Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-157/2021 07.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X8 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokrorları, kiçik ədliyyə müşaviri X21, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X12, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili – X9 və Təqsirləndirilən şəxs iştirakları ilə, – xx xxxxxx 1950-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, X34 küçəsi, ev 41 ünvanında daimi qeydiyyatda olmaqla Göygöl rayonu, Xaqani kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 iyun 2020-ci il tarixdə oğlu Şahid1lə sonuncunun arvadı Zərərçəkmiş şəxs1 ailə münasibətlərinin pozulması ilə əlaqədar boşanmasına görə sonuncunun xalası X5 Rusiya Federasiyasının Volqoqrad şəhərində yaşayan oğlu X22 istifadəsində olan +**********02 saylı mobil telefondan istifadə edərək onun oğlu Şahid1lə əlaqə saxlayıb, sonuncu ilə arvadı Zərərçəkmiş şəxs1 boşanması ilə bağlı irad bildirən zaman aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı biri-birilərini təhqir etmələrini, həmçinin Ofeliya Quliyeva da öz növbəsində Şahid1lə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb onu təhqir etməsi barədə atası Təqsirləndirilən şəxslə danışmış, bundan sonra gəlini və sonuncunun qohumlarını, yəni iki və daha artıq şəxsi həyatdan məhrum etməklə qəsdən adam öldürmək qərarına gəlmiş, bu məqsədlə Ofeliya Quliyeva və adları qeyd olunan şəxslərin oğlu və gəlinin birlikdə yaşadığı ünvan 3 ünvanına gələcəyinə əmin olduqdan sonra soyuq silah hesab edilməyən, kustar üsulla hazırlanmış, məişət təyinatlı bir tərəfi kəsici, ucu deşisi xassəyə malik dəstəyinin uzunluğu 122 mm, tiyəsinin uzunluğu 215 mm, ümumi uzunluğu isə 337 mm olan bıçağı özü ilə götürüb, həmin ünvana getməklə orada özü ilə birlikdə gətirdiyi bıçağı yataq otağında çarpayının baş hissəsində gizlədərək niyyətini həyata keçirmək üçün gözləmiş, həmin gün təxminən saat 19 radələrində qeyd olunan mənzilə gələn Ofeliya Quliyeva ilə söhbət edən zaman onun ünvanına nalayiq ifadələr işlətməsinə görə hiddətlənib özü ilə gətirdiyi bıçaqla həmin vaxt orada olan az yaşlı övladı olan 22.08.2006-cı il təvəlüdlü Zərərçəkmiş şəxs3 gözü qarşısında əvvəl Zərərçəkmiş şəxs1 sifət və sol qol nahiyyələrindən yumruq zərbələri ilə vurub ona sağlamlığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra onun üzərinə gələn qohumlarını qəsdən həyatdan məhrum etmək məqsədilə qabaqcadan planlaşdırdığı cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən özü ilə gətirib gizlətdiyi qeyd olunan bıçağı götürüb, sonuncuların gözləri qarşısında onlara əzab və iztirab verdiyini dərk edib bunu arzulayaraq, əvvəl onun üzərinə gələn azyaşlı nəvəsi Zərərçəkmiş şəxs3 bıçaqla vuraraq döş qəfəsinin ön səthində, sol məməxətti üzrə Vİ qabırğa səviyyəsində yerləşən, daxilə keçən, diafraqmanın və qaraciyərin zədələnməsi ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bir zərbə, Zərərçəkmiş şəxs1 isə qarın nahiyəsinin ön səthində sol yerləşən, daxilə keçən, dalağın zədələnməsi ilə müşayiət olunan (dalağın çıxarılması) həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bir zərbə, Zərərçəkmiş şəxs2 isə qarın nahiyəsinin ön səthində sağda yerləşən, daxilə keçən, kor bağırsağın zədələnməsi ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bir zərbə, sağ sarğı nahiyəsində yerləşən daxilə keçməyən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bir zərbə, Ofeliya Quliyevaya isə qarın nahiyəsinin ön səthində yerləşən, böyük piyliyin və yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən zərbələr vuraraq xəsarətlər yetirmiş, bundan sonra Ofeliya və Zərərçəkmiş şəxs2lar onun əlindən çıxıb evin mətbəxinə qaçmış, lakin orada olan az yaşlı övladı Zərərçəkmiş şəxs3 aldığı xəsarətə görə ona yardım göstərmək istəyən anası Zərərçəkmiş şəxs1 gözləri qarşısında Zərərçəkmiş şəxs3 təqib edib bıçaqla sağlamlığa yüngül zərər vurmaya aid edilən, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla, daxilə keçməyən qarının ön səthində sidik kisəsi səviyyəsinə bir zərbə və sol sarğı nahiyəsində yerləşən bir zərbə vurmuş, onun qanunsuz hərəkətlərini sonlandırmasını, yəni övladı Maliki bıçaqla xəsarət yetirməsinin dayandırılması tələb edən Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək az yaşlı övladının gözləri qarşısında bıçaqla dərəcəsinə görə ayrı-ayrılıqda qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən daxilə keçməyən sağ süd vəzi nahiyəsinə, sağ sarğı nahiyəsinə, qarın nahiyəsinin ön səthində köbəkdən aşağıda yerləşən nahiyəyə cəmi üç zərbə vurmuş, daha sonra Təqsirləndirilən şəxs zorakı əməllərini dayandırmaq üçün mətbəxdən götürdüyü termosla müxtəlif nahiyələrindən vurmaqla müqavimət göstərən Ofeliya Quliyevanın üzərinə hücum edib bıçaqla bədəninin müxtəlif nahiyələrinə hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin ön səthində sağda məmə xətti üzrə İİİ-İV qabırğalarına səviyyəsində yerləşən, sağ ağciyərin, sol plevranın, perikardın, ürəyin zədələnməsi ilə müşayiət olunan, yara kanalının istiqaməti üfüqi xətt üzrəöndən–arxaya, sağdan sola doğru olan zərbələri, eləcə də ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol said nahiyəsinin arxa səthində kəsici alətin təsiri nəticəsinə əmələ gəlməsi ilə müşayiət olunan kəsilmiş yara zərbəsi, sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən yara xəsarətləri yetirməklə sağ qalça nahiyəsinin və sol əlin arxa səthinin sıyrıqları, başın yumşaq toxumalarında alın-təpə nahiyəsinə uyğun hissədə qansızma xəsarətləri ilə müşayiət olunan zərbə xəsarətləri yetirməklə vurmuş, bundan sonra Ofeliya və Günay Quliyevlər tərəfindən Mahirin Quliyevdə olan bıçağı əlindən almağa çalışdıqları vaxt sonuncu əlində olan bıçaqla Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bel nahiyəsində solda yerləşən, daxilə keçən, sol böyrəyin zədələnməsi ilə müşayiət olunan (böyrəyin çıxarılması) xəsarətlər yetirmiş, həmin vaxt mənzildən çölə çıxıb qaçmaq istəyən Zərərçəkmiş şəxs1 təqib edib yaşadığı mənzildən kənara çıxan zaman özündə olan bıçağı ona tərəf tullamasına baxmayaraq bıçaq Zərərçəkmiş şəxs1 xəsarət yetirməməsinə görə sonuncu evin həyətindən çölə çıxıb kömək çağıran zaman təsadüfən oradan keçən Gəncə şəhər Baş Polis İdarəsinin, X35 şöbəsinin hərəkətin təşkili üzrə mühəndisi vəzifəsində işləyən polis mayoru, Şahid6 təkidi ilə Təqsirləndirilən şəxs qanunsuz əməllərinin qarşısı alındığından həmçinin Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəstəxanaya vaxtında çatdırılaraq onlara ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatları xilas edildiyindən o, məqsədinə nail ola bilməyərək, öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməməsinə görə Günay, Sevinc və Zərərçəkmiş şəxs3ləri qəsdən öldürməyə, yəni onları qəsdən xüsusi amansızlıqla iki və daha artıq şəxsi həyatdan məhrum etməyə cəhd etmiş, lakin Ofeliya Quliyeva xəstəxanaya aparılıb orada həkimlərin tibbi müdaxilələrinə baxmayaraq, ona vurduğu çoxsaylı xəsarətlər yetirməsinə görə sonuncunu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməklə öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X15 Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğlu Şahid1 2000-ci ildə qardaşı Zakirin baldızı Aygünün qızı Günayla ailə həyatı qurmuş, əvvəllər münasibətləri normal olmuş, lakin 2020-ci ilin əvvəllərindən etibarən başlayaraq aralarında narazılıqlar yaranmağa başlamışdır. Günay maddi vəziyyətlərinin pis olmasını əsas gətirərək işləmək qərarına gəlmiş, sonuncu adlarını bilmədiyi müxtəlif şirniyyat sexlərində işləməyə başlamış, Şahid1 isə buna etiraz etmişdir. Günay isə buna əhəmiyyət verməyib maddi vəziyyətlərinin pis olmasını bəhanə edərək orada işləməyini davam etməyə başlamışdır. Bundan sonra Günayla oğlunun aralarında soyuq münasibət yaranmağa başlamışdır. Hətta Şahid1 onunla telefonda danışan zamanı boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etməsini və işinə qarışmamağı ona demişdir. O, həyat yoldaşı Simzarla birlikdə oğlu Elnurla gəlini Günayı barışdırmaq üçün oğlugilin yaşadığı Gəncə şəhəri, X34 küçəsi, ev 41 ünvanına getmişlər. Lakin həm oğlu Elnur, həm də gəlini Günay onlara artıq gec olduğunu və boşanacaqlarını bildirmişlər. Bundan sonra oğlu Elnur Anarın ona zəng edərək onları söyməsini, Elnur da cavabında Anarı söyməsini, həmçinin sonradan qardaşı arvadı Ofeliyanın Elnura zəng edərək “onu təhqir etməsini ona bildirmişdir. Anarla, Ofeliyanın onları təhqir etməsi ona çox pis təsir etmiş, bu səbəbdən də o, həmin məsələni və Günayın oğluna nə demək istədiyini aydınlaşdırmaq qərarına gəlmişdir. O, 16 iyun tarixdə, saat 07 radələrində yaşadığı Göygöl rayonundan oğlu Şahid1 yaşadığı Gəncə şəhəri, X34 küçəsi, ev 41 ünvana gəlmişdir. O, evə gələndə Elnurla rastlaşmış və həmin vaxt sonuncunun işə getdiyini görmüşdür. Elnur ona Günayın gələcəyini dediyi üçün o, evdə oturub Günayı gözləməyə başlamışdır. Həmin gün saat 9 radələrində o, həyətdə oturan vaxt Günay evə gəlmiş, onunla salamlaşmadan evə keçmişdir. O, Günayın evdə nə etməsini bilməmiş, təxminən 10-15 dəqiqədən sonra evdən çıxıb gedəndə o, nəvələri Malik və Sevincin harada olmasını Günaydan soruşmuş, sonuncu da soyuq şəkildə uşaqlarının Kəmaləgildə olmasını ona demiş və çıxıb getmişdir. Bundan sonra o, evdə olmuşdur. O, oğlugilə gələrkən üzərində özünə məxsus 1-2 il öncə məişətdə istifadə etmək məqsədilə işdə düzəltdiyi bıçağı da götürmüş, həmin bıçağı götürməkdə məqsədi Günayın ona ağır söz deyəcəyi təqdirdə sonuncunu öldürmək olmuşdur. O, axşamadək evdə tək olmuşdur. Həmin gün saat 19-20 radələrində Zərərçəkmiş şəxs1, mərhum xalası, yəni Ofeliya Quliyeva, nəvələri Sevinc və Malik həmin evə gəlmişlər. Həmin vaxt o, divanda uzanıb televizora baxan vaxt həmin şəxslər onun olduğu otağa daxil olan kimi, Ofeliya Quliyeva ondan oğlu Elnurun harada olmasını soruşmuşdur. O, isə “nə sözün varsa mənə de” deyə Ofeliyaya cavab vermişdir. Həmin vaxt aralarında mabahisə başlamışdır. Ofeliya onun ünvanına xatırlamadığı təhqir edici sözlər işlətməyə başlamışdır. O, oğlu Elnurla Günayı barışdırmaq niyyətində olmuş, lakin həmin şəxslər onun üstünə gələrək buna imkan yaratmamışlar, onu döyməyə başlamışlar. Bundan sonra mübahisə daha da qızışmış və Ofeliya onun sol çiyin nahiyəsinə şillə vurmuşdur. Həmin vaxt o, gəlini Günay, nəvələri Sevinc və Malikin də onun üstünə gəlmələrini görmüş, o, da gəlini Günay istiqamətində sağ əli ilə yumruq atmış, lakin atdığı zərbənin Günayın harasından dəyməsini xatırlamamışdır. Həmin vaxt mərhum Ofeliya Quliyeva, gəlini Zərərçəkmiş şəxs1, qəvələri Sevinc və Malik onu vurub yerə yıxmışlar. O, tam olaraq yerə yıxılmamış, yəni çöməki vəziyyətdə olmuş və o, yerdə olanda da həmin şəxslər onu vurmuşlar. O, dərhal sol ayağında olan corabına keçirdiyi bıçağı çıxarıb altdan yuxarı bıçaqla vurmağa başlamış, həmin vaxt əvvəlcə Maliki bıçaqla vurmuş, daha sonra isə digərlərini bıçaqla vurub xəsarət yetirmişdir. Həmin vaxt başı aşağı olduğu üçün o, dəqiq olaraq əvvəlcə kimi vurmağını xatırlamamışdır. Həmin vaxt Ofeliyagil ondan azacıq kənarlaşmış, Ofeliya isə yaralı olduğu üçün mətbəxə keçmişdir. Həmin şəxslər ondan kənarlaşan kimi o, dərhal ayağa qalxmış və birinci gəlini Günayın qarın nahiyəsindən bıçaqla vurmuşdur. Bundan dərhal sonra o, bıçaqla bir dəfə nəvəsi Maliki vurmuş, ardınca isə Sevinci bir dəfə bıçaqla vurmuş, sonra isə yenə Maliki bir dəfə bıçaqla vurmuşdur. Bundan sonra Ofeliya mətbəxdən götürdüyü termosla onun üzərinə gəlmiş və əlindəki termosla onun sol kürək nahiyəsinə vurmuşdur. O, yenə də Ofeliyanı bıçaqla bir dəfə vurmuşdur. Həmin vaxt Günay evdən çıxıb həyətə qaçdığı üçün o, sonuncunun ardınca qaçaraq həyətdə bir dəfə də bıçaqla Günayın bədəninin xatırlamadığı hissəsindən vurmuşdur. Günay isə həyətdən çölə çıxmış və qapını çöldən əli ilə tutmuşdur ki, o, qapını aça bilməsin. Lakin o, qapını açıb Günayı bir dəfə də bədəninin xatırlamadığı hissəsindən vurmuşdur. Günay yenə küçəyə doğru qaçmağa başlamışdır. Günay küçə ilə qaçmağa başlamış, o, da Günayın arxasınca qaçıb avtomobil yolunda Günaya çatmış və bir dəfə də bıçaqla sonuncunu vurmuşdur. Həmin vaxt küçədə çoxlu sayda adlarını xatırlamadığı qonşuları olmuşdur. Zərərçəkmiş şəxs1 qaçdığı üçün o, sonuncuya çata bilmədiyini görüb əlindəki bıçağı Günayın arxasınca atmış və bıçaq sonuncuya dəyməyib yerə düşmüşdür. Zərərçəkmiş şəxs1 həmin vaxt bıçağı yerdən götürmək istəyəndə o, Günayın qolundan tutub geri çəkmiş və bıçağı özü götürüb Günayı yenə vurmuşdur. Həmin vaxt Günay əlindən çıxıb getmiş və ondan 10-15 metr kənarda yerə yıxılmışdır. O, artıq taqətdən düşdüyü üçün Günayın yanına gedə bilməmişdir. Onlar küçəyə çıxanda o, polis avtomobilinin hərəkət etməsini görmüş, o, sonuncu dəfə Günayın qolundan tutanda artıq polis əməkdaşları ona yaxınlaşmışlar. Günay ondan kənarlaşıb yerə yıxılan zamanı da polis əməkdaşları ona yaxınlaşmış və ondan bıçağı tələb etmişlər. O, da bıçağı polis əməkdaşlarına verib özü də təslim olmuşdur. Bundan sonra da onu Nizami rayon Polis İdarəsinə aparmışlar. Hadisənin baş verməsinə səbəb qardaşı arvadı mərhum Ofeliyanın, gəlini Günayın, nəvələri Malik və Sevincin ona, oğluna hörmətsizlik etmələri, həmçinin onu döymələri olmuşdur. O, özünü müdafiə etmək məqsədilə yumruqla bir dəfə Zərərçəkmiş şəxs1 xatırlamadığı yerindən vurmuş, bundan sonra məcbur qalıb Ofeliyagili özündən kənarlaşdırmaq üçün bıçaqdan istifadə edib həmin şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, lakin həmin vaxt onun kimisə öldürmək niyyəti olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 2000-ci ildə Günay əmim Təqsirləndirilən şəxs oğlu Elnurla evlənmişdir, həmin evlilikdən onların Sevinc və Malik adlı övladları dünyaya gəlmişdir. X17 münasibətləri yaxşı idi, aralarında hər hansı bir narazılıq, mübahisə olmamışdır. Lakin son bir il ərzində Elnur vaxtının çoxunu dostları ilə keçirtməyə başladığından, dostlarını öz ailəsindən üstün tutduğundan Günayla Elnurun arasında mübahisə və narazılıqlar yaranmağa başlamışdır. Həmçinin Günayın ailəsinin dolanışığı yaxşı olmadığı üçün Günay “Ala turka” restoranında ofisiant kimi işləməyə başlamışdır. Elnur isə Günayın işləməyinə razı deyildi. Elnur dostlarının Günayın restoranda işləməyini bildiyi halda onların üzünə baxa bilməyəcəyini də Günaya demişdi. Bu səbəbdən də Günayla Elnurun arasında mübahisə və narazılıq yaranmışdır. Günay Elnurla yola gedə bilmədiyi üçün qarşılıqlı razılıqları əsasında boşanmaq istəmişlər və təxminən 2020-ci ilin aprel ayının sonlarına yaxın Gəncə şəhəri Nizami rayon Məhkəməsinə gedib boşanmaları barədə ərizə vermişlər. Təxminən 2020-ci ilin iyun ayının ortalarında Günayın ad günü münasibətilə onu övladları ilə birlikdə ad günü keçirmək məqsədilə evinə dəvət etmiş, Günay da övladları ilə birlikdə onlara gəlmişdir. O, Rusiya Federasiyasının Moskva şəhərində yaşayan qardaşı Anarla mütəmadi olaraq vatsap sosial şəbəkəsi vasitəsilə telefonla danışarkən Günayla Elnurun aralarında tez-tez narazılıq, mübahisə yarandığı üçün artıq boşanmaq üçün məhkəməyə müraciət edərək bu barədə ərizə verdiklərini ona bildirmişdir. Günay uşaqları ilə birlikdə onun evində qaldıqları vaxt qardaşı Anar mobil telefonla vatsap vasitəsilə video zəng edərək Günayın evdə olduğunu bilib onunla danışmaq istədiyini bildirmişdir. X31 boşanmaq üçün ərizə verməyindən xəbərdar olduğunu deyib, nəyə görə Elnurdan boşanmağının səbəbini soruşmuş, Günay isə ona Elnurla yola gedə bilmədiyini, işləməsinə etiraz etdiyini, Elnurun vaxtının çoxunu ailəsi ilə deyil, dostları ilə keçirtdiyini, dostlarını ailəsindən üstün tutduğunu, ailədə tez-tez mübahisə yaratdığını və onu və övladlarını təhqir etdiyini Anara bildirmişdir. Bundan sonra Anar onlara zəng etdiyi telefonunun video görünütüsünü açıq qoyub digər telefonu vasitəsilə Elnura zəng edərək Elnurdan Günayla boşanmasının səbəbini soruşmuş, Elnur Anara bunun öz işi olduğunu, işinə qarışmamasını və öz işi məşğul olmasını bildirmişdir. Anar Elnura nəyə görə belə danışmasının səbəbini soruşanda Elnur böyük qardaşı olan Arzunun Ofeliyaya sahib çıxmadığını, yaşadığı evdən qeydiyyatdan çıxartdığını demiş və həmin vaxt Anar əsəbləşərək Elnuru ağır söyüşlərlə təhqir etmiş, Elnur da əsəbləşərək Anarı təhqir etmişdir. Anarla Elnurun danışığından təxminən 15 dəqiqə sonra anası Ofeliya ona zəng etmiş, Anarın ona zəng etdiyini, mobil telefon vasitəsilə Elnurla bir-birinə qarşılıqlı ağır söyüşlər söydüyünü, Elnurla aralarında olan danışıqlar barədə ona məlumat verdiyini, bundan sonra Elnura zəng edərək ağzına gələni dediyini, hazırda Bakı şəhərində olduğunu, iyun ayının 16-sı Gəncə şəhərinə gələrək Elnurun yaşadığı evdən qeydiyyatdan çıxartmasını tələb edəcəyini bildirmişdir. İyun ayının 16-sı saat 08 radələrinə Günay işə gedəcəyindən övladlarını onun evində qoyub öz yaşadığı evə getmiş, Günay evə çatdıqdan sonra onazəng edərək Elnurun atası Mahirin onların yaşadıqları evə gəldiyini, uşaqların nə vaxt gələcəyini ondan soruşduğunu, o isə cavabında işə gedəcəyini, axşam vaxtı övladlarının xalası Ofeliya ilə birlikdə yaşadığı evə gələcəyini bildirmişdir. Həmin gün günorta saatlarında anası onun yaşadığı evə gəlmiş və ona Gəncə şəhərinə Elnurun yaşadığı evdən qeydiyyatdan çıxmaq, həmçinin Günayın boşanmaqla bağlı məhkəməsində iştirak etmək üçün gəldiyini demişdir. Saat 19 radələrində anası Ofeliya Elnurun nə üçün qardaşı Anara söyüş söyməsini aydınlaşdırmaq, həmçinin Elnurun yaşadığı evdən qeydiyyatdan çıxmaq üçün Günayın övladlarını da götürüb Günayla Elnurun yaşadığı evə getmişdir. Bir müddət sonra Sevinc ona zəng etmiş, o da evdə olacaq söhbətləri eşitmək üçün Sevincə telefonunu açıq qoymasını bildirmiş, lakin Sevinc telefonu keçirtdiyi üçün o, evdə olan danışıqları eşidə bilməmişdir. Bundan 5 dəqiqə sonra Sevinc vatsapla ona zəng edərək babası Mahirin Günayı vurduğunu bildirmiş, həmin vaxt internet şəbəkəsi zəif olduğu üçün Sevinclə əlaqə kəsilmişdir. Daha sonra o, Sevincə zəng etmiş, bu zaman Sevinc ondan polis çağırmağını, babası Mahirin hamısını bıçaqla vurub xəsarət yetirdiyini və hazırda anası Günayı öldürmək üçün dalınca qaçdığını bildirmişdir. O, dərhal həyəcanlı halda taksi tutub Günayın yaşadığı evə getmişdir. O, Günayın yaşadığı evə çatanda orada çoxlu sayda adamların və polis əməkdaşlarının toplaşdıqlarını görmüşdür. Həmin vaxt ona Təqsirləndirilən şəxs bıçaqla anasını dəfələrlə vuraraq qətlə yetirdiyini, Günaya, Malikə və Sevincə də bıçaqla ağır bədən xəsarətləri yetirdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona ən ağır cəza verilməsini məhkmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2001-ci il tarixdə Gəncə şəhər sakini, uzaq qohumu olan Şahid1 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Şahid1lə ailə həyatı qurduqdan sonra münasibətləri yaxşı olmuş, aralarında hər-hansı bir narazılıq və ya mübahisə baş verməmişdir. Lakin son zamanlar onların münasibətləri yaxşı olmamışdır. Elnur son bir il ərzində ailəsinə diqqət yetirməmiş, vaxtının çoxunu dostları ilə gəzməklərdə keçirmişdir. Ailəsinin dolanışığı yaxşı olmadığı üçün təxminən 6 ay bundan əvvəl o, Gəncə Şəhər Mərkəzi univermağına yaxın məsafədə yerləşən “Ala turka” restoranında ofisiant işləməyə başlamış, lakin Elnur onun işləməsinə razı olmamış, bu səbəbdən aralarında tez-tez mübahisə və narazılıqlar yaranmışdır. Hadisə baş verdiyi günə kimi qaynatası Təqsirləndirilən şəxslə aralarında hər-hansı bir narazılıq və ya mübahisə olmamışdır. 2020-ci ilin aprel ayının əvvələrində o, artıq Elnurla yola gedə bilmədiyini görüb Elnurun atası Təqsirləndirilən şəxs zəng edib Elnurun hərəkətləri barədə ona bildirmiş, Mahir isə onu və övladları ilə birlikdə Göygöl rayonunun Xəqani kəndinə yaşadığı evə çağırmış, onların bir müddətlik həmin evdə yaşamaqlarını, Elnurun etdiyi hərəkətlər barədə Elnurla söhbət edəcəyini demişdir. Həmin gün o, övladları ilə birlikdə qaynatasının yaşadığı Göygöl rayonunun Xəqani kəndinə getmişdir. O, qaynatasının evinə gəldikdən sonra Mahir ondan nə üçün oğlu Elnurla yola getməməsinin səbəbini soruşmuş, o isə Elnurun onun işləməsinə, həmçinin boş məsələlər üstündə o və övladları ilə mübahisə yaratdığını, onları söyüb təhqir etdiyini, onlarla kobud formada danışdığını və əgər dostlarının onun kafedə ofisiant işləməsini biləcəkləri halda dostlarının üzünə baxa bilməyəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğlu Şahid1 istifadəsində olan mobil nömrəni yığaraq ailəsində nə üçün problemlər olduğunu, ailəsi ilə nə üçün kobud formada danışdığını, tezliklə ailədə normal münasibət yaratmasını bildirmiş və bizi barışdırmaq üçün Elnuru yaşadığı Göygöl rayonunun Xəqani kəndinə dəvət etmişdir. Lakin Elnur atasına ailə işlərinə qarışmamağı və Göygöl rayonunun Xəqani kəndinə gəlməyəcəyini demişdir. Bundan sonra o, övladları ilə birlikdə bir həftə qaynatasının evində qalmış, lakin maddi vəziyyətinin ağır olması ilə əlaqədar işləmək üçün o, övladları ilə birlikdə Gəncə şəhərinə yaşadığı evə qayıtmışdır. Gəncə şəhərinə qayıtdıqdan sonra Elnurla mübahisələri yenidən başlamış və onlar qarşılıqlı razılıq əsasında boşanmaq qərarına gəlmişlər. Onlar 2020-ci ilin aprel ayının 22-də biz birlikdə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə gedib boşanmaq barədə ərizə vermişlər. Bundan sonra onlar yaşadıqları evdə ayrı-ayrı otaqlarda qalmağa başlamışlar. İyun ayının 13-də sərt karantin rejimi tətbiq edilməsi, səhəri gün isə ad günü olacağı üçün xalası Ofeliyanın qızı Kəmalə ona zəng edərək sonuncunu övladları ilə birlikdə evinə dəvət etmiş və ad gününü birlikdə qeyd etməyi bildirmişdir. O da həmin gün övladları ilə birlikdə Kəmalənin evinə getmişdir. Kəmalənin evində olduğu vaxt Kəmalənin qardaşı Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Anar Kəmalənin mobil telefonuna videozəng edərək onunla danışmaq istəmişdir. Telefon danışığı zamanı Anar ona Elnurla boşanmaq üçün ərizə verdiyindən xəbərdar olduğunu və Elnurdan boşanmağımın səbəbini soruşmuş, o da Elnurla yola gedə bilmədiyini, Elnurun onun işləməsinə qarşı çıxdığını, vaxtının çoxunu ailəsi ilə yox, dostları ilə keçirdiyini, dostlarını ailəsindən üstün tutduğunu, ailədə tez-tez mübahisə yaratdığını, onu və övladlarını təhqir etdiyini ona bildirmişdir. Bundan sonra Anar telefonunun video görünütüsünü açıq qoyaraq, digər telefonu ilə Elnura zəng edərək onunla salamlaşıb hal-əhval tutmuş, onunla boşanmasının səbəbini soruşmuşdur. Bu zaman Elnur bu məsələnin öz işi olduğunu, işinə qarışmamasını bildirib, Anara öz işi ilə məşğul olmasını demişdir. Bundan sonra Anar nəyə görə belə danışmasının səbəbini Elnurdan soruşmuş, Elnur isə onun böyük qardaşı olan Arzunun anası Ofeliyaya sahib çıxmadığını, yaşadığı evdən qeydiyyatdan çıxartığını, öz evində qeydiyyatda olduğunu Anara demişdir. Bu zaman Anar əsəbləşərək Elnuru ağır söyüşlərlə təhqir etmiş, Elnur da əsəbləşərək Anarı təhqir etdiyi üçün telefonda sözlü mübahisələri yaranmışdır. Bundan sonra həmin vaxt Anarın yanında olan həyat yoldaşı Mənsurə Anarın çox əsəbləşdiyini bildirib videogürüntünü dayandırmışdır. Anarla Elnurun danışığından təxminən 15 dəqiqə sonra Anarın anası Ofeliya ona zəng edərək Anarın zəng etdiyini və onların arasında baş verən mübahisənin Anar tərəfindən ona deyildiyini, bundan sonra Elnura zəng edərək ağzına gələni dediyini, hazırda Bakı şəhərində olduğunu, iyun ayının 16-sı Gəncə şəhərinə gələrək Elnurun onu yaşadığı evdən qeydiyyatdan çıxartmasını tələb edəcəyini bildirmişdir. İyun ayının 16-sı təxminən saat 08 radələrində o, işə gedəcəyindən övladlarını Kəmalənin evində qoyub yaşadığı evə getmişdir. O, yaşadığı evə gedən zaman Təqsirləndirilən şəxs orada olmuş, Mahir ondan Ofeliyanın nə vaxt gələcəyini soruşmuş, o da Ofeliyanın Bakı şəhərindən çıxdığını və Gəncəyə gəldiyini demişdir. Təqsirləndirilən şəxs uşaqların harda olduqlarını soruşan zaman o, uşaqların Kəmaləgilin evində olduğunu bildirmişdir. Bundan sonra o, işə getmişdir. Həmin gün saat 19 radələrində o, işdən evə gəlmiş, həmin vaxt artıq övlaldları Malik və Sevinc, xalası Ofeliya evdə olmuşlar. O, qonaq otağında olduğu zaman Ofeliya ona Mahirlə söhbət etmək istədiyini demiş, o da Ofeliyaya iş paltarını dəyişəndən sonra Mahirlə söhbət edəcəklərini bildirmişdir. Həmin vaxt Malik və Sevinc paltarlarını dəyişib onların yanına gəlmişdir. Kəmalə dava-dalaşın baş verməsindən narahat olduğu üçün vatsap sosial şəbəkəsi vasitəsilə Sevincə zəng etmiş, Sevinc də Kəmalə ilə telefonla danışmışdır. Bundan sonra onlar birlikdə Elnurun yataq otağına Təqsirləndirilən şəxs yanına getmişlər. Mahir yerindən ayağa qalxmış, bu zaman X18 harada olmasını soruşmuşdur. X24 nə üçün axtardığını, Elnura olan sözlərini ona deməsini Ofeliyaya bildirmiş, Ofeliya işinin Mahirlə yox, Elnurla olduğunu deyib əlini hərəkət etdirəndə Mahir ona əlini aşağı salmasını bildirmişdir. Ofeliya Mahirə “vurassan?” dediyi zaman o, araya girib “vurassan? şəkər və təzyiqi olan adamdır” demişdir. Həmin vaxt Mahir yumruq zərbəsi ilə bir dəfə onun sifət nahiyəsindən və bir dəfə də sol qol nahiyəsindən zərbə vurmuş, zərbənin təsiri nəticəsində onun gözü dumanlanmağa başlamışdır. Həmin vaxt Malik, Sevinc və Ofeliya Mahirin üzərinə getmiş, Mahir də arxaya gedib çarpayının üzərinə oturmuşdur. Bundan sonra Malik əli ilə Təqsirləndirilən şəxs sifət nahiyəsinə bir dəfə, Ofeliya isə əli ilə Təqsirləndirilən şəxs sifət və bədəninin müxtəlif yerlərinə bir neçə dəfə zərbə vurmuşdur. Həmin vaxt Mahir çarpayının üzərində başını aşağı salaraq əlini sifət nahiyəsinə tutub müdafiə olunmağa çalışmışdır. Bu zaman Mahir çarpayının baş hissəsinə doğru əyilərək xatırlamadığı yerdən götürdüyü bıçaqla ilk öncə Malikin sinə nahiyəsinin sol tərəfinə, sonra onun qarın nahiyəsinə bir dəfə, qızı Sevincin qarın nahiyəsindən iki dəfə, daha sonra Ofeliyanın qarın nahiyəsindən bir dəfə bıçaqla zərbə vurmuşdur. O, əvvəl Mahirin onları yumruqla vurduğunu düşünmüş, lakin Ofeliyanı vurduqdan sonra Ofeliya Mahirin əlində bıçaq olduğunu bildirmişdir. Mahir Ofeliyanı vurduqdan sonra Ofeliya Sevincə polis çağırmasını bildirmiş və hər ikisi evin mətbəxinə keçmişlər. O, arxaya çevrilib getmək istəyəndə oğlu Malikin divarın küncünə qısılmış vəziyyətdə qorxulu halda olduğunu və rənginin qaçdığını görmüş, Malikə tərəf gedib onu otaqdan çıxartmaq istəyərkən Mahir Malikə yaxınlaşıb bıçaqla bir dəfə qarın, bir dəfə bel nahiyəsindən vurduğunu görmüşdür. Həmin vaxt o, Mahirə Maliki vurmamasını bildirmiş, Mahir isə bıçaqla bir dəfə onun qarın nahiyəsindən, bir dəfə də çanaq nahiyəsindən vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qapıya yaxınlaşarkən Ofeliya mətbəxdən götürdüyü termosla Təqsirləndirilən şəxs tərəf gəlmiş və qapının arasında Təqsirləndirilən şəxs Ofeliyaya bir neçə dəfə bədənininin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirdiyini görmüşdür. Həmin vaxt Ofeliya da Mahirin xatırlamadığım yerindən bir neçə dəfə termosla zərbə endirmişdir. O, Mahirə yaxınlaşıb bıçağı əlindən aldığı zaman aonuncu digər əli ilə bıçağı onun əlindən çəkib bel nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Bu zaman o, Sevincə polis çağırmasını demiş, Sevinc isə həyətdə olan pilləkəndən yıxılmışdır. O, Sevincə yaxınlaşıb onu yerdən qaldırmaq istəyərkən Mahirin arxasınca gəldiyini görüb evin giriş qapısına doğru qaçaraq Mahirdən qurtulmaq istəmiş və Mahir də onun arxasınca qaçmışdır. O, giriş qapısından çıxdıqdan sonra qapını əli ilə tutaraq Mahirə mane olmaq istəmiş, Mahir isə qapını açmağa çalışmış, o isə qonşulara səslənib polis çağırmalarını istəmişdir. O, Mahirə müqavimət göstərə bilməyib qapını buraxıb qaçmağa başlamış, Mahir də onun arxası ilə qaçmışdır. O, küçədən çıxıb avtomobil yoluna çatmağına az qalmış polis avtomobilini gördüyü üçün saxlamalarını istəmiş, həmin vaxt Mahir ona doğru yaxınlaşdığı üçün o, avtomobil yoluna çıxaraq qaçmağa davam etmişdir. Polis əməkdaşları və ətrafa toplaşmış qonşular Mahirə bıçağı tullayıb hərəkətlərini dayandırmasını tələb etmişlər. Mahir ona çata bilmədiyini görüb bıçağı ona tərəf atmış, bıçağın dəstəyi onun arxa tərəfinə dəyib yerə düşmüşdür. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaxalayıb polis avtomobilinə doğru aparmışlar. Daha sonra qonşular onları avtomobillərinə əyləşdirib xəstəxanaya aparmışlar. Xəstəxanada olarkən Ofeliyanın oğlu Arzu Ofeliyanın aldığı xəsarətlərdən öldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs onu, Maliki və Sevinci bıçaqla vurmaqda məqsədi onları öldürmək olmuşdur. Təqsirləndirilən şəxs cinayətkar niyyətini başa çatdırmamasına səbəb polislərin Mahiri yaxalaması olmuşdur. O, evdən çıxıb Təqsirləndirilən şəxs qaçdığı zaman qonşuları Rövşən, Samir, Mehdi və xatırlamadığı digər şəxslər küçədə olmuşlar. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona ən ağır cəza verilməsini məhkmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, anası Zərərçəkmiş şəxs1 və kiçik qardaşı Zərərçəkmiş şəxs3 ilə birlikdə yaşamışdır. Şahid1 onun atasıdır. Əvvəllər ailə daxili münasibətləri normal olmuş, atası ilə anası arsında hər-hansı bir narazılıq və ya mübahisə baş verməmişdir. Son vaxtlar isə atası ilə anası arasında münasibətlər yaxşı olmamışdır. Belə ki, son bir ilə yaxındır ki atam Elnur bizə, ailəsinə diqqət yetirmir və vaxtının çoxunu dostları ilə gəzməklərdə, yeyib-içməklərdə keçirir. Hətta maddi dolanışığımız çətin olduğu üçün anam Gəncə şəhər Mərkəzi Univermağın yaxınlığında yerləşən “Alaturka” ailəvi istirahət mərkəzində ofisiant işləsə də atam buna narazı olub, o işlədiyinə görə atam həmişə anam ilə mübahisə edirdi. 16 iyun 2020-ci il tarixdən hadisə baş verdiyi günə kimi babam Təqsirləndirilən şəxslə bizim aramızda hər-hansı bir narazılıq və ya mübahisə olmasa da atam ilə anamın arasında olan münasibətlərin yaxşı olmaması barədə babamın da məlumatı olmuşdu. 2020-ci ilin iyun ayının 13-də anamın xalası qızı Kəmalə anama zəng edib bizi öz evinə çağırdı və səhəri gün, yəni 14 iyun 2020-ci il tarixdə anamın ad gününü orada qeyd etməyi təklif etdi. Həmin gün biz Kəmalənin evinə getdik. Biz Kəmalənin evində olan vaxt anam Kəmalənin Rusiya Federasiyasının Moskva şəhərində yaşayan qardaşı Anarla mobil telefon vasitəsilə videogörüntü ilə danışdı, atamdan ayrılmağının səbəbini Anara bildirdi. Anar da həmin vaxt atama zəng edib nəyə görə anamdan ayrılmağının səbəbini soruşanda atam ona bu işlərə qarışmamağı, öz işi ilə məşğul olmağı bildirdi. Bu səbəbdən də atam ilə Anar arasında sözlə mübahisə yarandı. Təxminən 15 dəqiqə keçdikdən sonra Anarın anası Ofeliya anama zəng edərək Anarın zəng etdiyini, mobil telefon vasitəsilə Elnurla bir-birinə qarşılıqlı ağır söyüşlər söydüyünü, Elnurla aralarında olan danışıqlar barədə bildirdiyini, bundan sonra onun Elnura zəng edərək ağzına gələni dediyini, hazırda Bakı şəhərində olduğunu, iyun ayının 16-sı isə Gəncə şəhərinə gəlib Elnurun yaşadığı evdən qeydiyyatdan çıxartmasını tələb edəcəyini bildirdi. Biz həmin gecəni Kəmaləgildə qaldıq. Səhəri gün, yəni 16 iyun 2020-ci il tarixdə, saat 08 radələrində anam işə gedəcəyi üçün məni və kiçik qardaşımı Kəmalənin evində qoyub öz yaşadığımız evə getdi. Həmin gün saat 15 radələrində anamın xalası Ofeliya Gəncə şəhərinə, öz qızı Kəmalənin evinə gəldi. Bir qədər oturduqdan sonra Ofeliya, Kəmalə, mən və kiçik qardaşım Malik birlikdə yaşadığımız evə getdik. Həmin vaxt anam işdə olsa da babam Təqsirləndirilən şəxs evdə idi və atamın otağında oturmuşdu. Təxminən saat 19 radələrində anam işdən evə gəldi. Anam evə gələndə babam Mahir Şahid1 otağında, Ofeliya qonaq otağında, mən, isə kiçik qardaşı Maliklə digər otaqlarda paltarlarımızı dəyişirdik. Biz paltarlarımızı dəyişib qonaq otağında anam və Ofeliyanın yanına getdik. Həmin vaxt mən, Kəmalə ilə vatsap sosial şəbəkəsi vasitəsilə telefonla danışırdım, çünki Kəmalə dava-dalaşın baş verməsindən narahat olduğu üçün mənə zəng etmişdi. Mən, Kəmalə ilə danışdıqdan sonra biz birlikdə Elnurun yataq otağına Təqsirləndirilən şəxs yanına getdik. Biz otağa daxil olanda babam yerindən qalxıb ayağa durdu. Ofeliya babamdan Elnurun harada olmasını soruşanda babam Elnuru nə üçün axtardığını, Elnura olan sözləri Mahirin özünə deməsini bildirdi. Ofeliya isə işinin Mahirlə yox, Elnurla olduğunu deyib əl hərəkətləri ilə söhbət edəndə Mahir ona əlini aşağı salmasını bildirdi. Ofeliya isə Mahirə “vurassan?” dediyi zaman anam araya girib “vurassan? şəkər və təzyiqi olan adamdır” deyə bildirdi. Həmin vaxt babam yumruq zərbəsi ilə səhv etmirsə iki dəfə anamın sifət nahiyəsindən və bir dəfə də sol qol nahiyəsindən vurdu, zərbənin təsiri nəticəsində anam özünü itirəndə mən, qardaşım Malik və Ofeliya ilə birlikdə babamın üzərinə getdik. Bu zaman babam arxaya gedib çarpayının üzərinə oturdu. Bundan sonra səhv etmirəsə əvvəlcə Ofeliya əli ilə babamın sifət və bədəninin müxtəlif yerlərinə bir neçə dəfə zərbə vurdu, daha sonra isə qardaşım əli ilə babamın sifət nahiyəsinə bir dəfə zərbə vurdu. Babam həmin vaxt çarpayının üzərində başını aşağı salaraq əlini sifət nahiyəsinə tutub müdafiə olunmağa çalışırdı. Bundan sonra babam xatırlamadığım yerdən əldə etdiyi bıçaqla əvvəlcə qardaşım Malikin sinə nahiyəsinin sol tərəfindən, sonra anamın qarın nahiyəsindən bir dəfə, sonra isə mənim qarın nahiyəmdən, daha sonra isə Ofeliyanın qarın nahiyəsindən zərbələr vurdu. Babam Ofeliyanı vurduqdan sonra Ofeliya mənə polis çağırmağı bildirdi və hər ikimiz evin mətbəxinə keçdik. Ofeliya müdafiə olunmaq üçün mətbəxdə nəsə axtarmağa başladı. Bundan sonra Ofeliya mətbəxdən götürdüyü termosla çölə çıxanda babam ilə qapının arasında rastlaşdı. Həmin vaxt babamın Ofeliyaya bir neçə dəfə bıçaq zərbəsi vurduğunu gördüm. Ofeliya da əlindəki termosla babamın xatırlamadığım yerindən bir neçə zərbələr vurdu. Həmin vaxt anam polis çağırmağımı bildirdiyi üçün mən, həyətə çıxarkən ayağım ilişib pilləkəndən yıxıldım. Mən, arxaya çevrilib baxanda anam evin giriş qapısına doğru qaçıb babamdan qurtulmaq istəyirdi, babam da anamın arxasınca qaçırdı. Bundan sonra anam küçəyə qaçdı, babam da əlində bıçaq anamın arxasınca qaçmağa başladı. Bundan sonra mən, hadisə nəticəsində xəsarət alan qardaşım Maliklə birlikdə küçəyə çıxanda qonşular bildirdilər ki, hadisə yerinə gəlmiş polis əməkdaşları babam Təqsirləndirilən şəxs artıq yaxalayıb oradan aparıblar, eyni zamanda qonşular anamı xəstəxanaya aparıblar. Bundan sonra evə qayıdıb Ofeliyaya məlumat vermək istəyəndə artıq Ofelya qarın nahiyyəsindən aldığı bıçaq xəsarəti ilə əlaqədar olaraq yerə yıxılmışdı. Bundan sonra evə gələn polis əməkdaşları Ofeliyanı götürüb xəstəxanaya apardılar. Daha sonra isə polis əməkdaşları məni və qardaşımı da xəstəxanaya apardılar. Sonradan mənə məlum oldu ki, Ofeliya babamın bıçaqla yetirdiyi xəsarətlər nəticəsində ölmüşdü. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona ən ağır cəza verilməsini məhkmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Mən, anam Zərərçəkmiş şəxs1 və kiçik qardaşım Zərərçəkmiş şəxs3 ilə birlikdə yaşayıram. Şahid1 atamdır. Əvvəllər ailə daxili münasibətlərimiz normal olub, atam ilə anam arsında hər-hansı bir narazılıq və ya mübahisə baş verməyibdir. Son vaxtlar atam ilə anam arasında münasibətlər yaxşı olmayıb. Belə ki, son bir ilə yaxındır ki atam Elnur bizə, ailəsinə diqqət yetirmir və vaxtının çoxunu dostları ilə gəzməklərdə, yeyib-içməklərdə keçirir. Hətta maddi dolanışığımız çətin olduğu üçün anam Gəncə şəhər Mərkəzi Univermağın yaxınlığında yerləşən “Alaturka” ailəvi istirahət mərkəzində ofisiant işləsə də atam buna narazı olub, o işlədiyinə görə atam həmişə anam ilə mübahisə edirdi. 16 iyun 2020-ci il tarixdən hadisə baş verdiyi günə kimi babam Təqsirləndirilən şəxslə bizim aramızda hər-hansı bir narazılıq və ya mübahisə olmasa da atam ilə anamın arasında olan münasibətlərin yaxşı olmaması barədə babamın da məlumatı olmuşdu. 2020-ci ilin iyun ayının 13-də anamın xalası qızı Kəmalə anama zəng edib bizi öz evinə çağırdı və səhəri gün, yəni 14 iyun 2020-ci il tarixdə anamın ad gününü orada qeyd etməyi təklif etdi. Həmin gün biz Kəmalənin evinə getdik. Biz Kəmalənin evində olan vaxt anam Kəmalənin Rusiya Federasiyasının Moskva şəhərində yaşayan qardaşı Anarla mobil telefon vasitəsilə videogörüntü ilə danışdı, atamdan ayrılmağının səbəbini Anara bildirdi. Anar da həmin vaxt atama zəng edib nəyə görə anamdan ayrılmağının səbəbini soruşanda atam ona bu işlərə qarışmamağı, öz işi ilə məşğul olmağı bildirdi. Bu səbəbdən də atam ilə Anar arasında sözlə mübahisə yarandı. Təxminən 15 dəqiqə keçdikdən sonra Anarın anası Ofeliya anama zəng edərək Anarın zəng etdiyini, mobil telefon vasitəsilə Elnurla bir-birinə qarşılıqlı ağır söyüşlər söydüyünü, Elnurla aralarında olan danışıqlar barədə bildirdiyini, bundan sonra onun Elnura zəng edərək ağzına gələni dediyini, hazırda Bakı şəhərində olduğunu, iyun ayının 16-sı isə Gəncə şəhərinə gəlib Elnurun yaşadığı evdən qeydiyyatdan çıxartmasını tələb edəcəyini bildirdi. Biz həmin gecəni Kəmaləgildə qaldıq. Səhəri gün, yəni 16 iyun 2020-ci il tarixdə, saat 08 radələrində anam işə gedəcəyi üçün məni və kiçik qardaşımı Kəmalənin evində qoyub öz yaşadığımız evə getdi. Həmin gün saat 15 radələrində anamın xalası Ofeliya Gəncə şəhərinə, öz qızı Kəmalənin evinə gəldi. Bir qədər oturduqdan sonra Ofeliya, Kəmalə, mən və bacım Sevinc birlikdə yaşadığımız evə getdik. Həmin vaxt anam işdə olsa da babam Təqsirləndirilən şəxs evdə idi və atamın otağında oturmuşdu. Təxminən saat 19 radələrində anam işdən evə gəldi. Anam evə gələndə babam Mahir Şahid1 otağında, Ofeliya qonaq otağında, mən isə bacım Sevinclə digər otaqlarda paltarlarımızı dəyişirdik. Biz paltarlarımızı dəyişib qonaq otağında anam və Ofeliyanın yanına getdik. Həmin vaxt Sevinc, Kəmalə ilə vatsap sosial şəbəkəsi vasitəsilə telefonla danışırdı, çünki Kəmalə dava-dalaşın baş verməsindən narahat olduğu üçün ona zəng etmişdi. Sevinc, Kəmalə ilə danışdıqdan sonra biz birlikdə Elnurun yataq otağına Təqsirləndirilən şəxs yanına getdik. Biz otağa daxil olanda babam yerindən qalxıb ayağa durdu. Ofeliya babamdan Elnurun harada olmasını soruşanda babam Elnuru nə üçün axtardığını, Elnura olan sözləri Mahirin özünə deməsini bildirdi. Ofeliya isə işinin Mahirlə yox, Elnurla olduğunu deyib əl hərəkətləri ilə söhbət edəndə Mahir ona əlini aşağı salmasını bildirdi. Ofeliya isə Mahirə “vurassan?” dediyi zaman anam araya girib “vurassan? şəkər və təzyiqi olan adamdır” deyə bildirdi. Həmin vaxt babam yumruq zərbəsi ilə səhv etmirsə iki dəfə anamın sifət nahiyəsindən və bir dəfə də sol qol nahiyəsindən vurdu, zərbənin təsiri nəticəsində anam özünü itirəndə mən, Sevinc və Ofeliya ilə birlikdə babamın üzərinə getdik. Bu zaman babam arxaya gedib çarpayının üzərinə oturdu. Bundan sonra səhv etmirəsə əvvəlcə Ofeliya əli ilə babamın sifət və bədəninin müxtəlif yerlərinə bir neçə dəfə zərbə vurdu, daha sonra isə mən əsəbləşdiyim üçün əlim ilə babamın sifət nahiyəsinə bir dəfə zərbə vurdum. Babam həmin vaxt çarpayının üzərində başını aşağı salaraq əlini sifət nahiyəsinə tutub müdafiə olunmağa çalışırdı. Həmin vaxt babam çarpayının baş hissəsinə doğru əyilib, xatırlamadığım yerdən götürdüyü bıçaqla əvvəlcə mənim sinə nahiyəmin sol tərəfindən, sonra anamın qarın nahiyəsindən bir dəfə, sonra isə bacım Sevincin qarın nahiyəsindən, daha sonra isə Ofeliyanın qarın nahiyəsindən bir dəfə bıçaqla vurdu. Babam Ofeliyanı vurduqdan sonra Ofeliya bacıma polis çağırmağını bildirdi və hər ikisi yaşadıqları evin mətbəxinə keçdilər. Həmin vaxt mən, divarın küncünə qısılmış vəziyyətdə qorxulu halda dayanmışdım. Anam məni görüb yanıma gəlmək istəyəndə babam yenidən bizə tərəf gəlib əlindəki bıçaqla bir dəfə mənim qarın nahiyəmdən, bir dəfə də bel nahiyəmdən zərbələr vurdu. Anam hərəkətlərini dayandırmasını babamdan tələb edəndə babam əlindəki bıçaqla bir dəfə də anamın qarın nahiyəsindən, bir dəfə də çanaq nahiyəsindən zərbə vurdu. Bundan sonra babam və anam otaqdan mətbəxə tərəf getdilər, mən isə yaralı vəziyyətdə otaqda qaldım. Bir az keçdikdən sonra mən, özümü toparlayıb çölə çıxanda bacım Sevinclə rastlaşdım, ondan anamı soruşanda Sevinc həkimlərin anamı xəstəxanaya apardıqlarını, babamı isə polis əməkdaşları yaxalayıb hadisə yerindən apardıqlarını dedi. Bundan sonra polis əmkdaşları ilə birlikdə qonşumuz Samir məni xəstəxanaya apardı, həkimlər mənə ilk tibbi yardım göstərdilər. Sonradan mənə məlum oldu ki, Ofeliya aldığı xəsarətlərdən ölmüşdü. Mənim fikrimcə babam Təqsirləndirilən şəxs məqsədi bizi öldürmək olmuşdu, çünki babam hadisə zamanı dayanmadan bizə qəddarcasına bıçaq xəsarətləri yetirirdi. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona ən ağır cəza verilməsini məhkmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşı olmuş, sonuncu ilə 2001-ci ildə rəsmi qaydada ailə həyatı qurmuş, həmin evlilikdən 2002-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs2 və 2006-cı il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs3 dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs1 ilə ailə qurduqdan sonra münasibətləri normal olmaqla, aralarında hər-hansı bir narazılıq və ya mübahisə baş verməmişdir. Lakin son zamanlar təxmini olaraq 1 ilə yaxın müddətdir ki, onların münasibətləri yaxşı olmamışdır. Zərərçəkmiş şəxs1 bir ər kimi onun sözünü eşitməmiş, öz başına hərəkət etmişdir. Zərərçəkmiş şəxs1 Gəncə şəhər Mərkəzi Univermağına yaxın məsafədə yerləşən “Ala turka” restoranında ofisiant işləyir, o, isə Günayın işləməyinə razı olmasa da sonuncu onun tələbinə məhəl qoymadığı üçün aralarında tez-tez mübahisə və narazılıqları yaranmışdır. O, dəfələrlə Günayın işdən çıxmasını tələb etsə də sonuncu onu eşitməmiş, onu saymamışdır. Təqsirləndirilən şəxs onun atasıdır, sonuncu ünvan 4-də qeydiyyatda olmaqla Göygöl rayonu Xəqani kəndində yaşayır. Hətta atası Günayla onun münasibətlərinin yaxşı olmadığını görüb hadisə baş verməmişdən təxminən 10 gün əvvəl yaşadıqları ünvan 4 ünvanına gəlib o və Günayla söhbət etmiş, onları başa salıb mehriban yaşamaqlarını tövsiyyə etsə də o, Günayla artıq yaşaya bilməyəcəyini, Günayın bir ər kimi onu eşitmədiyini atasına bildirmişdir. Eyni zamanda Günay da onların bir yerdə yaşaya bilməyəcəklərini deyib boşanacağını atasına bildirmişdir. Atası isə yenə ayrılmamağı tövsiyə etmiş, lakin artıq 22 aprel 2020-ci il tarixdə məhəkəməyə ərizə versələr də atası məhkəməyədək münasibətlərini düzəltməyi onlardan xahiş etmişdir. O, Günayla birlikdə ərizə verdikdən sonra yaşadıqları evdə ayrı-ayrı otaqlarda qalmağa başlamışlar. Onların boşanmaq barədə fikirləri ciddi olduğunu görə atası məsləhət vermişdir ki, boşandıqdan sonra yaşadıqları evi bölüşdürərik, yəni evi satıb hərəsinin üzərinə düşən pulu götürsünlər. Çünki atası da bilmişdir ki, Günayla onun bir evdə yaşamağı mümkünsüz bir məsələdir, lakin atası Təqsirləndirilən şəxs onun uşaqlarının nə vaxt bir sözü olduğu halda canla-başla yerinə yetirəcəyini, nəvələrini heç vaxt yadından çıxartmayacığını deyib yaşadıqları evdən çıxıb getmişdir. Təxmini olaraq iyun ayının ortalarına kimi o, Günayla bir evdə yaşamış və münasibətləri boşanmaq barədə ərizə verdikləri üçün soyuq olmuşdur. 13 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 öz övladları Sevinc və Maliklə birlikdə xalası Ofeliyanın qızı Kəmalənin evinə qonaq getmişlər, 14 iyun Günay Guliyevanın ad günü olduğu üçün o, başa düşmüşdür ki, ad gününü orada qeyd edəcəklər. O, isə bu barədə Günaya heç bir söz deməmişdir. 14 iyun 2020-ci il tarixdə, təxminən saat 14 radələrində yaşadığı ünvan 4 ünvanında tək olan vaxt hazırda xatırlamadığı rus nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəsinə vatsap vasitəsilə telefon zəngi olunmuş, o, telefona cavab verəndə zəng edən şəxsin Kəmalənin qardaşı Anar olduğunu görmüşdür. Anar onunla telefonda danışan vaxt nəyə görə Günayla mehriban yaşamadığını, nəyə görə Günaydan boşandığını bildirib onun atasını, anasını nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Lakin o, Anara heç nə deməmiş, əksinə Anara yaxşılıq etdiklərini, yəni anası Ofeliyanı yaşadıqları ünvanda qeydiyyata saldığını demişdir. Anar onun ünvanına nalayiq sözlər deyəndə o, artıq dözə bilməyib Anarın ünvanına nalayiq sözlər işlətmiş və Anarla telefon danışığını bağlamışdır. Bundan sonra Kəmalənin anası Ofeliya ona zəng edib nəyə görə oğlu Anarı təhqir etdiyini soruşmuş, sonra isə Ofeliya tezliklə Gəncə şəhərinə gələcəyini bildirmiş və onu əxlaqsız sözlərlə təhqir etməyə başlamışdır. Ofeliya qadın olduğu üçün o, sonuncu ilə danışmaq istəməmiş və telefon zəngini bağlamışdır. Bundan sonra Günay də ona zəng etmiş, nəyə görə Anarı və sonuncu anası Ofeliyanı təhqir etdiyini soruşanda o, Günaya demişdir ki, əvvəlcə Anar və Ofeliya onu təhqir etdikləri üçün o, da həmin şəxsləri təhqir etmişdir. Həmin vaxt Günay ona demişdir ki, «sən evdə ol, Ofeliyaynan gəlib söhbət edəcəyik». Bundan sonra o, atası Mahirə zəng edib bildirmişdir ki, «Ofeliya mənim üstümə gəlir, gəl görək bunların fikri nədir». Atası da narahat olmamağı, məsələni aydınlaşdırmaq üçün gəlib özü söhbət edəcəyini, məsələni aydınlaşdırmaq üçün 16 iyun 2020-ci il tarixdə Gəncə şəhərinə onlara gələcəyini və 17 iyun 2020-ci il tarixdə onunla birlikdə boşanma ilə bağlı məhkəmə prossessində iştirak edəcəyini ona bildirmişdir. 16 iyun 2020-ci il tarixdə, saat 07 radələrində o, hazırlaşıb işə gedən vaxt atası Təqsirləndirilən şəxs özü tək onların evinə gəlmiş, lakin atasının nə səbəbə görə tezdən onun evinə gəldiyini o, bilməmişdir. Həmin vaxt o, atasının əlində bıçaq və ya hər hansı bir əşya, ya predmet görməmişdir. Həmin vaxt o, atasının üstündə bıçaq olması barədə məlumatı olmamışdır. Lakin atası onların evinə gələndə əlində «Sultan» düyü çantası olmuş və həmin çantanın içərisində nə olduğunu o, bilməmişdir. Atası evdə rahat oturması üçün ondan paltar istədiyi üçün o, atasına idman şalvarı və köynək vermişdir. Bundan sonra o, evdən çıxıb işə gedəndə həmin vaxt qardaşı Elmir və atası həyətdə olmuşlar. Həmin vaxt Günay evdə olmasa da bildiyinə görə saat 09 radələrində Günay gəlib əynini dəyişib işə getməli imiş. Lakin o, evdən çıxıb gedəndə Günayı görməmişdir. Həmin gün saat 12 radələrində atası Mahirə zəng edib vəziyyətlə maraqlananda atası narahat olmamağı, o, işə getdikdən sonra Günayın evə gəlib hazırlaşaraq işə getdiyini bildirmiş və söyləmişdir ki, axşam gələndə söhbət edəcəklər. O, saat 17 radələrində işdən çıxdıqdan sonra şəxsi işi ilə əlaqədar olaraq şəhərdə yuvanmış, sat 21 radələrində qardaşı ona zəng edib bildirmişdir ki, yaşadıqları evdə baş vermiş mübahisə zamanı atası Mahir bıçaqla Günayı, Sevinci, Maliki və Ofeliyanı vurub xəsarət yetirmişdir. O, bu xəbəri eşidən kimi dərhal yaşadığı evə getmiş, evə çatanda artıq xəsarət alan Günay, Sevinc, Malik və Ofeliyanın orada olmadıqlarını görmüşdür. Ona bildirmişlər ki, Günayı, Sevinci, Maliki və Ofeliyanı xəstəxanaya aparmışlar. O, yaşadığı evə daxil olanda orada qan izləri və polis əməkdaşlarının hadisə yerini müayinə etdiklərini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, atası Təqsirləndirilən şəxs hadisə zamanı Ofeliyanı bıçaqla vurub xəsarət yetirdikdən sonra Ofeliya aldığı xəsarətlərlə əlaqədar olaraq vəfat etmişdir. Zərərçəkmiş şəxs1 ilə aralarında olan nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Onun fikrincə hadisə zamanı Zərərçəkmiş şəxs1, övladları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Ofeliya Quliyeva onun atasını vurduqlarına görə atası da bıçaqla Ofeliya Quliyevanı vurub öldürmüş, Zərərçəkmiş şəxs1, övladları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 isə öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs daha əvvəllər Zərərçəkmiş şəxs1 və övladları, Ofeliya Quliyeva ilə ciddi bir mübahisəsi olmamışdır. Hadisə günü atası Təqsirləndirilən şəxs istifadəsində ***- ***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Hadisədən əvvəlki günlərdə Zərərçəkmiş şəxs1, övladları Sevinc və Zərərçəkmiş şəxs3lə münasibətləri qeyri-normal olmuş, bir evdə yaşamaqlarına baxmayaraq münasibətləri soyuq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır, sonuncu ailəsi ilə birlikdə onun qonşuluqda yaşayır, münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid1 ilə xasiyyətləri uyğun gəlmədiyinə görə 2020-ci ilin avqust ayının əvvəllərində rəsmi qaydada ayırılmışlar. Zərərçəkmiş şəxs1 qaynatası Təqsirləndirilən şəxs də tanıyır, sonuncu əvvəllər Gəncə şəhəri, X34 küçəsi, ev 41 ünvanında yaşasa da təxminən 10 ildən çoxdur ki Göygöl rayonunda yaşayır.16 iyun 2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı evin həyətində olan vaxt səs-küy səsləri, qışqırıq səsləri eşidib küçəyə çıxanda Təqsirləndirilən şəxs əlində bıçaq qonşusu Zərərçəkmiş şəxs1 arxasınca qaçdığını görmüşdür. Həmin vaxt Günay qışqıraraq kömək çağırmışdır. O, Zərərçəkmiş şəxs1gilin yaşadığı evin bərabərliyinə çatanda yoldan ötən yol patrul avtomobilini əl edib saxlatmış və Zərərçəkmiş şəxs1 kömək etməsini xahiş etmişdir. Polis əməkdaşı olan sürücü də dərhal avtomobili saxlayıb yerə düşmüş, hadisə yerinə polis əməkdaşları çağırmış və həmin polis əməkdaşı olan sürücü də Mahir istqamətində gedib sonuncunu sakitləşdirməyə çağırmışdır. O, də həyəcanlı halda Mahirin yanından keçib gedəndə həmin vaxt yol patrul avtomobilinin sürücü olan polis əməkdaşı artıq Mahiri saxlayıb bıçağı yerə atmasını tələb etmişdir. O, isə Mahirgilə fikir vermədən təxminən 50- 60 metr aralıda olan Zərərçəkmiş şəxs1 yaxınlışmış, Zərərçəkmiş şəxs1 qarın və bel nahiyəsindən bıçaq xəsarəti aldığı üçün qana bulaşmışdır. O, Günaya kömək edib yerə uzatmış, qan itirəcəyindən qorxub tərpənməməsini bildirmişdir. Həmin vaxt Günay ona demişdir ki, Mahir nəvəsi Maliki də bıçaqla vurmuşdur. O, geri qayıdanda artıq Təqsirləndirilən şəxs hadisə yerində olmamış və o, başa düşmüşdür ki, polis əməkdaşarı Mahiri hadisə yerindən yaxalayıb aparmışlar. Bundan sonra Zərərçəkmiş şəxs1 yaşadığı evin bərabərliyinə çatanda dölmənin ağzında Günayın oğlu Maliki görmüş, sonuncunun sinə nahiyəsindən bıçaq xəsarəti aldığını görmüşdür. Maliki polis əməkdaşlarının köməkliyi ilə post patrul avtomobilinə əyləşdirib Xəstəxanaya yola salmışlar. Daha sonra isə o, Günay yaşadığı evin həyətinə daxil olanda Günayın qızı Sevincin həyətdə oturduğunu görmüşdür. O, xəsarət alıb-almadığını Sevincdən soruşanda sonuncu xəsarət almadığını bildirmiş, lakin polis əməkdaşı Sevincin əynindəki köynəyin cırıq vəziyyətdə olduğunu görüb ona bildirmişdir ki, Sevincin xəsarət alıb-almadığını yoxlasın. O, da Sevincin şalvarını aşağı edib qarın nahiyəsinə baxanda sonuncunun qarın nahiyəsindən bıçaq xəsarəti aldığını görmüşdür. Bundan sonra polis əməkdaşı Sevinci də götürüb xəstəxənaya aparmışdır. O, da oradan çıxıb öz evinə getmişdir. Zərərçəkmiş şəxs1 kim tərəfindən xəstəxanaya aparılmasını görməmişdir. O, Ofeliya Quliyevanı hadisə yerində görməsə də sonradan eşitdiyinə görə hadisə baş verən vaxt X25 Quliyevanı da bıçaqla vurub xəsarət yetirmiş, lakin o, evdən küçəyə çıxmamışdan əvvəl Ofeliya Quliyeva bıçaq xəsarəti aldığı üçün xəstəxanaya aparılmışdır. Ofeliya Quliyeva əvvəllər Gəncə şəhəri, X34 küçəsi, ev 41 ünvanında yaşamış, təxminən 20 ilən çoxdur ki həmin ünvanda yox, Bakı şəhərində yaşayır. O, Təqsirləndirilən şəxs nə vaxt Gəncə şəhəri, X34 küçəsi, ev 41 ünvanına gəlməsini görməmişdir. Təxminən bil ilə yaxındır ki Təqsirləndirilən şəxs həmin ünvana gəlib-getməsini görməmişdir. Təqsirləndirilən şəxs nə səbəbə görə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Ofeliya Quliyevanı bıçaqla vurması barədə onun məlumatı olmamışdır. Hadisə zamanı küçəyə çoxlu adamlar toplaşsalar da o, həyəcanlı olduğu üçün həmin şəxsləri xatırlamamış, həmin vaxt onun fikri Zərərçəkmiş şəxs1 kömək etməkdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onu uşaqlıqdan nənəsi götürüb saxlamış və hamı onu Samir kimi çağırmışdır. Zərərçəkmiş şəxs1 tanıyır, sonuncu ailəsi ilə birlikdə onunla qonşuluqda yaşayır, münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid1 ilə xasiyyətləri uyğun gəlmədiyinə görə 2020-ci ilin avqust ayının əvvəllərində rəsmi qaydada ayırılmışlar. Zərərçəkmiş şəxs1 qaynatası Təqsirləndirilən şəxs də tanıyır, sonuncu əvvəllər Gəncə şəhəri, X34 küçəsi, ev 41 ünvanında yaşasa da təxminən 10 ildən çoxdur ki Göygöl rayonunda yaşayır. 16 iyun 2020-ci il tarixdə, saat 20 radələrində o, yaşadığı evin həyətində oturub yemək yeyən vax səs-küy səsləri, qışqırıq səsləri eşidib küçəyə çıxanda Təqsirləndirilən şəxs əlində bıçaq qonşusu Zərərçəkmiş şəxs1 arxasınca qaçdığını və Günayın isə qışqıraraq kömək çağırdığını görmüşdür. Həmin an yoldan ötən yol patrul avtomobilinin dayandığını və polis əməkdaşı olan sürücünün də dərhal avtomobildən yerə düşüb Mahirin arxasınca qaçdığını görmüşdür. Mahir təxminən küçənin baş tərəfinə doğru çatanda həmin vaxt hadisə yerinə çağırılmış post patrul avtomobili Mahirin yanında dayanmış, polis əməkdaşları avtomobildən düşüb Mahiri yaxalamışlar və avtomobilə qoyub hadisə yerindən aparmışlar. Həmin vaxt həm həyəcanlı olduğu üçün və həm də gözləri zəif olduğu üçün küçəyə toplaşmış qonşuların kim olmalarına dəqiq görə bilməmişdir. Lakin dölmənin baş tərəfində yaralı vəziyyətdə dayanmış Günayın oğlu Malikə yaxınlaşmış, sonuncu sinə nahiyəsində xəsarət aldığı üçün qana bulaşmışdır. O, dərhal polis əməkdaşları ilə birlikdə Maliki post patrul avtomobilinə qoyub Beynəlxalq Xəstəxanaya aparmışlar. O, polis əməkdaşları ilə birlikdə Maliki həkimlərə təhvil verdikdən sonra öz evinə qayıtmışdır. O, evə qayıtdıqdan sonra məlum olmuşdur ki, hadisə zamanı Təqsirləndirilən şəxs bıçaqla Günay, Günayın qızı Sevinc və qohumları Ofeliyaya da bədən xəsarətləri yetirdiyi üçün Günay, Sevinc və Ofeliyanı da xəstəxanaya aparmışlar. Ofeliya Quliyeva xəstəxanaya aparılsa da aldığı xəsarətlərlə əlaqədar olaraq vəfat etmişdir. Ofeliya Quliyeva əvvəllər Gəncə şəhəri, X34 küçəsi, ev 41 ünvanında yaşamış, təxminən 20 ildən çoxdur ki həmin ünvanda yox, Bakı şəhərində yaşayır. O, Maliki Xəstəxanaya apardıqdan sonra evinə qayıdanda ailə üzvlərindən ona məlum olmuşdur ki, oğlu Mehdi də hadisə zamanı xəsarət alan Günayı Xəstəxanaya aparmaqda köməklik göstərmişdir. O, Təqsirləndirilən şəxs nə vaxt Gəncə şəhəri, X34 küçəsi, ev 41 ünvanına gəlməsini görməmiş, çünki saat 08 radələrində evdən çıxıb işə gedir, saat 19 radələrndə də evinə qayıdır. Təqsirləndirilən şəxs nə səbəbə görə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Ofeliya Quliyevanı bıçaqla vurması barədə onun məlumatı olmamışdır. Hadisə zamanı küçəyə çoxlu adamlar toplaşsalar da o, həyəcanlı olduğu üçün və gözləri zəif olduğu üçün küçəyə toplaşmış şəxsləri xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 1994-cü ildən DİO-da xidmət edir, 2013-cü ildən isə Gəncə şəhər BPİ-nin DYPŞ-də hərəkətin təşkili üzrə mühəndis vəzifəsində işləyir. Onun vəzifəsi yol hərəkətini təşkil etmək, Gəncə şəhəri üzrə quraşdırılan yol hərəkət nişanlarının quraşdırılmasına nəzarət etməkdən ibarətdir. O, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobili idarə edir. 16 iyun 2020-ci il tarixdə xidmətdə olmuş, həmin gün saat 20 radələrində **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobillə Gəncə şəhəri A.M.Əhmədov küçəsi ilə hərəkətdə olan vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 sol əlini belinə tuturaq yaşadığı dalandan qaça-qaça Gəncə şəhəri A.M.Əhmədov küçəsinə çıxıb sol tərəf istiqamətdə qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs1 da arxasınca adını sornradan bildiyi, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs sağ əlində bıçaq küçəyə qaçmış və Zərərçəkmiş şəxs1 arxası ilə iti addımla irəliləməyə başlamışdır. O, vəziyyəti görüb dərhal idarə etdiyi avtomobili dayandırmış, avtomobildən yerə düşüb Təqsirləndirilən şəxs arxadan səsləmişdir ki dayansın. Lakin Təqsirləndirilən şəxs onun çağırışına məhəl qoymayıb Zərərçəkmiş şəxs1 arxasınca getmişdir. O, həmin vaxt görmüşdür ki, Zərərçəkmiş şəxs1 belinin sol tərəf hisssi qana boyanmış vəziyyətdədir. O, dərhal əlindəki səs ötürücü vasitəsilə hadisə barədə Növbətçi hissəyə məlumat verib hadisə yerinə polis əməkdaşları göndərilməsini xahiş etmişdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq yaranmış səs-küyə görə küçəyə qonşular toplaşmışlar. Zərərçəkmiş şəxs1 küçənin baş tərəf hissəsinə doğru qaçaraq Təqsirləndirilən şəxs uzaqlaşmağa çalışmış, Mahir isə əlində bıçaq Günayın arxasınca qaçmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 arxasınca qaçsa da sonuncuya çatmadığını görüb əlindəki bıçağı Günayın arxası ilə atmışdı, lakin bıçaq Günaya dəyməyib yerə düşmüşdür. Bundan sonra o, qaçıb bıçağı yerdən götürmək istəsə də Mahir ondan irəlidə olduğu üçün cəlb qaçıb bıçağı yerdən götürmüşdür. O, Mahirdən bıçağı tələb etsə də sonuncu bıçağı ona verməmişdir. Bundan sonra hadisə yerinə çağırılan adlarını bilmədiyi post patrul xidmətinin əməkdaşları oraya gəlmişlər, Təqsirləndirilən şəxs əlindəki bıçağı sonuncudan almışlar və Mahiri yaxalayıb post patrul xidməti avtomobilinə mindirib Polis İdarəsinə aparmışlar. Baş vermiş hadisə ilə əlaqədar olaraq hadisə yerinə yoldan ötən şəxslər və həmin küçədə yaşayan tanımadığı qonşular toplaşmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində təxminən 32-33 sm uzunluğunda, dəstəyi qəhvəyi rəngli plasmasa oxşar materialdan hazırlanmış və tiyəsi boz rəngli metaldan hazırlanmış bıçaq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 iyun 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, hadisə yeri ünvan 9 ünvanında yerləşən yaşayış evidir. Yaşayı evi avtomobil yolıından sağ tərəfdəki küçədə yerləşir. Həyət evi bir mərtəbəlidir. Evin giriş darvazası taybatay açıq vəziyyətdədir, yaşayış evinin sağ və sol tərəfində yaxın məsafədə digər yaşayış evi yerləşir. Evin giriş qapısının darvazası boz rənglidir. Darvazanın eni 108 sm-dir. Yaşayış evinin giriş qapısının sağ küncündən 83 sm məsafədə qanabənzər ləkələrin olması müşahidə edilir. Həmi qanabənzər ləkənin uzunluğu 36 sm, eni 1 sm-dir. Həmin qanabənzər ləklərin mövcud olduğu yer nömrəli şərti işarə nömrələndi. 1 nömrəli şərti işarə ilə nömrələnmiş yerdən 107 sm məsafədə digər yerdə qanabənzər ləkələrin olması müşahidə olunur. Həmin yerdən darvazanın sol küncünə kimi məsafə 33 sm-dir. Həmin qanabənzər ləkənin uzunluğu 14 sm. Eni isə 8 sm-dir. Həmin qanabənzər ləkələr nömrəli şərli işarə ilə nömrələndi. Darvazanın eni 80 sm. hündürlüyü isə 194 sm-dir. Darvazadan içəriyə ensiz yolun olması görünür. Yolun hər iki tərəfi çay daşları hörülmüşdür. Həmin yolun eni 1.7 sm-dir. Darvazanın sağ küncündən 87 sm məsafədə digər qanabənzər ləkələrin olması müşahidə edilir, Həmin qanabənzər ləkələrin uzunluğu 11 sm, eni isə 4 sm-dir. Həmin qanabənzər ləkələr 3 nömrəli şər işarə ilə nömrələndi. Həmin qanabənzər ləkələrdən sağ tərəfdəki divara qədər olan məsafə 27 sm-dir. Həmin yoldan 7 metr hərəkət etdikdə digər yerə qanabənzər təkələr mövcuddur. Həmin yerə iki hasarın arasındakı məsafə 180 sm-dir. Həmin qanabənzər ləkələr 4 nömrəli şərti işarə ilə nömrələndi. Qanabənzər ləkələrin uzunluğu 16 sm, eni isə 4 sm-dir. Həmin yoldan düzünə hərəkət etdikdə bir mərtəbəli mişar daşları ilə hörülmüş yaşayış evi vardır. Yşavış evinin ön tərəfində iki ədəd pəncərəsinin olması müşahidə edilir. Yaşayış evinin dam örtüyünə yaxın məsafədə dairəvi formada anten vardır. Yaşayış evinin qabaq tərəfində müxtəlif bitki və ağaclar vardır. Yaşayış evinə qəhvəri rəngli dəmir materialda hazırlanmış qapıdan daxil olunur. Qapının eni 89 sm, hündürlüyü isə 196 sm-dir. Qapıdan içəriyə daxil olduqda yaşayış evinin mətbəxi yerləşir. Mətbəxdə mebel dəsti qabaq tərəfində stol vardır. Həmin daiı stul qapının sol küncündən 2 m 34 sm məsafə uzaqlıqda yerləşir. Stolun üzərində qanabənzər ləkləri olması müşahidə edilir. Həmin qanabənzər ləkənin uzunluğu 48 sm, eni isə 49 sm-dir. Həmin qanabənzər ləkə 5 nömrəli şərti işarə ilə nömrələndi. Dairəvi stulun diametri 93 sm, döşəmədən hündürlüyü isə 77 sm-dir. Stulun sağ tərəfində yerdə digər qanabənzər ləklərin olması müşahidə edildi. Həmin ləkənin uzunluğu 45 sm, eni isə 30 sm-dir. Həmin qanabənzər ləkədən giriş qapısının sağ küncünə qədər olan məsafə 330 sm-dir. Həmin qanabənzər ləkə 6 nömrəli şərti işarə ilə nömrələndi. 6 nömrə şərti işarə ilə nömrələnmiş yerdən 90 sm məsafədə döşəmənin üzərində qadın saç yığımı üçün nəzərdə tutulmuş saç proşkası vardır. Həmin saç proşkası 7 nömrəli şərti işarə ilə nömrələndi. 7 nömrəli şərti işarə ilə nömrələnmiş yerdən 1,40 sm məsafəd digər yerdə qanabənzər ləkənin olması müşahidə edilir. Həmin qanabənzər ləkə qonaq otağına giriş üçün nəzərdə tutulmuş qapının sağ küncündən 56 sm məsafədə yerləşir. Qonaq otağının qapısının eni 107 sm, eni isə 213 sm-dir. Həmin qanabənzər ləkə 8 nömrəli şərti işarə ilə nömrələndi. Giriş qapısının sağ küncündə 1 m məsafə plastik oluracağın üzərində qanabənzər ləkələr mövcuddur. Həmin ləklərin eni 27 sm, uzunluğu isə 33 sm-dir. Griş qapısının sol tərəfində yataq otağı vardır. Sağ tərəfində isə digər bir yataq otağının olması müşahidə edilir. Hər iki ytaq otağına taxta materialdan hazırlanmış qapıdan daxil olunur. Sağ tərəfdəki yataq otağın, giriş qapısının üzərində pərdənin aşağı hissəsində qanabənzər ləkələr vardır Həmin qanbənzər ləkələr 10 nömrəli şərti işarə ilə nömrələndi. Həmin nömrələmiş yerlərdən qanabənzər ləkələrdən nümunələr götürülməklə qablaşdırılmışdır. Həmçinin qadın saç proşkası və pərdə də iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixdə MTE və PA ETT Birliyinin Gəncə şəhər Şöbəsinin morqunda X1 meyitinə baxış keçirilmiş, meyidin əynində aşağıdakı paltarlar vardır: 1. Qırmızımtıl-bənövşəyi rəngli qısaqolu don; 2. Qara rəngli tuman; 3. Qara rəngli lifçik. Paltarlar köhnədir, əyinə düzgün geyilmişdir. Paltarlarda yara nahiyələrinə uyğun hissələrdə cırılmalar qeyd olunur. Don bənövşəyi rəngli olmaqla üzərində çəhrayi və göy rəngli naxışlar vardır. Donun ön tərəfində 4 ədəd kəsilmiş deşilmiş xəsarətlər vardır. Xəsarətlərdən biri sağ döş nahiyəsində çiyindən 14 sm, sağ yan nahiyədən 15 sm məsafədə yerləşir, eni 3,6 sm-dir. İkinci xəsarət sağ qarın nahiyəsində çiyindən 44 sm, sağ yan nahiyədən 13 sm məsafədə yerləşir, eni 2,3 sm-dir. Üçüncü xəsarət qarın nahiyəsində donun boğazından 28 sm, sağ yan nahiyəsindən 19 sm məsafədə yerləşir, eni 3 sm-dir. Dördüncü xəsarət sol qarın nahiyəsində donun boğazından 31 sm, sol yan nahiyədən isə 23 sm məsafədə yerləşir, eni 3,3 sm-dir. Paltarları soyundurduqda meyit qadın cinsidir, boyun uzunluğu 160 sm-dir, düzgün bədən quruluşlu, qidalanması yaxşıdır. Dərisi ağımtıl meyid rəngindədir, əllə yoxladıqda soyuqdur. Meyit ləkələri meyidin arxa səthində yerləşmişdir, görüntüsü zəifdir, göyümtül-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə itir və öz əvvəlki vəziyyətinə bir neçə saniyədən sonra bərpa olur. Meyid qacıması çənə əzələlərində kafi dərəcədə inkişaf etmişdir, digər yoxlanılan əzələ qruplarında meyit qacıması qeyd olunmur. Kəllə qapağı sümükləri əllə yoxladıqda tamdır. Hər iki göz qapaqları örtülüdür, bəbəklər dairəvi formada olub, genişlənmişdir, buynuz qişaları şəffafdır, gözlərin birləşdirici toxumalarında nöqtəvari qansızmalar qeyd olunur. Qulaq dəlikləri sərbəstdir. Hər iki burun və qulaq dəlikləri sərbəstdir, burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdırlar. Ağzı yarımaçıqdır, üst çənədə dörd ədəd diş sarı metaldandır, digər dişləri tamdır, təbiidir, alt çənədə dişlər çıxma protezdir. Dili dişlərin arxasında sərbəst yerləşir. Boynu gövdəyə müvafiq inkişaf etmişdir. Döş qəfəsi normostenikdir, quruluşu simmetrikdir, qabırğalar əllə yoxladıqda tamdır. Qarnı döş qəfəsi səviyyəsindən bir qədər hündürdədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Anal dəlik örtülüdür, ətrafında hər hansı bir xəsarət qeyd olunmur. Yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdırlar. Xəsarətlər: Döş qəfəsinin ön səthində sağda İİİ-İV qabırğa səviyyəsində 0,5 x 3,5 sm ölçüdə, düz xətt formalı, köndələn istiqamətdə yerləşən, qarın nahiyəsinin ön səthində sağda ayaq altından 100 sm məsafədə 0,5 x 3,5 sm ölçüdə, saat sferblatının «11-5» rəqəmlərini birləşdirən xətt üzrə yerləşən, həmin nahiyədə solda eyni ilə ayaq altından 100 sm məsafədə yerləşən 0,5 x 3,5 sm ölçüdə, saat sferblatının «1-7» rəqəmlərini birləşdirən xətt üzrə yerləşən, kənarları hamar, bir ucu iti, digər ucu küt olan yaralar vardır. Sol said nahiyəsinin yuxan 1/3 hissəsinin arxa səthində 1 x 5,5 sm ölçüdə, köndələn istiqamətdə yerləşən, eyni xarakterli yara vardır. Meyiti yanlara çevirdikdə döş qəfəsinin ön səthində olan yaradan massiv qan axını müşahidə edilir. Sağ qalça nahiyəsində 0,2 x 4 sm ölçüdə iki ədəd, eyni xətt üzrə yerləşən, sanki bir-birinin davamı olan, düz xətt formalı, ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş sıyrıqlar vardır. Sol əlin arxa səthində İV daraq sümüyü səviyyəsində 0,2 x 4 sm ölçüdə, düz xətt formalı eyni xarakterli sıyrıq vardır. Meyitin bədəni üzərində qeyd olunan xəsarətlərdən başqa digər xəsarətlər müəyyən edilməmişdir. Baxış zamanı meyitin fotoşəkilləri çəkilərək tərtib olunmuş protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış 17.06.2020-ci il tarixli 833/2020 nömrəli sərxoşluq aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli “götürmə aparılması" haqqında protokoldan görünür ki, hadisə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısa qol köynək, bir ədəd idman üslublu şalvar götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli “götürmə aparılması" haqqında protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd tünd göy rəngli köynəyi, bir ədəd boz rəngli şalvarı və bir ədəd lifçiyi, Zərərçəkmiş şəxs2 əynində olmuş bir ədəd çəhrayi rəngli qısaqol köynəyi, bir ədəd gül naxışları əks edilmiş idman şalvarı və bir ədəd lifçiyi, Zərərçəkmiş şəxs3 əynində olmuş bir ədəd göy rəngli köynək, bir ədəd göy rəngli şort və bir ədəd tuman götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli məhkəmə-tibb ekspertizasının 41 saylı rəyindan görünür ki, X1 meyitinin müayinəsi zamanı bədəni üzərində deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş üç ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara aşkar edilmiş: yaralardan biri döş qəfəsinin ön səthində sağda məmə xətti üzrə İİİ-İV qabırğa səviyyəsində yerləşir, sağ ağciyərin, sol plevranın, perikardın və ürəyin zədələnməsi ilə müşayiət olunur, yara kanalının istiqaməti üfüqi xətt üzrə öndən-arxaya, sağdan-sola doğrudur, digər iki yara isə qarın ahiyəsinin ön səthində yerləşir, böyük piyliyin və yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunur, hər iki yara kanalının istiqaməti üfüqi xətt üzrə öndən-arxaya doğrudur, həmin yaralar ağırlıq dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağər zərər vurmaya aid edilir. X1 bədəni səthində deşilmiş-kəsilmiş yaralardan başqa, sol said nahiyəsinin arxa səthində kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş bir ədəd kəsilmiş yara; bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş – sağ qalça nahiyəsinin və sol əlin arxa səthinin sıyrıqları, başın yumşaq toxumalarında alın-təpə nahiyəsinə uyğun hissədə qansızma kimi xəsarətlər də aşkar edilmiş, sol said nahiyəsinin kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasna səbəb oan sağlamlığa yüngül zərər vurmaya; sağ qalça nahiyəsinin və sol əlin arxa səthinin sıyrıqları, başın yumşaq toxumalarında alın-təpə nahiyəsinə uyğun hissədə qansızma isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmayan xəsarətlərə aid edilir. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər həyatidir, xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərlən tarixə, yəni 16.06.2020-ci il tarixə uyğun gəlir. X1 ölümünə səbəb döş qəfəsinin deşilmiş-kəsilmiş yarası nəticəsində ürəyin və sağ ağciyərin zədələnməsindən əmələ gələn kəskin daxili qanitirmə olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edirəm ki, ölümün müddəti müayinə olunan vaxta nəzərən – 4-6 saatdır (meyit 17.06.2020-ci il tarixdə saat 01:00-da müayinə olunmuşdur). X2 xəsarət (xəsarətlər) yetirilərkən o və ona xəsarət yetirən şəxs müxtəlif vəziyyətlərdə (üzbə-üz, yanba-yan, oturaq və s.) ola bilərdi. X1 bədəni üzərində aşkar edilmiş xəsarətlərin qarşılıqla dava-dalaş zəmnində əmələ gəlib-gəlməməsini müəyyən etmək məhkəmə-tibb ekspertin səlahiyyətlərinə aid deyil. X1 meyitindən götürülmüş qanının məhkəmə kimyəvi təhqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 13.08.2020ci il tarixli, 1216 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş beş ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilmiş, bu yaralardan biri qarın nahiyəsinin ön səthində solda yerləşmişdir, daxilə keçən yaradır, dalağın zədələnməsi ilə müşayiət olunur (dalağın çıxarılması), digər ikinci yara bel nahiyəsində solda yerləşir, eyni ilə daxilə keçən yaradır, sol böyrəyin zədələnməsi ilə müşayiət olunur (böyrəyin çıxarılması), dərəcəsinə görə hər iki yara ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Digər yaralar isə daxilə keçməyən yaralardır, biri sağ süz vəzi nahiyəsində, digəri sağ sağrı nahiyəsində, digər üçüncüsü isə qarın nahiyəsinin ön səthində köbəkdən aşağıda yerləşir, hər üç yara dərəcəsinə görə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasna səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərlən tarixə, yəni 16.06.2020-ci il tarixə uyğun gəlir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 13.08.2020-ci il tarixli, 1217 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 bədəni üzərində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş üç ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilmiş, yaralardan biri döş qəfəsinin ön səthində, sol məməxətti üzrə Vİ qabırğa səviyyəsində yerləşir, daxilə kçən yaradır, diafraqmanın və qaraciyərin zədələnməsi ilə müşayiət olunur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Digər kəsilmiş-deşilmiş yaralar daxilə keçməyən yaralardır, yaralardan biri qarının ön səthində sidik kisəsi səviyyəsində, digəri isə sol sağrı nahiyəsində yerləşir, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasna səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərlən tarixə, yəni 16.06.2020-ci il tarixə uyğun gəlir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının 13.08.2020-ci il tarixli, 1218 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş iki ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilmiş, yaralardan biri qarın nahiyəsinin ön səthində sağda yerləşmişdir, daxilə keçən yaradır, kor bağırsağın zədələnməsi ilə müşayiət olunur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Digər yara isə daxilə keçməyən yaradır, sağ sağrı nahiyəsində yerləşir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasna səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərlən tarixə, yəni 16.06.2020-ci il tarixə uyğun gəlir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının 17.06.2020-ci il tarixli, 880 saylı rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində sol diz oynağı nahiyəsinin qançırı, boyun və sol qaş nahiyələrinin sıyrıqları aşkar edildi, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 16.06.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi bioloji ekspertizasının 17.10.2020-ci il tarixli, 26 saylı rəyindən məlum olur ki,
1. X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) betadır.
2. Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB (İV)-dür.
3. Vətəndaş Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa, betadır.
4. Vətəndaş Zərərçəkmiş şəxs2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B (İİİ) betadır.
5. Vətəndaş Zərərçəkmiş şəxs3 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa, betadır.
6. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan X2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 məxsus ola bilər.
7. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus paltarları və hadisə yerindən götürülmüş bir ədəd pambıq tampon (ob.6) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan onun özünə məxsus ola bilər.
8. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus paltarları üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan onun özünə və X2, Zərərçəkmiş şəxs1 məxsus ola bilər.
9. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus paltarları üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan onun özünə və X2, Zərərçəkmiş şəxs3 məxsus ola bilər.
10. Hadisə yerindən götürülmüş bir pərdə üzərində insana məxsus qan akar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan X2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 məxsus ola bilər.
11. Təqsirləndirilən şəxs məxsus bir ədəd idman şalvarı üzərində qanabənzər ləkə aşkar olunmadığından müayinə edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks lifli materialların məhkəmə kriminalistik, soyuq silah və məhkəmə-trasoloji (paltar üzərində olan mexaniki zədələrin ekspertizası üzrə) ekspertizasının 29.09.2020-ci il tarixli, 16/651 saylı rəyindən görünür ki, X6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəciklər vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. X6 məxsus 01 ədəd donun üzərindən tapılmış boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib hissələrinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış cəhrayı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X6 məxsus 01 ədəd donun tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış açıq-yaşıl rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd şortikin üzərindən tapılmış qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd şortikin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qırmızı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks lifli materialların məhkəmə kriminalistik, soyuq silah və məhkəmə-trasoloji (paltar üzərində olan mexaniki zədələrin ekspertizası üzrə) ekspertizasının 02.10.2020-ci il tarixli, 16/652/653 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq əldəqayrılma üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan X2 məxsus paltarların, Zərərçəkmiş şəxs1 məxsus paltarların, Zərərçəkmiş şəxs3 məxsus paltarların, Zərərçəkmiş şəxs2 məxsus paltarların üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların üzərində olan zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus paltarların üzərində hər hansı mexaniki zədə yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə ambulator psixiatrik və məhkəmə psixoloji ekspertizasının 30.09.2020-ci il tarixli 549/249 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zamanı öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR-nın CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərini idarə etmək törətdiyi əməllərin məsuliyyətini dərk etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 24.08.2020ci il tarixli, 2365 saylı arayış, 17.06.2020-ci il tarili 880 saylı ekspert rəyi), istintaq və hazırki ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının aşkar olunmaması, hazırki ekspertiza zamanı psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münsibət bəsləməsi əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətləri nəzərə alınaraq cinayət törədilən vaxt güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt vəziyyətində) olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 yanvar 2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi” haqqqında protokoldan görünür ki, cinayət işi üzrə hadisə yerindən götürülmüş bir ədəd bıçaq və tanınmaya təqdim olunması üçün nəzərdə tutulmuş digər iki ədəd bıçaqlar Zərərçəkmiş şəxs2 tanınmaya təqdim olunmuşdur. Belə ki hadisə yerindən götürülmüş bir ədəd bıçaq «2» rəqəmi ilə nömrələnmiş, müqayisə üçün götürülmüş digər iki ədəd bıçaqlar isə «1», «3» rəqəmləri ilə nömrələnmişdir. Zərərçəkmiş şəxs2 tanınma üçün ona təqdim olunmuş üç ədəd bıçaqlara nəzər saldıqdan sonra «2» rəqəmi ilə nömrələnmiş bıçağı göstərək məhz həmin bıçaqla Təqsirləndirilən şəxs ona, anası Zərərçəkmiş şəxs1, qardaşı Zərərçəkmiş şəxs3 və qohumları X2 xəsarətlər yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ona təqdim olunmuş digər iki ədəd bıçaqları isə tanımadığını, ilk dəfə gördüyünü bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, aparılmış istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 yanvar 2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi” haqqqında protokoldan görünür ki, cinayət işi üzrə hadisə yerindən götürülmüş bir ədəd bıçaq və tanınmaya təqdim olunması üçün nəzərdə tutulmuş digər iki ədəd bıçaqlar Zərərçəkmiş şəxs1 tanınmaya təqdim olunmuşdur. Belə ki hadisə yerindən götürülmüş bir ədəd bıçaq «1» rəqəmi ilə nömrələnmiş, müqayisə üçün götürülmüş digər iki ədəd bıçaqlar isə «2», «3» rəqəmləri ilə nömrələnmişdir. Zərərçəkmiş şəxs1 tanınma üçün ona təqdim olunmuş üç ədəd bıçaqlara nəzər saldıqdan sonra «1» rəqəmi ilə nömrələnmiş bıçağı göstərək məhz həmin bıçaqla Təqsirləndirilən şəxs ona, övladları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, mərhum xalası X6 xəsarətlər yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ona təqdim olunmuş digər iki ədəd bıçaqları isə tanımadığını, ilk dəfə gördüyünü bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, aparılmış istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 yanvar 2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi” haqqqında protokoldan görünür ki, cinayət işi üzrə hadisə yerindən götürülmüş bir ədəd bıçaq və tanınmaya təqdim olunması üçün nəzərdə tutulmuş digər iki ədəd bıçaqlar Zərərçəkmiş şəxs3 tanınmaya təqdim olunmuşdur. Belə ki hadisə yerindən götürülmüş bir ədəd bıçaq «3» rəqəmi ilə nömrələnmiş, müqayisə üçün götürülmüş digər iki ədəd bıçaqlar isə «1», «2» rəqəmləri ilə nömrələnmişdir. Zərərçəkmiş şəxs3 tanınma üçün ona təqdim olunmuş üç ədəd bıçaqlara nəzər saldıqdan sonra «3» rəqəmi ilə nömrələnmiş bıçağı göstərək məhz həmin bıçaqla Təqsirləndirilən şəxs ona, anası Zərərçəkmiş şəxs1, bacısı Zərərçəkmiş şəxs2 və qohumları X2 xəsarətlər yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 ona təqdim olunmuş digər iki ədəd bıçaqları isə tanımadığını, ilk dəfə gördüyünü bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, aparılmış istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli “ifadəsinin yerində yoxlanılması” haqqqında protokoldan və fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edib göstərmişdir. Bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 yanvar 2021-ci il tarixli “ifadəsinin yerində yoxlanılması” haqqında protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edib göstərmişdir. Bu barədə protokol tərtib olunmuş və Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 yanvar 2021-ci il tarixli “ifadəsinin yerində yoxlanılması” haqqqında protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edib göstərmişdir. Bu barədə protokol tərtib olunmuş və Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 yanvar 2021-ci il tarixli “ifadəsinin yerində yoxlanılması” haqqqında protokoldan və fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edib göstərmişdir. Bu barədə protokol tərtib olunmuş və Zərərçəkmiş şəxs3 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09.01.2021ci il tarixli “üzləşdirmə” haqqqında protokollardan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X16 ilə Təqsirləndirilən şəxs ilə üzləşdirilmişlər, üzləşmə zamanı onlar ifadələrində dediklərini sonuncunun üzünə deyiblər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09.01.2021ci il tarixli “üzləşdirmə” haqqqında protokoldan görünür ki, Gəncə şəhəri A.M.Əhmədov küçəsi ev 72-də yaşayan X10 yaşadığı evin qarşısında iki istiqamətdə quraşdırılmış təhlükəsizlik kamerasından götürülmüş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 2 videogörüntünün olduğu müəyyən edilmiş, həmin videogörüntülərdən biri açılmış və məlum olmuşdur ki, görüntü 06.16.2020-ci il tarixdə, saat 19:57:55-də başlayır və 01 dəqiqə 10 saniyədən ibarətdir. Baxışda iştirak edən Məmməd Əliyev bildirmişdir ki, video görüntünün tarix formatı səhv ayarlanıb, belə ki əvvəlcə ay, sonra gün qeyd olunubdur. Baxış zamanı məlum olmuşdur ki, təhlükəsizlik kamerası ünvan 10 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı dalan istiqamətində görüntüləri qeydə alır. 01 dəqiqə 10 saniyədən ibarət həmin videogörüntüyə baxış zamanı müəyyən edildi ki, 19:58:02-də, görüntünün 7-ci saniyəsində Zərərçəkmiş şəxs1 sol əlini belinə tuturaq yaşadığı dalandan qaça-qaça Gəncə şəhəri A.M.Əhmədov küçəsinə çıxır və sol tərəf istiqamətində qaçır. Zərərçəkmiş şəxs1 da arxasınca Təqsirləndirilən şəxs sağ əlində bıçaq küçəyə qaçır və Zərərçəkmiş şəxs1 arxası ilə iti addımla irəliləyir. Zərərçəkmiş şəxs1 belinin sol tərəf hisssi qana boyanmış vəziyyətdədir. Həmin vaxt yol patrul avtomobilinin sürücü polis əməkdaşı avtomobildən yerə düşüb Təqsirləndirilən şəxs arxadan səsləyir, Təqsirləndirilən şəxs isə polis əməkdaşının çağırışına məhəl qoymayıb Zərərçəkmiş şəxs1 arxasınca gedir. Həmin polis əməkdaşının baş vermiş hadisə barədə əlindəki səs ötürücü vasitəsilə məlumat verməsi ilk baxışdan müşahidə olunur. Bundan sonra həmin polis əməkdaşı Təqsirləndirilən şəxs arxasınca qaçır. Bundan sonra yaranmış səs-küyə görə qonşular küçəyə toplaşırlar və həyəcanlı halda Təqsirləndirilən şəxsgil istiqamətində baxıb hadisəni seyr edirlər. 19:58:50-də, görüntünün 56-cı saniyəsində küçəyə gələn post patrul avtomobili Təqsirləndirilən şəxsgil istiqamətində hərəkət edir. Görüntü 19:59:05-də başa çatır. Diskin içərisində olan digər ikinci videogörüntü açılmış, məlum olmuşdur ki, görüntü 06.16.2020-ci il tarixdə, saat 19:57:55də başlayır və 01 dəqiqə 10 saniyədən ibarətdir. Evin qarşısında quraşdırılmış təhlükəsizlik kamerası A.M.Əhmədov küçəsinin baş tərəf istiqamətini qeydə alır. Küçənin baş tərəf hissəsindən post patrul avtomobilinin hərəkəti və istintaqa aidiyyatı olmayan azyaşlı uşaqların velosiped sürdükləri görünür. 19:58:07-də, görüntünün 11-ci saniyəsində Zərərçəkmiş şəxs1 sol əlini belinə tuturaq küçənin baş tərəfinə doğru qaçır, onun arxasınca isə Təqsirləndirilən şəxs sağ əlində bıçaq Zərərçəkmiş şəxs1 arxası ilə iti addımla irəliləyir. Həmin şəxslərin arxasınca isə polis əməkdaşı əlindəki səs ötürücü vasitəsilə məlumat verə-verə onlara tərəf qaçır. Zərərçəkmiş şəxs1 qaçıb küçənin baş tərəfində olan azyaşlı uşaqların arasına girir. Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs1 yaxınlaşıb onu vurmaq istəsə də Zərərçəkmiş şəxs1 küçənin baş tərəfinə doğru qaçır. Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs1 arxasınca qaçsa da ona çatmadığını görüb əlindəki bıçağı onun arxası ilə atır. Həmin vaxt polis əməkdaşı qaçıb Mahirə çatır və onun hərəkətinin davam etdirməsinin qarşısını alır. Daha sonra hadisə yerinə çağırılan post patrul avtomobilinin küçəyə gəlməsi müşahidə olunur və polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşıb onu yaxalayırlar. Eyni zamanda baş vermiş hadisə ilə əlaqədar yaranmış səs-küyə görə küçədə qonşuların toplaşdıqları da müşahidə olunur. Görüntü 19:59:05-də başa çatır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06.01.2021ci il tarixli, BKC/LGL-404/21 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində olan birinci sırada dayanmış «553512376-yə 515360878-dən_daxil olan zənglər» adlı faylı açılmış, baxış zamanı məlum olmuşdur ki, 13/06/2020 il tarixindən 17/06/2020 il tarixinədək olun müddət ərzində yalnız 16.06.2020-ci il tarixdə, saat 10:21-də Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng daxil olmuş və 38 saniyə danışıq getmişdir. Bundan başqa diskin içərisində olan ikinci sırada dayanmış «555613534-dən 515360878-yə_çıxan zənglər» adlı faylı açılmış, baxış zamanı məlum olmuşdur ki, 13/06/2020 il tarixindən 17/06/2020 il tarixinədək olun müddət ərzində X5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəyə 14.06.2020-ci il tarixdə zənglər daxil olaraq həmin gün saat 16:06-da 23 saniyə, həmin gün saat 16:07-də isə 65 saniyə müddətinə danışıqlar getmişdir. "xxxx" MMC-dən götürülmüş 1 ədəd diskin içərisində olan « 02 » vərəqədən ibarət telefon danışıqları çap olunaraq protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" Telekom MMC-dən 08.12.2020-ci il tarixli, 26176 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 14.06.2020-ci il tarixdə, saat 16:06-da və saat 16:07-də zənglər daxil olaraq müxtəlif müddətlərdə danışıqlar getmişdir. Bundan başqa 16.06.2020-ci il tarixdə, saat 10:21-də Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng daxil olaraq danışıq getmişdir. "xxxx" Telekom MMC-dən götürülmüş 1 ədəd diskin içərisində olan « 02 » vərəqədən ibarət telefon danışıqları çap olunaraq protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş 20.08.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin 24.08.2020-ci il tarixli, 2365 nömrəli arayışından görünür ki, təqsirləndirilən şəxs Quliyev X4 qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, q28-35/2020 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət işi və ya material olmamış. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl Rayon Mərkəzi X14 Şəxsin 27.07.2020-ci il tarixli, 151 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göygöl RMX PHŞ-nın ruhi-əsəb, narkoloji və vərəm kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26.08.2020ci il tarixli 121-18829-1220 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barələrində Gəncə şəhər BPİ-nin Nizami Rayon Pois İdarəsində təqsirləndirici material olmamış, onların şikayət ərizələri əsasında material olmamış, «münaqişəli ailə» kimi qeydiyyata alınmamışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin 16.09.2020-ci il tarixli, 3339 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19.01.2021ci il tarixli, 239 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, ünvan 10 ünvanında qeydiyyatdadır, barəsində Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir məlumat daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19.01.2021ci il tarixli, 240 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 övladları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə birlikdə ünvan 10 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 iyun 2020ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının CM-nin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisələri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının CM-nin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilib, qardaşı arvadı X11, gəlini Zərərçəkmiş şəxs1, nəvələri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 öldürmək niyyət olmadığını, Ofeliya Quliyeva ilə aralarında olan söhbətə aydınlıq gətirmək, oğlu Şahid1lə Zərərçəkmiş şəxs1 barışdırmaq niyyəti olsa da həmin şəxslər hörmətsizlik edib onu döydükləri üçün o, da özünü müdafiə etmək məqsədilə yumruqla bir dəfə Zərərçəkmiş şəxs1 xatırlmadığı yerindən yumruqla vurmuş, lakin həmin şəxslər onun üstünə gedib əlləri ilə onu vurduqları üçün o, məcbur qalıb həmin şəxsləri özündən kənarlaşdırmaq üçün bıçaqdan istifadə edərək Ofeliya Quliyeva, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qəsdən vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, kimisə öldürmək niyyəti olmadığını bildiməsi, zərərçəkmiş şəxsin hüquqi varisi, zərəçəkmiş şəxslər və şahid ifadələri, hadisə yerinə və meyitə baxış protokolları, məhkəmə-tibbi, məhkəmə tibbi-bioloji, məhkəmə-soyuq silah, məhkəmə-lifli və məhkəmə-trasoloji, kompleks məhkəmə-psixoloji və ambulator məhkəməpsixiatrik ekspertizalarının rəyləri, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması istintaq hərəkəti protokolu ilə təkzib olunduğundan həmin ifadəyə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirib sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla X7 qəsdən öldürüb, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 isə xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla qəsdən öldürməyə yönəlmiş əməllərini özünün iradəsindən asılı olmayan səbəblərə görə başa catdıra bilməməklə iki şəxsi qəsdən öldürməyə cəhd etməsi, habelə X7 hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə hədələməsi və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının müddüalarını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndində göstərilir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmçinin həmin Qərarın 8-cü bəndinin izahından görünür ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmçinin qeyd olunan Qərarın 11-ci bəndində təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa-çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kolegiyası təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələbinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngüləşdirlən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 16 iyun 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Gəncə şəhər prokurorluğunda saxlanılan maddi sübutlar hadisə yerindən qablaşdırılaraq götürülmüş qanabənzər ləkələrdən nümunələr, qadın saç proşkası, bir ədəd bıçaq, bir ədəd pərdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli qısaqol köynək və bir ədəd qara rəngli idman üslublu şalvar onun yaxın qohumlarına qaytarılmalı, zərərçəkmiş şəxs X1 hadisə zamanı əynində olmuş bir ədəd bənövşəyi rəngli qısaqol don, bir ədəd qara rəngli lifçik, bir ədəd qara rəngli tuman yaxın qohumlarına qaytarılmalı, imtina etdikdə məhv edilməli, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd boz rəngli şalvar və bir ədəd lifçik ona qaytarılmalı imtina etdikdə məhv edilməli, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş bir ədəd çəhrayı qısaqol köynək, bir ədəd boz rəngli idman şalvarı ona qaytarılmalı imtina etdikdə məhv edilməli, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli qolsuz köynək, bir ədəd göy rəngli şort və bir ədəd boz rəngli tuman ona qaytarılmalı imtina etdikdə məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 127 (manat) 80 (qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4, 29, 120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Gəncə şəhər prokurorluğunda saxlanılan maddi sübutlar hadisə yerindən qablaşdırılaraq götürülmüş qanabənzər ləkələrdən nümunələr, qadın saç proşkası, bir ədəd bıçaq, bir ədəd pərdə məhv edilsin. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli qısaqol köynək və bir ədəd qara rəngli idman üslublu şalvar onun yaxın qohumlarına qaytarlsin imtina etdikdə məhv edilsin, zərərçəkmiş şəxs X1 hadisə zamanı əynində olmuş bir ədəd bənövşəyi rəngli qısaqol don, bir ədəd qara rəngli lifçik, bir ədəd qara rəngli tuman yaxın qohumlarına qaytarlsin, imtina etdikdə məhv edilsin, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd boz rəngli şalvar və bir ədəd lifçik ona qaytarlsin imtina etdikdə məhv edilsin, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş bir ədəd çəhrayı qısaqol köynək, bir ədəd boz rəngli idman şalvarı ona qaytarlsin imtina etdikdə məhv edilsin, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli qolsuz köynək, bir ədəd göy rəngli şort və bir ədəd boz rəngli tuman ona qaytarlsin imtina etdikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 127 (manat) 80 (qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.