Məhkəmə qərarları › İş №1(100)-155/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-155/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-155/2025 18.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlu (sədrlik edən), hakimlər X8 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri – X1 və Rüstəmova Tamella Eldar qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1994-cü il tarixdə Ağdam rayonu, Tərneft kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Körpü-Bina-Tikinti” Məhdud Məsuliyyət Cəmiyyətdə sürücü işləmiş, məhkum olunmayan, Ağdam rayonu, Tərneft kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilməyən tarix, vaxt və mənbədən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş külli miqdarda, yəni 2 (iki) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,367 qram və 4,561 qram olmaqla, ümumi təmiz çəkisi 9,928 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz əldə edib üzərində daşıyaraq 24 oktyabr 2023-cü il, saat 11:32-də Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayonu, Təzəkənd kəndi ərazisində saxlanılaraq rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilib götürülənədək külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Baş vermiş hadisə və onun tutulmasının səbəbi onun dini baxışları ilə bağlıdır. O, Ağdam rayonu, Təzəkənd kəndi ərazisində işləmiş və onu həmin ərazidə saxlayıb şöbəyə aparmışlar, lakin idarə etdiyi avtomobilə baxış həyata keçirməmişlər. Şöbədə Ağdam RPŞ-nin rəis müavini ondan cibində nə olduğunu soruşmuş, o isə cavabında cibində heç bir əşya olmadığını demiş və bundan sonra onun sol cibinə baxıb “bəs burada narkotik vasitə var” söyləmişlər. O isə narkotik vasitənin onun olmadığını və istifadə etmədiyini bildirmişdir. Ona “ya bunu sənin həyətinə atacıyıq, həyətindən çıxardacayıq yada ki, aşkar olunan narkotik vasitənin səndən aşkar olunması ilə bağlı razılaşmalısan” deyə bildirmişlər və həmçinin ona başqa heç bir təzyiq olmamışdır. Evdə üç azyaşlı körpə uşağının olduğunu və onların psixoloji travma almasını istəmədiyi üçün eyni zamanda, evinə narkotik vasitə atacaqlarını fikirləşib, məcbur qalaraq narkotik vasitəni götürmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsində də narkotik vasitəni yolun kənarından tapdığını, aludəçisi olmadığını və atacağını bildirmişdir. Onun qanından narkotik vasitəsi çıxmamış, nə də ki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, dövlətlə problemi olmadığını, xarici ziyarətgahlarda olmadığını bildirmiş və sadəcə olaraq ehtimal edir ki, rayon ərazisində ehsan verdiyi üçün bu hadisə baş vermişdir. O, əvvəllər rayon ərazisində ehsan verib və dini məclislərdə iştirak etmişdir. Ehtimal edir ki, baş vermiş hadisə onun dini baxışları ilə əlaqədar olaraq baş vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etməmiş, şöbədə üzərinə baxış zamanı məcburi olaraq narkotik vasitəni təqdim etsə də, müstəntiq ondan üzərindən aşkar olunan maddənin nə olduğunu soruşduqda, bilməmişdir. Ona fiziki təzyiq olmamış, sadəcə olaraq istintaq zamanı ifadə verən zaman ona psixoloji təzyiq göstərilmişdir. Ona dövlət tərəfindən tutulan vəkili qətimkan tədbiri ilə bağlı olan məhkəmə iclasında və polis şöbəsində onu müdafiə etməmişdir. Şöbəyə getdikdə isə vəkil onunla görüşməmiş, heç ona sual belə verməmişdir. Onun barəsində keçirilən narkoloji ekspertiza zamanı onun narkotik vasitə istifadəçisi olduğu çıxmamışdır O, Ağdam rayonunda prokurorla görüş zamanı narkotik vasitənin onun cibinə Ağdam RPŞ-nin rəis müavini tərəfindən qoyulduğunu demişdir. Ölkədə dini baxışa görə insanların tutulduğunu, lakin Ağdam rayonunda bele halın baş vermediyini bildirmişdir. “Ramazan ayı” və “Qurban bayramı” ərəfəsində onlar 20-30 nəfər olaraq yığışıb qurban paylayıb, ehsan vermişlər, lakin onlara bununla bağlı hər hansısa xəbərdarlıq edilməmişdir. Onun dövlətə qarşı hər hansı bir mənfi təsir olacaq fəaliyyəti olmamış və narkotik vasitə ilə əlaqəsi olmamışdır. Onun başqa bir fəaliyyəti olmamış, heç bir islam partiyasının üzvü olmamışvə heç bir ziyarətgahda olmamışdır. Onun hər hansınsa dini təhsili olmamış və Rusiyadan başqa xarici ölkədə də olmamışdır. Rayon ərazisində ehsan verən 20 nəfər təşkilatçılardan yalnız o, cinayət məsuliyyətinə cəlb olunmuşdur. Onlar pul yığaraq qəsəbədə, mağazaların qarşısında və ət mağazlarında ehsan təşkil etmişlər. Qəsəbədə 800 ev olmuş, ehsan üçün gələn şəxslər qəsəbə sakinləri və ehtiyacı olan şəxslər olmuşdur. Onlar təşkil olunan məclislərdə hər hansısa şüar səsləndirməmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra evinə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi üçün konvoy nəfəri kimi getmiş və orada dini kitablardan başqa əlavə nəsə aşkar olunduğunu görməmişdir. Əlavə olaraq Şahid5 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, ona Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulduğu və sonuncunun evinə baxış keçirilməsində iştirak etməli olduğu bildirilmişdir. Evinə baxış zamanı yalnız dini məzmunlu kitablar görmüş, əvvəllər şəxsi tanımamış, həmçinin Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin dövriyyəsində iştirakı barədə hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs evinə baxış həyata keçirilərkən onunla birgə, Şahid2 və Şahid6 də orada olmuş, lakin şəxsin üzərindən narkotik vasitənin aşkar olunması zamanı o orada olmamışdır. Həmçinin hazırda verdiyi ifadəsini təsdiq etmişdir Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxsi əvvəllər tanımamış, polis şöbəsinə getdiyi zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şəxsin saxlanılaraq gətirildiyi və evinə baxış keçirilməsi üçün gedəcəkləri barədə məlumat verilmişdir. Onlar Təqsirləndirilən şəxs evinə getmiş və orada dini kitablardan başqa əlavə nəsə aşkar olunduğunu görməmişdir. Əlavə olaraq Şahid6 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunması zamanı o, iştirak etməmiş, eyni zamanda, aşkar olunmuş narkotik vasitənin miqdarı ona söylənməmişdir. Onlar sadəcə olaraq konvoy nəfəri kimi şəxsin polis və prokurorluq orqanlarına aparılması məqsədilə dəvət edilmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında əməliyyat istintaq qrupunun tərkibində Təqsirləndirilən şəxs saxlanılması məqsədilə Ağdam rayonu, Təzə kənd postuna getmişlər və Təqsirləndirilən şəxs sözügedən ərazidə saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən iki ədəd bükümdə narkotik vasitə hesab olunan heroinə bənzər kütlə çıxararaq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, evdə yalnız dini məzmunlu kitablar olmuş, hər hasnı narkotik və ya psixotrop maddə aşkar olunmamışdır. Aşkar olunmuş dini məzmunli kitablar qablaşdırılaraq götürülmüşdür. Həmçinin aparılan prosesual hərəkətlər onun tərəfindən lentə alınmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid3 Məzahir oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid3 şahid qismində dindirilmiş Şahid4 ilə dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Əlavə olaraq Şahid2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən iki ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş maddəni çalışdığı işğaldan azad olunmuş ərazidən tapdığını bildirmişdir. Şəxsin hər hansı dini fəaliyyətlə məşğul olması barədə məlumatı olmamış və eyni zamanda Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yük maşını idarə etməklə məşğul olmuş və daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Ağdam rayonu ərazisində saxlanılmışdır. Usub Əlieyev saxlanıldıqdan sonra üzərinə keçirilmiş şəxsi axtarış üzərində narkotik vasitə olması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində iştirak etmiş və Usubun evindən hər hansısa qanunsuz əşya və yaxud predmet aşkar olunmamışdır. X14 üzərindən narkotik vasitə aşkar olunması barədə məlumat verilmiş, lakin Təqsirləndirilən şəxs üzərinə baxışı o həyata keçirməmişdir. Əlavə olaraq Şahid4 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanmasında iştirak edib-etməməsini xatırlamamış, lakin evinə baxış zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı olan əməliyyat məlumatı ona daxil olmamış, eyni zamanda Təqsirləndirilən şəxs dini baxışı ilə bağlı məlumatı da olmamışdır. Həmçinin Təqsirləndirilən şəxslə heç bir qohumluq və yaxud düşmənçilik münasibətləri olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən Daxili İşlər orqanlarında, 2022-ci ildən isə tutduğu vəzifədə xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə ona Ağdam rayonu, Tərneft kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlamasında və alqı-satqısında şübhəli olması barədə məlumat daxil olmuşdur. Ona görə də, tərəfindən xx.xx.2023-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Ağdam RPŞ-nin rəisi tərəfindən təsdiqlənmiş, dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs Ağdam rayon Təzəkənd kəndində olan zaman tərəflərindən saxlanılmış və Ağdam RPŞ-yə gətirilmişdir. Burada Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə İstintaq bölməsinin rəisi, polis mayoru Sadiq Alıyev tərəfindən şübhəli şəxs qismində tutuldu, hüquq və vəzifələri izah edilmiş, bundan sonra, onun, Bərdə RPŞ-nin digər əməkdaşları CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Ağdam RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı Şahid2, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. İB-nin rəisi, X16 Əliyevə hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sol yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik maddə olan heroini təqdim etmiş, həmin bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş və qabılaşdırılaraq götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş və onlar həmin protokola imza etmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Ağdam rayonu Kəngərli kəndi ərazisində yerdən tapdığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanmasında və alqı-satqısında şübhəlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Təzəkənd kəndində şübhəli şəxs kimi saxlanılmış və Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli Qərar və Protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs olaraq tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs üzərinə Şəxsi axtarış və götürmə haqqında Protokoldan görünür ki, üzərindən 2 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 5,6 qram və 4,7 qram olmaqla ümumi çəkisi 10,28 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-yə baxış keçirilmiş, narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 16/1112 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində "xx.xx.2023-cü il tarixdə Ağdam RPŞ-də xidməti otaqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər toz maddə” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,367 qram, 4,561 qram, ümumi təmiz çəkisi 9,928 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindirlər, kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (1-ci siyahı) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi - 9,928 qram, tədqiqata sərf edildi - 0,2 qram(hər birindən 0,1 qram), qalıq - 9,728 qram. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qərardan görünür ki, 25 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Ağdam rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 oktyabr 2023-cü il tarixindən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qərardan görünür ki, 25 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və evinə baxış keçirilməsi barəsində əməliyyat-axtarış tədbirinin qanuni olması barədə Ağdam rayon Məhkəməsi tərəfindən 5 (013)-95/2023 nömrəli qərar qəbul olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 noyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs məxsus telefon nömrəsindən məlumatların götürülməsi barədə Ağdam rayon Məhkəməsi tərəfindən 5-(013)-100/2023 nömrəli qərar qəbul olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli Diskə baxış keçirilməsi haqqında Protokola əsasən "xxxx" MMC-dən Ağdam Rayon Polis Şöbəsinə daxil olmuş 01 ədəd CD-R diskə “HP” markalı xidməti kompüterdə baxış keçirilərkən həmin diskin içərisində “9735-xx.xx.2023” adlı “zip" uzantılı 1 (bir) ədəd fayl olduğu aşkar edilmişdir. Antena.xls faylından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus +**********51 saylı mobil nömrə xx.xx.2024-cü il tarixdə "Mobil Rbs_BKT İnshaat, Agdam – Bərdə yolu, Ağdam r-nu, Quzanli, Agdam ray. Qarakənd kəndi, Agdam r-nu, İmamqulubeyli kendi, Agdam rayonu, Birinci Dordyol qes., Terter r-nu Huseyinli" adlı anten ötürücülərindən istifadə edilmişdir. ("Mobil Rbs_BKT inshaat, Agdam-Berde yolu adlı anten ötürücüsü Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində yerləşir.) Həmçinin Antena.xls faylından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus +**********51 saylı mobil nömrə 24 10.2024-cü il tarixdə saat 09:36:00 saniyədə "Mobil Rbs_BKT inshaat, Agdam-Berde yolu" adlı anten ötürücüsündən istifadə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 31 oktyabr 2023-cü il tarixli 1793 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞnin Gəncə regional şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 684 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayraq o, cinayət hadisəsi törədərkən öz hərəkərlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəliklər keçirməmişdir. Onda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ağdam Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 814 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloiji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1847 nömrəli məhkəmə-linqvistik və dinşünaslıq eskpertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş kitablar və materialda cinayət əlamətini özündə əks etdirən, dini nifrət və düşmənçilik də daxil olmaqla heç bir neqativ məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyi “X19 Dispanseri”-dən xx.xx.2023-cü il tarixli, 339 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X19 Dispanserində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs himayəsində 03 azyaşlı övladı var. AZ İİİ №686397 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il təvəllüdlü X7, AZ İV №686397 nömrəli doğum haqqında şəhadətnaməyə xx.xx.2020-ci il təvəllüdlü X9, AZ İV №301603 nömrəli doğum haqqında şəhadətnaməyə xx.xx.2019-cu il təvəllüdlü X10 olmaları qeyd olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs, məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması, onun dini baxışları və rayon ərazisində “Ramazan ayı”, eyni zamanda “Qurban Bayramı” zamanı ehsanlar verməsi ilə əlaqədar saxlanması və ondan aşkar olunan narkotik vasitə olan heroinin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, üzərinə keçirilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 2022-ci ilin dekabr ayından etibarən "xxxx" MMC-də sürücü işləyir, işi ilə əlaqədar olaraq müxtəlif vaxtlarda Ağdam rayonunun işğaldan azad olunmuş yerlərində olur. 21 oktyabr 2023-cü il tarixdə işğaldan azad edilmiş Ağdam rayon Kəngərli kəndi ərazisində işləyərkən yolun kənarında iki ədəd şəffaf rəngli bükülü görmüş, o, həmin bükümlərin narkotik vasitə olmasını düşünüb üzərində götürmüş, 24 oktyabr 2023-cü il tarixdə isə Ağdam rayon Təzəkənd kəndi ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq rayon polis şöbəsinə dəvət etmişlər, rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və üzərində olan şalvarın sol yan cibindən 2 ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. Bundan sonra həmin vasitələr elektron tərəzi vasitəsilə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin ifadəsində həmin narkotik maddəni 2023-ci ilin oktyabr ayının 21-də Ağdam rayonu Kəngərli kəndi ərazisində tapdığını, həmin vaxt yanında heç kim olmadığını, həmin yeri əyani qaydada göstərə biləcəyini, həmin bükümlərdə olan kütlənin narkotik maddə olmasını sadəcə təxmin etdiyini, daha öncə həmin maddəni çəkmədiyini, ancaq polis şöbəsində çəkilərkən 2(iki) ədəd şəffaf sellofan bükülülər elektron tərəzi vasitəsilə ölçülərkən ayır-ayrılıqda çəkilərinin bükülü ilə birlikdə 4.70 qram və 5.60 qram olması müəyyən edildiyini, Məhkəmə Ekspertiza X5 Bölməsinin xx.xx.2023-cü il tarixli 16/1112 nömrəli rəyi ilə tanış olduğunu, həmin rəydə göstərilənlərlə razı olduğunu, belə ki, üzərindən aşkar olunaraq götürülmüş 2(iki) ədəd şəffaf sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi 5.367 qram və 4.561 qram olmaqla ümumi təmiz çəkisi 9.928 qram olan kütlənin kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin olması ilə əlaqədar rəydə göstərilənlərlə razı olduğunu, üzərindən aşkar olunaraq götürülmüş 2(iki) ədəd şəffaf sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi 5.367 qram və 4.561 qram olmaqla ümumi təmiz çəkisi 9.928 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini özü istifadə etmək üçün üzərində gəzdirdiyini, həmin narkotik maddəni istifadə etmək niyyəti olsa da, uyğun bir yer tapa bilmədiyindən istifadə etmədiyini, heç kimə narkotik maddə satmadığını, əvvəllər narkotik maddə istifadə etmədiyini, sadəcə həmin bükümləri tapdıqdan sonra narkotik maddə istifadə etmək istədiyini, yaşadığı evdə və həmin evin həyətyanı sahəsində, ümumiyyətlə heç bir yerdə narkotik maddə saxlamadığını, üzərində aşkar edilib götürüləndən başqa onun hər hansı bir narkotik maddəsi olmadığını, əməlini etiraf etməyində heç bir təzyiq olmadığını, əməlini könüllü olaraq etiraf etdiyini, törətdiyi əməlin cinayət xarakterli olduğunu bildiyini və törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə Şəxsi axtarış və götürmə haqqında Protokoldan görünür ki, üzərindən 02 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 5,6 qram və 4,7 qram olmaqla ümumi çəkisi 10,28 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin protokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, saxladığı ümümi təmiz çəkisi 9,928 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan miqdarda heroini satış məqsədilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşlarının ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və ya satış məqsədilə saxlaması barədə heç bir məlumat əldə edilmədiyini bildirmişlər. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut mövcud deyildir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə olan heoini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenum qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin və ya psixotrop maddənin çəkisinin külli miqdarda olmasını ehtimal edib, narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmənin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha vurğulayır ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən narkotik vasitə olan heroini satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur; xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qramdır, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan 24 oktyabr 2023-cü il tarixli 16/1112 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 9,928 qram olmaqla külli miqdar təşkil edir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç az yaşlı övladlarıının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş qərara əsasən, 25 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Ağdam rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 oktyabr 2023-cü il tarixindən hesablanmışdır. Qanunun tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, maddi sübut olan və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 9,928 qram narkotik vasitə olan heroin Ağdam RPŞ-nin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 03 (üç) ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Ağdam Rayon Polis Şöbəsində saxlanma anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 9,928 qram narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 03 (üç) ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiya” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 27 (iyirmi yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına müdafiəçi üçün 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul köçürülməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 230 (iki yüz otuz) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Ağdam Rayon Polis Şöbəsinin saxlanma anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 9,928 qram narkotik vasitə olan heroin məhv edilsin və Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 03 (üç) ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfləri – 230 (iki yüz otuz) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 27 (iyirmi yeddi) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2 işlədiyi Gəncə Regional vəkil Bürosunun hesabına 297 (iki yüz doxsa yeddi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar