Məhkəmə qərarları › İş №1(100)-156/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-156/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-156/2025 16.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibləri: X5, X7 və X8, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X11, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı ildə Tərtər şəhərində anadan doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu götürülmüş, fərdi əməklə məşğul olan, Tərtər rayonu Kəngərli kəndində qeydiyyatda olmaqla Tərtər şəhəri V.Orucov küçəsi ev 24-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.4,181.2.5, 181.3.2, 181.3.3, 126.2.4, 186.1, 228.1, 221.2.1, 221.2.2, 221.3, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 14 il azadlıqdan məhrumetmə cəzasına, eləcə də Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək hökmlərin məcmusu üzrə 17 il, 06 ay, 03 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 15 il, 7 ay, 03 gün müddətə endirilməklə, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 01 il, 05 ay, 06 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda qəsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda “ Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən Narkotik vasitələrin İ siyahısı”-na daxil edilən 7,618 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən “Tərtər Mall” ticarət mərkəzinin yaxınlığında daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü ildə saat 18:35 radələrində “Tərtər Mall” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Tərtər rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 20:16-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, təmiz çəkisi 7,618 qram çəkidə, qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərdi ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Üzərindən aşkar edilmiş narkotik vasitəyə heç bir aidiyyəti yoxdur. Əvvəl törətdiyi cinayət hadisəsinə görə ona təyin edilmiş cəzanın çəkildiyi müddətdə nümunəvi davranışı ilə islah olunmuş, buna görə vaxtından əvvəl azad edilmiş, müraciəti əsasında məhkəmə tərəfindən üzərindəki məhkumluq da götürülmüşdür. Özü bir neçə xəstəlikdən əziyyət çəkir və səhhətində ciddi problemlər mövcuddur. Tərtər şəhərinə ailə üzvlərinin yanına qayıtdıqdan sonra Tərtər şəhərində yerləşən ticarət mərkəzinin yaxınlığında icarəyə çörəkbişirmə sexi götürüb orada un məmulatlarının bişirilməsi ilə məşğul olmuşdur. Həbsdən çıxdıqdan sonra yaşadığı ərazidə narkotik vasitələrə qurşanan şəxslərin sayının artmasına görə istifadəçilərə ümumi şəkildə yaşadığı yerdə və yaxın ərazilərdə narkotik çəkməməyi, narkotiklərin satışı və yeniyetmələrin istifadəsi ilə bağlı halları müəyyən etsə, cəzalandıracağı barədə xəbərdarlıq etmişdir. Bundan qısa müddət sonra isə xx.xx.2023-cü ildə çörəkbişirmə sexində olarkən axşamüstü işdən sonra oraya gələn bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb onlarla Tərtər rayon polis şöbəsinə getməli olduğunu demiş, onunla birlikdə bir yerdə işlədiyi qohumlarını da aparmışlar. Polis şöbəsində olduğu müddətdə isə qarşısına bir ədəd bükülüdə narkotik vasitə qoyaraq götürməyi, aparılacaq çəkilişdə özünə məxsus olmasını deməsini tələb etmiş, əks təqdirdə gətirilən digər şəxslərin - qohumlarının da cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə hədələmişlər. Qohumlarının əsassız yerə məsuliyyətə cəlb edilib əziyyət çəkməməsi üçün o, polislərlə razılaşmış və aparılmış çəkilişdə guya narkotik vasitəni yerdən tapdığını, heç kimin istifadə etməməsi üçün götürüb üzərində saxladığını demişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, narkotik vasitələrə heç bir aidiyyəti yoxdur. Heç bir narkotik vasitə və psixotrop maddədən istifadə etmir. Uzun müddət məhkumluq həyatı yaşadığı, dövlət tərəfindən məhkəmələrin timsalında ona tətbiq edilən humanizmə görə həbsdə olduğu müddətdə polis əməkdaşlarından ibtidai istintaq və məhkəmə baxışı zamanı heç yerə şikayət etməmişdir. Aşkar edilmiş narkotik vasitəyə heç bir aidiyyəti yoxdur, sağlamlığında ciddi problemlər var, məhkəmədən ona bəraət verilərək azadlığa buraxılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin əməkdaşı Şahid göstərmişdir ki, Tərtər şəhərində yaşayan, əvvəllər məhkum edilmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitələr əldə edib saxlaması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, idarə rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış, iş yoldaşları ilə birgə həmin gün Bakı şəhərindən Tərtərə gəlmişlər. Təqsirləndirilən şəxs isə Tərtərdəki iri ticarət mərkəzinin yaxınlığında saxlayaraq Tərtər rayon Polis Şöbəsinə aparmış, üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış vaxtı isə Habil özü könüllü olaraq cibində saxladığı 1 ədəd bükümü təqdim edərək yerdən tapdığını, kimsə istifadə etməsin deyə götürüb üzərində saxladığını bildirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid göstərdi ki, Təqsirləndirilən şəxs “Tərtər Mall” ticarət mərkəzinin yaxınlığında saxlamışlar. Habil saxlanılarkən, Tərtər rayon polis şöbəsinə aparılarkən və orada olduğu müddətdə ona qarşı psixoloji, fiziki təsir və təzyiq olmamış, polis əməkdaşlarına qarşı hansısa kobudluq və tabesizlik göstərməmişdir. Şəxsi axtarış zamanı da Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni tapdığını bildirmişdir. Ona daxil olmuş əməliyyat məlumatı, narkotik vasitələrin satışı ilə bağlı hissəsi isə ümumiyyətlə təsdiqini tapmamış, satışla bağlı hər hansı sübut və məlumat əldə edilə bilməmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raport və həmin tarixli təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Tərtər rayonu, Kəngərli kəndində qeydiyyatda olmaqla Tərtər şəhəri, V.Orucov küçəsi, ev 24-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması və daşıması barədə DİN BMCMİ-nə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 18:35-də Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən “Tərtər Mall” ticarət mərkəzi yaxınlığında saxlanılaraq yerində şəxsi axtarış keçirilməsinə şərait olmadığından, prosessual hərəkətlərin aparılması üçün Tərtər Rayon Polis Şöbəsinə aparılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:35-də “Tərtər Mall” ticarət mərkəzi yaxınlığında saxlanılaraq Tərtər RPŞ-yə gətirilmiş, həmin gün saat 19:37-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokol və əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümündə narkotik vasitə olan heroinə bənzər kütlə, eləcə də təqdim etdiyi 1 ədəd “İphone” markalı mobil telefon götürülmüş, şifahi sorğu-sual zamanı bükümü həmin gün tapdığını və kiminsə istifadə etməməsi üçün götürüb üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5737 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri olan, Azərbaycan Respublikası DİN zərflər üçün №6” dairəvi möhür əksləri, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 7,618 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroin təmiz çəkisi: 7,618 qr, tədqiqata sərf edildi: 0,050 qr, qalıq: 7,568 qr. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 4(005)-1523/2023 saylı qərarından görünür ki, həmin tarixdə məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 5(005)-1808/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, DİN BMCMİ-nin xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz qaydada əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qanunauyğun sayılmışdır. İş materiallarında olan Tərtər rayon Məhkəməsinin 5 (061)/-93/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, DİN BMCMİ-nin xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarı qanunauyğun olmaqla şəxsin üzərinə axtarış keçirilməsi hissəsində məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olmadığından əməliyyat - axtarış fəaliyyəti subyektinə geri qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 430/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 7048 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekpsertizasının xx.xx.2023-cü il tarixli 3929/k №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid amfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiapen törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 2 №li kliniki Psixatriya Xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli, 1/5628№li məktubdan görünür ki, Təqsirləndirilən şəxs müailcə üçün həmin xəstəxanaya müraciət etməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən BMCMİ-nin İstintaq İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli xidməti yazıdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi şəxsi, narkotik vasitənin satışında şübhəli olan şəxslərlə əlaqəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.4,181.2.5, 181.3.2, 181.3.3, 126.2.4, 186.1, 228.1, 221.2.1, 221.2.2, 221.3, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 14 il azadlıqdan məhrum etmə cəzasına, eləcə də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə isə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək hökmlərin məcmusu üzrə 17 il, 06 ay, 03 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 15 il, 7 ay, 03 gün müddətə endirilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il, 05 ay, 06 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan Tərtər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli 7(061)-9/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs cəzadan şərti olaraq azad olunmuş hissəsindən də azad edilmiş və məhkumluğu götürülmüş, xx.xx.2023-cü ildə məhkum olunmuş şəxslərin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Tərtər RİHB-nin Tərtər şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, xx.xx.2023-cü il tarixli 294 №li arayışa əsasən isə Tərtər şəhəri, V.Orucov küçəsi, ev 24 də ata-anası, qardaşı və onun ailəsi, eləcə də bacısı ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan “Respublika Psixatriya xəstəxanası” publik hüquqi şəxsdən verilmiş xx.xx.2023-cü il tarixli, 19158 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıq və anten dairə daxil olan və çıxan zənglərə dair "xxxx" Telekom MMC tərəfindən təqdim edilmiş məlumatlara məhkəmə istintaqında keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Xəzər rayon məhkəməsinin qərarından və müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına verilmiş sorğuya cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən onda “şəkərli diabet İİ tip insulindən asılı olmayan”, xroniki virus hepatiti “C”, keçirilmiş ağ ciyər vərəminin qalıq əlamatləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs baş beyin travmasının xəstəliyi, üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu diaqnozu ilə İİ qrup əlildir və dispanserdə qeydiyyatdadır, hal-hazırda da təcridxananın tibb hissəsinə yerləşdirilmiş və müalicəsi aparılır. Müdafiə tərəfindən məhkəməyə təqdim edilən “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli 69 №li məktub arayışından görünür ki, Təqsirləndirilən şəxs anası Rahilə Tağıyeva onkoloji yataq xəstəsidir, sonuncunun qardaşları X3 və X4 qardaşı oğlu X13 1992-ci ildə Ağdərə rayonu, Çaldıran kəndində şəhid olmuş, Təqsirləndirilən şəxs isə xx.xx.2020-ci ildə başlanmış Vətən Müharibəsi zamanı Silahlı Qüvvələrə və müharibədən zərərçəkən vətəndaşlara çoxlu miqdarda maddi köməklik göstərmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “cinayət işinin ayrılması və icraata götürülməsi haqqında” qərardan görünür ki, cinayət işindən narkotik vasitənin mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində də Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlaması, istifadə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilmişdir. İş üzrə ibtidai araşdırmanın aparıldığı bütün dövrdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində, eləcə də istintaq hərəkətlərinin aparıldığı videoçəkilişdə qəti olaraq üzərindən aşkar edilən narkotik vasitə olan heroini yerdən tapdığını və digər şəxslərin istifadəsinin qarşısını almaq məqsədilə üzərində saxladığını göstərmişdir. Şahid qismində dindirilmiş DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları da həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrdə göstərmişlər ki, əməliyyat məlumatları təqsirləndirilən şəxsin üzərində külli miqdar qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni satış məqsədilə gəzdirməsi barədə olsa da, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs aşkar edilmiş heroini satış məqsədilə əldə etməsi və saxlamasını, eləcə də satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli rəyində isə Təqsirləndirilən şəxs qan və sidik nümunlərində fenilalkamin qrupuna aid amfetamin aşkar edildiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi yalnız təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdar heroini əldə edib üzərində saxlaması və daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (Təqsirləndirilən şəxs istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi, sövdələşməsi, alıcı(lar) ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar, narkotik vasitə və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu sair hərəkətlər) hallara dair heçbir sübut əldə edə və satışla bağlı hissədə təqsirini sübuta yetirə bilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak məqsədi, yaxud öz ifadəsində də göstərdiyi kimi digər şəxslərin istifadəsinin qarşısının almaq üçün qanunsuz əldə edib üzrəində saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq olması əsas götürülmüş, lakin narkotik vasitənin bir bükümdə olmasına və yuxarıda qeyd edilən digər hallara diqqət yetirilməmişdir. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında olan raportda əməliyyat məlumatının mötəbərliyini təsdiq edən heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyil. Cinayət işi materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Səbuhi Nəcəfovun narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Belə halda cinayət işində olan raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Təqsirləndirilən şəxs narkotik vasitələrn satışını təsdiq edən yeganə hal kimi göstərilən isə narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmasıdır ki, digər təsdiqedici sübutlara olmadan həmin hala şəxsin narkotik vasitənin küllli miqdar satışı ilə məşğul olması kimi qiymət verilməsi məntiqi ədalətəli və ağlabatan deyil və bu şəxsin narkotik vasitə satışını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də, şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin külli miqdar çəkidə olması əsasına görə onun narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması....-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələblərinə görə də təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibi əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi üzərindən aşkar edilmiş heroinin ona məxsus olmaması, xx.xx.2023-cü ildə özünə məxsus çörəkbişirmə sexindən mülki geyimli polis əməkdaşlarının onu saxlayaraq Tərtər rayon Polis Şöbəsinə aparıb orada qarşısına bir bükümdə sonradan üzərində çıxan narkotik vasitəni qoyub özünün olmasını deməsi, əks təqdirdə onunla bir yerdə işləyən əmisioğlu və digər qohumlarının da gətirilib cinayət məsuliyyətinə cəlb edilməsini dediklərinə görə narkotik vasitəni götürüb aparılmış çəkiliş zamanı da özünün olmasını bildirməsinə münasibətdə qeyd edir ki, həmin hallar Təqsirləndirilən şəxs özünün ibtidai araşdırma zamanı ilkin olaraq verdiyi tam etirafedici ifadələri, şahid ifadələri, eləcə də cinayət işi materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol, həmin istintaq hərəkətinin qeydə alındığı videoçəkiliş, iş üzrə təyin edilmiş məhkəmə narkoloji və kimyəvi ekspertiza rəyləri və cinayət işinin digər faktiki halları ilə inkar edilmiş, öz ifadəsindən başqa digər hər hansı mötəbər sübutla təsdiqini tapmamışdır. Məhkəmə həmin ifadələri Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi daşıdığından həqiqətə uyğun olmayan hesab edir, həmin hissədə sübut kimi qəbul etmir və gəldiyi nəticəni aşağıda qeyd edilən sübutların təhlili ilə əsaslandırır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, vəkilmüdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuş, prosessual hərəkətlər isə videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkilişə məhkəmədə baxış zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində gözlə görünən hər hansı xəsarət, yaxud xəsarət izi, həmin vaxt edilən psixi və fiziki təzyiqə görə qeyri-adi psixi-emosional halda olduğunu göstərən, həmçinin digər adekvat olmayan hal(lar) müəyyən edilməmiş məhkəmə tibbi ekspertizanın rəyinə əsasən sonrakı müddətdə də bədən səthində hər hansı xəsarət, yaxud izi aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroinin ona məxsus olmasını bildirmiş, videoçəkilişdə kifayət qədər imkana malik olmasına baxmayaraq, istintaq hərəkətinə və orada iştirak edən şəxslərə etirazını bildirməmiş, müdafiəçi tərəfindən ona qarşı hansısa təsir (fiziki və psixi), təqdim etdiyi narkotik vasitəyə bənzər kütlənin ona məxsus olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə etiraz etməyib bükümün məhz özünə məxsus olduğunu demişdir. Məhkəmədən fərqli olaraq X12 ibtidai istintaq zamanı verdiyi ifadələrində isə göstərmişdir ki, ... 25 oktyabr 2023-cü il tarixdə, saat 18:35-də Tərtər şəhəri, H.Əliyev prospekti, "Tərtər Mall" ticarət mərkəzinin yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuş, ad soyadını dedikdən ssonra onu Tərtər Rayon Polis Şöbəsinə dəvət etmişlər....Polis Şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə etməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üstündə “Heroin” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd "İphone" markalı mobil telefonu va 100 manat pulu, şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmiş sellofan bükümün içərisində "heroin" adı ile tanıdığı narkotik vasitə olduğunu bildirmişdir......Şifahi sorğu zamanı üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini həmin gün, yəni xx.xx.2023cü il tarixdə Tərtər şəhəri ərazisindən iş yerinin yaxınlığından tapdığını, maraqlı gəldiyi üçün götürüb üstündə saxladığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, həmin maddədən heç kimə vermədiyini və heç kimə satmadığını bildirmişdir... Beləliklə məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü ildə saat 18:35 radələrində “Tərtər Mall” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Tərtər rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 20:16-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 7,618 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, uzun sürən məhkumluq həyatından sonra ictimai faydalı əməklə məşğul olub, çörəkbişirmə sexi icarəyə götürüb iş yeri yaratmasını, İİ qrup əlil olmasını və ağır xəstəlikdən əziyyət çəkməsini, anasının onkoloji xəstə, dayılarının isə şəhid olmalarını məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs əvvəl törədilmiş əməllərə görə məhkum edilməsi ilə bağlı məsələ ittiham tərəfindən əsaslandırmağa və qanunsuz olduuğunu iddia etsə də, məhkəmə qeyd edir ki hər bir halda qəbul edilmiş qərarların əsassız olduğunu iddia edən orqan (prokurorluq) tərəfindən protest verilməməsini məhkəmə təqsirləndirilən şəxsin ziyanına şərh və qəbul edilməsini cinayət qanununun qanunçuluq, ədalət və humanizm prinsipinə zidd hesab edir və bütün şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edir. Məhkəmə cinayət qanununun və hüququn ümumi prinsiplərini rəhbər götürüb hesab edir ki, məhkəmənin rəsmi sorğusuna əsasən təqdim edilmiş heç bir apellyasiya şikayəti və protest verilməyən və hazırda qüvvədə olan Tərtər rayonun məhkəməsinin hökmün təsviri hissəsində qeyd edilən qərarlarına əsasən Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu götürülmüş və O hazırki cinayət əməli törədildiyi anda məhkumluğu olmayan şəxs olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan külli miqdar narkotik vasitələri....qanunsuz olaraq əldə etmə, saxlama, daşıma 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2, 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə tərkibi, təqsirləndirilən şəxs X6 cəza məsələsini müzakirə edərək hesab edir ki, onun islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə təqsiri sübuta yetirilmiş maddənin sanksiyasında olan cəza müddəti daxilində mümkündür. İş materiallarına əsasən təqsirləndirilən şəxs müsbət xarakterizə edilmiş, onun dayıları və dayısı oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İ qarabağ müharibəsində şəhid olmuş, Vətən Müharibəsi dövründə isə özü Silahlı Qüvvələrə və müharibədən zərərçəkmiş mülki vətəndaşlara maddi yardım göstərmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki davranışı və şəxsiyyətini xarakterizə edən müsbət hallar Təqsirləndirilən şəxs ittiham olunduğu və təqsirinin məhkəmə baxışında sübuta yetirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı hədd cəza təyin etməklə onun islah olunmasına nail olmaq mümkündür. Törətdiyi cinayət əməlinə görə cəza çəkdiyi dövrdə islah olması onun həbsdən sonrakı davranışları (ictimai faydalı əməklə məşğul olması iş yeri yaratması) ilə təsdiq olunduğundan məhkəmə şəxsin əvvəl cinayət məsuliyyətinə cəlb edilməsini də mənfi xarakterizə edici hal olaraq qiymətləndirmir. Bundan başqa qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 2020-ci ildə Vətən müharibəsi və sonrakı dövrdə müharibənin ən çox ziyan vurduğu yaşayış məntəqələrindən bir olan Tərtər şəhəri və ətraf ərazilərdə yaşayan şəxslərə göstərdiyi maddi-mənəvi köməklikləri də məhkəmələrin timsalında dövlət tərəfindən əvvəlki məhkumluğu dövründə ona tətbiq edilmiş humanist mövqeyin nəticəsidir və hazırki iş üzrə şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi də cəzaçəkmə müddətində davranışı ailə vəziyyəti və səhhəti nəzərə alınmaqla cəzadan vaxtından əvvəl azad və əfv edilməsini, barəsində amnistiya tətbiqini istisna etmir. Azəbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinnə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və DİN BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi qalıq: 7,568 qram olan heroin məhv edilməli, şəxsi axtarış istintaq hərəkətinin görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk və telefon məlumatlarına dair 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və DİN BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 7,568 qram olan heroin məhv edilsin, şəxsi axtarış istintaq hərəkətinin görüntüləri olan 01 ədəd “DVD” disk və telefon məlumatlarına dair 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar