərindən aşkar edildiyini etiraf etməsə, o, başqa ölkələrə casusluq etməkdə, dövlətə xəyanətdə ittiham ediləcək. O, heç bir ölkəyə casusluq etmədiyini bildirmişdir. Ona demişlər ki, dövlətə xəyanətdə ittiham olunmağını istəmirsə, həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməlidir. O, məcbur olub ittihamda göstərilən narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. O, həmin ərəfədə narkotik vasitə istifadə etməmişdir. O, təxminən 2011-ci ildə iki il müddətində “nəşə”dən istifadə etmişdir. Lakin sonradan narkotik istifadə etməyi tərkizmiş, hazırki cinayət işi üzrə polis əməkdaşları tərəfindən tutularkən narkotik vasitə istifadə etməmiş və onun narkotiklə heç bir əlaqəsi olmamışdır. Qeyd edilənlərə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs həmçinin məhkəmənin sonrakı iclaslarında 2 saylı İstintaq Təcridxanasından götürülmüş onun tibbi kitabçasında “həbs olunmadan əvvəl alınmış zədələr barədə” olan qrafada göstərilmiş köhnə çapıq toxumalarını həbs olunmamışdan əvvəl aldığını və hazırki cinayət işi ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 29 mart 2023-cü il tarixdə verdiyi izahatında, sonra 30 mart 2023-cü il tarixdə şübhəli şəxs kimi dindirilərkən, daha sonra isə 31 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. O, bir neçə il olar ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. 29 mart 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Şəmkir şəhəri, İsmət Qayıbov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman su arxının kənarında şəffaf sellofan büküm olduğunu görmüş, həmin bükümü götürüb baxdıqda həmin bükümün narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, daha sonra lazım olduqda istifadə etmək məqsədilə həmin bükümü əynində olan idman gödəkçəsinin sol cibinə qoyub üzərində saxlamışdır. 29 mart 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında küçədə olan zaman Şəmkir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər. Şəmkir rayon polis şöbəsinə gətirildikdən sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı ona elan edilmiş, ona öz hesabına müdafiəçi tutmaq, həmçinin dövlət hesabına müdafiəçinin köməyindən istifadə etmək hüququnun olması izah edilmişdir. O, dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş, ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra müdafiəçi X4 iştirakı ilə ona təkrarən hüquq və vəzifələri izah edilmişdir. Ona qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu izah edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməyi təklif edilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə olub-olmadığı soruşulduqda üzərində narkotik vasitə olduğunu bildirmişdir. Ona təqdim etməyi təklif edildikdə əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibində saxladığı narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Ondan həmin narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda yaşadığı küçədə su arxının kənarından tapdığını, istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Bundan sonra onun iştirakı ilə təqdim etdiyi şəffaf sellofan paketdə olan narkotik vasitə heroin elektron tərəzi vasitəsilə çəkilən zaman 8,17 qram çəkidə olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı ondan həmin narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda həmin narkotik vasitəni yaşadığı küçədən su kanalının kənarından tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı ondan başqa yerdə saxladığı narkotik vasitə olub-olmadığı soruşulduqda başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Onun üzərində polis əməkdaşı axtarışı davam etdirmiş, lakin üzərində başqa hər hansı qanunsuz maddə aşkar edilməmiş, bundan sonra müdafiəçisi Akif İsmayılov ondan həmin narkotik vasitəni həqiqətənmi tapıb əldə etdiyini soruşmuş, o, bəli deyərək narkotik vasitəni tapdığını bildirmişdir. Akif İsmayılov ondan polis əməkdaşları tərəfindən və ya hər hansı digər şəxs tərəfindən həmin narkotik vasitənin onun üzərinə qoyulub-qoyulmadığını soruşduqda belə bir halın olmadığını bildirmişdir. Akif İsmayılov ondan polis şöbəsinə gətirildiyi vaxtdan ona qarşı hər hansı şəxs tərəfindən hər hansı fiziki və ya psixi təsir göstərilib-göstərilmədiyini soruşmuş, ona qarşı heç bir təzyiq olmadığını bildirmişdir. Vəkili Akif İsmayılov ona narkotik vasitə gəzdirməyin cinayət olduğunu bildirdikdə bundan məlumatı olduğunu, bunu bildiyini demişdir. Onun üzərində aşkar edilmiş telefon barədə soruşulduqda həmin mobil telefonun “Samsung Galaxy A13” markalı mobil telefon olduğunu və üzərində ona məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olduğunu bildirmişdir. Bundan sonra müdafiəçisi Akif İsmayılov və onun iştirakı ilə protokol tərtib olunmuş, protokolu imzalayaraq təsdiq etmişlər. O, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş heroini 29 mart 2023-cü il tarixdə yaşadığı küçədə su kanalının kənarından tapmışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində gəzdirmişdir. O, narkotik vasitə iki-üç il olar ki, istifadə edir. O, adətən marixuana və heroindən istifadə edir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, o, hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, başqa hər hansı yerdə narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və predmət saxlamamışdır. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. O, polis şöbəsinə gətirilən zaman və hazırda ona polis əməkdaşları və hər hansı digər şəxs tərəfindən hər hansı fiziki, psixi zor tətbiq edilməmiş və ya ona hər hansı formada təsir göstərilməmişdir (iş vərəqə: cild İ, səh.39, 48-49, 66-68). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ifadəsində göstərdiyi kimi ona qanunsuz təzyiqlər etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi barədə rəhbərliyə raportla müraciət edilmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Şəmkir rayon Post Patrul Xidmət bölüyünün polis nəfəri Şahid3 və Post Patrul Xidmət bölüyünün polis nəfəri Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 mart 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Şəmkir şəhəri, İsmət Qayıbov küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, sonra üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. O, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 8,17 qram heroin aşkar edildiyini öyrənmişdir. Şahid X8 ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tərəfindən və ya digər polis əməkdaşları tərəfindən hər hansı psixoloji, fiziki və ya digər təsir, təzyiq olmamışdır və təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Şahid X8 ifadəsinin yekununda göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik alqısatqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə verilmiş istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilməmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək şahid X5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şəmkir Rayon Polis X1 Qrupunun baş inspektoru vəzifəsində işləyir. 29 mart 2023-cü il tarixdə əməliyyat müvəkkili X12 şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq təxirəsalmaz əməliyyat-axtarış tədbirləri keçirilərək 29 mart 2023cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Şəmkir şəhəri ərazisində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilmişdir. Ona Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılacağı bildirilərək istintaq hərəkətinin çəkilişinin aparılması tapşırılmışdır. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və cibindən sellofan büküm çıxararaq təqdim etmişdir. Həmin bükümün nə olduğu soruşulduqda bükümün içində narkotik maddə olduğunu bildirmiş və həmin maddəni küçələrində arxdan tapdığını demişdir. Həmin narkotik vasitəni hansı məqsədlə üzərində saxladığı soruşulduqda şəxsi istifadə etmək məqsədilə götürüb saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlə tərəzidə çəkilərkən çəkisi xatırladığı qədər təxminən 8 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs hər hansı psixoloji, fiziki və ya digər təsir, təzyiq olmamış, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat əldə edilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 mart 2023-cü il tarixli Şəmkir rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili İnar Adıgözəlovun raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur (iş vərəqə: cild İ, səh.5). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 mart 2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında protokol”dan görünür ki, Şəmkir rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən ağ rəgli sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, tərəzidə çəkilərkən 8,17 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni küçədə arxdan tapdığını, hərdən istifadə etmək məqsədilə götürdüyünü bildirmişdir. Daha sonra həmin maddə qablaşdırılmış, möhürlənmiş və bu barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə: 31-36). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 aprel 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, müdafiəçisinin iştirakı ilə həmin istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,881 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini Şəmkir şəhəri, İ.Qayıbov küçəsinin yaxınlığında Çörək zavodunun qarşısında su kanalının kənarından tapdığını bildirərək həmin yeri göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir. Sonra bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir (iş vərəqə: cild İ, səh.91-95). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri, İ.Qayıbov küçəsi, ev 42 ünvanında yaşadığı evə baxış keçirilmiş və saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.149-152). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X10 Bölməsinin 30 mart 2023-cü il tarixli, 16/367 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8,17 qram narkotik vasitə...” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,881 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (iş vərəqə: cild İ, səh.43-45). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin 15 aprel 2023-cü il tarixli, 644 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür, həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş narkotik vasitəni arxın kənarından tapdığını bildirmişdir (iş vərəqə: cild İ, səh.129). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X7” X15 məhkəmə-tibbi ekspertizasının 01 aprel 2023-cü il tarixli, 308 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.96- 97). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 11 may 2023-cü il tarixli, 270 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı və hal hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərininə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ona istinad edilən cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.167-169). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 31 may 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən təqdim edilmiş 1 ədəd diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə başqa mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin və mesajlarla bağlı məlumatların olmasına dair CD diskdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.160). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şəmkir rayon Polis Şöbəsinin 24 iyun 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: cild İ, səh.165). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 iyul 2023-cü il tarixli “baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A13” markalı mobil telefonun içərisində olan məlumatların köçürüldüyü diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması barədə hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.176). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 7,781 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut hesab edilərək Şəmkir Rayon Polis Şöbəsinə saxlanca verilmiş, həmçinin şəxsi axtarış istintaq hərəkətinin video görüntülərin köçürüldüyü DVD-R disk, Təqsirləndirilən şəxs qismində videoçəkiliş vasitəsilə dindirilməsinin əks olunduğu DVD-R disk və yaşayış evinə baxış istintaq hərəkətinin video görüntüsünün əks olunduğu DVD-R disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.177-184). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 29 mart 2023cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 13- 14). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsində izahatında onun üzərindən narkotik vasitənin aşkar edildiyini etiraf etmiş, aradabir narkotik vasitə istifadə etdiyindən küçədən tapdığı həmin narkotik vasitəni üzərində saxladığını bildirmişdir (iş vərəqə: cild İ, səh.76-78). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə: 111). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqə: 120). Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən zaman çəkilmiş video görüntü nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən narkotik vasitə heroin aşkar edildiyini etiraf etmiş, həmin maddəni su kanalının kənarından tapdığını bildirmiş, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və ya digər qanunsuz hərəkətlərə yol verilmədiyini göstərmişdir (iş vərəqə: cild İ, səh.69). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar həddində narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya narkotik maddəni məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X8, X2 baş inspektoru Şahid2, Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid3, Şahid4 və Şahid5 ifadələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının sonuncunun narkotik vasitəni satış məqsədilə deyil, sadəcə üzərində saxlaması barədə olmasını bildirmişlər, həmçinin göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik maddəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik maddənin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik maddəni satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən narkotik maddə heroinin kütləsi 7,881 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən narkotik maddə heroinin kütləsinin 7,881 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik maddəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik maddənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitənin bağlamalara bükülməsinə, çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, cinayət işinin materiallarına əsasən müəyyən olunmuşdur ki, işdə olan 29 mart 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmamışdan əvvəl onun barəsində satış məqsədi ilə deyil, narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild 1, səh.5), eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət işi 30 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə başlanmış, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamış, onun istifadəsində olmuş mobil telefon nömrələri ilə bağlı “Azercell”dən əldə edilmiş məlumatlarda satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmiş, həmçinin onun istifadəsində olmuş mobil telefonunda olan məlumatlarda Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması barədə hər hansı məlumat müəyyən edilməmiş, bununla da Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən heç bir hallar mövcud olmasa da və ibtidai istintaqın sonrakı mərhələsində də bununla bağlı heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli ibtidai istintaqın sonunda 05 iyul 2023-cü il tarixdə heç bir əsas olmadan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 7,881 qram narkotik maddə heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin külli miqdar həddində olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik maddəni satış məqsədi ilə əldə edib saxlaması kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən növdə olan narkotik maddədən həqiqətən də asılılığının olmasının təsdiq olunması, onun barəsində daxil olmuş əməliyyat məlumatlarının onun satış məqsədi ilə deyil, narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq üzərində saxlaması barədə olduğu, daha sonrakı əməliyyatlar nəticəsində də onun hər hansı şəxsə narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik maddəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə, ondan aşkar edilmiş narkotik maddə heroinin yalnız külli miqdar həddində olması əsasına görə, bununla bağlı heç bir sübutlar olmadığı halda, yalnız fərziyyə və ehtimallarla onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlayıb, daşıması və onun üzərindən həqiqətən də ittihamda göstərilən narkotik vasitənin aşkar olunması “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin protokolu, həmin istintaq hərəkətinin videoçəkilişinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, ekspertiza rəyləri, şahid ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrlə sübuta yetirilsə də, həmin sübutlarla təqsirləndirilən şəxsin ondan aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə edib saxlaması sübuta yetirilməmiş və satış məqsədinin olmasını təsdiq edən hər hansı sübut da müəyyən edilməmişdir, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin külli miqdar həddində olması əsasına görə, heç bir sübut olmadığı halda, ehtimal və fərziyyə əsasında Təqsirləndirilən şəxs hamin maddəni satış məqsədilə əldə etməsi qənaətinə gəlinməsi qanunvericiliyin şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilməməsi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi, cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrin də təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı olduğu, cinayət törədilməsində təqsirləndirilən şəxsin özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu olmadığı, ittihamı sübuta yetirmək və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi kimi təməl prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnmiş olar. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələri və ya psixotrop maddəni yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psoxotrop maddələrin satış məqsədi olmadan külli miqdar həddində əldə edilməsi, saxlanması, daşınması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 7,881 qram narkotik vasitə heroin külli miqdar təşkil etdiyindən, həmin narkotik maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini külli miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun polis əməkdaşları tərəfindən yaşadığı evində olarkən saxlanması, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması və həmin narkotik vasitənin ona məxsus olduğunu polis əməkdaşlarının qanunsuz təzyiqləri nəticəsində etiraf etməsinə dair ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində həmin göstərdikləri cinayət işinin faktiki hallarına ümumiyyətlə uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkiliş məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı həqiqətən də Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən narkotik vasitənin aşkar edildiyi və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə cinayət işinin materialları qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin araşdırma başlandığı vaxt onun üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilərkən müdafiəçisi ondan polis əməkdaşları tərəfindən hər hansı psixi, fiziki və ya digər təzyiqlərə məruz qalıb-qalmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmiş (iş vərəqə: cild İ, səh.31-32), sonra müdafiəçisinin iştirakı ilə 29 mart 2023-ci il tarixdə verdiyi izahatında, həmçinin 30 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, daha sonra 31 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində onun üzərindən həqiqətən də ittihamda göstərilən narkotik vasitənin aşkar edildiyini etiraf etmiş, həmin maddəni tapdığını bildirmiş və həmin ifadələrində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.39, 48-49, 66-68). Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 31 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən onun həmin ifadəsi müdafiəçisinin iştirakı ilə yanaşı, videoçəkilişlə alınmış və həmin videoçəkiliş məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən Təqsirləndirilən şəxs həqiqətən də həmin narkotik vasitə heroinin onun üzərindən aşkar edildiyini etiraf etməsinə, həmin maddəni tapdığını və onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini göstərməsinə dair ifadəsi ilə və həmin ifadənin əks olunduğu video disklə də Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bildirdiyi inkaredici hallar bir daha təkzib edilmişdir (iş vərəqə: cild 1, səh.69). İlkin ibtidai araşdırma zamanı onun üzərində şəxsi axtarış keçirilərkən həmin istintaq hərəkətinin keçirilməsində onun saxlanılmasında iştirak edən polis əməkdaşları iştirak etsələr də, ibtidai araşdırmanın sonrakı mərhələsində təqsirləndirilən şəxs qismində müstəntiqə sərbəst şəkildə ifadə verərkən də, hətta cinayət işinin ibtidai istintaqının qurtarması barədə təqsirləndirilən şəxsə məlumat verilməsi barədə protokolla tanış olarkən və müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olub bu barədə protokolda münasibətini bildirərkən də təqsirləndirilən şəxs ona hər hansı təzyiq edilməsindən və hər hansı əməli etiraf etməsinə məcbur edilməsi ilə bağlı narazılığını bildirməmiş, hər hansı etiraz və vəsatətinin olmadığını göstərmişdir. Həmçinin cinayət işinin materiallarında olan 15 aprel 2023-cü il tarixli, 644 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkolojitibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmiş və həmin maddənin ona məxsus olduğunu inkar etməmişdir (cild 1, iş vərəqə: 129). Eyni zamanda, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarından görünür ki, məhkəmədə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən Təqsirləndirilən şəxs onun üzərindən narkotik vasitənin aşkar edildiyi etiraf etmiş, aradabir narkotik vasitə istifadə etdiyindən küçədən tapdığı həmin narkotik vasitəni üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqə: 76-78). Bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Çəmkir Rayon Polis X6 Yerinə daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi ilə bağlı məhkəməyə göndərilmiş Şəmkir Rayon Polis Şöbəsinin 06 mart 2024-cü il tarixli məktubundan, həmçinin “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarətin olması müəyyən edilməmişdir (cinayət işinin materialları). Bununla yanaşı, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olubolmamasının müəyyən edilməsi üçün 2 saylı istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı xəsarət aşkar edilməmişdir, onda olan köhnə çapıq toxumalar isə həbs olunmadan əvvələ aiddir (cinayət işinin materialları). Göstərilənlərdən başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun göstərdiyi polis əməkdaşları tərəfindən hər hansı təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar qeyd edilən xüsusatların araşdırılıb müvafiq qərar qəbul edilməsinə dair göndərilmiş sorğu əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən məhkəməyə göndərilmiş 42-C-24 saylı qərar məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin qərarın məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun göstərdiyi polis əməkdaşları tərəfindən qanunsuz təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, həmçinin ifadəsində göstərdiyi polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı qanunsuz təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Beləliklə də, bütün göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi həmin inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə tamamilə təkzib edilmiş və onun ifadəsində həmin göstərdikləri cinayət məsuliyyətindən yayınmaq üçün həqiqətə uyğun olmayan və heç bir faktla təsdiq olunmayan məlumatlar olduğu bir daha təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsini sübut növü kimi qəbul etmir və onun ibtidai istintaq zamanı verdiyi ifadələri cinayət işinin materialları üzrə istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş videoçəkilişin əks olunduğu disk, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən, məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut növü kimi qəbul edir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Şəmkir Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2023-cü il tarixli, 644 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış Şəmkir rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,781 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış, baxış istintaq hərəkətlərinin və Təqsirləndirilən şəxs qismində dindirilməsinin əks olunduğu 3 ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Şəmkir rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,781 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış, baxış istintaq hərəkətlərinin və Təqsirləndirilən şəxs qismində dindirilməsinin əks olunduğu 3 ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Elmin Rüstəmov
Məhkəmə qərarları › İş №1(100)-151/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-151/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver