Məhkəmə qərarları › İş №1(100)-153/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-153/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-153/2025 20.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X5, X11 və X10, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X12 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hal-hazırda ünvan 2lan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən külli miqdarda, yəni ümumi təmiz çəkisi 13,056 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək şəffaf sellofan bükümdə əynində olan qara rəngli cins şalvarın sağ ön cibində daşıyaraq saxlamış, 30 sentyabr 2023-cü il tarixdə saat 06:00 radələrində Gəncə şəhəri, Füzuli küçəsində yerlşən fərdi yaşayış evinin yaxınlığında olarkən Gəncə şəhər Baş Polis İdarəsinin X2 və Post Patrul Xidməti Taborunun əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən qara rəngli cins şalvarının sağ ön cibindən şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 13,056 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitə istifadəçisi olsa da, üzərindən aşkar edilən narkotik vasitə ona məxsus deyil. Belə ki, xx.xx.2023-cü il tarixdə gecə saat 03:00-da telefonla taksi şirkətinə zəng etmiş taksiyə minib təqribən 30 metr hərəkət etdikdən sonra PPX-nin avtomobili gəlmiş və onların avtomobilinin qarşısında saxlamış, avtomobildən düşməyini təkid etmişlər. O, avtomobildən düşən kimi onun üzərinə hücum edib, əl qolunu burub PPX avtomobilinə soxmaq istəyəndə nəyə görə belə etdiklərini soruşmuş və həmin vaxt üzünə gözyaşardıcı qaz sıxmış, qışqırıq səsinə isə ailə üzvləri - arvadı gəlmişdir. Polis əməkdaşları ailə üzvləri –arvadı ilə də kobud danışıb, qeyri-etik olaraq ona “az” deyə müraciət etmiş, sonra isə onu polis maşınına mindirib Şöbəyə aparmışlar. Gəncə şəhər Baş Polis İdarəsinə gəldikdən sonra üzərində heçnə aşkar edilməsə də, bir büküm ona məxsus olmayan sellofan cibinə Ənvər adlı polis əməkdaşı tərəfindən qoymuş, birtəhər əli qandallı şəkildə həmin sellofanı cibindən çıxarıb ağzına qoyub dişləmiş, bir hissəsini udmuş bundan sonra polis əməkdaşları həmin bükümü onun ağzından çıxarıb, ona qarşı fiziki zorakılıq edərək daha böyük narkotik olan bükümü onun yerinə cibinə qoymuş və “bununla razılaşmasan, evinizdən daha böyük narkotik vasitə çıxacaq” demişlər. Bunları ona Rəşad və Ənvər adlı polis əməkdaşları demiş, ona fiziki zor tətbiq edərək yerdə təpikləmişlər. Polislərin kobud hərəkətlərindən və evinə qanunsuz olaraq külli miqdar narkotika qoyacağından qorxub onlarla razılaşmışdır. Videoçəkiliş vaxtı guya cibinə polislərin özünün qoyduğu bir büküm narkotik vasitənin özünə məxsus olduğunu təsdiq etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, polis əməkdaşlarının həmin narkotik vasitəni onun üzərinə niyə qoymalarının səbəbini bilmir, edilmiş fiziki zorakılıq işgəncə nəticəsində məcbur qalıb etmədiyi əməli etiraf etmişdir. Sonradan istintaq təcridxanasına gedərkən də orada bədən səthindəki xəsarətlər aşkar edilmiş və orada sorğu-sual zamanı həmin xəsarətlərin ona polis əməkdaşları tərəfindən yetirildiyini bildirmişdir. Günahı olmadığı polis işgəncəsinə zorakılığa məruz qaldığı üçün ona bəraət verilərək azad edilməsini xahiş edir. İbtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində isə Təqsirləndirilən şəxs özünü qismən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib göstərmişdir ki, Gəncə şəhəri ünvan 1 ünvanda yaşayır. xx.xx.2023-cü ildə saat 06:00-da Gəncə şəhəri ünvan 5 olarkən 3 nəfər ona yaxınlaşıb polis əməkdaşı olduqlarını deyib Gəncə şəhər BPİ-yə aparmışlar. O, etiraz etməmiş, və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPi-yə gəlmiş, orada vəkil çağırılmış və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi deyiləndə 1 ədəd ağ kağıza bükülmüş halda olan kütləni təqdim etmiş, içində heroin olduğunu və şəxsi istifadəsi üçün saxladığını demiş, həmin büküm çəkilib qablaşdırılmışdır. Şifahi sorğu-sual zamanı o, həmin kütlənin “kakos” olduğunu, bükülünü Gəncə şəhəri, Atatürk prospektində Kəpəz stadionunun yaxınlığından tapdığını, həmin narkotik vasitədən heç kimə satmadığını və vermədiyini bildirmişdir. İstintaqın sonrakı dövrü - müqavilə üzrə müdafiəçisi işə qoşulduqdan sonra isə xx.xx.2024-cü il tarixdə verdiyi əlavə ifadəsində Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdikləri ilə eyniməzmunlu ifadə verərək yaşadığı ünvanın yaxınlığında Gəncə şəhər PPXB əməkdaşları tərəfindən özünə və ailə üzvlərinə zorakılıq göstərilərək Gəncə şəhər BPİ-yə gətirildiyini, orada olduğu müddətdə isə ona qarşı fiziki və psixi zorakılıq göstərilərək üzərinə polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitə qoyulduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2023-cü ildə Gəncə şəhəri ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, saxlaması, daşıması, satması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri polis serjantı Şahid3, PPXT-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə 30 sentyabr 2023-cü il tarixdə, təxminən 06:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Füzuli küçəsində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlayıb Gəncə şəhəri BPİ-nə aparmış, vəkil çağırılmış orada hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa, təqdim etməsi təklif edilmiş, İlqar özü əynindəki qara rəngli cins şalvarın sağ ön cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş, elektron tərəzidə çəkilmiş zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs qarşı hansısa zorakılıq edildiyini, döyüldüyünü görməmişdir. Təqsirləndirilən şəxsin polisdə zorakılığa məruz qalması və digər polis əməkdaşları tərəfindən aparılması barədə dedikləri isə əsassızdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini bir daha təsdiq etmiş, şəxsə qarşı zorakılıq və psixi təzyiq olmadığını bildirmişlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli raport və qərarlardan görünür ki, Gəncə şəhəri, Füzuli küçəsi ev 13-də qeydiyyatda olmaqla yaşayan X6 Gəncə şəhəri ərazisində mütəmadi olaraq narkotik vasitə, psixotrop maddə qəbul etməsi, gəzdirməsi və satışı ilə məşğul olması barədə Gəncə şhər BPİ NMB-nə əməliyyat məlumatl daxil olmuş, həmin gün saat 06 radələrində yaşadığı ünvanın yaxınlığında saxlanılaraq əməliyyat məlumatının yoxlanılması üçün Gəncə ŞPBİ-yə gətirilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 06:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan “şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim edərək üzərində olan narkotik vasitə heroinə oxşar kütlə təqdim etmiş, 01 (bir) ədəd şəffaf sellofan bükümündə kütlə elektron tərəzidə çəkilmiş, üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar kütləni haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs isə buna cavab olaraq kütləni xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Kəpəz stadionunun yaxınlığında yerdən tapdığını bildirmişdir. İş üzrə məhkəmədə araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2023-cü il tarixli 16/969 nömrəli rəyindən grünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə» sözləri yazılmış kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 13,056 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi 13,056 qr, tədqiqata sərf edildi 0,1 qr, qalıq 12,956 qr İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Məhkəməsinin 4(125)-485/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 13 noyabr 2023-cü il tarixli 1868 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq Gəncə ŞBPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-57/1-28681/23 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan “heroini” satış məqsədi ilə əldə edib, üzərində daşıması müəyyən edilsə də, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etmiş olduğu mənbənin, sonuncunun narkotik vasitəni satmış olduğu şəxslərin dairəsinin müəyyən edilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin istintaqın sonuna qədər müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**”, “***-***-**-**”, “***-***-**-**” və ”***-***-**-**” mobil nömrəsinə daxil olan və çıxan zənglər, SMS mətnləri, anten dairəsi barədə məlumatlara baxış zamanı ***-***-**-**” nömrəyə X7 adlı şəxsə məxsus ***-***-**-** mobil nömrədən 18.09.203-cü il tarixdə saat 20:52 dəqiqədə X4 məxsus nömrədən “Ayqa telefonu aç tebiet lazimdi” xx.xx.2023-cü il tarixdə saat 00:41 dəqiqədə X13 aid ***-***-**-** mobil nömrəsinə “Nahid əgər bu günə verə bilmirsənsə dənəsini beş manata yalvaran va” məzmunlu mesajın yazıldığı aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:35 dəqiqədə X14 məxsus ***-***-**-** mobil nömrədən “aİlınmırsa lap sendekinin yarısını verərdin əmələ gəlirsə abi? “ məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 21:18 dəqiqədə Mübariz Əsgərov adlı şəxsə məxsus ***-***- **-** mobil nömrəsindən ”yarım ma gotur gelem” xx.xx.2023-cü il tarixdə saat 16:35 dəqiqədə Bağırov Orxan adlı şəxsə məxsus ***-***-**-** mobil nömrədən ” İlqar alinmirsa ac bidene ayri yerden alnir gor ne deyirem” məzmunlu mesajın yazıldığı aşkar edilmişdir. DVD diskdə olan “***-***-**-**” nömrəsinə aid SMS məzmun hissəsində iş üzrə xüsusi əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. Gəncə ŞBPİ_ SMS statistika (qarşı abunə ilə) “***-***-**-**” hissəsində iş üçün xüsusi əhəmiyyət kəsb edəcək məlumatlar aşkar edilməmişdir. Gəncə ŞBPİ_ zəng statistika (qarşı abunə ilə) “***-***-**-**” hissəsində iş üzrə xüsusi əhəmiyyət kəsb edək hər hansı bir məlumat aşkar edilməmişdir. Telefon məlumatlarının məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə tədqiq zamanı şəxsin istifadəsində olan mobil nömrəyə son dəfə xx.xx.2023-cü il tarixdə saat 23:57 radələrində zəng gəldiyi və son dəfə 23:59-da mobil şəbəkə ilə internetdən istifadə edildiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə mesajları yazmış ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** və 055355-48-19 saylı mobil nömrələrin istifadəsində olduğu şəxsləri müəyyən edilməsi və kimə məxsus olması müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə şəhər BPİ-nin əməliyyat tapşırığına cavab olaraq verilmiş, xx.xx.2024-cü il tarixli, 3-13-57/1-541/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə mesaj yazan nömrələrin sahiblərinin kim olmasını və yaşadığı yerləri müəyyən edərək ifadələrinin alınması üçün Gəncə şəhər BPİ-nin İTİ-nə təhvil verilməsi mümkün deyildir. İş materiallarında olan və məhkəmədə araşdırılan 1 saylı Gəncə Asan Xidmət X9 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 05/09S194900-24 saylı arayış, eləcə də AZ-İİİ № ******* saylı və AZ-İİİ 240124 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X8, xx.xx.2011-ci il təvəllüdlü qızı Elza Ələkbərova və xx.xx.2023-cü il tarixli oğlu Əli Ələkbərovdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Asan-Gəncə tərəfindən verilən ******* saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Füzuli küçəsi ev 13-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən DİN BƏSİİ-dən verilən xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən fiziki zorakılığa və psixoloji təzyiqə məruz qalması barədə Gəncə şəhər prokurorluğunda toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, əldə edilmiş narkotik vasitənin mənbəyi ilə bağlı Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,956 qram olan narkotik vasitə heroin Gəncə şəhər Baş Polis İdarəsinin saxlanma otağına verilmiş, şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk və telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. Məhkəmənin təşəbbüsü ilə verilmiş sorğuya cavab olaraq ƏN PX 2 saylı İstintaq Təcridxanasından təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubla 9155/2023/1484 saylı tibbi kitabçanın surətindən görünür ki, xx.xx.2023-cü ildə keçirilmiş tibbi müayinə zamanı sol dirsəkdə deformasiya və sağ dizdə 1 ədəd çapıq toxuma aşkar edilmişdir. Məhkəmə tərəfindən verilən sorğuya əsasən Gəncə şəhər BPİ tərəfindən xx.xx.2025ci il tarixli məktub təqdim edilmiş: -“MSY-də saxlanılan şəxslərin uçotu” kitabından görünür ki, Təqsirləndirilən şəxs Oşxar oğlu xx.xx.2023-cü il tarixdə saat 13:18-də MSY-yə daxil olmuş, -“Tibbi müayinə keçirilməsi və tibbi yardım göstərilməsi qeydiyyatı” kitabından görünür ki, xx.xx.2023-cü ildə keçirilmiş tibbi müayinə zamanı bədən səthində xəsarətləri aşkar edilmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin verdiyi vəsatət əsasında keçirilmiş və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 437 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xx.xx.2023-cü il tarixə uyğun gələn xəsarət olmasa da, xx.xx.2024-cü ildə müayinəsi zamanı sağ baldır nahiyyəsinin ön səthində 3 ədəd sol baldır nahiyyəsinin ön səthində isə 1 ədəd qeyri-müəyyən formalı, piqmentasiya ləkələri müəyyən edildi. Bu piqmentasiya ləkələrinin hansı səbəbdən və hansı müddətdə əmələ gəlməsini müəyyən etmək mümkün deyil. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Baş Prokurorluqdan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa, psixi təsirlərə, işgəncəyə məruz qalması xüsusatları ilə bağlı Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmamışdır. Məhkəməyə müdafiə tərəfindən təqdim edilmiş və iş materiallarında olan tədqiq edilmiş elektron, eləcədə DSMF-nin Gəncə-Daşkəsən regional filialında verilən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-29611/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Əli Ələkbərova orqan funksiyalarının 90 faizinin pozulması ilə bağlı İ qrup ömürlük əlillik təyin edilmişdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək törədilmiş əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma və məhkəmə baxışında şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edilib saxlanılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, satışla bağlı ittiham başqa hər hansı sübutla təsdiqini tapmayan əməliyyat məlumatı və əməliyyat tapşırığına cavab məktubu eləcə də şəxsə yazılmış mesajlar üzərində qurulmuşdur. İş üzrə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin əməliyyat müvəkkilləri də şəxsin narkotik vasitə satışı ilə bağlı hansısa məlumatları olmadığını, sonradan da bunu təsdiq edəcək hər hansı sübutu müəyyən edə bilmədiklərini göstərmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktubunda narkotik vasitəni satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, həmçinin heroini hansı mənbədən və nə vaxt əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, ancaq əməliyyat məlumatı və cavab məktubu, narkotik vasitənin miqdarı, şəxsin satışla bağlı subyektiv niyyətini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Şəxsin istifadəsində olan mobil telefon məlumatlarında ona müxtəlif üstüörtülü “jaqlon" ifadələr yazılmış mesaj mətnlərinə gəldikdə isə qeyd edilməlidir ki, həmin mesajlara təqsirləndirilən şəxs tərəfindən heç bir cavab verilməmiş, mesajlar məhz şəxsin saxlanıldığı yaxud əvvəlki günləri deyil, əvvəlki bir neçə ayı əhatə etməklə ayda 1 ya 2 dəfə yazılmış, həmin mesajlarda isə məhkəmənin qənaətinə əsasən “narkotik aclığından əziyyət çəkən” şəxslərin narkotik vasitələrin əldə edilib birgə istehlakı ilə bağlı təkidli “xahişləri” ifadə olunmuşdur. Həmin mesajları yazan şəxslərin müəyyən edilib dindirilməsi ilə bağlı istintaq orqanı müəyyən “səy və təşəbbüs” göstərsə də, mesaj yazan şəxsləri müəyyən edilməmişdir. Odur ki, şəxsə verilmiş ittihamı təsdiq edəcək sübut kimi göstərilən hallar ümumiyyətlə məhkəmə baxışı zamanı müəyyən edilmədiyindən şəxsə verilmiş ittiham Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2024-cü il tarixli 14 №li plenum qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən qeyd edilənlərlə yanaşı şəxsin narkotik vasitəni satışı ilə məşğul olmasını təsdiq edən mötəbər sübut (satış etdiyi, yaxud biryerdə narkotik vasitə istehlak etdiyi şəxslərin müəyyən edilməməsi, şəxsin istifadəsində olan mobil telefon nömrəsinə dair məlumatlarda təsdiqedici hallar təqdim edilmədiyindən şəxsə ehtimallara əsasən narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı ittiham verilməsi və məhkəmə baxışında müdafiə edilməsi ağlabatan və ədalətli deyil. Beləliklə, istintaq orqanı satış məqsədi ilə Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, narkotik vasitənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair sübut əldə edə, beləliklə də satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Qeyd edilənlər isə Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni satış məqsədi ilə deyil, istehlak yaxud sair oxşar məqsədilə qanunsuz əldə edib saxlamasını və daşımasını təsdiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İş materiallarından və şahidlərin məhkəmə baxışında verdiyi ifadələrindən də görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar heroinin şəxsi istehlak miqdarından artıq külli miqdarda olması əsas götürülmüş, lakin nəzərə almamışdır ki, aşkar edilən narkotik vasitə bir bükümdə olmuş, şəxsin satış niyyətini təsdiq edən obyektiv və subyektiv hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatlarının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. İttiham tərəfi şəxsin satış niyyətini təsdiq edəcək digər ağlabatan sübut təqdim etməmiş satışla bağlı hissədə verilən ittiham heçnə ilə təsdiq olmayan mülahizələrdən ibarət olmuşdur. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatlarının nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, əməliyyat məlumatlarına əsaslanaraq narkotik vasitənin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən ittihamı sübut etmək ittiham tərəfinin vəzifəsi olmaqla, bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi imperativ norma kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilən məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə, Təqsirləndirilən şəxs göstərdiyi saxlanıldığı gün gecə 03 radələrində taksi ilə dostunun oğlunun hərbi xidməti ilə bağlı Bakı şəhərinə getmək üçün onun yaşadığı ünvana gedərkən Post Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb Gəncə şəhər BPİyəə aparılması, orada ona fiziki təzyiq göstərilərək üzərinə qanunsuz qoyulmuş narkotik vasitəni cırıb udmaq istəməsi, lakin həmin bükülü əlindən alındıqdan sonra üzərinə təkrar daha iri büküm qoyulması, qəbul etməyəcəyi təqdirdə daha irisinin yaşadığı evdən “çıxarılacağını” demələrinə görə məcbur qalıb şəxsi axtarış zamanı və ilkin ifadələrində narkotik vaitənin guya özünə məxsus olmasını bildirməsinə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığından məhkəmə ifadələri həmin hissədə özünümüdafiə xarakteri daşıdığı üçün qəbul etmir. İlk əvvəl təqsirləndirilən şəxsin Gəncə şəhər BPİ-yə aparıldığı tarix və saatla bağlı müdafiə tərəfinin məhkəmə baxışında da göstərdiyi xx.xx.2023-cü il gecə saat 03 radələrində taksi ilə çağırılıb aparılarkən PPXB əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd edilməlidir ki, şəxsin saxlanılmasında PPXB əməkdaşlarının iştirak etməsi işin mübahisəsiz halı olmaq barəbər Təqsirləndirilən şəxs istintaq orqanının verdiyi ittihamın tərkib hissəsi kimi göstərilmişdir. Göstərilən hal şəxsin təqsirsizliyinə dəlil olaraq o zaman qəbul edilə və əlavə araşdırma üçün əsas ola bilərdi ki, şəxs eyni, yaxud yaxın ərazidə deyil, raportlarda göstərilən tamamilə əlaqəsi olmayan digər ərazidə saxlanaraq cinayət məsuliyyətinə cəlb edilərdi. Hər bir halda Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saxlanılması (taksidə olub-olmamasından asılı olmayaraq) həm ittiham, həm də müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla öz əksini tapmışdır. Təqsirləndirilən şəxs barədə təyin edilmiş məhkəmə narkoloji ekspertiza rəyində narkotik vasitələrdən arabir istifadə etməsinin ona qanunsuz olaraq verilmiş birinci bükümü açıb udmağa cəhd etməsi və az da olsa bir hissəsini qəbul etməsi ilə əlaqələndirmişdir. Lakin rəyin təsviri hissəsindən görünür ki, təqsirləndirilən şəxs keçirilən ekspertiza zamanı 5-6 ildir narkotik vasitədə istifadə etdiyini, aşkar edilən narkotik vasitəni tapdığını bildirmişdir.... Məhkəmədə tədqiq edilən xx.xx.2023-ci ildə keçirilmiş videoçəkiliş zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şifahi sorğu-sual edilərkən, şübhəli şəxs kimi ilkin izahat və ifadələrində, narkotik vasitənin ona aid olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin videoçəkiliş vasitəsilə həyata keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı özünü müdafiə etmək və iddia etdiyi qanunsuzluqlara məruz qalmasını bildirmək imkanları daha əlçatan və kənar müşahidəçinin nəzərində obyektiv və inandırıcı olur. Belə ki, bir tərəfdən videoçəkilişlərin fasiləsizliyi və obyektivliyi, digər tərəfdən isə vəkilin (müdafiəçisinin) həmin proseslərdə iştirakı, şübhəli yaxud təqsirləndirilən şəxsə edilmiş, qəbul edilən və ediləcək qərarlara, aparılan hərəkət(lər)ə öz etirazını bildirməyə və həmin halların çəkiliş zamanı (edilməsinə) qeydiyyata alınmasını tələb etməyə kifayət qədər imkan yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi təqsirsizliklə bağlı halların hazırki iş üzrə elan edilmiş satış məqsədilə narkotik vasitənin dövriyyəsi ilə məşğul olmasına dair ittihamla razı olmaması ilə bağlı olması daha ağlabatan və inandırıcıdır. Təqsirləndirilən şəxsin 2 saylı İstintaq Təcridxanasına daxil olarkən və məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə tibbi ekspertiza zamanı xəsarət izləri olması isə həmin xəsarətlərin yaranma mexanizmi və müddəti ilə bağlı xüsusi bilik tələb olunsa da müəyyən edilmədiyindən məhkəmə qeyd edilən xəsarətlərin bilavasitə Təqsirləndirilən şəxs saxlanılıb Gəncə şəhər BPİ-yə gətirildikdən sonra üzərinə qoyulmuş narkotik vasitənin götürülməsi üçün tətbiq edilmiş fiziki zorakılıq (şəxsin göstərdiyi əl-qol ayaqla-təpiklə vurma dubinka ilə döymə, qəsdən ayaqlarının üzərinə çıxarılmaqla işgəncə verilməsini) nəticəsində törədilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Nəzərdən qaçırılmamalıdır ki, göstərilən xüsusat üzrə Gəncə şəhər Prokurorluğunda xx.xx.2023-cü ildə qəbul edilmiş 302c-23 saylı material üzrə qərardan görünür ki, cinayət işinin başlanması polis əməkdaşlarının hərəkətlərində cinayət hadisəsi olmadığı üçün rədd edilmiş həmin qərardan təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən şikayət verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə naməlum çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında 30 sentyabr 2023-cü il tarixdə təxminən saat 03 radələrində Gəncə şəhəri, Füzuli küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında Gəncə şəhər Baş Polis İdarəsinin X3 və Post Patrul Xidməti Taboru əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq, ünvan 3-də yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ ön cibindən şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 13,056 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması sübuta yetirilmişdir və əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən həmin azyaşlılardan birinin İ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, şəxsin əvvəllər məhkum olunmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, törədilmiş əməlin xarakteri və ictimai təhlükəliliyi, eləcə də cəzasını yüngülləşdirən hallar himayəsində azyaşlı övladları olması, onlardan birinin İ qrup əlil olması Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qanunvericiliyin müəyyən etdiyi ən aşağı hədd cəza təyin edilməsini mümkün edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, müəyyən edilmiş ailə vəziyyəti (xəstə azyaşlı, himayəyə və qayğıya möhtac övladının olması) hazırki iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında olan aşağı hədd cəza təyin edilməsi cəza çəkəcəyi dövrdə davranışı nəzərə alınmaqla qısa müddətdə islah olunacağı təqdirdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan Gəncə şəhər Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 12,956 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış, və telefon danışıqlarına dair məlumatlar olan ədəd disklər iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin, yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Gəncə şəhər şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 12,956 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarışa dair videoçəkiliş olan DVD disk, telefon danışıqlarına dair məlumatlar olan CD olmaqla ümumilikdə 2 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 30,40 (otuz manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar