Məhkəmə qərarları › İş №1(100)-155/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-155/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-155/2021 19.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X8, zərərçəkmiş şəxsin hüquqi varisi X12 və müdafiəçi–Göygöl Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1970-ci ildə Tovuz rayonu, Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Əlibəyli kəndində qeydiyyatda olan və yaşayan, 23.10.2020-ci il tarixdən həbsdə olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozub alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yaşayış məntəqəsində saatda 40 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında » Azərbaycan Respublikası Qanunun 73-cümaddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozub, göz qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı, həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozüraq sürücü hadisədən dərhal sonra zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənin həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda bunlara ruiayət etməyərək yolun kənarı ilə piyada hərəkət edən X6 idarə etdiyi avtomobilin qabaq sağ küncü ilə vuraraq ona ağciyər arteriyasının kəsilməsi, ürək kisəsinin cırılması; sağ tərəfli İİ,İİİ,İV,V,Vİ,Vİİ qabırğaların və sol tərəfli İİ qabırğanın sınıqları; alt çənənin əzilmiş-cırılmış yarası; alın,burun, sağ yanaq, üst dodaq və alt çənə nahiyyələrinin sıyrıqları nəticəsində kəskin qanitirmə ilə müşayiət olunan, sağlamlığına ağır zərər vurulması ilə nəticələnən xəsarət yetirməklə ehtiyyatsızlıqdan piyada Y.V.Vəliyevanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkimiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM- nin 263-1.3 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o hal hazırda Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatdadır və həmin kənddə yaşamışdır, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus “Ford Tranzit” Yük markalı ** EU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var. Onun avtomobilləri idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. 23 oktyabr 2020-ci il tarixdə günorta saat 15-30 radələrində öz yaşadıqları evdə çörək yeyən vaxtı 250 qramlıq bir butulka spirtli içki olan arağı özü çörək yeyə yeyə tək içmişdir. Həmin günü saat 18 radələrində Hacallı kəndində babası evində olan azyaşlı nəvələrini evə gətirmək məqsədilə özünə məxsus “Ford Tranzit” Yük markalı ** EU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sürüb təkcə Tovuz rayonu Hacallı kəndinə getmişdir. Hacallı kəndində qudası İmanın yaşadığı evə getmişdir, orada İmanla təxminən 1-2 dəqiqə söhbət edəndən sonra az yaşlı nəvələrini maşına mindirib qayıdıb öz yaşadığı evə Əlibəyli kəndinə doğru gəlmişdir. Avtomobili o özü idarə etmişdir, az yaşlı nəvələri avtomobildə onun yanında sağ tərəfdə oturmuşlar. O avtomobili saatda 50-60 km/saat sürətlə idarə etmişdir. Hacallı kəndindən üzü Əlibəyli kəndinə doğru hərəkətdə olan zaman qarşı tərəfdən avtomobil gəldiyi üçün o avtomobili öz hərəkəti istiqamətində nisbətən yolun sağ tərəfinə doğru çəkib həmin sürətlədə hərəkətinə davam etmişdir, qarşı tərəfdən gələn avtomobilin işığı gözünə düşdüyü üçün qarşıdan gedən piyadanı görməmişdir.Həmin vaxt avtomobilin qarşı sağ tərəfindən taqqıltı səsi eşitmişdir dərhal maşını saxlamışdır.O avtomobildən yerə düşəndə görmüşdür ki, bir nəfər qız qışqırır o avtomobillə vurduğu qadın isə yolun sağ tərəfindəki otluğa yıxılıb. O həmin avtomobillə vurduğu qadının başını qaldırıb dizinin üstünə qoymuşdur, təxminən 5 dəqiqə bu vəziyyətdə dayanmışdır, sonra adamlar oraya toplaşmışlar. O həmin qadını orada qoyub az yaşlı nəvələri qorxmasın deyə onları evə aparmaq məqsədilə maşına minib maşını sürüb öz evlərinə gəlmişdir, avtomobili həyətə sürmüşdür. Uşaqlar maşından düşəndən sonra evə gedib ayağına ayaqqabı geyinmişdir, köynəyini dəyişmişdir. Həmin vaxt polis əməkdaşları gəlmişlər. Onlar onu öz avtomobillərinə mindirib hadisə yerinə gətirmişlər, oradanda polis şöbəsinə gətirmişlər. O az yaşlı nəvələri qorxmasınlar deyə onları evə apardığı üçün hadisə yerində qalmamışdır və avtomobillə vurduğu şəxsə heç bir yardım göstərməmişdir. O az yaşlı nəvələrini maşına mindirib evə apardığı üçün hadisə yerindən getmişdir, məqsədi hadisə yerindən qaçmaq olmamışdır. Həmin vaxt spirtli içki qəbul etmişdir, həmin vaxt avtomobili o özü idarə etmişdir, avtomobildə ondan və az yaşlı nəvələrindən başqa heç kim olmamışdır. O həmin hadisənin qarşısını almaq məqsədilə heç bir tədbir görə bilməmişdir.O, yolun kənarı ilə piyadanın getməsinə fikir vermədiyi üçün onların yolun kənarı ilə getdiklərini görməmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, hal hazırda Tovuz rayonu Hacallı kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, müxtəlif yerlərdə fəhləlik edib ailəsini dolandırır. X10 onun arvadı olmuşdur. 23 oktyabr 2020-ci il tarixdə saat 18-30 radələrində o qonşuları Nazimgildə Nazimlə oturub söhbət edən vaxt qızı Asudə ona zəng vurub demişdir ki, anam Yazgülü yolda maşın vurub, tez gəlsin. O tez hadisə yerinə gedəndə görmüşdür Əlibəyli kənd sakini Təqsirləndirilən şəxs arvadı Yazgülün yolun kənarında başını qucağına alıb, o ona demişdir burax baxım görüm nə olub, ona demişdir ki, qorxma heçnə yoxdur. O Yazgülün başını onun əlindən almışdır, Yazgül ağzını açıb yumduğunu görmüş, hiss etmişdir ki, o nəfəs alır. Sərdara demişdir ki, tez maşını gətir bunu xəstəxanaya çatdıraq. Onun Yazgülə başı qarışmışdır, birdə baxanda görmüşdür ki Sərdar yoxdur, maşını sürüb çıxıb gedib. Həmin vaxt o qonşuları Ramini görüb onu çağırmışdır ki, tez maşını gətirsin Yazgülü xəstəxanaya çatdırsınlar. Ramin özünə məxsus VAZ 2107 markalı avtomobili onların yanına sürmüşdür, o Nazimlə birlikdə Yazgülü Raminin maşınına mindirmişdir, Ramin onları Tovuz rayon mərkəzi xəstəxanasına gətirmişdir. Xəstəxanaya çatanda artıq Yazgül ölmüşdür.O, hadisə yerinə çatanda orada qızı Asudəni, bir nəfər polis əməkdaşını və Sərdarı görmüşdür, sonradan Nazim daha sonra isə Ramin gəlmişdir, Ramin hadisə yerinə gələndə Sərdar artıq qaçıb getmişdir. O, Təqsirləndirilən şəxs hansı səbəbə görə hadisə yerini tərk etməsini bilmir o hadisə yerini tərk edib gedəndə onlara heç bir söz demədən çıxıb getmişdir.Təqsirəldirilən şəxsdən şikayətci olduğunu ona azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Tovuz RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. Tovuz rayonu Əlibəyli kəndində xidmət aparır. 23 oktyabr 2020-ci il tarixdə saat 18-42-də o təkcə özünə məxsus avtomobillə Tovuz rayonu Hacallı kəndindən Əlibəyli kəndinə gedən vaxt Hacallı kəndində asfalt yolda görmüşdür ki, ağ rəngli Ford Tranzit markalı ** EU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzü Əlibəyli kəndi istiqamətində yolun sağ tərəfində dayanıb, bir nəfər tanımadığı kişi, yolun sağ tərəf kənarında qadını kolun içərisindən çıxardır. O, həmin şəxsə yaxınlaşıb görmüşdür ki, həmin qadını avtomobil vurub avtomobilin sürcüsü qadını koldan çıxardır. O dərhal 103 xidmətinə zəng vurub təcili yardım çağırmışdır, sonra radiostansiya vasitəsilə polis şöbəsinə hadisə barədə məlumat vermişdir. Həmin vaxt ətrafdan adamlar toplaşmışlar, avtomobillə vurulan qadını maşına mindirib xəstəxanaya aparmışlar. Yaralını xəstəxanaya aparandan sonra məlum olmuşdur ki, avtomobilin sürücüsü qadını xəstəxanya aparmayıb hadisə yerindən çıxıb öz evinə gedib. Eyni zamanda onlara məlum olmuşdur ki, yol nəqliyyat hadisə törətmiş və hadisə yerindən yayınmış sürücü Əlibəyli kənd sakini Təqsirləndirilən şəxsdur. Bu zaman sahənin digər polis nəfəri Şahid4 hadisə yerinə gəlmişdir, o hadisəni ona danışmışdır onlar birlikdə yol nəqliyyat hadisəsi törətmiş sürücü Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı evə gedəndə həyətdə onları onun arvadı qarşılamışdır, onlar həyətə girəndə Sərdar evdən həyətə çıxmışdır,onun avtomobilidə həyətdə olmuşdur. O ondan soruşmuşdur ki, niyə hadisə yerini tərk edibsən, o ona demişdir ki, maşındakı uşaqlar qorxurdu, uşaqları evə düşürtməyə gəlmişdir. Həmin vaxt Sərdar sərxoş vəziyyətdə olmuşdur, onun ağzından spirtli içkinin iyisi gəlmişdir və onun danışığından və hərəkətlərindən açıq aydın hiss olunmuşdur ki, o sərxoş vəziyyətdədir. O Sərdarın avtomobilini sürmüşdür, Təqsirləndirilən şəxs Şahid4 avtomobilinə mindirmişlər, birlikdə onların yaşadığı evdən çıxıb Əlibəyli kəndinin dayanacağına getmişlər. Orada DYPB-nin əməkdaşları ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerindən DYPB-nin əməkdaşları Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə Tovuz RPŞ-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Tovuz RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. Tovuz rayonu Əlibəyli kəndində xidmət aparır. 23 oktyabr 2020-ci il tarixdə saat 18-radələrində o xidməti ərazisi olan Əlibəyli kəndində olan zaman sahənin polis nəfəri Şahid5 radiostansiya vasitəsilə məlumat vermişdir ki, Hacallı kəndində asfalt yolda ağ rəngli Ford Tranzit markalı ** EU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil bir nəfər qadını vurub. O, bunu eşidən kimi dərhal hadisə yerinə getmişdir. O hadisə yerinə çatanda orada xeyli adam olmuşdur, avtomobil vuran qadını xəstəxanaya aparmışlar. Orada sahə polis nəfəri Şahid5 ona danışmışdır ki, o gələndə hadisəni törətmiş sürücü orada olub, oraya adamlar toplaşanda çıxıb gedib, yaralını xəstəxanaya aparmayıb.Həmin vaxt onlara məlum oldu ki, yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmış sürücü Əlibəyli kənd sakini Təqsirləndirilən şəxsdur. Hadisə yerində avtomobillə vurulmuş qadının əri Elşən ona danışmışdır ki, o hadisə yerinə gəlib çatanda arvadını vuran sürücü hadisə yerində olmuşdur o ona demişdir ki, kömək elə yaralnı xəstəxanaya aparaq o isə heç nə demədən çıxıb hadisə yerindən getmişdir, yaralını xəstəxanaya aparmağa kömək etməmişdir. Bundan sonra Şahid5la o sürücünü tapıb gətirmək məqsədilə birlikdə yol nəqliyyat hadisəsi törətmiş sürücü Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı evə gedəndə həyətdə onları onun arvadı qarşılamışdır, onlar həyətə girəndə Sərdar özü evdən həyətə çıxmışdır,onun avtomobilidə həyətlərində olmuşdur. Şahid5 ondan soruşmuşdur ki, niyə hadisə yerini tərk etmişdir, o isə demişdir ki, maşındakı uşaqlar qorxurdu, uşaqları evə düşürtməyə gəlmişdir. Həmin vaxt Sərdar sərxoş vəziyyətdə olmuşdur, onun ağzından spirtli içkinin iyisi gəlmişdir və onun danışığından və hərəkətlərindən açıq aydın hiss olunmuşdur ki, o sərxoş vəziyyətdədir. Şahid5 sürücü sərxoş olduğu üçün onun avtomobilini sürmüşdür, Təqsirləndirilən şəxs o öz avtomobilinə mindirdim birlikdə onların yaşadığı evdən çıxıb Əlibəyli kəndinin dayanacağına getmişlər. Orada DYPB-nin əməkdaşları ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerindən DYPB-nin əməkdaşları Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə Tovuz RPŞ-nə aparmışlar Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Tovuz rayonu Hacallı kəndində yaşayır. Hacallı kənd sakini mərhum X6 tanımışdır, onlar qonşu yaşamışlar. 23 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində o öz evlərində Yazgülün əri Elşənlə oturub söhbət edən vaxt Elşənə zəng vurub nəsə demişlər Elşən tələsik durub qaçaraq getmişdir. Elşən gedəndən təxminən 2-3 dəqiqə sonra ona zəng vurmuşdur ki, Yazgülü maşın vurub tez bura gəlsin. O, tez çıxıb qaça qaça evlərindən təxminən 200 metr üzü Əlibəyli kəndinə tərəf getmişdir, hadisə yeri onların evindən təxminən 200 metr üzü Əlibəyli kəndi istiqamətində olmuşdur. O hadisə yerinə çatanda görmüşdür ki, Elşən ağlaya ağlaya arvadı Yazgülü qucağına alıb qonşuları Raminin VAZ 2107 markalı maşına mindirmək istəyir. Elşən ona yalvarmışdır ki, kömək elə bunu xəstəxanaya çatdıraq. O, Elşənə kömək etmişdir Yazgülü avtomobilə mindirib Tovuz rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada məlum olmuşdur ki, Yazgül artıq ölüb. Orada Yazgülün əri Elşən ona danışmışdır ki, qızı Asudə ona zəng vurub deyib ki, Yazgülü maşın vurub, o hadisə yerinə çatanda görüb ki, Yazgülü maşınla vuran sürücü onu yerdən qaldırmaq istəyir. O, çatandan sonra həmin sürücü Yazgülü xəstəxanaya aparmağa kömək etməyib, onları hadisə yerində qoyub ona heç nə demədən hadisə yerindən qaçıb gedib.O, hadisə yerinə gələndə orada yalnız qonşuları VAZ 2107 markalı avtomobilin sürücüsü Ramini,Yazgülün əri Elşəni və qızı Asudəni, birdə bir nəfər polis əməkdaşını görmüşdür. Onlardan başqa hadisə yerində heç kim olmamışdır, Yazgülü avtomobillə vuran sürücü o hadisə yerinə gələndə hadisə yerində olmamışdır, o onun avtomobilinidə hadisə yerində görməmişdir.Sonradan ona məlum olmuşdur ki, qonşuları Yazgülü avtomobillə vurub hadisə yerindən qaçan sürücü Tovuz rayonu Əlibəyli kənd sakini Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Tovuz RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. O Tovuz rayonu Əlibəyli kəndində xidmət aparır. 23 oktyabr 2020-ci il tarixdə o Əlibəyli kəndində xidmətdə olmuşdur, həmin günü saat 19 radələrində sahənin polis nəfəri Şahid4 ona zəng vurub demişdir ki, Hacallı kəndinə yol nəqliyyat hadisəsi olub, avtomobil piyadanı vurub onlar hadisə yerinə gedirlər, yol polisinin əməkdaşları gəlir onları gözlə onları hadisə yerinə gətir. O Əlibəyli kəndində gözləmişdir yol polisi əməkdaşları gələndən sonra onlarla birlikdə Əlibəyli kəndindəki dayanacağın yanına getmişlər. Həmin vaxt sahə polis nəfərləri Şahid5 və Şahid4 Ford Tranzit markalı ** EU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili,avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ilə birlikdə dayanacağa gətirmişlər. Bundan sonra onlar birlikdə yol nəqliyyat hadisəsi törətmiş sürücü Təqsirləndirilən şəxs ilə birlikdə yol nəqliyyat hadisəsi baş vermiş yerə getmişlər. Orada o Təqsirləndirilən şəxs hərəkətlərindən və ağzından kəskin spirtli içkinin iyisinin gəlməsindən hiss etmişdir ki, Sərdar sərxoş vəziyyətdədir. Onlar hadisə yerinə gedəndə Təqsirləndirilən şəxs avtomobillə vurduğu şəxsi artıq xəstəxanaya aparmışdılar. Oradan da YPX-nin əməkdaşları Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə Tovuz RPŞ-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Tovuz rayonu Hacallı kəndində yaşayır. Onun VAZ 21074 markalı ** LL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var.Tovuz rayonu Hacallı kənd sakini mərhum X6 tanıyırdı, onlarla heç bir qohumluq əlaqələri və ədavətləri olmamışdır. Onu bir həmkəndlisi kimi tanımışdır. 23 oktyabr 2020-ci il tarixdə saat 19-30 radələrində o öz yaşadığı evdən çıxıb evlərindən kənarda yerləşən tövləyə mala baxmağa getmək məsqədilə yola çıxanda görmüşdür ki, Hacallı yolunda onların evlərindən təxminən 50 metr yuxarıda adamlar toplaşıblar.O həmin yerə tərəf getmək istəyəndə Yazgülün əri Elşən ona demişdir ki, tez maşını gətir Yazgülü maşın vurub onu xəstəxanaya çatdıraq. O, tez maşını həyətdən yola çıxartmışdır, geriyə sürüb hadisə yerində saxlamışdır. Yazgülün əri Elşənlə qonşuları Nazim Yazgülü maşına arxa oturacağa mindirmişlər, o dərhal maşını sürüb onları Tovuz rayon mərkəzi xəstəxanasına aparmışdır. Yolda Elşən ona demişdir ki, Yazgülü Əlibəyli kənd sakini Sərdar maşınla vurub.O, hadisə yerinə gedəndə orada Sərdarı və onun avtomobilini görməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o yuxarıda qeyd olunan ünvanda valideynlərilə birlikdə yaşayır. X10 onun doğma anasıdır. 23 oktyabr 2020-ci il tarixdə saat 18-30 radələrində o anası Yazgüllə birlikdə Hacallı kəndində yaşayan Nazlı adlı qadının evinə qatıq aparmışlar. Qatığı onlara verib geri qayıdanda o anası Yazgüllə birlikdə piyada yolun sol tərəf hissəsi ilə öz yaşadıqları evə doğru getmişlər. Anası Yazgül avtomobil yolu tərəfdə o isə onun sol tərəf yanı ilə getmişdir, o anası Yazgülün qoluna girmişdir, sağ qolu ilə onun sol qoluna girmişdir. Həmin vaxt yuxarı tərəfdən onların hərəkəti stiqamətində qarşı tərəfdən avtomobil gəldiyini görmüşdür, həmin avtomobil onların yanına çatanda o hiss etmişdir ki, həmin avtomobil onlara tərəf döndü və anasının qolu onun qolundan çıxdı, o baxmışdır ki, anası yolun kənarına yıxıldı. Həmin avtomobil bir az irəlidə saxlamışdır, avtomobilin sürcüsü avtomobildən düşüb gəlmişdir o anasını qucaqlamışdır o qışqırıb atasını səsləmişdir, ancaq heç kim onun səsini eşitməmişdir. O, atasının telefonuna zəng vurub demişdir ki, tez gəlsin anasını maşın vurub. Aradan az müddət keçəndən sonra atası gəlmişdir, onun arxasınca bacısı Sevinc gəlmişdir, sonra qonşuları Nazim gəlmişdir. Həmin vaxt atası qonşuları Ramini çağırmışdır, Ramin öz maşını ilə gəlmiş, atası ilə Nazim anasını maşına mindirib xəstəxanaya aparmışlar.O bacısı ilə birlikdə hadisə yerində qalmışdır. Həmin vaxt o bərk həyəcanlı olduğundan və qorxduğundan anasını avtomobillə vuran şəxsin nə zaman çıxıb getməsini xatırlamır. Sonradan eşitmişdir ki, anasını avtomobillə vuran şəxs Tovuz rayonu Əlibəyli kənd sakini Təqsirləndirilən şəxsdur.Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onların yanına çatan vaxt onların yanından üzü Hacallı kəndinə doğru avtomobilin getməsini o görməmişdir, onun idarə etdiyi avtomobildən başqa yolda heç bir avtomobil olmamışdır. Anası ilə o üzü Hacallı kəndinə doğru yolun sol tərəf kənarı ilə hərəkət etmişlər,onlar asfalt yolun kənarı ilə getmişlər, həmin avtomobil anası Yazgülü yolun kənarında asfaltdan kənarda ehtiyyat hissədə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Tovuz RPŞ-nin DYPB-nin YPX-inin baş inspektoru vəzifəsində işləyir. 23 oktyabr 2020-ci il tarixdə o xidmətdə olan zaman növbətçi hissədən məlumat daxil olmuşdur ki, Tovuz rayonu Hacallı kəndində yol nəqliyyat hadisəsi baş verib, sürücü hadisə yerindən qaçıb. O, DYPB-nin YPX-i inspektorları polis serjantı Şahid9 və Şahid8la birlikdə Tovuz RPŞ-nin DYPB-nə məxsus ** YP *** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobillə Tovuz rayonu Hacallı kəndinə hadisə yerinə getmək məqsədilə həmin istiqamətə doğru hərəkət edən vaxt Əlibəyli kəndinin yaxınlığında polis nəfəri Şahid6 ilə rastlaşmışlar, o onlara bildirmişdir ki, sürücü hadisə yerindən qaçıb öz evlərinə gedib, polis əməkdaşları onu evlərində müəyyən edib gətirirlər. Bundan sonra Şahid6 onların avtomobilinə oturmuşdur onlar birlikdə Tovuz rayonu Əlibəyli kəndinin dayanacağının yanına getmişlər. Onlar Əlibəyli kəndindəki dayanacağa çatanda sahənin polis nəfərləri Şahid5 və Şahid4 sürücü Təqsirləndirilən şəxs və avtomobilini onların yanına gətirmişlər. Polis nəfərləri bildirmişlər ki, sürücü hadisə yerindən qaçıdığını müəyyən etdikdən sonra onun yaşadığı evə gedib evində müəyyən edib gətiriblər.Onlar sürücü Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə hadisə yerinə aparmışlar.Oradan da birbaşa Tovuz RPŞ-nə gətirmişlər.Həmin vaxt sürücü Təqsirləndirilən şəxs hərəkətlərindən və ağzından spirtli içkinin iyisinin gəlməsindən hiss olunmuşdur ki, o sərxoş vəziyyətdədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9, şahid qismində dindirilmiş Şahid7 göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadələr vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, hal–hazırda Tovuz rayon Əlibəyli kəndində yaşayır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun əridir, həbs olunana qədər onlar bir yerdə yaşamışdır. Tovuz rayon Hacallı kənd sakini mərhum X6 tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 23 oktyabr 2020-ci il tarixdə o, gəlinləri X11 və X9 ilə birlikdə evdə olmuşlar. Əri Təqsirləndirilən şəxs həmin günü günorta saatlarında evdə təkcə çörək yeyərkən bir stəkan spirtli içki olan araq içmişdir. Çörək yeyəndən bir az sonra da nəvələrini gətirmək üçün özünə məxsus avtomobili özü təkcə sürüb Hacallı kəndinə getmişdir. Həmin gün saat 19 radələrində Sərdar evə gəlmişdir. Avtomobili həyətdə saxlamış, düşüb qışqırmışdır ki, yolda maşınla bir qadını vurmuşdur.O, baxmışdır ki, Sərdarın əynindəki köynəyi qandır, Sərdar köynəyini həyətlərindəki çardağın altında dəyişmiş, başqa köynək geyinmişdir və ona demişdir ki, pul götürsün getsinlər xəstəxanaya maşınla vurduğu adamın yanına. Sərdarın əynindən çıxan qanlı koftası polis şöbəsindədir.Həmin vaxt polis əməkdaşları gəlmiş, Sərdar polis əməkdaşları ilə birlikdə getmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, X2 yeni doğulmuş nəvəsinin 40 günü tamam olması münasibəti ilə onlara getmişdir. Rənanın digər nəvələri qonşu kənddə o biri nənələrinin yanında olmuşlar, Sərdar da onları gətirməyə getmişdir. Bir az keçmişdir əli, üstü qanın içində geri qayıtmış, təlaşla yoldaşına demişdir ki, yolda adam vurmuş, tez ol gedek. Yoldaşı da onun əynindəki koftanı dəyişdirmişdir. Onlar evin darvazasından çıxanda polislər gəlmişdir. O, Sərdarın çox içdiyini görməmiş, daha doğrusu içkili olduğunu anlamamışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Tovuz rayonunun Hacallı-Əlibəyli avtomobil yolunun Tovuz rayonu Hacallı kəndi ərazisində yaşayış ərazisində baş vermişdir. Hadisə baş verən yolda avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yolun eni 6 metr olmaqla qarşı-qarşıya hərəkət zolağı düz xətt vardır. Yolun sağ və sol hissəsində ehtiyyat yol hissələri vardır. Baxış keçirilərkən hadisənin bilvasitə şahidi olmuş Şahid1 piyadanın vurulduğu yeri göstərərək bildirdi ki, piyadanı “Ford Tranzit” Yük markalı ** EU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzü Əlibəyli kəndi istiqamətinə dayandıqda yolun sağ tərəf ehtiyyat hissəsindəki asfalt yolla ehtiyyat hissənin kəsişdiyi torpaq yolda vurmuşdur. Hadisə yerində meyit yoxdur, hadisə yerində piyadanı vurmuş avtomobil yoxdur,hadisə yerində üzü Əlibəyli kəndi istiqamətinə dayandıqda asfalt yolun sağ kənarında ehtiyyat hissədə iki ədəd ağ rəngli avtomobilin qabaq şüşəsinin qırılmış hissələrinə bənzəyən şüşə qırıqları vardır.Hadisə baş verən yol asfalt beton örtüklü olmaqla qurudur, görüntü məhdudur. Yol düzdür, asfalt üzərində çökəklik və çala çuxur yoxdur. Hadisə baş verən zaman hava qaranlıq, yol quru olmuşdur. Avtomaşınin təkərlərindən hadisə yerində heç bir tormoz izləri və təkər sürtünmə izləri aşkar olunmamışdır.Hadisə baş verən yerdə sürət məhdudlaşdırıcı yol nişanı yoxdur, hadisə baş verən yer yaşayış sahəsi hesab edilir. Baxış zamanı iş üzrə mühüm əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet götürülməmişdir. “Avtomobilə baxış keçirilməsi haqqında” 26.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus X25 markalı ** EU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq alın şüşəsinin sağ tərəf aşağı küncündən dairəvi formada çatlayaraq çatlamış hissəsi içəriyə tərəf deformasiyaya uğramış vəziyyətdədir, avtomobilin qabaq işıqlandırma cihazının sağ tərəf hisəssinin üzərindəki şüşənin bir hissəsi sınmış vəziyytədədir, avtomobilin qabaq aralığının (buferin) sağ tərəf küncü qırılaraq bağlanıdğı yerdən aralanmış vəziyyətdədir, avtomobilin sağ tərəf qabaq qanadının orta hissəsi içəriyə doğru deformasiyaya uğramış vəziyyətdədir. Bu barədə protokol tərtib edilərək şəkilləri çəkilməklə cinayət işinə əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 24.10.2020-ci il tarixli 752 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının 04.12.2020-ci il tarixli 30 saylı rəyindən görünür ki, X4 meyitində aşağıdakı xəsarətlər aşkar edildi-ağciyər arteriyasının kəsilməsi,ürək kisəsinin cırılması, sağ tərəfli İİ,İİİ,İV,V,Vİ,Vİİ qabırğaların və sol tərəfli İİ qabırğanın sınıqları;-alt çənənin əzilmiş-cırılmış yarası; alın,burun, sağ yanaq, üst dodaq və alt çənə nahiyyələrinin sıyrıqları;X4 meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdir, həyatidirlər, ölümlə bir-başa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Bu xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının piyada Y.V.Vəliyevanı vurması nəticəsində əmələ gələ bilməsi inkar edilmir.X18 qızının ölümünə səbəb nəqliyyat travması zamanı sağ tərəfli İİ,İİİ,İV,V,Vİ,Vİİ qabırğaların və sol tərəfli İİ qabırğanın sınıqları,ürək kisəsinin cırılması və ağciyər arteriyasının kəsilməsi nəticəsində inkişaf edən kəskin qanitirmə olmuşdur.X4 ölümü onun meyitinin meyitxanada müayinəsindən (23.10.2020-ci il tarixdə saat 20-21-də müayinə başlanmışdır) 2-3 saat əvvəl baş vermişdir. Maddi sübutların ekspertizasının 09 noyabr 2020-ci il tarixli 2975/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı-0-53%-dir.Barbitur turşusu törəmələri,alkoloidlər (həmçinin tiryək qrupu),fenotiazin,pirazolon,1,4 benzodiazepin törəmələri,fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 yanvar 2021-ci il tarixli 8/2341 saylı rəyindən görünür ki, Ford Tranzit markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü S.X.X20 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 17.11.2020-ci il tarixli 627 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur.Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin görülməsinə ehtiyyac yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir.O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. 23.10.2020-ci il tarixli 651 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. AE 310895 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs adına 30.07.2014-cü il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Tovuz RQİTBŞ-dən verilmiş sürücülük vəsiqəsi vardır və һəmin vəsiqə 30.07.2024-cü il tarixədək etibarlıdır. AD N 722069 nömrəli X25 markalı ** EU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin şəhadətnaməsinin sürətindən görünür ki, X25 markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polsi İdarəsinin 14.11.2020-ci il tarixli 016-157 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 30.07.2014-cü il tarixdən 30.07.2024-cü il tarixə kimi AE 310895 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş və və onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Tovuz rayon Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03.11.2020-ci il tarixli 697 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Tovuz rayon Əlibəyli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Tovuz Rayon Poliklinikasının 12.12.2020-ci il tarixli 1255 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda dayanmır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliknikasının arayışından görünür ki, X13 06.11.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. “Şübhəli şəxsin tutulması haqqında” 23.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tovuz Rayon Məhkəməsinin 25.10.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 18.01.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut olan 1 ədəd X25 markalı **-EU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Tovuz RPŞ-nin cərimə meydançasında yerləşdirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində piyada X6 avtomobillə vurduqdan sonra az yaşlı nəvələrini evə aparmaq məqsədilə hadisə yerindən getdiyini, məqsədinin hadisə yerindən qaçmaq olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələrinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, əlavə cəza olan nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Tovuz Rayon Polis Şöbəsinin cərimə meydançasındayerləşdirilmiş 1 ədəd X25 markalı **-EU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahibinə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3. və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu 23 oktyabr 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Tovuz Rayon Polis Şöbəsinin cərimə meydançasında yerləşdirilmiş 1 ədəd X25 markalı **-EU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahibinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar