Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-155/2022 04.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Səmədov Xəqani Hacı oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə Məmmədova Arzu Məmməd qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1996-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.08.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 2.069 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 03 sentyabr 2021-ci il tarixdə saat 10:25 radələrində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, M.Əliyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb, Kəpəz rayon Polis İdarəsinə gətirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 1 ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 2.069 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri M.Əliyev küçəsi ev 6 B-də yaşayır. Narkotik vasitə olan heroindən bir neçə ildir ki, istifadə edir. Təxminən tutulmamışdan 4-5 gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən Gəncə şəhər şokolad zavodunun yaxınlığından keçən zaman narkotik vasitə olan heroini yerdən taparaq özü istifadə etməsi üçün götürüb cibinə qoymuşdur. 03.09.2021-ci il tarixdə saat 10:25-də yaşadığı evin yaxınlığında piyada gedən zaman 2 nəfər mülki geyimli polis əməkdaşını görüb üzərində saxladığı təxminən yarım qram narkotik vasitəni udmuşdur. Daha sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu saxlayıb Kəpəz rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində ona zor tətbiq edərək 2 qram heroini cibinə qoymuşlar. Onu döyüb cibinə narkotik vasitəni qoyduqdan sonra çəkiliş həyata keçirərək həmin narkotik vasitə üzərindən aşkar edilmişdir. İfadəsinə əlavə olaraq narkotik vasitə istifadəçisi olduğundan ibtidai istintaq zamanı özünü yalnız CM-in 234.1-ci maddəsilə təqsirli bildiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ona Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi ev 14, mənzil 25-də qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və alqı-satqısında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin CAŞ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Mobil oğlu daxil olmuş, qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar idarə rəhbərliyinə məruzə edilərək, idarə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 03 sentyabr 2021-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs M.Əliyev küçəsi 6B-də, yaşadığı evin yaxınlığında yeri müəyyən edilmişdir. Həmin gün saat 10:25 dəqiqədə onlar İsaya yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Gəncə şəhər Kəpəz RPİ-nə gətirmişlər. İdarədə hüquqlarının müdafiə olunması üçün o müdafiəçi ilə təmin olunmuş, bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və alqı-satqısında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd şəffaf sellofana bükülmüş kəskin iyli, ilk baxışdan narkotik vasitə olan “heroinə” bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş kütlə aptek tərəzisində çəkilmişdir. Götürülmüş “heroin”ə oxşar bir bükümdə olan kütlənin çəkisi bükülmüş şəffaf sellofan ilə birlikdə 2,14 (iki tam yüzdə on dörd) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki narkotik vasitəyə bənzər kütlə zərfdə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X3 Bölməsinə göndərilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bir ədəd sellofan bükümdəki kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitə olan heroini yaşadığı evin yaxınlığında yerləşən Gəncə şəhəri “Şokolad” zavodunun yaxınlığından tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, satmaq fikrinin olmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Həmçinin ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı öz təsdiqini tapmamış, həmçinin Təqsirləndirilən şəxs özü də üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Mobil oğlu da Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş 03 sentyabr 2021-ci tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, əldə edib üzərində gəzdirməkdə və alqı-satqısında şübhəli olduğundan Kəpəz rayon Pİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 03.09.2021-ci il tarixdə saat 10.25-də yaşadığı evin yaxınlığında saxlanılmış və Kəpəz Rayon Polis İdarəsinə gətirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, içərisində kəskin iyli, ilk görünüşdən narkotik maddə “heroinə” oxşar kütlə aşkar edilərək götürülmüşdür.Təqsirləndirilən şəxs sorğu zamanı həmin “heroinə” oxşar kütləni yaşadığı evin yaxınlığından tapdığını, özü istifadə etməsi üçün narkotik vasitəni üzərində saxladığını, satmaq fikrində olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin materialların məhkəmə ekspertizasına dair 03 sentyabr 2021ci il tarixli 16/917 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd narkotik vasitə olan heroinə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə, təmiz çəkisi 2,069 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarına əlavə edilmiş 03 sentyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə,saat 10.50-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismindətutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Psixonevroloji Dispanseritərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixli № 5918 arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli №5922 arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.08.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2ci maddəsi ilə 06 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apelliyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03.11.2014-cü il tarixli qərarı ilə 07.08.2014-cü il tarixli hökmü dəyişdirilərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bundan başqa Xəzər rayon Məhkəməsinin 10.06.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1, 67.1-ci maddələri ilə 01 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16.06.2017-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 03 ay 24 günündən vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Gəncə şəhər Nizami rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1,69.3-cü maddələri ilə 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11 fevral 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 02 ay 19 günü 01 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 19.03.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri, Kəpəz rayonu 139 saylı Evlər üçlüyü tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixlixasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri, Kəpəz rayonu 139 saylı Evlər üçlüyü tərəfindən verilmiş 18noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Kəpəz rayonu, X13 küçəsi, ev 6 ünvanında, atası X7, anası X1, qardaşı X6 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserindən təqdim edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 26 noyabr 2021-ci il tarixli 1421 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək polis əməkdaşlarını gördüyü vaxt üzərində saxladığı təxminən yarım qram narkotik vasitəni udduğunu, polis idarəsində ona zor tətbiq edərək 2 qram heroinin cibinə qoyulduğunu, bundan sonra çəkiliş həyata keçirərək həmin narkotik vasitənin üzərindən aşkar edildiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəni uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadə kimi qəbul etməklə onun təqsirinin həm özünün məhkəməyədək icraat zamanı özünü qismən təqsirli bilməklə verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər materiallarla öz təsdiqini tapdığını hesab edir. Belə ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, “o, ünvan 3-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, narkotik vasitənin heroin növündən bir neçə ildir ki, istifadə edir. Narkotik vasitə olan heroini tanıyır. Təxminən tutulmazdan 4-5 gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən Gəncə şəhər Şokolad zavodunun yaxınlığından keçən zaman narkotik vasitə olan heroini yerdən tapmışdır. O, həmin heroni özü istifadə etməyi üçün götürüb cibinə qoymuşdur. 03.09.2021-ci il tarixdə saat 10:25-də yaşadığı evin yaxınlığında piyada gedən zaman 2 nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar və Kəpəz rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını demişlər və onu narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs kimi tutaraq qərarla tanış etmişlər. Bundan sonra maddi imkanı olmadığı üçün o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və ona video çəkilişlə hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşları və dövlət hesabına təyin edilmiş vəkili X2 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan kiçik cibinə qoyduğu 1 ədəd şəffaf sellofona bükülmüş heroin aşkar olunaraq götürülmüşdür. Üzərindən götürülmüş kütlə aptek tərəzisində çəkilmişdir. Götürülmüş 1 büküm heroinin çəkisi bükülmüş şəffaf sellofon ilə birlikdə 2.14 (iki tam yüzdə on dörd) qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdəki narkotik vasitə zərfdə qablaşdırılmış, ağzı möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. O, üzərindən aşkar olunan heroini təxminən tutulmazdan 4-5 gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən Gəncə şəhər Şokolad zavodunun yaxınlığından keçən zaman tapıb özü istifadə etməyi üçün üstündə saxlamış, satmaq fikri olmamışdır. Üzərindən aşkar olunaraq götürülən heroindən pay kimi heç kimə verməmiş və tapıb özü istifadə etməyi üçün üstündə saxladığı heroindən başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Onun adına mobil nömrələr olmamış, həmin nömrələr istifadə edilmir və onun istifadəsində mobil nömrə yoxdur.” Bununla belə, məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması kimi tövsifi iş üzrə toplanmış sübutlarla təsdiq olunmur və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir, ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2.069 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 03 sentyabr 2021-ci il tarixdə saat 10:25 radələrində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, M.Əliyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb ünvan 5 ünvanda yerləşən Kəpəz rayon Polis İdarəsinə gətirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2.069 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə, külli miqdarda 2.069 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilməsini onun həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Lakin iş üzrə məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində həmin narkotik vasitənin üzərində olmadığını bildirsə də, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, “...tutulmazdan 4-5 gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən Gəncə şəhər Şokolad zavodunun yaxınlığından keçən zaman narkotik vasitə olan heroini yerdən tapmışdır. O, həmin heroni özü istifadə etməyi üçün götürüb cibinə qoymuşdur...” Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdə həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını və gəzdirdiyini bildirmiş, həmin vasitələri satmaq niyyətinin olması, olduğu təqdirdə kimə, nə vaxt və harada satacağı, habelə həmin narkotik vasitəni digər şəxsi maraq məqsədi ilə yaymağı ilə bağlı hər hansı xüsusat göstərməmiş, istintaq orqanı tərəfindən də həmin hallar müəyyən edilməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 Mobil oğlu ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının öz təsdiqini tapmadığını göstərmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə, külli miqdarda 2.069 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilməsi, heç də onun tərəfindən həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə və saxlamasına dəlalət etmir. Belə ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satacağı şəxsin, yəni istehlakçının müəyyən edilməməsi, bununla bağlı hər hansı razılaşmanın olmaması, həmin narkotik vasitənin çəkilərək xırda bağlamalara bükülməməsi, onun üzərindən həmin vasitələrin satışında istifadə edilən digər predmetlərin (məs. tərəzi və s.)aşkar edilməməsi, narkomaniya xəstəliyindən əzab çəkməsə də narkotik vasitələrdən istifadə etməsi ilə bağlı halların olmasının aşkar edilməsi və digər bu kimi hallar onun tərəfindən həmin narkotik vasitəni satış məqsədi olmadan, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasını təsdiq etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarında göstərilir ki,“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı ilə müəyyən edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Odur ki, qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.08.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2ci maddəsi ilə 06 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apelliyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03.11.2014-cü il tarixli qərarı ilə 07.08.2014-cü il tarixli hökmü dəyişdirilərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bundan başqa Xəzər rayon Məhkəməsinin 10.06.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1, 67.1-ci maddələri ilə 01 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16.06.2017-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 03 ay 24 günündən vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Gəncə şəhər Nizami rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1,69.3-cü maddələri ilə 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11 fevral 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 02 ay 19 günü 01 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 19.03.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,019 qram olan narkotik vasitə heroin məhv edilməli, cinayət işinə əlavə edilmiş 03 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir)ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 03 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,019 qram olan narkotik vasitə heroin məhv edilsin, cinayət işinə əlavə edilmiş 03 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir)ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-155/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-155/2022
04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver