Məhkəmə qərarları › İş №1(100)-155/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-155/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-155/2023 12.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X13 və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, 12 avqust 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunusuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək, saxlayıb, daşımış, təkrarən satış məqsədi olmadan qanunusuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı isə külli miqdarda hazırlayıb, əldə edərək, saxlayıb daşımışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,455 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,321 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib hər birini ayrılıqda gümüşü rəngli kağız bükümdə quru məndillərə bükərək göy rəngli sellofan torbanın içərisində qəsdən qanunsuz olaraq üzərində saxlayıb Daşkəsən şəhərinə daşımışdır. Daha sonra, o, 09 avqust 2022-ci il tarixdə saat 14 radələrində təkrarən satış məqsədi olmadan qanunsuz olaraq yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisi tapıb qanunsuz olaraq əldə etmək məqsədilə Daşkəsən rayonu ərazisinə gəldikdən sonra həmin gün saat 16 radələrində Daşkəsən şəhəri ərazisində, “Daşkəsən-Xoşbulaq kənd” avtomobil yolunun 1-ci km-də yerləşən, “Fərhadın heykəli” adlanan yerin yaxınlığındakı sahibsiz ərazidə aşkar etdiyi əkilib-becərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq edilməmiş, yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin qurumuş yarpaqlarını yığıb toplamaqla istehlak üşün hazırlamış, yəni daha çox quruması və növbəti gün quruduqdan sonra özü istifadəetməsi üçün kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı toplayıb əldə etmək üçün həmin ərazidə qoyub gecəni Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində yerləşən “Hosteldə” gecələmiş, növbəti gün yəni, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş külli miqdarda, yəni təmiz çəkisi 905 qram olan marixuananı həmin ərazidən götürüb qara rəngli polietilen torbaya yığaraq üzərini yapışqanlı lentlə sarıdıqdan sonra həmin torbanı özünə məxsus göy rəngli sellofan torbanın içərisinə qoyub piyada “Fərhadın heykəli” adlanan yer istiqamətində qanunsuz olaraq daşıdığı zaman Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 18:50 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, narkotik və psixotrop maddələrini əldə edərək saxlamasında şübhəli bilindiyi üçün “Daşkəsən- Xoşbulaq kənd” avtomobil yolunda saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən özünə məxsus olan göy rəngli sellofan torba içərisində olan quru məndillər içərisindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,455 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,321 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd yapışqanlı lentlə sarılmış qara rəngli polietilen torbada satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni təmiz çəkisi 905 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 avqust 2022-ci il tarixdə Daşkəsən rayon polis şöbəsinin inzibati binasında barəsində keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar olunan metamfetamin, heroin və narkotik vasitə olan qurudulmuş marixuana ona məxsus olmamışdır. Hadisədən bir gün öncə qısa müddət ərzində tanıdığı «Sahib» adlı şəxs onu işləmək üçün Daşkəsən rayonuna aparmışdır. 09 avqust 2022-ci il tarixdə o, Sahiblə birlikdə Daşkəsən rayonu ərazisində yolun kənarında xatırlamadığı hoteldə gecələmişdir. Həmin vaxt onun içərisində paltarları olan sellofan torbası olmuşdur. Ertəsi gün onlar birlikdə Daşkasən rayonuna getmişlər. Daşkəsən rayonuna çatmamış Sahib onun çantasını götürərək yolun kənarındakı “Fərhadın heykəli” adlanan ərazidə yoxa çıxmışdır. Təxminən 25-30 dəqiqədən sonra Sahib sellofan torbasız onun yanına qayıtmış və həmin sellofan torbanın harda olduğunu ona başa salıb gətirməsini istəmişdir. O da Sahibin təsvir etdiyi əraziyə gedib sellofan torbasını götürüb sonuncunun yanına qayıtmışdır.Bundan sonra polis əməkdaşları on yaxınlaşıb onu polis bölməsinə aparmışlar. Orada ona məxsus olan torbaya baxış keçirilmiş və qeyd olunan narkotik vasitələr aşkar edilmişdir. O, heç bir zaman narkotik vasitə qəbul etməmiş və heç kimə narkotik vasitə satmamışdır. Ona məxsus olan sellofan torbadan aşkar olunan narkotik vasitələrdən xəbəri olmamışdır. Polis bölməsində polis əməkdaşları tərəfindən ona təzyiq edildiyindən narkotik vasitələrin özünə məxsus olmasını bildirmişdir. Məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxsu istintaq zamanı veridiyi ifadəsindən görünür ki, o, ona Azərbaycan Respublikasının CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 avqust 2022-ci il tarixdə Daşkəsən rayon polis şöbəsinin inzibati binasında barəsində keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar olunan metamfetamin, heroin və narkotik vasitə olan qurudulmuş marixuana özünə məxsusdur.Uzun illərdir səhhətində problemlər vardır. O, səhhətində yaranmış ağrıları dindirmək üçün əvvəllər bir neçə dəfə qurudulmuş marixuana qaynadıb içmiş, bu onun ağrılarına kömək olmuşdur. Bu səbəbdən də bir neçə dəfə Daşkəsən rayonu ərazisindən yabanı halda bitən marixuana yığıb evində özü üçün qaynadıb istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Gəncə şəhəri, “Sərçə Bazarı” adlanan ərazidə olan zaman zibil qabının yanında yerdə siqaret qutusu görmüş və həmin siqaret qutusu diqqətini cəlb etmişdir. O, siqaret qutusunun dolu olubolmamasını yoxlamaq üçün əlinə alıb qutunun içərisinə baxan zaman orada iki ədəd gümüşü rəngli falqa kağıza bükülmüş predmetin olmasını görmüşdür. Həmin falqaları açıb içinə baxdıqda bu zaman falqaların içərisində Rusiya Federasiyasında yaşadığı müddətdə bir-iki dəfə istifadə etdiyi üçün tanıdığı metamfetamin və heroinə bənzər kütlə olmasını görmüşdür. Tapmış olduğu kütlədən istifadə etmək üçün onu özü ilə götürüb üzərində saxlamışdır. O, narkotik vasitə olan çətənə bitkisinin dağlıq ərazidə, sahibsiz yerlərdə yabanı halda yetişdiyini bildiyi üçün, həmçinin o, təxminən 3 il bundan əvvəl Daşkəsən rayonuna gedib, rayonun Yuxarı Daşkəsən istiqamətində çöllük, sahibsiz sahədə gəzən zaman təsadüfən yabanı halda yetişmiş narkotik tərkibli çətənə bitkisinin yetişdiyini görmüş və həmin bitkidən gələcəkdə qaynadıb istifadə etmək üçün bir qədər yığıb özü ilə birlikdə Gəncə şəhərinə aparmışdır. Bu məqsədlə o, narkotik tərkibli çətənə bitkisi axtarmaq üçün xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Daşkəsən rayonuna getmişdir. Həmin vaxtı özü ilə birlikdə göy rəngli sellofan torba içərisində çörək, sellofan paket içərəsində pomidor və xiyar, bir ədəd falqa kağızı, 1 ədəd qırmızı rəngli şort, 1 ədəd yaşıl rəngli dəsmal, 1 ədəd şahmatvari naxışları olan qısa qol düyməli köynək, 1 cüt yay çəkməsi, quru məndillər, həmin quru məndillərin arasında Gəncə şəhərindən tapdığı iki ədəd gümüşü rəngli falqa kağıza bükülmüş narkotik vasitələr götürmüşdür. Daşkəsən şəhərində “Fərhadın heykəli” olan ərazidə maşından düşüb həmin ərazidə bir qədər gəzdikdən sonra həmin gün saat 16 radələrində çöllük ərazidə yabanı halda yetişmiş çətənə kollarının olmasını aşkarlamışdır. Həmin kollar havaların isti keçməsi ilə əlaqədar quruduğunu və üzərində olan yarpaqların bir qisminin isə quruyaraq yerə töküldüyünü görmüşdür. Həmin vaxtı o, qurumuş vəziyyətdə olan çətənə bitkisinə məxsus yarpaqları toplamaq qərarına gəlmiş, həmin qurumuş çətənə bitkisinin üzərindəki yarpaqları özü ilə götürdüyü qayçı ilə kəsib yerə yığmışdır. Həmçinin qurumuş çətənə bitkisinin yerə tökülmüş yarpaqlarını da toplayıb yığdığı bütün yarpaqları yerə sərdiyi sellofan torbanın üzərinə tökmüşdür. Həmin gün hava günəşli olduğundan həmin yarpaqların bir qədər də qurumasını gözləmişdir. O, qurumuş çətənə bitkisinə məxsus yarpaqları qaynadıb içməyin rahat olmasını düşünmüş və həmin gün saat 18 radələri olduğundan Gəncə şəhərinə getmək üçün minik avtomobili tapa bilməyəcəyini düşünüb, həmçinin çətənə bitkisinə məxsus yarpaqların daha da quruması üçün orada qoyub gecəni keçirmək üçün Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində yerləşən “Hostelə” getmişdir. Gecəni həmin hosteldə keçirib səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Daşkəsən şəhərinə gəlmiş və orada yerləşən mağazalardan birindən bir ədəd yapışdırıcı lent, 1 ədəd bir litr həcimli “Fanta” şirəsi, 1 ədəd yarım litr həcimli “Bonaqua” suyu almışdır. Daha sonra piyada yabanı halda yetişmiş quru vəziyyətdə olan narkotik tərkibli çətənə kollarını yığıb bir qədər də quruması üçün yerə sərdiyi əraziyə getmişdir. Ora çatdıqda bir qədər də quruması üçün yerə sərdiyi narkotik vasitə olan çətənə bitkisinə məxsus yarpaqların tamamilə quruduğunu görmüşdür. Daha sonra çətənə bitkisinə məxsus yarpaqları özü ilə götürdüyü poletilen torbaya yığıb həmin torbanı aldığı yapışqan lent ilə sarımışdır. Həmin vaxtı əlində olan göy rəngli sellofan torba içərisində Gəncə şəhərində Daşkəsən rayonuna gələn zaman götürdüyü 2 parça çörək, sellofan paket içərəsində pomidor və xiyar, bir ədəd falqa kağızı, 1 ədəd qırmızı rəngli şort, 1 ədəd yaşıl rəngli dəsmal, 1 ədəd şahmatvari naxışları olan qısa qol düyməli köynək, 1 cüt yay çəkməsi, quru məndillər, həmin quru məndillərin arasında Gəncə şəhərindən tapdığı iki ədəd gümüşü rəngli falqa kağıza bükülmüş narkotik vasitə olan heroin və metamfetamin, 1 ədəd “Fanta” şirəsinə məxsus su qabı, 1 ədəd “Bonaqua” su qabı olmuşdur. O, həmin gün saat 18 radələrində yığmış olduğu narkotik vasitə olan çətənə bitkisinə məxsus yarpaqların olduğu sellofan torbanı da göy rəngli sellofan torbanın içərisinə qoyub Gəncə şəhərinə getmək üçün piyada Daşkəsən şəhərində yerləşən “Fərhadın” heykəlinin yerləşdiyi yerə getmişdir. Yolda piyada hərəkət edən zaman yapışqan lenti və narkotik vasitə olan çətənə bitkisinə məxsus yarpaqları kəsmək üçün istifadə etdiyi qayçını uçurumdan atıb hərəkətinə davam etmişdir. Həmin yerə çatmağına təxminən 100 metr qalmış polis əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma və gəzidirmə də şübhəli olduğu üçün onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu demişlər. O, hər şeyin artıq gec olduğunu anlayaraq polis əməkdaşlarına heç bir etiraz etməyib onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Rayon polis şöbəsinin inzibati binasında olan zaman şübhəli şəxs olduğundan dövlət hesabına öz arzu və seçimi ilə müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin də iştirakı ilə barəsində keçirilən şəxsi axtarış zamanı əlində olan selofan torbanı baxış keçirən aidiyyəti əməkdaşa təqdim edərək həmin sellofan torbanın içərisində iki ədəd falqaya bükülü vəziyyətdə narkotik vasitə olan metamfetamin və heroin olduğunu, bir ədəd yapışqan lentlə sarımış olduğu sollofan torba içərisində narkotik vasitə olan çətənə bitkisinə məxsus qurutduğu yarpaqların olduğunu demişdir. Daha sonra əynində olan paltarların cibindən bir ədəd qara rənli təsbeh, 1 ədəd üzərində “prima” sözləri yazılmış qutu içərəsində 4 ədəd siqaret dənəcikləri və ağ rəngli alışqan, 1 ədəd içərisində kibrit dənəcikləri olan qutu, 1 ədəd üzərində “jelaniya” sözləri yazılan ketçupu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra özünə məxsus əlində olan göy rəngli sellofan torbanı təqdim etmişdir. Şəxsi axtarış zamanı göy rəngli sellofan torbaya baxış keçirilən zaman torbanın içərisində olan quru məndil içərisində aşkar olunmuş 01 ədəd gümüşü rəngli falqa kağıza bükülmüş narkotik vasitənin çəkisi öyrənilməsindən ötrü elektron tərəzi vasitilə ölçülmüş və çəkisinin 0.80 qram olduğu, o cümlədən digər 01 ədəd gümüşü rəngli falqa kağıza bükülmüş narkotik vasitənin çəkisi öyrənilməsindən ötrü elektron tərəzi vasitəsi ilə ölçülmüş çəkisinin 0.59 qram olduğu müəyyən olunmuşdur. Daha sonra aidiyyatı əməkdaş narkotik vasitə olan çətənə bitkisinə məxsus quru halda olan yarpaqları yığaraq yapışqan lent vasitəsi ilə sarımış olduğu selofan torbanının çəkisi öyrənilməsindən ötrü elektron tərəzi vasitəsi ilə ölçmüş və çəkisinin 985 qram olması aşkar olunmuşdur. Bundan sonra baxış keçirən əməkdaş elektron tərəzini baxış iştirakçılarına nümayiş etdirmiş və aidiyyatı əməkdaş baxış zamanı üzərindən aşkar etdiyi narkotik vasitələri müvafiq qaydada qablaşdırıb, zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin narkotik vasitələrdən heç kimə nə verməmiş, nədə ki satmamış, özü istifadə etmək üçün üzərində saxlamış, üzərində narkotik vasitə saxlamağından özündən başqa heç bir kəsin məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını əldə edib istifadə etməsi, Daşkəsən şəhəri ərazisində üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs cinayətkar fəaliyyətə meyilli olmasını nəzərə alaraq 10 avqust 2022-ci il tarixdə Şahid2, Şahid3 və Şahid4 Elbrus oğlu ilə birlikdə Daşkəsən şəhəri ərazisində olan zaman həmin gün saat 18:50 radələrində Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torba ilə Daşkəsən şəhərinin girəcəyində yerləşən “Fərhadın heykəli” adlanan ərazidə yerləşən “Ceyhun” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada şübhəli hərəkətlərlə gəzdiyini görüb ona yaxınlaşmışlar. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ona narkotik vasitələri əldə edib üzərində saxlaması, istifadə etməsi və daşımasında şübhəli bilindiyi üçün onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs onlara bir qədər tərəddüdlə baxsa da, heç bir etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Daha sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirməklə prosessual hərəkətlər aparılmasından ötrü aidiyyatı əməkdaşa təhvil vermişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını əldə etmə, saxlama və daşımada şübhəli bilindiyi üçün dərhal müdafiəçi qismində vəkil X3 dəvət olunmuşdur. Rayon polis şöbəsində müdafiəçinin və baxış iştirakçılarının iştirakı ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşımada şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkəti başlanılmış, Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə varsa masanın üzərinə qoyulması təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları olamadığını deyərək əynində olan paltarların cibindən bir ədəd qara rənli təsbeh, 1 ədəd üzərində “prima” sözləri yazılmış qutu içərəsində 4 ədəd siqaret dənəcikləri, ağ rəngli alışqan, 1 ədəd içərisində kibrit dənəcikləri olan qutu, 1 ədəd üzərində “jelaniya” sözləri yazılan ketçupu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əlində olan göy rəngli selofan torbanı baxış keçirən əməkdaşa təqdim edərək həmin sellofan torbanın içərisində narkotik vasitə olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbaya baxış keçirmişdir. Həmin torbanın içərəsində olan 2 parça çörəyi, içərisində pomidor və xiyar olan sellofan paketi, bir ədəd falqa kağızını, 1 ədəd qırmızı rəngli şort, 1 ədəd yaşıl rəngli dəsmalı, 1 ədəd şahmatvari naxışları olan qısa qol düyməli köynəyi, 1 cüt yay çəkməsini, quru məndilləri, 1 ədəd “Fanta” şirəsinə məxsus qabı, 1 ədəd “Bonaqua” su qabını və 1 ədəd yapışqan lentlə sarılmış sellofan torbanı çıxartmışdır. Şəxsi axtarış zamanı əşyalara baxış keçirərkən quru məndil içərisində aşkar olunmuş 01 ədəd gümüşü rəngli falqa kağıza bükülmüş narkotik vasitənin çəkisi öyrənilməsindən ötrü elektron tərəzi vasitəsi ilə ölçülmüş və təmizçəkisinin 0.80 qram olduğu, o cümlədən digər 01 ədəd gümüşü rəngli falqa kağıza bükülmüş narkotik vasitənin çəkisi öyrənilməsindən ötrü elektron tərəzi vasitəsi ilə çəkilmiş, təmiz çəkisinin 0.59 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlələrin nə olduğu soruşulan zaman, sonuncu həmin kütlələrin narkotik vasitə olan “kakos” və “şüşə”, eyni zamanda həmin narkotik vasitələri Gəncə şəhəri ərazisindən tapdığını demişdir. Daha sonra 1 ədəd yapışqan lentlə sarılmış sellofan torbanın içərisinə baxış keçirən zaman torbanın içərisindən narkotik vasitəyə bənzər ot kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu soruşulan zaman, sonuncu həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, sadəcə olaraq istifadə etmək üçün üzərində daşıdığını, eyni zamanda çətənə (kannabis) bitkisi olan qurudulmuş marixuananı xx.xx.2022-ci ilin tarixdə Daşkəsən şəhərində yerləşən “Fərhadın” heykəlinin yaxınlığında yerləşən çöllük ərazidən yabanı halda yetişən narkotik tərkibli çətənə bitkisindin yarpaqlarından əldə etdiyini demişdir.Narkotik vasitə olan selofan torbanının çəkisi öyrənilməsindən ötrü elektron tərəzi vasitəsi ilə çəkilmiş və təmiz çəkisinin 985 qram olması aşkar olunmuşdur.Daha sonra baxış keçirən əməkdaş elektron tərəzini baxış iştirakçılarına nümayiş etdirmiş, baxış zamanı Təqsirləndirilən şəxs əlində daşıdığı göy rəngli sellofan torbadan aşkar etdiyi narkotik vasitələri müvafiq qaydada qablaşdırıb rayon polis şöbəsinin 68 nömrəli zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlədikdən sonra, baxış iştirakçılar tərəfindən imza edilmişdir.Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə saxlaması barədə əməliyyat məlumatları öz təstiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 Elbrus oğlu və Şahid5 oğlu, Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, X14 barəsində 12 avqust 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Daşkəsən rayon X11 Saxlama Yerindən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəxsi axtarış və götürmə haqqında 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Daşkəsən rayon polis şöbəsinin Təhqiqat qrupunun sabiq təhqiqatçısı X4 tərəfindən rayon polis şöbəsinin inzibati binasında ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun özünə məxsus göy rəngli sellofan torba içərəsində olan quru məndillər içərəsindən 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,80 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,59 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd yapşqanlı lentlə sarılmış qara rəngli polietilen torbada külli miqdarda, yəni təmiz çəkisi 985 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd uzunluğu 20 sm, eni 12 sm olan gümüşü rəngli falqa kağızı aşkar edilərək götürülüb, müvafiq qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 avqust 2022-ci il tarixdə Daşkəsən rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş video çəkiliş iş materiallara əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Daşkəsən RPŞ-nin sabiq təhqiqatçı polis kapitanı X4, Daşkəsən RPŞ-nin CAB-nin rəisi polis mayoru Şahid1, Daşkəsən RPŞ-nin CAB-nin sabiq əməliyyat müvbəkkili polis baş leytenantı Şahid2, Daşkəsən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3, Daşkəsən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid4 Elbrus oğlu və Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid5 oğlu, həmçinin müdafiəçi X3 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmış və ondan üzərində narkotik vasitə və ya hər hansı qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan paltarların cibində bir ədəd qara rəngli təsbeh, 1 ədəd üzərində “prima” sözləri yazılmış qutu içərəsində 4 ədəd siqaret dənəcikləri və ağ rəngli alışqan, 01 ədəd içərisində kibrit dənəcikləri olan qutu, 1 ədəd üzərində “jelaniya” sözləri yazılan ketçupu çıxarıb masa üzərinə yığmış, daha sonra əməliyyat müvəkkili X20 Ağayevin üzərini əli ilə yoxladıqda başqa hər hansı bir əşya şakar olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs özünə məxsus olduğunu dediyi göy rəngli sellofan torba içərəsində olan əşyaları, yəni həmin sellofan içərəsində 2 parça çörək, sellofan paket içərəsində pomidor və xiyar, bir ədəd falqa kağızı, 1 ədəd qırmızı rəngli şort, 1 ədəd yaşıl rəngli dəsmal, 1 ədəd şahmatvari naxışları olan qısaqol düyməli köynək, 1 cüt yay çəkməsi, quru məndillər, 1 ədəd fanta içki qabı, 1 ədəd bonaqua su qabı və 1 ədəd qablaşdırılmış qara rəngli paketi masa üzərinə yığmış, şəxsi axtarış keçirən aidiyyatı əməkdaş qeyd olunan əşyalara baxış keçirən zaman quru məndil içərisində 01 ədəd gümüşü rəngli falqa kağıza bükülmüş, ümumi çəkisi 0,80 qram narkotik vasitəyə oxşar kütlə, o cümlədən 01 ədəd gümüşü rəngli falqa kağıza bükülmüş, ümumi çəkisi 0,59 qram narkotik vasitəyə oxşar kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin “kakos” və “şüşə” olduqlarını, Gəncə şəhəri ərazisindən tapdığını demiş, daha sonra həmin narkotik vasitələr qablaşdırılaraq DİN-in 68 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin göy rəngli sellofan torbanın içərisində aşkar edilmiş,xüsusi qaydada qablaşdırılmış qara rəngli polietilen torba içərisində çəkisi 985 qram olan kəskin qoxulu, tünd yaşıl rəngli, qurudulmuş narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəninin özünə məxsus olduğunu, istifadə etmək məqsədi ilə Daşkəsən rayonu ərazisindən topladığını demiş, həmin marixuana müvafiq qaydada qablaşdırılaraq DİN-in 68 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi yer, yəni Daşkəsən- Xoşbulaq avtomobil yolunun 1-ci km-də, “Fərhadın heykəli” adlanan yerin yaxınlığındakı çöllük ərazini göstərən zaman həmin ərazidə yabanı halda yetişmiş narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Əraziyə dərhal həmin gün baxış keçirilərək həmin bitkilərdən uzunluğu 2,18 metr olan bir ədəd bitki kökündən çıxarılaraq müvafiq qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji eksperizasının xx.xx.2022-ci il tarixli, 16/949 nömrəli rəyinən görünür ki, bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,455 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; tədqiqata təqdim edilmiş bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,321 qram maddəkustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir; tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan 1 ədəd qarışıq rəngli polietilen torbadakı, digər üzü yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 905 qarm olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in sihayısına (Siyahı İ) daxildir.Metamfetamin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in1-ci sihayısının İİ bəndinə daxildir.Qeyd: Heroinin təmiz çəkisi 0,455 qr, tədqiqata sərf edildi - 0,05 qr, qalıq- 0,405 qr, Metamfetamin təmiz çəkisi -0,321 qr, tədqiqata cəmi sərf edildi - 0,05 qr, qalıq- 0,271 qr, Marixuananın təmiz çəkisi - 905 qr tədqiqata sərf edildi - 00,5 qr, qalıq-904,95 qr qalmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əlavə məhkəmə-bioloji eksperizasının xx.xx.2022-ci il tarixli, 16/969 nömrəli rəyinən görünür ki, üzərində “Təqsirləndirilən şəxs..”sözləri və imzalar olan qəzet bağlamada, sayı 1 ədəd təmiz çəkisi 150 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli –çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş bir ədəd qəzet bağlamadakı çətənə (kannabis) bitkisi ilə və 1 (bir) ədəd MEM-ə məxsus kağız paketdə olan marixuana tərkiblərinə görə eynidirlər. Aqronom (mütəxəsis) X7 rəyinə əsasən təqdim edilmiş bitkiyə aqrotexniki qaydada qulluq edilməmişdir o yabanı halda bitmişdir. Qeyd: Marixuananın təmiz çəkisi – 904,95 qr tədqiqata sərf edildi - 0,05 qr, qalıq- 904,90 qr qalmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserin 30 avqust 2022-ci il tarixli, 1266 saylı rəyindən görünr ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış zərflərdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,405 qram olan heroin, təmiz çəkisi 0,271 qram olan metamfetamin, təmiz çəkisi 904,90 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd təmiz çəkisi 150 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli–çətənə (kannabis) bitkisi, xx.xx.2022-ci il tarixdə Daşkəsən rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və 1 ədəd uzunluğu 20 sm, eni 12 sm olan gümüşü rəngli falqa kağızı iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə tərəfimdən 20 avqust 2022-ci il tarixdə qəbul edilmiş qərarla maddi sübut kimi tanınmışdır. Qablaşdırılmış zərflərdə olan təmiz çəkisi 0,405 qram olan heroin, təmiz çəkisi 0,271 qram olan metamfetamin, təmiz çəkisi 904,90 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd təmiz çəkisi 150 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli–çətənə (kannabis) bitkisi və 1 ədəd uzunluğu 20 sm, eni 12 sm olan gümüşü rəngli falqa kağızı saxlanılması üçün RPŞ-nin saxlancına verilmiş, xx.xx.2022-ci il tarixdə Daşkəsən rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Aksayski rayon məhkəməsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158. M. 2H. B Bəndi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Amnistiya qərarına əsasən azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Gəncə Şəhər Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qərarı ilə cərimə 296 saat ictimai işlərlə əvəz edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Probasiya Şöbəsindən xx.xx.2022-ci il tarixli 2221811/2018 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)-130/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində olan cərimə cəzası 296 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan 296 saat ictimai işlər cəzasını xx.xx.2019-cu il tarixdə çəkib qurtarmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qablaşdırılmış zərflərdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,405 qram olan heroin, təmiz çəkisi 0,271 qram olan metamfetamin, təmiz çəkisi 904,90 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd təmiz çəkisi 150 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli–çətənə (kannabis) bitkisi və1 ədəd uzunluğu 20 sm, eni 12 sm olan gümüşü rəngli falqa kağızı iş üzrə maddi sübutkimi tanınaraq saxlanılması üçün Daşkəsən RPŞ-nin saxlancına verilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Daşkəsən rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsi ərazisində yerləşən adsız hostelin sahibi X5 tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixdə ona məxsus Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsi ərazisində, Daşkəsən- Xoşbulaq kənd avtomobil yolunun 4-cü km-də yerləşən adsız hosteldə gecələmiş, bunun müqabilində 10 manat ödəmiş, bir gün həmin hosteldə qaldıqdan sonra getmiş, eyni zamanda hosteldə tək qalmış, yanında başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxsin narkotik vasitələrin ona aid olmaması, 09 avqust 2022-ci il tarixdə Sahib adlı şəxslə birgə Daşkəsən rayonu ərazisindəki adsız hosteldə gecələməsi, özünə məxsus və içərisində geyim əşyalarının olduğu sellofan torbanı Sahib tərəfindən başqa yerə aparılması, özü həmin sellofan torbanı götürdükdən sonra polislərin onu yaxalaması və torbasından narkotik vasitələrin aşkar olunması barədə verdiyi ifadəsinin ibtidai istintaq zamanı özünün müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, qeyd olunan adsız hosteldən alınan cavab məktubu və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən məhkəmə təqsirdəndirlən şəsin həmin ifadəsini inandırıcı hesab etməyib məsuliyyətdən yaxa qurtarmaq üçün verilən ifadə kimi qiymətləndirir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlamasına görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri məhəmədə sübuta yetmədiyindən o,həmin məddələrlə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Elbrus oğlu, Şahid1, Şahid5 oğlu verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər, onlar həmçinin ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs barəsində ilkin olaraq daxil olan əməliyyat məlumatının məzmunu onun narkotik vasitələri qəbul etməsi və üzərində saxlaması barədə olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktublarından da görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik vasitə satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmiş, həmin izahat və ifadələrində də ondan aşkar edilmiş narkotik vasitələrini özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə götürülən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisi tapıb qanunsuz olaraq əldə etmək məqsədilə Daşkəsən rayonu ərazisinə gəldikdən sonra həmin gün saat 16 radələrində Daşkəsən şəhəri ərazisində, “Daşkəsən-Xoşbulaq kənd” avtomobil yolunun 1-ci km-də yerləşən, “Fərhadın heykəli” adlanan yerin yaxınlığındakı sahibsiz ərazidə aşkar etdiyi əkilib-becərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq edilməmiş, yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin qurumuş yarpaqlarını yığıb toplamaqla istehlak üşün hazırlamış, yəni daha çox quruması və növbəti gün quruduqdan sonra qanunsuz olaraq qəsdən satış məqsədi ilə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı toplayıb əldə etməsi üçün həmin ərazidə qoyub gecəni Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində yerləşən “Hosteldə” gecələmişdir. xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş külli miqdarda, yəni təmiz çəkisi 905 qram olan marixuananı həmin ərazidən götürüb qara rəngli polietilen torbaya yığaraq üzərini yapışqanlı lentlə sarıdıqdan sonra həmin torbanı özünə məxsus göy rəngli sellofan torbanın içərisinə qoyub piyada “Fərhadın heykəli” adlanan yer istiqamətində qanunsuz olaraq daşıdığı zaman Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 18:50 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, narkotik və psixotrop maddələrini əldə edərək saxlamasında şübhəli bilindiyi üçün “Daşkəsən- Xoşbulaq kənd” avtomobil yolunda saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən özünə məxsus olan göy rəngli sellofan torba içərisində olan quru məndillər içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,455 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,321 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd yapışqanlı lentlə sarılmış qara rəngli polietilen torbada satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni təmiz çəkisi 905 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs ikinci dəfə götürülən narkotik vasitəsinin kütləsinin, yəni təmiz çəkisi 905 qram olmaqla külli miqdar kimi qəbul edilməsi və ya ondan birinci dəfə istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda üzərində olan narkotik vasitə aşkar edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, həm birinci dəfə, həm də ikinci dəfə Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilərkən nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı «Azercell» nömrəsindən daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi üçün müvafiq sorğularla əlaqədar "xxxx" MMC-dən daxil olmuş 1 ədəd «CD» diskdə olan məlumatlarda da Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin materiallarına əsasən müəyyən olunmuşdur ki, işdə olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmamışdan əvvəl onun barəsində satış məqsədi ilə deyil, narkotik vasitələri qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra ibtidai istintaq zamanı verilmiş əməliyyat tapşırıqları ilə Təqsirləndirilən şəxs kiməsə narkotik vasitəni satmasının və ya əvəzsiz verməsinin müəyyən edilmədiyi məlum olmuş, eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs barəsində olan həmin cinayət işi üzrə sonra heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli heç bir əsas olmadan Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələrinə tövsif edilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, metamfetamini və marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta əsaslanmadan, yalnız narkotik maddənin ayr-ayrı bükümlərdə olması, tərkibinə görə başqa növlərdə olması və miqdarının çox olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitənin satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması kimi qiymətləndirmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkotik vasitələrdən asılılığı olan və narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən yalnız narkotik vasitələrin aşkar edilməsi əsasına görə, satış məqsədinə dair heç bir sübutlar olmadığı təqdirdə, yalnız ehtimal və fərziyyələrə əsaslanmaqla onun məqsədinin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Cinayət işinin materiallarına əsasən hər iki epizod üzrə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatlarının onun satış məqsədi ilə deyil, narkotik vasitələri qəbul etməsi və gəzdirməsi barədə olduğu, daha sonrakı əməliyyatlar nəticəsində də onun hər hansı şəxsə narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, həmçinin onun narkotik vasitələrdən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitələrini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələrinin mənasına görə narkotik vasitələr yalnız təkrar, satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən narkotik vasitəsinin kütləsinin külli miqdar təşkil etməsi, həmin narkotik vasitələrin satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs təkrar satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə də, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X8 təkrar satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən və həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verdiyindən təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Aksayski rayon məhkəməsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158. M. 2H. B Bəndi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Amnistiya qərarına əsasən azad edilmişdir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs barəsində Aksayski rayon məhkəməsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158. M. 2H. B Bəndi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm üzrə müddət keçdiyindən və həmin hökm Azərbaycan Respublikasının ərazisində tanınmadığından heç bir hüquqi nəticə yaratmır. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Gəncə Şəhər Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə X24 Rayon Məhkəməsinin qərarı ilə cərimə 296 saat ictimai işlərlə əvəz edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtardığından şöbənin qeydiyyatından çıxması ilə bağlı qeyd edir ki, onun həmin məhkumluqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab olunur. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun təkrarən cinayət törətməsini məhkəmə ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində, ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 avqust 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək, yəni 2 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm çıxdığı andan, yəni, 12 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 30 avqust 2022-ci il tarixli, 1266 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Daşkəsən Rayon Polis Şöbəsindən saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qablaşdırılmış zərflərdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,405 qram olan heroin, təmiz çəkisi 0,271 qram olan metamfetamin, təmiz çəkisi 904,90 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd təmiz çəkisi 150 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli–çətənə (kannabis) bitkisi və1 ədəd uzunluğu 20 sm, eni 12 sm olan gümüşü rəngli falqa kağızı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Daşkəsən RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 97 manat 20 qəpik təşkil məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm çıxdığı andan, yəni, 12 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Daşkəsən Rayon Polis Şöbəsindən saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qablaşdırılmış zərflərdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,405 qram olan heroin, təmiz çəkisi 0,271 qram olan metamfetamin, təmiz çəkisi 904,90 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd təmiz çəkisi 150 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli–çətənə (kannabis) bitkisi və1 ədəd uzunluğu 20 sm, eni 12 sm olan gümüşü rəngli falqa kağızı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli. Narkotik vasitənin məhv edilməsi Daşkəsən RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 97 manat 20 qəpik təşkil məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar