Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-152/2020 28.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X21 Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X4, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi cinayətə görə Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci il maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısının İİ bəndinə daxil edilən külli miqdarda 2,091 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini, 0,358 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 8,748 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib ünvan 2 ünvanında yaşadığı fərdi yaşayış evinə qanunsuz daşıyaraq həmin çəkidə narkotik vasitə qurudulmuş marixuananı 0,227 qram, 0,292 qram, 0,268 qram, 0,283 qram, 0,412 qram, 0,322 qram, 0,206 qram, 0,315 qram, 0,257 qram, 0,233 qram, 0,248 qram, 0,258 qram, 0,298 qram, 0,339 qram, 0,255 qram, 0,315 qram, 3,069 qram və 1,151 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 16 ədəd büküm, 01 ədəd kibrit qutusu və 01 ədəd məndil kağızına, qeyd olunan çəkidə psixotrop maddə metafetamini 0,909 qram, 1,044 qram və 0,138 qram çəkidə olan hissələrə bölüb 02 ədəd büküm və 01 ədəd kağız kəsiyinə qablaşdıraraq 01 ədəd bükümdə olan narkotik vasitə heroinlə birlikdə bütün narkotik vasitə və psixotrop maddələri yaşadığı fərdi yaşayış evində gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 19:40-da yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlanılmış, polis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun həyətyanı sahəsinə keçirilən baxış zamanı onun istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda, yəni 2,091 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin 0,909 qram və 1,044 qram olan hissəsi 01 ədəd bükümdəki 2 ədəd kağız bükümdə olmaqla fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən qonaq otağındakı şkafdan, qalan 0,138 qram çəkidə olan hissəsi bir ədəd kağız qutunun içərisində olan bir ədəd sellofan bükümündəki bir ədəd kağız kəsiyində olmaqla həmin qonaq otağındakı soyuducunun üzərindən, narkotik vasitə qurudulmuş marixuananın 0,227 qram, 0,292 qram, 0,268 qram, 0,283 qram, 0,412 qram, 0,322 qram, 0,206 qram, 0,315 qram, 0,257 qram, 0,233 qram, 0,248 qram, 0,258 qram, 0,298 qram, 0,339 qram, 0,255 qram, 0,315 qram çəkidə olan hissələri bir ədəd şüşə qabın içərisində olan 03 ədəd, bir ədəd siqaret qutusunun içərisində olan 04 ədəd, bir ədəd kibrit qutusunda olan 06 ədəd və həmin qutunun yanında olan 03 ədəd bükümdə, həmçinin 3,069 qram və 1,151 qram çəkidə olan hissələri bir ədəd kibrit qutusu və bir ədəd məndil kağızı bükümündə olmaqla qonaq otağındakı şkafdan, 0,358 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin isə bir ədəd kağız bükümdə olmaqla qonaq otağındakı həmin şkafdan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü ildən etibarən narkotik vasitə qurudulmuş marixuanadan, sonuncu bir il ərzində isə psixotrop maddə metafetamindən istifadə edir. xx xxxx 2019-cu il tarixdə günorta saatlarında istifadəsi üçün narkotik vasitə almaq qərarına gəlmiş və həmin gün saat 15 radələrində Ağstafa şəhərində tanışı Elşən adlı şəxslə rastlaşmışdır. Elşənin idarə etdiyi “Hyundai Tucson” markalı avtomobilə oturmuş və sonuncu ona 2 kibrit qutusu qurudulmuş marixuana, təxminən 1 qram psixotrop maddə metafetamin vermişdir. Elşən marixuanaya görə 100 manat, metafetaminə görə 70 manat pul istəmiş, üzərində olan 50 manat pulu Elşənə vermiş, 120 manat da ona borclu qalmışdır. Bundan sonra Elşəndən aldığı narkotik vasitə və psixotrop maddəni üzərində daşımaqla yaşadığı ünvan 1 ünvanına gəlmişdir. Evə gəldikdən təxminən 5 dəqiqə sonra bir neçə nəfər mülki geyimli polis əməkdaşları evə gəlib onu tutmuşlar və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək müvafiq qərarla tanış etmişlər. Daha sonra polis əməkdaşları yaşadığı mənzilə və həyətyanı sahəyə baxış keçirilməli olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində, yaşadığı mənzildə və ya həyətyanı sahədə narkotik vasitələr və psxitorop maddələr olduğu təqdirdə, təqdim etməyini bildirmişlər. Polis əməkdaşlarının hər şeydən məlumatlı olduğunu görüb özündə olan narkotik vasitələri və psixotrop maddələri gizlədə bilməyəcəyini anlayıb, yaşadığı evdə “nəşə” və “şüşə” adlanan narkotik vasitələrin olduğunu bildirmiş və evin qonaq otağında yerləşən taxta şkafın orta və alt rəflərində olan iki qutu narkotik vasitə marixunananı və 01 ədəd bükümdə psixotrop maddə metafetamini təqdim etmişdir. Həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, o da zərfin üzərinə imza etmişdir. Evin həyətyanı sahəsində olan bir otaqlı tikiliyə polis əməkdaşları tərəfindən baxış keçirilərkən oradan bir ədəd şpris, bir ədəd şüşə qab, iki ədəd falqa, bir ədəd bükülmüş 1 manatlıq pul əsginası və bir ədəd üzərində “limon duzu” yazılmış paket aşkar edilərək götürülmüşdür. Bundan sonra onu Gəncə şəhərində yerləşən polis şöbəsinin inzibati binasına aparıb dövlət hesabına müdafəçi təyin edilməklə izahatı alınmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs həmçinin ifadəsində yaşadığı evdə polis əməkdaşları tərəfindən baxış keçirilərkən oradan psixotrop maddə olan metafetaminin miqdarının artırıldığını, həmin gün heroin almadığını, onda 2 kibrit qutusu qurudulmuş marixuana, təxminən 1 qram psixotrop maddə metafetamin olduğunu, narkotik vasitələrdən istifadə etsə də, onların satışı ilə məşqul olmadığını, bəzən narkotik vasitələrdən tanışlarına istifadə üçün verdiyini, lakin natkotik vasitələri satış məqsədilə heç kimə vermədiyini, polis əməkdaşlarından kiminsə evə narkotik vasitə qoymasını görmədiyini, soyuducunun üstündən çıxan narkotik vasitədən məlumatının olmadığını, ********** saylı mobil nömrənin onun adına olmadığını və onun istifadə etmədiyini bildirmişdir. O, daha sonra ifadəsində qeyd etmişdir ki, uşaqlıdan onun ləqəbi “Menoş” olsa da, cinayət işinin materiallarında “Menoş” ləqəbi ilə smsləri o yazmamış, həmin smslərdə “Menoş” ləqəbli şəxsin kim olmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə Ağstafa şəhəri, C.Cabbarlı küçəsində yaşayan “Menoş” ləqəbli Elnur adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni onun külli miqdarda narkotik vasitə satması və yaşadığı evdə saxlaması barədə DİN-in BNMİnin QBRŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Elnur adlı şəxsin xx.xx.1984-cü ildə Ağstafa şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daxil olmuş əməliyyat məlumatı onun tərəfindən raportla QBRŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı, ünvan 3 ünvanında yerləşən yaşadığı evə, digər qapalı tikililərə, eləcə də üzərinə Ağstafa RPŞ-nin əməkdaşları ilə birlikdə baxış keçirilməsi ilə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat-axtarış qrupu yaradılmışdır. xx xxxx 2019-cu il tarixdə Ağstafa şəhərinə yola düşmüşlər və saat 19:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanda olması barədə məlumat alındıqdan sonra Ağstafa RPŞ-nin əməkdaşları ilə Təqsirləndirilən şəxs yaşadığı Ağstafa şəhəri C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmişlər. Video çəkiliş altında küçə qapısını döyərkən dəmir qapını Təqsirləndirilən şəxs özü açmış və əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs özlərini təqdim edərək, barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış edərək həyətə daxil olmağa icazə istəmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onları içəri, həyətə dəvət etmişdir. Təqsirləndirilən şəxs bir daha hüquq və vəzifələri izah olunaraq video çəkiliş altında yaşadığı evə, digər qapalı tikililərə baxış keçiriləcəyi barədə məlumat verildikdən sonra üzərində, yaşadığı evdə və digər qapalı tikililərdə narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evdə “nəşə” və “şüşə” adlanan narkotik vasitələr olduğunu və təqdim etmək üçün yaşadığı evin qonaq otağına getmişlər. Bu vaxt Təqsirləndirilən şəxs qonaq otağına daxil olduqda sol tərəfdə yerləşən taxta şkafın orta və alt “göz”ündə olan şüşə qabın içərisində 3 ədəd, siqaret qutusunun içərisində 4 ədəd, kibrit qutusunda 6 ədəd və həmin qutunun yanında 5 ədəd bükümü, eləcə də həmin şkafda olan bir ədəd kibrit qutusunu və salfet kağızının üzərində olan yaşıl rəngli, kəskin iyli, narkotik vasitə marixuanaya bənzər kütləni göstərib həmin əşyaların narkotik vasitə olduğunu bildirmişdir. Həmin əşyalar şkafdan götürülüb otaqdakı stolun üzərinə qoyularaq bir-bir baxış keçirilmiş, baxış zamanı şüşə qabın içərisində olan 3 ədəd, siqaret qutusunun içərisində olan 4 ədəd, kibrit qutusunda olan 6 ədəd və həmin qutunun yanında olan 3 ədəd bükümün, bir ədəd kibrit qutusunun içərisində, eləcə də salfet kağızının üzərində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə marixuanaya bənzər kütlələr, bir ədəd bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd bükümün içərisində iki ədəd büküm, həmin bükümlərdə isə ağ rəngli, kristal şəkilli, narkotik vasitə metafetaminə və ya metadona bənzər kütlələr aşkar olunmuşdur. Həmin 19 ədəd bükümlər, bir ədəd kibrit qutusu və salfet kağızının kənarları qatlanıb bükülərək birlikdə bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Bundan sonra baxış davam etdirilərkən həmin qonaq otağında olan soyuducunun üzərindəki kağız qutunun içərisindən bir ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan bükümün içərisindəki kağız bükülüyə baxış keçirilərkən kağız bükümün içərisində ağ rəngli kristal şəklində, narkotik vasitə metafetaminə bənzər kütlə aşkar olunmuş və bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Sonra evin digər otaqlarına baxış keçirilsə də, başqa narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. Bundan başqa həmin evin həyətindəki bir otaqlı qapalı tikiliyə baxış zamanı həmin tikilinin divarında televizor yerləşdirmək üçün düzəldilmiş yerdən narkotik vasitənin qəbul edilməsində istifadə olunan içərisində şpris və narkotik vasitə qaynatmaq üçün şüşə qab olan şpris qabı, üzərində “limon duzu” yazısı olan ağzı açılmış paket, həmin otaqda olan balaca stolun üzərindən isə iki ədəd falqa parçaları və bükülərək boru şəklində olan bir ədəd bir manatlıq pul əskinası aşkar olunaraq bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Narkotik vasitələr aşkar olunan zaman Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2,Şahid3, Şahid7 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilən DİN BNMİ-nin QBRŞ-nın xx xxxx 2019-cu il tarixli raportdan görünür ki, Ağstafa şəhəri C.Cabbarlı küçəsində yaşayan “Menoş” ləqəbli Elnur adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması, belə ki, onun külli miqdarda narkotik vasitə satması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə tədqiq edilən xx xxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan, eləcə də ona əlavə edilmiş DVD diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs şüşə qabın içərisində olan 3 ədəd, siqaret qutusunun içərisində olan 4 ədəd, kibrit qutusunda olan 6 ədəd və həmin qutunun yanında olan 3 ədəd bükümlərin, bir ədəd kibrit qutusunun içərisində, eləcə də salfet kağızının üzərində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə marixuanaya bənzər kütlələr, bir ədəd bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd bükümün içərisində iki ədəd büküm, həmin bükümlərdə isə ağ rəngli, kristal şəkilli, narkotik vasitə metafetaminə və ya metadona bənzər kütlələr aşkar olunmuşdur. Bundan sonra qonaq otağında olan soyuducunun üzərindəki kağız qutunun içərisindən bir ədəd sellofan büküm də ağ rəngli kristal şəklində, narkotik vasitə metafetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmçinin həmin evin həyətindəki bir otaqlı qapalı tikiliyə baxış zamanı həmin tikilinin divarında televizor yerləşdirmək üçün düzəldilmiş yerdən narkotik vasitənin qəbul edilməsində istifadə olunan içərisində şpris və narkotik vasitə qaynatmaq üçün şüşə qab olan şpris qabı, üzərində “limon duzu” yazısı olan ağzı açılmış paket, həmin otaqda olan balaca stolun üzərindən isə iki ədəd falqa parçaları və bükülərək boru şəklində olan bir ədəd bir manatlıq pul əskinası aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilən cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “554832397 sms in” adlı fayllara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan **********97 mobil nömrəyə xx.xx.2019-cu il tarixdə **********79 mobil nömrədən “Ayqa Saat 12-ye qeder pati goture bileremmi sennen?2 dene 10nux”, xx.xx.2019-cu il tarixdə **********50 mobil nömrədən “QAQA QTRVAN OLUM AC PATİ LAZİMDİ BELE ETME”, xx.xx.2019-cu il tarixdə **********50 mobil nömrədən “mənim 2 ayda səndən padı, kokos aldığılarımı da de, hər gün sizdə çəkdiyim padılarıda de, lazım olsa mən deyəcəm 2 aydı məni karmit elədiyini”, xx.xx.2019-cu il tarixdə **********10 mobil nömrədən “Menos meni pis vezyetde qoyusan ele eleki aramizda naraziciliq dusmesin sora menen incime pis olacaq”, xx.xx.2019-cu il tarixdə **********35 mobil nömrədən “Menow bawa duwmedim seni” məzmunlu smslər, eləcə də “554832397 sms out” adlı fayllara baxış zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan **********97 mobil nömrəsindən xx.xx.2019-cu il tarixdə **********10 saylı mobil nömrəyə “Qaqa sen niye bele eleyirsen axi niye imkan vermisenki 5. 3 manat qazanaq hemi o birsi terefden gotunu sikdirisen hemide burdan imkan vermisen pul gelsin ancaq basdan suseni gosterende alver elemek isteyende basqa cur danisirdin indi uje axri di diyen basqa cur hereket eleyirsen nolarki bunnan heyat bitmir”, xx.xx.2019-cu il tarixdə **********35 saylı mobil nömrəyə “Menosdu qaqa”, xx.xx.2019-cu il tarixdə **********73 saylı mobil nömrəyə “ize 5. 10manat pul kecib goturmusen meti zad lazimdi” və “el qapının ağzını kəsibdir, ancaq mən səni ağrıda qoymamısam, qaqa mənə öz payından olsa 1 qram 2 qram düz qoş qaqa ölürəm” məzmunlu smslərin yazılması aşkar edilmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 432 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında yerləşən şkafın........» sözləri olan kağız paketdəki, 16 ədəd bükümdə, 1 ədəd kibrit qutusunda, 1 ədəd salfet bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,227 qram, 0,292 qram, 0,268 qram, 0,283 qram, 0,412 qram, 0,322 qram, 0,206 qram, 0,315 qram, 0,257 qram, 0,233 qram, 0,428 qram, 0,258 qram, 0,298 qram, 00,339 qram, 0,255 qram, 0,315 qram, 3,069 qram, 1,151 qram, ümumi təmiz çəkisi 8,748 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və tərkiblərinə görə eynidirlər. Həmin kağız paketdəki 1 ədəd «gümüşü» rəngli kağız bükümdə təmiz çəkisi 0,358 qram olan maddə kustar üsula hazırlanmış qarkotik vasitə olan heroindir. Həmin kağız paketdəki 2 ədəd «gümüşü» rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,909 qram, 1,044 qram, ümumi təmiz çəkisi 1,953 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında yerləşən şkafın........» sözləri olan kağız paketdəki, 1 ədəd kağız kəsiyinə bükülmüş təmiz çəkisi 0,138 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir və 2 ədəd «gümüşü» rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,909 qram, 1,044 qram olan metamfetaminlə xarici görünüşünə və tərkiblərinə görə eynidirlər. Matamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında yerləşən şkafın........» sözləri olan kağız paketdəki, tamlığı pozulmuş şüşəflakondakı maddə izləri narkotik vasitə olan heroin izləridir. Həmin kağız paketdəki bir ədəd tamlığı pozulmuş 100 vahidlik şprisdə, iki ədəd folqada və bir ədəd 1 manatlıq əskinasda narkotik vasitə izləri yoxdur. Həmin kağız paketdəki bir ədəd üzərində «Kent lemon salt» əmtəə yazısı olan tamlığı pozulmuş paketdəki təmiz çəkisi 11,999 qram maddənin tərkibində narkotik vasitələr yoxdur. Məhkəmədə tədqiq edilən ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 687 nömrəli rəyinindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatından və psixotrop maddə olan amfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (norkamaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X13 Şəxsin xx xxxx 2020-ci il tarixli 1742 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə almayıb. Məhkəmədə tədqiq edilən Ağstafa rayon İcra Hakimiyyəti Başçısının Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 436/g nömrəli xx.xx.2020-ci il tarixli arayışlarından və həmin tarixli xasiyyətnaməsindən görünür ki Orucov X15 şəhəri, C.Cabbarlı küçəsi, 19 saylı ünvanda qeydiyyatdadır, xx.xx.1958-ci il təvəllüdlü anası X12, xx.xx.1982-ci il təvəllüdlü qardaşı X8, xx.xx.1991-ci il təvəllüdlü arvadı Gülmuradova Maral Çölmuradovnadan, 2011-ci il təvəllüdlü oğlu X5 və 2019-cu il təvəllüdlü qızı X3 ibarət ailə tərkibi vardır, yaşadığı yer üzrə müsbət xarakterizə olunmur. Məhkəmədə tədqiq edilən xx xxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutma xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 4(005)-698/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tələbnaməsindən və Ağstafa rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünün surətindən görünür ki, Orucov X15 rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azdlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmədə tədqiq edilən Ağstafa rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(015)-41/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkəmədə tədqiq edilən maddi sübut hesab etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş–təmiz çəkisi 8,748 qram marixuana ekspertiza tədqiqatdan sonrakı qalıq 8,388 qram marixuana, təmiz çəkisi 0,358 qram heroin ekspertiza tədqiqatdan sonrakı qalıq 0,388 qram heroinn, təmiz çəkisi 2,091 qram metafetamin ekspertiza tədiqatdan sonrakı qalıq 2,001 qram metafetamin maddi sübut hesab edilərək saxlanması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kağız paketdəki bir ədəd tamlığı pozulmuş 100 vahidlik şpris, iki ədəd folqa, bir ədəd 1 manatlıq əskinas və bir ədəd üzərində “Kent lemon salt” əmtəə yazısı olan tamlığı pozulmuş paketdəki təmiz çəkisi 11,999 qram olan maddə, maddi sübut hesab edilmədən və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən sübutların qiymətləndirillməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, “xxxxxxx”MMC-dən daxil olmuş telefon danışıqları barədə CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, aşkar olunan narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu etiraf etsə də, heroinin ona məxsus olmadığını, onda 2 kibrit qutusu qurudulmuş marixuana, təxminən 1 qram psixotrop maddə metamfetam olduğunu, həmin narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etməyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə ümumiyyətlə məşqul olmadığını, onları özünün istifadə üçün əldə etdiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Belə ki, iş üzrə şahidlərin məhkəmə baxışı iclasında verdikləri ifadələri, eləcə də məhkəmədə tədqiq edilmiş ekspert rəyləri, baxış və götürmə protokollarla, istintaq hərəkətləri zamanı aparılmış video çəkilişlərlə, həmçinin işdə olan digər sübutlarla məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə təkzib edildiyindən, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsini inandırıcı hesab etmir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun ittiham verilmiş cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə də birmənalı təsdiq olunur. Belə ki, məhkəmədə tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan, eləcə də ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman sonuncu özünün tqədim etdiyi və aşkar olunmuş nartkotik vasitələrə qarşı heç bir etirazını bildirməyərək narkotik vasitələrin ona məxsus olduğunu bildirmiş, eləcə də videogörüntüdən də göründüyü kimi baxış zamanı ona heç bir təzyiq olunmamış, video çəkilişin aparımasına isə qapının döyülməsindən və Təqsirləndirilən şəxs qapını açmasından qabaq başlanılmışdır. Təqsirləndirilən şəxsin aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmasını göstərməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri ilə də birmənalı olaraq təsdiq olunur. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı narkotik vasitələrin satışı ilə məşqul olmadığını, yalnız özünün istifadə etdiyini, aşkar olunan narkotik vasitələri də öz istifadəsi üçün saxladığını bildirmişdir. Bununla belə, cinayət işinin materiallarında olan DİN BNMİ-nin QBRŞ-nın baş əməliyyat müvəkkili Şahid1 xx xxxx 2019-cu il tarixli raportdan görünür ki, Ağstafa şəhəri C.Cabbarlı küçəsində yaşayan “Menoş” ləqəbli Elnur adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması, belə ki, onun külli miqdarda narkotik vasitə satması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan hal, yəni təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə əməliyyat məlumatının daxil olması məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə də bir daha təsdiq olunmuşdur. Həmçinin, cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “554832397 sms in” adlı fayllara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan **********97 mobil nömrəyə xx.xx.2019-cu il tarixdə **********79 mobil nömrədən “Ayqa Saat 12-ye qeder pati goture bileremmi sennen?2 dene 10nux”, xx.xx.2019-cu il tarixdə **********50 mobil nömrədən “QAQA QTRVAN OLUM AC PATİ LAZİMDİ BELE ETME”, xx.xx.2019-cu il tarixdə **********50 mobil nömrədən “mənim 2 ayda səndən padı, kokos aldığılarımı da de, hər gün sizdə çəkdiyim padılarıda de, lazım olsa mən deyəcəm 2 aydı məni karmit elədiyini”, xx.xx.2019-cu il tarixdə **********10 mobil nömrədən “Menos meni pis vezyetde qoyusan ele eleki aramizda naraziciliq dusmesin sora menen incime pis olacaq”, xx.xx.2019-cu il tarixdə **********35 mobil nömrədən “Menow bawa duwmedim seni” məzmunlu smslər, eləcə də “554832397 sms out” adlı fayllara baxış zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan **********97 mobil nömrəsindən xx.xx.2019-cu il tarixdə **********10 saylı mobil nömrəyə “Qaqa sen niye bele eleyirsen axi niye imkan vermisenki 5. 3 manat qazanaq burdan imkan vermisen pul gelsin ancaq basdan suseni gosterende alver elemek isteyende basqa cur danisirdin indi uje axri di diyen basqa cur hereket eleyirsen nolarki bunnan heyat bitmir”, xx.xx.2019-cu il tarixdə **********35 saylı mobil nömrəyə “Menosdu qaqa”, xx.xx.2019-cu il tarixdə **********73 saylı mobil nömrəyə “ize 5. 10manat pul kecib goturmusen meti zad lazimdi” və “el qapının ağzını kəsibdir, ancaq mən səni ağrıda qoymamısam, qaqa mənə öz payından olsa 1 qram 2 qram düz qoş qaqa ölürəm” məzmunlu smslərin yazılması aşkar edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində **********97 saylı mobil nömrənin onun istifadəsində olmadığını bildirsə də, yuxarıda qeyd olunmuş sms mətnlərindən görünür ki, xx.xx.2019-cu il tarixdə **********10 saylı mobil nömrədən **********97 saylı mobil nömrəyə yazılan smsdə “Menos” deyə müraciət olunmuş, xx.xx.2019-cu il tarixdə həmin nömrədən **********35 saylı mobil nömrəyə “Menosdu qaqa” mətnində sms göndərilmişdir. Təqsirləndirilən şəxsin özü də ləqəbinin Menoş olduğunu və uşaqlıdan ona həmin ləqəbin deyildiyini bildirmişdir. Həmçinin DİN BNMİ-nin QBRŞ-nın xx xxxx 2019-cu il tarixli raportundan da görünür ki, daxil olmuş əməliyyat məlumatında Ağstafa şəhəri C.Cabbarlı küçəsində yaşayan “Menoş” ləqəbli Elnur adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması, onun külli miqdarda narkotik vasitə satması və yaşadığı evdə saxlaması qeyd olunmuşdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etməməsi, +**********97 mobil nömrənin onun istifadəsində olmaması, onun həmin nömrədən kiməsə sms yazmaması kimi məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək, eləcə də ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edib daşıdığına və saxladığına görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Orucov X15 rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azdlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2010cu il tarixli Plenum qərarında göstərilmişdir ki, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Göründüyü kimi Ağstafa rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə az ağır cinayət törətməyə görə məhkum olunmuş Elnur Qasımov və həmin vaxtdan iki il keçmədən hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən Orucov X15 rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkərək xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və həmin tarixdən 2 il keçmədən, yəni məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyindən, onun əməlində Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi olması nəzərə alınmalı və ona təyin edləcək cəza Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, yəni altı ildən az ola bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nın 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını isə həmin Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Məhkəmə tərkibi yuxarıda sadalanan cəzanı yüngülləşdirən halı, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət işinin materiallarından görünür ki, Orucov X15 rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(015)-41/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəli xx xxxx 2020ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini isə 2019-cu ilin iyul ayında, yəni yuxarıda qeyd olunan hökmdən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Eləcə də, cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən hesablanmaqla şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Odur ki, Ağstafa rayon Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində saxlanılmış 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası da nəzərə alınmaqla ona hazırki hökm üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəzaları qismən toplamaq yolu ilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən bu günə, yəni xx xxxxxx 2020-ci ilədək çəkdiyi cəza ona təyin ediləcək cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Тəqsirləndirilən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatından və psixotrop maddə olan amfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromundan (norkamaniya xəstəliyi) əzab çəkdiyindən və məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.1-ci maddələrinə əsasən cəza çəkdiyi müddətdə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi nakroloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş–təmiz çəkisi 8,748 qram, ekspertiza tədqiqatdan sonrakı qalıq 8,388 qram marixuana, təmiz çəkisi 0,358 qram, ekspertiza tədqiqatdan sonrakı qalıq 0,388 qram heroin, təmiz çəkisi 2,091 qram, ekspertiza tədiqatdan sonrakı qalıq 2,001 qram metafetamin məhv edilməlidir. Həmçinin, maddi sübut hesab edilmədən Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kağız paketdəki bir ədəd tamlığı pozulmuş 100 vahidlik şpris, iki ədəd folqa, və bir ədəd üzərində “Kent lemon salt” əmtəə yazısı olan tamlığı pozulmuş paketdəki təmiz çəkisi 11,999 qram olan maddə məhv edilməli, bir ədəd 1 manatlıq əskinas təqsirləndirilən Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Eləcə də, “xxxxxxx”MMC-dən daxil olmuş telefon danışıqları barədə CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X14 və Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 həyata keçirmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəsi isə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin təqdim etdikləri hesabatlardan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə müdafiəçilər Təyyar Talıbov 24 iş saatı həcmində, Səadət Seyidli 21 iş saatı həcmində, ibtidai istintaq zamanı Əzizağa Əliyev 35 iş saatı həcmində hüquqi yardım göstərmişlər. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı göstərilmiş cəmi 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X7 işlədiyi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 210 manat məbləğində, məhkəmə istintaqı zamanı göstərilmiş cəmi 24 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X10 işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 144 manat, 21 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 126 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Ağstafa rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(015)-41/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 01 (bir) il 01 (bir) ay müddət ona təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində 05 (beş) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və о, ərazi nakroloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş–təmiz çəkisi 8,748 qram, ekspertiza tədqiqatdan sonrakı qalıq 8,388 qram marixuana, təmiz çəkisi 0,358 qram, ekspertiza tədqiqatdan sonrakı qalıq 0,388 qram heroin, təmiz çəkisi 2,091 qram, ekspertiza tədiqatdan sonrakı qalıq 2,001 qram metafetamin məhv edilsin. Maddi sübut hesab edilmədən Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kağız paketdəki bir ədəd tamlığı pozulmuş 100 vahidlik şpris, iki ədəd folqa, və bir ədəd üzərində “Kent lemon salt” əmtəə yazısı olan tamlığı pozulmuş paketdəki təmiz çəkisi 11,999 qram olan maddə məhv edilsin, bir ədəd 1 manatlıq əskinas təqsirləndirilən Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. “xxxxxxx”MMC-dən daxil olmuş telefon danışıqları barədə CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 manat 80 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İbtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X7 vəkil işlədiyi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul köçürülsün. Məhkəmə istintaqı zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər X10 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 144 manat, X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 126 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X21 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Məhəmməd Bağırov
2. Dadaş İmanov
3. Nural Əliyev