Məhkəmə qərarları › İş №1(100)-157/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-157/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-157/2020 06.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X3 X6 Məhkəmələrində Dövlət X3 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə X9 Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1983-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Bərdə şəhəri, Koroğlu küçəsi, ev 12, mənzil 14-də qeydiyyatda olmaqla həbs olunana qədər həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 2-də qeydiyyatda olmaqla həbs olunana qədər həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ümumilikdə 2,988 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və kustar üsülla hazırlanmış psixotrop maddə olan 0,899 qram təmiz çəkidə metafetamini qanunsuz əldə edərək yaşadığı, Bərdə şəhəri, Koroğlu küçəsi ev 12, mənzil 14-də saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış zamanı mənzildən satış məqsədi ilə saxladığı 1 ədəd bənövşəyi rəngli polietilen kəsiyi bükümündə, 2 ədəd şəffaf rənglı polietilen kəsiyi bükümlərində, 1 ədəd yaşıl rəngli rəngli polietilen kəsiyinə bükülmüş olan 1 ədəd şəffaf rəngli polietilen kəsiyində, 2 ədəd iç-içə qoyulmuş “gümüşü” rəngli kağıza bükülmüş olan 1 ədəd şəffaf rəngli polietilen kəsiyində, 1 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,089 qram, 0,085 qram, 0,319 qram, 2,252 qram, 0,142 qram, 0,101 qram, ümumi təmiz çəkisi 2,988 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 2 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,540 qram, 0,359 qram, ümumi təmiz çəkisi 0,899 qram kustar üsulla hazırlanmış psixotrop vasitə olan metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 оğlu məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ümumilikdə 2,988 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və kustar üsülla hazırlanmış psixartop maddə 5,043 qram təmiz çəkidə metafetamini qanunsuz əldə edərək yaşadığı Bərdə şəhəri Nüşabə küçəsi 17 nömrəli evdə saxlamış, xx xxxxxx 2020-ci il tarixdə həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan 2,988 qram heroini və 0,899 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamini Bərdə şəhəri Koroğlu küçəsi ev 12, mənzil 14-də yaşayan Təqsirləndirilən şəxs1 sonuncunun yaşadığı evdə 100 manata satmış, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış zaman yataq otağından satış məqsədi ilə saxladığı 1 ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş bükümdə təmiz çəkisi 0,913 qram, 1 ədəd dəmir qutuda təmiz çəkisi 3,231 qram, ümumi təmiz çəkisi 4,144 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop vasitə olan metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü mаddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 16 ildir narkotik vasitədən istifadə edir. Evdə 1 qrama yaxın “şüşə” və 3 qrama yaxın da “kakos” adlı narkotik vasitəsi olmuşdur. Həmin narkotik vasitələri Bakıdan alıb gətirmişdir. Təqsirləndirilən şəxs2 axşam saatlarında zəng vuraraq “ağrıyıram, varındısa nəsə ver, məni vəziyyətdən çıxart” demiş, razılaşmışdır ki, 20-30 dəqiqə sonra gəlsin. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirərək ona narkotik vasitələrin istifadəsində şübhəli bildikləri üçün evinə baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra onun yaşadığı evə polis əməkaşları tərəfindən video çəkilişlə baxış keçirilmişdir. Bu barədə ona xəbərdarlıq edilmiş, o da heç bir etirazının olmadığını demişdir. Baxış zamanı evdə gizlətdiyi, bir bükümdə olan heroin, iki bükümdə olan metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitələrə baxış keçirilmiş, baxış keçiriləndən sonra elektron tərəzidə çəkilmiş, daha sonra qablaşdırılaraq, üzərinə möhür vurulmuşdur. Bundan sonra polis şöbəsinə gəlmiş, burada ona müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs2 narkotik vasitə almadığını, aşkar olunaraq götürülmüş həmin narkotik vasitəni Bakıdan şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni satmaq niyyətinin olmadığını və həmin narkotiki Təqsirləndirilən şəxs2la birlikdə istifadə etməyi düşündüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü mаddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 aya yaxındır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 zəng vuraraq narkotik vasitə istəmiş, Orxan da bir yerdə istifadə etmələrilə bağlı onunla razılaşmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində polis əməkdaşları onu Bərdə şəhərinin Koroğlu küçəsində saxlayıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi təyin edilmiş, üzərinə video çəkilişlə baxış keçirilmiş, bu zaman belində kəmərin altında olan bıçağı, üzərində gəzdirdiyi elektron tərəzini, “Samsung” və “İphone 5s” markalı mobil telefonları təqdim etmişdir. Bundan sonra onun yaşadığı evə baxış keçirilmiş, baxış zamanı yatdığı otaqda olan dolabın gözündən dəmir qabda olan metamfetamini polis əməkdaşlarına təqdim etmiş, həmin metamfetamin elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Həmçinin ifadəsinə əlavə olaraq evindən aşkar edilmiş psixotrop maddəni özü istifadə etmək üçün saxladığını, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını, əvvəl saxlamaq üçün Təqsirləndirilən şəxs1 ona verdiyi narkotik vasitəni Orxana qaytardığını, Təqsirləndirilən şəxs1 heroin vermədiyini, satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bərdə şəhər sakini, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi, yaşadığı evində və üzərində narkotik narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan xx xxxxxx 2020-ci il tarixdə həmin məlumat əsasında əməliyyat axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Əməliyyat axtarış tədbirlərinə uyğun olaraq Bərdə rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2la birlikdə həmin tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq, yaşadığı evdə narkotik vasitə ehtimalı olduğu üçün evinə baxış keçirilməsi ona izah edilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evdə baxış keçirilməsi üçün anası Şahid5 ərizə ilə müraciət edərək, baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evə video çəkiliş vasitəsilə baxış keçirilmiş, Orxanın yatdığı yataq otağına baxışda otağa giriş qapısı ilə üzbəüzdə yerləşən pəncərənin qarşısında sellofan və kağız bükümlər aşkar edilmişdir. Baxış zamanı bir ədəd yaşıl rəngli, doqquz ədəd şəffaf rəngli sellofanda, bir ədəd ağ rəngli kağıza bükülmüş, bir ədəd şüşə ampulada, 2 ədəd şəffaf sellofana bükülmüş həb, elektron tərəzi aşkar edilmişdir. Həmin vaxt 9 ədəd şəffaf olan sellofan bükümü açan zaman 7 ədədinin içərisindən narkotik vasitə hesab edilən heroinə bənzər maddənin olması, digər iki şəffaf bükümün içərisindən isə metamfetaminə bənzər maddənin olması aşkar edilmişdir. 1 ədəd yaşıl rəngli sellafon torbanın içərisindən isə narkotik vasitə olan heroinə bənzər kütlə, bir ədəd ağ rəngli kağızın içərisindən narkotik vasitə hesab edilən heroinə bənzər kütlə, üstüstə 2 şəffaf rəngli sellofan bükümdə ağ rəngli həbin olması aşkar edilmişdir. 8 ədəd sellofan bükümdə olan və bir ədəd ağ kağızda olan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlənin miqdarı 6 qramdan çox olmuşdur. Həmin kütlələr sellofan və kağız bükümün üzərində çəkisi çəkilmişdir. 2 ədəd şəffaf bükümdə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilən zaman çəkisi 1 qram olmuşdur. Həmin bükümlər, elektron tərəzi və şüşə ampula sənədləşdirilərək zərfə qoyulmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı evində başqa hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni Orxan adlı tanışından almasını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılarla birlikdə həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs1 Bərdə rayon polis şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq müdafiəçi dəvət edilmişdir. Həmin vaxt onun və digər əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparan zaman üzərində hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edildikdən sonra o, və baxışda iştirak edən iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 оğlu Şahid1 оğlunun ifаdəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 оğlu ifаdəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə Bərdə şəhər sakini, Təqsirləndirilən şəxs1 evindən ona məxsus narkotik vasitə olan heroinə bənzər kütlə və metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri tanışı Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində qeyd edilən məlumat əsasında əməliyyat axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, Koroğlu küçəsində saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olması ehtimalı olduğu üçün şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılması üçün müdafiəçi dəvət edilmişdir. Müdafiəçidən əlavə şəxsi axtarışda Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 də iştirak etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 huqüq və vəzifələri izah edilərək Bərdə rayon polis şöbəsində video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi deyilmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 belinin sağ tərəfində kəmərin altında olan bir ədəd bıçağı, əynində olan gödəkçənin sol cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin iç cibindən iki ədəd mobil telefonu təqdim etmişdir. Bu barədə protokol tərtib edilmişdir. Bir ədəd bıçaq və bir ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik vasitə və psixatrop maddə olması ehtimalı olduğundan yaşadığı evinə baxış keçirilməsi üçün yaşadığı ünvan 2 ünvanına getmişlər. Həmin vaxt baxışda əməliyyat müvəkkili Şahid3, müdafiəçi, Təqsirləndirilən şəxs2 iştirak etmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evdə yataq otağını göstərərək, həmin otaqda yatdığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 həmin otaqda olan kompyuter stolunu göstərərək, özünə məxsus olan “şüşə” dediyi psixatrop maddəni həmin yerdə saxladığını bildirmişdir. Həmin kompyuter stolunun gözündə olan 1 ədəd sellafon bükümdə olan və bir ədəd dəmir qabda olan metamfetaminə bənzər kütlə olması aşkar edilmişdir. Həmin sellofan bükümdə olan kütlə sellofanla birlikdə elektron tərəzidə çəkilən zaman çəkisi 1 qram müəyyən edilmişdir. Dəmir qabda çəkilən psixatrop maddə olan metamfetaminə bənzər kütlə dəmir qabla birlikdə çəkilən zaman çəkisi 53 qram müəyyən edilmişdir. Bir ədəd sellofan bükümdə olan kütlə və dəmir qabda olan kütlə zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 оğlu Şahid4 оğlunun ifаdəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 оğlu ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğludur. Oğlu Orxan 10 ildən çoxdur ki, narkotik vasitə istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində polis əməkdaşları evlərinə gələrək oğlu Orxanın yaşadığı evdə narkotik vasitə saxlamasını bildirərək evə baxış keçiriləcəyini bildirmişlər. Heç bir etirazlarının olmadığını bildirmişlər. Bundan sonra yaşadıqları evə polis əməkdaşları oğlu Orxanın iştirakı ilə baxış keçirmişlər. Həmin baxış video çəkilişlə aparılmış, özü isə kənarda dayanmışdır. Evə baxış zamanı polis əməkdaşları evdə olan otağın pəncərəsinin qarşısından onların deməsinə görə büküm halında olan heroinə və metamfetaminə bənzər kütlələr aşkar edilmiş və həmin maddələr polis əməkdaşları tərəfindən götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli 93 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədiqаqаta təqdim оlunmuş üzərində «Təqsirləndirilən şəxs1.» sözləri və imzalar olan zərfdəki;- 1 (bir) ədəd bənövşəyi rəngli polietilen kəsiyi bükümündə, 2 (iki) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində, 1 (bir) ədəd yaşıl rəngli polietilen kəsiyinə bükülmüş olan digər 1(bir) ədəd şəffaf rəngli polietilen kəsiyində, iki ədəd iç-içə qoyulmuş “gümüşü” kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,089 qram, 0,085 qram, 0,319 qram, 2,252 qram, 0,142 qram, 0,101 qram, ümumi təmiz çəkisi 2,988 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -2 (iki) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,540 qram, 0,359 qram, ümumi təmiz çəkisi 0,899 qram maddələr küstar üsulla hazırlanmış psixatrop maddə-metamfetamindir. -3 (üç) ədəd polietilen kəsiklərinin üzərində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin hesablamaq mümkün olmadı. -2 (iki) ədəd ağ rəngli dairəvi formalı üzərində heç bir əmtəə yazısı olmayan həblərin tədqiqatı üçün, məhkəmə ekspertizası X5 bölməsinin laboratoriyasında texniki avadanlıq olmadığından naməlum həblərin tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1” sözləri və imzalar olan zərfdəki, 1 (bir) ədəd üzərində “Nоvоkаin” sözləri yazılan baş hissəsi sınıq olan şüşə flakonun içərisində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2” sözləri və imzalar olan zərfdəki, 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 0,913 qram, olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2” sözlər və imzalar olan zərfdəki 1(bir) ədəd dəmir qutuda təmiz çəkisi 3,231 qram, olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir. Metafetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş, üç ədəd zərflərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə eynidirlər. İş materiallarına əlavə edilmiş “baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 evinə baxış zamanı onun yaşadığı evdən 1 ədəd yaşıl rəngli sellofanda olan bükülünün içərisində və 7 ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitə olan heroin, 2 ədəd sellofan bükümün içərisində olan psixotrop maddə olan metamfetamin, bir ədəd bükülü vəziyyətdə olan ağ kağızın içərisindən heroin, üzərinə “Новакаин” yazısı yazılmış başı kəsik olan ampula şüşə, bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs2evinə baxış zamanı onun yaşadığı evdən dolabın gözündən 1 ədəd şəffaf rəngli sellofonda olan bükülünün içərisində və bir ədəd dəmir qabın içərisində psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs2 üzərinə “şəxsi axtarış və götürmə barədə” protokolundan görünür ki, onun üzərindən bir ədəd bıçaq, bir ədəd elektron tərəzi, iki mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş edilmiş “Azercell Telekom MMC”dən daxil olmuş diskə xx xxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, 050 *** ** ** mobil nömərsinin Təqsirləndirilən şəxs1 adına olması, 050 *** ** ** mobil nömrəsinin isə Təqsirləndirilən şəxs2 adına olması öz əksinin tapmışdır. Həmçinin xx.xx.2020-ci il tarixli, 20:17:07-də, **********50 nömrəsindən **********21 mobil nömrəsində “Saqol ay paxan allah seni qosuluqdan yoldasdiqdan eksik etmesin,hemise eziyyetimi cekmisen.bunu unudan gerek ozunu tanimasin qaqa,basqalarin deyebilmerem”, xx.xx.2020-ci il tarixli, 20:21:27-də, **********50 mobil nömrəsindən **********21 mobil nömrəsinə “menimcun beledi,men unuda bilmerem.REDBOLL gorede tesekkur edirem paxan cox saqol.allah arzularina catdirsin.meni sen REDBOLL-a cattdirdin arzuma”, xx.xx.2020-ci il tarixli 18:28:21-də **********50 mobil nömrəsindən **********21 mobil nömrəsinə “Paxan pul duzelde bilmedim axsama, veziyetim yaxsi deyil nolar imkan varsa bu gecelik menide lomkadan cixar. gucun catani.imkan varsaey?yoxdusa canin saqolsun”, xx.xx.2020-ci il tarixli 17:58:45-də **********50 mobil nömrəsindən **********21 mobil nömrəsinə “Paxan sirtixliq olmasin pambqin qalibs mene vererdin axsami yola verim,Rafayil seher gelir,pisgun qutarir.qalibsa.yoxdu canin saqolsun.ogun elemisen saqol”, xx.xx.2020-ci il tarixli 23:10:14-də **********50 mobil nömrəsindən **********18 mobil nömrəsinə “Qaqa 15basin ozune yarim gotur sheer 10-11e verersen 15m mende asirim isimi yatdim men spakoni noci”, xx.xx.2020-ci il tarixli 20:43:57-də **********50 mobil nömrəsindən **********55 mobil nömrəsinə “Qaqa olum qabaqinda senden cox cox xais edirem kimliyinnen asli olmuyaraq menim adimi bildirm heckime ele bilecekler qaz vurub qazan doldururam.”, xx.xx.2020-ci il tarixli 22:16:52-də **********55 mobil nömrəsindən **********50 mobil nömrəsinə “Qaqa dedim qaqamizdi pay verib sen ol dedim pul vermemisem deyir 5 5di”, xx.xx.2020-ci il tarixli 21:14:31-də **********50 mobil nömrəsindən **********55 mobil nömrəsinə “QaqA valla veZiyyet hecde yaxsi deyi,basina donum eyer gecdise ozume gun aqliyim,birazdan menim kanalim baqlanacaq.”, xx/xx/2020-ci il tarixli 01:28:37-də, **********50 mobil nömrəsindən **********51 mobil nömrəsinə “gozde. sevindirrem seni”, xx.xx.2020-ci il tarixli, 02:06:18-də **********50 mobil nömrəsindən **********18 mobil nömrəsinə “size gelmek iadiyirdom seni sevindirmeye o paxan saqolsun getirdi 20dene k-dan 5denede $den gannatdiki al yavas yavas ver senol saxinin cani,neyse size”, xx.xx.2020-ci il tarixli 02:06:23-də **********50 mobil nömrəsindən **********18 mobil nömrəsinə “gelmek isdiyrd balamin cani YYEMEDİN GETDİNNNN.soxasan o 20m.” sms yazılmışdır. Bundan başqa həmin diskə baxış protokolunda xx.xx.2020-ci il tarixli 21:25:32-də **********55 mobil nömrəsindən, **********86 mobil nömrəsində “Qapınızın ağzındayam”, xx.xx.2020-ci il tarixli 21:51:45-də, **********55 mobil nömrəsindən **********86 mobil nömrəsində “şüşenin içine, Qaqa lazım deyıl pulu ver yada afanı camaat gözleyir lazım deyıl o”, xx.xx.2020-ci il tarixli 22:44:15-də **********55 mobil nömrəsindən **********86 mobil nömrəsinə”Qaqa bu nedi toz torpax”, xx.xx.2020-ci il tarixli 22:16:52-də **********55 mobil nömrəsindən **********50 mobil nömrəsinə “Qaqa dedim qaqamizdi pay verib sen ol dedim pul vermemisem deyir 5 5di”, xx.xx.2020-ci il tarixli 21:15:32-də **********55 mobil nömrəsindən **********50 mobil nömrəsinə “Qaqa dedim gelir 10 deyqe den sora ordayam mohkem ol ayibdi” smsləri öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş “cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə” 31yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş “cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 800 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həbs olunana qədər anası Şahid5, atası Şahid6 və qardaşı X4 ilə birlikdə ünvan 3 ünvanında yaşamışdır. İş materiallarına əlavə edilmiş Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1496 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həbs olunana qədər anası Şahid7 ilə birlikdə ünvan 5 ünvanında yaşamışdır. İş materiallarına əlavə edilmiş Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 126 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, nаrkоmаniyа хəstəliyindən əzаb çəkmir. Nаrkоmаniyа xəstəliyindən məcburi müаlicəyə ehtiyаcı yoxdur. Narkolоji kabinetdə proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 248 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifаdə edir. Narkotik vasitə оlаn metamfetamindən sui istifаdə etmə nəticəsində yаrаnmış nаrkоmаniyа хəstəliyindən əzаb çəkir. Nаrkоmаniyаdаn məcburi müаlicəyə ehtiyаcı vаr. Narkolоji kabinetdə qeydiyyаtа аlınmаsı məsləhət görülür. İş materiallarına əlavə edilmiş “Bərdə şəhər poliklinikası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 274 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş “Bərdə şəhər poliklinikası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 266 və 265 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdurlar. İş materiallarına əlavə edilmiş “Bərdə şəhər poliklinikası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 275 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhər poliklinikasının narkoloji kabinetində xx.xx.2019-cu il tarixdən “Opoidlərin qəbulu” diqanozu ilə dispanser qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilmiş ittihamla özlərini qismən təqsirli bilərək aşkar edilmiş narkotik vasitələri satış məqsədilə saxlamadıqlarını, Təqsirləndirilən şəxs2 narkotik vasitəni Təqsirləndirilən şəxs1 satmadığını, sonuncu da bunu təsdiq edərək istintaq orqanı tərəfindən verilmiş ittihamı qəbul etmədiklərini bildirmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətlərini yüngülləşdirməyə xidmət edən ifadələrdir. Onların təqsiri özlərinin məhkəməyədək icraat zamanı verdikləri ifadələrlə, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 3-4 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. O, narkotikdən istifadə etmək istəmiş, istifadə etmək üçün narkotik vasitəsi olmadığı üçün özünə məxsus olan 050 *** ** ** mobil nömrəsindən tanışı Orxana məxsus mobil nömrəyə zəng vurmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Orxanla mobil telefonla danışan zaman metamfetamin və heroin olmasını soruşmuş, Orxana ona həmin dediklərinin olmasını ona bildirmişdir. Orxanla həmin metafetmaini və heroini almaq üçün 80 manata razılaşmışdır. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 onun evinin yanına gələrək, bir büküm metamfetamin, bir büküm herioni ona satmışdır. O, Təqsirləndirilən şəxs2 80 manat pulu verəcəyinə razılaşmış, bundan sonra o həmin narkotik vasitə heroindən istifadə etmiş, qalan metamfetmini və heroini yenidən istifadə etmək üçün yaşadığı evdə olan boş otaqda pəncərənin ağzında şəffaf rəngli polietlin kiçik torbaya qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olmasını ona demişdir. Polis əməkdaşları ona narkotik vasitələrin istifadəsində şübhəli bildikləri üçün onun evinə baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra onun yaşadığı evə polis əməkaşları video çəkilişlə onun yaşadığı evə baxış keçirilmişdir. Bu barədə ona xəbərdarlıq edilmiş, o da heç bir etirazının olmadığını demişdir. Baxış zamanı Orxandan alıb evdə gizlətdiyi, bir bükümdə olan heroin, iki bükümdə olan metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitələr baxış keçirilmiş, baxış keçiriləndən sonra elektron tərəzidə çəkilmiş, daha sonra qablaşdırılaraq, üzərinə möhür vurulmuşdur. Bundan sonra polis şöbəsinə gəlmiş, burada ona müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışın video çəkilişlə aparılması ona izah edilmş, heç bir etirazının olmadığını bildirmişdir. Həmin vaxt onun üzərindən “West” markalı siqaret və 93 manat 10 qəpik pul çıxmışdır. Bundan sonra həmin əşyalar ona qaytarılmışdır. Həmçinin ifadəsində qeyd etmişdir ki, həmin narkotik vasitə heroini və psixatrop maddə olan metamfetamini özü istifadə etmək üçün əldə etmiş, Təqsirləndirilən şəxs2 narkotik vasitə psixatrop maddəni ilk dəfə almışdır. Bundan başqa istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, onun özünə məxsus olan 050 *** ** ** mobil nömrəsi var. Həmin nömrə onun özünün adınadır. xx xxxxxx 2020-ci il tarixli 20:17:07-də 051 *** ** ** mobil nömrəsinə “saqol ay paxan allah seni qosuluqdan yoldasdiqdan eksik etmesin,hemise eziyyetimi cekmisen.bunu unudan gerek ozunu tanimasin qaqa,basqalarin deyebilmerem” yazmasına cavab olaraq, həmin nömrənin kimin olmasını,smsi nə üçün yazdığını bilmədiyini qeyd etmişdir. xx.xx.2020-ci il tarixli 18:28:21də 051 *** ** ** mobil nömrəsinə yazılmış smsdə “Paxan pul duzelde bilmedim axsama,veziyetim yaxsi deyil nolar imkan varsa bu gecelik menide lomkadan cixar.gucun catani.imkan varsaey?yoxdusa canin saqolsun” yazısı yazılmış, həmin nömrədən sms yazaraq narkotik vasitə almaq üçün pul istəməsini demişdir. Onun istifadə etdiyi mobil nömrədən xx.xx.2020-ci il tarixli 17:58:45-də 051 *** ** ** mobil nömrəsinə yazılmış smsdə “Paxan sirtixliq olmasin pambqin qalibs mene vererdin axsami yola verim ,Rafayil seher gelir,pisgun qutarir.qalibsa.yoxdu canin saqolsun.ogun elemisen saqol” yazısına cavab olaraq həmin vaxtı nə istədiyini yadında qalmadığını bildirmişdir. Onun istifadə etdiyi mobil nömrədən xx.xx.2020-ci il tarixli 23:10:45-də 050 *** ** ** mobil nömrəsinə yazılmış smsdə “Qaqa 15basin ozune yarim gotur sheer 10-11e verersen 15m mende asirim isimi yatdim men spakoni noci” yazısına cavab olaraq, həmin nömərinin sahibini kim olduğunun xatıralamadığı, smsə əsasən isə narkotik almaq üçün 15 manat pul istədiyini bildirmişdir. Onun istifadə etdiyi mobil nömrədən xx.xx.2020-ci il tarixli 20:43:57-də 050 *** ** ** mobil nömrəsinə yazılmış smsdə “Qaqa olum qabaqinda senden cox cox xais edirem kimliyinnen asli olmuyaraq menim adimi bildirm heckime ele bilecekler qaz vurub qazan doldururam” yazısına cavab olaraq həmin nömrənin Təqsirləndirilən şəxs2 məxsus olmasını, həmin sms nə üçün yazdığını xatırlamadığını bildirmişdir. Onun istifadə etdiyi mobil nömrədən xx.xx.2020-ci il tarixli 02:06:57-də 050 *** ** ** mobil nömrəsinə yazılmış smsdə “size gelmek iadiyirdom seni sevindirmeye o paxan saqolsun getirdi 20dene k-dan 5denede $-den gannatdiki al yavas yavas ver senol saxinin cani,neyse size” yazısına cavab olaraq həmin nömrənin Təqsirləndirilən şəxs2 məxsus olmasını, həmin sms nə üçün yazdığını xatırlamadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 5-6 aya yaxındır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. O, Bakı şəhərində Sülyeman adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, bundan sonra isə münasibətləri yaranmağa başlamışdır. Süleyman özü metamfetamin istifadə edirmiş, ona bu barədə təklfi etmişdir. O, həmin psixotrop maddədən istifadə etmiş, sonradan həmin psixotrop maddəni pulla Süleymandan almağa başlamışdır. Süleyman ona metamfetamin satacağını demiş, ondan bir-neçə ay qabaq 7-8 qram metamfetamin almışdır. Daha sonra pul ehtiyacı olduğu üçün metamfetamini satmaq qərarına gəlmişdir. Tanışı Orxan adlı şəxs onun 050 *** ** ** mobil nömrəsinə zəng vuraraq, onda metamfetamin olmasını soruşmuş, cavabında onda metamfetamin olmasını demişdir. Onlar öz aralarında metamfetaminə şüşə deyirlərmiş. O, Orxana yarım qram metamfetamin satacağını demiş, Orxan isə ona 80 manat pul verəcəyini bildirmişdir. Orxan onunla razışandan sonra xx xxxxxx 2020-ci il tarxidə Orxanın evlərinin yanında metamfetamini aparıb vermiş, 80 manat alacağını bildirmişdir. Bundan sonra səhəri gün yəni, xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində polis əməkdaşları onu Bərdə şəhəri Koroğlu küçəsində saxlayıb polis şöbəsinə gətirmişlər. Bundan sonra polis şöbəsində olan zaman ona müdafiəçi təyin edilmiş, üzərinə video çəkilişlə baxış keçirilmişdir. O, baxışa heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı belində kəmərin altında olan bıçağı, üzərində gəzdirdiyi elektron tərəzini, “Samsung” və “İphone 5s” markalı mobil telefonları təqdim etmişdir. Üzərindən aşkar edilmiş bir ədə bıçaq, bir ədəd elektron tərəzi qablaşdırılaraq görütülmüşdür. Polis əməkdaşları Orxan adlı şəxsə narkotik vasitə satmasını demiş, o isə cavabında yalnız metamfetamin satdığını bildirmişdir. Bundan sonra onun evinə baxış keçirələcəyi deyilmiş, heç bir etirzazının olmadığını demişdir. Müdafiəçisi və polis əməkdaşlarının iştirakı onun yaşadığı evə gəlmişlər, baxışın video çəkilişlə keçirilməsi barədə ona xəbərdarlıq edilmiş, o da heç bir etirazının olmadığını demişdir. Onun yaşadığı evə baxış zamanı yatdığı otağında olan dolabın gözündən dəmir qabda olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra oradan çıxan metamfetamin elektron tərəzidə çəkilərək, qablaşdırılmışdır. Bu barədə protokol tərib edilmiş, protokolu imzalarıyla təsdiq etmişlər. Həmçinin ifadəsində Təqsirləndirilən şəxs1 heroin satmadığını, yalnız metamfetamin verdiyini, evindən aşkar edilmiş 4,144 qram psixotrop maddəni özü istifadə etmək üçün saxladığını, ilk dəfə Orxana psixotrop maddə satmasını qeyd etmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, onun özünə məxsus olan 050 *** ** ** və 050 *** ** ** mobil nömrələri var. Onun istifadə etdiyi mobil nömrədən xx.xx.2020-ci il tarixli 050 *** ** ** mobil nömrəsinə yazılmış smsdə “Qapınızın ağzındayam, şüşenin içine, Qaqa lazım deyıl pulu ver yada afanı camaat gözleyir lazım deyıl o” yazısına cavab olaraq həmin nömrənin kimin istifadə etmədiyini xatırlamır, həmin smsi isə “şüşə” dediyi metafetamin almaq üçün yazmışdır. xx.xx.2020-ci il tarixli 22:44:15, 22:44:41də 050 *** ** ** mobil nömrəsinə yazılmış smslərdə “Qaqa bu nedi toz torpax, Sennen iş görenin ağzina soxum” yazısına cavab olaraq həmin smsi isə “şüşə” dediyi metafetaminin yaxşı çıxmadığı üçün elə yazmışdır. xx.xx.2020-ci il tarixli 20:43:57-də 050 *** ** ** mobil nömrəsindən yazılmış smslərdə “Qaqa olum qabaqinda senden cox cox xais edirem kimliyinnen asli olmuyaraq menim adimi bildirm heckime ele bilecekler qaz vurub qazan doldururam” yazısına cavab olaraq həmin nömrəni Təqsirləndirilən şəxs1 istifadə edir, smsi ona verdiyi şüşənin onun tərəfindən verilməməsini bildirməməsi üçün yazmşıdır. xx.xx.2020-ci il tarixli 21:14:31-də 050 *** ** ** mobil nömrəsindən yazılmış smslərdə “QaqA valla veZiyyet hecde yaxsi deyi,basina donum eyer gecdise ozume gun aqliyim,birazdan menim kanalim baqlanacaq.” yazısına cavab olaraq Orxan smsi ondan şüşə almaq, ondan bunu təcili etmək üçün yazmış, o cavabında isə ona həmin şüşəni verəcəyi barədə sms yazmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduqları əməl Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri nəzərə alınaraq barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 narkolоji kabinetdə proflaktik qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 barəsində isə nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-də saxlanılan təmiz çəkisi 2,988 qrаm nаrkоtik vаsitə оlаn herоin, 0,889 qrаm psixatrop maddə metamfetamin, 4,144 qram kustаr üsullа hаzırlаnmış psixatrop maddə metamfetamin məhv edilməli, 05 ədəd DVD disklər cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 63 (altmış üç) manat 90 (doxsan) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkolоji kabinetdə proflaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-də saxlanılan təmiz çəkisi 2,988 qrаm nаrkоtik vаsitə оlаn herоin, 0,889 qrаm psixatrop maddə metamfetamin, 4,144 qram kustаr üsullа hаzırlаnmış psixatrop maddə metamfetamin məhv edilsin, 05 ədəd DVD disklər cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 63 (altmış üç) manat 90 (doxsan) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldıqları andan) X9 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar