Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-153/2023 07.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Qazaxıstan Respublikası Uralsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Goranboy rayonu Ağamalıoğlu kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğlu tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 31 iyul 2022-ci il tarixdə, saat 06:30 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində taksi sürücüsü Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ- 21063” minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əyləşdiyi zaman əlində olan bıçağı Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə dirəyərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 sağlamlığına xəsarət yetirməklə hədələyərək həyat və sağlamlığı üçün zorakılıq tətbiq etmək hədəsi ilə basqın edib sonuncuya məxsus 18 manat məbləğində nağd pulunu və 1 ədəd 270 manat dəyərində Xiaomi Redmi 9 Pro markalı telefonunu ələ keçirərək quldurluq etmişdir. Bundan başqa o, təkrar, tamah məqsədilə özgənin əmlakını açıq olaraq talamaq niyyəti ilə 31 iyul 2022-ci il tarixdə saat 07:45 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospekti 149 ünvında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Damla” aptekdən 5 manat dəyərində “Chanel” markalı qara rəngli gün eynəyini açıq şəkildə talayaraq çıxıb getməklə zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 180.2.2 və 181.2.5-ci maddələri ilə elаn edilmiş ittihаm üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evlidir, bir azyaşlı övladı var. Rəsmi olaraq heç bir işdə işləmir. 31 iyul 2022-ci il tarixdə o, 02:45 radələrində “maxim” taksi şirkətinə zəng edərək taksi sifariş vermişdir. “Şəmkir Avtovağzalı”nın qarşısında tanımadığı “VAZ-2106” markalı avtomobilə minmişdir. O, Gülüstan qəsəbəsinə kafeyə pivə içməyə getmək istəmişdir. Taksi sürücüsü Cavadxan küçəsində pivə verilən kafe olduğunu dediyindən fikrini dəyişmişdir. Onlar Gəncə şəhəri Cavadxan küçəsində yerləşən “Kolorit” kafesinə getmişlər. Onlar “Kolorit” kafesinə çatmışlar və ikisi də içəri daxil olmuşlar. O, özünə pivə, ona isə kofe şifariş vermişdir. O, iki ədəd pivə içdikdən sonra taksi sürcüsü durmağı təklif etmişdir. O, bir azdan duracaqlarını demişdir. Özümnə bir pivə və kartof çipsi, ona isə yenə kofe sifariş vermişdir. Onlar içdikdən sonra durmuşlar. Duranda o, çipsi salfetə qoyaraq özü ilə götürmüşdür. Oradan onlar “Univermaq” tərəfə gəlmişlər və orada o, evə uşağa qarpız alacağını demişdir. Daha sonra sürücüyə avtomobili Məhsəti qəsəbəsinə sürməyini və qarpızı oradan alacağını demişdir. Taksi Məhsəti qəsəbəsinə sürmüş və o, düşərək iki ədəd qarpız və bir ədəd yemiş almışdımr. Aldıqlarını arxa oturacağın ayaq altına qoymuşdur. Sürücü “Azpetrol” yanacaqdoldurma məntəqəsinə girərək benzin vurmuşdur. O, onun avtomobilinə 3 manatlıq benzin vurmuşdur. Bundan sonra o, cibində qalan 12 manatı ona yol pulu kimi vermiş və o, həmin pulu götürərək cibinə qoymuşdur. Onun bundan başqa pulu qalmamışdır. Bundan sonra o, Məhsəti qəsəbəsi 25-ci küçəyə girərək 26-ci küçəyə dönmüşdür. Orada hüzr yeri üçün qurulmuş mağar qurulduğunu görmüş, buna görə. Sürücüyə avtomobili mağarın yanında saxlamasını istəyərək aşağı sidik ifraz etməyə düşmüşdür. Daha sonra o, avtomobilə əyləşmişdir. O, cibindən bıçağı çıxardaraq dırnağını kəsmiş və eynəyi qırıldığı üçün sürücüdən onu eynək düzəldilən yerə aparmasını istəmişdir. Həmin sürücü avtomobildə telefonunu satmaq istədiyini demiş və telefonunu satmağı üçün ona vermişdir. O, taksi sürücüsünün telefonunu götürərək cibinə qoymuşdur. Onlar Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən “Universam”ın altında olan “Damla” aptekin açıq olduğunu görüb ora getmişlər. O, aptekə girmiş və enəyini düzəltməsini istəmişdir. O, eynəyi düzəltmədiyini bildirmişdir. Onun gözündə problem olduğu üçün ona eynək lazım olmuşdur. Buna görə də o, aptekdə işləyən oğlana orada olan qara rəngli eynəyi ona verməyini istədimmiş və o, eynəyi ona vermişdir. O, eynəyi götürərək gözünə taxmışdır. Bundan sonra üzərində pul olmadığı üçün o, ona müdirinə zəng edərək adının Kazbek olduğunu, eynəyin pulunu isə sonra gətirərək verəyini bildirmişdir. O, buna görə də eynəyi götürərək aptekdən çıxmışdır. Həmin sürücü də onun arxasınca çıxmış və bir qədər qabaqda həmin şəxs polis əməkdaşlarını görərək qışqır bağır salmağa başlamışdır. Həmin şəxs polis əməkdaşlarını görərək onlara yaxınlaşmış və onun pulu ilə telefonunu götürdüyünü bildirmişdir. O, polis əməkdaşlarının ona yaxınlaşdığını görüb cibində həmin şəxsin ona satmaq üçün verdiyi telefonunu çıxardaraq orada olan avtomobilin altına atmışdır. Həmçinin o, polis əməkdaşlarının gəldiyini görüb bıçaqla özümnə xəsarət yetirməyə çalışmış və qoluna vurmuşdur. Bu zaman daha bir post patrul avtomobili gəlmiş və bıçağı onun əlindən almışlar. Polis əməkdaşları onu avtomobilə qoyaraq Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə aparmışlar. O, sonradan adının Zərərçəkmiş şəxs1 bıçaqla hədə qorxu gələrək ondan telefon və pul almamışdır. O, heç ona bıçaq çıxardaraq hədə qorxu gəlməmişdir. O, ona heç bir xəsarət yetirməmişdir. O, taksi sürücüsündən heç nə ələ keçirməmişdir. Onun dedikləri həqiqətə uyğun deyil. O, ondan nə pul almamış, nə də telefon. Həmin şəxs telefonu özü satmaq üçün ona vermişdir. O, aptekə girərək öz eynəyini düzəltməyini istəmişdir. O, da eynəyi düzəldə bilməyəcəyini bildirdikdə o, orada olan eynəyin birini ona verməyini, pulunu isə sonra gətirib verəcəyini bildirmişdir. O, ona görə həmin eynəyi götürük çölə çıxmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o özünə məxsus “VAZ-21063” minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili var. O, həmin avtomobillə gecələr taksiçilik eləyib ailəsini dolandırır. O, “maxim” taksi şirkətinə qoşulmuşdur. O, 16:30-da işə çıxmış və bu müddətdə müxtəlif şəxslərdən sifariş alaraq onları gedəcəkləri ünvanlara aparmışdır. 31 iyul 2022-ci il tarixdə saat 02:45-də Gəncə şəhəri Heydər Əliyev parkının qarşısında olan zaman “Şəmkir Avtovağzalı”nın qarşısından taksi sifariş gəlmiş və o, həmin ünvana yollanmışdır. Bu zaman əynində qolu uzun idman geyimi olan, gözündə gün eynəyi olan bir nəfər kişi avtomobilə əyləşmişdir. Həmin şəxsin əlində spirtli içki olan “GO” var idi. Həmin şəxs Gülüstan qəsəbəsinə, oradan isə Univermağa sifariş vermişdir. Həmin şəxs ona Gülüstan qəsəbəsinə gedərək su içmək istədiyini demişdir. Daha sonra Gəncə şəhər Nizami küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə çatdıqda həmin şəxs ona pivə içmək istədiyini demişdir. O, Gəncə şəhəri Cavadxan küçəsində yerləşən “Kolorit” kafesinə getmişlər. Həmin şəxs yolda ona adının “Kazbek” olduğunu demişdir. Onlar “Kolorit” kafesinə çatmışlar və ikisi də içəri daxil olmuşdur. Həmin şəxs özünə pivə, ona isə kofe şifariş vermişdir. Həmin şəxs iki ədəd pivə içdikdən sonra o, ona durmağı təklif etmişdir. Həmin “Kazbek” ləqəbli şəxs ona bir azdan duracağını demişdir. Özünə bir pivə və çipsi, ona isə yenə kofe sifariş vermişdir. Onlar içdikdən sonra durmuşlar. Duranda həmin şəxs çipsini salfetə qoyaraq götürmüşdür. Oradan onlar “Univermaq” tərəfə gəlmişlər və orada həmin şəxs evə uşağına qarpız alacağını demişdir. Kazbek ona Məhsəti qəsəbəsinə sürməyini və qarpızı oradan alacağını demişdir. O, Məhsəti qəsəbəsinə sürmüş və Kazbek adlı şəxs düşərək iki ədəd qarpız və bir ədəd yemiş almışdır. Aldıqlarını arxa oturacağın ayaq altına qoymuşdur. O, “Azpetrol” yanacaqdoldurma məntəqəsinə girərək benzim vurmuşdur. Həmin şəxs onun avtomobilinə 3 manatlıq benzin vurmuşdur. Bundan sonra həmin şəxs cibində qalan 1 ədəd 5 manatlıq və 7 ədəd 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 12 manatı ona yol pulu kimi vermiş və o, həmin pulu götürərək cibinə qoymuşdur. O, pul kisəsindən pulu ona verdikdən sonra ciblərinə baxmış və üzərində başqa pul qalmamışdır. Bundan sonra o, onun sifarişi ilə Məhsəti qəsəbəsi 25-ci küçəyə girərək 26-ci küçəyə dönmüşdür. Orada hüzr yeri üçün qurulmuş mağar var idi. Həmin şəxs mağarın yanında saxlamağını istəyərək evin yaxınlıqda olduğunu demişdir. Bundan sonra həmin şəxs “youtube” şəbəkəsinə girərək orada ona video göstərərək bunların birinci Qarabağ müharibəsi iştirakçıları olduğunu, orada olan şəxslərdən birini göstərərək isə həmin şəxsin onun atası olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs bir siqaret çəkərək düşüb gedəcəyini bildirmişdir. Bu zaman həmin şəxs cibindən bıçaq çıxararaq onu açmış və dırnağının yanını eşməyə başlamışdır. Həmin şəxs ona 25 manat pul verdiyini bildirmişdir. O, da həmin şəxsə ona 12 manat pul verdiyini, qalan pulu isə pivəyə və qarpıza verdiyini demişdir. Daha sonra həmin şəxs onun telefonunu götürərək cibinə qoymuşdur. Bundan sonra o, bıçağı ona tərəfə tutaraq pulu verməyini istəmişdir. O, onun verdiyi 12 manat pulu onun özünə qaytarmışdır. Həmin şəxs ona öz üzərində olan pulu da verməyini demişdir. O, pulunun olmadığını və benzinə vurduğunu dedikdə, həmin şəxs əlini onun cibinə atmışdır. Bu zaman o, bıçağı sağ böyrünə dirəyərək üzərimndə olan pulu verməyini demişdir. O, sağ cibindən 6 ədəd bir manatlıq olmaqla ümumilikdə 6 manat pulu çıxartmışdımr. Bundan başqa cibindən 2 ədəd 10 qəpiklik var idi. Həmin şəxs 6 manat pulu ondan almış və 12 manatla birlikdə 18 manat pulunu götürərək cibinə qoymuşdur. O, ona pulu saxlamağını, lakini telefonunu verməyini demişdir. Həmin şəxs sol əli ilə biçağı onun sağ böyrünə tutaraq telefonun olmadığını demişdir. Bundan sonra həmin şəxs avtomobildən düşərək getmişdir. O, telefonunu almaq niyyəti ilə aralanmamışdır. Bir qədər sonra həmin şəxs gəlmiş və avtomobili sürərək getməklərini demişdir. O, yenidən telefonu istədikdə həmin şəxs ona telefonu söndürərək atdığını demişdir. Bundan sonra o, qorxaraq avtomobilə oturmuşdur. Həmin şəxs də əlində bıçaq avtomobilə əyləşmişdir. Kazbek eynəyini avtomobildə olan zaman avtomobilin salonunda olan günlüyə taxmışdır. Eynəyi çıxardan zaman eynəyin qulpu qırılmışdır.Kazbek eynəyin qulpunun onun avtomobilində qırıldığını, buna görə də gedib eynəyin qulpunu düzəltmək lazım olduğunu demişdir. Bu zaman saat 07 radələri olarmış. O, həmin şəxsin əlində bıçaq olduğunu görərək avtomobili mərkəz tərəfə sürmüş və onlar “Universam”ın altında yerləşən “Damla” aptekin açıq olduğunu görüb ora getmişlər. Həmin şəxs əlində bıçaq düşərək aptekə getmişdir. O, da həmin şəxsin arxasınca getmişdir ki, həm ona qarşı elədiyi quldurluqla bağlı kiməsə xəbər versin, həm də telefonunu geri alsın. Kazbek aptekə girərək orada işçi olan oğlandan eynəyi düzəltməsini istəmişdir. Həmin oğlan aptekin işçisi olduğunu, optikanın ona aidiyyatı olmadığını, optikanın işçisinin bir neçə saatdan sonra gələcəyini demişdir. Kazbek həmin işçi oğlan ilə aqrssiv danışmağa başlamış və əlində də bıçaq olmuşdur. O, eynəyinin düzəlməyini tələb etmişdir. Həmin şəxs aptek işçisinə bir ədəd eynək çərçivəsi istəmişdir. Oğlan ona bir ədəd eynək çərçivəsi vermişdir. Həmin şəxs aptekin işçisinə adının Kazbek olduğunu, onu hamının tanıdığını, müdirinə zəng edib bu barədə deməyini bildirmişdir. Oğlan telefonla müdirinə zəng etmişdir. Həmin şəxs götürdüyü çərçivəni ora qoyaraq qara gün eynəyini istəmişdir. Oğlan eynəyi ona vermiş və telefonla danışmışdır. Bundan sonra həmin şəxs eynəyi götürərək çıxmış və pulunu sonra verəcəyini demişdir. Oğlan onun arxasınca dayanmağını və eynəyin pulunu verməyini desə də məhəl qoymayaraq çıxıb getmişdir. Daha sonra Kazbek ona avtomobilə minməyimi demişdir. O, Kazbekin əlində olan bıçaqdan qorxmuş və avtomobilə minmişdir. Həmin şəxs ona “pasyolka” deyilən yerə sürməyini bildirmişdir. O, da ona eynəyini orada yox “univermaq”da daha rahat düzəltdirə biləcəyini deyərək ora sürmüşdür. Orada düşüb hər yerin bağlı olduğunu görmüş və avtomobilə yaxınlaşan zaman həmin şəxs avtomobilə minməyərək çıxıb getmişdir. O, da avtomobilə minmiş və avtomobili yalandan arxaya vermişdir. Bundan sonra o, avtomobili orada saxlayaraq piyada onun arxası ilə getmişdir. O, onu gözdən itirmiş və bayaqkı aptekə getmişdir. O, aptekdə işləyən oğlana yaxınlaşaraq bayaqkı şəxsin onun telefonunu və pulunu götürdüyünü bildirərək DİN-in “102” xidmətinə zəng edərək məlumat verməsini bildirmişdir. Həmin oğlan 102-ə yığmış və o, qaynar xəttlə danışan zaman Kazbekin keçiddən çıxdığını görmüşdür. O, bu zaman qaynar xəttə həmin şəxsi gördüyünü demiş və onun telefonla danışdığını görüb tez oradan uzaqlaşmağa çalışmışdır. O, tez telefonla bitirib onun arxası ilə getmişdir. O, onun arxasınca Mərkəzi Kitabxananı keçmiş və “Baku Hotel”in qarşısında bir nəfər polis nəfərindən siqaret yandırmaq üçün alışqan istədiyini görmüşdür. O, tez həmin polis nəfərinə yaxınlaşmış və bu barədə ona danışmışdır. O, həmin şəxsin üstündə bıçaq olduğunu, telefonunu və pulunu, həmçinin aptekdən eynək ələ keçirdiyi demişdir. Polis nəfəri tez ona yaxınlaşmışdır. O, həmin şəxsin üzərində bıçaq olduğunu bir daha vurğulamışdır. Polis nəfəri ona yaxınlaşmış və həmin şəxs çömələrək yerə oturmuşdur. Bundan sonra polis nəfəri telefonla köməyə adam çağırmışdır. Bu zaman Kazbek polis əməkdaşlarının gəldiyini görüb bıçaqla özünə xəsarət yetirməyə çalışmışdır.. Daha sonra Post Patrul Xidməti avtomobili gəlmişdir. Bu zaman həmin şəxs cibində olan onun telefonunu çıxardaraq orada olan avtomobilin altına atmışdır. Polis əməkdaşları bıçağı Kazbekdən alaraq onu avtomobilə əyləşdirmişlər. Həmçinin telefonu avtomobilin altından çıxardaraq götürmüşlər. Polis əməkdaşları Kazbeki avtomobilə qoyaraq Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə aparmışlar. Həmin şəxs bıçağı onun böyrünə diriyərək ona hədə-qorxu gəlib üstündə olan pulu və telefonu götürmüşdür. Hadisə nəticəsində o, xəsarət almamışdır. Həmin şəxs 31 iyul 2022-ci il tarixdə saat 02:45-də taksi sifariş vermişdir. Bundan sonra həmin şəxs ona müxtəlif yerlərə sürdürmüşdür. Saat 06:30 radələrində bıçaq çıxardaraq ona hədə qorxu gələrək telefonunu və pulunu ələ keçirmişdir. Bundan sonra həmin şəxs bıçağı əlindən yerə qoymayaraq öz hərəkətlərinə davam etmiş və saat 07:30 radələrində aptekdən eynək ələ keçirmişdir. Onun telefonunu və pulu ələ keçirən zaman onlar tək olmuşlar. Ancaq aptekdən eynəyi ələ keçirən zaman aptekdə işləyən sonradan adının Ceyhun olduğunu bildiyi şəxs, o və özünü Kazbek kimi təqdim edən şəxs olmuşdur. Özünü Kazbek kimi təqdim edən şəxs bıçaqla ona hədə qorxu gələrək 18 manat nağd pulunu və 350 manat dəyərində Redmi 9 pro markalı telefonunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Gəncə şəhəri, Heydər Əliyev prospekti 149 ünvanında “Damla” aptekin sahibidir. Uzun müddətdir ki oranı işlədir. Həmin aptek 24 saat işləyir. Aptekin bir tərəfi isə optika kimi fəaliyyət göstərir. Gecə növbəsində Zərərçəkmiş şəxs3 əczaçı işləyir. 31 iyul 2022-ci il tarixdə səhər saat 08 radələrində Ceyhun ona zəng edərək, özünü qazi kimi təqdim edən Kazbek adlı şəxsin eynək götürmək istədiyini demişdir. O, da ona əgər qazidirsə endirim etməsini demişdir. Ceyhun ona onun pulsuz götürmək istədiyini demişdir. O, da ona eynəyi verməməyi və polisə məlumat verməyini bildirmişdir. Daha sonra Ceyhun onunla sağollaşmışdır. Təxminən 1 saat sonra Ceyhun onunla əlaqə saxlayıb Kazbek adlı şəxsin optikaya məxsus gün eynəyini ələ keçirərək aptekdən çıxıb getdiyini, lakin polis əməkdaşlarının onu saxladığını və hal-hazırda polis idarəsində olduğunu bildirmişdir. Bundan sonra o, Kazbek adlı şəxsin ona məxsus optikadan eynəyi ələ keçirdiyini öyrənmişdir. Hadisə nəticəsində ona 15 manat maddi ziyan dəymişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə istintaqı dindirilmiş şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda kirayədə yaşayır. Azərbaycan Dövlət Aqrar Universitetinin mühəndislik fakültəsində oxuyur. O, həmçinin əczaçılıq üzrə kurs bitirmiş və buna görə də gecə növbəsində Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən “Damla” aptekdə əczaçı işləyir. 31 iyul 2022-ci il tarixdə saat 07:30 radələrində aptekdə tək olan zaman bir nəfər uzunqol idman geyimində olan şəxs aptekə daxil olmuşdur. Onun arxası ilə isə başqa bir oğlan həyəcanlı şəkildə içəri girmişdir. İlk öncə girən şəxs ona yaxınlaşaraq salam vermiş və eynəyinin qulpunun qırıldığını demişdir. O, da ona aptekdə işlədiyini, optikaya nəzarət edən şəxsin burada olmadığını, bir neçə saatdan sonra gələcəyini bildirmişdir. Həmin şəxs ona gözlərinin görmədiyini, gözünün ağrıdığını, mütləq eynəyinin düzəlməyini demişdir. O, da işi bacarmadığını, yalnız optikaya nəzarət edən şəxs gələndən sonra ona köməklik edə biləcəyini demişdir. Bu zaman sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona gedib digər eynəklərə baxmağını demişdir. Həmin şəxs ona qazi olduğunu, gözünün müharibədə olduğunu demişdir. O, yenə ona heç bir köməklik edə bilməyəcəyini demişdir. Bu zaman həmin şəxs orada eynək çərçivəsinə baxmağı istəmiş və o, həmin çərçivəni ona vermişdir. O, çərçivəni ona verən zaman həmin şəxsin əlində bağlı vəziyyətdə bıçaq olduğunu görmüşdür. Həmin şəxs çərçivəni gözünə taxıb güzgüdə özünə baxmış və daha sonra eynəyi ona qaytararaq digər gün eynəyini istəmişdir. O, həmin şəxsin gün eynəyi olduğunu bildirib ona vermək istəməmişdir. Bu zaman həmin şəxs piştaxtanın arxasına keçmişdir. O, həmin şəxsə ora keçməsinin düzgün olmadığını ona problem olduğunu bildirirərək geri çıxmasını istəmişdir. Bundan sonra o, geri çıxmış və onun istədiyi gün eynəyini ona vermişdir. O, gün eynəyini ona verdikdən sonra o, ona adının “Kazbek” olduğunu, müdiri çağırmağını bildirmişdir. Həmin şəxs eynəyi taxmış və o, müdirlərinin yoldaşına zəng etmişdir. Lakin o, telefona cavab verməmişdir. Bundan sonra o, optikanın müdiri Kamil müəllimə yığmışdır. O, telefonla danışan zaman həmin şəxs eynəyi götürərək aptekdən çıxmışdır. O, həmin şəxsə eynəyi qaytarmasını və ya pulunu verməsini bildirsə də həmin şəxs ona məhəl qoymayaraq aptekdən çıxaraq getmişdir. O, telefonla danışa danışa onların arxasınca çıxmış və onun bayaq yanında gələn oğlanla birlikdə “VAZ-21063” minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindiyini görmüşdür. Bundan bir qədər sonra bayaq həmin şəxslə içəri girən sonradan adının İnqilab olduğunu bildiyi şəxs gəlmiş və bayaqkı şəxsin ona məxsus pulu və telefonu ələ keçirdiyini bildirmişdir. Bundan sonra İnqilab onun telefonu ilə DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. İnqilab telefonla danışan zaman həmin şəxs keçiddən çıxmış və İnqilabın telefonla danışdığını görüb oradan uzaqlaşmağa başlamışdır. Bir qədər qabaq aptekdən ələ keçirdiyi gün eynəyi isə gözündə olmuşdur. Bundan sonra İnqilab telefonu ona verərək həmin şəxsin arxasınca getmişdir. Bir qədər sonra polis əməkdaşları onunla əlaqə saxlayaraq Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinə dəvət etmişlər. O, xəsarət almamışdır. O, həmin şəxsin əlində bıçaq olduğunu görsə də həmin şəxs ona hədə-qorxu gəlməmiş və ona heç bir xəsarət yetirməmişdir. Həmin şəxsin aptekə girməyi, onunla danışmağı, daha sonra eynəyi ələ keçirdərək oradan uzaqlaşmağı təxminən 20 dəqiqə çəkmişdir. Həmin vaxtı orada o, İnqilab və özünü Kazbek kimi təqdim edən şəxs olmuşdur. Özünü Kazbek kimi təqdim edən şəxs optikaya məxsus 15 manat dəyərində eynəyi ələ keçirmişdir. Həmin şəxs eynəyi gözünə taxaraq ona heç bir məhəl qoymayaraq və eynəyin pulunu verməyərək eynəyi ələ keçirərək aptekdən uzaqlaşmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi ifadədə göstərmişdir ki, 30 iyul 2022-ci il tarixdə saat 01:00-də o, ərazi üzrə piyada xidmətə başlamışdır. O, xidmətə Gəncə şəhər BPİ-nin PPXT-nin 2-ci Bölüyünün 3-cü taqımının polis nəfəri, polis baş serjantı Şahid1 ilə birlikdə çıxmışdır. Onun xidməti ərazisi Gəncə şəhəri Mərkəzi Kitabxananın qarşısı və ətraf ərazi olmuşdur. 31 iyul 2022-ci il tarixdə səhər saat 07:45 radələrində sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq, Kazbek adlı şəxsin ona bıçaqla hədə-qorxu gələrək onun telefonunu və pulunu ələ keçirdiyini, hal-hazırda “Baku Hotel”in qarşısında olduğunu bildirmişdir. Onlar ona yaxınlaşmışlar. Sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs onların ona yaxınlaşdıqlarını görərək əlində olan bıçağı boğazına diriyərək özünü öldürəcəyini, ona yaxınlaşmaqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibindən telefonu çıxardaraq orada olan avtomobilin altına atmışdır. Onlar onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət etmişlər. Bir qədər sonra Kazbek sakitləşmiş və bıçağı bağlayaraq cibinə qoymuşdur. O, bundan sonra Post Patrul Xidməti avtomobili çağırmışdır. Həmçinin onlar Təqsirləndirilən şəxs cibindən çıxardaraq avtomobilin altına atdığı telefonu götürmüşlər. Xidməti avtomobil gəldikdən sonra o, Təqsirləndirilən şəxs bıçağı ona verməsini istəmiş və o, bıçağı ona vermişdir. Bundan sonra onlar onu xidməti avtomobilə əyləşdirərək Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Orada o, raportla müraciət edərək, Təqsirləndirilən şəxs, telefonu və bıçağı növbətçi hissəyə təqdim etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ifadəsi elan edilmiş, o, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Gəncə şəhər BPİnin PPXT-nin 2-ci Bölüyünün 3-cü taqımının polis nəfəri, polis baş serjantı işləyir. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanımır Gəncə şəhər BPİ-nin PPXT-nin 2-ci Bölüyünün 3-cü taqımının polis nəfəri, polis baş serjantı. Onun onlarla heç bir münasibət, ədavət və düşmənçilliyi yoxdur. 30 iyul 2022-ci il tarixdə saat 01:00-də o, ərazi üzrə piyada xidmətə başlamışdır. O, xidmətə Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri Şahid2 ilə birlikdə çıxmışdır. Onun xidməti ərazisi Gəncə şəhəri Mərkəzi Kitabxananın qarşısı və ətraf ərazi olmuşdur. 31 iyul 2022-ci il tarixdə səhər saat 07:45 radələrində sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq, Kazbek adlı şəxsin ona bıçaqla hədə-qorxu gələrək onun telefonunu və pulunu ələ keçirdiyini, hal-hazırda “Baku Hotel”in qarşısında olduğunu bildirmişdir. Onlar ona yaxınlaşmışlar. Sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs onların ona yaxınlaşdıqlarını görərək əlində olan bıçağı boğazına diriyərək özünü öldürəcəyini, ona yaxınlaşmaqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibindən telefonu çıxardaraq orada olan avtomobilin altına atmışdır. Onlar onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət etmişlər. Bir qədər sonra Kazbek sakitləşmiş və bıçağı bağlayaraq cibinə qoymuşdur. O, bundan sonra Post Patrul Xidməti avtomobili çağırmışdır. Həmçinin onlar Təqsirləndirilən şəxs cibindən çıxardaraq avtomobilin altına atdığı telefonu götürmüşlər. Xidməti avtomobil gəldikdən sonra o, Təqsirləndirilən şəxs bıçağı ona verməsini istəmiş və o, bıçağı ona vermişdir. Bundan sonra onlar onu xidməti avtomobilə əyləşdirərək Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Orada o, raportla müraciət edərək, Təqsirləndirilən şəxs, telefonu və bıçağı növbətçi hissəyə təqdim etmişdir. Bundan sonra onların xidmətləri başa çatdığından istirahətə getmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022ci il tarixli, 1331 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun bədənində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 479 nömrəli rəyindən görünür ki, Gəncə şəhər Psixonevroloji Dispanserində hal-hazırkı ekspertiza zamanı aşağıdakılar aşkar olunur: FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Səhhətindən şikayət təqdim etmir. Hər iki qolunda kəsiklər və döymələr aşkar olunur. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/T 130/80 mm. c.s.b. Nəbzi dəqiqədə 78 vurğudur, ritmikdir. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ vətər refleksləri canlıdır. Romberq duruşunda davamsızdır, irəli uzadılmış əl barmaqlarında yüngül əsmə vardır. Patoloji reflekslər müəyyən olunmur. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəlidir. Zamana, məkana, ətraf mühitə və öz şəxsiyyətinə bələdliyi qənaətbəxşdir. Ünsiyyətə həvəslə daxil olur, bu zaman verilən suallara ətraflı və ardıcıl cavablar verməklə anamnestik məlumatları və olmuş hadisələri xronoloji qaydada çatdırır. Hazırki ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq bildirir ki, “səhər tezdən pivə içmək istədim, proqramla taksi çağırdım. Taksidə “Sabir küçəsi”-nə getdik, həmin küçədə mən pivə taksi sürücüsü isə kofe içdi. Zəng etmək üçün onun telefonunu xahiş edib aldım və telefonla danışdığım vaxt taksi sürücüsü birdən polislərə tərəf qaçdı və mənim ünvanıma böhtan söylədi. Guya mən ondan telefon və pul almışam, ancaq mən belə bir şey etməmişəm. Mənim günahım yoxdur”. Müayinə zamanı özünü bir müddət sakit aparsa da ona şamil edilən cinayət əməli barəsində danışarkən həyəcanlanır, bu zaman səsinin tonunu ucaldaraq verilən sualları hövsələsiz və əsəbi şəkildə, lakin adekvat cavablandırır. Keçirilən ekspertizanın məqsədini və mahiyyətini düzgün başa düşür və ekspertizanın nəticəsinə aktiv maraq göstərir. Əhvalı davamsızdır, əsəbiliyə və konfliktə meyillidir. Yaddaşı kobud pozulmayıb. Təfəkkürü adi tempindədir. Mülahizə və mühakimələri yetkin və məntiqlidir. Hazırki müayinə zamanı Təqsirləndirilən şəxs qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Özünü psixi xəstə hesab etmir, əsəbi olduğunu bildirir, həmçinin qeyd edir ki, əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmamış və psixiatriya stasionarında müalicədə olmamışdır. Emosiyaları və affektiv reaksiyaları davamsızdır, tez qıcıqlanır, xırda qıcığa güclü cavab reaksiyası verir. Düşdüyü vəziyyətə tənqidi münasibət bəsləyir, cinayət əməli törətmədiyini bildirsə də bu tip əmələ görə cəza almaq ehtimalını başa düşür. İntellekti xronoloji yaşına və keçirdiyi həyat tərzinə uyğundur. Yuxarıda göstərilənlərə nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə olunması, hövsələsiz və acıqlı olması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə olunması, tez qıcıqlanması, xırda qıcığa güclü cavab reaksiyası verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (özünün deməsinə görə), istintaq və ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq hər hansı bir cinayət əməli törətmədiyini bildirməsi, onun ünvanına böhtan atıldığını söyləməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür, intellekt pozğunluqlarının aşkar olunmaması, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münasibət bəsləməsi, onda müşahidə edilən emosiya pozuntusunun (ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə olunması, hövsələsiz və acıqlı olması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə olunması, tez qıcıqlanması, xırda qıcığa güclü cavab reaksiyası verməsi və s.) az ifadəli olması əsas verir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-ballistik silah ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1104 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq kustar üsulu ilə hazırlanmış məişət-təsərrüfat təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5991 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd qara rəngli, üzərində “CHANEL P1003” yazısı olan gün eynəyinin yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 5,00 manat müəyyən edilir. Analoji malların texniki göstəricilərinə müvafiq olaraq bir ədəd 1 il əvvəl alınmış, “Xiaomi Redmi 9 Pro” markalı mobil telefonun mobil telefonların satışı üçün komplekləşdirilməsinə daxil edilən aksessuarların olmaması və ora istismar intensivliyi parametrlərinə uyğun olaraq -270,00 manatdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında”protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 avqust 2022-ci il tarixli, Gəncə şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsindən həmin məcəllənin 180.2.2 və 181.2.5-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli 1786 nömrəli rəyi ilə görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrip əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs oğlu narkolojidispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş,Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixli hökmü ləğv edilib və CM-nin 128-ci maddəsi ilə bəraət verilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, daha sonra Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixli hökm dəyişdirilib, azadlıqdan məhrumetmə cəzası 04 aya endirilib və təyin edilmiş cəza artıq çəkildiyindən cəza icraya yönəldilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxslərin məhkəməyə ünvanladıqları ərizələrdən görünür ki, onlar təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs oğlunun, məhkmə istintaqı zamanı verdiyi ifadəsində nə zərərçəkmiş Zərərçəkmiş şəxs1, nə də ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı hər hansı cinayət törətməməsinə dair göstərdiyi xüsusatlara tənqidi yanaşaraq vurğulayır ki, sözügedən xüsusatlar məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul olunmalıdır. Belə ki, həmin xüsusatlar təqsirləndirilən şəxsin öz ifadələri ilə, zərərçəkmiş şəxslərin ifadələri, çoxsaylı istintaq hərəkətinin protokolları, ekspert rəyi və digər iş materialları ilə tam təkzib olunur. Qeyd olunanların işığında məhkəmə öz qənaətini “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 5-ci bəndində göstərilən tələblər baxımından da əsaslı hesab edir. Belə ki, sözügedən qərqrda məhkəmələrə tövsiyyə olunub ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Odur ki, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlləri Azərbaycan Respublikası CM-nin 180.2.2, 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 180.2.2, 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiklərindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş,Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixli hökmü ləğv edilib və CM-nin 128-ci maddəsi ilə bəraət verilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, daha sonra Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixli hökm dəyişdirilib, azadlıqdan məhrumetmə cəzası 04 aya endirilib və təyin edilmiş cəza artıq çəkildiyindən cəza icraya yönəldilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna münasibətdə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə təqsiləndirilən şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, o, ittiham olunduğu maddələrin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsiləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını-ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində, çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarında olan 31 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu şübhəli şəxs kimi tutulmuşdur və barəsində 01 avqust 2022-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli 1786 nömrəli rəyi ilə görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrip əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bıçaq məhv edilməli, 1 ədəd “Chanel” markalı gün eynəyi, Gəncə şəhər Baş Polis İdarəsinin Maliyyə Şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi A90021993 seriya nömrəli 5 manatlıq pul əskinası, B53445831, B46346557, B37736223, B51499518, B34214439, B09857131, B31445344, B44930736, B3569976, B56098412, A03314196, A93385187, B37734146 seriya nömrəli 1 manatlıq pul əskinasları qanuni sahiblərinə qaytarılmalı. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs oğluna göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul təqsirləndirilən şəxslərdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs oğluna 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun cəzasının əvvəli 31 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bıçaq məhv edilsin, 1 ədəd “Chanel” markalı gün eynəyi, Gəncə şəhər Baş Polis İdarəsinin Maliyyə Şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi A90021993 seriya nömrəli 5 manatlıq pul əskinası, B53445831, B46346557, B37736223, B51499518, B34214439, B09857131, B31445344, B44930736, B3569976, B56098412, A03314196, A93385187, B37734146 seriya nömrəli 1 manatlıq pul əskinasları qanuni sahiblərinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs oğluna göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-153/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-153/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver