Məhkəmə qərarları › İş №1(100)-157/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-157/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-157/2023 04.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X13 və X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263- 1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan naməlum vaxtda və şəraitdə külli miqdarda 3,990 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2,652 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Gəncə şəhəri, N.Gəncəvi prospekti, ev 195-in yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 sentyabr 2022ci il tarixdə saat 19.30-da qeyd olunan ünvanda saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti, 41 ünvanında yerləşən BNMİ-nin X12 Şöbəsinə dəvət olunub üzərinə həmin gün şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sağ arxa cibindən bir ədəd bükümdə külli miqdarda 3,990 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əynindəki boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd kibrit qutusunda 1,356 qram çəkidə və əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə 1,296 qram olmaqla ümumilikdə eyni tərkibli 2,652 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan naməlum vaxtda və şəraitdə külli miqdarda 6,706 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Gəncə şəhəri, N.Gəncəvi prospekti, ev 195-in yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla İdarəsinin əməkdaşları tərəfindən 28 sentyabr 2022-ci il tarixdə saat 19.30-da qeyd olunan ünvanda saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti, 41 ünvanında yerləşən BNMİ-nin X12 Şöbəsinə dəvət olunub üzərilərinə həmin gün şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,643 qram və 3,063 qram olmaqla ümumilikdə külli miqdarda eyni tərkibli 6,706 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, ara bir narkotik vasitə qurudulmuş marixuananı çəkmək yolu ilə qəbul etmişdir. Narkotik vasitəni təsadüfi şəxslərdən əldə etmişdir. Tutulmamışdan bir gün qabaq Yevlax şəhərində yerləşən avtovağzalın yaxınlığında yerdən bir selofan bükümdə və bir kibrit qutusunda qurudulmuş marixuana tapmışdır. Narkotikləri üstündə gəzdirmişdir ki, özü istifadə edər. 28 sentyabr 2022-ci il tarixdə saat 19:30-da Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 195 ünvanının yaxınlığında tanışları Şahid6 və Təqsirləndirilən şəxs2 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onları tutaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 şöbəsinə aparmışlar. Sonra onun üzərinə baxış keçirilmiş üzərindən narkotik vasitə olan qrudulmuş marixuana və bıçaq aşkar olunmuşdur. Marixuananın çəkisi təxminən 2 qramdan çox olmuşdur. Bundan sonra onun üzərinə əlavə olaraq narkotik vasitə olan heroin qoyulmuş, o etiraz etsə də ona hədə qorxu gəlinmiş, şəxsiyyətini alcaldan hərəkətlər ediləcəyi deyilmiş, üzərindən onsuz da narokotik vasitə aşkar olunması deyilərək, əməlini narkotik vasitə saxlamaqla ittiham veriləcəyini bildirmişlər. Ona görə də məcbur olaraq polislərin dedikləri ilə razılaşmışdır. Bundan sonra vəkil dəvət olunmuş, Samirlə Amili də həmin otağa gətirmişlər. Sonra üzərindən özünə məxsus olan marixuana və polislərin cibinə qoyduğu heroini çıxarıb təqdim etmiş və bu barədə sənədləşmə aparılmış, sorğu zamanı polis əməkdaşlarının ona əvvəlcədən dedikləri kimi narkotik vasitələrin ona məxsus olmasını və qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt onun üzərində marixuana olmasından nə Samirin, nə də Amilin xəbəri olmamışdır. Bundan sonra Samirin və Amilin üzərinə baxış keçirilmiş, Amilin üzərindən heç bir şey aşkar olunmamış, Samirin üzərindən də narkotik vasitə və bıçaq aşkar olunmuşdur. Samir də üzərindən aşkar olunmuş narkotik vasitəni Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerdən tapdığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilən narkotik vasitədən və bıçaqdan tanışları onun və Şahid6 məlumatının olmadığını, üzərindən aşkar edilmiş bıçağı isə marağı olduğu üçün gəzdirdiyini bildirmişdir. Şifahi sorğu zamanı Şahid6 onun və Təqsirləndirilən şəxs2 dostu olduğunu aşkar edilmiş narkotik vasitələrdən və bıçaqlardan məlumatının olmadığını bildirmişdir. Sonra Samir ona demişdir ki, polis əməkdaşları onun üzərinə də narkotik vasitə qoymuşlar. Etiraf etmədiyi tədqirdə hədələyib şəxsiyyətini alcaldan hərəkətlər edəcəklərini bildirdikləri üçün polislərin təklifi ilə razı olmuşdur. Ona verilən ittihama etiraz etdiyi üçün sənədləri imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, təxminən iki aydır ki, narkotik vasitə heroini çəkmək yolu ilə qəbul etmişdir. 28 sentyabr 2022-ci il tarixdə saat 19:30-da Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 195 ünvanının yaxınlığında tanışları Şahid6 və Təqsirləndirilən şəxs1 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirrərək onlarü tutub Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 şöbəsinə gəlmişlər. Sonra onları ayıb başqa otaqlara aparmışlar. Üzərinə baxış keçirilmiş və üzərindən bir ədəd bıçaq aşkar olunmuşdur. Bundan sonra onun tutulmalı olduğunu və üzərinə narkotik vasitə qoyulacağını və narkotik vasitəni özü qəbul edən kimi sənədləşdirəcəklərini demişlər. O etiraz etmiş, lakin polis əməkdaşları onların təklifi ilə razı olmadığı halda şəxsiyyətini alcaldaçaqlarını və evində narkotik vasitə çıxaracaqlarını bildirmişlər. Bundan sonra məcbur olub onların təklifi ilə razı olmuş və üzərinə iki büküm narkotik vasitə heroin qoyulmuşdur. Bundan sonra onları bir otağa aparmışlar. Sonra vəkillər dəvət olunmuş və öncə Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin və marixuana olduğunu bildirib cibindən çıxarıb təqdim etmişdir. Sonra ona üzərində ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlərim varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd sellofan bükümü və bir ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Şahid6 üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini və marixuananı Yevlax şəhərində yerdən tapdığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilən maddələrdən və bıçaqdan onların məlumatının olmadığını, üzərindən aşkar edilmiş bıçağı isə marağı olduğu üçün gəzdirdiyini bildirmişdir. Sorğu zamanı o, polisin ona əvvəlcədən ona dediyi kimi, üzərindən aşkar edilmiş narkotik vasitə heroini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerdən tapdığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilən maddələrdən və bıçaqdan tanışları Təqsirləndirilən şəxs1 və Şahid6 məlumatının olmadığını, üzərindən aşkar edilmiş bıçağı isə marağı olduğu üçün gəzdirdiyini bildirmişdir. Sorğu zamanı Şahid6 onun və Təqsirləndirilən şəxs1 dostu olduğunu aşkar edilmiş narkotik vasitələrdən və bıçaqlardan məlumatının olmadığını bildirmişdir. İstintaq zamanı sonrakı ifadələrində məhkəmədə olduğu kimi ifadə versə də müstəntiq ifadəsini yazmamış, ifadə verməkdən imtina etdiyini göstərmişdir.Ona verilən ittihama etiraz etdiyi üçün sənədləri imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş məlumat əsasında 28 sentyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin gün saat 19:30-da Gəncə şəhəri, N.Gəncəvi prospekti 195 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yanında olan tanışları Şahid6 ilə birlikdə olduğu zaman saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 şöbəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barələrində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan BNMİ-nin X12 şöbəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 28 sentyabr 2022-ci il tarixdə saat 20:45-də şəxsi axtarış və götürmə, eləcə də Şahid6 üzərinə baxış prosesi aparılmışdır. Şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eləcə də barəsində baxış və götürmə aparılan Şahid6 şəxsi axtarış, baxış və götürmənin videoçəkiliş vasitəsi ilə şəxsi axtarış, baxış və götürmə prosesində iştirak edən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid6 buna etiraz etmədiklərini bildirdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, onlara üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra ilkin öncə Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin və marixuana olduğunu bildirib, əynində olan boz rəngli gödəkçənin sol yan cibindən kibrit qutusunu, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü, əynində olan şalvarının sağ arxa cibindən bir ədəd sellofan bükümü, şalvarının sol cibindən “Nokia” markalı mobil telefonu, həmin şalvarının sağ yan cibindən “KGTGL” markalı mobil telefonu, şalvarının sağ kəmər hissəsindən bir ədəd bıçaq tipli predmeti çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi iki ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin birinin içərisində narkotik vasitə heroinə oxşar maddələr və digər sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Bir ədəd kibrit qutusuna baxış keçirilərkən həmin qutunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, eləcə də bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş bir ədəd gümüşü rəngli bıçaq tipli dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş mobil telefon cihazları götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən iki ədəd sellofan bükümü, əynində olan şalvarının sol yan cibindən şəxsiyyət vəsiqəsini, “Samsung” markalı mobil telefonu, 87 manat pulu, şəxsiyyət vəsiqəsini, şalvarının sağ kəmər hissəsindən bir ədəd bıçaq tipli predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd sellofan bükümlərə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş iki ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş bir ədəd gümüşü rəngli bıçaq tipli dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Aşkar edilmiş 87 manat pul Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Bundan sonra Şahid6 üzərinə baxış keçirilmiş, Şahid6 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən bir ədəd alışqan və 15 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid6 üzərindən qanunsuz saxladığı əşya və ya predmetlər aşkar edilməmişdir. Şahid6 aşkar edilmiş mobil telefon, 15 manat pul və bir ədəd alışqan onun özünə geri qaytarılmışdır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini və marixuananı Yevlax şəhərində yerdən tapdığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilən maddələrdən və bıçaqdan tanışları Təqsirləndirilən şəxs2 və Şahid6 məlumatının olmadığını, üzərindən aşkar edilmiş bıçağı isə marağı olduğu üçün gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerdən tapdığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilən maddələrdən və bıçaqdan tanışları Təqsirləndirilən şəxs1 və Şahid6 məlumatının olmadığını, üzərindən aşkar edilmiş bıçağı isə marağı olduğu üçün gəzdirdiyini bildirmişdir. Sorğu zamanı Şahid6 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dostu olduğunu onların üzərindən aşkar edilmiş narkotik vasitələrdən və bıçaqlardan məlumatının olmadığını bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakılara ucadan oxunmuş və heç bir şikayət və vəsatət daxil olmayaraq iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə dediklərinin həqiqətə qyğun olmadığını, onların qarşısında heç bir şərt qoyulmadığını və üzərlərinə narkotik vasitə qoymaları barədə təklif edilmədiyini bildirmişdir. Onlara qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş əməliyyat məlumatında onların narkotik vasitənin qanunsuz dövriyyəsi barədə məlumat olmuşdur. Belə olan halda təcrübədə əməliyyat məlumatında bütün ehtimalları yoxlamaq üçün yəni, həm üzərində gəzdirməsi, həm də satış məqsədi ilə saxlaması faktının müəyyən edilməsi üçün raportda və onun əsasında qəbul edilmiş qərarda həmin halları qeyd edirlər. Lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Həmcinin onların bir qrup şəxs halında narkotik vasitəni əldə etmələri və bölərək üzərlərində daşımaları barədə heç bir məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və X10 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təxminən 1 ildir ki tanımış, onlarla dostluq münasibəti olmuş, ədavəti və yaxud düşmənçiliyi olmamışdır. 28 sentyabr 2022-ci il tarixdə saat 19:30-da Gəncə şəhəri, N.Gəncəvi prospekti 195 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə olduğu zaman onlar polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə dəvət olunmuşlar. Sonra onlaı ayrı otaqlara aparmışlar. Bir müddət sonra onları bir otağa gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində narkotik vasitə psixotrop maddə varsa təqdim etmələri təklif edilmiş, bu təklifdən sonra ilkin öncə Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin və marixuana olduğunu bildirib, əynində paltarın cibindən kibrit qutusunu, gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü, şalvarının sağ arxa cibindən bir ədəd sellofan bükümü, şalvarının sol cibindən “Nokia” markalı mobil telefonu, “KGTGL” markalı mobil telefonu və bir ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana, eləcə də bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Aşkar edilmiş bir ədəd bıçaq bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan gödəkçənin cibindən 02 ədəd sellofan bükümü, şalvarının cibindən şəxsiyyət vəsiqəsini, “Samsung” markalı mobil telefonu, 87 manat pulu və bir ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Aşkar edilmiş bir ədəd gümüşü rəngli bıçaq bir ədəd kağız zərfdə möhür ilə möhürlənərək qablaşdırılmışdır. Bundan sonra onun üzərinə baxış keçirilmiş lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroin və marixuananı Yevlax şəhərində yerdən tapdığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilən maddələrdən və bıçaqdan tanışları Təqsirləndirilən şəxs2 və onun məlumatı olmadığını, üzərindən aşkar edilmiş bıçağı isə marağı olduğu üçün gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerdən tapdığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilən maddələrdən və bıçaqdan Təqsirləndirilən şəxs1 və onun məlumatı olmadığını, üzərindən aşkar edilmiş bıçağı isə marağı olduğu üçün gəzdirdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dostu olduğunu onların üzərindən aşkar edilmiş narkotik vasitələrdən və bıçaqlardan məlumatının olmadığını bildirmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması olmaları, satışı məqsədilə ilə narkotik vasitələrin və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərlərində gəzdirmələri və daşımaları ilə bağlı əməliyyat məlumatı daxil olmuş və həmin məlumatla bağlı əməliyyataxtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir. «Şəxsi axtarış, baxış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli gödəkçəinin sol yan cibindən kibrit qutusunu, əynində olan boz rəngli gödəkçəinin sağ yan cibindən 01 ədəd seloffan bükümü, əynində olan şalvarının sağ arxa cibindən01 ədəd seloffan bükümü, şalvarın sol cibindən Nokia markalı mobil telefonu, KGTGL markalı mobil telefonu, şalavarın sağ yan cibindən 01 ədəd bıçaq tipli predmeti çıxardıb masanın üstünə qoydu. Həmin bükümlərə baxış keçirilərkən bükümlərin birinin içərisində tünd qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə oxşam maddələr və digər sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxaşa kütlə aşkar edildi. Həmin bükümlər və bir ədə bıçaq zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Nokia və KGTGL markalı mobil telefonlar götürüldü. Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli gödəkçəinin sağ yan cibindən 02 ədəd seloffan bükümü, əynində olan şalvarının sol yan cibindən şəxsiyyət vəsiqəsini, Samsung markalı mobil telefonu, 87 manat pulu, şalvarın sağ kəmr hissəsindən 01 ədəd bıçaq tipli predmeti çıxardıb masanın üzərinə qoydu. Həmin bükümlərə baxış keçirilərkən bükümlərin içərisində tünd qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr aşkar edildi. Həmin bükümlər və bir ədə bıçaq zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Samsung markalı mobil telefon götürüldü.87 manat pul Təqsirləndirilən şəxs2 qaytarıldı. Şahid6 əynində olan boz rəngli cins şalavarın sol yan cibindən 01 ədəd Samsung markalı mobil telefon, sağ yan cibindən, 01 ədəd alışqan və 15 manat pulu çıxardıb masanın üzərinə qoydu.Şahid6 üzərindən qanunsuz digər əşya və predmet aşkar edilmədi. 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd alışqan və 15 manat pul Şahid6 özünə qaytarıldı. «Mobil telefon aparatına baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 mıxsus 01 ədəd Nokia və 01 ədəd KGTGL markalı, eləcə də Təqsirləndirilən şəxs2 məxsus bir ədəd Samsung markalı mobil telefon aparatlarına baxış keçirilmişdir.Baxış zamanı mobil telefonlarda cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir. «Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ***-***-**-** və ***-***-**-**, Təqsirləndirilən şəxs2 isə ***-***-**-** saylı mobil telefon nömrələri istifadə etmişlər. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri, həm də bir biriləri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Məlumatlara baxış keçrilərkən cinayəıt işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitələri satış məqsədi ilə əldə etdikləri təsdiq edilsə də, əldə etməsini görə biləcək şəxsləri, eləcə də həmin narkotik vasitələrin əldə etdiyi digər mənbəni müəyyən etmək mümkün olmamışdır. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid6 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid6 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid6 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid6 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/1121-6/5587 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş.... ” yazısı və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 3,990 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdə olan bir ədəd kibrit qutusunda təmioz çəkisi 1,356 qram çəkidə və bir ədəd şəffaf sellofanda təmiz çəkisi 1,296 qram olmaqla ümumilikdə 2,652 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Qalıq: qurudulmuş marixuana – 2,552 qram, heroin – 3,940 qram. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5588 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş.... ” yazısı və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,643 qram və 3,063 qram olmaqla ümumilikdə 6,706 qram kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroindir. Qalıq: heroin – 6,606 qram. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5630 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə heroin ilə Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroin xarici görünüşünə və və kimyəvi tərkib komponentlərinə görə fərqlidir. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 3619/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” və tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 3620/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5634 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Müayinə zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik vasitə olan marixuanadan və heroindən yandırıb tüstüsünü çəkməklə istifadə edir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5636 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Müayinə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, narkotik vasitə olan marixuanadan və heroindən yandırıb tüstüsünü çəkməklə istifadə edir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə- tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 438/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. Məhkəmə- tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 440/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. Məhkəmə balistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/ 1365 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır, üzərində təyinatını dəyişidirən əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmə balistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1366 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulmuş, xüsusi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır, üzərində təyinatını dəyişidirən əlavə və dəyişikliklər edilməmişdir. Azərbaycan Respublikası Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Azərbaycan Respublikası Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 və İsgəndərov X2 Xəstəxanasında müalicədə olmayıb. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Gəncə şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında həyat yoldaşı X5 və övladı X3 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İV № 225355 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 ay 26 gün müddətə azadlığın məhdudlaşdırklması cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 əsas və əlavə cəzasını ümiyyətlə çəkməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iki ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 2,552 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 10,396 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Eləcə də bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Şahid6 barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd Nokia, 01 ədəd KGTGL və 01 ədəd Samsung markalı mobil telefonlar, eləcə də soyuq silah hesab edilməyən 02 iki ədə bıçaq cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin onlara məxsus olmadığını bildirsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 oğlu ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə Yevlax şəhərində yerləşən avtovağzalın yaxınlığında yerdən bir bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin, bir selofan bükümdə və bir kibrit qutusunda qurudulmuş marixuana tapmışdır. Narkotikləri üstündə gəzdirmişdir ki, özü istifadə edər. Həmçinin təxminən 3 ay qabaq Gəncə şəhərində evinin yaxınlığındakı zibilliyin yanında yerdən bir ədəd bıçaq da tapmışdır. Bıçağı məişətdə istifadə etmək məqsədi ilə üzərində daşımaqla gəzdirmişdir. 28 sentyabr 2022-ci il tarixdə saat 19:30-da Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 195 ünvanının yaxınlığında tanışları Şahid6 və Təqsirləndirilən şəxs2 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan və Təqsirləndirilən şəxs2 özlərini təqdim etməklərini xahiş etmişlər, o və Təqsirləndirilən şəxs2 özlərini təqdim etdikdən sonra polis əməkdaşları onu və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmilər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin və marixuana vardır. Təqsirləndirilən şəxs2 isə üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmişlər. O, Təqsirləndirilən şəxs2 və Şahid6 buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 şöbəsinə getmişlər. Orada onlara üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməkləri təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin və marixuana olduğunu bildirib, əynində olan boz rəngli gödəkçənin sol yan cibindən kibrit qutusunu, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü, əynində olan şalvarının sağ arxa cibindən bir ədəd sellofan bükümü, şalvarının sol cibindən “Nokia” markalı mobil telefonu, şalvarının sağ yan cibindən “KGTGL” markalı mobil telefonu, şalvarının sağ kəmər hissəsindən bir ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin birinin içərisində narkotik vasitə heroin və digər sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bir ədəd kibrit qutusuna baxış keçirilərkən həmin qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana, eləcə də bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana bir ədəd kağız zərfdə qablaşdırılıb möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd sellofan bükümü, əynində olan şalvarının sol yan cibindən şəxsiyyət vəsiqəsini, “Samsung” markalı mobil telefonu, 87 manat pulu, şəxsiyyət vəsiqəsini, şalvarının sağ kəmər hissəsindən bir ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd sellofan bükümlərə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və marixuananı Yevlax şəhərində yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilən maddələrdən və bıçaqdan tanışları Təqsirləndirilən şəxs2 və Şahid6 məlumatının olmadığını, üzərindən aşkar edilmiş bıçağı isə marağı olduğu üçün gəzdirdiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerdən tapdığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilən maddələrdən və bıçaqdan tanışları onun və Şahid6 məlumatının olmadığını, üzərindən aşkar edilmiş bıçağı isə marağı olduğu üçün gəzdirdiyini bildirmişdir. Şifahi sorğu zamanı Şahid6 onun və Təqsirləndirilən şəxs2 dostu olduğunu aşkar edilmiş narkotik vasitələrdən və bıçaqlardan məlumatının olmadığını bildirmişdir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, təxminən iki aydır ki, narkotik vasitə heroini çəkmək yolu ilə qəbul etmişdir. 28 sentyabr 2022-ci il tarixdə günorta vaxtlarında Gəncə şəhərində yerləşən Avtozavod deyilən ərazidə yerdən iki bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin tapıb öz istifadəsi üçün saxlamışdır. Həmçinin təxminən 2 ay qabaq Gəncə şəhərində yerdən bir ədəd bıçaq tapmışdır. Bıçağı meyvə doğramaq məqsədi ilə üzərində daşımaqla gəzdirmişdir. 28 sentyabr 2022-ci il tarixdə saat 19:30-da Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 195 ünvanının yaxınlığında tanışları Şahid6 və Təqsirləndirilən şəxs1 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan və Təqsirləndirilən şəxs1 özlərini təqdim etməklərini xahiş etmiş, o və Maqsud özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Maqsudun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib, qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Təqsirləndirilən şəxs1 isə üzərində narkotik vasitə heroin və marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmişlər. O, Təqsirləndirilən şəxs1 və Şahid6 buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 şöbəsinə gəlmişlər. İlk öncə Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin və marixuana olduğunu bildirib, əynində olan boz rəngli gödəkçənin sol yan cibindən kibrit qutusunu, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü, əynində olan şalvarının sağ arxa cibindən bir ədəd sellofan bükümü, şalvarının sol cibindən “Nokia” markalı mobil telefonu, həmin şalvarının sağ yan cibindən “KGTGL” markalı mobil telefonu, şalvarının sağ kəmər hissəsindən bir ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin birinin içərisində narkotik vasitə heroin və digər sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bir ədəd kibrit qutusuna baxış keçirilərkən həmin qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana, eləcə də bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana bir ədəd kağız zərfdə qablaşdırılıb möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır.Daha sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlərim varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd sellofan bükümü, şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsini, “Samsung” markalı mobil telefonu, 87 manat pulu, şalvarın sağ kəmər hissəsindən bir ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümlərə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş bir ədəd bıçaq bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid6 üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini və marixuananı Yevlax şəhərində yerdən tapdığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilən maddələrdən və bıçaqdan onların məlumatının olmadığını, üzərindən aşkar edilmiş bıçağı isə marağı olduğu üçün gəzdirdiyini bildirmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerdən tapdığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilən maddələrdən və bıçaqdan tanışları Təqsirləndirilən şəxs1 və Şahid6 məlumatının olmadığını, üzərindən aşkar edilmiş bıçağı isə marağı olduğu üçün gəzdirdiyini bildirmişdir. Şifahi Sorğu zamanı Şahid6 onun və Təqsirləndirilən şəxs1 dostu olduğunu aşkar edilmiş narkotik vasitələrdən və bıçaqlardan məlumatının olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ittihamlarla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham elan edilmişdir ondan ötrü ki, o tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edib, saxlanmış, daşımış və satılması ilə bağlı razılığa gəlmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən naməlum vaxtda və şəraitdə külli miqdarda 10,696 qram çəkidə narkotik vasitə heroini və 2,652 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib satış məqsədi və tamah niyyəti ilə aralarında bölərək külli miqdarda 3,990 qram çəkidə narkotik vasitə heroini və 2,652 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1, külli miqdarda 6,706 qram çəkidə narkotik vasitə heroini isə Təqsirləndirilən şəxs2 üzərilərində saxlamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edib, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlməsi, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən naməlum vaxtda və şəraitdə külli miqdarda 10,696 qram çəkidə narkotik vasitə heroini və 2,652 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib satış məqsədi və tamah niyyəti ilə aralarında bölərək külli miqdarda 3,990 qram çəkidə narkotik vasitə heroini və 2,652 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1, külli miqdarda 6,706 qram çəkidə narkotik vasitə heroini isə Təqsirləndirilən şəxs2 üzərilərində saxlamasını təsdiq edən heç şübhəli sübut yoxdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş külli miqdarda narkotik vasitə olan heroini və marixuananı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi əldə etməsi, daşıması və saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını, ibtidai istintaq zamanı ifadələrində və daxil olmuş əməliyyat məlumatında narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə göstərdikləri halları onunla əsaslandırmışlar ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilir. Belə olan halda əməliyyat məlumatında bütün ehtimalları yoxlamaq üçün yəni, həm üzərində gəzdirməsi, həm də satış məqsədi ilə saxlaması faktının müəyyən edilməsi üçün raportda və onun əsasında qəbul edilmiş qərarda həmin halları qeyd edirlər. Lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Həmçinin onların bir qrup şəxs halında narkotik vasitəni əldə etmələri və bölərək üzərlərində daşımaları barədə heç bir məlumat olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və cavab alınmışdır. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri satış məqsədi ilə əldə etdikləri təsdiq edilsə də, əldə etməsini görə biləcək şəxsləri, eləcə də həmin narkotik vasitələrin əldə etdiyi digər mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömərlərə və Təqsirləndirilən şəxs2 isə istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrələrinə məlumatlara baxış keçrilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə və nə məqsədlə əldə etməsini müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilmiş və müəyyən edilməsi daha real və asan olan narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etməyin mümkün olmadığı qeyd edildiyi halda, müəyyən edilməsi daha çətin olan yəni, şəxsin niyyətini onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin göstərilməsi isə inandırıcı hesab edilə bilməz və ehtimaldan başqa bir şey deyildir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5630 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə heroin ilə Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroin xarici görünüşünə və və kimyəvi tərkib komponentlərinə görə fərqlidir. Bu faktın özü də bir daha subut edir ki, onların üzərindən aşkar olunmuş narkotik vasitələrin mənbəyi başqadır, onların qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik vasitənin əldə edib, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlməsini, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən naməlum vaxtda və şəraitdə külli miqdarda 10,696 qram çəkidə narkotik vasitə heroini satış məqsədi və tamah niyyəti ilə aralarında bölməsini inkar edir. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini qabaqcadan əlbir olan şəxs halında narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində həqiqəti əks etdirməsi əsaslı şübhə doğuran məktuba və narkotik vasitəni qabaqcadan əlbir olan şəxs halında satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin ifadəsinə əsaslanmışdır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X4 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli heç bir halda Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlundan aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Məhkəmə-narkoloji ekspertizasının rəylərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir.Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Beləliklə, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmədə baxılarkən toplanmış və araşdırılmış, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutlarla təqsirləndirilən şəxslərin yuxarıda göstərilən miqdarlarda narkotik vasitə olan heroini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə əldə edərək daşması və saxlaması təsdiq edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində qabaqcadan əlbir olan şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edib saxlaması və daşıması cinayətinin əlamətləri olmadığından onların əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X6 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nzəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 əsas və əlavə cəzasını ümiyyətlə çəkməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək CM-nin 264-cü maddəsi ilə 02 iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CMin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 68-ci maddəsinə əsasən CM-nin 264-cü maddəsi ilə təyin edilmiş, 01 il 06 altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla olaraq qəti olaraq 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs2, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş 01 il 06 altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası böyük ictimai təhlükə törətməyən cinayətə görə təyin olduğu və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan və Azərbaycan Respublikası CM-in 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların nəzərə alınmamasını nəzərə alır və hesab edir ki, onlara ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıdığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş iki ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 2,552 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 10,396 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyasının Daimi X15 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd Nokia, 01 ədəd KGTGL və 01 ədəd Samsung markalı mobil telefonlar, eləcə də soyuq silah hesab edilməyən 02 iki ədə bıçaq cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 369 (üç yüz altmış doqquz) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 28 sentyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və qəti olaraq ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 28 sentyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş iki ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 2,552 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 10,396 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyasının Daimi X15 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd Nokia, 01 ədəd KGTGL və 01 ədəd Samsung markalı mobil telefonlar, eləcə də soyuq silah hesab edilməyən 02 iki ədə bıçaq cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 369 (üç yüz altmış doqquz) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar