Məhkəmə qərarları › İş №1(100)-154/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-154/2022

07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-154/2022 07.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Səmədov Xəqani Hacı oğlu (məruzəçi hakim) və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Arzu Məmməd qızının katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 2-ci döngə ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə saat 18 radələrində bacısı X1 yaşadığı evə gec gəldiyinə görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Ayişə Əzizovanın yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 2-ci döngədə yerləşən fərdi yaşayış evinin həyətində əlində olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Ayişə Əzizovanın bədəninin müxtəlif nahiyələrinə vahid qəsdlə zərbələr vuraraq boyunun ön səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən, sağ çənə nahiyəsinin bir ədəd və sol əl pəncəsinin arxa səthinin bir ədəd kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər, boşluğa nüfuz edərək piyliyin, nazik bağırsağın zədələnmələri ilə müşayiət olunan qarının sol yarısının ön bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12.08.2021-ci il tarixdə bacısı Ayişə ilə Tural mübahisə etmişlər, o, Turaldan bunun səbəbini soruşanda Tural Ayişənin “pis yol”a düşdüyünü, “pozğunluq” etdiyini, evə gec gəldiyini, buna görə də, mübahisə etdiklərini, Ayişənin onun sözünü eşitmədiyini, dediklərinə məhəl qoymadığını demişdir. Təxminən 15 dəqiqə sonra Ayişə evlərindən həyətə çıxmış və o, öz evinin həyətdindən Ayişəyə səslənərək niyə evə gec gəldiyini demiş, Ayişə də ona kobud cavab vermişdir. Ayişənin bu formada ona cavab qaytarması, həmçinin mütəmadi olaraq evə gec gəlməsi, barəsində xoşa gəlməz sözlər eşitməsi onu özündən çıxarmış və yaşadığı evə keçib mətbəxdən bıçağı götürərək Ayişəgilin həyətinə gedib ona iradını bildirdikdə Ayişə ona yaxşı elədiyini, ona qarışmamasını demişdir. Bu zaman o, daha da, əsəbiləşərək əlindəki bıçağı Ayişəyə sarı qaldıraraq saçından tutub ona cavab qaytarmamasını demişdir. Həmin vaxt o, bıçağı hərəkət etdirdiyinə, həmçinin Ayişənin özünün də, hərəkət etdiyinə görə bıçaq onun çənə və boyun nahiyəsini sıyırmışdır. Ayişə əli ilə onu itələyib üzünə şillə ilə vurmuşdur. Ayişənin ona qarşı belə addım atması onu daha da, əsəbiləşdirmiş və o, bıçağı Ayişənin qarınının sol tərəfinə soxmuşdur. Bıçağı Ayişənin qarnının sol tərəfinə vuranda Ayişə əli ilə mane olmağa çalışarkən bıçaq Ayişənin sol əlinin pəncə hissəsini də, kəsmişdir. Sonra o, peşman olaraq bıçağı yerə atıb ayağı ilə sındırmış və yoldan keçən taksi ilə Ayişəni xəstəxanaya aparmış, sonra polis idarəsinə gedərək təslim olmuş və bıçağı polisə təqdim etmişdir. Bundan başqa o, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 12.08.2021-ci il tarixdə saat 18 radələrində evdə əri Turalla mübahisə etdiklərindən o, əsəbiləşərək yaşadığı evdən çölə çıxmış və bu zaman qardaşı Orxan öz evinin həyətindən ona səslənərək niyə evə gec gəldiyini demiş, o da Orxanın onunla bu formada danışmasına əsəbləşərək ona kobud cavab vermişdir. Orxan isə əsəbi şəkildə ona gözləməsini deyərək öz evlərinə keçmiş, o da həyətdə Orxanı gözləmişdir. Sonra Orxan əlində bıçaqla onun yanına gələrək ona iradını bildirdikdə o, yenə də, Orxana yaxşı elədiyini, ona qarışmamasını demişdir. Bu zaman Orxan daha da, əsəbiləşərək əlindəki bıçağı ona sarı qaldıraraq saçından tutub ona cavab qaytarmamasını demişdir. Həmin vaxt Orxanın əlindəki bıçaq onun çənə və boyun nahiyəsini sıyırmış, o, Orxanı itələyib ona rədd olmasını deyərək üzünə şillə ilə vurmuş, Orxan bu dəfə daha da əsəbiləşərək bıçağı onun qarnının sol tərəfinə soxmuş, sonra peşman olaraq tanımadığı taksi ilə onu xəstəxanaya aparmışdır. İfadəsinə əlavə olaraq təqsirləndirilən şəxs olan qardaşı Təqsirləndirilən şəxslə barışdığını, müalicəsilə bağlı xərclərin qardaşı Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, hadisənin şahidi olmamış, lakin sonradan Orxan və bacısı Ayişənin mübahisə etdiklərini, mübahisə zamanı Ayişənin Orxana pis cavab verdiyinə görə Orxanın əsəbləşərək ona bıçaqla xəsarət yetirdiyini eşitmişdir. Bundan başqa o, ifadəsində hal-hazırda Ayişə ilə Orxanın münasibətlərinin yaxşı olduğunu bildirmişdir. Məhkəmədə tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2021-cil il tarixli 16/1180 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tiyəsi sınmış vəziyyətdə olduğundan təyinatı üzrə istifadəyə yarasızdır. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan şalvarın üzərində olan 01 ədəd zədə və qadın alt tumanının üzərində olan bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədəsidir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb Ekspertiza və Patoloji Anatomoya ETT Birliyinin 27.09.2021-ci il tarixli 1640 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş şalvarın və tumanın səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “qarın boşluğuna nüfuz edərək piyliyin, nazik bağırsağın zədələnmələri ilə müşayət olunan qarının sal yarısının ön bayır səthində bir ədəd deşilmiş-kəsilmiş yara” xəsarəti ilə şalvarın və tumanın səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X8 Publik hüquqqi şəxsinin 13 avqust 2021-ci il tarixli 42 nömrəli rəyindən görünür ki, X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa, betadır. Təqdim olunmuş bir ədəd bıçağın uc hissəində insana məxsus qan aşkar olundu həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan X3 məxsus ola bilər. Təqdim olunmuş X3 məxsus bir ədəd alt paltarı və bir ədəd şalvarda insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan onun özünə məxsus ola bilər. Məhkəmədə tədqiq edilən “Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 13 avqust 2021-ci il tarixli 1640 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – boşluğa nüfuz edərək piyliyin, nazik bağırsağın zədələnmələri ilə müşayiət olunan qarının sol yarısının ön bayır səthində bir ədəd, boyunun ön səthində bir ədəd olmaqla cəmi iki ədəd deşilmiş-kəsilmiş, sağ çənə nahiyəsində bir ədəd və sol əl pəncəsinin arxa səthində bir ədəd olamqla cəmi iki ədəd kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, müayinə olunanın dediyi vaxtda və şəraitdə əmələ gəlməyə uyğundurlar, boşluğa nüfuz edərək piyliyin, nazik bağırsağın zədələnmələri ilə müşayət olunan qarının sal yarısının ön bayır səthində olan yara yetirilən anda həyat üçün təhlükəli olan ağır, sağ çənə nahiyəsində və sol əl pəncəsinin arxa səthindəki kəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər, digər xəsarət isə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilən 12 avqust 2021-ci il tarixli «təqsirini boynuna almaqla könüllü gəlmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə şəhər BPİnə gələrək bacısı Ayişə Əzizovanı bıçaqla xəsarət yetirdiyini demiş və könüllü şəkildə təslim olaraq cinayətin aləti kimi istifadə etdiyi bıçağı təqdim etmişdir. Məhkəmədə tədqiq edilən“şübhəli şəxsin tutulması haqqında” 12 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 126.1-ci maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Nizami rayon Məhkəməsinin 14 avqust 2021-ci il tarixli, 4(044)-134/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 avqust 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Nizami rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 4(044)-144/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və ev dustaqlığı qətimkan tədbirinin müddəti 12.12.2021-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilən 12 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisənin baş verdiyi yer Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 2-ci döngədə yerləşən fərdi yaşayış evinin həyətidir. Məhkəmədə tədqiq edilən «götürmə aparılması haqqında» 12 avqust 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs bacısı Ayişə Əzizovaya xəsarət yetirdiyi cinayətin əlati kimi istifadə etdiyi bıçağı istintaqa təqdim etmiş və həmin bıçaq götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Məhkəmədə tədqiq edilən 13 avqust 2021-ci il tarixli «baxış və götürmə aparılması haqqında» protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərəçəkmiş X1 hadisə zamanı əynində olmuş bir ədəd şalvar və bir ədəd alt paltarı görülmüş, baxış zamanı şalvarın sol tərəfinin yuxarı kənarında 70 mm, aşağıda bir ədəd 24 mm uzunluğunda zədə, alt paltarının sol tərəfinin yuxarı son kənarında bir ədəd 20 mm uzunluğunda zədə və hər iki paltarın üzərində qana oxşar ləklər olduğu müəyyən olmuşdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Narkoloji Dispanserinin 01.09.2021-ci il tarixli, 1243 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserinin 02.09.2021-ci il tarixli, 3147 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 16.08.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 16.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X10 və uşaqları X9, X7 ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, M.A.Abbaszadə küəsi ev 73, mənzil 1 ünvavında yaşayır. Məhkəmədə tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə saat 18 radələrində bacısı Ayişə Əzizova evə gec gəldiyinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nayihələrinə bıçaqla zərbə endirməklə qəsdən onun sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, fəal kömək etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün hadisə nəticəsində xəsarət alan şəxsi xəstəxanaya aparması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, səmimi etirafı və əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət xarkterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün hadisə nəticəsində xəsarət alan şəxsi xəstəxanaya aparmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına, fəal kömək etməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün hadisə nəticəsində xəsarət alan şəxsi xəstəxanaya aparmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tətbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın şərti olaraq tətbiq olunmasını məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən onun üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 12.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14.08.2021-ci il tarixdə barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, 31.08.2021-ci il tarixdə “həbs” qətimkan tədbiri həmin müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuş, 12.12.2021-ci il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs iş üzrə 12.08.2021-ci il tarixdən 12.12.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə tutlduğu və həbsdə saxlanıldığı müddət (CPM-nin 158.2.1-ci maddəsinə əsasən) və ev dustaqlığında olduğu müddət (CPM-nin 158.2.2-ci maddəsinə əsasən) daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 12.08.2021-ci il tarixdən 12.12.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut qismində Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan X1 hadisə zamanı əynində olmuş 1 ədəd şalvar və 1 ədəd alt paltarı Ayişə Əzizovanın özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə isə məhv olunmalı, həmçinin Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi bir ədəd mətbəx bıçağı istifadəyə yararsız olduğundan məhv olunmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş müdafiəçinin ibtidai istintaq orqanına verdiyi hesabatdan görünür ki, ibtidai istintaq zamanı müdafiəçi Təqsirləndirilən şəxs 50 (əlli) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X4 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X11 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Rihat Məmmədov 11 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 11 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Rihat Məmmədovun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 66 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126. 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdən 12 dekabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti təyin edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də hadisə zamanı zərəçəkmiş X1 hadisə zamanı əynində olmuş 1 ədəd şalvar və 1 ədəd alt paltarı Ayişə Əzizovanın özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə isə məhv olunsun, həmçinin Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi bir ədəd mətbəx bıçağı istifadəyə yararsız olduğundan məhv olunsun. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 63 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İbtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X4 vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 300 manat, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla əlaqədar isə 66 manat manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar