Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-152/2021 29.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, müdafiəçilər Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Məhərrəm oğlunun iştirakları ilə, xx xxx 1980-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, ATEF şirkətlər qrupunda montajçı işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, 18 aprel 2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxx 1984-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, ev 62 ünvanında qeydiyyata olan və həmin ünvanda yaşayan, 18 aprel 2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 İran İslam Respublikasında yaşayan digər şəxslə və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlmiş, bu məqsədlə digər İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi narkotik vasitə və psixotrop maddəni onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, bu məqsədlə digər şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 1158,001 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 877,497 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini Biləsuvar rayonu ərazisində yerləşən körpünün altında yerləşdirib bu barədə Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsilə məlumat verdikdən sonra sonuncu bir ədəd sellofan torbada 1158,001 qram çəkidə narkotik vasitə heroini və 877,497 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Təqsirləndirilən şəxs1 anası X5 yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə daşımış, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evin həyətyanı sahəsindəki toyuq hinində narkotik vasitə heroini bir ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 532,914 qram, bir ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 535,516 qram, bir ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 89,571 qram, psixotrop maddə metamfetamini bir ədəd şəffaf rəngli polietilen torbada 505,002 qram və bir ədəd şəffaf rəngli polietilen torbada 372,495 qram olmaqla ayrı-ayrı bükümlərə bölüb satış üçün əvvəlcədən hazırlamış, daha sonra əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini satmaq məqsədi ilə «şərti alıcı» Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X24 Şöbəsinin əməliyyat müvəkkili Şahid5 təklif etmiş, bu barədə razılıq əldə edildikdən sonra bir ədəd şəffaf rəngli polietilen torbada qablaşdırdığı 532,914 qram narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli polietilen torbada qablaşdırdığı 505,002 qram psixotrop maddə metamfetamini 18 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun idarə etdiyi VAZ 21074 markalı **-NF-*** dövlət qetdiyyat nişanlı avtomobillə Gəncə şəhərinə daşıyaraq həmin gün saat 20:00 radələrində Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən «Kür-Xəzər» Əyləncə mərkəzinin qarşısında əməliyyat qrupunun üzvü Şahid7 iştirakı ilə «şərti alıcı» Şahid5 16.000 (on altı min) manat müqabilində qanunsuz olaraq satmış, bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin X24 Şöbəsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılıb Regional Şöbədə üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən əməliyyat-axtarış tədbirləri üçün protokollaşdırılmış 16.000 manat pul onun əynindəki göy rəngli gödəkçənin sol iç cibindən, həmçinin 532,914 qram narkotik vasitə heroin və 505,002 qram psixotrop maddə metamfetamin tədbirdə «şərti alıcı» qismində iştirak etmiş Şahid5 təqdim etdiyi bir ədəd tünd rəngli sellofan kisədəki iki ədəd şəffaf rəngli polietilen torbadan aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X24 Şöbəsinin əməkdaşları tərəfindən 19 aprel 2020-ci il saat 00:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 535,516 qram və 89,571 qram narkotik vasitə heroin, 372,495 qram psixotrop maddə metamfetamin, həmçinin bir ədəd elektron tərəzi Təqsirləndirilən şəxs1 anası X5 yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin arxa tərəfindəki tikilinin arasından, ağacdan asılı vəziyyətdə olan sellofan torbada üç ədəd şəffaf rəngli polietilen torbalarda aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 17 aprel 2020-ci il tarixdə istifadəsində olan nömrəyə İran İslam Respublikasında yaşayan qardaşı Elçin Mehdiyev həmin ölkəyə məxsus sonu 9717 rəməqləri ilə bitən nömrənin «WhatsApp» mesajlaşma mübadilə sistemi ilə zəng edib Bakı şəhərindən Salyan şəhərinə gedib tanışları Təqsirləndirilən şəxs2 ilə görüşməsini, Azəraycana İrandan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərdiyini, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hazırda Təqsirləndirilən şəxs2 olduğunu, həmin narkotik vasitədən və psixotrop maddədən hər birindən yarım kiloqram olmaq şərti ilə çəkib Təqsirləndirilən şəxs2lə birlikdə Gəncə şəhərinə aparıb 20.000 manata satmasını xahiş etmişdir. Sonra qardaşı Elçin Mehdiyev ona ***-***-**-** saylı nömrə verərək həmin nömrə ilə əlaqə saxlamasını, narkotik vasitə və psixotrop maddəni həmin nömrənin istifadəçisinə satacağını, alqı-satqı başa çatdıqdan sonra ona zəng edib pulun kimlərin arasında bölünəcəyi barədə əlavə məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, «WhatsApp» ani mesajlaşma mübadilə sistemi ilə qeyd edilən nömrəyə zəng edib nömrənin tanımadığı istifadəçisinə Elçinin adamı olduğunu və ya ertəsi gün axşam saatlarında, yadaki o biri gün səhər saatlarında Gəncə şəhərinə gələcəyini və onunla görüşəcəyini bildirmişdir. Həmin şəxs də karantin rejimi vaxtı onun necə Salyandan Gəncəyə gələcəyini soruşanda o, işlədiyi şirkət tərəfindən ona sərbəst gəzmək hüququ verildiyini və bunun ona problem olmadığını bildirmişdir. Bundan sonra o, arvadı ilə birgə özünə məxsus «Hyundai Tucson» markalı **-BS-*** qeydiyyat nişanlı avtomobillə anasının yaşadığı Salyan şəhərinə yola düşmüşdür. Həmin vaxt karantin rejimi ilə bağlı azyaşlı qızını anasının yanında qoymuş, ona görə də arvadına qızına baş çəkmək üçün Salyan şəhərinə getdiyini bildirmişdir. Buna görə də arvadı onun narkotik vasitəyə görə Salyan şəhərinə getdiyini bilməmişdir. O, arvadı ilə birgə 18 aprel 2020-ci il tarixdə gecə saat 03:00 radələrində Salyan şəhərinə, anasıgilə çatmış və gecəni orada qalmışdır. Səhər saat təxminən 12 radələrində Təqsirləndirilən şəxs2 zəng edərək onunla Salyan rayonundan keçən Kür çayının üzərindəki körpünün yaxınlığında görüşmüşdür. O, Təqsirləndirilən şəxs2 qardaşı Elçinin ona dedikləri barədə məlumat vermiş, Təqsirləndirilən şəxs2 də öz növbəsində Elçinlə danışdığını və məlumatlı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Elçinin göndərdiyi narkotik vasitə və psixotrop maddənin onda olduğunu bildirib evə gedib oradan həmin maddələri götürüb onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən yarım saat sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi qara rəngli VAZ 2107 markalı avtomobillə anasının yaşadığı evin qarşısına gəlmiş, zəng edib onu cölə dəvət etmiş, o, cölə çıxandan sonra Təqsirləndirilən şəxs2 əlində olan sellofan torba ilə birgə həyətə daxil olub birbaşa həyətin sol tərəfində yerləşən toyuq hininə keçmişdir. Toyuq hininə keçdikdən sonra o, Məhərrəmlə birlikdə sonuncunun gətirdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən hər birindən yarım kiloqram olmaqla elektron tərəzidə çəkib bölmüşdür. Həmin heroin və metamfentamini Təqsirləndirilən şəxs2 İrandan qardaşı Elçin göndərsə də Məhərrəm narkotik vasitə heroin və psixotrop maddə metamfetamini kimdən və necə götürməsini ona deməmişdir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini bölmək üçün istifadə olunan tərəzini isə o, özü həmin gün Salyan şəhərindəki dükandan almışdır. Heroin və metamfetamini böldükdən sonra ayrı-ayrı şəffaf sellofan torbalarda qablaşdırıb yerdə qalan yarım kilo heroin və yarım kilo metamfetamini, həmçinin elektron tərəzini evdə gizlətməsi üçün qardaşı Rövşənin böyük oğlu Şahid8 vermişlər. Bundan sonra həmin gün saat 14 radələrində o, Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2107 markalı avtomobillə Gəncə şəhərinə yola düşmüş və Gəncə şəhərində olan şəxsə zəng edib artıq yola çıxdığını bildirmişdir. Saat 19 radələrində Gəncə şəhərinin girişində yerləşən «Gəncə Qapıları»na, «Azpetrol» X3 yaxınlığına çatdıqda o, həmin nömrəyə zəng edib çatması barədə məlumat vermiş, həmin şəxs də onu gözləməsini və təxminən 20 dəqiqəyə gələcəyini bildirmişdir. Bundan sonra o, avtomobildən düşüb əlində tutuduğu, içərisində 500 qram heroin və 500 qram metamfetamin olan sellofanla yolun qarşı tərəfinə keçib gözləməyə başlamışdır. Təqsirləndirilən şəxs2 isə idarə etdiyi avtomobildə dayanıb onu gözləmişdir. Təxminən 20 dəqiqə keçdikdən sonra, saat 19:50 radələrində ona zəng gəlmiş və danışan şəxs «Azpetrol»un yanında dayandığını və «Meresedes» markalı 484 nömrəli avtomobildə olduğunu bildirib ondan avtomobilə yaxınlaşmasını istəmişdir. Bundan sonra o, həmin avtomobilə yaxınlaşıb avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt avtomobildə iki nəfər şəxs onlardan biri sərnişin, biri isə sürücü olmuşdur. Onunla avtomobilin ön sərnişin oturacağında əyləşən şəxs, sonradan polis əməkdaşı olduğunu bildiyi Şahid5 danışmış və alıcının özü olduğunu bildirmişdir. Bundan sonra o, tez sellofandakı iki ədəd ayrı-ayrı şəffaf sellofanlara bükülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini çıxarıb göstərmiş və bunun üçün ona verilməli olan 20.000 manat pulun dərhal verilməsini və təcili geri qayıtmalı olduğunu bildirmişdir. Lakin Şahid5 ona tələsməməsini, gətirdiyi heroin və metamfetamini yoxlayacağını, hazırda üzərində 16.000 manat pul olduğunu, qalan pulun isə bir az sonra gətiriləcəyini bildirib bir qədər irəli getməli olduqlarını bildirmişdir. O, da etiraz etməmiş və bundan sonra onlar bir qədər irəli avtomobili idarə edərək bir əyləncə mərkəzinin qarşısında avtomobili saxlamışlar. Bundan sonra Şahid5 iki ədəd rezinə bağlanmış 16.000 manat pulu ona vermiş, o da həmin pulu sayıb pulun 16.000 manat olduğuna əmin olduqdan sonra pulu əynindəki gödəkçənin iç cibinə qoyub gətirdiyi heroin və metamfetamini Şahid5 vermişdir. Bundan təxminən iki dəqiqə sonra avtomobilin qapıları mülki geyimli polis əməkdaşları tərəfindən açılmış və polis əməkdaşları onu saxlamışlar. Bundan sonra o, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 16.000 manat pulun müqabilində ondan alan şəxsin polis əməkdaşı olduğunu və bunun polis ətərəfindən həyata kçeirilən tədbir olduğunu öyrənmişdir. Polis əməkdaşları ondan heroin və metamfetamini kiminlə Gəncə şəhərinə gətirdiyini soruşduqda o, səmimi olaraq tanışı Təqsirləndirilən şəxs2lə gətirdiyini və sonuncunun onu «AzPetrol» YDM-də avtomobildə gözlədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Polis şöbəsinə aparmış, orada hüquqlarını müdafiəsi üçün ona vəkil təqdim edilmiş və bundan sonra video çəkliş aparılmaqla üzərində şəxsi axtarış həyata keçirilmişdir. Bu zaman o, üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, lakin narkotik vasitə və psixotrop maddələrin satışından əldə etdiyi 16.000 manat pulun olduğunu bildirmişdir. Sonra polis əməkdaşı Şahid5 ondan 16.000 manatın müqabilində aldığı bir ədəd tünd rəngli sellofan torbada olan heroin və metamfetamini təqdim etmişdir. Sonra isə ona narkotik vasitə və psixotrop maddənin satışından əldə etdiyi pulları təqdim etməsi təklif edilmiş, o da əynindəki göy rəngli gödəkçənin sol iç cibindən iki ədəd rezin bağlamalarda olan 16.000 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi pul əsginaslarının seriya və nömrələri əvvəlcədən surətləri çıxarılmış pul əsginaslarının seriya və nömrəli yoxlanılmış və bu zaman surətləri çıxarılmış pullarla təqdim etdiyi pulların seriya və nömrələrinin uyğun gəldiyini görmüşdür. Bundan sonra onun satdığı və polis əməkdaşı tərəfindən təqdim edilən rəngli sellofanda aşkar edilmiş iki ədəd şəffaf sellofan bağlamalarda olan heroin və metamfetamin elektron tərəzidə çəkilərkən müvafiq olaraq 510 qram və 540 qram olması müəyyən olunmuşdur. Sorğu zamanı o, səmimi olaraq qeyd olunan maddələrin İran İslam Respublikasında yaşayan qardaşı Elçin Mehdiyevə məxsus olduğunu, onun tapşırığı ilə Gəncə şəhərinə Təqsirləndirilən şəxs2lə birlikdə satmaq üçün gətirdiyini, həmçinin Salyan şəhərində anasının evində əlavə olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddələrin saxlanması üçün qardaşı oğlu Riyada verildiyini bildirmişdir. Bundan sonra polislər Salyan şəhərindəki anasının evinə baxış keçirilməsi üçün getmiş və evə baxış zamanı Məhərrəm tərəfindən gətirilmiş və yarısını götürdükləri narkotik vasitənin və psixotrop maddənin qalan hissəsini evdən aşkar edib götürmüşlər. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş, ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, X23 və onun ailəsi əvvəllər onunla qonşu olmuş, sonradan isə köçüb başqa yerdə yaşamışlar. Elçinin Mehdiyevin kiçik qardaşı Təqsirləndirilən şəxs1 Bakı şəhərində yaşamış, Elçin Mehdiyev isə X4 dövriyyəsi ilə məşğul olduğundan hüquq mühafizə orqanları tərəfindən axtarılmış və ona görə də qaçıb İranda gizlənmişdir. 2019-cu ilin təxminən sentyabr ayında Təqsirləndirilən şəxs1 həbsdə olan böyük qardaşı Rövşən Mehdiyevin həbsdən azad edilməsi işini həll etmək üçün ondan 7500 manat borc pul almış, aradan bir müddət keçəndən sonra isə qardaşı Elçinə pul lazım olduğunu bildirib hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pullar almış və nəticədə Ruslan və Elçin Mehdiyev qardaşlarının ona ümumilikdə 21.000 manat pul borcu yaranmışdır. Sonradan maddi vəziyyəti pisləşdiyi üçün o, Təqsirləndirilən şəxs1 verdiyi borc pulu tələb etməyə başlamış, sonuncu da qardaşı Elçindən pulu alıb borcu ödəyəcəyini söz vermişdir. 17.04.2020-ci il tarixdə Elçin Mehdiyev ona sonu 71 olan İran İslam Respublikasının mobil operatoruna məxsus mobil nömrənin «WhatsApp» ani mesajlaşma mübadilə sistemi ilə zəng edib qardaşı Ruslanın ona verməli olduğu puldan xəbəri olduğunu və həmin pulu özünün qaytaracağını bildirib sərhəddən gizli narkotik vasitə və psixotrop maddə keçirdiyini, onu müəyyən yerdə qoyduracağını, dediyi yerdən vasitə və psixotrop maddə götürüb Ruslana verməsini xahiş edib sonradan Ruslanın həmin narkotik vasitə və psixotrop maddələri satdıqdan sonra onun borcunu qaytaracağını bildirmişdir. O da Elçin Mehdiyevdən nə üçün narkotik vasitə və psixotrop maddələri Ruslanın özü tərəfindən götürülmədiyini soruşduqda Elçin Mehdiyev ona qardaşı Ruslanın qorxacağını və götürə bilməyəcəyini bildirmişdir. Bundan sonra o, maddi çətinliyi ucbatından Elçin Mehdiyevin təklifi ilə razılaşmışdır. Elçin Mehdiyev ona narkotik vasitə və psixotrop maddələrin Salyan rayonu ilə Biləsuvar rayonu arasında yerləşən avtomagistral yolundan Biləsuvar rayonuna çatmamış yerləşən körpünün altında ağacların yanında öz adamlarının vasitəsilə qoydurduğunu bildirmişdir. O da həmin ünvana gedərək orada bir ədəd qara torbanın olduğunu görüb həmin torbanı özünə məxsus VAZ 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuş və oradan öz yaşadığı evə aparmış və evin damında gizlətmişdir. Bir qədər sonra Elçin Mehdiyev ona zəng edərək torbada olan narkotik vasitə olan heroini özündə saxlamasını, psixotrop maddə metamfetamini isə anasıgilin yaşadığı evə aparıb orada gizlətməsini istəyib alıcıların gəlib həmin psixotrop maddəni alacağını və bundan sonra onun pulu qaytarılacağını bildirmişdir. O da Elçinin dediyi kimi etmiş və narkotik vasitə olan heroini evdə saxlayıb psixotrop maddə metamfetamini Elçinin anasıgilə aparıb evin həyətindəki toyuq hinində gizlətmişdir. Növbəti gün, yəni 18 aprel 2020-ci il tarixdə, saat 12-13 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək harada olduğunu soruşmuş, o da olduğu yeri bildirdikdən sonra sonuncu onunla Salyan rayonundan keçən Kür çayının üzərindəki körpünün yaxınlığında görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 ona qardaşı Elçinin onunla əlaqə yaratdığını və ona yarım kilo heroin və yarım kilo metamfetamini Gəncə şəhərinə aparıb orada bir nəfərə verməsini və ondan 20.000 mant götürməsini tapşırdığını bildirib ona onunla birlikdə Gəncə şəhərinə getməyi, orada Elçinin dediyi adama narkotik vasitə və psixotrop maddəni verib 20.000 manat pul alıb ona olan borcu qaytarmağı təklif etmişdir. O da ilk olaraq bununla razılaşmamış, bundan sonra Təqsirləndirilən şəxs1 qardaşı Elçinə yığıb sonuncunu onunla danışdırmış, Elçin Mehdiyev də ona narahat olmamasını, heç bir problem olmayacağını, Gəncədəki adamın etibarlı adam olduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1lə razılaşmışdır. Bundan sonra yaşadığı evə gedib orada saxladığı heroini, həmçinin Gəncəyə getmək üçün tanışından avtomobil götürüb anasgilin evə gəlməsi barədə razılıq əldə edib ayrılmışlar. Ayrıldıqdan sonra o, Gəncəyə gedəcəyini bildirməyib Elmir adlı tanışından VAZ 2107 markalı avtomobili götürmüş, sonra evdən heroini götürüb Təqsirləndirilən şəxs1 anasigilin evinə getmişdir. Ruslanla görüşəndən sonra həyətdəki toyuq hininə keçmiş və orada olan və əvvəlcədən Elçinin Mehdiyevin xahişi orada gizlətdiyi matemfetamini və özü gətirdiyi heroini Ruslanla elektron tərəzidə çəkib hər birini yarım kilo olmaqla şəffaf sellofanlarda qablaşdırmış, qalan yarım kilo heroin və yarım kilo matemfetamini isə evdə saxlaması üçün Elçinin böyük qardaşı Rövşənin oğlu Riyada vermişlər. Heroini və metamfetamini böldükdən sonra Gəncə şəhərinə yola düşmüşlər X39 əhərinə olan alıcıya zəng edib artıq yola çıxdığını bildirmişdir. Həmin gün saat 19:30 radələrində Gəncə şəhərinin girişində yerləşən «Azpetrol» X3 yaxınlığına çatdıqda Ruslan həmin nömrəyə zəng edib çatması barədə məlumat vermiş, bundan sonra həmin şəxsi onu gözləməsini və təxminən 20 dəqiqəyə gələcəyini bildirmişdir. Bu danışıqdan sonra Ruslan avtomobildən enib əlində tutuduğu və içərisində 500 qram narkotik vasitə olan heroin və 500 qram psixotrop maddə olan metamfetamin olan sellofanla yolun qarşı tərəfinə keçib alıcını gözləməyə başlamış, o, isə idarə etdiyi avtomobildə dayanıb gözləmişdir. Təxminən 20 dəqiqə keçdikdən sonra saat 19:50 radələrində Ruslanın yol kənarında dayanmış «Meresedes» markalı avtomobilə yaxınlaşıb arxada əyləşdiyini görmüş, təxminən 5 dəqiqə sonra həmin avtomobil getmişdir. O, isə bir qədər sonra avtomobili yolun digər tərəfinə idarə edib X3 içərisindəki dayanacaqda saxlayıb Ruslanı gözləməyə başlamışdır. Təxminən 15 dəqiqə keçəndən sonra o, «WhatsApp» ani mesajlaşma mübadilə sistemi ilə Ruslana yazıb vəziyyətin necə olduğunu soruşmuş, sonuncu da cavab yazaraq hər şeyin yolunda olduğunu bildirmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra mülki geyimdə olan bir neçə nəfər şəxs avtomobilə yaxınlaşmış və onun Ruslanla gələn şəxs olub-olmadığını və adını soruşmuş, o da bunu təsdiqləyəndən və adını deyəndən sonra həmin şəxslər özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, bundan sonra Ruslanın artıq polis əməkdaşları tərəfindən cinayət başında yaxalandığını başa düşüb buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Orada səmimi olaraq Təqsirləndirilən şəxs1lə birlikdə Gəncə şəhərinə narkotik vasitə və psixotrop maddə satmağa gəldiklərini bildirib polis əməkdaşlarına həttda Ruslanın anasının yaşadığı evdə əlavə olaraq heroin və metamfetamin olduğunu da bildirmişdir. Sonra polis əməkdaşları üzərində şəxsi axtarış və avtomobilə baxış keçirmiş, lakin həm üzərindən, həm də avtomobildən hər hansı bir narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Orada olarkən narkotik vasitə psixotrop maddəni alan şəxsin əslində polis əməkdaşı olduğu və Təqsirləndirilən şəxs1 əvvəlcədən seriya və nömrələri işarələnmiş 16.000 manat pul verildiyi məlum olmuşdur. Sonra polislər evə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs1 anasının Salyan şəhərindəki evlərinə getmiş və evə baxış zamanı narkotik vasitə və psixotrop maddənin qalan hissəsi evdən aşkar edib götürmüşlər. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X24 Şöbəsinində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir.17 aprel 2020-ci il tarixdə, səhər saatlarında məxfi əməkdaşlığa cəlb edilmiş şəxsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan və barəsində axtarış elan edilmiş İran İslam Respublikasında yaşayan, əslən Salyan rayonundan olan X9 axtarışda olmasına baxmayaraq Azərbaycana narkotik vasitə və psixotrop maddə göndərməsi və Azərbaycanda satışını həyata keçirməsi, həttda X25 Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop maddə keçirdiyini və narkotik vasitə olan heroinin qramını 17 manatdan və psixotrop maddə olan metamfetaminin qramını isə 23 manatdan satmaq istəməsi, bunun üçün müştəri axtarması barədə məlumat əldə edilmişdi. Məxfi əməkdaşlığa cəlb edilmiş şəxs Elçin Mehdiyevin narkotik vasitənin satılmasına müştəri tapılmasına köməklik edilməsi üçün ondan xahiş etdiyini, buna örə də Elçin Mehdiyev və onun Azərbaycandakı əlaltılarını, yəni sonunu ilə birlikdə narkotik vasitə və psixotrop maddələrin satışında iştirak edən şəxslərin ifşa edilməsini istədiyini bildirmiş, bundan sonra o, məxfi əməkdaşlığa cəlb edilmiş şəxsə əgər belə bir məlumatın doğru olarsa narkotik vasitələrin satışı ilə məşğul olan Elçin Mehdiyevə guya müştəri kimi itifadəsində olan ***-***-**-** saylı nömrəni verməsi və guya narkotik vasitə və psixotrop maddə alıcısının özü olacağını bildirməsini tapşırmışdır. Həmin gün gunorta saatlarında əvvəllər tanımadığı, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrədən istifadəsində olan nömrənin «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə zəng edib adının Ruslan olduğunu, qardaşı Elçinin onunla əlaqə saxlamasını tapşırdığını və ya ertəsi gün, yadakı 19-da Gəncə şəhərinə 500 qram heroin və 500 qram metamfetamin gətirəcəyini və bunun müqabilində ondan 20.000 manat pul götürəcəyini bildirib həmin pulu hazırlamasını istəmişdir. O, Təqsirləndirilən şəxs1lə danışıq zamanı ondan nəyə görə heroin və psixotrop maddəni Salyan rayonunda satışını həyata keçirmədiyini soruşanda sonuncu Salyanda hamının onları tanıdığını və buna görə də Salyanda satışı həyata keçirməkdə çətinlik çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 bu təklifi bildirsə də onda karantin rejimi vaxtı Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddəni Salyan şəhərindən Gəncə şəhərinə karantin postlarını keçərək daşıyıb gətirə bilməsinə inam yaranmamış, buna görə də ikinci dəfə onunla axşam saatlarında əlaqə saxlayıb Təqsirləndirilən şəxs1 karantin rejimi vaxtı postlardan necə keçəcəyini soruşanda sonuncu hansısa şirkətdə çalışdığını və rəsmi olaraq sərbəst gəzmək hüququnun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 bunu ona bildirsə də yenə də sonuncunun yola cıxacağına şübhəsi olmuşdur. Səhəri gün, yəni 18 aprel 2020-ci il tarixdə saat 13:00 radələrində Təqsirləndirilən şəxs1 bu dəfə ***-***-**-** nömrənin «WhatsApp» ani mesajlaşma mübadilə sistemi ilə ona zəng edib həmin gün Gəncə şəhərinə gələcəyini bildirmişdir. Həmin gün saat təxminən 15 radələrində Təqsirləndirilən şəxs1 yenidən onunla əlaqə saxlayıb artıq Salyan şəhərində yola düşdüyünü və Gəncə şəhərinə gəldiyini bildirmiş, bundan sonra artıq məlumatın dəqiq olduğunu gördükdə daxil olmuş məlumat dərhal raportla QBRŞ-nin rəhbərliyinə məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında həmkarı Şahid1 tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra şöbə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılmış və qurulmuş əməliyyat planına uyğun olaraq o və Baş Narkotiklərlə Mübarizə İdarəsinin X24 şöbəsinin operator polis nəfəri Şahid7 «şərti alıcı» qismində tədbirə cəlb olunmuşdur. Bundan sonra əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən narkotik vasitə və prixotrop maddə alınması üçün ümumilikdə 16.000 manat pul protokollaşdırılaraq götürülmüşdür. Bundan sonra qurulmuş əməliyyat planına uyğun olaraq Şahid7la birlikdə sonuncunun idarə etdiyi avtomobillə görüş yerinə gedilməli imiş. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayıb artıq Gəncə şəhərinin girişinə, «Gəncə qapıları» adlanan yerə çatdığını və onu gözlədiyini bildirmişdir. Bundan sonra o, plana uyğun olaraq Şahid7la birlikdə sonuncunun idarə etdiyi «Mersedes» markalı **-EV- *** dövlət qeydiyyat nişanlı avtomobillə görüş yerinə yollanmış, onların arxasınca da əməliyyat-qrupunun digər iştirakçıları müşaiyət etmişlər. O, Təqsirləndirilən şəxs1 dediyi yerə yaxınlaşıb avtomobili saxladıqdan sonra sonuncu ilə əlaqə saxlayıb dediyi yerə artıq çatdığını bildirib ona avtomobilin nömrəsini vermiş, elə iki dəqiqə sonra əlində sellofan torba olan Təqsirləndirilən şəxs1 avtomobilin arxa sərnişin oturacağını açıb avtomobildə əyləşmiş və rəngli sellofanda torbada olan şəffaf sellofana bükülmüş bir bükümdə heorini və bir bükümdə metamfetamini çıxarıb göstərərək narkotik vasitə və psixotrop maddənin onda olduğunu, geri qayıtmaq üçün tələsdiyini bildirib tez bir zamanda pulu ona verməsini istəmişdir. O da əvvəlcədən qurulumuş əməliyyat planına uyğun olaraq üzərində cəmi 16.000 manat pul olduğunu, qalan 4000 manat pulun bir qədər irəlidə olduğunu, gətirdiyi narkotik vasitə və psixotrop maddənin keyfiyyətini yoxlayandan sonra ona pulu verəcəyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 zəng gəlmiş və sonuncu danışdığı şəxsə hər şeyin yolunda olduğunu, «qardaşlar»ın maşınında olduğunu bildirmişdir. Sonra onlar təxminən 2 km irəlidə yerləşən «Kür-Araz» Əyləncə Mərkəzinin qarısına getmiş və orada avtomobili saxlayandan sonra o, iki ədəd rezin bağlamada olan ümumilikdə 16.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra sonuncu pulu götürüb əynindəki gödəkçənin sol iç cibinə qoyub özü ilə gətirdiyi heroin və metamfetamini ona vermişdir. Bunu görən sürücü Şahid7 plana uyğun olaraq kənarda müşahidə aparan əməliyyat qrupunun üzvlərinə avtomobilin ön faralarını yandırıb-söndürməklə şərti işarəni vermiş və bundan sonra əməliyyat qrupunun üzvləri avtomobilə yaxınlaşmış və Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 özlərini təqdim edərək polis əməkdaşları olduğuqlarını bildirib onun cinayət başında yaxalanması üçün tərəflərindən əməliyyat tədbirlərinin həyata keçirildiyini bildirmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi üçün əlverişli şərait olmadığından sonuncunun Baş Narkotiklərlə Mübarizə İdarəsinin X24 şöbəsinə aparmışlar. Orada şübhəli şəxs qismində tutulub hüquqlarının müdafiəsi üçün Təqsirləndirilən şəxs1 vəkil dəvət olunaraq ona təqdim olunmuş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə həyata keçirilmiş, bu zaman ilk olaraq sonuncuya üzərində narkotik vasitə və psixotrop maddə, həmçinin həmin maddələrin satışından əldə etdiyi pul vəsaiti varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Rulan Mehdiyev də öz növbəsində üzərində narkotik vasitə və psixotrop maddə olmadığını, lakin narkotik vasitə və psixotrop maddələrin satışından əldə edilən pul vəsaiti olduğunu bildirmişdir. Bundan sonra ilk olaraq Təqsirləndirilən şəxs1 16.000 manatın müqabilində aldığı bir ədəd tünd rəngli sellofan torbada olan maddələrə baxış keçirilmiş, bu zaman rəngli sellofan torbada iki ədəd ayrı-ayrı şəffaf sellofan bağlamaların olduğu müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddənin satışından əldə etdiyi pul vəsaityini təqdim edilməsi təklif edilmiş, o da əynindəki göy rəngli gödəkçənin sol iç cibindən iki ədəd rezin bağlamalarda olan pul əsginaslarını təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi pul əsginaslarının seriya və nömrələri ilə əvvəlcədən protokollaşdırılaraq ona verilmiş pul əsginaslarının seriya və nömrəli yoxlanılmış və seriya və nömrələrin uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Sonra təqdim etdiyi rəngli sellofandan aşkar edilmiş iki ədəd ayrı-ayrı şəffaf sellofan bağlamalarda olan maddələrə baxış keçirilmiş və bu zaman bağlamanın birində kiristalşəkilli, psixotrop maddə olan metamfetaminə oxşar maddə olması aşkar edilmiş, həmin maddə elektron tərəzidə çəkilərək 510 qram çəkidə olması müəyyən edilmişdir. Digər şəffaf sellofan bağlamanın içərsində heroin kimi təqdim etdiyi maddəyə baxış keçirildikdə orada tünd qəhvəyi rəngli, toz halında, heroinə bənzər maddə olması müəyyən edilmiş, həmin maddə elektron tərəzidə çəkildikdə 540 qram çəkidə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 qeyd olunan maddələrin qardaşı Elçin Mehdiyevə məxsus olduğunu, onun tapşırığı ilə Gəncə şəhərinə Məhərrəm adlı tanışı ilə satmaq üçün gətirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 alınan psixotrop maddə olan metamfetaminə oxşar və narkotik vasitə heroinə oxşar maddələr ayrı-ayrılıqda müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün və müdafiəçisinin iştirakı ilə tərəfimizdən müvafiq qaydada ayrı-ayrı qablaşdırılaraq üzəri imzalanmış, pul vəsaiti isə əməliyyat xərcləri üçün götürüldüyündən qaytarılmışdır. Şəxsi axtarış və götürmənin keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri tərəfindən şəxsiyyəti sonradan dəqiqləşdirilən Əliyev X17 Mehdiyevi gözlədiyi yerdə, idarə etdiyi VAZ 2107 markalı **-NF- *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq şöbəyə aparılmış və orada onun üzərində şəxsi axtarış və götürmə, həmçinin idarə etdiyi avtomobilə baxış keçirilsə də narkotik vasitə və ya psoxotrop maddə aşkar edilməmişdir. Sorğu zamanı Məhərrəm X10 həmyerlisi və köhnədən qonşusu olduğunu, sonuncunun guya ona pul borclu olduğunu və həmin pul borcunu götürmək üçün Təqsirləndirilən şəxs1lə Gəncə şəhərinə gəlib narkotik vasitə və psixotrop maddəni satmaq istədiklərini, bu işləri alınacağı təqdirdə əldə ediləcək pul vəsaitindən onun borcunun ödəniləcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Salyan şəhərində anasının yaşadığı evdə əlavə olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxladığını bildirmişdir. Həmin məlumat əsasında həmkarları tərəfindən Salyan şəhərindəki Təqsirləndirilən şəxs1 anasının yaşadığı evə baxış keçirilərkən evdən əlavə olaraq külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid4 və Şahid7 Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 18 aprel 2020-ci il tarixdə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan X9 Azərbaycana narkotik vasitə və psixotrop maddə göndərməsi və burada satışını həyata keçirməsi, hətda hazırda X25 Azərbaycana külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin keçirdiyini, heroinin miqdarını 17 manatdan, metamfetaminin qramını isə 23 manatdan qardaşı Təqsirləndirilən şəxs1 vasitəsi ilə satmaq istəməsi barədə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında şöbənin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmişdir və şöbə əməkdaşlarından ibarət əməliyyat axtarış qrupu yaradılmışdır. Əməliyyat planına uyğun olaraq şöbənin əməliyyat müvəkkili Şahid5 və polis nəfəri Şahid7 əməliyyat tədbirinə “şərti alıcı” qismində cəlb olunmuşlar. Sonra əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən narkotik vasitə və prixotrop maddə alınması üçün ümumilikdə 16.000 (on altı min) manat protokollaşdırılaraq götürülüb nəzarət qaydasında narkotik vasitə alınması üçün Şahid5 və Şahid7 verilmişdir. Əməliyyat planına uyğun olaraq Şahid5 Şahid7 ilə birlikdə görüş yerinə getməli, əməliyyat qrupunun digər üzvləri isə kənrada müşahidə aparmalı olmuşlar. Həmin gün saat 18:40 radələrində Təqsirləndirilən şəxs1 Şahid5la əlaqə saxlamış artıq Gəncə şəhərinin girişinə, Gəncə qapıları adlanan yerə çatdığını və onu gözlədiyini bildirmişdir. Bundan sonra plana uyğun olaraq X37 Nəsirovla birlikdə sonuncunun idarə etdiyi Mersedes markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə görüş yerinə getmişdir.Onların arxasınca da əməliyyat qrupunun üzvləri olaraq onlar müşaiyət etmişlər. Təxminən 10 dəqiqəlik yol qət etdikdən sonra Təqsirləndirilən şəxs1 dediyi yerə çatdıqdan sonra Şahid5 olduğu avtomobili dayanmışdır. Qısa müddət sonra əlində sellofan torba olan Təqsirləndirilən şəxs1 avtomobilin arxa sərnişin oturacağını açıb avtomobildə əyləşmişdir. Təxminən 2-3 dəqiqədən sonra avtomobil hərəkət etmiş və təxminən 2 km irəlidə yerləşən “Kür-Araz” Əyləncə Mərkəzinin qarşısına getmişdir. Orada avtomobili saxlayandan təxminən 5 dəqiqə sonra əvvəlcədən razılaşdırıldığı kimi avtomobilin ön faralarını yandırıb-söndürməklə şərti işarəni vermişdir. Bundan sonra onlar dərhal avtomobilə yaxınlaşmış və Təqsirləndirilən şəxs1 saxlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onun cinayət başında yaxalanması üçün tərəflərindən əməliyyat tədbirlərinin həyata keçirildiyini bildirmişlər. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi üçün əlverişli şərait olmadığından Təqsirləndirilən şəxs1lə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X24 şöbəsinə getmişlər. Şöbəyə getdikdən sonra şübhəli şəxs qimsində tutulub hüquqlarının müdafiəsi üçün Təqsirləndirilən şəxs1 vəkil dəvət olunaraq ona təqdim olunmuş, sonra onun üzərində şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı ilk olaraq Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə, həmçinin narkotik vasitə və ya psixotrop maddələrin satışından əldə etdiyi pul vəsaiti varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs1 də öz növbəsində üzərində narkotik vasitə olmadığını, lakin narkotik vasitə və psixotrop maddələrin satışından əldə edilən pul vəsaiti olduğunu bildirmişdir. Sonra ilk olaraq Təqsirləndirilən şəxs1 16.000 manatın müqabilində aldığı bir ədəd tünd rəngli sellofan torbada olan maddələrə baxış keçirilmişdir. Baxış zamanı rəngli sellofan torbada iki ədəd ayrı-ayrı şəffaf sellofan bağlamaların olduğu müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddənin satışından əldə etdiyi pulları təqdim edilməsi təklif edilmişdir, Təqsirləndirilən şəxs1 də əynindəki göy rəngli gödəkçənin sol iç cibindən iki ədəd rezin bağlamalarda olan pul əsginaslarını təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi pul əsginaslarının seriya və nömrələri ilə əvvəlcədən protokollaşdırılaraq ona verilmiş pul əsginaslarının seriya və nömrələri yoxlanılmış və seriya və nömrələrin uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra təqdim etdiyi rəngli sellofandan aşkar edilmiş iki ədəd ayrı-ayrı şəffaf sellofan bağlamalarda olan maddələrə baxış keçirilmiş və bu zaman bağlamanın birində kiristalşəkilli, psixotrop maddə olan metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir, həmin maddə elektron tərəzidə çəkilərək 510 qram çəkidə olması dəqiqləşdirilmişdir. Digər şəffaf sellofan bağlamanın içərisində heroin kimi təqdim etdiyi maddəyə baxış keçirildikdə orada kəskin iyli, tünd qəhvəyi rəngli, toz halında, heroinə bənzər maddə olmasi müəyyən edilmiş, həmin maddə kütləsi elektron tərəzidə çəkilərək 540 qram olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 qeyd olunan maddələrin İran islam Respublikasında yaşayan qardaşı Elçin Mehdiyevə məxsus olduğunu, onun tapşırığı ilə Gəncə şəhərinə Məhərrəm adlı tanışı ilə satmaq üçün gətirdiyini, hazırda Məhərrəmin avtomobillə onu görüş yerində gözlədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 alınmış psixotrop maddə olan metamfetaminə oxşar və narkotik vasitə heroinə oxşar maddələr ayrı-ayrılıqda müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün və müdafiəçisinin iştirakı ilə müvafiq qaydada ayrı-ayrı qablaşdırılaraq üzəri imzalanmışdır,pul vəsaiti isə əməliyyat xərcləri üçün götürüldüyündən qaytarılmışdır. Şəxsi axtarış və götürmənin keçirilməsinin nəticəsinə dair onun tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri tərəfindən şəxsiyyəti sonradan dəqiqləşdirilən Əliyev X17 Mehdiyevi gözlədiyi yerdə, idarə etdiyi VAZ 2107 markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq şöbəyə aparılmışdır və orada onun üzərində şəxsi axtarış və götürmə, həmçinin idarə etdiyi avtomobilə baxış keçirilsə də narkotik vasitə və ya psoxotrop maddə aşkar edilməmişdir. Sorğu zamanı Məhərrəm X10 həmyerlisi və köhnədən qonşusu olduğunu, sonuncunun guya ona pul borclu olduğunu və həmin pul borcunu götürmək üçün Təqsirləndirilən şəxs1lə Gəncə şəhərinə gəlib narkotik vasitə və psixotrop maddəni satmaq istədiklərini, bu işləri alınacağı təqdirdə əldə ediləcək pul vəsaitindən onun borcunun ödəniləcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Salyan şəhərində anasının yaşadığı evdə əlavə olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxladığını bildirmişdir. Artıq Salyan şəhərində Təqsirləndirilən şəxs1 anasının yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olması barədə məlumat əldə edildikdən sonra həmin gün saat 22:00 radələrində şöbənin rəis müavini Şahid2 və baş əməliyyat müvəkkili Şahid3la birlikdə Salyan şəhərinə yola düşmüşlər. Saat təxminən 00:10-radələrində Təqsirləndirilən şəxs1 anasının yaşadığı ünvan 4 ünvanda yerləşən evin darvazasına çatmışlar. Qapını döydükdən sonra onları Təqsirləndirilən şəxs1 anası və həmin vaxt evdə yaşayan digər ailə üzvləri qarşılamışlar. Gəlişlərinin səbəblərini izah etdikdən sonra evin həyətindəki toyuq hininə baxış keçirmək istədiklərini bildirmişlər və evin sahibəsi X18 buna etirazı olmadığını qeyd edəndən sonra bu barədə yazılı ərizə vermiş, toyuq hininə baxış zamani orada heç bir narkotik vasitə və ya psixotrop maddə olmadığını görmüşlər, sonra həmin vaxt evdə olan Təqsirləndirilən şəxs1 qardaşı oğlu Şahid8 səmimi olaraq toyuq hinindən narkotik vasitə və psixotrop maddə olan sellofan torbanı əmisinin xahişi ilə götürüb öz yatdığı otaqda saxladığını, lakin onların gəlişlərini gördükdən sonra qorxusundan otağın pəncərəsindən həyətə atdığını bildirmişdir. Bundan sonra Şahid8 onları evin arxasına aparıb sellofanı atdığı yeri göstərmişdir. Həmin yerə baxış zamanı müəyyən edilmişdir ki, evin arxasının hasarı ilə həyət hasarınin arasındakı ağacda bir ədəd sellofan ilişib qalımışdır. Həmin yerdə sellofan torba ilə yanaşı həmçinin Şahid8 özünə və kiçik qardaşına məxsus mobil telofon aparatlarını da atdığı müəyyən olunmuşdur. Daha sonra sellofan torba açıldıqda oradan iki ədəd ayrı-ayrı sellofanlarda olan içərisində qəhvəyi rəngli, heroinə oxşar maddə və bir ədəd sellofanda olan ağ kristalşəkilli, metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Sonra Şahid8 otaqdakı paltar şkafında, ayaqqabı qutusunda saxlanılan bir ədəd elektron tərəzini onlara təqdim etmişdir. Sonra isə Şahid8 narkotik vasitə və psixotrop maddələri götürdüyü toyuq hinini göstərmişdir və əmisi Təqsirləndirilən şəxs1 tapşırığına əsasən narkotik vasitə və psixotrop maddəni toyuq hinindən götürüb öz otağına apardığını bildirmişdir. Baxış zamanı aşkar olunan maddələr qablaşdırılaraq tərəflərindən götürülmüşdür. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 18.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Salyan şəhərindən qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edərək Gəncə şəhərinə gətirməsi, daşıması və qeyri qanuni dövriyyəsi faktının ifşa edilməsi üçün baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. “Şəxsi axtarış və götürmə barədə” 18.04.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində, paltarında, bədənində qanunsuz olaraq gəzdirdiyi narkotik vasitə və ya psixotrop maddə, həmçinin narkotik vasitə və psixotrop maddələrin satışından əldə edilən pul varsa könüllü olaraq təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs1 də öz növbəsində üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, lakin narkotik vasitə və psixotrop maddələrin satışından əldə edilən pul vəsaiti olduğunu bildirdi.Daha sonra edəcək DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X24 şöbəsinin əməliyyat müvəkkili Şahid5 Təqsirləndirilən şəxs1 16.000 manatın müqabilində aldğı bir ədəd tünd rəngli sellofan torbada olan maddələrə baxış keçirildi.Baxış zamanı müəyyən edildi ki, rəngli sellofan torbada iki ədəd ayrı-ayrı şəffaf sellofan bağlamalar vardır.Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki göu rəngli gödəkçənin sol iç cibindən iki ədəd rezin bağlamalarda olan pul əskinazlarını təqdim etdi. Daha sonra rəngli sellefonda aşkar edilmiş iki ədəd şəffaf bağlamalarda olan maddələrə baxış keçirildi və bu zaman şəffaf sellofan bağlamanın birində kəskin iyli, kristal halında duza oxşar psixotrop maddə olan metamfetaminə oxşar maddə olması müəyyən edildi, həmin maddə elektron tərəzidə çəkilərək 510 qram çəkidə olması dəqiqləşdirildi.Digər şəffaf rəngli torbanın içərisində heroin kimi təqdim etdiyi maddəyə baxış keçirildikdə kəskin iyli tünd qəhvəyi, toz halında heroinə bənzər maddə olması müəyyən olundu.Təqsirləndirilən şəxs1 qeyd olunan maddələrin İran İslamrespublikasında yaşayan qardaşı Elçin Mehdiyevə məxsus olduğunu, onun tapşırığı ilə Gəncə şəhərinə Məhərrəm adlı tanışı ilə satmaq üçün gətirdiyini, hazırda Məhərrəmin avtomobillə onu görüş yerfində gözlədiyini bildirdi.Daha sonra Təqsirləndirilən şəxs1 aşkar edilmiş psixotrop maddə olan metamfetaminə oxşar və narkotik vasitə heroinə oxşar maddələr qablaşdırıldı və möhürləndi. “Şəxsi axtarış və götürmə barədə” 18.04.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı bildirdi ki, üzərində və avtomobildə odlu silah, qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə yoxdur.Təqsirləndirilən şəxs1lə birlikdə satmaq üçün Gəncə şəhərinə 500 qram heroin və 500 qram metamfetami gətirmişlər, 20000 manata müştəri tapmışdılar.Ona görə də Ruslanı gözləyirmiş ki, narkotik vasitəni satdıqdan sonra onun gözlədiyi yerə qayıdacaqlar.İran İslam Respublikasında yaşayan Ruslanın qardaşı X12 tapşırığı ilə Gəncə şəhərinə şəxsiyyəti ona mılum olmayan şəxsə satmaq üçün Ruslanla birlikdə gəlmişdir.Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2107 markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilindən, üzərindən və paltarlarından narkotik vasitə, qanunsuz əşya və ya predmet aşkar olunmadı. 19.04.2020-ci il tarixli ərizədən görünür ki, X18 ərizə yazaraq yaşadığı ünvan 5 ünvanında yerləşən evinə və digər tikililərə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. “Baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” 19.04.2020-ci il tarixli protokoldan görünür ki, Şahid8 iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəklişlə ünvan 6 ünvanında yerləşən evə baxış zamanı evin hasarı ilə həyətin hasarı arasında olan ağacdan asılı vəziyyətdə sellofan torbada iki ədəd ayrı-ayrı sellofanlarda heroin və bir ədəd sellofanda metamfetamin aşkar olunmuş, Şahid8 otaqdakı paltar şkafında, ayaqqabı qutusunda saxlanılan bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş və Şahid8 narkotik vasitə və psixotrop maddələri əmisi Təqsirləndirilən şəxs1 tapşırığına əsasən toyuq hinindən götürüb öz otağına aparıb orada gizlədərək saxladığını bildirmişdir. Protokolda qeyd edilənlər baxış keçirilməsi və maddi sübutun götürülməsi hərəkətlərində istifadə edilmiş video çəkilişin qeydə alındığı bir ədəd DVD diskə baxış keçirilərkən bir daha öz təsdiqini tapmış və iş üzrə DVD disk maddi sübut kimi tanınmışdır. «Pul vəsaitinin verilməsi barədə» 22.08.2018-ci il tarixli protokoldan və pul əskinaslarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməllərini ifşa etmək üçün, Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərinin nömrələri qeyd edilməklə şərti alıcı qismində iştirak edəcək DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X24 şöbəsinin əməıkdaşı polis nəfəri, polis serjantı Şahid7 A05182496 seriya və nömrəli bir ədəd iki yüz manatlıq, B.08649485, B 11541960, A64606976, A65572151, A69225181, C39410211, C48016410, B04038950, A29436171, A58108439, B09178688, B07930372, C12219599, A37567783, A60758567, A84790426, A47568152, C43499794, B07305026, A79728748, A32361735, A56622279, A77703562, A31833140, D21674866, A95661438, A59573029, C29417713, C57514474, A14698015, A74110160, A30245676, A86759387, A47253664, A88519303, C52100144, D15931605, D20532431, C51035574, C57075638, B10267292, A67313950, A85163452, A17410770, C36629074, C84467867, A71434008, C38683511, A50197022, A12445594, D15501820, A94795207, C41790135, C30977781, D22062880, A23288401, C83318312, C51977482, C61728912, C36537277, C50558009, B04674853, A38595858, A88852650, A71403709, B02474948, C67633454, A40196069, A56335827, A80564733, A67101889, A06770009, A19608194, A00925108, A90299981, C58165104, A27617978, A76549429, A34380340, C42500890, A79060585, C42726406, C85258838, A80997351, C40906766, A55377689, C03785174, D21274252, C41680290, B09048145, A26630785, A06201622, C94494922, A18980730, C76452778, C61688508, C62130333, C31438847, C51875330, A77499695, A08825716, A37302101, A39115642, A57993016, B12021683, C67606871, A28492393, A12266472, A48941803, C55384196, C55021297, A83271779, A99311900, A53014214, A49801226, A04950397, B07753757, A57347502, A41763306, A19058654, A80685618, A13793069 seriya və nömrəli yüz iyirmi iki ədəd yüz manatlıq və B37350640, B37350641, B26361452, A92010528, B15926439, A58695658, A10464334, A74227786, B37350634, B37350639, A63250895, B37350633, B18541652, A54624453, B37350646, B05022709, A14121676, A54155079, B26780720, B37350642, A59661171, B35506889, B04006245, B16497260, B37360643, B37350645, A29416758, A59966997, A24136165, B08766040, B34420376, A19486893, A75065676, B30195990, B22033075, A50642336, B08324961, A84241313, A79842126, A80505704, A92602869, A76869773, A75644533, A55524360, B18456665, B19150529, B39361722, A69369466, B39398019, A75916702, B01173088, B30027402, B03960597, A46691405, A75977874, A94344090, B02441383, A70857554, B13175489, B19633959, A92237607, A88026308, A16883050, B30201504, A40723257, A51794793, B04944303, B32592714, B06483903, B24947559, A83070861, A06765088 seriya və nömrəli yetmiş iki ədəd əlli manatlıq pul əsginaslarından ibarət ümumilikdə 16.000 (on altı min) manat pul verilmişdir. Nömrə və seriyaları protkollaşdırlmış 16.000 manat iş üzrə maddi sübut kimi tanınmış, maddi sübutun kserosurətləri cinayət işinə əlavə edilmiş, 16.000 manat pul xüsusi əməliyyat xərcləri üçün nəzərdə tutulduğundan QBRŞ-ya qaytarılmışdır. “Mobil telefonlara baxış keçirilməsi haqqında” 22.04.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan «İphone 6» və Təqsirləndirilən şəxs1 istifadəsində olan «Samsung Galaxy J1 mini» markalı mobil telefon aparatlarına baxış keçirilərkən müəyyən edilmişdir ki, «İphone 6S» markalı, **********54557 İMEİ kodlu mobil telefon aparatının abunəçilər bölümündə İran İslam Respublikasının mobil operatoruna məxsus +98 933 615 9771 nömrə «Mehman» kimi, +98 992 292 8521 nömrə «Qaqa.n.3» kimi qeydə alınmışdır. Mobil telefon aparatında Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə «Rusi.n.2.cin» kimi qeydə alınmışdır. «WhatsApp» ani mesajlaşma mübadilə sistemi Təqsirləndirilən şəxs2 «Mehman» və «Qaqa.n.3» kimi qeydə alınan abunəçinin istifadəsində olan İran İslam Respublikasının mobil operatoruna məxsus nömrələrin istifadəçisi ilə mütəmadi səsli və yazılı masajlaşma həyata keçirmiş, mesajların məzmunu Təqsirləndirilən şəxs2 Elçin Mehdiyev və naməlum Əli adlı şəxsdən borc pulunu tələb etməsi, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, bu dövriyyədən əldə edilən pul vəsaitlərinin Elçin Mehdiyevin təqdim etdiyi naməlum şəxslərin adlarına olan bank hesablarına köçürülməsindən ibarət olmuşdur. Rulsan Mehdiyevin istifadəsində olan «Samsung Galaxy J1 mini» markalı mobil telefon aparatının abunəçilər bölümündə İran İslam Respublikasının mobil operatoruna məxsus +98 933 615 9771 nömrə «Mehdi Qaqa» kimi, +98 992 292 8521 nömrə «Qaqa.n.3» kimi qeydə alınmışdır. Mobil telefon aparatında Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə «Maqa» kimi qeydə alınmışdır. «WhatsApp» ani mesajlaşma mübadilə sistemi ilə «Mehdi qaqa» kimi qeydə alınan nömrənin istifadəçisi 18 aprel 2020-ci il tarixdə saat 20:38-də «Qardaş mənimlə əlaqə saxla», saat 21:18-də «qaqaş mənimlə əlaqə saxla da», saat 21:29-da «qaqa salam, salamatçılıqdı?, mənimlə əlaqə saxlayın» məzmunlu mesajlar göndərmiş və mütəmadi zənglər etmiş, lakin Təqsirləndirilən şəxs1 mesajlara və zənglərə cavab verməmişdir. Mobil telefon aparatında adı «Qaqa.n.3» kimi qeydə alınan nömrənin istifadəçisi ilə yazışmalar aparılsa da yazışmalar silinmişdir. «Maqa» kimi qeydə alınan Təqsirləndirilən şəxs2 istifadəsində olan nömrənin «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 17.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Salyana gəlib gəlməyəcəyini soruşur, sonuncu da gələcəyini bildirir. Rulsan Mehdiyevin istifadəsində olan «Samsung Galaxy A7» markalı mobil telefon aparatının abunəçilər bölümünə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə «Maqa Sim» kimi qeydə alınmışdır. «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 mobil telefon aparatında adı «Maqa Sim» kimi qeydə alınan Təqsirləndirilən şəxs2 istifadəsində olan nömrənin «WhatsApp» ani mesajlaşma mübadilə sistemilə yasışmalar aparsa da sonradan silinmişdir.İş üzrə «İphone 6S» markalı və «Samsung Galaxy J1 mini» markalı, SM-J105H modelli mobil telefon aparatları maddi sübut kimi tanınmışdır. “Mobil telefona ötürülən məlumatlara baxış keçirilməsi haqqında” 22.09.2020-ci il tarixli protokoldan görünür ki,«xxxx» MMC-dən 31.08.2020-ci il tarixli 13322 nömrəli, «xxxx» MMC-dən 07.09.2020-ci il tarixli BKC/LGL-15344/20 nömrəli və «xxxx» MMC-dən 17.09.2020-ci il tarixli AZF/LGL-8604/20 nömrəli müşaiyət məktubları ilə götürülmüş üç ədəd CD diskdəki Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı «Azercell», ***-***-**-** saylı «bakcell», Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı «bakcell» və ***-***-**-** saylı «azerfon» mobil rabitə şəbəkəsinə məxsus telefon nömrələri ilə ötürülən məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı SİM nömrə ilə 18.04.2020-ci il tarixdə, saat 23:42-də X6 istifadəsində olan ***-***-**-** SİM nömrə arasında 14 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş qeyd edilən nömrə ilə iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** SİM nömrə arasında 15.09.2019-cu il tarixdən 03.12.2019-cu il tarixədək mütamadi olaraq SMS yazışmaları olmuş və Təqsirləndirilən şəxs2 SMS yazışmalarında Təqsirləndirilən şəxs1 borc pulunu geri tələb etmişdir. Həmin yazışmalarda narkotik vasitə və psixotrop maddələrlə bağlı mövzu olmamışdır. 15.04.2020-ci il tarixdə, saat 10:14-də İran İslam Respublikasına məxsus +98933-615-9771 nömrədən Təqsirləndirilən şəxs2 «Salm, Mehmandı» məzmunlu SMS göndərilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı CİN nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** CİN nömrə arasında mütəmadi danışıq aparılmışdır.Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı CİN və ***-***-**-** saylı NAR nömrələrlə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı CİN nömrə arasında mütəmadi əlaqələr olmuşdur.Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı NAR nömrə ilə «Şərti alıcı» HüseynovTural Arif oğlunun istifadəsində olan ***-***-**-** CİN nömrə arasında17.04.2020-ci il tarixdə, saat 21:52-də 17 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı CİN nömrə ilə «Şərti» alıcı Şahid5 istifadəsində olan ***-***-**-** CİN nömrə arasında 18.04.2020-ci il tarixdə, saat 13:07-də 151 saniyə, saat 15:48-də 29 saniyə, saat 18:17-də 137 saniyə, saat 18:20-də 56 saniyə, saat 18:38-də 43 saniyə və saat 18:50-də 15 saniyə danışıqlar aparılmışdır. İş üzrə özündə telefon məlumatlarını əks etdirən üç ədəd CD disk maddi sübut kimi tanınmışdır. “Üzləşdirmə haqqında” 21.04.2020-ci il tarixli protokoldan görünür ki, Şahid5 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Şahid5 istintaqa vermiş olduğu ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir. Bu barədə protokol tərtib edilməklə iş materiallarına əlavə olunmuşdur. “Üzləşdirmə haqqında” 22.04.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. Materialların məhkəmə ekspertizasının 19.04.2020-ci il tarixli 16/282 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «18.04.2020-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 7 ünvanda pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə» sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 532,914 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş üzərində «18.04.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 7 ünvanda pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlə» sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 505,002 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 532,714 qram, metamfetaminin qalıq çəkisi 504,802 qram təşkil edir. Materialların məhkəmə ekspertizasının 19.04.2020-ci il tarixli 16/283 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş üzərində «19.04.2020-ci il tarixdə X6 ünvan 4 ünvanında yerləşən yaşadığı evin arxasında ağacdan götürüb təqdim etdiyi bir ədəd sellofan torbanın içərisindən aşkar olunmuş bir ədəd böyük sellofan və bir ədəd kiçik sellofan torbanın içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə, bir ədəd sellofan torbada isə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr» sözləri yazılmış kağız paketdəki 2 (iki) ədəd şəffaf rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 535,516 qram, 89,571 qram, ümumi təmiz çəkisi 625,087 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 372,495 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 624,987 qram, metamfetaminin qalıq çəkisi 372,395 qram təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində «19.04.2020-ci il tarixdə X6 ünvan 4 ünvanında yerləşən yaşadığı evin arxasında ağacdan götürüb təqdim etdiyi bir ədəd sellofan torbanın içərisindən aşkar olunmuş bir ədəd böyük sellofan və bir ədəd kiçik sellofan torbanın içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə, bir ədəd sellofan torbada isə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr» sözləri yazılmış kağız paketdəki heroinlə üzərində «18.04.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 7 ünvanda pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə» sözləri və imzalar olan kağız paketdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində «19.04.2020-ci il tarixdə X6 ünvan 4 ünvanında yerləşən yaşadığı evin arxasında ağacdan götürüb təqdim etdiyi bir ədəd sellofan torbanın içərisindən aşkar olunmuş bir ədəd böyük sellofan və bir ədəd kiçik sellofan torbanın içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə, bir ədəd sellofan torbada isə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr» sözləri yazılmış kağız paketdəki metamfetaminlə üzərində «18.04.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 7 ünvanda pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə» sözləri və imzalar olan kağız paketdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 X8 26.10.2020-ci il tarixli 2969 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 X8 26.10.2020-ci il tarixli 2987 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” 18.04.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 aprel 2020-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 18.04.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 aprel 2020-ci il tarixdən hesablanmışdır. AZ-İ № 711977 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X19 arasında 22.11.2008-ci il tarixdə nikah bağlanmışdır. AZ № 11851800 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 10.08.2013cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası X11r. AZ № 11851799 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X21 21.09.2010cu il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası X11r. AZ-İİ № 094374 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X15 arasında 10.12.2015-ci il tarixdə nikah bağlanmışdır. AZ-İİİ № 903875 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X16 14.01.2017-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası X7r. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. “Sübutların qiymətləndirilməsi haqqında” 22.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 170-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, məhkəmə-kimyəi ekspertiza tədqiqatından sonra üç ədəd paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı müvafiq qalıq çəkiləri 624.987 qram, 532.614 qram heroin, 372.395 qram və 504.702 qram metamfetamin və ayrıca qablaşdırılmış bir ədəd elektron tərəzi, maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, iş üzrə götürülmüş «İphone 6S» markalı və «Samsung Galaxy J1 mini» markalı, SM-J105H modelli mobil telefon aparatları maddi sübut kimi tanınmış və maddis sübutaların Elçin Mehdiyev barəsində ayrılan cinayət işinin materiallarında saxlanılacağı nəzərə alınmış, bir ədəd “Samsung Duos” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs2 qohumlarına qaytarılmış, seriya və nömrələri müvafiq protokolda göstərilmiş bir ədəd iki yüz manatlıq və yetmiş iki ədəd əlli manatlıq pul əsginaslarından ibarət ümumilikdə 16.000 (on altı min) manat pul iş üzrə maddi sübut kimi tanınmış, maddi sübutun kserosurətləri cinayət işinə əlavə edilmiş, 16.000 manat pul xüsusi əməliyyat xərcləri üçün nəzərdə tutulduğundan QBRŞ-ya qaytarılmışdır. Şəxsi axtarış və götürmə, baxış və maddi sübutun götütrülməsi hərəkətlərinə istifadə olunmuş videoçəklişin qeydə alındı iki ədəd DVD və özündə «Azercell», «Bakcell» və «xxxx» mobil operatorlarına məxsus nömrələrlə ötürülən telefon məlumatlarının əks olunduğu üç ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 24.12.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X2 barəsində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə, X9 isə barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittihamlar üzrə özlərini qismən təqsirli bilərək, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasında yaşayan qardaşı X23 tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd etmədiyini, Təqsirləndirilən şəxs2 isə narkotik vasitə və psixotrop maddələrin satılması üçün Təqsirləndirilən şəxs1 və sonuncunun qardaşı X23 ilə əlbirliyinin olmadığını, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmək niyyətində olmadığını, məqsədinin Təqsirləndirilən şəxs1 və Elçin Mehdiyevin ona olan pul borcunu geri almaq olduğunu, bu məqsədlə Təqsirləndirilən şəxs1lə birlikdə Gəncə şəhərinə getdiyini sonuncu tərəfindən narkotik vasitə və psixotrop maddənin satılmasından sonra əldə ediləcək pula onun borcunun ödəniləcəyini bildirsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, ekspertiza rəylərini, özlərinin müdafəçilərinin iştirakı ilə verdikləri ibtidai istintaq zamanı ilkin ifadələrini, üzləşdirmədə dindirilmələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiklərindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı, başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X13 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram,nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasınıngömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayətalətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarlarındakı mövqeyi də, məhkəmənin hazırki iş üzrə mövqeyi ilə üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 19cu bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, onlara ittiham olunduğu maddələrin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. Onlar həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onların əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan məhkəmə-kimyəi ekspertiza tədqiqatından sonra üç ədəd paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı müvafiq qalıq çəkiləri 624.987 qram, 532.614 qram heroin, 372.395 qram və 504.702 qram metamfetamin və ayrıca qablaşdırılmış bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X13 üzrə Dövlət Komissiyasının Daimi X26 Qrupu tərəfindən həyata keçirilməlidir. Şəxsi axtarış və götürmə, baxış və maddi sübutun götütrülməsi hərəkətlərinə istifadə olunmuş videoçəklişin qeydə alındığı iki ədəd DVD və özündə «Azercell», «Bakcell» və «xxxx» mobil operatorlarına məxsus nömrələrlə ötürülən telefon məlumatlarının əks olunduğu üç ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Eləcə də iş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş «İphone 6S» markalı və «Samsung Galaxy J1 mini» markalı, SM-J105H modelli mobil telefon aparatları Elçin Mehdiyev barəsində ayrılan cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 32.5, 206.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 18 aprel 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 32.5, 206.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 18 aprel 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan məhkəmə-kimyəi ekspertiza tədqiqatından sonra üç ədəd paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı müvafiq qalıq çəkiləri 624.987 qram, 532.614 qram heroin, 372.395 qram və 504.702 qram metamfetamin və ayrıca qablaşdırılmış bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X13 üzrə Dövlət Komissiyasının Daimi X26 Qrupu tərəfindən həyata keçirilsin. Şəxsi axtarış və götürmə, baxış və maddi sübutun götütrülməsi hərəkətlərinə istifadə olunmuş videoçəklişin qeydə alındığı iki ədəd DVD və özündə «Azercell», «Bakcell» və «xxxx» mobil operatorlarına məxsus nömrələrlə ötürülən telefon məlumatlarının əks olunduğu üç ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Eləcə də iş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş «İphone 6S» markalı və «Samsung Galaxy J1 mini» markalı, SM-J105H modelli mobil telefon aparatları Elçin Mehdiyev barəsində ayrılan cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-152/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-152/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver