Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-157/2025 07.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X4 və X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və X7, Təqsirləndirilən şəxsin müdafiəçiləri Bakı şəhəri “A.İ.M“ Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Goranboy rayonunun Gürzalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-nin Rus Borisi kəndi üzrə işçisi, əvvəllər məhkum olunmayan, Goranboy rayonunun Gürzalılar kəndində qeydiyyatda olmaqla Goranboy rayonunun Rus-Borisi kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə, xx.xx.2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Kəlbəcər rayonunun Bəzirxana kəndində qeydiyyatda olmaqla Goranboy rayonunun Rus-Borisi kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 oktyabr 2023-cü ildə sonuncunun idarə etdiyi “Opel” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə zərərçəkmiş şəxsi evlənmək məqsədilə oğurlamaq üçün Zərərçəkmiş şəxs müəllim işlədiyi Goranboy rayonunun Rus-Borisi kənd tam orta məktəbinin yaxınlığına gəlib saat 13 radələrinədək sonuncunun məktəbdən çıxmasını gözləmiş, saat 13-də Zərərçəkmiş şəxs məktəbdən çıxıb kənd yolu ilə piyada yaşadığı evə doğru hərəkət edərkən Təqsirləndirilən şəxs2la aralarındakı vəzifə bölgüsünə uyğun olaraq guya avtomobilin nasaz vəziyyətdə olmasına görə yük yerini açıb təmir işi ilə məşğul olurmuş kimi göstərmiş, zərərçəkmiş yanlarından keçəndən sonra Təqsirləndirilən şəxs2 avtomobili sürüb yenidən qəsdən zərərçəkmişin yolunun üstündə saxlayaraq, bölgüyə uyğun olaraq zərərçəkmiş şəxsi və Təqsirləndirilən şəxs1 dərhal hadisə yerindən uzaqlaşdırmaq məqsədilə sükan arxasında əyləşmiş, Təqsirləndirilən şəxs1 evinə getmək üçün yanından keçib gedən zərərçəkmiş Zərərçəkmiş şəxs qəfil qolundan tutub fiziki zor tətbiq edərək zorla avtomobilin arxa sərnişin oturacağına mindirib özü də yanına əyləşdikdən sonra sonuncunun hərəkət etmək və müqavimət göstərmək imkanlarını məhdudlaşdırmaq məqsədilə əllərini və qollarını tutub ona sağ saidin və sol budun qançırları kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs onu buraxmalarına dair tələb və yalvarışlarına baxmayaraq, evlənmək məqsədilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi qeyd edilən avtomobillə əvvəlcə qohumları Goranboy rayonunun Meşəli kəndində yaşayan Şahid2 yaşadığı evə aparmış, lakin sonuncunun əri evdə olmadığına görə qızın onlara gətirilməsinə etiraz etməsinə görə, başqa çıxış yolu olmadığına görə eyni kənddə yaşayan babası Şahid1 yaşadığı fərdi yaşayış evinə apararaq adam oğurluğu cinayət əməlini törətmiş, Şahid1 qızın zorla qaçırılmasını biləndən sonra nəvəsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evdən qovmuş, zərərçəkmiş şəxsi qohumlarına və polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Kəlbəcər rayonunun məcburi köçkün olmaqla ailə üzvləri ilə birlikdə Goranboy rayonunun Rus-Borisi kəndində yaşayır, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs 2023-cü ilin sentyabr ayından tanıyır, sonuncu kəndin tam orta məktəbində müəllim işləmiş və kənddə yaşayan babası Əmrahgildə qalmışdır. Aygünü görüb bəyəndiyi üçün onun haqqında maraqlanmış, sonuncunu bir neçə yerdən ailə qurmaq üçün istənildiyini eşitmiş, buna görə də onun başqa şəxslə ailə qurmaması üçün özü ilə ailə qurması məqsədilə qaçırmaq qərarına gəlmişdir. Bu barədə 30 oktyabr 2023-cü ildə dostu Loğmana bildirmiş və sevdiyi qızı qaçırmağı təklif etmişdir. Loğman onun təklifini qəbul etmiş, 31 oktyabr 2023-cü ildə sonuncunun idarə etdiyi “Opel” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rus-Borisi kənd tam orta məktəbin yaxınlığına gedib təxminən 100 metr aralıda Aygünü gözləmişlər. Təxminən saat 13 radələrində Aygün Musayevə məktəbdən çıxmış və onların yanından keçib getmiş, avtomobillə Aygünün arxası ilə gedib qabağa keçib yolda saxlamış, yerə düşüb sağ arxa qapını sonra isə Aygünün şübhələnməməsi üçün arxa yük yerini açıb nəsə iş görən kimi göstərmişdir. Aygün avtomobilə yaxınlaşanda isə qolundan tutub zorla avtomobilin arxa qapısından içəri salmış, Loğman da avtomobili sürmüş, kənddən çıxmışlar. Aygünün çantasını da maşının ön oturacaq yerinə qoymuşdur. Loğman həmin vaxt qızın razılığı olmadığını başa düşmüşdür. Aygünü əvvəlcə Goranboy rayonu Rəhimli kəndinə aparmağı planlaşdırsa da, Loğman maşını Meşəli kəndində yaşayan babasıgilə sürmüşdür. Babası ondan qızın razı olub-olmadığını soruşduqda o, qızın razılığının olmadığını demiş, Aygün babası ilə nənəsini gördükdə qışqırmağa başlamışdır. Babası ona Aygünün razılığı olmadan qaçırmağına görə öz iradını bildirərək ona əsəbləşmiş və Aygünü ailəsinə qaytaracağını deyib əlindəki çomaqla onu vurmaq istəmiş, o da babasından qorxub getmişdir. X9 avtomobili həyətdən çıxarmasını istəmiş, sonuncu da avtomobili həyətdən çıxarmış və həmin avtomobillə gedəcəkləri halda polis əməkdaşlarının onları tutacağını fikirləşərək avtomobili babasıgilin evinin yaxınlığında saxlayıb getmiş sonra isə polis əməkdaşları tərəfindən saxlanmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Aygünü ailə qurmaq məqsədilə qaçırmaq qərarına gəlmiş, Aygün yanlarından keçəndə qolundan tutub zorla maşının içərisinə salmış, maşında ona evlənmək məqsədilə belə bir hərəkət etdiyini demiş, Aygün razı olmadığını bildirdikdə isə Loğman maşını babasıgilə sürmüşdür. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs və ailəsi ilə barışıq əldə etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə dindirilmiş digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, Goranboy rayonu Rus-Borisi kəndində yaşayır. Orxanla həmkəndlidir və dostluq münasibətləri var. 31 oktyabr 2023-cü ildə Orxanla görüşəndə ona istədiyi qızın adının Aygün olduğunu, məktəbdə müəllim işlədiyini və onu məktəbin yanından qaçıracaqlarını demiş, saat təxminən 13 radələrində məktəbin yanına gedib Aygünün çıxmasını gözləmişlər. Aygün məktəbdən çıxaraq yaşadığı ev istiqamətində getmiş, arxasınca sürüb qabağa keçib saxlamış, Orxan isə avtomobildən düşüb şübhə yaratmamaq üçün avtomobilin arxa yük yerini açmışdır. Aygün avtomobilə yaxınlaşanda Orxan onun qolundan tutaraq zorla avtomobilə mindirmiş, avtomobili işə salıb kənddən çıxmışdır. Aygün avtomobilə əyləşib uca səslə çığırmış və sonra Orxana onunla ailə qurmayacağını demişdir. Orxan Meşəli kəndində yaşayan babasıgilə getmələrini təklif etmiş, Loğman ilk olaraq tanımadığı evin qarşısına sürmüş, Orxan avtomobilin içərisindən evdən çıxan tanımadığı qadına qız qaçırdığını demiş, lakin qadın evdə kişi olmadığını demiş və qızı onların evinə girməsini etiraz etmiş, buna görə avtomobili Orxanın babasıgilin evinin qarşısına sürüb saxlamışdır. Orxan evə tərəf gedib babası və nənəsi ilə birlikdə geri qayıtmış, babası İbrahim Orxana əsəbiləşmiş və Aygünü ailəsinə geri qaytaracağına demişdir. Onlar da maşını orada qoyub çıxıb getmiş, sonra isə polisin onları axtardığını bilib şöbəyə gedəndə polislər onları biryerdə saxlamışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Aygünün qaçırılmasında iştirakı ancaq maşın sürmək olmuş, Aygünə qarşı hansısa zorakılıq etməmişdir və onun razı olmadığını da əvvəldən bilməmişdir. Aygünlə və ailə üzvləri ilə barışıq əldə edilmişdir. Vətən müharibəsi iştirakçısıdır. Ailəsinin tək çörək qazananı odur. Ondan başqa ailəyə gəlir gətirən şəxs yoxdur. Əməlindən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs 2024-cü ilin oktyabr ayının 31-i günü məktəbdən çıxıb evə getmiş, ondan irəlidə məktəb şagirdləri olmuşdur. Yolda gedərkən qırmızı rəngdə “Opel” markalı avtomobil olmuş, Orxan özünü sanki yük yerində nəsə iş görən kimi göstərmiş, fikir verməyib yanından keçib getmişdir. Təxminən 7-8 metr qarşıda avtomobil yenidən dayanmış, Təqsirləndirilən şəxs1 maşından düşüb yenidən guya maşını təmir edirmiş kimi göstəmiş yol dar olduğu üçün maşın yaxınlığından keçib gedəndə arxadan ağzını tutmuş, qışqırıb müqavimət göstərməyə çalışsa da, Loğman əli ilə qolunu tutub ağzını tutmağa çalışmışdır. Digər qolu boşda olduğu üçün müqavimət göstərməyə çalışmış, Orxan əlini ağzından çəkib digər qolunu tutmağa çalışmış, qışqırsa da, səsini eşidən olmamışdır. Həmin vaxt bir qədər aralıda azyaşlı şagirdlər olmuş, səsini onlar eşitmişdir. Məcburi şəkildə avtomobilə əyləşmiş, avtomobili Loğman sürmüş, sürətli şəkildə Goranboy rayonu Veyisli kəndindən çıxmşlar. Avtomobildə qışqırıb müqavimət göstərmiş, Orxan və Loğmandan kim olmalarını soruşmuş, qışqıraraq ondan nə istədiklərini soruşmuşdur. Həmin vaxt Orxan Loğmana onun səsi kənardan eşidilməsin deyə musiqinin səsini artırmağını demiş, kənddən çıxanda Loğmana səhv etdiklərini, hərəkətlərin sonunda peşman olacaqlarını demiş, yarı yolda düşürmələrini və dediyini etsələr şikayət etməyəcəyini deyəndə Loğman arxaya dönüb baxaraq gülümsəmişdir. Orxanla Loğmanın söhbət əsnasında onu Goranboy rayonun Rəhimli kəndinə aparacaqlarını demişlər. Yolda polis olduğunu görüb Goranboy rayonun Rəhimli kəndinə gedə bilmədiklərindən dar bir küçə tapıb avtomobili həmin küçəyə sürmüş, Təqsirləndirilən şəxs1 yolda tanımadığı şəxsə zəng edib onlara gedəcəyini bildirmiş, Goranboy Rayonun Meşəli kəndində ünvana çatanda xanımın maşına yaxınlaşdığını görüb ağlayaraq xanıma onu xilas etməsini istəmiş, həmin xanım Orxanla Loğmana baxıb evdə heçkəs olmadığını və onları evə qoymayacağını demişdir. Qayıdıb maşına mindikdə başqa yol olmadığı üçün Loğman Orxandan babasıgilin yaşadığı ünvanı soruşmuş, maşını ora sürmüşdür. Təyyar oğlunun babasıgilin yaşadığı ünvana getmiş, maşını həyətdə saxladıqda Orxanın nənəsi ilə babası avtomabilə yaxınlaşmışlar. Onlara Orxangili tanımadığını onu zorla qaçırdıqlarını bildirmiş, Orxanın nənəsi ilə babası ona maşından düşməyi desələr də qorxduğu və nəvələrinin sözünü eşidəcəklərini güman edib onlara inanmamış, sonradan babasının Orxana qışqırıb onu vurmağa cəhd etdiyini görüb inanmış və maşından düşmüşdür. Maşından düşəndən sonra Orxanın nənəsi onu evə aparmış, həmin vaxt ailəsindən ona zəng gələndə olduğu yeri demiş, əvvəlcə qohumları sonra isə polislər həmin yerə gəlmişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hər iki təqsirləndirilən şəxslə barışmışdır. Onlardan şikayətçi deyil, barələrində yüngül cəza verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma qızıdır. Təqsirləndirilən şəxs1ı və ailəsini tanımır. Onların qaynı arvadı tərəfdən uzaq qohum olmalarını bilmişdir. Qızı Aygün atasıgilin yaşadığı Goranboy rayonun Rus-Borisi kəndində yaşamış və orta məktəbdə müəllim işləmişdir. Hadisə günü 2024-cü ilin oktyabr ayının 31-i günü yoldaşı ilə evdə olarkən bacısı ağlayaraq zəng edib qızı Aygünün qaçırıldığını demiş, yoldaşı ilə “102” qaynar xəttinə zəng edib qızının qaçırıldığını demiş, qızı Aygünün dərs dediyi Goranboy Rayonun Rus-Borisi kəndinə getmişlər. Yolda qohumları ərinə zəng edib narahat olmamağı, Orxanın babası ilə nənəsinin Aygünü Orxanın əlindən aldıqlarını demişlər. Aygünün yanına gedəndə sağ qolunda müəyyən əzilmə olmuş, başqa xəsarət almamış, hadisədən sonra qısamüddətli psixoloji problemləri olmuşdur. Əvvəlcə barışmaq niyyəti olmasa da, sonradan böyüklərin təkidi və xahişi ilə qızını qaçıran şəxsləri bağışlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı qızıdır. Goranboy Rayonu Rus-Borisi kəndində icra nümayəndəsi işləyir, hadisə günü iş otağında olarkən xatırlamadığı şəxs ona telefonla zəng edərək Aygünün qardaşı Nizami qızının qaçırıdığını demiş, kimin qaçırmasını soruşanada qırmızı rəngli “Opel” markalı avtomobillə qaçırıldığını demişdir. Goranboy rayonu Polis Şöbəsinin əməkdaşları ilə əlaqə saxlayıb Goranboy rayonun Rus-Borisi kəndi üzrə çıxış yollarının bağlanmasını istəmişdir. Daha sonra Aygününü Orxanın babasıgildə olduğunu dedikləri üçün dərhal avtomabili ilə həmin ünvana getmiş, evdə Orxanın babası ilə nənəsi olmuş, Aygün isə yanlarında olmuşdur. Aygündən nə olmasını soruşmuş sonra isə polis əməkdaşlarına zəng edib Aygünün olduğu ünvanı bildirmişdir. Polis əməkdaşları isə həmin ünvana gəlmiş, qısa müddət sonra Orxanla Loğmanı saxlayıb Goranboy rayon polis idarəsinə aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, təqsirləndirilən şəxslərə xasiyyətnamələr icra nümayəndəsi olduğu üçün tərəfindən polisə verilmiş və təqsirləndirilən şəxslərin barəsində olan məlumatlar qeyd edilmişdir, onlara qarşı qərəzi olmamış və xasiyyətnamə verilərkən qardaşı qızını qaçırmalarını nəzərə almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs1 əmisi nəvəsidir. Hadisə günü 2024-cü ilin oktyabr ayının 31-i günü qonşuya keçəndə Orxan avtomobillə yanında dayanıb pəncərəni aşağı edərək Aygün adlı qızını qaçırtdığını və onlara aparacağını demiş, yoldaşı evdə olmadığı üçün onları evə apara bilməyəcəyini demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki Orxan ona Aygünü ailə qurmaq məqsədi ilə qaçırtdığını demişdir, ifadəsi Goranboy rayonu Meşəli kəndində yaşadığı ünvanda alınmış, ifadə verərkən yanında əri ilə polis əməkdaşı olmuşdur. Avtomobildə Zərərçəkmiş şəxs görməmişdir, onunla bağlı ifadəsində nəsə bildirməmişdir. Avtomobildən qışqırıq, ağlama səsləri eşitməmişdir. Avtomabilin pəncərəsi yarı açıq vəziyyətdə olmuş, O ancaq içəridə Orxanı görə bilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, hadisə gün 2024-cü ilin oktyabr ayının 31-i günü yaşadığı olarkən nəvəsi Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 evə gəlib qız qaçırdıqlarını demiş, Orxanla Loğmandan “qızın razılığı varmı?!” deyə soruşub şübhələndiyi üçün həyətə çıxıb Aygünü maşından düşürüb evə gətirmiş, Orxanla Loğman içəri girib peşman olduqlarını demişlər. Aygündən dəfələrlə razı olub-olmamasını soruşmuş, Aygün isə onu evə qaytarmağı demişdir. Orxana Aygünün telefonunu gətirməsini demiş, telefonu gətirəndən sonra Aygün ailəsinə zəng etmiş, “narahat olma qızım səni maşın tapıb evə göndərəcəm” demiş, qardaşına zəng edib zərərçəkmiş şəxsi evinə aparmaq üçün kömək istəmiş, O isə Laçına qayıtmalı olduğunu dediyi üçün bacısı oğluna zəng etmək üçün həyətə çıxanda Aygünün əmisi Rasim həyətlərinə girmiş, ona Aygünün evdə olmasını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Orxanla Loğmandan qızın narazı olduğunu bilə-bilə niyə zorla qaçırmalarını soruşduqda onlar etdiklərindən peşman olduqlarını demişlər. Orxan Aygünü evinə qaytarmaq üçün onlara gətirdiyini demişdir. Aygün isə narazı olduğunu və nəvəsinin dostu ilə onu zorla qaçırdığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, Zərərçəkmiş şəxs əmisi nəvəsidir. Hadisə günü Goranboy rayonun Ağcakənddə olarkən Rasim ona zəng edərək Aygününü qaçırıldığını demiş, qızın qaçırıldığı avtomobilin hansı istiqamətdə getməsini soruşmuş, Rasim gələndən sonra Goraboy rayonu Ağcakənd kəndində olarkən Təqsirləndirilən şəxs1 babası İbrahim ona zəng edərək qızın onlarda olduğunu demişdir. Həmin ünvana getdikdə evdə Orxanın babası ilə nənəsi eləcə də Aygünü görmüş, babası Orxanı şillələyib evdən qovduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Zərərçəkmiş şəxs bacısı qızıdır. Hadisə günü özünə məxsus fərdi yaşayış evində olarkən telefonla Aygünün Loğman adlı şəxs tərəfindən qaçırıldığını bildirmiş, həmin vaxt qızı Orxanla birlikdə onun evlənməsi üçün qaçırıldığını bilməmişdir. Dərhal “102” qaynar xəttinə zəng edib Aygünün qaçırılmağı ilə bağlı şikayət etmişdir. Kəndin icra nümayəndəsi Şahid5lə sonuncuya məxsus avtomobillə Şahid7lə birlikdə Aygünün olduğu yerə getmiş, onlardan sonra polislər PPX avtomobili ilə ora gəlmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs oxuduğu məktəbdə müəllimə işləyir. xx.xx.2023-cü ildə bacısı ilə birlikdə evə gedərkən Aygünün yanında maşın dayanmış və həmkəndliləri Orxan Aygünü qolundan tutub zorla maşına mindirmiş o da dərhal bu barədə məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 göstərmişdir ki, xx.xx.2023-cü ildə günorta xidmətdə olarkən ona radiostansiya vasitəsilə bir nəfər müəllimə xanımın qaçırılması barədə eləcə də onu qaçıran avtomobilin markası və modeli bildirilmiş və yollarda nəzarətin gücləndirilməsi bildirilmişdir. Sonradan isə həmin avtomobil Goranboy rayonu Meşəli kəndində tərk edilmiş vəziyyətdə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hadisə yeri Goranboy rayonunun Rus-Borisi kəndinin ərazisində yerləşən kənd tam orta məktəbindən yaxınlığıdır. Hadisə yeri məktəbdən kəndin mərkəzi istiqamətində təxminən 150 metr məsafədə yerləşir. İş materiallarında olan və məhkəmədə araşdırılan Xocalı RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli xidməti yazıdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olması, hadisənin törədilməsində başqa şəxslərin iştirakının olmadığı və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1la ailə qurmaq məqsədilə iradəsinə zidd olaraq zor tətbiq etməklə qaçırmaları müəyyən edilmişdir. Hadisəni görən şəxslərin Rus Borisi kənd tam orta məktəbinin şagirdləri bacı qardaşlar Röyal və Nigar İmaməliyeva olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan "xxxx" MMC-dən daxil olmuş “CD diskə “baxış keçirilməsi haqqında” tarixli protokoldan görünür ki, - Zərərçəkmiş şəxs istifadəsində olan (050)-847-34-66 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan (070)-235-22-32 saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olan (051)-568-88-26 saylı mobil nömrələr arasında telefon zəngi və sms yazışmaları olmamışdır. - Təqsirləndirilən şəxs1 istifadəsində olan (070)-235-22-32 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan (051)-568-88-26 saylı mobil nömrələr arasında isə 30-31 oktyabr 2023-cü il tarixdə və əvvəllər mütəmadi olaraq telefon danışıqlarının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 mobil nömrəsi arasında sms yazışmaları olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 765 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ saidin və sol budun qançırları küt əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə fiziki zor zamanı əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs anal dəliyi vasitəsilə cinsi əlaqədə olmanın əlamətləri aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 765 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəliyindən əziyyət çəkməmişdir. O, cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və onları idarə etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət törətdikdən sonra hər hansı psixi xəstəliyə tutulmamışdır. O, hazırda hər hansı psixi pozuntudan əziyyət çəkmir və öz hərəkətlərini dərk etmək və idarə etmək imkanına malikdir. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 766 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin təktək psixopatik çizgiləri) baxmayaraq o, cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və onları idarə etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, cinayət törətdikdən sonra hər hansı psixi xəstəliyə tutulmamışdır. O, hazırda da hər hansı psixi pozuntudan əziyyət çəkmir və öz hərəkətlərini dərk etmək və onları idarə etmək imkanına malikdir. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Goranboy rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)-43/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan Goranboy rayon İHBnin Rus Borisi kənd İƏD üzrə nümayəndəlikdən daxil olmuş xx.xx.2023-cü il tarixli, 52 №li arayışdan və xasiyyətnamədən görünür ki, Həmidov X6 rayon Rus-Borisi kəndində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmədə araşdırılan “Goranboy Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən verilən 11 dekabr 2023-cü il tarixli, 18-1-39/2-1245/2023 №li məktubdan görünür ki, Goranboy rayon Rus-Borisi kəndində yaşayan Həmidov X6 RMX-nın poliklinikası ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-in BƏSİİ-nin xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Goranboy rayon İH başçısının Rus Borisi kənd İƏD üzrə nümayəndəlikdən daxil olmuş xx.xx.2023-cü il tarixli, 51 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Novruzov X3 rayon Rus Borisi kəndində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “Goranboy Rayon Mərkəzi Xəstəxanası” X12 verilən 11 dekabr 2023-cü il tarixli, 18-1-39/2-1243/2023 nömrəli məktubdan görünür ki, Goranboy rayon Rus-Borisi kəndində yaşayan Novruzov X3 RMX-nın poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən medaldan görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş, seçkili orqana seçilməmiş, üzvü olmamışdır, digər təltif və mükafatları yoxdur İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilən ərizədən görünür ki, X8 təqsirləndirilən şəxslə barışmışdır, onlardan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs məhkəmə baxışında verdiyi ərizdən görünür ki, O təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən yaşayış yeri Goranboy RİHB-nin Rus Borisi kənd ərazi dairəsi üzrə nümayəndəlikdən Təqsirləndirilən şəxs1 barəsində verilən xx.xx.2023-cü il tarixli xasiyyətnaməni, eləcə də həmin nümayəndəlik tərəfindən Təqsirləndirilən şəxs2 barəsində verilən xx.xx.2023-cü il tarixli xasiyyətnamə ilə mənfi xarakterizə edilsə də, məhkəmə bununla razılaşmır və gəldiyi nəticəni onunla əsaslandırır ki, -hər hansı şəxs barəsində icra nümayəndəliyi yaxud (iş təhsil yerindən) verilən xasiyyətnamə həmin təşkilatın şəxs barəsində bilavasitə özünün əldə etdiyi (yaxud ərazidə yaşayan şəxslər tərəfindən səlahiyyətli şəxslərə verilmiş və daxil olan şifahi və ya yazılı müraciətlər) əsasında formalaşır və qeyd edilən sənəd şəxsi ictimai və orqan tərəfindən xarakterizə etməklə şəxs barədə ümumi formalaşmış fikri (rəyi) mülahizəni əks etdirməlidir. Hazırki iş üzrə zərərçəkmiş şəxsin həmin icra nümayəndəliyində işləməsi, eləcə də eyni nümayəndəlik tərəfindən təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tərəfindən təxminən 9 (doqquz) ay əvvəl verilən xasiyyətnamə ilə müsbət xarakterizə edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, kənar müşahidəçinin nəzərində qeyriobyektiv qərəzli ola bilmə ehtimalı yüksək olduğundan məhkəmə həmin xasiyyətnamələri nə müsbət, nə də mənfi xarakterizə edən hal kimi qəbul etmir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslərin ifadələrində göstərdiyi kimi, onların zərərçəkmiş şəxsi azad etmək üçün təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 babasıgilə aparmasına dair ifadələrini, eləcə də Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs öz istəyi olmadan qaçırılmasını ancaq maşında olarkən bilməsini həqiqətəuyğun hesab etmir və gəldiyi nəticəni aşağıda qeyd edilən sübutların tədqiqi ilə əsaslandırır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs2 cinayət hadisəsindən əvvəlcədən məlumatlı olmamasını, qızın iradəsi əleyinə zorla evlənmək məqsədilə Təqsirləndirilən şəxs1 tərəfindən qaçırılmasını ancaq qız maşına mindikdən və etirazını bildirdikdən sonra bildirsə də, məhkəmə onun ifadəsini həmin hissədə həqiqiətəuyğun olmayan məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. İş üzrə digər Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 əvvəlcədən bu barədə məlumat verməsini bildirsə də, məhkəmə həmin halın daha çox şəxsin özünə münasibətdə cinayət məsuliyyətini və cəzasını yüngülləşdirmək xarakteri daşıdığı və dostluq yoldaşlıq münasibətində irəli gələrək sonuncunu qorumaq üçün edildiyindən həqiqətə uyğun olmayan və işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən həmin hissədə sübut kimi qəbul etmir. Məhkəmə nəzərə çatdırır ki, hadisələr təqsirləndirilən şəxsləri iddia etdiyi formada baş versə idi belə Təqsirləndirilən şəxs2 istənilən anda idarə etdiyi avtomobili saxlayaraq cinayət hadisəsində iştirakdan imtina etmək, təqsirləndirilən şəxslə zərərçəkmişi maşından düşürdərək çıxıb getmək imkanına malik olmuşdur ki, sonuncu bunu aydın şəkildə dərk etməsinə baxmayaraq azad iradəsi ilə seçim etmiş, onun hərəkətləri daha çox digər təqsirləndirilən şəxsin cinayətkar niyyətinin həyata keçməsini zərərəçəkmiş ilə evlənmək məqsədilə oğurlamağa yönəlmişdir. Belə ki, həm zərərçəkmiş şəxs, həm də iş üzrə şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş şəxsin qaçırıldıqdan sonra ilk dəfə onlara aparılmasını, lakin şahidin əri evdə olmadığı üçün onları evə qoymadığını bildirmişlər. Şahid ibtidai istintaqdan fərqli olaraq məhkəmə baxışında zərərçəkmiş şəxsi maşında görmədiyini bildirsə də, məhkəmə həmin halı onun təqsirləndirilən şəxslə qohum olması ilə əlaqələndirir. Belə ki Şahid2 Təqsirləndirilən şəxs1 arxa sərnişin yerində yarımaçıq arxa pəncərədən görməyi bildirmişdir ki, normal ayaq üstə duran şahidin açıq pəncərədən təqsirləndirilən şəxslə birgə arxa sərnişin yerində əyləşdirilmiş (məhkəmənin qənaətinə görə məhz zərərçəkmiş şəxsin narazı olması və bunu açıq ifadə etməsi şahidi qorxduğu üçün onların evə keçməsinə icazə verməməsinə əsas olmuşdur) Zərərçəkmiş şəxs adi məntiqə əsasən görməməsi mümkün deyildir . Həmçinin iş üzrə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin babası olan və zərərçəkmişi təqsirləndirilən şəxslərin əlindən alaraq ailə üzvləri və polis əməkdaşlarına təhvil vermiş Şahid1 Sadiq oğlunun ibtidai araşdırmaya nisbətən məhkəmə baxışında nisbətən yumşaq məzmunlu ifadə verməsini və nəvəsi ilə dostunun qızı məhz onun ailə üzvlərinə verməsi üçün yaşadığı evə gətirməsini bildirməsini isə yaxın qohumluq münasibətləri ilə əlaqələndirir və şəxsin ibtidai istintaq zamanı vidoegörüntü ilə verdiyi və zərərçəkmiş şəxsin ifadəsi ilə faktiki eyni olan ifadəsini əsas götürür. Yəni işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edildikdə müdafiə tərəfinin bütün məhkəmə baxışı zamanı eləcə də çıxışlar mərhələsində göstərdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinin qeyd hissəsində göstə rilən “qaçırılmış şəxsi könüllü azad etmə” institutunun hazırki iş üzrə mövcud olmadığı sübuta yetirilmişdir. Məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxslərin öz ifadələrində də göstərdiyi kimi zərərçəkmiş şəxsi qaçırdıqdan sonra onlar digər ünvana getməli olsalar da sonradan vəziyyətin gərginləşməsi və dəyişməsi onları yaxın ərazidə olan qohumlarıgilə getməyə sövq etmiş, son nəticədə isə onlar təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 babasıgilə üz tutmuş, lakin orada gözlədikləri münasibətin əksini görmüş (dünyagörüşü və həyat təcrübəsinə malik ağsqqalın etdikləri əməlin ağırılı və ciddiyyətini dərk edərək, eyni zamanda Azərbaycan xalqı üçün əvəzsiz mənəvi dəyər olan böyüklük prinsipindən çıxış edərək öz doğma nəvəsini deyil iradəsi əleyhinə qaçırılmış sonradan da qohum olduqlarını bildiyi qızı müdafiə edərək, onu təqsirləndirilən şəxslərdən alması və sonuncuları evdən və həyətdən qovması nəticəsində) adam oğruluğu cinayətinin obyektiv əlamətlərini dayandırmışlar. Lakin məhkəmə hər bir halda cinayət hadisəsindən sonra təqsirləndirilən şəxslərin və ailə üzvlərinin göstərdikləri davranışı, əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hərəkətləri zərərçəkmiş şəxsə vurulmuş maddi mənəvi zərəri üzrxahlıq etmələrini və barışmalarını təqsirləndirilən şəxslərin əməlini yüngülləşdirən hallar kimi nəzərə alaraq cəza təyinində bununla bağlı münasibətini ayrıca ifadə edəcəkdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri və onların həmin əməli törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir və əməllərində cinayət tərkibi vardır. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə təqsirləndirilən şəxslərin hər birinə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını, Təqsirləndirilən şəxs2 münasibətdə isə onun Vətən müharibəsi iştirakçısı olmasını və medalla təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdiriən hallar olaraq nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33-cü maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin əməllərində cəzanı ağırlaşdıran hal(lar)ı müəyyən edilməmişdir. İbidai istitintaq orqanı Təqsirləndirilən şəxs1 2023-cü il mart ayında törətdiyi xırdabuynuzlu heyvan oğurluğuna görə Goranboy rayon məhkəməsinin hökmü ilə 2023cü il iyun ayında məhkum olunmasını onun hərərkətlərində residiv olaraq qiymətləndirsə də, məhkəmə həmin halı qanunvericiliyin tələbinə əsasən onun cəzasını ağırlaşdıran hal olaraq nəzərə almır. Goranboy rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)-43/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, məhkəmə həmin halı yalnız Təqsirləndirilən şəxs1 mənfi xarakterizə edən hal olaraq cəza təyinində nəzərə alacaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəyə əsasən adam oğurluğunun bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda ......bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər..... Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə tərkibi qeyd edir ki, hökmün təsviri-əsaslandırıcı hissəsinə şərh edilən və qiymət verilən cəzanı yüngülləşdirən hallar içərisində təqsirləndirilən şəxslərin hadisədən sonra əməlin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldan hallar ( zərərçəkmiş şəxsin özü və ailə üzvləri ilə barışıq əldə etmək üçün şəxsən üzrxahlıq etmələri, zərərçəkmiş şəxsin ailə üzvlərinin də göstərdiyi kimi təxminən yaşadıqları kəndin bütün ailələrini göndərmələri, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəmələri) əməlin xarakteri və ictimai təhlükəliliyi, (təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 zərərçəkmişi evlənmək məqsədi ailə qurmaq üçün qaçırması ) onalrın cəzasını yüngülləşdirən hökmün təsviri əsaslandırıcı hissəsində qeyd edilən hallar, eləcə də təqsirləndirilən şəxslərin törətdikləri əməldən səmimi peşmanlıq çəkmələri və bunu məhkəmədə açıq ifadə etmələri, təqsirləndirilən şəxslərin islah yolunda olmasını təsdiq edir və onlara ittiham olunduqları və əməllərinin sübuta yetirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddən də aşağı cəza təyin etməklə cəzanın qanunvericilikdə nəzərdə tutulmuş ən əsas məqsəd olan şəxsin islah olunmasına nail olmaq mümkündür Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın qanunda nəzərdə tutulmuş cəzanın digər məqsədi olan sosial ədalətin bərpasın münasibətdə qeyd edir ki, hər iki təqsirləndirilən şəxsin uzun müddət 1(bir) ildən artıq həbsdə saxlanmaları və tərətdikləri əmələ görə qətimkan tədbiri olsa da barələrində məhdudiyyət yaratması, hüquq azadlıqlarının məhdudlaşdırılması yaşadıqları ərazidə eynixarakterli hətta bəzən adi hal kimi qəbul edilən evlənmək məqsədilə də olsa adam oğurluğu (qız qaçırtmanın) ağır nəticələrə səbəb olacağına dair fikir formalaşdırmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Goranboy rayon Məhkəməsinin 1(045)-43/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-1.1-ci maddəsinə əsasən 2 (iki) gün azadlığın məhdudlaşdırılması 1(bir) gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla və hazırkı hökm ilə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq ertsə də onların hər birinə cinayət iştirakının faktiki xarakteri və dərəcəsi nəzərə almaqla təyin ediləcək cəzaların fərdiləşdirilməsini (differensiallaşdırılmasını) ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə tərkibi cinayət hadisəsinin təşəbbüskarının Təqsirləndirilən şəxs1 olması, onun zərərçəkmiş şəxsi qolundan tutub zorla Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə əyləşdirməsi Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 münasibətdə nisbətən yuxarı həddə cəza təyin edilməsini zəruri və cinayət qanununun qanunçuluq və ədalət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, hər iki təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduqları xx.xx.2023-cü il tarixdən hesablanmaqla onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssələrində çəkməlidir. İş üzrə maddi sübut olan dindirmə protokollarına əlavə edilmiş 2 ədəd DVD disk və telefon məlumatlarının olduğu 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Goranboy rayon Məhkəməsinin 1(045)-43/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68- 1.1-ci maddəsinə əsasən 2 (iki) gün azadlığın məhdudlaşdırılması 1 (bir) gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla və hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-157/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-157/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver