Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-156/2021 07.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X4, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, xx xxxx 2000-ci ildə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 2003-cü ildə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Şəmkir rayonu, Zəyəm- Cırdaxan kəndində daimi pasport qeydiyyatında olan və Şəmkir şəhəri, A.Şaiq küçəsi ev 9 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxx 1996-cı ildə Gədəbəy rayonu, Səbətkeçməz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Səbətkeçməz kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx xxxxxx 1999-cu ildə Şəmkir rayonu, Sarıtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1, o, xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Tovuz rayonu Düz Cırdaxan kəndində, Zərərçəkmiş şəxs1, evlənmək məqsədilə oğurlamaq üçün qardaşı Təqsirləndirilən şəxs2 və tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun özünə məxsus olmaqla idarə etdiyi VAZ-21074 markalı, **-DT-*** dövlət nömrə nişanlı avtomobillə Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisində yerləşən “Tovuz” tibb mərkəzinin qarşısına gələrək orada gözləmə mövqeyində duraraq, bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə tibb mərkəzinə gələn Zərərçəkmiş şəxs1 müqavimətini qırmaq məqsədi ilə o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 birlikdə Zərərçəkmiş şəxs1 qollarından, belindən və başından tutub çəkərək avtomobilə tərəf sürüyərkən, Təqsirləndirilən şəxs3 onlara müqavimət göstərən Zərərçəkmiş şəxs1 başını aşağı əyərək nəfəs almasını çətinləşdirməklə müqavimətini sındırmış, həmin vaxtı Təqsirləndirilən şəxs2, bacısını onların əlindən azad etməyə çalışan Zərərçəkmiş şəxs2 belindən tutub saxlamaqla digərlərinin Zərərçəkmiş şəxs1 rahat şəkildə oğurlamasına şərait yaratmış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, Zərərçəkmiş şəxs1 zorla avtomobilin arxa oturacağında əyləşdirib qollarından tutub saxlamaqla ona sol əl nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib avtomobildən düşməsinə imkan verməmiş, o, avtomobilin mühərrikini işə salıb idarə edərkən Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 əlindən çıxıb avtomobilin qapısını açıb Zərərçəkmiş şəxs1 azad etmək istəyərkən avtomobilin hərəkətə gətirilməsi nəticəsində yıxılaraq sol diz oynağı nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti almış, Təqsirləndirilən şəxs2 avtomobilə əyləşmək imkanı olmaması səbəbindən hadisə yerində qalmış, o, avtomobili idarə edərək Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3la birgə Şəmkir rayonu istiqamətində aparmış, Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq Şəmkir rayonu istiqamətində aparmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurlamışdır. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Tovuz rayonu Düz Cırdaxan kəndində, Zərərçəkmiş şəxs1, qardaşı Təqsirləndirilən şəxs1 evlənmək məqsədilə oğurlamaq üçün qardaşı Təqsirləndirilən şəxs1 və tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun özünə məxsus olmaqla idarə etdiyi VAZ-21074 markalı, **-DT-*** dövlət nömrə nişanlı avtomobillə Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisində yerləşən “Tovuz” tibb mərkəzinin qarşısına gələrək orada gözləmə mövqeyində durduqdan sonra, bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə tibb mərkəzinə gələn Zərərçəkmiş şəxs1 müqavimətini sındırmaq məqsədi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 birlikdə Zərərçəkmiş şəxs1 qollarından, belindən və başından tutub çəkərək avtomobilə tərəf sürüyərkən, Təqsirləndirilən şəxs3 onlara müqavimət göstərən Zərərçəkmiş şəxs1 başını aşağı əyərək nəfəs almasını çətinləşdirməklə müqavimətini sındırmış, həmin vaxtı o, bacısını azad etməyə çalışan Zərərçəkmiş şəxs2 belindən tutub saxlamaqla digərlərinin Zərərçəkmiş şəxs1 rahat şəkildə oğurlamasına şərait yaratmış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, Zərərçəkmiş şəxs1 zorla avtomobilin arxa oturacağında əyləşdirib qollarından tutub saxlamaqla ona sol əl nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarəti yetirib avtomobildən düşməsinə imkan verməmiş, Təqsirləndirilən şəxs1 avtomobilin mühərrikini işə salıb idarə edərkən Zərərçəkmiş şəxs2 onun əlindən çıxıb avtomobilini qapısını açıb Zərərçəkmiş şəxs1 azad etmək istəyərkən avtomobilin hərəkətə gətirilməsi nəticəsində yıxılaraq sol diz oynağı nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti almış, o, avtomobilə əyləşmək imkanı olmaması səbəbindən hadisə yerində qalmış, avtomobili idarə edən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə birlikdə Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq Şəmkir rayonu istiqamətində aparmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurlamışdır. Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Tovuz rayonu Düz Cırdaxan kəndində, Zərərçəkmiş şəxs1, tanışı Təqsirləndirilən şəxs1 tərfindən evlənmək məqsədilə oğurlamaq üçün, sonuncu və digər tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özünə məxsus olmaqla idarə etdiyi VAZ-21074 markalı, **-DT-*** dövlət nömrə nişanlı avtomobillə Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisində yerləşən “Tovuz” tibb mərkəzinin qarşısına gələrək orada gözləmə mövqeyində durduqdan sonra, bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə tibb mərkəzinə gələn Zərərçəkmiş şəxs1 müqavimətini qırmaq məqsədi ilə Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 qollarından, belindən və başından tutub çəkərək avtomobilə tərəf sürüyərkən, o, onlara müqavimət göstərən Zərərçəkmiş şəxs1 başını aşağı əyərək nəfəs almasını çətinləşdirməklə müqavimətini sındırmış, həmin vaxtı Təqsirləndirilən şəxs2, bacısını azad etməyə çalışan Zərərçəkmiş şəxs2 belindən tutub saxlamaqla digərlərinin Zərərçəkmiş şəxs1 rahat şəkildə oğurlamasına şərait yaratmış, o, Təqsirləndirilən şəxs4la birlikdə Zərərçəkmiş şəxs1 zorla avtomobilin arxa oturacağında əyləşdirib qollarından tutub saxlamaqla ona sol əl nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarəti yetirib avtomobildən düşməsinə imkan verməmiş, Təqsirləndirilən şəxs1 avtomobilin mühərrikini işə salıb idarə edərkən Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 əlindən çıxıb avtomobilini qapısını açıb Zərərçəkmiş şəxs1 azad etmək istəyərkən avtomobilin hərəkətə gətirilməsi nəticəsində yıxılaraq sol diz oynağı nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti almış, Təqsirləndirilən şəxs2 avtomobilə əyləşmək imkanı olmaması səbəbindən hadisə yerində qalmış, Təqsirləndirilən şəxs1 avtomobili idarə edərək onunla və digər tanışı Təqsirləndirilən şəxs4la birlikdə Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq Şəmkir rayonu istiqamətində aparmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurlamışdır. Təqsirləndirilən şəxs4 xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Tovuz rayonu Düz Cırdaxan kəndində, Zərərçəkmiş şəxs1, tanışı Təqsirləndirilən şəxs1 tərəfindən evlənmək məqsədilə oğurlamaq üçün sonuncu və digər tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun özünə məxsus olmaqla idarə etdiyi VAZ-21074 markalı, **-DT-*** dövlət nömrə nişanlı avtomobillə Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisində yerləşən “Tovuz” tibb mərkəzinin qarşısına gələrək orada gözləmə mövqeyində durduqdan sonra, bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə tibb mərkəzinə gələn Zərərçəkmiş şəxs1 müqavimətini qırmaq məqsədi ilə o, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs1 qollarından, belindən və başından tutub çəkib avtomobilə tərəf sürüyərkən, Təqsirləndirilən şəxs3 onlara müqavimət göstərən Zərərçəkmiş şəxs1 başını aşağı əyərək nəfəs almasını çətinləşdirməklə müqavimətini sındırmış, həmin vaxtı Təqsirləndirilən şəxs2 bacısını onların əlindən azad etməyə çalışan Zərərçəkmiş şəxs2 belindən tutub saxlamaqla digərlərinin Zərərçəkmiş şəxs1 rahat şəkildə oğurlamasına şərait yaratmış, o, Təqsirləndirilən şəxs3la birgə Zərərçəkmiş şəxs1 zorla avtomobilin arxa oturacağında əyləşdirib qollarından tutub saxlamaqla ona, sol əl nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib avtomobildən düşməsinə imkan verməmiş, Təqsirləndirilən şəxs1 avtomobilin mühərrikini işə salıb idarə edərkən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 əlindən çıxaraq avtomobilin qapısını açıb Zərərçəkmiş şəxs1 azad etmək istəyərkən avtomobilin hərəkətə gətirilməsi nəticəsində yıxılaraq sol diz oynağı nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti almış, Təqsirləndirilən şəxs2 avtomobilə əyləşmək imkanı olmaması səbəbindən hadisə yerində qalmış, onunla avtomobili idarə edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə birlikdə Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq Şəmkir rayonu istiqamətində aparmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir şəhəri, A.Şaiq küçəsi ev 9 ünvanda qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. O, ostomolit xəstəliyindən əziyyət çəkir, ikinci qrup əlil olmaqla, aylıq pensiya alır. O, radiotexnik ustası yanında köməkçi işləyir. Zərərçəkmiş şəxs1 və bacısı Zərərçəkmiş şəxs2 tanıyır. Onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, Zərərçəkmiş şəxs1 Tovuz şəhərində yerləşən “Farm-Qafur” kimi tanınan “Tovuz-tibb” mərkəzində stasionar mualicə aldığı vaxtdan tanıyır. Belə ki, həmin xəstəxanada ayağında olan xəstəliyə görə müalicə alarkən həmin mərkəzdə tibb bacısı işləyən Zərərçəkmiş şəxs1 ona qulluq etmiş və elə həmin vaxtdan o, Ayişəni sevmişdir. Bir müddət sonra Ayişə ona əzbərə bilmədiyi mobil nömrəsini vermiş, o, da öz nömrəsini Ayişəyə vermiş, mütəmadi olaraq mobil telefonda danışmağa başlamışlar. Ayişə onunla çox səmimi və mehriban münasibətdə olmuş, daimi onunla maraqlanmış, xəstəxanada olduğu müddətdə onunla çox səmimi münasibətdə olmuşdur. O, Ayişənin bu hərəkətlərindən düşünmüş ki, Ayişə də onu sevir. O, Ayişə ilə ailə qurmağı düşünmüş, bu barədə Ayişəyə bildirmiş, Ayişə də buna etiraz etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə ailə üzvləri Ayişəni ona istəmək üçün yaşadığı evə elçi getmiş, Ayişənin anası Qiymət anasına Ayşənin onunla evlənməsinə razılıq verməmiş, ancaq o, Ayişəni çox sevmiş, ailəsi razı olmasa da yenə də ondan ayrıla bilməyəcəyini düşünmüşdür. O, qardaşı Elnurla söhbət edərkən bildirmişdir ki, “bizim maddi imkanımız yaxşı olsa Ayişənin anası razı olardı”. Elnur da bunlara görə narahatçılıq keçirmiş, həmin gün axşam otağında olarkən Elnur yanına gəlmiş, bir qədər söhbət etmişlər. Elnur ona Ayişəni qaçırtmağı təklif etmiş, o, qorxmuş, ancaq Elnur bildirmişdir ki, “sən getməsən də mən özüm gedib qızı qaçırıb gətirəcəm”. Elnur ona demişdir ki, “dostun Nurlana da deyərik, oda kömək edər, səndə yanımızda olarsan, birdə taksi taparıq”. Elnurla söhbət əsnasında onu Ayişəni qaçırtmaq üçün razı salmış, Elnur Nurlana zəng etmiş, onlar Nurlanla söhbət etmiş, Elnur Nurlana da taksi ilə Tovuza gedib Ayişəni qaçıracaqlarını demişdir. Bundan sonra Elnur dostu Orxana zəng etmiş, Orxana heçnə deməmiş, Orxanın tanışı olan taksi sürücüsü Gündüzün nömrəsini istəmiş, Elnur Gündüzə zəng edib, Gündüzlə danışması üçün telefonu ona vermiş, Gündüzə qız qaçırmaq üçün getdiklərini demiş, Gündüzlə Tovuz rayonuna gedib gəlmək üçün 20 manat pula razılaşmışdır. Gündüzə özünə məxsus vaz 21074 markalı, ** DT *** nömrə nişanlı avtomobili ilə səhər saatlarında “Ceyhun” şadlıq evinin yanına gəlməsini demişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində qardaşı Təqsirləndirilən şəxs2lə birgə əvvəlcədən razılaşdıqları kimi Şəmkir şəhərində “Ceyhun” şadlıq sarayının yanında Gündüz və Nurlanla görüşmüş, Gündüzün idarə etdiyi Vaz 21074 markalı avtomobilə əyləşib, saat 08 radələrində Tovuz şəhərinə gəlib çatmışlar. Gündüz avtomobilini “Tovuz” tibb mərkəzinin qarşısında saxlamış, onlar avtomobildə Ayişənin işə gəlməsini gözləmiş, həmin gün saat 09:00-da Ayişənin bacısı Şəbnəmlə birgə piyada tibb mərkəzinə yaxınlaşdığını görüb, artıq Ayişəni qaçırtmaq üçün avtomobildən düşmüşlər. O, avtomobildən düşüb Ayişəyə tərəf gedərkən müvazinətini itirib yıxılmış, cəld ayağa qalxıb, Gündüzlə birgə Ayişəni qolundan və belindən tutub çəkərək avtomobilə tərəf aparmış, Elnur və Nurlan isə Ayişənin bacısı Şəbnəmi tutub saxlamışlar ki, Şəbnəm onlara mane olmasın. O, Ayişəni avtomobilə əyləşdirmələri üçün avtomobilin qapısını açmışdır. Ayişə qışqıraraq səs küy salmış, bir nəfər tanıdığı lakin adını bilmədiyi 40-45 yaşlarında, tibb mərkəzinin yaxınlığında çayçı işlədən qadın onların Ayişəni qaçırdıqlarını görüb, Ayişəni əllərindən almaq üçün gəlmiş, həmin qadın ona tərəf gəlmiş, qadının əlində padnusla onu vurmaq istədiyini görüb avtomobilin ətrafında qaçmışdır. Qadın onu təqib edərkən Nurlan, Gündüz və Elnur Ayişəni avtomobildə əyləşdirmiş, Nurlan və Gündüz də avtomobilə əyləşmiş, Ayişəni qaçırmalarına mane olmaq istəyən qadın onu tuta bilmədiyi üçün Elnuru tutub saxlamış, həmin vaxtı o, da avtomobilə əyləşmiş, Gündüz avtomobilin arxa oturacağında Ayişəni tutub saxladığı üçün özü sükan arxasında əyləşmiş, avtomobili hərəkətə gətirib Şəmkir rayonu istiqamətində getmiş, bir qədər gedəndən sonra Elnurun orada qoyub getdiklərini xatırlamış, ancaq geri qayıda bilmədikləri üçün yola davam etmişlər. Tovuz şəhərini çıxıb, yoluna davam edərkən polis avtomobilinin sayrışan işıqlarla onları təqib etdiyini görüb avtomobili saxlamaq istəyərkən YPX avtomobili torpaq yolda avtobili idarə etdiyi avtomobilin qarşısında saxlamış, o, da avtomobili saxlamışdır. Polis əməkdaşları Zərərçəkmiş şəxs1 azad edərək öz avtomobillərinə əyləşdirib, onları polis şöbəsinə aparmışlar. Hadisədən bir müddət əvvəl Ayişəyə onu qaçırmaq istədiyini demiş, ancaq Ayişə borcu olduğunu, borcunu verdikdən sonra qaçırmasını demişdir. Ancaq Ayişəni qaçıracağı barədə Ayişəyə əvvəlcədən heçnə deməmiş, Ayişədən razılıq almamışdır. O, qardaşı və dostları ilə əvvəlcədən razılaşaraq Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq zor tətbiq edərək qaçırmışdır. O, həmçinin ifadəsində bildirdi ki, Ayişə Poladava ilə evlənmək fikrində olmuş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur, törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2017-ci ildə orta təhsilini başa vurmuşdur. O, hərbi xidmətdə olmamış, xx xxxxxx 2021-ci il tarixdə Səfərbərlik şöbəsinə hərbi xidmətə yollanmaq üçün çağırılmışdır. O, usta köməkçisi işləyir. Zərərçəkmiş şəxs1 tanıyır. Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs1 qardaşı Təqsirləndirilən şəxs1 Tovuz rayonunda yerləşən “Farm-Qafur” kimi tanınan “Tovuz-tibb” mərkəzində stasionar mualicə aldığı vaxtdan tanımışdır. Belə ki, qardaşı Təqsirləndirilən şəxs1 həmin xəstəxanada ayağından cərrahi əməliyyat olunmuşdur. Ayişə də xəstəxanada qardaşına tibb bacısı kimi qulluq etmişdir. Rza Ayişəni sevmiş, onların hətta telefonda danışdıqlarını da bilmişdir. Bir müddət sonra Rza evdə Ayişə ilə ailə qurmaq istədiyini bildirmiş, sonra valideyinləri Ayişəni istəmək üçün onun yaşadığı evə elçi getmişdir. Ancaq Ayişənin valideyinləri onun qardaşı Rza ilə evlənməsinə razılıq verməmişdir. O, Rzanın xəstə olduğuna, xəstəliyinin sağalmadığına, yeni əməliyyat olduğuna, Ayişənin valideyinlərinin qızının qardaşı ilə evlənməsinə razılıq vermədiyini görüb Rza çox pis olmuş, həmin gün Rza çox sarsılmış, axşama qədər yemək də yeməmiş, xəstə olduğu üçün Ayişənin anasının onunla evlənməsinə razılıq vermədiyini düşünmüşdür. Rza ilə evdə söhbət edərkən ona Ayişəni qaçırtmağı təklif etmiş, Rza bildirmişdir ki, “valideyinləri razı deyilsə məndə istəmirəm”. Rza Ayişəni çox sevirmiş. Rza ilə söhbət edərkən demişdir ki, “qaçırtmaq problem deyil, bir nəfər taksi də taparıq, birdə Nurlana deyərik, mən özüm gedib Ayişəni qaçıracam, Nurlan da mənə kömək edər”. Təqsirləndirilən şəxs4 da Rzanın uşaqlıq dostu və sinif yoldaşıdır. Həmçinin Rzaya demişdir ki, “sən getməsən də mən özüm gedib qızı qaçırıb gətirəcəm”. Onun bu sözlərindən sonra Rza onunla razılaşmış, sonra Nurlanla da görüşmüş, Nurlan da Rzaya qız qaçırmaq üçün razılaşmışdır. O, daha sonra Rzanın dostu Orxana zəng etmiş, Orxan öz tanışı olan Gündüzün nömrəsini vermiş, Gündüzlə telefonda danışarkən səhər saatlarında qız qaçırmaq üçün Tovuz rayonuna gedəcəklərini bildirmişlər. Gündüz də onlarla razılaşmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində ailə üzvlərinin xəbəri olmadan Rza ilə birgə evdən çıxmış, əvvəlcədən razılaşdıqları kimi Nurlan da evlərinin yanına gəlmiş, sonra isə birlikdə Şəmkir şəhərində yerləşən “Ceyhun” şadlıq sarayının yanına getmişlər. Onlar Gündüzün idarə etdiyi Vaz 21074 markalı avtomobilə əyləşib, saat 08 radələrində Tovuz rayonuna gəlib çatmış, Gündüz özünə məxsus Vaz 21074 markalı avtomobilini “Farm-Qafur” kimi tanınan “Tovuz” tibb mərkəzinin qarşısında saxlamış, onlar avtomobildə dayanıb Ayişənin iş yerinə gəlib çatmasını gözləmiş və avtomobildə dayanıb Ayişənin iş yerinə gəlib çatmasını gözləmişlər. Bir qədər sonra Ayişə bacısı Şəbnəmlə birgə tibb mərkəzinin qarşısına gəlib çatmışdır. Ayişə tibb mərkəzinə yaxınlaşdıqda avtomobildən düşmüşlər. Rza və Gündüz Ayişəyə tərəf getmiş, özü də Nurlanla Şəbnəmi saxlamışdır. Gündüz və Rza Ayişənin qolundan tutub çəkərək avtomobilə yaxınlaşdıran zaman Ayişə qışqıraraq kömək istəmiş, həmin vaxtı yaxınlıqdakı çayçıda işləyən Bəsdi adlı qadın Ayişəyə kömək üçün gəlmiş, Bəsdi adlı qadın səs küy salaraq Ayişəni buraxmalarını tələb etmiş, ancaq Bəsdinin səylərinə baxmayaraq Rza və Gündüz Ayişəni zorla avtomobilə əyləşdirmişlər. Rza və Gündüz Ayişəni avtomobilə əyləşdirəndən sonra Nurlan da Şəbnəmi buraxıb cəld avtomobilə əyləşmiş, Rza sükan arxasında əyləşib avtomobili hərəkətə gətirmişdir. Bəsdi adlı qadın onun üzərinə gələrkən o, Şəbnəmi buraxmış, Bəsdi onu vurmaq istədiyi üçün qaçmış, Şəbnəm isə avtomobilə tərəf getmişdir. Rza avtomobili idarə edərək uzaqlaşmış, o, hadisə yerində qalmış və qaçaraq uzaqlaşıb Şəmkir şəhərinə getmişdir. Onun qardaşı Təqsirləndirilən şəxs1 sağalmaz xəstədir və hər il ayağıdan əməliyyat olunur. Ayişənin valideyinləri qızlarının qardaşı ilə evlənməsinə razılıq vermədikləri üçün Rza çox pis olmuş, ancaq Rzanın Ayişəni qaçırtmaq fikri olmamış, hətta qorxmuş, Rzanı Zərərçəkmiş şəxs1 qaçırtmaq üçün özü razı salmışdır. Çünki qardaşının evlənib xoşbəxt yaşamasını istəmişdir. Təqsirləndirilən şəxs1 onu cinayət törətməyə təhrik etməmişdir. Hazırda əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Şəmkir rayon Dəllər qəsəbəsində yaşayır. O, bağırsaq keçməzliyi xəstəliyindən əziyyət çəkir, 3-cü qrup əlil olmaqla aylıq pensiya alır. Əvvəllər taksi sürücüsü işləmişdir. Zərərçəkmiş şəxs1 və onun bacısı Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. Həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 da əvvəllər tanımamışdır. xx xxxxxx 2020ci il tarixdə saat 20 radələrində özünü tanıdığı Şəmkir şəhər sakini Orxanın tanışı kimi təqdim edən Rza ona zəng edərək bildirmişdir ki, “Tovuz rayonundan qız qaçırtmaq istəyir, həmin qızı avtomobildə gətirmək lazımdır”. O, qorxub razılaşmamış, ancaq daha sonra Rzanın yanında olan digər oğlanla danışmış, həmin şəxs ona bildirmişdir ki, “heç bir narahatçılıq yoxdur”. O, bundan sonra razılaşmış, telefon əlaqəsi saxlayarkən Təqsirləndirilən şəxs1 ertəsi gün yəni xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində Şəmkir şəhərində yerləşən “Ceyhun” şadlıq sarayının yanına gəlməsini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində əvvəlcədən razılaşdıqları kimi özünə məxsus Vaz 21074 markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə həmin yerə gəlmiş, adları sonradan məlum olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 gəlmiş, onlar birlikdə Tovuz rayonuna gəlmişlər. Rza avtomobildə qabaqda əyləşmiş və ona hara getməli olduğunu göstərmişdir. Həmin gün saat 09 radələrində Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən “Tovuz” tibb mərkəzinin qarşısına çatmış, tibb mərkəzinin qarşısında avtomobildə qızın gəlməsini gözləmişlər. Bir qədər sonra Zərərçəkmiş şəxs1 və bacısı Zərərçəkmiş şəxs2 tibb mərkəzinə yaxınlaşdıqlarını görmüş, Rza Ayişəni göstərib həmin qızı qaçıracaqlarını bildirmişdir. Həmin qızların yaxınlaşdığını görən Rza, Elnur və Nurlan qızların üzərinə getmiş, o, Rza ilə birgə Ayişəni qolundan və belindən tutub çəkərək avtomobilə tərəf aparmış, Elnur və Nurlan isə Ayişənin bacısı Şəbnəmi tutub saxlamışlar ki, Şəbnəm onlara mane olmasın. Rza Ayişəni avtomobilə əyləşdirmələri üçün avtomobilin qapısını açmışdır. Ayişə qışqıraraq səs küy salmış, həmin vaxt o, Ayişənin öz razılığı ilə deyil, zorla qaçırıldığını bilmişdir. Rza və o, Zərərçəkmiş şəxs1 zorla avtomobilə əyləşdirmiş, Rza avtomobili idarə etmək üçün sükan arxasında əyləşmişdir. Həmin vaxt Nurlan da avtomobilə əyləşmiş və o, avtomobilin arxa qapısını açıb Nurlanın sağ tərəfində əyləşmiş, Rza avtomobili idarə edərək Tovuz şəhəri istiqamətində hərəkət etmişdir. Avtomobil hərəkətdə olarkən Ayişə Rzanı əli ilə vurduğu üçün idarəetməni itirmiş və avtomobilin hərəkəti üçün təhlükə yaratmışdır. Buna görə avtomobil hərəkətdə olarkən Ayişəni tutub saxlamaq üçün Nurlanla yerini dəyişib Ayişənin yanında əyləşmiş və Ayişəni tutub saxlamışdır. Rza avtomobili idarə edərək hərəkətə davam edərkən Qovlar şəhəri ərazisində YPX avtomobili səs gücləndiricilərlə avtomobilə saxla işarəsi vermiş, Rza əvvəlcə avtomobili saxlamaq istəməmiş, ancaq avtomobili saxlamasını bildirmiş, ** YP *** nömrəli avtomobil torpaq yolda onun avtomobilinin qarşısına keçib məcburi dayandırmışdır. Polis əməkdaşları yaxınlaşıb Zərərçəkmiş şəxs1 azad etmiş və onları polis şöbəsinə gətirmişlər. O, etdiyi əməldən səmimi peşman olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, dülgər ustası yanında köməkçi işləyir. Zərərçəkmiş şəxs1 və bacısı Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. Rza ilə orta məktəbdə eyni sinifdə təhsil almış, Elnur da məktəbdə ondan aşağı sinifdə təhsil almışdır. Həmçinin Təqsirləndirilən şəxs3 da əvvəllər tanımamışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Elnur ona zəng edib bildirmişdir ki, “Rzanın vəziyyəti çox pisdir, qız razıdır ama Rzanın sevdiyi qızın anası Rza ilə evlənməsinə razılıq vermir, qızı qaçırtmaq lazımdır”. O, Elnurla telefonda danışıb yaşadığı evə getmiş, Rza ilə söhbət edərkən başa düşmüşdür ki, Rza qızı qaçırtmağa qorxur. Ancaq Elnur bildirmişdir ki, “sən getməsən də mən özüm gedib qızı qaçırıb gətirəcəm”. Daha sonra Rza razılaşmış, oda Elnurla Rzanın sevdiyi qızı qaçırmaq üçün Tovuz rayonuna getməyə razılaşmışdır. Elnur ertəsi gün saat 07 radələrində yaşadığı evə gəlib birlikdə Tovuz rayonuna getmələrini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 yaşadığı evə getmiş, Rza və qardaşı Elnurla birgə Şəmkir şəhərində yerləşən “Ceyhun” şadlıq sarayının yanına getmişlər. Bir qədər sonra taksi sürücüsü işləyən adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs3 idarə etdiyi Vaz 21074 markalı avtomobillə gəlmiş, avtomobilə əyləşib Tovuz rayonu istiqamətində getmişlər. Həmin gün saat 08 radələrində Tovuz rayonunda yerləşən “Tovuz” tibb mərkəzinin qarşısına gəlib çatmışlar. Rza bildirmişdir ki, “qız bu tibb mərkəzində işləyir, birazdan işə gəlməlidir, o, işə gələndə qızı qaçırarıq”. Rza qızın razılığı olduğunu, yəni onu sevdiyini bildirmişdir. Həmçinin Rza bildirmişdir ki, “qızın anası deyib ki, qızımı qaçıra bilirsizsə qaçırın”. O, Zərərçəkmiş şəxs1 zorla qaçıracaqlarını bilməmişdir. Onlar Gündüzün avtomobilində dayanıb tibb mərkəzinin qarşısında Ayişənin gəlməsini gözləmiş, həmin gün saat 09 radələrində Zərərçəkmiş şəxs1 və bacısı Zərərçəkmiş şəxs2 tibb mərkəzinə gəlib yaxınlaşmışlar. Bu zaman Ayişəni qaçırtmaq üçün avtomobildən düşmüş, Rza və Gündüz Ayişəni qollarından tutub saxlamışlar. Ayişənin bacısı səs küy salıb, bacısını Rza və Gündüzün əlindən almaq istəyərkən o, Elnurla birgə Şəbnəmi saxlamışdır ki, Şəbnəm Rza və Gündüzə mane olmasın. O, Elnurla birgə Şəbnəmi tutub saxlayarkən Rza və Gündüz Ayişəni zorla avtomobilə tərəf aparmışlar. Rza və Gündüz Ayişəni avtomobilə əyləşdirəndən sonra Şəbnəmi buraxıb cəld avtomobilin arxa oturacağında əyləşmiş, Gündüz də tələsik onun sağ tərəfində əyləşmiş, avtomobildə Ayişəni qolundan tutub saxlamışdır ki, avtomobildən düşüb qaçmasın. Rza avtomobilin sükanı arxasında əyləşmiş, Gündüz Rzaya demişdir ki, “avtomobili mən sürüm”. Ancaq Rza özü avtomobili hərəkətə gətirib oradan uzaqlaşmış, Elnur isə avtomobilə əyləşə bilmədiyi üçün hadisə yerində qalmışdır. Rza avtomobili idarə edərək Tovuz şəhəri istiqamətində hərəkət etmiş, avtomobil hərəkətdə olarkən Ayişə Rzanı və onu əl qol atıb vurmuş, Gündüz ona yerlərin dəyişmələrini bildirmiş, Gündüz Ayişəni sakitləşdirmək üçün yanında əyləşmişdir. Rza avtomobili idarə edərək hərəkətə davam edərkən Qovlar şəhəri ərazisində YPX avtomobili səs gücləndiricilərlə avtomobilə saxla işarəsi vermiş, Rza əvvəlcə avtomobili saxlamaq istəməmiş, ancaq Gündüz ona avtomobili saxlamasını bildirmişdir. Həmçinin ** YP *** nömrəli avtomobil torpaq yolda avtomobilin qarşısına keçmiş, Rza isə avtomobili saxlamışdır. Polis əməkdaşları yaxınlaşıb Zərərçəkmiş şəxs1 azad etmiş, daha sonra onları polis şöbəsinə gətirmişlər. O, əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və qardaşı Elnur Rzayevdən başqa qeyrilərini tanımır. Belə ki, təxminən 2 ay əvvəl Təqsirləndirilən şəxs1 işlədiyi tibb mərkəzində əməliyyat olunmuş, bir müddət tibb mərkəzində stasionar mualicə almışdır. Həmin müddətdə Təqsirləndirilən şəxs1 qulluq etmiş, Rzanın bacısı Sona Hacıyeva da qardaşının yanında qalmışdır. Bir müddət sonra Sona qardaşı Rzanın onunla tanış olmaq istədiyini bildirmiş, Sonaya razı olmadığımı demişdir. Ancaq Sona ilə aralarında tanışlıq münasibətləri yarandığı üçün öz mobil nömrəsini vermiş, Rza mualicə olunub evinə getdikdən sonra bacısından nömrəsini alıb, ona “vatsap” sosial şəbəkəsində mesajlar yazmağa başlamışdır. Rza onunla evlənmək istədiyini bildirsədə evlənmək istəmədiyini demişdir. xx xxxxxx 2020-ci il tarixdə evdə olduğu zaman Rzanın anası Leyla, atası Elçin və xalasının gəlini evinə elçi gəlmişlər. Lakin Rza ilə evlənmək istəmədiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə 08:40 dəqiqədə adəti üzrə bacısı Zərərçəkmiş şəxs2 ilə birgə işə getmək üçün evdən çıxmış, piyada işlədiyi tibb mərkəzinin yanına çatmışdır. Şəbnəmlə birgə iş yerinə çatmış, yol kənarında yerləşən tibb mərkəzinin qarşısına yaxınlaşarkən Vaz 21074 minik markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön və arxa qapılarının açılmasını, həmin avtomobildən 4 nəfər şəxslərin düşüb onlara tərəf gəldiklərini görmüş, həmin şəxslər tanıdığı Təqsirləndirilən şəxs1, qardaşı Təqsirləndirilən şəxs2 və adları sonradan ona məlum olan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 olmuşdur. Rza avtomobildən düşüb qaçaraq ona tərəf gəldiyi zaman öz ehtiyatsızlığından yıxılmış, ancaq Rza ayağa qalxıb yenidən üzərinə gəlmiş, Elnur bacısı Şəbnəmi tutub saxlamış, həmin şəxslərin onu qaçırtmaq istəmələrini başa düşüb, ətrafda olan insanlardan kömək istəmişdir.Yaxınlıqdakı çayxanada işləyən Bəsti adlı qadın ona kömək üçün gəlmiş, Rza, Nurlan və Gündüz onu hər üçü zorla qollarından, belindən və başından tutub avtomobilə əyləşdirməyə çalışmış, Rzanın ona gücü çatmamış, Rzanın dostu “Gədəbəyli” kimi tanıdığı Vaz 21074 markalı avtomobilin sahibi Gündüz adlı şəxs ona digərlərindən çox güc göstərmiş, Rza və Nurlan qollarından tutub çəkən zaman əlləri ilə vururaq müqavimət göstərmiş, Gündüz başını aşağı əyərkən nəfəs ala bilmədiyi üçün artıq müqavimət göstərə bilməmiş, ancaq hər üçü birlikdə zor tətbiq etməklə onu zorla avtomobilə əyləşdirmişlər. Nurlan və Gündüz onu avtomobilin arxa oturacağında ortada əyləşdirmiş, arxa oturacaqda sol tərəfdə əyləşərkən Gündüz əli ilə qollarından tutub saxlamış, Nurlan da Gündüzün sağ tərəfində əyləşmişdir. Həmin şəxslər onu avtomobilə əyləşdirənə qədər Elnur bacısı Şəbnəmi tutub saxlamışdır. Onu avtomobilə əyləşdirdikdən sonra Rza özü avtomobilin sükanı arxasında əyləşib avtomobili hərəkətə gətirmiş, Rza avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Rza avtomobili hərəkətə gətirən zaman bacısı Şəbnəm avtomobilin qapısını açıb ona kömək etmək istəmiş, ancaq avtomobil idarə olunarkən Şəbnəm yerə yıxılmışdır. Rza avtomobili Şəmkir rayonu istiqamətində idarə etməyə başlamış, Rza avtomobili idarə edərək Tovuz şəhərindən çıxmış, Bakı-Qazax avtomobil yolu ilə hərəkətinə davam edərkən Qovlar şəhərinə yaxınlaşmış, həmin vaxt BMV markalı, yol patrul xidməti avtomobilin arxadan yaxınlaşaraq, avtomobilin nömrə nişanını qeyd edərək avtomobili sağa çəkib saxlamasını bildirmiş, Rza avtomobili saxlamış, polis əməkdaşları avtomobilə yaxınlaşmış, həmin vaxt bacısı Şəbnəm də taksi ilə gəlib çatmış, polis əməkdaşlarından biri Vaz 21074 markalı avtomobili idarə edərək, Rza, Nurlan və Gündüzü polis şöbəsinə gətirmiş, o, bacısı ilə Yol Patrul Xidməti avtomobilində polis şöbəsinə gəlmişdir. İfadəsinə əlavə olaraq bildirmiş ki, hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 bacısıdır. O, Ayişə ilə eyni ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs1 “Farm Qafur” tibb mərkəzində stasionar mualicə aldığı vaxtlarda bacısının yanına gedib gəlmiş, elə həmin vaxtlarda Rzanı bacısının xəstəsi kimi tanımışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tanımır. Ancaq Təqsirləndirilən şəxs1 bacısı Ayişəni sevməsini və evlənmək istəməsini eşitmişdir. xx xxxxxx 2020-ci il tarixdə Rzanın anası Leyla, atası Elçin və xalasının gəlini kimi tanıdğı bir nəfər qadın bacısı Ayişənin Rza ilə evlənməsi üçün elçi gəlmiş, lakin Ayişə Rza ilə evlənməyə razı olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə 08:40 dəqiqədə bacısı Ayişə ilə birgə işə getmək üçün evdən çıxmış, həmin gün saat 09 radələrində yol kənarında yerləşən Ayişənin işlədiyi tibb mərkəzinin qarşısına yaxınlaşarkən Vaz 21074 minik markalı avtomobilin ön və arxa qapılarının açılmasını, həmin avtomobildən 4 nəfər şəxslərin düşüb onlara tərəf gəldiklərini görmüşdür. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 bacısı Ayişəni qaçırmaq üçün üzərinə cummuşlar. Ancaq Rza yaxınlaşana qədər yıxılıb yerdə qalmış, Rzanın qardaşı Elnur onu belindən tutub saxlamış, Ayişə zorla qaçırıldığına görə qışqırıb ətrafdan kömək istəmiş, həm də onu qaçırmaq istəyən şəxslərə müqavimət göstərmiş, əlləri ilə Rza, Gündüz və Nurlanı vuraraq onu buraxmalarını istəmişdir. Həmin şəxslər Ayişəni zorla qaçırarkən yaxınlıqdakı çayxanada işləyən Bəsti adlı qadın kömək üçün gəlib, Rza, Nurlan və Gündüz Ayişəni zorla qollarından, belindən və başından tutub, avtomobilə əyləşdirmişlər. Bəsti adlı qadın müqavimət göstərdiyi üçün Rza, Gündüz və Nurlan tələsik qaçıb getmiş, Elnur da avtomobilə əyləşib qaçmaq üçün onu buraxmış, Elnuru avtomobilə əyləşərkən itələmiş, özü də qapını açıb Ayişəni avtomobildən düşürmək üçün avtomobilin qapısından tutmuş, lakin Rza avtomobili qəfil hərəkətə gətirdiyi üçün yıxılıb xəsarət almış, Rza avtomobili idarə edib getmişdir. O, taksi avtomobilinə əyləşib Ayişəni qaçıranların olduğu avtomobilin arxasınca getmiş, taksi sürücüsünə bacısının qaçırıldığını demiş, taksi sürücüsü də Rzanın idarə etdiyi Vaz 21074 markalı avtomobili təqib edərkən polis əməkdaşlarına məlumat vermişdir. Onlar avtomobili təqib edərkən DYP əməkdaşları avtomobili saxlatmış, polis əməkdaşları Ayişəni avtomobildən düşürüb öz avtomobilinə əyləşdirmiş, daha sonra onu və bacısı Ayişəni polis şöbəsinə gətirmişlər. Qeyd edilmiş xəsarəti avtomobilin qapısını tutub saxlayan zaman almışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisində “Farm Qafur” tibb mərkəzinin yaxınlığında yerləşən yeməkxananı icarə əsasında işlədir. O, gündəlik olaraq 08 radələrindən 18 radələrinə kimi işlədiyi yeməkxanada vaxt keçirir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs1 “Farm Qafur” tibb mərkəzində tibb bacısı işləyir. Təqsirləndirilən şəxs1 tibb mərkəzində əməliyyat olunmuş və bir müddət xəstəxanada qalmışdır. Digər şəxsləri isə əvvəllər tanımamışdır. xx xxxxxx 2020-ci il tarixdə 09 radələrində işlədiyi yeməkxanada olduğu zaman yeməkxanadan təxminən 10 metr aralıda iki gənc qız və dörd oğlanın çəkişdiklərini görüb, həmin şəxslərin dava dalaş etdiklərini zənn edərək həmin şəxslərə yaxınlaşmış, Ayişəni, Şəbnəmi və Rzanı tanımışdır. O, həmin şəxslərdən nə baş verməsini soruşaraq yaxınlaşmış, onlara yaxınlıqda üzü Tovuz şəhəri istiqamətində dayanmış Vaz 2101 markalı avtomobilin hər iki arxa qapıları açıq olmuşdur. Həmin vaxt Rza və Ayişə Vaz 2107 markalı avtomobilin arxa qapısının yanına çatmış, yəni Rza Ayişəni çəkərək avtomobilə yaxınlaşdırmışdır. Rzanın yanında olan hündür boylu oğlan onu geri itələmiş, Rza və iki nəfər yanında olan şəxslər qəfildən Ayişəni avtomobilin arxa oturacağına əyləşdirib qapıları örtmüşlər. Rza avtomobilin sükanı arxasında əyləşmiş, Rzanın dostları arxada Ayişəni tutub saxlamışlar. Ayişənin bacısı Şəbnəm də avtomobilin arxa qapısını açıb bacısını azad etmək istəyərkən avtomobili hərəkətə gətirdiyi üçün Şəbnəm yerə yıxılmışdır. Rza və dostları Ayişəni maşına əyləşdirib getmişlər. Elnur isə hadisə yerində qalmışdır. Şəbnəm isə nömrəsini və markasını xatırlamadığı ağ rəngli taksiyə əyləşib Ayişəni aparan avtomobilin arxasınca getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə eyni məktəbdə paralel siniflərdə oxumuşdur. Həmin şəxslərlə aralarında dostluq münasibətləri var. Rzanın qardaşı Elnuru da uşaq vaxtlarından tanıyır. Həmçinin bir ildir ki, taksi sürücüsü işləyən Təqsirləndirilən şəxs3 da tanıyır. xx xxxxxx 2020-ci il tarixdə işdə olduğu zaman Elnur ona zəng edib, taksi nömrəsi istəmiş, Elnura taksi sürücüsü kimi tanıdığı Gündüzün nömrəsini vermiş, ancaq Elnur ona heçnə deməmiş, nə də Gündüz ona zəng edib heçnə deməmişdir. Ancaq ertəsi günü yəni xx xxxxxx 2020-ci il tarixdə axşam üstü Rza ilə görüşmək üçün evlərinə gedərkən, Rzanın anası Rza, Elnur, Gündüz və Nurlanın Tovuz rayon polis şöbəsinə getdiklərini bildirmişdir. Daha sonra o, Rza və digərlərinin Tovuz rayonunda Rzanı evləndirmək üçün qız qaçırdıqlarını, qızı polislər yolda əllərindən aldığını, ancaq həmin qızın valideyininin şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun övladlarıdır. Təqsirləndirilən şəxs4 da övladlarının dostu kimi tanıyır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tanıyır. Belə ki, oğlu Rza Tovuz rayonunda yerləşən “Farm Qafur” kimi tanınan “Tovuz” tibb mərkəzində əməliyyat olunarkən Zərərçəkmiş şəxs1 tanıyıb sevmişdir. Rza Ayişə ilə evlənmək qərarına gəlib, ona və anası Leyla Hacıyevaya bu barədə demişdir. xx xxxxxx 2020-ci il tarixdə Ayişəni Rzaya istəmək üçün yaşadığı evə getmişlər, ancaq Ayişənin anası qızını verməmişdir. O, ailə üzvləri ilə həmin gün evdə Rzanın və Elnurun yanında elçilik haqqında söhbət etmiş, hətta Ayişənin anasının kasıb olduqları üçün qızını Rzaya vermədiyini də düşünmüşlər. Rza bu söhbətdən sonra sarsılmış, otaqdan çıxıb getmişdir. Elnur da Rzanın arxasınca getmişdir. Həmin gün Rza nə yemək yemiş, nə də su içmişdir. Elnur da otaqda Rzanın yanında olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində Leyla ona Rza, Elnur, dostları Nurlan və bir nəfər taksi şoferinin Ayişəni qaçırmaq üçün Tovuz rayonuna getdiklərini, Ayişəni qaçırıb Şəmkir rayonuna gedərkən polis əməkdaşlarının onları saxladığını və Ayişəni azad etdiyini bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Rza otağında olarkən Elnur yanına gedib, Ayişəni qaçırtmağı təklif etmiş, Rza da Elnurla razılaşıb, sonra dostları Nurlan və taksi sürücüsü Gündüzlə də danışıb, səhər saatlarında evdən xəbərsiz gedib Ayişəni qaçırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin YPX-nin polis serjantı vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə 09 radələrində Şahid2la birlikdə Tovuz rayonu ərazisində BMV markalı, ** YP *** dövlət nömrə nişanlı yol patrul xidməti avtomobili ilə xidmətdə olarkən Tovuz RPŞ-nin növbətçi hissəsindən Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisində yerləşən “Farm Qafur” tibb mərkəzinin qarşısından vətəndaş Zərərçəkmiş şəxs1 Vaz 21074 minik markalı, ** DT *** nömrə nişanlı avtomobillə oğurlanması və Şəmkir rayonu istiqamətində aparılması barədə məlumat verilmişdir. O, xidməti avtomobillə həmin istiqamətdə getmiş, baş inspektov Şahid2la birlikdə Bakı Qazax yolunun Qovlar şəhəri ərazisindən keçən hissəsində Zərərçəkmiş şəxs1 içərisində olduğu Vaz 21074 minik markalı, ** DT *** nömrə nişanlı avtomobili görüb, həmin avtomobilə sayrışan işıq siqnalı və səs gücləndirici ilə saxla işarəsi vermiş, sürücü adı sonradan məlum olan Təqsirləndirilən şəxs1 avtomobili dayandırmadığı üçün torpaq yolda avtomobilin qarşısına keçib onu dayandırmış, həmin vaxtı İTB-nin sahə rəisi Şahid1 da öz avtomobili ilə həmin yerə gəlmiş, onlar Zərərçəkmiş şəxs1 azad edib, YPX avtomobilinə əyləşdirmiş, Zərərçəkmiş şəxs1 adları sonradan məlum olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tərəfindən iradəsinə zidd olaraq qaçırıldığını, hadisə zamanı həmin şəxslər tərəfindən bacısı Zərərçəkmiş şəxs2 da zor tətbiq olunduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 azad edilərək Tovuz rayon polis şöbəsinə gətirilmiş, həmçinin Şahid1 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 polis şöbəsinə gətirib təhvil vermişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verməklə ifadədə göstərilənləri özlərinə aid hissə də təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, “baş etibarnamə əsasında idarə etdiyi Vaz 2106 markalı, ** MR *** dövlət nömrə qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluq əlaqəsi, həmçinin ədavəti və düşmənçiliyi yoxdur. xx xxxxxx 2020-ci il tarixdə 09 radələrində idarə etdiyi avtomobili ilə yaşadığı evdə çıxıb Tovuz şəhəri istiqamətində gedərkən Düz Cırdaxan kəndi ərazisində “Farm Qafur” kimi tanınan Tovuz tibb mərkəzinin qarşısında bir nəfər adı sonradan məlum olan Zərərçəkmiş şəxs2 təlaşlı halda əl edib avtomobilini saxlatmış, o, avtomobili saxlamış, Zərərçəkmiş şəxs2 avtomobilə əyləşmiş və qarşıda hərəkət edən Vaz 2107 markalı, ** DT *** nömrə nişanlı avtomobili göstərib ona demişdir ki, “bacımı qaçırdılar, həmin avtomobildə bacımı zorla aparırlar, avtomobilin arxasınca sür”. O, həmin avtomobilin arxasınca gedərək dərhal kəndin sahə rəisi kimi tanıdığı Şahid1 istifadəsində olan 055.222.10.08 saylı mobil telefon nömrəsinə öz istifadəsində olan 051.732.30.02 saylı mobil nömrədən zəng etmiş, Şahid1 hadisə barədə bildirmiş, Şahid1 da həmin avtomobilin getdiyi istiqaməti bilmələri üçün avtomobilin arxasınca getməsini xahiş etmişdir. Vaz 2107 markalı, ** DT *** nömrə nişanlı avtomobil Tovuz şəhərini çıxandan sonra Bakı-Qazax yolunda hərəkətə davam edərkən BMV markalı, ** YP *** dövlət nömrə nişanlı yol patrul xidməti avtomobili gəlib çatmış, YPX avtomobilində olan polis əməkdaşları tərəfindən sayrışan işıq siqnalı və səs gücləndirici ilə həmin avtomobilin sürücüsünə avtomobili saxlaması üçün xəbərdarlıq edilmiş, ancaq avtomobil hərəkətinə davam edərək dayanmadığı üçün BMV markalı, ** YP *** dövlət nömrə nişanlı YPX avtomobil torpaq yolda Vaz 2107 markalı, ** DT *** nömrə nişanlı avtomobilin qarşısına keçib, həmin avtomobili məcburi dayandırmışdır. Polis əməkdaşları Şahid1, Nicat və Bəşir kimi tanıdığı yol patrul xidməti əməkdaşları adı sonradan məlum olan Zərərçəkmiş şəxs1 azad edərək öz avtomobillərinə əyləşdirmiş, Zərərçəkmiş şəxs2 da həmin avtomobilə əyləşmiş, özü isə geri qayıtmışdır”. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə ifadəsinin yerində yoxlanılması zamanı hadisənin baş vermə mexanizmini göstərib bununla bağlı ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X27-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 576 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarət: sol diz oynağı nahiyyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hissələri (dırnaq, yumruq, təpik və s.) ilə endirilmiş zərbənin təsiri nəticəsində əmələ gələ bilərdi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X27-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 581 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarət: sol əl nahiyyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hissələri (dırnaq, yumruq, təpik və s.) ilə endirilmiş zərbənin təsiri nəticəsində əmələ gələ bilərdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserin xx xxxxxx 2021-ci il tarixli, 06, 07, 08 və 09 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hazırki cinayət əməlini törədən zamanı öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar, yəni ANLAQLİ olmuşdur. Onların əməli AR-nın CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onların hal-hazırda məcburi müalicəyə ehtiyyacları yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir Rayon Mərkəzi Xəstəxanası» X32 alınmış xx xxxxxxxx 2020-ci il tarixli, 315 nömrəli arayışdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 Şəmkir Rayon Konsultativ Poliklinikasının psixonevroloji və narkoloji kabinetlərində qeydiyyatda dayanmırlar. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Gədəbəy Rayon Mərkəzi Xəstəxanası» X32 alınmış xx xxxxxxxx 2020-ci il tarixli, 321 və 364 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs3 narkoloji və ruhi-əsəb xəstəliklərin qeydiyyatında durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, VAZ 21074 minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nə məsul saxlanca təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, BMV markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin video nəzarət qurğusu ilə qeydə alınmış görüntüləri əks etdirən bir ədəd DVD iş üzrə sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 02-D/156 nömrəli arayışlardan və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmkir şəhəri, A.Şaiq küçəsi 9 saylı evdə qeydiyyatda olmaqla ailə üzvləri, ataları Şahid7, anaları X12, bacıları X23 və X13 ilə birlikdə yaşayırlar və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyyəti Çaldaş kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 77 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Əhmədov X11 rayonu, Səbətkeçməz kəndində qeydiyyatda olmaqla, ailə üzvü anası X7 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir rayon İcra hakimiyyəti Şəmkir şəhər Mənzil İstismar Kontoru tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 42 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 5 ünvanında ailə üzvləri atası X5, anası X17 və bacısı X18 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2018-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və Ortopediya institunun xx xxxx 2018-ci il tarixli arayışından və “F-Təbib” tibb mərkəzinin xx xxxx 2021-ci il tarixli, 05 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 sol budun aşağı 1/3-nin xroniki osteomielitinin kəskinləşməsi (sümüyün çirklənməsi nəticəsində əriməsi) diaqnozu verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsinin 19 saylı region ərazi filialının xx xxxx 2021-ci il tarixli **********7 nömrəli arayışından görünür ki, X31 İİ qrup əlildir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2006, xx.xx.2009,xx.xx.2011, xx.xx.2012, 0710.2019 və xx.xx.2020-ci il tarixli xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs3 laparatomiya və herniotomiyadan sonrakı qarın boşluğunun bitişmə xəstəliyi, xroniki bağırsaq keçməzliyindən əziyyət çəkir və İİİ qrup əlildir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış ******* nömrəli hərbi biletdən və Mingeçevir şəhər Hərbi komisarlığı tərəfindən verilmiş 029717 nömrəli vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Naziliyinin xx.xx.2017-ci il tarixli sənədindən görünür ki, Təqsirləndirilən şəxs3 atası X24 xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Gədəbəy və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmiş və ikinci qrup əli olmaqla Qarabağ veteranıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış ******* nömrəli hərbi biletdən və Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Naziliyi tərəfindən verilmiş 067246 nömrəli vəsiqəsinin surətindən görünür ki, X8 İİ qrup Qarabağ əlilidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2021-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərlə barışmışlar, onlara qarşı şikayət, iddia və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etməklə ittiham elan edilməsi haqqında” və xx xxxxxx 2020-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində xx xxxxxx 2020-ci il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etməklə ittiham elan edilməsi haqqında” və xx xxxxxx 2020-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində xx xxxxxx 2020-ci il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etməklə ittiham elan edilməsi haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində xx xxxxxx 2020-ci il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etməklə ittiham elan edilməsi haqqında” və xx xxxxxx 2020-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs4 xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində xx xxxxxx 2020-ci il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxxxxxx 2020ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 oğlu əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxxxxxx 2020ci il tarixli tələbnaməsindən, Şəmkir rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən və Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 9629/20-7 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməklə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkum hökm üzrə təyin edilmiş cəzasını tam olaraq çəkib qurtarmışdır. Hökm Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş və məhkum hökm üzrə təyin edilmiş cəzasını tam olaraq çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.4-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivi nəzərə alınmır. X9 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olduğundan, həmçinin azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən X14 cəza təyin edilərkən məhkumluğu ödənilməmiş olsa belə cinayətlərin residivi nəzərə alına bilməz. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 oğurlamaları özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə tövsif olunmalı və onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən sol budun aşağı 1/3-nin xroniki osteomielitinin kəskinləşməsindən əziyyət çəkməklə İİ qrup əlil olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayət törədən zaman yetkinlik yaşına çatmamasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, atasının İİ qrup Qarabağ əlili olmasını Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən laparatomiya və herniotomiyadan sonrakı qarın boşluğunun bitişmə xəstəliyi, xroniki bağırsaq keçməzliyindən əziyyət çəkməklə İİİ qrup əlil olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını və atasının İİ qrup Qarabağ veteranı olmasını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Cəza təyini zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs2 münasibətdə məhkəmə hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə də, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Ona görə də məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci bəndində qeyd olunmuşdur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Təqsirləndirilən şəxs1 İİ qrup əlil olmasını, Təqsirləndirilən şəxs2 cinayət törədərkən yetkinlik yaşına çatmamasını, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 atalarının ikinci qrup Qarabağ veteranı olmalarını, Təqsirləndirilən şəxs3 İİİ qrup əlil olmasını, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdikləri cinayət əməllərini səmimi peşmançılıqla etiraf etmələrini, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslərə barışmaqla onlara qarşı iddia və tələbinin olmamalarını, təqsirləndirilən şəxslərin zərərçəkmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1lə məhz ailə həyatı qurmaq niyyəti ilə oğurlamaqlarını, bununla da cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini müzakirə edib nəzərə almışdır. Məhkəmə tərkibi məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, həmçinin əməllərində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin məqsədi və motivini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onların davranışını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər cəmiyyətdən təcrid olunmadan da islah oluna bilərlər. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə ona, digər təqsirləndirilən şəxslərə isə ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onların islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədə müvafiq sayır. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslərin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Həmçinin məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onlardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64-cü maddəsinə əsasən iştirakçılıqda törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alınır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə aşağıdakı qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, barələrində sınaq müddəti müəyyən edilməli, onların üzərinə qanunla müəyyən edilmiş qaydada vəzifələr qoyulmalı, təqsirləndirilən şəxslər barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri qaydasında iş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs3 məxsus VAZ 21074 minik maraklı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalı, 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Tovuz rayon Vəkil Bürosunun vəkili X25 prosessual hərəkətlərdə 22 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 25 saat, Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili X19 25 saat, Təqsirləndirilən şəxs4 hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Tovuz rayon Vəkil Bürosunun vəkili X20 prosessual hərəkətlərdə 22 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 25 saat və Təqsirləndirilən şəxs3 hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Tovuz rayon Vəkil Bürosunun vəkili X15 prosessual hərəkətlərdə 22 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi4 25 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hüquqlarını ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu yer üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 03 (üç) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası 2 ( iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu yer üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu yer üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu yer üzrə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs3 məxsus VAZ 21074 minik maraklı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın, 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məmmədov Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər X10, X6 və X3 vəkil işlədikləri Tovuz rayon Vəkil Bürosunun hesabına hər birinə ayrı ayrılıqda 120 (bir yüz iyirmi) manat, müdafiəçilər Müdafiəçi1, X4, Müdafiəçi3 və Müdafiəçi4 vəkil işlədikləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına hər birinə ayı-ayrılıqda 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-156/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-156/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver