Məhkəmə qərarları › İş №1(100)-156/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-156/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-156/2020 23.09.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1974-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, işləməyən, Şəmkir rayonu,Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2050 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda əldə edib üstündə daşımaqla Şəmkir rayonu Təzəkənd kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində hamam kimi istifadə olunan tikilidəki odun sobasının içərisində gizlədərək saxlamış, eləcə də, 2019-cu ilin mart ayının sonunda qanunsuz olaraq tərkibində narkotik maddələr olan narkotik təbiətli 142 ədəd çətənə (kannabis) bitkilərini Şəmkir rayonunun Təzəkənd kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkib onlara aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin və Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saat 13.50-də keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumilikdə 142 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannvabis) bitkiləri, həyətyanı sahəsində hamam kimi istifadə olunan tikilidəki odun peçinin içərisindən isə bir ədəd polietilen torbada olan iki ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 2050 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs göstərmişdir ki, 2018-ci ilin oktyabr ayında yaşadığı kənddə əkin üçün nəzərdə tutulan pay torpağına gedərkən yolun kənarında su arxının yanında yabanı çətənə kollarının bitdiyini görmüş, həmin bitkilərdən bir neçəsinin yarpaqları yığılmış vəziyyətdə olmuş, həmin vaxt bitkinin toxumunu götürmək qərarına gəlmiş, spirtli içki qəbul etdikdə səhhətində ciddi problemlər olduğu üçün sakitləşmək məqsədi ilə narkotik vasitə olan marixuanadan istifadə etmiş, lakin maddi vəziyyəti yaxşı olmadığı üçün hər dəfə marixuanaya pul verib ala bilməmiş, ona görə də həmin toxumları götürüb yaşadığı evin həyətində əkərək marixuana əldə etmək qərarına gəlmişdir. O, bir neçə toxum götürmüş və özü ilə yaşadığı evə gətirmiş, gətirdiyi toxumaları evdə heç kimin bilmədiyi bir yerdə gizlədib saxlamış və yaz qabağı həmin toxumları əkməyi fikirləşmişdir. 2019-cu ilin mart ayının sonlarında o, ailə üzvlərindən xəbərsiz həmin toxumları yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində bir neçə müxtəlif yerlərə əkmiş, sonradan çətənə kolları çıxmağa başladıqda o, kollara qulluq edərək diblərini şumlayıb alaqdan təmizləmiş, vaxtında su vermişdir. 14 iyul 2019-cu il tarixə kimi olan müddət ərzində əkib becərmiş olduğu çətənə kolları 30-50 santimetr hündürlükdə böyümüş, bir azda onlara qulluq etməyi, sonra isə yığıb yapraqlarından qurudulmuş marixuana hazırlamağı fikirləşmişdir. 14 iyul 2019-cu il tarixdə saat 13 radələrində yaşadığı fərdi yaşayış evinin küçə qapısının döyüldüyünü eşitmiş, qapıya yaxınlaşaraq qapını açmış və qapının qarşısında bir neçə mülki geyimli şəxsin olduğunu görmüş, həmin şəxslər xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və onun qanunsz əməlləri haqqında məlumat daxil olduğunu bildirmişlər. O da polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət etmiş, yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik xassəli çətənə bitkiləri əkib becərdiyini səmimi olaraq etiraf etmiş, həmin zaman təşvişə düşdüyü üçün öz hərəkətlərini idarə etmək iqtidarında olmamış, istifadə etdiyi mobil telefonu yaşadığı evdən gətirmək bəhanəsilə yaşadığı evə girmiş və evin arxa pəncərəsindən çıxaraq qaçmağa başlamış, o, yaşadığı evin yaxınlığında yerləşən bağçanın qarşısı ilə qacaraq və çayı keçərək oradan bir qədər uzaqlaşmış, növbət gün o, arxa tərəfdən yaşadığı evə girmiş, bir neçə gün gizlənsə də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən göndərilmiş məktubda barəsində cinayət işinin başlanıldığını gördüyü üçün yekunda könüllü olaraq gebib istintaqa təslim olmaq qərarına gəlmişdir. Bu səbəbdən də 10 avqust 2019-cu il tarixdə Bakı şəhərinə gələrək məktubda qeyd olunan mobil telefon nömrəsi ilə əlaqə saxlamış, müstəntiqə özünü təqdim edərək artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının qarşısında olduğunu bildirmiş, yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində üzüm tənəklərinin arasında təxminən eni 1,2 metr, uzunluğu isə 1,5 metr olan torpaqda, bundan başqa həyatyanı sahədə təxminən eni 1,5 metr, uzunluğu isə 1,5 metr olan torpaqda və ən nəhayət həyətyanı sahədə olan akasiya kollarının arasında isə təxminən eni 0,8 metr, uzunluğu isə 1 metr olan torpaqda və həyətyanı sahədə bağa tərəf gedən cığırın yanında narkotik təbiətli bitkilər əkmiş, həmin bitkiləri gələcəkdə istifadə etmək məqsədi ilə əkmiş, həyətyanı sahəsində əkdiyi narkotik tərkibli bitkilərdən ailə üzvlərinin xəbəri olmamış, onlar həmin bitkiləri orada görsələr də onun nə bitkisi olmasının mahiyyətini bilməmişdir. Heç bir zaman narkotik vasitələrin alıqı satqısı ilə məşğul olmamış, kənar şəxslərdən narkotik vasitə qurudulmuş marixanana əldə edilməsinin cinayət olmasını və hər an buna görə tutulma biləcəyindən ehtiyat etmiş, ona görə də yaşadığı evin həyatyanı torpaq sahəsində narkotik təbiətli çətənə kollarını əkmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, həyətində əkmiş olduğu narkotik təbiətli bitkilər küllü miqdar təşkil etsə də, onun evindən aşkar edilmiş narkotik vasitə ilə bağlı satış məqsədi olmamış, Şəmkir rayonunun Təzəkənd kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində hamam kimi istifadə olunan tikilidəki odun sobasının içərisindən aşkar olunun təmiz çəkisi 2050 qram olan tərkibində narkotik maddə - çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadan xəbəri olmamış, həmin narkotik vasitənin oraya necə qoyulduğundan məlumatsız olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri haqqında məlumat daxil olmuş, həmin məlumatla bağlı 14 iyul 2019-cu il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanmış, həmin tarixdə onlar Şəmkir rayonu Təzəkənd kəndinə, getmiş, saat 13.50-də Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər, Təqsirləndirilən şəxs onları qarşılamış, onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək onun narkotik vasitələrin əkilməsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmişlər, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, lakin sonra telefonla danışmaq bəhanəsi ilə evə daxil olaraq oradan da qaçıb getmişdir, onlar da Təqsirləndirilən şəxs arvadı X6 iştirakı ilə və videoçəkilişdən istifadə etməklə baxış keçirməyə başlayaraq, evin həyətyanı sahəsindən ümumilikdə 142 ədəd çətənə kolları aşkar etmişlər, baxışın keçirilməsində iştirak etmiş mütəxəssis-aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Sonra baxış zamanı həyətyanı sahədə olan tikilidəki odun peçin içərisindən isə bir ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüş, həm çətənə kolları, həm də narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq möhürlənmişdir. Şifahi sual-cavab zamanı Esmira Cəfərova həyətdən aşkar edilmiş çətənə kollarından və qurudulmuş marixuanadan xəbərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 və Şahid1 da Şahid2la eyni məzmunlu ifadələr verərək işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahidlər Şahid4 və Şahid3 Azad oğlunun ibtidai istintaq orqanına verdikləri ifadələri elan edilmiş, Şahid4 və Şahid3 Azad oğlu ibtidai istintaq orqanına oxşar məzmunlu ifadələr verməklə Şahid2 ifadəsində işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daxili İşlər Nazirliyinin BNMİ-nin QBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid1 tərəfindən verilmiş raportdan görünür ki, Daxili İşlər Nazirliyi-in BNMİ-nin Qərb bölgəsində regional şöbəsinə Şəmkir rayonunun Təzəkənd kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə marixuana əldə edib qəbul etməsi və satışı məqsədi ilə çətənə bitkiləri əkib-becərməsi barədə Daxili İşlər Nazirliyinin BNMİ-nin QBRŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində həmin şəxsin, xx.xx.1974-cü ildə Şəmkir rayonu Təzəkənd kəndində anadan olmuş, Şəmkir rayonu Təzəkənd kəndində daimi qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 iyul 2019-cu il tarixli “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitə marixuanın əldə edilməsi, qəbulu, satışı və narkotik xassəli çətənə bitkilərinin əkilib-becərməsində şübhəli olan xx.xx.1974-cü ildə Şəmkir rayonu Təzəkənd kəndində anadan olmuş, Şəmkir rayonu Təzəkənd kəndində daimi qeydiyyatda olan yaşayan, əvvələr məhkum olunmamış Təqsirləndirilən şəxs faktiki yaşadığı Şəmkir rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə, həmin evin həyətyani torpaq sahəsinə və digər qapalı tikililərə baxış əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə, şöbənin rəisi, polis polkovniki X7, baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, əməliyyat müvəkkili polis baş leytenantı Şahid5, operator polis nəfəri, polis baş serjantı Şahid4, sürücü polis nəfərləri, polis baş serjantı Şahid3, polis baş serjantı X5 və Şəmkir RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat-axtrış qrupu yaradılmışdır Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 iyul 2019-cu il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, həmin tarixdə həyata keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxsn Şəmkir rayonunun Təzəkənd kəndində yaşadığı evin həyətyanı sahəsindən külli miqdarda 142 ədəd çətənə kolları və külli miqdarda 2050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 iyul 2019-cu il tarixli Alim aqronom X11 tərəfindən verilmiş rəydən görünür ki, Şəmkir rayonu Təzəkənd kəndində daimi qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Təzəkənd kəndində yerləşən baxış keçirilən fərdi yaşayış evinin həyətyani torpaq sahəsinin ayrı-ayrı yerlərindən əkilmiş vəziyyətdə aşkar olunan hündürlüyü təxminən 40- 50 santimetrədək olan 45(qırx beş) ədəd, 86(səksən altı) ədəd və 11(on bir) ədəd tünd yaşıl rəngli və saçaqlı yarpaqları olan, kəskin iyli bitki kolları narkotik xassəli çətənə bitkiləridir və onlara aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 iyul 2019-cu il tarixli Daxili İşlər Nazirliyi BNMİ-nin QBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən verilmiş raportdan görünür ki, 14 iyul 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin BNMİ-nin QBRŞ-nin və Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.1974-cü Şəmkir rayonu Təzəkənd kəndində anadan olmuş, Şəmkir rayonu Təzəkənd kəndində daimi qeydiyyatda olan və yaşayan əvvələr məhkum olunmamış Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Təzəkənd kəndinə yerləşən fərdi yaşayış evinin həyətyani torpaq sahəsinə baxış keçirilərkən, həyətyani sahədə üç müxtəlif yerlərdən torpaqda əkilmiş vəziyyətdə olan kannabis bitkisinə xas tünd yaşıl yarpaqlı, kəskin iyli, torpaqdan hündürlüyü təxminən 40-50 santimetrədək olan 45(qırx beş) ədəd, 86(səksən altı) ədəd və 11( on bir) ədəd narkotik xassəli çətənə bitkilərinə bənzər bitkilər aşkar olunmuş və ayrıayrılıqda ağ rəngli polietilen kisələrə qablaşdırılaraq götürülmüşdür, eləcə də həmin vaxt baxış davam etdirilərkən həyətyani sahədə bağa tərəf gedən cığırın yanında, hamam kimi istifadə olunan tikilinin içərisində qoyulmuş odun peçinin içərisindən bir ədəd polietilen bağlamada, içərisində digər iki ədəd bir-birinin içərisində olan polietilen torbada yaşıl rəngli, kəskin iyli, narkotik vasitə marixuanaya bənzər bitki kütləsi aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-bioloji ekspertizasının “Bitki mənşəli maddələrin tədqiqi” 14 iyul 2019-cu il tarixli 400 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində hamam kimi istifadə olunan metal məftillərdən inşa edilərək üzərinə polietilen örtük çəkilmiş otaqdakı odun peçinin içərisindən aşkar edilmiş” sözlər və imzalar yazılmış polietilen torbadakı iki ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 2050 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyan torpaq sahəsində akasiya kollarının yanında əkib-becərdiyi” yazılar və imzalar olan sintetik kisədəki ümumi sayı 11 ədəd, ümumi təmiz çəkisi 5 qram bitki nümunaləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində üzüm tənəklərinin arasında əkilmiş vəziyyətdə aşkar olunmuş” yazılar və imzalar olan sintetik kisədəki ümumi sayı 45 ədəd, ümumi təmiz çəkisi 610 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkib-becərdiyi” yazılar və imzalar olan sintetik kisədə ümumi sayı 8 ədəd ümumi təmiz çəkisi 415 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Təqdim olunmuş həmin çətənə (kannabis) bitkilərinin ümumi sayı 142 ədəd, ümumi təmiz çəkisi 1090 qramdır. Tədqiqata təqdim olunmuş bir ədəd polietilen torbada olan marixuana ilə üç ədəd sintetik kisələrdə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Marixuananın təmiz çəkisi 2050 qram olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyul 2019-cu il tarixli 5(076)-97/2016 saylı Şəmkir Rayon Məhkəməsinin qərarından görünür ki, 14 iyul 2019-cu il tarixdə qanunsuz olaraq narkotik vasitə marixuanın əldə edilməsi, qəbulu, satışı və narkotik xassəli çətənə bitkilərinn əkilib-becərilməsində şübhəli olan Təqsirləndirilən şəxs faktiki yaşadığı Şəmkir rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə, həmin evin həyətyanı torpaq sahəsinə və digər qapalı tikililərə baxış keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili polis polkovnik leytenantı Şahid1 14 iyul 2019-cu il tarxili qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 avqust 2019-cu il tarixli “Könüllü gəlmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2019-cu il tarixdə könüllü olaraq cinayət prosesini həyata keçirən orqana gələrək təslim olmaqını istədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 avqust 2019-cu il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 avqust 2019-cu il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur və ona həmin maddələrlə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 avqust 2019-cu il tarixli 4(005)-731/2019 saylı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanılma müddəti 03 (üç) ay 05 (beş) gün həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli 10 avqust 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 avqust 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 avqust 2019-cu il tarixli 322 saylı Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Saleh Mahmudov tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi arvadı-X2, oğlu-X8, qızı- X3 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Təzəkənd kənd İnzibati Ərazi Dairəsinin nümayəndəsi S.T. Məmmədov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Cəfərov X4 İnzibati Ərazi Dairəsinin ərazisində yaşadığı dövr ərzində öz səmimiyyəti ilə bütün kənd sakinləri arasında dərin hörmət və rəğbət qazanmışdır. Xeyir və şər işlərində bir kənd sakini kimi iştirak etmişdir. Kənd arasında özünü işgüzar ailəqayğısı ilə yaşayan bir kənd sakini kimi təqdim etmişdir. Şəmkir rayon İcra Hakimiyyətinin Təzəkənd kənd İnzibati Ərazi Dairəsinə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 noyabr 2019-cu il tarixli 4(005)-1043/2019 saylı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 3(üç)ay yəni 15 fevral 2002-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 noyabr 2019-cu il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun istifadəsində olmuş mobil nömrəyə daxil olan və çıxan zənglərlə bağlı “xxxx” MMC-dən 22 noyabr 2019-cu il tarixli məktubla daxil olmuş bir ədəd diskə baxış keçirilmişdir və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 dekabr 2019-cu il tarixli 2846 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Repsublika Narkoloji Mərkəzi Ambulator X1 ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 fevral 2020-ci il tarixli 4(005)-168/2020 saylı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03(üç) ay, yəni 15 may 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 aprel 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 1. Təqsirləndirilən şəxs 10 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihama və əlavə və dəyişikliklərin edilməsi zərurəti yarandığından ona həmin maddələrlə yenidən ittiham elan olunmasına, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar edilmiş külli miqdarda 2050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrıca icraata ayrılmasına, cinayət işinin ayrılmasına, için gələcək istiqaməti barədə təqsiləndirilən şəxs və onun müdafiəçisinin məlumatlandırılmasına,. Təqsirləndirilən şəxs yaşadığı evin həyəttanı sahəsindən aşkar edilmiş 142 ədəd çətənə kolları, bir ədəd polietilen torbada 2050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 2049,9 qram qalığı, eləcə də əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair videoçəkilişin əks olunduğu bir ədəd diskin maddi sübüt hesab edilməsinə, çətənə bitkiləri və narkotik vasitə qurudulmuş marixuana Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerində, bir ədəd diskin isə cinayət işinin materialarında saxlanılmasına, X6 barəsində cinayət təqibininin başlanması rədd edilməsinə, dair qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə onun evindən aşkar edilmiş narkotik vasitə ilə bağlı satış məqsədinin olmamasına, Şəmkir rayonunun Təzəkənd kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində hamam kimi istifadə olunan tikilidəki odun sobasının içərisindən aşkar olunun təmiz çəkisi 2050 qram olan tərkibində narkotik maddə - çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadan xəbərinin olmamasına, həmin narkotik vasitənin oraya necə qoyulduğundan məlumatsız olduğuna dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»in Siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur və həmin bitkilərin 15 ədədindən yuxarı sayda kultivasiya edilməsi küllü miqdar hesab edilir. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.4.3-və 237.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, könüllü olaraq cinayət prosesini həyata keçirən orqana gələrək təslim olması, himayəsində azyaşlı uşaqın olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal (şəxsin könüllü gəlib təqsirini boynuna alması) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmalı və bu yola təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 04 dekabr 2019cu il tarixli 2846 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də təqsirləndirilən şəxs oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 10.08.2019-cu il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan 142 ədəd çətənə kolları, bir ədəd polietilen torbada 2050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertizası tədqiqatından sonra qalıq qalmış 2049,9 qram qalığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılır, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair videoçəkilişin əks olunduğu bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 142 ədəd çətənə kolları, bir ədəd polietilen torbada 2050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertizası tədqiqatından sonra qalıq qalmış 2049,9 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair videoçəkilişin əks olunduğu bir ədəd disk isə cinayət işinin materiallarına saxlanılmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPMnin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 avqust 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 142 ədəd çətənə kolları, bir ədəd polietilen torbada 2050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertizası tədqiqatından sonra qalıq qalmış 2049,9 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair videoçəkilişin əks olunduğu bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsiləGəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Elmin Rüstəmov

2. Faiq Mahmudov

3. Xəqani Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar