Məhkəmə qərarları › İş №1(100)-153/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-153/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-153/2021 09.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X12 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkilləri- Müdafiəçi2 və Müdafiəçi1 qıznın, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakları ilə, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 228.1 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 134, 181.2.5, 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair işə baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 228.1 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 134, 181.2.5, 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.2, 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilmişdir ondan ötrü ki, o, qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən,xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraqsoyuq silah gəzdirmə cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2019-cu il oktyabr ayının 30-da saat 19-20 radələrində tanışı Təqsirləndirilən şəxs2 oğlu və sonuncunun qonağı olan Qurbanov Vəfalı Təvəkkül oğlu ilə birlikdə Tərtər şəhərində yerləşən “059” adlanan kafedə çay içərkən həmin çayxanaya gələnZərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2la, sonuncunun həbsdə olan qardaşı X9 köməklik göstərməyi təklif etməsi ilə əlaqədar mübahisə etməsi, həmçinin həmin gün axşam saat 21 radələrində Təqsirləndirilən şəxs2 çağırışına əsasən Tərtər şəhərində yerləşən “Xan bağı” restoranına gələn Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq söyüşlər söyməsini və X5 döyüb xəsarət yetirməsini bəhanə edərək, əsaslı səbəblər olmadan Zərərçəkmiş şəxs1 cəzalandırmaq üçün X4 təhriki ilə Təqsirləndirilən şəxs2 oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 2019-cu il dekabr ayının 4-də Gəncə şəhərində yerləşən “Rentokar” şirkətindən X2 adına kirayə götürdükləri və Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes-Bens markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 axtararkən onun Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən 5 №-li evinin qarşısında daaynmış vəziyyətdə olan özünə məxsus Vaz-2106 markalı avtomaşında olduğunu görüb avtomaşını saxlayaraq oturduğu sağ arxa oturacaqdan düşmüş, onu gördükdə avtomaşından düşən və ona tərəf gələn Zərərçəkmiş şəxs1 hazırda istintaqa məlum olmayan mənbədən əldə edərək gəzdirdiyi, zavod üsulu ilə istehsal olunmuş,16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “lüləaltı yatağının içərisindəki metal lövhənin və lüləaltı qarmağın üzərində “T13886-66”, qəlibinin səthinin üzərində isə “104020-61” nömrələri həkk olunmuş, uyğun modelli müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, “TOZ” B modelli, xarici çaxmaqlı, qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş tüfənglə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədi ilə onun sifət nahiyyəsindən bir dəfə atəş açmaqla onasifətin çoxsaylı didilmiş-cırılmış yaraları, hər iki periorbital nahiyyənin hemotoması, çənədə frontal dişlərin travmatik çıxığı, üz-alın nahiyyəsində sümüklərdə və yumşaq toxumalarda arteferik, sağ göz almasının zədələnməsi ilə müşayət olunan yetirildiyi anda həyatı üçün təlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 vaxtında xəstəxanaya çatdırılaraq zəruri tibbi yardım göstərildiyindən öz iradəsindən asılı olmayan səbəbdən onu qəsdən həyatdan məhrum etmək məqsədini başa çatdıra bilməmiş, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma, Təqsirləndirilən şəxs2 oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən,xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq kustar üsulla qara rəngli metaldan kastet(beşbarmaq) tipində hazırlanmış, vurucu- əzici xassəyə malik, vurucu hissədə barmaq keçirmək üçün nəzərdə tutulmuş, diametri 25mm ölçüdə dörd ədəd dairəvi formalı dəlikləri olan, qabarit ölçüləri 122x70mm, qalnlığı 4,5mm olan soyuq silahı əldə edib gəzdirmiş, 2019-cu il oktyabr ayının 21-də saat 13 radələrində Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəcəsində polis şöbəsinə gətirilərək üzərinə baxış keçirilərkən həmin soyuq silah aşkar olunub götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.2, 134, 181.2.5, 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd, silah qismində əşyalar tətbiq etməklə xuliqanlıq, odlu silahdan istifadə etməklə quldurluq vəöldürməklə hədələmə cinayət əməllərini törətmişdir. Beləki, Təqsirləndirilən şəxs2 oğlu 2019-cu il oktyabr ayının 30-da saat 19-20 radələrində tanışı Təqsirləndirilən şəxs1 və qonağı Qurbanov Vəfalı Təvəkkül oğlu ilə birlikdə Tərtər şəhərində yerləşən “059” adlanan kafedə çay içərkən həmin çayxanaya gələn Zərərçəkmiş şəxs1 onun həbsdə olan qardaşı X9 köməklik göstərməyi təklif etməsi ilə əlaqədar mübahisə etməsi, həmçinin həmin gün axşam saat 21 radələrində onun çağırışına əsasən Tərtər şəhərində yerləşən “Xan bağı” restoranına gələn Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq söyüşlər söyməsini və X5 döyüb xəsarət yetirməsi ilə əlaqədar, əsaslı səbəblər olmadan Zərərçəkmiş şəxs1 cəzalandırmaq üçün X4 təhriki ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 2019-cu il dekabr ayının 5-də Gəncə şəhərində yerləşən “Rentokar” şirkətindən X2 adına kirayə götürdükləri və özünün idarə etdiyi Mersedes-Bens markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 axtararkən onun Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən 5 №-li evinin qarşısında dayanmış vəziyyətdə olan özünə məxsus Vaz-2106 markalıavtomaşında olduğunu görüb avtomaşını saxlamış, həmin vaxt avtomaşının sağ arxa oturacağında oturmuş Təqsirləndirilən şəxs1 avtomaşından düşmüş, onu gördükdə avtomaşından düşüb ona tərəf gələn Zərərçəkmiş şəxs1 istintaqa məlum olmayan mənbədən əldə edərək gəzdirdiyi, zavod üsulu ilə istehsal olunmuş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “lüləaltı yatağının içərisindəki metal lövhənin və lüləaltı qarmağın üzərində “T13886-66”, qəlibinin səthinin üzərində isə “104020-61” nömrələri həkk olunmuş, uyğun modelli müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, “TOZ” B modelli, xarici çaxmaqlı, qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş tüfənglə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədi ilə onun sifət nahiyyəsindən bir dəfə atəş açmaqla ona sifətin çoxsaylı didilmişcırılmış yaraları, hər iki periorbital nahiyyənin hemotoması, çənədə frontal dişlərin travmatik çıxığı, üz-alın nahiyyəsində sümüklərdə və yumşaq toxumalarda arteferik, sağ göz almasının zədələnməsi ilə müşayət olunan yetirildiyi anda həyatı üçün təlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 vaxtında xəstəxanaya çatdırılaraq zəruri tibbi yardım göstərildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz iradəsindən asılı olmayan səbəbdən onu qəsdən həyatdan məhrum etmək məqsədini başa çatdıra bilməmiş, Hüseynov X10 Sənan Zahid oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 oğlu 2019-cu il oktyabr ayının 30-da saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 və Qurbanov Vəfalı Təvəkkül oğlu ilə birlikdə Tərtər şəhərində yerləşən “059” adlanan kafedə çay içərkən həmin çayxanaya gələn Tərtər şəhər sakini Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq qardaşı, həmin vaxt həbsdə olan X3 və ərzaq göndərmək istədiyini bildirdikdə Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1la mübahisə edərək onun öyrədilərək üzərinə göndərdiyini bildirib, ictimai yerə hesab edilən kafedə çoxsalı insanların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozmuş, zərərçəkmiş şəxs və ətrafdakışəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətəlr etməklə ictimai qaydanı kobud surətdə pozmuş, Zərərçəkmiş şəxs1 kafenin arxasına aparmaqla özündə olan bıçaqla onu hədələyərək vətəndaşlar üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində əşyalar tətbiq etməklə xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 oğlu xx xxxxxxxx 2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 CHERY TİGGO markalı **- MO-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq adı ilə aldadıb ona avtomobili yoxlamaq üçün Tərtər rayonuna gətirməsini təklif etmiş, 2020-ci ilin sentyabr ayının 10-da saat 03 radələrindəTərtər şəhəri, Ş.Qurbanov küçəsində Zərərçəkmiş şəxs2la görüşərkən Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi, Kazımov Rövşən Xeyrulla oğluna məxsus olan CHERY TİGGO markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən əldə edərək gəzdirdiyi, 1960-cı ildə zavod üsulu ilə istehsal olunmuş, 16 kalibrli, İJ-K modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, P95300 nömrəli, yivsiz (hamar), təklüləli, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılaraq ilkin təyinatı dəyişdirilmiş odlu silah hesab edilən istifadəyə yaralı ov tüfəngi ilə sonuncuya həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq edilməsi hədəsi ilə bağlı olan basqın edərək avtomobili ələ keçirərək sürüb getmiş, həmin vaxt hadisə yerində olmaqla Təqsirləndirilən şəxs2 qeyd olunan hərəkətlərinə mane olmaq istəyən Zərərçəkmiş şəxs3 ona yaxın gələrsə atəş açacağını bildirib silahı ona tərəf tuşlamaqla onu öldürməklə hədələmişdir. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: -Məhkəməyə daxil olmuş cinayət işinə baxılması X12 Məhkəməsinə aiddir; Məhkəmə cinayət işinin materiallarını öyrənib, belə qənaətə gəlir ki, cinayət işi üzrə ibtidai araşdırma aparılarkən istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6 maddələrində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.2, 134, 181.2.5, 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, ittiham aktında ona istinad edilən hüquqazidd əməllər tam qeyd edilməmiş, ittihamın məzmununda qeyri-müəyyənlik yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.2,-ci maddələri ilə ona görə ittiham elan edilmişdir ki, o, 2019-cu il oktyabr ayının 30-da saat 19-20 radələrində tanışı Təqsirləndirilən şəxs1 və qonağı X8 ilə birlikdə Tərtər şəhərində yerləşən “059” adlanan kafedə çay içərkən həmin çayxanaya gələn Zərərçəkmiş şəxs1 onun həbsdə olan qardaşı X9 köməklik göstərməyi təklif etməsi ilə əlaqədar mübahisə etməsi, həmçinin həmin gün axşam saat 21 radələrində onun çağırışına əsasən Tərtər şəhərində yerləşən “Xan bağı” restoranına gələn Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq söyüşlər söyməsi və X5 döyüb xəsarət yetirməsi ilə əlaqədar, əsaslı səbəblər olmadan Zərərçəkmiş şəxs1 cəzalandırmaq üçün X4 təhriki ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 2019-cu il dekabr ayının 5-də Gəncə şəhərində yerləşən “Rentokar” şirkətindən X2 adına kirayə götürdükləri və özünün idarə etdiyi Mersedes-Benz markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 axtararkən onun Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən 5 №-li evinin qarşısında dayanmış vəziyyətdə olan özünə məxsus Vaz-2106 markalıavtomaşında olduğunu görüb avtomaşını saxlamış, həmin vaxt avtomaşının sağ arxa oturacağında oturmuş Təqsirləndirilən şəxs1 avtomaşından düşmüş, onu gördükdə avtomaşından düşüb ona tərəf gələn Zərərçəkmiş şəxs1 istintaqa məlum olmayan mənbədən əldə edərək gəzdirdiyi, zavod üsulu ilə istehsal olunmuş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “lüləaltı yatağının içərisindəki metal lövhənin və lüləaltı qarmağın üzərində “T13886-66”, qəlibinin səthinin üzərində isə “104020-61” nömrələri həkk olunmuş, uyğun modelli müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, “TOZ” B modelli, xarici çaxmaqlı, qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş tüfənglə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədi ilə onun sifət nahiyyəsindən bir dəfə atəş açmaqla ona sifətin çoxsaylı didilmişcırılmış yaraları, hər iki periorbital nahiyyənin hemotoması, çənədə frontal dişlərin travmatik çıxığı, üz-alın nahiyyəsində sümüklərdə və yumşaq toxumalarda arteferik, sağ göz almasının zədələnməsi ilə müşayət olunan yetirildiyi anda həyatı üçün təlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 vaxtında xəstəxanaya çatdırılaraq zəruri tibbi yardım göstərildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz iradəsindən asılı olmayan səbəbdən onu qəsdən həyatdan məhrum etmək məqsədini başa çatdıra bilməmiş, Hüseynov X10 Sənan Zahid oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etmişdir. Göründüyü kimi sözügedən ittihamın məzmunu Təqsirləndirilən şəxs2 oğluna münasibətdə tamamlanmamış, ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.2 üzrə hüquqazidd əməllərin nədən ibarət olması Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunmamışdır. Bundan başqa İrəli sürülmüş ittihamda Sərvər X1 təhriki ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəldiyi qeyd olunsa da Vəfalı Qurbanova istinad edilən cinayət əməli ibtidai istintaq zamanı hər hansı prosessual sənədlə rəsmiləşdirilməmişdir. Göstərilənlərdən savayı cinayət işinə qoşma şəklində əlavə edilmiş ittiham aktlarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib imzalanmasına baxmayaraq, cinayət işininin materiallarına ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib imzalanmamış ittiham aktı tikilmişdir. Məhkəmə yuxarıda qeyd olunmuş kobud qanun pozuntuları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının kostitusiyası insan hüqüq və azadlıqlarını ümumbəşəri yüksək dəyərlər kimi qiymətləndirərək, onların təmin edilməsini dövlətin ali məqsədi elan etmiş, hüquqları gözləməyi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi təsbit etmişdir. Azərbaycan Respublikasının kostitusiyasının 61- ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayətin törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanımışdır. Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlərə dair xx xxxxxx 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında» Sərəncamında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Ali Məhkəməsinə insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etmək tövsiyə edilmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx xxxx 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın 13-cü maddəsi milli dövlətlərin üzərinə Konvensiya ilə təminat altına alınmış hüquq və azadlıqlarının pozulduğunu iddia edən hər kəsə bu iddialarının milli hüquq çərçivəsində araşdırılıb pozuntunun nəticələrini ortadan qaldırmağı təmin edən səmərəli hüquqi müdafiə vasitələri yaratma və bu mexanizmin səmərəli şəkildə fəaliyyət göstərməsini təşkil etmə öhdəliyi qoyur. Konvensiya ilə təminat altına alınmış hüquq və azadlıqların pozuntusu ilə bağlı iddiaların səmərəli şəkildə araşdırılması və onları törədənlərin cəzalandırılmasına dair dövlətlərin pozitiv öhdəlikləri mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə bir daha vurğulayır ki, istər milli qanunvericilik, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq qanunverivilik aktlarında təsbit edilmiş təqsirləndirilən şəxsin müdafiə olunmaq hüququ iş üzrə aparılan ibtidai araşdırma zamanı ciddi şəkildə pozulmuş, cinayət işi üzrə tərtib edilmiş ittiham aktı CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası CPM-in 303.3.1-ci maddəsinə əsasən, “təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)” kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddənin tələblərinə uyğun olmaması, 303.3.1-ci maddəsinə əsasən, “təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)” kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və cinayət içinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Odur ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cü maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303.1, 303.3.1və 303.3.6 -cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 228.1 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 134, 181.2.5, 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər rayon Prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın.

3. Qərarın surəti təqsirləndirilən şəxslərə, zərərçəkmiş şəxslərə, müdafiəçilərə və dövlət ittihamçısına göndərilsin. Hakimlər:

1. (sədrlik edən) Elmin Rüstəmov

2. Faiq Mahmudov

3. Xəqani Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar